Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-309/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X11 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömərsiz fərdi evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Babək» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Babək» adlı şəxsin «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan ümumi təmiz çəkisi 126,633 qram külli miqdarda psixotrop maddə metamfetamini və 110,243 qram külli miqdarda narkotik vasitə heroini, külli miqdarda təsiredici maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 12,92 qram təşkil edən üzərində “Methadone 40” markalanma göstəricisi olan, üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 323 ədəd qəhvəyi rəngli dərman həblərini əldə edib, üzərində saxlayaraq yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə qədər daşımış, onlardan 125 qram külli miqdarda psixotrop maddə metamfetamini və 105 qram külli miqdarda narkotik vasitə heroini, külli miqdarda təsiredici maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 12,92 qram təşkil edən üzərində “Methadone40” markalanma göstəricisi olan, üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 323 ədəd qəhvəyi rəngli dərman həblərini evində gizlədərək saxlamış, külli miqdarda təmiz çəkisi 5,243 qram narkotik vasitə heroini və 1,633 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivində, nömrəsiz fərdi yaşayış evin yaxınlığına qədər daşımış, DİN-in BNMİ-nin əməkdaşları tərəfindən onun narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 11 yanvar 2024-cü il tarixdə saat 20:50 radələrində həmin ünvanda saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 14-cü PŞ-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,243 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə isə 1,633 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, tədbirlər davam etdilərkən 12 yanvar 2024-cü il tarixdə saat 00:05 radələrində yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivində yerləşən nömrəsiz fərdi evə baxış keçirilərkən evin yataq otağındakı taxta kontruksiyalı dolabın üzərindən 01 ədəd bağlamada külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən təmiz çəkisi 105 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bağlamada xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən təmiz çəkisi 125 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təsiredici maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 12,92 qram təşkil edən üzərində “Methadone40” markalanma göstəricisi olan, üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 323 ədəd qəhvəyi rəngli dərman həbləri və 01 ədəd üzərində “B05” yazısı olan üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, yanvar ayının 10-da rayonda olmuşdur. Səhəri günü yəni ayın 11-i günün ikinci yarısında Bakıya doğru yola çıxmışdır. Yanında dostu olmuşdur. Yol xərclərinə görə əlavə olaraq bir nəfər şəxs də götürmüşdür. Bakıda olan zaman maşını arxadan başqa bir maşın vurmuşdur. Maşından düşüb nə baş verdiyini aydınlaşdırmaq istəyən zaman onlara müqavimət göstərərək başqa maşınlara mindirmişlər. Onlara niyə belə etdiklərini soruşduqda heç bir cavab verməmişlər. Ona qarşı fiziki zor tətbiq etmişlər. Telefonunu əlindən alaraq baxış keçirmiş lakin heç nə tapa bilməmişlər. Saxlanılan zaman üzərində və maşınında heç nə olmamışdır. Harda qaldığını soruşmuş və daha sonra yaşadığı evə baxış keçirmək üçün getmişlər. Evə baxış keçirdikdən sonra heç nə aşkar edilməmişdir. Özləri ilə birlikdə sumka gətirərək onun yaşadığı evə qoymuşlar. Hadisə zamanı yanında hamilə xanım olmuşdur. Buna görə baş verən hadisələrə etiraz edə bilməmişdir. Evə yerləşdirilən sumkanı öz üzərinə götürməsini demişlər. Yanında xanım olduğuna görə etiraz edə bilməyərək öz üzərinə götürmüşdür. Daha sonra onları 14-cü PB-nə aparmışlar. Bölmədə olan zaman üzərinə bir büküm patı, bir büküm kakos qoymuşlar. Üzərində axtarış edən zaman çıxarmış daha sonra evə aparılaraq təkrar orada da çəkiliş edilmişdir. Taksi sürücülüyü bununla birgə meyvə-tərəvəz alqı-satqısı ilə də məşğul olmuşdur. Narkotik vasitə istifadəçisi olmamışdır. Onu saxlayan polis əməkdaşlarını tanımamış və onlarla heçbir ədavəti olmamışdır. İdarə etdiyi maşın “Honda- Svit” olmuşdur. Maşının nömrəsini sonunun 574 olduğunu xatırlamışdır. Maşında CPS olmuşdur. CPS maşının sahibinə məxsus olmuşdur. Maşının sahibi Böyükkişiyev Ələsgər olmuşdur. Maşında onunla yanaşı Rafael adlı şəxs də olmuşdur. Maşının vurulduğu yer Xətai prospekti yaşıl bazarın yanında olmuşdur. Saxlanıldıqdan bir qədər sonra evə aparılmış və orada 2-3 saat təhqiqatçını gözləmişlər. Təhqiqatçı gəldikdən sonra bölməyə aparılmışdır. Bölmədə üzərinə baxış keçirilmiş və vəkil ilə təmin olunmuşdur. Aşkar edilmiş dəftər və dəftərin içərisində olan əl yazmalar ona məxsus olmamışdır. Rafael narkotik vasitəsindən istifadə edirmiş. Polis əməkdaşlarının ona qarşı etdiyi hərəkətlərə görə izahat vermişdir. Polis əməkdaşları ilə arasında heç bir problem olmamışdır. Rafaelin nəsə etdiyini onun telefonundan yazışmaların aşkar edildiyinə görə saxlanıldığını düşür. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid4 ilə birlikdə yaşayır, o əvvəllər heç bir cinayət törətməyə görə məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir. O özü də heroindən 1 ildir ki, çəkməklə istifadə edir və satışını həyata keçirir. 11 yanvar 2024-cü il tarixdə saat 20:50 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və onu Sabunçu RPl-nin 14cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildikdə əynində olan şalvarın sağ yan cibindən 2(iki) ədəd birinin içərisində simkart nömrəsi olmayan digərinin içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 4(dörd) manat pul, 1 (bir) ədəd üzərində 4098 5844 9687 0997 nömrəsi olan plastik bank kartı, 1 ədəd sürücülük vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 7(yeddi) qram, metamfetaminin çəkisi 2(iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, üzərinə, iştirakçılar, Rafail, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan başqa iş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd bank kartı və 1 ədəd sürücülük vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Dörd manat pul isə özünə geri qaytarılmışdır. Sorğu-sual zamanı o cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Babək” adlı şəxsin vasitəsi ilə üç-dörd gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babək” adlı şəxsin ona 700 (yeddi yüz) manat pul verəcəyini, üzərində kütlə olmağı ilə bağlı heç kimin məlumatı olmadığını, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddələr olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. X6 ona verilən suallara cavab olaraq onun üzərindən narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamağını demədiyini bildirmişdir. Daha sonra yaşadığı evə getmişlər.Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o evdə yataq otağında taxta konstruksiyalı dolabın üzərindən 2(iki) ədəd bağlamada heroini, 1 (bir) ədəd bağlamada metamfetamini, 323(üç yüz iyirmi üç) ədəd metadon həblərini, 1 (bir) ədəd dəftəri və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi 340(üç yüz qırx) qram, metamfetaminin çəkisi 119(yüz on doqquz) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir və üzərini o, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. O baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin İran İslam Respublikası vətəndaşı olan “Babək” adlı şəxsin vasitəsi ilə 3-4(üç-dörd) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babək” adlı şəxsin ona 700(yeddi yüz) manat pul verəcəyini, yaşadığı evdə narkotik vasitə saxlamağından heç kimin məlumatı olmadığını bildirmişdir. Tanışı Şahid4 da ona verilən suallara cavab olaraq yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını bildirmişdir. Üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, metadon həblərini İran İslam Respublikası vətəndaşı olan anket məlumatlarını bilmədiyi “Babək” adlı şəxsin vasitəsi ilə 3-4 gün əvvəl Qaradağ rayonu ərazisindən təyin edilmiş yerdən sonuncunun göndərdiyi ünvanlara qoyaraq satmaq və pul əldə etmək məqsədi ilə əldə edib üzərində və evində saxladığını bildirmişdir. O saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış və baxış keçirilmədən öncə üzərini yoxlayan olmamışdır. O evindən aşkar edilmiş 01 ədəd elektron tərəzini narkotik maddələri satış üçün ünvanlara qoyarkən çəkilərini ölçüb bükümlərə bölmək üçün istifadə edir. Onun evindən götürülmüş dəftəri ilk iki vərəqində olan yazılar satdığı narkotik və psixotrop maddələrin siyahısını yadda saxlamaq üçün özü yazıb qeydlər etmişdir. İran İR-nın vətəndaşı olmasım bildirdiyi şəxsin ancaq adını bilir, mobil nömrəsini isə əzbər bilməsə də, üzərindən götürülmüş mobil telefonda onun nömrəsi vardır. O, Babəklə “WhatsApp” programı vasitəsi ilə internet şəbəkəsi ilə əlaqə saxlayırmış. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayında təqsirləndirilən şəxs Maştağa qəsəbəsi Albalı bağları deyilən yerdə saxlanılmışdır. 14-cü PŞ-nə dəvət edilmişdir. Bölmədə üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Yaşadığı ünvanda da narkotik vasitələrin olduğunu demişdir. Yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Əməliyyat qrupunda üç nəfər olmuş Asim, Həsən və o. Əməliyyata özü rəhbərlik etmişdir. Şəxs saxlanılarkən yanında bir nəfər olmuşdur. Həmin şəxsin üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən kakos və metamfetamin aşkar edilmişdir. Yaşadığı ünvandan isə heroin, metamfetamin və dəftər aşkar edilmişdir. Şəxs evinin yaxınlığında saxlanılmışdır. Yeni çıxmış qərara əsasən təqsirləndirilən şəxs saxlanılan zaman həmin yerdə üzərinə baxış keçirilə bilər. Lakin həmin vaxt vəziyyət ona uyğun gəlmədiyindən baxış idarədə keçirilmişdir. Şəxsin saxlanıldığı yerin idarədən nə qədər uzaqda yerləşdiyini bilməmişdir. Evindən aşkar edilən dəftərdə narkotik vasitələri qoyacağı ünvanlar qeyd edilmişdir. Şəxsin evində Sevinc adlı bir xanım olmuşdur. Şəxsə qarşı heç bir zor və ya təzyiq göstərilməmişdir. Şəxsin üzərinə baxış keçirilənə qədər telefonu üzərində olmuşdur. Şəxsin tutulma vaxtı ilə vəkilin gəlmə vaxtı arasında nə qədər zaman keçdiyini bilmir. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində və polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 11 yanvar 2024-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş xx.xx.1997ci ildə İmişli şəhərində doğulmuş, İmişli şəhəri, A.Məmmədov qəsəbəsi, A.Məmmədov küçəsi ev 6 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq Bağ massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumatın yoxlanılması, məlumat təsdiq olunduğu halda onun törətdiyi cinayətin ifşa edilərək qarşısının alınması məqsədi ilə həmin tarixdə o müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edərək BNMİ-nin nin rəisinə raportla məruzə etmiş və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün BNMİ-nin rəisinin əmri ilə onun, əməliyyat müvəkkili polis mayoru Şahid1 və əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və nəzərdə tutulan tədbirlər planına uyğun olaraq onlar xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamışlar və həmin gün saat 20:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albablılıq Bağ massivində yerləşən fərdi evin yaxınlığında piyada hərəkət edərkən hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və yanında olan X12 da PŞ-nə dəvət edilmişdir. Bununla bağlı raportla BNMİ-nin rəisinə məruzə etdikdən sonra araşdırmanın aparılması BNMİ-nin TQ-nun təhqiqatçısı polis mayoru Yelmar Vahabova tapşırılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun Babaşov Emil Adil oğlu dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildikdə əynində olan şalvarın sağ yan cibindən 2(iki) ədəd birinin içərisində simkart nömrəsi olmayan digərinin içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonları, həmin şalvarın sol yan cibindən 4(dörd) manat pul, 1 (bir) ədəd üzərində 4098 5844 9687 0997 nömrəsi olan plastik bank kartı, 1 ədəd sürücülük vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 7(yeddi) qram, metamfetaminin çəkisi 2(iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, üzərinə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa iş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd bank kartı və 1 ədəd sürücülük vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. 4 manat pul isə özünə geri qaytarılmışdır. Sorğu-sual zamanı o cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Babək” adlı şəxsin vasitəsi ilə üç-dörd gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babək” adlı şəxsin ona 700(yeddi yüz) manat pul verəcəyini, üzərində kütlə olmağı ilə bağlı heç kimin məlumatı olmadığını, həmçinin, Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddələr olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. X6 ona verilən suallara cavab olaraq onun üzərindən narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamağını demədiyini bildirmişdir. Daha sonra yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o evdə yataq otağında taxta konstruksiyalı dolabın üzərindən 2(iki) ədəd bağlamada heroini, 1 (bir) ədəd bağlamada metamfetamini, 323(üç yüz iyirmi üç) ədəd metadon həblərini, 1 (bir) ədəd dəftəri və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi 340(üç yüz qırx) qram, metamfetaminin çəkisi 119(yüz on doqquz) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİNin 7 saylı möhürü ilə möhürlənmişdir və üzəri o, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. O baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin İran İslam Respublikası vətəndaşı olan “Babək” adlı şəxsin vasitəsi ilə 3-4(üç-dörd) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babək” adlı şəxsin ona 700(yeddi yüz) manat pul verəcəyini, yaşadığı evdə narkotik vasitə saxlamağından heç kimin məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat Şahid3 daxil olmuşdur. Əməliyat tədbirində 3 nəfər olmuşlar. Şəxs axşam saat 8-9 radələrərində saxlanılaraq 14-cü PB-nə aparılmışdır. İdarədə olan zaman üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı müdafiəçidə orada iştirak etmiş və üzərində narkotik vasitə patı və kakos aşkar edilmişdir. Daha sonra yaşadığı evə baxış keçirilmişdir.Baxış zamanı patı və kakos aşkar edilmişdir. Şəxs saxlanılan zaman hava şəraitini xatırlamamış lakin hava qaranlıq olmuşdur. Şəxs narkotik vasitəni İİR vətəndaşı olan Babək adlı şəxsdən almışdır. Babək ona narkotik vasitələri hansı ünvana aparıb təhvil verməsi barədə məlumat verməli idi.Şəxs piyada olarkən saxlanılmış və yanında bir nəfər olmuşdur. Tutulduğu vaxtdan nə qədər sonra üzərinə baxış keçirilmsini və təhqiqatçının nə qədər vaxt sonra gəldiyini xatırlamaır. Əməliyyat vaxtı digər polis əməkdaşlarında mobil telefonun olub olmamasını xatırlamamış və bir-biriləri ilə raçia vasitəsilə əlaqə saxlamışdır. İstifadəsində ***-***-**-** mobil nömrə olmuşdur. İstintaq zamanı ifadə vermişdir. əxsə qarşı heçbir müqavimət göstərilməmişdir. Təhqiqatçı ilə kimin əlaqə saxladığını və müdafiəçinin nə zaman dəvət olduğunu xatırlmamır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayında axşam saat 8-9 radələrində şəxs Maştağa qəsəbəsi Albalı bağları deyilən yerdə saxlanılmışdır. 14-cü PŞ-nə dəvət edilmişdir. Bölmədə üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Yaşadığı ünvanda da narkotik vasitələrin olduğunu demişdir. Yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Şəxs saxlanılan zaman hava şəraiti uyğun olmadığına görə şəxsi axtarış orada keçirə bilməmişdirlər. Şəxsin yaşadığı evdə bir qızı olmuşdur. Şəxsin saxlanıldığı yerdə nə qədər müddət gözlədiklərini xatırlamır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Şahid3 ifadəsində dediklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroinə bənzər və 1 (bir) ədəd bükümdə metamfetaminə bənzır kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildikdə əynində olan şalvarın sağ yan cibindən 2(iki) ədəd birinin içərisində simkart nömrəsi olmayan digərinin içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonları, həmin şalvarın sol yan cibindən 4(dörd) manat pul, 1 (bir) ədəd üzərində 4098 5844 9687 0997 nömrəsi olan plastik bank kartı, 1 ədəd sürücülük vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 7 (yeddi) qram, metamfetaminə bənzər kütlənin çəkisi 2(iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, üzərinə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa iş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd bank kartı və 1 ədəd sürücülük vəsiqəsi götürülmüşdür. 4 manat pul isə özünə geri qaytarılmışdır. Sorğu-sual zamanı o cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Babək” adlı şəxsin vasitəsi ilə üç-dörd gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babək” adlı şəxsin ona 700 (yeddi yüz) manat pul verəcəyini, üzərində kütlə olmağı ilə bağlı heç kimin məlumatı olmadığını, həmçinin, Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddələr olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, yaşadığı mənzildə də narkotik vasitələr vardır və mənzilinə baxış keçirilməsinə etiraz etmir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq Bağ massivində yerləşən nömrəsiz evdə yataq otağında taxta konstruksiyalı dolabın üzərindən 2 (iki) ədəd bağlamada heroinə bənzər kütləni, 1 (bir) ədəd bağlamada metamfetaminə bənzər kütləni, 323 (üç yüz iyirmi üç) ədəd metadon həblərini, 1 (bir) ədəd dəftəri və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroininə bənzər kütlənin ümumilikdə çəkisi 340 (üç yüz qırx) qram, metamfetaminə bənzər kütlənin çəkisi 119 (yüz on doqquz) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənb götürülmüşdür. Götürmə və evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/177 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... (imza) Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf bükümdə təmiz çəkisi 5,243 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,633 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “ “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş., (imza) Təqsirləndirilən şəxs ’’yazısı və imzalar olan bağlamadaki 1 (bir) ədəd sarı rəngli polietilen yükümdə təmiz çəkisi 105 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 125 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 323 ədəd üzərlərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 323 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12,92 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04qram metadon olmaqla), üzərində “ B05” yazısı olan elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 110,243 qramdır və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 126,633 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, heroinin təmiz çəkisi 15,243 qram kimi səhvən yazıldığından həmin heroinin təmiz çəkisinin 5,243 qram kimi oxunması qərara alınmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 109,943 qram olan narkotik vasitə heroin, 126,333 qram psixotrop maddə metamfetamin, qalıq sayı 320 ədəd olan metadon (Methadone 40 - F/M40) həbləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. xx.xx.2024-cü il “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilir ki, dəftər 100 vərəqdən ibarət üzərində “FLOWERS” yazısı olan damalı dəftərdir. Dəftərin ilk 2 vərəqində “8k-2p,10k-10p,25k-5p,50 ot-10k....3k-17 p-1d list m40” və.s alt alta qrafik şəklində əlyazma rəqəmlər və hərflərdən ibarət yazılar qeyd olunması müşahidə edilmiş. Baxışda iştirak edən Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Babək” adlı şəxsin ona “Whatsapp” tətbiqi vasitəsi ilə narkotik və psixotrop maddələri tərəzidə bölüb göndərdiyi ünvanlara çatdırmaq məqsədi ilə yadda saxlamaq və hesabatını aparmaq üçün həmin dəftərdə qeydləri özünün yazdığını bildirmiş, həmçinin ”K” hərfinin narkotik vasitə “kakos” adlanan heroini,”P” hərfinin psixotrop maddə “patı” adlanan metamfetamini, ”list m40” yazısının metadon narkotik tərkibli həblərinin şərti işarələri kimi qeyd etdiyini bildirmişdir. xx.xx.2024-cü il “Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin DVD diskdə “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması”, “X5 adlı 4 ədəd pdf formatlı fayllar vardır. “SMS Tarixçəsi” faylları açıldıqda xx-xx-2023-ci il tarixdə saat 23:59 radədə +**********28 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş (məxsus) +**********28 abonent nömrəsinə göndərilmiş “Bu mal s...dise niye meno zible salirdiz?? “Men ne dadına baxmamiwam qeyretin s...sen ne uzun gormemiwem wekilden savayi peyser beynimi s...b off” məzmununda; xx-xx- 2024-cü il tarixdə saat 15:13 radədə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********28 abonent nömrəsindən +**********73 abonent nömrəsinə göndərilmiş “Ay ömrüm gic olmuşam gözde yigacam dedim babekde bir terefden s.Jn diriyib zirta zirt yığır sene yigda denen yigmasin” məzmununda mesaj mətinləri müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2865 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkolojindispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixitrop maddənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni və psixitrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitəni və psixitrop maddəni satmaq fikirinin (məqsədlərinin) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış (evə-baxış) keçirilmişdir. Axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq Müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onların İstintaq Təcridxanasına və Müvəqqəti saxlama yerinə daxil olarkən müayinəsi zamanı yeni xəsarətlərinin aşkar olunmadığı qeyd edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən təqsirləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Bundan əlavə, xx.xx.2024-cü il “Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-ci il tarixdə saat 23:59 radədə +**********28 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********28 abonent nömrəsinə göndərilmiş “Bu mal s...dise niye meno zible salirdiz?? “Men ne dadına baxmamiwam qeyretin s...sen ne uzun gormemiwem wekilden savayi peyser beynimi s...b off” məzmununda; xx.xx.2024-cü il tarixdə saat 15:13 radədə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********28 abonent nömrəsindən +**********73 abonent nömrəsinə göndərilmiş “Ay ömrüm gic olmuşam gözde yigacam dedim babekde bir terefden s.Jn diriyib zirta zirt yığır sene yigda denen yigmasin” məzmununda mesaj mətinləri müəyyən edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni və psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitəni və psixotrop maddəni satmaq fikrində olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsi barədə verdikyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadəni (xüsusatları) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin və psixotrop maddənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin təqsirləndirilən şəxsə məxsus mobil telefondan nömrədən aşkar olunmuş məlumatların (sms yazışmaların) məzmununu, mahiyyətini, həmçinin evdən (mənzildən) elektron tərəzinin aşkar olunasını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını, əvvəllər məhkum olunmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, bundan sonra isə həmin məhkəmənin digər qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 109,943 qram olan narkotik vasitə heroin, 126,333 qram psixotrop maddə metamfetamin, qalıq sayı 320 ədəd olan metadon (Methadone 40 - F/M40) həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, damalı dəftərçə (vərəqələri), təqsirləndirilən şəxsin üzərinə və mənzilə-evə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk (DVD) və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi2) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 109,943 qram olan narkotik vasitə heroin, 126,333 qram psixotrop maddə metamfetamin, qalıq sayı 320 ədəd olan metadon (Methadone 40 - F/M40) həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, damalı dəftərçə (vərəqələri), təqsirləndirilən şəxsin üzərinə və mənzilə-evə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd optik disk (DVD) və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə müdafiəçi “Universal” vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-309/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-309/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver