Məhkəmə qərarları › İş №1(101)-310/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-310/2020

21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-310/2020 21.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 21 fevral 2020-ci il Bakışəhəri Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x2, Dövlət ittihamçısı, Müdafiəçi2, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs və zərərçəkmişşəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Naxçıvan MR Şərur rayonunda İzzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 95dəqeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgəəmlakınıələ keçirmək məqsədi iləZərərçəkmiş şəxs torpaq sahəsi almaq istəməsi barədə niyyətini biləndən sonra sonuncunu inandırmaq üçün istifadəsində olan 055- ***-**-** nömrəli mobil telefondan sonuncuya məxsus olan ***-***- **-** mobil telefon nömrəsinə zəng edərək özünü dayısı Şahid4 kimi təqdim edərək istifadəsində olan torpaq sahəsini satmaq istədiyini bildirməklə Gülarəİsmayılovanı inandırdıqdan sonra Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, dörd tərəfdən hasara alınmış, içərisində 3 ədəd yeni tikilmiş evlər olan 0,4 ha torpaq sahəsini göstərib həmin evlərin dayısı Şahid4 məxsus olduğunu, eləcədə, dayısının həmin torpaq sahəsini satdığını və həmin torpaq sahəsini dayısı 65.000 (altmış beş min) manat satmaq istəməsini bildirib, Gülarəİsmayılovanı aldadaraq vahid niyyətlə 09 oktyabr 2018-ci il tarixdə ünvan 1 ünvanının qarşısında ondan 3000 (üç min) manat, 22.11.2018-ci il tarixdə təkrarən həmin yerdə ondan 4000 (dörd min) manat, 05.01.2019-cu il tarixdə 34.500 (otuz dörd min beş yüz) manat, 07.01.2019-cu il tarixdə 22.500 (iyirmi iki min beş yüz) manat, 2019- cu ilin aprel ayının əvvəllərində 600 (altı yüz) manat pulunu aldatma və etibardan sui-istifadə yolu iləələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda- 64.600 (altmış dörd min altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrəözünü qismən təqsirli bilərək göstərmişdir ki, Gülarəni əvvəldən tanıyır, Gülarəəvvəllər tez-tez onun anasının yanına gedib-gəlmişdir. O, Gülarədən 29500 manat pul almış. Gülarəİsmayılova satdığı torpağın çıxarış sənədini ala bilmədiyi üçün ondan şikayət etmişdir. O, sənədi mülki etibarnamə ilə Gülarəyə vermişdir. Gülarəözü torpaq alqı satqısı ilə məşqul olmuş və mütəmadi olaraq torpaq alıb ev tikib satmışdır. O, Gülarəyə 93 sot ümumilikdə torpaq satmış, müqabilində 29500 manat pul almışdır, Gülarədən heç vaxt 65000 manat pul almamışdır. Bu ona atılan şərdir. Bir gün Baş Polis x1 çağırmış və Sumqayıt şəhərində onu tutmuşlar. Orada ziyanın ödənilməsi tələb edildikdə, ziyanın müqabilində zərərçəkmişə ev və torpaq təklif olunmuş, lakin, zərərçəkmiş bütün təklifləri qəbul etməmişdir. Onların arasındakı mübahisə mülki mübahisədir, onun bütövlükdə Gülarəİsmayılovaya ümumilikdə 29500 manat borcu vardır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmişşəxs qismində dindirilmişZərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, onun 17 nəfərlik külfəti var, uşaqlarının üçü də ali təhsillidir. Həyəti yuyanda yoldan bir nəfər keçərkən ona evi satdığını demişdir. Həmin adam təklif etmişdir ki, bu evi ona satsın. Həmin adam onun evinə gəlib-getmiş, sonradan ondan 700 manat pul almışdır. Sərvizin şəkillərini ona göstərmiş, sonra ona başçı Fərəcovun şəkillərini göstərərək, Fərəcovun onun qohumu olduğunu bildirmişdir. Bir gün qapı döyülmüş, bir cavan oğlan qapıda ona demişdir ki, onu anası göndərmişdir ki, dayısı deyir ki, onunla danışsın. Axşam telefonuna zəng gəlmiş, Sərviz demişdir ki, «eşitdim torpaq istəyirsən»? O, istədiyini bildirmişdir. Ona demişdir ki, səhər bacısı oğlu gələcək, onunla danışar. Telefonla danışan şəxs ona demişdir ki, “evlərin üstünə stop qoyulub, mənə xəbər verilən kimi sizə deyəcəm”. Ona satılan 93 sot torpaq və evin yanındakı digər evin müqabilində o Turala ümumilikdə 65000 manat pul vermişdir. O, əşyalarını evin həyətinə tökəndə Turalın anası da orda olmuşdur. Saat 18 radələrində onların həyətinə getmiş görmüşdür ki, əşyaları hələ də yığmayıblar. O, artıq bezmiş, özünü asmaq istəmişdir. Sonradan onunla danışan adamlar hamısı yoxa çıxmışdır. Fərəcov ona demişdir ki, yoldaşı Naxçıvanlıdır onlar onun yoldaşının qohumlarıdır, onları aldadan fırıldaqçı adamlardır. O da polisə müraciət edərək şikayətçi olmuşdur. O sonradan başa düşmüşdür ki, onunla telefonda Sərvizin adından danışan şəxs Turalın qardaşı Vüsal olmuşdur. Bu günə kimi ona dəymiş ziyan ödənilməmiş, fərqli bəhanələrlə onu aldatmaqda davam etmişlər. Bu səbəbdən də Turalın cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2018-ci ilin avqust ayında həyat yoldaşı Şahid2 yaşadığı evin qarşısını təmizləyən zaman Gülarəİsmayılovanın yaşadıqları evin yanında olan həyat yoldaşının qardaşı Sərvizə məxsus torpaq sahəsinə baxdığını görmüş, Gülarə həyat yoldaşına torpaq alqı-satqısı ilə məşğul olduğunu, Sərvizə məxsus torpaq sahəsini almaq istədiyini bildirmişdir. Həyat yoldaşı Şahid2, Gülarəyə almaq istədiyi torpaq sahəsinin mübahisəli olduğunu bildirmiş və Gülarəçıxıb getmişdir. Bir müddət sonra Gülarə Esmiranın yanına gələrək göstərdiyi torpaq sahəsini aldığını demişdir. Esmira da Gülarəyə xeyir-dua vermişdir. 2019-cu il mart ayında yoldaşı Şahid2 Sumqayıt şəhər 2 saylı orta məktəbdə işdə olarkən Gülarə onun yanına gəlib oğlu Turalın harda olduğunu soruşmuşdur. Esmiraya demişdir ki, “mən Sərvizdən aldığım torpaq sahəsinin pulunu Turala vermişəm ki, Sərvizə versin, o isə pulu götürüb aradan çıxıb». Həyat yoldaşı Esmira, Gülarədən Turalın ondan nə qədər pul alıb deyə soruşduqda, Gülarə cavab verməmişdir. Sonradan Turaldan öyrənmişdir ki, oğlu Gülarədən 29500 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Tural həbs olunan günü qaynanası Esmiraya zəng edib Turalın harada olduğunu maraqlanan zaman, Esmira xanım demişdir ki, Tural həbs olunmuşdur. O, yoldaşının tutulmağından gec xəbər tutmuşdur. Turalın tutulması səbəbini aydınlaşdıran zaman ona məlum olmuşdur ki, Gülarə xanım şikayət irəli sürmüşdür ki, yoldaşı Tural ondan 65000 manat pul alıb, qaytarmamışdır. Həyat yoldaşı Turalla məsələni dəqiqləşdirərkən Tural ona Gülarə xanımdan 29500 manat pul aldığıüçün şikayət edib deyə bildirmişdir. Gülarə xanım ona demişdir ki, Turalın ondan aldığı pulun qarşılığında ona müəyyən qədər pul vəəmlak verərlər. Turalın Gülarə xanımdan aldığı 29500 manat pulu hara xərclədiyini Turaldan soruşanda, ona cavab verməmişdir. Turalın 29500 manat pulu hara xərclədiyi barədə heç bir məlumatı yoxdur. İşüzrəşahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2000-2005-ci il tarixlərdə Sumqayıt şəhər bələdiyyəsindəşöbə müdiri vəifəsində işləmiş, Şahid2 onun bacısıdır, Təqsirləndirilən şəxs və Şahid1 onun bacısı oğlanlarıdır, lakin uzun müddətdir ki, onlarla əlaqəsi yoxdur, ailələri arasında gediş gəliş olmamışdır, Zərərçəkmiş şəxsümumiyyətlə tanımır, onun dedikləri barədə heç bir məlumatı yoxdur. ***-***-**-** mobil nömrəsi ona məxsus deyildir, həmin nömrədən heç vaxt heç kimə zəng vurmamışdır. Gülarəİsmayılova ilə heç vaxt danışmamış, onunla ümumiyyətləünsiyyətdə olmamışdır, eləcə də Gülarəİsmayılovaya torpaq sahəsi və yaxud ev almasını təklif etməmişdir, ona pul verməsini təklif etməmiş, Turalı da onun yanına göndərməmişdir, Turalın ondan pul alıb almaması barədə heç bir məlumatı yoxdur. İşüzrəşahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir, lakin uzun illərdir ki, onunla münasibəti yoxdur. Çünki Turalın çox dələduz şəxs olduğunu, onun dəfələrlə bir çox şəxsləri aldatmasını eşitmiş, ümumiyyətlə bir birlərinin evinə gedib gəlməmişlər. Təqsirləndirilən şəxs Gülarəİsmayılovadan pul alması barədə heç bir məlumatı yoxdur. Tural Seyiodv ona heç bir pul verməmiş, Təqsirləndirilən şəxs Gülarəİsmayılovadan pul almasından xəbəri də yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 25.10.2019-cu il tarixli, 26129 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin materillarmda olan 7 yanvar 2019-cu il tarixli, 9 oktyabr 2018-ci il tarixli və 5 yanvar 2019-cu il tarixil qəbzlərdə “Pulu aldı: Təqsirləndirilən şəxs” yazılarından aşağıda yerləşən “imza” yazıları qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, Gülarəİsmayılovadan cəmi 29500 manat pul alması barədəöz müdafiəsi üçün gətirdiyi dəlillər zərərçəkmişşəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi və toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs SeyidovTural Mirtağı oğlunun ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edirki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən AzərbaycanRespublikası CM-nin 178.3.2-ci maddəsiilədüzgüntövsifedilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinəəsasənonuncəzasınıyüngülləşdirənhalkiminəzərəalınır. SeyidovTuralMirtağıoğlununəməlində AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin 61cimaddəsindənəzərdətutulmuşcəzasınıağırlaşdıranhallarınolmasımüəyyənedilmədi. İş materiallarından görünür ki, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 64600 manat maddi ziyan dəymiş və Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişşəxs Gülarəİsmayılovaya dəymiş ziyandan heç bir məbləq ödənilməmişdir. Odur ki, hal-hazırda işüzrə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişşəxs Zərərçəkmiş şəxs 64600 manat ödənilməmiş maddi ziyan qalmışdır. Zərərçəkmişşəxs tərəfindən məhkəmə istintaqı zamanı verilmiş mülki iddia Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə olan halda zərərçəkmişşəxs işüzrə mülki iddia verməmişşəxs hesab olunur. Odur ki, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materialarından görünür ki, SeyidovTuralMirtağıoğlu 10.07.2019-cu il tarixdəşübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarınınicra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs 10.07.2019-cu il tarixdən həbsdə saxlanıldığından ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni 10 iyul 2019-cu il tarixdən hesablanmalıdır. SeyidovTuralMirtağıoğlu cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşüzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuşəmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakışəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 02 saylı vəkil bürosunun hesabına 180 (yüzsəksən) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli 10 iyul 2019-cu il tarixdənhesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Bakışəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsininhesabındanBakışəhər 02 saylı vəkil bürosunun hesabına 180 (yüzsəksən) manatpulödənilsin. Hökmdən, elanolunduğu, Təqsirləndirilən şəxs isəhökmünsurətinialdığıandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar