Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-310/2021 16.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metafetamin, narkotik vasitə heroin və həşiş qətranı əldə edib üzərində saxlayaraq daşımış, 30 mart 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metro stansiyasının yaxınlığında Şahid4 60 (altmış) manat müqabilində təmiz çəkiləri ayrı-ayrılıqda 0,296 qram, 0,427 qram olmaqla tərkib komponentlərinə görə eyni olan, ümumi xalis çəkisi 0,723 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir büküm təmiz çəkisi 0,876 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin satmış, 02 aprel 2020-ci il tarixdə saat 15:10 radələrində ünvan 2 ünvanın qarşısında olarkən Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı bir büküm 0,235 qram psixotrop maddə metafetamin, bir ədəd kibrit qutusundan 04 ədəd sellofan kəsiyinə bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 2,551 qram psixotrop maddə metafetamin və 07 ədəd sellofan kəsiyinə bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 4,012 qram narkotik vasitə heroin, həmçinin onun idarə etdiyi «Hyundai Elantra» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qabaq saxlanc yerindən 01 ədəd qırmızı rəngli sellofan torbada saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 28,668 qram və 01 ədəd kub formalı plastik qabda təmiz çəkisi 8,665 qram, külli miqdarda ümumi təmiz çəkisi 37,333 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd silindrik formalı plastik qabda külli miqdarda təmiz çəkisi 51,256 qram psixotrop maddə metafetamin, 01 ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 6,02 qram olan narkotik vasitə həşiş qətranı və 1 ədəd qara rəngli dəri üzlükdə olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, doqquz aya yaxındır ki, narkotik maddə olan kakos çəkir və alüdəçisidir. Təxminən 7-8 ay bundan əvvəl «Rent a Car» şirkətindən icarəyə götürdüyü avtomobillə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan zaman «Hava Limanı»nın yaxınlığında bir nəfər ona əl edərək saxlatdırmış və həmin şəxs müştəri kimi maşına əyləşərək onu Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsinə aparmasını bildirmişdir. O, həmin şəxslə yolda hərəkətdə olan zaman həmin şəxsin adının Zaur olduğunu bilmiş və söhbət əsasında sonuncu ona demişdir ki, o narkotik alveri ilə məşğuldur və Əhmədli qəsəbəsində olan müştəriləri üçün narkotik aparır. Həmin vaxt o da narkotik qəbul etdiyi üçün Zaurdan dəfələrlə narkotik satın alıb istifadə etmişdir. Bununla da onun Zaurla münasibəti yaranmışdır. O, Zaurun mobil nömrəsini bilmir, amma sonuncu hər dəfə Əhmədli qəsəbəsinə və ya şəhərə gedəndə naməlum nömrələrdən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və ondan narkotik lazım olub olmamasını soruşduqdan sonra ona pul müqabilində narkotik gətirmişdir. Onlar H.Aslanov metrosu və ya Əhmədli metro stansiyalarının yaxınlığında görüşərək həmin narkotiki Zaurdan alıb istifadə etmişdir. Belə ki, 02 aprel 2020-ci il tarixdə saat 13 radələrində Zaur onun istifadəsində olan mobil nömrəsinə naməlum nömrədən zəng edərək demişdir ki, «kənd Əhmədliyə gəlmişəm istəyirsənsə sənədə narkotik verim». Həmin vaxtı ona narkotik lazım olduğu üçün Zaurla görüşmək üçün etibarnamə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla kənd Əhmədli qəsəbəsinə getmiş və kənd Əhmədlidə «OBA» marketin yaxınlığında Zaurla görüşmüşdür. Zaurla görüşəndən sonra 150 (yüz əlli) manat pulun müqabilində 04 ədəd bükümdə «kakos», yəni narkotik vasitə heroin və 08 ədəd bükümdə «şüşə», yəni psixotrop maddə olan metamfetamin almışdır. Həmin narkotik vasitələrdən bir büküm şüşəni ayrılıqda, digər 04 ədəd bükümdə kakos və 07 ədəd bükümdə şüşəni isə kibrit qutusuna yerləşdirməklə əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra Zaur ona demişdir ki, «gözlə işimi qutarım mənidə H.Aslanov metrosunun yanına apar». O da Zauru bir neçə dəqiqə gözlədikdən sonra sonuncu işini qurtarmış və onun maşınına əyləşdikdən sonra o, Zauru H.Aslanov metrosunun yaxınlığında yerləşən «KFC» restoranının qarşısına gətirmişdir. Zaur onun idarə etdiyi avtomaşına əyləşən zaman əlində qırmızı rəngli sellofan torba və qara rəngli sellofan paket olmuşdur. O, Zauru idarə etdiyi avtomaşınla dediyi yerə gətirdikdən sonra Zaur qırmızı rəngli paketi maşınında qoymuş, lakin qara rəngli paketi özü ilə götürərək maşından düşən zaman ona demişdir ki, «gözlə məni iki dəqiqəyə gəlirəm». O da Zaur avtomobildən düşdükdən sonra həmin qırmızı rəngli sellofan torbanı avtomaşınının qabaq saxlanc yerinə qoymuşdur. Daha sonra yol tıxac olmasın deyə maşını irəliyə sürmüş və idarə etdiyi avtomaşını yolun kənarında saxlayaraq Zauru gözləyən zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq korono virusla bağlı nə üçün küçəyə çıxdığını ondan soruşaraq sənədlərini tələb etmişlər. O, şəxsiyyətini təsdiq edən sənədini polis əməkdaşlarına təqdim edən zaman sonuncular onu saxlayaraq idarə etdiyi avtomobillə birlikdə Xətai RPİ-nin 36-cı polis bölməsinə gətirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində satış məqsədinin olmaması və üzərinnən cəmi bir büküm narkotik vasitənin çıxması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onların bu ifadələrini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Murad adlı şəxsin narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 02 aprel 2020-ci il tarixdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 15:10-da Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, idarə etdiyi «Hyundai Elantra» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xətai RPİ-nin 36-cı PB-yə dəvət etmişlər. Polis bölməsində onlara məlum olmuşdur ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli materiala bükülmüş bükülünü, içərisində 11 ədəd sellofan kəsiyinə bükülmüş bükülü olan kibrit qutusunu, 780 manat pulu və 1 ədəd «Hyundai» markalı avtomobilə aid açarı təqdim edərək gümüşü rəngli bükülünün içərisindəkinin narkotik vasitə «şüşə» olduğunu, kibrit qutusunun içərisindəki digər 4 ədəd bükülüdə narkotik vasitə «şüşə», qalan 7 ədəd bükülüdə isə narkotik vasitə «kakos» olduğunu, bu narkotik vasitələri 02 aprel 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində «Zaur» adlı şəxsdən 150 manat müqabilində satış məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə on iki büküm olan bükülü qablaşdırılaraq möhürlənmiş, 780 manat məbləğində pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Elantra»markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin saxlanc yerindən üzərində «Baby Life» yazısı olan qırmızı rəngli sellofan torba aşkar edilmiş, Təqsirləndirilən şəxs isə həmin qırmızı rəngli sellofan torbada narkotik vasitələrin olduğunu bildirmişdir. Qırmızı rəngli torbanı açıb içərisinə baxdıqda oradan bir ədəd sellofan bükümündə narkotik vasitə «heroinə» oxşar maddə, bir ədəd sellofan bükümdə qara rəngli narkotik vasitə «tiryəkə» oxşar maddə bir ədəd silindr formalı şəffaf rəngli plastik qabda narkotik vasitə «metametafinə» oxşar maddə və bir ədəd dörd künc şəffaf rəngli plastik qabda narkotik vasitə «heroinə» oxşar maddə, 3 ədəd «Nar mobile» operatoruna məxsus üzərində 774314777, 774206888, ********* nömrəsi olan kartlar, 1 ədəd «Araz» supermarketə məxsus bonus kartı, 1 ədəd qara rəngli dəri üzlükdə olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi, 1 ədəd ağ paltar sapı, 1 ədəd metal rəngdə dəmir qayçı aşkar edildi. Götürülmüş 2 ədəd sellofan büküm, 1 ədəd silindr formalı şəffaf rəngli qab və dörd künc formalı şəffaf rəngli qab qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Murad adlı şəxsin narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 02 aprel 2020-ci il tarixdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 15:10-da Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, idarə etdiyi «Hyundai Elantra» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xətai RPİ-nin 36-cı PB-yə dəvət etmişlər. Polis bölməsində onlara məlum olmuşdur ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli materiala bükülmüş bükülünü, içərisində 11 ədəd sellofan kəsiyinə bükülmüş bükülü olan kibrit qutusunu, 780 manat pulu və 1 ədəd «Hyundai» markalı avtomobilə aid açarı təqdim edərək gümüşü rəngli bükülünün içərisindəkinin narkotik vasitə «şüşə» olduğunu, kibrit qutusunun içərisindəki digər 4 ədəd bükülüdə narkotik vasitə «şüşə», qalan 7 ədəd bükülüdə isə narkotik vasitə «kakos» olduğunu, bu narkotik vasitələri 02 aprel 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində «Zaur» adlı şəxsdən 150 manat müqabilində satış məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə on iki büküm olan bükülü qablaşdırılaraq möhürlənmiş, 780 manat məbləğində pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Elantra» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin saxlanc yerindən üzərində «Baby Life» yazısı olan qırmızı rəngli sellofan torba aşkar edilmiş, Təqsirləndirilən şəxs isə həmin qırmızı rəngli sellofan torbada narkotik vasitələrin olduğunu bildirmişdir. Qırmızı rəngli torbanı açıb içərisinə baxdıqda oradan bir ədəd sellofan bükümündə narkotik vasitə «heroinə» oxşar maddə, bir ədəd sellofan bükümdə qara rəngli narkotik vasitə «tiryəkə» oxşar maddə bir ədəd silindr formalı şəffaf rəngli plastik qabda narkotik vasitə «metametafinə» oxşar maddə və bir ədəd dörd künc şəffaf rəngli plastik qabda narkotik vasitə «heroinə» oxşar maddə, 3 ədəd «Nar mobile» operatoruna məxsus üzərində 774314777, 774206888, ********* nömrəsi olan kartlar, 1 ədəd «Araz» supermarketə məxsus bonus kartı, 1 ədəd qara rəngli dəri üzlükdə olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi, 1 ədəd ağ paltar sapı, 1 ədəd metal rəngdə dəmir qayçı aşkar edildi. Götürülmüş 2 ədəd sellofan büküm, 1 ədəd silindr formalı şəffaf rəngli qab və dörd künc formalı şəffaf rəngli qab qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. İş materiallarındakı məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 02 aprel 2020-ci il tarixli, 6/356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində 4 imza olan (qərara əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş) zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.235 qram ağ rəngli kristal şəkilli kütlə, 01 ədəd kibrit qutusunda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.547 qram, 0.534 qram, 0.488 qram, 0.982 qram, ümumi təmiz çəkisi 2.786 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1.472 qram, 0.373 qram, 0.460 qram, 0.436 qram, 0.433 qram, 0.410 qram, 0.428 qram, ümumi təmiz çəkisi 4.012 qram qəhvəyi rəngli maddə kütləsi kustal üsulla hazırlanmış narkotik vasitə – heroindir. Üzərində 6 imza olan (qərara əsasən Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunmuş) zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 28.668 qram, 01 ədəd kub formalı plastik qabda təmiz çəkisi 8.665 qram, ümumi təmiz çəkisi 37.333 qram qəhvəyi rəngli maddə kütləsi kustal üsulla hazırlanmış narkotik vasitə – heroindir. 01 ədəd silindrik formalı plastik qabda təmiz çəkisi 51.256 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. 02 ədəd zərfdəki metamfetamin maddələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər, həmçinin 02 ədəd zərfdəki heroin maddələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. İş materiallarındakı əlavə edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2020-ci il tarixli 7/122 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi – 6,020 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – həşiş qətranıdır. İş materiallarındakı məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 08 iyun 2020-ci il tarixli 1516 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işini materiallarına əlavə edilmiş Cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2020-ci il tarixli 6/1219 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, Şahid4 və Təqsirləndirilən şəxs üzərindən, ona məxsus avtomobildən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər, həmin şəxslərdən aşkar olunmuş metamfetamin kütlələri də həmçinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqlidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir büküm 0,235 qram psixotrop maddə metafetamin, bir ədəd kibrit qutusundan 04 ədəd sellofan kəsiyinə bükülmüş ümumi təmiz çəkisi 2,551 qram psixotrop maddə metafetamin və 07 ədəd sellofan kəsiyinə bükülmüş ümumi təmiz çəkisi 4,012 qram narkotik vasitə heroin, onun idarə etdiyi «Hyundai Elantra» markalı, **- SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq saxlanc yerindən aşkar olunaraq götürülmüş 01 ədəd qırmızı rəngli sellofan torbada saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 28,668 qram və 01 ədəd kub formalı plastik qabda təmiz çəkisi 8,665 qram ümumi təmiz çəkisi 37,333 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd silindrik formalı plastik qabda təmiz çəkisi 51,256 qram psixotrop maddə metafetamin, 01 ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 6,02 qram olan narkotik vasitə həşiş qətranı və və 1 ədəd qara rəngli dəri üzlükdə olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, eyni zamanda Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, təqsirləndirilən şəxsin cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 41,175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi qalıq çəkisi 53,872 kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, qalıq çəkisi 5,990 qram olan narkotik vasitə həşiş qətranı, 1 ədəd qara rəngli dəri üzlükdə olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi saxlanılması üçün Xətai RPİnin saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, eyni zamanda Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd «CD» diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə dair ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırılan hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 12.02.2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 19.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 288.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin 12.02.2014-cü il tarixli hökmü ilə təyin olunmuş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 19.12.2014-cü il tatixli hökmlə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmuyu ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 18 yanvar 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər— onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2, 177.2.3, 177.2.4-cü və 288.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və yenidən qəsdən ağır (CM-nin 234.4.3-ci maddəsi) cinayət törətdiyindən əməlində cinayətin residivi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsi əsasında cəzasını ağırlaşdıran hal cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Məhkəmə bundan əlavə Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinin tələblərinə görə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək ücün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə Xətai RPİ—də saxlanılan maddi sübutlar ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 41,175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi qalıq çəkisi 53,872 kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 5,990 qram olan narkotik vasitə həşiş qətranı, 1 ədəd qara rəngli dəri üzlükdə olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, eyni zamanda Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd «CD» diskin isə iş materiallarına əlavə ediərək saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqalarının dəyəri – 289,62 (iki yüz səksən doqquz manat altmış iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 35 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 210 manat köçürülməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 02 aprel 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344- 347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinsin, ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Əliyev Oqtay Mamedoviçin vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 210 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən Xətai RPİ—də saxlanılan maddi sübutlar ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 41,175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi qalıq çəkisi 53,872 kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 5,990 qram olan narkotik vasitə həşiş qətranı, 1 ədəd qara rəngli dəri üzlükdə olan üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 289,62 (iki yüz səksən doqquz manat altmış iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-310/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-310/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver