Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-310/2022 22.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor müavini vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi şəxsi və tamah niyyəti ilə rəsmi sənədlərə onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək və bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir: belə ki, o, 30 iyun 2020-ci il tarixdən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun həmin tarixli 054-k №-li əmri ilə X1 Departamentinin direktor müavini vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən 5 sentyabr 2019-cu il tarixli vəzifə təlimatına əsasən departamentin strukturuna daxil olan akkreditasiya olunmuş qurumların idarə olunması, sertifikatlaşdırma üzrə sifarişlərin ekpert-auditora icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, laborator sınaqlar üzrə sifarişlərin laboratoriyaların rəhbərlərinə icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, müqavilələrin, sınaq protokollarının və sertifikatların imzalanması, sertifikatlaşdırma sınaqlarının nəticələrinin təhlilinə əsasən sertifikatın təsdiq edilməsi, sertifikatlaşdırılan məhsul və xidmətə dair uyğunluq sertifikatının və milli uyğunluq nişanının istifadəsinə dair son qərarın imzalanaraq təsdiq edilməsi, məhsul və xidmətlərin, sertifikatlaşdırma işlərinin obyektiv, dəqiq və qərəzsiz aparılması, sertifikatlaşdırmanın nəticələrini əks etdirən sənədlərin tərtibatı, dəqiqliyi, obyektivliyi və düzgünlüyünün təmin edilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “Açıq boz və ağ rəngli köynəklərin satınalınması məqsədilə 18 avqust 2020-ci il tarixdə elan edilmiş tenderdə iştirak edən "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş nümunələrin Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilmiş X7 texniki parametrlərə uyğunluğu və laborator müayinədən keçirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli 20/01214/1194 saylı müqaviləyə əsasən keçirilmiş laborator sınaqların nəticəsində “Azeli Tekstil" MMC tərəfindən təqdim edilmiş açıq boz rəngli parçalarda 1 santimetrdəki sapların sayının və ağ rəngli parçalarda səthinin sıxlığının X7 göstəricilərə uyğunsuzluğu barədə qeydləri özündə əks etdirən 18 noyabr 2020-ci il tarixli 732 saylı sınaq protokolu tərtib edilərək ekspertlər tərəfindən imzalanmasına baxmayaraq, 24 noyabr 2020-ci il tarixdə institutda laborant vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 qeyd edilən protokolun elektron variantını “Microsoft Word” formatında özünə məxsus mailto:rafiq.ezizov@mail.ruElektron ünvan 1 elektron ünvanına göndərilməsini tələb edib həmin protokolu elektron sənəd kimi dörd vərəqdən ibarət şəkildə əldə edərək, institutun ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti iş otağında olan kompyuter vasitəsilə ekspertlər tərəfindən əvvəlcədən imzalanmış və rəsmi sənəd hesab edilən 18 noyabr 2020-ci il tarixli 732 saylı sınaq protokolunun 2 və 3-cü vərəqlərində həqiqi məzmununu təhrif edən düzəlişlər edərək, yəni protokolda olan uyğunsuzluqları aradan qaldırıb həmin nümunələr üzrə keçirilmiş sınaqların nəticələrinin X7 göstəricilərə uyğunluğunu qeyd edərək, həmin protokolun imzalanmış və möhürlənmiş əsas nüsxəsini həmin kompüterə quraşdırılmış skayner qurğusu vasitəsilə kompüterin yaddaşına köçürüb, elektron sənədin 2 və 3-cü vərəqlərinin əvəzinə özünün vəzifə saxtakarlığı yolu ilə hazırladığı vərəqləri əlavə edib, cəmi 4 vərəqdən ibarət olmaqla həmin sənədi “PDF” formatda 24 noyabr 2020-ci il tarixdə özünə məxsus mailto:rafiq.ezizov@mail.ruElektron ünvan 1 elektron ünvanı vasitəsilə Dövlət Sərhəd Xidmətinin tender komissiyasının mailto:dsx.tender@gmail.comElektron ünvan 2 elektron ünvanına göndərməklə, vəzifəli şəxs kimi şəxsi niyyətlə rəsmi sənədə onun həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin sertifikatlaşdırma nəticələrinin düzgünlüyü əks etdirməsi və bununla əlaqədar müqavilə öhdəliklərinə əməl edilməsi ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir; bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında xx.xx.1997-ci il tarixli sazişə, habelə "Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi" haqqında Qaydaların 2-ci bəndinə əsasən Qazaxıstan Respublikasında mövcud olan standartların, o cümlədən ST RK 3480-2019 saylı standartların Azərbaycan Respublikasında tətbiq edilməsi üçün “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən qərar qəbul edilməli olduğu halda, belə qərar qəbul edilmədən Qazaxıstan Respublikasında mövcud olan ST RK 3480-2019 saylı standartların tələblərinə əsaslanaraq uyğunluq sertifikatı vermək səlahiyyətinin olmamağına baxmayaraq, qeyd edilən standartlara əsasən xırdabuynuzlu və iribuynuzlu heyvanlar üçün istehsal edilmiş qulaq birkalarına uyğunluq sertifikatı almaqdan ötrü cinayətdən xəbərsiz Qazaxıstan Respublikasının vətəndaşı Şahid11 vasitəsilə 2020-ci ilin may ayında özünə müraciət etmiş «Единый консолидирующий центр» adlı qurumun rəhbəri Şahid10 15 yanvar 2021-ci il tarixdə “Whatsapp” proqramı vasitəsilə özünə məxsus ***-***-**-** mobil nömrəsindən Şahid11 istifadəsində olan +**********3 mobil nömrəsinə zəng edərək aralarındakı danışıq zamanı həmin sertifikatların verilməsinə görə maddi nemət olan 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitini Şahid11 vasitəsilə özü üçün birbaşa yolla rüşvət qismində istəyib, razılaşmalarından sonra həmin pul vəsaitinin özünə məxsus olmaqla "xxxx" ASC-dən verilmiş 5103********5608 nömrəli kart hesabına köçürülməsini bildirməsinə əsasən, Şahid10 tərəfindən “Kaspi Gold” beynəlxalq ödəniş sistemi vasitəsilə həmin tarixdə 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat məbləğində pul vəsaitinin, bank xərcləri çıxıldıqdan sonra 3.384 manat məbləğində pul vəsaitinin qeyd edilən kart hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini qeyd edilən kartdan istifadə etməklə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 15 yanvar 2021-ci il tarixdə 2.000 manatını və 16 yanvar 2021-ci il tarixdə iki dəfəyə 1.384 manatını cinayətdən xəbərsiz oğlu Mirəhməd Əzizov vasitəsi ilə çıxarıb əldə edərək şəxsi ehtiyaclarına sərf etməklə, Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan cəmi 3.384 (üç min üç yüz səksən dörd) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, verdiyi vədini yerinə yetirmək məqsədilə həmin institut tərəfindən 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01146.20 nömrəli uyğunluq sertifikatının “Kral Təbabət" MMC-yə, 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatının isə "xxxx" MMC-yə verilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə həmin institutun ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti iş otağında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, yəni «Единый консолидирующий центр» adlı quruma heç bir sınaq keçirmədən guya həmin qurum tərəfindən təqdim edilmiş xırdabuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş qulaq birkalarının Qazaxıstan Respublikasının ST RK 3480-2019 saylı standartlarının tələblərinə uyğun olduğunu qeyd edərək 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01146.20 nömrəli və guya həmin qurum tərəfindən təqdim edilmiş iribuynuzlu heyvanlar üçün nəzərdə tutulmuş qulaq birkalarının Qazaxıstan Respublikasının ST RK 3480-2019 saylı standartlarının tələblərinə uyğun olması barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi 25 noyabr 2020-ci il tarixli ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatlarını tərtib edib öz imzası və Uyğunluğun Qiymətləndirilməsi Departamentinin möhürü ilə təsdiq edərək istifadəsində olan mailto:rafiq.ezizov@mail.ruElektron ünvan 1 elektron ünvanı vasitəsilə Şahid10 məxsus mailto:ali_shapirov@mail.ruElektron ünvan 3 ünvanına göndərməklə, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2020-cu ilin mart ayından Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş, direktor müavini kimi əsas vəzifəsi uyğunluq sertifikatlarının sifarişinin qəbulu, müqavilələrin bağlanması, sifarişin təhlili və uyğunluq sertifikatının verilməsi barədə qərarların verilməsindən ibarət olmuş, 2020-ci ilin aprel ayınadək isə Şimal ərazi idarəsinin direktoru vəzifəsində işləmişdir. 2020-ci ilin aprel ayında Departamentin direktor müavini vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmiş və təxminən 2020-ci ilin iyul ayında həmin vəzifəyə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Standartlaşma İnstitutu arasında 2020-ci ilin təxminən sentyabr ayında xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə uyğun olaraq DSX tərəfindən "xxxx" MMC və "xxxx" MMCnin təkif etdiyi məhsulların nümunələri İnstitutun laboratoriyasına təqdim edilmişdir. Həmin nümunələr və DSX-dən daxil olmuş “X10” əsasında institutun laboratoriyasında sınaqlar aparılmışdır. DSX-dən nümunə olaraq “Azeli Textir MMC-nin verdiyi açıq boz və ağ rəngli köynək parçaları və "xxxx" MMC-nin verdiyi açıq boz və ağ rəngli köynəklər göndərilmiş, həmin məhsullar əsasında sınaq aparılmış və xx.xx.2020-ci il tarixdə müvafiq sınaq protokolları tərtib edilmişdir. Sınaq protokolları tərtib edildikdən sonra sınaq aparan şəxslər tərəfindən imzalanaraq ona təqdim edilmiş, həmin protokolun daxilində yazılanların dəqiq mənasını bilməmiş, ona təqdim ediləndən sonra Departamentin direktor müavini olaraq həmin sınaq protokollarını imzalayaraq təsdiq etmişdir. Əslində bunu laboratoriyanın özü imzalamalı olduğu halda, institutun direktoru laboratoriyanın möhürünü yığışdırdığı üçün həmin protokolları o imzalayıb “Uyğunluğun qiymətləndirilməsi Departamentinin” möhürü ilə təsdiqləmişdir. Sifarişçinin müraciəti üzrə sınaq protokolu tərtib edildikdən sonra, sifarişçi ödəniş etdikdən sonra həmin sınaq protokolu sifarişçiyə göndərilmişdir. "xxxx" MMC-nin direktoru Şahid6la bir-birlərini tanımırlar və sınaq protokolları ilə bağlı onların arasında hər hansı, o cümlədən "xxxx" MMC üçün hər hansı üstünlük əldə edilməsi, Cəmiyyətin mənafeyinə uyğun olaraq sınaq protokollarının saxtalaşdırılması ilə bağlı heç bir razılaşma olmamışdır. Sınaqların keçirilməsi barədə sifariş mövcud qanunvericiliyə tam uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilsə də Dövlət Sərhəd Xidmətinin X11 Baş İdarəsinin Təminat İdarəsi Əşya geyim şöbəsinin rəisi Şahid8 da "xxxx" MMC üçün hər hansı üstünlük əldə edilməsi ilə bağlı ona hər hansı təklif etməmiş, bu barədə hər hansı sövdələşmənin olmamışdır. O, "xxxx" MMC-nin mənafeyi üçün təqdim edilmiş nümunələrin sınaq protokollarına düzəliş etməmiş, sınaq protokollarını Şahid8 rəsmi qaydada müşaiyətedici məktubla göndərməmiş, sadəcə işğaldan yeni azad olunmuş rayonlarda xidmət edən əsgərlərin hərbi geyimə olan tələbatlarının təcili ödənilməsi zərurəti ilə əlaqədar olaraq sınaq protokollarının surətlərini Şahid8 xahişi ilə nümunə kimi sonuncunun şəxsi elektron ünvanına göndərmişdir, əslində mövcud qaydalara əsasən sınaq protokolları rəsmi qaydada (istər elektron, istərsə kağız daşıyıcıda) müşaiyətedici məktubla göndərilməli, müvafiq qaydada qeydiyyatdan keçirilməlidir, bunsuz tender keçirilə bilməz və DSX sözügedən tenderi qanunsuz keçirmişdir. Yəni sınaqlar keçirildikdən sonra DSX tərəfindən müvafiq ödənişlər edildikdən sonra bu barədə olan protokollar müşaiyətedici məktubla rəsmi qeydiyyatdan keçirilməklə həmin Xidmətə göndərilməli və yalnız bundan sonra tender keçirilməli olduğu halda DSX bunu etməmişdir. DSX həmçinin ondan Protokolun akkreditasiya şəhadətnaməsi və sahəsini də tələb etməmişdir. Laboratoriya isə akkreditasiya olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş akkreditasiya attestlarından görünür ki, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin Sınaq Laboratoriyasının akkreditasiya attestatınən müddəti 17 iyul 2020-ci ildə başa çatmış və növbəti akkreditasiya attestatı yalnız 04 dekabr 2020-ci ildə verilmişdir. Yəni sınaq protokollarının təsdiq olunduğu 18 noyabr 2020ci ildə laboratoriyanın müvafiq sınaqları keçirmək səlahiyyətləri olmamışdır. Bu xüsusatın özü də həmin protokolların rəsmi sənəd hesab edilməsini istisna edir. xx.xx.2020-ci il tarixli aşağı sağ tərəfində Dövlət Sərhəd Xidmətinin daxil olma stampının əks olunduğu 733 nömrəli sınaq protokollarının 1-ci vərəqinin yuxarı hissəsində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan, xx.xx.2020-ci il tarixli 732 nömrəli sınaq protokollarının1-ci vərəqinin yuxarı hissəsində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan, xx.xx.2020ci il tarixli 732 nömrəli sınaq protokollarının 1-ci vərəqinin yuxarı hissəsində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan və email ünvandan çıxarışda öz əksini tapmış xx.xx.2020-ci il tarixli 732 nömrəli sınaq protokollarının 1-ci vərəqinin yuxarı hissəsində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan imzalar ona məxsus olmuşdur; xx.xx.2020-ci il tarixli 732 nömrəli sınaq protokolunu özünə məxsus olan mailto:rafiq.ezizov@mail.ruElektron ünvan 1 elektron ünvanı vasitəsilə həm DSX əməkdaşı olan Nizaməddin adlı şəxsin mailto:nizameddin2011@mail.ruElektron ünvan 4, həm də mailto:dsx.tender@gmail.comElektron ünvan 2 ünvanlarına göndərmişdir. O, özünə məxsus elektron ünvandan mailto:dsx.tender@gmail.comElektron ünvan 2 ünvanına göndərilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş nümunələr üzrə verilmiş xx.xx.2020-ci il tarixli 732 nömrəli sınaq protokolu ilə həmin protokolun əsli arasında olan fərqləri xatırlamır, nə üçün belə bir məzmunda protokolun göndərildiyini bilmir, həmin protokolun göndərilməyini ondan DSX-də işləyən, lakin heç vaxt üzünü görmədiyi, daimi telefon əlaqəsi saxladığı Nizaməddin adlı şəxs xahiş etmiş, Nizaməddin onunla qaynar xətt vasitəsilə əlaqə saxlayaraq institut ilə müqavilə bağlamaq istədiyini bildirmiş, Nizaməddindən DSX-nin də özünün sınaq laboratoriyalarının olduğunu, nə üçün institut ilə müqavilə bağlamaq istədiyini soruşanda, sonuncu nəticələri müqayisə etmək üçün müqaviləni bağlamaq istədiklərini bildirmişdir. DSX ilə institut arasında olan müqaviləni özü tərtib edərək DSX-ya göndərmiş, daha sonra DSX-də müqavilə imzalandıqdan sonra geri göndərilmiş və özü tərəfindən imzalanaraq möhür vurulmuşdur. Qaynar xətt vasitəsilə Nizaməddin ilə danışarkən ondan mobil nömrəsini almış və iş ilə, eləcə də ödənişlə əlaqədar bir neçə dəfə əlaqə saxlamışdır. Əvvəlcə həmin sınaq protokolunu Nizaməddinə məxsus mailto:nizameddin2011@mail.ruElektron ünvan 4 ünvanına göndərmiş, daha sonra onunla mobil telefon vasitəsilə əlaqə saxlayanda, Nizaməddinin ona Zəngilan rayonunda olduğunu və həmin sınaq protokolunu mailto:dsx.tender@gmail.comElektron ünvan 2 ünvanına göndərməyini xahiş etmiş, bundan sonra həmin protokolu mailto:dsx.tender@gmail.comElektron ünvan 2 elektron ünvanına göndərmişdir. O, elektron vasitələrdən düzgün şəkildə istifadə edə bilmədiyi üçün həmin protokolu mailto:dsx.tender@gmail.comElektron ünvan 2 elektron ünvanı ilə bərabər, həmçinin səhvən “X3 Anonim Şirkəti”ndə auditor işləyən Samir Albəndova da göndərmişdir; “Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-nin direktoru Şahid7 Qazaxıstan Respublikasında yaşayan və əslən qazax olan İsgəndər adlı dostunun Şahid7 müraciət edərək Qazaxıstan Respublikasında fəaliyyət göstərən «Единый консолидирующий центр» adlı quruma heyvanların qulaqlarına vurulan birkalarla bağlı uyğunluq sertifikatını verib-verməyəcəklərini soruşmuş və Qazaxıstan Respublikasının standartları göndərmiş, Şahid7 də ona nümunə üçün müvafiq sertifikat hazırlayıb İsgəndər adlı dostuna təqdim etməyi tapşırmış, həmin müəssisənin “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ ilə gələcəkdə müqavilə bağlayacağını bildirmiş, həmin müəssisəyə veriləcək sertfikatın blankının da nömrəsiz blank olduğunu, orginal blank olmadığını, həmin blankı, eləcə də Qazaxıstan Respublikasından göndərilmiş standartları Şahid7 ona təqdim etmiş, özü də həmin standartlar əsasında sertifikat nümunələrini tərtib edərək Departamentin daxili möhürünü vuraraq, öz imzası ilə imzalayaraq, Şahid7 təqdim etmiş, sonuncu da sertifikatın düzgünlüyünü təsdiq etdikdən sonra, öz emaili vasitəsilə həmin nümunələri İsgəndər adlı şəxsin şəxsi emailinə göndərmiş, o, nümunə kimi tərtib etdiyi sertifikatları Şahid7 göstərişi ilə imzalayaraq möhürlə təsdiq etmiş və öz emaili vasitəsilə Şahid7 tanışı olan İsgəndər adlı şəxsə göndərmişdir. Şahid10 adlı şəxs tanımamış, ondan hər hansı məbləğdə pul tələb etməmiş, "xxxx" ASC-də yerləşən hesabına Rusiyada yaşayan Ruslan adlı dostu 2.000 ABŞ dolları göndərmiş, Ruslandan həmin pul məbləğini borc olaraq istəmiş, həmin pul məbləğini isə oğlu Məhəmmədəli Əzizov bankomatdan məxaric edərək ona vermişdir; eyni zamanda bildirmişdir ki, işlədiyi bütün müddətlərdə və idarələrdə həmişə işlədiyi idarənin və dövlətin mənafeyini qorumuş, heç vaxt neqativ hallara yol verməmiş, ailənin yeganə qazanc gətirəni olmaqla ailə üvlərini ondan başqa heç kim maddi cəhətdən təmin edə bilmədiyindən, hal-hazırda ailəsi çox acınacaqlı vəziyyətə düşmüşdür, ankoloji xəstə olan yaşlı anası da onun himayəsindədir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in nümayəndəsi qismində dindirilmiş X1 Departamentinin direktoru X4 göstərmişdir ki, Təqsirləndirilən şəxs əməlləri nəticəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə maddi zərər vurulmamışdır, yalnız işgüzar nüfuzlarına zərər vurulmuşdur; Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, sonuncu ilə barışmışlar, cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 1982-ci ildən Azərbaycan Standartlaşdırma İnstitutunun Sınaq laboratoriyasının aparıcı eksperti vəzifəsində işləyir, ekspert kimi əsas vəzifələri nümunələrin qəbul edilməsi, normativ sənədin seçilməsi, sınaqların keçirilməsi və protokolun tərtib edilməsindən ibarətdir, ekspertizanın obyekti qismində paltarlar, uşaq bezləri, kömür, kağız dəsmallar və s. olur, həmin obyektlər üzrə ekpertiza apararaq onların fiziki-kimyəvi və fiziki-mexaniki göstəricilərə uyğunluğu yoxlanılır, instituta sifariş daxil olur və həmin sifarişdə tələb edilən xüsusiyyətlər üzrə yoxlama aparılır və cavabı müvafiq sifarişçiyə göndərilir. Yoxlama əsasən müqavilə və məktub əsasında aparılır. Şahid4 həmçinin bildirmişdir ki, ağ və açıq boz rəngli köynəklərin və köynək üçün ağ və açıq boz rəngli parçaların keyfiyyət göstəricilərinin müəyyən olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətindən "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş nümunələr əsasında DSX tərəfindən təqdim edilmiş “X10” üzrə laboratoriyada özünün və Şahid3 iştirakı ilə sınaqlar keçirilmiş, lakin sınağın metodlarını isə ekspert olaraq özləri müəyyən etmişlər, nümunə kimi "xxxx" MMC tərəfindən açıq boz və ağ rəngli köynəklər, "xxxx" MMC tərəfindən isə açıq boz və ağ rəngli parçalar təqdim edilmiş, sınağın aparılması üçün parça və ya həmin parçadan hazırlanmış köynəyin təqdim edilməsi fərq eləmir, nəticələr eyni olur. Sınaq nəticələri olaraq, 18 noyabr 2020-ci il tarixli 732 və 733 nömrəli sınaq protokolları tərtib edilmişdir. 732 nömrəli sınaq protokolu "xxxx" MMC tərəfindən təqdim edilmiş açıq boz və ağ rəngli parçalar üzrə aparılmış sınağın nəticəsində tərtib edilmiş və müəyyən edilmişdir ki, açıq boz parçalarda 1 sm-dəki sapların sayı arğac üzrə standartlara uyğun olsa da, əriş üzrə uyğun deyil. Parçada əriş və arğac üzrə 1 sm enində 5 nümunə götürülür və sapların sayı sayılır. Arğac həmin nümunədəki sapların üfüqi, əriş isə şaquli yerləşməsidir. Belə ki, əriş üzrə sapların sayı 40-dan az olmayaraq nəzərdə tutulmuş, nümunədə isə 35 müəyyən edilmişdir. Bu səbəbdən uyğunsuzluq müəyyən edilmişdir. Bundan əlavə, ağ rəngli parçalarda isə səthi sıxlıq üzrə aparılmış sınaqlarda uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, standarta görə sıxlıq 165 olmalı olduğu halda təqdim edilmiş nümunədə bu rəqəm 106,9 müəyyən edilmişdir. Bu səbəbdən də sınaq protokolunda həmin ağ rəngli parçanın səthi sıxlığının standarta uyğunsuzluğu qeyd edilmişdir. 733 nömrəli sınaq protokolu "xxxx" MMC tərəfindən təqdim edilmiş açıq boz və ağ rəngli köynəklər üzrə keçirilmiş sınaqların nəticəsində tərtib edilmişdir. Həmin sınaq nəticəsində müəyyən edilmişdir ki, açıq boz rəngli köynəklərdə 1 sm-dəki sapların sayı arğac üzrə standartlara uyğun olsa da, əriş üzrə standartlara uyğun deyil. Belə ki, əriş üzrə sapların sayı 40-dan az olmayaraq nəzərdə tutulmuş, nümunədə isə 28 müəyyən edilmişdir. Bu səbəbdən uyğunsuzluq müəyyən edilmişdir. Ağ rəngli köynəklərin parçalarında səthi sıxlıq üzrə aparılmış sınaqlarda uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, standarta görə sıxlıq 165 olmalı olduğu halda təqdim edilmiş nümunədə bu rəqəm 141,1 müəyyən edilmişdir. Bu səbəbdən də sınaq protokolunda həmin ağ rəngli köynəyin səthi sıxlığının standarta uyğunsuzluğu qeyd edilmişdir. Bundan əlavə, ağ rəngli köynəklərdə həmçinin 1 sm-dəki sapların sayı da standartlara uyğun olmamışdır. Bu barədə protokola müvafiq qeydlər edilmişdir. Parçalar və köynəklər üzrə aparılmış sınaqlar DSX tərəfindən təqdim edilmiş “X10” əsasında aparılmışdır. O, ifadəsində 18 noyabr 2020-ci il tarixli 732 və 733 saylı sınaq protokollarının son, yəni 4-cü səhifəsinin özü və Şahid3 tərəfindən imzalanaraq, “Uyğunluğun qiymətləndirilməsi Departamenti”nin rəis müavini Təqsirləndirilən şəxs təqdim etdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən DSX-yə elektron ünvan vasitəsilə göndərilmiş sınaq protokolundan məlumatı olmamış, həmin parçalar üzrə sınaq keçirən zaman onlarda uyğunsuzluqları aşkar edərək protokola qeyd etmiş, Təqsirləndirilən şəxs DSX-nə göndərdiyi "xxxx" MMC tərəfindən təqdim edilmiş açıqboz və ağ rəngli köynək parçaları üzrə tərtib edilmiş 18 noyabr 2020-ci il tarixli 732 nömrəli sınaq protokolunun 4-cü səhifəsindəki imza ona məxsus olmuş, amma həmin protokolun məzmununu o tərtib etməmiş və bundan xəbəri olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə və işin fatiki hallarına uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən DSX-yə elektron ünvan vasitəsilə göndərilmiş sınaq protokolundan məlumatı olmamış, həmin parçalar üzrə sınaq keçirən zaman onlarda uyğunsuzluqları aşkar edərək protokola qeyd etmiş, Təqsirləndirilən şəxs DSX-nə göndərdiyi "xxxx" MMC tərəfindən təqdim edilmiş açıq boz və ağ rəngli köynək parçaları üzrə tərtib edilmiş 18 noyabr 2020-ci il tarixli 732 nömrəli sınaq protokolunun 4-cü səhifəsindəki imza ona məxsus olmuş, amma həmin protokolun məzmununu o, tərtib etməmiş və bundan xəbəri olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2018-ci ilin iyul ayından “Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-də laborant vəzifəsində işləyir, laborant kimi əsas vəzifələri kolbaların təmizliyi, nümunənin qəbulu, qəbul jurnalını yazmaq, təmizlik işləri, sifarişlərin yazılması, məktubun sistemə salınmasından ibarətdir. Laboratoriyada sifarişlər üzrə nümunələr qəbul edilir, həmin nümunələr qeydiyyat jurnalına qeyd edilir, sonra sınaqların aparılması üçün laboratoriyaya təqdim edilir və sınaqlar aparılır, sınaqlar yekunlaşdıqdan sonra sınaq protokolu tərtib edilir, sınaq protokoluna nömrə olaraq, həmin nümunənin qeydiyyat jurnalındakı nömrəsi vurulur, sınaq protokolu sınağı aparan ekspertlər tərəfindən tərtib edilir və sonda imzalanır, protokol ekspertlər tərəfindən imzalandıqdan sonra Uyğunluğun qiymətləndirilməsi Departamentinə təqdim edilməsi üçün ona verilir, bundan sonra həmin sınaq üzrə ödəniş edilir, mühasibatlıqdan bununla əlaqədar ona məlumat verilir, ödəniş olunduğunu öyrəndikdən sonra həmin sınaq protokolunu imzalaması üçün Uyğunluğun qiymətləndirilməsi Departamentinin rəis müavini Təqsirləndirilən şəxs təqdim edirdi, protokol Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra poçt və ya sifarişçinin özünə əlbəəl verilməklə təqdim olunurdu. "xxxx" MMC və "xxxx" MMC tərəfindən sınaq keçirilməsi üçün nümunələr DSX vasitəsilə 11 noyabr 2020-ci il tarixdə laboratoriyaya daxil olmuş, bununla əlaqədar tərəfindən qeydiyyat kitabında müvafiq qeydlər aparılmış, "xxxx" MMC tərəfindən parça, "xxxx" MMC tərəfindən isə forma köynəyi təqdim edilmiş, hər iki məhsul üzrə 7 göstərici üzrə sınaq keçirilməsi nəzərdə tutulmuş, sınaq 17 noyabr 2020-ci il tarixdə başa çatmışdır. Həmin sınaq axşam vaxtı başa çatdığı üçün onun protokolu növbəti gün yəni 18 noyabr 2020-ci il tarixdə tərtib edilərək ekspertlər tərəfindən imzalanmış və imzalanması üçün Təqsirləndirilən şəxs təqdim edilmişdir. Protokollar onun tərəfindən də imzalandıqdan sonra Təqsirləndirilən şəxs özündə qalmışdır. Həmin protokollar “Word” formatında onun kompyuterində olmuş, həmin variantda imzalar olmamışdır. Uyğunluğun Qiymətləndirilməsi Departamentinin rəis müavini Təqsirləndirilən şəxs qeyd edilən müəssisələrin sınaq protokollarının “Word” formatını sonuncunun mailto:rafiq.ezizov@mail.ruElektron ünvan 1 ünvanına göndərməyini xahiş etmiş, o da həmin protokolları Təqsirləndirilən şəxs istifadəsində olan mailto:sinaqmerkezi@mail.ruElektron ünvan 5 ünvanı vasitəsilə 24 noyabr 2020-ci il tarixdə göndərmiş, Təqsirləndirilən şəxs bundan əvvəl heç vaxt ondan hansısa sınaq protokolun “Word” formatını istəməmişdir. O həmin vaxt artıq sınaq protokolları imzalandığı üçün həmin protokolların “Word” formatını Təqsirləndirilən şəxs göndərməkdə bir problem görməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, "xxxx" MMC təxminən 2004-cü ildə arvadı X5 tərəfindən təsis edilmiş, lakin həmin ərəfələrdə bir müddət fəaliyyət göstərdikdən sonra fəaliyyətini dayandırmış, 2016-cı ilin aprel ayından isə yenidən fəaliyyətə başlamış və həmin vaxtdan da cəmiyyətin direktorudur. "xxxx" MMC adından göründüyü kimi, hərbi geyim üçün tekstil məmulatların ölkəyə idxal olunması, istehsalı və satışını həyata keçirir, uzun illərdir Dövlət Sərhəd Xidmətinin keçirdiyi tenderlərdə iştirak edir və təqdim etdiyi tekstil məmulatları yüksək standartlara cavab verdiyindən və uyğun qiymət təklif edildiyindən bir çox tenderlərdə qalib elan olunmuşdur. DSX-yə hərbi tekstil məmulatlarını verdiyi müddətdə heç vaxt narazılıq baş verməmiş, tekstil məmulatları standartlara uyğun olmuşdur. Sonuncu dəfə 18 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti e-tender.gov.az saytında “Açıq boz və ağ rəngli köynəklər” açıq tenderini elan etmiş, "xxxx" MMC lot ödənişi edərək həmin tenderə qatılmış, tender elanında tələb olunan bütün sənədlər lazımi qaydada, şərtlər toplusunda qeyd olunduğu kimi vaxtında və düzgün olaraq elektron portala yerləşdirilmiş, müraciət edərək “iddiaçı” statusuna yiyələnmişdir. Bundan sonra həmin ərəfələrdə DSX-nin adını bilmədiyi əməkdaşı hazırda xatırlamadığı nömrədən ona zəng edərək təklif etdiyi köynəklərin nümunələrini istəmiş, o da həmin nümunələri DSX-nin növbətçi hissəsinə təhvil verib, zəng gəlmiş nömrə ilə yenidən əlaqə saxlayaraq nümunələri növbətçi hissəyə qoyduğu barədə məlumat vermişdir. Bundan az müddət sonra 2020-ci ilin noyabr ayında cəmiyyət tenderdə qalib elan edilmiş və 22 dekabr 2020ci il tarixdə onunla DSX-a arasında müqavilə bağlanmışdır. Müqavilə üzrə cəmiyyət 6 ay ərzində 30.000 ədəd boz, 10.000 ədəd ağ rəngli köynəyi DSX-yə verməyi, DSX isə 1.038.990 manat pulu cəmiyyətə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Bundan sonrakı vaxtlarda cəmiyyət təxminən 9.000 ədəd köynəyi DSX-yə təhvil verilmişdir. Lakin 2021-ci ilin aprel ayının ortalarında DSX cəmiyyətlə bağlanmış 22 dekabr 2021-ci il tarixli müqaviləni ona məlum olmayan səbəbə görə ləğv etdiyini bildirmişdir. Tenderdə təklif etdiyi köynəklər Çin Xalq Respublikasında istehsal olunmuş parçadan Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin fabrikində tikilmiş, fabrik Sumqayıtda yerləşən İnter Tekstil binasının 2 və 3-cü mərtəbələrində yerləşir, köynəklərin parçalarının tələb olunan standartlara cavab verməsi barədə istehsalçının uyğunluq sertifikatı vardır. Açıq boz rəngli köynəyin sınaq nəticələrində səthi sıxlıq göstəriciləri ağ rəngli parçanın səthi sıxlıq göstəricilərindən fərqlənmiş, hərçənd təqdim olunan parçaların eyni istehsalçıdan alınmışı, eyni xüsusiyyətlərə malik olmuş, həmin parçaların arasında belə bir fərq ola blməzdi. DSXyə təqdim edilmiş parçalar üzrə aparılmış sınaqların nəticələri barədə sınaq protokollarına təhrif edilmiş məlumatların daxil edilməsi barədə məlumatı olmamış, həmin proseslərdə iştirak etməmiş, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-dən heç kimi, o cümlədən Təqsirləndirilən şəxs tanımamış, Dövlət Sərhəd Xidmətinin Şahid8 adlı əməkdaşını DSXnin təhsil müəssisəsinə paltar tikən zamandan tanımışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, 2007-ci ildən DSX-də müxtəlif vəzifələrdə işləmişdir. Son olaraq, 2020-ci ilin yanvar ayının 13-dən Dövlət Sərhəd Xidmətinin X11 Baş İdarəsinin Təminat İdarəsi, Əşya geyim şöbəsinin rəisi vəzifəsində işləyir, əsas işi şəxsi heyətin hərbi geyim və əmlaklarla təmin olunmasından ibarətdir. Şəxsi heyəti geyimlə təmin etmək üçün heyətin tələbat siyahısı çıxardılır, həmin siyahıları tender komisiyasına təqdim edir və satınalma prosesi başlayır. Həmin proses elektron qaydada həyata keçirilir, müvafiq tenderdə iştirak etmək istəyən müəssisələr tender komissiyasına müraciət edirlər. İlkin olaraq, qiymət təkliflərinə baxılır. Bundan sonra həmin müəssisələrdən təklif etdikləri məhsulun nümunələri tələb edilir. Həmin nümunələr aiddiyyatı üzrə Təminat İdarəsinin Əşya geyim şöbəsinə göndərilir ki, tikilişə və geyim haqqında əsasnamənin şərtlərinə uyğunluğu yoxlanılsın. Şöbədə komissiya yaradılır və həmin məhsulun yuxarıdakı kriteriya üzrə yoxlayaraq nəticəsi aktlaşdırılır. Bundan sonra tender komissiyası həmin nümunəni üzərində sınaq keçirilməsi üçün və digər standartlara cavab verib-vermədiyini yoxlamaq üçün “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nə göndərməlidir. Əslində isə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nə nümunəni Dövlət Sərhəd Xidmətinin X11 Baş İdarəsinin Təminat İdarəsi göndərir. Sınaq protokolları isə məktub vasitəsilə idarəyə və ya tender komissiyasına göndərilir. Keyfiyyət yoxlamaları üçün laboratoriya DSX-nin özündə də fəaliyyət göstərir. Lakin 2020-ci ildən etibarən Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin göstərişi ilə həmin sınaqları DSX-yə tabe olmayan başqa bir qurum tərəfindən keçirilməlidir. Bu məqsədlə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ ilə 2020-ci ilin təxminən sentyabr ayında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satınalmalarla əlaqədar institut DSX tərəfindən təqdim edilmiş nümunələr əsasında sınaqlar keçirməlidir. Həmin müqavilə hal-hazırda da qüvvədədir. İlk olaraq, şəxsi heyətə dəsmalların alınması üzrə keçirilmiş tenderlə əlaqədar iki müəssisə tərəfindən təqdim edilmiş nümunələr “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə göndərilmiş, sınağın nəticəsində hər iki nümunə uyğunsuz çıxdığından satınalma baş tutmamışdır. Şahid8 ikinci müraciətin isə şəxsi heyətə köynəklərin alınması ilə əlaqədar olduğunu, təxminən 2020-ci ilin sentyabr - avqust aylarında tender komissiyasına şəxsi heyətə ağ və boz köynəklərin lazım olmağı ilə əlaqədar müraciət etdiyini, bununla əlaqədar tender elan olunduğunu, tenderə neçə müəssisənin müraciət etdiyini bilmədiyini, amma tender komissiyasının 2 müəssisənin nümunələrini onların nizamnaməyə uyğunluğunu yoxlamaq üçün Dövlət Sərhəd Xidmətinin X11 Baş İdarəsinin Təminat İdarəsinə göndərdiyini, idarənin həmin köynəklərə baxmadan birbaşa sınaqların keçirilməsi üçün “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə göndərdiyini, köynəklər təcili lazım olduğu üçün sınağın nəticələri ilə daimi olaraq maraqlandığını və bununla əlaqədar “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-dən Təqsirləndirilən şəxsla əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs heç vaxt şəxsən görməmiş, sonuncunun telefon nömrəsini qaynar xətt vasitəsilə öyrənmiş, ilin axırı olduğuna və şəxsi heyətə təcili forma lazım olduğuna görə tez-tez Təqsirləndirilən şəxs zəng edib ondan sınağın nəticələrini soruşmuş, təxminən 2020-ci ilin noyabr ayında sonuncu ona zəng edərək sınağın başa çatdığını və protokolun tərtib edildiyini bildirmiş, protokolu göndərmək üçün Xidmətin ödəniş etməli olduğunu bildirmiş, bununla əlaqədar maliyyə idarəsi ilə danışmış, maliyyə idarəsi isə ilin sonu olduğu üçün maliyyələşmənin baş tutmadığını və ödənişin növbəti aylarda ediləcəyini bildirmiş, o da bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və ondan həmin protokolları göndərməyini xahiş etmişdir. Çünki yuxarıda qeyd etdiyi kimi şəxsi heyətin formaya ehtiyacı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng edərək, protokolları göndərmək üçün email ünvanını istəmişdir. O da özünə məxsus mailto:nizameddin2011@mail.ruElektron ünvan 4 elektron ünvanını Təqsirləndirilən şəxs (055) ***-**-** nömrəsi vasitəsilə göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona həmin protokolları göndərmişdir. İşğaldan azad edilən rayonlarda olduğundan imkan eləyə bilmədiyi üçün həmin protokollara baxa bilməmiş və Təqsirləndirilən şəxs həmin protokolları tenderin mailto:tender.dsx@gov.azElektron ünvan 6 elektron ünvanına göndərməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs da həmin protokolları qeyd edilən ünvana göndərmişdir. Bundan sonra o, tender komissiyasının üzvü Rüstəmlə əlaqə saxlayaraq bu barədə ona məlumat vermişdir. Təxminən 2020-ci ilin dekabr ayında tender komissiyasının üzvləri "xxxx" MMC ilə bağlanmalı olan müqaviləni tanışlıq üçün ona təqdim etmişlər, o da müqavilə ilə tanış olaraq, qaytarmışdır. Təxminən 2021-ci ilin mart ayında Rüstəm ona zəng edərək sınaq protokollarının saxta olduğunu və əsli ilə düz olmadığını bildirmiş, bundan sonra sınaq protokollarının iki nüsxədə tərtib edildiyini öyrənmiş və onların nəticələrinin bir-birinə uyğun olmadığı müəyyən edilmişdir. O, qeyd etmişdir ki, onun bu barədə məlumatı və saxta protokolun tərtibində iştirakı olmamışdır. Şahid8 "xxxx" MMCnin rəhbəri Şahid6 tanıdığını, həmin müəssisədən əvvəllər də hərbi geyim aldıqlarını, "xxxx" MMC-nin rəhbərini tanımadığını, amma həmin müəssisə ilə də 2020-ci ildə işlədiklərini bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, "xxxx" MMC-ni təxminən 2 il bundan qabaq atası Mudabir Məmmədov təsis etmiş, hazırda da, şirkətin direktorudur. Lakin 71 yaşı olduğundan və sağlamlığında narahatçılıqlar olduğundan şirkətin idarə edilməsinə dair ona etibarnamə verdiyindən hazırda şirkətin idarə olunması işini o, təşkil edir. Cəmiyyət 13 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə başlamışdır. Müəssisə üst geyiminin istehsalı, əsasən hərbi geyimlərin istehsalı sahəsində qabaqcıl şirkətlərdəndir. Şirkətin maşın və avadanlıqları, işçi qüvvəsi, istehsal obyekti qeyd olunan hərbi geyimlərin istehsalına və çatdırılmasına tam şəkildə imkan yaradır. Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarəsi, N saylı hərbi hissəsi, akademiyası, hospitalı, Xarici Kəşfiyyat Xidməti kimi dövlət müəssisələri ilə 2020-ci ildə müqavilələr imzalanmış, tam qanunamüvafiq şəkildə hərbi geyim və əşyalar qeyd olunan qurumlara təchiz olunmuşdur. 18 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti e-tender.gov.az saytında “Açıq boz və ağ rəngli köynəklər” açıq tenderini elan etmiş, "xxxx" MMC 2500.00 AZN (iki min beş yüz manat) lot ödənişi edərək həmin tenderə qatılmışdır. Tender elanında tələb olunan bütün sənədlər lazımi qaydada, şərtlər toplusunda qeyd olunduğu kimi vaxtında və düzgün olaraq elektron portala yerləşdirilmiş, müəssisə öz müraciətini edərək “iddiaçı” statusuna yiyələnmişdir. 23 sentyabr 2020-ci ildə açıq tender “Yekunlaşmış” statusuna keçmişdir, yəni tender üçün sənədlərin təqdim olunma tarixi bitmişdir. Artıq iştirakçıların açıqlanması və hansı iştirakçının hansı məbləğdə təklif verməsi haqqında “protokol” iştirakçıların elektron portalına göndərilməsi mərhələsi başlamışdır. Bundan sonra 23 sentyabr 2020-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Açıq boz və ağ rəngli köynəklər” satın alınması məqsədi ilə Açıq Tender prosedurunda Təklif zərflərinin açılması üzrə “İCLAS PROTOKOLU №2” adı ilə müəssisəyə protokol göndərmişdir. Protokola baxarkən aydın olur ki, müəssisə 4 iştirakçı arasında ən aşağı və ən uyğun qiyməti vermişdir. Bundan sonra cəmiyyət tenderin şərtlər toplusunda qeyd olunan şərtlərə tam şəkildə cavab verən nümunələri, “Uyğunluq Sertifikatı” ilə birlikdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təqdim etmişdir. Şahid2 ifadəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən bütün prosedurları vaxtında keçməklərinə, iştirakçılar arasında ən uyğun qiyməti verməklərinə baxmayaraq, Dövlət Sərhəd Xidmətinin tender komissiyası tenderin yekun nəticələri haqqında, yəni kimin qalib olması haqqında onlara məlumat verməmişdir. Lakin siyahı komissiyaya təqdim olunduqdan sonra komissiya onu cavablandırmalı və qəbul etdiyi qərarı iştirakçılara və ya qalib iştirakçıya bildirməlidir. Qeyd olununan “Açıq boz və ağ rəngli köynəklər” açıq tenderi ilə bağlı isə məlum olmayan səbəblərdən elektron portalda müəssisənin “iddiaçı” statusu ləğv olunmuş və “iddiaçı kənarlaşdırılıb” statusuna keçirilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 Ələmdar oğlu ifadə verərək göstərmişdir ki, təxminən 2 ildir ki, “X2 Anonim Şirkətinin” Azərbaycan Respublikasında olan nümayəndəliyinin ekpert auditoru vəzifəsində işləyir, ümumiyyətlə uzun müddət müxtəlif təşkilatlarda maşınqayırma sahəsi üzrə ekspert kimi işləmişdir, 2005- 2016-cı illərdə həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində işləmişdir. Agentlikdə işlədiyi müddətdə Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu da onunla birlikdə agentlikdə işləyirmiş və maşınqayırma sahəsində ekspert olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Standartlaşdırma İnstitutunda işləməyə başlamışdır. Lakin, onunla daimi iş əlaqələri olmuşdur. "xxxx" MMC və "xxxx" MMC-nin vəzifəli şəxslərini tanımır, həmin müəssisələrin adlarını araşdırma dövründə eşitmişdir, mailto:samir1965@mail.ruElektron ünvan 7 email ünvanı ona məxsusdur. Təqsirləndirilən şəxs "xxxx" MMC və "xxxx" MMC-yə məxsus sınaq protokollarını ona səhvən göndərmiş və onun da cavab olaraq, həmin protokolları Təqsirləndirilən şəxs geri göndərərək həmin protokolları ona səhvən göndərdiyini bildirmiş, sonuncu ilə tez-tez sənəd mübadiləsi etdiklərinə görə sənədlərin hərdən səhv göndərilmə halları olmuş, həmin sınaq protokolları da səhvən ona göndərilmiş, o da Təqsirləndirilən şəxs zəng edərək sənədi səhv göndərdiyini bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstrmişdir ki, 2017-2021-ci illərdə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktoru vəzifəsində işlədiyini, İnstitutun tərkibində 3 Departamentin fəaliyyət göstərdiyini, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor müavini, direktor vəzifəsini icra edən şəxsi Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şahid7 ifadəsində bildirmişdir ki, 2021-ci ilin yanvar ayında ona Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən DSX-nin Tender Komissiyasının müraciəti əsasında keçirilmiş sınaqların nəticə protokollarının saxtalaşdırılması barədə məlumat daxil olmuş, buna əvvəl inanmamış və bunu araşdırmağı öz işçilərindən tələb etmişdir. Ona qeyd edilən müəssisələrin sınaq protokollarının hələ DSX-yə göndərilmədiyi bildirilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs və digər işçilərini çağıraraq məsələni araşdırmış, Təqsirləndirilən şəxs həmin sınaq protokollarının əsllərinin institutda olduğunu, DSX-yə göndərilənin isə sadəcə nümunələr olduğunu bildirmişdir. Lakin sonradan müəyyən edib ki, Təqsirləndirilən şəxs işçilərdən Aygün adlı xanıma həmin sınaq protokollarının “Word” variantını ona göndərməsi barədə göstəriş vermiş və Şahid1 da həmin sənədləri öz email ünvanı vasitəsilə göndərmişdir. “Uyğunluğun Qiymətləndirilməsi Departamenti” Azərbaycan Akreditasiya Mərkəzi tərəfindən İSO 17065 tələblərinə uyğun akkreditasiya olunaraq akreditasiya sahəsinə və keyfiyyət menecment sisteminə uyğun olaraq fəaliyyət göstərmiş, departamentin fəaliyyəti bilavəsitə departamentin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən (sənədləşdirmə, sertifikatların verilməsi, labarator sınaqların keçirilməsi, sənəd mübadiləsi və s.) həyata keçirilmişdir; Qazaxıstanda yaşayan İsgəndər adlı dostu ona hansısa bir məhsulun sertifikatlaşdırılması ilə bağlı müraciət etmiş, sonuncunu dərhal, qəbul edilmiş qaydaya uyğun olaraq, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor vəzifəsini icra edən Təqsirləndirilən şəxs yönəltmiş və Rafiqlə əlaqə saxlamağı tövsiyə etmiş, işin sonrakı gedişatı barədə məlumatı olmamış, həmin sertifikatın və ya onun nümunəsinin imzalanaraq Qazaxıstan Respublikasına göndərilməsi barədə ümumiyyətlə xəbərinin olmamış, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri yalan məlumat olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, uzun müddət İqtisadiyyat Nazirliyində və digər qurumlarda işləmiş, bir müddət Qazaxıstan Respublikasında da karqo işi ilə məşğul olmuş, həmin vaxt Rişad adlı qazax milliyətindən olan bir nəfərlə tanış olmuş, 2021-ci ilin iyul ayında Rişad ona zəng edərək Alibek adlı bir tanışının Azərbaycan Respublikasında problemi olduğunu bildirmiş və Alibekə köməklik etməyi xahiş etmişdir, Rişad onu Alibek ilə əlaqələndirmiş, Alibek ilə söhbət zamanı sonuncunun özünə məxsus müəssisə tərəfindən istehsal olunan heyvan qulaqları üçün nəzərdə tutulmuş birkalara uyğunluq sertifikatı almaq üçün “Azərbaycan Standartlaşdırma İnstitutu”nun vəzifəli şəxsi Təqsirləndirilən şəxs adlı şəxsə 2000 ABŞ dolları məbləğində pul verdiyi və həmin sertifikatların saxta çıxdığı məlum olmuş, Alibek ondan karantinlə əlaqədar olaraq Azərbaycana gələ bilmədiyi üçün həmin məsələnin araşdırılmasına köməklik göstərməyi ondan xahiş etmiş, o da razılıq vermişdir. İbtidai istintaq zamanı “WhatsApp” mobil tətbiqi vasitəsi ilə şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək elan edilmiş Qazaxıstan Respublikasının vətəndaşı Şahid11 ifadəsində göstərmişdir ki, əvvəllər Qazaxıstan Respublikasının dövlət standartlaşdırma orqanında işləmiş, Şahid7 də həmin vaxtdan tanımış, sonuncu regional konfranslarda Azərbaycam təmsil edərkən onunla tanış olmuş, partnyor kimi həmişə birbirini dəstəkləmişlər. Təqsirləndirilən şəxs şəxsən görməyib, adını bilir. Sertifikatlara dair bir məsələ ilə əlaqədar Şahid7 xahiş edib ki, Azərbaycanda sınaqların aparılıbaparılmadığını dəqiqləşdirsin, sonuncu isə onu Təqsirləndirilən şəxs ilə əlaqələndirmişdir. O, ifadəsində bildirib ki, Azərbaycan dövlət standartlaşdırma orqanına rəsmi müraciət olunmayıb. Yalnız məsləhət olub. Şəxsən Şahid7 müraciət edib və dəqiqləşdirmişdir. Şahid7 isə ona təsdiq orqanının bu məsələ ilə əlaqədar sertifikat verib vermədiyini bilmədiyini, lakin məsləhət almaqları üçün Təqsirləndirilən şəxsla əlaqələndirmişdir. O, onun özündən bu barədə məlumat almağı Qazaxıstanda fəaliyyət göstərən «Единый консолидирующий центр» (“Vahid konsolidasiya mərkəzi”) adlı qurumun xahiş etdiyini qeyd etmişdir. Şahid11 Təqsirləndirilən şəxsla söhbət etdiyini, ondan könüllü sertifikatlaşdırmanın edib-edilmədiyini soruşduğunu, sonuncunun isə məbləği razılaşdırmaq lazım olduğunu bildirdiyini, bu müəssisə ilə heç bir əlaqəsi olmadığı üçün Təqsirləndirilən şəxsla müəssisənin nümayəndəsini əlaqələndirdiyini qeyd etmişdir. O, müəssisənin ondan sadəcə dəqiqləşdirməyə kömək etməyi xahiş etdiyini, Azərbaycanla əlaqə yarandıqda isə institut ilə müəssisə arasında müvafiq olaraq işgüzar münasibətlərlə qarşılıqlı əlaqə olduğundan həmin işin nəticəsi ilə maraqlanmamışdır. Ödənişin hansı qaydada olduğunu hal-hazırda xatırlamır. Şahid11 MDB-də çox partnyorlarının olduğunu, Qazaxıstanda qeyd edilən məhsul üçün sertifikatı verən orqanın mövcud olmadığını qeyd etmişdir. O, bildirmişdir ki, Qazaxıstanda məcburi və könüllü sertifikatlaşma vardır, könüllü sertifikatlaşmada məcburidə olduğu sərt meyarlar yoxdur, Azərbaycanda yalnız könüllü sertifikatlaşma vardır, yaranmış problemlə əlaqədar müvafiq olaraq, məsləhət üçün Şahid7 müraciət etmişlər, sonuncu onları əlaqə saxlayacaqları Təqsirləndirilən şəxs məlumatlarını göndərmiş, Təqsirləndirilən şəxs isə bunu edə biləcəyini bildirmiş, sonra sonuncu ilə müəssisəni calaşdırmış və məsələnin sonrakı taleyi ona məlum olmamışdır (2-ci cildiş vərəqi 52-54). İbtidi istintaq zamanı “WhatsApp” mobil tətbiqi vasitəsi ilə şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Qazaxıstan Respublikasının vətəndaşı Şahid10 ifadəsində göstərmişdir ki, o, «Единый консолидирующий центр» (“Vahid konsolidasiya mərkəzi”) adlı müəssisənin rəhbəridir, müəssisə kənd təsərrüfatı heyvanları üçün qulaq birkalarının istehsalı ilə məşğuldur, müəssisə yalnız qulaq birkaları deyil, həm də vaqonların, avtofurqonların bağlanması üçün plastik plomblar, polipropilen kisələr, vaqonların, konteynerlərin bağlanması üçün güc plombları istehsal edir, müəssisədə kənd təsərrüfatı heyvanları üçün vasitələr, məmulatlar üçün 2015-ci ilin milli standartlaşdırması mövcuddur, lakin indiyə qədər Qazaxıstanda sınaq laboratoriyası yoxdur, milli standartın işlənib hazırlanması zamanı müəssisə qulaq birkalarının istehsalçısı kimi iştirak etmişdir. O, ifadəsində bildirmişdir ki, Qazaxıstan standartlaşdırma institutu ilə əlaqə saxlayaraq labotaroriya mövcuddursa, məhsullarını sınaqdan keçirmək və uyğunluq setifikatını almaq istədiklərini bildirmiş, institutdan Qazaxıstan standartlaşdırma institutunun Baş direktorunun müavini İsgəndər Xamidov ilə tanış olmuş, sonuncu Qazaxıstanda belə bir laboratoriyanın olmadığını, lakin onlara kömək edə biləcəyini demiş, İsgəndər Qazaxıstanın həmkarları olan Belarus, Ukrayna və Azərbaycan kimi ölkələrdən maraqlanacağını bildirmiş, bir müddət keçdikdən sonra ona zəng vurub Azərbaycanda olan həmkarların sınaq apara biləcəklərini demişdir. Şahid10 ifadəsində İsgəndərin ona sənədləri və şəhadətnamələri göndərmək lazım olduğunu bildirdiyini, bundan sonra sənədlərin surətlərini hal-hazırda xatırlamadığı email ünvana göndərdiyini, bir müddətdən sonra İsgəndərin sınaqların aparılacağını, lakin 2.000 dollar pul lazım olduğunu bildirdiyini, razılaşaraq Bakıya getmək istədiyini, lakin pandemiya ilə əlaqədar Azərbaycana girişin qadağan olduğunu, İsgəndərin ona Təqsirləndirilən şəxs vəsiqəsini və bank kartını göndərdiyini, istənilən 2.000 dollar pulu həmin karta göndərdiyini, həmin pulları şirkətin ona, onun isə dərhal Təqsirləndirilən şəxs göndərdiyini, bir müddətdən sonra İsgəndər ona sınağın keçirildiyini və sertifikatın hazır olduğunu bildirdikdə həmin sertifikatı poçtla və ya sifarişli məktubla ona göndərməyi xahiş etdiyini, qeyd edilən sertifikatların elektron poçtla ona göndərildiyini, həmin yazışmanı indi sildiyi üçün email ünvanı hal- hazırda xatırlamadığını, amma xidməti deyil, şəxsi email olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, pandemiya olduğu üçün elektron yazışmalardan istifadə edildiyindən bu onda hər hansı şübhə oyatmayıb və həmin sertifikatla Qazaxıstanda bir tenderdə iştirak edib, həmin sertifikatları görənlər təəccüblənmiş, çünki dövlət hərraclarının texniki spesifikasiyalarda yazılmışdır ki, ya İtaliyada yerləşən beynəlxalq şirkətin sertifikatı ya da Qazaxıstan Respublikasındakı standartlarına uyğun sertifikat alınmalıdır, o, isə Azərbaycan sertifikatlaşdırma institutunun sertifikatını almış, rəqib müəssisə isə İtaliyadan əldə etdiyi setifikatla tenderdə iştirak etmiş, bu səbəbdən qarşı müəssisə şikayətlər yazmağa başlamış və tenderi udmuşdur Bundan sonra qarşı müəssisə şikayətlərinə davam edərək, onun müəssisəsinin qanunsuz olaraq Azərbaycan Respublikasından sertifikat əldə etdiyini və qiymətləri azaltdığını bildirmiş və müəyyən olmuşdur ki, ona Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən verilmiş sertifikatlar saxtadır. Etibar və adı ləkələndiyi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmək üçün yol axtarmış, o, Təqsirləndirilən şəxs özü ilə əlaqə saxlamamış, lakin İsgəndər həmin sertifikatı vermək üçün Təqsirləndirilən şəxsla əlaqə saxladığını bildirmiş, bundan sonra internetdən maraqlananda həmin şəxsin həqiqətən institutda rəhbər vəzifədə işlədiyini öyrənmiş və əmin olandan sonra pulu Təqsirləndirilən şəxs göndərmişdir. Nazir özü dəfələrlə onların zavodunda olmuş, sertifikat məsələsindən sonra hamı ona dələduz kimi münasibət bəsləmiş, Qazaxıstanda həmin blankı, möhürü və imzanı düzəldə bilməyəcəyini sübut edə bilməmiş, bu səbəbdən adını təmizə çıxartmaq üçün 2021-ci ilin iyun-iyul aylarında Bakıya Əzizovun yanına gəlmək məqsədi ilə Belarus Respublikasına getmiş, lakin pandemiya ilə əlaqədar Minskdən onu buraxmamışlar (1-ci cild iş vərəqi 66- 69) Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci tarixli məktubundan görünür ki, Dövlət Sərhəd Xidməti tərəfindən “Açıq boz və ağ rəngli köynəklərin satın alınması üçün elektron satınalma vasitəsilə elan edilmiş açıq tenderdə təklif vermiş iddiaçı “Azeli TextıT MMC-nin təklif etdiyi malların normativ sənədlərlə müəyyən olunmuş tələblərə uyğunluğunun yoxlanılması barədə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in təqdim etdiyi sınaq protokollarının üç fərqli nümunəsi mövcuddur. Belə ki, institut tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 732 nömrəli sınaq protokoluna baxış zamanı müsabiqənin qalibi elan edilmiş "xxxx" MMC- nin təklif etdiyi malların normativ sənədlə müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edildiyi halda, DSX-dən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixdə daxil olmuş eyni nömrəli və tarixli sınaq protokolunda təqdim edilən malların sözügedən tələblərə uyğun olduğu qeyd edilmişdir (7-ci cild iş vərəqi 10-11). İşdə olan Dövlət Sərhəd Xidməti ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli 20/01214/1194 saylı müqavilədən görünür ki, müqavilə icraçı təşkilatın nümayəndəsi qismində Uyğunluğun qiymətləndirilməsi Departamentinin direktor müavini Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Müqavilənin predmeti qismində göstərilmişdir ki, “sifarişçi”, yəni DSX müqavilənin ayrılmaz hissəsi olan, tərəflərin təsdiq etdikləri əlavədə qeyd olunan xidmətlərin göstərilməsi üçün sifariş verir və xidmət haqqını ödəyir, “İcraçı”, yəni “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ isə razılaşdırılmış xidmət haqqı qabaqcadan ödənildiyi tarixdən həmin xidmətlərin, yəni, məhsulların və xidmətlərin sertifikatlaşdırılması, məhsulların sınaqları və nəticələrinin araşdırılması və s. “sifarişçiyə” göstərilməsini öhdəsinə götürür (2-ci cild iş vərəqi 309-311). İşdə olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in 2 iyul 2021-ci il tarixli **********06 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətindən "xxxx" MMC-yə aid parça və "xxxx" MMC-yə aid köynək nümunələri daxil olmuş, hər iki məhsulda 7 göstərici üzrə sınaqlar aparılmış və xx.xx.2020- ci il tarixdə sınaqlar başa çatmışdır. Təqdim edilmiş sınaq protokollarından görünür ki, sınaqlar DSX tərəfindən təqdim edilmiş “X10” əsasında həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş hər nümunələrdən bir metr götürülərək sınaq aparılmış, sınaq nəticəsində açıq boz rəngli parça üzrə götürülmüş nümunədəki 1 sm-dəki sapların əriş üzrə sayı “X10”na əsasən 40 ədəd olmalı olduğu halda, 35 ədəd, arğac üzrə isə 24 ədəd olmalı olduğu halda 26 ədəd olduğu və belə olan halda əriş üzrə sapların sayının “X10”na uyğun olmadığı qeyd edilmişdir. Bundan əlavə, həmin müəssisə tərəfindən təqdim edilmiş ağ rəngli parça üzrə üzrə götürülmüş nümunədəki səth sıxlığı “X10”na əsasən 165+/-5 qr/m2 olmalı olduğu halda, 106,9 qr/m2olduğu görünür və “X13!usu”na uyğun olmadığı qeyd edilmişdir. Həmin protokol 4 səhifədə tərtib edilməklə son səhifəsi ekspertlər Şahid3 və M.D. Həşimova tərəfindən imzalandıqdan sonra ilk səhifəsi Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor müavini Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır; "xxxx" MMC tərəfindən təqdim edilmiş hər nümunələrdən bir ədəd götürülərək sınaq aparılmış, sınaq nəticəsində açıq boz rəngli köynək üzrə götürülmüş nümunədəki 1 smdəki sapların əriş üzrə sayı “X10”na əsasən 40 ədəd olmalı olduğu halda, 28 ədəd, arğac üzrə isə 24 ədəd olmalı olduğu halda 24 ədəd olduğu və belə olan halda əriş üzrə sapların sayının “X10”na uyğun olmadığı qeyd edilmişdir. Bundan əlavə, həmin müəssisə tərəfindən təqdim edilmiş ağ rəngli köynək üzrə götürülmüş nümunədəki səth sıxlığı “X10”na əsasən 165+/-5 qr/m2 olmalı olduğu halda, 141,1 qr/m2, eləcə də 1 sm-dəki sapların əriş üzrə sayı “X10”na əsasən 40 ədəd olmalı olduğu halda, 28 ədəd, arğac üzrə isə 24 ədəd olmalı olduğu halda 24 ədəd olduğu və “X10”na uyğun olmadığı qeyd edilmişdir. Həmin protokol 4 səhifədə tərtib edilməklə son səhifəsi ekspertlər Şahid3 və M.D. Həşimova tərəfindən imzalandıqdan sonra ilk səhifəsi Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktor müavini Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır (1-ci cild iş vərəqi 113-120). İşdə olan Şahid1 istifadəsində olan mailto:sinaamerkezi@mail.ruElektron ünvan 8 elektron ünvanına baxış keçirilməsi haqqında 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, “Otpravlennıe” qovluğunda həmin elektron ünvan ilə mailto:rafiq.ezizov@mail.ruElektron ünvan 1 elektron ünvanı arasında 3 dəfə yazışma olduğu müəyyən edildi. Həmin yazışmalardan birincisinə baxış keçirilən zaman "xxxx" MMC-nin təqdim etdiyi nümunələr üzrə keçirilmiş sınaqların yekun protokolunun imzalanmamış formada “skan” variantı, ikinci yazışmada isə "xxxx" MMC-nin təqdim etdiyi nümunələr üzrə keçirilmiş sınaqların yekun protokolunun imzalanmamış formada “skan” variantının, 3-cü yazışmaya baxış keçirilən zaman isə hər iki sınaq protokolarının “Word” variantlarının göndərildiyi müəyyən edildi. Sınaq protokolarının skan və “Word” variantlarında imzaların olmadığı görünür. Həmin sənədlərin mailto:rafiq.ezizov@mail.ruElektron ünvan 1 elektron ünvanına xx.xx.2020-ci il tarixdə göndərildiyi görünür (1-ci cild iş vərəqi 142-153). İşdə olan mailto:dsx.tender@qmail.comElektron ünvan 9 elektron ünvanından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə mailto:rafig.ezizov@mail.ruElektron ünvan 10 elektron ünvanından həmin ünvana "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş nümunələr üzrə aparılmış sinaqların nəticəsinə dair 732 və 733 nömrəli sınaq protokolları göndərilmişdir. Həmin sınaq protokollarına baxış zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş nümunələr üzrə sınaq nəticəsində müəyyən edilən uyğunsuzluqlar öz əksini tapsa da, "xxxx" MMC tərəfindən təqdim edilmiş nümunələr üzrə sınaq nəticəsində müəyyən edilən uyğunsuzluqların dəyişdirilərək uyğundur kimi qeyd edildiyi görünür. Həmin protokolların sonuncu, yəni dördüncü səhifəsi ekspertlər Şahid4 və Şahid3 tərəfindən imzalanmış, birinci səhifəsi isə Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin möhürü ilə təsdiq edilmişdir (1-ci cild iş vərəqi 26-36). İşdə olan e-tender.gov.az saytına baxış keçirilməsi haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Dövlət Sərhəd Xidməti ilə "Azeli Textil” arasında xx.xx.2020-ci il tarixdə 1.038.990 manat dəyərində ‘Açıq boz və ağ rəngli köynəklər”in alışının nəzərdə tutulduğu müqavilə bağlanmışdır (1-ci cild iş vərəqi 60-61) İşdə olan Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il 16/3832 saylı məktubundan görünür ki, DSX ilə Azeli Textil” MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin müəyyən hissəsi müəssisə tərəfindən yerinə yetirilmiş və hal-hazırda DSX tərəfindən müqavilənin icrasının dayandırılması barədə qərar qəbul edilmişdir (1-ci cild iş vərəqi 88- 89). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilən materialdan görünür ki, Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-ə Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsindən 14 may 2021-ci il tarixdə daxil olmuş məktubda institut tərəfindən Qazaxıstan Respublikasının CT PK 3480-2019 saylı milli standartı əsasında Qazaxıstanda fəaliyyət göstərən «Единый консолидирующий центр» adlı quruma ASİ.xx.xx.01146.20 və ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatlarının verilməsi faktının təsdiqlənməsi xahiş olunmuşdur (1-ci cild iş vərəqi 163-164). İşdə olan «Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən məhsul və xidmətlərin sertifikatlarının reyestrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli ASİ.xx.xx.01146.20 uyğunluq sertifikatının "xxxx" MMC-yə, xx.xx.2020-ci il tarixli ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatının isə "xxxx" MMC-yə verilmişdir. "xxxx" MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli ASİ.xx.xx.01146.20 uyğunluq sertifikatında təqdim edilmiş fizioterapiya aparatının QOST 25052-87 normativ sənədin, "xxxx" MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli ASİ.xx.xx.01146.20 uyğunluq sertifikatında isə təqdim edilmiş sink oksidinin QOST 10262-73 tələblərinə uyğun olduğu qeyd edilmişdir. Hər iki uyğunluq sertifikatı Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin möhürü ilə təsdiq edilmişdir (1-ci cild iş vərəqi 169-172) İşdə olan «Единый консолидирующий центр» adlı quruma verilmiş sertifikatlardan görünür ki, hər iki sertifikat rus dilində tərtib edilməklə, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in Uyğunluğun Qiymətləndirilməsi Departamentinin dairəvi formalı möhürü və Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilmişdir. Sertifikatlarda müəssisə tərəfindən təqdim edilmiş kiçikbuynuzlu və iribuynuzlu heyvanlar üçün istehsal edilmiş qulaq birkalarının Qazaxıstan Respublikasında mövcud olan CT RK 3480-2019 milli standartına uyğun olduğu qeyd edilmişdir. Hər iki uyğunluq sertifikatı Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq, Uyğunluğun Qiymətləndirilməsi Departamentinin möhürü ilə təsdiq edilmişdir (1-ci cild iş vərəqi 167-168). İşdə olan iş üzrə Şahid10 ifadəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli ********** nömrəli çekdən görünür ki, o, özünə məxsus Qazaxıstan Respublikasında fəaliyyət göstərən “Kaspi Gold" adlı bankda olan ***4381 saylı hesabdan Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-də yerləşən ***5608 saylı hesaba 847.180,0 təngə (2.000 ABŞ dolları) məbləğində pul köçürtmüş və köçürmə uğurla həyata keçmişdir (2-ci cild iş vərəqi 64-65). İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(001)- 1370/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-də yerləşən ***5608 saylı hesabından çıxarış götürülmüşdür. Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus qeyd edilən 510307******5608 saylı hesaba xx.xx.2021-ci il tarixdə Qazaxıstan Respublikası, Almatı şəhərindən, Şaripov 90 adlı hesabdan 3.384 manat pul məbləği mədaxil edilmiş, həmin pul vəsaitinin 2.000 manat hissəsi həmin gün, yəni xx.xx.2021-ci il tarixdə, geridə qalan hissəsi isə 2 dəfəyə xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən, Sarı Marketdə olan bankomat vasitəsilə məxaric edilmişdir (2-ci cild iş vərəqi 92). İşdə olan bankomat görüntülərinə dair CD diskə baxış keçirilməsi haqqında 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin pul vəsaiti Təqsirləndirilən şəxs oğlu Məhəmmədəli Əzizov tərəfindən məxaric edilmişdir (1-ci cild iş vərəqi 94-97). İşdə olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin xx.xx.2021-ci il tarixli **********33 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında 10 iyun 1997-ci il tarixdə Almatı şəhərində imzalanmış sazişə əsasən əgər normativ sənədlərin tələbləri dövlətin mövcud qanunvericiliyinə uyğun olaraq standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqan tərəfindən müəyyən edilmiş qaydaya zidd deyilsə, bu halda hər bir tərəf, digər dövlətin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma ilə bağlı normativ sənədlərini tətbiq edə bilər. Qeyd olunanları nəzərə alaraq xarici dövlətlərin standartları milli standartlaşdırma qurumunun qərarı ilə dövlət standartı kimi qəbul edilərək Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiq edilə bilər. Lakin Qazaxıstan Respublikasının CT PK 3480-2019 «Средства (изделия) идентификачии сельхохяйтсвенных животны. Тнхническое условия» standartının Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiqi və ya dövlət standartı kimi qəbul edilməsi barədə milli standartlaşdırma qurumu “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən qərar qəbul edilməmişdir. Bu baxımdan Qazaxıstan Respublikasının CT PK 3480-2019 «Средства (изделия) идентификации сельхохяйтсвенных животных. Техническое условия» standartı əsasında verilən sertifikatı əsassız hesab edilir cild (2-ci cild iş vərəqi 158-159). İşdə olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in 30 iyun 2020-ci il tarixli 054-k saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs X1 Departamentinin direktor müavini vəzifəsinə təyin edilmişdir (1-ci cild iş vərəqi 121). İşdə olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in Uyğunluğun Qiymətləndirilməsi Departamentinin direktoru və direktorun müavininin 5 sentyabr 2019-cu il tarixli vəzifə təlimatına əsasən, Departamentin direktor müavininin departamentin strukturuna daxil olan akkreditasiya olunmuş qurumların idarə olunması, sertifikatlaşdırma üzrə sifarişlərin ekpert-auditora icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, laborator sınaqlar üzrə sifarişlərin laboratoriyaların rəhbərlərinə icra üçün yönəldilməsi, nəticələrin yoxlanılması və təsdiq edilməsi, müqavilələrin, sınaq protokollarının və sertifikatların imzalanması, sertifikatlaşdırma sınaqlarının nəticələrinin təhlilinə əsasən, sertifikatın təsdiq edilməsi, sertifikatlaşdırılan məhsul və xidmətə dair uyğunluq sertifikatının və milli uyğunluq nişanının istifadəsinə dair son qərarın imzalanaraq təsdiq edilməsi, məhsul və xidmətlərin, sertifikatlaşdırma işlərinin obyektiv, dəqiq və qərəzsiz aparılması, sertifikatlaşdırmanın nəticələrini əks etdirən sənədlərin tərtibatı, dəqiqliyi, obyektivliyi və düzgünlüyünün təmin edilməsi və digər vəzifə öhdəlikləri mövcuddur (1-ci cild iş vərəqi 122-123). İşdə olan 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Qazaxıstan Respublikası vətəndaşı Şahid10 istintaqa təqdim etdiyi xx.xx.2021-ci il tarixli ödəniş çeki, Şahid1 istifadəsində olan mailto:sinaqmerkezi@mail.ruElektron ünvan 5 və mailto:tender.dsx@gov.azElektron ünvan 6 elektron ünvanlarından çıxarışlar, eləcə də, "xxxx" MMC tərəfindən təqdim edilmiş nümunələr üzrə verilmiş xx.xx.2020-ci il tarixli 732 saylı hər iki (əsas və saxtalaşdırılmış) sınaq protokolu, habelə bankomat görüntülərinə dair CD disk və «Единый консолидирующий центр» adlı quruma verilmiş xx.xx.2020-ci il tarixli ASİ.xx.xx.01146.20 və ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatları maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 125). İşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən daxil olmuş 2 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkm olunmamışdır (1-ci cild iş vərəqi 216-217). İşdə olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 19 may 2017-ci il tarixdə «Azərbaycan Standartlaşdıra İnstitutu» publik şəxsin Uyğunluğun qiymətləndirilməsi departamentinin Şimal ərazi idarəsində direktor müavini vəzifəsində işləməyə başlamış, 24 iyun 2019-cu il tarixdən həmin ərazi dairənin direktor vəzifəsinə təyin edilmiş, direktor vəzifəsində çalışdığı müddətdə səriştəliyi, bacarığı və işgüzarlığı ilə seçilmişdir və bu səbəbdən də 30 iyun 2020-ci il tarixdən X1 departamentinin diretor müavini vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs çalışdığı müddətdə işgüzar və səriştəli işçi kimi özünü göstərmiş, rəhbərliyin şifahi və yazılı tapşırıqlarını vaxtında və düzgün icra etməyə çalışmışdır. Təqsirləndirilən şəxs bacarıqlı işçi olmaqla yanaşı işlədiyi kollektivin hörmətini qazanmış, tələbkar və eyni zamanda qayğıkeş rəhbər kimi kollektivin rəğbətini qazanmışdır (2-ci cild iş vərəqi 170). İşdə olan Binəqədi rayon Məhkəməsinin 2 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin başlanğıcı 2 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (2ci cild iş vərəqi 153-156). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 308.1, 311.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin sankisyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 311.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 313-cü maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 311.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayələr kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş yeri olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-dən müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, iş üzrə zərərçəkmiş şəxsə maddi ziyan vurulmamasını, himayəsində qoca, ankoloji xəstə anasının olmasını da cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ailənin yeganə qazanc gətirəni olmasını da nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsinə münasibətdə cinayəti təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən hallar Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyini azaldır, bu isə Təqsirləndirilən şəxs barəsində cinayət qanununun humanist normalarının tətbiqinə əsas verir. Belə ki, CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin ictimai təhlükəliliyinin xarakteri dedikdə, törədilmiş əməllərin birbaşa obyekti qismində qulluq mənafeyi münasibətlərindən çıxış etməsi, əməlin qəsdən törədilməsi və ağır, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması başa düşülməlidir. Cinayətin ictimai təhlükəliliyinin dərəcəsi isə Təqsirləndirilən şəxs şəxsiyyəti ilə (yaşayış yerindən və iş yerindən müsbət xarakterizə edilməsi, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi) törədilmiş cinayətin fərdi əlamətlərinin (cinayətin qulluq mənafeyi əleyhinə cinayətlər kateqoriyasına aid edilməsi, vurulmuş maddi ziyanın olmaması) uzlaşdırılmasıdır. Bu qəbildən olan şəxslərin islah olunmasında isə məcburetmə metodundan (qanunda nəzərdə tutulmuş daha sərt cəzanın yuxarı həddə təyini) deyil, inandırma metodundan (daha yüngül növdə və həddə cəza təyin etmə) istifadə zəruridir. Cinayətlərin ictimai təhlükəliliyinin xarakteri, dərəcəsi, Təqsirləndirilən şəxs əməlində bir sıra cəzanı yüngülləşdirən halların olması onun cəmiyyətdən təcrid edilmədən də cəzasını şərti olaraq çəkməklə islah olunacağı qənaətini təsdiq edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində və həmin Məcəllənin 59.2-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını, həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 311.2 və 313-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın və azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin edilməsini, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli qərarına əsasən, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir. Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşayiət olunur. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması - zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin olmamasını, iş yeri olan «Azərbaycan Sandartlaşdırma İnstitutu» PHŞ tərəifndən müsbət xarakterizə edilməsi, əvvəllər məhkum olunmaması onun şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin ona təyin ediləcək cəzanın real icra edilməsinin onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halın olmasını, һabelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 308.1, 311.2 və 313-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın və azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti cəza təyin etməyi, ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq əsas cəza - azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhəri icra və probasiya şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyin vəzifə olaraq üzərinə qoyulmasını, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsini və cəzanın icrasının onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin Cinayət Məcəlləsinin 62.1-ci maddəsini tətbiq etməklə azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növlərinin təyin edilməsini zəruri saymır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdən 22 iyul 2019-cu il tarixədək həbsdə olduğu 9 ay 20 gün nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Qazaxıstan Respublikası vətəndaşı Şahid10 istintaqa təqdim etdiyi xx.xx.2021-ci il tarixli ödəniş çeki, Şahid1 istifadəsində olan mailto:sinaqmerkezi@mail.ruElektron ünvan 5 və mailto:tender.dsx@gov.azElektron ünvan 6 elektron ünvanlarından çıxarışlar, eləcə də, "xxxx" MMC tərəfindən təqdim edilmiş nümunələr üzrə verilmiş xx.xx.2020-ci il tarixli 732 saylı hər iki (əsas və saxtalaşdırılmış) sınaq protokolu, habelə bankomat görüntülərinə dair CD disk və «Единый консолидирующий центр» adlı quruma verilmiş xx.xx.2020-ci il tarixli ASİ.xx.xx.01146.20 və ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatları cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə tədqiqatın dəyəri - 132 (yüz otuz ki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə . hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 313cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 2 oktyabr 2021-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə olduğu 9 (doqquz) ay 20 (iyirmi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 4 (dörd) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs məhkəmənin iclas zalında həbsdən dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - 1 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Qazaxıstan Respublikası vətəndaşı Şahid10 istintaqa təqdim etdiyi xx.xx.2021-ci il tarixli ödəniş çeki, Şahid1 istifadəsində olan mailto:sinaqmerkezi@mail.ruElektron ünvan 5 və mailto:tender.dsx@gov.azElektron ünvan 6 elektron ünvanlarından çıxarışlar, eləcə də, "xxxx" MMC tərəfindən təqdim edilmiş nümunələr üzrə verilmiş xx.xx.2020-ci il tarixli 732 saylı hər iki (əsas və saxtalaşdırılmış) sınaq protokolu, habelə bankomat görüntülərinə dair CD disk və «Единый консолидирующий центр» adlı quruma verilmiş xx.xx.2020-ci il tarixli ASİ.xx.xx.01146.20 və ASİ.xx.xx.01147.20 nömrəli uyğunluq sertifikatları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-xətşünaslıq ekspertizası üzrə tədqiqatın 132 (yüz otuz ki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-310/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-310/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver