Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-310/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İBakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2015 və 2019-cu il təvəllüdlü azyaşlı uşaqları olan, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 127, İnzibati Binada qeydiyyatda olmaqla ünvan 4-də yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofona bükülmüş külli miqdarda 6,578 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 09 iyul 2022-ci il tarixdə saat 02:50-də Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılıb, ünvan 2əşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 6,578 qram olan ağ rəngi kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ondan aşkar olunmuş 6,578 qram metamfetamini o, “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı vasitəsi ilə sosial şəbəkədə əlaqə saxlamaqla sonuncunun bildirdiyi bank kartına 60 manat pul köçürdükdən sonra iranlının göstərdiyi ünvanda, yəni Həzi Aslanov metrostansiyasının ətrafında tikinti kranının dayağının yanında yerdən götürmüşdür. Götürdüyü əşya sellofan torbanın içində idi. Həmin torbanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Ümumiyyətlə, o, təxminən 2 il müddətidir ki, mütəmadi olaraq şəxsi istifadəsi üçün psixotrop maddə qəbul edir. Buna onu heç kim təhrik etməsə də, psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində narkotik vasitəni iranlı vasitəsi ilə əldə etmişdir. Sellofan torbanı götürdükdən demək olar ki, dərhal sonra o, bir neçə mülki şəxs tərəfindən saxlanılaraq torba ilə birlikdə polisə aparılmış və orada 36-cı Polis Bölməsində təhqiqatçı vəkil dəvət edərək ona huquq və vəzifələrini izah etmiş, orada üzərinə baxış keçirilmiş, o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş formada olan bükümü çıxardıb təqdim etmiş və bu maddəni haradan və kimdən əldə etməsi barədə səmimi izahat vermiş, baxışla əlaqədar tərtib edilmiş protokolu könüllü və sərbəst olaraq imzalamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən xahiş edir ki, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alsın. Onu polis əməkdaşları saxlayan zaman və polis bölməsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Onunla birlikdə Xətai RPİ-nin 36-cı PB-də polis sahə rəisi işləyən, polis mayoru Şahid1 ilə 09 iyul 2022-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda «Zərifə» şadlıq sarayının qarşısında xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs nə isə axtarıb götürdüyünü görüb ona yaxınlaşaraq mülki geyimdə olduqları üçün ilkin olaraq xidməti vəsiqələrini təqdim edib, bu zaman küçədə nə etdiyi və narkotik qəbul edib-etməməsi ilə maraqlanmışlar. Bu zaman Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etməsini, «Zakladkadan» indicə «patı»götürdüyünü demişdir. Bundan sonra onlar X8 aparıb, barəsində araşdırma aparılması üçün X7a təhvil vermişlər. X7 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun, Şahid1 və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhəri, Xətai rayonunda yerləşən “Nargilə” adlanan dairənin yaxınlığında yolun kənarından şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı “instagram” sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikası vətəndaşının 60 manat pul müqabilində atması əsasında şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Axtarışa dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 36-cı PBnin sahə rəisi vəzifəsində işləyir və polis mayorudur. Onunla birlikdə Xətai RPİ-nin 36-cı PB-sində CA üzrə əməliyyat müvəkkili işləyən, polis baş leytenantı Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 36-cı PB-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat ədə etmişlər. 09 iyul 2022-ci il tarixdə saat 02:50 radələrində ünvan 1 ünvanın qarşısında olarkən, Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim edib, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etməsi barədə bildirmişdir. Bu zaman həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra PB-nə apararaq barəsində araşdırma aparılması üçün X7a təhvil vermişlər. Bölmədə olan zaman həmin şəxsin xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 127, İnzibati Binada qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. X7 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “LeoBank” kartı, bir ədəd qırmızı rəngli alışqan və 01 ədəd 5 manatlıq əskinaz aşkar edilmişdir. Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhəri, Xətai rayonunda yerləşən “Nargilə” adlanan dairənin yaxınlığında yolun kənarından şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı “instagram” sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikası vətəndaşının 60 manat pul müqabilində atması əsasında şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Ardınca bir ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 6.75 qram görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmiş. Eşqin Haverdiyevə qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Bu faktı Təqsirləndirilən şəxs və baxışda iştirak edən şəxlərdə də təsdiq edə bilər. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni haradan əldə etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni Bakı şəhəri, Xətai rayonunda yerləşən “Nargilə” adlanan dairənin yaxınlığında yolun kənarından “intagram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti haqqında məlumatı olmadığı İran İslam Respublikasının vətəndaşının atması əsasında şəxsi istifadəsi üçün götürərək əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbulu, üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuş və o həmin tarixdə 02:50-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofandakı bükülünü təqdim edib, bükülünün içərisindəkinin psixotrop maddənin “şüşə” yəni metamfetamin olduğunu və bu maddəni xx.xx.2022-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanıdığı İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən 60 AZN-ə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Axtarış zamanı şalvarının sol yan cibindən 01 ədəd alışqan, 01 ədəd “Unibanka”–a məxsus 4098-5844-6029-1915 nömrəli “LeoBank” kartı, 01 ədəd 5 AZN-lik əskinaz aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü elektron tərəzidə çəkilərək çəkisinin 6.75 qram olduğu müəyyən edilmiş, sübut əhəmiyyətə malik olduğundan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən həmin zərf imzalanraq götürülmüşdür. Protokol baxış iştirakçılarına ucadan oxunaraq imzalanmış və şikayət, təklif və qeydlər daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli, 6/3740 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,578 qram olan kristallıq maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 4030 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmədə elan edilib araşdırılmış “axtarış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşamış olduğu ünvan 7 ünvanda yerləşən evdə axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan edilmiş heç bir predmet və ya əşya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus telefon nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglərə və sms mətnlərinə baxış keçirilsədə subut əhəmiyyəti kəsb edən heç bir hal müyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqdim etmə və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünə məxsus olan “Samsung” və “KGTEL” markalı mobil telefonları ibtidai araşdrıma orqanına təqdim etmişdir. “KGTEL” markalı mobil telefona baxış keçirilərkən subut əhəmiyyətinə malik olan heç bir məlumat aşkar edilməmiş, “Samsung” markalı mobil telefonun isə istehsal bütovlüyü pozulması müşahidə olunur, yəni mobil telefonun ekran hissəsi sınıq vəziyyətdədir, baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 6,528 qr psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi və götrmə görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Xətai RPİ-nin İŞ-nə ünvanlamış 089-14128 saylı xx.xx.2022 ci il tarixli məktubundan müəyyən olunur ki, 087-20967-1222 saylı xx.xx.2022-ci il tarixli “Əməliyyat Tapşırığı”-na cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, psixotrop maddələrin mənbəyini müəyyən etmək üçün hal hazırkı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4, 128 və 66.3-cü maddələri ilə 06 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının CM-nin 83.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 iyul 2008-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair» qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən: - cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin eilməməsi; - amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Belə olan halda, E.T.X5 Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 126.2.2, 126.2.4-cü maddələr cinayətlərin təsnifatına əsasən ağır cinayət əməllərinə aid olmaqla CM-nin 83.3.4-cü maddəsinə əsasən o cəzadan azad olunduğu xx.xx.2017-ci il tarixdən yeni cinayət törətdiyi tarixə kimi altı il keçdiyi üçün məhkumluğu ödənilmiş hesab edilə bilər. Təqsirləndirilən şəxs hal-hazırda məhkəmədə baxıldığı CM-nin 234.1-1-ci maddəsi ilə əhatə olunan əməlin də cinayətlərin təsnifatına görə ağır cinayətlərə aid olduğu nəzərə alınsa o zaman Təqsirləndirilən şəxs əməlində CM-nin 18.2ci maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivi olmaqla CM-nin 65.2-ci maddəsinə əsasən ona təhlükəli residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan (tələbnamədən) müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-si tərəfindən xx.xx.2022-ci il tarixdə CM-nin 177.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmaqla barəsində istintaqı tamamlanmış cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-421/2022 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi bu məhkəmənin icraatındadır və bu iş üzrə hökm çıxarılmamışdır. Belə olan halda Bakı şəhəri Sabunçu rayon məhkəməsində Təqsirləndirilən şəxs barəsində baxışda olan iş üzrə CM-nin 83-cü maddəsinə əsasən məhkumluq mövcud olmadığı üçün hər hansı hüquqi nəticə yaratmır. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunan 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsindən daxil olmuş 1(010)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli göstərişdən müəyyən olunur ki, hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bu hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət işi üzrə cinayət əməlini 2021-ci ilin oktyabr ayında törətmiş, hal-hazırda baxılan iş üzrə cinayət əməlini isə xx.xx.2022-ci il tarixdə törətmiş, belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş cəza buraxılmış iş üzrə təyin edilmiş cəza ilə qismən və ya tamamilə birləşdiriməklə qəti cəza təyin edilməli və cəzanın əvvəli 09 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2015 və 2019-cu il təvəllüdlü azyaşlı uşaqları vardır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabionoidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmiş, onun əməli bu maddə ilə qiymətləndirilməli və ona bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsini və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin olmasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 09 iyul 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 6,528 qr psixotrop maddə metamfetamin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «AİM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul «AİM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,528 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul “AİM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-310/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-310/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver