Məhkəmə qərarları › İş №1(101)-310/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-310/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-310/2025 02.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,448 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 17 dekabr 2023-cü il tarixdə saat 03.05 radələrində Biləsuvar RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayətdən xəbəri olmayan X19 tərəfindən idarə edilən «Opel Vectra» markalı **-NZ-*** dövlət nömrə nişanlı avtomobilində Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 141ci kilometrliyində yerləşən «Turist 5» kafesinin yaxınlığında hərəkətdə olarkən saxlanılıb ünvan 2 ünvanda yerləşən Biləsuvar rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 1,448 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,221 qram qram narkotik vasitə heroini və təmiz çəkisi 0,905 qram xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 28 yanvar 2024-cü il tarixdə saat 23 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Sabunçu RPİ-nin 13-cü polis bölməsinin binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 3,221 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0,905 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür.

-Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 3) görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbədi, Sülh küçəsində bir nəfər vətəndaş özünü şübhəli aparmış, polis əməkdaşlarının həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər, sonuncu şəxsiyyət vəsiqəsinin üzərində olmadıağını bildirərək polis əməkdaşlarından yayınmağa çalışmış, polis əməkdaşları həmin şəxsi saxlayaraq adını, soyadını və atasının adını soruşduqda həmin şəxs həyəcanlanaraq tələsdiyini bildirmiş və yenidən polis əməkdaşlarından yayınmağa çalışmış və həmin vaxt polis əməkdaşları həmin şəxsin üzərində qanunla saxlanılması və daşınması qadağan edilən hər hansı bir əşyanın və ya maddənin olmasından şübhələnmişlər. Bundan sonra həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirmişlər. Bölmədə həmin şəxsin xx.xx.1982-ci ilda Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur.

4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 14) görünür ki, toplanmış material əsasında 28 yanvar 2024-cü il tarixdə saat 23:00 radələrində Əliyev X13 RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Azər Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.

5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf salofan bükümü çıxarıb təqdim edərək həmin bükümlərin birinin içərisində narkotik vasitə kola olduğunu digərinin içərisində isə patı olduğunu və narkotik maddələri öz istifadəsi üçün adını və ünvanını bilmədiyi şəxsdən Suraxanı rayonu, Bülbülə qəsəbəsindən 150 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 02 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən həmçinin, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən üzərində "xxxx" mobil operatoruna aid sim kart nömrəsi olan "Samsung" markalı, " A 10" modelli mobil telefon və üzərində "Bakcell” mobil operatoruna aid sim kart nömrəsi olan "Samsung" markalı, S2" modelli mobil telefon aparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd mobil telefon aparatları üzərindəki simkartla birlikdə araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir.

6. 29.01.2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 3-16-16/2-6/561 nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 31-35) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №160” dairəvi möhür əksi “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...(imza) Təqsirləndirilən şəxs” yazısı olan kağız zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 3,221 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,905 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildirler. Heroinin təmiz çəkisi: 3,221 qr tədqiqata sərf edildi: 0,10qr, qalıq:3,121 qr. Metamfetaminin təmiz çəkisi: 0,905 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,855 qr.

7. 29.01.2024-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 41- 42) görünür ki, kompakt diskə HP markalı kompüterdə Media Player proqramı vasitəsi ilə baxılmışdır. Diskin yaddaşında 01 ədəd fayl olmuş, həmin fayl açılaraq, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X23, şöbənin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis leytenantı Şahid1 və barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü, şalvarının sol yan cibindən isə 02 ədəd mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan bükümlər təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin 01 ədəd bükümün içərisində narkotik vasitə heroinə, digər bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin 02 ədəd sellofan bükümlər 01 ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənməklə iştirakçılar tərəfindən İmzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs, üzərindən aşkar edilmiş bükümlərdən birinin narkotik vasitə "kola", digərinin psixotrop maddə "patı" olduğunu, öz istifadəsi üçün adını və ünvanını bilmədiyi şəxsdən Bülbülə qəsəbəsindən 150 manata alıb üzərində saxladığını bildirmişdir.

8. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 46-47) görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur.

9. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-60/2024 saylı qərarından (cild 1, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 yanvar 2024-cü il tarixdən, saat 23:00 radələrindən hesablanması qərara alınmışdır.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən göndərilmiş tələbnamədən (cild 01, iş vərəqə 72-73) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.

11. 02.03.2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 77) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ik ədəd mobil telefona baxış keçirilmiş, “Samsung A10” markalı mobil telefon aparatınının üzərində sim nömrə olmamış, həmin mobil telefon aparatına votsap proqramı yüklənmiş, həmin votsap proqramı ***-***-**-** saylı sim nömrə ilə istifadə olunmuş, “Samsung S2” markalı mobil telefon aparatı isə ***-***-**- ** saylı sim nömrə ilə işlənilmiş, “Samsung S2” markalı mobil telefon aparatında votsap proqramı olmamışdır. Mobil telefon aparatlarına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 1721 nömrəli rəydən (cild 01, iş vərəqə 91-93) görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

13. 29.03.2024-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 96-109) görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin danışıqların və smslərin çıxarışlarına baxış keçirilən zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı sim nömrəsinə 20-21 oktyabr 2023-cü il tarixdə «sənnən xəbər yoxdur mən şəhərdəyəm gəlim 1 ot istəyirəm yol üstü» mətnli sms, 18 noyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən «qaqa 2 eliyərsən» mətnli sms, 22 noyabr 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən « qardaşım gör saat neçədir mən sənə arxayınam günortadan heçnə axtarmıram ki, sən dedin olacaq indide telefonu sondurdun bele elemede qardaş götür bir söz de» mətnli sms, 06 dekabr 2023cü il tarixdə ***-***-**-** sim nömrədən «qaqa gəlim bir 5 ver saba verəcəm qaqa yata bilmirəm nolar yox deme ölürəm hə de gəlim» mətnli sms, 06 dekabr 2023-cü il tarixdə ***-***-**-** sim nömrədən « həci kişi 4 göznən aşağda gözləyir otür ona 20 azn verecey sene menim ayağım əzilib» mətnli sms, 29 dekabr 2023-cü il tarixdə ***-***-**-** sim nömrədən «əgər varsa imkan olan yerdən birindən yeni daş balaca atarsan varsa əgər imkansa» mətnli sms, 02 yanvar 2024-cü il tarixdə ***-***-**-** sim nömrədən «iki dənə qum imkan olsa balaca daşda atarsanda çıxdımgelirəm» mətnli sms, 08 yanvar 2024-cü il tarixdə ***-***-**-** sim nömrədən «şahin mənəim Anar primorskidəyəm gözdüyürəm tez gəlim 3 dene balıq» mətnli sms, 13 yanvar 2024-cü il tarixdə ***-***-**-** sim nömrədən «sən ele turbanın yanına gəl isdeyirsən çünki burda uşaqlar durub istemirəm sennen görüşdüyümü bilsinler» mətnli sms, 16-22 yanvar 2024-cü il tarixlərdə ***-***-**-** sim nömrədən «bratka əl çatan yerin varsa 3 kilo götürərdim qardaşımsan», «10 m verim yaxşısındanda yarsın ver dilimə», «brat sən öl özüm ölüm yekən təmiz 23 m sənnən açıq zengini gözləyəcəm, bratka mən xesdevi yaddan çıxartma 2 kilo 23 m ter temiz» «qaqaş dünənki daş nə daş idisə yuxu diyən şey yoxdur 1 de k. düzələr» mətnli smslərin göndərilməsi aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***- **-** saylı sim nömrəsindən ***-***-**-** saylı sim nömrəsinə 15 sentyabr 2023-cü il tarixdə «axşamın xeyir qardaşım, pulu vurda yubandırırsan məni axı, qalacam boş mənim kartımdır ABB 4127 2093 0634 0941 Təqsirləndirilən şəxs» mətnli sms, 24 sentyabr 2023-cü il tarixdə ***-***-**-** saylı sim nömrəsinə «4127 2093 0634 0941 qaqaş tez at, yük atıblar pulu düzəldə bilmirəm gedim götürüm» mətnli smslərin göndərilməsi aşkar olunmuşdur.

14. 01.04.2024-cü il tarixli cinayət işi üzrə icraatın birləşdirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 111-112) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işi onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işinə Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən birləşdirilmişdir.

15. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 118) görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Bakı şəhəri, Pirallahı qəsəbəsi, 39-cu məhəllə, ev 1-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1985-ci il təvəllüdlü X2 rayonu ərazisində narkotik vasitələri əldə etməsində, saxlamasında və istifadəsində şübhəli olmuş, X7 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat asasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar asasında xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində X7 İçərisində olması ehtimal olunan "Opel Vectra" markalı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” YDM-nin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra müvafiq əməliyyat-axtarış təbdirlərinin həyata keçirilməsi üçün yaradılmış əməliyyat qurupunun üzvləri olan Biləsuvar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında saxla işarəsi verilib saxlanılmış, daha sonra polis əməkdaşları qeyd olunan avtomobilə yaxınlaşıb özülərini təqdim etmişlər və X11 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib onu, avtomobildə sərnişin qismində əyləşən Təqsirləndirilən şəxs avtomobil ilə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər.

16. xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında protokoldan (cild 1, iş vərəqə 125) görünür ki, X7 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində X7 İçərisində olması ehtimal olunan "Opel Vectra" markalı ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” YDM-nin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra müvafiq əməliyyat-axtarış təbdirlərinin həyata keçirilməsi üçün yaradılmış əməliyyat qurupunun üzvləri olan Biləsuvar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist 5” kafesinin yaxınlığında saxla işarəsi verilib saxlanılmışdır. Daha sonra polis əməkdaşları qeyd olunan avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər və X11 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib onu, avtomobildə sərnişin qismində əyləşən Təqsirləndirilən şəxs avtomobil ilə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər.

17. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 131) görünür ki, Əliyev X6 RPŞ-də saat 04:10 da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək tutulmuşdur.

18. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 155-157) görünür ki, Təqsirləndirilən şəxs ayağında qara rangli ayaqqabı, əynində göy rəngli şalvar, göy rəngli uzunqol köynək və yaşıl rəngli uzunqol qış gödəkçəsi olmuş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cinsli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü, gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, gödəkçəsinin sol iç cibindən 2 (iki) ədəd “Azərbaycan Beynəlxalq Bank”-na aid plastik bank kartlarını, 1 (bir) ədəd “Kapital Bank”-a aid plastik bank kartını, gödəkçəsinin sol yan cibindən 2 (iki) ədəd alışqanı, 1 (bir) qutu “Keno” markalı siqareti, 1 (bir) ədəd elektron qəlyanı, 1 (bir) qutu “Orbit” markalı saqqızı və 1 (bir) ədəd mənzil açarını təqdim edərək həmin bükülünün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, 1 həftə əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində əldə etmiş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü açılıb baxıldıqda, içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu, həmin kütlə şöbənin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə çəkisinin 1,52 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükülü 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür.

19. xx.xx.2023-cü il baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 158-160) görünür ki, “Opel Vectra” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan edilən maddə, əşya və ya predmet aşkar olunmamışdır.

20. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 19/1046 saylı ekspert rəyindən (cild 1, iş vərəqə 171-174) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxsH oğlunun üzərindən aşkar olunmuş kütlənin qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,448 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində «Təqsirləndirilən şəxsH oğlunun üzərindən aşkar olunmuş kütlənin qablaşdırıldığı zərf...» və «X7 üzərindən aşkar edilmiş 1 büküm metamfetamin rəy № 19/1045..» sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 2 ədədə bükümdə olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 1,348 qram təşkil etmişdir.

21. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 195-196) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir.

22. xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsi haqqında qərardan (cild 1, iş vərəqə 211-212) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir.

23. xx.xx.2023-cü il tarixli şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 213-214) görünür ki, Təqsirləndirilən şəxs MSY-də saxlanlmaqdan azad edilmiş və barsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

24. 19.12.2023-cü il tarixli maddi sübut kimi tanınması barədə qərardan (cild 1, iş vərəqə 223) görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,448 qram metamfetaminin tədqiqatdan sonrakı 1,348 qram qalığı maddi sübut kimi tanınmış və məhkəmə baxışına kimi saxlanılmasından ötürü Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir.

25. 19.12.2023-cü il tarixli Biləsuvar Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 226) görünür ki, Biləsuvar Rayon Polis X1 ətrafında müvafiq əməliyyat axtarış tədbirtinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir.

26. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 247) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-1-ci maddəsində nəzərədə tutulan ittiham elan edilmişdir.

27. 29.02.2024-cü il tarixli cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan (cild 1, iş vərəqə 252) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Biləsuvar RPŞ-nin İstintaq bölməsində olan cinayət işi Bakı şəhəri Sabunçu RPŞ-nin İstintaq bölməsində şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bir icraatda birləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsi ilə Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir.

28. 02.02.2024-cü il tarixli Video yazıya baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 4) görünür ki, baxış zamanı diskdə olan «2_**********033685065» adlı fayl müəyyən olmuş, həmin fayla daxil olduqda 8 dəqiqə 51 saniyədən ibarət olan video görüntü müəyyən olunmuşdur. Həmin videoyazıya baxdıqda müəyyən olunmuşdur ki, Biləsuvar RPŞ-nin təhqiqatçısı polis baş leytenantı X18 RPŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə Biləsuvar RPŞ-nin xidməti otağında şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər olan maddə və gödəkçəsinin sağ yan cibindən «Samsung» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetaminin olduğunu bildirmiş, həmin maddəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir.

29. 22.04.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X15 Şəxsin 5100 nömrəli məktubundan (cild 2, iş vərəqə 15) görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsi, xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildirmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 8 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Məlumat üçün bildirilmişdir ki, onların verdikləri məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin (və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət edilməsi tövsiyə olunmuşdur.

30. 02.05.2024-cü il tarixli maddi sübut kimi tanınması haqqında qərardan (cild 2, iş vərəqə 16-18) görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə təmiz çəkisi 3,221 qram narkotik vasitə heroin və 01 bükümdə 0,905 qram psixotrop maddə matemfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanının tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,885 qram çəkidə olan qalıq hissəsi, narkotik vasitə heroinin 3,121 qram çəkidə olan qalıq hissəsi təqsirləndirilən şəxsin maddi sübutlarla tanış edildikdən sonra saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən 17 dekabr 2023-cü il tarixdə Biləsuvar RPŞ-də aşkar olunaraq götürülmüş 1,448 qram çəkidə psixotrop maddə metamfetamin Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Bəhruz Muradov tərəfindən cinayət işi üzrə 19 dekabr 2023-cü il tarixli qərarı ilə maddi subut kimi tanınması nəzərə alınmış və psixotrop maddə metamfetaminin 1,348 qram çəkidə olan qalıq hissəsi təqsirləndirilən şəxsin maddi sübutlarla tanış edildikdən sonra saxlanması üçün Sabunçu RPİnə təhvil verilmişdir. Biləsuvar RPŞ-nin təhqiqatçısı polis baş leytenantı Mahsun Kərimov tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 17 dekabr 2023-cü il tarixli protokola əlavə etdiyi 01 ədəd <<DVD>> disk və Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı polis kapitanı Azər Əhmədov tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 28 yanvar 2024-cü il tarixli protokola əlavə etdiyi 01 ədəd <<DVD>> disk iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur.

31. 03.05.2024-cü il tarixli iş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında qərardan (cild 2, iş vərəqə 19-28) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif olunmuş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs X19 ilə və digər şəxslərlə birlikdə göstərilən cinayət əməllərinin qabağcacan əlbir olub bir qrup şəxslə törətməsi istintaq materialları ilə öz təsdiqini tapmadığına görə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət təqibinə xitam verilmişdir. Sabunçu RPİ-nin 13cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs götürülmüş «Samsung A10» markalı mobil telefon aparatı və üzərində ***-***-**-** sim nömrəsi olan «Samsung S2» markalı mobil telefon aparatı istintaq üçün sübut əhəmiyyəti kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs qohumlarına qaytarılmışdır. İbtidai araşdırma müddətində aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirildiyi üçün istintaqın yekunlaşdırılıb qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satmış şəxsin iştirakı olmadan cinayət işinin baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilməsi mümkün olduğundan həmin cinayət işinin materiallarından qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə digər cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir.

32. Doğum haqqında şəhadətnamələrdən (cild 2, iş vərəqə 30-32) görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxsdur.

33. 07.05.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 36-38) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir.

34. 08.05.2024-cü tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərardan (cild 2, iş vərəqə 49-50) görünür ki, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır.

35. 16.04.2024-cü il tarixli Biləsuvar Rayon Məhkəməsinin 1(022)-65/2024 saylı hökmündən görünür ki, X19 Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) il, 06 (altı) ay müdətinə azadlığln məhdudlaşdırılması növündə cəza təyin edilmişdir.

36. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri onlarda şübhə yaratmış, onlar Şahinə yaxınlaşanda onlardan yayınmağa çalışmış, onlar Şahini saxlamışlar, şəxsiyyətini müəyyən etməyə çalışmışlar, lakin bu mümkün olmamışdır. Bu səbəbdən Şahini polis bölməsinə aparmışlar. Polis bölməsində müəyyən etmişlər ki, şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra təhqiqatçı ilə birlikdə, video çəkiliş vasitəsi ilə Şahinin üzərində şəxsi axtarış keçirmişlər, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Bükümlərdən biri tünd qəhvəyi rəngdə, digəri isə ağ kristalik şakilli olmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqdakı ifadəsini təsdiq etmişdir. Şahin onlardan yayınmağa çalışmışdır. Onlar Şahinə heç bir təzyiq göstərməmişlər. Şahini 28 yanvar 2024-cü il tarixdə, saat 11:00-da, Bakıxanov qəsəbəsi, Sülh küçəsində Şahid2la birlikdə saxlamışlar. Şahin xarici görünüşə görə şübhəli görünmüş və tək olmuşdur.

37. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, təqsirləndirilən şəxslə əvvəlcədən heç bir tanışlığı olmamışdır. Sonuncunu əməliyyatla əlaqədar tanımışdır. 28 yanvar 2024-cü il tarixdə iş yoldaşı Şahid1 ilə mülki geyimdə ərazidə xidmətdə olmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi nömrəsiz bir evin yaxınlığında bir nəfər şəxsdən narkotik vasitənin istifadəsi ilə bağlı şübhələnmişlər və yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs isə onlardan yayınmağa çalışmış, onlar da həmin şəxsi saxlamışlar və üzərində hər hansı narkotik vasitənin ola biləcəyindən şübhələndikləri üçün üzərində şaxsi axtarış keçirmək məqsədi ilə 13-cü polis şöbəsinə dəvət etmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Onlar ümumiyyətlə ərazidə baş vermiş cinayət hadisələri ilə bağlı, əsasəndə oğurluq hadisələri ilə bağlı gecə gəzintiləri olmuşdur. Bu rəhbərliyin göstərişindən asılıdır. Göstəriş olmuşdur. Həmçinin həmin vaxt ərazidə cinayət hadisəsi baş verdiyindən öz təşəbbüsləri ilə də gəzmişlər. Həmin şəxs tək olmuş, onlar da iki nəfər olmuşlar. Həmin şəxs qaçmamış, lakin yayınmağa çalışmışdır. Onlar həmin şəxsi xüsusi nəzarətlə şöbəyə gətirmişlər.

38. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış qrupu yaradılmış və şübhəli şəxsin içərisində olması ehtimal edilən avtomobil 17 dekabr 2023-cü ildə, saat 03:00 radələrində, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisinə düşən hissəsində, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında müşahidə edilmişdir. Güdmə istintaq hərəkətinin davamı olaraq şübhəli şəxsə Ələt-Astara avtomobil yolunun 141-ci kilometrində “saxla” işarəsi verilmişdir. Şübhəli şəxs saxlanılaraq rayon polis idarəsinə gətirilmişdir. Şübhəli şəxsə, həmçinin sonuncu ilə birlikdə saxlanılan digər şəxsə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış, ardınca isə avtomobilə baxış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Bu zaman şübhəli şəxs X7 üzərindən, şalvarının sol yan cibindən narkotik vasitə “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı və üzərində istintaq hərəkətləri həyata keçirildiyi dövrdə sonuncu müdafiəçi ilə təmin olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həm Müslümov Edqar, həm də Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, Edqar Müslümovun üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak edib-etməməsini, iştirak etmişdirsə, üzərindən hansı predmetin aşkar olunduğunu xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.

39. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilmiş, şahid ifadəsində bildirmişdir ki, Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləmiş, Bakı şəhəri Pirallahı rayon sakinləri X12 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. X7 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 dekabr 2023-cü il tarixdə cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid3 tərəfindən cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid3, RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili polis leytenantı X21, RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X22, RPŞ-nin DYPB-nin inspektları, X16 və X24 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 17 dekabr 2023-cü il tarixdə saat 03:00 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış, əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran X7 içərisində olduğu ehtimal olunan "Opel Vectra" markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomibil Biləsuvar rayon Xırmandalı kəndi ərazisində "Luk Oil" yanacaq doldurma məntəqəsinin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən «Turist 5» kafesinin yaxınlığında əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən X7 olduğu avtomobilə saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Bu zaman onlar dərhal avtomobil yaxınlaşıb özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından X12 və avtomobildə olan sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Vectra" markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə RPŞ-nə gətirmişlər. Bundan sonra Şahid3 raportu əsasında toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçısı, Mahsun Kərimova həvalə edilmişdir. Həmin andan X11 və Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X10 tərəfindən müdafiə olunmasını bildirmişdir. X10 müdafiəçi qismində dəvət edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, həmçinin sonuncuya şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuçdur ki, üzərində narkotik vasitə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, “həmin bükülünün içində metamfetamin vardır, ona məxsusdur və onu təxminən bir həftə əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində əldə etmişdir". Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış. Daha sonra X7, sonuncunun müdafiəçisinin, Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisinin və şəxsi axtarışda iştirak edən digər əməkdaşların iştirakı ilə X7 idarə etdiyi «Opel Vectra" markalı **-NZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən X19 və Təqsirləndirilən şəxs imza etmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

40. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, heroini özü üçün götürmüşdür. O, Biləsuvara əsgər yoldaşının dalınca getmiş, sonuncunun ona borcu olmuşdur deyə o əsgər yoldaşını axtarmışdır. Edqarla danışmışdır ki, onu Biləsuvara aparsın. Yolda Edqarın yol hərəkəti qaydalarını pozmasına görə yol polisləri onları saxlamışlar və onları aparmışlar Polis Bölməsinə. Orada onun üzərindən narkotik çıxmış, Polis Bölməsinə aparandan sonra onları sərbəst buraxmışlar. Daha sonra yanvar ayın 28-i Bakıxanov qəsəbəsi Sülh küçəsində Edqarla “şüşə” götürməyə getmiş, heroin götürmüş və onları tutmuşlar. 1 qr “şüşə” və 3 qr heroin olmuş, o heroin istifadə etməmişdir. O, heroini satış üçün götürməmiş, alanda “şüşə”-ni tək satmadıqlarından, ikisini bir yerdə vermişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1-ci epizod üzrə üzərində şüşə adlanan psixotrop maddə olmuşdur. Həmin maddəni Bülbülə qəsəbəsindən əldə etmişdir. Şüşəni telefon zəngi ilə tanıdığı adamdan əldə eləmişdir. Həmin şəxsi Youtube üzərindən tanımış, oradan nömrəsini götürüb zəng etmişdir. Həmin şəxs Youtube sosial platformasında narkotik olması ilə bağlı paylaşımlar etmiş, həmin şəxslə tanış olmuşlar, sonuncu nömrə vermiş, o da gedib götürmüşdür. Ələt-Astara yolunda onları yol polisləri saxlamışlar. Edqarın onda narkotik olduğundan xəbəri olmamışdır. O, narkotiki götürəndə 1 bükümdə 2 qram olmuş, biraz istifadə etmiş, təxminən 1 qram yarımı da qalmışdır. 1 qram bir ay ona bəs etmişdir. 28 yanvar tarixindəki epizod üzrə də narkotiki həmin şəxsdən əldə etmişdir. Həmin şəxslə danışmış, sonuncu demişdir ki, “gəl Bakıxanova orada narkotiki verim.” 1 qram şüşə, 1 qram da heroin götürməli olmuşdur. Ancaq həmin şəxs onun üçün 1 qram şüşə, 3 qram heroin qoymuşdur. Artıq miqdarda narkotiki ona pay verməmiş, sadəcə onun həmin şəxsə borcu olmuş, sonuncuya 150 manat ödəniş etmişdir. O, heroin istifadə etməmiş, amma uşaqlar bilmişlər ki, onda olur, buna görə də xəstə uşaqlar istəyəndə sonunculara vermiş, satmamışdır. ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. İş materiallarında olan mesajları o oxumamış, həmin mesajlar arxivdə olmuş, zəng vurmuşlar, o da həmin mesajları səssizə atmışdır. Bəzi hallar olmuşdur ki narkotik vasitəni ödənişsiz pay kimi vermişdir. Bu hal iki-üç dəfə baş vermişdir. Biləsuvarda tutulan zaman üzərindən 1,4 qram narkotik aşkar olunmuşdur. Edqarın da üzərindən narkotik vasitə çıxmışdır. Edqar özü də heroin istifadə etmişdir. Əvvəlcə yol polisləri Edqarı çağırmışlar. Daha sonra PPX əməkdaşları gəlmişlər və onu da tutmuşlar. 2ci epizod üzrə o Edqarla getmişdir. Edqar nəqliyyat vasitəsində gözləmiş, o narkotiki götürmək üçün getmiş, qayıdanda artıq polis əməkdaşları onu avtomobildə gözləmişlər. 3-4 nəfər polis əməkdaşları olmuşlar. Onu tutmuşlar və malın harada olduğunu soruşmuşlar. Əlini bağlayıb narkotiki cibindən çıxartmışlar. Edqarın polislərə məlumat verib vermədiyini bilməmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

41. Maddə 234.4.2 və 234.4.3 maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; təkrar və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

42. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

43. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

44. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

45. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

46. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

47. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

48. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

49. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

50. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

51. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

52. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

53. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

54. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

55. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

56. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

58. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

59. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

60. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

61. Qərarın 14-cü bəndi: CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir.

62. Şəxsin satış məqsədilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

63. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

64. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

65. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

66. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı sim nömrəsinə müxtəlif mobil nömrələrdən «sənnən xəbər yoxdur mən şəhərdəyəm gəlim 1 ot istəyirəm yol üstü»,«qaqa 2 eliyərsən»,« qardaşım gör saat neçədir mən sənə arxayınam günortadan heçnə axtarmıram ki, sən dedin olacaq indide telefonu sondurdun bele elemede qardaş götür bir söz de»,« həci kişi 4 göznən aşağda gözləyir otür ona 20 azn verecey sene menim ayağım əzilib»,«əgər varsa imkan olan yerdən birindən yeni daş balaca atarsan varsa əgər imkansa»,«iki dənə qum imkan olsa balaca daşda atarsanda çıxdımgelirəm»,«şahin mənəim Anar primorskidəyəm gözdüyürəm tez gəlim 3 dene balıq» mətnli, «sən ele turbanın yanına gəl isdeyirsən çünki burda uşaqlar durub istemirəm sennen görüşdüyümü bilsinler»,«bratka əl çatan yerin varsa 3 kilo götürərdim qardaşımsan», «10 m verim yaxşısındanda yarsın ver dilimə», «brat sən öl özüm ölüm yekən təmiz 23 m sənnən açıq zengini gözləyəcəm, bratka mən xesdevi yaddan çıxartma 2 kilo 23 m ter temiz» «qaqaş dünənki daş nə daş idisə yuxu diyən şey yoxdur 1 de k. düzələr»,«axşamın xeyir qardaşım, pulu vurda yubandırırsan məni axı, qalacam boş mənim kartımdır ABB 4127 2093 0634 0941 Təqsirləndirilən şəxs»,«4127 2093 0634 0941 qaqaş tez at, yük atıblar pulu düzəldə bilmirəm gedim götürüm» məzmunlu sms mətnlərini daxil olmuşdur, həmin sms mətnlərinin məzmununda 1 ot istəyirəm yol üstü, yeni daş balaca atarsan, iki dənə qum, 3 kilo götürərdim kimi ifadələr təqsirləndirilən şəxsin narkotik vasitə satışı ilə məşğul olmasına dəlalət edir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, o cümlədən onun narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını təsdiq edən ona məxsus mobil nömrədə daxil olan sms məlumatların müəyyən edilməsi və digər sübutlar narkotik və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

67. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda və müxtəlif növ narkotik və psixotrop maddələri vahid qəsdlə əhatə olunmadan satışı ilə məşğul olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023 və xx.xx.2025-ci il tarixlərdə şübhəli şəxs qismində saxlanılan zaman üzərinə axtarış və baxış keçirilməsi istintaq hərəkəti zamanı üzərindən satmaq üçün daşıdığı narkotik və psixotrop maddələr aşkarlanmışdır.

68. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığı məzmunlu ifadələri məhkəmə qeyri-səmimi, cinayət işinin hallarına uyğun gəlməyən və özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu yolla cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, narkotik vasitə və psixotrop maddələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 53-cü bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

69. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham obyektiv məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmış və onun tərəfindən törədilən cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir.

70. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 50,51-ci bəndləri).

71. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 49-cu bəndi).

72. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

73. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 41,42,43,44-cü bəndləri).

74. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(qərar 10-cu bəndi).

75. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun əməlini yüngülləşdirən hal kimi qiymətləndirmiş, həmçinin məhkəmə istintaqı zamanı onun əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir.

76. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

77. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 45-ci bəndi).

78. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdən 18 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanılmış, daha sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 28 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 01, iş vərəqə 14,63,131). (qərarın 4, 9,19) Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. (qərarın 54,55-ci bəndləri).

79. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 28 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

80. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

81. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan narkotik vasitə heroinin 3,121 qram çəkidə olan qalıq hissəsi, psixotrop maddə metamfetaminin 1,348 qram çəkidə olan qalıq hissəsi, psixotrop maddə metamfetaminin 0,885 qram çəkidə olan qalıq hissəsi məhv edilməlidir. (qərarın 52-ci bəndi).

82. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

83. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 174 (yüz yetmiş dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 56-cı bəndi).

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökm üzrə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, onun üzərində qəti olaraq 5 (beş) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan narkotik vasitə heroinin 3,121 qram çəkidə olan qalıq hissəsi, psixotrop maddə metamfetaminin 1,348 qram və 0,885 qram çəkidə olan qalıq hissəsiləri məhv edilsin, maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 174 (yüz yetmiş dörd) manat manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Fərid Namazov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar