Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-311/2020 18.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: x1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: x8; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prorkuror-metodisti x12 və şöbə prokuroru x13; zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və x5; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkili x9; təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə9 iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, yetkinlik yaşına çatmayan, natamam orta təhsilli, subay, əvvəllər məhkum olmamış, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 7-ci Binəqədi, məhəllə 3205, ev 1, mənzil 55-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Olimp MTK, ev 2, mənzil 12-də yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurub xuliqanlıq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə, saat 18:40 radələrində tanışı Şahid10 istədiyi x10 söyüb təhqir etməsi və həmin qızla münasibətə son qoyması tələbi səbəbindən Zərərçəkmiş şəxs1 arasında xx xxxx 2019-cu ildə baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün Şahid10 dəvəti ilə tanışı, yetkinlik yaşına çatmayan xx.xx.2001-ci il təvəllüdlü x15 və qeyriləri ilə bir qrup şəxs halında ünvan 1 saylı ünvanda yerləşən “Qış” parkına gəlib orada Zərərçəkmiş şəxs1 Şahid10 ünvanına söyüş söyməsinə baxmayaraq, ictimai yerdə vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib nalayiq söyüşlər söyüb insanlar arasında davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib mübahisə salmaqla ona aidiyyatı olmadığı halda Zərərçəkmiş şəxs1 kənara çəkib zərər çəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edib insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan silah qismində istifadə etdiyi cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs1 vuraraq ona “sağ qarınüstü nahiyənin 01 ədəd, bel nahiyəsinin 01 ədəd, döş qəfəsinin sağ yarısının 02 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları” ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül və bıçaqla vurduqdan sonra yıxması nəticəsində “sağ diz oynağının sıyrığı” ilə müşayiət edilən sağlamlığına zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, daha sonra qərəzli qanuna zidd hərəkətlərini davam edərək mübahisəyə müdaxilə etməyib kənarda dayanan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq onun Zərərçəkmiş şəxs1la birgə gəlməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək silah qismində istifadə etdiyi həmin cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs2 vuraraq ona “döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası” ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül və “döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və pnevmotoraksla müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası” ilə müşayiət olunan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarət yetirib qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, valideyinləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Olimp MTK, ev 2, mənzil 12-də yaşayır. 2019-cu ildə Xırdalan şəhər 4 nömrəli orta məktəbinin 9-cu sinfini bitirmişdir. xx xxxx 2019-cu il tarixdə, saat təxminən 17 radələrində o, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Malakan» adlanan bağında tanışı Turanə ilə gəzişib, sonra onu evlərinə yola salıb həmin bağa qayıtmış, orada “instaqram”dan tanıdığı Vasiflə görüşüb söhbət edərkən Vasif ona bildirmişdir ki, onun dostu Elmar gələcək, Elmarın kimlərləsə söhbəti var. Belə ki, həmin şəxslər bir gün əvvəl Elmarı döymüşlər, Vasif ona həmin şəxslərlə söhbətə birgə getməyi təklif etdikdə o, etiraz etməmiş, sonra oraya Elmar və yanında dörd nəfər həmyaşıdları gəlib onlarla görüşmüşdür. x21 öz dostları ilə «Qış» parkına gələcəklərini, həmin şəxslərlə söhbətə birgə getməyi təklif etdikdə, o gedə biləcəyini bildirmişdir. Vasif isə cibindən el arasında «kəpənək» deyilən açılıb-qatlanan bir ədəd cib bıçağını ona verib işinin olduğunu, həmin uşaqlarla getməsini, özünün də oraya gələcəyini bildirdikdə, o etiraz etməyib bıçağı Vasifdən götürüb cibinə qoymuş, Elmar və yanında olan dörd nəfər həmyaşıdları ilə birlikdə Nəsimi rayonu ərazisində yerləşən «Qış» parkına gedib orada gözləmiş, aradan bir müddət keçmiş oraya təxminən 10-15 nəfər cavan oğlanlar gəlmiş, sonra iki nəfər cavan oğlanlar da gəlmişdir. Elmar ona həmin şəxslərdən birinin Sübhan olduğunu bildirmişdir. Sübhan gəlib onlara ümumi salam vermiş və Elmarı kənara çəkib onunla söhbət edib Elmarı yumruqla vurmuş, sonra əynindəki gödəkçəni çıxarıb öz dostlarının üstünə atıb onların ünvanına nalayiq söyüşlər söymüş, Sübhanın bu hərəkəti ona pis təsir etdiyindən Sübhana yaxınlaşıb onu kənara çəkib həmin söyüşü ona da söyüb-söyməməsini soruşduqda, Sübhan hamını söydüyünü bildirmiş və o, Vasifin ona verdiyi «kəpənək» deyilən açılıb-qatlanan cib bıçağını cibindən çıxarıb tiyəsini açıb bir neçə dəfə Sübhanın bel və bədən nahiyələrinə vurmuşdur. O, Sübhanı bıçaqla vurduqdan sonra Sübhanla parka birlikdə gələn əynində ağ və qırmızı rəngli idman gödəkçəsi olan, yəni sonradan şəxsiyyəti ona Muradəli kimi məlum olan şəxsin üstünə hücum edib bıçaqla onun sol döşaltı nahiyəsindən və sağ döşaltı nahiyəsindən vurduqdan sonra kənara çəkilmiş, həmin vaxt onun dostu Elşad Qənbərli gəlib Muradəlinin üstünə cumub yumruqla onu vurmuş, Muradəli yerə yıxıldıqda, Elşadın yenə də yumruqla arxadan onun baş və boyun nahiyəsinə vurduğunu görmüş, sonra Muradəli yerdən durub dostu Sübhanla birlikdə qaçıb getmişlər. Aradan bir gün keçmiş, yəni xx xxxx 2019-cu il tarixdə o, Vasiflə telefonda danışıb Nərimanov rayonu ərazisində görüşməyi təklif etdikdə o, Elşad Qənbərli və adını xatırlamadığı Elşadın dostu ilə birlikdə gedib Nərimanov rayonu ərazisində Vasiflə görüşərkən polis işçiləri gəlib onları Nəsimi rayonu 21-ci Polis Bölməsinə aparmış, orada üstünə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu bıçağı polisə təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzr istəyib onlarla barışıq əldə etdiyini, hadisəni törətdiyi zamanı 14 yaşı olmasını və hazırda 15 yaşı olmasını bildirərək təhsilini davam etdirmək istədiyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bəyim adlı qızla tanış olmuş və onunla dostluq etmişdir. xx xxxx 2019-cu il tarixdə Bəyim ona zəng edib onun tanıdığı Elmar adlı şəxsin öz dostlarının yanında onun (Sübhanın) ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Odur ki, o həmin gün saat təxminən 17 radələrində gedib Elmarı 44 nömrəli məktəbin yanında tapmış, onun yanında təxminən 5-6 nəfər dostları olmuşdur ki, həmin şəxslərdən İsanı tanımış, qalan şəxsləri üzdən tanısa da adlarını bilməmişdir. O, Elmara nə üçün səbəbsiz yerə onu söydüyünü soruşmuş, həmin vaxt onun dostlarından Sərxan, Nüsrət və Tamerlan oraya gəlmiş, onlar Nəsimi rayonu ərazisində yerləşən “Qış” parkına gedərək keçidə girib Elmarla mübahisə edib nə üçün onu söydüyünü soruşmuş və Elmarla əlbəyaxa olub dalaşmaq istərkən uşaqlar onları aralayıb çıxıb getmişlər. Həmin gün səhəri, yəni xx xxxx 2019-cu il tarixdə günorta saat təxminən 15 radələrində Elmar onun “instaqram”ına yazıb onun harada olduğunu soruşmuş, o işdə olduğunu bildirdikdə Elmar dünənki söhbətə görə gəlib onunla danışacağını bildirdikdə, o Elmarın instaqramına yazmışdır ki, dünən söhbət oldu və bir-birimizə bildirdik ki, söhbət burada bağlanır. Elmar onun instaqramına yazmışdır ki, gəl “Qış” parkına görəcəksən ki, nə olacaq, o isə Elmara tək gələcəyini bildirdikdə Elmar ona axşam saat 6-da “Qış”parkında «Palıd» kafesinin yanına gəlməsini bildirdikdə o, dostu Zərərçəkmiş şəxs2 Elmarın onu «Qış» parkına söhbətə çağırdığını, onunla birlikdə getməsini təklif etdikdə Zərərçəkmiş şəxs2 etiraz etməmişdir. Həmin gün axşam saat təxminən 18.30 radələrində onunla Nəsimi rayonu ərazisində yerləşən «Qış» parkına getmiş, Elmar tərəfdən təxminən 15 nəfər dostları olmuşdur ki, həmin şəxslərdən o Elmarı və İsanı tanımış, qalan şəxsləri tanımamışdır. Eyni zamanda onun tanışlarından Sərxan, Tamerlan, Nüsrət və onların yanında olan üzdən tanıdığı 5-6 nəfər şəxsdə olmuşdur ki, onların Elmarla söhbət etdiklərini gördükdə, o Elmara yaxınlaşıb nə üçün onu çağırdığını soruşduqda, Elmar ona dünənki söhbətə görə çağırdığını, dostlarına güvənib onunla dalaşmaq istəyini görmüş, onun isə dalaşmaq fikri olmadığından əlini Elmarın çiyninə qoyub bildirmişdir ki, “mən təkəm, Siz çox, əgər dalaşmaq istəyirsinizsə gedək keçidə söhbətimizi edək.”. Həmin vaxt Zərərçəkmiş şəxs2 Elmara yaxınlaşaraq mübahisə etməyib söhbəti bağlayıb çıxıb getməyi təklif etdikdə, onun özüdə Elmara müraciət edib xoşluqla ayrılıb evə getməyi bildirdikdə, Elmarın yanında olan şəxs, yəni sonradan şəxsiyyəti ona məlum olan “Zaza” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs onu kənara çəkib sol əlini onun çiyninə qoyub soruşmuşdur ki, “Sən mənim arxamca söyüş söymüsən?”. O isə ona “Mən səni tanımıram, mən səni nə üçün söyməliyəm” dedikdə Nurlan əlini onun çiynindən çəkib cibindən bıçaq çıxarıb onun kürək nahiyəsinə 3 dəfə bıçaqla vurmuş, o Nurlana tərəf çevriləndə onun qabaq sağ tərəf qabırğa hissəsindən bir dəfədə bıçaqla vurub arxaya qaçmış, o oturacaqda əyləşib kürək və qarın nahiyəsindən qan axdığını görmüş, sonra Nurlanın gedib əlində olan bıçaqla Muradəlinin qarşı tərəfdən bədən nahiyəsinə bıçaqla vurub xəsarət yetirdiyini görmüş, sonra bir nəfər şəxs, sonradan adının Elşad olduğunu bildiyi şəxs parkın dəmir arakəsmənin üstündən keçərək Muradəlini yumruqla vurmağa başladıgını görüb gedib Elşadı yumruqla vuraraq Muradəli ilə qaçıb taksi ilə xəstəxanaya getmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını, onun azyaşlı olmasını və Təqsirləndirilən şəxs valideynlərinin aldığı xəsarətlə əlaqədar ona dəymiş ziyanı ödəmələrini nəzərə alaraq Nurlan Abdullazədəyə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun dostudur. xx xxxx 2019-cu il tarixdə axşam çağı Sübhan ona müraciət edərək xx xxxx 2019-cu il tarixdə Elmar adlı şəxslə mübahisə edib dalaşdıqlarını, Elmar onu Nəsimi rayonu ərazisində yerləşən «Qış» parkına söhbətə çağırdığını, onunla birlikdə getməyi təklif etdikdə o etiraz etməyib Zərərçəkmiş şəxs1la birlikdə həmin ünvana getmiş, onlar orada olarkən saat təxminən 18.30 radələri olmuş, sonradan şəxsiyyəti ona Elmar kimi məlum olan şəxs tərəfindən təxminən 10 nəfər dostları olmuşdur ki, Elmar Sübhanla mübahisə edib dalaşmaq istərkən o qoymamış, sonra əvvəllər tanımadığı “Zaza” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qoluna girib kənara çəkdiyini və cibindən bıçaq çıxarıb Sübhanın bədən nahiyəsinə bir neçə dəfə bıçaqla vurduğunu görmüş, o həmin dava-dalaşa müdaxilə etməyib kənarda dayanmış, ani olaraq heç bir səbəb olmadan Nurlan əlində bıçaq onun üstünə hücum edərək əlində olan cib bıçağı ilə sol döşaltı nahiyəsindən və sağ döşaltı nahiyəsindən bıçaqla vurub xəsarət yetirib kənara çəkildikdən sonra bir nəfər şəxs sonradan adının Elşad olduğunu bildiyi şəxs parkın dəmir arakəsməsinin üstündən keçərək heç bir səbəb olmadan onun baş və boyun nahiyələrinə yumruqla vurmağa başlamış, Sübhan isə gəlib onları aralamış, o Sübhan ilə birlikdə qaçaraq taksi saxlatdırıb xəstəxanaya getmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını, onun azyaşlı olmasını və Təqsirləndirilən şəxs valideynlərinin aldığı xəsarətlə əlaqədar ona dəymiş ziyanı ödəmələrini nəzərə alaraq Nurlan Abdullazədəyə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Şahid10 2017-ci ildən tanımış, onun tanışlığı təhsil aldıqları məktəbdən olmuşdur. 2019-cu ilin təxminən yanvar ayında Elmar Bəyim adlı bir qızla tanış olmuş, sonra Elmar ona bildirmişdir ki, Bəyimin əvvəllər Sübhan adlı sevgilisi olmuş, Sübhan ona təzyiq etmişdir ki, sevgilisi Bəyimdən ayrılsın. x xxxx 2019-cu il tarixdə qəbul imtahanı zamanı Bəyim onun yanında Elmarın ünvanına nalayiq söyüşlər söydüyündən o bu barədə Elmara bildirmiş, x xxxx 2019-cu il tarixdə o Elmar ilə gedərkən yolda Bəyimlə rastlaşmış, Elmarda onun söydüyü söyüşləri Bəyimin ünvanına demiş, Bəyim isə bu barədə Sübhana bildirmişdir. Həmin gün, yəni x xxxx 2019-cu il tarixdə Sübhan Elmarı görüb onunla qış parkında söhbət etməsini bildirmiş, odur ki, o, Elmar, Pərviz, Kamran və Məhərrəm «qış» parkına getmiş, keçiddə Sübhan və onun yanında olan təxminən 3-4 nəfər dostları ilə mübahisə edib dalaşmış, həmin vaxt Pərviz və Kamran dava-dalaşda iştirak etməmiş, həmin dava-dalaşda hər iki tərəf bir-birini yumruqla vursalarda, sonradan söhbəti sakit yolla həll edib ayrılmışlar. x xxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində Elmar onu yaşadığı evdən çağıraraq Sübhan tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirilməsi üçün Sübhanı «qış» parkına çağırdığını və onunda getməsini təklif etdikdə o etiraz etməyib razılıq verib gələcəyini bildirmişdir. Sonra o Elmarla əlaqə saxlayıb harada olduğunu soruşduqda Elmar bildirmişdir ki, Axundov bağındadır, Məhərrəm və Pərvizdə onunladır, odur ki, o gedib onlarla görüşüb Nəsimi rayonu ərazisində yerləşən «Qış» parkına getmiş, Sübhanın təxminən 10-12 nəfər tanışları həmin parka gəlmişlər. Onlar görüşüb mehribancasına söhbət etmişlər ki, Sübhanla Elmarı barışdırsınlar ki, söhbət qurtarsın. Saat təxminən 18.30 radlərində Sübhan və yanında sonradan şəxsiyyəti ona Muradəli kimi məlum olan şəxs oraya gəlmiş, Sübhan əynindəki gödəkçəsini çıxarıb nalayiq söyüşlər söyərək Elmarı vurmaq istərkən onlar aralamış, Elmarın dostu əvvəllər tanımadığı, sonradan «Zaza» ləqəbi kimi tanınan Nurlan adlı şəxs və onun yanında Elşad adlı şəxslərində orada olduğunu görmüş, Sübhan söyüş söyərkən Nurlan Sübhana yaxınlaşıb onu kənara çəkmiş və bıçaqla Sübhanı bir neçə dəfə vurmuş, sonra Nurlan əlində bıçaq qaçaraq Sübhanın dostu Muradəlini qarşı tərəfdən bıçaqla bədən hissəsinə vurduqdan sonra Nurlanın dostu Elşad qaçaraq gəlib yumruqla Muradəlini döyərək yerə yıxmış, Sübhan onlara yaxınlaşmış, Muradəli ilə birlikdə qaçıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (Cild 1, i.v. 22-24). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o Şahid10 bir məktəbdə oxuduğundan tanımış, Elmar 2019-cu ilin yanvar ayında Bəyim adlı bir nəfər qızla tanış olmuş, sonra Elmar ona bildirmişdir ki, Bəyimin əvvəllər Sübhan adlı sevgilisi olmuş, Sübhan ona təzyiq etmişdir ki sevgilisi Bəyimdən ayrılsın. xx xxxx 2019-cu il tarixdə qardaşı İsa ona bildirmişdir ki, həmin gün onlarla Sübhan gilin aralarında dava-dalaş olmuş, belə ki, Sübhan Elmarıın yanına gəlib onunla söhbət etməsini bildirmiş, ona görə də İsa, Elmar, Pərviz, Kamran və Məhərrəm «Qış» parkına getmiş, keçiddə Sübhan və onun yanında olan təxminən 3-4 nəfər dostları ilə mübahisə edib dalaşmış, həmin vaxt Pərviz və Kamran dava-dalaşda iştirak etməmiş, həmin dava-dalaşda hər iki tərəf bir-birini yumruqla vursalarda, sonradan söhbəti sakit yolla həll edib ayrılmışlar. xx xxxx 2019-cu il tarixdə saat təxminən 14 radələrində qardaşı İsadan eşitmişdir ki, onlar Sübhangil ilə söhbətə gedəcəklər. İsa həmin sözləri ona deyən vaxt Elmar da orada olmuş, eyni zamanda orada Pərviz, Hafiz və Məhərrəmdə olmuşdur. Sonra o oxumağa hazırlığa gedəcəyini Elmara bildirib harada yığışacaqlarını soruşduqda Elmar ona «Malakan» bağında yığışacaqlarını bidirdikdə o Elmara saat 17 radələrində dərsdən çıxa biləcəyini demiş, Elmar isə həmin ərəfələrdə «Malakan» bağında olacaqlarını bildirmiş, odur ki, o saat təxminən 17 radələrində hazırlıqdan çıxıb «Malakan» adlanan bağa getmiş və orada Elmarın ətrafında 8 nəfər şəxs olduğunu görmüş, «Malakan» bağında olarkən Elmar «vayfay» vasitəsi ilə internetdən Sübhanı çağırdıqda Sübhan bildirdi ki, oraya gəlsə ancaq dava edəcəyi, kimsə özü ilə bıçaq gətirəcəyi təqdirdə nalayiq sözlərlə mesaj yazmış, sonra onlar birlikdə Nəsimi rayonu ərazisində yerləşən «Qış» parkına getmiş, az müddət sonra oraya Sübhanın təxminən 7-8 nəfər tanışları gəlmiş, lakin Sübhan orada olmamış, söhbət əsnasında «Zaza» ləqəbli şəxs qarşı tərəfdən Elmarın kim tərəfindən vurduğunu soruşduqda Sübhanın tanışlarından adını bilmədiyi bir nəfər şəxs Sübhanın onları səhv söhbətə çağırdığını bildirmiş, onlar söhbət edən vaxt oraya Sübhan və yanında Muradəli adlı dostu gəlmiş, Sübhan gələndən sonra Elmarla aralarında sözlə mübahisə olmuş və bir-birlərini söyüb təhqir etmiş, Sübhan Elmarın üstünə hücum çəkdikdə onları o aralamış, sonra Elmarın yanında olan şəxslərdən biri, yəni «Zaza» ləqəbli şəxs Sübhanın üstünə getdiyini görmüş və uşaqlardan kiminsə yüksək səslə “Zaza”nın Sübhanı bıçaqladığını bildirmiş, sonra o “Zaza”nın Muradəlinin üstünə cumub onu bıçaqladığını görmüş, daha sonra isə “Zaza”nın yanında olan əllərində kristal döymə-tatu olan, üzü qismən tüklü tanımadığı oğlanın Muradəliyə yaxınlaşıb onu yumruqla döyməyə başladığını, Sübhanın isə Muradəliyə tərəf gəlib birgə qaçdıqlarını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs1la «Qış» parkında tanış olmuş, xx xxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində o dostu Amal ilə birlikdə əylənmək üçün «Qış» parkına getmiş, həmin parkda “Palıd” restoranının qarşısında çoxlu sayda cavan uşaqların yığışdığını görmüş, onlar həmin yerə çatarkən orada dava-dalaş olduğunu, həmin şəxslərin arasında Sübhanın olduğunu görmüş, sonradan Sübhanın «Zaza» adlı şəxs tərəfindən bıçaqlandığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında Şahid7 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 2019-cu ilin əvvəlində «Qış» parkında görüb tanış olmuş, xx xxxx 2019-cu il tarixdə günorta vaxtı o gəzmək üçün «Qış» parkına gedib axşam saat təxminən 18 radələrinədək parkda gəzişmiş, həmin vaxt onun yanında tanışı Seyfəli də olmuş, sonra həmin parkda “Palıd” restoranının qarşısında çoxlu sayda cavan uşaqların yığışdığın görüb həmin yerə getmiş, orada dava-dalaş olduğunu, həmin şəxlərin arasından yalnız Sübhanı tanıdığını, sonradan orada toplaşmış uşaqların dağılışıb qaçmağa başladığını görmüş və çıxıb getmişlər. Bir neçə gündən sonra eşitmişdir ki, xx xxxx 2019-cu il tarixdə «Qış» parkında olan dava-dalaşda «Zaza» adlı şəxs Sübhanı və onun dostu Muradəlini bıçaqlayaraq onlara xəsarət yetirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid9 ifadəsindən görünür ki, o, Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir (Cild 1, i.v. 143-144). Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə tanıdığı Bəyim adlı qız imtahandan sonra dostu İsanın yanında onun ünvanına söyüş söymüş və İsa gəlib bu barədə ona bildirmişdir. xx xxxx 2019-cu il tarixdə saat təxminən 14.30 radələrində o, İsa ilə birlikdə Bəyimin yaşadığı evə tərəf gedərkən Bəyimi yolda görmüş, Bəyimin ona söydüyü söyüşləri onun ünvanına deyərək çıxıb getmiş, sonra o, İsa, Məhərrəm, Pərviz və Kamran görüşüb «Kubinka» adlanan yerdə olan orta məktəbin yanına getmiş, orada Sübhanın dostları Sərxan, Seyfəli, Amal, Nüsrət və tanımadığı təxminən 5 nəfər şəxsin orada olduğunu görmüş, təxminən 5-10 dəqiqə keçmiş Sübhan özüdə oraya gəlib onlara «Qış» parkına getməsini təklif etdikdə, onlar həmin ünvana getmiş, Sübhan, Məhərrəm, Pərviz və Kamrana bayırda gözləmələrini bildirib dostları Sərxan, Seyfulla və Amalla onu və İsanı yeraltı keçidə aparmış, Sübhan ona nə üçün onun ünvanına söyüş söydüyünü soruşduqda, Elmar ona söyüş söymədiyini, Bəyim İsanın yanında onun ünvnına söyüş söydüyü üçün o da gedib Bəyimin ünvanına söyüş söydüyünü ona bildirdikdə Sübhan İsanı qucağına alıb yerə yıxmış, onun yanında olan şəxslərdə İsanın üzərinə gəldikdə, o İsanı müdafiə etmək istərkən Seyfulla yumruqla onun başının yan tərəfindən vurmuş, Məhərrəm, Pərviz və Kamran onları aralayıb çıxıb getmişlər. Həmin vaxt hər hansı bir şəxs xəsarət almadığından şikayət etməmişlər. xx xxxx 2019cu il tarixdə o özünə məxsus mobil telefonu ilə Sübhanın İnstaqramına mesaj yazıb bildirmişdir ki, «Sübhan gəl söhbət edək görüm dünən məni niyə təkləmişdiniz». Sübhan isə onun İnstaqramıma mesaj yazaraq, o gələsi olsa ancaq dava etmək üçün gələcəyini bildirdikdə, o Sübhana gələrsən danışarıq mesajını yazmışdır. Həmin gün axşam çağı Sübhan onun instaqramına, söhbətə özü ilə kim bıçaq gətirsə həmin şəxsin ünvanına nalayiq söyüş söymüşdür. O, Sübhanla söhbətə getmək üçün tanışları Yasin, İsa, Hafiz, onun qardaşı Pərviz və dostu Məhərrəm Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Malakan bağı» adlanan ünvana getmiş, orada tanışı Vasifi və Vasifin dostu «Zaza» ləqəbli Nurlanı görmüş, o Vasifə müraciət edərək Sübhanın onları davaya çağırdığını, onlarında getməsini təklif etdikdə, Vasif ona işi olduğu üçün gedə bilməyəcəyini deyib Nurlanı yana çəkib ona nə isə verib Nurlana bildirmişdir ki, «Elmar mənim dostumdur, söhbətləri düşüb səndə onlarla get». Odur ki, Nurlan etiraz etməyib onlarla birlikdə Nəsimi rayonu ərazisində yerləşən «Qış» parkına getmiş və dostu Elşad adlı şəxsidə oraya çağırmışdır. Onlar «Qış» parkına gəldikdə Sübhanın dostları Seyfulla, Nüsrət, Amal və tanımadığı təxminən 8-10 nəfərin orada olduğunu görmüş, sonra Sübhan dostu Muradəli ilə birlikdə onların yanına gəlmiş, Sübhan əynində olan gödəkçəsini çıxarıb nalayiq söyüş söyərək onun üstünə hücum çəkib paltarının yaxasından tutaraq təpiklə onu vurmaq istərkən Yasin gəlib onları aralamış, Sübhanın dostu Muradəli gəlib onu kənara çəkib narahat olmamasını, Sübhanı sakitləşdirəcəyini bildirmiş, həmin vaxt «Zaza» ləqəbli Nurlan əlində bıçaq tiyəsi açıq vəziyyətdə onların yanına gəlib Sübhana onuda söydüyünü soruşduqda, Sübhan hamını söydüyünü demiş, Nurlan Sübhanı kənara çəkib əlini onun boynuna salıb əlində olan bıçaqla Sübhanın bədən nahiyəsinə bir neçə dəfə vurduqdan sonra gedib Sübhanın dostu Muradəlini də bıçaqla vurub xəsarət yetirmiş və sonra Nurlanın dostu Elşad yüksək səslə Muradəlinin üstünə cumub onunla əlbəyaxa olub yumruqla döymüş, çonra Sübhan Muradəlinin yanına gəlmiş və Muradəli ilə birlikdə qaçıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid10 orta məktəbdə birgə oxuduğundan tanımış, Elmar 2019-cu ilin yanvar ayında Bəyim adlı bir nəfər qızla tanış olmuş, sonra Elmar ona bildirmişdir ki, Bəyimin əvvəllər Sübhan adlı sevgilisi olmuş, Sübhan ona təzyiq etmişdir ki sevgilisi Bəyimdən ayrılsın. xx xxxx 2019-cu il tarixdə axşam çağı Elmar onu görüb bildirmşdir ki, x xxxx 2019-cu il tarixdə Sübhan onu görüb onunla söhbət etməsini bildirmiş, odur ki, İsa, Elmar, Kamran, Məhərrəm və Pərviz «qış» parkına getmiş, keçiddə Sübhan və onun yanında olan təxminən 3-4 nəfər dostları ilə mübahisə edib dalaşmış, həmin vaxt Pərviz və Kamran davadalaşda iştirak etməmiş, həmin dava-dalaşda hər iki tərəf bir-birini yumruqla vursalarda, sonradan söhbəti sakit yolla həll edib ayrılmışlar. Həmin məsələyə aydınlıq gətirməsi üçün onunla «Qış» parkına getməsini xahiş etdikdə o etiraz etməmiş, onunla birlikdə «Qış» parkına getməyə razılıq vermiş, həmin vaxt onun qardaşı Pərviz də orada olduğundan o da birlikdə getməyə razılıq vermiş, parka çatan zaman orada onlardan başqa heç bir kəs olmamış, sonra oraya Sübhanın dostları, daha sonra isə Sübhan özü gəlmiş, oraya təxminən 15-20 nəfər toplaşmış, onun Elmarın tanışları kimi tanıdığı şəxslərdən İsa, İsanın qardaşı Yasin, və Məhərrəmin orada olduğunu görmüş, sonradan isə «Zaza» ləqəbi ilə tanınan şəxs yanında da 2 nəfər şəxsin gəldiyini görmüş, Sübhan ümumi olaraq söyüş söydüyü üçün «Zaza» ləqəbi ilə tanıdığı şəxs Sübhanı kənara çəkib onunla danışmağa başlamış, sonra isə ani olaraq «Zaza» ləqəbi ilə tanıdığı şəxsin əlində açılıb-bağlanan bıçaq olduğunu və Sübhanı bıçaqla vurduğunu, sonra isə Sübhanın dostları Zazanın üstünə hücum etdkdə Zaza arxa-arxaya doğru hərəkət etmiş, Zazanın tanışları olan şəxslər yolun digər tərəfindən dəmir arakəsmənin üzərindən aşaraq dava-dalaş olan yerə gəlib bir iki nəfəri yumruqla vurmuş, Zaza əlində bıçaq Sübhanın dostu Muradəlinin üstünə cumaraq həmin bıçaqla onuda vurmuş, sonra Zazanın dostlarından biri Muradəlini yumruqla döyərək yerə yıxmış, həmin vaxt Sübhan Muradəlinin yanına gəlib Muradəlini yumruqla vuran şəxsi əli ilə vurmuş və Muradəli ilə birgə qaçıb getmişlər (Cild 1, i.v. 27-29). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o Zərərçəkmiş şəxs1 2017-ci ildə qış parkında görüb onunla tanış olmuş, onunla tam dostluq etməsədə qış parkına gələndə görüşmüşlər. xx xxxx 2019-cu il tarixdə o, Şahid9, Əliyev Kənan, Şahid6, Şahid8, Şahid7, Sənan, Haman və Fərid Nəsimi rayon ərazisində yerləşən 44 saylı tam orta məktəbin həyətində futbol oynayarkən saat təxminən 16 radələrində tanışları Sübhan oraya gəltb bildirmişdir ki, tanışı Bəyim adlı qıza görə onunla bir nəfər oğlan arasında söz-söhbət olub onunla qış parkında görüşüb söhbət edəcəkdir. Sübhan həmin söhbətə onlarında gəlməsini təklif etdikdə onlar etiraz etməyib getmişlər. Onlar qış parkında görüşüb parkının keçidinə getmiş, oraya qarşı tərəfdən əvvəllər tanımadığı, sonradan adının Elmar olduğu bildiyi şəxs, İsa və təxminən 5-6 nəfər tanımadığı şəxslərdə gəlmiş, orada Sübhanla Elmar arasında əlbəyaxa dava olmuş, Şahid9 həmin söhbətə müdaxilə edib dalaşmaq istəməmiş, dağılışıb getmişlər. O, göstərmişdir ki, 2019-cu ilin fevral ayında «Qış» parkının yaxınlığında yerləşən bir ofisdə kişi geyimlərini nümayiş etdirmək üçün model kursuna yazılmış, kursa qızlar və oğlanlar gəlmiş, həmin mübahisədən təxminən bir həftə əvvəl Nurlan adlı şəxsdə həmin kursa gəlmiş, orada bilmişdir ki, Nurlana el arasında «Zaza» deyə müraciət edirlər. Həmçinin onun dostu Elşadda onunla model kursuna gəlib-getmişlər. Elşadın əlinin üstündə tac şəklində tatu-döymə olmuşdur. O, Nurlan və Elşadla tanış olsada onlarla oturub durmamışdır. xx xxxx 2019-cu il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə hazırda xatırlamadığı mobil nömrəsindən zəng gəlmiş, danışan şəxs özünü təqdim etmədən bildirmişdir ki, «Siz dünən mənim dostlarımı təkləyib döymüsünüz, qış parkına gələ bilərsinizmi?» O, həmin şəxsə heç bir söz demədən bu barədə tanışları Rəvan, Amal, Sərxan, Fərid, Haman və Seyfəliyə bildirmiş, həmin vaxt Sübhan orada olmamışdır. O, yuxarıda qeyd etdiiyi şəxslərlə «Qış» parkına getmiş, həmin vaxt parkda Elmar gil tərəfdən təxminən 10 nəfərə yaxın cavan oğlanlar gəlmiş, onlar parkda söhbət edərkən «Zaza» ləqəbli Nurlanında həmin şəxslərin arasında olduğunu, sonradan oraya Nurlanın dostu Elşadında gəldiyini görmüş, hər iki tərəf «Qış» parkında dayanıb söhbət edərkən Nurlan onunla telefonla danışan şəxsin kimliyini soruşanda, onun tərəfindən danışdığını bildirmiş, Nurlan onu tanıdığından heç bir söz deməmiş, Nurlan ümumi olaraq nə üçün dünən onun dostunu təkləməsini soruşmuş, Nurlan bu sözləri bildirdikdə o və onunla gələn şəxslər müdaxilə edib bildirmişlər ki, Elmarla Sübhan arasında anlaşılmazlıq olsada, barışığa getmək lazımdır. Onların bu sözündən sonra Nurlan və onunla gələn dostları sakitləşib barışığa gəlmək istərkən Sübhan və onun dostu, əvvəllər tanıdığı Muradəlidə oraya gəlmiş, Sübhan oraya gələrək nalayiq söyüş söyüb, tək-tək gəlin hamınızla mən dalaşacağam dedikdə o onlardan bir az kənarda dayanmış, sonra Nurlanla Sübhan arasında dava-dalaş olduğunu, Nurlanın Sübhanı və Muradəlini bıçaqla vurub xəsarət yetirdiyini eşitmiş, belə ki, o, Nurlanın Sübhanla və Muradəli ilə dalaşdıqlarını kənardan görmüş, həmin dava-dalaşda iştirak etmək məqsədi olmamış və həmin dava-dalaşda iştirak etməmişdir. Ancaq sonradan orada olan adlarını xatırlamadığı şəxslərdən eşitmişdir ki, «Zaza» ləqəbli Nurlan Sübhanı və Muradəlini bıçaqla vurub xəsarət yetirmişdir, sonra o Muradəli və Sübhanın qaçaraq getdiklərini, Muradəlinin qabaq bədən nahiyəsindən qan axdığını görüb onların arxasınca qaçmışdır ki, köməklik edib xəstəxanaya aparsın, onlara çatarkən Sübhanında bədənindən qan axdığını görmüş, Sübhan ona gödəkçəsinin parkda oturacağın üstündə qaldığını gedib götürməsini və onlar özləri xəstəxanaya gedəcklərini bildirmişdir (Cild 2, i.v. 11-14). Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə9 məhkəmədə şahid qismində dinrdirilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Xırdalan şəhər 4 nömrəli tam orta məktəbində təhsil almışdır. Oğlunun cinayət törətməsini polis əməkdaşlarından öyrənmiş, oğlu ilə söhbət etdikdən sonra hadisənin azyaşlı uşaqların yeniyetmə dövrü ilə əlaqədar anlaşılmazlıq üstündə baş verdiyini öyrənmişdir. Bundan sonra oğlunu mütəmadi olaraq nəzarət altında saxlamış, özü Qarabağ döyüşlərində iştirak edərkən aldığı xəsarətlərlə əlaqədar 2-ci qrup əlildir. Lakin buna baxmayaraq ailəsini dolanqdırmaq üçün müxtəlif fərdi işlərlə məşğul olur. Buna görə də oğluna ciddi nəzarət edə bilmədiyindən belə bir ağır hadisə baş vermişdir. İfadəsinin sonunda Qanuni nümayəndə9 hadisə vaxtı oğlunun 14 yaşının yeni tamam olmasını, kənar uşaqların təsiri altında olmasını, hadisədən sonra heç bir cinayət və ya qanunsuz hərəkət etməməsini və çox peşman olmasını, həmçinin təhsilini davam etdirmək istəməsini nəzərə alaraq övladına azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadənin yerində yoxlanlması barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurub xəsarət yetirdiyi yeri göstərmiş, fotoşəkilləri çəkilərək protokol tərtib olunmuşdur (Cild 1, i.v. 59-65). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmətibbi bioloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 178/2019-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyətini təsdiqləyən fərdi uçot kartının kserosurətinə əsasən). Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) (şəxsiyyətini təsdiqləyən fərdi uçot kartının kserosurətinə əsasən).Ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan cib bıçağının №1 tiyəsinin üzərində olan ləkələrdə insan qanı aşkar olunmuş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antingentləri alınmış, aqqlyutininlər isə alınmamış, bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB(İV ) qruplu şəxsə, o cümlədəndə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Lakin ləkələrdlə qanın qarışıq olduğu halında isə Balfa(İİİ) qruplu Zərərçəkmiş şəxs1 qarışıq qanının olmasıda inkar edilmir. Ekspertizaya təqdim edilmiş qatlanan cib bıçağı №1-in dəstəyi və üzərinə qara rəngli boya çəkilmiş qatlanan cib bıçağı №2-in dəstəyi və tiyəsinin üzərində qan aşkar olunmamışdır (Cild 1, i.v. 195-199). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmətibbi kriminalistik ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 118-MTKŞ/2019 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus idman gödəkçəsinin ön səthində sağda bir ədəd, ön səthində solda bir ədəd, qolsuz mayka və koftanın ön səthlərində sağda bir ədəd, arxa səthlərində sağda iki ədəd, solda bir ədəd olan dəlib keçən zədələr və idman gödəkçənin ön səthində solda bir ədəd dəlib-keçməyən zədələr aşkar olunmuşdur. Zərərçəkmiş şəxs1 paltarlarında aşkar edilmiş dəlib-keçən zədələr deşilmiş-kəsilmiş zədələr olub, kafi itilikdə olan ülgüclü, iti ucu və qabırğaları özlərini kafi dərəcədə biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs1 məxsus idman gödəkçəsinin ön səthində solda aşkar edilmiş dəlibkeçməyən zədə kəsilmiş zədədir, iti kənarı olan alətlə (əşya ilə) törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus hər iki koftanın ön səthində sağda bir ədəd və solda bir ədəd dəlib-keçən deşilmiş-kəsilmiş zədələr aşkar olunmuş, həmin zədələr kafi itilikdə olan ülgüclü, iti ucu və qabırğaları özlərini kafi dərəcədə biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni alətlə, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə ( Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçaq) və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus paltarlarda aşkar edilmiş zədələrin lokalizasiyasına görə demək olar ki, hər iki şəxs xəsarətləri alan zaman müxtəlif duruş vəziyyətlərində olmaqla, xəsarətləri yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, paltarlarda olan zədə nahiyələri isə iz törədən alətlə doğru yönəlmmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş iki ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan cib bıçaqlarıdır və soyuq silah hesab edilmirlər (Cild 1, i.v. 202- 208). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmətibbi ekspertizanın xx xxxx 2019-cu il tarixli 228 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər: döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və pnevmotoraksla müşayiət olunan 01 ədəd, döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin Kliniki-Tibbi Mərkəzinə gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdilər və qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir, döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və pnevmotoraksla müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni digər şəxs tərəfindən deşici-kəsici əşyayla (əşyalarla), ola bilsin ki, bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər (Cild 1, i.v. 180-183). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 229 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər-sağ qarınüstü nahiyənin 01 ədəd, bel nahiyəsinin 01 ədəd, döş qəfəsinin sağ yarısının 02 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın(əşyaların), sag diz oynağı nahiyəsinin sıyrığı isə bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin Kliniki-Tibbi Mərkəzinə gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdilər və qeyd olunan xəsarətlərdən sağ diz oynağı nahiyəsinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur, digər xəsarətlər isə (deşilmiş-kəsilmiş) yaralar hər biri ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vumaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş deşilmiş-kəsilmiş yaraların xarakterinə lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni digər şəxs tərəfindən deşici-kəsici əşyayla (əşyalarla), ola bilsin ki, bıçaqla yetirilən zərbələr nəticəsində, sağ diz oynağı nahiyəsinin sıyrığı isə müxtəlif şəraitlərdə və həmçinin müayinə olunanın qeyd etdiyi şəraitdə, yəni insan bədəninin hissəsinin ( əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər (Cild 1, i.v. 184- 186). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş təhlükəsizlik şəhər kamerasından əldə edilən diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə9 və müdafiəçisi x4 iştirakları ilə Təhlükəsiz şəhər kamera görüntülərinə baxış keçirilmiş, həmin görüntüdə Nurlan Abdullayevin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurub xəsarət yetirdiyi, sonra isə x7 Zərərçəkmiş şəxs2 yumruqla vurduğu görüntülər müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin görüntüdə özünün olduğu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurub xəsarət yetirdiyini, sonra isə x7 Zərərçəkmiş şəxs2 yumruqla vurduğunu bir daha təsdiq etmişdir (Cild 2, i.v. 71-72). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş təhlükəsizlik şəhər kamerasından əldə edilən diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 iştirakı ilə Təhlükəsiz şəhər kamera görüntülərinə baxış keçirilmiş, həmin görüntüdə Nurlan Abdullayevin onu və Zərərçəkmiş şəxs1 bıçaqla vurub xəsarət yetirdiyi, x7 onu yumruqla vurduğu görüntülər müəyyən edilmiş, Zərərçəkmiş şəxs2 həmin görüntüdə onu və Zərərçəkmiş şəxs1 bıçaqla vurub xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu, sonra isə onu yumruqla vurub yerə yıxan şəxsin x15 olduğunu bir daha təsdiq etmişdir (Cild 2, i.v. 77-78). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş təhlükəsizlik şəhər kamerasından əldə edilən diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 iştirakı ilə Təhlükəsiz şəhər kamera görüntülərinə baxış keçirilmiş, həmin görüntüdə Nurlan Abdullayevin onu və Zərərçəkmiş şəxs2 bıçaqla vurub xəsarət yetirdiyi, x7 Zərərçəkmiş şəxs2 yumruqla vurduğu görüntülər müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 həmin görüntüdə onu və Zərərçəkmiş şəxs2 bıçaqla vurub xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu, sonra isə Zərərçəkmiş şəxs2 yumruqla vurub yerə yıxan şəxsin x15 olduğunu bir daha təsdiq etmişdir (Cild 2, i.v. 79-90). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş iş üzrə məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Tənqidə və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, götür-qoy etmədən hərəkət etməyə meyillilik, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir.Emosional-iradı sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı psixiemosional vəziyyətində hirslilik, emosionallıq yaranmışdır. Təqsirləndirilən şəxs intellektual imkanlarından və emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt halında olmamışdır (Cild 2, i.v. 171-174). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus, hadisə vaxtı əynində olan bir ədəd üzərində qan ləkələri olan ağ rəngli qolsuz mayka, bir ədəd uzunqollu qara rəngli yuxarı hissəsində qırmızı və yaşıl rəngli zolağı olan, boyun hissəsində «Livesion» yazılmış etiketi olan kofta, Zərərçəkmiş şəxs2 məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd qırmızı, ağ və göy rəngli qarışıq materialdan olan boyun hissəsində «Russia XXL» sözləri yazılmış idman gödəkçəsi, bir ədəd qara rəngli uzun qollu qarşı hissəsində qan ləkəsi olan kofta və bir ədəd uzunqollu boz rəngli sağ döş nahiyyəssində «55», sol döş nahiyyəsində «Adidas» yazısı qarşı tərəfində qan ləkəsi, arxa səthində isə «Qarabağ FK» fabrik yazıları olan kofta və Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd dəstəyinin bir tərəfi qara, bir tərəfi ağ metaldan olan, üzərlərində 8 ədəd balaca ağmetal çıxınıtılı, tiyəsinin üzərində qan ləkəsi olan soyuq silah hesab edilməyən açılıb-bağlanan cib bıçağı iş üzrə maddi sübut hesab edilmiş və məhkəmə hökmü çıxana qədər saxlanılması üçün zərfdə möhürlənmiş halda BPİ-nin Təchizat şöbəsinə təhvil verilmişdir (Cild 2, i.v. 100-102). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x3 xx xxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c-1, i.v. 178). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş M.Adıgözəgözəlov adına Xırdalan şəhəri 4 nömrəli Tam orta məktəbində verilmiş xasiyyətnamədə göstərilmişdir ki, həmin məktəbin 9-cu sinfini 2018-2019-cu tədris ilində bitirmiş Təqsirləndirilən şəxs 2017-ci dərs ilindən qeyd edilən məkiəbdə təhsil almış, təhsil aldığı müddət ərzində özünü tərbiyəli, çalışqan şagird kimi göstərmiş, dərsləri diqqətlə dinləyən məsuliyyətli bir şagirddir. Müəllimlərin verdiyi tapşırığı vaxtı vaxtında yerinə yetirir. Şagird və müəllim kollektivinin dərin hörmətini qazanıb. Məktəbin nizam- intizam qaydalarına ciddi yanaşır, sinif yoldaşlarına qarş qayğıkeş mehribandır, vətənini olduqca çox sevən şagirddir. (cild 2 iş vər 97) Cinayət işinin materiallarına əlavə edilmiş olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və x11 Nazirliyindən verilmiş 099607 saylı arayışdan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə9 hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlildir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurub xuliqanlıq etmə cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalı olması, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməli olması və yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun olmamasını məhkəmə rəhbər tutmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarının 11-ci bəndinin tövsiyyələrində göstərilir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə iclasında zərərçəkmiş x6 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən 15 yaşı olmaqla yetkinlik yaşına çatmaması, zərər çəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti, tələbi və iddiasının olmamasını, törətdiyi cinayət əməlinə münasibətdə əməlini etiraf edərək peşimançılıq çəkməsini, hadisəni törətdiyi zaman 14 yaşında olmasını, hadisədən sonra keçən bir ildən artıq uzun müddət ərzində hər hansı qanunsuz hərəkətə yol verməməsini, təhsilini davam etdirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, “Bu Məcəllənin 59.1.12-ci maddəsinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, ona Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, təyin olunmuş əsas cəzalar qismən toplanmaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs 15 yaşı olmaqla yetkinlik yaşına çatmaması, zərər çəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti, tələbi və iddiasının olmaması, törətdiyi cinayət əməlinə münasibətdə əməlini etiraf edərək peşimançılıq çəkməsi, hadisəni törətdiyi zaman 14 yaşında olması, hadisədən sonra keçən bir ildən artıq uzun müddət ərzində hər hansı qanunsuz hərəkətə yol verməməsi, təhsilini davam etdirməsi ilə bağlı halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Hazırda şərti məhkumetmənin tətbiqi ilə bağlı onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut kimi tanınmış BPİ-nin Təchizat şöbəsinə təhvil verilmiş üzrə Zərərçəkmiş şəxs1 məxsus, hadisə vaxtı əynində olan bir ədəd üzərində qan ləkələri olan ağ rəngli qolsuz mayka, bir ədəd uzunqollu qara rəngli yuxarı hissəsində qırmızı və yaşıl rəngli zolağı olan, boyun hissəsində «Livesion» yazılmış etiketi olan kofta, Zərərçəkmiş şəxs2 məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd qırmızı, ağ və göy rəngli qarışıq materialdan olan boyun hissəsində «Russia XXL» sözləri yazılmış idman gödəkçəsi, bir ədəd qara rəngli uzun qollu qarşı hissəsində qan ləkəsi olan kofta və bir ədəd uzunqollu boz rəngli sağ döş nahiyyəssində «55», sol döş nahiyyəsində «Adidas» yazısı qarşı tərəfində qan ləkəsi, arxa səthində isə «Qarabağ FK» fabrik yazıları olan kofta və Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd dəstəyinin bir tərəfi qara, bir tərəfi ağ metaldan olan, üzərlərində 8 ədəd balaca ağmetal çıxınıtılı, tiyəsinin üzərində qan ləkəsi olan soyuq silah hesab edilməyən açılıb-bağlanan cib bıçağı məhv edilməlidir. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə müddətə 6 il müddətə azadlıqdan məhrumetmə, Cinayət Məclləsinin 221.3-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Bakı şəhəri, Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış BPİ-nin Təchizat şöbəsinə təhvil verilmiş üzrə Zərərçəkmiş şəxs1 məxsus, hadisə vaxtı əynində olan bir ədəd üzərində qan ləkələri olan ağ rəngli qolsuz mayka, bir ədəd uzunqollu qara rəngli yuxarı hissəsində qırmızı və yaşıl rəngli zolağı olan, boyun hissəsində «Livesion» yazılmış etiketi olan kofta, Zərərçəkmiş şəxs2 məxsus, hadisə vaxtı əynində olmuş bir ədəd qırmızı, ağ və göy rəngli qarışıq materialdan olan boyun hissəsində «Russia XXL» sözləri yazılmış idman gödəkçəsi, bir ədəd qara rəngli uzun qollu qarşı hissəsində qan ləkəsi olan kofta və bir ədəd uzunqollu boz rəngli sağ döş nahiyyəssində «55», sol döş nahiyyəsində «Adidas» yazısı qarşı tərəfində qan ləkəsi, arxa səthində isə «Qarabağ FK» fabrik yazıları olan kofta və Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd dəstəyinin bir tərəfi qara, bir tərəfi ağ metaldan olan, üzərlərində 8 ədəd balaca ağmetal çıxınıtılı, tiyəsinin üzərində qan ləkəsi olan soyuq silah hesab edilməyən açılıb-bağlanan cib bıçağı məhv edilsin. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-311/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-311/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver