Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-311/2021 07.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi: sədrlik edən hakim: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Pro-Bono vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1984-cü ildə Quba rayonunda doğulmuş, Azəbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2. 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində ünvan 2 ünvanında yerləşən «Qalaaltı» kafesində tanışı Şahid1, sonuncunun tanışları Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan Bəhlul adlı şəxslə bir masada əyləşərkən müştəri kimi qonşu masada əyləşmiş, əvvəllər tanımadığı, X3 ona hər hansı bir söz deməməsi və təhqiramiz hərəkət etməməsinə baxmayaraq, onun oturduğu masaya qışqırmasını bəhanə gətirməklə sonuncuya irad tutmuş və kafedən çölə dəvət edərək, kafenin yaxınlığında olan avtobus dayancağında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, kafedəki şəxslərin istirahətini pozaraq Zərərçəkmiş şəxs mübahisəyə sövq edib əlbəyaxa olmaqla dalaşaraq ona zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, kafedəki və ətrafdakı şəxslərin onları ayırmasından sonra kafeyə qayıdıb öz masalarına əyləşmələrinə baxmayaraq, kafedə olduğu müddətdə bir neçə dəfə Zərərçəkmiş şəxs masasına yaxınlaşaraq kafedəki şəxslərin istirahətini pozmaqla sonuncunu bir daha mübahisəyə sövq etmiş, bundan sonra saat 03:30 radələrində o, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs kafedən çıxdıqda, kafenin qarşısında sonuncuya yaxınlaşaraq ona zor tətbiq olunması ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını istifadə etməklə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmatoraksla müşahidə olunan l (bir) ədəd, döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmatoraksla müşahidə olunan 1 (bir) ədəd sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirərək Gəncaga İbrahimovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmiş, lakin, sonuncu aktiv müqavimət göstərdiyindən, eləcə də hadisə yerində olan Şahid3, Şahid4 tərəfindən onun hərəkətlərinin qarşısı alındığından və Zərərçəkmiş şəxs vaxtında X10 çatdırılaraq təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərildiyindən, iradəsindən asılı olmayan səbəblərə görə öz cinayətkar əməlini başa çatdıra bilməmiş, bununla da üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək qərəzli xuliqanlıq hərəkətləri etməklə, zərərçəkmiş şəxs Gəncaga İbrahimovu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində 4-cü mkr dairəsi yaxınlığında obyektlərin birində malyar işi görüb işdən çıxmış, yaşadığı evə gəlmişdir. Yuyunduqdan sonra yemək yemək üçün evin yaxınlığında olan “Qalaaltı” kafesinə düşmüşdür. İçəri daxil olduqda orada əvvəldən tanıdığı Aygülün süfrəsinə əyləşmişdir. Əvvəllər də həmin xanımla “Qalaaltı” kafesində oturub yemək yemişdir. Birlikdə çay içdikdən sonra o, balıq yemək istədiyini deyib 3-cü mkr bazarının yanındakı balıq satandan bir ədəd balıq alıb kafeyə gəlmiş və mətbəx tərəfdəki stolda həmin xanımla oturmuşdur. Bir müddət sonra Kamil də gəlib onlarla oturmuşdur. Təxminən saat 23- 24 radələrində balığı bişirdikdən sonra o, Kamil və xanım mətbəx tərəfdəki masadan qalxıb kafenin girişindən sağ tərəfdə divarın yanında ikinci masada əyləşmişlər. Masada spirtli içkilərdən viski və araq olmuşdur. Onlar söhbətləşib, yeyib-içmiş, o isə təxminən 100-150 qram viski qəbul etmişdir. Yemək yeyib söhbətləşən zaman təxminən saat 01 radələrində kafeyə Gəncəğa və Samət gəlmişdir. Təxminən saat 02-03 radələrində Gəncaga ayağa qalxıb onların əyləşdikləri masaya yaxınlaşıb üzərilərinə qışqırmışdır. O da qalxıb həmin oğlana “niyə mədəniyyətsizlik edirsən, yemək yeyirik burada” demiş, Gəncağa isə içkili olmuş və ona “çıx çölə” deyib çölə çıxmışdır. O da Gəncağanın arxasınca çölə çıxmışdır. Çölə çıxdıqdan sonra təxminən 10 metr yaxınlıqda olan avtobus dayancağma gedərək dayanacaqda Gəncağadan nəyə görə mədəniyyətsizlik etdiyini soruşduqda Gəncağa onun üzərinə qışqıraraq “var-yox” söyüşü söymüş və yumruqla onun sinəsinə vurmuşdur. Dayanacaqda onlardan başqa heç kim olmamışdır. Bundan sonra onlar əlbəyaxa olmuş və bir-birilərinin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklər vurmuşlar. Təxminən 2- 3 dəqiqə ərzində əlbəyaxa olduqdan sonra ətrafda olan və tanımadığı şəxslər onları ayırmışlar. Həmin şəxslər kafedən onların səslərinə çölə çıxmışlar. Üzeyir və dostu Kamil də onların yanına gəlmiş, Gəncağa və çölə çıxan digər şəxslər kafeyə qayıtmışlar. O isə kafenin pilləkənində bir az dayandıqdan sonra kafeyə daxil olub və masasında əyləşmiş, elə bu vaxt Kamil və Aygül masadan qalxıb getmişlər. O, masada artıq tək əyləşəndə Gəncağa ona baxıb başını yelləmiş, lakin, heç bir söz deməmişdir. Təxminən 15-20 dəqiqə sonra Gəncağa ona çıx çölə gəlirəm demiş, o da çölə çıxıb kafenin qapısının qarşısında dayanmışdır. Elə bu vaxt Kamil də “Hyundai” markalı avtomobili ilə kafenin qarşısına gəlmiş, avtomobildə onların masasında oturan qız da olmuşdur. Kamil avtomobildən düşmüş, o da yaxınlaşıb Kamilə irad tutmuşdur ki, “bizim stola yaxınlaşıb bizə sataşan şəxsi tanıyırsan? O nəyə görə bizim stolda belə hərəkətlər edir? Sən nəyə görə ona bir söz demirdin?” Bir qədər sonra Gəncağa və tanışı çölə çıxmış o isə kafenin girişinə gəlmişdir. Həmin vaxt Üzeyir, Kamil, Aynur, “sintizator” çalan Ravin, mahnı oxuyan Azad orada olmuşlar. Kafenin girişinin düz qarşısında Gəncağa ilə mübahisə etməyə başlamış, Gəncağa ona “keç arxaya” demiş, o da belində olan bıçağı çıxardıb giriş qapsmm yanından etibarən Gəncağanı bıçaqla bir neçə zərbə endirmişdir. Bundan sonra Kamil Gəncağanı avtomobilinə əyləşdirib aparmış, o da kafenin qarşısında qalmış, 5-10 dəqiqə sonra polislər gəldikdə əlindəki bıçağı polislərə təhvil verib təslim olmuş və Gəncağaya bıçaqla xəsarət yetirdiyini demişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və görməmiş, əvvəllər aralarında heç bir dava-dalaş və mübahisə olmamışdır. “Qalaaltı” kafesində musiqi sifariş etmək üçün sintizatorçunun yanına gedəndə Natiqgilin masasına “nuş olsun” demiş, Natiq isə bu sözünü böyüdüb “mənim masama niyə ilişmisən” demiş, o da bundan sonra üzr istəyib vəziyyəti izah etsə də Natiq başa düşməmiş, hətta üzr istəməyinə baxmayaraq avtobus dayanacağında mübahisə etmiş, kafedə olarkən də bir neçə dəfə onun masasına yaxınlaşıb Samətlə onu narahat etmiş, nəhayət evə getmək üçün kafedən çıxdıqda Natiq ona yaxınlaşaraq bıçaqla bir neçə dəfə vurmuşdur. Natiqin onu bıçaqla vurmasında məqsədini bilməmiş, lakin, Natiqə mane olmasaydılar onu öldürə bilərmiş. O, Natiqin masasına qışqırmamış, sadəcə nuş olsun demiş, eləcə də o, Natiqə yox, Natiq ona çölə çıx demişdir. Çölə çıxdıqda isə niyə masasına ilişdiyini soruşmuş, o isə ilişmədiyini deyib söz söhbət olmasın deyə Natiqdən üzr istəmişdir. Lakin, avtobus dayanacağında Natiq onunla mübahisə etmiş, o Natiqə heç bir söyüş söyməmiş, mübahisəni Natiq başlatmış və əlbəyaxa oldqudan sonra bir-birilərinə təpik yumruq vurmuşlar. Natiq kafenin qarşısında birinci zərbəni onun sinəsinin sağ tərəfmə vurmuş, bundan sonra onları ayırsalar da Natiq yenidən ayağa qalxıb sinəsinin sol tərəfinə, daha sontra isə qarnına bıçaqla zərbə vurmuşdur. O, Natiqin ona xəsarət yetirdiyi bıçağı görməmişdir. O, Natiqin üzərində əvvəlcədən bıçaq görməmiş, həmin bıçağı haradan əldə etməsi barədə məlumatı olmamışdır. Hadisə vaxtı çöldə Samət, Azad, sonradan adlarını öyrəndiyi Üzeyir, Kamil, Aynur, Ravin və tanımadığı daha bir neçə nəfər olmuşdur. Hadisə qısa müddət ərzində olsa da səs-küy yaranmışdır və kafedəki şəxslər çölə çıxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş X2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə tanış olduğu Şahid1la iş axtardığı üçün “Qalaaltı” kafesinə getmiş, saat 20 radələrində kafeyə daxil olduqda Natiq onlarla salamlaşmış, Kamil və kafenin sahibi Üzeyirlə birlikdə iş barədə danışdıqdan sonra həmin kafedə xidmətçi işləmək üçün Üzeyirlə razılaşmışdır. Kamil bir müddətlik kafedən çıxıb işlə bağlı getmiş, həmin müddətdə o, Natiqlə kafedəki 2-ci masada əyləşmiş, təxminən 15-20 dəqiqə sonra Natiq də balıq alacağını bildirmiş və birlikdə kafedən çıxaraq balıq almaq üçün 3-cü mkr bazarı tərəfə getmişlər. Bazardan bir ədəd balıq alıb təxminən 15-20 dəqiqə sonra kafeyə qayıtmışlar. Həmin vaxt hava demək olar ki, qaralmışdır. Təxminən saat 22 radələrində Natiq balığı bişirib süfrəyə gətirmiş, süfrədə spirtli içkilərdən araq və pivə olmuşdur. Kamil də bir müddət sonra gəlib yanında əyləşmiş və birlikdə yeyib içməyə başlamışlar. Saat təxminən 02 radələrində Kamil, Natiq və Kamilin dostu ilə bir masada əyləşərkən, qonşu masada olan oğlan yanlarından keçib musiqi sifariş etmək üçün sintizator tərəfə getmişdir. Həmin vaxt Natiq ondan oğlanın ona söz deyib-demədiyini soruşmuş, o isə heç kimin ona söz demədiyini demişdir. Bundan sonra Kamilin dostu da Natiqə heç kimin masaya söz demədiyini bildirməsinə baxmayaraq Natiq qulaq asmayıb masadan qalxmış və həmin oğlana yaxınlaşıb onu çölə dəvət etmişdir. Əvvəlcə Natiq sonra isə həmin oğlan çölə çıxmış, bundan sonra Kamil, Üzeyir və kafedə olan bir neçə nəfər çölə çıxmışlar. Təxminən 1 dəqiqə sonra hamı yenidən kafeyə qayıtmışdır. Bir müddət Kamil və digərləri Natiqi sakitləşdirmiş, o isə artıq Kamilə evdə uşağının olduğunu deyib əsəbləşərək evə getmək üçün kafedən çıxmışdır. Kamilin dostu da onun arxamınca kafedən çıxmış, Kamil əvvəlcə dostunu götürdüyü restorana düşürmüş, bundan sonra “Qalaaltı” kafesində olan viskini Üzeyirdən götürüb onu da evə düşürtmək üçün kafeyə qayıtmışdır. Kafenin qarşısına çatdıqda Natiq də kafedən çölə çıxmış, Natiq belindən bıçaq çıxardıb göstərərək “çıx çölə səninlə işim var” deyəndə kafedən bir neçə nəfər çölə çıxmış, Natiq də həmin şəxslərə yaxınlaşaraq belindən bıçağı çıxarıb qonşu masada əyləşən və mübahisə etdiyi oğlana vurmaq istəmişdir. Lakin, Üzeyir onları aralamış, bundan sonra Natiq bir neçə dəfə həmin oğlana bıçaqla xəsarət yetirmiş, ətrafda olan şəxslər Natiqi həmin oğlandan güclə aralamışlar. Kamil tez onu maşından düşürdərək yaralanan oğlanı öz maşınına əyləşdirib xəstəxanaya çatdırmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, iki ilə yaxındır ki, Nəsimi rayonu, 3-cü mkr dairəsi yaxınlığında yerləşən “Qalaaltı” kafesini işlədir. Aynur Nehmətova da həmin kafedə işləyir. Kafe gün ərzində gecə saat 01-02 radələrinə qədər işləyir, axşamlar musiqi olur və spirtli içkilər də verilir. Təqsirləndirilən şəxs müştərilərdən olmuş, 1 il olar ki, həmin kafeyə müştəri kimi gəlmiş, yaxınlıqda olan apteklərin birində səhv etmirsə mühafizəçi işləmişdir. “Qalaaltı” kafesinin yaxınlığında yaşayır. Lakin, onu yaxından tanımamışdır. Hadisə günü kafedə olmuş, həmin gün saat 20 radələrində Natiq də kafeyə gəlmişdir. Natiq kafedə ikinci masada bir qızla əyləşmişdir. Həmin qız işləmək üçün kafeyə gəlmiş, lakin, qızı işə götürməmişdir. Natiq özü kafenin mətbəxində balıq bişirmş, təxminən 1 saata yaxın həmin qızla oturduqdan sonra çoxdan tanıdığı Kamil də gəlib onların masasına əyləşmişdir. Birlikdə yemək yeyib və spirtli içki qəbul etmişlər. Kafedəki masalar demək olar ki, dolmuş, ara bir Natiqgil musiqi sifariş edib oynamışlar. Təxminən saat 01 radələrində Natiqgilin masasında bir nəfər kişi də əyləşmiş, saat təqribən 02 radələrində kafedə olanlar bir-bir çölə çıxmağa başlamışlar. O də nə olduğuna baxmaq üçün çölə çıxdıqda, yaxınlıqdakı dayanacaqda Natiqin sonradan adının Gəncağa olduğunu öyrəndiyi müştəri ilə mübahisə etdiyini görmüşdür. Kafedəkilər də çölə çıxmış və orada 5-6 nəfər olmuşdur. O, Kamillə birlikdə Natiqi sakitləşdirmiş, Gəncağa isə tanışı ilə birlikdə kafeyə qayıtmış, o isə Natiqi yanında saxlayıb söhbət edərək sakitləşdirmişdir. Qısa müddət sonra hamı kafeyə qayıtmış, Natiq yenidən masadan qalxıb Gəncağagilə nəsə demiş, onlara tərəf getmək istəmiş, kafedə olan şəxslər buna mane olmuş və Natiqi sakitləşdirmişlər. Natiq öz masalarında əyləşən tanımadığı digər kişi ilə də mübahisə etdmiş, Natiq Gəncağanın onun masasına söyüş söydüyünü demiş, həmin kişi isə onların masasına söyüş söyülmədiyini, söyüş söyülsə idi ilk növbədə özü cavabın verəcəyini demişdir. Lakin, Natiq sakitləşməmiş, təxminən saat 03:30 radələrində Gəncağagil kafedən getməyə hazırlaşmışlar. Musiqiçi Azad yaxınlaşaraq Gəncağa və dostu Saməti yola salmaq lazım olduğunu demiş, o da Natiqlə aralarında mübahisə ola biləcəyindən ehtiyat edib Gəncağa, Samət, Azadla birlikdə çölə çıxmışlar. Kafenin qarşısına gəldikdə Natiq Gəncəğaya gəl bu tərəfə deyib harasa aparmaq istəmiş, o isə Gəncağa ilə Natiqin arasında dayanıb Gəncağanı getməyə qoymamış, elə bu vaxt Natiq belindən bıçaq çıxardıb Gəncağanı vurmaq istəmşdir. Həmin vaxt vurub vurmadığını bilməmiş, lakin, tez hər ikisini də tutub əks tərəflərə çəkmişdir. Natiq dayana bilməyib kafenin yanındakı marketin pilləkənlərinə yıxılmış, Gəncağa da Natiqi ona xəsarət yetirməsin deyə yumruqla vurmuşdur. Lakin, Natiq yıxıldıqdan sonra ayağa qalxıb əlindəki bıçaqla bir neçə dəfə Gəncağanı vurmuş, bu vaxt çətinliklə Natiqi ayıraraq Gəncağaya bıçaqla zərbələr endirməsinin qarşısını almışlar. Kamil Gəncağanın vurulduğunu görüb tez öz avtomobili ilə xəstəxanaya aparmış, Natiq isə kafenin yanında dyanaraq “heç yerə getmirəm, təslim olacam” demişdir. Bundan sonra polislər gəlib Natiqi aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Şahid6 İlar oğlu Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs “Qalaaltı” kafesində işlədiyim vaxtdan tanımışdır. xx xxxx 2020-ci il tarixdə həmişəki kimi saat 19:00-da işə gəlmiş, saat təxminən 21-22 radələrində Natiq kafeyə gəlmiş, Kamil və Kamilin tanışı olan Aygül kafeyə daxil olduqda qarşı tərəfdə, divarın dibindəki stolda oturmuşlar. Onların stolunda tanımadığı bir oğlan da olmuşdur. Onlar yeyib-içib və mahnı sifariş edib oynamışlar. Natiqgildən təxminən 1-2 saat sonra isə Gəncağa və Samət kafeyə gəlmişlər. Əvvəlcə müğənni Azadla görüşmüş, sonra isə Natiqgilin yanındakı masaya əyləşmişlər. Gəncağa və Samət eyni masada əyləşmiş, Natiq, Kamil, Aygül və bir nəfər adını xatırlamadığı və müştərilərdən olan oğlan birlikdə oturmuşlar. Gecə ərzində həm Natiqgil, həm də Gəncağagil musiqi sifariş edərək oynamışlar. Təxminən saat 02 radələrində sintizatorda musiqi ifa edərkən Gəncağa ona yaxınlaşmış və pul verərək musiqi sifariş etmişdir. Həmin vaxt Natiq öz masasından Gəncağanı tanımadığı üçün qışqırıb “ə” deyərək çağırmış, Natiq masasından qalxıb Gəncağaya yaxınlaşıb nə isə demiş, bundan sonra Gəncağa Natiqin arxasınca kafedən çölə çıxmışdır. Onların arxasınca isə ardıcıl olaraq Samət, Azad, Üzeyir və Kamil də çıxmışlar. O isə 100 manatlıq əskinası xırdalamaq üçün onların arxasınca çölə çıxmış, çölə çıxanda kafenin yanındakı avtobus dayanacağında Natiqlə Gəncağanın mübahisə etdiyini və Üzeyirgilin onları kafeyə tərəf gətirdiyini görmüşdür. Kamil, onun yanında olan qız və oğlan kafedən çıxıb getmişlər. Natiq isə masada tək qalmış və yenidən ayağa qalxıb Gəncağagilin masasına yaxınlaşmaq istəmiş, lakin, Üzeyir və Azad buna mane olmuşlar. Natiq bir müddət oturduqdan sonra kafedən çıxmış və sonra geri qayıtmışdır. O, Natiqin tək oturduğunu görüb yanına getmiş və masada əyləşmişdir. Natiq 5 dəqiqəlik çölə çıxmış və qayıdanda Gəncağagilin masasına yaxınlaşıb nə isə demiş, Azadla Üzeyir yenidən Natiqi öz masasına gətirib sakitləşdirmişlər. Bir müddət sonra təxminən saat 03:30 radələrində, Gəncağagilin getdiyini, Üzeyir və Azadın da onların yanında olduğunu görmüşdür. Lakin, Natiq həmin vaxt kafedə olmamışdır. Gəncağagil çıxdıqdan 15-20 saniyə sonra o da kafedən çölə çıxmış, kafenin pilləkənlərindən yuxarı qalxdıqda Natiqlə Gəncağanın dalaşdığını, Üzeyir və Samətin isə onları aralamaq istədiyini görmüş, qəfildən Natiq yerə yıxılmış, ayağa qalxıb əlindəki bıçaqla Gəncağaya bir neçə dəfə zərbə endirmiş, Üzeyir, Samət, eləcə də Gəncağanın Natiqi çətinliklə dayandırmağa çalışdıqlarını görmüşdür. Kamil Gəncağanın sinəsindən qan gəldiyi üçün maşınına əyləşdirib xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 280 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- döş qəfəsinin sol yarısının plevra boşluna nüfuz edərək sol tərəfli hemopnevmatoraksla müşahidə olunan 1( bir) ədəd, döş qəfəsinin sağ yarısının plevra boşluna nüfuz edərək sağ tərəfli hemopnevmatoraksla müşahidə olunan 1 (bir) ədəd, qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşicikəsiyi əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün Akademik M.A.Mirqasımov adma Respublika Klinik xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin sol yarısının 1( bir) ədəd və döş qəfəsinin sağ yarısının 1( bir) ədəd plevra boşluna nüfuz edən və hemopnevmatoraksla müşahidə olunan deşilmiş-kəsilmiş yaraları hər biri ayrıayrılıqda dərəcəsinə görə həyat üçün təhlükləli olan sağlamlığa AGİR zərər vurmaya, qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakerini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/267 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 140/2020 MTKŞ №-li rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sol yaxalığında bir ədəd; kapüşonlu gödəkçənin sol yan yaxalığında iki ədəd; köynəyin Ön sol yaxalığında bir ədəd, köynəyin ön sağ yaxalığında bir ədəd; şalvarın sağ ayağının ön yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Bıçaq əyildiyi vəziyyətdə təqdim olduğundan onunla zədələrin əmələ gəlib-gəlməməsini müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kapüşonlu gödəkçənin sağ qolun arxa səthində bir ədəd və sol yan tikişi üzərində bir ədəd aşkar edilmiş sökülmə zədələri, gödəkçənin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində 3,5 və 6 düymələrin olmaması aşkar olundu. Bu da, həmin nahiyələrinə küt qüvvə tətbiq etməklə qərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, alt şalvar və tuman üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sol yaxalığında bir ədəd, kapüşonlu gödəkçənin sol yan yaxalığında iki ədəddən yalnız bir ədəd və köynəyin ön sol yaxalığında bir ədəd aşkar edilmiş deşilmiş kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksla müşahidə olunan 1 (bir) ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Kapüşonlu gödəkcənin sol yan yaxalığında aşkar edilmiş digər bir ədəd deşilmiş kəsilmiş zədə onun bədəni üzərində öz əksini tapmamışdır. Bu da, yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs məxsus köynəyin ön sağ yaxalığında aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmotoraksla müşahidə olunan 1 (bir) ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayağının ön səthindəaşkar edilmiş bir ədəd cırılma zədəsi şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsi üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş edilmiş məhkəmə-bioloji ekspertizasının 244/2020-MTBŞ №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: 0 /1/ -dir. Təqsirləndirilən şəxs tibbi arayişin ksero sürətinə əsasən ABO sistemi üzrə qan qrupu V (111)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçə, papaqlı gödəkçə, pijama (alt şalvar), şalvar, köynək, alt mayka, tuman, Təqsirləndirilən şəxs məxsus gödəkçənin üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə O (1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1479 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmayır. Emosional iradi sferası sabitdir. Əhvalruhiyyəsi normaldır. Öz vəziyyətinə tənqidi münasibəti vardır. Yuxarıda göstərilənlərə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 831 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır. İctimai təhlükəli əməli törədən zaman Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddənin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməlindən sonra hər-hansı psixi pozuntudan əziyyət çəkməmişdir və hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 22-ci maddənin təsiri altına düşmür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1069 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. İnadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixiemosional sferasında hirslilik yaranmış, fərdi-psixoloji xüsusiyyətləri fonunda həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradı nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində Gəncəğa İbrahimovun ona qarşı nalayiq söyüşlər söyməsi, onun masada üzərinə qışqırması nəticəsində yaranmış münaqişə zamanı Gəncəğanın onu vurması zamanı ona xəsarət yetirməsi barədə göstərdiyi xüsusatlar öz müdafiəsi üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilərək məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam təkzib olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı kifayət qədər toplanmış sübutlarla tam təsdiq olunmudur ki, Natiq X5rşı heç bir əsaslı səbəb olmadan onu öldürməyə cəhd emişdir. Bu hal məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və hadisə şahidlərinin ifadələri, üzləşdirmə protokolu, eksert rəylərində göstərilmiş xəsarətlər ilə də öz təsdiqini tapır. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş hallardan biri mövcudd olduqda təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş hallar mövcuddur, belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzaın ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1, 63.3-cü maddələrinə əsasən, ona, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nəsimi rayon prokurorluğunda saxlanılan bir ədəd mətbəx bıçağı, Gəncəğa İbrahimovun əynində olmuş bir ədəd qara rəngli papaqlı gödəkcə, bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli «Fasion Faddish» markalı gödəkcə, bir ədəd üzərində ağ göy damaları olan uzunqol köynək, bir ədəd üzərində qanabəncər ləkələri olan cırılmış mayka, bir ədəd boz rəngli plt tumanı, bir ədəd boz rəngli pinjama, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd üzərində ağ rəngli xətləri olan boz rəngli şalvar, bir ədəd göy rəngli gödəkcə məhv edilməlidir. Hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd CD disk, bir ədəd DVD disk, TŞ- 3 205 kamerasının videogörüntülərini özündə əks etdirən 6 ədəd DVD disk, «xxxx» MMCdən axil olmuş bir ədəd DVD disk, Azersell MMC-dən daxil olmuş bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 108 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri Pro-Bono vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro Bono vəkil bürosunun hesabına 186 (yüz səksən altı) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona, 11 (on bir) il 06 (altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro Bono vəkil bürosunun hesabına 186 (yüz səksən altı) manat pul ödənilsin. İş üzrə maddi sübut olan və Nəsimi rayon prokurorluğunda saxlanılan bir ədəd mətbəx bıçağı, Gəncəğa İbrahimovun əynində olmuş bir ədəd qara rəngli papaqlı gödəkcə, bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli «Fasion Faddish» markalı gödəkcə, bir ədəd üzərində ağ göy damaları olan uzunqol köynək, bir ədəd üzərində qanabəncər ləkələri olan cırılmış mayka, bir ədəd boz rəngli alt tumanı, bir ədəd boz rəngli pinjama, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd üzərində ağ rəngli xətləri olan boz rəngli şalvar, bir ədəd göy rəngli gödəkcə məhv edilsin. Hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd CD disk, bir ədəd DVD disk, TŞ- 3 205 kamerasının videogörüntülərini özündə əks etdirən 6 ədəd DVD disk, «xxxx» MMCdən axil olmuş bir ədəd DVD disk, Azersell MMC-dən daxil olmuş bir ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 108 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-311/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-311/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver