Məhkəmə qərarları › İş №1(101)-311/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-311/2022

18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-311/2022 18.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi X1 və Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X2 və X4, müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 21 avqust 1988-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Məmmədyarov küçəsi, ev 34-də qeydiyyatda olub, Bakı şəhəri Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, yeni yaşayış massivində nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Əmir adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 6 may 2021-ci il tarixə keçən gecə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Əmir adlı İran İslam Respublikası vətəndaşı tərəfindən ünvan 1 ünvanının yaxınlığında yerləşən «Rahat1» marketin arxa tərəfində olan ağacın dibində gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1005 qram (1 kq 5 qr) çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 6 may 2021-ci il tarixdə saat 00:30 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanda yerləşən «İron» oteli yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən 4-cü Polis şöbəsinə gətirib üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində tutduğu üzərində «Levis» yazısı olan göy rəngli 1 ədəd sellofan paketdə təmiz çəkisi 1005 qram (1 kq 5 qr) olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, «instagram» sosial şəbəkəsində özünü İran vətəndaşı kimi təqdim edən Əmir adlı şəxslə tanış olmuş və bu tanışlıqdan sonra sonuncu ilə telefonda danışmağa başlamışdır. Əmirlə tutularkən üzərindən aşkar edilmiş 050 691-33-61 saylı nömrə olan «Samsung» markalı mobil telefonu ilə danışmışdır. Söhbət əsnasında Əmirin narkotik vasitələrin satışı ilə məşğul olduğu ona məlum olmuşdur. 5 may 2021-ci il tarixdə Əmirlə telefonla danışarkən ondan şəxsi istifadəsi üçün 1 qram metamfetamin istəmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etməsə də, son vaxtlar onda narkotik vasitə olan metamfetaminə maraq yaranmış və bu səbəbdən həmin narkotik vasitənin dadına baxmaq həvəsinə düşmüşdür. Əmir ona bunun problem olmadığını və metamfetamin təşkil edə biləcəyini demişdir. Təxminən 3-4 saat sonra Əmir özü onunla əlaqə saxlayıb 1 qram metamfetamini Bakı şəhərində hansısa ünvana qoyduracağını və bundan sonra ona məlumat verəndə gedib götürə biləcəyini demişdir. Həmin gün saat təxminən 23:00 radələrində Əmir ona zəng vurub 1 qram metamfetamini «İron» otelin yanında ağacın altına siqaret qutusunun içərisində qoydurduğunu və «Memar Əcəmi» metrostansiyasının yanına çatanda ona zəng vurmasını demişdir. Deyilən yerə çatıb ona zəng vurmuşdur. Əmir onu yığacağını deyib, bir qədər gözləməsini demişdir. Təxminən yarım saat sonra Əmir zəng vurub 1 qram metamfetaminin «İron» otelinin yanındakı ara yola qoyulduğunu, həmin yerin şəklini ona atacağını demişdir. Əmir onun telefonuna «watsap» proqramı vasitəsilə metamfetamini qoyulduğu yerin fotoşəklini göndərmişdir. Şəkildə ağac görünmüş və ağacın aşağı hissəsi işarələnmişdir. İşarələnmiş dairədə siqaret qutuları və göy rəngdə sellofan torba olmuşdur. Şəkildəki sellofan torbanın tullantı olduğunu düşünmüşdür. Taksiyə əyləşib deyilən yerə gedib «İron» otelin qarşısında taksidən düşmüş və Əmirə zəng vurub dediyi yerə çatdığını bildirmişdir. Həmin yerdə iki oxşar ağac görmüşdür. Odur ki, Əmirdən metamfetaminin hansı ağacın altına qoyulduğunu soruşmuşdur. Əmir metamfetaminin siqaret qutusunda deyil, ağacın altında olan sellofan torbanın içərisində olduğunu bildirmişdir. Əl atıb sellofan torbanı götürəndə, çəkisinin nisbətən ağır gəldiyini görmüşdür. İçərisinə baxanda orada kağız parçaları olduğunu görmüşdür. Əmirə zəng vurub metamfetaminin sellofanda olubolmadığını soruşmuşdur. Əmir metamfetaminin sellofanda olduğunu deyib, ona narahat olmadan götürməsini tapşırmışdır. Sellofan torbanı götürüb ara yoldan çıxıb «İron» otelinin qarşısına çatanda polis əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Şöbəsinə gətirilmişdir. Şöbədə Samir adlı əməliyyat müvəkkilinin otağına aparılmışdır. Orada sellofan torba açılmışdır. Samir əlini atıb sellofan içərisindən üzəri yapışqan lentli qara rəngli sellofan bağlama çıxartmış və ondan bunun ona məxsus olub-olmadığının soruşmuşdur. Sonuncuya həmin bağlamanın ona məxsus olmadığını bildirmişdir. Samirə 1 qram çəkidə metamfetamin aldığını, torbadan aşkar edilən narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Həmin vaxtı Samirin yanında olan adlarını bilmədiyi 3 nəfər polis əməkdaşı ona qarşı fiziki güc tətbiq edib onu döyməyə başlamışlar. Bundan sonra o, şöbənin növbətçi hissəsinə salınmışdır. Bir qədər sonra onu Samirin otağına aparmışlar. Orada Samir və şöbə rəisinin adını bilmədiyi sürücüsü onunla söhbət etmişdir. Samir ona səhər saat 9-a rəis gələnə kimi 50.000 manat pulu çatdırsa, sərbəst buraxa biləcəyini demişdir. Samir ona pul müqabilində azad edib-edilməyəcəyindən asılı olmayaraq, narkotik vasitənin ondan götürülməsi barədə videoçəkiliş aparılacağının bildirmişdir. Daha sonra video çəkiliş aparılmış və o, polis əməkdaşlarının diktəsi ilə sellofan torbanı yenidən onlara təqdim edib, içərisindəkinin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşı sellofandakı bağlamanı çıxartmış və qayçı ilə bağlamanı kəsdikdə, içərisində xınaya oxşar maddə olduğunu görmüşdür. Daha sonra ondan izahat alınmışdır. İzahatı kompüterdə yazılmışdır. Həmin vaxt vəkili yanında olmamışdır. Vəkilini yalnız bircə dəfə gecə Polis Şöbəsində və daha sonra məhkəmədə barəsində qətimkan tədbiri məsələsinə baxılarkən görmüşdür. Gecəni növbətçi hissədə keçirmiş, səhərisi gün onu Binəqədi Polis İdarəsinin müvəqqti saxlama yerinə gətirmişlər. Polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə vəkilə deməmiş və onunla aralarında konfidensial söhbəti olmamışdır. Sellofan torbada 1 kiloqram 5 qram heroin olduğunu bilsəydi, onu heç vaxt götürməzdir. Bakı İstintaq Təcridxanasına qəbul edilərkən tibbi yoxlamadan keçirilmiş və həkimlər qabırğasında olan xəsarəti soyuqdəymədən yaranan ləkə kimi qeyd etmişlər. Polis Şöbəsində döyülməsi ilə bağlı heç yerdə məlumat verməmişdir. Sonradan müdafiəçisi Kamran müəllim Bakı İstintaq Təcridaxanasına yanına gələndə bu barədə ona məlumat vermişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, bu məqsədlə heç kimlə cinayət əlaqəsinə girməmişdir. Baş verənlərə görə təəsüflənir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində xtdmət edir. 6 may 2021-ci il tarixdə ona Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirdiyi, saxladığı və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə 4-cü Polis Şöbəsi rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra, bu barədə müvafiq qərar qəbul etmişdir. Daha sonra özü və şöbənin əməkdaşları Şahid3la Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 6 may 2021-ci il tarixdə saat 00:30-da Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində «İron» otelin yaxınlığında saxlanılaraq 4-cü Polis Şöbəsinə gətirilmişdir. Müvafiq prosessual hərəkətlər aparıldıqdan sonra təhqiqatçı onların iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif etmiş və sonuncu sağ əlində tutduğu göy rəngli üzərində «Levis» yazısı olan sellofan paketi stolun üzərinə qoymuşdur. Həmin sellofan paket açıldıqda içərisində üzərində «1 kq» yazısı olan bir ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış bağlamanın olduğunu görmüşlər. Təhqiqatçı tərəfindən bağlama açıldıqda, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin bağlama ilə bağlı soruşulduqda sonuncu, bağlamanı Əmir kimi tanıdığı İran İslam Respublikası vətəndaşı ilə «Watsap» proqramı ilə danışdığını, sonuncunun tapşırığı ilə həmin bağlamını Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Rahat» marketin yanındakı ağacın dibindən götürərək üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baxış keçirilmiş və bu zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, 27 manat pul, şalvarının digər cibindən isə «Kapital Bank»a aid bir ədəd plastik kart aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərində «1 kq» yazısı olan bir ədəd bağlama və bir ədəd «Samsung» markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılıb möhürlənərək götürülmüş, 27 manat pul və bir ədəd plastik kart isə Fuadın özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və tədbir iştirakçıları protokolu imzalamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən, bölmədə şəxsi axtarış və götürmə aparılarkən polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 6 may 2021-ci il tarixdə şöbəyə Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirdiyi və saxladığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə 4-cü Polis Şöbəsinin rəhbərliyinə müraciət edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra, bu barədə müvafiq qərar qəbul edilmişdir. Daha sonra o, şöbənin əməkdaşları Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 6 may 2021-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən «İron» otelin yaxınlığında saxlanılaraq 4-cü Polis Şöbəsinə gətirilmişdir. Təhqiqatçı müvafiq prosessual hərəkətlər apardıqdan sonra onların iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş və sonuncu sağ əlində tutduğu göy rəngli üzərində «Levis» yazısı olan sellofan paketi masanın üzərinə qoymuşdur. Həmin sellofan paketin içərisində üzərində «1 kq» yazısı olan bir ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış bağlamanın olması müəyyən edilmişdir. Təhqiqatçı bağlamanı açdıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olmasını müşahidə etmişlər. Təqsirləndirilən şəxs həmin bağlamada olan kütlənin nə olduğu, onu haradan, nə məqsədlə əldə etdiyi soruşulduqda sonuncu, həmin bağlamadakı maddənin narkotik vasitə heroin olduğunu, onu Əmir kimi tanıdığı İran İslam Respublikası vətəndaşı ilə «Watsap» proqramı ilə danışıb, sonuncunun tapşırığı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Rahat» marketin yanındakı ağacın dibindən götürərək üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baxış keçirilərkən, onun üzərindən bir ədəd «Samsung» markalı mobil telefon, 27 manat pul və bir ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərində «1 kq» yazısı olan bir ədəd bağlama və bir ədəd «Samsung» markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılıb möhürlənərək götürülmüş, 27 manat pul və bir ədəd plastik kart Fuadın özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahidlər Şahid1 və Şahid2 ifadəsinə oxşar ifadə verdi. Cinayət işinin 56-57-ci vərəqələrindəki protokoldan görünür ki, 6 may 2021-ci il tarixdə Binəqədİ RPİ-nin 4-cü Polis şöbəsinin təhqiqatçısı X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən video çəkilişin yazıldığı diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, diskdə 2 ədəd videofayl vardır. Müddəti 14 dəqiqə 22 saniyə olan videofayla baxıldıqda görünür ki, 4-cü Polis şöbəsinin təhqiqatçısı Malik Əhmədov özünü təqdim edir və məlumat verir ki, 6 may 2021-ci il tarixdə polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir. Təhqiqatçı polis əməkdaşlarını təqdim edir və Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edir. Təhqiqatçı həmçinin şəxsi axtarış zamanı Binəqədi RPİ-nin KTQ-nun inspektor-kriminalisti Vüsal Məmmədovun tərəfindən videoçəkiliş aparıldığını bildirir. Təhqiqatçı məlumat verir ki, Təqsirləndirilən şəxs 6 may 2021-ci il tarixdə saat 00:30-da 4-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı Binəqədİ rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən «İron» otelin yaxınlığında saxlanılaraq Polis şöbəsinə gətirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs sağ əlində tutduğu göy rəngli üzərində «Levis» yazısı olan sellofan paketi stolun üzərinə qoyur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan cins şalvarının yan ciblərindən bir ədəd ağ rəngli «Samsung» markalı mobil telefonu, 27 manat pulu və bir ədəd bank kartını çıxarıb masanın üzərinə qoyur. Həmin sellofan paket açıldıqda orada üzərində «1 kq» yazısı olan yapışqan lentlə bağlanmış bağlama olduğu məlum olur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bağlamada nə olduğunu soruşur. Təqsirləndirilən şəxs bildirir ki, İran vətəndaşı ilə «Watsap» proqramı vasitəsilə danışmış, İran vətəndaşı ona demişdir ki, həmin bağlama «İron» otelin yaxınlığında «Rahat» marketin yanında ağacın dibinə qoyulub və oradan götür. Bağlama açıldıqda onun içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu məlum oldu. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və başqa heç bir əşya aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanı ağ zərfə qoyub möhürləyir və zərfin üzərinə iştirakçılar imza edirlər. Bundan sonra Fuad Alyevin təqdim etdiyi pul və bank kartı onun özünə qaytarılır, mobil telefonu isə ağ zərfə qoyulub qablaşdırılır. Təhqiqatçı video çəkilişi saxlayır. Müddəti 1 dəqiqə 26 saniyə olan ikinci videofayla baxıldıqda görünür ki, təhqiqatçı iştirakçılar tərəfindən video çəkilişə baxıldığını və heç bir etiraz və qeyd daxil olmadığını bildirir. Daha sonra iştirakçılar tərtib olunmuş protokolu imzalayırlar və təhqiqatçı istintaq hərəkətinin başa çatdığını elan edir. «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan 050 *** ** ** və 050 *** ** ** saylı mobil nömrələrinə 1 yanvar 2020-ci il tarixdən 7 may 2021-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və həmin nömrələrdən çıxan onun müxtəlif şəxslərlə narkotik vasitə və ya psixotrop maddə ilə bağlı pərdələnmiş ifadələrdən istifadə etməklə yazışdığı aşağıdakı mesajlar aşkar edilmişdir: xx/xx/2020,05:42:54,**********67,**********24, Bidene 05 duzeler qardaş yana təmiz 05 xx/xx/2020,05:42:54,**********67,**********24, Gör qardasun nə deyir xx/xx/2020,05:43:54,**********24,**********67,Brat duzelerendeyrsen mawn tapırıram axi yarm sata zada gele bilsen gel gele bilmesen gunortdan sora gel yatacam xx/xx/2020,00:47:32,**********67,**********16,Qaqa onu 1 eleki mən buları yola salım sende razı salımda xx/xx/2020,00:51:17,**********67,**********07,15 deyqiye senle gorusecem xx/xx/2020,01:09:13,**********67,**********07,Yada çekmeye nəyinsə olar xx/xx/2020,01:09:13,**********67,**********07,Bey utaniramda vallah belke nese qalar sende çox pis vezyetde qaldım xx/xx/2020,01:09:13,**********67,**********07,Yada çekmeye nəyinsə olar xx/xx/2020,01:10:00,**********67,**********07,Sen menim qardasimsan meni başa düşərsən İşin 87-ci vərəqəsindəki 8 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan «Samsung» markalı mobil telefona baxış keçirilmiş və məlum olmuşdur ki, telefonun üzərində 050 *** ** ** saylı nömrə vardır. Telefonun «Watsap» proqramına daxil olduqda Təqsirləndirilən şəxs adı «emiriranu» kimi qeyd edilmiş +**********37 saylı nömrə ilə 5 may 2021-ci il tarixdə çoxlu sayda danışıq və yazışmalar apardığı müəyyən edildi. Telefonun ekranı çatlamış vəziyyətdə olduğundan ekrandan istifadə etməklə onun proqramlarına daxil olunması mümkün olmadığı üçün telefon USB naqili vasitəsilə «HP» markalı kompüterə qoşuldu. Yaddaşa baxış zamanı müəyyən edildi ki, 5 may 2021-ci il tarixdə həmin telefona narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli xeyli miqdarda maddənin «İMG-20210505-WA0025.jrg» nömrəli fotoşəkil, bundan əlavə Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik vasitə heroin olan göy rəngli salafan paketin «Rahat» marketin arxa tərəfində ağacın dibinə qoyulduğunu göstərən «İMG-20210505- WAO144.jrg», «İMG-20210505-WA0145jrg», «İMG-20210505- WA0147.jrg», «İMG-20210505- WAO148.jrg» nömrəli fotoşəkillər göndərilmişdir. Həmin şəkillər çap edilərək protokola əlavə edildi. Bundan başqa telefonun «Watsap» proqramında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı səsli mesajlar müəyyən edildi: -«PTT-20210505-WA0118» adlı səsli mesajda Təqsirləndirilən şəxs Əmir adlı şəxsə səsli mesaj göndərərək bildirir ki, ondan götürdüyü malı gərək kiməsə verib pulunu alsın ki, onun da pulunu göndərsin. O, öz uşağının boğazından kəsib pul göndərə bilməz, çünki malı götürüb kiməsə verib pul almalıdır, malı ondan götürəcək şəxslər isə onu aldatmaq istəyirlər. O da həmin şəxslərə demişdir ki, pulu versinlər, sonra malı versin. Təqsirləndirilən şəxs Əmirlə qardaş olduğunu deyir. – «PTT- 20210505-WA0119» adlı səsli mesajda bir nəfər Təqsirləndirilən şəxs bildirir ki, gedib mal götürə bilərsən, mənim pulumu nə vaxt vura bilərsən. – «PTT-20210505-WA0120» adlı səsli mesajda bir nəfər Təqsirləndirilən şəxs bildirir ki, mal qalıb, get onu götür, əlində nə olsa onu vur, mal çoxdur. – «PTT-20210505-WA0121» adlı səsli mesajda bir nəfər bildirir ki, bizə inanmırsansa get malı götür, sonra pulu vur, get götür, sən yaxşı adamsan. – «PTT-20210505-WA0122» adlı səsli mesajda Təqsirləndirilən şəxs bildirir ki, dayıcan sənə inanmayan kafirdir, mal hardadısa yerin deyin, gedib malın yanına çatıram, əlimi malın üstünə qoyuram, nə istəyirsiz sizin üçün edirəm, hardadı yerin deyin. – «PTT-20210505- WA0123» adlı səsli mesajda Təqsirləndirilən şəxs bildirir ki, qardaşım onlar gəlincə «20 yanvara», mən 4-cü mikrorayona dəyib dala qayıdacam, qayıdanda «20 yanvar»dan keçəcəm və nə lazımdırsa həll edəcəm, narahat olma, orda da iki yerə, «toçkaya» atacam, götürərlər. 6 ədəd səs faylı və 5 ədəd foto faylı əhəmiyyət kəsb etdiyi üçün USB yaddaş kartına köçürülərək protokola əlavə edilmiş, mobil telefon isə yenidən qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs «Samsung» markalı mobil telefonu məhkəmə kompüter- texniki ekspertizası tədqiqatına təqdim edilmişdir. Məhkəmə kompüter-texniki ekspertizasının 4 avqust 2021-ci il tarixli, 5/720 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 5.1.1» əməliyyat sistemi ilə təchiz olunmuş «X8 Prime» markalı «SM- G531H» modelli «**********13092, **********13090» ımeı kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan «X8 Prime» markalı «SM-G531H» modeli mobil smartfonun yaddadışnda (kontaklar, zənglər, sms mesajlar, foto, video, audio faylar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumatlar mübadilələri və sairə fayllar) mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə). İşin 200-201-ci vərəqələrindəki protokoldan cinayət işi üzrə alınmış məhkəmə kompüter-texniki ekspertizasının 4 avqust 2021-ci il tarixli, 5/270 saylı rəyinə əlavə edilmiş üzərində «Verbatim» yazısı olan DVD-R diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: -Təqsirləndirilən şəxs Ahyar oğlunun 050 *** ** ** saylı nömrəsi ilə «Watsap» proqramı vasitəsilə telefonun yaddaşında adı «emiriranu» kimi qeyd edilmiş +**********37 saylı nömrə arasında 16 aprel 2021-ci il tarixdə saat 12:47-dən əlaqə yaranmışdır. Müəyyən edildi ki, +**********37 saylı nömrədən Təqsirləndirilən şəxs 050 *** ** ** saylı nömrəsinə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli xeyli miqdarda maddənin «İMG-20210505-WA0025.jrg» nömrəli fotoşəkli 5 may 2021-ci il tarixdə saat 10:57 AM-də, bundan əlavə Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik vasitə heroin olan göy rəngli salafan paketin «Rahat» marketin arxa tərəfində ağacın dibinə qoyulduğunu göstərən «İMG-20210505-WA0144.jrg», «İMG- 20210505-WA0145.jrg», «İMG-20210505-WA0147.jrg», «İMG-20210505-WAG148.jrg» nömrəli fotoşəkillər isə 5 may 2021-ci il tarixdə saat 7:44 PM-dən 7:51 PM-dək olan aralıqda göndərilmişdir. Həmin şəkillər çap edilərək protokola əlavə edildi. Bundan başqa müəyyən edildi ki, Təqsirləndirilən şəxs Əmir adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitəni götürəcəyi yer, pulunu nə vaxt verməsi, götürdüyü narkotik vasitəni hara qoyacağı ilə bağlı ona göndərdiyi və ondan aldığı «PTT-20210505- WA0118», «PTT-20210505-WA0119», «PTT-20210505-WAG120», «PTT-20210505- WAG121», «PTT-20210505-WA0122» və «PTT-20210505-WA0123» adlı səsli mesajlar 5 may 2021-ci il tarixdə saat 5:17 PM-dən 5 may 2021-ci il tarixdə saat 6:47 PM- dək olan aralıqda göndərilmişdir. Qeyd olunan səsli mesajların məzmunu cinayət işinin materiallarında olan 8 may 2021-ci il tarixli baxış protokolunda göstərilmişdir. Təqsirləndirilən şəxs mobil telefonunda «Watsap» proqramında adı «emiriranu» kimi qeyd edilmiş +**********37 saylı nömrə ilə onun arasında yazışma, zəng, səsli mesaj və fotoşəkil göndərmə kimi əlaqələrin siyahısı 44 vərəqdə çap edilərək protokola əlavə edilmişdir. Disk yenidən qablaşdırılıb iş materiallarına əlavə edilmişdir (i.v. 200-245). Cinayət işinin 41-45-ci vərəqələrindəki məhkəmə-kimyəvi ekspertizasının 6 may 2021-ci il tarixli, 6/1826 saylı rəyindən görünür ki, ki, tədqiqata təqdim edilmiş, üzərində: «F.Aİıyev» yazısı olan paketdə 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1005 qram (1 kq 005 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi 1005 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1004,8 qram. Bax iş: vərəq 41 Cinayət işinin 144-145-ci vərəqələrindəki məhkəmə narkoloji ekspertizasının 7 iyun 2021-ci il tarixli, 1781 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işnin 146-148-ci vərəqələrindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 13 iyul 2021-ci il tarixli, 1523 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-in 21.1.-Cİ və 21.3.-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyəti onunla istintaq hərəkətinin keçirilməsinə mane olmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 257-290-cı vərəqələrindəki 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 1005 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1004,8 qram narkotik vasitə heroin saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski və «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd «CD» diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş «Samsung» markalı mobil telefon və həmin telefonun yaddaşında (kontaklar, zənglər, sms mesajlar, foto, video, audio faylar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumatlar mübadilələri və sairə fayllar) mövcud olan və tədqiqat zamanı müəyyən olunmuş pozulmuş məlumatların ekspert tərəfindən köçürüldüyü üzərində «Verbatim» yazısı olan DVD-R disk maddi sübut kimi tanınmış, DVD-R disk cinayət işinin materiallarına əlavə edilmiş, mobil telefon isə saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 247-250-ci vərəqələrindəki 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsinə dair müraciəti Binəqədi Rayon Prokurorluğunda araşdırılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması öz təsdiqini tapmadığından və bədəni üzərində 6 may 2021-ci il tarixinə uyğun gələ bilən xəsarət izi aşkar olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrindəki Binəqədi rayon məhkəməsinin 6 may 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin baş əməliyyat məvəkkili, polis mayoru Şahid1 əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə 6 may 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 99-cu vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 20-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədi. Onun ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı faktiki olaraq saxlanıldığı 6 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 1005 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 1004,8 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişin bir ədəd DVD disk və «Azərsell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd «CD» disk, Təqsirləndirilən şəxs götürülmüş «Samsunq» markalı mobil telefon və həmin telefonun yaddaşında (kontaktlar, zənglər, sms mesajlar, foto, video, audio fayllar, «Wotsap» proqramı təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan və tədqiqat zamanı müəyyən olunmuş pozulmuş məlumatların ekspert tərəfindən köçürüldüyü üzərində «Verbatim» yazısı olan DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı, mobil telefonun isə Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verildiyi nəzərə alınmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 6 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 1005 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 1004,8 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin bir ədəd DVD disk və «Azərsell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd «CD» disk, Təqsirləndirilən şəxs götürülmüş «Samsunq» markalı mobil telefon və həmin telefonun yaddaşında (kontaktlar, zənglər, sms mesajlar, foto, video, audio fayllar, «Wotsap» proqramı təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələri, və sairə fayllar) mövcud olan və tədqiqat zamanı müəyyən olunmuş pozulmuş məlumatların ekspert tərəfindən köçürüldüyü üzərində «Verbatim» yazısı olan DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Mobil telefonun isə Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verildiyi nəzərə alınsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar