Məhkəmə qərarları › İş №1(101)-311/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-311/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-311/2024 13.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X7, X4 və X15, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X16, Dövlət ittihamçısı və X12, zərərçəkmiş şəxslərin xx.xx.2023-cü il tarixli 7E-39150 və 7E-39152 nömrəli etibarnamələr əsasında nümayəndəsi, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, müdafiəçi- Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 19 avqust 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin küçədə ev 561 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclası zalında saat 14:00-da açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirərək dələduzluq etmiş və təkrarən etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarında suiistifadə edərək, birgə siqaret alveri ilə məşğul olub gəlir əldə etmək üçün 30000 ABŞ dolları məbləğində pul tələb olunduğunu, həmin pulun müqabilində hər ay 2000 ABŞ dolları gəlir verəcəyini yalan vəd verib inandıraraq, 2022-ci ilin aprel ayında milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 51000 (əlli bir min) manat təşkil edən 30000 ABŞ dollarını Bakı şəhəri, Binəqədi rayonu, X22 küçəsində yerləşən “Atrium” idman zalının yaxınlığında görüşüb Zərərçəkmiş şəxs2 vasitəsi ilə alıb ələ keçirərək vədinə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 51000 (əlli bir min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarında sui-istifadə edərək, birgə siqaret alveri ilə məşğul olub gəlir əldə etmək üçün 30000 ABŞ dolları məbləğində pul tələb olunduğunu, həmin pulun müqabilində hər ay 2000 ABŞ dolları gəlir verəcəyini yalan vəd verib inandıraraq, 2022-ci ilin may ayında milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 51000 (əlli bir min) manat təşkil edən 30000 ABŞ dolları, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində görüşüb Zərərçəkmiş şəxs2 alıb ələ keçirərək vədinə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 51000 (əlli bir min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Çin Respublikasından Azərbaycan Respublikasına “Tibet mastiffi” cins itinin gətirib satmaqla gəlir əldə etmək üçün 350000 ABŞ dolları məbləğində pul tələb olunduğunu, həmin pulun bir qisminin iti sifariş verən şəxs, bir qisminin özü və bir qisminin də Zərərçəkmiş şəxs2 tərəfindən ödənilməli olduğunu bildirib, 2022-ci ilin may ayında milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 161500 (bir yüz altmış bir min beş yüz) manat təşkil edən 95000 ABŞ dollarını, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsində yerləşən “Bazar Store” marketin yaxınlığında görüşüb Zərərçəkmiş şəxs1 vasitəsi ilə 161500 manat pulu alıb ələ keçirərək vədinə əməl etməyib aldatma yolu ilə Zərərçəkmiş şəxs2 161500 (bir yüz altmış bir min beş yüz) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Çin Respublikasından Azərbaycan Respublikasına “Tibet mastiffi” cins itinin gətirib satmaqla gəlir əldə etmək məqsədi ilə 800000 ABŞ dolları məbləğində pul tələb olunduğunu, həmin pulun bir qisminin iti sifariş verən şəxs, bir qisminin özü və bir qisminin də Zərərçəkmiş şəxs1 tərəfindən ödənilməli olduğunu bildirib, 2022-ci ilin iyun ayının sonlarında milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 161500 (bir yüz altmış bir min beş yüz) manat təşkil edən 95000 ABŞ dollarının Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Əjdaha” heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la görüşüb 161500 manat pulu alıb ələ keçirərək vədinə əməl etməyib etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 161500 (bir yüz altmış bir min beş yüz) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xarici ölkələrdən Azərbaycan Respublikasına bahalı cins itləri gətirib satdığına görə, Zərərçəkmiş şəxs2 ondan “Qafqaz ovçarkası” adlı cins iti sifariş verdiyi vaxtdan sonra sonuncu ilə aralarında münasibət yaranmışdır. O, 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs2 imkan olduğu təqdirdə, maliyyə cəhətdən ona 5000 manat kömək etməsini xahiş etmiş, əldə etdiyi qazancdan 1500 manat əlavə gəlir verəcəyini vəd vermişdir. Zərərçəkmiş şəxs2 razılaşaraq ona 5000 manat pul verib kömək etmiş, o, müvafiq satışdan sonra həm Zərərçəkmiş şəxs2 pulunu qaytarmış, həm də 1500 manat əlavə gəliri sonuncuya təqdim etmişdir. Zərərçəkmiş şəxs2 ona bu formada işlər olduqda xəbər etməsini, birgə işləməyi təklif edib atasının işdən çıxıb təqaüddə olduğuna görə əlavə gəlirə ehtiyacı olduğunu bildirdikdən sonra hər sifariş olduqca pulun bir qismini o, bir qismini isə Zərərçəkmiş şəxs2 qoymuş, hətta bəzən onun imkanı çatmadığına görə Zərərçəkmiş şəxs2 pulun çox hissəsini vermişdir. Bəzən Zərərçəkmiş şəxs2 2000 ABŞ dolları, bəzən də 3000-10000 manat arasında sərmayə qoymuş, sifarişlərdə heç bir problem olmamış, mübahisə etməmişlər. Hazıradək Zərərçəkmiş şəxs2 bu işə görə 190000 manat gəlir qazandırmışdır. Zərərçəkmiş şəxs2 başqa şəxslərə nə qədər pul verdiyini bilmir, məlumatsızdır. Zərərçəkmiş şəxs2 bəzən ona pulun bir hissəsini dostundan aldığını, üzərinə müəyyən qədər məbləğ əlavə edib qaytaracağını demiş, bu işdə bəzən xeyir, bəzən zərər olmuş, Zərərçəkmiş şəxs2 xeyiri götürsə də, zərərə şəriklik etməmiş, Zərərçəkmiş şəxs2 sərmayə qoyduğu pula görə nəzərdə tutduğu əlavə gəliri də nəzərə alaraq əlavə gəlir kimi hesablamışdır. Zərərçəkmiş şəxs1 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması üçün əsas olmamış, çünki o, şəxsən Zərərçəkmiş şəxs1 ilə hər hansı iş görməmiş, yalnız Zərərçəkmiş şəxs2la işləmişdir. Bakı şəhərində olmadığı vaxtlarda Zərərçəkmiş şəxs2 pulunu sonuncunun tapşırığı ilə bəzən Zərərçəkmiş şəxs1 vermiş, bəzən də Zərərçəkmiş şəxs2 pulunu Zərərçəkmiş şəxs1 götürmüşdür. O, Zərərçəkmiş şəxs2 bir dəfəlik 95000 manat əlbəəl pul vermiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Dost olduqlarına görə, aralarında güvənsizlik, etimadsızlıq olmayıb deyə heç vaxt notariusa getməmişlər. “Azneft” dairəsində “Əjdaha” heykəlinin yanında görüşüb Zərərçəkmiş şəxs2 85000 manat, yəni həmin vaxtki məzənnə ilə 50000 ABŞ dolları pul vermiş, 45000 ABŞ dolları isə onda borc qalmışdır. Zərərçəkmiş şəxs2 həmin gün 85000 manatını, yəni 50000 ABŞ dollarının üzərinə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 verdiyi 45000 ABŞ dollarını qoyaraq yenidən ona verdiyindən, onda Zərərçəkmiş şəxs2 yenidən 95000 ABŞ dolları pul vəsaiti olmuşdur. Həmin vaxtdan 5-7 gün keçdikdən sonra başqa sifarişdən gəlir qazanaraq 45000 ABŞ dollarını “Megapolis” restoranında Zərərçəkmiş şəxs2 qaytarmış, Zərərçəkmiş şəxs2 it satışından cəmi 95000 ABŞ dolları borcu qalmış, yəni ziyan daha çox olmamışdır. Zərərçəkmiş şəxs2 iki dəfə fərqli vaxtlarda 30000 ABŞ dollarını başqa işə görə götürmüş, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 qohumu kimi tanımışdır. İlk dəfə Zərərçəkmiş şəxs2 30000 ABŞ dollarını (51000 manatı) 2022-ci ilin fevralında "xxxx" QSC-nin “Azadlıq” metrostansiyasının yaxınlığında yerləşən “Atrium” idman kompleksinin qarşısında avtomobilin içərisində pulları sayıb ona vermiş, o da hər ayın 25-də Zərərçəkmiş şəxs2 3 dəfə olmaqla 6500 ABŞ dolları qaytarmış, belə ki, bir dəfə “Dalida” restoranının avtodayanacağında, digər dəfə Zərərçəkmiş şəxs2 özünə, sonuncu dəfə isə Zərərçəkmiş şəxs1 vermişdir. Növbəti dəfə Zərərçəkmiş şəxs2 ona 2023-cü ilin may ayının əvvəllərində 30000 ABŞ dollarını vermiş, Zərərçəkmiş şəxs2 sonradan həmin puldan 23400 manatı qaytarmış, Badamdar qəsəbəsində baytarlıq klinikasının yanında avtomobildə Zərərçəkmiş şəxs2 pulları sayıb götürmüşdür. Bundan başqa, bir dəfə taksi sürücüsü olan tanışı X13 Statistika Komitəsinin yaxınlığında yerləşən “OMİD” xəstəxanasının yanında olan idman klubunun ikinci mərtəbəsində yerləşən idman zalındakı Zərərçəkmiş şəxs1 çağırdığına görə aşağı düşdükdən sonra sonuncuya avtomobildə pul vermiş, 2 dəfə orada, 23400 manatı isə zalın içində kənar otağa çəkib Zərərçəkmiş şəxs1 vermişdir. Bir dəfə də 97000 manat gəlir təqdim etmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Antalya şəhərində olduğundan, Zərərçəkmiş şəxs1 ilə həmin ilin iyul ayının sonu və ya avqust ayının əvvəllərində görüşüb həmin sürücünün yanında qeyd etdiyi pulu təqdim etmişdir. Daha sonra yenə sifarişləri olmuş, alınmadığından, Zərərçəkmiş şəxs2 olan borcu qaytara bilməmişdir. Zəng çatmadığına görə, növbəti gün o, atası ilə yaşadığı evdən çıxanda qapının ağzında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin polis əməkdaşları onu saxlayıb barəsində şikayət olduğunu söyləyərək polis bölməsinə aparmışlar. Orada qanunsuz saxlanıldıqdan sonra hədə-qoxu gəlib təhdid etmişlər. Polis bölməsinin rəisi Zərərçəkmiş şəxs1 dostu olduğuna görə “sifariş” əsasında saxlanılaraq tutulmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs siqaret alveri ilə məşğul olmağa cəhd etdiyinə görə 60000 ABŞ dollarını zərərçəkmiş şəxslərdən aldığını, həmin iş alınmadığından, pulu sərmayə kimi it alverinə qoyub bu barədə məlumatlandırdığını, siqaret işi alınmadığına görə 23400 manat və 23400 manat olmaqla 2 dəfəyə pulu qaytardığını, siqaret alveri ilə məşğul olmasına dair heç bir sənədinin olmadığını, ümumilikdə 97000 manat pul qaytardığını, itləri xarici ölkələrdən, əsasən Çin Xalq Respublikasından sifariş əsasında gətirdiyini, pulu sifarişçinin ödədiyini, müştərilərin bank hesabından xarici ölkədəki heyvan sahiblərinin hesabına pul köçürdüklərini, sifariş edən şəxslər şəxsiyyətləri barədə zərərçəkmiş şəxslərin məlumatlarının olmasını istəmədiklərini, sifariş verilən it Bakı şəhərinə gələnə qədər müştərinin itin dəyərinin 50 faizini ödədiyini, qalan pulu isə Zərərçəkmiş şəxs2la birgə qoyduqlarını, sifariş versə də, alınmadığına görə, 190000 ABŞ dolları pul vəsaitini geri qaytara bilmədiyini, Zamir Əliyev adlı sifarişçi ilə arasında narazılığının olduğunu, Zamir Əliyev ondan bir neçə dəfə it aldığına görə onun etibarını qazandığını, Zamir Əliyev ona pul köçürmələrinin Rusiya Federasiyasından gəldiyini deyib 5 gün gözləməyini xahiş etsə də, pulun gəlmədiyini, işçisi Hafiz adlı şəxs onunla “Whatsapp” tətbiqi vasitəsilə Zamir Əliyevlə əlaqə saxlayıb sonuncunun Moskva şəhərində olduğunu, 2 həftəyə gəlib pulunu verəcəyini desə də, pulu vermədiyini, sifariş verilən it 25-30 kq olanda karqo şirkəti vasitəsi ilə gətirməyin mümkün olduğunu, əgər it 50 kq və ya yuxarıdırsa, həmin heyvan üçün 6000 dollar rüsum ödənilməsinin tələb edildiyini, sifarişləri kuryerlərin gətirdiyini, Zamir Əliyev haqqında tutulan zaman şikayət etsə də, uydurma olduğunu bildirib hər hansı araşdırma aparılmadığını, Zərərçəkmiş şəxs2 təqdim olunan müqavilənin sadəcə nümunə olduğunu, Esmira adlı şəxsin həqiqi alıcı olmadığını, ödəniş çeklərinin özündə olmadığını, alıcı şəxslərin şəxsi hesablarında olduğunu, rekviziti dedikdən sonra pulu alıcının ödədiyini, alıcılar adlarının hallanmasını istəmədiyi üçün adları barədə məlumat verə bilməyəcəyini, Zərərçəkmiş şəxs2 ilk dəfə onu elan vasitəsilə tapıb müraciət etdiyini, bəzən başqa müştərilər üçün gətirdiyi itləri Zərərçəkmiş şəxs2 evində saxladığını, Zərərçəkmiş şəxs2 50000 manatdan az məbləğdə borcunun qaldığını, alıcı şəxslərin əksəriyyətini tanıdığını, ya dəfələrlə ondan it alan, ya da tanışlar tərəfindən məsləhət edildikdən sonra alan şəxslər olduğunu bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən xarici ölkələrdən cins itləri ölkəyə gətirib satışı ilə məşğul olmuş, həmin vaxtdan Zərərçəkmiş şəxs2 tanımış, sonuncu ondan “Qafqaz ovçarkası” cins iti təxminən 2000 manata aldığı vaxtdan münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs1 isə təxminən 1 il müddətində tanımış, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 dayısı oğlu kimi təqdim etmişdir. Təxminən 2 il əvvəl pula ehtiyac olduğundan o, Zərərçəkmiş şəxs2 5000 manat məbləğində pulu borc istədiyinə görə, Zərərçəkmiş şəxs2 da həmin məbləğdə pulu vermişdir. Təxminən 1 ay sonra o, həmin pula Ukrayna Respublikasından “Qafqaz ovçarkası” adlı cins iti gətizdimiş, həmin iti təxminən 8000 manata satdıqdan sonra həmin puldan 5000 manat və əlavə olaraq 1500 manat pulu Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 belə işlər olduqda ona deməsini bildirdiyindən birgə iş görməyə başlamışlar. Həmin vaxtdan sonra xarici ölkələrdən cins itlər almaq istəyən müştərilər olduqda o, bu barədə Zərərçəkmiş şəxs2 demiş, sonuncu ilə birgə alınacaq itlərin pulunun bir hissəsini o, digər hissəsini Zərərçəkmiş şəxs2 verməklə birlikdə it gətizdirib sataraq gəlir əldə etmişlər. O, Zərərçəkmiş şəxs2la birgə 1 il 6 ay ərzində təxminən 20 ədəd cins iti gətirib satmışlar. Gətirdikləri həmin itlərin dəyərləri 5000 ABŞ dolları ilə 150000 ABŞ dolları arasında olmuşdur. O, 2022-ci ilin yanvar-fevral aylarında “Tibet mastiffi” adlı cins iti 190000 ABŞ dollarına alıb 220000 ABŞ dollarına Zamir Əliyev adlı şəxsə satmış, həmin pulun 150000 ABŞ dollarını Zamir Əliyev vermiş, 40000 ABŞ dollarını isə o və Zərərçəkmiş şəxs2 sərmayə kimi qoymuşdur. 2022-ci ilin may ayının sonlarında Zamir Əliyev ondan yenidən “Tibet mastiffi” adlı cins itini almaq istədiyini bildirdikdə, o, Zamir Əliyevin sifarişi ilə bağlı Çin Xalq Respublikasından həmin cinsdə olan iti 220000 ABŞ dollarına gətirə biləcəyini demişdir. O, “Tibet mastiffi” adlı cins iti 250000 ABŞ dolları müqabilində almağı nəzərdə tutmuş, Zamir Əliyev də təkliflə razılaşmışdır. Həmin pulun 140000 ABŞ dolları Zamir Əliyev, qalan puldan 15000 ABŞ dolları o, 95000 ABŞ dolları isə Zərərçəkmiş şəxs2 verəcəyinə razılaşmışlar. Zərərçəkmiş şəxs2 istədiyi həmin 95000 ABŞ dolları Təqsirləndirilən şəxs verilmişdir. O, Zamir Əliyev üçün Çin Xalq Respublikasından sifariş verdiyi “Tibet mastiffi” adlı cins iti Bakı-Moskva reysi ilə gətirilmiş, həmin itin adı sənədləşmə zamanı “Senbernar” adlı cins it kimi göstərilmişdir. Həmin iti X27 Əliyev adına X9 götürmüşdür. Zamir Əliyev 3-4 gün sonra ona pulun qalan hissəsini, yəni 70000 ABŞ dolları verməli olduğundan sonuncu ilə “Teleqram” və “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxladıqda Zamir Əliyev ona pulun köçmədiyini demişdir. Bundan sonra o, Zamir Əliyev adlı şəxslə əlaqə saxlamağa çalışsa da, sonuncu ona cavab verməmişdir. Təxminən 2022-ci ilin iyun ayının əvvəllərində o, Zərərçəkmiş şəxs2la Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Megapolis” kafesində görüşdükdə, sonuncuya 300000 ABŞ dolları məbləğində “Tibet mastiffi” adlı cins iti almaq istədiyini demiş, Zərərçəkmiş şəxs2 ondan nə qədər pulunun olduğunu soruşduqda, o, 35000 ABŞ dollarının özündə olduğunu, sifarişçinin 170000 ABŞ dolları verdiyini, 95000 ABŞ dolları pula ehtiyac yarandığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ondan həmin iti hansı məbləğə satacağını və hansı məbləğdə gəlir əldə edəcəklərini soruşduqda, o, həmin cins iti 350000 ABŞ dollarına satacaqlarını və 50000 ABŞ dolları qazanc əldə edib gəliri yarıbayarıya böləcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs2 5-6 gün möhlət verməsini və fikirləşib cavab verəcəyini demiş, 5-6 gün sonra Zərərçəkmiş şəxs2 ona zəng vurub pulu düzəldə biləcəyini bildirmişdir. 20 iyun 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs2la Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsində yerləşən “Bazar Store” marketin qarşısında görüşərək sonuncudan 95000 ABŞ dolları götürüb evə getmişdir. O, Çin Xalq Respublikasından 2 yaşı olan və 300000 ABŞ dollarına satılan “Tibet mastiffi” adlı cins itin şəklini it almaq istəyən müştəriyə göstərdikdə həmin müştəri iti almaq istədiyini bildirmişdir. Bundan sonra o, Çin vətəndaşı olan Çzan adlı şəxslə “Telegram” tətbiqi vasitəsi ilə danışmış, Çzan adlı şəxs hesab nömrəsini ona, o da öz növbəsində həmin hesab nömrəsini iti almaq istəyən müştəriyə göndərmişdir. Bundan sonra həmin müştəri də Çzan adlı şəxsin verdiyi hesab nömrəsinə 170000 ABŞ dolları pul köçürmüş, qalan 130000 ABŞ dolları isə o, Çzan adlı şəxsin göndərdiyi kuryerlərə vermişdir. 23 sentyabr 2022-ci il tarixdə bir nəfər onunla əlaqə saxlamış və özünü Hafiz kimi təqdim edib nömrəsini Zamir Əliyevin ona verdiyini, Zamir Əliyevin işlə bağlı Moskva şəhərinə getdiyini və onunla görüşmək istədiyini bildirmişdir. O da etiraz etməmiş və həmin gün saat 24 radələrində Nərimanov rayonu, Montin adlanan ərazidə görüşmüşdür. Hafiz dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Benz GL” markalı avtomobillə gəlib ona X23 şəhərinə getdiyini, 2-3 həftəyə qayıtdıqdan sonra pulu verəcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ondan pulu istədikləri üçün Hafizə dediyi müddətdə gözləyə bilməyəcəyini demiş, Hafiz mobil telefonla kiminləsə əlaqə saxlayıb pul istəmişdir. Bundan sonra o, Hafizlə birlikdə sonuncunun avtomobili ilə Türkan qəsəbəsi istiqamətinə getmiş, həmin yerdə Hafizin mobil telefon vasitəsilə əlaqə saxladığı şəxslərlə görüşmüşdür. Gələn 3 nəfər şəxslə söhbət zamanı ona pul söhbətinin bağlandığını dedikdə etiraz edib Zamir Əliyevin ona 70000 ABŞ dolları verməli olmasını bildirmişdir. Həmin vaxt mobil telefonuna zəng gəldiyindən, telefona baxan zaman həmin 3 nəfərdən biri onun mobil telefonunu əlindən götürüb yerə ataraq sındırdıqdan sonra onu orada qoyub getmişlər. O, “Koroğlu” metrostansiyasına, oradan da avtobusla Ramana qəsəbəsində yaşayan İqbal adlı tanışının evinə getmişdir. O, İqbala və sonradan atasına baş vermiş hadisəni danışmışdır. O, Zərərçəkmiş şəxs2la işlədiyi müddət ərzində it alveri ilə əlaqədar sonuncuya 190000 manata qədər xeyir qazandırmışdır. Bundan başqa, 2022-ci ilin aprel ayında siqaret alveri etmək üçün Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Atrium” idman zalının qarşısında 30000 ABŞ dolları, təxminən 1 aydan sonra Bakı şəhəri 6-cı mikrorayon ərazisində 30000 ABŞ dolları Zərərçəkmiş şəxs2 gətirib ona vermişdir. O, həmin puldan 23400 manatı Zərərçəkmiş şəxs2, 2022-ci ilin avqust ayının əvvəlində Yasamal rayonu, ərazisində yerləşən “OMD” xəstəxanasının yaxınlığında olan “Fitway” fitnes zalında Zərərçəkmiş şəxs1 ilə görüşüb siqaret alveri aldığı 23400 manatı təqdim etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonunda yerləşən “OMD” xəstəxanasının qarşısında 97000 manat pul vermişdir. Həmçinin o, Esmira Soltnikovaya it sifariş etdiyini, iti almaq üçün ona pul verən insanların müqavilə istədiyini, alğı-satqı müqaviləsini imzalamasını və itin sifarişçisi kimi pulun verməsinin müqavilədə öz əksini tapmasını, pulu verən şəxslərə həmin müqaviləni göstərib inandıracağını dedikdə, Esmira Soltnikova razılaşmışdır. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 95000 ABŞ dolları pul alan zaman gətirəcəyi itin 800000 ABŞ dolları dəyərində olduğunun və həmin pulun 645000 ABŞ dollarının əvvəlcədən ödənildiyini, qalan 155000 ABŞ dollarını isə it gəldikdən sonra veriləcəyini bildirdiyi üçün müqavilədə həmin məbləğ göstərmişdir. O, “Tibet mastiffi” cins itin birini Zamir Əliyev adlı şəxsə gətirmişdir. Digər iti sifariş verən şəxs öz adının bilinməsini istəmir. O, siqaret alveri üçün aldığı ümumilikdə 60000 ABŞ dollar pulu it alverinə qoymuşdur. Esmira Soltnikova müqavildə itin hansı qiymətə gətirildiyini, hansı qiymətə satılmasından məlumatı olmamışdır. O, gətirdiyi itin 800000 ABŞ dollar olmasını bildirməkdə özünü bahalı it gətirən şəxs kimi göstərmək olmuşdur. O, “Tibet mastiffi” cins it gətirmək üçün aldığı həmin pulların bir qismini əlbəəl Azərbaycana gələn kuryerlər vasitəsi ilə vermişdir. Həmin şəxslərin kim olması barədə məlumatı yoxdur. Pulun bir qismini isə sifariş verən şəxslər öz hesablarından göndərmişlər. Onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul almasından İqbalın heç bir məlumatı olmamışdır. Gətirdikləri itlərdən birinin sənədi olduğunu bildirmiş, digər itlərin sənədlərini isə gətirdiyi müştərilərə vermişdir. O, zərəçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə il yarım müddətdən artıq müxtəlif cinsli itlər alıb sataraq pul qazanmışdır. Həmin pulu da öz aralarında qazanc hesab edərək qoyduqları vəsaitə uyğun bölmüşlər. O, həmin şəxsləri aldatmaq fikrində olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik yoxdur. O, 4 il əvvəl şəxsi istifadəsi üçün it saxlamaq istəməsi səbəbindən “qafqaz ovçarkası” axtardığına görə elandan Təqsirləndirilən şəxs mobil nömrəsini tapmış, qiymətlər yüksək olduğu üçün ilk öncə sifariş verməmiş, təxminən 1,5 ay sonra yenidən müraciət edib it sifariş etmişdir. Həmin sifarişi əsasında Təqsirləndirilən şəxs onun üçün “qafqaz ovçarkası” cins iti sifariş edib təhvil vermiş, məbləğin yarısını əvvəlcədən, yarısını isə iti təhvil aldıqdan sonra ödəmişdir. O, ilk dəfə “İçərişəhər” deyilən ərazidə görüşüb 600 manat pulu Təqsirləndirilən şəxs vermiş, 7-10 gün ərzində Təqsirləndirilən şəxs iti ona təhvil verdikdən sonra aralarında münasibət yaranmış, Təqsirləndirilən şəxs ona tanışlardan kimsə it almaq istədiyi təqdirdə müraciət edə biləcəyini demişdir. 6-7 ay keçdikdən sonra dostu it sifariş vermək istədikdə aralarında inam olduğuna görə pulun tam hissəsini əvvəlcədən vermişdir. 1 il keçdikdən sonra Təqsirləndirilən şəxs ona müraciət edərək atasının xəstəliyinə görə 20000 manat pula ehtiyacı olduğunu dedikdə o, həmin məbləğdə pulunun olmadığını söyləmiş, 2021-ci ilin may ayında yenidən müraciət edib it sifarişlərinin olduğunu, məbləğin yarısını müştərilərin ödəyəcəyini, yarısını isə öz aralarında ödədikləri təqdirdə əlavə xeyir əldə edəcəklərini söyləmiş, bu dəfə də o, Təqsirləndirilən şəxs deyilən miqdarda pulunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 1 ay yarım sonra bir daha telefon vasitəsilə əlaqə saxlayıb yeni sifarişlər üçün 5000 manat pul lazım olduğunu və 1500 manat xeyir əldə edəcəklərini, itin 2 ay yarım müddətində gələcəyini dedikdə razılaşıb 2021-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs 5000 manat pul vermiş, 1,5- 2 ay keçdikdən sonra it gətirilmiş, Təqsirləndirilən şəxs ona həm 5000 manatı, həm də 1500 manatı geri ödəmişdir. Bundan sonra aralarında olan danışığa görə sifarişlər olduğu zaman birgə işləməyə razılaşmışlar. 2021-ci ilin noyabr ayına kimi olan bir neçə sifarişə görə 2000, 3000, 5000 manat ödəyib 1000 manat xeyir əldə etmişdir. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ona zəng edib Zara adlı şəxsin 20000 ABŞ dollarına it sifariş etdiyini, 5000 ABŞ dolları gəlir əldə edəcəklərini dedikdə razılaşmış və daha sonra Təqsirləndirilən şəxs müştərilərlə görüşən zaman birlikdə görüşə getməyini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs ona iti alan şəxslərin özlərinin təqdim edilmələrini istəmədikləri üçün bunun mümkün olmayacağını söyləmişdir. O, razılaşıb 20000 ABŞ dolları Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu ona itə görə ödənişi etdiyini, həmin itin növbəti ilin yanvar ayının sonunadək gətiriləcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona zəng etib Zara adlı şəxsin yenidən 2 ədəd eyni itdən sifariş vermək istədiyini, həmin itlərə görə də 20000 ABŞ dollarının lazım olduğunu dedikdə, onun həmin miqdarda pul olmadığı üçün dayısı oğlu Zərərçəkmiş şəxs1 müraciət etmiş və Təqsirləndirilən şəxs da qazancın 3 yerə bölünəcəyini söyləmişdir. 2022-ci ilin yanvar ayının sonu-fevral ayının əvvəllərində sifarişləri gəldikdən sonra əldə edilən məbləğ aralarında bölünmüşdür. O, heç vaxt sifariş verən müştəriləri və ya sifariş verilən itləri görməmiş, sadəcə pulu vermiş, sifariş gələndə qazanılan məbləğlə birlikdə Təqsirləndirilən şəxs pulunu geri qaytarmış, oraya getmələrinə ehtiyaclarının olmadığını demişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ona xarici ölkədən siqareti ölkədə idxal edə bildiyini, bunun üçün 30000 ABŞ dolları məbləğində pulun lazım olduğunu dedikdə, bunun hansı formada mümkün olacağını soruşmuş, Təqsirləndirilən şəxs da geniş əlaqələrinin olduğuna onu inandırmışdır. Zərərçəkmiş şəxs1 həmin ilin aprel ayının əvvəllərində məbləğin bir hissəsini “Atrium” adlanan idman zalında təqdim etmişdir. Bundan başqa, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs yenidən ona 30000 ABŞ dolları siqaret alveri üçün lazım olacağını dediyinə görə, sonuncu ilə may ayında Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda görüşüb 30000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir. 2022-ci il tarixdə it alveri ilə bağlı yenidən Təqsirləndirilən şəxs ona zəng edib 95000 ABŞ dollarının lazım olduğunu, yaxşı qazanc əldə edəcəklərini dedikdə onda həmin məbləğdə pul olmadığına görə 2022ci ilin may ayında onun pulu olan 95000 ABŞ dollarını Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Bazar Store” marketinin qarşısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vermiş, həmçinin həmin səbəbdən o, həmin ilin iyun ayının sonlarında şəxsən "xxxx" ASC-nin yaxınlığında Zərərçəkmiş şəxs1 pulu olan 95000 ABŞ dolları sonuncu ilə birgə gedib Təqsirləndirilən şəxs təqdim etmişdir. O, verilən məbləğlərin çox olduğuna görə, Təqsirləndirilən şəxs iş görürlərsə, müştərilərlə müqavilə bağlamalarını, əlində sənədlərinin olmasını demiş, Təqsirləndirilən şəxs deməsinə görə iti sifariş edən alıcı Aida Mahmudova adlı şəxsin işçisi kimi təqdim etdiyi Esmira adlı şəxslə müqavilə bağlamış, müqavilə 3 nüsxədə olmuş, ona, Təqsirləndirilən şəxs və sifariş verən şəxsə təqdim edilmişdir. Həmin itlərin də avqust ayının sonları-sentyabr ayının əvvəllərində gətirilməsi planlaşdırılmışdır. 2022-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs itlərin gəlib-gəlməməsini soruşduqda sonuncu sifariş verildiyini demiş, o da it gətirildiyi vaxt onun da hava limanına getmək istədiyini bildirmişdir. Həmin gün gecə saat 01-02 radələrində o, mən, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ilə birgə Heydər Əliyev adına X14 getdikdə, Təqsirləndirilən şəxs ona sifariş verilən it bahalı olduğuna görə gömrükdən keçirilməsi üçün 4000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini istədiyini demiş, daha sonra kənara çəkilib guya Zamir adlı şəxslə danışdıqdan sonra ona həmin şəxsin pulu ödəyib iti götürəcəyini, bir-iki günə isə onların pulu qaytaracağını söyləmişdir. Lakin həmin pulun nə vaxt qaytaracağını Təqsirləndirilən şəxs soruşsa da, pul qaytarılmamış, Təqsirləndirilən şəxs Zamir adlı şəxsin pulu qaytarmasını gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilmədiklərini görüb atası ilə görüşmək üçün əlaqə saxladıqdan sonra atası Rövşən adlı dostu ilə birlikdə gəlmiş, o da Zərərçəkmiş şəxs1 ilə birgə olmuşdur. Baş verənləri danışdıqdan sonra Rövşən adlı şəxs Təqsirləndirilən şəxs Zamir adlı şəxsdən pulunu ala bilmədiyini söyləmiş, daha sonra o, Təqsirləndirilən şəxs etdikləri barədə polis orqanına şikayət etmişdir. Sonradan ona Esmira adlı şəxsin həmin işə heç bir aidiyyətinin olmadığını öyrənmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulu göndərməsini təsdiq edən hər hansı sənədi təqdim etmədiyini, sifarişlərin məbləğləri çox olduğuna görə problem olmaması üçün müqavilə bağlamalarını təklif etdikdə Təqsirləndirilən şəxs razılaşdığını, sonradan Təqsirləndirilən şəxs Esmira adlı xanımın adını müqavilədə qeyd etməsinin səbəbini soruşduqda onları inandırmaq üçün belə etməsini dediyini, siqaret alveri üçün Zərərçəkmiş şəxs1 ilə o, ayrı-ayrılıqda 30000 ABŞ dollarını Təqsirləndirilən şəxs verdiyini, ümumilikdə ona 30000 və 95000 ABŞ dolları ziyan dəydiyini, Təqsirləndirilən şəxs onları aldatdığını, ona dəymiş ziyanın qaytarılmasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs2 vasitəsilə tanımış, 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla birgə onun iş yerinə gəlib it sifarişi olduğuna görə özündə həmin məbləğ olmadığı üçün 20000 ABŞ dollarının lazım olduğunu dedikdə, o, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs güvənib-güvənmədiyini soruşmuş, Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxsla əvvəllər də it alveri ilə məşğul olduğunu, sonuncuya güvəndiyini dedikdə o da həmin məbləği vermişdir. Həmin pulu Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında qaytarmışdır. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 yenidən it sifarişinə görə 20000 ABŞ dollarının lazım olduğunu dedikdə o, həmin məbləğdə pulu vermiş, həmin pul geri qaytarılmışdır. Həmçinin, həmin ərəfələrdə Təqsirləndirilən şəxs siqaret alverinə görə o və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda 30000 ABŞ dolları almışdır. Bundan başqa, 2023-cü ilin may-iyun aylarında Təqsirləndirilən şəxs bahalı it sifarişi verdiklərini deyib ondan 95000 ABŞ dolları almış, sifariş 2023-cü ilin avqust ayında gəlməli olsa da, gəlməmiş, Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul geri qaytarmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla əvvəllər heç bir biznes fəaliyyəti ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs sifariş verilən itlərin kuryer vasitəsilə gətirildiyini desə də, müştəri və sifarişçinin kim olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs həmin şəxslərlə onları görüşdürmədiyini, ibtidai istintaq dövründə ona 11534,38 manat pulu geri qaytardığını, o, sifariş verilən itlərə görə müqavilə tələb etdikdə, Təqsirləndirilən şəxs yalnız bir müqaviləni təqdim etdiyini, həmin müqavilənin də saxta olduğunu, Təqsirləndirilən şəxs ümumilikdə 4 dəfə, yəni 2021-ci ilin noyabr ayında 20000 ABŞ dolları və 2022-cü ilin aprel ayında 25000 ABŞ dolları “Atrium” İdman və Əyləncə Kompleksində, daha sonra isə 2 dəfə olmaqla müxtəlif yerlərdə 95000 və 30000 ABŞ dolları verdiyini, inandığına görə davamlı şəkildə pul verdiyini, Təqsirləndirilən şəxs verilən pullara görə qəbz təqdim edilmədiyini, 95000 və 30000 ABŞ dolları geri qaytarmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla aralarında ədavət və ya düşmənçilik olmamışdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə çağırıldıqdan sonra hadisə barədə məlumatlanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Esmira Soltnikova Təqsirləndirilən şəxsla internet vasitəsi ilə tanış olduğunu, onun it-pişiklə marağı olduğuna görə Təqsirləndirilən şəxsla ünsiyyətinin yarandığını, Təqsirləndirilən şəxs xarici ölkədən it gətirib ölkədə satmasını bildiyini, əvvəl maddi vəziyyəti yaxşı olsa da, sonradan Təqsirləndirilən şəxs borcunun olduğunu öyrəndiyini, Təqsirləndirilən şəxs ona atasının ciyərində olan xəstəliyə görə cərrahi əməliyyat olması səbəbindən külli miqdarda borc götürdüyünü dediyini, lakin həmin borcun miqdarını bilmədiyini, 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ona sənəd təqdim edib, həmin sənədi imzalamasını istədikdən sonra sənəd əsasında borclu olmasının görünəcəyini, alıcı kimi onun göstəriləcəyini dedikdə Təqsirləndirilən şəxs atası xəstə olduğuna görə inanıb razılaşdığını, müqavilənin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs it sifariş verdiyini, onun da alıcı qismində çıxış etdiyini söylədiyini, Aidə adlı şəxsi tanımadığını, ona hər hansı zəngin gəlmədiyini, Təqsirləndirilən şəxs sənədi imzalaması üçün ona pul vermədiyini, Təqsirləndirilən şəxs kimdən, nə qədər borc alması barədə məlumatının olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və ya düşmənçilik yoxdur. Hadisədən uzun müddət keçdiyindən dəqiq tarixi xatırlamır. Təxminən 1 il 4-5 ay əvvəl Təqsirləndirilən şəxs ona zəng edərək avtomobillə gəlib götürməyini dediyinə görə, həmin ünvana getmiş, əlində sellofanda bir xeyli pulla avtomobilə əyləşən Təqsirləndirilən şəxs hara gedəcəklərini soruşduqda sonuncu Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşən “OMD”-nin yanına getməli olduqlarını söyləmişdir. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs avtomobildən düşüb orada yerləşən fitness salonuna daxil olmuş, o isə avtomobildə gözləmiş, 3-4 dəqiqə sonra Təqsirləndirilən şəxs bir nəfər şəxslə avtomobilə tərəf gəlib avtomobilin yanında söhbət etmişlər. O, həmin vaxt yaxınlıqda yerləşən marketdən su almağa getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Bayram Məmmədov Təqsirləndirilən şəxs görüşdüyü şəxsin kim olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs ümumilikdə 2 dəfə əlində pulla, bir dəfə ifadəsində qeyd etdiyi ünvana, növbəti dəfə isə "xxxx" QSC-nin “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən ünvana apardığını, Təqsirləndirilən şəxsla eyni məhəllədə yaşadığına görə tanıdığını, Təqsirləndirilən şəxs apardığı pulun məbləğini bilmədiyini, pulların sellofana bükülmüş vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs avotomobildə həmin şəxslə pulları sayarkən marketdən su almağa getdiyini, dəqiq xatırlamasa da, məhkəmə iclas zalında əyləşən zərərçəkmiş şəxslərdən birinin olduğunu bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət etmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən "xxxx" ASC-nin qarşısında pulu vermişdir. (Cild 1, iş vərəqə 20-23) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İt alğı-satqısı” müqaviləsinin kserosurətindən görünür ki, müqavilə həmin tarixdə bağlanmaqla, tərəfləri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və X2muşlar. (Cild 1, iş vərəqə 25-32) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 85-88) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 4600 avro pul qaytarmışdır. (Cild 1, iş vərəqə 89-90) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3000 manat pul qaytarmışdır. (Cild 1, iş vərəqə 91-92) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 93) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 101) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 110) xx.xx.2023-cü il arixli “Şübhəli şəxsi tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 111; 126) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 130-131) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-99/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 149-152) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 159-163) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 172-177) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 182-183) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilmiş xx.xx.2022-ci il tarixli “alğı-satqı müqaviləsi” adlı 5 ədəd A4 kağızı, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları sübut növü kimi qəbul edilmişdir. (Cild 1, iş vərəqə 193-207) İttiham aktına əlavə edilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 11534,38 manat dəymiş ziyan ödənilmişdir. (Cild 1, iş vərəqə 232) Əməlin tövsifi və hüquqi məsələlər Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyib Zərərçəkmiş şəxs2 ilə birgə it satışını həyata keçirdiyini, sonuncu dəfə sifariş verilən itin sahibi pulu vermədiyinə görə Zərərçəkmiş şəxs2 pulunu geri qaytara bilmədiyini, aralarında borc münasibətlərinin olduğunu, Zərərçəkmiş şəxs1 siqaret alğısatqısı ilə əlaqədar 23400 manat və 23400 manat olmaqla, 2 dəfəyə pul vəsaitini qaytardığını söyləmişdir. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyini araşdırmış, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları təhlil edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər hər hansı mötəbər sübuta söykənməmiş, əsaslı deyil. Təqsirləndirilən şəxs ifadəsi özünümüdafiə xarakterli hesab edilməklə, məsuliyyətdən yaxa qurtarmaq, bu mümkün olmadıqda məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrində ona elan edilmiş ittihamda qeyd olunan məbləğdə pul vəsaitlərini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 götürdüyünü səmimi olaraq bildirmiş, götürdüyü pul vəsaitinin məbləğini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsini müdafiəçisinin iştirakı ilə hüquqları qorunmaqla vermişdir. Təqsirləndirilən şəxs ifadəsində gətirilən itin qiymətini çox deməklə özünü zərərçəkmiş şəxslərə bahalı it gətirən şəxs kimi təqdim etmək istəməsi ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər biri ayrı-ayırılıqda 30000 ABŞ dolları və 95000 ABŞ dolları olmaqla pul vəsaitini verdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs sifarişçi Zamir Əliyev adlı şəxsin itin pulunu vermədiyinə görə pulu zərərçəkmiş şəxslərə qaytara bilmədiyini desə də, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı həmin şəxsin anket məlumatlarını bildirməmiş, zərərçəkmiş şəxslər it sifariş edən şəxslərlə görüşmək istəsələr də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə həmin təkidlərdən yayınmışdır. Zərərçəkmiş şəxslər pul vəsaitinin verilməsini gələcəkdə baş verə biləcək hüquq mübahisəsi zamanı istifadə etmək məqsədilə təsdiq edəcək sənədin tərtib olunmasını istədikdə Təqsirləndirilən şəxs tanışı, hazırki iş üzrə Şahid iştirakı ilə həqiqi olmayan müqavilə tərtib etmiş və Esmira Soltnikovanı da atasının xəstəliyinə görə aldığı borcu qaytarmaq üçün olan müqaviləni imzalamağa inandırmışdır. Həqiqətdə isə X10 Əsədovun əməllərindən məlumatı olmamışdır. Müdafiə tərəfi məhkəmə araşdırması zamanı videodisk və bəyannamələr təqdim edib Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında şifahi müqavilə münasibətlərinin olduğunu və həmin razılığa əsasən fərqli itlər gətirildiyini bildirmiş, həmin diskə proses iştirakçılarının iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 müxtəlif cinsdə olan itlərlə videolarının çəkildiyi müəyyən edilmişdir. Həmin xüsusatla bağlı verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 videoda olan itlərin əvvəlki tarixlərdə alındığını söyləmişdir. Məhkəmə bir halı qeyd edir ki, ibtidai istintaq və məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs həqiqətən də əvvəllər Zərərçəkmiş şəxs2la it alğı-satqısı etməsi müəyyən olunmuşdur. Bu, mübahisəsiz haldır. Təqsirləndirilən şəxs təqdim etdiyi bəyannamələrdəki itin alışı ilə bağlı məlumat 2022-ci ilin aprel ayına aiddir, yəni ittihamda qeyd olunan tarixlərlə üst-üstə düşmür. Təqsirləndirilən şəxs diskdə olan itlərin ittihamda göstərilən tarixlərdə alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə müvafiq bəyannamədə əvvəlki tarixə dair sənədin təqdim olunması müəyyənləşmişdir. Göründüyü kimi, hər hansı itin ittihamda göstərilən tarixlərdə alınması istisna edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs siqaret alğı-satqısı ilə bağlı iş baş tutmadığına görə 23400 manat və 23400 manat olmaqla 2 dəfəyə pulu Zərərçəkmiş şəxs1 geri qaytardığını desə də, Zərərçəkmiş şəxs1 həmin pulu Təqsirləndirilən şəxs ittihamda göstərilən yox, əvvəlki tarixə aid razılaşmaya görə qaytardığını bildirmiş, Təqsirləndirilən şəxs həmin məbləğdə pulu məhz ittihamla əlaqədar qaytardığını təsdiq edən hər hansı sənəd və ya sübutu məhkəməyə təqdim edə bilməmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 11534,38 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 qaytarması öz təsdiqini tapmışdır. Habelə, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahid X17 Təqsirləndirilən şəxs qonşusu olmaqla, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsləri tanıya bilməmiş, cavabı ehtimal şəklində olmuşdur. Həmçinin o, ifadəsində verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əlində olan pul məbləğinin miqdarını deyə bilməmiş, avtomobilində Təqsirləndirilən şəxs pulu təqdim edib sayarkən su almaq üçün marketə getdiyini söyləmişdir. Göründüyü kimi, əlavə şahid təqsirləndirilən şəxsin tanışı olmasına, ziddiyyətli, qeyri-dəqiq ifadələr verməsinə, ifadəsində göstərdiyi hadisənin baş verdiyi tarixi xatırlamadığına görə sübut kimi qiymətləndirilməsi yol verilməzdir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri inandırmaq üçün Esmira Soltnikovanın adına müqavilə tərtib etmiş, əslində isə X20 Əsədovun tanışı olmaqla, it alğı-satqısı ilə məşğul olmamışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib hər hansı öhdəliyi yerinə yetirməyərək nəzərdə tutduğu pul vəsaitini ələ keçirib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən götürdüyü pul vəsaitləri ilə hər hansı iş görməmiş, xidmət göstərməmiş, məhkəmə araşdırması nəticəsində iş görmək, hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı müəyyənləşmişdir. Təqsirləndirilən şəxs siqaret və it alğı-satqısı adı ilə pulu hansı istiqamətdə xərcləməsi barədə pulun köçürülməsini təsdiq edən sənəd, qəbz təqdim etməmiş, kuryerlərlə itin gətirildiyini bildirsə də, bunu təsdiqləyən hər hansı məlumat məhkəmədə yoxdur. Məhkəmə araşdırması nəticəsində sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul vəsaitlərini ələ keçirmək olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət- Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqından tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında bxasın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə yekun qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarı və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə it alışı ilə bağlı pul götürüb daha sonra həmin pulu və əlavə pul vəsaitini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 verməklə sonuncuların etibarını qazanmış və daha böyük məbləğdə pul vəsaitini ələ keçirmək niyyətində olmaqla, buna nail olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 inandırmaq üçün tanışı Esmira Soltnikovanın adından müqavilə tərtib etmiş və həmin müqaviləyə görə guya Esmira Soltnikovanı it alan şəxs və ya həmin şəxsin nümayəndəsi kimi zərərçəkmiş şəxslərə təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs dediklərinə inanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlcədən niyyəti zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 etibarını qazanıb pul vəsaitini ələ keçirmək olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, şahid X1 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul etməklə, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyandan 11534,38 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 ödəmişdir. Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(009)-99/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş “xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi” adlı 5 ədəd A4 kağızı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, məhkəmə məsrəfi müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək mülki iddiaçı qismində tanınması və 200965,62 manat (iki yüz min doqquz yüz altmış beş manat altmış iki qəpik) maddi zərər, 490,97 manat (dörd yüz doxsan manat doxsan yeddi qəpik) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 201456,59 manat (iki yüz bir min dörd yüz əlli altı manat əlli doqquz qəpik) pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək mülki iddiaçı qismində tanınması və 212500 (iki yüz on iki min beş yüz) manat maddi zərər, 502,50 (beş yüz iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 213002,5 manat (iki yüz on üç min iki manat əlli qəpik) pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclaslarında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizələrinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli, maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 201456,59 (iki yüz bir min dörd yüz əlli altı manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan başqa, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilməli, maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 213002,5 (iki yüz on üç min iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət-hüquqi tədbir olaraq xüsusi müsadirə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin olunsun. 200965,62 manat (iki yüz min doqquz yüz altmış beş manat altmış iki qəpik) maddi zərər, 490,97 manat (dörd yüz doxsan manat doxsan yeddi qəpik) ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 201456,59 manat (iki yüz bir min dörd yüz əlli altı manat əlli doqquz qəpik) məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin olunsun. 212500 (iki yüz on iki min beş yüz) manat maddi zərər, 502,50 (beş yüz iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 213002,5 manat (iki yüz on üç min iki manat əlli qəpik) məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş “xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi” adlı 5 ədəd A4 kağızı saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza və digər məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar