Məhkəmə qərarları › İş №1(101)-311/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-311/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-311/2025 09.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi4, Müdafiəçi5, Müdafiəçi3, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2, “De Fendo” vəkil bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə,

1. xx xxxxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 35-də qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə,

2. xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə,

3. xx xxxx 2002-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 104-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Yeni yaşayış massivi, fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə,

4. xx xxxxxxxx 2003-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kolayır kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə,

5. xx xxxxxxx 2002-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 02 mart 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzası 11 ay 29 günə endirilmiş, xx.xx.2021-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə 04 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, 01 mart 2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4anında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,

m ü ə y y ə n e t d i:

Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi, döyüş sursatı əldə etmiş, daşımış və saxlamış, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək odlu silahdan istifadə etməklə zərərçəkmiş şəxsin əmlakını zədələyib təkrar xuliqanlıq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs5 qanunsuz olaraq odlu silah əldə etmə, daşıma və saxlama barədə tanışı Təqsirləndirilən şəxs4 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 naməlum mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan və döyüş sursatı hesab edilən 05 ədəd patronu əldə etmiş, Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 sosial şəbəkədə onun və tanışlarının barəsində fikir bildirməsinə cavab olaraq heç bir əsaslı səbəb olmadan 06 noyabr 2023-cü il tarixdə saat 04 radələrində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə qərəzli hərəkətlər edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi “Makarov” tipli odlu silahdan Təqsirləndirilən şəxs4 kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanının giriş qapısına iki dəfə atəş açmaqla Zərərçəkmiş şəxs əmlakını zədələməklə ona 180 manat dəyərində ziyan vurmuş, qərəzli hərəkətlərini davam etdirərək həmin tarixdə saat 05 radələrində ünvan 6 ünvanının qarşısında “Makarov” tipli odlu silahdan istifadə etməklə bir dəfə havaya atəş açmaqla təkrar xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs5 qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı saxlama, o cümlədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs5 naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 26,248 qram çəkidə narkotik vasitə heroin əldə etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən narkotik vasitə heroini bölüb 01 ədəd bükümdə olmaqla külli miqdarda 5,181 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs1, 01 ədəd bükümdə olmaqla külli miqdarda 6,531 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs2, 01 ədəd bükümdə olmaqla külli miqdarda 5,881 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs3 vermiş, narkotik vasitənin qalan külli miqdarda 8,655 qram hissəsini 02 ədəd bükümdə olmaqla və əvvəlcədən əldə etdiyi odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli tapança və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağı, döyüş sursatı hesab edilən 01 ədəd patronu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54 ünvanında saxlamaq barədə onlarla razılığa gəlib həmin evin içərisində olan çarpayının üzərində yerləşən döşəyin altına qoymaqla orada gizlədib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs5 08 noyabr 2023-cü il tarixdə saat 01:50-də Heydər Əliyev adına X6 saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 08:05-dən etibarən ünvan 7 ünvanına keçirilən baxış zamanı çarpayının üzərində olan döşəyin altından 01 ədəd sellofan torbanın içərisində bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə iiçün yararlı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, təyinatı üzrə istifadəyə və atəşə yararlı, döyüş sursatı hesab edilən 01 ədəd patron, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,373 qram və 3,282 qram olmaqla ümumilikdə külli miqdarda 8,655 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,181 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,881 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda 6,531 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatını əldə edilməsində və gizlədilməsində iştirak edərək köməkçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edilməsində və gizlədilməsində iştirak edərək köməkçilik etmə, o cümlədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama barədə tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvü Təqsirləndirilən şəxs5 naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 26,248 qram çəkidə narkotik vasitə heroin əldə etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən narkotik vasitə heroini bölüb 01 ədəd bükümdə olmaqla külli miqdarda 5,181 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs1, 01 ədəd bükümdə olmaqla külli miqdarda 6,531 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs2, 01 ədəd bükümdə olmaqla külli miqdarda 5,881 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs3 vermiş, narkotik vasitənin qalan külli miqdarda 8,665 qram hissəsini 02 ədəd bükümdə olmaqla və əvvəlcədən əldə etdiyi odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli tapançanı və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağı, döyüş sursatı hesab edilən 01 ədəd patronu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54 ünvanında saxlamaq barədə onlarla razılığa gəlib həmin evin içərisində olan çarpayının üzərində yerləşən döşəyin altına qoymaqla orada gizlədib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs5 08 noyabr 2023-cü il tarixdə saat 01:50-də Heydər Əliyev adına X6 saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 08:05-dən etibarən Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54A ünvanına keçirilən baxış zamanı çarpayının üzərində olan döşəyin altından 01 ədəd sellofan torbanın içərisində bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, təyinatı üzrə istifadəyə və atəşə yararlı, döyüş sursatı hesab edilən 01 ədəd patron, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,373 qram və 3,282 qram olmaqla ümumilikdə külli miqdarda 8,655 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,181 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,881 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda 6,531 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatını əldə edilməsində və gizlədilməsində iştirak edərək köməkçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edilməsində və gizlədilməsində iştirak edərək köməkçilik etmə, o cümlədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama barədə tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvü Təqsirləndirilən şəxs5 naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 26,248 qram çəkidə narkotik vasitə heroin əldə etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən narkotik vasitə heroini bölüb 01 ədəd bükümdə olmaqla külli miqdarda 5,181 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs1, 01 ədəd bükümdə olmaqla külli miqdarda 6,531 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs2, 01 ədəd bükümdə olmaqla külli miqdarda 5,881 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs3 vermiş, narkotik vasitənin qalan külli miqdarda 8,655 qram hissəsini 02 ədəd bükümdə olmaqla və əvvəlcədən əldə etdiyi odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli tapançanı və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağı, döyüş sursatı hesab edilən 01 ədəd patronu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54 ünvanında saxlamaq barədə onlarla razılığa gəlib həmin evin içərisində olan çarpayının üzərində yerləşən döşəyin altına qoymaqla orada gizlədib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs5 08 noyabr 2023-cü il tarixdə saat 01:50-də Heydər Əliyev adına X6 saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 08:05-dən etibarən Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54A ünvanına keçirilən baxış zamanı çarpayının üzərində olan döşəyin altından 01 ədəd sellofan torbanın içərisində bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, təyinatı üzrə istifadəyə və atəşə yararlı, döyüş sursatı hesab edilən 01 ədəd patron, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,373 qram və 3,282 qram olmaqla ümumilikdə külli miqdarda 8,655 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,181 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,881 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda 6,531 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatını əldə edilməsində və gizlədilməsində iştirak edərək köməkçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edilməsində və gizlədilməsində iştirak edərək köməkçilik etmə, o cümlədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama barədə tanışları Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvü Təqsirləndirilən şəxs5 naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 26,248 qram çəkidə narkotik vasitə heroin əldə etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən narkotik vasitə heroini bölüb 01 ədəd bükümdə olmaqla külli miqdarda 5,181 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs1, 01 ədəd bükümdə olmaqla külli miqdarda 6,531 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs2, 01 ədəd bükümdə olmaqla külli miqdarda 5,881 qram çəkidə olan hissəsini qrup üzvü Təqsirləndirilən şəxs3 vermiş, narkotik vasitənin qalan külli miqdarda 8,655 qram hissəsini 02 ədəd bükümdə olmaqla və əvvəlcədən əldə etdiyi odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli tapança və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağı, döyüş sursatı hesab edilən 01 ədəd patronu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54 ünvanında saxlamaq barədə onlarla razılığa gəlib həmin evin içərisində olan çarpayının üzərində yerləşən döşəyin altına qoymaqla orada gizlədib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs5 08 noyabr 2023-cü il tarixdə saat 01:50-də Heydər Əliyev adına X6 saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 08:05-dən etibarən ünvan 8 ünvanına keçirilən baxış zamanı çarpayının üzərində olan döşəyin altından 01 ədəd sellofan torbanın içərisində bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, təyinatı üzrə istifadəyə və atəşə yararlı, döyüş sursatı hesab edilən 01 ədəd patron, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,373 qram və 3,282 qram olmaqla ümumilikdə külli miqdarda 8,655 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,181 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 5,881 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda 6,531 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi, döyüş sursatı əldə etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs4 qanunsuz olaraq odlu silah əldə etmə, daşıma və saxlama barədə tanışı Təqsirləndirilən şəxs5 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 naməlum mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan və döyüş sursatı hesab edilən 05 ədəd patronu əldə etmiş, Təqsirləndirilən şəxs5 əldə etdiyi odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli tapançanı və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağı, döyüş sursatı hesab edilən 01 ədəd patronu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54 ünvanında saxlamaq barədə onlarla razılığa gəlib həmin evin içərisində olan çarpayının üzərində yerləşən döşəyin altına qoymaqla orada gizlədib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs5 08 noyabr 2023-cü il tarixdə saat 01:50-də Heydər Əliyev adına X6 saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 08:05-dən etibarən Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54A ünvanına keçirilən baxış zamanı çarpayının üzərində olan döşəyin altından 01 ədəd sellofan torbanın içərisində bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança və həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli omaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, təyinatı üzrə istifadəyə və atəşə yararlı, döyüş sursatı hesab edilən 01 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8,226 qram çəkidə narkotik vasitə heroini naməlum mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla ünvan 9 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs4 11 noyabr 2023-cü il tarixdə saat 00:15-də ünvan 9 ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilib həmin gün saat 01:55-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 8,226 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü odlu silah gəzdirdiyi üçün təqsirli bilir. O, odlu silahı qeyri-qanuni əldə etmişdir. Əslində o, silahı tapmışdır. Aydınla aralarında münaqişə baş vermişdir. Aydın "Tiktok"-da ünvanlarına nalayiq sözlər işlətmişdir. O, mübahisəni müzakirə etmədən gedib onların qapısına güllə atmışdır. O, boş evə güllə atmışdır ki, Aydın onu "Tiktok"-da birdə söyməsin. O, gülləni atandan sonra şəhərə getmişdir, silah da həmin vaxt üzərində olmuşdur. O, silahı paketdə dostu Təqsirləndirilən şəxs1 evinə qoymuş, Fərid paketdə silah olduğunu bilməmişdir. Onun məqsədi silahı tullamaq olmuşdur. O, əvvəllər Türkiyə Respublikasında yaşadığından Azərbaycandan çıxıb ora getmək istəmişdir. O, bilet alıb Türkiyəyə uçarkən Hava Limanında saxlanılmışdır. O, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır, narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Belə ki, polis əməkdaşları onun üzərindəki silahı çıxartmış, sonra da narkotik vasitə ilə onu yükləmişlər. Polis əməkdaşları onu döymüşlər, sanksiya ilə İstintaq Təcridxanasına göndərmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs5 bildirmişdir ki, o, silahı atəş açmazdan 2-3 gün əvvəl əldə etmişdir. Onun silahı əldə etməyində xüsusi bir məqsədi olmamışdır. O, silahı gizlətmiş, üzərində gəzdirmişdir. Münaqişə atəş açdığı gün baş vermişdir. Güllə silahın üstündə imiş, güllə və silahı bir yerdə tapmışdır. O, saat 05:00-06:00 radələrində güllə ilə atəş açmış və atəş açarkən tək olmuşdur. Güllə atarkən evdə heç kim olmamışdır. O, əslində güllə atmaq fikrində olmamış, silah əlində olarkən güllə əlində açılmışdır. O, 1 güllə atmış, güllə darvazaya dəymişdir. Əvvəlcədən Aydın ilə aralarında münasibəti olduğundan evdə heç kimin olmadığını təxmini bilmişdir. O, güllə atarkən evin işiqları sönülü olmuşdur. O, Aydına səs atıb bildirmişdir ki, mənzilinə güllə atmışdır. Aydın mikrorayonda, Fərid Suraxanıda yaşayır. O, Fəridgilə gedəndə evdə başqa heç kim olmamışdır. O, gecə Fəridgildə qalıb çıxacaqmış. Səhər evdən çıxmış, amma axşam qayıtmamışdır. O, Türkiyəyə çatanda Fəridə silahı deyəcəkmiş. BMCMİ-də işləyən Şamil müəllim narkotik vasitəni ona vermişdir. Şamil müəllim onu evə gətirmişdir. Nicat, Fərid, Ümid evdə imişlər. Şamil müəllim həmin narkotik vasitəni üzərlərinə götürmələrini, götürməsələr evdən kilo ilə narkotik vasitə çıxaracağını onlara demişdir. Onun evi Şəmkir rayonunda yerləşir. İki nəfər polis əməkdaşı onun üstünə çıxmış, başını təpikləmiş, ayaqlarına işgəncə vermişlər. Tutulandan sonra da ona işgəncə verilmişdir. Onu evinə aparıb orda da işgəncə vermişlər. O, sanskiya təyin edilən zaman işgəncə görməyini hakimə deməmişdir. O, müstəntiqə yazılı qaydada işgəncə gördüyünü demişdir. O, silahdan güllə atmağı çox da yaxşı bilmir. O, şəkil çəkmək istəyəndə əli dəymiş və güllə açılmışdır. O, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə narkotik vasitəni boynuna götürmüşdür. Orda, həmçinin Nicat, Ümid də olmuşlar. O, Aydına zəng edib görüşmək istədiyini deməmişdir. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. O, heç kimə narkotik vasitə satmamış, bu barədə yazışma olmamışdır. O, silahı zibilliyə atmamışdır ki, kimsə silahı tapar. Çünki silahda onun əl izi olmuşdur. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs5 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs4lə mübahisə etmişdir. Məqsədi güllə atmaq yox, video çəkmək imiş. O, güllə atarkən evdə heç kim yox imiş. O, qapıya 1 güllə atmışdır. 180 manat zərəri Zərərçəkmiş şəxs ödəməmişdir. Zərərçəkmiş şəxs tələb edərsə, zərəri ödəməyə hazırdır. Elan olunmuş cinayət işinin 1-ci cild 32-34-cü vərəqələrində olan şəxsi axtarış və baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya, cild 1, 40-45-ci vərəqələrində olan mənzilə baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya, cild 1, 101-105-də olan hadisə yerinə baxış və əşyaların götürülməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs5 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 122-125-ci vərəqələrində olan izahatında, 1-ci cild 179- 184-cü və 1-ci cild 229-233-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs5 aşağıdakıları göstərmişdir: «...Tez-tez Bakı şəhərinə gəlib müxtəlif ünvanlarda və hotellərdə 2-3 gün müddətində qalıb yenidən yaşadığı Şəmkir rayonuna qayıtmışdır. Narkotik vasitələrdən istifadə edir. Yaşadığı Şəmkir rayonundan olan “Yetim Sabir” adı ilə kriminal aləmdə tanınan şəxslə uşaqlıq illərindən münasibəti vardır. Belə ki, onunla whatsapp proqramı vasitəsilə əlaqə saxlayıb ünsiyyət qurur. 2023-cü ilin may ayında Sabir ilə whatsapp proqramı vasitəsilə danışan zaman o, bir nəfər tanışında odlu silah tapança olmasını və həmin silahı götürüb özündə saxlamağını tapşırmışdır. Sabir tanışının həmin silahı Bakı şəhərində hansısa bir ünvanda gizlədəcəyini və sonradan ona həmin yerin konumunu atacağını, bildirəcəyi halda gedib həmin silahı götürməli olduğunu və etibar etdiyi üçün bunu dediyini bildirmişdir. Sabirə Bakı şəhərində qalmağa və həmin silahı saxlamağa yerinin olmadığını demişdir. Bundan sonra Sabir başqa bir şəxsə bunu deyəcəyini söyləyib onunla danışığını bitirmişdir. 2023-cü ilin may ayının ortalarında Sabirlə danışan zaman sonuncu Bakı şəhəri, “M.Əcəmi” metrostansıyasının yaxınlığında yaşayan Adil adlı dostuna nömrəsini verdiyini və onunla görüşüb ünsiyyət qurmağını, Adilin etibarlı adam olduğunu söyləmişdir. Bu danışıqdan bir neçə dəqiqə keçdikdən sonra Adil onunla əlaqə saxlayıb “M.Əcəmi” metrostansıyasının yaxınlığında olduğunu və görüşüb çay içmələrini istəmişdir. Həmin gün görüşüb çay içmiş və Sabirlə də görüntülü əlaqə saxlamışlar. Belə ki, artıq Adil ilə sıx əlaqə saxlayıb daha da bir-birlərinə yaxın münasibət göstərmişlər. 2023-cü ilin may ayının sonlarında Sabir ilə əlaqə quran zaman o, bildirmişdir ki, bugün silahın yerini deyəcək və Adil ilə birlikdə gedib həmin silahı söyləyəcəyi yerdən götürsünlər. Həmin gün saat 17-18 radələrində Sabir onlara konum göndərmiş, Adil ilə həmin əraziyə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin ərazisində göstərilən ünvana getmişlər. Orada zibillik ərazidə qırmızı sellofan torbanın olmasını görmüşlər. Sonra hər ikisi torbanın içərisinə baxmışlar. Torbada 01 ədəd tapança, həmin tapançanın üzərində olan daraq və darağın içərisində 05 ədəd güllənin olmasını görmüşlər. Adil həmin silahı öz yaşadığı ünvana aparmışdır. Bir neçə gün Bakı şəhərində qalıb yenidən yaşadığı Şəmkir rayonuna qayıtmışdır. Tez-tez həm Sabir, həm də Adil ilə əlaqə qurmuşdur. 2023-cü ilin noyabr ayının əvvəllərində Adilin tanışı Sübhan adlı şəxs cəzaçəkmə müəssisəsindən buraxıldığından Adil ilə onun dostluq münasibəti möhkəmlənməyə başlamışdır. Sübhan ilə Sabirin arasında əvvəlcədən ədavət olduğu üçün Sabir Adilə onun düşməni ilə münasibət qurmasını söyləyib irad bildirmişdir. 03 noyabr 2023-cü il tarixdə ad gününü keçirmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində fəaliyyət göstərən “La Comer” hotelində bir gecə qalıb ad gününü qeyd etmişdir. Növbəti gün isə əslən Şəmkirdən olan dostu Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evində qalmışdır. Təqsirləndirilən şəxs1 bir neçə ay öncə tanımışdır. Fərid evdə tək yaşadığı üçün dostları ilə onun evinə yığışıb orada qalmışlar. Orada qaldığı gün həmin evdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuşdur. 05 noyabr 2023-cü il tarixdə Adil onunla əlaqə saxlayıb artıq silahı evdə saxlaya bilmədiyini və ailə üzvlərinin bundan məlumatlı olduğunu, həmin silahı özünə vermək istədiyini demişdir. Həmin gün onlar Nərimanov metrostansiyasının yaxınlığında görüşmüşlər və silahı Adildən götürmüşdür. Adil ilə Sabirin artıq əlaqəsi tam kəsilmiş və Adil “Yetim Sabir” in düzgün adam olmadığını, Sübhanın düzgün adam olmasını və onların qardaşlıqlarının əbədi olmasını söyləmişdir. Adildən silahı aldığı günün axşamı Adil ona və Yetim Sabirə whatsappdan qrup zəngi edib özlərini və ailə üzvlərini təhqir etməyə başlamışdır. Adil onu söyüşlərlə təhqir edib kişiliyi çatırsa, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahənin kruqunda yerləşən “Bravo” marketin arxasına gəlməyini söyləmişdir. Şəhərdə olduğu üçün artıq xx.xx.2023-cü il tarixdə saat 01 radələrində qeyd olunan ünvana getmişdir. Orada Adilin istifadəsində olan nömrəyə zəng etsə də, ona zəng çatmamışdır. Bundan sonra Fəridgilin qaldığı evə gəlmişdir. Bir neçə dəqiqə evdə oturan zaman “Tik-tok”da Adil ilə Sübhanın video çəkib paylaşım etdiyini, onu görüşə çağırdıqlarını, lakin qorxub gəlmədiyini söyləyib ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin videonu gördükdən sonra əsəbləşib oradan çıxıb taksi sifariş vermiş və Adilin yaşadığı “M.Əcəmi” metrostansiyası, 3-cü mikrorayon istiqamətində hərəkət etmişdir. Yolda “Yetim Sabir” ilə əlaqə qurmuşdur. Sabir də onlarla söhbət edəndə görüntünü açıq saxlamağını olacaqları görmək istədiyini söyləmişdir. Saat 04 radələrində artıq Adilin yaşadığı binanın qarşısında olmuşdur. Bloka daxil olub 3-cü mərtəbəyə qalxmışdır. Həmin anı Sabir də telefondan onunla danışa danışa izləmişdir. Üzərində olan tapançadan iki dəfə atəş açaraq mənzilin qapısını vurmuşdur. Həmin anı Sabirə görüntülü danışıq vasitəsi ilə göstərmiş və Sabir qeyd olunanları kənardan başqa telefon ilə çəkmişdir. Adilin evdə olmadığını düşünüb çox vaxt 20-ci sahə deyilən ərazidə “Bravo” market tərəfdə olduğu üçün yenidən həmin əraziyə getmişdir. Orada onu tapmasa da, havaya bir dəfə atəş açmışdır. Bunu da Sabirə göstərmişdir. Sonra yenidən Fəridgil qalan evə gəlmişdir. Evə gələndə orada olan Fərid, Nicat və Ümid artıq qeyd etdiklərinin Sabir tərəfindən Tiktokda paylaşıldığını gördüklərini söyləmişlər. Onların üçünün yanında belindəki tapançanı çıxarıb Fəriddən həmin silahı orada saxlaya biləcəyini soruşmuşdur. Fərid də razılıq verib həmin evə heç kimin gəlmədiyini bildirib silahı saxlamağa razılıq vermişdir. Silahı yataq otağında çarpayıdakı döşəyin altına qoymuşdur. Bir gün də həmin ünvanda qalmışdır. Yetim Sabir ilə danışan zaman o, Bakı şəhərində qalacağı halda polis əməkdaşları tərəfindən tutulacağını, buna görə də təcili bilet alacağını öz yanına Türkiyəyə gətirəcəyini deyib ondan xəbər gözləməsini söyləmişdir. 07 noyabr 2023-cü il tarixdə “M.Əcəmi” metrostansiyasının yaxınlığında gəzən zaman yerdə siqaret qutusunun olmasını görmüşdür. Həmin qutu ağacın dibində fərqli şəkildə qoyulduğu üçün diqqətini cəlb etmiş və həmin qutunu götürüb içərisinə baxmışdır. Qutunun içərisində 05 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olmasını görmüşdür. Həmin bükümü götürüb şalvarının cibinə qoymuşdur. Gün ərzində Sabir ilə əlaqə saxlayan zaman o, Türkiyədən artıq bilet aldığını, axşam hazırlaşıb hava limanına getməli olduğunu demişdir. Fəridgilin yaşadığı evə gəlib siqaret qutusunun içərisində tapdığı narkotik vasitə heroinin 05 bükümünə bir daha onların yanında baxıb hərəsinə 01 ədəd bükümü pay vermişdir. Qalan 02 ədəd bükümü isə döşəyin altına silahın yanına qoymuşdur. Onlara narkotik vasitələri ürəkləri istədikləri halda istifadə etmək məqsədi ilə vermişdir. Özü isə onlara axşam gedəcəyi barədə məlumat verməmişdir ki, onu axtaran olarsa heç kimə düzgün məlumat verə bilməsinlər. Duş qəbul etdikdən sonra onlara şəhərdə bir az işlərinin olduğunu deyib evdən çıxıb hava limanına taksi sifariş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində hava limanına daxil olmuşdur. Qeydiyyatdan keçib yuxarı mərtəbəyə qalxmışdır. Təxminən 40 dəqiqə keçdikdən sonra hava limanında pəncərələrin önündə dayanıb kameraya baxan zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları ona yaxınlaşıb otağa aparanda artıq tutduğu əməldən məlumatlı olduqlarını anlamışdır. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib hava limanından təhvil alıb qeyd olunan idarəyə gətirmişlər. Baş İdarədə şəxsi axtarış zamanı ona narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi, odlu silah əldə etmə, saxlama, gəzdirmə və odlu silahdan atəş açmağı barədə daxil olmuş məlumat əsasında ölkə ərazisini tərk etməyi ilə bağlı məhdudiyyət qoyulduğunu və bu səbəbdən saxlanılmağı izah edilmişdir. O polis əməkdaşlarına üzərində qanunsuz əşya, predmet olmadığını, müvvəqqəti yaşadığı tanışı Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə və odlu silah saxladığını, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 da narkotik vasitə verdiyini, həmçinin odlu silahı qeyd olunan ünvanda saxlamağından məlumatlı olduqlarını söyləmişdir. ...Bundan sonra iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs1 ailəsinə məxsus ünvan 15 ünvanına getmişlər. Ünvanın qarşısına çatdıqdan sonra Fəridin yaşadığı evin qapısı polis əməkdaşları tərəfindən döyülmüşdür. Qapı açıldıqdan sonra evin içərisində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və onun tanışı Şahid1 olması müəyyən edilmişdir. Evə baxış və götürmə zamanı yataq otağındakı çarpayının üzərində olan döşəyi qaldırıb oradan 01 ədəd tapança və 02 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şahid1 isə hər hansı əşya və predmet aşkar edilməmişdir. ...Sorğu zamanı silahı 2023-cü ilin may ayının sonlarında Adil adlı şəxs ilə birlikdə Qaraçuxur qəsəbəsi ərazisində zibillikdən götürdüyünü, narkotik vasitəni isə xx.xx.2023-cü il tarixdə “M.Əcəmi” metrostansıyasının yaxınlığından tapdığını, həmin narkotik vasitənin 03 ədəd bükümünü hərəsinə 01 ədəd olmaqla tanışları Ümid, Nicat, Fəridə təmannasız verdiyini, tapançanın isə həmin evdə saxlamağından hər üçünün də məlumatının olduğunu söyləmişdir. Onlar da sorğu zamanı dediklərini təsdiq etmişlər. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs5 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü silaha görə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, paketin içində silah olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs5 onun evinə paket gətirmişdir. Təqsirləndirilən şəxs5 paketi evə qoyub getmiş və gələcəyini demişdir. O, Təqsirləndirilən şəxs5 zəng etsə də zəng çatmamışdır. Axşam saat 23:00- 00:00 radələrində Təqsirləndirilən şəxs5 gəlmədiyini görüb paketi açıb baxmış və paketin içində silah olduğunu görmüşdür. O, paketi açanda içində silah olduğunu görmüş və paketi bağlayıb yerinə qoymuşdur ki, səhər hansısa orqana silahı təhvil versin. Özünü onda təqsirli görür ki, silahı axşam saatlarında təhvil verməli imiş. Paketdə silah olduğunu təkcə o bilmiş, digərləri bilməmişdir. O digərlərinə bu barədə deməmişdir. Onun üzərində narkotik vasitə də olmamışdır. Polis əməkdaşları ona işgəncə vermiş, başına zərbə vurmuşlar. Amma zərbələri qeydiyyata alınmamışdır, çünki bu barədə deməmişdir. O, üzərində görünən xəsarətlərdən başqa heç bir xəsarət barədə məlumat verməmişdir. O, sanksiya təyin edilərkən məhkəmədə narkotik vasitə isitfadəçisi olmadığını demişdir. Polislər evə girib silahı götürmüşlər. Ona təzyiq göstərən şəxslərlə onu tutan şəxslər eyni adamlar imişlər. Onun üzərinə İdarədə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə baxış keçirilədə ikisi onu tutan şəxs olmamışdır. Ona çəkilişdən biraz əvvəl təzyiq göstərilmişdir. O, birbaşa İdarəyə gətirilmişdir. O, 5 saatdan çox işgəncəyə məruz qalmış, sonra çəkiliş olmuşdur. Çəkiliş zamanı vəkilin olub-olmaması yadında deyil. O, çəkilişdən 3-4 dəqiqə əvvəl ona verdikləri narkotik vasitəni çəkiliş zamanı təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, silahla hansı hadisə baş verdiyinİ, güllə atıldığını bilmir. O, Adilin evinə güllə atılacağını bilməmişdir. Təqsirləndirilən şəxs5 hadisədən 1-2 gün əvvəl onun evinə gəlmişdir. O, Qismətin üzərində silah görməmişdir. Onun evi 3 otaqlıdır. Təqsirləndirilən şəxs5 ilə evdə bir otaqda qalmışlar. Təqsirləndirilən şəxs5 onun evinə 1 dəfə paket gətirmişdir. Evin 3 açarı var. Onda 1 otağın açarı və evin qapısının 3 açarı olmuşdur. Təqsirləndirilən şəxs5 paketi döşəyin altına qoymuşdur. Təqsirləndirilən şəxs5 paketi evə qoyanda o evdə olmuşdur. Təqsirləndirilən şəxs5 silahı hardan əldə etdiyini ona deməmişdir. O, səhər saat 9-a işləmiş yuxudan oyananda polisləri görmüşdür. Polis əməkdaşları onu yuxudan özləri oyatmışlar. Şamil adlı əməliyyatçı onu narkotik vasitə ilə yükləmişdir. O, idmançıdır və kikboksla məşğuldur. Ekspertiza rəyindən də görünmüşdür ki, o, narkotik vasitə istifadəçisi deyil. O, "Tiktok" sosial şəbəkəsində baş verənlərdən xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs5 onun silahı görməyindən bir müddət qabaq silahı ora qoymuşdur. Onlar hamısı eyni vaxtda, yəni ayın 8-9-u tutulmuşlar. O, narkotik vasitə ilə bağlı heçnə danışmamışdır. Təqsirləndirilən şəxs4lə bağlı olanlardan məlumatı olmamışdır. Polis əməkdaşları boz rəngli çantanı açıb içindən 4 ədəd narkotik vasitə çıxarmışlar, ayrıca da iki narkotik vasitə götürmüşlər. 12-15 nəfər Elan olunmuş cinayət işinin 1-ci cild 32-34-cü vərəqələrində olan şəxsi axtarış və baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya, cinayət işinin 1-ci cild 40-45ci vərəqələrində olan mənzilə baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 127-128-ci vərəqələrində olan izahatında, 1-ci cild 190- 194 və 1-ci cild 243-247-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: «....Sonuncu dəfə 04 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs5 yaşadığı evə gəlib 2-3 gün qalıb yenidən Şəmkir rayonuna qayıdacağını bildirmişdir. O da buna etiraz etməmişdir. 05 noyabr 2023-cü il tarixdə gecə saatlarında artıq 06 noyabr 2023-cü il tarixdə Qismət evə gəlmişdir. Bir qədər oturub yenidən evdən çıxmışdır. Özü, Nicat və Ümid “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs5 dostu “Yetim Sabir” adlı şəxs ilə ümumi tanıdıqları Adil və Sübhan adlı şəxslərin canlı açıb bir-birlərini nalayiq ifadələrlə təhqir etmələrini görmüşlər. Bir neçə saat keçdikdən sonra “Yetim Sabir” tərəfindən “Tik-tok” da Qismət tərəfindən Adilin yaşadığı ünvanın qapısına güllə atılmasının videosu yayılmışdır. Onlar həmin güllənin Qismət tərəfindən atıldığını bilmişlər. Saat 06-07 radələrində Təqsirləndirilən şəxs5 evə gəlib onlara olanlar barədə danışmış və üzərində olan silahı qaldıqları evdə saxlaya biləcəyini soruşmuşdur. O da evin boş olmasını özlərindən başqa kiminsə daxil olmadığını və silahı burada saxlaya biləcəyini demişdir. Ümid və Nicat da bunun şahidi olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs5 həmin silahı çarpayının üzərində olan döşəyin altına qoymuşdur. Bir qədər yatdıqdan sonra saat 11-12 radələrində Qismət evdən çıxıb getmişdir. Həmin gün gecə də gəlib onlarla birlikdə qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində o, yaşadıqları evə gəlib siqaret qutusunun içərisində 05 ədəd bükümdə narkotik vasitə heroin tapmasını və hərəsinə bir büküm verə biləcəyini demişdir. O, həmin siqaret qutusunun içərisindən hərəsinə 01 ədəd bükümdə narkotik vasitə heroin vermişdir. Onlar da həmin bükümləri götürüb şalvarlarının ciblərinə qoymuşlar. Narkotik vasitə heroini istifadə etmək məqsədi ilə üzərlərində saxlamışlar. Qismət özü isə döşəyin altından silahı çıxarıb daraqda olan güllələri çıxartmışdır. Həmin silahı daraq içərisində olmaqla, güllələri və 02 ədəd bükümü sellefon torbaya qoyub yenidən döşəyin altına qoymuşdur. O, bir neçə gündən sonra silah və narkotik vasitəni oradan götürəcəyini bildirmişdir. 08 noyabr 2023-cü il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və onun tanışı Şahid1 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54A ünvanında olan zaman qapının döyülməsini eşitmişdir. Qapını açdıqda özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim etmələrini bildirmişlər. Hər biri özlərini təqdim etdikdən sonra polis əməkdaşları barələrində qəbul edilmiş qərarla tanış edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahın döyüş sursatının əldə edib saxlamalarında şübhəli olduqlarını bildirmişlər. ...Sonra Təqsirləndirilən şəxs5 otaqda olan çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altında olan 01 ədəd sellofan paketi təqdim edib paketin içərisində tapança və narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin paket açılarkən paketin içərisindən 02 ədəd sellofan büküm, 01 ədəd tapança tipli dəmir predmet, 02 ədəd patron, tapança tipli predmetin üzərindən 01 ədəd boş daraq aşkar edilmişdir. 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisindən tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Sonra o üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesfık qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. ...Daha sonra Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesfık qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesfık qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları oxumadan imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir. 05 noyabr 2023-cü il tarixində o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 evdə imiş. Onun güllə atılmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs5 ona, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə verməmişdir. Onda tapança, döyüş sursatı və patron olmamışdır. Polis əməkdaşları onları tutarkən özləri onlara tapança, döyüş sursatı və patronu göstərmişlər və üzərlərinə qoymuşlar. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirliləndirilən şəxs Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, psixoloji təzyiq altında ifadə vermişdir. Çünki onu qorxutmuşlar ki, hansısa ailə üzvünü İdarəyə gətirəcəklər. O, Təqsirləndirilən şəxs5 çoxdan tanıyır. Elan olunmuş cinayət işinin 1-ci cild 40-45-ci vərəqələrində olan mənzilə baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 133-134-cü vərəqələrində olan izahatında, 1-ci cild 200-204 və 2-ci cild 23-27-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 liqar oğlu aşağıdakıları göstərmişdir: «... Sonuncu dəfə 04 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs5 qeyd olunan evə gəlib 2-3 gün qalıb yenidən Şəmkir rayonuna qayıdacağını bildirmişdir. 05 noyabr 2023-cü il tarixdə onlar yəni özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 evdə olanda Təqsirləndirilən şəxs5 axşam saatlarında evdən çıxıb şəhərdə işlərinin olmasını söyləmişdir. Həmin gün gecə saatlarında artıq 06 noyabr 2023-cü il tarixdə Qismət evə gəlmişdir. Bir qədər oturub yenidən evdən çıxmışdır. O, Fərid və Ümid “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs5 və dostu “Yetim Sabir” adlı şəxs ilə ümumi tanıdıqları Adil və Sübhan adlı şəxslərin canlı açıb bir-birlərini nalayiq ifadələrlə təhqir etmələrini görmüşlər. Bir neçə saat keçdikdən sonra “Yetim Sabir” tərəfindən “Tik-tok” da Qismət tərəfindən Adilin yaşadığı ünvanın qapısına güllə atılmasının videosu yayılmışdır. Həmin güllənin Qismət tərəfindən atıldığını bilmişlər. Saat 06-07 radələrində Təqsirləndirilən şəxs5 evə gəlib olanlar barədə danışmış və üzərində olan silahı qaldıqları evdə saxlaya biləcəyini soruşmuşdur. Fərid də evin boş olmasını onlardan başqa kiminsə daxil olmadığını və silahı burada saxlaya biləcəyini demişdir. O və Ümid də bunun şahidi olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs5 həmin silahı çarpayının üzərində olan döşəyin altına qoymuşdur. Bir qədər yatdıqdan sonra saat 11-12 radələrində Qismət evdən çıxıb getmişdir. Həmin gün gecə də gəlib onlarla birlikdə qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində o, yaşadıqları evə gəlib siqaret qutusunun içərisində 05 ədəd bükümdə narkotik vasitə heroin tapmasını və hərəsinə bir büküm verə biləcəyini demişdir. O, həmin siqaret qutusunun içərisindən hərəsinə 01 ədəd bükümdə narkotik vasitə heroin vermişdir. Onlar da həmin bükümləri götürüb şalvarının cibinə qoymuşlar. Narkotik vasitə heroini istifadə etmək məqsədi ilə üzərlərində saxlamışlar. Qismət özü isə döşəyin altından silahı çıxardıb daraqda olan güllələri çıxartmışdır. Həmin silahı daraq içərisində olmaqla, güllələri və 02 ədəd bükümü sellofan torbaya qoyub yenidən döşəyin altına qoymuşdur. O, bir neçə gündən sonra silah və narkotik vasitəni oradan götürəcəyini bildirmişdir. ...08 noyabr 2023-cü il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, özü və tanışı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54A ünvanında olan zaman qapının döyülməsini eşitmişlər. Qapını açdıqda özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim etmələrini bildirmişlər. Onlar hər biri özlərini təqdim etdikdən sonra polis əməkdaşları barələrində qəbul edilmiş qərarla tanış edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahın döyüş sursatının əldə edib saxlamalarında şübhəli olduqlarını bildirmişlər. Özü, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 birlikdə yaşadıqları ünvana baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. ...Təqsirləndirilən şəxs5 otaqda olan çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altında olan 01 ədəd sellofan paketi təqdim edib paketin içərisində tapança və narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin paket açılarkən paketin içərisindən 02 ədəd sellofan büküm, 01 ədəd tapança tipli dəmir predmet, 02 ədəd patron, tapança tipli predmetin üzərindən 01 ədəd boş daraq aşkar edilmişdir. 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisindən tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd tapança tipli dəmir predmet, 02 ədəd patron, 01 ədəd daraq 01 ədəd kağız zərfdə, eləcə də aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesfık qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Daha sonra öz üzərinə baxış keçirilmişdir. Üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesfık qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı ünvan 18 ünvanından aşkar edilmiş 01 ədəd odlu silah tapançanı 3-4 gün öncə “Adil” adlı şəxsdən alaraq yaşadığı ünvanda saxladığını, narkotik vasitə heroini 07 noyabr 2023-cü il tarixdə Əcəmi metrostansiyası yaxınlığında günorta saatlarında yerdən tapdığını, həmin narkotik vasitədən istifadə üçün Təqsirləndirilən şəxs3, ona və Təqsirləndirilən şəxs2 da verdiyini bildirdi. Şifahi sorğu zamanı onlar Təqsirləndirilən şəxs5 ilə birlikdə yaşadıqlarını, üzərlərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs5 əldə etdiklərini, Təqsirləndirilən şəxs5 yaşadıqları ünvanda gizlətdiyi odlu silahdan və narkotik vasitədən məlumatlı olduqlarını bildirmişlər. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, elan olunmuş ittihamla razı deyil. O, 11 noyabr 2023-cü il tarixdə dostları ilə çöldə olarkən polis əməkdaşları onu heç bir səbəb olmadan saxlamış və bildirmişlər ki, dostlarını tutduqlarına görə o da tutulur. Azərbaycan Respublikası X12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları saçını, qaşının birini kəlbətin ilə yolmuşlar, dişlərini sındıraraq ona təzyiq göstərmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, 8 qram narkotik vasitənin ona məxsus olduğunu desin və sənədlərə imza çəksin. O, döyüldükdən sonra təzyiq altında sənədlərə imza çəkmişdir. Onun silah və narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Ona təzyiqlər sanksiya üçün məhkəməyə gedib-gələndən sonra edilmişdir. O, İstintaq Təcridxanasında olanda əynində yaşıl jiletka və kofta var imiş. Azərbaycan Respublikası X12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində uzun saçlarını yolduqları üçün Təcridxanaya gedəndə başı keçəl imiş. Ondan tapança ilə bağlı ifadə alanda vəkil onun yanında olmamışdır. Azərbaycan Respublikası X12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində beyzbol taxtası ilə başına zərblər vurmuşlar, qaşının birini yolmuşlar və tək qaş qalmışdır. Hazırda qaşı tüklənib düzəlmişdir. Bədənindəki xəsarətlər də indi sağalmışdır. Onlar ekspertizaya getməzdən əvvəl polislər onu döymüşlər və sonra 1 stəkan çay içirtmişlər. Sonra köynəyini də dəyişdirmişlər və demişlər ki, ekspertiza zamanı narkotik vasitə istifadə etdiyini deməsə evlərindən də kimisə gətirəcəklər, ona başqa işgəncə verəcəklər. O da Narkoloji Mərkəzdə narkotik vasitə istifadə etdiyini demişdir. Onun telefonundan işlə bağlı heçnə tapılmamışdır. O, saxlanılarkən yanında İbrahim olmuşdur. İbrahimi Azərbaycan Respublikası X12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüb gözünü göyərtmişlər, ona da İbrahimin yanında işgəncə vermişlər. Polis əməkdaşları əvvəl 3 qram narkotik vasitə təklif etmişlər, sonra ona demişlər ki, 8 qram narkotik vasitəni boynuna götürsə İbrahimi buraxacaqlar. İbrahimin ailəsində xəstə adam olmuşdur deyə, o, İbrahimin buraxılmasını, 8 qram narkotik vasitəni ona vermələrinə razı olmuşdur. Polis əməkdaşları İbrahimi buraxmışlar. Ona 2 gün təzyiq göstərilmişdir. O, Qismətlə bir yerdə silah götürməmiş, silahdan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs5 ona narkotik vasitə verməmişdir. Polis əməkdaşları özləri ona demişlər ki, dostlarını da belə hala salmışlar. Yəni Təqsirləndirilən şəxs5 də döymüşlər. O, İstintaq Təcrdixanasına aparılanda işgəncə görməyi göz qabağında imiş, qaşının biri yox, saçının hamısı yolunmuş, dişləri sındırılmış vəziyyətdə imiş. Dişlərinin hamısı sındırılmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Onun əvvəllər heç bir polis əməkdaşı ilə münaqişəsi olmamışdır, onları əvvəllər tanımamışdır. O, narkotik vasitə istifadəçisi deyil, dostları olan digər təqsirləndirilən şəxslərin də narkotik vasitə istifadə etdiyini görməmişdir. Onun silahı heç vaxt olmamışdır, o, heç vaxt, silah görməmişdir. O, heç vaxt idmanla məşğul olmamış,idman zalına getməmişdir. Onun bədənində narkotik vasitə istifadə etməyinə dair heç bir iynə izi tapılmamışdır. Onun səhhətində heç bir problem olmamışdır. Ekspertiza keçirilməzdən əvvəl ona sual verilmiş, o da narkotik vasitə istifadə etdiyini demişdir. Polis əməkdaşları ona çay içiritdikdən sonra o, özündən getmişdir. Azərbaycan Respublikası X12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkiliş zamanı onun telefonunu götürmüşlər. Təxminən saxlanıldıqdan 1 saat yarım-2 saat ərzində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Narkotik vasitəni bükülü şəkildə ona vermişlər. Polis əməkdaşları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şkafın siyirməsindən 7-8 ədəd narkotik vasitə olan büküm vermişlər. Çəkiliş zamanı onun boynu gömgöy imiş. Bu idman zalında baş verməmişdir. O, çəkiliş zamanı təzyiq altında demişdir ki, güləş zamanı xəsarət almışdır. O, saat 13:00 radələrində tutulmuşdur. 10 nəfər polis əməkdaşı 2 maşınla gələrək onu tutmuşlar. Polis əməkdaşları onu İdarənin 4-cü mərtəbəsində soldan ən axırıncı otağa aparmışlar. Sonra çəkilişə aparılmış, daha sonra məhkəməyə aparılmış və axırda zirzəmiyə salınmışdır. Saat 16:30 radələrində 10 nəfər içəri girmişlər. Həsən və Müzəffər adlı şəxslər oturmuş, digərlərinin əlində 2 ədəd kəlbətin olmuşdur. Onu döyənlərin içində onu saxlayan polis əməkdaşları da olmuşdur. Məhkəmənin sonrakı iclaslarından Təqsirləndirilən şəxs4 bildirmişdir ki, polis əməkdaşı Şahid3 onları saxlayanların və işgəncə verənlərin içərisində olmuş, Şahid3 başının tükünü dartmış, dişlərini sındırmışdır. Şahid3 hamısına işgəncə vermişdir. Çəkilişdən əvvəl boynunda xəsarət izləri var imiş. Lakin polis əməkdaşları tapşırmışdır ki, güləşlə məşğul olduğu üçün xəsarət izləri yarandığını desin. Elan olunmuş cinayət işinin 3-cü cild 129-131-ci vərəqələrində olan şəxsi axtarış və baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs4 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 139-140-cı vərəqələrində olan izahatında, 3-cü cild 162-165 və 3-cü cild 186-189-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs4 aşağıdakıları göstərmişdir: «...11 noyabr 2023-cü il tarixdə saat 00:15-də Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 27 ünvanının yaxınlığında yanında olan tanışı Şahid2 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmişlər. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində heroin vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. ...Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış, İbrahimin üzərinə isə baxış keçirilmişdir. O, üzərində heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin aşkar edilmişdir. ... Şahid2 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan göy cins şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. ...Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini anket məlumatlarını bilmədiyi şəxsdən günorta saatlarında yaşadığı ünvana yaxın ərazidə 50 manata aldığını, şəxsi istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitədən tanışı Şahid2 məlumatının olmadığını bildirmişdir. ...Gürcüstan vətəndaşı olan Fərid adlı şəxs ilə dostluq münasibətləri vardır. Fərid ilə whatsapp proqramı vasitəsilə görüntülü danışan zaman onun yanında kriminal aləmdə “Yetim Sabir” adı ilə tanınan şəxs ilə münasibəti yaranmış və bir-birlərinə nömrələrini verib ünsiyyət qurmuşlar. Yetim Sabir ilə görüntülü danışan zaman o, öz dostu Qismət adlı şəxsi də konfransa qoşub onunla tanış etmişdir. Sabir onların hər ikisinin düzgün oğlan olduğunu və görüşüb ünsiyyət saxlayıb daha da sıx əlaqə qurmalarını söyləmişdir. Qismətin nömrəsini götürüb onunla 2023-cü ilin may ayından ünsiyyət qurmağa başlamışdır. ...Təqsirləndirilən şəxs5 onlarda qalan zaman Sabirin ona silah verəcəyini, həmin silahın Bakı şəhəri ərazisində Sabirin tanışlarından biri tərəfindən yerləşdiriləcəyini və gedib həmin silahı götürməli olduğunu demişdir. Həmin silahı birlikdə gedib götürə biləcəklərini soruşmuşdur. O da Qismətin təklifi ilə razılaşmışdır. Belə ki, dəqiq xatırlamadığı tarixdə may ayının sonunda Qismət ilə birlikdə ona göndərilən konuma uyğun olaraq zibillik bir əraziyə getmişlər. Həmin əraziyə çatdıqdan sonra Təqsirləndirilən şəxs5 sellofanın içərisində olan silahı tapmışdır. Silahı götürüb oradan uzaqlaşmışlar. Evə qayıtdıqdan sonra silaha baxmışlar. Silahın Makarov tipli tapança olmasını, üzərində 01 ədəd darağ və həmin darağın içərisində 05 ədəd güllənin olmasını görmüşlər. Qismət ona silahı evində saxlaya biləcəyini soruşmuşdur. O da evdə anasının olmasını, özü nə zaman evdə olarsa silahı saxlamasını, evdən çıxdıqda isə özü ilə götürməsini tapşırmışdır. Belə ki, Qismət 3-4 gün onlarda qalan zaman evdə olanda silahı çıxarıb çarpayının üzərində olan döşəyin altına qoymuş, evdə olmayan vaxtlar isə üzərində saxlayaraq gəzdirmişdir. Qismət 3-4 gün qaldıqdan sonra silahı da götürüb yaşadığı ünvandan getmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində dostu Fəridin yanına Gürcüstana getmişdir. Oradan isə Fərid ilə birlikdə Türkiyəyə getmişdir. Türkiyənin Taksim meydanı deyilən ərazisində Yetim Sabir ilə görüşmüşlər. Görüş zamanı Sabir ilə ümumi tanışlığı yaranmış və onun kriminal aləmdə nüfuz sahibi olmasını bilmişdir. Sabirin orada yaxşı imkanı və əlaqələrinin olmasını, yüksək səviyyəli həyat yaşadığının şahidi olmuşdur. ...Ölkəyə gəldikdən sonra həbsdə olan köhnə tanışı Sübhanın da azadlığa çıxmasını bilmişdir. Sübhan ilə əvvəllər tanışlığı olsa da, dərin münasibəti olmamışdır. Onun da “Yetim Sabir” ilə aralarında problem yaranmış və Sabir “Tik-tok” da canlı açıb onu söymüşdür. ...06 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində kirayədə qaldığı evdə yuxudan duran zaman mobil telefonunda “Tik-tok” a baxanda özü və ailəsinin kirayədə yaşadığı ünvan 19 ünvanın qapısına bir nəfərin güllə atmasını və həmin videonun üzərində öz şəklinin yerləşdirildiyini görmüşdür. Həmin videonu Sabir öz “Tik-tok” səhifəsində paylaşmışdır. Bunu görüb dərhal evə gəlmişdir. Evdə anasına bu barədə söyləyəndə onların belə bir haldan ümumiyyətlə məlumatlı olmadıqlarını və səs eşitmədiyini bildirmişdir. Qapıya baxdıqda isə qapının üzərində güllə izlərinin olmasını görmüşdür. Bunun Sabirin adamları tərəfindən edilməsini bilsə də, konkret olaraq kim tərəfindən güllə atıldığını bilməmişdir. 08 noyabr 2023-cü il tarixdə Qismətin tutulması barədə xəbər yayılanda bunun Qismət tərəfindən edildiyini bilmişdir. .…» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ititham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında dostu Təqsirləndirilən şəxs1 evində müvəqqəti yaşayırmış. 05 noyabr 2023-cü ildə o evdə olsa da evdə silah olmağından xəbərsiz imiş. Onun baş verənlərin heç birindən xəbəri yoxdur. Polis əməkdaşları evə gələrək onları narkotik vasitə ilə yükləmişlər. Polis əməkdaşları o evdə olduğundan onun da bu əməli törətdiyini düşünmüşlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, istintaq zamanı ifadə verməmiş, ona sadəcə imza çəkdirmişlər. Təqsirləndirilən şəxs1 uşaqlıq dostudur, o onun evində tez-tez olurmuş. Təqsirləndirilən şəxs5 əvvəlcədən tanıyırmış. Təqsirləndirilən şəxs5 onlara narkotik vasitə verməmişdir. Polis əməkdaşları onların hamısının üstünə narkotik vasitəni qoymuş və əllərini qandallamışlar. Silah barədə məlumatı yoxdur. Narkotik vasitə şalvarının cibindən çıxmışdır. O, idmançıdır və hər ay yoxlanışdan keçirlər. O, boksçudur. Hər ay müayinələrdə nəticləri təmiz çıxmış, eləcə də qan analizində narkotik vasitə istifadəçisi olmağı görünmürmüş. O, sonuncu dəfə 2023-cü ildə “Heydər Əliyev kuboku” idman yarışında iştirak etmişdir. Sonra isə Hövsan qəbəsində keçirilən yarışda iştirak etmişdir. Hər iki yarışdan əvvəl tibbi yoxlamadan keçmişdir. Tutulan günə kimi yarışlarda aktiv iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu izahatı, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 130-131-ci vərəqələrində olan izahatında, 1-ci cild 210-214 və 2-ci cild 10-13-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: «...05 noyabr 2023-cü il tarixdə onlar yəni özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə olanda Təqsirləndirilən şəxs5 axşam saatlarında evdən çıxıb şəhərdə işlərinin olmasını söyləmişdir. Həmin gün gecə saatlarında artıq 06 noyabr 2023-cü il tarixdə Qismət evə gəlmişdir. Bir qədər oturub yenidən evdən çıxmışdır. O, Fərid və Nicat “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs5 və dostları “Yetim Sabir” adlı şəxs ilə ümumi tanıdıqları Adil və Sübhan adlı şəxslərin canlı açıb bir-birlərini nalayiq ifadələrlə təhqir etmələrini görmüşlər. Bir neçə, saat keçdikdən sonra “Yetim Sabir” tərəfindən “Tik-tok” da Qismət tərəfindən Adilin yaşadığı ünvanın qapısına güllə atılmasının videosu yayılmışdır. Onlar həmin güllənin Qismət tərəfindən atıldığını bilmişlər. Saat 06-07 radələrində Təqsirləndirilən şəxs5 evə gəlib onlara olanlar barədə danışmış və üzərində olan silahı qaldıqları evdə saxlaya biləcəyini soruşmuşdur. Fərid də evin boş olmasını ondan başqa evə kiminsə daxil olmadığını və silahı burada saxlaya biləcəyini demişdir. Özü və Nicat da bunun şahidi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs5 həmin silahı çarpayının üzərində olan döşəyin altına qoymuşdur. Bir qədər yatdıqdan sonra saat 11-12 radələrində Qismət evdən çıxıb getmişdir. Həmin gün gecə də gəlib onlarla birlikdə qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində o, yaşadıqları evə gəlib siqaret qutusunun içərisində 05 ədəd bükümdə narkotik vasitə heroin tapması və hərəsinə bir büküm verə biləcəyini demişdir. Həmin siqaret qutusunun içərisindən hərəsinə 01 ədəd bükümdə narkotik vasitə heroin vermişdir. Onlar da həmin bükümləri götürüb şalvarının cibinə qoymuşdur. Narkotik vasitə heroini istifadə etmək məqsədi ilə üzərlərində saxlamışlar. Qismət özü isə döşəyin altından silahı çıxarıb daraqda olan güllələri çıxartmışdır. Həmin silahı daraq içərisində olmaqla, güllələri və 02 ədəd bükümü sellefon torbaya qoyub yenidən döşəyin altına qoymuşdur. O, bir neçə gündən sonra silah və narkotik vasitəni oradan götürəcəyini bildirmişdir. Bundan sonra isə duş qəbul edib yenidən evdən çıxmışdır. Ondan sonra Qismətə neçə dəfə yığsalar da, o telefonlara cavab verməmişdir. 08 noyabr 2023-cü il tarixdə saat 08 radələrində özü, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və tanışı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi ev 54A ünvanında olan zaman qapının döyülməsini eşitmişlər. Qapını açdıqda özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim etmələrini bildirmişlər. Onlar hər birinin özünü təqdim etdikdən sonra polis əməkdaşları barəsində qəbul edilmiş qərarla tanış edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahın döyüş sursatının əldə edib saxlamalarında şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 birlikdə yaşadıqlarını, yaşadıqları ünvana baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. İlk öncə Təqsirləndirilən şəxs5 otaqda olan çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altında olan 01 ədəd sellofan paketi təqdib edib paketin içərisində tapança və narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin paket açılarkən paketin içərisindən 02 ədəd sellofan büküm, 01 ədəd tapança tipli dəmir predmet, 02 ədəd patron, tapança tipli predmetin üzərindən 01 ədəd boş daraq aşkar edilmişdir. ...Daha sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. ...Daha sonra o üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. ...Daha sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı ünvan 18 ünvanından aşkar edilmiş 01 ədəd odlu silah tapançanı 3-4 gün öncə “Adil” adlı şəxsdən alaraq yaşadığı ünvanda saxladığını, narkotik vasitə heroini 07 noyabr 2023-cü il tarixdə Əcəmi Metrostansiyası yaxınlığında günorta saatlarında yerdən tapdığını, həmin narkotik vasitədən istifadə üçün onlara da verdiyini bildirmişdir. Şifahi sorğu zamanı onlar Təqsirləndirilən şəxs5 ilə birlikdə yaşadıqlarını, üzərlərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs5 əldə etdiklərini, Təqsirləndirilən şəxs5 yaşadıqları ünvanda gizlətdiyi 'odlu silahdan və narkotik vasitədən məlumatlı olduqlarını bildirmişlər. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imzalar onun imzasıdır və o təzyiq altında imza çəkmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərin heç birini tanımır. O, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yaşayır. O, ünvan 20 ünvanındakı onun adına olan 3 otaqlı mənzili Təqsirləndirilən şəxs4 anası İlahə xanıma aylıq 400 manata kirayəyə vermişdir. İlahə xanım və oğlu həmin mənzildə yaşayırmışlar və hər ay bank kartına kirayə pulunu köçürürmüşlər. O, Cəlilabad rayonunda olarkən Təqsirləndirilən şəxs4 anası İlahə xanım ona zəng edərək Adil ilə bir nəfərin mübahisəsi olduğunu və həmin şəxs tərəfindən mənzilin qapısına güllə atıldığını, evdən çıxmaq üçün 1 həftə-10 gün vaxt istədiyini demişdir. O, nə baş verdiyini soruşduqda İlahə xanım özü də şok olduğunu, polis əməkdaşlarının mənzildə axtarış keçirdiklərini demişdir. İlahə xanım ağlayaraq danışdığından dediyi çox sözü başa düşməmişdir. O, 2 gün rayonda qalmaq üçün getsə də bu xəbəri alandan sonra səhəri gün dərhal Bakı şəhərinə qayıtmışdır. Polis İdarəsində ona məlum olmuşdur ki, ona məxsus ünvan 20 ünvanındakı mənzilin qapısına gecə saatlarında atəş açılaraq 2 güllə atılıb, İlahə xanım isə hadisə baş verən günün səhəri günü bu barədə ona məlumat vermişdir. Ona 180 manat ziyan dəymişdir. O, qapıya kimin güllə atdığını bilmir və həmin şəxsi tanımır. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışıq əldə etmiş, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyanı tələb etmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İstintaq zamanı o təqsirləndirilən şəxslərlə üzləşdirilmişdir. Sadəcə uzun vaxt keçdiyindən qapını güllə atan şəxsin adını unutmuşdur. Təqsirləndirilən şəxs1 tanımır, əvvəlcədən ünsiyyəti olmamışdır. Onun kirayə verdiyi mənzil 3-cü mərtəbədə yerləşir. 3-cü mərtəbədə 2 mənzil var. Qonşulardan heç kim hadisə ilə bağlı ona zəng etməmişdir. O, qonşusuna zəng edib bu haqda soruşduqda hadisə zamanı evdə olmadığını, işdə olduğunu bildirmişdir. Güllə atılan qapı yerindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, idmanla məşğul olur, cüdoçudur. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, onlar idmanla bağlı tanış olmuşlar. O, Xırdalan şəhərində yaşayır və Nicatla eyni binada qonşudurlar. 07 noyabr 2023-cü ildə Nicat və Ümid Fəridin Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi, ev 54 ünvanında yerləşən evinə qonaq getmişlər. Onun “Leo Bank” kartı Fəridin evində qalmışdır. Nicat axşam Xırdalana geri qayıdacağından ona təklif etmişdir ki, kartını götürmək üçün Fəridin evinə gəlsin, axşam Xırdalana birlikdə qayıdarlar. O, axşam saatlarında Fəridin evinə getmişdir. O, Nicat, Ümid və Fərid birlikdə yemək yemişlər. O, səhər saatlarına yaxın taksi sifariş verib Xırdalana qayıtmaq istəyəndə polis əməkdaşları evə girmişlər. Polis əməkdaşları evdə döşəyin altından silah tapmışlar. Onların heç birinin həmin silahdan xəbəri yox imiş. Həmçinin, Nicat, Fərid və Ümidin üzərində narkotik vasitə yox imiş. Polis əməkdaşları Nicat, Fərid və Ümidin şalvarının sağ cibinə balaca büküm şəklində narkotik vasitə qoymuşlar. Polis əmədakşları sorğu aparmadan Nicat, Fərid və Ümidin saçını yolub, başlarını divara vurmuşlar. Lakin onun üzərinə axtarış keçirilməmişdir. Polis əməkdaşları ona təzyiq göstərməmişdir. Polis əməkdaşları onu otaqdan çıxartmışlar. İstintaq zamanı ifadə verməmiş, ona istintaq zamanı məhkəmədə ifadə vermək üçün şahid qismində yazılmağına razı olub-olmağı soruşmuşlar, o da razı olduğunu bildirmişdir. İstintaq zamanı ifadəni oxumamışdır. İstintaq zamanı sadəcə verilən sənədə imza çəkmişdir. Fərid, Nicat və Ümidə onun gözünün qarşısında təzyiq göstərilmişdir. Fərid, Nicat və Ümidin bədənlərində “tato” olduğundan polis əməkdaşları onların bədənlərini divara çırpırmışlar. Polis əməkdaşları Fərid, Nicat və Ümidin paltarlarını soyundurmamışlar. Ümid köynəksiz imiş. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, polis əməkdaşları evə gələndə təkcə o oyaq imiş. O, stulda oturub Nicatın telefonu ilə taksi sifariş edirmiş. Bu vaxt içəri 1 nəfər girmişdir. O da elə bilmişdir ki, ev sahibidir. Həmin şəxs evə boylanıb baxmışdır. O ona sakit olmasını, hər kəsin yatdığını demişdir. Həmin şəxs “gəlin” demiş və evə 7-8 nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşları evə girdikdən sonra o qışqırmış və Fərid, Nicat və Ümid yuxudan oyanmışlar. Qapı açıq olduğundan polis əməkdaşları qapını döyməmişlər. Fərid, Nicat və Ümid geyimdə imiş, sadəcə Ümid köynəksiz imiş və üstünü yorğanla örtmüşdür. Polis əməkdaşları evə girərkən videoçəkiliş aparmışlar. Polis əməkdaşları Nicat, Fərid və Ümidin üzərinə narkotik vasitə qoyduqdan sonra videoçəkiliş aparmışlar. Polis əməkdaşlarının evə girmələri ilə videoçəkiliş aparmaları arasında 20 dəqiqə, bəlkə də daha çox vaxt keçmişdir. Polis əməkdaşları evə girən kimi Fərid, Nicat və Ümidə təzyiq göstərmişlər, onları üzü üstə uzatmışlar, lakin əllərini bağlamamışlar. Polis əməkdaşları onları bir-bir ayağa qaldırıb şiddət göstərərək üzərinə narkotik vasitə qoymuşlar. Sonra polis əməkdaşları onlara nə deyəcəklərini izah edib videoçəkilişə başlamışlar. Polis əməkdaşları onlara tapşırmışlar ki, vidoeçəkiliş zamanı bildirsinlər ki, onlar evə girərkən Fərid, Nicat və Ümidin üzərində narkotik vasitə olmuşdur. Videoçəkiliş polis əməkdaşlarının qapını döymələri, onların qapını açmaları ilə başlamışdır. Evdə narkotik vasitə yox imiş. Nicatın qolbağı da qolunda imiş. Polis əməkdaşları çəkiliş zamanı 3 dəfə Fərid, Nicat və Ümidə üzərlərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və hər dəfə Fərid, Nicat və Ümid üzərlərində heçnə olmadığını demişdir. Polis əməkdaşları onlara şiddət göstərərək təkrar soruşmağa davam etmişlər. Polis əməkdaşları ona demişlər ki, əgər narazılıq etsə onun da üzərinə narkotik vasitə qoyacaqlar. Onun üzərindən sadəcə telefon çıxmışdır. O, 2-3 gün İdarədə saxlanılmışdır. O, İdarəyə aparıldığı günün səhəri günü ifadə vermişdir. O, 3 gün sonra buraxılmış, Fərid, Nicat və Ümid Təcridxanaya aparılmışlar. O, 3-4 saat Fəridin evində olmuşdur. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 216-219-cu vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...08 noyabr 2023-cü il tarixdə saat 08 radələrində Nicat, Fərid və Ümid adlı şəxslərlə birlikdə onların yaşadıqları ünvan 18 ünvanında olan zaman qapının döyülməsini eşitmişlər. Qapını açdıqda özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər xidməti vəsiqələrini göstərib onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar hər biri özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və özləri ilə birlikdə həmin ünvana gətirdikləri Təqsirləndirilən şəxs5 narkotik vasitələr və psixotrop maddələr, eləcə də odlu silah və döyüş sursatı əldə edib saxlamaqda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 yaşadıqları ünvana baxış keçiriləcəyi izah edilmiş və həmin şəxslərdə yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə həmin ünvana baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs5 yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs5 otaqda olan çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altında olan 01 ədəd sellofan paketi polis əməkdaşlarına təqdib edib, paketin içərisində tapança və narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin paket açılarkən paketin içərisindən 02 ədəd sellofan büküm, 01 ədəd tapança, 02 ədəd patron, tapançanın üzərindən isə 01 ədəd boş daraq aşkar edilmişdir. 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisindən tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddənin narkotik vasitə heroinə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra aşkar edilmiş 01 ədəd tapança, 02 ədəd patron, 01 ədəd daraq 01 ədəd kağız zərfdə, eləcə də aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə isə 01 ədəd kağız zərfdə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda, eləcə də üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddənin narkotik vasitə heroinə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs3 yaşadığı ünvanda, eləcə də üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə heroin olduğunu bildirib əVnində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddənin narkotik vasitə heroinə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda, eləcə də üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddənin narkotik vasitə heroinə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra öz üzərinə baxış keçirilmişdir. Üzərində qanunla saxlanılması qadağan edilmiş əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində qanunla qadağan olunmuş maddə, əşya və ya predmet olmadığını bildirib, əynimdə olan ağ rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd bilərziyi və 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin əşyalar özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs5 tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları ünvan 18 ünvanından aşkar edilmiş 01 ədəd odlu silah tapançanı 3-4 gün öncə “Adil” adlı şəxsdən alaraq yaşadığı həmin ünvanda saxladığını, narkotik vasitə heroini isə 07 noyabr 2023-cü il tarixdə metronun “M.Əcəmi” stansiyası yaxınlığında günorta saatlarında yerdən tapdığım, həmin narkotik vasitədən istifadə etmələri üçün Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də verdiyini bildirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imza onun imzasıdır. İstintaq zamanı ona məhkəmədə şahid qismində ifadə verməyə razı olubolmadığını soruşmuşlar, o razı olduğunu demiş, ona imza çəkməyini bildirmişlər. O, polis əməkdaşlarına güvəndiyindən oxumadan protokola imza çəkmişdir. O, məhkəmədə verdiyi ifadəni təsdiq edir, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. İstintaq zamanı ona təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsində xidmət edir. O, əməliyyat tədbiri ilə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 tanıyır, Təqsirləndirilən şəxs4 tanımır. 07 noyabr 2023-cü il tarixdə Baş İdarəyə “Ümid”, “Fərid”, “Nicat” və “Qismət” adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlamaları, həmçinin “Qismət” adlı şəxs tərəfindən odlu silahın tətbiq edilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 08 noyabr 2023-cü il tarixdə təxminən saat 02:00 radələrində Təqsirləndirilən şəxs5 ölkəni tərk edərkən H.Əliyev adına X6 DİN-in X13 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və şəxsi axtarış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs5 BMCMİ-nə gətirilmişdir. Hava Limanı ilə BMCMİ arasında məsafəni dəqiq bilmir. Təqsirləndirilən şəxs polis əməkdaşının nəzarəti altında X16 gətirilmiş, mümkün deyil ki, narkotik vasitəni üzərindən atsın. X21 Qurumuna müraciət etməmişlər. Polis əməkdaşları özləri bildirmişdir ki, X21 İdarəsində şərait yoxdur. X21 Qurumunda gəliş-gediş sərbəst deyil. Sadəcə onlar ictimai yerdə Təqsirləndirilən şəxs5 üzərinə baxış keçirə bilməzmiş. X21 İdarəsi Hövsan qəsəbəsində yerləşir. Baş İdarədə Təqsirləndirilən şəxs5 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs5 şəxsi axtarış zamanı üzərində qanunsuz heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs5 ünvan 18 ünvanında odlu silah tapança və külli miqdarda narkotik vasitə olduğunu bildirmişdir. Gecə saat 03:00-04:00 radələrində ünvan 18 ünvanına getmişlər. Qapını Fərid adlı şəxs açmışdır. Onlar ona polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin ünvanda olan şəxslər özlərini təqdim edərək Ümid Aftandil oğlu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. İlk öncə Təqsirləndirilən şəxs5 yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs5 həmin otaqda olan çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altında olan odlu silaha bənzər predmeti, 2 güllə və darağı, 1 salafan büküm təqdim etmişdir. Həmin sellofan bükümün içərisində 2 büküm heroinə bənzər maddələr var imiş. Ümid Aftandil oğlu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 hər birinin üzərindən 01 ədəd heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs5 Binəqədi rayonunda yaşayan “Adil” adlı şəxsi qorxutmaq məqsədilə qapısına 2 güllə, sonra isə ünvan 6 ünvanın qarşısında bir dəfə atəş açmasını bildirmişdir. O, Baş İdarədə şəxsi axtarış zamanı həmçinin ünvana baxış zamanı iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs5 üzərində mobil telefon olubolmamasını xatırlamır. Təqsirləndirilən şəxs5 saat 02:00 radələrində saxlanılmış və onun Baş İdarəyə gətirilməsi, vəkillə təmin olunması, şəxsi axtarış, ünvana baxış saat 04:00-ə qədər davam etmişdir. Təqsirləndirilən şəxs5 saxlanılandan sonra telefonla danışmamışdır. Təqsirləndirilən şəxs5 Əcəmi Metrostansiyası yaxınlığında öz istifadəsi üçün narkotik vasitə aldığını demişdir. Təqsirləndirilən şəxs5 narkotik vasitəni yaşadığı ünvanda digər təqsirləndirilən şəxslər olan yoldaşlarına saxlayıb özü Hava Limanına getmişdir. Təqsirləndirilən şəxslərin idmançı olması onlara məlum deyil. Təqsirləndirilən şəxslər narkotik vasitə aldıqları və satdıqları şəxslərin anket məlumatlarını bildirmədiklərindən aldıqları və satdıqları şəxslər müəyyən edilməmişdir. Saxlanılan vaxt təqsirləndirilən şəxslərin üzərlərində xəsarət izləri olub-olmaması yadında deyil. Təqsirləndiirlən şəxslər saxlanılarkən müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxslər gecə vaxtı saxlanılmışlar, gecə vaxtı heç yer açıq olmadığından müayinə həmin gün səhər saatlarında aparılmış və ekspertiza keçirilmişdir. Əməliyyat tədbiri 1 il qabaq olduğundan o təqsirləndirilən şəxslərin saxlanılan zaman əyinlərində hansı geyim olduğunu xatırlamır, onun yadında saxlamalı olduğu sadəcə qanunsuz əşyaların olub-olmamasıdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxslər öz əməllərini etiraf etmişlər. Təqsirləndirilən şəxs4 tanımır, sadəcə Təqsirləndirilən şəxs5 bildirmişdir ki, odlu silahı 3-4 gün əvvəl Təqsirləndirilən şəxs4 almışdır. Təqsirləndirilən şəxs5 odlu silahı Təqsirləndirilən şəxs4 almağı əməliyyat tədbirləri ilə təsdiq olunmuşdur. Belə ki, hər biri öz əməlini etiraf etmiş, ünvana baxış zamanı da odlu silah və narkotik vasitə aşkar olunmuşdur. Həmin məlumatları istintaq orqanı araşdırmış, o, sadəcə vəzifəsini yerinə yetirmiş və bu hissə ilə bağlı məlumatlıdır. Təqsirləndirilən şəxslərin ifadələrindən başqa digər sübutlarla təqsirləndirilən şəxslərin əməlinin sübut olunması barədə məlumatı yoxdur. Əməliyyat qeydiyyat işi aparılmış, daxil olan məlumat raportla rəhbərliyə məruzə edilmiş, qərar qəbul edilmiş və səhəri gün əməliyyat tədbiri keçirilmişdir. 07 noyabr 2023-cü ildə əməliyyat-qeydiyyat işi aparılması yadında deyil. Ünvana baxış keçirərkən Nicat, Fərid və Ümidin oyaq olub-olmamalarını xatırlamır. ünvan 18 ünvanındakı ev həyət evi imiş, qırmızı darvazası var imiş. Mənzilə girərkən özlərini təqdim etmişlər. Özləri etiraf etmişdir ki, ciblərində narkotik vasitələr var. Evdə narkotik vasitə istifadəsini göstərən falqa və sair kimi əşyaların aşkar olunubolunmaması yadında deyil. Tərəflərindən heç bir təqsirləndirilən şəxslərə işgəncə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, əməliyyat tədbiri ilə bağlı Təqsirləndirilən şəxs4 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. 10 noyabr 2023-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs4 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna X15 və X3 daxil imişlər. 11 noyabr 2023-cü il tarixdə gecə saat 00:00-01:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 27 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs4 saxlamışlar və onu Baş İdarəyə aparmışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs4 yanında bir nəfər də var imiş. Baş İdarədə Təqsirləndirilən şəxs4 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərindən 1 büküm heroinə bənzər maddə və mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs4 həmin maddənin heroin olduğunu, şəxsi isitfadəsi üçün aldığını bildirmişdir. Ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Əməliyyat məlumatı daxil olduğundan həmin gün təxirəsalınmaz əməliyyat tədbiri keçirmişlər, o əməliyyat qeydiyyat işi açmamış, çünki əməliyyat-axtarış işinin əlavə yoxlanılmasına ehtiyac olmamışdır. O, əməliyyat məlumatı barədə rəhbərliyə raportla məruzə etmişdir. Ona daxil olan məlumata əsasən Təqsirləndirilən şəxs4 10-15 qram narkotik vasitə var imiş. Satış faktı müəyyən edilməmiş, yəqinki istintaq orqanı digər təqsirləndirilən şəxslərlə əlaqələri özü müəyyən etmişdir. Adətən əməliyyat tapşırığı əməliyyat qrupunun rəbərinə həvalə edilir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs4 saxlanılarkən üzərində xəsarət izi olub-olmamasını xatırlamır. Xəsarət izi varsa yəqinki təhqiqatçı ona suallar vermişdir. Təqsirləndirilən şəxs4 onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs4 mühafizə altında Baş İdarəyə aparılmış, üzərindən mobil telefon götürməmişlər. Yəqinki təhqiqatçı şəxsi axtarış zamanı mobil telefonu götürmüşdür. Əməliyyat tədbiri zamanı aşkar şəkildə telefon istifadə edilməsinə icazə vermirlər, çünki şübhəli şəxs ətrafa məlumat sızdıra bilər. Digər təqsirləndirilən şəxslərin nə zaman tutulduqlarını bilmir. Şəxsi axtarış İdarədə keçirilmişdir. Təqsirləndirilən şəxs4 Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 27 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs4 saxlanılarkən narkotik vasitənin təsiri altında olub-olmamasını bilmir, o sərxoşluq hiss etməmişdir. Təqsirləndirilən şəxs4 narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs4 saxlayarkən kəsici-deşici aləti təqdim etməsini bildirmişlər və o da üzərini əli ilə yoxlayıb olmadığını bıçaq və sair deşici alət olmadığını bildirmiş, onlar Təqsirləndirilən şəxs4 toxunmamışlar. Bu baxış sayılmır. Əməliyyat tədbirində hansı maşınla gedib-gəldiklərini xatırlamır. Təqsirləndirilən şəxs4 saxlamazdan əvvəl hadisə yerində yarımsaat vaxtları getmişdir. Təqsirləndirilən şəxs4 saç düzümünü xatırlamır, saçı həmin vaxt var imiş. Mobil telefon Təqsirləndirilən şəxs4 üzərində imiş və şəxsi axtarış zamanı mobil telefonu təqdim etmişdir.Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs4 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. Təqsirləndirilən şəxs4 onun qonşusu olmuşdur. O, Təqsirləndirilən şəxs4 1-2 ildir tanıyır. Təqsirləndirilən şəxs4 idmanla məşğul imiş, lakin hansı növ idmanla məşğul olduğunu bilmir. O, sadəcə Təqsirləndirilən şəxs4 idman zalında məşq zamanı çəkdirdiyi videoları görmüşdür. Təqsirləndirilən şəxs4 tutulmazdan əvvəlki 1-2 gün ərzində idman zalına gedib-getmədiyini bilmir. 11 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4lə birlikdə Neftçilər tərəfdə yerləşən otelə gedirmişlər. Lakin yarı yolda geri qayıtmağı qərara almışlar. Yolda polis əməkdaşları onları saxlamışlar və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin vaxt onun 17 yaşı var imiş. O, saxlanılma səbəblərini bilmirmiş. İdarədə onları döymüşlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs4 və onun saçını yolmuşlar. O, dəfələrlə polis əməkdaşlarına yetkinlik yaşına çatmadığını bildirmişdir. Polis əməkdaşları onları otağa aparmışlar və yenə döyməyə başlamışlar. Təqsirləndirilən şəxs4 qolunu, dişlərini qırmışlar. Otaqda polis əməkdaşları qabaqlarına narkotik vasitə qoyaraq üzərlərinə götürmələrini, sənədlərə imza çəkmələrini, çəkiliş zamanı bədənlərində izlərin idmanla bağlı olduğunu demələrini tapşırmışlar. Halbuki o heç vaxt idmanla məşğul olmamışdır. O, polis əməkdaşlarına demişdir ki, videoçəkiliş zamanı xəsarətin İdarədə olduğunu deyəcək. Buna görə polis əməkdaşları onu yenidən döymüşlər. Batinka ilə gözünə vurduqlarından gözünün altındakı dəri soyulmuşdur. O, sənədlərə oxumadan imza çəkməyə məcbur qalmışdır. Sonra onları MSY-nə aparmışlar və səhəri gün o buraxılmışdır. Nə onun, nə də Təqsirləndirilən şəxs4 üzərində narkotik vasitə yox imiş. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, istintaq zamanı anası-qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmişdir. O, döyülmə səbəblərini bilmir. O, narkotik vasitə istifadəçisi deyil. Silah barəsində də məlumatı yoxdur. İmza çəkərkən sənədləri oxumamışdır. İstintaq zamanı ona tapşırılan sözləri ifadə verərkən demişdir. O, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Tutulan gün Təqsirləndirilən şəxs4 üzərində bədən xəsarəti yox imiş, həmçinin Təqsirləndirilən şəxs4 idmanda xəsarət aması ilə bağlı ona nəsə deməmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs4 narkotik vasitə isitfadəçisi deyil. Təqsirləndirilən şəxs4lə üzləşmə keçirilməməmişdir. O, istintaq zamanı vəkil görməmişdir. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 170-172-ci vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «...xx.xx.2023-cü il arixdə saat 00:15-də Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 27 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs4 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs axınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını ildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis məkdaşları Təqsirləndirilən şəxs4 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, onu barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bu zaman Təqsirləndirilən şəxs4 bildirmişdir ki, hazırda üzərində heroin var. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. ...Şəxsi axtarış zamanı Adil üzərində heroin olduğunu bildirib, əynində olan şalvarının cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra 01 ədəd bükümün içərisində narkotik vasitə heroin aşkar edilmişdir. ...Daha sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Üzərində qanunsuz əşya olmadığını bildirib üzərində olan “İphone” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra həmin mobil telefon onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş narkotik vasitə heroini anket məlumatlarım bilmədiyi şəxsdən həmin gün günorta saatlarında yaşadığı ünvana yaxın ərazidə 50 manata aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitədən onun məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs4lə dost olduğunu, onun üzərində aşkar edilən maddələrdən məlumatının olmadığını bildirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzası deyil. Lakin, ona sənədlərə imza etdirmişlər. O, ifadəni oxumadan imzalamışdır. Elan edilmiş cinayət işinin 3-cü cild 173-175-ci vərəqələrində olan Təqsirləndirilən şəxs4lə üzləşmə protokoluna əsasən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs4lə üzləşmə keçirilməmiş, protokolu oxumadan imzalamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 07 noyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlamaları, üstlərində daşıyaraq gəzdimələri, həmçinin, Qismət adlı şəxs tərəfindən odlu silahın tətbiq edilməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 07 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlamaları, üstlərində daşıyaraq gəzdimələri, həmçinin, Qismət adlı şəxs tərəfindən odlu silahın tətbiq edilməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cild 147-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 5(005)-1855/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 07 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 2-ci cild 155-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 5(003)- 728/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 07 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 2-ci cild 160-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 5(010)-584/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 07 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarı qanuni sayılmışdır. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 07 noyabr 2023-cü il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlamaları, üstlərində daşıyaraq gəzdimələri, həmçinin, Qismət adlı şəxs tərəfindən odlu silahın tətbiq edilməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs5 üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs5 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri, odlu silahı və döyüş sursatını təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs5 üzərində narkotik vasitə və odlu silah olmadığını bildirib, şalvarının sol yan cibindən mobil telefon, kibrit və siqaret qutusunu, şəxsiyyət vəsiqəsini və 20 manat pulu çıxarıb təqdim etmişdir. Mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs5 qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs5 üzərində narkotik vasitə və silah olmasa da, dostları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən ünvanda 01 ədəd odlu silah, narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-cü ildə Əcəmi ərazisində yerdən tapdığını və istifadə üçün adını çəkdiyi dostlarına da verdyini, odlu silahı 3-4 gün öncə Adil adlı şəxsdən alaraq yaşadığı ünvanda saxladığını, həmin odlu tapançadan kriminal aləmdə Sabir adlı şəxs kimi tanınan şəxsin göstərişi ilə Sübhan və Adil adlı şəxsi qorxutmaq üçününvan 6 ünvanında bir dəfə, ünvan 22şısında isə iki dəfə atəş açaraq istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 36, 39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 08 noyabr 2023-cü il tarixli ərizələrindən görünür ki, sonuncular ərizə yazaraq, yaşadıqları ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Cinayət işinin 1-ci cild 40-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 noyabr 2023-cü il tarixli ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, ünvan 18 ünvanında baxış və axtarış aparılan zaman mənzildə Təqsirləndirilən şəxs5 başqa Təqsirləndirilən şəxs3, Qarayev X10 Nicat İlqar oğlu və qadın cinsidən olan şəxsin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin qadının tanışı Şahid1 olduğunu bildirmişdir. Baxış keçirilməsindən əvvəl ilk öncə Təqsirləndirilən şəxs5 yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs5 həmin otaqda olan çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altında olan 01 ədəd sellofan paketi təqdib edib paketin içərisində tapança və narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin paket açılarkən paketin içərisindən 02 ədəd sellofan büküm, 01 ədəd tapança tipli dəmir predmet, 02 ədəd patron, tapança tipli premetin üzərindən 01 ədəd boş daraq aşkar edilmişdir. 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisindən tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd tapança tipli dəmir predmet, 02 ədəd patron, 01 ədəd daraq 01 ədəd kağız zərfdə, eləcə də aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. -Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda, eləcə də üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon götürülmüşdür. -Daha sonra Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs3 yaşadığı ünvanda, eləcə də üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. -Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda, eləcə də üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, eləcə də odlu silahı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən 01 ədəd "İphone" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb, 01 ədəd “İphone” markalı mobil telefonla götürülmüşdür. -Daha sonra Şahid1 üzərinə baxış keçirilərkən, sonuncunun üzərindən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya predmet aşkar edilməmişdir. -Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı ünvan 23 ünvanından aşkar edilmiş 01 ədəd odlu silah tapançanı 3-4 gün öncə "Adil" adlı şəxsdən alaraq yaşadığı ünvanda saxladığını, narkotik vasitə heroini 07 noyabr 2023-cü il tarixdə Əcəmi Metrostansiyası yaxınlığında günorta saatlarında yerdən tapdığını, həmin narkotik vasitədən istifadə üçün dostları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da verdiyini, Şahid1 odlu silahdan və narkotik vasitə heroindən məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs Təqsirləndirilən şəxs5 ilə birlikdə yaşadıqlarını, üzərlərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs5 əldə etdiklərini, Təqsirləndirilən şəxs5 yaşadıqları ünvanda gizlətdiyi odlu silahdan və narkotik vasitədən məlumatlı olduqlarını, Şahid1 isə bundan məlumatının olmadığını bildirmişlər. Baxış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 101-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 6 ünvanında odlu silahdan açdığı bir atəş və ünvan 22şısında açdığı iki atəşdən sonra həmin ünvanda gilizlərin aşkar edilməsi məqsədilə baxış keçirilmiş, həmin vaxt Binəqədi rayonu ərazisindən 02 ədəd giliz aşkar edilərək, qablaşdırılıb götürülmüşdür. Baxış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 147-157-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə ballistik ekspertizasının 08 noyabr 2023-cü il tarixli, 23/823R nömrəli rəyindən görünür ki; -tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. -tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla “Makarov” (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar. Təqdim edilmiş 02 ədəd patronlardan 01 ədədi təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Lakin digər 01 ədəd patron isə yuxarıda göstərilən səbəbdən hal-hazırda təyinatı üzrə istifadə və atəş üçün yararsızdır. -tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. -tədqiqata təqdim edilmiş 02 ədəd gilizdən 01 ədədi 2009-cu ildə zavod üsulu ilə Azərbaycan Respublikasında və digər 01 ədədi 1988-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM), Steçkin (APS) konstruksiyalı və PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir, atılmış-gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş №-si silinmiş “Makarov” konstruksiyalı PM modelli tapançadan atılmışdır. -tədqiqata təqdim edilmiş 01 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarının bir hissəsidir, deformasiyaya uğramış atılmış gülləsidir və müqayisəli tədqiqat üçün tam yararsızdır. -tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarının bir hissəsidir, tam deformasiyaya uğramış atılmış gülləsinin üst örtüyüdür və müqayisəli tədqiqat üçün tam yararsızdır. -tədqiqata təqdim edilmiş №-si silinmiş “Makarov” konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-gilizlər və hadisə yerindən götürülmüş 02 ədəd giliz, DİN-in KTİ-nin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik identifıkasiya sistemində bağlı qalmış cinayətlərlə müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 159-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5957 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan 04 (dörd) zərfdə qablaşdırılmış: -üzərində “Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd sellefon bükümdə...’’yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,181 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; -üzərində “Təqsirləndirilən şəxs3 aşkar edilmiş 01 ədəd sellofan bükümdə...” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,881 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -üzərində “Təqsirləndirilən şəxs5 aşkar edilmiş 02 ədəd sellefon bükümdə ...” yazıları, soyad və imzalar olan zərfin içərisində 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,373 qram, 3,282 qram ümumi təmiz çəkiləri 8,655 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər; -üzərində “Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə...” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,531 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərindən, eləcə də Təqsirləndirilən şəxs5 yaşadığı ünvandan aşkar edilərək götürülmüş maddələr kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına Siyahı İ) daxildir. Cinayət işinin 2-ci cild 28-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, silahı Təqsirləndirilən şəxs5 evdə gizlətmiş, bundan evdəkilərin məlumatı olmuş, daha sonra Təqsirləndirilən şəxs5 05 bükümdə narkotik vasitə heroin gətirərək, Nicata, Ümidə və ona bir büküm verdiyini Təqsirləndirilən şəxs5 üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs5 də onun dediklərini təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 36-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, silahı Təqsirləndirilən şəxs5 evdə gizlətmiş, bundan evdəkilərin, yəni, onun Fəridin və Nicatın məlumatı olmuş, daha sonra Təqsirləndirilən şəxs5 05 bükümdə narkotik vasitə heroin tapdığını bildirib gətirərək, Nicata, ona və Fəridə bir büküm verdiyini Təqsirləndirilən şəxs5 üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs5 də onun dediklərini təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 44-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, silahı Təqsirləndirilən şəxs5 evdə gizlətmiş, bundan evdəkilərin, yəni, onun, Fəridin və Ümidin məlumatı olmuş, daha sonra Təqsirləndirilən şəxs5 05 bükümdə narkotik vasitə heroin tapdığını bildirib gətirərək, ona, Ümidə və Fəridə bir büküm verdiyini Təqsirləndirilən şəxs5 üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs5 də onun dediklərini təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 254-256-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs5 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs4lə birlikdə silahı götürüb, 4-5 gün silahla Adilgilin evində qalmışdır, Təqsirləndirilən şəxs4 də Təqsirləndirilən şəxs5 dediklərini təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 4-cü cild 153-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 18 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu iş üzrə polis əməkdaşları ilə üzləşdirmədən imtina etmişdir. Cinayət işinin 4-cü cild 178-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs5 23 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu iş üzrə polis əməkdaşları ilə üzləşdirmədən imtina etmişdir. Cinayət işinin 4-cü cild 203-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs4 25 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu iş üzrə polis əməkdaşları ilə üzləşdirmədən imtina etmişdir. Cinayət işinin 2-ci cild 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 noyabr 2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 üzərindən götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 noyabr 2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 noyabr 2023-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd “İphone” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 56-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 98-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X8 15 aprel 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs5 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Təqsirləndirilən şəxs4 barəsində olan cinayət işi birləşdirilmişdir. Cinayət işinin 3-cü cild 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4 10 noyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs4 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 3-cü cild 107-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4 10 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs4 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cild 225-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 5(005)-1856/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4 10 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 3-cü cild 109-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 10 noyabr 2023-cü il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs4 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Cinayət işinin 3-cü cild 129-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri, odlu silahı və döyüş sursatını təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs4 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 01 ədəd Honor markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd büküm və mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs4 yanında olan şəxs Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs4 üzərindən çıxan heroini günorta saatlarında yaşadığı ünvana yaxın ərazidə 50 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 3-cü cild 148-152-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5970 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs4 aşkar edilmiş heroinı...’’sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bükümdə təmiz çəkisi 8,226 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına Siyahı İ) daxildir. Cinayət işinin 4-cü cild 59-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 fevral 2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 üzərindən götürülmüş bir ədəd “Honor” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 4-cü cild 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 14 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs4 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldə edilmiş, lakin, sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 4-cü cild 205-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 29 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, ona məxsus ünvan 20 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs4lə tanımadığı şəxsin arasında mübahisə yarandığından həmin şəxs ona məxsus mənzilin qapısına odlu silahdan 2 dəfə atəş açmışdır. Hadisə nəticəsində əmlakı zədələnmiş və ona 180 manat dəyərində ziyan dəymişdir. Cinayət işinin 5-ci cild 1-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X8 08 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs5 məxus 01 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs1 məxus 01 ədəd “Redmi” markalı, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “İphone” markalı və Təqsirləndirilən şəxs4 məxsus 01 ədəd “Honor” markalı mobil telefonların sonuncuların ailə üzvlərinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 5-ci cild 121-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X8 15 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 götürülmüş odlu silah və onun komplekt hissələrinin, həmçinin, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs5 üzərində narkotik vasitə və odlu silah olmadığını bildirib, şalvarının sol yan cibindən mobil telefon, kibrit və siqaret qutusunu, şəxsiyyət vəsiqəsini və 20 manat pulu çıxarıb təqdim edir. Mobil telefon və şəxsiyyət vəsiqəsi götürülür, digər əşyalar Təqsirləndirilən şəxs5 qaytarılır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs5 üzərində narkotik vasitə və silah olmasa da, dostları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən ünvanda 01 ədəd odlu silah, narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-cü ildə Əcəmi ərazisində yerdən tapdığını və istifadə üçün adını çəkdiyi dostlarına da verdyini, odlu silahı 3-4 gün öncə Adil adlı şəxsdən alaraq yaşadığı ünvanda saxladığını, həmin odlu tapançadan kriminal aləmdə Sabir adlı şəxs kimi tanınan şəxsin göstərişi ilə Sübhan və Adil adlı şəxsi qorxutmaq üçün ünvan 6 ünvanında bir dəfə, ünvan 22şısında isə iki dəfə atəş açaraq istifadə etdiyini bildirir. Məhkəmə iclasında baxış və götürmə keçirilməsi zamanı qeydə alınmış bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs5 yaşadığı ünvanda otaqda olan çarpayının üzərində olan döşəyi qaldırıb döşəyin altında olan 01 ədəd sellofan paketi təqdib edib paketin içərisində tapança və narkotik vasitə heroin olduğunu bildirir. Həmin paket açılarkən paketin içərisindən 02 ədəd sellofan büküm, 01 ədəd tapança tipli dəmir predmet, 02 ədəd patron, tapança tipli premetin üzərindən 01 ədəd boş daraq aşkar edilir. 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilir. Aşkar edilmiş 01 ədəd tapança tipli dəmir predmet, 02 ədəd patron, 01 ədəd daraq 01 ədəd kağız zərfdə, eləcə də aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd mobil telefon götürülür. Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edildir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb, 01 ədəd “İphone” markalı mobil telefonla götürülür. Daha sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı ünvan 23 ünvanından aşkar edilmiş 01 ədəd odlu silah tapançanı 3-4 gün öncə "Adil" adlı şəxsdən alaraq yaşadığı ünvanda saxladığını, narkotik vasitə heroini 07 noyabr 2023-cü il tarixdə Əcəmi Metrostansiyası yaxınlığında günorta saatlarında yerdən tapdığını, həmin narkotik vasitədən istifadə üçün dostları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da verdiyini bildirir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs Təqsirləndirilən şəxs5 ilə birlikdə yaşadıqlarını, üzərlərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs5 əldə etdiklərini, Təqsirləndirilən şəxs5 yaşadıqları ünvanda gizlətdiyi odlu silahdan və narkotik vasitədən məlumatlı olduqlarını bildirirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 01 ədəd Honor markalı mobil telefonu çıxarıb təqdim edir. Bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Aşkar edilmiş bir ədəd büküm və mobil telefon götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs4 üzərindən çıxan heroini günorta saatlarında yaşadığı ünvana yaxın ərazidə 50 manata aldığını bildirir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil və satışı ilə məşğul olmur, o, özünü ancaq silahla bağlı hissədə təqsirli bilir, istintaq dövründə ona təzyiq və işgəncə olduğu üçün bütün sənədlərə imza çəkmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil və satışı ilə məşğul olmur, o, özünü ancaq silahla bağlı hissədə ona görə təqsirli bilir ki, o, evdə Qismətin silahını görən kimi polisə xəbər verməli imiş, sabaha kimi gözləməli deyilmiş, istintaq dövründə ona təzyiq və işgəncə olduğu üçün bütün sənədlərə imza çəkmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyərək ifadələrində göstərmişlər ki, onlar narkotik vasitə istifadəçisi deyil və satışı ilə məşğul olmurlar, silahdan xəbərləri olmamışdır, istintaq dövründə onlara təzyiq və işgəncə olduğu üçün bütün sənədlərə imza çəkmişlər. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, onda narkotik vasitə və silah olmamış, o, narkotik vasitənin satışı və istifadəsi ilə məşğul deyil, o evində silah saxlamamışdır, istintaq dövründə ona təzyiq və işgəncə olduğu üçün bütün sənədlərə imza çəkmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştiraklarını qismən inkar etmələrini, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 26,248 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 179,9 dəfə çox, Təqsirləndirilən şəxs4 üzərindən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 8,226 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 54,84 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə haları olmuşdur. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqları üçün etirafedici ifadələr verdiklərini bildirmişlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 24 sentyabr 2024-cü il tarixli, 3-16-17/40/2-6309/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçaların surətindən görünür ki, Təqsirləndirilən şəxs4 sağ diz oynağında xəsarət aşkar edilmiş; Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 bədən səthində isə köhnə çapıq toxumalar aşkar edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş 17 sentyabr 2024-cü il tarixli, 1302-x-24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən döyülməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olmamış və bu barədə araşdırma aparılmamışdır. Bundan başqa, cinayət işinin 2-ci cild 194-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 14 dekabr 2023-cü il tarixli, 476/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 204-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 14 dekabr 2023-cü il tarixli, 478/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 189-192-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 14 dekabr 2023-cü il tarixli, 477/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 bədən səthində aşkar edilmiş xəsarətlər –hər iki baldırın sıyrıq izləri bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 9-11 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs5 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdilər, dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. Cinayət işinin 4-cü cild 123-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Prokurorluğun Xidməti aradşırmalar idarəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 03 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından, bu barədə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 4-cü cild 52-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 13 dekabr 2023-cü il tarixli, 472/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlər –sağ diz oynağı nahiyəsinin bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir. Zərərçəkmiş şəxsin qeyd etdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Cinayət işinin 4-cü cild 44-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından, bu barədə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan 17 sentyabr 2024-cü il tarixli, 1302x-24 nömrəli məktubla daxil olmuş, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1 26 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat öz təsdiqini tapmadığından, hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Həmçinin, iş üzrə Şahid1 məhkəmə iclasında istintaq dövründə verdiyi ifadəsindən fərqli məzmunda ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 narkotik vasitələr olmamış, onların üzərinə qoyulmuş və onlara qarşı təzyiq olunmuşdur. Digər Şahid2 də istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 üzərində narkotik vasitə olmamış, onları istintaq zamanı döydükləri üçün bütün sənədlərə imza çəkmişlər. Şahid1, Şahid2 və digər təqsirləndirilən şəxslərin də ifadələrindən görünür ki, təqsirləndirilən şəxslərlə Şahid1 arasında, Şahid2 isə Təqsirləndirilən şəxs4lə yaxın dostluq münasibətləri olmuşdur. Məhkəmə kollegiyası, şahidlər Şahid1 və Şahid2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir.Bu səbəbdən, məhkəmə Şahid1 və Şahid2 məhkəmədə fərqli ifadə verməklə öz dostlarına ittiham edilmiş maddələr üzrə mümkün vəziyyətlərinin yaxşılaşdırılmasını fərz etdiyini hesab edir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Ümid Allahverdiyevin əməlləri onlara elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən həmin Məcəllənin 32.5,228.2.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, istintaq və məhkəmə dövründə araşdırılmış sübutlardan, verilmiş ifadələrdən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Ümid Allahverdiyev yalnız evdə olan silahın gizlədilməsində Təqsirləndirilən şəxs5 köməklik göstərmişlər. İttihamda qeyd edilmiş silahın əldə edilməsində, daşınmasında və ya gəzdirilməsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Ümid Allahverdiyevin aiddiyyatları olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumuun 06 may 2022-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 228.2.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin,zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs5 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı və “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenumun 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenumun 12-ci bəndinə görə, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə barışıq əldə edilməsini, onlara qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin 3-cü cild 1-2-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 180-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin 15 noyabr 2023-cü il tarixli 7457 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs5 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 3-cü cild 3-4-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 182-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin 15 noyabr 2023-cü il tarixli 7461 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlər və kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 3-cü cild 5-6-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 186-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin 15 noyabr 2023-cü il tarixli 7459 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 3-cü cild 7-8-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 184-185-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin 15 noyabr 2023-cü il tarixli 7460 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlər və kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 3-cü cild 226-227-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 cinayət işinin 4cü cild 63-69-cu vərəqələrində olan Nərimi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzası 11 ay 29 günə endirilmiş, cinayət işinin 4-cü cild 75-77-ci vərəqələrində olan xx.xx.2021-ci iltarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə 04 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, 01 mart 2022-ci ildə cəza müddəti başa çatmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilmişdir. Cinayət işinin 3-cü cild 230-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli klinik Psixiatriya Xəstəxanasından daxil olmuş 23 noyabr 2023-cü il tarixli, 1/6120 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 son 10 ildə stasionar müalicə üçün 2 nömrəli klinik Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. Cinayət işinin 3-cü cild 234-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Neftçala Şəhır İƏDÜ nümayəndəliyindən daxil olmuş 29 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 müsbət səciyyələndirilir. Cinayət işinin 3-cü cild 235-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikas Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 19284 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 4-cü cild 49-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin 14 noyabr 2023-cü il tarixli 7402 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 4-cü cild 56-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X5 publik hüquqi şəxsinin 27 noyabr 2023-cü il tarixli, 4136/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs5 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 08 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 81-83-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli, 4(005)-1569/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində həbsetmənin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 08 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 56-cı vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 78-80-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli, 4(005)-1568/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 08 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 75-77-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli, 4(005)-1567/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 08 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 91-ci vərəqəsində olan 08 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 72-74-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli, 4(005)-1566/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs4 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 11 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 3-cü cild 121-ci vərəqəsində olan 11 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 3-cü cild 207-211-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2023-cü il tarixli, 4(005)-1571/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilərək götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 5,081 qram narkotik vasitə heroin, 5,781 qram narkotik vasitə heroin, 8,455 qram narkotik vasitə heroin, 6,431 qram narkotik vasitə heroin, 8,176 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd nömrəsi silinmiş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd daraq, 01 ədəd patron və 02 ədəd giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat İdarəsinə təhvil verilməli, 03 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs5 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun və “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs5 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

4. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

5. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilərək götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 5,081 qram narkotik vasitə heroin, 5,781 qram narkotik vasitə heroin, 8,455 qram narkotik vasitə heroin, 6,431 qram narkotik vasitə heroin, 8,176 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd nömrəsi silinmiş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 01 ədəd daraq, 01 ədəd patron və 02 ədəd giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. 03 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Şəlalə Həsənova

Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar