Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-312/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı3, Dövlət ittihamçısı5, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı1, Dövlət ittihamçısı4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 22 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyun 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 18 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı “ASAN” xidmət mərkəzinin inzibati binasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Məmməd» adlı şəxsə 130 manat pul ödəyərək satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 4,745 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükümdə təmiz çəkisi 10,032 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 iyun 2021-ci il tarixdə, saat 23:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 4,745 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin və 01 ədəd bükümdə təmiz çəkisi 10,032 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, onun əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yaşadığı evdən çıxıb küçədə saxladığı özünə məxsus “Ravon-Neksiya” markalı maşına yaxınlaşmışdır. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər gözlənilmədən yaxınlaşıb cəld hərəkətlərlə onu tutmuş, kimliklərini bilmədiyi üçün o, onu tutanlarla əlbəyaxa olmuşlar və onu tutanlar onu yerə yıxıb sürümüşlər. Onu tutan həmin şəxslərdən biri özünü təqdim edib Şahid2 olduğunu və polis olduqlarını bildirmiş, yalnız bundan sonra o, sakitləşmişdir. Saat təqribən 22-23 radələrində həmin şəxslər onu özlərinə məxsus dövlət qeydiyyat nömrəsini bilmədiyi, “Mitsubişi” markalı cip modelli maşına mindirmiş, dərhal üst-başını axtarmış, heç nə tapa bilmədikdə üzərində olan “Samsunq” markalı telefonunu və idarə etdiyi avtomaşının açarlarını götürmüşlər. Bundan sonra onu “Mitsubişi”-də Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) aparmışlar. O, tutulan vaxt yaşadıqları məhəllədə qonşular da olmuş, lakin o, konkret olaraq hansı qonşunun orada olmasına fikir verməmişdir. Onun narkotik vasitələrlə bağlı aparıldığını desələr də, həmin vaxt onda heç bir narkotik vasitə olmamışdır. Üst-başına baxılması İdarədə də davam etdirilmiş, lakin üstündən siqaretdən başqa heç nə çıxmamış, o cümlədən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin gün buraxılmamış, nahaq yerə döyülmüş, heç bir sənədləşmə aparılmamış və qanunsuz olaraq növbəti günədək BNMİ-nin zirzəmisində saxlanılmışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, növbəti gün, yəni ayın 23-də o, günortaya yaxın Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış, orada Şahid2 ona ittihamda göstərilən narkotik vasitələri təqdim etmiş və təqdim olunanları boynuna götürməsi təklif olunmuşdur. Əməliyatçılar həmin narkotiki maddələrin onun özünə məxsus olduğunu deyəcəyi təqdirdə onu CM-nin 234.1-ci maddəsi ilə, yəni istifadəçi kimi sənədləşdirəcəklərini bildirmişlər. O, polisin vədinə inanmadığından, edilən təkliflə razılaşmamış, onun üzərindən belə bir şeylərin aşkar olunmadığını demişdir. Orada ona qarşı təsir və təzyiqlər başlanılmış, döyülmüş, hətta bədənində yüngül xəsarətlər də əmələ gəlmişdir. Lakin o özü narkotik vasitələrdən istifadə etdiyindən, boynuna götürməyəcəyi təqdirdə ona işgəncə veriləcəyindən qorxaraq təklif olunan narkotik vasitəni boynuna götürmüşdür. Belə ki, o, narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt narkotik vasitə satmamışdır. İttihamda göstərilən narkotik vasitə isə ümuiyyətlə ondan aşkar olunmamışdır. O, saxlanılan gün onun özündə və onun maşınında heç bir narkotik vasitə olmamışdır. Üzərinə baxış keçirilməsi BNMİ-nin təhqiqatçısı tərəfindən videoçəkilişlə aparılmışdır. Çəkiliş iki dəfə olmuşdur. Birinci dəfə təkliflə razı olmadığından çəkiliş yarımçıq dayandırılmış, lakin ikinci dəfə qorxusundan razılaşası olmuşdur. Belə ki, çəkilişdən əvvəl ona boynuna götürəcəyi narkotik maddələr verilmiş, polisin diqtəsi ilə həmin maddələri cibinə qoymuş və çəkiliş zamanı çıxarıb təqdim etmiş, həmçinin öyrədildiyi kimi, təqdim etdiyi narkotik vasitənin özünə məxsus olduğunu, 200 manata “Məmməd” adlı İran vətəndaşından “WhatsApp” proqramı vasitəsilə danışıb aldığını bildirmişdir. Lakin ona qarşı irəli sürülmüş ittihamın məzmununda onun iranlıya 130 manat pul ödədiyi yazılmışdır. Onun üzərində şəxsi axtarış aparılarkən 130 manat ifadəsi işlətməmiş, polisin öyrətdiyi kimi 200 manat demişdir. Çəkilişdən əvvəl mobil telefonu onun özünə qaytarılmış və o, həmin telefonu da çəkiliş vaxtı çıxarıb təqdim etmişdir. Onun mobil telefonu saxlanıldıqdan sonra sənədləşmə aparılanadək polisdə olmuş, kiminləsə danışılıb danışılmamasından onun xəbəri olmamışdır. O, tutulandan biriki gün sonra yaşadığı ünvanda da axtarış aparılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, hadisədən xeyli müddət əvvəl lizinq qaydalarına uyğun “Ravon-Neksiya” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı maşın almış, maşını satan Şahid6 adlı şəxslə aralarında olan müqaviləyə əsasən ona aybaay pul ödəmişdir. Həmin maşından o, taksi kimi istifadə etmiş, lakin avtomaşının sahibinə olan borcu saxlanılması ilə əlaqədar tam ödəyə bilməmişdir. O, polis əməkdaşları tərəfindən tutulub aparılarkən onun “Ravon-Neksiya” markalı həmin maşını da polislərdən biri, daha doğrusu Şahid2 Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yanınadək sürmüş, orada saxlayıb adını bilmədiyi başqa birinə vermiş, sonuncu isə idarə edərək X2 İdarəsinin həyətinə aparmışdır. Həmin avtomaşında, avtomaşına nəzarət edilməsi üçün müasir GPS sistemi quraşdırılmış, nəzarət isə maşını satan Şahid6 mobil telefonunda olmuşdur. Maşının bütün hərəkət sxemi, dayanacaqları çox dəqiqliklə GPS sistemində görünmüşdür. Maşının mühərriki işə salınan kimi GPS avtomatik olaraq işə düşmüşdür. X7 İdarəsinə aparıldıqdan sonra avtomaşınında axtarış aparılıb-aparılmamasından onun xəbəri olmamışdır. Ona məxsus həmin avtomaşının təqribən bir həftə Narkotiklərlə Mübarizə İdarəsinin həyətində saxlanıldığını, sonra isə qohumlarına verildiyini o, sonralar eşitmişdir. Eşitdiyinə görə maşını gedib götürmələri üçün Narkotiklərlə Mübarizə İdarəsindən onun anasına zəng olunmuş, anası isə onun əmisi oğlu X5 demiş və sonuncu qonşuları ilə gedib maşını götürmüş və yaşadıqları ünvana aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, “kakos” kimi tanınan heroindən və “patı” olaraq tanınan psixotrop maddədən istifadə etmiş, həmin narkotiki və psixotrop maddəni Bakı şəhərinin Yasamal rayonu ərazisində tanımadığı şəxslərdən alıb əldə etmişdir. “WhatsApp” proqramı vasitəsilə narkotik vasitə almağı tərgitmişdir. Belə ki, o, bir dəfə razılaşılan yerə narkotik qoymaları üçün pul köçürmüşdür. Bundan sonra onun gedib narkotiki götürməsi üçün narkotikin qoyulduğu yerin fotoşəkli çəkilməli və ona göndərilməli olduğu halda, aldadılımış, narkotik qoyulmamış və onun pulu batmışdır. Ondan sonra heç vaxt bu yola narkotik almamışdır. Özü narkotikdən istifadə edən olsa da, heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. Özü taksi sürücüsü işləmiş, qazancı yaxşı olmuş və istifadəsi üçün narkotik ala bilmişdir. Narkotik vasitə satmağa ehtiyac olmamışdır. Onun həbsi üçün məhkəməyə aparılarkən o, narkotikin və psixotrop maddənin ona məxsus olmadığını, boynuna götürməsi üçün polis tərəfindən məcbur edildiyini hakimə də danışmış, hətta dövlət hesabına təyin olunan vəkildən də imtina etmişdir. Lakin yekunda iş materialları ilə tanış olarkən barəsində qətimkan tədbiri ilə bağlı olan qərarda özünü təqsirli bilməsinin göstərildiyini görmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan 24 iyun 2021-ci il tarixli ifadələrində o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bildiyini qeyd etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ondan aşkar edilib götürülmüş narkotik vasitəni və psixotrop maddəni özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşamış və tutulduğu vaxt heç bir yerdə işləməmişdir. O, təxminən iki ilə yaxındır ki, narkotik vasitə hesab edilən heroindən və psixotrop maddə sayılan metamfetamindən istifadə etmişdir. 18 iyun 2021-ci il tarixdə, saat 19 radələrində o, Yasamal rayonu, ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin yaxınlığında üzdən tanıdığı İran İslam Respublikasının (bundan sonra: İran və ya İİR) vətəndaşı olduğunu öyrənib bildiyi Məmməd adlı şəxsdən 130 manat pul verərək özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq əynində olan şalvarın sol yan cibinə qoyub yaşadığı evə gəlmişdir. O, aldığı narkotik vasitə heroindən və metamfetamindən bir qədərini istifadə etmiş, qalan maddələri sellofana büküb əynidə olan şalvarın sol yan cibinə qoyub özü istifadə etmək məqsədi ilə saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin davamında göstərmişdir ki, 22 iyun 2021-cı il tarixdə, saat 23:00 radələrində o, yaşadığı evdən çıxıb evin qarşısında, yəni Yasamal rayonu, X.Mustafayev küçəsi ev 25 ünvanının qarşısında dayanarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, onu Yasamal RPİ-nin 28-ci PB-nə aparmışlar. 28-cı Polis Bölməsinin xidməti otaqlarının birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı iki ədəd şəffaf selofan bükümdə olan büklünü çıxardıb təqdim etmişdir. Həmin büklünün birində heroin, digər büklüdə isə metamfetamin olmuşdur. O, həmin maddələri könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 18 iyun 2021-ci il tarixdə, saat təxminən 23:00 radələrdə Yasamal rayonu ərazisində yerləşən «ASAN» xidmətin yaxınlığında İran vətəndaşı kimi tanıdığı Məmməd adlı şəxsdən ümumiikdə 130 manata aldığını və özünün istifadə etməsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş iki ədəd şəffaf selefan büklüdə olan maddələr müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib olunan protokol müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin yekununda göstərmişdir ki, o, əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri özünün istifadəsi üçün alıb əldə etmiş, heç kəsə narkotik vasitə və psixotrop maddə satmamış və ya hədiyyə verməmişdir. O, Yasamal RPİ-nin 28-ci PB-nə aparılarkən və ya Polis böbəsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixoloji təsir göstərilməmişdir (iş vərəqə: 65-67). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tədqiq olunan 24 iyun 2021-ci il tarixli ifadəsinə münasmibət bildirib göstərdi ki, onun ifadəsi müstəntiq tərəfindən şəxsi axtarış və götürmə barədə protokola uyğunlaşdırılmaqla yazılmış, ondan demək olar ki, heç nə soruşulmamışdır. Kompyüterdə yazılmış həmin ifadələrini isə oxumadan imzalamışdır. Ona görə də ifadəsində narkotik vasitəni 200 manata deyil, 130 manata aldığı qeyd olunmuşdur. Hansı qaydada saxlanılması, hansı qaydada BNMİ-nə aparılması, ona qarşı fiziki və psixoloji təzyiqlər göstərilməsi, narkotik vasitəni və psixotrop maddəni necə boynuna götürməsi barədə artıq sərbəst ifadəsinin əvvəlində göstərmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 22 iyun 2021-ci il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayon ərazisində dövriyyəsi ilə məşqul olması, yəni üzərində daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı müvafiq sənədləşmə aparılmış, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə elə həmin gün müvafiq qərar qəbul edilmiş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 iyun 2021-ci il tarixdə, saat 23 radələrində əməliyyat qrupu ünvan 6 ünvanın yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə aparılmışdır. Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqlarının birində BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun, əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs özünün və vəkili X8 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərin birinin içərisində olan maddə narkotik vasitə hesab edilən heroin və digər bükümün içərisində olan maddənin isə psixoitrop maddə hesab edilən metamfetamin olduğunu, həmçinin təqdim etdiyi maddələri dörd gün əvvəl Yasamal rayonu ərzisində yerləşən “ASAN” xidmət mərkəzinin yaxınlığında adını İran vətəndaşı “Məmməd” kimi bildiyi şəxsdən «zakladka» yolu ilə almışdır. Yəni Təqsirləndirilən şəxs deməsinə görə o, İran vətəndaşı ilə mobil əlaqə saxlamış, sonuncu narkotik vasitəni “ASAN” xidmətin yanına atdırmış, o da gedib oradan həmin narkotiki özünün istifadə etməsi məqsədi ilə götürərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs deməsinə görə o, aldığı narkotik maddələrə 130 manat pul vermişdir. Aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, heroinə bənzər kütlənin təqribən 5 qram, psixotrop maddənin isə bağlama ilə birlikdə təqribən 10 qram, ümumilikdə isə təqribən 15 qrama olduğu yadında qalmışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, daha sonra Təqsirləndirilən şəxs üzəri axtarılmış, ondan bir ədəd «Samsung» markalı mobil telefon götürülmüş, qanunla qadağan olunmuş başqa bir əşya aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini bir ədəd zərfə qoyaraq qabalşdırmış, zərfi möhürləmiş və zərf bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü və vəkili Kərim Bağırov tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkiliş dayandırılmış və şəxsi axtarış və götürmə prosesi barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol da eyni şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsində daha sonra göstərdi ki, o, təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımamış, onunla şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra BNMİ-nə deyil, birbaşa Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində dərhal şəxsi axtarış aparılmamış, onun mobil telefonu götürülməmişdir. Təqsirləndirilən şəxs onların istifadəsində olmuş nömrəsini və markasını xatırlamadığı şəxsi avtomaşınla 28-ci PB-nə aparılmışdır. Təqsirləndirilən şəxs BNMİ-də olmamışdır. Təqsirləndirilən şəxs mobil telefonu əvvəlcədən götürülməmiş, o, telefonu şəxsi axtarış zamanı çıxarıb təqdim etmişdir. Heydərovun istifadəsində avtomaşın olub-olmamasını o, bilməmiş, polis əməkdaşları tərəfindən onun avtomaşını BNMİ-nə və ya Yasamal RPİ-nin 28-ci PB-nə aparılmamış, onlar tərəfindən onun Təqsirləndirilən şəxs maşınına baxış keçirilməmişdir. 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olsa da, həmin istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitə hesab edilən heroini və psixotrop maddə hesab edilən metamfetamini satdığı konkret şəxsləri və ya belə şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmədə şahid qismində dindirilmiş həmkarı - baş əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi, həçinin göstərdi ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatına əsasən saxlanıldıqdan sonra birbaşa Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış, təhqiqatçı dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs BNMİ-yə aparılmamışdır. Təqsirləndirilən şəxs özünün maşını olmamış, onlar tərəfindən Təqsirləndirilən şəxs maşını BNMİ-nə və ya Yasamal RPİ-nin 28-ci PB-nə aparılmamış və ya onun maşınına baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya 28-ci PB-nə aparıldıqdan sonra üzərində qeyri-rəsmi heç bir axtarış aparılmamış, ondan heç nə götürülməmiş, ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmiş, zorla ona hər hansı narkortik vasitə və ya psixotrop maddə verilməmiş və boynuna alması tələb edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Yasamal rayonu ərazisində satışı ilə məşqul olması barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitə hesab edilən heroini və psixotrop maddə hesab edilən metamfetamini satdığı konkret şəxsləri və ya belə şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyun 2021-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində ünvan 2 ünvanın qarşısında narkotik vasitələri üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb, Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış, üstündə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rənglı şalvarının sağ yan cibindən bır ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqdim olunan şübhəli maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və heroin narkotik vasitəsinə şübhəli maddənin 5,38 qram, metamfetamin psixotrop maddəsinə şübhəli maddənin isə 10,77 qram olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun şalvarının sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilib götürülmüşdür. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddələri 4-5 gün əvvəl Yasamal rayonu ərazisində yerləşən “Asan” xidmət mərkəzinin yaxınlığında İran İslam Respublikası vətəndaşı olan “Məmməd” adlı şəxsin vasitəsi ilə özünün istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən təqdim etdiyi heroin narkotik vasitəsinə bənzər maddə və metamfetaminə psixotrop maddəsinə bənzər maddə qablaşdırılmış, zərfin üzəri iştirakçı polis əməkdaşları, Təqsirləndirilən şəxs özü və sonuncunun müdafiəçisi Kərim Bağırov tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, yekunda təhqiqatçı Nizami Omarov tərəfindən müvafiq protokol tərtib edilmiş və həmin protokol elan olunmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarmasının gedişatı texniki vasitə kimi «SONY» markalı videokameradan istifadə olunmaqla videolentə alınmış və elektron maqnit məlumat daşıyıcısı olan 1 ədəd “CD” formatlı diskə köçürülərək protokola əlavə edilmişdir (iş vərəqə: səh. 29-32). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd “CD” formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxılan həmin diskin yaddaşında 01 ədəd fayıl olduğu müəyyən edilmişdir, fayılda olan videogörüntü 23 iyun 2021-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntülərdən görünür ki, baxış keçirilməsi Yasamal RPİ-nin 28ci PB-nin xidməti iş otağında aparılır, baxışda Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6, BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, həmin İdarənin əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 iştirak edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs Dadaş oğlu əynində olan qara rəngli şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, onun üzərindən aşkar edilmiş bükümklərin birinin içərisində narkotik vasitə hesab edilən heroin, digər bükümün içərisində isə psixotrop maddə hesab edilən metamfetamin vardır. Həmin narkotik vasitəni və psixotrop maddəni o, dörd gün əvvəl Yasamal rayon ərazisində yerləşən “Asan” xidmət mərkəzinin yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan “Məmməd” adlı şəxsdən özü istifadə etmək məqsədi ilə almış və üzərində saxlamışdır. Tədqiq olunan protokoldan görünür ki, bundan sonra şəxsi axtarış və götürməni aparan təhqiqatçı X1 Rasim Əlibala oğlunun üzərinə baxış keçirir, lakin baxış zamanı hər hansı bir əşya aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılır, bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır (iş vərəqə: səh. 50-51). Tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyun 2021-ci il tarixli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd “CD” formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protkolların müqayisəli təlqiqi zamanı müəyyən edildi ki, “şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda Təqsirləndirilən şəxs iki ədəd bükümdə olan şübhəli maddələri əynində olan şalvarının cağ yan cibindən çıxarıb təqdim etməsi göstərilsə də, diskə bağış protokolunda Təqsirləndirilən şəxs qeyd olunan maddələri sol yan cibindən çxarıb təqdim etdiyi qeyd olunmuşdur. Müqayisəli tədqiqatla, həmçinin müəyyən edldi ki, “şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin elektron tərəzi vasitəsi ilə çəkilməklə çəkilərinin müəyyənləşdirilməsi, şəxsi axtarış prosesində sonuncunun şalvarının sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonun aşkar edilib götürülməsi göstərilsə də, qeyd olunan bu iki məsələ “CD” formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protkolun məzmununda ümumiyyətlə yer almamışdır. Məhkəmə baxışı zamanı 01 ədəd CD formatlı diskə yüklənmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri nümayiş olundu və müəyyən edildi ki, CD formatlı diskdə olan videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyun 2021-ci il tarixli və «CD diskə baxış keçirilməsi haqqında” 24 iyun 2021-ci il tarixli protokolların məzmunu il oxşar olsa da, videogörüntülərlə protokolların məzmunu arasında ziddiyyətlər də mövcuddur. Belə ki, videogörüntülərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli maddələri təqdim edərkən həmin maddələri 4-5 gün əvvəl iranlı “Məmməd” adlı şəxsin vasitəsilə 200 manata alıb əldə etdiyini göstərsə də, “200 manata alıb əldə etdiyi” ifadəsi protokollarda qeyd olunmamış, axtarış nəticəsində şalvarının qabaq sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonun aşkar edilib götürülməsinə baxmayaraq, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs sol arxa cibindən aşkar edildiyi göstərilmiş, «CD diskə baxış keçirilməsi haqqında” 24 iyun 2021-ci il tarixli protokolda isə Təqsirləndirilən şəxs mobil teldefon, o cümlədən “Samsung” markalı mobil telefonun götürüldüyü ümumiyyətlə qeyd olunmamışdır. Məhkəməyədək icraat mərhələsində “şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda Təqsirləndirilən şəxs iki ədəd bükümdə olan şübhəli maddələri əynində olan şalvarının cağ yan cibindən çıxarıb təqdim etməsinin göstərilməsi ilə bağlı məsələyə sübutların qiymətləndirilməsi haqqında qərarla hüquqi qiymət verilmidir (iş vərəqə: səh. 171-186). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçiriməsinə dair Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqə: səh. 39-44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli, 6/2557 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...” və s. yazılar, imzalar olan kağız paketdə 01 ədəd bükümdə olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir, təmiz çəkisi 10,032 qram təşkil edir, 01 ədəd bükümdə olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi 4,745 qram təşkil edir. Tədqiq olunan həmin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: 1) Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ); 2) Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 39-44). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında keçirilmiş axtarış və götürmə haqqında tərtib olunan 24 iyun 2021-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti nəticəsində ünvanda hər hansı qanunla qnadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə və ya psixotrop maddələr aşkar olunmamışdır(iş vərəqə: səh. 80-84). Məhkəmə baxışı zamanı araşdırılan ambulator məcburi-narkoloji ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 3610 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 149-150). İş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-texniki ekspertizasının 30 iyul 2021-ci il tarixli, 5/689 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsunq Galaxy A 10s” markalı, “SM-A107F modelli “**********63816, **********13814” “imei” kodlu mobil smartfon tədqiqat zamanı işlək vəziyyətdə olmuşdur. Tədqiq olunan rəydən görünür ki, “Samsung Galaxy A10s” markalı, “SM-A107F” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaklar, zənglər, SMS, mesajlar, foto, video, audio və sairə fayllar) məlumatlar müəyyən olunmuş və DVD-R formatda olan iki ədəd diskə yerləşdirilməklə rəyə əlavə olunmuşdur. Rəydən, həmçinin görünür ki, həmin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən cihazın konstruktiv və təhlükəsizlik xüsusiyyətlərinə görə tədqiqata təqdim edilmiş “Samsunq Galaxy A 10s” markalı, “SM-A107F” modelli mobil smartfonun yaddaşlarından hər hansı bir məlumatın tam həcmdə (kontakt, zəng, “SMS” mesaj, “WhatsApp” proqram təminatı, sosial şəbəkələr vasitəsilə aparılmış çat seansı, foto, video, audio və sairə fayllar) (o cümlədən silinmiş məlumat sahələri də daxil olmaqla) pozulubpozulmaması üzrə təhqiqat işlərinin aparılması mümkün olmamışdır. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim edilmiş “Samsung Galaxy A10s” markalı, “SM-A107F” modelli mobil smartfonun yaddaşına qurlaşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, audio, video, foto fayllar, qəbul olunmuş, çıxan, buraxılmış səsli və video zənglər) mübadilələri, “WhatsApp Business” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, qəbul olunmuş, buraxılmış səsli və video zənglər) mübadilələri, “İnstagram” sosial şəbəkəsinə aid “raska.600” adlı istifadəçi profilinin “Direct” bölməsində məlumat (çat seansı, foto və audio fayllar) mübadilələri müəyyən olundu, lakin yuxarıda qeyd olunduğu kimi, rəyin «Tədqiqi hissəsi»nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək və təqdim etmək mümkün olmamışdır(iş vərəqə: səh.142-146). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 28 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürüldüyü qeyd olunan və məhkəməkimyəvi ekspertizalar nəticəsində qalıq qalmış 4,695 qram heroin narkotik vasitəsi və qalıq qalmış 9,982 qram metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmiş, həmçinin iş üzrə madi sübut növü kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: səh.87-89, 129- 130). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X10 şəxsi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 5916 nömrəli məktubundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda qeyd olunan Psixiatrik Xəstəxanada müalicədə olmamışdır (iş vərəqə: səh.128). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 08 oktyabr 2021-ci il tarixli, 2340 saylı rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs ekspertiza tədqiqatı mərhələsində hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, ifadələrində onda hər hansı bir psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı onda psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Tədqiq olunan rəydən daha sonra görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (iş vərəqə: səh.170-172). Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunub iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs anası Şahid3 ifadəsində göstərdi ki, onlar 5-ci Yasamal, X.Mustafayev küçəsi, ev 25-də qaynı və onun ailəsi, baldızı və onun ailəsi və özlərinin ailəsi hamısı bir həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar. Oğlu Rasimin narkotikdən istifadə etməsindən xəbərdar olmuş, hətta narkoloji dispanserdə işləyən qaynının qızı Rasimi narkomaniyadan bir dəfə müalicə də etmişdir. Rasim ixtisasca sürücü olmuş, nisyə aldığı maşınla taksi sürücüsü kimi fəaliyyət göstərmiş, maşının sahibinə günə 25 manat pul ödəmişdir. Hadisə günü, yəni 22 iyun 2021-ci il tarixdə Rasim işdən evə nə vaxt gəldiyini xatırlamasa da, həmin ərəfədə baldızının oğlu idman yarışmasında qalib gəldiyindən, həmin gün onlar idman müəllimi ilə bir yerdə qalibiyyəti qeyd etmək məqsədilə gəzməyə getmək barədə razılaşmış, Raism də həmin tədbirə dəvət almışdır. Rasim bu məqsədlə evdən çıxdıqdan 5-10 dəqiqə sonra, saat təqribən 23 radələrində eyni həyətdə yaşadıqları qaynının nəvəsi zəng edib küçədə qışqırıq səsi gəldiyini eşitdiyini, çıxıb baxdıqda 10-12 nəfər saqqalı şəxsin Rasimin üstünə düşüb yerdə sürüdüklərini gördüyünü ona danışmışdır. Bundan sonra o, bayıra qaçmış və küçədə dayanmış qaynı arvadından, qaynının qızından və baldızından artıq Rasimin aparıldığını öyrənmişdir. O, və qızı küçəyə çıxanda Rasimi aparan şəxslərin maşınlarını küçənin sonunda görə bilmiş və onlar çıxıb getmişlər. Hadisə yerində olanlardan qaynı arvadı Bəturə Heydərovanın deməsinə görə o, müdaxilə edib, “bu uşaq nə edib ki, onu belə aparırsız?” dedikdə, Rasimi aparan şəxslərdən biri “əcəb edib aparırıq” deyərək Rasimi qara rəngli bir maşına mindirib aparmışlar. Qohumların deməsinə görə Rasimi aparmağa gələnlər 3 maşınla gəlmiş, lakin heç birinin nömrəsini bilməmişlər. Həmin vaxt qızı Rasimin telefonuna zəng etmiş, zəngə özünü BNMİ-nin əməkdaşı Səttar kimi təqdim edən şəxs cavab vermiş və Rasimin telefonunun onda olduğunu bildirmişdir. Səttar adlı şəxs hələ həmin vaxt orada hadisə yerində olmuşdur. Qızı, “qardaşımın telefonu sizdə nə edir?” deyib qardaşına məxsus “Samsung” A3 markalı telefonu Səttardan almaq istədikdə Səttar qızının qolunu tutub burmuş, hətta qızının dırnağı qopmuşdur. Səttar ona “indi mən sənin oğlunun cibinə narkotik atım tutum, sən də bax” demiş və 2-3 nəfər Rasimin maşınına minib, sürüb getmişlər. Maşını elə sürətlə yerdən götürmüşlər ki, az qala uşaqları vuracaqmışlar. Rasimin maşınını Səttar deyilən şəxs özü sürmüşdür. Həmin vaxt maşının açarı artıq polislərdə olduğunu başa düşmüş, Rasimin cibindən çıxardıqlarını fikirləşmişdir. İlk dəfə başlarına belə bir hadisə gəldiyindən özlərini “itirmiş”, oğlunun qaçırılmaqla aparılması barədə nə özləri və nə də qohumları polisə məlumat verməmiş və nə də qızının dırnağının qopması ilə əlaqədar həkimə müraciət etməmişlər. Şahid3 ifadəsinin davamında göstərdi ki, Rasimin idarə etdiyi maşın BNMİ-nin həyətinə aparıldıqdan sonra, onlara verilən məlumata əsasən maşının əsl sahibi Şamo adlı şəxs özünün vəkili ilə birlikdə BNMİ-yə getmiş, Səttarla danışmış, Səttar işdə olmadığını demiş və sonra gəlib maşını götürməyi təklif etmişdir. Lakin həmin gün onlara zəng gəlmiş və gəlib maşını BNMİ-nin həyətindən aparmalarını istəmişlər. Demələrinə görə maşının açarı içəridə salonda qalmış və qapını aça bilməmişlər. Səttar, demək olar ki, hər gün onlara zəng etmiş, onlara maşını götürmək üçün gəlməyi xahiş etmişdir. Bir həftədən sonra maşını gətiməyə qonşuları Aslan, Zaur və İlqar getmiş, hətta BNMİ-dən onlara kömək üçün əməkdaş da verilmiş, çox çətinliklə də olmuş olsa, baqaj və ya qapı hissəsindən vintaçanla qapı açılmış, maşının mühhərriki işə salınmış və maşın onlara verilmişdir. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, maşının sahibi Şamo adlı şəxs oğlu Rasimlə 4 illik müqavilə bağlamış, etibarnamə vermiş və Rasim tərəfindən artıq ona 3 ilin ödənişi olunmuş, cəmi bir ilin ödənişləri qalmışdır. Ona görə də Rasim həbs olunandan sonra Şamo müqaviləni dəyişib onunla bağlamış, başqalarına icarəyə verə bilməsi üçün maşını ona vermiş, 3 illk ödənişin batmamasını istəmişdir. O da maşını başqasına icarəyə verərək həm Şamonun pulunu ödəmiş, həm də özləri dolanmışlar. Bundan sonra cinayət işinə məhkəmə baxışı zamanı yenə də müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunub iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs onun əmisi oğlu olmuş, bir həyətdə yaşamışlar və onunla münasibəti yaxşı olmuşdur. Hadisə günü 22 iyun 2021-ci il tarixdə, gecə saat təxminən 23 radələrində uşaqlar mobil telefonla ona zəng edərək Rasimi qapıdan apardıqlarını bildirmiş, lakin telefonda onun kim tərəfindən aparıldığını deməmişlər. Bundan 5-10 dəqiqə sonra o, məhəlləyə gəlib çatmış, həqiqətən Rasimin özünün və hətta idarə etdiyi maşının da aparıldığını öyrənmişdir. Rasimin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmasını isə polisdə işləyən «Əlişka» adlı oğlandan öyrənmişdir. O, dərhal özünün istifadəsində olan ***-***-**-** və yaxud ***-***-**-** mobil telefon nömrəsi ilə Rasimin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin onun telefonuna tanımadığı bir nəfər cavab verib BNMİ-nin əməkdaşı Şahid2 olduğunu bildirmişdir. Şahid2 əmoğlusu Rasimlə bağlı maraqlandıqda, Səttar müəllim Rasimdən külli miqdarda narkotik maddələr aşkar olunub götürüldüyünü bildirmişdir. Raismə necə kömək etmək ətrafında bir neçə dəfə Səttarla zəngləşib söhbət etmiş, sonuncu Rasimin buraxılması üçün onlardan böyük məbləğdə – 30.000 manat pul istəmişdir. Buna imkanları çatmadığını bildirmiş, əlaqə saxlayacağını ona demişdir. Növbəti gün isə səhər BNMİ-nin qarşısına gedib Rasimin orada olduğunu öyrənmiş, orada Səttarla görüşmüşdür. Həmin vaxt Səttar «Prado» markalı maşınla işə gələrkən BNMİ-nin qapısının ağzında onunla görüşmüş və Rasimi müzakirə etmişlər. Bu dəfə sonuncu Rasimin buraxılması üçün 15.000 manat pul istəmişdir. Yenə də qəbul etməmiş, həmin məbləğdə pulun onlarda olmdığını bildirmiş, mümkün qədər güzəşt etməsini xahiş etmişdir. Bundan sonra Şahid2 son sözü bu olmuşdur ki, «çox danışma, get 10.000 manat gətir, bu işi qurtaraq». Elə həmin gün bir tanışı ilə məsləhətləşmiş, tanışı ona 5000 manat pul düzəldib aparmağı və təklif etməyi məsləhət bilmişdir. O, cəhd edib məsləhət olunan 5000 manatı toplayanacan ona zəng gəlmiş və artıq Rasimin Yasamal RPİ-nin 28-ci PB-nə aparıldığı bildirilmişdir. O, Səttarla Rasimin nömrəsi ilə üst-üstə 7-8 dəfə danışmışdır. Heç vaxt Səttar özü ona zəng etməmiş, Səttarla danışmaq üçün o özü yalnız «WhatsApp»la Rasimin telefonuna zəng etmiş, telefon Səttarda olmuş və onun zənglərinə Səttar özü cavab vermişdir. Rasim Yasamal RPİ-yə aparılandan sonra isə o, Rasimin telefonuna nə qədər zəng etsə də, zənglərə heç kim cavab verməmişdir. Bundan sonra onun Səttarla və ya Rasimlə görüşü və ya əlaqəsi olmamışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, Rasim ixtisasca sürücü olduğundan və özünün maşını olmadığından o, “Ravon-Neksiya” markalı bir maşını günü 25 manata icarəyə götürmüşdü. Rasim tutulub aparılarkən onun icarəyə götürdüyü maşın da polis əməkdaşları tərəfindən aparıldığından maşının əsl sahibi gündəlik pulunu tələb etmişdir. Maşın isə BNMİ-də saxlanıldığından onlar bir neçə günün pulunu ciblərindən ödəmişlər. Hadisədən 5-6 gün sonra Rasimin anası ona BNMİ-dən zəng gəldiyini, gedib maşını götürmək lazım olduğunu bildirmişdir. Odur ki, o, qonşuları İlqar və Aslan BNMİ-nə gedib maşını çətinliklə də olmuş olsa işə salıb məhəlləyə gətirmişlər. Belə ki, maşın həmin vaxt BNMİ-nin həyətində olmuş, saxlanıldığı müddətdə hansısa səbəbdən, onun bildiyinə görə akkumlyatorun «ölməsi», buna görə qapının kilidlənməsi və maşının açarının salonda qalması səbəbindən polis qapını açmaq istəmiş, lakin qapını aça bilməyib, qapının çərçivəsini basıb əzmişlər. Belə ki, maşının pultu həmişə Rasimin özündə olmuş, açarı isə maşının «zamok»unün üstündə olmuşdur. Bundan sonra ehtiyyat açarla maşının qapısı açılıb işə salınmış və maşın məhəlləyə aparılmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunub iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs onun qonşusu olmuş, qapıları üzbəüz olmaqla aralarında yaxşı qonşuluq münasibətləri olmuşdur. Hadisə günü evdə futbola baxarkən, saat təqribən 23 radələrində küçədən möhkəm səs gəldiyini eşitmiş, qonşu olduğunu, özünün uşaqlarının üstünə qışqırdığını fikirləşmişdir. Diqqətlə qulaq asdıqda, dava-dalaş səsinə oxşadığını hiss edib tələsik qapıdan çölə çıxmış və 10-12 nəfərin bir nəfər şəxsi döyə-döyə apardıqlarını görmüşdür. Döyülənin kim olduğunu bilmədiyindən onlar tindən dönən vaxt o, ümumi olaraq döyülənin kimi olduğunu soruşmuş, bir nəfər şəxs «biz polisik, girin içəri» sözlərini demişdir. O, polisin dediyinə etiraz etmiş, elə həmin vaxt Rasimin əmisi arvadı çölə çıxıb Rasimi apardıqlarını demişdir. Tinə çatanda qara rəngli bir “Cip” maşınının hərəkətə başladığını, qalan şəxslərin isə ətrafa dağılışdıqlarını görmüşdür. Deyilənə görə həmin şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmuşlar. O, “uşağı niyə aparırsınız?” deyə soruşduqda, narkotikə görə apardıqlarını bildirmişlər. Qara “Cip” getdikdən sonra qalanlar Rasimin günü 25 manata icarəyə götürdüyü maşınını aparmağa gəlmiş, o, maşını niyə apardıqlarını soruşmuş, “maşın da getməlidir” cavabını vermiş və maşını adi qaydada işə salıb aparmışlar. Maşının açarlarını necə əldə etdiklərini o, bilməmişdir. Şahid5 ifadəsinin davamında göstərdi ki, hadisədən bir neçə gün sonra o, Rasimin anası, İlqar, Zaur və tanımadığı daha bir nəfər birlikdə Rasimin maşınını götürməyə getmişlər. Maşın BNMİ-nin həyətində olmuşdur. Onlar içəri keçmiş, lakin maşının mühərrikini işə sala bilməmişlər. Belə ki, maşının qapısı açılmamış, maşının dam hissədən içəri məftil əyib salaraq maşının qapısını açmışlar. Hazırda həmin maşının damında vintaçanın zədə izləri qalmaqdadır. Sonra polis əməkdaşlarının da köməyi ilə maşın işə salınmış, qonşu İlqar maşını idarə etmiş, maşını məhəlləyə aparmışlar. Rasimgilin həyətlərində yer olmadığından maşını başqa qonşunun həyətinə salmışlar. Bundan başqa, o, heç vaxt BNMİ-nin həyətində olmamışdır. O, Rasimin narkotik vasitələrdən istifadə etməsini və ya onları satmasını bilməmişdir. Ən nəhayət, cinayət işinə məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımış, onunla düşmənçiliyi olmamış, normal münasibətləri olmuşdur. Belə ki, Rasimin sürdüyü “Ravon- Neksiya” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı maşın ona məxsus olmuş, o, həmin maşını Rasimə kirayəyə vermişdir. İlkin müqavilə şifahi bağlandığından, ona etibarnamə vermişdir. Rasimin sürücülük vəsiqəsinin müddətinin bitməsinə 2 il 10 ay qaldığından, o, maşını həmin müddətə vermişdir. Rasim ona ilkin ödəniş kimi müəyyən qədər pul vermiş, qalan məbləği isə hər gün üçün 25 manat pul ödəmək barədə razılaşmışlar. Bütün məbləğ ödənildikdən sonra həmin maşın Rasimə qalmalı idi. Lakin Rasim 5 gündən bir ona 125 manat pul vermişdir. O, maşını Rasimə verərkən maşını nəzarətdə saxlaya bilməsi üçün Rasimin özünün xəbəri olmaqla maşında GPS proqramı quraşdırmış, maşını həmin proqram vasitəsi ilə özünün mobil telefonu vasitəsi ilə izləmişdir. Onun GPS.Az şirkəti ilə müqaviləsi olmuş, onun istifadəsində olan bütün maşınlarda GPS olmuşdur. Şahid6 ifadəsinin davamında göstərdi ki, tarixini unutduğu günlərin birində, həftənin şəmbə günü günortadan sonra ödənişə görə Rasimə bir neçə dəfə zəng etmiş, lakin ona zəng çatmamışdır. Narahat olduğu üçün o, GPS proqramına daxil olub maşını izləyərkən maşının Badamdar qəsəbəsində BNMİ-nin həyətində olduğunu müəyyən etmişdir. GPS-in məkanı təxminən 20-30 metr fərqli göstərə biləcəyi ehtimalını nəzərə alıb, Rasimin BNMİnin yaxınlığında nəsə işi ola biləcəyini və ona görə orda olduğunu fikirləşmişdir. Gecə saat 24:00-dək gözləmiş, lakin Rasimdən xəbər çıxmadığını görüb özü BNMİ-nə yaxınlaşmışdır. Orada qapıda dayanan nəzarətçilərdən maşının seriya və nömrəsini və markasını deyib maraqlandıqda, onlar maşının İdarənin həyətində olduğunu bildirmişlər. O, nəzarətçilərdən maşını nə üçün İdarənin həyətinə saldıqlarını soruşduqda, ona həftənin birinci günü yaxınlaşmağı məsləhət görmüşlər. Birinci gün bayram günü olduğundan, ikinci gün yaxınlaşacağı barədə razılaşıb oradan getmişdir. Amma birinci gün yaxınlarından rəhmətə gedən olduğu üçün o, Qəbələ rayonuna getmiş, yalnız üçüncü gün işə qayıtmışdır. Həmin gün GPS-lə təkrar maşını izlədikdə maşının X9 küçəsində, yəni Təqsirləndirilən şəxsgilin küçəsində olduğunu görmüşdür. O, nə məsələ olmasını öyrənməsi üçün köməkçisini göndərmiş, köməkçi gedib Rasimin bir qohumu ilə ofisə qayıtmışdır. Rasimlə maraqlandıqda onun adını bilmədiyi qohumu Rasimin tutulduğunu, maşınını da aparıb BNMİ-nin həyəinə qoyduqlarını bildirmiş, sonra gedib maşını çıxarmalarını danışmışdır. Bundan sonra o, Rasimin onun yanıma gələn qohumuna Rasimin maşının dəyərinin çox hissəsini ödədiyini bildirmiş, pulu batmasın deyə yaxın qohumlarından kiməsə etibarnamə verməsini təklif etmişdir. Sonra Rasimin anası gəlmiş, maşına görə onunla müqavilə bağlamış və qalan müddət üçün pulu özünün ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi GPS.az şirkəti tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli arayışla müəyyən edildi ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 adına qeydiyyatdan keçmiş **-AZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 15 dekabr 2018-ci il tarixdə həmin şirkət tərfindən müvafiq müqavilə əsasında **********28043 İD-li GPS/GLONASS telematik bloku “Teltonika FMB920” quraşdırılmış və hal-hazırda istifadə olunmaqdadır. Məhkəməyə təqdim olunan xx.xx.2017-ci il tarixli, notarial qaydada təsdiq olunmuş etibarnamədən görünür ki, baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid6 özünə məxsus “Ravon-Nexia R3” markalı,**-AZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 20.Xİ.2022-ci il tarixədək baxılan iş üzrə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək məqsədilə vermişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan nəqliyyat vasitəsinin nisyə alqısatqısına dair 23 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, Şahid6 məxsus “Ravon- Nexia R3” markalı,**-AZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günü 25 manat olmaqla nisyə olaraq təqsirləndirilən şəxsin anası Şahid3 satılmışdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda - təmiz çəkisi 4,745 qram təşkil edən heroin narkotik vasitəsini və bir ədəd bükümdə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda - təmiz çəkisi 10,032 qram təşkil edən metamfetamin psixotrop maddəsini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində araşdırılan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında” Avropa Konvensiyasının (bundan sonra: Avropa Konvensiyası), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını rəhbər tutaraq, Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və Qanununlarının, Avropa Konvensiyasının və s. tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs hələ saxlanılarkən kobud qanun pozuntularına yol verilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində ilk növbədə müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi üçün təqdim olunmuş sübutlar, o cümlədən Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə, saat 23-də 2 nəfərdən ibarət əməliyyat qrupunun üzavləri - Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİÜ əməliyyat müvəkkili Şahid2 və eyni İdarənin əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılması və onun birbaşa Yasamal RPİ-nin 28-ci PB-nə aparılması BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid2 BNMİ-nin rəisinə ünvanladığı 22 iyun 2021-ci il tarixli raport, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 28-ci PB-də saat 23:35-də şübhəli şəxs qismində tutulması haqqında 22 iyun 2021-ci il tarixli protokol, Təqsirləndirilən şəxs üzərində 23 iyun 2021-ci il tarixdə, saat 00:20-dən saat 00:32-dək şəxsi axtarış aparılmasını nəzərdə tutuan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokol, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən bir ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülər və həmin videogörüntülərin yükləndiyi DVD formatlı diskə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protokol, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli, 6/2557 saylı rəyi, Təqsirləndirilən şəxs götürülməsi iddia olunan və iş üzrə mddi sübut kimi tanınmış, çəkisi 10,032 qram təşkil edən metamfetamin psixotrop maddəsi və çəkisi 4,745 qram təşkil edən heroin narkotik vasitəsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş ambulator məcburi-narkoloji ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 3610 nömrəli rəyi, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 24 iyun 2021-ci il protokollar, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid2 və həmin İdarənin əməliyyat müvəkkili Şahid1 şahid ifadələri sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1-124.2.5-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı tədqiq olunan «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 22 iyun 2021-ci il tarixli qərarın 5-ci bəndinin və Azərbaycan Respublikası DİN-nin BNMİ-i üzrə «əməliyyat qrupunun yaradılması haqqında» Ə157-008- 21 saylı, eyni tarixli əmrin məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edib saxlaması barədə daxil olmuş məlumat yoxlanılması üçün Azərbaycan Respublikası DİNnin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid2 (qrupun rəhbəri) və həmin İdarənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi məhz qeyd olunan iki nəfər əməliyyatçıya həvalə edilmişdir. İstər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı dindirilmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərara və müvafiq əmrə uyğun olaraq Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirində ikisindən başqa qeyri əməkdaşların iştirak etmədtiyini, sonuncunun 22 iyun 2021-ci il tarixdə, saat 23 radələrində əməliyyat qrupunun üzvləri olaraq ikisi tərəfindən saxlanılıb Yasamal RPİ-nin 28-ci PB-nə aparıldığını ifadələrində göstərmişlər. Lakin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində 22 iyun 2021-ci il tarixdə, saat təqribən 22-23 radələrində yaşadığı evin qarşısında küçədə saxladığı özünə məxsus “Ravon-Neksiya” markalı maşına yaxınlaşarkən gözlənilmədən saylarını dəqiq bilmədiyi, lakin təqribən 8-10 nəfər mülki geyimli şəxslərin ona yaxınlaşıb cəld hərəkətlərlə onu tutmalarını, kimliklərini bilmədiyi üçün onlarla əlbəyaxa olduğunu, onu yerə yıxıb sürümələrini, amma həmin vaxt onu tutuan şəxslərdən Şahid2 adlı birinin özünü təqdim edib, polis olduqlarını ona dediyini, yəni onu saxlayanların iki nəfər deyil, qat-qat çox olduqlarını göstərmişdir. Təqsirləndirilən şəxs qeyd olunan xüsusatla bağlı göstərdiklərini məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasənda iş üzrə əlavə şahid olaraq dindirilən Şahid3 (təqsirləndirilən şəxsin anası) və Şahid5 bir daha təsdiq etmişlər. Şahid3 oğlu Təqsirləndirilən şəxs təqribən 10-12 nəfər tərəfindən aparıldığını qohumlarından eşitdiyini qeyd etmiş, Şahid5 isə Təqsirləndirilən şəxs təqribən 10-12 nəfərin döyə-döyə aparmalarını şəxsən gördüyünü, danışıqlardan həmin şəxslərin BNMİ-nin əməkdaşları olduqlarını öyrəndiyini göstərmişdir. Qeyd olunan şahid ifadələri də, Təqsirləndirilən şəxs yaradılmış əməliyyat qrupunun üzvləri olan iki nəfər polis əməkdaşı tərəfindən deyil, daha çox polis əməkdaşı tərəfindən saxlanılıb aparıldığını bir daha təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində 22 iyun 2021-ci il tarixdə, saat təqribən 22-23 radələrində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polislər onu özlərinə məxsus dövlət qeydiyyat nömrəsini bilmədiyi, “Mitsubişi” markalı cip modelli maşına mindirmiş, dərhal üst-başını axtarmış, heç nə tapa bilmədikdə üzərindən onun idarə etdiyi avtomaşının açarlarını götürmüş və onu “Mitsubişi”-də Yasamal RPİ-nin 28-ci PB-nə deyil, birbaşa BNMİ-nə aparmışlar. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən tutulub aparılarkən onun lizinq qaydalarına uyğun alıb idarə etdiyi, sahibi tərəfindən CPS cihazı ilə təmin olunmuş “Ravon-Neksiya” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı maşın həyətlərində olmuş, həmin maşını Şahid2 adlı polis Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yanınadək sürmüş, orada isə saxlayıb saxlayıb adını bilmədiyi başqa birinə vermiş, sonuncu isə onun maşınını idarə edərək BNMİ-nin həyətinə aparmışdır. Lakin məhkəmə baxışı mərhələsində iş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 22 iyun 2021-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatına əsasən yaşadığı evin qarşısında saxlayıb BNMİ-nə deyil, birbaşa Yasamal RPİ-nin 28-ci PB-nə apardıqlarını göstərsələr də, 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus hər hansı markadan olan avtomaşını BNMİ-nə və ya Yasamal RPİ-nin 28-ci PB-nə apardıqlarını ümumiyyətlə inkar etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 22 iyun 2021-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən BNMİ-nə aparılmasından dərhal sonra, sonuncunun günü 25 manat ödəməklə idarə etdiyi “Ravon-Neksiya” markalı avtomaşını apardıqlarını göstərmişlər. Şahid3 ifadəsində oğluna məxsus avtomaşını polis əməkdaşı olan Şahid2 sürüb apardığını, hətta avtomaşını idarə etməyə başlayarkən sürətlə idarə etdiyindən ətrafdakılara ziyan vura biləcəyini göstərmişdir. Şahid5 ifadəsində hətta polis tərəfindən avtomaşının aparılmasına etirazını bildirdiyini, lakin polislərdən birinin “maşın getməlidir” deməklə avtomaşını sürüb apardıqlarını göstərmişdir. Şahidlər Şahid3, Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs məxsus avtomaşının bir neçə gün BNMİ-nin həyətində qaldığını və qonşu İlqar adlı şəxs də daxil olmaqla onların birlikdə gedib həmin avtomaşını BNMİ-nin həyətində işə salıb Təqsirləndirilən şəxs və özlərinin yaşadıqları məhəlləyə apardıqlarını təsdiq etmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində özünə məxsus “Ravon-Neksiya” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı maşın Təqsirləndirilən şəxs kirayəyə verdiyini, avtomaşına CRS sistemi quraşdırıldığını, maşını GPS proqramı vasitəsi ilə özünün mobil telefonunda izlədiyini göstərmiş, kirayə haqqı ilə bağlı maşını izləyərkən maşının Badamdar qəsəbəsində BNMİ-nin həyətində olduğunu müəyyən etdiyini, özünün BNMİ-nə yaxınlaşıb maraqlandıqda maşının İdarənin həyətində olduğunu öyrəndiyini, həftənin üçüncü günü GPS-lə təkrar maşını izlədikdə isə maşının X9 küçəsində, yəni Təqsirləndirilən şəxsgilin küçəsində olduğunu gördüyünü təsdiq etmişdir. Bundan başqa, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi GPS.az şirkəti tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 21-098 saylı hesabatla **-AZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 23 iyun 2021-ci il tarixdə, saat 00:52:20-dən 29 iyun 2021-ci il saat 20:30:15-ədək Bakı şəhəri, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində, yəni BNMİ-nin inzibati binasının yerləşdiyi küçədə 6 gün hərəkətsiz dayandırılmış vəziyyətdə olduğunu, yalnız 29 iyun 2021-ci il saat 20:38:46-da isə Xıdır Mustafayev küçəsində, yəni Təqsirləndirilən şəxs yaşadığı ünvanda olduğunu, bu xüsusat üzrə dindirilmiş şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6 ifadələrinin həqiqətə uyğunluğunu, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 isə bilə-bilə yalan ifadə verdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ətrafında keçirilməli olan əməliyyat-axtarış tədbirləri ilə bağlı qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 22 iyun 2021-ci il tarixli qərarın 3-cü bəndində Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsinin, tutulduqdan sonra üstünün yoxlanılmasının və polis orqanına gətirilməsinin nəzərdə tutulması ilə yanaşı, həm də onun nəqliyyat vasitəsinin müşahidəsinin aparılması və hətta nəqliyyat vasitəsinə baxış keçirilməsi də nəzərdə tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs istifadəsində olmuş “Ravon-Neksiya” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının 22 iyun 2021-ci il tarixdə BNMİ-nin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülüb BNMİ-nin inzibati binasının yerləşdiyi ünvana aparılmasına və həmin ünvanda 6 gün müddətində hərəkətsiz saxlanılmasına baxmayaraq, avtomaşına qanuni əsaslarla hər hansı formada baxış keçirilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanının sübutlar siyahısında məhkəməməyə təqdim etdiyi Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən saxlanılması barədə BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili Şahid2 BNMİ-nin rəisinə ünvanladığı 22 iyun 2021-ci il tarixli raportda, Təqsirləndirilən şəxs saat 23:35-də şübhəli şəxs qismində tutulması haqqında 22 iyun 2021-ci il tarixli protokolda, Təqsirləndirilən şəxs üzərində 23 iyun 2021ci il tarixdə, saat 00:20-dən saat 00:32-dək şəxsi axtarış aparılmasını nəzərdə tutuan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokolda, həmçinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs sonuncular tərəfindən saxlanıldıqdan sonra dərhal Yasamal RPİ-nin 28-ci PB-nə aparıldığı qeyd olunmuşdur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs bu xüsusatı tamamilə inkar etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bu xüsusatla bağlı verdiyi ifadəsində göstərmişdir ki, o, 22 iyun 2021-ci il tarixdə saat 22-23 radələrində saxlanıldıqdan sonra hələ maşındaikən üzəri dərhal axtarılmış, heç nə aşkar edilməmiş, üzərində olan “Samsunq” markalı telefonu və siqareti götürülmüşdür. O, Yasamal RPİ-nin 28-ci PB-nə deyil, birbaşa BNMİ-nin inzibati binasına aparılmış, üst-başına baxılması İdarədə də davam etdirilmiş, lakin üstündən heç nə, o cümlədən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin gün buraxılmamış, nahaq yerə döyülmüş, heç bir sənədləşmə aparılmamış və qanunsuz olaraq növbəti günədək BNMİnin zirzəmisində saxlanılmışdır. Yalnız növbəti gün, yəni ayın 23-də o, günortaya yaxın Yasamal RPİ-nin 28-ci PB-nə aparılmış, orada onun qanunsuz olaraq etiraf etməsinə məcbur edlildiyi sənədləşmə aparılmış, guya onun üzərində şəxsi axtarış aparılmış və axtarış nəticəsində ondan cinayət işində göstərilən miqdarda narkotik vasitə və psixotrop maddə və bir ədəd tərəzi aşkar edilmişdir. Sənədləşmədən əvvəl mobil telefonu, siqareti özünə qaytarılmış və o, həmin əşyaları da çəkiliş zamanı çıxarıb təqdim etmişdir. Şahid3 məhkəmədəki ifadəsində göstərmişdir ki, Rasimin aparıldığını görüb onun telefonuna zəng etmiş, zəngə özünü BNMİ-nin əməkdaşı Səttar kimi təqdim edən şəxs cavab vermiş və Rasimin telefonunun onda olduğunu bildirmişdir. Səttar adlı şəxs hələ həmin vaxt orada hadisə yerində olmuş, qızı, “qardaşımın telefonu sizdə nə edir?” deyib qardaşına məxsus “Samsung” A3 markalı telefonu Səttardan almaq istədikdə sonuncu qızına qarşı zor tətbiq edib telefonu verməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində qohumu Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə, saat təxminən 23 radələrində saxlanıldıqdan sonra Yasamal RPİ-nin 28-ci PB-nə deyil, birbaşa BNMİ-nin inzibati binasına aparıldığını, orada saxlanıldığını, yalnız növbəti gün gündüz Yasamal RPİ-nin 28-ci PB-nə bir daha təsdiq edərək Rasimin saxlanılmasından sonra özünün istifadəsində olan ***-***-**-** və yaxud ***-***-**-** mobil telefon nömrəsi ilə Rasimin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini, telefona BNMİ-nin əməkdaşı Şahid2 cavab verdiyini, Raismə necə kömək etmək ətrafında bir neçə dəfə Səttarla zəngləşib söhbət etdiyini, sonuncunun onlardan 30.000 manatdan 10.000 manatadək müxtəlif məbləğlərdə rüşvət istədiyini, 23 iyun tarixdə səhər BNMİ-nin qarşısına gedib Rasimin orada olduğunu öyrəndiyini, Səttar «Prado» markalı maşınla işə gələrkən BNMİ-nin qapısının ağzında onunla görüşdüyünü, Şahid2 son sözünün 10.000 manat olduğunu, tanışının məsləhəti ilə 5000 manatı toplayanacan Rasimin artıq Yasamal RPİ-nin 28-ci PB-nə aparıldığı öyrəndiyini bildirilmişdir. Şahid4 ifadəsində Səttarla danışmaq üçün yalnız «WhatsApp»la Rasimin telefonuna zəng etdiyini, telefonun Səttarda olduğunu və zənglərə sonuncunun cavab verdiyini göstərmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və Şahid4 ifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrələrinin 22 iyun 2021-ci il tarixdə, saat 22:00-dan 23 iyun 2021-ci il tarixə, saat 00:00-dək olan müddət ərzindəki əhatə dairəsi, həmin mobil nömrələrə daxil olan və nömrələrdən çıxan zənglər barədə məlumatlar "xxxx" MMC-dən götürülmüşdür. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla 22 iyun 2021-ci il tarixdə, saat 23:12:02-dən, yəni o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sorğu olunan vaxtadək GPRS (internet, paketli radio rabitə) üzərindən 4.767 saniyə danışıq aparılmış və mobil nömrə həmin müddətdə əvvəlcə Nəsimi, saat 23:35-dən sornra isə Yasamal rayonlarının əhatə dairəsində olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Yasamal RPİ-nin 28-ci PB-də 23 iyun 2021-ci il tarixdə, saat 00:20-də başlanmış və saat 00:32-dək, yəni 12 dəqiqə ərzində davam etmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarışın aparıldığı 12 dəqiqə ərzində Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni və psixotrop maddəni çıxarıb təqdim etmiş, elektron tərəzidə çəkilməklə hər iki şübhəli maddənin miqdarı müəyyənləşdirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, onun şalvarının sol arxa cibindən bir ədəd «Samsung» mobil telefon aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində «Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokolun və məhkəmə baxışı zamanı nümayiş olunan şəxsi axtarış və götürmə aparılması prosesini özündə əks etdirən videogörüntülərin müqayisəli təhlili göstrir ki, tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokol videogörüntülərə uyğunlaşdırılmaqla tərtib edilmişdir. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefona dair "xxxx" MMC-dən götürülmüş məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla 22 iyun 2021-ci il tarixdə, saat 23:50:00-dan başlayaraq GPRS (internet, paketli radio rabitə) üzərindən fasiləsiz olaraq 2489 saniyə (41,4 dəqiqə) danışıq aparılmışdır ki, qeyd olunan bu müddət Təqsirləndirilən şəxs üzərində 23 iyun 2021-ci il tarixdə şəxsi axtarışın aparıldığı saat 00:20-dan saat 00:32-dək olan müddəti də əhatə edir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında 03 iyun 2022-ci il tarixli məhkəmə iclasında qəbul edilmiş müvafiq qərara əsasən Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sorğu verilməklə Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən 22 iyun 2021-ci il tarix də daxil olmaqla Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə aparılıb-aparılmaması, aparıldığı təqdirdə hansı tarixdə və vaxtda aparılması, qeydiyyata alınıb-alınmaması, həmçinin 28-ci Polis Bölməsinə aparılma əsasları barədə məhkəməyə rəsmi arayış verməsi tələb olunmuşdur. Lakin məhkəmə sorğusuna vaxtında və adekvat cavab verilməmiş, Yasamal RPİnin 28-ci PB-si 22 iyul 2022-ci il tarixli məktubla Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı Azərbaycan Respublikası DİN-nin BNMİ-nə müraciət etməyi məhkəməyə məsləhət görmüşdür. Bundan sonra 08 avqust 2022-ci il tarixli sorğu ilə Bakı şəhər BPİ-nə, Yasamal RPİyə və RPİ-nin 28-ci Polis Bölməsinə eyni xahişlə təkrar müraciət olunmuş, həmçinin Yasamal RPİ-nin 28-ci PB-nin 22 iyul 2022-ci il tarixli məktubla verdiyi cavaba məhkəmə öz münasibətini bildirmişdir. Qeyd olunanlara baxmayaraq, Yasamal RPİ-nin 28-ci Polis Bölməsindən təkrar sorğuya verilən 16 avqust 2022-ci il tarixli cavabdan görünür ki, Polis Bölməsinin vəzifəsi Bölməyə gətirilən şəxslər üzərində prosessual hərəkətlərin aparılması üçün yalnız xidməti otaq təmin etməkdən ibarət olmuş, gətirilən şəxslər barədə heç bir qeydiyyat aparılmamışdır. Həmin məktubla məhkəməyə edilən «tövsiyə»dən görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirilib-gətirilməməsini və gətirilmə əsaslarını aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası DİN-nin BNMİ-nə müraciət olunmalıdır. Hansı ki, işdə olmaqla məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin rəisinin imzası ilə Yasamal RPİ-nin rəisinə ünvanlanmış 008-xx-xx-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilinən Təqsirləndirilən şəxs Yasamal RPİ-nin X11 (MSY) saxlanılmasından ötrü müraciət edilmişdir. Qeyd olunanlara məsul olan Yasamal RPİ-nin 28-ci Polis Bölməsindən məhkəmə sorğularına uyğun cavablar verilməli olduğu halda, belə cavab verilməmiş, lakin Bakı şəhər BPİ 28 avqust 2022-ci il tarixli məktubla Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Yasamal RPİnin 28-ci Polis Bölməsinin inzibati ərazisində saxlanılıb həmin PB-nə aparılması, orada baş idarənin əməkdaşları tərəfindən müvafiq sənədləşmənin aparılması və aidiyyatı üzrə iəhvil verilməsi barədə ümumi sözlərlə məhkəməyə məlumat vermiş, amma bunu təsdiq edəcək heç bir sənədi məktuba əlavə etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçiriməsinə dair Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərarına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 445.1, 445.1.1-445.1.6-cı maddələrinin tələblərinə görə məhkəmənin qərarı əsasında telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması, binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi və insanların güdülməsi kimi əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçiriməsinə dair Azərbaycan Respublikası DİN-nin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarda göstərilən tədbirlər (daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən sonra yaxalanması, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərinə, əşyalarına, nəqliyyat vasitələrinə və yaşayış yerinə baxış keçirilməsi) isə Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsində qeyd olunan əməliyyat-axtarış tədbirlərinin siyahısına daxil deyildir və məhkəmə nəzarətinin predmeti ola bilməz. «Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə prosessual funksiyaların bölüşdürülməsi prinsipini rəhbər tutaraq, əməliyyat-axtarış və ya ibtidai araşdırma subyektlərinin fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır. Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçiriməsinə dair Azərbaycan Respublikası DİNnin BNMİ-nin XMİ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar məhkəmə nəzarətinin predmeti ola və qanuni hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı “ASAN” xidmət mərkəzinin inzibati binasının yaxsınlığında şəxsiyyəti müəyyənləşdirilməmiş «Məmməd» adlı şəxsə 130 manat pul ödəməklə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə çəkisi 4,745 qram olan külli miqdarda heroin narkotik vasitəsini və bir ədəd bükümdə çəkisi 10,032 qram olan külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib üzərində saxlamaqla daşıması və 22 iyun 2021-ci il tarixdə, saat 23:00 dəqiqədə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci PBnin inzibati binasına aparılması, orada üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitənin və psixotrop maddənin külli miqdarda aşkar edilib ondan götürülməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə belə nəticəyə gəlir ki, həmin ittiham üzrə təqsirləndirilən şəxsə qarşı toplanmış sübutlar Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əldə olunduğundan məhkəmə baxışı zamanı araşdırılan həmin sübutlar, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində hər hansı növdən olan narkotik vasitənin və ya psixotrop maddənin olub-olmaması, məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 3610 saylı rəyində qeyd olunduğu kimi Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, onun narkotik vasitələri hansı məqsədlə alıb əldə etməsi, saxlaması və daşıması hüquqi cəhətdən əhəmiyyətini itirmişdir və bu xüsusat üzrə əlavə məhkəmə araşdırması aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. Avropa Məhkəməsi Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyun 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,695 qram narkotik vasitə hesab edilən heroin və 9,982 qram psixotrop maddə hesab edilən metamfetamin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin miqdarda heroin narkotik vasitəsini metamfetamin psixotrop maddəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə maddi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan narkotik vasitənin 23 iyun 2021-ci il tarixli, 6/2557 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 109,90 (yüz doqquz manat 90 qəpik) manat, 30 iyul 2021-ci il tarixli, 5/689 saylı məhkəmə-texniki ekspertizalarının keçirilməsinə 60,0 (altmış) manat - cəmi 169,90 (yüz altmış doqquz manat 90 qəpik) manat ekspertiza xərci sərf edilmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 23 iyun 2021-ci il tarixli, 6/2557 saylı məhkəmə-kimyəvi və 30 iyul 2021-ci il tarixli, 5/689 saylı məhkəmə-texniki ekspertizalarının keçirilməsinə sərf olunan 169,90 (yüz altmış doqquz manat 90 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,695 qram narkotik vasitə hesab edilən heroin və qalıq çəkisi 9,982 qram psixotrop maddə hesab edilən metamfetamin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, həmin miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; iş üzrə maddi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 23 iyun 2021-ci il tarixli, 6/2557 saylı məhkəmə-kimyəvi və 30 iyul 2021-ci il tarixli, 5/689 saylı məhkəmə-texniki ekspertizalarının keçirilməsinə sərf olunan 169,90 (yüz altmış doqquz manat 90 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-312/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-312/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver