Məhkəmə qərarları › İş №1(101)-312/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-312/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-312/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 və Qasımzadə Banu Pənah qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X6 və X3, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 6,125 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 09 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada saat 18:31-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd sellofan bükümlərdə kimyəvi tərkiblərinə görə aralarında eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkiləri 3,022 qr və 3,103 qr olmaqla, ümumi təmiz çəkisi 6,125 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o hadisə baş verən gün Murad adlı dostu ilə görüşüb idman zalına gedəcəkmiş. Qardaşıoğlu ona zəng edərək demişdir ki, Muradı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qovmuş, o da qaçmışdır. Bundan 5-10 dəqiqə sonra Murad “Whatsapp” proqramı vasitəsilə ona zəng edib polis əməkdaşlarının onu qovduğunu, onun da qaçdığını, lakin bunun səbəbini bilmədiyini demişdir. Bundan əlavə Murad avtomobilinin məhəllədə qaldığını bildirib onu evə aparmağını istəmişdir. Onunla avtoyuma məntəqəsinin yanında görüşmək barədə razılaşmışlar. O avtoyuma məntəqəsinin yanına çatmış, zəng vurmağına baxmayaraq o cavab verməmişdir. Bu vaxt 4 nəfər şəxs ona yaxınlaşmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun avtomobilini onlardan biri idarə etmişdir, digər 3 nəfər isə ikisi yanında, biri isə qabaq oturacaqda oturmaqla onu özlərinə məxsus avtomobilə əyləşdirmişlər. Avtomobilə əyləşdiyi vaxt sağında oturan polis əməkdaşı sinəsinə yumruq vuraraq ondan “Murad haradadır?”, deyə soruşmuşdur. O isə Muradın harada olduğunu bilmədiyini demiş, polis əməkdaşı isə “Necə yəni bilmirsən? Muradla görüşməli deyildin?”, deyə ondan soruşduqda, o Muradla görüşüb onu evinə aparacağı barədə razılaşdıqlarını, lakin mobil telefonuna zəng çatmadığı üçün onunla əlaqə saxlaya bilmədiyini bildirmişdir. İdarəyə getmişlər. İdarədə 3 gün müddətində ancaq ondan Muradın avtomobilləri haradan aldığını, onun nə yeyib-içdiyini və digər məlumatları soruşmuşlar. O isə Kənan olduğunu, Murad barədə məlumatları bilmədiyini bildirmişdir. Bu vaxt əməliyyatçılardan birinə iş yoldaşı zəng edərək, Muradı hansı səbəbdən axtardıqlarını və qovduqlarını soruşmuşdur. Həmin əməliyyatçı isə telefonla danışdığı iş yoldaşına Muradın ünvanına nalayiq sözlər işlədərək, Muradı tutacaqlarını, onun dostunu tutduqlarını, əgər yaxşı oğlandısa, gəlib təslim olmalı olduğunu, yalnız bu halda dostunu, yəni onu azadlığa buraxacaqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları idarənin birinci mərtəbəsində solda yerləşən otaqda bir şəxslə onu görüşdürmüşlər. Həmin şəxs də yenə eyni formada ondan Muradın yerini soruşmuş və ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşduqda, o arabir nəşə çəkdiyini demişdir. Həmin şəxs ondan Murada zəng etməyini istəmiş, o isə Muradın telefonuna zəng çatmadığını bildirmişdir. Bundan sonra onu başqa bir otağa aparmışlar. Orada yenidən ondan Muradı aldadıb idarəyə çağırmağını istəmişlər, o isə Muradla heç özlərinin əlaqə saxlaya bilmədiyini, onun necə əlaqə saxlaya biləcəyini soruşmuşdur. Bundan sonra həmin şəxslər ondan onlara silah və yaxud da narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxsin adını verməyini istəmişlər. O isə belə şəxsləri tanımadığını demişdir. Bundan sonra ondan Muradın adətən getdiyi yerləri soruşmuşlar. Həmin şəxslər ona qarşı alçaldıcı hərəkətlər edirmişlər. O da artıq bezib onlara Muradın adətən getdiyi yerlərdən bir neçəsini demişdir. Onlar onun dediyi yerlərə gedib-gəlib Muradın dediyi yerlərdən heç birində olmadığını deyib, onları sanki aldatdığını deyirmişlər. Bundan sonra Seymur adlı oğlan masanın üzərinə iki ədəd büküm yerləşdirərək digər əməliyyatçılara “Bunu ona verəcəksiz” deyərək onu işarə etmişdir. Şamil ona belə olan halda onu tutmalı olduqlarını, 5-6 aydan sonra onlar istəsə, azadlığa çıxa biləcəyini, əgər azadlığa çıxsa, onların görüşünə gəlməli olduğunu bildirmişdir. O baş verənlərdən şok vəziyyətində imiş. Bundan sonra onu başqa bir otağa aparmışlar. Orada Mirata adlı polkovnik, vəkil və əməliyyatçılar var imiş. Onun cibinə narkotik vasitə, 15 manat pul və əlavə olaraq avtomobilində olan bıçağı yerləşdirmişlər. Üzərində özünə məxsus telefonu var imiş. Bıçaq da onun imiş, lakin o avtomobilin olmuşdur. Polis əməkdaşlarından biri videoçəkiliş edirmiş. O üçüncü dəfə videoçəkilişdən sonra, polislər nə demişdilərsə, ona uyğun hər şeyi etmişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və bu baş verənlərin hamısı dostu Murada görə ona hazırlanmış oyun imiş. Suallara cavab olaraq bildirmişdir ki, yalnız marixuanadan istifadə etmişdir. Tutulduğu günə qədər marixuanadan istifadə etmişdir. İş materiallarında olan izahatı o yazmamışdır, həmin ifadəni təsdiq etmir, təzyiq altında olmuşdur. Təzyiqə məruz qalmağı barədə bir çox orqana şikayət etmiş, lakin araşdırmanın nəticəsini bilməmişdir. Polis əməkdaşlarının ona qərəzli yanaşmasına səbəb Muradla olan dostluğu olmuşdur. Onlar elə zənn edirmişlər ki, o Muradın yerini bilir, lakin onlara demir. Onun üzərində yalnız telefonu, evi və avtomobilinin açarları var imiş. Başqa heç nə yox imiş. O avtomobili ilə toy mərasimlərində iştirak edirmiş. Bıçaq avtomobilində imiş. Həmin gün bir toy mərasimi üçün şəxslərlə razılaşmışdır. Polis əməkdaşları bıçağı üzərinə yerləşdirmişlər ki, əgər bıçaq avtomobilində aşkar edilsə, istintaq müddəti ərzində uzun müddət avtomobili onlarda qalmalı imiş. Ona belə demişlər. Üzərinə pul yerləşdirmələrində məqsədləri baş verənləri inandırıcı göstərmək imiş. ********** saylı mobil nömrə onun istifadəsində olmuşdur, həmin nömrədən 10 il imiş ki, istifadə edirmiş. İş materiallarında olan sms yazışmaları ilə tanışdır. İş materiallarında olan digər şəxslərə yazdığı mesajların əsas məzmunu onun öz şəxsi istifadəsi üçün marixuana axtarmağı barədə olmuşdur, bir dostu psixotrop tərkibli dərmanlardan istifadə etdiyi üçün ona öz iradını bildirib “Ya məndən uzaq dur, ya da dərmandan” məzmunlu mesaj yazmışdır. Digər bir tanışı isə ona bir dəfə yazmışdır ki, “Yatmamısansa, gedək, bir yerdə narkotik vasitə istifadə edək”. Dostunun adı Murad olmuşdur. Muradla uşaqlıqdan bəri dost olmuşlar, lakin onunla mütəmadi olaraq görüşmürlərmiş, ancaq məşqdən-məşqə. Polis əməkdaşları onu tutub avtomobilə əyləşdirib idarəyə apararkən yolda telefonunu əlindən almışlar. Bundan sonra onlar Murada onun telefonu ilə zəng etmişlər. Polis əməkdaşları ona əvvəlcədən demişlər ki, əgər Murad telefona cavab versə, onu harasa görüşə dəvət etsin. Lakin o polis əməkdaşlarına bunu edə bilməyəcəyini bildirmişdir. Buna səbəb o imiş ki, o, 3 uşaq atasıdır, dostu həbsə girib, 3 il yatıb çıxdıqdan sonra o dostunun üzünə baxa bilməz. O öz iradını bildirdikdən sonra polis əməkdaşları onu avtomobildə döyməyə başlamışlar. Onu idarədə vəzifəli şəxslə görüşdürəndə polis əməkdaşları həmin vəzifəli şəxsə onu Muradın dostu kimi təqdim etmişlər. Həmin şəxs isə Muradın yerini soruşmuşdur. Polis əməkdaşları 4 nəfər olmuşlar. Üzərinə 2 ədəd büküm yerləşdiriləndə vəkil də orada imiş. Vəkil üzərinə narkotik vasitə yerləşdiriləndə ona nə isə demişdir, lakin bunu xatırlamır. Buna görə hətta videoçəkiliş bir dəfə də dayandırılmışdır. O əməliyyatçılara Muradın adətən getdiyi, mikrorayon ərazisində olan iki çayxana və bir idman zalı adını demişdir. O Muradın getdiyi yerlər barədə məlumatı saxlanıldığı günün səhərisi günü onlara demişdir. Saxlanıldığı günə qədər heç vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarəyə çağırılmamış və xəbərdar olunmamışdır. Bakı İstintaq Təcridxanasına daxil olarkən təzyiqə məruz qaldığını oradakı şəxslərə deyib-demədiyini xatırlamır. Polkovnik Mirata adlı şəxsin otağında onun üzərinə şəxsi axtarış keçirilmişdir. Heç vaxt heroindən istifadə etməmişdir. Heç vaxt narkotik vasitə satmamışdır. Murad idmançı dostu imiş, onlar Muradla birgə fitnes zalına gedirmişlər. Marixuananı dost-tanışdan alırmış. Marixuananı Yasamal rayonu ərazisində Qara-Qara deyilən şəxsdən alırmış. Onun adını bir dostu ona demişdir. Həmişə Qara-Qara deyilən şəxsdən marixuana almırmış. 3-5 gündən bir marixuanadan istifadə edirmiş. Muradla bir yerdə nəşə çəkmişlər. Muradla birgə nəşə çəkəndə onda olanda onun nəşəsini, Muradda olanda isə Muradınkını biryerdə istifadə edirmişlər. Həmin vaxt ikisindən hansında nəşə olurdusa, onu birgə istifadə edirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 iyun 2022-ci il tarixdə o və digər əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Təqsirləndirilən şəxsı Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsində saxlamışlar. Onu baş idarəyə dəvət etmişlər. Baş idarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində bıçaq və narkotik vasitə aşkar edilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində bıçaq və narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bıçağı 15 gün əvvəl avtoyuma məntəqəsindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün adını xatırlamadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və idarəyə gətirilərkən onlara etiraz etməmişdir, onlarla birgə idarəyə getmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitənin miqdarı barədə onlara etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində mobil telefon var imiş. Təqsirləndirilən şəxs üzərində olan telefona baxış keçirilib-keçirilmədiyini bilmir. Təqsirləndirilən şəxsı əməliyyat məlumatına əsasən saxlamışlar. Əməliyyat məlumatı narkotik vasitənin qanunsuz dövriyyəsi barədə olmuşdur. Qanunsuz dövriyyə dedikdə, istifadə, gəzdirmə və daşıma nəzərdə tutur. Satış barədə də məlumat var imiş, lakin satış faktı müəyyən olunmamışdır. Əməliyyat məlumatında satış qeyd olunmuşdur, lakin satış faktı müəyyən olunmamışdır, yəni bunu təsdiq edən sübut tapılmamışdır. Onlar Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması faktını müəyyən etməmişlər. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat işi açmamışlar. Əməliyyat işi həmişə açılmır. Əməliyyat məlumatı hansı məzmunda daxil olmuşdursa, həmin məzmunda da raportla rəhbərliyə məruzə etmişdir. Raport məruzə edildikdən sonra əməliyyat tədbiri keçirmələrinə icazə verilmişdir. Əməliyyat tapşırığında şəxsin kimlərə narkotik vasitə satması hallarını araşdırmalı olduqları göstərilmişdir. Onlar da cavab yazmışlar ki, satış faktı müəyyən olunmamışdır. Əmr verilibsə, onun icrası məcburidir. Tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirmişlər, lakin zərurət yaranmadığından evinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxsı saxladıqları yerdə market olmalı imiş. Lakin marketin adını bilmir. Marketin böyük və ya kiçik olduğunu bilmir. Əməliyyat məlumatı səhər saatlarında daxil olmuşdur. Əməliyyat məlumatının qanuniliyinin yoxlanılması barədə məhkəməyə müraciət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baş idarədə baxış keçirmişlər. Baş idarəyə Təqsirləndirilən şəxsı dəvət etmişlər, oraya müdafiəçi də dəvət etmişlər və videoçəkilişdən istifadə olunmaqla onun üzərinə küçədə yox, baş idarədə şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxsı saxladıqları günə qədər onun barəsində onlara məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxsı döyməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitəni satmasına dair ittihamın təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınan polis əməkdaşları da ayrı-ayrılıqda verdikləri ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı narkotik vasitlərin istifadəsi və dövriyyəsi barədə olsa da o, üzərindən aşkar olunan narkotik vasitəni öz şəxi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 12 iyul 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 08.07,2022-ci il tarixli BKC/LGL- 9542/22 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 10 iyun 2021 -ci il tarixdən 10 iyun 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, göndərilən SMS yazışmalarının içərisində ***-***-**-** saylı GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə Kənan Kəriova “Ata motilerin cani pisem cekmisense gedey birin gotrey сексу... Senol sen yaxwi hereket elemedin sox***e ona narkomansan dene andun soyuwun yoxdu bu deq mehluzde durmuwam sagol dene bunnan pis gune qalassan eybi yox" mətnli, Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx-xx-2021 -ci il tarixdə "... uzax olpervin menen, dedim o darimanan uzax ol ola bilmedin, hec olmasa menen uzax ol”, 055-202-16- 82 GSM nömrənin abunəçisinə xx-xx-2021-ci il tarixdə “Sen gel qardawivi weysiz qoyma, helkem bura gelib qayidasan? Cixa bilmirem ey ata cixasi vezyetde deyilem, ezyetimi cekde qardaw deyilik", ***-***-**-** saylı GSM nömrənin abunəçisinə 19- 05-2022ci il tarixdə “Qardawin boyuva qurban olsun bu gun meni vezyetden cixart ata yasamlda zada hec yanda yoxdu, yata bilmiyecem bir cekimliy ata can" mətnli qısa masajların yazması məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İbtidai itintaq yuxarıda əksini tapan SMS yazışmalarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut növü kimi qəbul etsə də, məhkəmə bununla razılaşmır və SMS-lərə hüquqi qiymət verərək, hesab edir ki, həmin yazışmalara diqqət yetirəndə Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələrin satışını həyata keçirilməsi öz əksini tapmır, əksinə olaraq Təqsirləndirilən şəxs başqa şəxsdən öz istifadəsi üçün narkotik vasitə istəyir. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması barədə və eyni zamanda polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Cinayət işində olan 09 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin və 01 ədəd bıçaq olduğunu bildirərək, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, 01 ədəd avtomobil açarını, 01 ədəd mənzil açarını, 01 ədəd İphone markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd bıçağa oxşar dəmir predmeti və 15 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan heroini 09 iyun 2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon ərazisində Taleh adlı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağı təxminən 15 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon ərazisində yerləşən avtoyuma məntəqəsində yuyucu işləyən Elnur adlı şəxsdən təmənnasız aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bıçaqlara marağı olduğu üçün həmin bıçağı üzərində saxlayıb gəzdirdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 6 saylı möhürü ilə möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd İphone markalı mobil telefon iş üzrə əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası təyin edilərək rəyi alınmışdır. Ekspertizanın 10 iyun 2022-ci İl tarixli 6/3266 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,022 qram, 3,103 qram, ümumi təmiz çəkiləri 6,125 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 və 2 №-li obyektlərə aid olan heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”~in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi-6,125 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-6,025 qram.(ekspertiza tədqiqatının dəyəri 110(yüz on) manat) Cinayət işi materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)- 685/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)- 758/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilii, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işi materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır. Cinayət işi materiallarından görünür ki, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2022-ci il tarixli 2097/K nömrəli rəyində göstərilir ki: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabioid” və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsinin 3156 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sındromu (narkomanıya xəstəlıyı) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizası təyin edilərək rəyi alınmışdır. Ekspertizanın 20 iyun 2022-ci İl tarixli 3/798 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01( bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir.(ekspertiza tədqiqatının dəyəri 64(altmış dörd) manat) Cinayət işi materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Kərimov X2 Sabina Ramizovna ilə nikahda olmaqa həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı övladları var. Cinayət işi materiallarında olan 13 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 istintaq vermiş olduqları ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək onu ifşa etmişlər. Cinayət işi materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 12 sentyabr 2022ci il tarixli 2422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Yoxlanılan şəxsdə müəyyən edilən emosionlar davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Cinayət işi materiallarında olan Nərimanov rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X8 tərəfindən qəbul olunmuş 16 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 312\MEŞ saylı rəyi ilə Təqsirləndirilən şəxs bədən üzərində xəsarətlərun olmaması müəyyən edilmiş və onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 09 iyun 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 174 (yüz yetmiş dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,025 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD-R diskin və SMS məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 174 (yüz yetmiş dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 174 (yüz yetmiş dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,025 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD-R diskin və SMS məlumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar