Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-312/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı3, zərər çəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Bakı şəhəri 14 Vəkil Bürosunun vəkili Nümayəndə Məmmədhüseyn oğlunun, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi, rusazərbaycan dilləri üzrə tərcüməçilər X7 və X6 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 28 dekabr 2022-ci il tarixdə tutulmuş, 30 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 dekabr 2008-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Klin şəhərində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan, silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla basqın edərək, xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 dekabr 2008-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi, ev 4, mənzil 201 ünvanında yerləşən kirayə qaldığı evdə sevgili münasibətində olduğu Ryabova (Şikanova) Yekaterina Nikolayevna ilə birlikdə olarkən, saat 20 radələrində onların evinə qonaq gəlmiş Şahid1 rəfiqəsi Zərərçəkmiş şəxs Nəsrəddinovnanın üzərində bir ədəd “Nokia 5310” markalı mobil telefon, qırx qramlıq kulonlu qızıl zəncir, on qramlıq qızıl zəncir, dəst sırğalar və zümrüdlü qızıl üzük, qızıl bilərzik, iki və ya üç üzük və on min Rusiya rublu nağd pulun olduğunu görüb, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, yaşadığı evdə gündəlik istifadə edilən çəkici silah qismində istifadə etmək üçün götürüb, onun üzərinə hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, sonuncunun baş nahiyəsinə üç dəfə zərbə endirib sağlamlığına ağır zərər vurduqdan sonra hadisə yeri hesab olunan otaqda olan divana uzadıb, zərərçəkmiş şəxsin yalvarışlarına və imdad diləməsinə məhəl qoymayaraq, öz hərəkətləri ilə Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edib, bunu arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək, əlinə keçən kəmər və ya kəndirlə (istintaq zamanı dəqiq müəyyən edilməmişdir) boğmağa başlamış və zərərçəkmiş şəxsi qəsdən öldürdüyünə əmin olaraq, sonuncunun paltarlarını çıxarıb, Zərərçəkmiş şəxs meyitini hamam otağına apardıqdan sonra həyətə düşərək iki rulon zibil paketi və beş şüşə ağardıcı məhlul alaraq evə qayıtmış, mətbəx otağından gündəlik məişətdə istifadə edilən bıçağı götürərək törətmiş olduğu cinayət əməlinin izlərini gizlətmək məqsədi ilə Zərərçəkmiş şəxs meyitini bıçaqla doğrayıb hissələrə ayıraraq ümumilikdə altı ədəd paketə doldurub, yaxın həyətlərdə olan müxtəlif zibil qablarına atmış, sonuncunun üzərində müvafiq dövrün kursuna uyğun olaraq ümumi dəyəri 840 Azərbaycan manatına bərabər 30.000 Rus rublu məbləğində qızıl-zinət əşyalarını, 142,9 Azərbaycan manatına bərabər tutulan 5.101,6 Rusiya rublu dəyərində “Nokia 5310” markalı mobiltelefon cihazını və 280 Azərbaycan manatına bərabər tutulan 10.000 Rusiya rublu dəyərində nağd pul vəsaitini quldurluqla ələ keçirmiş, həmçinin xüsusi amansızlıqla və quldurluqla əlaqədar Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs 27 dekabr 2008-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Klin şəhərində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan, silah qismində istifadə edilən əşya tətbiq etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nəsrəddinovnanın sağlamlığına ağır zərər vurulmaqla basqın edərək, xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etdi, məhkəməyədək icraat mərhələsində düzgün ifadə verdiyini, lakin ona göndərilən ittiham aktında düzgün yazılmadığını qeyd edib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinin elan edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Yeganə Məhərrəmova ilə rəsmi olaraq ailə həyatı qurmuş, bundan sonra 2006-cı ilin sonlarında işləmək üçün Rusiya Federasiyasının Moskva vilayətində yerləşən Klin şəhərinə getmişdir. Bir il Rusiyada yaşadıqdan sonra övladı dünyaya gəldiyindən Bakı şəhərinə qayıtmış və bir həftə qaldıqdan sonra yenidən Klin şəhərinə getmişdir. Orada “Russkiy klub” adlı restoranda administrator işləmişdir. Həmin restoranda ofisiant işləyən Şahid1 (həmin vaxtlar subay olduğundan soyadı Şikanova olmuşdur) ilə tanış olmuş və münasibətləri yaranmışdır. Bir müddət sonra isə Klin şəhəri, Liteynaya küçəsi, ev 4, mənzil 201-də kirayə qaldığı evdə Şahid1 ilə birlikdə yaşamağa başlamışlar. Bundan əvvəl isə Yekaterina Klin vilayətində yerləşən Vısokovsk şəhərində bibisinin evində yaşamış və o, arada bir Yekaterinanın yanına getmişdir. Elə həmin şəhərdə olarkən Yekaterinanın rəfiqəsi Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Saxobat hansısa barda ofisiant işləmişdir. O, Yekaterina ilə birlikdə yaşamağa başladıqdan sonra isə Saxobat bir neçə dəfə onlara qonaq gəlib-getmişdir. Onun Saxobat ilə hər hansı yaxın münasibəti olmamışdır. Saxobatın dediyinə görə anası onu öz qohumlarından kimləsə evləndirmək istəmiş, ancaq Saxobat həmin şəxslə ailə həyatı qurmaq istəməmiş və bunun üstündə anası ilə tez-tez mübahisələri düşürmüş. Tanışlıqdan bir müddət sonra Saxobat onunla yaxınlıq etməyə cəhd göstərməyə başlamışdır. Belə ki, Yekaterinanın rus milliyyətindən olduğunu, onların hər ikisinin (Zərərçəkmiş şəxs-Təqsirləndirilən şəxs) müsəlman olduqlarını, özünün qız uşağı olduğunu bildirmiş və onunla ailə həyatı qurmasını istəmişdir. O isə Saxobata Azərbaycanda arvadı və uşağının olduğunu bildirmişdir. O, Yekaterinaya da Bakıda ailəsinin olduğunu əvvəldən demişdir. Saxobat qız uşağı olduğundan o, sonuncu ilə heç vaxt yaxınlıq etmək istəməmiş, Yekaterina da onun belə düşündüyünü bilmişdir. Ona görə də aralarında qısqanclıq mövzusunda hər hansı mübahisələri olmamışdır. Son dövrlərdə Saxobat onlara tez-tez gəlmiş və hər dəfə ikisi qaldıqda sonuncu eyni söhbətləri açmışdır. O da olanları Yekaterinaya danışacağını bildirmişdir. Belə olduqda Saxobat guya onun Saxobatla yaxınlıq etmək istədiyini və qarşılıq almadığından onun Saxobata şər atdığını Yekaterinaya deyəcəyini bildirmişdir. Ona görə də son vaxtlar Saxobat onlara qonaq gəldikdə, o, müxtəlif bəhanələrlə evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, 27 dekabr 2008-ci il tarixdə, saat 20 radələrində Saxobat yenə onlara qonaq gəlmiş, Yekaterina ilə o da evdə olmuşlar. Qadınlar otaqda oturub söhbət edirmiş, o isə mətbəx otağına keçib siqaret çəkmiş və sonra Yekaterina və Saxobatın yanına getmişdir. Həmin vaxt Yekaterina yemək bişirmək üçün mətbəx otağına getmiş, onlar ikisi otaqda qalarkən Saxobat ona dedikləri barədə nə düşündüyünü soruşmuş, o isə artıq bu söhbətləri bağlamağı və çıxıb getməyi təklif etmiş, əks halda bu söhbətləri Yekaterinaya danışacağını demişdir. Həmin vaxt Saxobat özünə xəsarət yetirəcəyini, qızlığını pozub, sonra da polis idarəsinə gedib, guya onun tərəfdən zorlandığı barədə şikayət edəcəyini demişdir. O, Saxobata buna heç kimin inanmayacağını bildirdikdə, sonuncu “indi baxarsan” ifadəsini işlətmişdir. Həmin vaxt onun canına qorxu düşmüş, əsəbləşib Saxobata bir dəfə şillə zərbəsi vurmuşdur. Bu vaxt Saxobatın burnundan qan gəlməyə başlamış və o, pəncərə tərəfə gedərək pərdəni aralayıb, şüşəni sındırmaq istəmişdir. Onlar xatırladığı qədər 6-cı və ya 7-ci mərtəbələrdən birində yaşamışlar. O, Saxobatın şüşəni sındırıb, pəncərədən küçəyə atlayacağından qorxmuş, ona görə Saxobatın saçından tutub arxaya dartmış və məqsədi Saxobatı evdən qovmaq olmuşdur. Həmin vaxt Saxobat bərk qışqırmış və o, sonuncunun saçından tutub dəhlizə tərəf çıxaran zaman dəhlizdə olan çəkici görmüşdür. O, çəkici götürüb, Saxobatın başının arxa nahiyəsinə zərbə endirmişdir. Elə həmin vaxt Yekaterina otağa gəlmiş və onun çəkiclə Saxobata xəsarət yetirdiyini başa düşmüşdür. Zərbədən sonra Saxobat divana yıxılmış və baş nahiyəsindən qan gəlməyə başlamışdır. Saxobatın burnundan da qan gəlməyə başladıqda o, sonuncunun öldüyünü anlamışdır. Dəqiqləşdirmək üçün Saxobatı divandan yerə uzatmışdır. Saxobatın əlləri elə başının arxa nahiyəsində qalmış, çəkic dəyən hissəni tutmuşdur. Bir müddət sonra o, özünə gəlmiş və cinayətin izlərini itirmək üçün Saxobatın meyitini yox etmək qərarına gəlmişdir. O, Saxobatın paltarlarını çıxartmış, Yekaterinaya isə Saxobatın üzərində olan əşyaları telefonu, qızıl üzükləri, bilərziyi götürməyi demişdir. Dəqiq olaraq hazırda hansı əşyaların olduğunu xatırlaya bilməmişdir. Bundan sora Saxobatın meyitini hamam otağına aparmış, Yekaterinaya isə aşağı düşüb mağazadan 2 rulon zibil paketi və təmizləyici məhlul almağını demişdir. Özü isə mətbəx otağından bıçağı götürüb Saxobatın meyitini doğramağa başlamışdır. Sonuncunun baş nahiyəsini ayırmış, sonra bilək nahiyələrindən qollarını, diz nahiyələrindən də ayaqlarını kəsmişdir. Bədəninin hissələrini, həmçinin əynindən çıxartdığı paltarları Yekaterinanın gətirdiyi paketlərə yığmışdır. Ağardıcı məhlulu isə əvvəl evi təmizləmək məqsədilə aldırmış, lakin sonra meyitin hissələrinin qoxumağa başlayacığı halda, ətrafda olan itlərin diqqətini cəlb edə biləcəyini düşünmüş, ona görə də meyiti yığdığı paketlərə həmin məhluldan tökmüşdür. Ümumilikdə 4-5 ədəd paket olmuşdur. Gecə saatlarında isə Yekaterina ilə birlikdə həmin paketləri müxtəlif yerlədə olan zibil yeşiklərinə atmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, evə qayıtdıqdan sonra, otaqda olan qan izlərinin hamısını yuyub təmizləmişlər. Yekaterina bundan sonra necə olacağını soruşmuşdur. O da hələ ki, bilmədiyini, ancaq bu haqda heç kimə bir söz deməməyini bildirmişdir. Səhər açıldıqdan sonra əvvəllər restoranda işlədiyi, lakin adını xatırlamadığı iş yoldaşına zəng vurub, satılması üçün qızıl, bilərziyin olduğunu demişdir. Həmin əşyaları dostuna aparsın deyə, Yekaterinaya vermişdir. Ümumilikdə 15000 rubl pula həmin əşyaları satmış, Saxobata məxsus mobil telefon isə Yekaterinada qalmışdır. Həmçinin həmin səhər aşağı düşərkən zibil qutularının artıq təmiz olduğunu görmüşdür. Bir gün sonra da əldə etdiyi pulla Yekaterina ilə birlikdə Smolensk şəhərinə getmiş və orada Yekaterinanın anasının evində qalmağa başlamışlar. Bir həftəyə yaxın qaldıqdan sonra yenidən kirayə qaldıqları evə qayıtmışlar. Həmin ərəfələrdə Saxobatın adını xatırlamadığı anası onların evinə gələrək qızını soruşmuşdur. Hadisə günü Saxobat anası ilə telefon vasitəsi ilə danışmış və həmin vaxt onlarda olduğunu, qalacağını, sonra isə Moskva şəhərinə gedəcəyini demişdir. Anası da onlardan soruşduqda, o, Saxobatın onlarda qaldıqdan sonra Moskva şəhərinə getdiyini və sonuncudan xəbərsiz olduğunu bildirmişdir. Ondan sonra Saxobatın anası bir-iki dəfə yenə onlara gəlib, qızından xəbərlərinin olub-olmadığını soruşmuş, onlar da məlumatsız olduqlarını demişlər. Hadisədən təxminən 3 ay sonra o, Yekaterinanın hamilə olduğunu öyrənmişdir. O, Azərbaycanda ailəsinin olduğunu və bu uşağa baxa bilməyəcəyini bildirmiş, ona uşağı aldırmağı dedikdə, Yekaterina xəstə olduğunu və uşağı aldıracağı təqdirdə bir daha hamilə qala bilməyəcəyini bildirmişdir. O da artıq qərarı Yekaterinaya buraxmışdır. Həmin vaxtlar Yekaterinanın anası onun uşağa sahib çıxmayacağını bilmiş və qızını öz yanına çağırmışdır. Belə-belə onun Yekaterina ilə münasibətləri soyumuş və 2009-cu ilin yay aylarında ayrılmışlar. Həmin vaxtlar Yekaterina anasının yanında qalmış, o isə Yelena Kirsanova ilə bir yerdə yaşamağa başlamışdır. 2009-cu ilin sonlarında Yekaterinanın övladı dünyaya gəlmiş, o, doğum evinə gedib Yekaterinanı xəstəxanadan çıxararaq evinə aparmış, bir gün qalıb yenidən kirayə qaldığı evinə qayıtmışdır. Yelena bunlardan xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 2010-cu ilin əvvəllərində o, Bakı şəhərinə gəlmiş, bir həftə qaldıqdan sonra yenidən Rusiyaya qayıtmışdır. Bakıda olarkən nə törətdiyi cinayət hadisəsi barədə, nə orada uşağının olması barədə heç kimə bir söz deməmişdir. Rusiyaya qayıtdıqdan sonra 15 sentyabr 2014-cü ilədək Yelena ilə birlikdə yaşamışdır. Həmin dövrdə Yelenanın ondan bir övladı dünyaya gəlmişdir. Törətdiyi hadisə barədə Yelenaya danışıb-danışmadığını unutmuşdur. 2010-cu ildə Rusiyaya qayıdarkən xarici pasportunun müddəti bitməyə yaxın olmuş və bunun üçün yenidən Azərbaycana qayıdıb, yeni pasport alıb, sonra Rusiyaya getməli olmuşdur. Ancaq həmin vaxtlar işləri orada yaxşı olduğundan qayıtmamış və pasportunun müddəti bitdiyindən 4 il orada qeydiyyatsız yaşamışdır. 2014-cü ildə isə miqrasiya rejimini pozduğuna görə ona ölkəni könüllü şəkildə tərk etməsi üçün vaxt verilmiş və yalnız 3 il keçdikdən sonra yenidən Rusiyaya qayıda biləcəyi ona izah olunmuşdur. Yelenaya sənədlərini qaydasına qoya bilsə, qayıdacağını bildirmişdir. Həmin vaxt Yelena yenə hamilə qalmış və Azərbaycanda olarkən telefon vasitəsi ilə sonuncu ilə əlaqə saxlamışdır. 2015-ci ilin may ayında Yelena uşağı dünyaya gətirmişdir. Elə həmin vaxt “Skype” proqramı vasitəsi ilə əlaqə saxlayarkən o, Yelenaya 3 ildən tez Rusiyaya gələ bilməyəcəyini demiş, Yelena da bundan əsəbiləşib onun Azərbaycandakı ailəsini təhqir etməyə başlamışdır. Bundan sonra o da Yelenaya acıqlanmış və bir daha əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 2014-cü ildə Azərbaycana qayıtdıqdan sonra bir daha Rusiyaya getməmişdir. Bakıda öz ailəsi ilə yaşamış və 4 yaşında birp oğlu və 15 yaşında bir qızı olmuş, onuun valideynləri də onlarla bir yerdə qalmışlar. O, Rusiyada törətdiyi hadisə barədə ailə üzvlərinə heç nə danışmamışdır. 2017-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına sorğu gəlmiş və həmin sorğu əsasında onu Xəzər RPİ-nə dəvət etmişlər. Həmin vaxt ailə üzvləri onun barəsində belə bir hadisə ilə bağlı Rusiya Federasiyasında araşdırma getdiyini eşitmiş, ancaq o, törətdiyi cinayət əməlini heç vaxt etiraf edib, onlara deməmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs çəkiclə xəsarət yetirərkən onu öldürmək istəməmiş, sadəcə Saxobatı sakitləşdirmək üçün huşunu itirməsini istəmiş, özünə gələndə isə sakit şəkildə söhbət edəcəklərini planlaşdırmışdır. Cinayət hadisəsini törədən zaman yanında heç kimin olmamış, Şahid1 isə həmin vaxt mətbəx otağında olmuş, dəqiq olaraq xatırlamasa da, onun Saxobata çəkiclə zərbə endirdiyini görməmişdir. Saxobata çəkiclə bir-iki dəfə zərbə endirmiş, həmin çəkic dəhlizdə digər əşyaların içində olmuş və o, Saxobatı sakitləşdirməyə çalışarkən ilk əlinə keçən əşyanın məhz həmin çəkic olmuşdur. Hadisə vaxtı Saxobatın əynində hansı paltarların olduğunu xatırlamamış, öldükdən sonra sonuncunun paltarlarını əynindən çıxarıb, doğranmış meyiti ilə birlikdə paketdə zibil qutusuna atmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Şahid1 onun Saxobat ilə mübahisə etdiyini görməsi, bir müddət sonra onun çəkiclə otağa daxil olub Saxobata arxadan yaxınlaşaraq sonuncunun baş nahiyəsinə çəkiclə zərbə vurması, zərbədən Saxobatın divandan kənara sıçrayıb qışqırmağa başlaması, onun yenidən Saxobata yaxınlaşıb ən azı 2 zərbə daha endirməsi, Saxobatın otaqdan çıxmağa cəhd edərkən isə sonuncunun qarşısını kəsərək onu divana yıxıb boğmağa başlaması, Saxobatın onu buraxmağına dair xahişlərinə məhəl qoymaması, Yekaterinanın otaqdan çıxmasından sonra onun bir neçə dəqiqə sonra əlləri qanlı şəkildə Yekaterinanın yanına gəlməsi, sonra onun otağa qayıdaraq Saxobatın əynində olan paltarları və üzərində olan qızıl, bilərziyi çıxarıb götürməsi, bundan sonra isə birlikdə mağazaya gedib 2 rulon zibil paketi və ağardıcı məhlul alıb qayıtmaları, onun Saxobatı hamam otağına aparıb hissələrə doğradıqdan sonra Yekaterinanı çağırıb meyit hissələrini paketlərə doldurmaqda köməklik etməsini deməsi, həmçinin Saxobatın meyitini doğrayan zaman onun bilək hissəsini əlinə alıb, Yekaterinanın yanına gedərək “salam” deməsi, Yekaterianaya hadisə barədə kiməsə məlumat verəcəyi təqdirdə onu öldürücəyi ilə hədələməsi, Zərərçəkmiş şəxs üzərində olan qızıl əşyaları dostuna 30000 rubl məbləğində satması, Saxobatın mobil telefonunu isə Yekaterinaya verməsi, sonuncunun həmin telefonu bir müddət istifadə etdikdən sonra, ondan alıb satması barədə Şahid1 ifadəsində göstərdikləri həqiqətə uyğun olmamışdır. Saxobata çəkiclə zərbə endirən zaman Yekaterina mətbəx otağında olmuş və həmin anı görməmişdir. Saxobata maksimum 1-2 dəfə çəkic zərbəsi vurmuş, sonuncunu ümumiyyətlə boğmamış, Yekaterina onun tapşırığı ilə tək düşmüş, paket və ağardıcı almış, qızıl əşyaları onun öz dostu ilə danışdıqdan sonra Yekaterina tək olaraq aparıb 15000 rubla satmış, həmin pulla Yekaterina ilə birlikdə Smolensk şəhərinə, Yekaterinanın anasının evinə getmişlər. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərmişdir ki, hər hansı psixi və nevroloji xəstəxanada müalicə almamış, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkum olmamışdır. Əməlindən çox peşman olmuşdur və özünü təqsirli bilir (iş vərəqə: cild İİİ, səh. 257-263). Tədqiq olunan ifadəsi ətrafında sualları cavablandıran Təqsirləndirilən şəxs göstərdi ki, o, Saxobatı qəsdən və ya pula ehtiyacı olduğu üçün öldürməmişdir. Həmin günün səhəri onun üzərində 80 min rubl pul olmuş, onun 25 min rubluna Yekaterinaya şuba alıb onu elə yola salmışdır. Saxobatın qızıllarına onun ehtiyacı olmamışdır. Yekaterina Saxobatın üstündə çoxlu qızıllar olduğunu, tapılacağı təqdirdə işlərinin üzə çıxa biləcəyini dedikdə o, qızılları götürüb rədd etməyi tapşırmışdır. Yekaterina qızılları götürüb lombarda qoyub pul götürməyi təklif etdikdə, o, lombarda qoymağa razılaşmamış, problem yarada biləcəyini demiş, qara yolla satmağı məsləhət görmüşdür. O, bir nəfər narkomanlardan itmiş əşyaları alan şəxs tanımış, həmin şəxsə zəng edib bir az qızıl olduğunu demiş, sonuncu gətirməyi tapşırmışdır. Yekaterina «Çaykovskiy» parkında heykəlin yanında dayanmış, həmin şəxsə o özü tək yaxınlaşmışdır. Qızılları göstərmiş, sonuncu 10 min rubl verəcəyini bildirmişdir. Saxobatın telefonunun Yekaterinada olduğunu o, sonradan öyrənmişdir. O, Saxobatı öldürməyi planlaşdırmamışdır. O, Saxobatı yalnız susdurmaq istəmi, buna görə ona bir çəkic zərbəsi vurmuşdur. Onlar bina evində yaşadıqlarından Saxobatın meyidini necə çıxaracağını bilmədiyindən, qorxusundan meyiti doğramışdır. Həmin vaxt içkili olduğundan ağlına tək gələn kinolarda olan səhnələr kimi bu olmuşdur. İfadəsində qəsdən öldürmək, çəkiclə bir neçə dəfə vurmaqla öldürmək kimi fikirləri qəbul etmir, o, ifadəsini vermiş, lakin Vüqar İslamzadə ona biraz düzəliş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərdi ki, onun qızı, mərhum Zərərçəkmiş şəxs tələbə olmuş, o, yalnız Təqsirləndirilən şəxs və onun rəfiqəsi Katyanı (burada: Şahid1) tanımış, ancaq onlara gedib gəlmişdir. Qızım itkin düşəndə onlar ona tapılacağını bildirmişlər. Hətta Eldar və Katya gəlib ondan axtarış üçün pul istəmiş və onu, yəni qızını 10.000 dollar pulnan Ermənistanda gördüklərini bildirmişlər. O, Katyagilə inanmış, lakin qızını onların öldürdüyünü. bilməmişdir. 14 ildə qızını axtarmadığı yer qalmamışdır. Həyat yoldaşının ürəyi dözməyib hadisədən 2 il sonra rəhmətə getmişdir. Lakin yekuda başqa müstəntiq ona qızının öldürüldüyünü bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Maxfirat Babayeva həmçinin ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qarşı 100.000 manat pul tələbinə dair mülki iddia qaldırmışdır. Həmin məbləğ qızından götürülmüş qızılların dəyəri, cinayət nəticəsində mənəvi ziyanın dəyəri və həm də 14 ildə qızının axtarışları üçün çəkdiyi xərclər daxildir. Zərərçəkmiş şəxsin hüquqi varisi Maxfirat Babayeva ifadəsinin yekununda göstərdi ki, məhkəmədən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəza verilməsini və qaldırdığı mülki iddiasının təmin olunmasını xahiş edir. Hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə tapşırığına əsasən Moskva vilayətinin Klin Şəhər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli iclasında baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində məhkəmənin “Siz Təqsirləndirilən şəxs tanıyırsınız? 27 dekabr 2008-ci il tarixdə baş vermiş hadisə ilə bağlı sizə nə məlumdur?” sualına cavab olaraq göstərmişdir ki, 04 avqust 2008-ci il tarixdə onun rəfiqəsinin ad günü olmuş, onlar onu “Ruskiy klub”-da qeyd etmişlər. Əvvəllər ora Klin şəhəri Sovetski meydanında yerləşən restoran olmuşdur. Eldar orada ofisant olaraq işləmiş, onunla elə orada tanış olmuşdur. 2008-ci ilin sentyabr ayında o, rəfiqələri ilə birlikdə cənubda istirahət edərkən həmin ay yenə Eldarla görüşdüyünü xatırlaya bilmişdir. Daha sonra Klin şəhərinin vağzalında təsadüfən görüşmüşlər. Bu hadisə 2009-cu ilin may ayının sonu iyun ayının əvvəli baş vermişdir. O, Tver şəhərinə getmək istərkən vağzalda Eldarı görmüşdür. X11 Smolensk şəhərinə yola salmaq istəmişdir. Həmin vaxt Ryabova hamilə olmuşdur. O, elektrik qatara əyləşib yola düşmüş, Tver şəhərinə çatmamış, Eldar ona zəng etmişdir. Belə görünür ki, Eldar artıq Katyanı yola salmışdır. Telefon danışığı zamanı Eldar onunla görüşməyi təklif etmmişdir. O, Tver şəhərindən gəldikdən sonra onlar görüşmüşlər. Sonra əlaqə saxlamağa və daha sonra birlikdə yaşamağa başlamışlar. Ryabova uşağını dünyaya gətirmək üçün Smolensk şəhərinə getdikdən sonra o, bir daha Eldarı görməmişdir. Eldar Ryabovanı doğum evindən qarşılamaq üçün Smolensk şəhərinə getmişdi. Şahid2 ifadəsinin davamında göstərmişdir ki, o, Ryabova ilə birlikdə Klin şəhəri, Liteynaya küçəsində yaşamışdır. Mənzilin nömrəsini dəqiq xatırlamasa da, 201 olduğunu ehtitmal edir. Onlar həmin mənzili kirayə götürmüş, həmin mənzildə o, 2009-cu ildən Təqsirləndirilən şəxsla birlikdə yaşamışdır. O, ilk dəfə həmin mənzildə 2009-cu ilin yayında olmuşdur. 2008-ci ilin dekabr ayında Eldarla bağlı nə baş verdiyini o, bilməmişdir. 2008-ci ildə o, kolleci təzə bitirmiş, istirahət etməyə getmiş və sonrasında da onlar tanış olmuşlar. Onlar birlikdə yaşamağa 2009-cu ildən, yəni Ryabova uşağını dünyaya gətirdiyi vaxtdan yaşamağa başlamışlar. Onun uşağı isə 2009-cu ildə olmuşdur. O, mənzildə şübhəli heç nə görməmiş, mənzil dağıdılmış və zibil dolu vəziyyətdə olmuşdur. Sonradan onlar 201-ci mənzildən həmin binada, lakin başqa girişdə yerləşən mənzilə köçmüşlər. Şahid2 ifadəsində daha sonra göstərmişdir ki, o, Babayevanı tanımamışdır. O, Ryabova ilə Eldardan gizlin bir dəfə o, Smolensk şəhərinə getməzdən qabaq görüşmüşlər. Ryabova ondan görüşmələri barədə Eldara heç nə deməməyi xahiş etmişdir. Babayevanın öldürülməsi ilə bağlı o, ona heç nə deməmişdir. Biz Eldarla birlikdə yaşamağa başladıqdan sonra da o, Ryabova ilə zəngləşib danışmağa davam etmişdir. Eldarla birlikdə yaşadıqları bütün dövr ərzində Eldar Ryabova ilə danışiışdır. Sonuncu dəfə 2009-cu ilin iyun ayında danışmışlar. Həmin ilin may ayında onun Eldardan uşağı olmuşdur. O, hal-hazırda Ryabovanın həbsdə olduğunu bilmişdir. Ona bu barədə cinayət axtarışdan Maksim adlı şəxs demişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2008-ci ilin avqust ayında Klin şəhərində yerləşən "Rus klubu" restoranında, dostunun ad günündə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Eldar həmin restoranda ofisiant işləmişdir. Sentyabr ayının sonunda zəngləşərək, yenidən görüşmüşlər. Öz tanışları və Eldarın sözlərindən sonuncunun Vısokovsk şəhərində bir yerdə yaşayan Şahid1 ilə görüşdüyünü bilmişdir. Həm də onların Klin şəhərində yaşadıqlarını və ortaq bir övladlarının olduğunu da bilmişdir. Bundan sonra, 2008-ci ilin sentyabrından 2009-cu ilin yayına qədər, bəlkə də bir-iki dəfə, Eldarla zəngləşmiş, amma şəxsən görüşməmişdir. 2009-cu ilin yayında sərxoş vəziyyətdə Eldarla zəngləşdikdən sonra onunla Klin şəhərində görüşmüş, sonra Liteynaya küçəsində yerləşən Eldarın mənzilinə getmişlər. Yekaterina hamilə olduğundan Smolensk vilayətindəki anasının evinə getdiyindən evdə olmamışdır. Həmçinin, Eldarın Azərbaycan Respublikasında yaşayan həyat yoldaşı, eləcə də ümumi uşaqlarının olduğun bilmişdir. Bundan sonra, 2009-cu ilin avqust ayından etibarən Eldarla birlikdə sonuncunun evində yaşamağa başlamışdır. Həmin dövrdə Eldar artıq uzun müddət işləməmiş, sonra "Rus klubu" restoranında çalışmış, daha sonra isə mənzillərin təmiri ilə məşğul olmuşdur. 2009cu ilin avqust-sentyabr aylarından 25 sentyabr 2015-ci il tarixədək Eldarla birlikdə yaşamış, əvvəlcə Liteynaya küçəsindəki 4-cü evdə, sonra Klin şəhərində başqa ünvanlarda yaşamışlar. 01 may 2015-ci il tarixdə ortaq bir uşaqları olmuşdur. Eldarın sözlərinə görə, 25 sentyabr 2015-ci il tarixi məhkəmə qərarına əsasən, onun Rusiya Federasiyasında qalma rejimini pozduğuna görə, Rusiya ərazisini tərk etməli olduğu son gün olmuşdur. Həmin gün o, Eldarı “Şeremetyevo” hava limanının gömrük yoxlama zonasına qədər aparmış və Eldar Azərbaycana getmişdir. Bundan sonra 2015-ci ilin oktyabr-noyabr aylarında Eldarla bir neçə dəfə zəngləşmişlər. Eldar evdə olduğunu, qayıdacağını ona demişdir. Bundan sonra Eldar ilə əlaqə saxlamamışdır. Şahid2 ifadəsində, həmçinin Şahid1 ilə şəxsən tanış olduqlarını, hamilə olduğu dövrdə sonuncu ilə hamiləlik mövzusunda söhbət etdiklərini, nadir hallarda ünsiyyət qurduqlarından Yekaterinanı xarakterizə edə bilməyəcəyini, Eldarın isə təbiətcə mehriban, tez özündən çıxan, lakin kinsiz, balanslı insan olduğunu, Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımadığını bildirmişdir. Şahid2 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, təxminən 2010-2011-ci illərdə, Təqsirləndirilən şəxsla birlikdə Moskva vilayətinin Sergiyev-Posad şəhərində yaşayırmış, markası və modeli yadında qalmayan mobil telefonunda (“açılıb-bükülürdü”) Təqsirləndirilən şəxs adına “İCQ” proqramı tətbiqində hesab açmışdır. Eldar da, çox güman, yazışma üçün istifadə etdikdən sonra hesabından çıxmağı unutmuşdur. O, işdə olarkən, telefonuna baxanda Eldarla Şahid1 arasında yazışmanı görmüşdür. Yazışmaları oxuduqdan sonra qısqanclıq hissi ilə Eldarın adından Yekaterinaya Eldarın ona olan sevgisindən yazmağa başlamışdır. Yazışma zamanı Yekaterina Eldarın adından onun yazdığını anlamışdır. Həm də yazışma zamanı Yekaterina Eldar haqqında heç kimin bilmədiyi məlumatı bildiyini demiş, o da cavab olaraq, hər şeydən xəbərdar olduğunu bildirmişdir. Bundan sonra aralarında yazışma kəsilmişdir. Eldarın özü də dostları ilə ünsiyyətdə olarkən kimisə öldürdüyü barədə öyünərək danışmışdır. Uzun müddət keçdiyindən söhbəti dəqiq xatırlaya bilməmişdir. Konkret təfərrüatları, öldürülən şəxsin cinsini bilməmişdir. Eldarın belə lovğalı söhbətlərini təxminən 2010-cu ildə, sonuncu ilə birgə yaşadıqları dövrdə Eldarın özündən eşitmişdir (iş vərəqə: cild İ, səh. 224-227, cild İİ, səh. 32-34). İstər milli məhkəmədə və istərsə də hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətinin icrası mərhələsində iş üzrə məhkəməyədək icraat mərhəlsində şahid qismində dindirilmiş Şahid1 fiziki olaraq dindirmək mümkün olmamışdır. hüquqi yardımın göstərilməsi ilə bağlı Moskva vilayətinin Klin Şəhər Məhkəməsinin icraatı materialları ilə müəyyən edilmişdir ki, Şahid1 Moskva vilayətinin Klin Şəhər Məhkəməsinin xx.xx.2023 tarixli hökmü ilə 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildiyi və ona təyin edilən cəzanı ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyi üçün onun şahid qismində dindirilməsi mümkün olmamışdır. Baxılan iş üzrə məhkəməyədək icraat mərhəlsində şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə baxışında elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 2007-ci ildə Moskva vilayətinin Klinski rayonunun Vısokovsk şəhərinə gəlmiş və xalası X10 ilə birlikdə yaşamağa başlamışdır. Hazırda xalası vətəninə, Smolensk vilayətinə getmiş, o isə Klinski rayonunda qalmışdır. 2007-ci ildə Zərərçəkmiş şəxs ilə tanış olmuş, amma hamı sonuncunu “Sonya” deyə çağırmışdır. Onlar Vısokovsk şəhərində ofisiant işlədikləri “Pravda” kafesində görüşmüşlər. Qısa müddət sonra o, həmin kafedən ayrılmış, Sonya isə işləməyə davam etmişdir. Dostluqları davam edirmiş və görüşürmüşlər. Sonra o, Klin şəhərindəki “Russkiy klub” restoranında ofisiant kimi işə düzəlmişdir. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu da orada ofisiant işləmişdir. Münasibətləri yaranmış və birlikdə yaşamağa başlamışlar. Sonra Moskva vilayətinin Klin şəhərinin Liteynaya küçəsindəki 4 nömrəli evin, 201 nömrəli mənzilini birgə yaşamaq üçün kirayə tutmuşlar. Qısa müddətdən sonra o, rus klubundan çıxmış, birmüddət sonra Eldar da getmişdir. Dərhal həmin küçədəki “Street 8” kafesində işə düzəlmiş, Eldar isə 6-7 aya yaxın heç yerdə işləməmişdir. O, tək işləmiş və Eldarı, demək olar ki, o, saxlamışdır. Sonra Eldarın onun Azərbaycanda ailəsinin olduğunu öyrənmiş, amma Eldar həyat yoldaşını sevmədiyini, qohumlara görə ailə qurduğunu, tezliklə Azərbaycana gedəcəyini, boşanacağını söyləməyə başlamışdır. O, gənc olmuş və Eldara inanmışdır. Eldar onun tanışlarını, rəfiqələrini, o cümlədən, Zərərçəkmiş şəxs tanımışdır. Saxobat onların evinə gəmiş, o da Saxobatın evinə getmiş, tez-tez də danışmışlar. Şahid1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Sonya, yəni Zərərçəkmiş şəxs 27 dekabr 2008-ci il tarixdə, saat 20 radələrində onlara gəlmişdir. Həmin vaxt o, artıq Eldardan hamilə olmuşdur. Sonya divanda əyləşmiş, Eldar da otaqda oturmuş və hamı söhbət etmişdir. O, bir neçə dəfə otaqdan mətbəxə, tualetə çıxmışdır. Sonra bir anda içəri girmiş və Eldarla Sonya arasında nə isə olduğunu hiss etmişdir. Sonradan bildiyi kimi, onlar nədənsə mübahisə etmişlər. Sonya Eldara xoşagəlməz ifadə işlətmişdir. Eldar mətbəxə keçmiş, o isə otaqda qalıb, Sonya ilə danışmağa başlamışdır. Sonya getməyə hazırlaşırmış və həmin vaxt arxası otağın çıxışına tərəf olmuşdur. Bir neçə dəqiqə sonra Eldarın sağ əlində çəkic tutaraq otağa daxil olduğunu görmüşdür. Eldar tez arxadan Sonyaya yaxınlaşmış və çəkiclə başına bir zərbə endirmişdir. Amma Sonya huşunu itirməmiş, əksinə divandan qalxıb qışqırmışdır. O da ayağa qalxmış, amma heç nə qışqıra bilməmiş, çünki olanlar onu şoka salmış və qorxudan ağzını bağlamışdır. Eldar cəld Sonyaya yaxınlaşmış və yenə də sonuncunun başına ən azı 1-2 zərbə daha endirmişdir. Amma Sonya zərbələrdən huşunu itirməyib, əksinə çıxışa doğru irəliləmək istəsə də, Eldar onun yolunu kəsmişdir. Saxobat divanın üstündən keçməyə çalışmış, amma büdrəyərək divana yıxılmışdır. Sonra Eldar çəkici ataraq Sonyanı tutmış, divanın üstünə atmış və bədəni ilə əzməyə başlamış, əlləri ilə boğazından tutmuş və başını divanın arxasına sıxaraq boğmağa başlamışdır. O, Eldarın yanına qaçmış və ondan Sonyanı buraxması üçün yalvarmağa başlamış, Eldarı saxlamağa çalışmış, amma bacarmamışdır. Eldar Sonyanı buraxmadan ona tərəf dönərək, hirslə susmağı və otaqdan çıxmağı əmr etmişdir. Eldar eyni zamanda şiddətli müqavimət göstərən Sonyanı boğmağı dayandırmamış, o da Eldardan Sonyanı buraxmasını istəmişdir. Sonya hər şeyi, pulu, zinət əşyalarını götürə biləcəyini, ancaq onu buraxmağını söyləsə də, Eldar fikir verməmişdir. O, Eldarın sözlərindən sonra mətbəx otağına keçmişdir. O. isterik vəziyyətdə olmuş və nə edəcəyini bilməmişdir. Bir neçə dəqiqədən sonra Eldar mətbəxə keçmişdir. Onun əlləri çəkiclə vurulduqdan sonra Sonyanın başından çıxan qan içində olmuşdur. Eldar ona “qışqırma, səs-küy salma” deyərək, onu sakitləşdirməyə başlamışdır. O, yavaşyavaş özünə gəlməyə başlamışdır. Eldar otağa qayıtmışdır. O, otağın girişinə yaxınlaşanda, Eldarın Sonyanı artıq soyundurduğunu, kürəyi üstə yerə uzatdığını görmüşdür. Eldar Sonyanın əşyalarını yoxlamış, telefonunu, pulunu götürmüş, ondan bütün qızıl-zinət əşyalarını: zəncir, üzük, qolbağı götürmüşdür. Nəyin nə qədər olduğunu bilməmiş, çünki Eldar dərhal hər şeyi özü üçün götürmüşdür. X13 meyitini hamam otağına aparmış və oradan çıxıb mağazaya getmək lazım olduğunu demişdir. Eldar ondan pul götürmüş və birlikdə mağazaya gedərək, iki rulon zibil paketi və beş şüşə ağardıcı məhlul almışlar. Qayıtdıqdan sonra Eldar paketi ona verərək, Sonyanın otaqda olan əşyalarını yığmağını demişdir. Özü isə mətbəx otağından götürdüyü bıçaqla hamam otağına keçərək, Sonyanın əllərini, sonra çiyinlərini və qollarını, başını, dizdən ayaqlarını, ombasını çanaqdan kəsmişdir. Bir anlıq Eldar əlində Sonyanın kəsilmiş biləyi ilə onun yanına gələrək, kəsilmiş biləyi qaldırıb, ona “salam” ifadəsini işlətmişdir. O, qorxduğundan qışqırmış və Eldar yenidən hamam otağına qayıtmışdır. Eldar arada bir onu hamam otağına çağırmış və bir dəfə də ora gedəndə, Eldarın Sonyanın qarnını yarıb içərisini çıxardığını, meyiti yarıya bölməyə çalışdığını görmüşdür. Onurğası ilə uzun müddət əziyyət çəkmiş, heç bir şəkildə kəsə bilməmiş, döş sümüyünün altından kəsmişdir. İşini bitirdikdən sonra bədən hissələrini torbalara yükləmək üçün Eldar onu yenidən hamam otağına çağırmışdır. Eldar kömək etməkdən imtina etsə, sonuncu onun üçün pis olacağını demişdir. O da Eldara tabe olmağa məcbur qalmışdır. Çantaları tutmağa başlamış və Eldar Sonyanın bədən hissələrini paketlərə doldurmuş, üzərinə də ağardıcı məhlul tökmüşdür. Eldar itlərin qan iyini duymaması və bağlamaları çeynəməməsi üçün məhlulun lazım olduğunu demişdir. Sonra bağlamaları çıxarmaq üçün gecəni gözləmişlər. Ümumilikdə təxminən 6 paket olmuş, dəqiq xatırlamırmış. Eldarın planına görə, torbalar müxtəlif həyətlərdə müxtəlif zibil qutularına atılmalı olmuşdur. Beləliklə, hər əllərində bir paket tutaraq, 3 dəfə paketləri çıxarmışlar. Artıq hava işıqlanmağa başlayanda son paketləri çıxarmışlar. Çantaları hara və nə ilə atdıqlarını xatırlaya bilməmişdir. Bir hissəsini öz həyətlərinə, digərlərini yolun o biri tərəfinə və qonşu həyətə atmışlar. İnsanlar işə başlamazdan əvvəl hər şeyi atmağı çatdırmışlar. Evə gələndə Eldar ona mənzili yığışdırmağı, hamamı yumağı tapşırmış, o da hamısını etmişdir. Şahid1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Eldardan çox qorxduğundan, mübahisə edə bilməmişdir. Yata bilməmişlər və hadisə barədə danışdıqda, Eldar etdiyi işdən peşman olmadığını, amma onun hadisə barədə kiməsə deyə biləcəyindən qorxduğunu və bu haqda kiməsə danışarsa, onun üçün pis olacağını, Sonyanın taleyini yaşayacağını ona demişdir. O, Eldarın dediklərinə inandığından uzun müddət heç kimə heç nə deməmişdir. Eldar Sonyanın üzərində olan daş-qaşları dəqiq tanımadığı hansısa dostuna vermiş, həmin adam daş-qaşları satıb və Eldara 30 min rubl pul vermişdir. Eldar Sonyanın mobil telefonunu ona vermişdir. Amma o, bir neçə gün özündə saxladıqdan sonra, mənəvi səbəblərdən telefonu istifadə edə bilməmişdir. Eldar sonra həmin telefonu da götürüb satmışdır. Buna qədər Sonyanın anası həmin telefonu onda gördüyündən o, da məcbur qalıb, Sonyanın həmin telefonu ona satdığını demişdir. Belə deməyi ona Eldar tapşırmışdır. Hadisədən bir gün sonra o, Eldarla birlikdə Smolenskə getmişlər. Orada bir həftə qalıb, yenidən qayıtmışlar. 2009-cu ilin yayına kimi Eldarla yaşamışdır. Bütün bu müddət ərzində qorxu içində yaşamışdır. Yayda onun xahişi ilə ayrılmışlar, çünki Eldar ona rəfiqəsi Yelena Kirsanova ilə xəyanət etmişdir. Bu, ayrılmaq üçün inandırıcı səbəb olmuş və ona görə də Eldar heç nədən şübhələnməmişdir. Yeri gəlmişkən, Eldar baş verənləri Yelenaya da danışmış, sonuncu sosial şəbəkədə onunla əlaqə saxlayarkən bu haqda demişdir. Eldarın hazırda ailəsi ilə birlikdə Azərbaycanda yaşadığını və onun özünün də evlənib, soyadını Şikanovadan Ryabovaya dəyişmiş və ikinci övladını dünyaya gətirmişdir. İlk oğlu Artemu 2009-cu ilin sentyabrında Eldardan dünyaya gətirmişdir (iş vərəqə: cild İ, səh. 160-164, 216-219). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Şahid1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, ifadə yerində yoxlanılarkən sonuncu sərbəst ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs evdə yerləşən əşyaların içərisində olan çəkiclə otağa girərək, arxadan Zərərçəkmiş şəxs yaxınlaşıb və çəkicin işçi hissəsi ilə sonuncunun başının arxa hissəsinə zərbə vurduğunu, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncunu iki əli ilə boynundan tutduğunu və divana yıxdığını, sonra əlinə keçən kəmər və ya iplə Saxobatı boğmağa başladığını, Saxobatın qışqırmağa başlayaraq, "Eldar, xahiş edirəm, mənə toxunma, istədiyinizi götürün, heç kimə heç nə deməyəcəyəm, sadəcə mənə toxunmayın" sözlərini dediyini, Eldarın Saxobata sonuncunun üzərində olan qızızinət əşyalarını ələ keçirmək məqsədi ilə hücum edə biləcəyini, pula ehtiyacının olduğunu bildirdiyini, Saxobatı qətlə yetirdikdən sonra Eldarın sonuncunun üzərində olan paltarları və əşyaları çıxartdığını, Saxobatı hamam otağına aparıb, mətbəx otağından götürdüyü bıçaqla onu hissələrə doğradıqdan sonra mağazadan aldıqları paketlərə dolduraraq müxtəli yerlərə yerləşən zibil qablarına atmalarını qeyd etmiş, həmçinin Şahid1 paketləri atdıqları zibil qutularının yerlərini əyani şəkildə göstərmişdir. Tədqiq olunan protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Şahid1 təqdim etdiyi yerlərin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 249- 261). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı hər iki şahid sərbəst ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq edərək, 2009-2010-cu illərdə yazışma zamanı Eldarın adam öldürdüyü barədə bir-birinə məlumat verdiklərini və hər iki tərəf aralarında olan yazışmadan əvvəl artıq hadisədən xəbərdar olduqlarını qeyd etmişlər(iş vərəqə: cild İİ, səh. 28-31). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan molekulyargenetik məhkəmə tibbi ekspertizasının 26 may 2021-ci il tarixli, 52-2021 nömrəli rəyindən görünür ki, tədqiqat üçün təqdim olunan tədqiqat obyektindəki bioloji izlərdən, yəni: hadisə yerinə baxış zamanı Moskva vil., Klin ş., Liteynaya küç., ev 4, mənzil. 201 ünvanındakı mənzildən götürülmüş divandan köpük kauçukun kəsilməsində mövcud bioloji material çıxarılmış və insan qan izlərinin aşkarlanması üçün immunokromatoqrafik sürətli test edilmişdir. SERATEC HemDirectHemoglobinAssay (Seratec, Almaniya). Tədqiq olunan həmin rəydən göbrünür ki, yuxarıda göstərilən bioloji izlərdən ümumi hüceyrə DNT preparatları əldə edilmiş və molekulyar genetik fərdiləşdirmə metodlarından istifadə edərək ekspert identifikasiya tədqiqatı aparılmışdır. Aparılan tədqiqatlar əsasında çirkli qəhvəyi ləkələrdə, divandan köpük kauçukun kəsiyində insan qanının olması müəyyən edilmişdir. Divandan köpük kəsiklərindəki araşdırılmış bioloji izlər fərdi qadın DNT-sini ehtiva etmişdir. Bu qan izləri tədqiqat üçün bioloji nümunəsi verilməmiş naməlum bir qadına aiddir. Hadisə yerinə baxış zamanı Moskva vil., Klin ş., Liteynayaküç., ev 4, mənzil. 201 ünvanında yerləşən mənzildən götürülən divandan köpük kauçukun kəsiyindəki bioloji izlərdə quraşdırılmış naməlum qadının genotipik xüsusiyyətləri, belə bir zərurət yarandıqda, bu bioloji izlərə sahib olan naməlum şəxslərin şəxsiyyətlərinin molekulyar genetik identifikasiyası üçün istifadə edilə bilər (iş vərəqə: cild İ, səh. 191-204). İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 müqayisəli tədqiqat aparılması üçün ağız boşluğunun epitelinin nümunələri götürülərək ekspertiza tədqiqatına təqdim edilmişdir (iş vərəqə: cild İ, səh. 211-213). Bundan başqa, hadisə baş vermiş mənzildə aparılmış axtarış və götürmə istintaq hərəkəti zamanı mətbəx otağının sağ divarı boyunca yerləşən divan örtüyündən iki ədəd parça kəsikləri götürülərək, ayrı-ayrılıqda kağız zərflərdə qablaşdırılmış və ekspetiza tədqiqatına təqdim edilmişdir (iş vərəqə: cild İ, səh. 239-246). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq edilmiş əlavə molekulyar-genetik məhkəmə tibbi ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 8681-2021 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X5 ağız suyunun epitelinin nümunəsində və divan kəsiyindən götürülmüş kəsik parçasında naməlum qadının qan izlərində AFUP profillərinin müqayisəli təhlili (bax: Rusiya Səhiyyə Nazirliyinin “RMTEM” FDBM xx.xx.2021-ci il tarixli 52-2021 saylı ekspert rəyi) göstərdi ki, bütün tədqiq olunan genetik sistemləri üçün M.Zərərçəkmiş şəxs genomunda olan bir və ya hər iki allelnaməlum qadının DNT-sindəki allellərdən ən azı birinə uyğun gəlir. Naməlum qadının genomundakı uyğun gələn bu allellər şərti olaraq allellər kimi qəbul edilir. Həmin allellər onun əsl valideynlərindən hər hansı birindən əmələ gələ bilər. Belə olan halda anadan qəbul edilir. Beləliklə, digər valideyn olmadıqda (bu tədqiqatın şərti kimi) naməlum qadının AFUP profili formal olaraq M.Zərərçəkmiş şəxs profilinə uyğundur, belə ki bioloji anaların və qızların genetik profilləri uyğun olmalıdır. Nəticə etibarilə, aparılan çap işləri çərçivəsində M.S. Babayevanın naməlum qadına münasibətdə analıq olmasını istisna etmək üçün heç bir göstəriş alınmayıb. Bu o deməkdir ki, naməlum qadın M.S. Babayevanın bioloji qızı ola bilər.Naməlum qadının həqiqətən də M.Zərərçəkmiş şəxs bioloji qızı olması ehtimalı (PP) bu müayinənin nəticələrinə görə ən azı 99,99995% təşkil edir.Bu araşdırmanın şərtlərinə əsasən, M.Zərərçəkmiş şəxs axtarışda olan yeganə övladının yalnız itkin qızının olmasını nəzərə alaraq, bu nəticəni xüsusi olaraq Zərərçəkmiş şəxs aid etmək olar. Beləliklə, 99,99995%-dən az olmamaqla qeyd olunan ehtimal dəyəri daha öncə Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi ünvanındakı yerləşən ev 4, 201 saylı mənzildəki (bax: Rusiya Səhiyyə Nazirliyinin “RMTEM” FDBM xx.xx.2021-ci il tarixli 52-2021 saylı ekspert rəyi) divandan porolon kəsikdəki götürülmüş naməlum qadının qan izlərinin Zərərçəkmiş şəxsva məxsus olma ehtimalını xarakterizə edir.Divan kəsiklərindən 1 və 2 saylı parça kəsiklərində tədqiq edilmiş bioloji izlərdə qarışıq bioloji izlər aşkar edilmişdir. Həmin izlər qan mənşəli deyil və biri kişi olmaqla ən azı iki nəfərə məxsusdur. Bu izlərin M.Zərərçəkmiş şəxs və N.Zərərçəkmiş şəxs aid edilməsi istisna edilir. Bu izlərin xüsusiyyətləri hazırkı müayinə zamanı müəyyən edilmədiyindən, bu hissəciklərin nəzəri olaraq öskürərkən, asqırarkən əmələ gələn aerozol xarakterli bioloji örtüklərin olması və ya cisimlərin insan orqanizmi ilə təmasda olması zamanı əmələ gələn təmas izlərinin (yağ-tər izləri daxil olmaqla) olması ehtimal edilir (iş vərəqə: cild İİ, səh. 3-19). İşdə olan və məhkəmə baxışı zamanı təlqiq edilmiş kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 222 nömrəli rəyindən məhkəmə-psixiatriya ekspertizası üzrə görünür: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğun olmuşdur. Təqsirləndirilən şəxs hövsələsizlik, kobudluq, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Həmin xüsusiyyətlər onun cinayət hadisəsi törətməsinə mənfi təzahür etmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional halına görə öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman psixi-emosional halında aqressiya, qəzəb yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı ekstremal psixi vəziyyət yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: cild İİİ, səh. 201-206). Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1n daxil olmuş məktubda Təqsirləndirilən şəxs “Keçirilmiş ağciyər vərəmindən sonrakı kiçik qalıq əlamətləri, fibroz şəklində, VM (-) neqativ” diaqnozu ilə şəstə olmasının göstərilməsi ilə əlaqədar təyin edilib keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan komisyon məhkəmə-tibbi ekspertizasının 02 mart 2023-cü il tarixli, 116/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, “Keçirilmiş ağciyər vərəmindən sonrakı kiçik qalıq əlamətləri, fibroz şəklində, VM (-) neqativ” xəstəliyi ilə əlaqədar hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 stasionar müalicədədir. Təqsirləndirilən şəxsdüçar olduğu xəstəlik xroniki gedişlidir (iş vərəqə: cild İİİ, səh. 134, cild İİİ, səh. 166-170). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan, silah qismində istifadə edilən əşya tətbiq etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nəsrəddinovnanın sağlamlığına ağır zərər vurulmaqla basqın edərək, xüsusi amansızlıqla və quldurluqla əlaqədar Zərərçəkmiş şəxs Nəsrəddinovnanı qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Azərbaycan Respublikası CM-nin 12.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 12.1, 120.2.11 (quldurluq niyyəti ilə adam öldürmə) və 12.1, 181.3.3-cü (zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq) maddələri ilə nəzərdə tutulan cinayət əməlləri həm də Rusiya Federasiyasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulan analoji cinayətlərdir və Təqsirləndirilən şəxs törətdiyi bu cinayətlərə görə Rusiya Federasiyasında məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Məhkəmə baxışı zamanı təkzib edilməz sübutlarla baş vermiş cinayət hadisəsinin 27 dekabr 2008-ci il tarixdə, saat 20 radələrində Rusiya Federasiyası, Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi, ev 4, mənzil 201 ünvanda törədildiyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli cinayət hadisəsinin törədildiyi 27 dekabr 2008ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-də 12.1, 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 12.1, 120.2.11 (quldurluq niyyəti ilə adam öldürmə) və 12.1, 181.3.3-cü (zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq) maddələri ilə nəzərdə tutulan, təsnifatına görə xüsusilə ağır cinayətlərə aid olan cinayət əməli kimi mövcud olmuş və Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsinin sanksiyasında on iki ildən on beş ilədək azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Lakin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 30 may 2014-cü il tarixli, 975-İVQD saylı Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının müddəti dəyişikliyə uğramış və bu cəza növü sərtləşdirilərək on dörd ildən iyirmi ilədək azadlıqdan məhrum etmə ilə əvəzlənmişdir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli 30 may 2014-cü il tarixli, 975-İVQD saylı Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində zərərçəkmiş şəxs X2 evlənmək təklif etməsi, əks təqdirdə özünə xəsarət yetirərək, guya onun tərəfindən zorlanmasına dair yalandan şikayət edəcəyini deməsindən qorxuya düşməsi, Zərərçəkmiş şəxs öldürmək niyyətində olmaması, sonuncunu sakitləşdirmək məqsədilə ona çəkiclə bir dəfə zərbə endirməsi, onu kəmər və ya kəndirlə boğmaması, Saboxat Babayevanın öldüyünə əmin olduqdan sonra cinayətin izlərini gizlətmək üçün sonuncunun üzərində olan qızıl-zinət əşyalarını və pulunu götürməsi, zərər çəkmiş şəxsin mobil telefonunun Şahid1 olmasını sonradan öyrənməsi, zərər çəkmiş şəxsin meyitini doğrayan zaman onun bilək hissəsini əlinə alıb Şahid1 yanına gedib ona “salam” deməməsi, qızıl-zinət əşyalarını 30 000 rubla deyil, 15 000 rubla satması, həmin əşyaları Şahid1 dostuna satması barədə göstərdiklirini cinayət məsuliyyətindən və ağır cəzadan yayınmaq məqsədilə seçmiş olduğu özünü müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Rafiq Hüseynovun Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə cəza təyin edilərkən 30 may 2014-cü il tarixli, 975-İVQD saylı Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək qüvvədə olan Azərbaycan Respublikası qanunu tətbiq olunmalı, təqsirləndirilən şəxsin CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə nəzərdə tutulan xüsusilə ağır cinayətdə ittiham olunması, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyi, barəsində müəyyən olunan yüngülləşdirici hallar, həmçinin cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla ona ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox olmamaq şərti ilə müəyyən müddətə, şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, baxılan iş üzrə ərazisində cinayət hadisəsinin törədildiyi 27 dekabr 2008-ci il tarixdə qüvvədə olmuş Rusiya Federasiyası CM-də xüsusi amansızlıqla adam öldürmə, quldurluq niyyəti ilə adam öldürmə və zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq cinayət əməlləri analoji cinayətlər olaraq nəzərdə tutulmuşdur və həmin Qanuna görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iyirmi ilədəkdir. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələ müzakirə olunarkən müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 dekabr 2022-ci il tarixdə Xəzər RPİ vasitəsi ilə Xəzər rayon prokurorluğuna təhvil verilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.5-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmiş, Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarına əsasən həbs etmənin əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsun cəza çəkməsinin əvvəli onun ittiham elan edilməsi üçün tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 28 dekabr 2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı müddət isə ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Xəzər rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - xx.xx.2016-cı il tarixdə Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi ünvanındakı ev 4, 201 saylı mənzildə hadisə yerinə baxış keçirilərkən divandan porolon parçasından götürülmüş 1 saylı kəsik parçası və xx.xx.2021-ci il tarixdə Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi ünvanındakı ev 4, 201 saylı mənzildə hadisə yerinə baxış keçirilərkən divan kəsiyindən götürülmüş 1 saylı kəsik parçası və 2 saylı kəsik parçası, xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxs M.Zərərçəkmiş şəxs götürülmüş pambıq ucu olan plastik çubuqda ağız suyunun epitelinin nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı 17.000 (on yeddi min) manat maddi və 83.000 (səksən üç min) manat mənəvi zərərə görə cəmi 100.000 (yüz min) manat pul tələbinə dair mülki iddia qaldırmışdır, mülki iddianı onunla əsaslandırmışdır ki, qızının qətlə yetirilməsi nəticəsində ona məxsus 17.000 (on yeddi min) manat dəyərində qızıl-zinət əşyaları talanmış, 2008-ci ildən başlayaraq qızının xəbərsiz itkin düşməsi və daha sonra onun öldürülməsinin müəyyənləşdirilməsi ona, onun ailə üzvlərinə mənəvi olaraq zərbə vurmuş, qızının axtarışı ilə əlaqədar maddi vəsaitlər sərf olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs 17.000 (on yeddi min) manat maddi və 83.000 (səksən üç min) manat mənəvi zərərə görə pulun alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildi ki, baş vermiş cinayət hadisəsi zamanı mərhum zərər çəkmiş şəxsin üzərində müvafiq dövrün kursuna uyğun olaraq ümumi dəyəri 840 Azərbaycan manatına bərabər 30.000 Rusiya rublu məbləğində qızıl-zinət əşyalarının, 142,9 Azərbaycan manatına bərabər məbləğdə olan 5.101,6 Rusiya rublu məbləğində “Nokia 5310” markalı mobil telefon cihazının və 280 Azərbaycan manatına bərabər 10.000 Rusiya rublu məbləğində nağd pul vəsaitinin quldurluqla ələ keçirilməsi nəticəsində cəmi 1262,90 (min iki yüz altmış iki manat 90 qəpik) manat maddi zərər yetirilmişdir. Məhkəmə, qeyd edir ki, zərər çəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs qarşı mənəvi zərərə görə mülki iddia qaldırmaqda haqlıdır. Belə ki, doğma övladının illərlə xəbərsiz itkin düşmüş şəxs statusunda olması, sonuncunun tapılma ehtimalının olması və valideynlərin buna görə mənəvi iztirablar keçirməsi, hətta zərər çəkmiş şəxsin hüquqi varisinin qızının axtarnılması istiqamətində sərf etdiyi vaxt və maddi vəsait təkzibolunmazdar və məhkəmə qərarına əsasən dəyərləndirilməlidir. Lakin zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən mənəvi zərərə görə 83.000 (səksən üç min) manat pul tələbinə dair mülki iddiası da ağlabatan və real görünən deyildir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddiaya dair hissədə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı 17.000 (on yeddi min) manat maddi və 83.000 (səksən üç min) manat mənəvi zərərə görə cəmi 100.000 (yüz min) manat pul tələbinə dair mülki iddiası qismən təmin olunmalı, maddi zərərə görə 1262,90 (min iki yüz altmış iki manat 90 qəpik) manat və mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb zərər çəkmiş şəxsin hüquqi varisi X5 nəfinə ödənilməli və mülki iddia qalan hissədə təmin edilmədən rədd edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.4, 12.1, 120.2.11 maddəsi ilə 14 (on dörd) il, Cinayət Məcəlləsinin 12.1, 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qirsmən toplanılmaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 28 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri Xəzər rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan maddi sübutlar - xx.xx.2016-cı il tarixdə Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi ünvanındakı ev 4, 201 saylı mənzildə hadisə yerinə baxış keçirilərkən divandan porolon parçasından götürülmüş 1 saylı kəsik parçası və xx.xx.2021-ci il tarixdə Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi ünvanındakı ev 4, 201 saylı mənzildə hadisə yerinə baxış keçirilərkən divan kəsiyindən götürülmüş 1 saylı kəsik parçası və 2 saylı kəsik parçası, xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxs M.Zərərçəkmiş şəxs götürülmüş pambıq ucu olan plastik çubuqda ağız suyunun epitelinin nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı 17.000 (on yeddi min) manat maddi və 83.000 (səksən üç min) manat mənəvi zərərə görə cəmi 100.000 (yüz min) manat pul tələbinə dair mülki iddiası qismən təmin olunsun. Maddi zərərə görə 1262,90 (min iki yüz altmış iki manat 90 qəpik) manat və mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb zərər çəkmiş şəxsin hüquqi varisi X5 nəfinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilsin. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-312/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-312/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver