Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-312/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məmmədov X10 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi “Mərkəz” vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, yetkinlik yaşına çatmayan 1 (bir) uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 3,483 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetmamini və 0,563 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin 0,563 qram təşkil edən narkotik vasitə heroini 27 avqust 2023- cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanışı Şahid3 25 manat müqabilində satıb, 3,483 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə 09 ədəd bükümlərə bölüb üzərində saxlamaqla daşımış və Bakı şəhəri Suraxam rayon Polis idarəsinin 30-cu PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü tarixdə saat 10:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış apanlarkən əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd üzərində “İmpact İnts” yazılı sarı rəngli şirniyyat qutusunun içərisində 09 (doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,364 qram, 0,801 qram, 0,310 qram, 0,301 qram, 0,345 qram, 0,317 qram, 0,446 qram, 0,303 qram, 0,296 qram ümumi təmiz çəkisi külli miqdarda 3,483 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metafetmamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, özünü qismən təqsirli bilir. Qeyd olunan narkotik vasitə üzərində olub, amma şəxsi istifadəsi üçün adını bilmədiyi İran vətəndaşından almışdır. Həmin şəxslə vatsap vasitəsilə danışmış, onun karıtna pul atmış və konum vasitəsi ilə də narkotiki gedib götürmüşdür. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Aydın adlı şəxsə 05 qram narkotik vermişdir. Aydına narkotik vasitəni pul qarşılığında verməmiş, pay olaraq vermişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən internat məktəbində 11 illik tam orta təhsil almışdır. 2007-ci ildə isə orta məktəbdən Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuş və orada təhsil almışdır. 2011-ci ildən isə həmin təhsil müəssisəsindən məzun olmuşdur. O, ünvan 1-də qeydiyyatda olsa da ünvan 5 ünvanında yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən 1 ildir ki, psixotrop maddə qəbul edir, hal- hazırda isə «patı» kimi tanıdığı psixotrop maddə metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul edir. 26 avqust saat 22 radələrində sosial şəbəkədə tanış olduğu, adını bilmədiyim İran vətəndaşından 100 manat ödəməklə “patı” kimi tanıdığı psixotrop maddə metafetamini və bir büküm heroini almışdır. İran vətəndaşı həmin psixotrop maddəni və narkotik vasitə heroini Maştağa qəsəbəsində gizlətmiş və ona konumunu “Whatsapp” ani mesajlaşma tətbiqinin vasitəsilə göndərmişdir. O, da həmin konumdan İran Respublikasının vətəndaşının oraya qoyduğu psixotrop maddələri və bir büküm narkotik vasitə heroini götürmüşdür. Daha sonra həmin psixotrop maddələri və bir büküm narkotik vasitə heroini yaşadığı ünvan 5 ünvanına gətirmiş və orada sellofan bükümlərə bölməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, tanışı olan Şahid3 ilə görüşmüş və ona 25 AZN müqabilində bir büküm narkotik vasitə heroini satmış və üzərində psixotrop maddə qalmışdır. Daha sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz ünvanının qarşısında dayanan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxam rayon polis idarəsinin 30-cu polis bölməsinin işçiləri olduğunu bilmişdir. Onu 30-cu polis bölməsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı polis kapitanı Vüqar İsizadə tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O, da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququm izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X1 ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən saxladığı 01 ədəd üzərində “İmpact İnts” yazılı sarı rəngli şirniyyat qutusunun içərisində 09 (doqquz) ədəd şəffaf sellofana bükülmüş olan «patı» kimi tanıdığı psixotrop maddəni masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsada başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı üzərindən aşkar edilmiş 09 ədəd bükümdə metafetamin olduğunu bildirmişdir. Həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə səhər Maştağa qəsəbəsində adını bilmədiyi İran vətəndaşından 100 manat pul ödəməklə əldə etdiyini demişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarmin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin şirniyyat qutusu ilə birlikdə zərfə qoyulub, qablaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Kəmalə xanımın hansı işlə, nə biznesi ilə məşqul olması barədə heç bir fikri yoxdur. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Kəmalə xanımla görüşəndə tutulmuş və üzərində olan narkotik vasitəni Kəmalədən götürmüşdür. Kəmalə ilə cəmi 3 dəfə görüşmüşdür. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, 27 avqust 2023-cü il tarixdə təxminən saat 10 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsinə gəlmişdir ki, tanışı olan Təqsirləndirilən şəxs öz istifadəsi üçün narkotik vasitə heroin alsın. Hövsan qəsəbəsinə çatdıqdan sonra Kəmaləyə zəng vurub Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olduğunu demişdir. Kəmalə də “A Plus” marketin qabağına gəlməyini demişdir. Kəmalə ilə həmin yerdə görüşüb həmin marketin arxasına keçmişlər. Kəmalə orada onunla salamlaşmış və əl uzadıb onunla görüşmüşdür. Bu zaman Kəmalə ona sağ əlini uzadıb görüşən zaman əlində nəsə olduğunu hiss etmişdir. Kəmalə əlinin içinə nəsə qoymuş və o, əlini açdıqda bir ədəd sellofan büküm olduğunu görmüşdür. O, əvvəlcədən narkorikin qiyməti barədə Kəmalə ilə razılaşdığından 25 manat pulu Kəmalə verib oradan uzaqlaşmışdır. Bundan sonra bir az Hövsan qəsəbəsində gəzmişdir. Yenidən “A Plus” mağazasının qarşısına gələn zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə 30-cu PŞ-nə gəlmişlər. Suraxanı RPİ-nin 30-cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu haqda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan açıq boz rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd bükümü və əynindəki həmin şalvarın qabaq sol yan cibindən özünə məxsus “İphone 11 Pro” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm açılıb baxılmış və ondan həmin bükümdə olan maddələrin nə olması və haradan əldə etməyi barədə soruşulmuşdur. O, da həmin 01 ədəd bükümün içində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni biraz əvvəl Təqsirləndirilən şəxs adlı xanımdan öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 27 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla və faktiki olaraq ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 6 ünvanının yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ünvan 7 ünvanının qarşısına getmişlər. Həmin vaxtı, yəni saat 10:00-da ünvan 6 ünvanın yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİnin 30-cu PŞ-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər.Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir ədəd sarı rəngli şirniyyat qutusunun içərisində 09 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunun bildirmiş və əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “İmpact İnts” yazılı sarı rəngli şirniyyat qutusunun içərisində olan 09 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi 09 ədəd şəffaf sellofana bükülmüş bükümlərə baxış keçirmişlər. Baxış zamanı həmin bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 09 ədəd bükümlərdəki kütlə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni adını bilmədiyi İİR-nın vətəndaşından 100 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bükümlər kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzamla təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən evinə gedərək Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq poils şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (videoçəkilişin köçürüldüyü diskdən) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd üzərində “İmpact ints” yazılı qutunun içərisində olan 09 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 09 ədəd büküm açıldıqda məlum olur ki, arasında psixotrop maddə metamfetaminə oxşar kütlə vardır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16- 16/2-6/4571 nömrəli ekspert rəyindən görünür ki, üzərində Təqsirləndirilən şəxs götürülmüş maddi sübutlar; şübhəli şəxs: V.İsizadə-imza; iştirakçılar: iki imza, Qablaşdırıldı: V.İsizadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkiləri - 0,364 qram, 0,801 qram, 0,310 qram, 0,301 qram, 0,345 qram, 0,317 qram, 0,446 qram, 0,303 qram, 0,296 qram, ümumi təmiz çəkisi 3,483 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 6896 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq Suraxanı RPİ-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 02:13də 050 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** nömrəsinə «Torpaq var daş yoxdu yeni» mətnli mesajlar göndərmiş, xx.xx.2023-cü il tarixdə saat 01:41-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən 050 *** ** ** mobil nömrəsinin istifadəçisinə “Axşamın xeyir Vüqar nə yaxşı yazdın ee özüm yazacaqdım sənə, sən məni qabaqladın, gör nə deyirəm kolanı daşla dəyişə bilərik?”, xx.xx.2023-cü il tarixdə saat 02:22-də həmin nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən «yox can, daş var məndə torpaq yoxdu” və xx.xx.2023-cü il tarixdə saat 02:29-də həmin nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən “Hardasan ki? Necə dəqiqəyə çatarsan evə? Gör nə deyirəm 0.3 daşı 0.3 torpaqla imkan var dəyişməyə” mətinli mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 01:58də 070 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə «Kama gəlim o daşı ötür mənə», xx.xx.2023-cü il tarixdə saat 22:44-də 077 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “birdə qaqaşımsan zaklatkaya gedib gələndən sonra mənə xəbər edərsən ramamdan konum ataram taksi ilə mənə əmanəti göndərərsən”, xx.xx.2023-cü il tarixdə saat 16:12-də 070 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “Hə verəcəm indi mən evdəyəm ne vaxt gəlim siz tərəfə sen cam daşın varsa bir az qoyda dişim yaman ağrıyır birdə ne vaxt gəlim", xx.xx.2023-cü il tarixdə saat 16:20-də 070 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “Yaxşı çıxdım evdəngəlirəm kamal marketdən atacam bir az daş qoy menim üçün kolanı normalnı elə gəlirəm 15 d atıram pulu narahat olma”, xx.xx.2023-cü il tarixdə saat 20:07-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “bayaq verdiyin koladan yox başkasınnan var kama yandı o nese faliqada 7 m var inan allaha çıxa bilmədim mən vəziyyətdən nə olar varsa verde kama ölürəm”, xx.xx.2023-cü il tarixdə saat 21:18-də həmin nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “ay qız vacapım yoxdu kola var 10 luq lazımdı ölürəm ağrıdan 2 gündü he yox de mənə bilim işimi”, xx.xx.2023-cü il tarixdə 099 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “kama mənə vacibdi patı catmadun” mətnli mesajlar göndərmiş, xx.xx.2023-cü il tarixdə saat 16:14-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən 070 *** ** ** mobil nömrəsinin istifadəçisinə “indi çıx gəl ama pulu kartıma vursonra gəl kamal marketə”, xx.xx.2023-cü il tarixdə saat 16:26-da Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən 070 *** ** ** mobil nömrəsinin istifadəçisinə “Nicat başıva dönüm normalnı koluna eləməyimi istiyirsənsə patıyla bir yerdə 15 man vur hər ikisininormalnı edim”, xx.xx.2023-cü il tarixdə saat 01:16-da Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən 051 *** ** ** mobil nömrəsinin istifadəçisinə “Elmeddin tema var isteyen yoxdu?” və xx.xx.2023-cü il tarixdə saat 09:17-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən 055 *** ** ** mobil nömrəsinin istifadəçisinə “Zaur privet eti kama, necəsən? Tema ne nujna?” mətinli mesajlar göndərmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni satmaq fikri olmadığını, həmçinin heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 02:13-də 050 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** nömrəsinə «Torpaq var daş yoxdu yeni» mətnli mesajlar göndərmiş, xx.xx.2023cü il tarixdə saat 01:41-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən 050 *** ** ** mobil nömrəsinin istifadəçisinə “Axşamın xeyir Vüqar nə yaxşı yazdın ee özüm yazacaqdım sənə, sən məni qabaqladın, gör nə deyirəm kolanı daşla dəyişə bilərik?”, xx.xx.2023-cü il tarixdə saat 02:22-də həmin nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən «yox can, daş var məndə torpaq yoxdu” və xx.xx.2023-cü il tarixdə saat 02:29-də həmin nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən “Hardasan ki? Necə dəqiqəyə çatarsan evə? Gör nə deyirəm 0.3 daşı 0.3 torpaqla imkan var dəyişməyə” mətinli mesajlar göndərmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 01:58-də 070 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə «Kama gəlim o daşı ötür mənə», xx.xx.2023-cü il tarixdə saat 22:44-də 077 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “birdə qaqaşımsan zaklatkaya gedib gələndən sonra mənə xəbər edərsən ramamdan konum ataram taksi ilə mənə əmanəti göndərərsən”, xx.xx.2023cü il tarixdə saat 16:12-də 070 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “Hə verəcəm indi mən evdəyəm ne vaxt gəlim siz tərəfə sen cam daşın varsa bir az qoyda dişim yaman ağrıyır birdə ne vaxt gəlim", xx.xx.2023-cü il tarixdə saat 16:20-də 070 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “Yaxşı çıxdım evdəngəlirəm kamal marketdən atacam bir az daş qoy menim üçün kolanı normalnı elə gəlirəm 15 d atıram pulu narahat olma”, xx.xx.2023-cü il tarixdə saat 20:07-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “bayaq verdiyin koladan yox başkasınnan var kama yandı o nese faliqada 7 m var inan allaha çıxa bilmədim mən vəziyyətdən nə olar varsa verde kama ölürəm”, xx.xx.2023-cü il tarixdə saat 21:18-də həmin nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “ay qız vacapım yoxdu kola var 10 luq lazımdı ölürəm ağrıdan 2 gündü he yox de mənə bilim işimi”, xx.xx.2023-cü il tarixdə 099 *** ** ** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** nömrəsinə “kama mənə vacibdi patı catmadun” mətnli mesajlar göndərmiş, xx.xx.2023-cü il tarixdə saat 16:14-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən 070 *** ** ** mobil nömrəsinin istifadəçisinə “indi çıx gəl ama pulu kartıma vursonra gəl kamal marketə”, xx.xx.2023-cü il tarixdə saat 16:26-da Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən 070 *** ** ** mobil nömrəsinin istifadəçisinə “Nicat başıva dönüm normalnı koluna eləməyimi istiyirsənsə patıyla bir yerdə 15 man vur hər ikisininormalnı edim”, xx.xx.2023-cü il tarixdə saat 01:16-da Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən 051 *** ** ** mobil nömrəsinin istifadəçisinə “Elmeddin tema var isteyen yoxdu?” və xx.xx.2023-cü il tarixdə saat 09:17-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən 055 *** ** ** mobil nömrəsinin istifadəçisinə “Zaur privet eti kama, necəsən? Tema ne nujna?” mətinli mesajlar göndərmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Kəmalə xanımın hansı işlə, nə biznesi ilə məşqul olması barədə heç bir fikri yoxdur. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Kəmalə xanımla görüşəndə tutulmuş və üzərində olan narkotik vasitəni Kəmalədən götürmüşdür. Kəmalə ilə cəmi 3 dəfə görüşmüşdür. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Bundan əlavə, ibtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, 27 avqust 2023-cü il tarixdə təxminən saat 10 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsinə gəlmişdir ki, tanışı olan Təqsirləndirilən şəxs öz istifadəsi üçün narkotik vasitə heroin alsın. Hövsan qəsəbəsinə çatdıqdan sonra Kəmaləyə zəng vurub Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olduğunu demişdir. Kəmalə də “A Plus” marketin qabağına gəlməyini demişdir. Kəmalə ilə həmin yerdə görüşüb həmin marketin arxasına keçmişlər. Kəmalə orada onunla salamlaşmış və əl uzadıb onunla görüşmüşdür. Bu zaman Kəmalə ona sağ əlini uzadıb görüşən zaman əlində nəsə olduğunu hiss etmişdir. Kəmalə əlinin içinə nəsə qoymuş və o, əlini açdıqda bir ədəd sellofan büküm olduğunu görmüşdür. O, əvvəlcədən narkorikin qiyməti barədə Kəmalə ilə razılaşdığından 25 manat pulu Kəmalə verib oradan uzaqlaşmışdır. Bundan sonra bir az Hövsan qəsəbəsində gəzmişdir. Yenidən “A Plus” mağazasının qarşısına gələn zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə 30-cu PŞ-nə gəlmişlər. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddəni satmaq fikri olmadığı, həmçinin heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığı barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, psixotrop maddəni miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, psixotrop maddənin bükümlər halında olmasını, şahid ifadəsini və aşkar olunmuş sms mətnlərin məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını, gənc olmasını və yetkinlik yaşına çatmayan 1 (bir) uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vəsatət (təqdimat) qismən təmin edilərək təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seşilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan “axtarışda olani şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (təkrarən) tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət (təqdimat) qismən təmin edilərək təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət (təqdimat) təmin edilməyərək təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs (xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək, həmçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) ibtidai araşdırma zamanı 03 (üç) ay 22 gün müddətində tutularaq həbsdə və ev dustaqlığında olmuşdur. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək onun barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasından təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (növbəti dəfə) tutulmuşdur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutularaq həbsdə və ev dustaqlığında 03 (üç) ay 22 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,303 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatorlardan ("xxxx" MMC, Bakcell MMC) təqdim edilmiş (sms və digər məlumatlar) 02 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bununla yanaşı, məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs uşağı xx.xx.2016-cı il təvəllüdlü X12 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları (pasport qeydiyyatında olduqları) ərazi üzrə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir (tapşırılmalıdır). Belə ki, Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə görə, valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu (həbsdə və ev dustaqlığında saxlanıldığı) 03 (üç) ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə (xx.xx.2024-cü il tarixdən) müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3,303 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatorlardan ("xxxx" MMC, Bakcell MMC) təqdim edilmiş (sms və digər məlumatlar) 02 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcinin 92 manatı təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs uşağı xx.xx.2016-cı il təvəllüdlü X9 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları (pasport qeydiyyatında olduqları) ərazi üzrə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin (tapşırılsın). Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Mərkəz” vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-312/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-312/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver