Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-313/2020 28.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Dursun oğlunun, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında, xx.xx.1992-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə fərdi evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə; xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq, talama məqsədilə alkoqol sərxoşluğu vəziyyətində 04 sentyabr 2019-cu il tarixdə təxminən saaat 23 radələrində tanışı xx.xx.2002-ci il təvvəllüdlü, yetkinlik yaşına çatmayan alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs2 özgənin əmlakını oğurlanmasında ona köməklik etməsi və bunun müqabilində həvəsləndirəcəyi barədə vəd verib razılığa gətirmiş, bu məqsədlə özü ilə götürdüyü ağ rəngli torbanı və üzərində olan 2 ədəd bıçaqdan 1 ədədini ona verərək silahlandırmaqla onu aldadıb cinayətkar fəaliyyətə cəlb edib, onunla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə 05 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək onlar arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən o, evin darvazasının qarşısında gözləyib ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə darvazadan aşaraq qanunsuz həyətə daxil olaraq, həyətdə qapalı formada olan saxlanc yerinə, yəni göyərçinlərin saxlanıldığı hinə qanunsuz olaraq girməklə hində saxlanılan Zərərçəkmiş şəxs məxsus göyərçinləri özləri ilə götürdüyü ağ rəngli torbaya yığarkən ev sahibi Zərərçəkmiş şəxs həyətə daxil olduğunu görüb gizlənməyə çalışmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 görərək qanunsuz hərəkətlərinin qarşısını almaq üçün sonuncunu tutduqda Təqsirləndirilən şəxs2 üzərində olan silah qismində tətbiq edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağını çıxarıb Zərərçəkmiş şəxs əlindən qurtulmaq istəmiş, lakin bıçağı hində düşdüyündən tətbiq edə bilməmiş, həmin vaxt o, həyətə qəfil daxil olub əldə edilmiş razılaşmadan kənara çıxaraq darvazanı açıb həyətə daxil olaraq tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 quldurluq ağır cinayətinin törədilməsinə cəlb edərək onunla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə əvvəlcədən özü ilə götürdüyü istintaqla müəyyən olunmayan silah qismində istifadə edilən bıçağı tətbiq edib, bıçağı Zərərçəkmiş şəxs boğaz nahiyyəsinə dirəyib hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək Təqsirləndirilən şəxs2 buraxmasını tələb etmiş və onun tələbi ilə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mülkiyyətində olan hər biri 10 manat olmaqla 16 ədəd, yəni 160 manat dəyərində 1 yaşlı göyərçinləri özləri ilə gətirmiş ağ rəngli torbaya yığaraq ələ keçirib hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi evdə valideynləri ilə birlikdə yaşayır, hal-hazırda heç bir yerdə işləmir. Digər Təqsirləndirilən şəxs2 qonşusudur, həmçinin Zərərçəkmiş şəxs da eyni məhəllədə yaşamaqla qonşusudur. Onun Rafiqlə düşmənçiliyi yoxdur, lakin saxladığı göyərçinlərdən biri Rafiqin həyətinə uçub getmiş, Rafiq də onun quşunu saxladığı göyərçinlə qoşub qaytarmamışdır. Hətta o, Rafiqdən quşunu qaytarmasını tələb etsə də sonuncu qaytarmamışdır. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 180.2.1-ci və 221.2.2-ci maddələri ilə, toyuq oğurluğuna və xuliqanlığa görə məhkum olunmuşdur. Axırıncı məhkumuluğu 04.11.2019-cu il tarixdə olmuş, ona CM-nin 221.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla bir il müddətinə islah işləri cəzası təyin etmişlər. Məhkəmədə hal-hazırda baxılan cinayət əməlini isə o, 2019-cu ilin sentyabr ayının 4-də törətmişdir. Yəni, məhkumluğu ödənilməmişdir. O, 04 sentyabr 2019-cu il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdən çıxaraq yaxınlıqda olan kafelərin birinə pivə içməyə getmişdir. Orada olduğu zaman təxminən saat 23 radələrində ora qonşuları Təqsirləndirilən şəxs2 gəlmişdir. Məhəmməd yetkinlik yaşına çatmamış şəxs olduğu üçün pivə içməmiş, sadəcə onun yanında oturub onunla söhbət etmişdir. Məhəmmədə göyərçinlə bağlı Rafiqlə aralarında olan məsələni danışmış, ona Rafiqdən heyfini çıxmaq istədiyini, Rafiqin quşlarını aparmaq istədiyini demiş, Məhəmmədə ona kömək etməyi təklif etmişdir. Məhəmməd də buna etiraz etməmişdir. 05.09.2019-cu il tarixdə saat 01 radələrində Məhəmmədlə birlikdə Rafiqin yaşadığı evin hasarının yanına gəlmiş, Məhəmmədə Rafiqin həyətində hin olduğunu, göyərçinlərin orada saxlanıldığını bildirərək ona torba vermiş və hasardan həyətə aşıb keçməsinə kömək etmişdir. Özü isə bayırda dayanıb Məhəmmədi gözləmişdir. Bu zaman məhəlləyə “Mercedes-Benz” markalı avtomobilin gəlməsini, avtomobildən Zərərçəkmiş şəxs çıxıb darvazanın qapısını açaraq içəri keçməsini görmüş, Məhəmmədin tutulacağından ehtiyyat edərək darvazanın qapısını döymüş və evin sahibi qapını açdıqda o, həyətə keçərək özü ilə gətirdiyi bıçağı cibindən çıxardaraq Rafiqdən Məhəmmədi buraxmasını tələb etmişdir. Rafiq Məhəmmədi buraxdıqda isə o, Məhəmmədə hində olan bütün göyərçinləri torbaya yığmasını demiş, Məhəmməd də öz növbəsində hində olan göyərçinləri torbaya yığmış və onlar həyətdən çölə çıxaraq oradan uzaqlaşmışlar. Oradan uzaqlaşdığı zaman həmin evin yanına Rafiqin səsinə daha bir neçə nəfərin gəlməsini görmüş, lakin oradan Məmmədlə birlikdə qaçmağa müvəffəq olmuşdur. İçində göyərçinlər olan torbanı özü götürmüş, Məhəmməd isə ondan aralanaraq bilmədiyi istiqamətə getmişdir. O, Məhəmmədlə oğurlamış göyərçinləri öz həyətinə aparıb qoymuşdur. Daha sonra həmin göyərçinlərdən bir neçəsi həyətdən uçaraq getmişdir. 05.09.2019-cu il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əlavə olaraq bildirir ki, Məhəmmədlə Rafiqgilin evinə tərəf getdiyi zaman ona bir ədəd dəstəyi qara olan qatlanan bıçağı vermişdir ki, evin sahibi qəflətən onların üstünə çıxsa onu qorxuzub qaçıb gedə bilsinlər. Həmçinin onun üzərində də bıçaq olmuş, həmin bıçaqla Rafiqi hədələmiş və hadisə yerindən qaçdıqda tullamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhərinin sakinləri və qonşuları kimi tanımışdır. Onun hal-hazırda 17 yaşı var, peşə məktəbində oxuyur. Təqsirləndirilən şəxs1 onun yetkinlik yaşına çatmamış olduğunu dəqiq bilirdi. Hətta onun ad gününün vaxtını da bilirdi. 04 sentyabr 2019-cu il tarixdə saat 23 radələrində ad günündən çıxaraq məhəllələrinə yaxın bir kafeyə çay içmək üçün girmişdir. Kafedə oturub pivə içən Təqsirləndirilən şəxs1 onu görərək oturduğu masaya dəvət etmişdir. Oktay ona yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs həyətində olan göyərçinləri aparmağı təklif etmiş, o da razılaşmışdır. Bundan sonra Rafiq ona bir torba vermiş və ikisi birlikdə Rafiqin yaşadığı evin darvazasına yaxınlaşmışlar. Orada Oktayın köməkliyi ilə hasarı aşıb həyətə düşmüş və yaşayış evinin böyründə hini görmüşdür. Hinə girib göyərçinləri torbaya yığmağa başlamışdır. 4-5 göyərçini torbaya yığdığı zaman maşın səsini eşitmiş və görmüşdür ki, darvazanın qapısı açılaraq evin sahibi Zərərçəkmiş şəxs həyətə daxil olmuşdur. Rafiq onu gördükdə orada nə etdiyini soruşmuş, o isə göyərçinləri aparmağa gəldiyini etiraf etmiş və torbaya yığdığı göyərçinləri hinə buraxmışdır. Elə bu zaman darvazanın qapısı döyülmüş, Rafiq qapını açdıqda həyətə Oktay daxil olmuş, Oktayın əlində bıçaq olmuşdur. Oktay Rafiqdən onu buraxmağı tələb etmiş, Rafiq ondan aralandıqda isə Oktay demişdir ki, quşları torbaya yığıb çıxsın. O da quşları torbaya yığdığı zaman üzərində olan bıçaq hinə düşmüş, qaranlıq olduğu və tələsdiyi üçün bıçağı axtarıb götürməmişdir. Həmin bıçağı o, Rafiqə qarşı tətbiq etməmiş, onu hədələməmişdir. Quşları torbaya yığdıqdan sonra Oktayla birlikdə bayıra çıxıb həmin evdən uzaqlaşmışlar. Göyərçin olan torbanı Oktaya verib yaşadığı ünvana getmiş, bundan bir müddət sonra polis əməkdaşları onu saxlamış və o, törətdiyi cinayəti etiraf etmişdir. Əlavə olaraq bildirir ki, hadisə yerinə getdikdə Təqsirləndirilən şəxs1 ona göyərçinləri yığmaq üçün torba ilə yanaşı bir ədəd qatlanan bıçaq da vermişdir ki, evin sahibi onların qarşısına çıxdıqda onu hədələyib qaça bilsinlər. Lakin o, evin sahibi Rafqi həmin bıçaqla hədələməmiş, ona nümayiş etməmiş, yuxarıda göstərdiyi kimi hində olan zaman bıçaq cibindən düşüb orada qalmışdır. Polis idarəsində ona təqdim olunmuş 4 ədəd bıçaqdan Təqsirləndirilən şəxs1 ona verdiyi bıçağı tanıyıb polis əməkdaşlarına göstərmişdir. Həmçinin qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Rafiqi bıçaqla hədələyən zaman ona hinə buraxdığı göyərçinləri təzədən torbaya yığmasını dedikdə o buna etiraz etməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisəyə qədər təqsirləndirilən şəxsləri tanımamışdır. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Oktayın dediyi məsələ, guya ki, Oktayın bir göyərçini onun həyətinə uçub gəlmişdir həqiqətə uyğun deyildir. Belə ki, o, yaşadığı ünvan 1-in həyətində hinin içində 16 göyərçin saxlayır və bu göyərçinlərin hamısı şəxsən onun özünə məxsusdur. 04 sentyabr 2019-cu il tarixdə təxminən saat 15 radələrində yaşadığı evdən çıxaraq Abşeron rayonu, Masazır kəndində işlətdiyi çay evinə getmiş, 05 sentyabr 2019-cu il tarixdə təxminən saat 01 radələrində işdən çıxaraq özünə məxsus olan “Mercedes-Benz” markalı avtomobili ilə yaşadığı evə gəlmişdir. Avtomobildən düşüb yaşadığı evin darvazasını açaraq həyətə daxil olmuş, həyətin sağ tərəfində, yəni onun evi ilə qonşu evin arasından göyərçinlərin səsi gəldikdə o, telefonun işığını yandıraraq həmin tərəfə getmişdir. Səs gələn yerə baxdıqda bir nəfər tanımadığı əlində ağ rəngli torba olan adını sonradan bildiyi Məhəmmədi görmüş və ondan burda nə işi olduğunu soruşmuşdur. Məhəmməd əlində olan torbanın içərisində göyərçinlərin olduğunu və oğurluq məqsədi ilə gəldiyini demişdir. O, əlində olan telefonun kamerası ilə Məhəmmədin şəklini telefona çəkmişdir ki, polisə təqdim etsin. Bu vaxt darvaza döyülmüş və o darvazanı açmış və qarşısında adını sonra bildiyi Təqsirləndirilən şəxs1 görmüşdür. Oktay əlində bıçaqla həyətə daxil olmuş, onun köynəyindən tutaraq əlindəki bıçağı boğazına dirəmiş və ondan Məhəmmədi buraxmasını tələb etmişdir. O da bıçaqdan ehtiyyat edərək Məhəmmədi buraxmışdır. Bundan sonra Oktay Məhəmmədə göyərçinlərin hamısını torbaya yığmağı demiş, sonuncu da hində olan bütün göyərçinləri, yəni 16 ədəd göyərçini torbaya yığmışdır. Bundan sonra onun yaşadığı evin yaxınlığında olan 3 nömrəli məktəbin mühafizəçisi səs eşidərək onun həyətinə gəlmiş və əlində bıçaq olan Oktaya bıçağı yerə tullamasını demişdir.. Lakin Oktay əlində olan bıçaqla mühafizəçiyə tərəf tutaraq bıçağı nümayiş etdirmiş, yaxın gəlməməsini tələb etmişdir. Daha sonra Məhəmməd göyərçinləri yığıb qurtardıqdan sonra Oktay və Məhəmməd həyətdən çıxaraq qaçmışlar. Bu vaxt qonşusu olan Rəşad da həyətə gəlmiş və o, Rəşad və mühafizəçi ilə birlikdə Otayla Məhəmmədin arxası ilə qaçmışlar. Lakin onları tuta bilməmişlər. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN 102 mərkəzə zəng edərək məlumat vermişdir. Vurulmuş ziyandan Məhəmmədin atası ona 2 göyərçin qaytarmış, bu səbəbdən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 şikayəti və tələbi yoxdur, lakin Təqsirləndirilən şəxs1 ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qəsəbə sakini kimi tanıyır, Təqsirləndirilən şəxs2 isə doğma oğludur. Onun üç övladı var, böyük övladı Məhəmməd olmaqla 17 yaşı vardır. O, özü heç bir yerdə işləmir, ailəsini böyük çətinliklə saxlayır. O, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Oğlu Məhəmməd Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən Peşə Liseyində motorist ixtisası üzrə təhsil alır. Hadisə haqqında məlumatı olmamışdır. Bilir ki, Məhəmməd 04 sentyabr 2019-cu il tarixdə saaat 20 radələrində tanışının ad gününə getmiş, 05 sentyabr 2019-cu il tarixdə gecə təxminən saat 02 radələrində evə gəlmiş və öz otağına keçərək yatmışdır. 05 sentyabr 2019-cu il tarixdə təxminən saat 19 radələrində evdə olduğu zaman evlərinə polis əməkdaşları gələndə bilmişdir ki, Məhəmməd tanışı Oktay adlı şəxslə 05 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs yaşıdığı ünvan 1 ünvanında yerləşən fərdi evinin həyətinə gələrək həyətində olan hindən 16 ədəd göyərçin quşunu aparmışlar. Zərərçəkmiş şəxsə oğurlanmış göyərçinlərin əvəzinə 2 göyərçin qaytarmış, qalan ziyanı ödəməyə maddi imkanı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 xidməti ərazisinin sakini kimi tanımış, digər Təqsirləndirilən şəxs2 isə hadisə ilə əlaqədar saxladıqdan sonra tanımışdır. Belə ki, Xırdalan şəhərində yaşayan Zərərçəkmiş şəxs şikayəti əsasında həyətindəki hindən məhkəmədə gördüyü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər 16 göyərçin talamışlar. Zərərçəkmiş şəxs şikayətindən məlum olmuşdur ki, o, gecə vaxtı evinə gəlib həyətə keçdiyi zaman əlində torba olan Təqsirləndirilən şəxs2 görmüş, sonuncudan həyətində nə etdiyini soruşduqda Məhəmməd göyərçinləri torbaya yığıb aparmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs torbadakı quşları hinə boşaltdırdıqda həyətə Təqsirləndirilən şəxs1 daxil olaraq Rafiqi hədələyərək Məhəmmədi məcbur etmişdir ki, sonuncu göyərçinləri təkrar torbaya yığsın. Bundan sonra hər iki təqsirləndirilən şəxs hadisə yerini tərk etmişlər. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2019-cu il tarixdə təxminən saat 01 radələrində Zərərçəkmiş şəxs qarşı quldurluq edən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanılmışlar. İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etdikləri əməli etiraf etmişlər. Təqsirləndirilən şəxs1 onlara lezva udduğunu dediyi üçün xəstəxanaya aparılmış, orada müayinə zamanı mədəsində lezva olması təsdiqlənmiş, həkimlərin keçirdikləri tədbirlər nəticəsində lezva Oktayın bədənindən xaric edilmişdir. Onu da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 bıçaqla zərərçəkmiş şəxsi hədələməklə göyərçinləri talamasını digər Təqsirləndirilən şəxs2la birlikdə etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1lə birlikdə və sonuncunun təkidi ilə törətdiyi əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon x9 Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Təqsirləndirilən şəxsləri baş vermiş hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 05 sentyabr 2019-cu il tarixdə işdə növbədə olduğu zaman Abşeron rayonu, Xırdalan şəhər sakini Zərərçəkmiş şəxs idarəyə gələrək ərizə təqdim etmiş və bildirmişdir ki, 05.09.2019cu il tarixdə gecə vaxtı işlədiyi kafedən evinə gəlmiş, həyətinə daxil olduqda həyətdəki göyərçin saxladığı hinin qapısının açıq olduğunu görmüş, göyərçinlərin olmadığını, evin küncündə isə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs2 gizləndiyini görmüşdür. Rafiqin deməsinə görə Təqsirləndirilən şəxs2 əlində olan torbadan göyərçinləri onun tələbi əsasında hinə boşaltmış, Məhəmmədin cavan olmasını nəzərə alaraq telefonla onun şəklini çəkib buraxmaq istəmiş, lakin bu zaman həyətə hal-hazırda məhkəmədə müttəhimlər kürsüsündə gördüyü Təqsirləndirilən şəxs1 daxil olmuş, yaxasından tutaraq əlindəki bıçaqla hədələyərək Məhəmmədi buraxmağı tələb etmişdir. Bundan sonra Məhəmməd Təqsirləndirilən şəxs1 tələbinə əsasən hinə boşaltdırdığı göyərçinləri Məhəmmədə yenidən torbaya yığdırmış və hər ikisi həyəti tərk etmişlər. Səsə gələn kənar şəxslər də Təqsirləndirilən şəxs1 əlində bıçaq görərək bir şey edə bilməmişlər. Zərərçəkmiş şəxs telefonuna çəkdiyi Məhəmmədin şəklini onlara təqdim etmiş, həmin şəklə əsasən Məhəmməd saxlanılmış, Məhəmmədin sözlərindən Oktayın yaşadığı ünvanı öyrənərək sonuncunu da yaxalamışlar. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Mehdi oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 doğma oğludur. Hadisə haqqında onu deyə bilər ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Oktay əvvəllər məhkum olunmuş, azadlığa çıxdıqdan sonra isə spirtli içki aludəçisi olmuşdur. Oğlu Oktay subay olmaqla heç bir yerdə işləməmiş, yaşadığı həyətdə göyərçin saxlamışdır. 05 sentyabr 2019-cu il tarixdə işlədiyi çörək sexinin yanına polis maşını gəlmişdir.polislər ona bildirmişlər ki, oğlu Oktay göyərçin oğurlamış, həyətinə baxış keçirməlidirlər. O zaman görmüşdür ki, polislərin maşınında oğlu Oktay və halhazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 da oturmuşlar. Bundan sonra sadaladığı bu şəxslərlə yaşadığı evin həyətinə getmiş və oğlu polis əməkdaşlarına oğurlayıb hinə digər göyərçinlərin yanına qatdığı iki göyərçini göstərmiş, həmin iki göyərçini qonşu Rafiqin hinindən Məhəmmədlə birlikdə taladığını etiraf etmişdir. Polislər həmin göyərçinləri götürən zaman onlardan biri uçub getmişdir. O zaman oğlu Oktayın Abşeron rayonu, Xırdalan şəhərində Zərərçəkmiş şəxs həyətindəki hinindən göyəçinləri quldurluq yolu ələ keçirməsini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Rafiq Dursunov yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədəki qonşusudur. Təqsirləndirilən şəxsləri ümumiyyətlə tanımır, onları heç vaxt görməmişdir. 05 sentyabr 2019-cu il tarixdə təxminən gecə saat 01 radələrində yaşadığı evdə olan zaman qonşusu Rafiqin həyətindən Rafiqin qışqırıq səslərini eşidərək təcili olaraq evindən çıxıb Rafiqgilin evinə tərəf getmişdir. Ora çatanda Rafiqin darvazasının açıq olduğunu, Rafiqin həyətdə həyacanlı vəziyyətdə olduğunu görmüşdür. Rafiq ondan küçədə iki nəfər şəxsin qaçmasını görüb-görməməsini soruşmuş, o isə heç kəsi görmədiyini ona demişdir. Bundan sonra Rafiq bildirmişdir ki, o, işdən gəlib həyətin darvazasını açıb içəri girən zaman həyətdə olan hinin yanında bir nəfər əlində ağ rəngli torba olan cavan oğlanın olduğunu görmüş, həmin oğlan onun sualına cavab vermişdir ki, hindəki göyərçinləri aparmağa gəlmiş, o, göyərçinləri hinə qaytarmağı tələb etdikdə darvaza qapısı açıldı və daha bir nəfər oğlan həyətə girərək onu arxadan tutub əlində olan bıçağı boğazına dirəyərək o biri oğlana hində olan göyərçinləri əlində olan torbaya yığmasını demiş, bundan sonra hər ikisi hində olan oğlan göyərçinləri yığdığı torba ilə birlikdə qaçıb getmişlər. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3 saylı tam orta məktəbdə mühafizəçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs işlədiyi məktəbin yaxınlığında yerləşən fərdi evdə yaşayan şəxs kimi tanıyır. 05 sentyabr 2019-cu il tarixdə təxminən saat 01 radələrində məktəbdə mühafizəçi köşkündə işdə olduğu zaman səs eşidərək tez köşkdən çıxıb səs gələn tərəfə getmiş və əvvəllər tanıdığım Rafiqin həyətinə çatanda Rafiqin evinin darvazasının açıq olduğunu görmüşdür. Darvazadan içəri baxdıqda Rafiqin həyətində iki nəfər şəxs görmüşdür. Həmin şəxslərdən birinin əlində ağ torba olmuşdur. Digəri isə əlində olan bıçağı Rafiqin boğazına dirəmişdir. O, əlində bıçaq olan şəxsə bıçağı yerə tullamasını məsləhət görmüş, lakin həmin şəxs əlində olan bıçağı ona tərəf də tutanda qorxmuş və ehtiyyat üçün geri çəkilər qaçmışdır. Həmin vaxt mobil telefonu köşkdə qaldığı üçün həm də özünü müdafiə etmək üçün istifadə etdiyi dəyənək köşkdə olduğundan o, tez qaçmışdır ki, həm köşkdən dəyənəyi götürüb geri qayıdaraq həmin şəxsləri zərəsizləşdirməkdə Rafiqə kömək etsin, həm də telefonla bu barədə polisə məlumat versin. Lakin o, telefonu ilə dəyənəyi götürüb geri qayıdanda həmin şəxslər artıq oradan qaçıb getmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirlilikləri özlərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Abşeron RPİ-nin rəisinə ünvanladığı 05.09.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, 05.09.2019-cu il tarixdə yaşadığı evin həyətinə girən 2 nəfər şəxs tərəfindən 15 ədəd göyərçini oğurlanmışdır. Məhkəmədə tədqiq edilmiş «baxış və götürülmə aparılması haqqında» 05.09.2019cu il tarixli protokolundan müəyyən olunur ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs Dursun oğluna məxsus evin həyətidir. Hadisə yerinə baxış keçirən zaman hinin içərisində qatlanan qara rəngli bıçaq aşkar olunmuşdur. Həmin bıçaq ev saahibinin deməsinə görə ona məxsus deyil və ola bilsin göyərçinləri oğurlayan şəxsdən düşmüşdür. Həmin bıçaq hadisə yerindən götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05.09.2019-cu il tarixli protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Cinayət işində olan Abşeron rayon məhkəməsinin 07 sentyabr 2019-cu il tarixli qərarlarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatdan imtina edilmiş, o, dərhal məhəkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmədə tədqiq olunmuş «nəzarət altına vermə haqqında» 07.09.2019-cu il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət atına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 03 gün ərzində, yəni 05.09.2019-cu il tarixdən 07.09.2019-cu il tarixədək tutulduğundan, həmin müddət ona cəza təyin edildikdə nəzərə alınmalıdır. Məhkəmədə tədqiq edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09.09.2019-cu il tarixli protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Abşeron rayon məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qərarlarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 09 sentyabr 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş «əşyanın tanınmaya təqdim etmə barədə» 05.09.2019cu il tarixli protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 təqdim olunmuş bıçaqların sırasından qatlanan gümüşü rəngli iti tiyəli bıçağı tanıyaraq həmin bıçağı Zərərçəkmiş şəxs həyətində olan göyərçin hininə girərkən Təqsirləndirilən şəxs1 ona verdiyi bıçaq olduğunu və hinə girərkən cibindən hinə düşdüyünü bildirmişdir. Bu faktı Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilərkən 05.09.2019-cu il taixli protokolda, Təqsirləndirilən şəxs1 06.09.2019-cu il tarixli şahid şəxs qismində dindirilmə protokolunda və 10.09.2019-cu il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokolda Təqsirləndirilən şəxs1 cibində olan iki ədəd bıçaqlardan birinin Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş «baxış və götürülmə aparılması haqqında» 06.09.2019cu il tarixli protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi evinin həyətində olan hinə baxış keçirilən zaman həmin hindən Zərərçəkmiş şəxs məxsus iki ədəd göyərçin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 11.09.2019-cu il tarixli, 1992 saylı rəyindən müəyyən olunur ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-soyuq silah ekspertizasının 25 sentyabr 2019-cu il tarixli, 23578 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.10.2019-cu il tarixli, 1998 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02.10.2019-cu il tarixli, 1959 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2019-cu il tarixli, 28947 saylı rəyindən müəyyən olunur ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 16 ədəd bir yaşlı göyərçinin (ev göyərçini) 2019-cu ilin sentyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160.00(16x10) manat müəyyən olunur. Məhkəmədə tədqiq edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 11.12.2019-cu il tarixli qərardan müəyyən olunur ki, maddi sübut qismində tanınmış, zərərçəkmiş şəxsin həyətindəki hindən aşkar edilmiş bir ədəd bıçaq Abşeron rayon polis idarəsinin saxlanc ambarına, 2 ədəd göyərçin isə sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkumluğuna dair Azərbaycan Respublikası DİN Əməliyyat və x5 verilən sorğuya cavabdan və Abşeron rayon məhkəməsinin 04 noyabr 2019-cu il tarixli hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin hökmə qədər olan məhkumluqları ödənilmiş, Abşeron rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsili bilinərək qazancının 15 faizi məbləğində dövlət nəfinə tutulmaqla 01(bir) il il müddətinə islah işləri cəzası təyin edilmiş, həmin hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə (hal-hazırda baxılan işlə əlaqədar) cinayət işinin istintaqı ilə bağı həbs qətimkan tədbiri seçildiyindən Abşeron rayon məhkəməsinin 04 noyabr 2019-cu il tarixli hökmü icra edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddtinə hesablanır. Cinayət işinin materillarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 baxılan iş üzrə əməllərini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl, yəni 04 noyabr 2019-cu il tarixdən əvvəl törətmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən əvvəlki hökmlə cəzasının çəkilməmiş hissəsi, yəni qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə üç gün hesablanmaqla cəza təyin edilməlidir. Belə olan halda Abşeron rayon məhkəməsinin Təqsirləndirilən şəxs1 barəsində olan 04 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Abşeron rayon məhkəməsinin 04 noyabr 2019-cu il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə daxil edilməklə, həmin cəzanın əvvəli 09 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, 3 saylı MTİİTS-yə onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN Baş Əməliyyat və x5 verilən sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, xx.xx.2002-ci il təvəllüdlü, yəni yetkinlik yaşına çatmamış olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, valideyinlərinin himayəsində yaşayır. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilməlidir. Ali Məhkəmə Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli 1 №-li qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Plenumun 1 №-li qərarının 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Məhkəmədə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə məxsus göyərçinləri Təqsirləndirilən şəxs2 ilə birlikdə gizli yolla talayan zaman sonuncu zərərçəkmiş şəxs tərəfindən yaxalandığı üçün silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsi hədələyərək Təqsirləndirilən şəxs2 göyərçinləri torbaya yığmağa sövq etmiş, bundan sonra talanan göyərçinlərlə hadisə yerini tərk etmişlər. Təqsirləndirilən şəxs1 basqınla bağlı hərəkətlərinə Təqsirləndirilən şəxs2 etiraz etməyərək Təqsirləndirilən şəxs1 göstərişlərini yerinə yetirmiş, yəni özü də quldurluq cinayət əməlində iştirak etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri hədəsi ilə bağlı olan basqın edərək 16 ədəd göyərçinləri ələ keçirdikləri andan quldurluq cinayəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilən normalarda qabaqcadan əlbir olan dəstənin hər hansı formada iştirakçılığı deyil, qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilmələri cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı quldurluq edərək yaşadığı evinin həyətində olan hindən 16 ədəd göyərçini ələ keçirmələri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Dursun oğlu məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmaması nəzərə alınmaqla ona ağır cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CMnin 59.1.10-cu maddəsinə əsasən saxlanıldıqdan sonra cinayət əməlinin təhrikçi və təşkilatçısı olan Təqsirləndirilən şəxs1 ifşa etməsini, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, habelə törətdiyi əməldən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətkar fəaliyyətə cəlb edilməklə həmin cinayəti onun təsiri altında törətməsini, etdiyi əməl barədə səmimi ifadələr verməklə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan x4 təməl prinsiplərindəndir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 2-ci bəndində əsasən Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, cinayət əməlini törətdiyi 04 sentyabr 2019-cu il tarixə yetkinlik yaşına çatmamış, hal-hazırda da yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 elə cəza təyin edilməlidir ki, həmin cəza onun təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və təqsirləndirilən şəxsin yaş həddi nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən, islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin ağırlıq dərəcəsini, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməsini nəzərə alaraq, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun ittiham olunduğu maddələr Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda hər iki təqsirləndirilən şəxs cəzalarını ümumi rejimli cəzaçəkmə müəsisələrində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli faktiki saxlanıldığı 09 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 03 gün ərzində, yəni 05.09.2019-cu il tarixdən 07.09.2019-cu il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübut olan və Abşeron rayon polis idarəsinin saxlanc ambarına təhvil verilmiş bir ədəd bıçaq məhv edilməli, 2 ədəd göyərçinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 90 (doxsan) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili x10, Təqsirləndirilən şəxs2 hüquqlarını isə həmin Vəkil Bürosunun vəkili x7, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2 qəzə və Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər x10 və x7 üçün Abşeron rayon Vəkil Bürosunun nəfinə hər biri üçün 180 (yüz səksən) manat, müdafəçilər Müdafiəçi2 və Müdafiəçi1 üçün isə hər birinə 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə, CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunacaq cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin 04 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə üç gün hesablanmaqla 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunacaq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 09 (doqquz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “09” sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona barəsində Azərbaycan Respublikası CM-nin 60-cı maddəsi tətbiq olunmaqla 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 05.09.2019-cu il tarixdən 07.09.2019cu il tarixədək həbsdə saxlanıldığı 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla onun üzərində qəti olaraq 07 (il) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş 07 (il) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs2 üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş valideyin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Abşeron rayon polis idarəsinin saxlanc ambarına təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin, 2 ədəd göyərçinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər x10 və x6 hər biri üçün 180 (yüz səksən) manat pul Abşeron rayon Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.