Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-313/2021 29.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi, dalan 2, ev 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ev 33 P, mənzil 118-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi 33 P nömrəli binanın yan tərəfindən tanışı Zərərçəkmiş şəxs onun barəsində spirtli içkilərin aludəçisi olması kimi xoşagəlməz şayələr yaymasını irad kimi bildirdikdə sonuncu onun iradını qəbul etməyərək onun sinəsindən tutub əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub yerə yıxmaqla ona sol gözünün ətrafında, sol dirsək büküşündə və kürəyinin sol tərəfində qançırlar kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi səbəbindən Zərərçəkmiş şəxs onu vurmaqla qisas almaq niyyəti ilə əvvəlcədən üzərində olan istintaqa məlum olmayan bıçaqla qəsdən qarın nahiyəsindən 1 dəfə vuraraq ona qarının sol yan divarının periton boşluğuna keçən, böyük piyliyi yaralayan insan həyatı üçün təhlükəli olan 1 ədəd deşilmiş-kəsilmiş yara kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ev 33 P mənzil 118 ünvanında yaşamışdır. Zərərçəkmiş şəxs həmyerlisi və Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində kirayədə yaşadığı müddətdə qonşusu kimi tanımış, aralarında yaxın dostluq, hətta uzaq qohumluq münasibətləri olmuşdur. Lakin son vaxtlar məhəllədə adını xatırlamadığı uşaqlardan Firdovsinin onun spirtli içkilərə meyilli olmağı, özünü idarə edə bilmədiyi kimi sözlərlə uşaqların əhatəsində arxasınca qeybət etdiyini eşitmiş və bu səbəbdən onunla görüşüb bu söhbətə aydınlıq gətirmək istəmişdir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı mənzilin eyvanında siqaret cəkən zaman Firdovsinin məhəllədə dayanaraq siqaret çəkdiyini görüb paltarlarını geyinərək həyətə düşmüş və ona yaxınlaşaraq nə üçün arxasınca lazımsız qeybətlər etdiyini soruşmuşdur. Firdovsi əvvəlcə deyilənləri etiraf etməsə də, sonradan əcəb etdiyini deməklə ona acıqlı cavab verməsi səbəbindən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birinin yaxasından tutaraq qarşılıqlı olaraq çəkişərkən Firdovsi ona təpik atıb əli ilə itələyərək onu yerə yıxmış və ayağı ilə ona təpik zərbəsi vurmuşdur. O isə Firdovsinin hərəkətlərinin qarşısını almaq məqsədilə sağ əli ilə əynindəki gödəkcəsinin sağ cibində gəzdirdiyi bıçağı çıxarıb onun qarın nahiyəsinin sol tərəfindən 1 dəfə zərbə vurmuş və oradan ayrılıb yaşadığı mənzilə getmişdir. Evdə paltarlarını dəyişərək əvvəllər yaşadığı Sabirabad şəhərinə getmişdir. Yolda gedərkən Firdovsiyə xəsarət yetirdiyi uzunluğu təxminən 18 sm, tiyəsinin eni 8 sm olan mətbəxdə istifadə olunan bıçağı dənizə atmışdır. xx xxxx 2020-ci il tarixdə gecə saat 2 radələrində polis əməkdaşları ona zəng edib harada olduğunu soruşduda onlara olduğu yeri deyərək ölkə ərazisində tətbiq olunan karantin qaydalarına görə Bakı şəhərinə qayıda bilməyəcəyini bildirdikdə polis əməkdaşları onu olduğu yerdən götürərək Yasamal RPİ-nin 29-cu PB-nə gətirmişlər. Firdovsiyə bıçaq ilə 1 dəfə xəsarət yetirmişdir. Firdovsi ilə aralarındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxslə uzaq qohumdur. Arxasınca danışdığı üçün Firdovsiyə xəsarət yetirmişdir. Əvvəllər Firdovsi ilə aralarında hər hansı bir mübahisə olmamışdır. Zərərçəkmiş şəxslə barışmış və törətdiyi cinayət əlindən peşmandır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etiraflarını - cinayət törətməkdə öz təqsirini etiraf etməsini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə il əvvəl Yasamal rayonu, “Sovetski” adlanan ərazidə eyni məhəllədə yaşayarkən tanımış və sonrada hər ikisi Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi ev 33 P ünvanına köçdüklərindən həmin məhəllədə də qonşu kimi yaşamışlar. Orxanla yaxın dostluq, hətta uzaq qohumluq münasibətləri olmuşdur. Lakin son zamanlar Orxanın spirtli içkilərə meyilli olması, kənar şəxslərlə aqressiv davranması, özünü yaxşı aparmaması səbəbindən ondan kənar gəzməyə başlamış və əvvəlki münasibətlərə son qoymaq istəmişdir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı məhəllədə binanın həyətində dayanıb siqaret çəkən zaman Orxan ona yaxınlaşaraq nə üçün onun arxasınca məhəllədə qeybət etdiyini soruşub onunla mübahisə etməyə və əl-qol atıb kobud davranmağa başlamışdır. O da Orxana əcəb etdiyini deyərək onun sinəsindən əli ilə geriyə itələmiş, əlbəyaxa olaraq birbirinin yaxasından tutub dartışarkən o, Orxana təpik atmışdır. Bundan sonra Orxan yerə yıxılmış və bu zaman ona ayağı ilə bir neçə dəfə zərbə vurduqda sonuncunun əlində bıçaq olduğunu və qarnının sol nahiyəsindən qan gəldiyini gördüyündən Orxanın ona bıçaqla xəsarət yetirdiyini başa düşmüşdür. Bu vaxt Orxan oradan uzaqlaşıb getmiş, o isə sonradan adı ona məlum olan Şahid4 adlı qonşunun mobil telefonu ilə qardaşı Kamrana zəng edərək köməyə çağırmışdır. Dərhal hadisə yerinə gəlmiş qardaşı Kamran və Şahid4 adlı qonşusu sonuncuya məxsus avtomobil ilə onu Respublika Kliniki Xəstəxanasına aparmışlar və orada ona tibbi yardım göstərilmişdir. Orxan ona 1 dəfə bıçaqla xəsarət yetirmişdir. Əvvəllər Orxan ilə aralarında hər hansı bir mübahisə olmamışdır. Təqsirləndirilən şəxslə uzaq qohumdur. Əvvəlcə o, Orxana təpiklə vurmuşdur. Orxan ilə aralarındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Orxan yerə yıxılandan sonra ona ayağı ilə də bir neçə dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona şərti cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 16:30 radələrində işdə olarkən qonşusu Şahid4 mobil nömrəsindən gələn zəngə cavab verdikdə danışanın qardaşı Firdovsi olduğu ona məlum olmuşdur. Qardaşı Firdovsi telefonda ona bıçaqla xəsarət aldığı barədə məlumat verərək tez bir zamanda yaşadıqları evin həyətinə gəlməyini demişdir. O da dərhal işdən icazə alaraq təxminən 20 dəqiqəyə həmin ünvana gəlmiş və qardaşı Firdovsinin blokun giriş pilləkənində oturduğunu və Şahid4 adlı qonşusunun isə onun yanında olduğunu görmüşdür. Bu vaxt o, qardaşı Firdovsinin sol tərəf qarın nahiyəsinin qanlı vəziyətdə olduğunun şahidi olmuş və nə baş verdiyini Firdovsidən soruşduqda o, qonşuluqda yaşayan Orxan tərəfindən bıçaqla vurularaq xəsarət aldığını bildirmişdir. Bundan sonra o, Şahid4 binanın 8-ci mərtəbəsinə qalxaraq Orxanın qardaşı Arzuya bu barədə məlumat verməsini və sonuncunu köməyə çağırmasını xahiş etmişdir. Şahid4 da dərhal Orxanın qardaşı Arzuya bu barədə məlumat verərək yenidən həyətə düşmüşdür. Arzu da həyətə düşdükdən sonra onlar Şahid4 idarə etdiyi “Passat” markalı avtomobillə qardaşı Firdovsini Respublika Kliniki Xəstəxanasına aparmışlar. Hadisənin nəyə görə baş verdiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs və valideynləri ilə birlikdə Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi ev 33 P, mənzil 118 ünvanında kirayədə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində evdə olarkən sonradan adı ona məlum olan Ruslan adlı qonşusu yaşadığı mənzilə gələrək qardaşı Orxanın qonşuluqda yaşayan Firdovsi adlı şəxslə dalaşdığını, sonuncu xəsarət aldığından vəziyyətinin pis olduğunu və onun xəstəxanaya çatdırılmasının vacib olduğunu deyərək həyətə düşməyini bildirmişdir. Bundan sonra o dərhal həyəcanlı vəziyyətdə həyətə düşərkən qonşuluqda yaşayan Firdovsinin pilləkənlərə oturaraq əli ilə qarnının sol yan hissəsini tutduğunu görmüşdür. Həmin vaxt o ev paltarında olduğundan Firdovsinin qardaşı Kamrana onu xəstəxanaya aparmasını deyib paltarını dəyişmək üçün evə qalxaraq bir neçə dəqiqə sonra həyətə düşdükdə artıq Firdovsinin xəstəxanaya aparıldığını görmüşdür. Kamranla telefon əlaqəsi yaradaraq harada olduqlarını soruşduqdan sonra Firdovsinin aparıldığı Respublika Kliniki Xəstəxanasına getmişdir. Firdovsinin pilləkənlərə oturaraq əli ilə qarnının sol yan hissəsini tutduğunu görmüşdür. Əvvəllər Firdovsi ilə Orxan arasında hər hansı bir mübahisə olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 93-95). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 97-99). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 33 P nömrəli yaşayış binasının qarşısında xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs xəsarət yetiriyini əyani şəkildə göstərmişdir (cild 1, iş vərəqə 82-83). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini biri-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 167-171). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3”-nin xx xxxxx 2020-ci il tarixli 266 nömrəli məhkəmə tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - qarnın sol yan divarının periton boşluğuna keçən, böyük piyliyi yaralayan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən törənmiş, xx xxxx 2020-ci il tarixdə bıçaqla yetirilməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuşdur (cild 1, iş vərəqə 116-118). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 x xxx 2020-ci il tarixli 161/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman gödəkcəsinin və maykanın sol yan aşağı hissəsində 1 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin xətti ölçülərinə əsasən demək olar ki, bu zədəni yetirən alətin daxil olma səviyəsində eni 1,7 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların üzərində aşkar edilmiş zədəyə əsasən demək olar ki, zədənin yetirildiyi anda zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdi (cild 1, iş vərəqə 120-121). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx xxxxx 2020-ci il tarixli 264/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu 0/1/-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus idman gödəkcəsinin və alt maykanın üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alınmışdır. Həmin qan ləkələri ABO sistemi üzrə O/1 qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 108-111). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx xxxxx 2020-ci il tarixli 711 saylı rəyi ilə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Cinayət işinin materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olununan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmamışdır (cild 1, iş vərəqə 113-114). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 x xxxxxxxx 2020-ci il tarixli 643 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs x xxxxxxxx 2020-ci il tarixli məhkəmətibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs adına tərtib olunmuş Bakı İstintaq Təcridxanasının arayışında göstərilən xəsarətlər - sol gözünün ətrafında, sol dirsək büküşündə və kürəyinin sol tərəfində olan qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx xxxx 2020-ci il tarixdə törənməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunmuşdur (cild 1, iş vərəqə 155-157). Yuxarıda qeyd olunanları nəzər alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 31). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 71-72). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 73). Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun əməlində cinayət tərkibinin olması və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ifadələrin məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla qəsdən ağır xəsarət yetirməsi zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında olmuşdur. Məhkəmə Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında Təqsirləndirilən şəxs ona bıçaqla qəsdən ağır xəsarət yetirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Bakı şəhəri rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 71-72). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Yasamal rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş üzərində zədə və qanabənzər ləkələr olan 1 ədəd mayka və 1 ədəd idman gödəkcəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Yasamal rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş üzərində zədə və qanabənzər ləkələr olan 1 ədəd mayka və 1 ədəd idman gödəkcəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-313/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-313/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver