Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-313/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1999-cu il aprelin 03-də Bakı şəhərində anadan olmuş, vətəndaşlığı olmayan, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3.-cü və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci il aprelin 22-də saat 04 radələrində ünvan 3ləşən 165 saylı tam orta məktəbin birinci mərtəbəsindəki otağın plastik pəncərəsini əli ilə itələyərək açıb oraya qanunsuz daxil olmaqla otaqdakı təlim silahlarının saxlanıldığı taxta qutudan bir ədəd 700 manat dəyərində döyüş sursatı, qaz, pnevmatik və ya soyuq silah hesab edilməyən AZAA420118TL zavod nömrəli 5.45 mm-lik «Kalaşnikov» konstruksiyalı «AK- 74» formalı təlim-məşq təyinatlı avtomat maketini və bir ədəd 150 manat manat dəyərində odlu və qaz silahı hesab edilməyən, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istehsal edilən, «G 18C» Tactical modelli, WET5168 nömrəli, sıxılmış hava təzyiqi iş prinsipinə malik, 6 mm diametrli plastmas kürəciklər atan pnevmatik tapançanı, yəni özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 850 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda beş ədəd sellofan bükümdə ayrıayrılıqda 0,710 qram, 0,345 qram, 0,535 qram, 0,870 qram və 1,680 qram təmiz çəkilərdə ümumilikdə təmiz çəkisi 4,140 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, ünvan 3ləşən 165 saylı tam orta məktəbdən oğurluq cinayətinin törədilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il aprelin 22-də saat 14:30-da qeyd edilən ünvanda saxlanaraq şöbəyə gətirilib orada üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən həmin narkotik vasitə göstərilən miqdarda aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində anadan olmamışdan qabaq anası şəxsiyyətini təsdiq edən bütün sənədlərini itirdiyindən ona şəxsiyyəti ilə bağlı hər hansı bir sənəd verilməmiş, buna görə də ölkə vətəndaşlığını qəbul etməmişdir. Orta məktəbi bitirdikdən sonra heç bir işlə məşğul olmamışdır və üç ilə yaxındır narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Mobil telefon işlətmir. 2021-ci il aprelin 22-də saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindəki 165 saylı orta məktəbin yanından keçən vaxt orada mühafizəçi olmadığını görmüş və məktəbdən oğurluq etmək qərarına gəldikdə hasardan həyətə aşmaqla məktəbin birinci mərtəbəsindəki plastik pənəcərəni əli ilə itələyərək açıb otağa daxil olmaqla pul və ya qiymətli əşyalar axtarmağa başlamış, yerdə olan yaşıl rəngli taxta qutunu açanda içərisində dörd ədəd «Kalaşnikov» markalı təlim avtomatı və bir ədəd təlim tapançası olduğunu görmüş, qiymətli bir şey tapa bilmədiyindən həmin əşyaları oğurlayaraq dəyər-dəyməzinə satmağı fikirləşmişdir. Avtomatlardan birini öz qutusu ilə birlikdə qucağına götürüb təlim tapançasını əynindəki gödəkcənin cibinə qoymaqla pəncərədən çölə çıxmış və qaçaraq uzaqlaşıb birbaşa yaşadığı ünvan 4 ünvanındakı evə getmiş, avtomatı çarpayının altında gizlətməklə bayıra çıxaraq qəsəbədə gəzişməyə başlamış, bu zaman dostu Şahid4 öz avtomobilində yolun kənarında dayandığını görüb salamlaşmaqla salona əyləşmişdir. Söhbət əsnasında üzərindən tapançanı çıxararaq göstərmiş və təzə aldığını söyləmiş, 15-20 dəqiqə ötmüş arxa oturacağa qoyduğu silahı unudub avtomaşından yerə düşmüşdür. Saat 14:30 radələrində məhəllədə bir qədər gəzişərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmiş, xidməti otaqların birində axtarış aparılsa da üzərindən hər hansı bir qanunsuz predmet aşkar olunmamışdır. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutularkən üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq etməklə imzalamış, bu barədə heç kimə şikayət etməmişdir. Oğurluq əməlindən peşmandır. Zərər çəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2017-ci ildən ünvan 3ləşən 165 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. 2019-cu ilin aprel ayında Bakı Təhsil İdarəsi tərəfindən məktəbdə tədris edilən hərbi dərslər üçün dörd ədəd avtomat, bir ədəd tapança və müxtəlif sayda əl qumbarası, piyada və tank əleyhinə minalar, qaz balonu, proyektor, nişangahlar və hərbi dərslər üçün nəzərdə tutulmuş digər təlim silah-sursatları verildikdə məktəbin üçüncü mərtəbəsindəki xüsusi otaqda yaşıl rəngli taxta qutularda saxlanılmışdır, lakin 2021-ci il aprel ayının ortalarında məktəbin təmirinə başlanıldığından göstərilən silah-sursatları birinci mərtəbədəki ona məxsus kabinetə yığmışlar. 2021-ci il aprelin 22-də saat 09 radələrində məktəbə gələndə otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görərək nəzər yetirib qutuların birindən bir ədəd AZAA420118TL zavod nömrəli 5.45 mm-lik «Kalaşnikov» konstruksiyalı «AK-74» təlim avtomatının və bir ədəd Glock tipli tapançanın kütləqabarit maketinin yoxa çıxdığını aşkar etmişdir. Hadisə nəticəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda oğurlanan əşyalar qaytarıldığından təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ünvan 3ləşən 165 saylı orta məktəbdən oğurluq etməsi, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və narkotik vasitə əldə edərək üzərində saxlaması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun olduğu yer müəyyən edildikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində saxlanıb şöbəyə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən sonuncu könüllü olaraq əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdəki beş ədəd sellofan bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün aldığını və saxladığını bildirmiş, qeyd olunan bükümlərin qablaşdırılaraq möhürləndiyi zərf və hadisə ilə bağlı tərtib edilən protovokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı zor göstərilməyib təzyiq tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi işləmiş Şahid2 Şahid1 göstərdiyi xüsusiyətləri təsdiq edərək həmçinin göstərdi ki, 2021-ci il aprelin 22-də saat 14:30 radələrində polis şöbəsində Təqsirləndirilən şəxs üzərində axtarış aparıldıqdan sonra sonuncunun yaşadığı ünvan 1 ünvanında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilib axtarış keçiriləndə Təqsirləndirilən şəxs mənzildəki çarpayının alt hissəsindən çıxardığı bir ədəd narıncı rəngli qutunu təqdim etməklə içərisində bir ədəd təlim avtomatı olduğunu, üzərində WET5168 yazısı olan həmin təlim silahını ünvan 3ləşən 165 saylı orta məktəbdən oğurladığını, təlim tapançanı isə dostunun avtomobilində unutduğunu bildirmişdir. Təlim avtomatı yenidən qutuya yerləşdirilərək qablaşdırılıb möhürlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili işləmiş Şahid3 Şahid2 ilə uyğun ifadə verdi. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatda, şübhəli və təqsərləndirilən şəxslər qismindəki ifadələrdə ittiham olunduğu əməlləri qismən etiraf edərək 2021-ci il aprelin 21-də üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 120 manata beş büküm narkotik vasitə heroin alıb həmin narkotik vasitənin bir hissəsini iynə ilə damara vurmaq yolu ilə qəbul etməklə digər beş ədəd bükümü bir ədəd sellofan kəsiyinin içərisinə yerləşdirib əynindəki gödəkcənin cibinə qoyduğunu, narkotik vasitəni qəbul etdikdən sonra 2021-ci il aprelin 22-də gecə saatlarında oğurluq etməyi qərara alıb göstərilən tarixdə saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində olan 165 saylı orta məktəbin birinci mərtəbəsindəki plastik pəncərəni itələyərək açıb otağa daxil olmaqla oradan bir ədəd «Kalaşnikov» markalı təlim avtomatını və bir ədəd təlim tapançasını götürdüyünü, saat 14:30-da yaşadığı məhəllədə polis əməkdaşları tərəfindən saxlanarkən dəvət olunduğu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə keçirilən axtarış vaxtı əynində olan gödəkcənin sağ cibindən çıxardığı narkotik vasitəni təqdim edərək bunların heroin olduğunu bildirdiyini, ondan aşkarlanan narkotikin iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürləndiyini, tərtib olunan protokolla yanaşı iştirakçılar tərəfindən imzalandığını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 57-58, 79-81, 105-107 və 185-187). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən eyni məhəllədə yaşadığı Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, 2021-ci il aprelin 22-də özünə məxsus avtomobillə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində olduğu vaxt sonuncunun piyada gəzdiyini görərək yaxınlaşıb oğlanla görüşdüyünü, bir neçə dəqiqə söhbət etdikdən sonra Elnurun əynindəki şalvarın bel nahiyəsindən bir ədəd qara və gümüşü rəngdən ibarət tapançanı çıxarmaqla ona göstərdiyini, sonuncudan silahı haradan əldə etdiyini soruşanda Elnurun istifadəyə yararsız həmin pnevmatik silahı təzə aldığını dediyini, birazdan sonuncunun gedərək silahı avtomaşının arxa oturacağında unutduğunu gördüyünü, tapançanı sonuncuya qaytarmaq istəsə də Elnur mobil telefon işlətmədiyindən sonuncu ilə əlaqə saxlaya bilmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 87-90). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 2021-ci il aprelin 22-də tərtib etdiyi raportdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən 165 saylı tam orta məktəbin direktoru Zərərçəkmiş şəxs zəng edib məktəbin pəncərəsindən içəri keçməklə oradan bir ədəd silah və bir ədəd tapança oğurlanması barədə məlumat vermişdir (1-ci cild, iş vərəqi 4). İş materiallarında olan 2019-cu il 02 aprel tarixli təhvil-təslim aktının kserosurətindən görünür ki, bir ədəd AZAA420118TL zavod nömrəli 5.45 mm-lik AK-74M təlim avtomatı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 9-10). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 aprel tarixli protokoldan görünür ki, ünvan 3ləşən 165 saylı tam orta məktəbə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən predmet və ya əşya aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 11-21). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 2021-ci il aprelin 22-də tərtib etdiyi raportdan, eyni tarixli protokoldan, həmçinin əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Ə33-105-21 №-li əmrindən, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il 27 aprel tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə heroinin istehlakı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il aprelin 22-də saat 14:30-da ünvan 5 ünvanının qarşısında saxlanıb şöbəyə gətirilmiş, məhkəmə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 22-26 və 130). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 14:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun tutulması barədə qardaşı X4 məlumat verilmişdir (1-ci cild, iş vərəqi 37). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 aprel tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürülmə aparılan Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən iki ədəd istifadə edilmiş şpris, bir ədəd şəffaf sellofan bükümü təqdim etməklə bükümdəki narkotik vasitə heroini 2021-ci il yanvarın 21də Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 120 manata aldığını bildirmiş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd CD-R diski cinayət işinin materiallarına əlavə edilmişdir (1ci cild, iş vərəqi 47-48). İş materiallarındakı 2021-ci il 22 aprel tarixli ərizədən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 6 ünvanına müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağında olan yataq dəstinin altındakı kağız qabın içərisindən bir ədəd qara rəngli üzərində «Təlim» sözü yazılmış, AZAA420118TL zavod nömrəli «Kalaşnikov» markalı silahı təqdim etmişdir (1-ci cild, iş vərəqi 52-54). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 23 aprel tarixli 6/1598 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilərək üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №153» dairəvi möhür əksi olub soyad və imzalar qeyd edilən bir ədəd zərfdəki beş ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,710 qram, 0,345 qram, 0,535 qram, 0,870 qram və 1,680 qram olmaqla ümumi təmiz çəkisi 4,140 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 3,940 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 60-62). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 2021-ci il 23 aprel tarixli ***-**** №-li və 2021-ci il 17 may tarixli ***-**** №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə, sonuncunun həmin maddələrin satışı ilə məşğul olub-olmaması və cinayət törədərkən yanında digər şəxslərin olması aşkarlanmayaraq Orxan adlı şəxsin Şahid4 olması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 86 və 138). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 23 aprel tarixli protokoldan görünür ki, Şahid4 bir ədəd qara-gümüşü rəngli, 19 sm uzunluğunda, WET5168 nömrəli, Glock tipli tapançanın kütləqabarit maketini təqdim edib 2021-ci il aprelin 22-də Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Təqsirləndirilən şəxs göstərilən tapançanı ona məxsus avtomobildə unutduğunu bildirmiş, təlim silahının üzərində iş üçün əhəmiyyət kəsb edən hər hansı iz aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 93-94). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 aprel tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.4.3.-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 95-97). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 aprel tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması, habelə sonuncunun yaşadığı ünvan 6 ünvanına videoçəkiliş görüntülərini özündə əks etdirən bir ədəd CD-R diskinə baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən iki ədəd istifadə edilmiş şprisi, bir ədəd şəffaf sellofan bükümü təqdim edib bükümdəki narkotik vasitə heroini 2021-ci il yanvarın 21-də Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 120 manata aldığını bildirməklə yataq otağında olan yataq dəstinin altındakı kağız qabın içərisindən bir ədəd qara rəngli üzərində «Təlim» sözü yazılmış, AZAA420118TL zavod nömrəli «Kalaşnikov» markalı silahı təqdim etməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 108-109). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il 24 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il aprelin 22-dən hesablanaraq həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 124-127). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyunun 02-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 142). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 26 may tarixli 3/799; 9/2687 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd zavod üsulu ilə istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı, «AK-74» formalı təlim-məşq təyinatlı avtomat maketi döyüş sursatı, partlayıcı maddə, odlu, qaz, pnevmatik və ya soyuq silah hesab edilməyib silahın hissə, mexanizmləri və zavod işarələri üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər olunmamışdır, bir ədəd ədəd zavod üsulu ilə istehsal edilmiş, «G 18C» Tactical modelli, WET5168 №-li, sıxılmış hava təzyiqi iş prinsipinə malik, 6 mm diametrli plastmas kürəciklər atan pnevmatik tapança odlu silah və qaz silahı hesab edilməməklə sazdır, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlıdır, silahın hissə, mexanizmləri və zavod işarələri üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər olunmamışdır, avtomat maketinin və pnevmatik tapançanın 2021-ci il ilin aprel ayına orta bazar qiyməti müvafiq qaydada 700 manat və 150 manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri 128 manatdır (1-ci cild, iş vərəqi 146-147 və 148). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 03 iyun tarixli 1732 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunaraq məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 149-150). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 iyul tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 3ləşən 165 saylı tam orta məktəbin qarşısını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 157-160). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni və 2021-ci il 25 iyul tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.4.3.-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuş, maddi sübut kimi tanınıb sonuncudan aşkarlanmaqla götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,940 qram çəkidə qalığı saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilmiş, bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, bir ədəd döyüş sursatı, qaz, pnevmatik və ya soyuq silah hesab edilməyən AZAA420118TL zavod nömrəli 5.45 mm-lik «Kalaşnikov» konstruksiyalı «AK-74» formalı təlim-məşq təyinatlı avtomat maketi və bir ədəd odlu və qaz silahı hesab edilməyən, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istehsal edilmiş, «G 18C» Tactical modelli, WET5168 nömrəli, sıxılmış hava təzyiqi iş prinsipinə malik, 6 mm diametrli plastmas kürəciklər atan pnevmatik tapança zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılmış, cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 232-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir (1-ci cild, iş vərəqi 161-169, 171-172 və 174-176). İş materiallarında olan 2021-ci il 26 iyul tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 138 iş saatı müddətində həyata keçirilmişdir (1-ci cild, iş vərəqi 195). İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin 2021-ci il 21 oktyabr tarixli himayə sənədindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il mayın 29-dan nümayəndəlikdə vətəndaşlığı olmayan şəxs kimi qeydiyyatda olaraq sonuncuya 2021-ci il avqustun 09-dək qüvvədə olan himayə sənədi verilmiş, Təqsirləndirilən şəxs himayə sənədlərinin nüsxələri məktuba əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 283-295). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 28 oktyabr tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə 2021-ci il 24 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında qərar nəzərə alınmış, Təqsirləndirilən şəxs Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin himayəsində vətəndaşlığı olmayan şəxs hesab edilmişdir (1-ci cild, iş vərəqi 296-299). Məhkəməyə təqdim olunan 2022-ci il 31 yanvar tarixli ərizədən görünür ki, vurulmuş zərər ödənildiyindən zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, tutularkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq etməklə imzalaması barədə dediklərinə tənqidi yanaşıb hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin təzyiqin tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatları, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, şahid ifadəsi, maddi sübutların mövcudluğu, axtarış, baxış və ifadənin yerində yoxlanılması protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, oğurluq əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs evdən aşkar edilib götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,940 qram çəkidə qalığı məhv edilməli, bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə olunması, bir ədəd döyüş sursatı, qaz, pnevmatik və ya soyuq silah hesab edilməyən AZAA420118TL zavod nömrəli 5.45 mm-lik «Kalaşnikov» konstruksiyalı «AK-74» formalı təlim-məşq təyinatlı avtomat maketi və bir ədəd odlu və qaz silahı hesab edilməyən, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istehsal edilmiş, «G 18C» Tactical modelli, WET5168 nömrəli, sıxılmış hava təzyiqi iş prinsipinə malik, 6 mm diametrli plastmas kürəciklər atan pnevmatik tapança zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 193 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 80 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 828 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: (VÖEN: **********) 480 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il aprelin 22-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 22-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 193 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 828 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs evdən aşkar edilib götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,940 qram çəkidə qalığı məhv edilsin, bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə olunması, bir ədəd döyüş sursatı, qaz, pnevmatik və ya soyuq silah hesab edilməyən AZAA420118TL zavod nömrəli 5.45 mm-lik «Kalaşnikov» konstruksiyalı «AK-74» formalı təlim-məşq təyinatlı avtomat maketi və bir ədəd odlu və qaz silahı hesab edilməyən, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istehsal edilmiş, «G 18C» Tactical modelli, WET5168 nömrəli, sıxılmış hava təzyiqi iş prinsipinə malik, 6 mm diametrli plastmas kürəciklər atan pnevmatik tapança zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-313/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-313/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver