Məhkəmə qərarları › İş №1(101)-314/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-314/2020

12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-314/2020 12.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: x1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: x7; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət x6 İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət x6 şöbəsinin böyük prokuror-metodisti x8; zərərçəkmiş Zərərçəkmiş şəxs müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili x4 iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxx 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Petrol-100» yanacaq doldurma məntəqəsində operator işləmiş, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhər polis idarəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxsinsan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs, 24 oktyabr 2019-cu il tarixdə təxminən saat 20 radələrində işlədiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Petrol 100» yanacaqdoldurma məntəqəsində növbədə olarkən həmin məntəqədə operator işləyən iş yoldaşı Zərərçəkmiş şəxs uca səslə ona kömək etməsi üçün çağırmış, sonuncu bununla bağlı onunla mübahisə edərək ünvanına nalayiq söyüşlər işlətməsi səbəbindən baş nahiyəsi ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə bir dəfə güclü zərbə endirərək sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın sümüyünün batıqşəkilli sınığı, sol göz orbitasının (göz yuvasını təşkil edən sümüklər) yuxarı divarının yerdəyişmiş sınıqları, sol alın qabarı nahiyəsinin qançır şişkinlik halında əzilməsi ilə müşaiyət olunan xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə qəsdən sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Petrol 100” yanacaq doldurma məntəqəsində operator işləyirmiş. Pərviz Fərzəliizadə 24.10.2019cu il tarixdə həmin yanacaqdoldurma məntəqəsində operator kimi işə düzəlibmiş. Həmin gün o, iş növbəsində olmuş və iş prosesi vaxtı saat 20 radələrində yanacaq dolurulma məntəqəsinə gələn avtomobillərin sayı çoxalmışdır. O, cavabdeh olduğu pompadan əlavə digər pompaların yanında dayanmış avtomaşınlara yaxınlaşırmış. Pərviz isə bir pompanın yanında dayanıb sadəcə müştəri ilə söhbət edirmiş. O, bir neçə dəfə Pərvizi çağırıb kömək etməsini istəmişdir. Pərviz yaxınlaşmadıqda o, yüksək səslə sonuncunu çağırmışdır. Pərvizdə ona kobud cavab qaytarıb yanına gəlmişdir. Onunla üzbəüz dayanıb ünvanına nalayiq söyüş söymüşdür. O, da Pərvizin söyməsinə görə bir dəfə başı ilə Pərvizin alın nahiyyəsinə zərbə vurmuşdur. Pərviz sifətini tutub əyiləndə o, Pərvizdən aralanmışdır. Bundan sonra növbə rəisi Adil onlra yaxınlaşıb nə baş verməsini soruşmuşdur. Hadisədən bir qədər sonra, Pərviz qusaraq, başının ağırdığını bildirmişdir. O, da təcili yardım xidmətinə zəng etmişdir. Təcili yardım avtomaşını gəldikdə, Pərviz onlara əvvəl dağdan yıxıldığını və başından xəsarət aldığını bildirmişdir. 25.10.2019cu il tarixdə o, digər iş yoldaşları ilə Sumqayıt TTY Xəstəxanasına Pərvizin yanma getmişlər. Orada Zərərçəkmiş şəxs ondan xəstəxana xərclərini ödəməyini tələb etmişdir. YDM-nin müdiri Şahid1 da rentgen müayinəsi üçün Pərvizə 80 (səksən) manat məbləğində pul vermişdir. 26.10.2019-cu il tarixdə isə Zərərçəkmiş şəxs əməliyyat olunmalı olduğunu, bunun üçün də 1000 (min) manat məbləğində pul verilməli olduğunu ona bildirmişdir. Onun maddi imkanı olmadığı üçün Pərvizə pul verə bilməmişdir. Onun Pərvizi vurmasının səbəbi 24.10.2019-cu il tarixdə Pərvizin onun ünvanına nalayiq söyüş söyməsi olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindəgöstərdiki, 23.10.2019-cu il tarixdə işə düzəlmək üçün Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Petrol-100” yanacaqdoldurma məntəqəsinə müraciət etmişdir. Bir neçə saat orada ona işi başa salmışlar və səhəri gün, 24.10.2019-cu il tarixdən orada işinə başlamışdır. Həmin gün günorta saatlarında həmin yanacaq doldumra məntəqsində operator işləyən Təqsirləndirilən şəxsla aralarında iş prosesində mübahisə yaranmışdır. İş prosesi vaxtı saat 20 radələrində yanacaq dolurulma məntəqəsinə gələn avtomobillərin sayı çoxalmışdır. Təqsirləndirilən şəxs onu kobud formada çağıraraq üstünə qışqırmışdır. O, Sahilə yaxınlaşıb onu kobud formada çağırdığına görə söymüşdür. Gözləmədiyi anda Təqsirləndirilən şəxs başı ilə onun alın nahiyyəsinə və başına zərbələr vurmuşdur. Zərbələrin təsirindən o, əyilmiş və başında küt ağrılar hiss edib əli ilə başını tutmuşdur. Bundan sonra növbə rəisi Adil, onlara yaxanlaşıb nə baş verməsini soruşmuşdur. Hadisədən bir qədər sonra o, qusmuş və başının ağrılarının kəskinləşdiyini hiss edib bu barədə orada olan şəxslərə təcili yardıma ehtiyacı olduğunu bildirmişdir. Təcili yardım avtomaşını gəldikdə o, tibb işçilərinə əvvəlcə dağdan yıxıldığını və başından xəsarət aldığını bildirmişdir. Təcili yardım avtomaşını həmin yerə gəlib onu Sumqayıt TTYX-na aparmışdır. Orada isə müayinə olunduqda ona başının kompüter tomoqrafıyasi olunmalı olduğu bildirmişlər. O, Sumqayıt şəhərində yerləşən “Unikal” Klinikasına müraciət etmiş, orada başı müayinə olunmuş və ona kəllə sümüyünün sınığı xəsarəti aldığını bildirmişlər. O, ilkin araşdırma zamanı izahatında Təqsirləndirilən şəxs baş və yumruq zərbələri ilə başına vurmasını bildirsə də, lakin sonradan ifadəsində Sahilin ona yalnız bir dəfə başı ilə vuraraq xəsarət yetirdiyini göstərmişdir. Baş vermiş hadisə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Petrol-100” yanacaq doldurma məntəqəsində olubmuş və həmin vaxt “Petrol-100” yanacaqdoldurma məntəqəsində operator işləyən Rüfət adlı şəxs yaxınlıqda olmuşdur. Hadisə zamanı yüksək səslə söyüş söyülmə, qışıqırıq və ya səs-küy yaranma hallarına yol verilməmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəmə çıxışında təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını göstərdi. MəhkəmədəşahidqismindədindirilmişHəsənovNazimSüleymanoğluifadə sindəgöstərdiki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Petrol-100” yanacaq doldurma məntəqsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müdiri olduğu yanacaq doldurma məntəqəsində operator işləmişlər. Təqsirləndirilən şəxs 4 ay olarmış ki, yanacaq doldurma məntəqəsində operator işləyirmiş. Zərərçəkmiş şəxs isə 24.10.2019-cu il tarixdə məntəqədə operator kimi işə başlamışdır. Sonuncunun şəxsiyyət vəsiqəsini almış ki, əgər işi davam etdirəcəksə sonucu ilə əmək müqaviləsi bağlasınlar. Pərviz işinə yeni başladığından, sonuncuya bir neçə gün işi öyrənməsini tapşırmışdır. 24.10.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş zamanı o, yaşanacaq doldurma məntəqəsində olmamışdır. Həmin gün saat 22 radələrində “Petrol- 100” yanacaq doldurma məntəqsində növbə rəisi işləyən Şahid3 ona zəng edərək, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs dalaşdıqlarını, Sahilin Pərvizi başı ilə vurmasını və Pərvizin aldığı zərbənin təsirindən bir qədər sonra qusduğunu bildirmişdir. O, təcili yardım çağırmasını tapşırmış və bundan sonra telefonla Pərvizlə danışmışdır. Pərviz də ona bir neçə il əvvəl Xızı rayonu ərazisində dağdan da yıxıldığını, başında problem olduğunu bildirmişdir. Pərvizə ciddi xəsarət almyıbsa məsələni öz aralarında həll etmələrini, lakin təcili yardımı mütləq çağırmağı məsləhət görmüşdür. Həmin gecə əlaqə saxladıqda növbə rəisi Şahid3 təcili yardım avtomaşını ilə Zərərçəkmiş şəxs Sumqayıt TTYX-na apardıqlarını bildirmişdir. 25.10.2019-cu il tarixdə o, Sahili, Adili və həmin gün onlarla birlikdə növbədə olmuş Rüfəti xəstəxanaya göndərmişdir. Sonuncular çatdıqdan sonra o, yenidən əlaqə saxlamış və Pərvizin ciddi xəsarəti olmadığını, lakin biraz ağrılarının olduğunu və bir saat sonra onlar hamısı yanına gəlmişlər. Yanacaq doldurma məntəqəsində Pərviz ona həkimlərin ondan başını kompüter tomoqrafıyası etməsini məsləhət gördüklərini, lakin pulunun olmadığını, müayinə üçün 80 (səksən) manat pul lazım olduğunu demişdir. O, da Pərvizə 80 manat pul vermişdir. Pərviz müayinə olduqdan sonra əvvəlcə nəticənin yaxşı olduğunu, sonra isə cərrahiyə əməliyyatı edən həkimin ona mütləq əməliyyat olunmasını, bunun üçün də 1000 (min) manat məbləğəində pul lazım olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2019-cu ilin aprel ayından Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Petrol 100” yanacaq doldurma məntəqəsində operator işləyir. Təqsirləndirilən şəxs 3 aya yaxınmı ki, yanacaq doldurma məntəqəsində operator işləyirmiş. Zərərçəkmiş şəxs isə 24.10.2019-cu il tarixdə operator kimi işə başlayıbmış. 24 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində işdə olarkən, yanacaq doldurma məntəqəsində növbə rəisi işləyən Şahid3la məntəqənin yeməkxanasında axşam yeməyi yeyirmişlər. Sahil və Pərviz isə bayırda maşınlara yanacaq vururmuşlar. Həmin vaxt yanacaq doldurma məntəqəsində bir neçə maşının dayandığını və Sahilin Pərvizi çağırıb ona köməklik etməsini dediyini eşitmişlər. Pərviz isə Sahilin üstünə gedərək üstünə niyə qışqırdığını deyib Sahilin ünvanına nalayiq söyüş söyməsini eşidib yeməkxanadan bayıra çıxanda, Pərvizin əllərini sifətindən tutub əyildiyini görüb onalara yaxınlaşmışlar. Sahilgildən nə baş verdiyini soruşanda, Sahil ona Pərvizə maşınlar çox olduğu üçün kömək etməsi üçün çağırdığını, lakin Pərvizin onun üstünə gəlib nalayiq söyüşlər söydüyü üçün başı ilə Pərvizi bir dəfə vurduğunu bildirmişdir. Onlar Pərvizin sifət nahiyəsinə baxmışlar və sonuncunun qaş nahiyəsinin qızardığını, lakin başqa hər hansı bir xəsarət izləri görməmişlər. Pərvizi yeməkxanaya aparıb otuzdurub və ona su vermişlər. Pərvizdən nə baş verməsini soruşanda sonuncu, ona Sahilin üstünə qışqırıb köməyə çağırdığından Sahili söyüşlə cavab vermiş və nəticədə Sahil baş zərbəsi ilə alın nahiyəsindən bir dəfə zərbə vurduğunu bildirmişdir. Pərviz ona təxminən bir neçə ilə əvvəl də o, Xızı rayonunda dağdan yıxıldığı üçün başından xəsarət aldığını bildirmişdir. Sonra Pərviz başından tutub ağrı oolduğunu bildirib, ürəyi bulandığı üçün qusub qaytarmışdır. Növbə rəisi təcili yardıma zəng vurub çağırmışdır. Təcili yardım gəlib Pərvizə ilkin yardım göstərib sonra Sumqayıt şəhər travmatolojgiya xəstəxanasına aparmışdır. Səhəri gün o, növbədən çıxıb Sahil və Adillə birlikdə Sumqayıt şəhər xəstəxənasına gedib Pərvizə baş çəkmişlər və orada həkim Pərvizin başını kompüter tomoqrafiyası olunmasını bildirmişdir. x9 şəhərindəki özəl klinikaya aparıb orada başın tomaqorafiya etmişlər. Yanacaq doldurma məntəqəsinin müdiri Nazim müəllim Pərvizin müayinə pulunu vermişdir. Tomoqrafiyadan sonra məlum olmuş ki, Pərvizin alın sümüyündə sınıq var. Bu səbəbdən Pərviz müalicə alması üçün travmatologiya xəstəxanasında qalası olmuşdur.Həmin hadisə ani sürətdə baş verməklə səs-küy, söyüş olmamış və yanacaqdoldurma məntəqəsinin fəaliyyəti pozulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 05 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Petrol-100” adlı yanacaq doldurma məntəqəsinin ərazisidir.Baxışzamanımüşahidəkameralarınınçəkilişhəyatakeçirmədiyimüəyyə nolunmuş, Şahid3 hadisənin başverdiyiyeriəyaniolaraqgöstərmiş, buistintaqhərəkətiiləbağlıfotoşəkillərçəkilərəkcinayətişininmaterialllarınaəlavəe dilmişdir (Cild 1, i.v. 25-28). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2019-cu il tarixli, 2494 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın sümüyünün batıqşəkilli sınığı, sol göz orbitasının (gözyuvasını təşkil edən sümüklər) yuxarı divarının yerdəyişmiş sınıqları, sol alın qabarı nahiyəsinin qançır-şişkinlik halında əzilməsi bərk-küt əşya təsirindən törənmişdir, törənmə müddəti 24.10.2019-cu il tarixdə dava-dalaş zamanı bədən hissələri ilə, o cümlədən baş zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir (Cild 1, i.v. 31-32). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x3 07 noyabr 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c-1, i.v. 23-24). Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-cimaddələrin əəsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlərə dalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, istintaq zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğundan, ondan üzr istədiyindən, sonuncu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (Cild 1, i.v. 88). Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən QurbanovSahilEldaroğluiləbarışmış, sonuncuonavurulanziyanıödəmişdir, onaqarşışikayəti, tələbivəiddiası yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinəəsasən, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda vəəgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddəüçündən artıq ola bilməz” Azərbaycan RespublikasıCinayətMəcəlləsinin 126.1cimaddəsininsanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədəkazadlıqdanməhrumetmənövündəcəzagöstərilmişdir. Göstərilənlərəəsasənməhkəməhesabedirki, QurbanovSahilEldaroğlunaittihamolunduğuCinayətMəcəlləsinin 126.1cimaddəsininsanksiyaüzrətəyinediləbiləcəkcəza 06 ildənartıqolabilməz. MəhkəmətəqsirləndirilənşəxsQurbanovSahilEldaroğlunaAzərbaycanRes publikasıCM-nin 59cumaddəsinintələblərinəəsasənzərərçəkmişşəxsləbarışmasını, vurulmuşziyanınödənilməsini, sonuncununonaqarşışikayəti, tələbivəiddiasınınolmamasını, etdiyihərəkətəmünasibətdəəməlinietirafedərəkpeşimançılıqçəkməsinionuncəz asınıyüngülləşdirənhallarkiminəzərəalır. MəhkəmədətəqsirləndirilənşəxsSahilQurbanovunAzərbaycanRespublikas ıCM-nin 61cimaddəsindənəzərdətutulancəzasınıağırlaşdıranhallarmüəyyənedilməmişdir. MəhkəməgöstərilənlərivətəqsirləndirilənşəxsTəqsirləndirilən şəxsov tərəfindəntörədilmişcinayətinxarakterini, ictimaitəhlükəlilikdərəcəsininəzərəalaraqhesabedirki, AzərbaycanRespublikasıCM-nin 41.2cimaddəsindənəzərdətutulancəzanınməqsədlərinənailolmaqməqsədiləonatəqs irləndirildiyiAzərbaycanRespublikasıCM-nin 126.1cimaddəsininsanksiyasınınaşağıhəddindəazadlıqdanməhrumetməcəzasıtəyin edilməlidir. Cinayəttörətməkdəşübhəliolanşəxsintutulmasıhaqqındaprotokoldanvəqət imkantədbirininseçilməsihaqqındaqərardangörünürki, təqsirləndirilənşəxsSahilQurbanov 15 noyabr2019cuiltarixdətutulmuşvəAbşeronrayon Məhkəməsinin 16 noyabr2019cuiltarixliqərarıiləbarəsindəhəbsqətimkantədbiriseçilmiş, həbsetməninəvvəli 15 noyabr2019-cuiltarixdənhesablanmışdır (Cild 1, i.v. 53, 81-84). TəqsirləndirilənşəxsSahilQurbanovaazadlıqdanməhrumetməiləbağlıcəzatəyine dildiyindənonuncəzaçəkməmüddətininbalanğıcı 15 noyabr 2019ciiltarixdənhesablanmalıvəbarəsindəseçilmişhəbsqətimkantədbirihökmqanuniq üvvəsinialanadəkdəyişdirilməməlidir. Cinayətməsuliyyətinəcəlbedilmişvə «ağır» cinayətlərsırasınadaxilolancinayətitörətmişşəxsbarəsindəAzərbaycanRespubli kasıCinayətMəcəlləsinin 15 və 56.1.2cimaddələrinintələblərinirəhbərtutaraqməhkəməbelənəticəyəgəlirki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxsnatəyinolunacaqazadlıqdanməhrumetməcəzası «ümumi» rejimlicəzaçəkməmüəssisəsindəçəkilməlidir. Beləki, AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 56.1.2cimaddəsinəəsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər təyinolunmuşazadlıqdanməhrumetməcəzasınıümumi rejimli cəzaçəkmə müəssisələrindəçəkməlidirlər. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyənedilmədi. Cinayət işi üzrə maddi sübütun, maddi ziyanın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübütun, maddi ziyanın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar