Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-314/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Quba rayonunun, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonunun, Birinci Nügədi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, AR ƏN Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Quba rayonunun, Birinci Nügədi kəndində yaşadığı evdə atası Zərərçəkmiş şəxs Rusiya Federasiyasından qayıdaraq birbaşa evlərinə gəldiyini və anası Şahid1 ilə həyətdəki qarın təmizlənməməsi səbəbindən mübahisə etdiyini eşidərək, atasının əvvəllər də onu və digər ailə üzvlərini ailə münaqişəsi ilə bağlı mübahisə edib incitməsini nəzərə alaraq hər ehtimala qarşı 2019-cu ilin dekabr ayında Quba şəhərindəki “Birja” adlanan ticarət mərkəzindən aldığı və tiyəsinin uzunluğu 75 mm, dəstəyinin uzunluğu 95 mm olan qatlanan tipli soyuq silah hesab edilməyən məişət təyinatlı qara rəngli cib bıçağını gödəkcəsinin cibindən götürüb mətbəxin qarşısına gələrkən anasının yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb ölməsini zənn edərək və bundan hiddətlənərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və atasına yaşamayacağını deyib əlindəki bıçaqla bir dəfə boğazından vuraraq sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yara, bir dəfə qarının ön divarının göbəkdən yuxarı hissəsindən vuraraq qarın boşluğuna nüfuz edib yoğun bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs öz otağı istiqamətində qaçarkən arxası ilə gedib eyni bıçaqla həmin məqsədlə bel nahiyəsinin müxtəlif hissələrindən bir neçə dəfə zərbə vurmuş, sonuncu öz otağına daxil olub qapını bağlamaq istəyərkən qapının arasından bıçaqla atasının bel və qarın nahiyələrinə bir neçə dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin ön sol qoltuq xətti üzrə Vİİ qabırğaarası sahəsində bir yerdə və belin sol və sağ hissələrində dörd yerdə boşluğa nüfuz etməyən sağlamlığa yüngül zərərvurmaya aid, qarının arxa divarında, yəni bel nahiyəsində sağda iki yerdə qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralardan ibarət bədən xəsarətləri yetirərək qapını güc tətbiq etməklə zorla itələyib içəri daxil olmuş, Zərərçəkmiş şəxs özünü qorumaq üçün dərhal çarpayıya doğru çəkilərək uzanmış və müdafiə olunmaq cəhdi kimi yorğanı üzərinə çəkmiş və əvvəllər ailə üzvlərinə qarşı göstərdiyi şiddət dolu hərəkətlərini etiraf edərək ondan xəstəxanaya aparılmasını dəfələrlə yalvarıb xahiş etsə də, o, həmin yalvarışlara əhəmiyyət verməyərək bir daha atasının ailələrinə qarşı amansız münasibət və rəftar göstərdiyini xatırladaraq sonuncunun aldığı çoxsaylı xəsarətlərdən əzab çəkdiyini görərək Zərərçəkmiş şəxs ölümünün baş verməsini gözləmiş, lakin atasının ölmədiyini görərək eyvandakı köhnə belin taxta sapını götürüb yenidən otağa qayıdarkən Zərərçəkmiş şəxs ayaq üstə olmasını görüb qapını bağlayacağını güman edərək atasını qəsdən öldürmək məqsədilə yenidən sonuncunun üzərinə hücum çəkmiş və əlindəki belin həm sap hissəsi, həm də sap hissəsinin vaxtilə ucunda olmuş tabaqın qalıq dəmir hissəsi ilə üzərində çoxsaylı bıçaq xəsarətləri almış atasının baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbə vuraraq şiddətli ağrılarla müşayiət olunan alın və sağ təpə nahiyələrində əzilmiş yaralardan ibarət sağlamlığa zərər vurmayan, sol təpə nahiyəsində və üst dodağın orta hissəsində, sol qulaq seyvanında və boynunun arxa tərəfində əzilmiş-cırılmış yaralardan ibarət sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs öz növbəsində müdafiə olunması üçün təkrarən çarpayıya uzanaraq yorğanı üzərinə çəkmiş və yenidən ona yalvarıb xəstəxanaya aparılmasını xahiş etsə də o, atasının yanında oturaraq sonuncunun dönə-dönə aman diləməsinə və yalvarışlarına əhəmiyyət vermədən müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs illərlə ona və ailə üzvlərinə qarşı etdiyi əzablı hərəkətləri xatırladaraq ölümünün baş verməsini gözləmiş, nəticədə xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs qarının ön və arxa divarında qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın və qaraciyərin zədələnməsindən törənən kəskin qanaxmadan ölmüş, bununla da o, atası Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Quba rayonu, Birinci Nügədi kəndində anası Lalə və qardaşı Davidlə birlikdə yaşamış, rəsmi olaraq heç yerdə işləməmişdir. Atası Zərərçəkmiş şəxs Rusiya Federasiyasında başqa ailəsi olmaqla orada yaşamış, hər il 3-4 dəfə onların yanına gəlib, 1 ay qaldıqdan sonra yenidən Rusiyaya qayıtmışdır. Atası Zərərçəkmiş şəxs Rusiyada meyvə ticarəti ilə məşğul olmuş, o, orada ailə qurduqdan sonra anası Şahid1 ilə ailə qurmuşdur. Atası Bəşarətin ona, qardaşına və anasına qarşı münasibəti həmişə çox pis olmuşdur. Bəşarət anası ilə ailə qurduqdan sonra sonuncunu da Rusiyaya aparmış, orada anasını mütəmadi olaraq döyüb təhqir edərək alçaltmış və anası təxminən 1 il orada qaldıqdan sonra yaşadıqları Birinci Nügədi kəndinə qayıtmışdır. Atası ona və qardaşına qarşı hələ uşaqlıq vaxtlarından nifrət hissləri göstərmiş, heç bir səbəb olmadan hər kəsin yanında onu, anası və qardaşını döymüş və təhqir etmişdir. O, Rusiyadan evlərinə gəldikdə onu döyərək sifətində, bədənində göyərtilər əmələ gətirmiş, məktəbə gedən zaman isə hər kəs onun sifətindəki göyərtiləri görüb buna gülərək atasının gəlməsini demişlər. Anasının deməsinə görə onun 3 yaşı olan zaman atası onu çarpayıya çırpmış, nənəsi sağ olan vaxtlarda onları atalarının əlindən alsa da, anası qorxusundan Bəşarətə heç nə deyə bilməmişdir. Anası bir neçə dəfə Bəşarətə irad bildirsə də, sonuncu anasını daha da şiddətlə döymüş, atası yağışlı, leysanlı havada dəfələrlə ona və qardaşına həyətdəki ağacları sulatmış, onlara baxıb gülmüş, sanki atası onlara verdiyi əzabdan həzz almışdır. Balaca qardaşı atasına, o isə anasına oxşadığından, atası hər dəfə onun yanında bu barədə anasına deyərək alçaldıcı sözlərlə söyüb təhqir etmişdir. O, evdə yemək yeyən zaman təsadüfən atasının üzünə baxdığından, atası çörək qabını onun başına çırparaq nəyə görə üzünə baxdığını soruşmuş və onu yemək yeməyə qoymamışdır. Ümumiyyətlə atası nə onunla, nə də qardaşı ilə üz-üzə gəlmək istəməmiş, nə vaxtsa ya evdə, ya da başqa bir yerdə atasının qarşısına çıxanda onları döymüşdür. Atası ondan mənfi enerji aldığını bildirərək onu görmək istəmədiyini demişdir. X10 evə gələn zamanlar heç vaxt sonuncunun qabağına çıxaraq görüşməmiş, çünki atası heç vaxt onları yaxın gəlməyə qoymamış, görüşmək istəyəndə isə söyüb təhqir etmişdir. O, məktəbi qurtaran zaman sinif yoldaşları ilə keçiriləcək tədbirə özünə kostyum almış, kostyumun pulunu isə anası vermiş, atası həmin tədbirdən bir neçə ay sonra kostyumu görüb nəyə görə özünə kostyum aldığını deyərək onu döymüş, bundan sonra da həmin kostyumu şkafda yenə də görüb onu döyməyə başlamışdır. O, atasına həmin kostyuma görə bir dəfə döyüldüyünü dedikdə isə atası ona həmin kostyumu ümumiyyətlə almamalı olduğunu demişdir. Ona görə də heç vaxt özlərinə aldıqları əşyaları atalarından gizlətmiş, heç vaxt atalarından nə ayaqqabı, nə şalvar, nə də ehtiyacları olan hər hansı bir digər əşyanı istəməmiş, istədikləri halda ataları onları döymüşdür. X13 atasının göstərdiyi qeyri-insani hərəkətlərə dözməyərək ailə həyatı qurub ər evinə köçmüş, atası bacısını döyməsə də, bəzi hallarda onu vuraraq nalayiq sözlərlə təhqir etmişdir. Bacısı Alsu ailə qurarkən atası ona qız toyu belə eləməmiş, qohumlarının təkidi ilə bir-iki cehiz almışdır. Atası onu camaatın içində utandırmaq üçün yoldan peyin yığdırmış, qapılarının yanında yolun kənarında olan qoz ağacından tökülmüş yarpaqları gündə 10-15 dəfə ağacın dibindən təmizlətmiş, ağacın dibində nə isə gördüyü halda isə onu döymüşdür. Sonuncu dəfə 2019-cu ilin avqust ayında atası Bəşarət bacısının toyuna gəlmiş, qardaşı şalvarın ayağını dərzidə yığdırdığından atası qardaşını möhkəm döyərək şalvarını əynindən çıxartmış, qardaşı özünü atasının əlindən qurtararaq alt paltarda küçəyə qaçmışdır. Atası yola çıxaraq ona qardaşını tutub saxlamasına görə əsəbiləşmiş və onu evə aparıb döymüşdür. Qardaşı 3 gün əmisi Samirgildə qalmış, evə gəldikdə isə atası qardaşını başqa bəhanələrlə döyməyə başlamışdır. O, atasının münasibətindən bezərək, dəfələrlə özünü öldürmək istəmiş, lakin anası ilə qardaşı gözünün qabağına gəldiyindən bu addımı atmamışdır. Atasının yenə onlara qarşı belə davranacağı halda atasını qorxutmaq üçün 2019-cu ilin dekabr ayında Quba şəhərindəki «Birja» adlanan ticarət mərkəzindən qara rəngli, açılıb-qatlanan bıçaq almış, lakin atasının nə vaxt evlərinə gələcəyindən xəbəri olmamış, atası heç vaxt gələcəyini əvvəlcədən onlara deməmiş, qəfil gəlmişdir. Evin iki darvaza qapısı olmuş, qapının birindən özləri, digərindən isə ataları istifadə etmiş, həmin qapının açarı da yalnız atasında olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 18 radələrində qardaşı ilə otaqlarında olan zaman atasının istifadə etdiyi darvaza açıldığından gələnin atası Bəşarət olduğunu bilmiş, buna görə də qorxularından otaqdan çölə çıxmamışlar. Atası evə gələn kimi öz otağına keçmiş, onun evdə öz otağı olmuş, həmin otağın açarı isə yalnız onun özündə olmuş, heç kəs o otağa girməmiş, gecə də orada tək yatmışdır. Atası evə gəldikdən təxminən 10 dəqiqə sonra anasına qışqıraraq həyətdəki qarın nəyə görə təmizlənmədiyini, oğlanlarının nə işə baxdığını soruşmuş, bundan sonra isə qapının çırpılması səsi gəlmişdir. O, əvvəlcədən aldığı bıçağı stulun başından asdığı gödəkcəsinin cibindən çıxardaraq mətbəxin qarşısına gəlmiş, həmin vaxtı qardaşı da onun arxası ilə gəlmişdir. Anasını mətbəxin qarşısında yerdə uzanıqlı vəziyyətdə görərək onun öldüyünü zənn etmiş, ağlı başından çıxaraq əlindəki bıçaqla atasının üzərinə hücum çəkmiş və sonuncuya onun yaşamayacağını deyərək bıçaqla bir dəfə atasının boğazından, daha sonra isə bir dəfə qarın nahiyəsindən zərbə vurmuşdur. Bundan sonra atası qaçaraq otağına gedərkən ona arxadan bir neçə dəfə də bıçaqla zərbə vurmuş, həmin zərbələrdən neçəsinin dəyib-dəymədiyini bilməmiş, atası otağına girən zaman qapını bağlamaq istəsə də, qapının açarı çöl tərəfdə olduğundan qapını bağlamağa ləngimiş, o da qapını itələyərək aradan atasına bir neçə dəfə bıçaqla zərbə vurmuş, lakin bıçağın hansı nahiyəsinə dəydiyini, ümumiyyətlə dəyib-dəymədiyini bilməmişdir. Bundan sonra güc verərək qapını itələyib açmış, atası da geri çəkilib çarpayıya uzanaraq yorğanı çəkib üstünə örtmüşdür. Həmin vaxt qardaşı qapını döysə də, o qardaşına qışqıraraq anasının yanına getməsini, heç bir işə qarışmamasını demişdir. Bundan sonra o, atasının kiməsə zəng edib xəbər verməməsi və onu vura bilməməsi üçün atasının telefonunu və şkafda olan bıçağını götürmüş və atasının yanına gəlib stulda oturaraq illərlə onlara yaşatdığı əzab-əziyyətlər barədə təxminən 1 saat söhbət etmiş, atası isə elədiyi hər bir pisliyi və qeyri-insani davranışı etiraf edərək bir daha belə hərəkətlər etməyəcəyini deyib, ona köməklik göstərilməsini və həkim çağırmasını xahiş etmiş, daha sonra isə onu əmiləri Samirin və Bahadırun öyrətdiyini demişdir. Atasının əmiləri ilə də münasibətləri yaxşı olmamış, ona görə də onu öldürməsini əmilərinin tapşırdığını demiş, o isə atasına heç kəsin onu öyrətmədiyini bildirmişdir. Atası boğazındakı bir ədəd qızıl boyunbağını, barmaqlarındakı iki ədəd qızıl üzüyü, qolundakı qızıl saatını və cibindəki sayını bilmədiyi ABŞ dolları və Rusiya pullarını çıxarıb gizlətməsi üçün ona vermiş, o isə pulları və qızılları otaqdakı şkafın üzərinə qoymuşdur. Daha sonra atası əynindəki şalvarını çıxarıb, təzə şalvar istəsə də, o atasına heç bir reaksiya verməyərək şalvarını götürməmiş, kəskin iydən atasının şalvarını ifrazatla batırdığını hiss etmişdir. Aralarında bir saat aparılan söhbətdən sonra atasının ölmədiyini, həmçinin bıçaqla ona əlavə xəsarət yetirməyə cəsarətinin olmadığını görüb, atasının yanında oturub ölməsini gözləmişdir. Bununla belə atasının ayağa qalxıb ona qarşı nəyisə edəcəyindən ehtiyatlanaraq, habelə atasına əlavə bıçaq xəsarəti yetirə bilməyəcəyinə görə eyvanda olan bel sapını götürmək üçün otaqdan çıxmışdır. Bel sapını götürməkdə məqsədi atasının ona qarşı nəyisə edəcəyi halda özünü müdafiə etmək olmuş, bel sapını götürüb yenidən atasının yanına qayıtmış, otağın qarşısında atası ilə rastlaşmışdır. Həmin vaxt atası qapını bağlamaq istəmiş, o da atasının nəyisə edəcəyindən qorxaraq əlindəki bel sapı ilə bir neçə dəfə atasının baş nahiyəsinə, bədəninin müxtəlif nahiyələrinə zərbə vurmuş, zərbələrdən biri dodağına dəydiyindən atası aşağı əyilmiş, bir neçə dəfə xəsarət yetirdikdən sonra atası yenə çarpayıya uzanaraq yorğanı üzərinə çəkmiş, o isə atasını vurmağı saxlayıb qapını arxadan bağlayaraq stulda oturub yenidən atasının onlara qarşı əvvəllər etdiyi haqsızlıqlar, verdiyi əzab-əziyyətlər barədə yaşadıqlarının hamısını 4-5 saat ərzində danışmışdır. Bundan sonra atasının öldüyünü görüb otaqdan çıxmış, anası ilə qardaşının olduqları otağa gedərək onların oturduğu divana əyləşmiş, anasının halının olmadığını görmüş, anası və qardaşına atasını öldürdüyünü deyib polisə məlumat verilməsini tapşırmışdır. Bundan sonra anası əmisi Samirin arvadı Qərənfilə zəng edib hadisə barədə məlumat vermiş, təxminən 15-20 dəqiqədən sonra Qərənfilin atası, onun arxasınca isə əmisi Bahadur və bibiləri onlara gəlmiş, daha sonra isə hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. Atasına bıçaq və bel sapı ilə zərbələr vurarkən niyyəti atasını öldürmək olsa da, atasının həmin zərbələrdən ölmədiyindən onun yanında oturub ölməsini gözləmişdir. Atası Zərərçəkmiş şəxs qəsdən öldürsə də, xüsusi amansızlıqla öldürməmiş, atasına bir neçə bıçaq xəsarətləri yetirdikdən sonra əsəbi soyumuş, buna görə də atasını öldürmək üçün növbəti bıçaq xəsarətləri yetirə bilməmiş, bununla belə atasından da qorxmuşdur. Ona görə də atasının ayağa qalxdığı halda ona bıçaq zərbələri vura bilməyəcəyini düşündüyündən, həmçinin özünü müdafiə eləmək və atasını qorxutmaq üçün eyvandan bel sapı götürüb gətirmiş, bel sapını gətirməkdə məqsədi atasını öldürmək olmasa da, həmin vaxt atasını ayaq üstə görüb həyəcanlanmış və bel sapı ilə bir neçə dəfə atasını vurmuş, sonuncu çarpayının üzərinə uzanıb üstünü örtdükdən sonra isə onu vurmamışdır. Onun atasına əzab vermək niyyəti olmamış, atasından qorxduğu, həmçinin atasının ölməsini istədiyi üçün onu xəstəxanaya aparmamışdır. Atasının ölməyini istəsə də, ona növbəti bıçaq zərbələri vurmağa ürəyi gəlməmiş, sadəcə olaraq oturub atasının ölümünü gözləmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Quba rayonunun, Birinci Nügədi kəndində ailəsi ilə birlikdə yaşamış, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Bəşarət təxminən 30 il X4 şəhərində yaşamış, orada rus qadınla ailə qurmuş, həmin nikahdan da iki uşağı olmuş və meyvə ticarəti ilə məşğul olmuşdur. Anasının təkidi ilə 30 yaşında həmkəndliləri Şahid1 ilə də ailə həyatı qurmuş, onların birgə nikahdan üç uşaqları olmuşdur. Qardaşı Omsk şəhərində yaşasa da, ildə 3-4 dəfə yaşadıqları Birinci Nügədi kəndinə gələrək, ailəsinə baş çəkmişdir. Bəşarətin qızı 2019-cu ilin avqust ayında ailə qurduğundan, evdə yoldaşı və iki oğlu yaşamışlar. Bəşarət qohuma, qonşuya qarşı yaxşı insan olsa da, ailəsinə qarşı münasibəti soyuq olmuşdur. Bəşarət uşaq yaşlarından çox səliqəli insan olsa da, yoldaşı Lalə səliqəsiz qadın olduğundan heç vaxt evində səliqə-səhman yaratmamış, qardaşının paltarlarını təmiz və vaxtı-vaxtında yumamış, uşaqların əyin-başına nəzarət etməmişdir. Bəşarət ata kimi övladlarına çox sərt olmuş, övladlarına çox qadağalar qoymuş, Lalə isə bundan istifadə edib uşaqlarda atalarına qarşı nifrət yaratmışdır. Daim uşaqlarına atalarının pis insan olmasını desə də, əslində qardaşı mehriban, kasıba əl tutan, insanların qayğısına qalan, cavanların pis həyat tərzi sürməsinə görə təəssüf hissi keçirən biri olmuşdur. Ona görə də qardaşı həmişə uşaqlarının yaxşı olması üçün onları nəzarətdə saxlamış, uşaqlarına kafelərdə oturmağı qadağan etmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 05 radələrində qardaşı Samirin arvadı Qərənfil ona zəng edərək, Bəşarətin gəlməsini, evlərində nə isə hadisə baş verdiyini bildirərək ona Bəşarətgilə getməyini demiş, o da yoldaşı ilə birlikdə Bəşarətgilə getmiş, evə gedən zaman qardaşının yatdığı otaqda çarpayısının üzərində öldüyünü görmüşlər. O, hadisə barədə məlumat almaq üçün Mətləbə yaxınlaşmaq istəmiş, o da eyvanda qarşısında bıçaq oturmuş, onun üzərinə qışqıraraq yaxın gəlməməyi demişdir. Daha sonra o, qardaşının digər oğlu Daviddən bu barədə soruşmaq istədikdə, David ağlayaraq hadisənin qarşısını ala bilmədiyini, Mətləbin onun da üstünə qışqırdığını, qapını içəridən bağladığını demişdir. Bir neçə dəqiqə sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. O, qardaşının Rusiyadan qayıtmasından xəbərsiz olmuş, hal-hazırda qardaşı oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1996-cı ildə Quba rayonu, Birinci Nügədi kəndindən olan Zərərçəkmiş şəxsla rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 2000-ci il təvəllüdlü qızı Alsu, 2001-ci il təvəllüdlü oğlu Mətləb və 2004-cü il təvəllüdlü oğlu David dünyaya gəlmiş, ailəsi ilə birlikdə ər evində yaşamış, heç bir yerdə işləməməklə evdar qadın olmuşdur. Qızı Alsu 2019-cu ildə ailə həyatı quraraq gəlin köçmüş, ailədə əri Bəşarət və iki oğlu ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında meyvə ticarəti ilə məşğul olmuş, buna görə də mütəmadi olaraq Rusiyanın Omsk şəhərində yaşamışdır. Bəşarət hər il 3-4 dəfə kəndə gələrək ailəsinə baş çəkmiş, sonuncu dəfə 2019-cu ilin avqust ayında qızının toyu ilə əlaqədar gəlmiş və yenidən Rusiyaya qayıtmışdır. Bəşarət çox dalaşqan, xırda şeylərdən problem yaradan və mübahisə etməyi sevən biri olduğuna görə ailə qurduqları ilk vaxtlardan əri ilə münasibətləri pis olmuşdur. Zərərçəkmiş şəxs Rusiyadan gəlib qaldığı bir ay müddətində hər gün evdə dava salmışdır. Bəşarət oğullarına artıq böyüdüklərini və ata çörəyinə ehtiyaclarının olmadıqlarını demiş, lakin heç bir oğluna işləməyə, evdən çıxmağa icazə verməmişdir. Bəşarət mütəmadi olaraq onu və oğullarını döymüş, bir dəfə onun başına boşqab da çırpmış, onu döydüyünə görə övladları Bəşarətə irad bildirdikdə sonuncu oğlanlarını da döymüşdür. xx xxxxxx 2020ci il tarixdə saat 17 radələrində Bəşarət Rusiyadan yaşadıqları evə gəlmiş, qapıdan içəri girərək otağına keçmiş, daha sonra evin içindəki tualetin qarşısında həyətin qarının təmizlənməməsinə gileylənərək Mətləbin və Davidin hara baxdıqlarını, nəyə görə qarı təmizləmədiklərini soruşaraq əsəbləşmiş, o da Bəşarətə qar əriyəndən sonra təmizləyəcəklərini dediyi üçün Bəşarət onu nalayiq söyüşlərlə təhqir edərək əlilə gicgah nahiyəsindən vurmuş, zərbədən huşunu itirmiş, bir qədər sonra ayıldıqda kiçik oğlu Davidin onun başının üstündə olduğunu görmüşdür. Tam özünə gəldikdən sonra Mətləbdən Bəşarətin harada olduğunu soruşmuş, Mətləb də onun yerə yıxıldığını görüb atasından nə baş verdiyini soruşduğunu, atasının anasını vurduğunu, ona görə sonuncunun yıxıldığını cavab verməsini, bundan sonra əvvəlcə üzərindəki bıçaqla, daha sonra isə evdə bacaları təmizləmək üçün istifadə etdikləri bel sapı ilə Bəşarəti vuraraq öldürdüyünü bildirmişdir. O, Bəşarətin harada olduğunu soruşduqda, Mətləb atasının yataq otağında olduğunu bildirmişdir. Bəşarət evin bir otağını özünə şəxsi otaq etmiş, həmin otağın açarları yalnız özündə olmuş, hər dəfə gedəndə də açarları özü ilə aparmışdır. Mətləb onu həmin otağa keçməyə qoymasa da, o, həmin otağa keçərək Bəşarətin öz çarpayısında uzanıqlı və huşsuz vəziyyətdə olduğunu, bədəni və çarpayısının qan içində olduğunu görmüşdür. O, Mətləbdən atasını vuran zaman Davidin harada olduğunu soruşduqda, David özü Mətləbin onu yaxın buraxmadığını demişdir. Bundan sonra Mətləb gedib polisə təslim olacağını desə də, o, Bəşarətin yaşadığına ümid etdiyi üçün bir müddət heç kəsə bu barədə məlumat verməmiş, lakin sonradan Bəşarətin ayılmadığını görərək qaynı arvadı Qərənfilə zəng edərək Mətləbin evdə Bəşarəti öldürməsini demiş, Qərənfil də ərinə dedikdən sonra bu barədə polisə məlumat vermişlər. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərdi ki, o, Quba rayonu, Birinci Nügədi kəndində ailəsi ilə birlikdə yaşamış, Zərərçəkmiş şəxs onun atası olmuşdur. Ailədə iki qardaş və bir bacı olmuş, bacısı Alsu 2019-cu ildə ailə quraraq ər evinə köçmüş, anası Lalə və qardaşı Mətləb isə onunla birlikdə yaşamışlar. X11 Omsk şəhərində meyvə ticarəti ilə məşğul olduğundan 3-4 aydan bir evlərinə gələrək bir ay qalıb sonradan yenə Rusiyaya qayıtmışdır. Bəşarətin onlara qarşı münasibəti yaxşı olmamış, mütəmadi olaraq onu, qardaşı və anasını təhqir etmiş, döymüş, həyatdan bezdirmişdir. Analarını döyən zaman ona irad bildirdikdə, onu və qardaşını daha da pis döymüş, yaşları az olduğundan atalarına gücləri çatmamışdır. Atası xırda şeylərdən problem çıxarmağı, tez-tez dalaşmağı və mübahisələri böyütməyi sevmişdir. Heç bir problem olmadıqda belə xırda məsələlərə görə irad bildirmiş, cavab vermədikdə isə mübahisəni daha da böyütmüşdür. Bir neçə il əvvəl atası ona mobil telefon nömrəsi almış, qardaşı Mətləb nömrəni telefona səhv taxdığından atası Mətləbin baş nahiyəsinə şillə ilə vurmuş və nömrə əlindən yerə düşərək itmiş, nömrə itdiyinə görə həm onu, həm də Mətləbi döymüş, döydükdən sonra isə onlara baxaraq gülmüş, sanki həzz almışdır. Bundan başqa, 2019-cu ilin avqust ayında bacısı Alsunun toyuna görə atası kəndə gəlmiş, təqribən 1 aya yaxın evdə qalmış, həmin müddət ərzində dəfələrlə mübahisə yaradaraq onu, qardaşı Mətləbi, analarını həm döymüş, həm də söymüşdür. O, şalvarının ayağını daratdığından atası şalvarı əynindən çıxardaraq asılqan ilə onu döymüş, o da alt paltarında atasının əlindən qaçaraq çölə çıxmışdır. Atası həmin vaxt həyətdə işləyən qardaşı Mətləbə onun qaçmasına mane olmadığı üçün onu döymüşdür. Qardaşı Mətləb dəfələrlə atasına irad bildirmək istəsə də, sonuncu tərəfindən döyülmüşdür. Ona görə də qorxularından heç vaxt atalarına cavab qaytara bilməmişlər. Atasının bu hərəkətləri onları atalarından soyutmuş və get-gedə onlarda atalarına qarşı nifrət yaratmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində qardaşı Mətləblə otaqlarında olan zaman atası evə gəlmişdir. Onlar atalarının evə gəlməsini görməsələr də, darvazanın açarla açılmasına və həmin darvazanın açarının yalnız atalarında olmasına görə atalarının gəlməsini başa düşmüşlər. O, qapıya çıxaraq atası ilə salamlaşmaq istəsə də, atası yanından düz keçərək öz otağına keçmişdir. Atasının evdə özünün ayrıca otağı olmuş, hər dəfə gedəndə açarla bağlayıb getmiş, o, atasının görüşmədiyini görüb qayıdaraq çarpayıda uzanmışdır. Bir qədər sonra atasının anası ilə mübahisə etdiyini, atasının anasına həyətin qarının oğulları tərəfindən təmizlənməməsini irad tutduğunu və əsəbiləşdiyini eşidib otaqdan çölə çıxmış, mətbəxin qarşısında atasının şillə ilə anasının gicgah nahiyəsindən vurduğunu və anasının yerə yıxıldığını görmüş, atasının qarşısına çıxmamaq üçün geri otağına qayıtmışdır. Həmin vaxt qardaşı Mətləb gödəkcəsinin cibindən nəyisə götürüb otaqdan çıxmış, o da bir neçə saniyə sonra Mətləbin arxasınca çıxıb mətbəxin qarşısına gəldikdə atasının öz otağı istiqamətdə, Mətləbin də atasının arxasınca getdiyini, anasının isə yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb özünü itirmiş, həmin vaxt qardaşı ilə atasının sonuncunun otağından mübahisə səslərinin gəldiyini eşitmiş, qapını döyüb Mətləbə qapını açmasını desə də, sonuncu qışqıraraq hirsli halda ona anasının yanına getməyi tapşırmışdır. O da anasının yanına qayıdaraq onun ayılması üçün su vermiş, həmin müddətdə qardaşı ilə atasının içəridən qışqırtı səsləri gəlmiş, qardaşı və atası bir-birlərinə qışqıraraq mübahisə etmiş, qəfildən səs kəsilmiş, lakin qardaşı içəridən çıxmamışdır. O da anasını ayıldaraq zaldakı divana uzatmış və atasının otağının qabağına getmiş, lakin içəridən səs eşidə bilməyərək, yenidən anasının yanına qayıdıb divanda oturmuş, həmin vaxtı anası tam özünə gəlməmişdir. Bir müddət sonra qardaşı Mətləb əsəbi halda onların yanından keçərək odun yığılan eyvanın qapısını açıb oradan bel sapını götürüb geri qayıtmış, bir neçə saniyə sonra isə yenidən atası ilə qardaşının qışqırıq səsləri gəlmişdir. O, atasının otağı tərəfə gedən zaman qardaşının yenə də qapını bağladığını görərək içəridən qardaşının ağlaya-ağlaya nəyisə danışdığını eşitmişdir. Lakin qapının arxasında dayana bilməyib yenidən anasının yanına getmişdir. Anası tam özünə gəlməsə də, gözlərini açıb ondan atasını soruşmuş, o da anasına atasının qardaşı ilə qapını içəridən bağlayıb otaqda söhbət etdiklərini demiş, onlar Bəşarətdən qorxduqları üçün otağa getməyə cəsarət etməmişlər. Bir neçə saat sonra Mətləb qapını açaraq çölə çıxsa da, atası otaqdan çıxmamış, o, həmin otağa gedərək atasının çarpayıda uzanıqlı vəziyyətdə olduğunu, üstbaşının və yorğan-döşəyin qan içində olduğunu, qapının yanında döşəmənin üzərində qara rəngli cib bıçağının olmasını görmüşdür. Atasının nəbzini yoxlamış, nəbzi vurmadığından atasının öldüyünü bilmişdir. Anası ayılaraq Mətləbdən nə baş verdiyini soruşmuş, sonuncu da hadisəni olduğu kimi anasına danışmış, anası otağa girərək atasına baxmış, sonra hadisə barədə məlumat vermək üçün əmisinə zəng etmiş, əmisi telefona cavab vermədiyi üçün əmisi arvadı Qərənfilə zəng edərək hadisə barədə məlumat vermişlər. Bundan sonra qohumları və hüquq-mühafizə orqanının əməkdaşları evə gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Quba rayonu, Birinci Nügədi kəndində yaşamış, fərdi təsərrüfatla məşğul olmuş, Zərərçəkmiş şəxs onun doğma qardaşı olmuşdur. Zərərçəkmiş şəxs təxminən 30 il X4 şəhərində yaşamış, orada rus qadınla ailə qurmuş, həmin nikahdan iki uşağı olmuş və orada meyvə ticarəti ilə məşğul olmuşdur. Anasının təkidi ilə 30 yaşında həmkəndliləri Şahid1 ilə ailə həyatı qurmuş, həmin nikahdan üç uşaqları olmuşdur. Qardaşı Omsk şəhərində yaşasa da, ildə 3-4 dəfə öz kəndlərinə gələrək, ailəsinə baş çəkmişdir. Bəşarət qohuma, qonşuya qarşı həmişə yaxşı münasibətdə olsa da, ailəsinə qarşı çox ciddi adam olmuşdur. Bəşarətin arvadı Laləyə və uşaqlarına qarşı münasibətinin pis olmasını şəxsən özü görməsə də, ailəsinin ondan qorxduğunu eşitmişdir. Bəşarət heç vaxt onun yanında nə uşaqlarına, nə də yoldaşına qarşı hər hansı bir artıq hərəkət etməmiş, daim onun hörmətini saxlamış, buna baxmayaraq öz uşaqlarını çox sıxdığını, uşaqlarına qarşı çox ciddi münasibətdə olduğunu bilmişdir. Mətləb Bəşarəti öldürəndən sonra sonuncunun yoldaşını və uşaqlarını tez-tez döyməsini, Mətləbi döydüyünə görə evdən qaçmasını, balaca oğlu Davidin aldığı kostyumun böyük olduğu üçün geyinməkdən imtina etməsinə görə döyməsini, yağış yağa-yağa ağacları sulatmasını və bu kimi xoşagəlməz hərəkətlərini eşitmişdir. Qardaşı ona və digər bacı-qardaşlarına qarşı da çox ciddi münasibətdə olmuş, aralarında heç vaxt dava-dalaş olmasa da, ümumən kobud insan olmuşdur. O, Bəşarətə uşaqları ilə yaxşı münasibət saxlamasını dedikdə, sonuncu ona ailə işlərinə qarışmamağı demişdir. Qardaşının maddi imkanı yaxşı olduğundan özündən kasıblara yuxarıdan aşağı baxmış, kasıb insanları adam yerinə qoymamış, ona görə də kasıb insanın sözünə qulaq asmamış, kasıb insanın ağlı da olmaz kimi fikirləşmişdir. Qardaşının kiçik oğlu David dalaşqan uşaq olsa da, böyük oğlu Mətləb çox tərbiyəli, özündən böyüyə hörmət saxlayan uşaq olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhərə yaxın saat 05 radələrində qardaşı Samir ona zəng edərək Bəşarətin bıçaqlandığını demişdir. O, Bəşarətin Rusiyada olduğunu bildiyi üçün əvvəl həmin hadisənin də orada olduğunu düşünmüş, lakin daha sonra Samir ona Bəşarətin öz evində Mətləb tərəfindən bıçaqlandığını bildirmiş, ona Bəşarətgilə getməli olduğunu demiş, o da bacılarını götürərək Bəşarətin yaşadığı evə getmiş, qardaşıgilin qapısına çatan zaman Samirin qayınatası Vaqutun artıq onlarda olduğunu görmüş, Bəşarətin də artıq öldüyünü bilmişdir. O, əsəbiləşərək Bəşarətin nəyə görə öldürüldüyünü soruşmuş, Mətləb də Bəşarətin onlara zülm verdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Quba rayonu, Birinci Nügədi kəndində yaşayır. Zərərçəkmiş şəxs qızı Qərənfilin qaynı olmuş, onun Bəşarətlə münasibətləri həmişə yaxşı olmuş, Bəşarətlə uşaqlıqdan eyni məhəllədə yaşasalar da, sonradan X2 Omsk şəhərində işlədiyindən kəndə az-az gəlmiş, kəndə gələndə isə həmişə görüşüb telefonla əlaqə saxlamışlar. Bəşarət qohum və qonşulara qarşı həmişə yaxşı münasibətdə olaraq kasıb insanlara köməklik etmiş, xeyirxah insan olmuşdur. Bəşarətin ailəsinə qarşı heç vaxt münasibəti yaxşı olmamış, uşaqlarına qarşı çox ciddi münasibətdə olmuşdur. Bəşarət Rusiyadan kəndə gələndə Mətləbə evlərinin qarşısından keçən Quba-Nügədi yolunu peyindən, daşdan təmizlətmişdir. O, Bəşarətin uşaqlarına qarşı çox ciddi olmasını, hər xırda işə qarışmasını görüb bir-iki dəfə Bəşarətə uşaqları çox sıxmamasını desə də, Bəşarət onun işinə qarışmamağı demişdir. Bəşarət ümumən yaxşı, ürəyi təmiz insan olsa da, çox əsəbi, xasiyyəti tünd adam olmuşdur. Bəşarətin uşaqları Mətləb və David həmişə böyüyə hörmət edən, danışıqlarını, yerlərini bilən uşaqlar olmuş, sonunculardan heç vaxt artıq hərəkət görməmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 05 radələrində qızı Qərənfil mobil telefonla ona zəng edərək Bəşarətin ölməsini deyərək onlara getməsini xahiş etmiş, o da Bəşarətgilə gedərək sonuncunun ölməsini görmüş, David ona Bəşarəti Mətləbin öldürdüyünü demişdir. O, Bəşarətin üzünə dəsmal örtərək otaqdan çıxan zaman şkafın üzərində iki ədəd qızıl üzük, bir ədəd boyunbağı, bir ədəd saat və təxminən 3- 4 min ABŞ dolları məbləğində, bir neçə 100-lük və bir ədəd 500-lük rus pulu görmüş, lakin onları saymadığı üçün dəqiq məbləğini bilməmiş, Laləyə həmin pulları və qızılları götürməyi demiş, sonuncu da pulları götürmüşdür. Təxminən 10 dəqiqə sonra Bəşarətin bacıları və qardaşı Bahadır da oraya gəlmiş, Bahadır Mətləbin üstünə qışqıraraq nəyə görə Bəşarəti öldürdüyünü soruşduqda, Mətləb Bəşarətin onlara zülm verdiyini demişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə polisə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə məktəbdə eyni sinifdə oxumuş, həmçinin sonuncu onun əmisi oğlu olmaqla bərabər yaxın dostu olmuş, aralarında heç vaxt dava-dalaş, mübahisə olmamışdır. Zərərçəkmiş şəxs isə onun doğma əmisi olmuş, əmisi pis insan olmasa da, ailəsinə və oğlanlarına qarşı çox soyuq münasibətdə olmuş, Mətləbi və Davidi daim sıxmış, onlara sərbəstlik verməmişdir. Əmisi Zərərçəkmiş şəxs Rusiyadan kəndə gələn zaman Mətləbi həmişə döymüş, saçını keçəl qırxdırmış, yolda peyin, daş, yarpaq yığdırmış, bağda torpağın üzərindən qar təmizlətmiş, yağışlı havada ağacları sulatmış, əyninə böyük olan paltarlar geyindirərək Mətləbi yaşıdlarının yanında alçaltmışdır. X14 şəhərində yaşayan oğlu Romaya can desə də, həmişə sonuncunun yanında Mətləbi alçaldıcı sözlərlə təhqir etmiş, Romanı dənizə aparsa da, Mətləbə lazımsız işlər tapşırmışdır. Mətləb dəfələrlə öz atasının əlindən qaçaraq onların evinə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində əmisi arvadı Lalə «whatsapp» vasitəsilə anasına zəng edərək Mətləbin Bəşarəti vurmasını, hər şeyin sona çatmasını demişdir. Bundan sonra anası Qərənfil atası Samirə zəng edərək bu barədə məlumat vermiş, daha sonra isə babası Vaquta zəng edərək Mətləbin Bəşarəti vurmasını deyərək onlara getmələrini xahiş etmiş, babası Bəşarətgilə gedərək sonuncunun ölməsi barədə onlara xəbər vermişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, X8 şəhərində yaşamaqla orada meyvə ticarəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs onun doğma qardaşı olmuşdur. Onlar ailədə dörd qardaş və üç bacı olmuşlar. O, qardaşlarının və bacılarının içərisində yaşca hamısından balaca olmuş, böyük qardaşları Bahadur Quba rayonu Birinci Nügədi kəndində yaşamış, digər qardaşı Famil isə ruhi xəstə olduğundan Maştağada ruhi-əsəb dispanserində müalicə almışdır. Zərərçəkmiş şəxs da onunla eyni şəhərdə meyvə ticarəti ilə məşğul olmuş, Bəşarət Omsk şəhərində rus qadınla ailə qurmuş və həmin nikahdan iki uşağı olmuşdur. Anasının təkidi ilə Bəşarət Quba rayonu, Birinci Nügədi kəndində Şahid1 ilə ailə həyatı qurmuş, birgə nikahdan 3 uşaqları olmuşdur. Bəşarətin qızı 2019-cu ilin avqust ayında ailə qurmaqla Birinci Nügədi kəndində yaşamışdır. Bəşarətin evində isə yoldaşı və iki oğlu yaşamış, Bəşarət ildə bir neçə dəfə kəndə gələrək təxminən bir aya yaxın ailəsinin yanında yaşamışdır. Bəşarət qohuma, qonşuya qarşı yaxşı münasibətdə olsa da, ailəsinə qarşı münasibəti soyuq olmuş, yoldaşını və uşaqlarını tez-tez döymüş, müəyyən vaxtlarda Mətləb və qardaşı David evdən qaçaraq onların evində qalmış, Bəşarətin yoldaşı Lalə dəfələrlə yoldaşı Qərənfilə Bəşarətin ailəsinə qarşı olan pis münasibəti haqqında danışmış, lakin onlar heç vaxt Bəşarətin ailə münasibətlərinə qarışmamış, onların arasında nə baş verdiyini dəqiqliyi ilə bilməsələr də, ümumən Bəşarətin ailəsinə qarşı münasibətinin pis olmasını, soyuq olmasını bilmişlər. Anası əvvəllər Bəşarətin evində qalmış, Bəşarətin anasına qarşı da münasibəti yaxşı olmamış, Bəşarət onun özünə qarşı da kobud olmuş, onun özünü də dəfələrlə döymüşdür. Qardaşı ilə münasibətləri əvvəllər yaxşı olsa da, 2014-cü ildən münasibətlərində soyuqluq olmuşdur. Bütün bunlara baxmayaraq qardaşı Bəşarət əliaçıq, kasıba əl tutan insan olmuşdur. Bəşarətin uşaqları Mətləb və Davidin tərbiyəsi, özlərini aparmaqları həmişə yaxşı olmuşdur. O, qardaşının uşaqlarından heç vaxt özlərindən böyüyə qarşı hörmətsizlik görməmiş, Mətləblə isə əmi kimi daha yaxın olmuşdur. Mətləb həmişə evlərindən qaçıb onlara gələndə atasının onları döydüyünü, onlara qarşı pis rəftar etdiyini, dəfələrlə atasının münasibətindən bezdiyini demişdir. Buna baxmayaraq o, Mətləbə həmişə səbirli olmağı demişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 04:40 radələrində yoldaşı Qərənfil “Whatsapp” proqramı vasitəsilə ona zəng edərək Bəşarətin kəndə getdiyini, Mətləbin Bəşarəti bıçaqla vuraraq deyəsən öldüyünü demiş, o, Qərənfilə bacılarına məlumat verməsini deyərək, özü isə kənddə yaşayan qardaşı Bahadura zəng edib bu barədə məlumat vermiş, bundan sonra bir neçə dəfə Bahadıra zəng eləmiş, lakin Bahadırın evi uzaq olduğundan Bəşarətgilə gec getmişdir. O, yoldaşına zəng edərək qayınatası Vaquta xəbər verməsini və qayınatasının Bəşarətgilə getməsini xahiş etmiş, bundan sonra qayınatası Bəşarətgilə getmiş və sonuncunun ölməsi barədə dəqiq məlumat vermişdir. Qardaşı ilə münasibətlərində soyuqluq olduğundan, qardaşı ilə çox az vaxtlarda danışmış, ona görə də qardaşının Quba rayonuna nə vaxt və kiminlə gəlməsini bilməmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, yoldaşı Şahid4 X4 şəhərində meyvə ticarəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs onun qaynı olmuşdur. Zərərçəkmiş şəxs iki ailəsi olmaqla, birinci ailəsi Rusiya Federasiyasında yaşamış, ikinci ailəsi isə Quba rayonu, Birinci Nügədi kəndində yaşamışdır. O, hər gün telefonla Bəşarətin yoldaşı Lalə ilə əlaqə saxlamış, Lalə Bəşarətin onları təhqir etdiyini, döydüyünü deyərək ağlamışdır. Lalənin deməsinə görə Bəşarətin çox tünd xasiyyəti olmuşdur. Onun və Lalənin ailələri bir il müddətində Rusiyada bir evdə yaşayarkən Bəşarətin mütəmadi olaraq Laləni döyməsinin, oğlanları Mətləb və Davidi döydüyü üçün sonuncuların evdən qaçaraq onlara gəldiyinin şahidi olmuşdur. Bəşarət Laləyə onunla əlaqə saxlayıb danışmağa icazə vermədiyindən sonuncu onunla gizli şəkildə danışmışdır. Bəşarət ailəsinə və uşaqlarına qarşı soyuq münasibətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində Lalə «whatsapp» vasitəsilə ona zəng edib hadisə barədə ona məlumat verərək hər şeyin sona çatdığını demişdir. Bundan sonra o, yoldaşı Samirə zəng edərək bu barədə ona bildirmiş, daha sonra isə atası Vaquta zəng edərək Mətləbin Bəşarəti vurmasını deyib onlara getməsini xahiş etmiş, atası Bəşarətgilə gedərək sonuncunun ölməsi barədə ona xəbər vermişdir. O, Şahid1 ilə xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında telefonla danışmış, həmin vaxt Lalə Bəşarətin kəndə gələcəyindən məlumatsız olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X15 X12- Təcrübi və Tədris Birliyinin məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 189 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmadı. (cild 01, iş vərəqə 110) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X15 X12- Təcrübi və Tədris Birliyinin məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli, 05 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı alnında və təpə nahiyələrində əzilmiş yaralar, üst dodaqda ortada, sol qulaq seyvanında, boynunda arxada əzilmiş-cırılmış yaralar, boynunda öndə, döş qəfəsinin sol tərəfində ön qoltuq xətti üzrə Vİİ qabırğaarası sahədə, qarının ön divarında sağda hərəsində bir yerdə, belində sağda 4 (dörd) yerdə, solda 2 (iki) yerdə (cəmisi 9 yerdə) deşilmiş-kəsilmiş yaralar aşkar edilmişdir, həmin xəsarətlər həyatidir, ölümündən az əvvəl yetirilmişdir, müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Həmin xəsarətlərdən alnında və təpə nahiyələrində əzilmiş yaralar qərarda göstərildiyi kimi ekspertizaya təqdim edilmiş bel sapının ağac hissəsi, üst dodaqda ortada, sol qulaq seyvanında və boynunda arxada olan əzilmiş-cırılmış yaralar isə bel sapına bərkidilmiş dəmirin iti ucu ilə yetirilə bilər, dərəcəsinə görə başın alın və təpə nahiyəsindəki səthi əzilmiş yaralar canlı şəxslərdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan, üst dodaqda ortada, sol qulaq seyvanında və boynunda arxada əzilmiş-cırılmış yaralar canlı şəxslərdə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir. Boynunda öndə, döş qəfəsinin sol tərəfində ön qoltuq xətti üzrə Vİİ qabırğaarası sahədə, qarının ön divarında sağda hərəsində bir yerdə, belində sağda 4 (dörd) yerdə, solda 2 (iki) yerdə (cəmisi 9 yerdə) deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir , dərəcəsinə görə boyun nahiyəsində öndə, döş qəfəsində öndə solda ön qoltuq xətti üzrə Vİİ qabırğaarası sahədə, belində solda iki yerdə, solda iki yerdə boşluğa nüfuz etməyən yaralar canlı şəxslərdə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir, qalan xəsarətlər-yəni qarının ön divarında göbəkdən yuxarıda bir yerdə qarın boşluğuna nüfuz edən və qarının arxa divarında-belində sağda iki yerdə qarın boşluğuna nüfuz edərək qara ciyərin zədələnməsinə səbəb olmaqla daxili qanaxma törətmiş, canlı şəxslərdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir, eyni alətin təsirindən törənməsi istisna edilmir, müayinə vaxtı meyitin əynində olan paltarların üzərindəki zədələnmələrin yerləşmə yeri meyitin bədəni üzərindəki xəsarətlərin lokalizasiyası ilə uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəməkimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o, müxtəlif vəziyyətlərdə, o cümlədən ayaqüstü, oturaq və arxası üstə yerə uzanmış vəziyyətdə ola bilərdi, xəsarətlər yetirildikdən sonra o, bir neçə müddətə (dəqiqələrlə, hətta saatlarla hesablanmış müddətdə) sağ qala bilərdi və hər hansı məqsədyönlü hərəkət edə bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qarının ön və arxa divarında qarın boşluğuna nüfuz edərək qara ciyərin və yoğun bağırsağın zədələnməsindən törənən kəskin qanaxma olmuşdur, ölüm meyit müayinə olunan vaxtdan 8-12 saat əvvəl baş verməyə uyğundur.(cild 01, iş vərəqə 213-215) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X15 X5 Publik hüquqi şəxsinin maddi sübutların ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 84 /2020 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön orta nahiyəsində iki ədəd, köynəyin ön sol nahiyəsində bir ədəd, köynəyin arxa sağ nahiyəsində beş ədəd və köynəyin arxa boyun nahiyəsində ortada bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçaq üzərində heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bel dəstəyi kustar, tiyəsinin fraqmenti zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Boyun hissəsində kənarı zədə var. Bu zədə küt mexanizmdən, bərk küt təsirindən törənmişdir. (cild 01, iş vərəqə 234-240) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-lifli ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5190 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış qara rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd tərkib liflərinə uyğun gəlirlər. (cild 01, iş vərəqə 218-224) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X15 X5 Publik hüquqi şəxsinin məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 161/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A-beta/H/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim olunan mərhum Zərərçəkmiş şəxs məxsus kofta/uzunqol köynək, bir ədəd bıçaq, bir ədəd əl-üz dəsmalı, bir ədəd can dəsmalı, mələfə, yorğan üzlüyü, iki ədəd balış üzlüyü, bir ədəd bel sapı, bir ədəd qol saatı, bir ədəd boyunbağı, iki ədəd üzük, 10 ədəd 100 ABŞ dolları əskinazı üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri və bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs əgər hadisə zamanı onda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa və onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus vodolazka, cins şalvar, 28 ədəd 100 ABŞ dolları əskinazları, 4 ədəd 100 və bir ədəd 500 rus rubl əskinazları üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 02, iş vərəqə 39-45) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” Publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 02, iş vərəqə 47-50) İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 412 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vərəqə 169) İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2020-ci il tarixli 691 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vərəqə 188) İş materiallarında olan Quba Rayon Psixonevraloji Reablitasiya Mərkəzinin xx xxxx 2020-ci il tarixli 284 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-yə müraciət etməyib. (cild 1, iş vərəqə 210) İş materiallarında olan Quba Rayon Psixonevraloji Reablitasiya Mərkəzinin xx xxxx 2020-ci il tarixli 285 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Quba rayon PNRMyə müraciət etməyib. (cild 1, iş vərəqə 211) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Quba rayonu, Birinci Nügədi kəndində kəndə daxil olarkən yolun sağ tərəfində yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evi Zərərçəkmiş şəxs məxsusdur. Həyətin dəmir qapısından içəri daxil olduqda sağ tərəfdə boz rəngli dəmir darvaza vardır. Həmçinin qapıdan içəri daxil olduqda 6,5 metr məsafədə talvar vardır. Dəmir qapıdan içəri daxil olduqda sol tərəfdə hamam-tualet, dayanacaq kimi istifadə edilən yardımçı tikili, sağ tərəfdə isə yardımçı otaq vardır. Qapıdan 14 metr məsafədə fərdi yaşayış evi yerləşir. Pilləkənlə evə daxil olduqda sol tərəfdəki qapıdan içəridə sağ tərəfdə mətbəx və mətbəxin yanında qonaq otağı vardır. Qonaq otağına paralel və qonaq otağından açılmış dəhlizdən keçdikdə sağ tərəfdə ağ rəngli qapısı olan otaqda kişi cinsinə məxsus meyit vardır. Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilir. Meyit iki nəfərlik çarpayının üzərində sağ divara yaxın yerdə arxası üstədir. Çarpayının üzərindəki yorğan, döşək və yastıq dağınıq vəziyyətdədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs çarpayının üzərindəki kişi cinsli meyitin atası Zərərçəkmiş şəxs olduğunu bildirdi. Təqsirləndirilən şəxs atasının xx xxxxxx 2020-ci ildə Rusiyadan gəlməsini, evdə anası ilə mübahisə yaradıb anasını vurmasını, anasının huşunu itirdiyinə görə Zərərçəkmiş şəxs bıçaq və bel sapı ilə xəsarət yetirərək sonuncunu öldürməsini bildirdi. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yerləri göstərərkən həmin yerlərdə qanabənzər ləkələrin olduğu müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs hadisə zamanı atası Zərərçəkmiş şəxs xəsarət yetirmiş bıçağın qonaq otağındakı stolun üzərində olduğunu, bel sapının isə atasını öldürdüyü otağın qarşısında divara söykənmiş vəziyyətdə olduğunu bildirdi. Təqsirləndirilən şəxs atasına xəsarət yetirdiyi bıçağı könüllü təqdim etmişdir. Həmin bıçaq qara rəngli olmaqla açılıb-qatlanandır. Bıçaq götürülərək qablaşdırıldı və Quba rayon prokurorluğunun «zərflər üçün» möhürü ilə möhürləndi. Daha sonra Təqsirləndirilən şəxs atasına xəsarət yetirdiyi bel sapını təqdim etdiyindən həmin bel sapı da götürülərək qablaşdırıldı və Quba rayon prokurorluğunun «zərflər üçün» möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs atasına xəsarət yetirdiyi yerdə pambıq tampon vasitəsi ilə üç yerdən qanabənzər ləkə nümunələri götürüldü, qablaşdırıldı və Quba rayon prokurorluğunun «zərflər üçün» möhürü ilə möhürləndi. Zərərçəkmiş şəxs öldürüldüyü otağa baxış keçirən zaman üzərində qanabənzər ləkə nümunələri olan qəhvəyi rəngli pambıq materialdan əl dəsmalı, göy rəngli üzərində kəpənək şəkili olan iki ədəd yastıq üzü, mavi narıncı rəngli can dəsmalı, mavi rəngli üzərində qarışıq rənglər olan yorğan üzü götürülərək, hər biri ayrıayrılıqda qablaşdırıldı və Quba rayon prokurorluğunun «zərflər üçün» möhürü ilə möhürləndi. Həmin otaqda şkafın üzərində olan və üzərində qanabənzər ləkələr olan iki ədəd üzük, bir ədəd qol saatı və bir ədəd boyunbağı götürülərək qablaşdırıldı və Quba rayon prokurorluğunun «zərflər üçün» möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs iki ədəd üzüyün, bir ədəd qol saatının və bir ədəd boyunbağının atası Zərərçəkmiş şəxs məxsus olmasını bildirdi. Baxışda iştirak edən Şahid1 bildirdi ki, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan və üzərində qanabənzər ləkələr olan pul əskinaslarını hüquq-mühafizə orqanları hadisə yerinə gəlməmişdən qabaq şkafın üzərindən götürüb özündə saxlamışdır. Baxış zamanı 38 ədəd 100 ABŞ dolları, 4 ədəd 100 rus rublu və 1 ədəd 500 rus rublu əskinaslarının olması müəyyən edildi və həmin pulların üzərində qanabənzər ləkələr olduğu üçün götürülərək qablaşdırıldı və Quba rayon prokurorluğunun «zərflər üçün» möhürü ilə möhürləndi. Hadisə yerində çarpayının yanında olan şkafın üzərində, üzərində qanabənzər ləkələr olan üstündə iki, üç və beş ədəd olmaqla protez dişlər götürülərək qablaşdırıldı və Quba rayon prokurorluğunun «zərflər üçün» möhürü ilə möhürləndi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs protez dişlərin atası Zərərçəkmiş şəxs məxsus olmasını bildirdi. Bununla da hadisə yerinə baxış bitdi və meyit daxili müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliynin «Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya» Birliyinin Quba rayon şöbəsinin meyitxanasına göndərildi. (cild 01, iş vərəqə 3-13) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, atası Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmədiyi barədə ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Belə ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirdikdən sonra atasının kömək istəməsi və həkim çağırılmasını xahiş etməsinə, yalvarışlarına baxmayaraq qəddarlıq nümayiş etdirərək onun ölümünün baş verməsini gözləmiş, lakin atasının ölmədiyini görərək yenidən ona xəsarətlər yetirərək atasını xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 247) İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxx 2020-ci il tarixli 64 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild 01, iş vərəqə 208-209) İş materiallarında olan xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, gənc olmasını, cinayət hadisəsini Zərərçəkmiş şəxs ona və ailə üzvlərinə qarşı uzun illər qanunsuz və amansız rəftarı nəticəsində törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs törətdiyi AR CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, onun barəsində cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Quba rayon prokurorluğunda saxlanılan bir ədəd qara rəngli, açılıb qatlanan bıçaq, bel sapı, üç yerdən götürülmüş qana bənzər ləkə nümunələri, qəhvəyi rəngli pambıq materialdan əl dəsmalı, göy rəngli, üzərində kəpənək şəkilləri olan iki ədəd yastıq üzü, mavi-narıncı rəngli can dəsmalı, mavi rəngli üzərində qarışıq rəngləri olan döşək üzü, mavi rəngli üzərində qarışıq rəngləri olan yorğan üzü, Şahid2 və Şahid1 götürülmüş iki zərfdə dırnaq nümunələri, üzərində iki, üç və beş ədəd olmaqla protez dişlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd üzük, bir ədəd qol saatı, bir ədəd boyunbağı, 38 ədəd 100 ABŞ dolları əskinazlar, 4 ədəd 100 rus rublu əskinazlar, bir ədəd 500 rus rublu əskinazlar, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd tünd göy rəngli, uzunqol köynək zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, Şahid1 hadisə zamanı əynində olmuş bir ədəd qarışıq rəngli qısa qol xalat və bir ədəd boz rəngli papaqlı qabağı düyməli jaket onun özünə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli uzun qol sviter və qara rəngli cins materialdan şalvar təqsirləndirilən şəxsin qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 104 manat, 16 qəpik pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(027)-7/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 55; 186-187) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 104 manat, 16 qəpik pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Quba rayon prokurorluğunda saxlanılan bir ədəd qara rəngli, açılıb qatlanan bıçaq, bel sapı, üç yerdən götürülmüş qana bənzər ləkə nümunələri, qəhvəyi rəngli pambıq materialdan əl dəsmalı, göy rəngli üzərində kəpənək şəkilləri olan iki ədəd yastıq üzü, mavi-narıncı rəngli can dəsmalı, mavi rəngli üzərində qarışıq rəngləri olan döşək üzü, mavi rəngli üzərində qarışıq rəngləri olan yorğan üzü, Şahid2 və Şahid1 götürülmüş iki zərfdə dırnaq nümunələri, üzərində iki, üç və beş ədəd olmaqla protez dişlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd üzük, bir ədəd qol saatı, bir ədəd boyunbağı, 38 ədəd 100 ABŞ dolları əskinazları, 4 ədəd 100 rus rublu əskinazları, bir ədəd 500 rus rublu əskinazları, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd tünd göy rəngli, uzunqol köynək zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, Şahid1 hadisə zamanı əynində olmuş bir ədəd qarışıq rəngli qısa qol xalat və bir ədəd boz rəngli papaqlı qabağı düyməli jaket onun özünə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli uzun qol sviter və qara rəngli cins materialdan şalvar təqsirləndirilən şəxsin qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-314/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-314/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver