Məhkəmə qərarları › İş №1(101)-314/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-314/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-314/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olan, ünvan 3-də qeydiyyat olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 10 iyul 2021-ci il tarixdə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Məsud” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Lənkəran şəhərində yolun kənarında yerləşdirdiyi bir ədəd bükümdə təmiz çəkisi 32,706 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən külli miqdarda heroini, 06 ədəd sellofan bükümlərdə təmiz çəkiləri 4,584qram; 20,976qram; 31,172qram; 10,604qram; 4,965qram və 0,764qram ümumi təmiz çəkisi isə 73,065 qram olan ümumi təmiz çəkisi 73,065 qram külli miqdarda psixotrop maddə olan metamfetamini 10 iyul 2021-ci il tarixdə həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımaqla üzərində dəri çantada saxlamış, 20 iyul 2021 -ci il tarixdə saat 19:55-dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman dəri çantanın içərisində satış məqsədi ilə əldə edərək saxlamaqla daşıdığı 6 (altı) ədəd bükümdə ayrı- ayrılıqda müvafiq olaraq çəkiləri 4,584 qram, 20,976 qram, 31,172 qram, 10,604 qram, 4,965 qram və 0,764 qram olmaqla ümumi təmiz çəkisi 73,065 qram təşkil edən külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin, 1 (bir) ədəd bükümdə içərisində təmiz çəkisi 32,706 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 5-6 ay əvvəldən psixotrop maddə olan şüşədən tüstüsünü sinəsinə çəkmək yolu ilə istifadə etmişdir. Təxminən 1 il bundan əvvəl instagram sosial şəbəkəsində İran Respublikası vətəndaşı olan Məsud adlı şəxslə tanış olmuşdur. Məsud adlı şəxslə whatsapp vasitəsilədə əlaqə saxlamışdır. X6 Respublikası vətəndaşı olan Məsud adlı şəxs bir müddət sonra ona iş təklif etmişdir. Belə ki, Məsudun ona narkotik vasitə və psixotrop maddə göndərməli, oda həmin narkotik vasitə və psixotrop maddəni evdə saxlamalı və ona deyilən vaxtda müəyyən çəkidə deyilən əraziyə atıb həmin ərazinin şəklini çəkib Məsuda atmalı olmuşdur. Məsud ona hər satılan narkotik vasitə və psixotrop maddənin 1 kiloqramına görə 1,000 manat pul verəcəyini demişdir. Məsudla onun təklif etdiyi iş barədə razılaşmışdır. Bundan sonra Məsud ona narkotik vasitə göndərmişdir. Həmin narkotik vasitəni götürüb yaşadığı evə gətirmiş və bazardan aldığı elektron tərəzi ilə Məsudun dediyi vaxtlarda istədiyi çəkilərə bölüb Bakı şəhəri ərazisində dediyi ərazilərə atmışdır. Lakin konkret olaraq heç kimə şəxsən narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Bununla bağlı heç kimdən pul almamışdır. Hər payladığı narkotik vasitə və ya psixotrop maddəyə görə də ona veriləcək pulu Məsud müxtəlif ərazilərə atdırmış o da oradan götürmüşdür. Ümumilikdə Məsud ona təxminən 10 dəfə narkotik vasitə və ya psixotrop maddə göndərmişdir. Həmin narkotik vasitə və ya psixotrop maddələri müxtəlif yerlərə ataraq şəklini çəkib ona atmışlar və o da gedib götürmüşdür. Sonuncu dəfə tutulmamışdan 10 gün əvvəl, təxminən 10 iyul 2021-ci il tarixdə Məsud ona narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhərində yol kənarına atmasını bildirmişdir. O, da kredit əsasında idarə etdiyi Xəzər markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gedib həmin narkotik vasitə və psixotrop maddəni götürmüşdür. Götürdüyü bağlamada təxminən 130 qram narkotik vasitə heroin olmasını Məsud ona bildirmişdir. 20 iyul 2021 -ci il tarixdə saat 19:55-də mən tək olaraq ünvan 1 ünvanının qarşısı ilə piyada yeriyən zaman ona üç nəfər mülki geyimdə kişi cinsli şəxs yaxınlaşıb özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişlər. Həmçinin həmin şəxslər ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ehtimal etdiklərini bildirib özləri ilə birlikdə ərazi üzrə Yasamal RPİ-nin 27-ci polis bölməsinə getməyini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək Yasamal rayon polis idarəsinin 27-ci polis bölməsinə getmişdir. Polis bölməsinə çatdıqda şəxsiyyəti müəyyən edilmiş, təhqiqatçı tərəfindən polis bölməsinin xidməti otaqlarından birində ona hüquqları izah edilərək aydınlaşdırılmışdır. Həmçinin ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir, Bundan imtina etmədikdə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçi polis idarəsinə gəlmiş və ona təqdim edilmişdir. Həmin vəkilin hüquqi yardımından imtina etməmişdir. Həmçinin şübhəli şəxs qismində tutulmasıyla bağlı müvafiq sənədləşmə aparılmışdır. Daha sonra üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və həmin çəkilişdən imtina etməmişdir. Təhqiqatçı tərəfindən aparılan şəxsi axtarış və götürmədə o, müdafiəçi, onu polis bölməsinə gətirmiş mülki geyimli əməkdaşlar iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ondan üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşya, maddəni təqdim etməyi tələb edilmişdir. Bu zaman ilkin olaraq üzərində olan 02 ədəd mobil telefonu, 166 manat pulu və qara rəngli dəri çantanı masanın üzərinə qoymuşdur. Daha sonra qara rəngli dəri çantaya baxış keçirilmişdir. Dəri çantanın içərisində 7 ədəd büküm və 1 ədəd gümüşü rəngli elektron tərəzi müəyyən edilmişdir. Həmin bükümlərdən birinin içərisi açıldıqda orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli heroinə oxşar maddənin olması, digər altı bükümün içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə şüşə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan şüşə olduğunu, 10 gün əvvəl Lənkəran şəhərində yolun kənarından götürdüyünü, həmin maddələri ona İran İslam Respublikası vətəndaşı olan Məsud adlı şəxs tərəfindən göndərildiyini demişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən götürülmüş qeyd edilən maddələr və elektron tərəzi təhqiqatçı tərəfindən dəri çantaya, daha sonra isə boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol tərəflərindən tanış olduqdan sonra imzalanmışdır. Üzərindən aşkar edilmiş bükümlərdəki maddə məhkəmə kimyəvi ekspert tədqiqatından keçirilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, aşkar edilmiş bükümlərdən birinin içərisində təmiz çəkisi 32,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,584 qram, 20,976 qram, 31,172 qram, 10,604 qram, 4,965 qram, 0,764 qram ümumi təmiz çəkisi 73,065 qram olan psixotrop maddə hesab edilən metamfetamindir. Məsud adlı şəxslə ancaq whatsappla danışmışdır. Həmin şəxsin hər-hansı bir anket məlumatı ona məlum deyildir. Məsudun onda +**********78 GSM nömrəsi vardır. Polis əməkdaşları tərəfindən saxlanılana kimi istifadəsində ***-***-**-** GSM nömrəsi olmuşdur. Saxlanılarkən və şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsi ilə xidmət edir. 20 iyul 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 3 ünvanında pasport qeydiyyatında olan və ünvan 4nzil 22-də kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri o, iştirakçıları isə Şahid2 və Şahid3 təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 iyul 2021-ci il tarixdə saat 19:55-də Yasamal rayonu Qızıl Şərq küçəsi ev 16 ünvanının yaxınlığında zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona qanunsuz olaraq narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasında müvafiq araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının dövlət vəsaiti hesabına vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmışdır, Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ qoluna keçirdiyi qara rəngli dəri əl çantasını, əynində olan şalvarının sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, 1 ədəd Huawei markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsini və 166 manat pulu təqdim etmişdir. Sonra o, üzərində digər başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə, o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsədə iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung və Huawei markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin 166 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs Çingiz oğlunun təqdim etdiyi dəri çantaya baxış keçirilmiş və çantada 7 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin bükümlərdən birinin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə, 6 bükümdə isə içərisində ağ rənrəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükümün içərisində olan maddənin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidən istifadə edilmiş, bu zaman içərisində heroinə oxşar maddə olan bükümün çəkisinin 32 qram olması müəyyən edilmişdir. İçərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 6 bükümün ümumi çəkisi isə 75 qram olması müəyyən edilmişdir. Həmin 7 ədəd büküm və elektron tərəzi bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 7 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dəri çantada olan narkotik vasitə və "şüşə” kimi adını bildiyi psixotrop maddəni 10 gün əvvəldən Lənkəran şəhəri ərazisində təxminən 250 qram çəkidə götürdüyünü, həmin yerə narkotik vasitə və psixotrop maddənin qoyulmasını 1 il bundan öncə İnstagram sosial şəbəkəsində tanış olduğu ona adını “Məsud” kimi bildirən İran İslam Respublikası vətəndaşının bildirdiyini, həmin narkotik vasitə və psixotrop maddəni götürərək “Məsud” adlı şəxslə əlaqə saxlıyaraq almaq istəyən şəxsin götürməsi üçün lazımı yerlərə narkotik vasitə və psixotrop maddələri qoymasını göstərmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub-olmaması sorğu edilmiş, o isə özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün hər birinin imzası ilə təsdiq edilmişdir. Daha sonra iş üzrə həmin maddələrin tərkibinin müəyyən edilməsi məqsədi ilə müvafq ekspertiza təyin edilmişdir İş üzrə alınmış 21 iyul 2021-ci il tarixli 6/2992 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd təmiz çəkisi 32,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 6 ədəd bükümdə isə ümumi təmiz çəkisi 73,065 qram olan ağ rəngli kristalllik hissəciklərdən ibarət metamfetamin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Belə ki, o narkotik vasitə və psixotrop maddələri sifarişçi ilə danışıldıqdan sonra müxtəli yerlərə atmış və həmin yerin şəklini çəkərək alıcıya göndərmişdir. Tərəflərindən götürülmüş və baxış zamanı narkotik vasitə və psixotrop maddə elektron tərəzidə öz bükümündə çəkilmiş, lakin ekspert tərəfindən həmin kütlə xalis şəkildə çəkildiyi üçün çəkilər arasında cüzi fərq yaranmışdır. Həmçinin ekspert tərəfindən çəkilər daha dəqiq çəkildiyi üçün həmin çəkilər reallığa uyğun olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı xüsusi rütbəsi ilə xidmət edirəm. 20 iyul2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ünvan 3 ünvanında pasport qeydiyyatında olan və ünvan 4nzil 22-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri Şahid1 təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 iyul 2021-ci il tarixdə saat 19:55-də Yasamal rayonu Qızıl Şərq küçəsi ev 16 ünvanının yaxınlığında zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona qanunsuz olaraq narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasında müvafiq araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının dövlət vəsaiti hesabına vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili X1 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmışdır, Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ qoluna keçirdiyi qara rəngli dəri əl çantasını, əynində olan şalvarının sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, 1 ədəd Huawei markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsini və 166 manat pulu təqdim etmişdir. Sonra o, üzərində digər başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə, o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsədə iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung və Huawei markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin 166 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs Çingiz oğlunun təqdim etdiyi dəri çantaya baxış keçirilmiş və çantada 7 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin bükümlərdən birinin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə, 6 bükümdə isə içərisində ağ rənrəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükümün içərisində olan maddənin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidən istifadə edilmiş, bu zaman içərisində heroinə oxşar maddə olan bükümün çəkisinin 32 qram olması müəyyən edilmişdir. İçərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 6 bükümün ümumi çəkisi isə 75 qram olması müəyyən edilmişdir. Həmin 7 ədəd büküm və elektron tərəzi bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 7 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dəri çantada olan narkotik vasitə və “şüşə” kimi adını bildiyi psixotrop maddəni 10 gün əvvəldən Lənkəran şəhəri ərazisində təxminən 250 qram çəkidə götürdüyünü, həmin yerə narkotik vasitə və psixotrop maddənin qoyulmasını 1 il bundan öncə İnstagram sosial şəbəkəsində tanış olduğu ona adını “Məsud” kimi bildirən İran İslam Respublikası vətəndaşının bildirdiyini, həmin narkotik vasitə və psixotrop maddəni götürərək “Məsud” adlı şəxslə əlaqə saxlıyaraq almaq istəyən şəxsin götürməsi üçün lazımı yerlərə narkotik vasitə və psixotrop maddələri qoymasını göstərmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub-olmaması sorğu edilmiş, o isə özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün hər birinin imzası ilə təstiq edilmişdir. Daha sonra iş üzrə həmin maddələrin tərkibinin müəyyən edilməsi məqsədi ilə müvafq ekspertiza təyin edilmişdir. İş üzrə alınmış 21 iyul 2021 -ci il tarixli 6/2992 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd təmiz çəkisi 32,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 6 ədəd bükümdə isə ümumi təmiz çəkisi 73,065 qram olan ağ rəngli kristalllik hissəciklərdən ibarət metamfetamin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Belə ki, o narkotik vasitə və psixotrop maddələri sifarişçi ilə danışıldıqdan sonra müxtəli yerlərə atmış və həmin yerin şəklini çəkərək alıcıya göndərmişdir. Tərəflərindən götürülmüş və baxış zamanı narkotik vasitə və psixotrop maddə elektron tərəzidə öz bükümündə çəkilmiş, lakin ekspert tərəfindən həmin kütlə xalis şəkildə çəkildiyi üçün çəkilər arasında cüzi fərq yaranmışdır. Həmçinin ekspert tərəfindən çəkilər daha dəqiq çəkildiyi üçün həmin çəkilər reallığa uyğun olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı xüsusi rütbəsi ilə xidmət edir. 20 iyul 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ünvan 3 ünvanında pasport qeydiyyatında olan və ünvan 4nzil 22-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri Şahid1 təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 iyul 2021-ci il tarixdə saat 19:55-də Yasamal rayonu Qızıl Şərq küçəsi ev 16 ünvanının yaxınlığında zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona qanunsuz olaraq narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 27-ci polis bölməsinin İnzibati binasında müvafiq araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının dövlət vəsaiti hesabına vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili X1 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmışdır, Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ qoluna keçirdiyi qara rəngli dəri əl çantasını, əynində olan şalvarının sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, 1 ədəd Huawei markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsini və 166 manat pulu təqdim etmişdir. Sonra o, üzərində digər başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə, o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsədə iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung və Huawei markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin 166 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs Çingiz oğlunun təqdim etdiyi dəri çantaya baxış keçirilmiş və çantada 7 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin bükümlərdən birinin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə, 6 bükümdə isə içərisində ağ rənrəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükümün içərisində olan maddənin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidən istifadə edilmiş, bu zaman içərisində heroinə oxşar maddə olan bükümün çəkisinin 32 qram olması müəyyən edilmişdir. İçərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 6 bükümün ümumi çəkisi isə 75 qram olması müəyyən edilmişdir. Həmin 7 ədəd büküm və elektron tərəzi bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 7 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dəri çantada olan narkotik vasitə və “şüşə” kimi adını bildiyi psixotrop maddəni 10 gün əvvəldən Lənkəran şəhəri ərazisində təxminən 250 qram çəkidə götürdüyünü, həmin yerə narkotik vasitə və psixotrop maddənin qoyulmasını 1 il bundan öncə İnstagram sosial şəbəkəsində tanış olduğu ona adını “Məsud” kimi bildirən İran İslam Respublikası vətəndaşının bildirdiyini, həmin narkotik vasitə və psixotrop maddəni götürərək “Məsud” adlı şəxslə əlaqə saxlıyaraq almaq istəyən şəxsin götürməsi üçün lazımı yerlərə narkotik vasitə və psixotrop maddələri qoymasını göstərmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub-olmaması sorğu edilmiş, o isə özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün hər birinin imzası ilə təstiq edilmişdir. Daha sonra iş üzrə həmin maddələrin tərkibinin müəyyən edilməsi məqsədi ilə müvafq ekspertiza təyin edilmişdir. İş üzrə alınmış 21 iyul 2021 -ci il tarixli 6/2992 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd təmiz çəkisi 32,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 6 ədəd bükümdə isə ümumi təmiz çəkisi 73,065 qram olan ağ rəngli kristalllik hissəciklərdən ibarət metamfetamin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Belə ki, o narkotik vasitə və psixotrop maddələri sifarişçi ilə danışıldıqdan sonra müxtəli yerlərə atmış və həmin yerin şəklini çəkərək alıcıya göndərmişdir. Tərəflərindən götürülmüş və baxış zamanı narkotik vasitə və psixotrop maddə elektron tərəzidə öz bükümündə çəkilmiş, lakin ekspert tərəfindən həmin kütlə xalis şəkildə çəkildiyi üçün çəkilər arasında cüzi fərq yaranmışdır. Həmçinin ekspert tərəfindən çəkilər dahə dəqiq çəkildiyi üçün həmin çəkilər reallığa uyğun olmuşdur(i.v.153-156); Cinayət işinin 32-34-cü vərəqlərində olan 20 iyul 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2021ci il tarixdə, saat 19:55-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 27-ci polis bölməsinə aparılmış, Təqsirləndirilən şəxs əlindəki dəri çantanı təqdim edərək polis əməkdaşlarına təqdim etmiş, həmin dərin çantaya baxış keçirilən zaman 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində, narkotik vasitə hesab edilən heroinə oxşar vasitə və 06 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə oxşar maddə, 01 ədəd elektron tərəzi və 02 ədəd mobil telefon aparatı aşkar edilərək götürülmüş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümdəki vasitənin heroin və metamfetamin olduğunu bildirmişdir. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 41-48-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 21.07.2021-ci il tarixli 6/2992 №-li məhkəmə-kimyəvi ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 32,706 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,584 qr, 20,976 qr, 31,172 qr, 10,604 qr, 4,965 qr, 0,764 qr ümumi təmiz çəkisi 73,065 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Cinayət işinin 124-125-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 28.07.2021-ci il tarixli 2524 №-li məhkəmənarkoloji ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 196-198-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psİxiatrik X4 Hüquqi Şəxsi tərəfindən daxil olmuş 08.09.2021-ci il tarixli 2068 №-li məhkəmə- psixiatrik ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 14-188-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş 03.09.2021-ci il tarixli 5/860 №-li məhkəmə komputer-texniki ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung” markalı arxa məlumat lövhəsinə görə “SM-A125F/DSN” modelli “354290/37/528034/3” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Huawei” markalı “POT-LX1” modelli “**********35370, **********60386” imei kodlu mobil smatfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung” markalı arxa məlumat lövhəsinə görə "SM A125F/DSN” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açarla” mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edilmişdir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung” markalı arxa məlumat lövhəsinə görə “SM-A125F/DSN” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açarla” mühafizə olunan ekran kilidini keçmək mümkün olmadığından mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmaması və pozulubpozulmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Təqdim edilmiş “Huawei” markalı “POT-LX1” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur. Cinayət işinin 159-161-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-259-08- 04 GSM nömrəsi ilə aparılan telefon danışıqları, sms yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən "Bakcell” MMCdən götürülmüş CD diskə baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan şübhə doğuran əhəmiyyət kəsb edən sms məlumatları - 1.**********80 1.1.**********04 Emodi qaqas; 2.**********66 1.1.**********04 Ali brät bawva donum tel gotuda zornan pul taptım 3dana kola lazımdı; 3.1.**********66 1.1.**********04 ı 1d pat; 4.1.**********54 1.1.**********04 Çekdiyim patıvın qıramın azaldırıdm yeqin yada qazancını yeyib biti. Meni patıyla sınaq edirdin? Yedirib her defesinde sual etdin ki heç ömründe bu qeder yeyibsen o sualıvın altında bax bu emelin dayanırdı keşke bilerdim men seni insan bildim - ailəsi (anasını uşağı ilə evdən çıxardıb, bu qadindan ayrılması nadir adlı şəxsə görə olub); 5.1.**********39 1.1.**********04 Sen meni tanimirsan. Mende seni men kimese hambal deyilem.Verirəm iki nomreni de polise orda goruserik; 6.1.**********89 1.1.**********04 Sabax polise yazdigkarini scren etmisem delil subut mene bu lazim idi; 7.1.**********04 And olsun Hüseynin canına qoyub getdiyin şüşeni nece var olduqu kim özüne çatacaq, menen bağlı sene çox melumat vere bilerler doğru ol; 8.1.**********54 1.1.**********04 anlarıda ola bilər ama heyatımda bir tek sen oldunki seni her şeyden birinci bilib şüşeni her şeyden axrncı bildim 9.1.**********54 1.1.**********04 Patısı olaninda allah belin qırsın hele bilmyib varlndı deyib şer atanlnda allah min qatı ezabın versin. Axiretinen qor aqibetinen qor 10.1.**********78 1.1.**********04 abi nəşəm var 2 baş yarım versəm tema götürə bilərəm? 11.1.**********66 1.1.**********04 bratka sana 10manat pul vuracam mana 4 kola ver; 12.1.**********66 1.1.**********04 HOmanat cawtim; 12.1.**********66 1.1.**********04120m; 13.1.**********04 bidanada 06 elada; 14.1.**********66 1.1.**********04 kola; 15.1.**********661, 1.**********04 Bratuxa bawva donum 10m veraram bidana daw pati verarsan; 16.1.**********54 1.1.**********04 Bidene lampa ne olan şeydiki onu sen vermedin mene içine pox biraz patım varydı onuda evdeki yeke lamiçkayla eledım poxa döndü ağzımızda açib bır söz deye bilmirem o deyqede elediklerinİ qoyursan qabaqıma; 17.1.**********54 1.1.**********04 Balam lampavı Berk berk qoru saxla bazar günler ucuzluq ışlemir; 18.1.**********54 1.1.**********04 Kolasi olanun kola paylazyanun allan balasiyla sinaq etsin wer atan inda hemcinin Allah belani versin werlediyin qeder werlenesen; məzmununda smslər daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsindən digər nömrələrə göndərilmiş şübhə doğuran əhəmiyyət kəsb edən sms məlumatları - 1.1.**********04 1.1.**********54 ay cirix bidefe getrmisen xxx bawi 05 pati guya ozunu temize cixarirdan.rasommen yazwmalari sesderi atim?haq hesab gedrsen borclarni isdisen bes bular nedi; 2.1.**********54 xxx xxx izge vaxdi pati olmayanda yatrsan noldu indi gece5 di oyaqsan allah belani versin ezuzidetinen ozun cejesen xxx senin masdinj peyser qizipqeyser; 3.1.**********04 1.1.**********54 seni qinamiram ki seninterinde kimolsa ele eder.day neye lazmdiki eli.hersey qutardi pul, pati mawin getdi.ama dusunfuyun kimi deyi sadece seni yoxlamaqcyn etdim; 4.1.**********04 1.1.**********49 guluncsen wems senol.deyim buvaxdi niye oyaqsan? ogurladigun patidan koladan; cekirsen wellenirsen. bunagore oyaqsan.neyse artix eksiy yazma, agilliol. heyatiniyawa; 5.1.**********04 1.1.**********54 senol yatub qalmiwam qapinin sesneoyanmiwam kulek cirpib qapini oyanmiwam.bilrdnki patida yoxdu; 6.1.**********04 1,1.**********54 dyesen tapmisan pati oyaqsan byvaxdacan; 7.1.**********54 noldu sesin cixmadi guya yatdin he?seher dedin axi tapacam men pati.yoxsa bucaxfaca oyaqqalmaq olmaz.bududa seninde heyatin.senin sadiqliyin.ele ramazan ozune qenm olsun.ozunu tutsin.alcagin eslisensenki birgun njwmjyanda minoyunan cixirsan.ozinu temiz bilme sen esi mundarsan ele.iyrenirem uje senen; 8.1.**********15 duw pati verim qalmalkafa; 9.1.**********79 ewdirsen meni sene demisem yene deyrem meni itdere versen bilki ilk ozumnen yandiracaqim insan zen olacaqsan varyoxu xxx duzdehrem.butun poxlaru senen yemiwik senen cekmiwik.yeniki senmeni ciriga oysan ele mende seni qoyacam.get bala iwjnen mewqulol.aglinj yhbawjns get uwaqnj saxla.heyTni yawa; 10.1.**********04 1.1.**********54 sobrtet firlama gulu sc teli.men gözəl bilem sen hardasaj budeqr gunewliye kola paylyrsan sen; 11.1.**********04 1.1.**********54 qehbenin balasi dedimevde tekem xxx senin sudunu neqedrt kola ogurlamisan yene; 12.1.**********04 1.1.**********54 cirix 700qram kola yoxde xxx senin herseyni seni bisen neynisen getir qaytad gulu menim boymima qalur 10,min pul edir gulu getr qaytar senol yeyebilmezsen sem; 13.1.**********04 1.1.**********54 varyoxun xxx 700qram kola yoxdu senin ac telfoni danwaq bele etme gulu senol menim boynuma qalir 10,min manat, mene yunklenir; məzmunlu smslər müəyyən edilmişdir. Cinayət işinin 92-94-cü vərəqlərində olan mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "WhatsApp” mobil əlavəsində siyahıda olan “Məsud” adı altında yazılan +**********78 saylı xarici ölkə mobil operatoruna məxsus mobil nömrə ilə mesaj bölümündə mesajın mətnlərindən və audio səs yazılarından belə aydın olur ki, “Məsud” adı altında yazılan +994 55 *** ** ** saylı mobil nömrədən mesaj yazan şəxs ********* saylı iş üzrə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxsdur. Onlar arasında narkotik vasitələrin əldə edilməsi ilə bağlı smslər və narkotik vasitələrin göndərilməsini əks etdirən fotoşəkillərin olması müəyyən edilmişdir. Cinayət işinin 152-ci vərəqlərində olan əməliyyat tapşırığına verilmiş 06.09.2021-ci il tarixli 093-17397-1221 nömrəli cavabdan görünür ki, “Məsud” adlı şəxs barəsində hər hansısa bir məlumat əldə etmək, həmin şəxsi istintaqa təhvil vermək istiqamətində bir sır əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin 217-234-cü vərəqlərində olan qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 1 ədəd bükümdə təmiz çəkisi 32,706 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 32,606 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 73,065 qram təşkil edən lakin məhkəmə-kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 72,945 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə, 1 ədəd “Huawei” markalı “POT-LX1” modelli mobil telefon, 1 ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 27-ci PB-nin İnzibati binasında çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 1 ədəd CD disk, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk və məhkəmə komputer-texniki ekspertizası rəyinə əlavə edilmiş 2 ədəd CD disk 21 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 22-23 və 87-89-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 20.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 107-108, 213-215-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Səbail rayon məhkəməsinin 19.02.2021-ci il tarixli 1 (009)-97/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 19.02.2021-ci ildə Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 01 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Səbail rayon məhkəməsinin 22.12.2021-ci il tarixli, 7(009)100/2021-ci il saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin 19.02.2021-ci il tarixli 1 (009)-97/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 il 01 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası “08 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş 10 ay 09 gün hissəsindən azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin 19.02.2021-ci il tarixli 1 (009)-97/2021 nömrəli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətsə də təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 20 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 28.07.2021-ci il tarixli 2524 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 135,47 (yüz otuz beş manat qırx yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Yasamal RPİ- nin maddi sübutların saxlanılması otağına verilmiş ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 32,606 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 72,945 qram metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. “Huawei” markalı “POT-LX1” modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuına qaytarımalı, 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 20 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş edilmiş 135,47 (yüz otuz beş manat qırx yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağına verilmiş ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 32,606 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 72,945 qram metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. “Huawei” markalı “POT-LX1” modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuına qaytarılsın, 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar