Məhkəmə qərarları › İş №1(101)-314/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-314/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-314/2023 03.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 qıznın, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi, “Vəliyev, Bağırov və Partnyorları” Vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil bürosunun Müdafiəçi3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 yaşayış massivində ünvansız fərdi yaşayış evində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə başqa şəxslə razılaşıb onunla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən onun özü 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Artvin şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq ona həmin şəhərdə yerləşən hoteldə xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə onu cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün onun bütün yol xərclərini ödəyərək onu 30 oktyabr 2021-ci il tarixdə saat 09:19-da Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Beynəlxalq hava limanından keçirməklə Türkiyə Respublikasının Artvin şəhərinə aparıb, həmin şəhərdə yerləşən “Parabül” hotelində yerləşdirdikdən sonra başqa şəxslə birlikdə 31 oktyabr 2021-ci il tarixdən 03 yanvar 2022-ci il tarixədək olan müddət ərzində onu pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim edib cinsi istismar etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Aydın adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının əvvəllərində ünvan 4 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının Artvin şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq ona həmin şəhərdə yerləşən hoteldə xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 15 noyabr 2021-ci il tarixdə saat 10:40-da Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarətburaxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Artvin şəhərinə aparıb, həmin şəhərdə yerləşən “Parabül” hotelində yerləşdirdikdən sonra Aydın adlı şəxslə birlikdə 16 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək olan müddət ərzində qeyd olunan hoteldə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Aydın adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş tanışı Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Artvin şəhərində hoteldə xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Artvin şəhərinə getmiş, qrupun digər üzvü şəxsiyyəti istintaqla araşdırılan Aydın adlı şəxs Zərərçəkmiş şəxs2 qarşılayıb həmin şəhərdə yerləşən “Parabül” hotelinə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla Təqsirləndirilən şəxs ilə birlikdə 06 fevral 2022-ci tarixdən 14 fevral 2022-ci il tarixədək olan müddət ərzində qeyd olunan hoteldə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, təxminən 2021-ci ilin avqust-sentyabr aylarından etibarən işsiz olmuşdur. Azərbaycan Respublikasından bir nəfər Rəqsanə adlı tanışı evlənib hazırda Türkiyə Respublikasının Artvin şəhərində yaşamışdır. O, işsiz olduğu üçün Rəqsanə ona Artvin şəhərində “Parabül” adlı hoteldə ona hotelin restoranında xidmətçi kimi işləyəcəyini bildirmişdir. Həmin qadının qayınatası Çengiz adlı şəxs hotelin müdiri . Rəqsanə bildirmişdir ki, yol xərclərini və COVİD-19-la bağlı test xərclərini özləri ödəyəcəklər. Hoteldə gündəlik olaraq 200 türk lirəsi maaş verildiyini söz vermişdilər. O da işsiz olduğu üçün Rəqsanə ilə razılaşmışdır. Hotelin sahibləri ona bilet almışlar və оaа Bakıdakı tanışları vasitəsilə 100 manat pul göndərmişlər. О dа təyyarə ilə Naxçıvana getmiş, oradan dа avtomobili ilə Artvin şəhərinə getmişdir. Artvin şəhərində “Parabül” hotelində Çengiz adlı şəxs onu qarşılamışdır. Onu hoteldə bir otağa yerləşdirmişdir. Pasportunu qeydiyyat bölməsinə vermiş ki, onu qeydiyyata salsınlar. Təxminən 20-30 dəqiqə sonra gətirib pasportunu vermişlər. Çengiz onu yerləşdirmiş və harada nə işləyəcəyini izah etmişdir. O da hotelin sahiblərinin dediyi kimi orada xidmətçi kimi işləməyə başlamışdır. 2022-ci ilin yanvar ayının əvvəllərinə qədər işlədikdən sonra Azərbaycan Respublikasına geri qayıtmış, bir ay burada qaldıqdan sonra fevral ayının əvvəllərində yenidən Artvin şəhərinə “Parabül” hotelində işləməyə başlamışdır. 17 mart 2022-ci il tarixdə isə yenidən Azərbaycan Respublikasına gəlmişdir. О, оktyabr ayında Тürkiyəyə getdikdə hoteldə qalmışdır. Təxminən noyabr ayının ortalarında hotel rahat olmadığı üçün pul toplayıb hoteldən təxminən piyada 12-15 dəqiqəlik məsafədə özünə ev tutmuşdur və orada qalmışdır. Restoranda iki iş rejimi olmuşdur. Saat 08:00-dan 22:00-a qədər birinci növbə idi. İkinci növbə saat 20:00-dan 03:00-a qədər idi. O hər iki iş rejimində işləmişdir. Bəzi hallarda birinci növbədə, bəzi hallarda isə ikinci növbədə işləmişdir. О, Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır. yaxın rəfiqə olmuşdur. Pərvanə ilə uzun illərdir ki, münasibəti olmuşdur. Pərvanə də bir dəfə o, işlədiyi hotelə istirahət etmək məqsədilə gəlmişdir. Pərvanənin Türkiyə Respublikası vətəndaşı olan bir nəfər sevgilisi var idi. Həmin şəxs Türkiyə Respublikası vətəndaşı Cahit idi. О, Cahit ilə birlikdə istirahət etmək məqsədilə onun işlədiyi hotelə gəlmişdilər. Bir müddət oteldə qaldıqdan sonra getdilər. Pərvanə orada işləməmişdir və onun müştəri ilə görüşməsini görməmişdir. Zərərçəkmiş şəxs2 Bakı şəhərində ad günü məclislərinin birində tanımışdır. О, restoranda işləyən zaman Rəvanə də İstanbul şəhərində fahişəliklə məşğul olmuşdur. Aydın adlı şəxslə münasibət qurduqdan sonra Aydın onu cinsi əlaqədə olmaq üçün Artvin şəhərinə dəvət edib gətirmişdi, lakin Aydın Rəvanəni bəyənmədiyi üçün Çengiz Rəvanə ilə bir neçə gün qalıb cinsi əlaqədə olduqdan sonra Rəvanə oradan getdi. Ondan sonra da о, Rəvanəni görməmişdir. Rəvanə özü Rəqsanə vasitəsilə Aydını tanımışdır. O Aydını Rəvanə ilə tanış etməmişdir. Rəvanəni orada heç kim cinsi istismar etməmişdir. Rəvanə özü İstanbul şəhərində bir nəfər qadının yanında fahişəliklə məşğul olmuşdur. Rəvanə Aydından xahiş etmişdir ki, onu İstanbul şəhərində olan həmin adamın yanından qurtarsın. Aydın özü Rəvanənin sevgilisi olmuşdur. O, Aydınla sevgili münasibəti qurmamışdır. Rəvanə pul qarşılığında Cengizlə görüşüb cinsi əlaqədə olmuşdur. Xatırladığı qədəri ilə Rəvanə Cengizlə görüşdükdən sonra bir neçə də gün də həmin hoteldə qalıb xidmətçi kimi işləmişdir. Bundan sonra da oradan getmişdir. Zərərçəkmiş şəxs3 Aysel kimi tanımışdır. Elnarə ilə də məclislərin birində tanış olmuşdur. O, hoteldə olduqda Elnarə də həmin hotelə işləmək üçün gəlmişdir. Deyirdi ki, Çengizin dostu Mustafa vasitəsilə həmin hotelə işləmək üçün gəlmişdi. Elnarə də onun kimi restoranda xidmətçi kimi fəaliyyət göstərmişdir. Aydın Cengizin köməkçisi idi və onun işlərini görürdü. О, zərərçəkmiş şəxslərdən heç birini cinsi istismar etməmişdir. Onlarla onun əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2014-cü ildən etibarən tanıyır, onunla məclislərin birində tanış olmuşdur. Təhminlə normal münasibəti olmuşdur. Hərdən bir əlaqə saxlamışlar. O təxminən 2017-ci ildən etibarən Türkiyəyə gedib oradan paltar alıb gətirib burada tanışlarına satmışdır. Təhmin 2021-ci ilin oktyabr ayının əvvələrində yaşadığı evdə olan zaman ona zəng edərək Türkiyənin Artvin şəhərinə dəvət etmişdir. Orada restoranda yüksək gəlirli işin olduğunu bildirdi. Özünün də orada olduğunu və işlədiyini dedi. Оnun da maddi sıxıntıları olduğu üçün razılaşmış, lakin getmək üçün pulunun olmadığını bildirmişdir. Təhmin narahat olmamağı, yol xərclərini özünün verəcəyini daha sonra ona işləyib qaytara biləcəyini bildirmişdir. O da Təhminlə razılaşmışdır. Həmin vахt Təhmin artıq Türkiyə Respublikasına getmişdi. O Təhminə razılığını bildirdikdən sonra Təhmin ondan pasportunun fotoşəklini istəmişdir. O da Təhminə pasportunun fotoşəklini göndərmişdir və Təhmin ona yol biletini təşkil etmişdir. Təhmin ona COVİD-19 testi üçün 100 manat pul göndərmişdir. 2021-ci ilin noyabr ayının 15 o təyyarə ilə Naxçıvan şəhərinə oradan isə avtomobillə Türkiyə Respublikasının Artvin şəhərinə getmişdir. Orada onu Təhmin və onun tanışı Türkiyə Respublikasının vətəndaşı olan Aydın adlı şəxs qarşılamış və Aydına məxsus hoteldə yerləşdirilmişlər. Hotelin birinci mərtəbəsi restoran olduğundan o, restornada xidmətçi işləyəcəyini düşünmüşdür. Təxminən 15 noyabr 2021-ci il tarixdə artıq о, hotelə çatmışdır. Təhmin oraya gəldikdə onun pasportunu almışdır ki, onu hoteldə qeydiyyata salsın. O da pasportunu Təhminə vermişdir. 16 noyabr 2021-ci il tarixdə Təhmindən hansı işlə məşğul olacağını bildirmişdir. Təhmin də burada restoranda yaxşı qazanc olmamasını, onun tapdığı kişi müştərilərlə görüşüb cinsi əlaqədə olacağını bildirmişdir. O belə danışmadıqlarını, restoranda işləməli olduğunu və heç zaman fahişəliklə məşğul olmamasını, bu işin ona görə olmadığını bildirmişdir. Təhmin buraya gəlməyi üçün xərc çəkdiyini, ona borcu olmasını və nə deyirsə etməli olmasını bildirmişdir. Pasportu da Təhmində olduğu üçün nə edəcəyini bildirmişdir. Çünki Artvində də tanışı olmamışdır. Təhmin tanışı Aydının şəhərdə nüfuzlu şəxs olduğunu demiş və onun əli ilə istənilən pisliyi ona edəcəyini bildirmişdir. Aydın özü də Təhminlə birlikdə ona hədələməyə başlamışlar. Aydın sənədinin olmamasını, onun nəzarəti altında olduğunu, оnа nə istəyirsə onu da edə biləcəyini bildirdi. Təhmin оnun sənədlərini götürmüşdür və o, sərbəst hərəkət edə bilməmişdir. Təhmin ona görə 300 manata yaxın yol xərci çəkdiyini bildirdi. Məcbur olub о da Тəhminin dedikləri ilə razılaşmalı olmuşdur. Həmin gündən Təhmin onu kişi müştərilərə təqdim edib qazanc əldə etmişdir. Hər gün onu tapdığı bir neçə kişi müştəriyə təqdim etmişdir. О dа мüştərilərlə hotelin daxilində görüşüb cinsi əlaqədə olmuşdur. Sənədi olmadığı üçün hoteldən çıxa bilməmişdir. Təxminən noyabr ayının 23-ü Təhminlə mübahisə etmişdir. Atasının 40 mərasimini yola verməli olmasını, məcbur getməli olduğunu bildirmişdir. Bundan sonra Təhmin onunla razılaşmaq məcburiyyətində qalmışdı, lakin qayıdıb gəlməli olduğunu dedi. О da Təhminə yalandan qayıdacağını vəd edib 2021-ci ilin noyabr ayının 24-ü Bakıya qayıtmışdır. О, Təhminlə barışmamışdır. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr ayında rəfiqələrindən birinin ad günü məclisində tanımışdır. Mobil nömrələrini bir birlərinə verib “Whatsapp” vasitəsilə onunla əlaqə saxlamışdır. Təhminlə bir müddət danışdıqdan sonra münasibəti daha yaxın olmuşdur. Hərdən bir zəngləşib danışmışlar. Təhmin ona bildirmişdir ki, yaxın vaxtda Türkiyəyə gedəcək və ona özü ilə birlikdə getməyi və orada restoranda işləməyi təklif etdi. O dа Тəhminlə razılaşmamışdır. 2021-ci ilin oktyabr ayının sonunda Təhminin Türkiyəyə getdiyi öyrənmişdir. 2022-ci ilin yanvar ayında o, İstanbul şəhərinə getmişdir. Getməkdə məqsədi ticarət edib pul qazanmaq olmuşdur. Orada olduğu zaman Təhmin onunla əlaqə saxlamışdır. Söhbət əsnasında o, Təhminə İstanbul şəhərində olduğunu və bir qədər satmaq üçün məhsullar alıb qayıtmaq fikrinin olduğunu demişdir. Təhmin ona Artvin şəhərinə tanıdığı Aydın adlı şəxsin restoranında işləməyi təklif etdi. Hətta Aydının onun yol xərcinin ödəyəcəklərini demişdir. Təhmin restoranda işlədikdən sonra bir qədər də məhsul alıb Bakı şəhərində sata biləcəyini bildirmişdir. O dа Təhminin təklifi ilə razılaşmışdır. Təhmin ona Aydının nömrəsini vermiş və onunla əlaqə saxlamasını demişdir. O Aydınla əlaqə saxlamış və Aydın ondan pasportunun şəklini istəmişdir. O, şəkli göndərmişdir və Aydın bildirmişdir ki, ona İstanbuldan Trabzona təyyarə bileti almışdır. Təxminən 2022-ci ilin fevral ayının 5-i o Artvin şəhərinə gəlmişdir. Orada onu Aydın qarşılamışdır. Aydın onu özünəməxsus oteldə yerləşdirmişdir. Hoteldə qeydiyyata almaq üçün onun pasportunu almışdır və qeydiyyata alındıqdan sonra geri qaytaracağını bildirmişdir. O da pasportunu Aydına vermişdir. Aydınla söhbət edən zaman ona bildirmişdir ki, o restorana gələn müştərilərlə görüşüb cinsi əlaqədə olmalıdır və işi bundan ibarət olacaqdır. O, Aydına etiraz etsə də, Aydın ona Təhmin özü də 2-3 günə Artvinə gələcəyini və özünün ona nəzarət edəcəyini demişdir. Sənədləri əlində olmadığı üçün о da hoteldən çıxa da bilməmişdir. Aydın adlı şəxs ona bildirmişdir ki, burada yüksək nüfuzu var və burada ona herşey edə bilər. O çıxılmaz vəziyyətdə qalmışdır və məcburiyyət qarşısında Təhminlə razılaşmışdır. Aydın 06 fevral 2022-ci il tarixdən etibarən onu hotelə gələn kişi müştərilərə təqdim etməyə başlamışdır. Aydın müştəridən pulu götürmüşdür. Üç gün Aydın onu kişi müştərilərlə görüşdürmüşdür. Onu hoteldən çıxmağa qoymamışlar. Sənədlər də Aydında idi. Üç gündən sonra həmin otelə Təhmin gəlmişdir. O, Təhminə bildirmişdir ki, fahişəliklə məşğul olmaq istəmir. Təhmin isə ona hədə-qorxu gəlib dedi ki, onu tanışlarının yanında rüsvay edəcək. Əlavə olaraq Təhmin həmin obyektin sahibinin Аydın olduğunu və o nə deyirsə onu etməli olduğunu demişdir. O məcbur olub Təhminin dedikləri ilə razılaşmışdır. Bundan sonra Təhmin ona nəzarət etməyə başladı. Müştəriləri Təhmin tapırdı və müştərilərdən pulu təhmin alırdı. Fevral ayının 14-nə kimi Təhmin onu məcburi qaydada kişilərə təqdim etmişdir. Təhminə etiraz etdikdə onu bir neçə dəfə döymüşdür və Təhmin onu ölkədən deportasiya etdirməklə hədələmişdir. O isə Təhminə demişdir ki, artıq onu sərbəst buraxmasa polisə şikayət edəcəkdir. Təhmin də оnun fikrinin ciddi olduğunu gördükdə onu sərbəst buraxmışdır. Onun pulu olmadığı üçün məcbur olub Bakıda tanışlarına zəng edib bilet almaq üçün pul istəmişdir. Oradan o, Azərbaycana qayıtmışdır və bir daha Təhminlə əlaqə saxlamamışdır. Bakı şəhərinə qayıtdıqdan sonra bir müddət özünə gələ bilməmişdir və sıxıntılar keçirməyə başlamışdır, özünə gəldikdən sonra Təhmin barəsində polisə müraciət etmişdir. Hazırda о, Təhminlə barışmışdır. Ona qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, Bakı şəhərində restoranlarda xidmətçi kimi işlədikdən sonra Türkiyəyə gedib orada da restoranlarda xidmətçi kimi işləməyə başlamışdır. Təxminən 2021-ci ilin sentyabr ayında məclislərin birində Təhminlə tanış olmuş, söhbət zamanı Türkiyəyə gedib orada restoranlarda işlədiyini bildirmişdir. Təhmin də Türkiyəyə tez-tez getdiyini orada tanışının hotelinin olduğunu və orada işlədiyini bildirdi. Təhminlə aralarında səmimi münasibət yaranmış və mobil nömrələrini götürüb bir-birlərinə əlaqə saxlamağa başlamışlar. 2021-ci ilin oktyabr ayının axırlarında qeydiyyatda olduğu ünvanda olan zaman Təhminlə danışıq zamanı X6 şəhərində Aydın adlı Türkiyə vətəndaşının hotelində işlədiyini dedi. O, Artvin şəhərində nə işlədiyini soruşduqda Təhmin restoranda işlədiyini dedi. Həmin zamanlar karantin rejimi ilə əlaqədar Türkiyə Respublikasına gedib orada iş tapa bilməmişdir. Bakı şəhərində də işsiz qaldığı üçün və maddi sıxıntıları olmuşdur. Təhmin ona təklif etmişdir ki, əgər istəsə gəlib onun yanında işləyə bilər. Təhmin bildirmişdir ki, hotelin sahibi Aydın adlı şəxslə yaxın münasibətləri var və həmin şəxsdən onu işə götürməsi üçün xahiş edə bilər. Daha sonra Təhmin ona Aydına bu barədə dediyini və gəlmək üçün heç bir problem olmadığını, hətta bütün yol xərclərinin Aydın tərəfindən qarşılanacağını, daha sonra burada işləyib həmin pulu ödəyə biləcəyini bildirmişdir. O dа Təhminin bu təklifini qəbul etmişdir. Təhmin ona bir nəfər vasitəsilə 90 manat da pul göndərmişdi ki, COVİD-19-la bağlı testdən keçsin. O, həmin pulla testdən keçmişdir. Daha sonra pasportunun fotoşəklini Təhminə göndərmiş və onun üçün bilet almışdır. 30 оktyabr 2021-ci il tarixdə Bakı Hava Limanından təyyarə vasitəsilə Tbilisi şəhərinə oradan da taksi ilə Türkiyənin Artvin şəhərinə birbaşa Təhminin dediyi “Parabül” hotelinə getmişdir. 30 оktyabr 2021-ci il tarixdə axşam saatlarında həmin hotelə çatmışdır. X10 orada qarşılamış və otağa yerləşdirmişdilər. Hotelin aşağı hissəsində restoran olmuşdur. O həmin restoranda işləyəcəyini fikirləşmişdir. Həmin günü Təhmin ondna pasportunu almışdır ki, onu hoteldə qeydiyyata salsın. O da Təhminlə razılaşmışdır və pasportunu ona vermişdir. Bir gecə hoteldə qaldıqdan sonra səhəri gün Təhmin və Aydınla söhbət zamanı iş barədə suallar vermişdir. Bu zaman Təhmin bildirmişdir ki, burada onun işinin hotelin restoranına gələn kişi müştərilərlə cinsi əlaqədə olmaqdan ibarət olacağını bildirdi. O, etiraz etmiş və xidmətçi kimi işləmək istədiyini, buraya onun üçün gəldiyini bildirmişdir. Aydın və Təhmin ona hədələr gəlməyə başlamışlar. Yol pulu verdikləri üçün onlara borclu olduğunu, pasportunun onlarda qalacağını bildirmişlər. Aydın tanınmış аdам olduğunu istədiyi halda ona hərşey edə biləcəyini bildirdi. Ona hoteldən çıxmağa icazə verilməmişdir. Hoteldən pasportsuz da çıxa bilməmişdir. O, Aydın və Təhminlə razılaşmaq məcburiyyətində qalmışdır. 31 оktyabr 2021-ci il tarixdən etibarən Təhmin və Aydın onu hotelin restoranına gələn kişi müştərilərlə pul müqabilində görüşdürməyə başlamışlar. Aydın əsasən onu qorxutmuş və hoteldən çıxamağa icazə verməmişdir. Təhmin isə gündəlik olaraq onunla restorana gedib əyləşmişdir. Müştəri onu görüb bəyəndiyi halda müştəri ilə danışıb pul barədə razılığa gəlmişlər. Pulu Təhmin almışdır. Hər müştəridən 1000 türk lirəsi pul almışdır. Həmin pulun 500 lirəsini ona vermişdir. Qalan 500 lirəni isə Aydınla öz aralarında bölüşdürmüşlər. Bu qaydada Təhmin onu 03 yanvar 2022-ci il tarixədək оnu kişi müştərilərlə görüşdürmüş, onlarla cinsi əlaqədə olmağa məcbur etmişdir. О, Тəhminə artıq orada qala bilmədiyini və evə qayıtmaq istədiyini bildirmişdir. Təhmin də artıq yaşayış müddətlərini pozacağını görüb onunla razılaşmışdır. Bundan sonra onlar Təhminlə 04 yanvar 2022-ci il tarixdə avtobusla Naxçıvanа oradan da təyyarə ilə Bakı şəhərinə gəlmişlər. Bakıya gələndən sonra о, Təhminlə bütün münasibətləri kəsmişdir. Bundan bir müddət sonra restoranda işləmək üçün Türkiyəyə İstanbul şəhərinə getmişdir. Bir müddət İstanbulda qaldıqdan sonra Bakıya gəlmişdir. О, Bakıda оlarkən Təhmin barədə şikayətlər edildiyini eşidib о, da İnsan Alverinə qarşı Mübarizə baş İdarəsinə gələrək Тəhmin barəsində şikayət еtmişdir. Hazırda о, təhminlə barışmışdır. Оndan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, istintaqa verdiyi ilkin ifadəsini təsdiq edərək, bir daha Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Artvin şəhərində cinsi istismara məruz qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş onun X8 verdiyi ifadəsində “Parabül” hotelində qalmasını və orada Tayfun Tekin adlı şəxsin qonağı olduğunu bildirmişdir. Bundan başqa Aydın Güvən və digər şəxsləri tanımadığını bildirmişdir. Adları qeyd edilən şəxslər arasında onu cinsi istismar edən şəxs olmuşdurmu və o həmin hoteldə fahişəliklə məşğul olmuşdurmu sualı ilə bağlı qeyd etmişdir ki, Tayfun Tekin adlı Türkiyə Respublikası vətəndaşı ilə uzun müddətdir ki, bir birlərini tanıyırlar. Tafyun onu Artvin şəhərində yerləşən Parabül hotelinə istirahət etmək məqsədilə dəvət etmişdir. Lakin o Təhminin və Aydının orada olmadıqlarını bildiyi üçün bununla razılaşmamışdır. Onu Parabül hotelində cinsi istismar edən şəxsin soyadını bilmədiyini lakin adının Aydın olmasını bildiyini qeyd etmişdir. O istirahət etmək məqsədilə həmin hotelə getdiyini və daha sonra Azərbaycan Respublikasına qayıtmasını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 15 noyabr 2021-ci il tarixdə saat 10:40 dəqiqədə “C01338344” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən Türkiyə Respublikasına keçmiş, xx.xx.2021-ci il tarixdə saat 14:37 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə saat 07:30 dəqiqədə “C01662149” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, 15 fevral 2022-ci il tarixdə saat 20:43 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə saat 09:19 dəqiqədə “P5169332” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq hava limanından keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 13:05 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23:17 dəqiqədə “P5151807” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 13:02 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2022-ci il tarixdə saat 20:04 dəqiqədə “C04053007” nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 17:41 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etmədiyini, Zərərçəkmiş şəxs1 istirahət etmək məqsədilə həmin hotelə gəlib getdiyini, Zərərçəkmiş şəxs2 Aydın adlı şəxsi özünün tanıdığını və Aydınla cinsi əlaqədə olmaq üçün oraya gəldiyini, Zərərçəkmiş şəxs3 sadəcə olaraq restoranda xidmətçi kimi işlədiyini göstərdi. Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi bu hallar iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, baxış protokolu, digər sübutlarla və işin faktiki halları ilə təkzib olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllətin cinayət olmasını aradan qaldıran hal və ya onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlini həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 7 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 8 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə olması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, ona təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmədə zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs ilə barışdığlarını göstərdilər. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslərlə barışması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 7 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 8 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə olması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, ona təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 08 ( səkkiz ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 144-3.4-cü maddəsi ilə 02 ( iki ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 03( üç ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın başlanğıcı 7 iyun 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıda gğstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar