Məhkəmə qərarları › İş №1(101)-314/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-314/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-314/2024 08.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X10 və X2 ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçilər “Femida” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuana, heroini və psixotrop maddə olan metilendioksimetamfetamini əldə edərək saxlamış və daşımışdır. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuana, heroini və psixotrop maddə olan metilendioksimetamfetamini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 09:55-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Kirov küçəsi, ev 15 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən, onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,586 qram çəkidə narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Şükür” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İİR-nın vətəndaşı “Şükür” adlı şəxsin külli miqdar təşkil edən 5028,786 qram çəkidə narkotik vasitə heroini, külli miqdarm təşkil edən 8630 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdar təəşkil edən 997,4 qram çəkidə psixotrop maddə MDMA-nı gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2023cü il tarixdə gündüz saatlarında müştəri qismində əyləşdikləri taksi sürücüsü Şahid6 idarə etdiyi «Kia Rio» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətinə gedib “Şükür” adlı şəxsin göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürüb qeyd edilən çəkidə narkotik vasitə heroinin 8,463 qramını bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1, 7,223 qramını bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs2 üzərində saxlamış, qalan kütlələri müştəri qismində əyləşdikləri «Kia Rio» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşıyaraq saxlamışlar. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 17:30-da Bakı şəhəri, Sabunçu rayonu, «Zabrat dairəsi»ndə yerləşən «Bolmart» supermarketin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 7,223 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 8,463 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 21:30-da Şahid6 idarə etdiyi «Kia Rio» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə öz razılığı, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilərkən külli miqdarda 8630,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda 3000,0 qram, 1000 qram, 1500 qram, 1650 qram və 1480 qram olmaqla beş ədəd bağlamada, külli miqdarda 5013,1 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 1976,3 qram və 3036,8 qram olmaqla iki ədəd bağlamada və külli miqdarda 997,4 qram çəkidə psixotrop maddə MDMA bir ədəd bağlamada olmaqla avtomobilin yük yerində olan torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, narkotik vasitənin heroin kimi tanıdığı növündən istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə “heroin” kimi tanıdığı narkotik vasitəni tanımadığı şəxsdən 10 manat məbləğində pula almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 09:55 radələrində yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Kirov küçəsi, ev 15 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 31-ci PB-nə dəvət etmişlər. O, da razılaşıb etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkil ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişdir. Polis əməkdaşı ondan üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsini bildirmiş, o, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmiş, daha sonra polis əməkdaşları ondan həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuşlar. O, da həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manat məbləğində aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyni bildirmişdir. Bundan sonra həmin 01 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmaqla zərfin üzəri imzalanaraq möhürlənmişdir. Digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur. Azad da onun kimi narkotik vasitə olan heroin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə Azad onlara qonaq gəlmiş, söhbət edən zaman sonuncu onun istifadəsində olan telefon nömrəsinin Whatsapp proqramı vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Şükür ilə danışmışdır. Azad pul lazım olduğu üçün telefonunu satıb nömrəni isə üstündə gəzdirmişdir. İranlı Azadla danışanda onu da görüb tanış olmuşlar. Şükür İrandan narkotik göndərməklə bağlı onlara təkliflər etmiş, onlar da razılaşmışdır. Bundan sonra 12 yanvar 2022-ci il tarixdə İranlı Şükür onlara narkotik göndərmişdir. Həmin narkotik Qaradağ rayonu ərazisində yerləşən Sədərək TM-nin yaxınlığında işıq stansiyasının yanına qoyulmuşdur. Onlar birlikdə taksi ilə getmiş və narkotiki götürüb evə gətirmişlər. O və Azad həmin narkotiki səhərisi günü Şükürün dediyi yerə qoymuşlar. Şükürün göndərdiyi narkotikin çəkisi az olduğu üçün onlara 300 manat pul verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə onlar Şükürlə yenidən Whatsapp proqramı vasitəsi ilə danışarkən sonuncu onlara yenidən narkotik göndərəcəyini, bu dəfə çəkisinin çox olacağını, hər kiloqrama görə onlara 500 manat pul verəcəyini, göndərəcəyi narkotikin də ümumi çəkisinin 10 kq dan bir qədər çox olduğunu deyib ümumi iş üçün 5.000 manat pul verəcəyini bildirmiş, onlar da razılaşmışlar. Həmin tarixdə anası Şahid5 onlara gəlmişdir. Anası və atası uşaq vaxtından ayrılıb ki, anası bəzən onlarda bəzən də nənəsinin evində yaşamışdır. Anası kafelərdə müxtəlif işlərdə işləmişdir. Anası onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və onu buna görə həmişə tənbeh etmişdir. Anası onlara gələndə Azadın evlərində olduğunu görüb əsəbiləşmişdir. Ona görə ki, Azadın da narkoman olduğunu əvvəldən bilmişdir. Həmin gün günortadan sonra Şükür onlara ünvan göndərmişdir ki, həmin yerə gedib narkotiki götürməli imişlər. Yaşadıqları ünvana taksi çağırmış, taksi gələndə anası onlara demişdir ki, yolüstü onu da düşürsünlər. Onların pulu az olduğu üçün Azadla qərara gəlmişlər ki, birinci yola yaxın olduğu üçün narkotiki götürsünlər, sonra anasını düşürdərlər. Onlar “Kia Rio” markalı taksiyə əyləşib Şükürün onlara göndərdiyi ünvana avtomobili sürməsini xahiş etmişlər. Həmin ünvan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşirmiş. Ünvanın yaxınlığına çatanda taksini yolun kənarında saxlatdırmış, Azad ön oturacaqda anası ilə o, isə arxa oturacaqda əyləşmişlər. O, tanışı ilə görüşüb pul götürəcəyi adı ilə avtomobildən düşmüşdür. Sonra yoldan bir qədər içərilərə doğru gedib orada gizlədilmiş sellofan torbanı götürüb geri qayıdanda görmüşdür ki, anası ondan şübhələnib maşından düşüb dalınca gəlmişdir. O, taksi sürücüsünə avtomobilin arxa yük yerini açmasını xahiş etmişdir. Anası onun əlindəki torbada nə olduğunu soruşmuş, o, başqa şey demək istəsə də anasının təkidi ilə torbadakıların narkotik olduğunu bildirmişdir. Anası səs-küy salmağa çalışarkən o, anasını sakitləşdirib avtomobilə əyləşdirmişdir. Ehtiyat etmişdir ki, sürücü anasının səsindən nəsə başa düşər maşını sürməz. Narkotiki yerləşdirəndən sonra o, özü də avtomobilə əyləşmişdir. Şükür onlara həmçinin şəxsi istifadələri üçün iki bükümdə narkotik vasitə heroin də göndərmişdir ki, o, avtomobildə olarkən gizlicə bükümlərdən birini Azada vermişdir. Təxminən 100-150 metr getdikdən sonra saat 17:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən Bolmart supermarketin yaxınlığında sonradan adını bildiyi Şahid6 idarə etdiyi “Kia Rio” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmişdir. Avtomaşının içərisində Təqsirləndirilən şəxs2 və anası Şahid5 ilə birlikdə olarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyib onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər, avtomobil isə həmin İdarənin həyətinə yerləşdirilmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o, Azad və anası Könül şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun, Azadın və anası Könülün üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərilərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Realme” markalı mobil telefon və 1 ədəd üzərində 4098 5844 6289 8923 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 11 (on bir) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri imzalarla təsdiq edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Realme” markalı mobil telefon və 1 ədəd bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Azad əynində olan qara rəngli paltonun sağ yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin paltonun sol iç cibindən 2 ədəd siqaret aşkar edilərək götürülmüşdür. Ardınca şəxsi axtarış zamanı Azadın üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Azadın təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 09 (doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 2 ədəd siqaret Azada geri qaytarılmışdır. Sonra anası Könül qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Könül üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Sonra Könülün üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan paltonun sol yan cibindən 1 ədəd açar və əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Mİ” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Mİ” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, bir ədəd açar isə özünə geri qaytarılmışdır. O və Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərilərindən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə tutulduqları tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarının əvəzində “Şükür” adlı şəxsin onlara 5.000 manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, taksi kimi istifadə etdikləri “Kia-Rio” markalı **-BO-*** dövlət nömrəli avtomobildə də narkotik maddə olduğunu, həmin kütlələri avtomobilin yük hissəsinə özünün qoyduğunu, anası Şahid5 narkotiki avtomobilə qoyduqdan sonra həmin kütlələrin narkotik vasitə olduğunu bildiyini, narkotik maddəni təqdim edə biləcəklərini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişlər. Şahid5 onların dediklərini təsdiq edərək övladının, yəni onun avtomobildən düşəndən sonra arxasınca düşdüyünü, onun əlində olan torbanın nə olduğunu soruşduqda onun torbadakı maddələrin narkotik vasitə olduğunu deməsini, həmin torbanı onun tərəfindən avtomobilin yük hissəsinə qoyduğunu, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmışlar. Sonra Şahid6 idarə etdiyi “Kia Rio” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında olarkən onlara avtomobildə saxladıqları narkotik maddələri təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra avtomobilin yük hissəsindən 1 ədəd polietilen torbanın içərisindən 2 ədəd bükümdə heroini, 1 ədəd bükümdə metamfetamini və 5 ədəd bükümdə qurudulmuş marixuananı təqdim etmişlər. Baxış zamanı heroinin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 5 kq 100 qram, metamfetaminin çəkisinin qablaşdırma ilə birlikdə 1 kq 65 qram, qurudulmuş marixuananın çəkisinin qablaşdırma ilə birlikdə ümumilikdə 8 kq 935 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılıb möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. O və Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq kütlələrin onlara məxsus olduğunu və İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsdən satış məqsədi ilə əldə etdiklərini bir daha etiraf etmişlər. Polis əməkdaşları tərəfindən tərtib edilmiş ayrı-ayrı protokolların məzmunu ucadan oxunduqda doğru bilinib imzalarla təsdiq etmişlər. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan cinayət əməli tamah məqsədilə daşımış, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki təzyiq edilməmiş və sonuncuların pis rəftarına məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun uzaq qohumudur. xx.xx.2023-cü il tarixdə o, Pənahgilə qonaq getmiş, orada Pənahın ad gününü qeyd etmişlər. xx.xx.2023-cü il tarixdə o, evdən getmək istəyəndə Pənahın anası Şahid5 həmin evə gəlmişdir. Həmin zaman Pənah ona Sədərək Ticarət Mərkəzində geyim əşyaları satacağını bildirərək onunla biryerdə getməsini təklif etmiş o, da razılaşmışdır. Bundan sonra Pənah onların olduğu ünvana taksi çağırmış, taksi gələndə Pənahın anası Könül onlardan onuda yolüstü anasıgilə düşürmələrini xahiş etmişdir. Bundan sonra o avtomobilin qabaq, Pənah və anası isə arxa hissəsində əyləşərək Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətinə getmişlər. Yolda Pənah avtomobili saxlamasını xahiş etmiş, sürücü isə avtomobili saxladıqdan sonra sonuncu düşmüş, anası isə onun arxası ilə getmişdir. Bir neçə dəqiqə sonra Pənah əlində narıncıl torba gətirərək avtomobilin arxa yuk hissəsinə qoyarkən sonuncunun anası onunla mübahisə edirdi. Sonradan onlar avtomobilə əyləşmiş və avtomobil yoluna davam etmişdir. Avtomobil işıqforun yanında dayanarkən o, avtomobildən düşmüş və yolun digər hissəsinə keçmişdir. Bu zaman avtomobilə YPX-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş və avtomobilin yanına 4 nəfərin yaxınlaşdığını görmüşdür. Bu an kənardan ona iki nəfər yaxınlaşaraq onu da avtomobilin yanına aparmışlar. Sonradan orada olan şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etməklə onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Avtomobil isə həmin BNMİ-nin həyətinə yerləşdirilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, Pənah və Könül şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun, Pənahın və Könülün üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərilərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra o, polis əməkdaşlarının buna verdikləri və əynində olan qara rəngli paltonun sağ yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin paltonun sol iç cibindən 2 ədəd siqaret aşkar edilərək götürülmüşdür. Ardınca şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 9(doqquz) qram olmuşdür. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 2 ədəd siqaret ona geri qaytarılmışdır. Sonradan o və Pənah verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə tutulduqları tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarının əvəzində “Şükür” adlı şəxsin onlar 5000 min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, taksi kimi istifadə etdikləri Kia-Rio markalı **-BO-*** dövlət nömrəli avtomobildə də narkotik maddə olduğunu, həmin kütlələri avtomobilin yük hissəsinə Pənahın qoyduğunu, Şahid5 narkotiki avtomobilə qoyduqdan sonra həmin kütlələrin narkotik vasitə olduğunu bildiyini, narkotik maddəni təqdim edə biləcəklərini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişlər. Sonra Şahid6 idarə etdiyi “Kia Rio” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında olarkən onlara avtomobildə saxladıqları narkotik maddələri təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra avtomobilin yük hissəsindən 1 ədəd polietilen torbanın içərisindən 2 ədəd bükümdə heroini, 1 ədəd bükümdə metamfetamini və 5 ədəd bükümdə qurudulmuş marixuananı təqdim etmişlər. Baxış zamanı heroinin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 5 kq 100 qram, metamfetaminin çəkisinin qablaşdırma ilə birlikdə 1 kq 65 qram, qurudulmuş marixuananın çəkisinin qablaşdırma ilə birlikdə ümumilikdə 8 kq 935 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılıb möhürlənməklə üzəri iştirakçılat tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. O və Pənah verilən suallara cavab olaraq kütlələrin onlara məxsus olduğunu və İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsdən satış məqsədi ilə əldə etdiklərini bir daha etiraf etmişlər. Polis əməkdaşları tərəfindən tərtib edilmiş ayrı-ayrı protokolların məzmunu ucadan oxunduqda doğru bilinib imzalarla təsdiq etmişlər. Həmçinin onun cinayət hadisə ilə heç bir əlaqəsi olmamış, Pənahın nə götürdüyünü və avtomaşına nə qoyduğunu görməmiş, o, polis əməkdaşları tərəfindən saxlanılarkən nəyə görə saxlandığını belə bilməmişdir. Daha sonra üzərinə baxış keçirilərkən də üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Şükür” adlı şəxsin istifadəçi profilini pənahln istifadə etdiyi telefonda görmüş, Pənah “Şükür” adlı şəxslə 1-2 dəfə onun yanında telefonda danışmış, həmçinin Pənahında Şükürü yığmasını görmüşdür, polis əməkdaşları tərəfindən ona qarşı psixi və ya fiziki təzyiq edildiyinə görə istintaq zamanı etirafedici ifadələr vermiş, həmçinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə hər hansı orqana şikayət və vəsatət verməmişdir. Daha sonra özünü təqsirli bilməməsini və əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi qismən etiraf edici ifadəsi ilə və Təqsirləndirilən şəxs2 təqsirli olması özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri ilə yanaşı, məhkəməyədək istintaq dövründə dəfələrlə verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid5 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Sonuncuların cinayət əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən baş idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən sonuncular xx.xx.2023-cü il tarixdə, saat 17:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi, Zabrat dairəsində yerləşən Bolmart supermarketin yaxınlığında Şahid6 idarə etdiyi “Kia Rio” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının içərisində saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişlər, avtomobil isə BNMİ-nin həyətinə yerləşdirilmiş, Şahid6 BNMİ-nə dəvət edilmişdir. Həmin şəxslər saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənlərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 barələrində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl saxlanılan şəxslər siyahı əsasında seçdikləri müdafiəçilərlə təmin edilərək şübhəli şəxs qismidə tutulmuş, ardınca ilk olaraq barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sol yan cibindən 1 ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Realme” markalı mobil telefon və 1 ədəd üzərində 4098 5844 6289 8923 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 11 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmaqla möhürlənib üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli paltonun sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin paltonun sol iç cibindən 2 ədəd siqaret aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 9 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmaqla möhürlənib üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 2 ədəd siqaret şübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid5 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan paltonun sol yan cibindən 1 ədəd açar və əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Mİ” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Mİ” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 ədəd açar isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərilərindən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə “bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara 5.000 (beş) min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, taksi kimi istifadə etdikləri “Kia Rio” markalı, **-BO-*** dövlət nömrəli avtomobildə də narkotik maddə olduğunu, həmin kütlələri avtomobilin yük hissəsinə Azadla birlikdə qoyduqlarını, Təqsirləndirilən şəxs1 anası Şahid5 həmin kütlələrin narkotik vasitə olduğunu bildirdiyini, narkotik maddəni təqdim edə biləcəklərini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişlər. Şahid5 oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək Pənahın Bakı şəhəri, Sabunçu rayonu ərazisində avtomobildən onun arxasıyca düşdüyünü, əlində olan torbanın nə olduğunu soruşduqda Pənahın narkotik vasitə olduğunu, həmin torbanı Pənahın Azadla birlikdə avtomobilin yük hissəsinə qoyduqlarını, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra BNMİ-nin inzibati binasının həyətində saxlanılan Şahid6 idarə etdiyi “Kia Rio” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşın Şahid6 və şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 razılığı əsasında avtomobilə videoçəkilişlə baxış keçirilməsinə başlaılmış və şübhəli şəxslərə avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra hər üç şəxs avtomobilin yük hissəsindən 01 ədəd polietilen torbanın içərisindən 02 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 5 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Baxış zamanı heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 5 kq 100 qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1 kq 65 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə ümumilikdə 8 kq 935 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmaqla möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərilərindən və avtomobildən aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə “bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara beş min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini bildirmişlər. Şahid5 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək Pənahın Bakı şəhəri, Sabunçu rayonu ərazisində avtomobildən onun arxasıyca düşdüyünü, əlində olan torbanın nə olduğunu soruşduqda Pənahın narkotik vasitə olduğunu, həmin torbanı Pənahın Azadla birlikdə avtomobilin yük hissəsinə qoyduqlarını bildirmişdir. Şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış keçirilməsinin nəticələri ilə bağlı protokollar tərtib edilməklə iştirakçılar tərəfindən oxunmaqla imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, X4 və Şahid4 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 barələrində şəxsi axtarış və götürmə aparılmışdır. İlk olaraq barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Realme” markalı mobil telefon və 1 ədəd üzərində 4098 5844 6289 8923 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 11 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmaqla möhürlənib üzəri imzalanmışdır. Bundan sonra digər saxlanılan şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli paltonun sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin paltonun sol iç cibindən 2 ədəd siqaret aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 9 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmaqla möhürlənib üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə “bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara 5.000 (beş) min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, taksi kimi istifadə etdikləri “Kia Rio” markalı, **-BO-*** dövlət nömrəli avtomobildə də narkotik maddə olduğunu, həmin kütlələri avtomobilin yük hissəsinə Azadla birlikdə qoyduqlarını, Təqsirləndirilən şəxs1 anası Şahid5 həmin kütlələrin narkotik vasitə olduğunu bildirdiyini, narkotik maddəni təqdim edə biləcəklərini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişlər. Şahid5 oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək Pənahın Bakı şəhəri, Sabunçu rayonu ərazisində avtomobildən onun arxasıyca düşdüyünü, əlində olan torbanın nə olduğunu soruşduqda Pənahın narkotik vasitə olduğunu, həmin torbanı Pənahın Azadla birlikdə avtomobilin yük hissəsinə qoyduqlarını, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra BNMİ-nin inzibati binasının həyətində saxlanılan Şahid6 idarə etdiyi “Kia Rio” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşın Şahid6 və şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 razılığı əsasında avtomobilə videoçəkilişlə baxış keçirilməsinə başlaılmış və şübhəli şəxslərə avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra hər üç şəxs avtomobilin yük hissəsindən 01 ədəd polietilen torbanın içərisindən 02 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 5 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Baxış zamanı heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 5 kq 100 qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1 kq 65 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə ümumilikdə 8 kq 935 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmaqla möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərilərindən və avtomobildən aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə “bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara beş min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini bildirmişlər. Şahid5 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək Pənahın Bakı şəhəri, Sabunçu rayonu ərazisində avtomobildən onun arxasıyca düşdüyünü, əlində olan torbanın nə olduğunu soruşduqda Pənahın narkotik vasitə olduğunu, həmin torbanı Pənahın Azadla birlikdə avtomobilin yük hissəsinə qoyduqlarını bildirmişdir. Şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış keçirilməsinin nəticələri ilə bağlı protokollar tərtib edilməklə iştirakçılar tərəfindən oxunmaqla imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid2, Şahid3 və Şahid4 cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşı X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə raportla məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, həmin gün saat 09:55-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Kirov küçəsində yaşadığı evin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq özümüzü təqdim edərək polis əməkdaşı olduqlarını və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş, onlar ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə heroini çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə vardır, həmin büküm onun özünə məxsusdur, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manat məbləğində pula almışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənməklə üzəri imzalanmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara O.N.Sadıqzadə cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinə “Kia-Rio” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobili günlük 25 manat icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olurdu. O, əsasən Bakı şəhərində “Maxim” və “Bolt” proqramları ilə işləyirdi. Maxim proqramının daxilində *2111 və *2244 taksi xidmətləri vardır ki, hansından uyğun sifariş olsa onu götürür. xx.xx.2023-cü il tarixdə Maxim proqramından yəni, *2111-dən ona sifariş gəlmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Qoşa Munarəli” məsçiddən Məhəmədi dairəsindən 100 metr qabağa və əks istiqamətə sərnişin aparıb gətirməlidir. Ümumi məbləğ 7 manat 60 qəpik hesablanmışdır. O, təxminən saat 17 radələrində həmin ünvana getmişdir. Bir nəfər sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi orta yaşlı şəxs avtomobilin ön oturacağına, yenə adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və anası Şahid5 isə arxa oturacaqda oturmuşlar. Onlar yol boyu gedərkən sərnişin qismində oturan şəxslər ümumi söhbətlər etmişlər. O, həmin şəxslərin danışığına əhəmiyyət verməmişdir. Onlar Kürdəxanı qəsəbəsinə çatdıqda qabaqda oturan Təqsirləndirilən şəxs2 ondan avtomobili saxlamasını xahiş etmişdir. O, avtomobili saxlamış, arxada oturan Pənah ardınca isə anası Könül avtomobildən düşmüş, Azad isə ona gedib qabaqdan fırlanıb qayıtmasını tapşırmış, o, qayıdıb gəlib yolun əks istiqamətində avtomobili saxlamışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs1 və Şahid5 iri həcmli narıncı torba ilə yenidən avtomaşına yaxınlaşdığını, Təqsirləndirilən şəxs1 əlindəki həmin torbanı maşının salonuna qoymaq istədikdə Təqsirləndirilən şəxs2 təkidi ilə ilə sonuncu torbanı avtomobilin baqajına qoyduğunu bildirmişdir. Sonra o, avtomobillə hərəkətə baçlamış və təxminən 100-150 metr getdikdən sonra saat 17:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən Bolmart supermarketin yaxınlığında idarə etdiyi avtomobilə saxla işarəsi verilmiş, 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək avtomobildə olan sərnişinlərə külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları, o cümlədən onu da Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər, avtomobili isə o, BNMİ-nin həyətinə yerləşdirib gözləmişdir. Sonra ondan avtomobilə baxış keçirilməsi üçün icazə istənilmişdir. Onun iştirakı ilə videoçəkilişlə saxlanılan şəxslərə avtomobildə saxladıqları narkotik maddələri təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra saxlanılan şəxslər avtomobilin yük hissəsini açıb oradan 1 ədəd polietilen torbanın içərisindən 2 ədəd bükümdə heroini, 1 ədəd bükümdə metamfetaminə oxşar maddəni və 5 ədəd bükümdə qurudulmuş marixuananı təqdim etmişlər. Baxış zamanı heroinin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 5 kq 100 qram, metamfetaminə oşar maddənin çəkisinin qablaşdırma ilə birlikdə 1 kq 65 qram, qurudulmuş marixuananın çəkisi qablaşdırma ilə birlikdə ümumilikdə 8 kq 935 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılıb möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq kütlələrin onlara məxsus olduğunu və İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsdən satış məqsədi ilə əldə etdiklərini bildirmişlər. Ardınca baxış keçirilməsi başa çatmış və polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Protokolun məzmunu ucadan oxunduqda doğru bilinib imzalarla təsdiq etmişlər. Bundan əlavə məhkəmə iclasında Şahid6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən saxla işarəsi verilməmişdən əvvəl Azad maşından düşmüş, sonra maşına baxış keçirilərkən Azad da orada olmuş, avtomobilin yük hissəsindən bir neçə bağlama narkotik vasitə çıxmış, polis əməkdaşları həmin maddələrin onun olub-olmamasını soruşduqda bu zaman Pənah və Azad həmin narkotik vasitələrin onların olduğunu bildirmişlər. Həmçinin bükümün içərisində nəyin olduğunu avtomobildə əyləşən hər 3 nəfərin məlumatlı olduğunu bildirmişdir. Maşında gedərkən qabaqda oturan müştərinin (Azadın) dairəvi yolda düşəcəyi barədə aralarında heç bir danışıq olmamışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, son zamanlar anasının evində yaşadığından Əmircan qəsəbəsində yerləşən evlərinə gec-gec gəlib getmişdir. Təqsirləndirilən şəxs2 onların uzaq qohumudur. Azad və oğlu Pənah narkotik istifadəçiləridir. O, Pənaha həmişə Azaddan ayrı durmasını tapşırmışdır. xx.xx.2023-cü il tarixdə o, evə gələndə Azadın onlarda olduğunu görüb əsəbiləşmiş və bildirmişdir ki, Azad bir neçə gündür onların evində qalır. O, evə gəlib baş çəkib getmək istəmiş, gündüzdən axşama doğru oğlu Pənah və Azad taksi ilə birlikdə harasa gedəcəklərini deyəndə onu da Binə qəsəbəsində düşürmələrini xahiş etmişdir. Sonradan adının Şahid6 olduğunu bildiyi şəxsin taksi qismində idarə etdiyi “Kia Rio” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə o, oğlu Pənahla arxada, Azad isə ön oturacaqda əyləşmişlər. Azadla Pənah ona demişlər ki, daha yaxın olduğundan Kürdəxanı qəsəbəsi istiqamətinə gedib orada kimdənsə pul alıb sonra onu düşürdəcəklər. O, razlaşmış və onlar Zabrat dairəsindən Kürdəxanı qəsəbəsi istiqamətində taksi ilə hərəkətdə olarkən Pənah taksiyə avtomobili saxlamasını və tez bir vaxtda geri qayıdacağını demişdir. O, maşında Azadla Pənahın özlərini aparmalarından şübhələnmiş, ona görə qərara almışdır ki, oğlunun dalınca avtomobildən düşsün və hara getdiyinə baxsın. O, avtomobildən düşəndə Pənah uzaqdan əlində sellofanla gəlmiş və taksinin arxa yük hissəsini açıb sellofan torbanı baqaj hissəsinə qoymuşdur. O, Pənahdan torbanın içində nə olduğunu soruşmuş və cavab verməyə məcbur edib səsini ucaldanda Pənah torbanın içindəkinin narkotik olduğunu deyib ondan səs-küy salmamasını xahiş etmişdir. O, səs-küy salsa polislər gəlib övladını tuta biləcəklər deyə fikirləşib avtomobilə oturmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 17:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi, Zabrat dairəsində yerləşən Bolmart supermarketin yaxınlığında taksi avtomobilin içərisində oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə olarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat–axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları BNMİ-nin inzibati binasına dəvət etmişlər, avtomobil isə həmin BNMİ-nin həyətinə yerləşdirilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, Pənah və Azad şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri elan olunaraq buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərilərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Pənah əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Pənahın üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Realme” markalı mobil telefon və 01 (bir) ədəd üzərində 4098 5844 6289 8923 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Pənahın üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Pənahın təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 11 (on bir) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Realme” markalı mobil telefon və 01 (bir) ədəd bank kartı bu barədə Pənaha izah verildikdən sonra götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Azad əynində olan qara rəngli paltonun sağ yan cibindən 01 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Azadın üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin paltonun sol iç cibindən 02 (iki) ədəd siqaret aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Azadın üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Azadın təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 09 (doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənərək üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 2 ədəd siqaret şübhəli şəxsə geri qaytarılmışdır. Sonra onu qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan paltonun sol yan cibindən 01 (bir) ədəd açar və əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Mİ” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Mİ” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 01 ədəd açar isə özünə geri qaytarılmışdır. Oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 suallara cavab olaraq üzərilərindən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara 5000 (beş) min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, taksi kimi istifadə etdikləri “Kia Rio” markalı, **- BO-*** dövlət nömrəli avtomobildə də narkotik maddə olduğunu, həmin kütlələri avtomobilin yük hissəsinə Azadla birlikdə qoyduqlarını, Təqsirləndirilən şəxs1 ona həmin kütlələrin narkotik vasitə olduğunu bildirdiyini, narkotik maddəni təqdim edə biləcəklərini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişlər. O, deyilənləri təsdiq edərək Pənahın Bakı şəhəri, Sabunçu rayonu ərazisində avtomobildən arxasıyca düşdüyünü, əlində olan torbanın nə olduğunu soruşduqda Pənahın narkotik vasitə olduğunu, həmin torbanı Azadın Pənah birlikdə avtomobilin yük hissəsinə qoyduğunu, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmışlar. Sonra Şahid6 idarə etdiyi “Kia Rio” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında olarkən onlara avtomobildə saxladıqları narkotik maddələri təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra avtomobilin yük hissəsindən 01 (bir) ədəd polietilen torbanın içərisindən 02 (iki) ədəd bükümdə heroini, 01 (bir) ədəd bükümdə metamfetamini və 05 (beş) ədəd bükümdə qurudulmuş marixuananı təqdim etmişlər. Baxış zamanı heroinin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 05 (beş) kq 100 (yüz) qram, metamfetaminin çəkisi qablaşdırma ilə birlikdə 01 (bir) kq 65 (altımış beş) qram, qurudulmuş marixuananın çəkisi qablaşdırma ilə birlikdə ümumilikdə 08 (səkkiz) kq 935 (doqquz yüzotuz beş) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmaqla möhürlənmiş, üzəri şübhəli şəxslər, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 suallara cavab olaraq üzərilərindən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə “bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara 5.000 (beş) min manat pul verəcəyini, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişlər. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə 09-55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 118-120-ci vərəqələrində olan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Ə.Ə.İsgəndərovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 218-223-cü vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 212-217-ci vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 264-265-ci vərəqələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 289-291-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 106-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/42 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “.... Kia Rio markalı, avtomobildən götürülmüş kütlülər” yazılar və imzalar olan narıncı rəngli sintetik torbada 5 (beş) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 3.000,0 qram; 1.000,0 qram; 1.500,0 qram; 1.650,0 qram; 1.480,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 05 ədəd sellofan bağlamalarda olan marixuanaların ümumi çəkisi - 8.630,0 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın ümumi çəkisi – 8.630,0 qram (1-5№-li ob.), tədqiqata istifadə olundu cəmi – 0,25 qram (hər obyektdən 0,05 qram), qalıq – 8629,75 qram. Cinayət işinin 1-ci cild 111-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/233 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “...Təqsirləndirilən şəxs1...”sözləri olan 1 № zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,463 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “... Təqsirləndirilən şəxs2...” sözləri olan 2 № zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Bağlamadakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1976,3 qram, 3036,8 qram ümumi təmiz çəkisi 5013,1 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 997,4 qram olan qəhvəyimtil-ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - MDMA-dır (metilendioksimetamfetamindir); Zərflərdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 5028,786 qramdır. Qeyd: 1№-li zərfdəki heroinin təmiz çəkisi – 8,463 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 8,363 qram. 2№-li zərfdəki heroinin təmiz çəkisi – 7,223 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 7,123 qram. Bağlamadakı heroinin ümumi təmiz çəkisi – 5013,1 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq 5013 qram. Metilendioksimetamfetaminin təmiz çəkisi – 997,4 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 997,3 qram. Cinayət işinin 2-ci cild 85-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6064 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195” dairəvi möhür əksi olan, “...şübhəli şəxs: Təqsirləndirilən şəxs1...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,586 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 1,586 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,536 qram. Cinayət işinin 1-ci cild 107 və 112-ci və 2-ci cild 85-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat, 81 (səksən bir) manat və 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1639 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 152-153-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1637 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 243-244-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqatdan sonra qalıq qalan bir ədəd sintetik torbada qablaşdırılan 8629,75 qram narkotik vasitə qurudulmuş marixuana 8,363 qram, 7,123 qram və 5013 qram çəkilərdə narkotik vasitə olan heroin və 997,3 qram çəkidə psixotrop maddə olan MDMA iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 155-177-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli subutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış və götürmə aparılmasını və avtomobilə baxış keçirilməsini özündə əks etdirən 03 (üç) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmış və iş üzrə digər maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 8629,75 qram narkotik vasitə olan marixuana, 8,363 qram, 7,123 qram və 5013 qram narkotik vasitə olan heroin, 997,3 qram psixotrop maddə olan metilendioksimetamfetamin və 1,536 qram narkotik vasitə olan heroin saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 133-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 149-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 81-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə, saat 11:30-dan başlayaraq qeydə alınmışdır. Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilmişdir. Sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf selofana bükümə bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf selofana bükümə bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Cinayət işinin 1-ci cild 75-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 20:00-dan 20:21-dək qeydə alınmışdır. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində həmin idarənin təhiqatçısı, əməliyyat müvəkkiləri və müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilir. Sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***- **-** simkart nömrəsi olan “Realme” markalı mobil telefon və 01 (bir) ədəd üzərində 4098 5844 6289 8923 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və həmin maddənin çəkisinin 11 (on bir) qram olduğu müəyyənləşir. Həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və digər proses iştirakçılar tərəfindən imzalanır. Bundan sonra digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilir. Sonuncu əynində olan qara rəngli paltonun sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərində qoyur. Sonra sonuncunun üzərində şəxsi axtarış keçirilmiş və əynində olan həmin paltonun sol yan cibindən 02 (iki) ədəd siqaret aşkar edilərək götürülür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra A.Agayevin təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisi 09 (doqquz) qram olduğu müəyyənləşir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və digər proses iştirakçılar tərəfindən imzalanır. Daha sonra digər şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilmişdir. Sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə va ya predmet olmadığını bildirir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə “bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara 5.000 (beş) min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, taksi kimi istifadə etdikləri “Kia Rio” markalı, **-BO-*** dövlət nömrəli avtomobildə da narkotik maddə olduğunu, həmin kütlələri avtomobilin yük hissəsinə Azadla birlikdə qoyduqlarını, Təqsirləndirilən şəxs1 anası Şahid5 həmin kütlələrin narkotik vasitə olduğunu bildirdiyini, narkotik maddəni təqdim edə biləcəklərini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını, avtomobilin sürücüsünün həmin torbanın içərisində narkotik maddə olduğunu bilmədiyini və onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdilər. Həmçinin dindirmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən çıxan narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsdən aldığını, sonuncuyla Təqsirləndirilən şəxs2lə birlikdə əlaqə saxladığını bildirir. “Şükür” adlı şəxs onlara narkotik vasitəni əraziyə atacağını və gedib götürmələrini bildirdiyini, həmin narkotik vasitənin əldə etmələrinin məqsədi pul qazanmaq olduğunu bildirir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək pula ehtiyacları olduğu üçün razılaşdıqlarını bildirir. Həmçinin Şahid5 oğlu Təqsirləndirilən şəxs1 taksidən düşdüyünü, gətirdiyi çantanı maşının salonuna qoymaq istədiyini, lakin Azadın təklifi ilə həmin çantanı salona yox baqaja qoyduğunu bildirir. Cinayət işinin 1-ci cild 78-81-ci vərəqələrində olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid5 və Şahid6 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, “Kia Rio” markalı, **-BO-*** dövlət nömrəli avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirmələrinə etirazları yoxdur. Cinayət işinin 1-ci cild 90-cı vərəqəsində olan avtomobilə baxış və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 21:30-dan 21:51-dək qeydə alınmışdır. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində həmin idarənin təhiqatçısı, əməliyyat müvəkkiləri, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid5, Şahid6 və müdafiəçilərin iştirakı ilə “Kia Rio” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 avtomobildə qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin yük hissəsindən 01 (bir) ədəd polietilen torbanın içərisindən 02 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 01 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 05 (beş) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edir. Baxış zamanı heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 05 (beş) kq 100 (yüz) qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 01 (bir) kq 65 (altmış beş) qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə ümumilikdə 08 (səkkiz) kq 935 (doqquz yüz otuz beş) qram olduğu müəyyən edilir. Sonra həmin kütlələr qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxslər, müdafiəçilər və digər iştirakçılar tərəfindən imzalanır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilir və qanunla qadağan olunan hər hansı əşya, predmet və ya madda aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxslə “whatsapp” sosial şəbəkəsində Azadla birlikdə danışaraq razılaşdıqlarını, “Şükür” onlara 10 kq narkotik vasitə harasa qoymaqla verdiyini, bunun müqabilində 5000 (beş) min manat pul verəcəyini bildirmişdir. İkisinin birlikdə ”bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara 5000 (beş) min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini bildirir. Təqsirləndirilən şəxs2 bu halları təsdiq edir. Şahid5 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək Pənahın Bakı şəhəri, Sabunçu rayonu ərazisində avtomobildən onun arxasıyca düşdüyünü, daha sonra əlində torba ilə gəldiyini, həmin torbanın nə olduğunu soruşduqda Pənahın narkotik vasitə olduğunu bildirdiyini, bu zaman Azadın həmin vaxt maşında qabaqda oturduğunu bildirir. Cinayət işinin 2-ci cild 18-ci vərəqəsində olan Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-20/2-2- 20/2023 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, ünvan 7 ünvanında qeydiyyatdadır. Bu ünvanda yaşadığı müddətdə onun barəsində Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş idarənin MSY-nə qəbul olunduqları zaman onlarda gözlə görünən xəsarətlər aşkar edilməmiş, eləcə də hər iki şəxs fiziki təzyiqə məruz qalmadıqlarını bildirmişlər. Cinayət işinin 2-ci cild 306-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16- 17/38/2 saylı məktubundan görünür ki, həbs edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onların adına tibbi kitabçalar açılmışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman hər iki saidin ön səthində çoxsaylı köhnə çapıqlar aşkar edilmişdir. Həbs edilmiş Təqsirləndirilən şəxs2 sorğu zamanı həbsdən əvvəl zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol qasıq nahiyyədə çapıq toxuma, kürək və qarın nahiyyədə qərtməkli yaralar kiçik ölçülü, hər iki bazu nahiyyədə yaşımtıl qançır, hər iki bud və bazu nahiyyələrində postinyeksion yaralar aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, digər təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, marixuana və psixotrop maddə olan metilendioksimetamfetamini əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Digər Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, marixuananı və psixotrop maddə olan metilendioksimetamfetamini əldə etmə, daşıma və saxlama cinayətlərini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər Təqsirləndirilən şəxs1 ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış, götürmə və avtomobilə baxış keçirilməsi (1-ci cild, i/v 71-75, 85-90), şübhəli, təqsirləndirilən şəxslərin dindirmə və üzləşdirmə (1-ci cild i/v 147-151, 160-164, 165-171, 180-184, 193-197) protokollarından görünür ki, təqsirləndirilən şəxslər könüllü olaraq, məhkəməyədək istintaq dövründə protokolları, digər sənədləri imzalamış və onlara istinad edilən əməlləri tam etiraf etmişlər. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuşlar, həmçinin video çəkiliş aparılarkən vəkillərinin suallarına hər-hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını bildirmişlər. Məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışı özündə əks etdirən DVD diskində olan video görüntülərlə də müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 20:00-da DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, sonuncu əynində olan qara rəngli paltonun sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, sorğu zamanı sonuncu narkotik vasitənin heroin olduğunu, bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və digər Təqsirləndirilən şəxs1 üzərilərindən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə “bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara 5.000 (beş) min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, taksi kimi istifadə etdikləri “Kia Rio” markalı, **-BO-*** dövlət nömrəli avtomobildə da narkotik maddə olduğunu, həmin kütlələri avtomobilin yük hissəsinə Azadla birlikdə qoyduqlarını, həmçinin Təqsirləndirilən şəxs1 anası Şahid5 həmin kütlələrin narkotik vasitə olduğunu bildirdirir(1-ci cild, i/v 71-75). Məhkəmə iclasında avtomobilə baxış keçirilməsini özündə əks etdirən DVD diskində olan video görüntülərə baxış keçirilərkən də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21:30-da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid5 avtomobilin yük hissəsindən 01 (bir) ədəd polietilen torbanın içərisindən 02 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 01 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 05 (beş) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edir, baxış zamanı heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 05 (beş) kq 100 (yüz) qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 01 (bir) kq 65 (altmış beş) qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə ümumilikdə 08 (səkkiz) kq 935 (doqquz yüz otuz beş) qram olduğu müəyyən edilir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar olunmuş kütlənin onlara məxsus olduğunu, həmin kütləni tanıdıqları İran İslam Respublikası vətəndaşı olan “Şükür” adlı şəxsin vasitəsi ilə “bu gün” Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “Şükür” adlı şəxsin onlara 5000 (beş) min manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, həmçinin bükümlərin olduğu torbanın Pənahın Azadla birlikdə avtomobilin yük hissəsinə qoyduqlarını bildirirlər. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri alması ilə bağlı məlumatlı olmadığını, həmin maddələrin daşınmasında iştirak etmədiyini bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Şahid5 onun idarə etdiyi maşının arxa hissəsində, Təqsirləndirilən şəxs2 isə qabaq hissəsində oturaraq sonuncuların sifariş etdikləri ünvana getdiklərini, onların Kürdəxanı qəsəbəsinə çatdıqda qabaqda oturan Təqsirləndirilən şəxs2 ondan avtomobili saxlamasını xahiş etməsini, həmin ünvanda Təqsirləndirilən şəxs1 və Şahid5 maşından düşdüklərini, Təqsirləndirilən şəxs2 isə maşında qaldığını, sonuncunun ona gedib qabaqdan dönüb qayıtmasını tapşırdığını, o, qayıdıb gəlib yolun əks istiqamətində avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 və Şahid5 iri həcmli narıncı torba ilə yenidən avtomaşına yaxınlaşdığını, Təqsirləndirilən şəxs1 əlindəki həmin torbanı avtomaşının salonuna qoymaq istədikdə Təqsirləndirilən şəxs2 təkidi ilə öncəkinin torbanı avtomaşının baqajına qoyduğunu və həmin bükümün içərisində nəyin olduğunu avtomobildə əyləşən hər 3 nəfərin məlumatının olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 izahatlarında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilməsini bildirsə də, bununla bağlı heç bir orqana şikayət və vəsatət vermədiyini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların”prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin” Plenumunun” 04 mart 2011-ci il””tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan” cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran” narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla” bu cinayətlərə qarşı mübarizədə” öz üzərinə mühüm vəzifələr götürmüşdür.”” Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna”ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti”iyirmi”ildən çox ola bilməz.”Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə hesab edilən heroinin, qurudulmuş marixuananın və psixotrop maddə olan metilendioksimetamfetamin miqdarının (1.586, 8.463, 5013,1 qram narkotik vasitə olan heroin, 8.630 qram narkotik vasitə olan qurudulmuş marixuana və 997,4 qram psixotrop maddə olan metilendioksimetamfetamin) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəza qismən toplanmalı və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən saat 09-55-dən xx.xx.2022-ci il tarixədək saat 12-00-dək olan 02 (iki) gün müddət nəzərə alınmaqla onun üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1639 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə hesab edilən heroinin, qurudulmuş marixuananın və psixotrop maddə olan metilendioksimetamfetamin miqdarının (7.223, 5013,1 qram narkotik vasitə olan heroin, 8630 qram narkotik vasitə olan qurudulmuş marixuana, 997,4 qram psixotrop maddə olan metilendioksimetamfetamin) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1637 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 8629,75 qram narkotik vasitə olan marixuana 1,536 qram, 8,363 qram, 7,123 qram və 5013 qram narkotik vasitə olan heroin və 997,3 qram psixotrop maddə olan metilendioksimetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1, digər ekspertizası tədqiqatının xərclərinin cəmi 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş ”Femida”Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 10 (on) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 8629,75 qram narkotik vasitə olan marixuana, 1,536 qram, 8,363 qram, 7,123 qram və 5013 qram narkotik vasitə olan heroin və 997,3 qram psixotrop maddə olan metilendioksimetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 50 saata görə hər birinə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar