Məhkəmə qərarları › İş №1(101)-314/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-314/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-314/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis –psixoloq X4 iştirakı ilə qapalı məhkəmə iclasında xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonu, Tirkeşəvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Kəlbəcər rayonu, Alıbəyli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Qarağacı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və başqa şəxsə zor tətbiq etmə hədəsi ilə on dörd yaşına çatmayan şəxs barəsində təkrarən köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə qeyri-nikah münasibətlərində olduğu Qanuni nümayəndə yaşadığı ünvan 1ləşən İqtisad Universitetinin 2 saylı yataqxanasında olan mənzilində qonaq olarkən xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində sonuncunun hamam otağında olmasından istifadə edərək həmin vaxt evdə olan qızı on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs fiziki olaraq ona qarşı müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətindən istifadə etməklə, gərginləşmiş cinsiyyət orqanını sonuncunun ağız nahiyəsinə sürtmüş, daha sonra bu barədə başqa şəxsə və ya anasına məlumat verəcəyi halda onu və anası Qanuni nümayəndə zor tətbiq etməklə öldürmək hədəsi ilə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə qeyri-nikah münasibətlərində olduğu Qanuni nümayəndə yaşadığı ünvan 1ləşən İqtisad Universitetinin 2 saylı yataqxanasında olan mənzilində qonaq olarkən sonuncu ilə spirtli içki qəbul edərək xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində yatmaq üçün qonaq otağında olan divanda yatmasından və həmin vaxt evdə olan qızı on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs isə döşəmə üzərində olan yataqda uzanmasından istifadə edib sərxoş vəziyyətdə onun yan tərəfinə uzanmaqla fiziki olaraq ona qarşı müqavimət göstərmək imkanından məhrum olub köməksiz vəziyyətindən istifadə etməklə, gərginləşmiş cinsiyyət orqanını sonuncunun ağız nahiyəsinə sürtmüş, daha sonra bu barədə başqa şəxsə və ya anasına məlumat verəcəyi halda onu və anası Qanuni nümayəndə zor tətbiq etməklə öldürmək hədəsi ilə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ona Azərbaycan Respublikası CPMnin 326-cı maddəsinə əsasən elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar bardə ifadə verilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmişdir. Belə olan halda Azərbaycan Respublikası CPM-nin 326-cı maddəsinə əsasən onun məhkəyədək icraat zamanı verdiyi ifadəsi elan edilir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən müəyyən olunuri ki, Qanuni nümayəndə təxminən 2 ildir tanıyır, sonuncu ilə münasibəti yaxşı olmaqla, əvvəllər aralarında dava-dalaş və ya ədavət olmamışdır. Onun rəsmi öz ailəsi olsa da, hərdən bir Gülnarənin evində qonaq qismində qalaraq, sonuncu ilə cinsi əlaqədə olurmuş. xx.xx.2023-cü il tarixdə Gülnarə ona zəng edərək, bir həftə onunla niyə əlaqə saxlamadığıiı bildirmiş və həmin gün onu öz evinə dəvət etmişdir. Həmin gün axşam saat 17 radələrində, Gülnarə 9 yaşlı qızı Səfiyyə ilə birlikdə evdə olduğu zaman, onlara qonaq getmişdir. Gülnarə ilə evin mətbəxində cinsi əlaqədə olduqdan sonra Gülnarə evdə yeyib içmək məclisi qurmuş və onlar birlikdə yeyib içmişlər. Həmin gün Gülnarə ilə birlikdə 750 ml araq içmiş və təxminən saat 22:30 radələrində Gülnarə yorğun olduğu üçün, evdə olan bir ədəd çarpayıda yatağına girmişdir. Adətən o, Gülnarəgildə qaldığı zaman, çarpayıda həmişə özü yatırmış, lakin bu səfər Gülnarə özü həmin çarpayıda yatacağını ona bildirmişdir. O, məcbur qalıb evin döşəməsinə bir ədəd örtük, bir ədəd yastıq və bir ədəd yorğan sərib otağın ışığını söndürmüşdür. Əynindəki üst geyimini çıxarıb mayka və tumanla döşəmənin üzərində olan yatağa girmişdir. Həmin vaxt Gülnarənin qızı Səfiyyə də geyimini soyunmadan əynində şalvar və qısaqol köynəklə onun yanında döşəmənin üzərində uzanmışdır. Bir neçə dəqiqədən sonra Gülnarə yerindən durub ona tərəf yaxınlaşmış və üzərində olan yorğanı bir qırağa çəkdikdən sonra qışqıraraq, nəyə görə belə etdiyini ondan soruşmuşdur. O, Gülnarədən cavab olaraq, nə etdiyini soruşduqda, sonuncu ona həmin gün evdən getməsini, tələb etmiş, o isə içkili olduqlarını bildirib, səhəri gün danışacaqlarını bildirmişdir. Lakin, Gülnarə ondan evi tərk etməyi tələb etmiş, o, isə buna etiraz etmişdir. O, yenidən Gülnarəyə evindən çıxıb getməyəcəyini bildirdikdə, Gülnarə qızı Səfiyyədən masanın üzərində olan bıçağı verməsini tələb etmişdir. Gülnarə bıçağı Səfiyədən aldıqdan sonra, mətbəx bıçağını sağ əli ilə götürüb ona tərəf yaxınlaşmışdır. O, əlləri ilə Gülnarənin hər iki biləyindən tutduğu zaman, sonuncu əlini geriyə dartıb əlindən biləyini çıxarıb və həmin bıçaqla onun sol qarın nahiyəsinə bir dəfə vurmuş, həmin vaxt o, bıçağı Gülnarənin əlindən almış və döşəmənin üzərinə atmışdır. O, qarın nahiyəsindən qan gəldiyini görüb, şalvar-köynəyini geyinib X10 xidmətinə zəng etmiş, bir neçə dəqiqədən sonra X10 xidmətinin avtomobili gəldikdə, onu xəstəxanaya aparmışlar və orada o, əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs əlavə verdiyi ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə təxminən 2 ildir tanıyır, belə ki, xx.xx.2024-cü il tarixdə Gülnarə istifadəsində olan mobil nömrəsinə zəng edərək aş bişirdiyini demiş və onu evə qonaq dəvət etmişdir. O, Gülnarənin təklifi ilə razılaşaraq onun yaşadığı evə getmişdir. Həmin gün Gülnarə ilə birlikdə araq içmişlər. Daha sonra isə onunla intim münasibətdə olmuşlar. Bundan sonra Gülnarə ondan borca verdiyi 300 AZN pulu tələb etmiş, o, isə cavab olaraq bildirmişdir ki, maddi imkanı zəifdir, hətta avtomobilin sığortasını belə ödəyə bilmir. Lakin Gülnarə qəflətən üzərinə hücum çəkərək “bu nədir hər dəfə gəlirsən 1 manat da vermirsən, hələ bir məndən pul alıb onu da qaytarmırsan” dedikdə o, var gücü ilə onu arxaya doğru itələmişdir. Bundan sonar Gülnarə masanın üzərində olan mətbəx bıçağını əlinə alaraq ona tərəf hücum etmiş və bıçaqla xəsarət yetirmişdir. Qanuni nümayəndə barəsində ibtidai istintaqın aparıldığı müddətdə və sonuncunun işi üzrə məhkəmə baxışı zamanı Qanuni nümayəndə və müdafiəçisi ilə görüşdükdən sonra onlar ondan Gülnarənin xeyrinə ifadə verməyini, bu məsələnin namus məsələsi kimi qiymət verildikdə, Gülnarə ilə bağlı yüngül cəza çıxarılacağını bildirmişlər. Onun Qanuni nümayəndə barəsində cinayət işi başlandıqdan sonra, eləcə də işə məhkəmədə baxılan zaman da əlaqəsi normal olmuş, hətta onunla görüşərək bir neçə dəfə əlaqədə olmuşdur. Qanuni nümayəndə və qızı Səfiyyənin onun barəsində bildirdikləri həqiqətə uyğun deyil. Məqsədləri Gülnarənin barəsində yüngül cəzanın əldə edilməsi olmuşdur. Belə ki, Qanuni nümayəndə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılan zaman Səfiyyə hakimin sualına cavab olaraq məhkəməyə gəlməzdən əvvəl anası tərəfindən öyrədildiyini və təlimatlandırıldığını bildirmişdir. Məhkəmə baxışının sonrakı iclaslarında zərərçəkmiş şəxs Qanuni nümayəndə verdiyi ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs göstərmişdir ki, Qanuni nümayəndə 2023cü ilin yanvar ayından tanış olmaqla yaxın münasibətləri olmuş, lakin uşağın yanında cinsi əlaqədə olmamışlar, hadisədən sonra Gülnarə ilə görüşmüş, yaxın münasibətlərdə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2 il əvvəl sosial şəbəkələr vasitəsilə tanış olmuş, onunla münasibəti yaranmış, sonra isə ailə kimi yaşamışdır. O, yataqxanada bir otaqlı evdə qızı Səfiyyə ilə birlikdə yaşayır, mağazada satıcı işləyir. Sonuncu dəfə, hadisə günü Təqsirləndirilən şəxs ona zəng edərək gələcyini, yemək hazırlamasını və araq almasını bildirmişdir. Amil demişdir ki, arağın pulunu gələndə ona ödəyəcəkdir. Onun Təqsirləndirilən şəxs bu iki il ərzində etibarı yaranmış, belə ki, Amil qızına qarşı pis olmamış, qızı ona ata demiş, o isə qızına qızım demişdir. Dəfələrlə olmuşdur ki, o, qızını evdə Amilin yanında qoyub işlərinin arxasınca getmişdir. Elə olmuşdur ki, qızı ilə Amil evdə tək qalmışlar. Amil özü evlidir, 2 uşağı vardır. Buna baxmayaraq Amil öz ailəsi ilə yanaşı onunla da yaşamışdır. Bəzi hallarda evində gecələmək üçün qalırdı. Evinin otağı eyvana çıxır.eyvanı mətbəxə çevirmiş, mətbəxlə eyvanın qapısını pərdə ilə bağlamışdır. Evinin otağında bir yataq olmaqla digər əşyalar da vardır. Amilin xahişi ilə 0,750 mlq-lıq araq almış, yemək bişirmiş və Amil axşam gəldikdən sonra bir yerdə yemək yeyərək Amillə araq içmişlər. Bundan sonra qızı Səfiyyə küçəyə oynamağa çıxmış, o isə Amillə mətbəxdə intim əlaqədə olmuşdur. Bundan sonra o, yorğun olduğu üçün yatağa uzanmış, Amillə qızı isə yerdə döşəmədə odeyal sərərək və üstlərinə yorğan örtməklə hamısı işığı söndürüb yatmışlar. Yorğun olsa da dərhal yuxuya gedə bilməmişdir. Görmüşdür ki, Amil yerindən qalxaraq qəribə tərzdə ona baxır ki, görsün ki, o yatıb, yaxud oyaqdır. Həmin dəqiqə şübhələnərək telefonun işığını yandırıb yataqdan qalxıb Amillə qızının üstündə olan yorğanı kənara çəkmiş, Amili alt paltarsız olduğunu, qızının isə alt tumanınının dizinə qədər endirildiyini görmüşdür. Həyəcanlı şəkildə qızından Amilin ona nə etdiyini soruşmuşdur. Qızı demişdir ki, Amil alt tumanını soyundurub qabağındakı uzun şeyi onun ayaqlarının arasına qoymuşdur. Amilə qışqırdıqda isə sonuncu Səfiyyənin yalan danışdığını, hər şeyin o danışdığı kimi olmadığını demişdir. O, Amildən çıxıb getməsini tələb etmiş, sonuncu getməkdən imtina etdikdə telefonla DİN-nin 102 xidmətinə zəng etmək istəmiş, lakin Amil telefonu onun əlindən alaraq zəng etməyə qoymamışdır. Əsəblərini cilovlaya bilməyərək masanın üzərində olan bıçağı götürüb Amilin üzərinə getmiş, Amil əlini tutaraq bıçağı ondan almağa cəhd etmiş, lakin o, bıçaq olan əlini onun əllərindən çıxarıb Təqsirləndirilən şəxs sol qarın nahiyəsinə bir dəfə vurub dayanmışdır. Təqsirləndirilən şəxs qarın nahiyəsindən qan gəldiyini görüb, şalvarı ilə köynəyini geyinib X10 xidmətinə zəng etmiş və bir neçə dəqiqədən sonra X10 xidmətinin avtomobili gəldikdə, Təqsirləndirilən şəxs xəstəxanaya aparmışlar. Yalnız bundan sonra qızı Səfiyyə etiraf etmişdir ki, bu hadisədən təxminən iki ay əvvəl onun istifadəsində olan mobil telefonuna öz cinsiyyət orqanının şəklini göndərmiş, o isə dərhal həmin şəkli silmişdir. Təqsirləndirilən şəxsla barışmaq niyyətində deyildir, ona xəsarət yetirməsi ilə bağlı bu məhkəmədə cinayət işinə baxılaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası Gülnarənin tanışı kimi tanıyır. Hadisədən təxminən iki ay əvvəl Amil onun istifadəsində olan mobil telefona öz cinsiyyət orqanının şəklini göndərmiş, o, həmin dəqiqə həmin şəkli silmiş, Amilin bu hərəkətindən qorxmuş, lakin utandığından anasına bu hadisəni danışmamışdır. xx.xx.2023-cü il tarixdə axşam saat 17 radələrində Təqsirləndirilən şəxs onlara qonaq gəlmiş, mətbəxə çevrilmiş eyvanda yemək yemişlər, anası ilə Amil həmin vaxt araq içmişlər. Bundan sonra anası otaqda olan yatağa yatmaq üçün uzanmış, Amil və o, yerdə olan döşəməyə salınmış yorğana baş-ayaq uzanmışlar. Belə ki, onun başı giriş qapısına tərəf, Amilin başı isə mətbəxə tərəf olmuş, üstləri yorğanla örtülmüşdür. Yatdıqları zaman hiss etmişdir ki, Amil onun alt paltarını dizinə qədər çəkmiş, öz alt paltarını da endirib qabağında olan uzun şeyi üzərinə uzanmaqla ayaqlarının arasına qoymuşdur. Amil onu hədələmişdir ki, səsini çıxarsa onu da anasını da öldürəcəkdir. Bundan qorxaraq o səsini çıxarmamışdır. Hadisə vaxtı onun 9 yaşı olmuş, Amil Əşrəfoun nə etdiyini tam olaraq anlaya bilmir. Amil başını qaldırıb anasına baxan zaman anası nədənsə şübhələnərək dərhal ayağa qalxıb telefonun işığını yandıraraq onların üstündəki yorğanı çəkmiş, Amilin tumansız olmasını, onun da tumanının dizinə qədər çəkildiyini görmüşdür. Anası həyəcanlı səslə qışqıraraq “ o, sənə nə edib”deyə soruşmuş, o isə anasına Amilin qabağında olan uzun şeyini onun üzərinə uzanmaqla ayaqlarının arasına qoyduğunu demişdir. Bundan sonra anası Amilin üzərinə qışqıraraq çıxıb getməsini tələb etmiş, sonuncu çıxıb getmədikdə mobil telefonla polisə zəng etmək istəmiş, lakin Amil telefonu anasının əlindən alıb zəng etməyə qoymamışdır. Bundan əsəbləşən anası masanın üzərindən bıçağı götürərək Amillə əlbəyaxa olmuş və Amilə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Amil bıçağı anasının əlindən alaraq kənara atmış, özü isə paltarını geyinərək öz telefonu ilə X10a zəng etmişdir. TTY maşını gəldikdən sonra evdən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tanıyır. Amil onun dostu, Gülnarə isə Amillə son iki ili ər-arvad kimi yaşadığı qadın olmuşdur. Gülnarənin azyaşlı Səfiyyə adında qızının olmasını, onların yataqxanada yaşamalarını, Amilin də öz ailəsi ilə yanaşı Gülnarə ilə yaşadığını bilmişdir. Hətta dəfələrlə Gülnarə ilə Amilin olduqları məclislərdə o da iştirak etmişdir. Məlumatı olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Gülnarə Amillə mübahisə edib mətbəx bıçağı ilə ona xəsarət yetirmişdir. Səbəbi də o olmuşdur ki, guya Amil Gülnarənin azyaşlı qızı Səfiyyəyə qarşı əxlaqsız hərəkətlər etmişdir. Gülnarə barəsində cinayət işi başlanılmış, Gülnarənin vəkili olan bir xanım Amillə görüşərək Qanuni nümayəndə bağışlamasını xahiş etmişdir. Həmin vəkilin yanına Amillə birlikdə o da maşınla getmiş, Amil vəkillə və Gülnarə ilə görüşən zaman o, maşında gözləmişdir. Amil Gülnarə ilə barışaraq notarial qaydada təsdiq olunmuş ərizə verdikdən sonra sonuncu Gülnarə ilə ər-arvad kimi yaşamağa davam etmiş, hətta bir neçə dəfə onların ayrı-ayrı kafelərdə yeyib-içmək məclislərində o da iştirak etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Emin Musayevin 21 noyabr 2023-cü il tarixli qərarı ilə Qanuni nümayəndə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ayrılmış iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən ünvan ünvan 1ləşən İqtisad Universitetinin 2 saylı yataqxanasın yerləşən otaqlardan biridir. Baxış zamanı Zərərçəkmiş şəxs süybut əhəmiyyətli 01 ədəd adyalı, 01 ədəd yorğan üzünü, 01 ədəd qızına məxsus tumanı təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə həmin tarixdə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “üzləşdirmə protokolundan” müəyyən olunur ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə həyata keçirilmişdir. Zərərçəkmiş şəxs seksual xarakterli zorakılıq hərəkətlərini etməsi ilə bağlı sözləri şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunun cinayət əməlini bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 1ləşən İqtisad Universitetinin 2 saylı yataqxanasının 3-cü mərtəbəsində olan nömrəsiz otaqdır. Həmin otağın ölçüləri 5x3,5 metr olmaqla eyvanı kustar üsulla mətbəxə çevrilmiş, otaqda bir ədəd kreslo, bir ədəd masa, masanın üzərində bir ədəd mətbəx bıçağı, bir ədəd bir nəfərlik çarpayı, çarpayının üzərində bir ədəd örtük, otağın ortasında, yerdə bir ədəd xalça vardır. Baxışa iştirak edən Qanuni nümayəndə bildirdi ki, həmin otaqda xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində qeyri-rəsmi ailə münasibətində olduğu Təqsirləndirilən şəxs azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyini görməsi səbəbəindən masanın üzərində olan mətbəx bıçağı ilə vurulmuşdur. Həmin masanın üzərində olan dəstəyi sarımtıl rəngli, taxta materiallardan hazırlanmış bıçaq götürülərək qablaşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə–tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 216 nömrəli rəyindən müəyyən olunur ki, S.A.Allahqilyevanın bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. S.A.Allahqilyevanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs deməsinə görə xx.xx.2023-cü il tarixdə gecə yatarkən Amil adlı şəxs (anasının qeyri-rəsmi yaşaığı adam) onun yatağına girərək alt paltarını soyundurmuş və öz cinsiyyət orqanını onun budlarının arasına qoyaraq cinsiyyət orqanına sütrmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-/2-6/3172 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində, Qanuni nümayəndə yaşadığı mənzildən götürlmüş ədyalın və yorğan üzünün üzərilərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilib Həmin kənar mikrohissəciklərin arasında, - Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş açıq bənövşəyi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Qanuni nümayəndə yaşadığı mənzildən götürülmüş yorğan üzünün və qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə Qanuni nümayəndə yaşadığı mənzildən götürülmüş ədyalın tərkib liflərinə uyğun gəlir; - Qanuni nümayəndə yaşadığı mənzildən götürülmüş yorğan üzünün üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlir; - Zərərçəkmiş şəxs alt tumanın üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs maykasının tərkib liflərinə uyğun gəlir. Məhkəmədə elan edilib araşdırılmış Səhiyyə Nazirliyi MTE və PA ETDB-dən alınmış xx.xx.2023-cü il tarixli, 337/2023MTBŞ nömrəli rəyindən müəyyən olunur ki;

1. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/-dir. (təqdim olunan sənədin surətinə əsasən).

2. Ekspertizaya təqdim edilmiş bıçaq, yorğan üzü, ədyal və Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək, qolsuz mayka üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər.

3. Ekspertizaya təqdim edilmiş yorğan üzü ədyal üzərində tükə oxşar obyekt və spermaya şübhəli ləkə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus tuman üzərində tükə oxşar obyekt və olan ləkələrdə qan, spermatozoidlər aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə psixoloji ekspertizasının xx.xx.2023cü il tarixli 3626 nömrəli rəyindən müəyyən olunr ki, Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə edilmir. Zərərçəkmiş şəxs azyaşlı olduğundan qərarın təsviri hissəsində qeyd edilmiş, ona qarşı edilən qanunazidd hərəkətləri qavramaq, yaş xüsusiyyətləri çərçivəsində anlamaq iqtidarındadır. Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar özündən uydurması aşkar edilmir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 170 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, hadisə yerinə baxış zamanı götürülmüş yorğan üzü, ədyal, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək, qolsuz mayka saxlanması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İinformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2014-cü il tarixdə doğulmaqla ona qarşı törədilmiş cinayət əməlləri zamanı on dörd yaşına çatmamışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri, zərərçəkmiş şəxsin və şahidin ifadələri, “hadisə yerinə baxış keçiriməsi haqqımda” protokoluö , ekspertiza rəyləri, üzləşdirmə protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut- Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş yorğan üzü, ədyal, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək, qolsuz mayka məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “22” yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar-Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş yorğan üzü, ədyal, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək, qolsuz mayka məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar