Məhkəmə qərarları › İş №1(101)-315/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-315/2020

31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-315/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x8 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, - Təqsirləndirilən şəxs1 (xx xxxx 1982-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Əhmədalılar kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 120 ünvanında kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) - Təqsirləndirilən şəxs2 (xx xxxx 1972-ci il tarixdə Baləkən rayon Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, fərdi qaydada taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmuş, Baləkən rayon Qaysa kəndində qeydiyyatda olan, Abşeron rayon Gənclər şəhərciyində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının ərazisində olan Məhərrəm adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə keçirərək, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxs2, İran İslam Respublikası ərazisində şəxsiyyəti məlum olmayan Məhərrəm adlı şəxs və qeyriləri ilə narkotik vasitə hesab edilən külli miqdarda heroin və psixotrop maddə olan külli miqdarda metamfetaminin sataraq qazanc əldə edilməsi üçün qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə əvvəlcədən cinayət əlaqəsinə girərək ümumi razılığa gəlib, Təqsirləndirilən şəxs2 15 avqust 2019-cu il tarixdə İran İslam Respublikasına gedərək həmin narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə keçirilməklə satışından Məhərrəm adlı şəxsə verilməli olan pul vəsaitinin çatdıralacağına zamin qismində qaldıqdan sonra istintaqa məlum olmayan vaxtda və şəraitdə qrupun digər üzvləri tərəfindən İran İslam Respublikası istiqamətindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar ölkə ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə hesab edilən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 avqust 2019-cu il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən günorta saatlarında satış məqsədi ilə qanunsuz olaraq əldə edib Şahid1 idarə etdiyi “KİA Cerato” markalı, Az**-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri istiqamətində daşıyarkən 21 avqust 2019-cu il tarixdə axşam saat 18:30 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində cinayət başında yaxalanmış və qeyd olunan avtomobilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 əyləşdiyi ön sərnişin oturacağının döşəməsinin üzərindəki çantadan içərisində külli miqdarda narkotik vasitə hesab edilən quru halda təmiz çəkisi 1047,19 qram heroin və külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 1180,20 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan Məhərrəm adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə keçirərək, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin yay aylarında Təqsirləndirilən şəxs1, İran İslam Respublikası ərazisində şəxsiyyəti istintaqa məlum olmayan Məhərrəm adlı şəxs və qeyriləri ilə narkotik vasitə hesab edilən külli miqdarda heroin və psixotrop maddə olan külli miqdarda metamfetaminin sataraq qazanc əldə edilməsi üçün qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə əvvəlcədən cinayət əlaqəsinə girərək ümumi razılığa gəlib, 15 avqust 2019-cu il tarixdə İran İslam Respublikasına gedərək həmin narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə keçirilməklə satışından Məhərrəm adlı şəxsə verilməli olan pul vəsaitinin çatdıralacağına zamin qismində qaldıqdan sonra istintaqa məlum olmayan vaxtda və şəraitdə qrupun digər üzvləri tərəfindən İran İslam Respublikası istiqamətindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar ölkə ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə hesab edilən metamfetamin qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 tərəfindən 21 avqust 2019-cu il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən günorta saatlarında satış məqsədi ilə qanunsuz olaraq əldə edilib Şahid1 idarə etdiyi “KİA Cerato” markalı, Az**-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmaqla Bakı şəhəri istiqamətində daşınarkən 21 avqust 2019-cu il tarixdə axşam saat 18:30 radələrində həmin avtomobil Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində saxlanılmış və keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 əyləşdiyi ön sərnişin oturacağının döşəməsinin üzərindəki çantadan qrup üzvlərinə məxsus külli miqdarda narkotik vasitə hesab edilən quru halda təmiz çəkisi 1047,19 qram heroin və külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 1180,20 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən narkotik vasitə olan marixuananı vasitəni tanımadığı şəxslərdən özü üçün alıb istifadə etmişdir. Anasının müalicəsi ilə əlaqədar xəstəlik kağızlarını İran İslam Respublikasının Parsabad şəhərində olan adını bilmədiyi klinikaya aparmışdır. O əvvəllər də İrana təxminən 4-5 dəfə gedib gəlmişdir. İrana səfərlərində Sasan adlı taksi sürücüsü işləyən şəxslə tanış olmuşdur. Sasan milliyyətcə azərbaycanlı olmuş və Sasanın əmisi Məhərrəmi Səsanın vasitəsi ilə təxminən 2019-cu ilin iyul ayından Sasanın evində tanımışdır. Həmin görüşdə Məhərrəm ona narkotik vasitə alveri ilə məşğul olmağı təklif edərək bildirmişdir ki, o, istədiyi narkotik vasitə və psixotrop maddəni göndərə bilər. O da həmin vasitələri Azərbaycan ərazisindən İranla sərhədə yaxın ərazidən götürüb üstünə müəyyən qədər pul qoyub sataraq özünə qalan xeyri götürəndən sonra qalan pulu ona göndərəcəkmiş. Həmin dövrlərdə də təsadüfən 2015-ci ildən maşın alqı-satqısı zamanı tanış olduğu Təqsirləndirilən şəxs2 ona İrana həkimə getmək istədiyini bildirmişdir. O da tanışı Sasanın telefon nömrəsini Şahidə vermişdir ki, İranda Sasan onu istədiyi xəstəxanaya aparsın. O, Şahidə Məhərrəmin ona narkotik vasitə göndərəcəyi barədə heç bir söz deməmişdir. 20 avqust 2019-cu il tarixdə Məhərrəm ona zəng edərək göndərdiyi narkotik vasitə və psixotrop maddənin artıq Füzuli rayonu ərazisində olduğunu bildirmişdir. Həmin vaxt sürücülük vəsiqəsi olmadığı üçün təxminən 20 ilə yaxın tanıdığı və ev ustası olan Şahid1 adlı həmyerlisindən onunla birlikdə sürücü kimi Füzuli rayonuna gedib gəlməsini və ona sürücü kimi getməyinə görə pul verəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs2 avtomobil icra götürmək üçün ona köməklik etməsini xahiş etmişdir. Şirin də onun xahişi ilə Şahidin tanışı olan x3 Bəyaz marketin yanındakı ofisinə gedərək oradan Az **-TC-*** qeydiyyat nişanlı Kİa Cerato markalı avtomaşını icarə müqaviləsi ilə öz adına götürmüşdür. Təqsirləndirilən şəxs2 özü Aləddinlə razılaşmışdı ki, onlar maşını geri qaytararkən həmin maşının icarə pulunu ödəyəcəklər. O, Şirinə Füzuli rayonuna getməyinin əsl məqsədini deməmişdir. Şirin 20 avqust 2019-cu il tarixdə maşını şirkətdən götürdükdən sonra 21 avqust 2019-cu il tarixdə onun kirayədə yaşadığı evin yanına gəlmiş və onlar saat 11 radələrində Bakıdan Füzuli rayonuna yollanmışlar. Füzuliyə gedərkən o mütəmadi olaraq Məhərrəmlə telefon əlaqəsi saxlamışdır. Məhərrəmin istifadəsində İran nömrəsi olmuşdur. Məhərrəm ona narkotiklərin qoyulduğu ərazini dəqiqliyi ilə başa salmışdır. Amma o, Şirinin yanında olduğu üçün iranlı ilə tam açıq danışmamışdır. Ən çox iranlı ona telefonda yolu başa salmış, o da ondan eşitdiklərinə əsasən maşını sürən Şirinə istiqamət vermişdir. Məhərrəmin dedikləri əsasında Füzuli rayonunu Böyük Bəhmənli kəndi ərazisində maşından düşmüş, təxminən maşından 50 metr aralıdan yolun qırağında kimsəsiz bir yerdən çürük ağac kötüklərinin yanından içərisində narkotik və psixotrop maddələr olan bir ədəd bağlamanı götürüb qayıdıb maşına oturmuş və bağlamanı da maşına qoymuşdur. O, maşına oturanda Şirin bağlamada nə olduğu barədə maraqlanmamış, o da ona bu barədə heç nə deməmişdir. Bakı şəhərinə çatmamış Qaradağ rayonu ərazisində onları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlamışlar və maşına hal şahidlərinin və onların iştirakı ilə baxış keçirmək istədiklərini bildirmişlər. Bu barədə qərarı da onlara elan etmişlər. Sonra maşına baxış keçirilmiş və onun əyləşdiyi qabaq oturacağın ayaq altısındakı bağlamanın içərisindən təxminən bir kiloqramdan bir qədər artıq heroin və təxminən 1200 qrama yaxın metamfetamin maddəsi aşkar edilmişdir. O orada həmin malların iranlı Məhərrəm tərəfindən ona satmaq üçün göndərildiyini əməkdaşlara bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs2 İrana narkotik vasitənin qarşılığında girov qalması üçün göndərməmiş, Çunayevin Məhərrəmin ona narkotik vasitə göndərməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 İrana həkimə getmişdir. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələr məhkəmədə elan edilmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 2016-cı ildən narkotik vasitə olan marixuana istifadə etmiş, anasının müalicəsi ilə əlaqədar xəstəlik kağızlarını İran İslam Respublikasının Parsabad şəhərində olan adını bilmədiyi klinikaya aparmış, İrana təxminən 4-5 dəfə gedib gəlmiş və həmin səfərlərində iranlı Məhərrəm və onun qardaşı oğlu Səsanla tanış olmuş, Sasan Parsabadda taksi sürücüsü işləmiş, onlar milliyyətcə azərbaycanlı olmuş, Məhərrəmi Sasanın vasitəsi ilə təxminən 2019-cu ilin iyul ayından tanımış, belə ki, o, bir gün Sasanın Parsabaddakı evində qalmış, həmin vaxt da evdə Sasanın Məhərrəm adlı əmisi ilə tanış olmuş, Məhərrəm təxminən 45-50 yaşlı, orta boylu, qarayanız, ağ saçlı, bığsız, dolu bədən quruluşlu şəxs olmuş, görüşdə Məhərrəm ona narkotik vasitə alveri ilə məşğul olmağı təklif edərək istədiyi narkotik vasitə və psixotrop maddə göndərə biləcəyini söyləmiş, o da həmin vasitələri Azərbaycan ərazisindən İranla sərhədə yaxın ərazidən götürüb üstünə müəyyən qədər pul qoyub satacaqmış, xeyri götürəndən sonra qalan pulu ona göndərəcəkmiş, lakin malı nisyə göndərdiyi üçün və onu hələ yaxşı tanımadığı üçün mal satılıb pulu İrana göndərilənə qədər onun yanına Azərbaycanlı bir nəfər girov göndərməli olduğunu demiş, maddi imkanı olmadığı üçün və anasının xəstəliyinə pul lazım olduğu üçün narkotik alveri ilə məşğul olmağa razılaşmışdır. Azərbaycana qayıtdıqdan sonra təxminən 2015-ci ildən maşın alqı-satqısı zamanı tanış olduğu Təqsirləndirilən şəxs2 bu barədə bildirmiş, Şahid Balakənli olsa da Bakı şəhərində Bakıxanov qəsəbəsində Bakıxanov yarmarkasının yanında şəhərdən Bakıxanov qəsəbəsinə gələn yolun sağında yarmarka ilə üzbəüz yeni tikilmiş binada ünvanını dəqiq bilmədiyi mənzildə ailəsi ilə birlikdə yaşamış, onu namaz qılan adam kimi tanımış, Şahidə Məhərrəmlə olan söhbəti tam açıqlığı ilə danışmış və göndəriləcək narkotik vasitə və ya digər psixotrop maddəni satıb pulunu İrana göndərənə qədər İrana gedib Məhərrəmin yanında girov kimi qalmağı ona təklif etmişdir. Narkotikin satışından əldə edəcəyi qazancdan ona da müəyyən məbləğdə pul verəcəyinə söz versə də ona konkret məbləğ deməmiş, Şahid də onun təklifi ilə razılaşmışdır. Məhərrəmlə razılaşmasına görə satmaq üçün heroin və el arasında “şüşə” kimi tanınan metamfetamin göndərəcəyini ona demiş, onunla malın qiyməti və çəkisi barədə dəqiq razılaşması olmasa da, nə qədər mal göndərə bilsə həmin mal gəlib ona çatandan sonra münasib qiymətə satıb pulunu İrana göndərəcəyi barədə razılaşmışlar. 2019-cu ilin avqust ayının 10-15-i arası olan danışıqlarda Məhərrəm artıq malların hazır olduğunu bildirmiş və 15 avqust 2019-cu il tarixdə Şahidi İrana girov qismində göndərmiş, Şahid 15 avqust tarixdən İrana gedərək Məhərrəmin yanında qalsa da malın gəlməyi ləngimiş, nəhayət 20 avqust 2019-cu il tarixdə Məhərrəm zəng edərək ona göndərdiyi narkotik vasitə və psixotrop maddənin artıq Fizuli rayonu ərazisində olduğunu demiş, həmin vaxt sürücülük vəsiqəsi üzərində olmadığı üçün təxminən 20 ilə yaxın tanıdığı, onun kimi ev ustası olan Şahid1 adlı həmyerlisindən onunla birlikdə sürücü kimi Füzuli rayonuna gedib gəlməsini xahiş etmiş, Füzuli rayonuna getmək üçün Şahidin tanıdığı Əli adlı dostunun şirkətindən icarəyə maşın götürməli imiş, lakin sürücülük vəsiqəsi olmadığı üçün maşını öz adına götürə bilməyəcəkmiş. Odur ki, Şirinin sürücülük vəsiqəsi olduğu üçün bu barədə Şirinə xahiş etmiş, Şirin də onun xahişini yerə salmamış, Şahidin tanışı olan x5 Bəyaz marketin yanındakı ofisinə gedərək oradan Az **-TC-*** qeydiyyat nişanlı Kİa Cerato markalı avtomaşını icarə müqaviləsi ilə öz adına götürmüş, Şahid Əli ilə maşını geri qaytararkən həmin maşının icarə pulunu ödəyəcəkləri barədə razılaşmış, Əli onu tanımamış və maşınla Füzuliyə nə məqsədlə getməyindən məlumatı olmamışdır. 22 avqust 2019-cu il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, M.Kunanbayev küçəsi, 45/51, ev 7C, mənzil 120 ünvanında əmisi Gəray Hüseynov və hal şahidlərinin iştirakı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həmin mənzildə aşkar edilmiş 1 ədəd elektron tərəzi ona məxsus olmuş, həmin tərəzidən narkotik vasitələri satarkən çəkisini müəyyən etmək üçün istifadə eləmiş, İrandan gətirdiyi narkotik vasitəni və psixotrop maddəni müştərilərə satarkən həmin tərəzidən istifadə edəcəkmiş, pasport və mobil telefon ona məxsus olmuş, həmin mobil telefonun üzərində ***-***- **-** nömrəsi quraşdırılmış, nömrəni və telefonu təzə telefon aldığı üçün təxminən 1 aydır istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 telefon danışıqları ilə əlaqədar ibtidai istintaq zamanı verdiyini ifadəsində Telman adlı tanışı arasında olmuş danışıq zamanı Telmana Füzuli rayonunda işi olduğunu və ona məxsus maşınla aparmasını xahiş etdiyini, onun “Tofaş” markalı avtomobilinin olduğunu, Telmana Füzuli rayonuna narkotik vasitə və psixotrop maddələri götürməyə gedəcəyini bildirmədiyini, onun da nə götürəcəyini soruşmadığını, doğma rayonu olan Füzuli rayonu Əhmədalılar kəndində yaşayan qohumlarının ona öz təsərrüfatlarından pay olaraq verəcəyi meyvə-tərəvəz və bu kimi digər məhsulları götürüb gələcəyini Telmana bildirdiyini, avtomobilinin nasaz vəziyyətdə olduğundan Füzuli rayonuna Telmanla getmədiyini, onun narkotik vasitələrin qanunsuz dövriyyəsinə heç bir aidiyyətinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs1 ifadələrində ona məxsus telefona edilmiş zənglər və whatsapp proqramına göndərilmiş səs yazıları ilə bağlı +**********52 mobil telefon nömrəsinin Sasan adlı şəxsə məxsus olduğunu, “Sənin göndərdiyin zaloq, mənim yanımdadır, onu çoxlu döyürlər, halı pisdir, mənimlə əlaqə saxla, məni görüm baxım et ki, zaloqun Şaiqi Biləsuvar gömrüyünə gətirib sənə təhvil verim, yoxsa onun halı pisdir, çox döyürlər onu” səs yazısının narkotik vasitələrə görə pul müqabilində İranda girov qalmış Təqsirləndirilən şəxs2 barədə olduğunu, +**********98 mobil telefon nömrəsinin sahibinin ona İrandan narkotik vasitə və psixotrop maddələri göndərən Məhərrəm olduğunu, “Ala, Mosu, bilirsən nətərdi, səhər, səhər, adamıvı Ermənistanda görərsən, xudahafiz” səs yazısında da söhbətin Təqsirləndirilən şəxs2 getdiyini, +**********20 mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs2 məxsus olduğunu, göndərilmiş səs yazılarında o, saxlanılandan sonra narahatçılığını ifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin Təqsirləndirilən şəxs2 İrana görov göndərməyi və Şahidin narkotik vasitənin ona göndərilməsindən məlumatlı olması hissələrini təsdiq etmədiyini bildirmiş. İfadələrinin həmin hissələrini təzyiq altında verməsini göstərmişdir. O eyni zamanda etdiyi əməldən peşman olmasını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 1972-ci ildə Balakən rayonu, Qaysa kəndində anadan olmuş, 1990-cu ildə hərbi xidmətə getmiş, Hərbi xidmətini Qazaxstanda başa vurduqdan sonra x1 vilayətində 1999-cu ilədək yaşamışdır. 1999-cu ildə Volqoqrad şəhərinə köçərək orada yaşamış, həmin şəhərdə ticarətlə məşğul olmuşdur. 2002-ci ildə doğulduğu kənddə yaşayan şəxslə ailə həyatı qurmuş, sadəcə olaraq rəsmi nigah müqaviləsi bağlanmamışdır. Həmin evlilikdən 8 və 16 yaşlarında iki oğlan övladı vardır. 2004-cü ildə həmin şəhərdə hədə-qorxu ilə pul tələb edib aldığına görə həbs edilərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş, 2010-cu ildə Volqoqrad şəhərində cəzasını çəkdikdən sonra Azərbaycana deportasiya olunmuşdur. 2015-ci ildə Mosu ləqəbi ilə tanıdığı Mahruzla Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Beş bulaq” adlı restoranda tanış olmuşdur. O, Mahruzun narkotik vasitə istifadə etdiyini bilmiş, lakin özü narkotik istifadəçisi olmamışdır. Mahruzun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatı olmamışdır. 2019-cu ilin avqust ayının 10-da o, Mahruzla zəngləşərək Azadlıq metrosu tərəfdə görüşərək yaxınlıqdakı çayxanada oturmuşlar. Ümumi söhbət etdikdən sonra o, Mahruza qasıq nahiyəsində yırtıq xəstəliyinin olduğunu demişdir. O, anasını İrana tez-tez müalicə olunmaq məqsədilə apardığından orada Sasan adlı tanışı olduğunu və həmin şəxsin ona İranda kömək edərək həkim məsələsini təşkil edə biləcəyini bildirmişdir. O 15 avqust 2019-cu il tarixdə Biləsuvardan keçməklə əməliyyat olunmaq niyyəti ilə İrana getmiş, həmin gün axşam İranda onu Sasan adlı şəxs qarşılamışdır. Sasanın ağ rəngli avtomobilinə oturaraq Aslanduz şəhərinin Gülşad kəndinə getmişlər. Sasan həyatyanı sahəsində olan pambıq sahələrini suladığı üçün bir neçə gün onu həkimə apara bilməmiş və o onun evində qonaq qalmışdır. 20 avqust 2019-cu il tarixdə Mahruz ona zəng edərək Füzuli rayonuna getmək üçün maşın lazım olduğunu bildirmiş və səbəbini deməmişdir. O da əvvəllər tanığıdığı Aləddin adlı şəxsə zəng edərək dostuna icarəyə maşın lazım olduğunu demişdir. Sonra Aləddinin telefon nömrəsini Mahruza vermişdir. Onlar öz aralarında danışaraq Kia markalı maşını Aləddin Mahruza icarəyə vermişdir. 21 avqust 2019-cu ildə axşam 5-6 nəfər Sasangilə gəlmiş. Bir nəfər 45 yaşlı, hündür boylu, adının sonradan bildiyi Məhərrəm adlı şəxs ona Mahruza zəng eləməyini tələb etmişdir. O, Mahruza zəng etmiş, o isə zəngə cavab verməmişdir. Tanşı Aləddinə həmin vaxt zəng etmiş, sonuncu ona Mahruza verdiyi avtomobilin Qaradağ rayonu postunda dayandığını bildirmişdir. Məhərrəm ona demişdir ki, Mahruz onu narkotik vasitəyə görə bura girov qalmaq üçün göndərmiş, indi də Mahruz onları aldadaraq narkotik vasitələrin pulunu verməmək üçün gizlənmişdir. Sonra İranlılar ondan 180 min manat pul tələb etmiş, qohumları və ya tanışlarının həmin pulu İrana göndərmələrini tələb etmişlər. O, ikinci həyat yoldaşı əslən Dağıstandan olan Kadırova Mədinə ilə özünə məxsus telefonla whatsap vasitəsilə danışmış, yoldaşım 20000 manat borc alaraq Bakıda iranlı Məhərrəmin dediyi şəxsə vermiş və həmin şəxs həmin pulu İrana çatdırmışdır. Onun sənədləri də Məhərrəmdə olduğundan Azərbaycana qayıda bilməmişdir. Sonra Sasangildə olarkən polislər qonşuluqda olan Məhərrəm adlı şəxsin evinə basqın etmişlər. x7 adlı bir şəxs həbs olunmuş amma qalanları qaçmışlar. Sonra o, İranın Ərdəbil şəhərinə getmiş və polisə müraciət edərək viza vaxtının gecikdiyini bildirmiş və cərimə məbləğini soruşmuşdur. Polisdən çıxandan sonra “pejo” markalı avtomobil ona yaxınlaşaraq avtomobilə minməyini təklif etmişlər. Onu hansısa bir idarəyə apardıqdan sonra sorğu-sual etmişlər, ona bildirməsələr də onların xüsusi xidmət orqanı əməkdaşları olduğunu hiss etmişdir. Məhkəmə prosesi olmuşdur. Bütün sorğularda o, Məhərrəmin yanında zamin qaldığını bildirməmişdir. Bundan sonra 19 oktyabr 2019-cu il tarixdə onu həmin şəxslər İran sərhəd xidmətinin işçilərinə təhvil vermişlər və onlar da öz növbəsində onu Azərbaycan sərhədçilərinə təhvil vermişlər. Sonra da o, Dövlət Təhlükəsizlik Xidmətinin işçilərinə təhvil verilmişdir. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadələr məhkəmədə elan olunmuşdur. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək həmin ifadələrində yuxarıdakılarla yanaşı həmçinin göstərmişdir ki, təxminən 2019-cu ilin avqust ayının 10-da Mahruzla zəngləşərək Azadlıq metrosu tərəfdə görüşərək yaxınlıqdakı çayxanada oturmuş, ümumi söhbət etdikdən sonra Mahruza qasıq nahiyəsində yırtıq xəstəliyinin olduğunu demiş, Mahruz anasını İrana tez-tez müalicə olunmaq məqsədilə apardığından orada Sasan adlı tanışı olduğunu və həmin şəxsin ona İranda kömək edərək həkim məsələsini təşkil edə biləcəyini bildirmiş, həmçinin Mahruz ona İrandan narkotik vasitələrin gələcəyini bildirmiş, həmin narkotik vasitələrin pulunu İranlılara ödəmək üçün imkanının olmadığından onların satışını Bakıda həyata keçirdikdən sonra pulu İrana göndərəcəyini qeyd etmiş və həmin müddətdə ona İranda zamin qisminda qalmağı təklif etmiş, imkansız olması səbəbindən maddi ehtiyacları olduğuna görə bu işi qəbul etmiş, həmin vaxt Sasanın İranda olmadığını və bir neçə günə gələcəyini bildirmiş, 14 avqust 2019-cu il tarixdə Mahruz ona zəng edərək Sasanın İranda olduğunu bildirmiş və İrana gedə biləcəyini söyləmiş, o, 15 avqust 2019-cu il tarixdə Biləsuvardan keçməklə İrana getmiş, həmin gün axşam İranda onu Sasan adlı şəxs qarşılamış, həmin şəxsi ilk dəfə görmüş, Sasanın ağ rəngli avtomobilinə oturmuş, Aslanduz şəhərinin Gülşad kəndinə getmiş, avtomobildə olanda Sasana İrana gəlməsinin səbəbini soruşduqda Sasan bildiyini söyləmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus telefona edilmiş zənglər və whatsapp proqramına göndərilmiş səs yazıları ilə bağlı ifadəsində Sasanın Mahruza narkotik vasitə və psixotrop maddələri göndərən Məhərrəmin qardaşının oğlu olduğunu, göndərilən “Sənin göndərdiyin zaloq, mənim yanımdadır, onu çoxlu döyürlər, halı pisdir, mənimlə əlaqə saxla, məni görüm baxım et ki, zaloqun Şaiqi Biləsuvar gömrüyünə gətirib sənə təhvil verim, yoxsa onun halı pisdir, çox döyürlər onu” səsli mesajı narkotik vasitələrə görə pul müqabilində İranda zamin qaldığı vaxt, yəni 21 aqvust 2019-cu il tarixdə Mahruz narkotik vasitələri götürəndən sonra onun yanında Sasanın Mahruza göndərdiyini, onların Mahruzun həbs olunduqlarına inanmadığını, səsli mesajı bu səbəbdən Mahruza göndərdiyini, +**********98 mobil telefon nömrəsinin sahibi pul qismində girov saxlanıldığına rəhbərlik edən İrandan narkotik vasitə və psixotrop maddələri göndərən Məhərrəm olduğunu, onun göndərdiyi “Ala, Mosu, bilirsən nətərdi, səhər, səhər, adamıvı Ermənistanda görərsən, xudahafiz” səs yazısında söhbətin ondan getdiyini, +**********20 mobil telefon nömrəsinin ona məxsus olduğunu, səs yazısının onun tərəfindən Mahruzun votsap nömrəsinə göndərdiyini, 21 avqust 2019-cu il tarixdə dəfələrlə səsli mesaj göndərərək hansı səbəbdən kirayə götürülmüş avtomobilin Qaradağ postunda saxlanıldığını, hansı səbəbdən zənglərinə və mesajlarına cavab yazılmadığını soruşduğunu, göründüyü kimi həm Mahruz üçün kirayə danışdığı avtomobilə görə, həm də Mahruzun aşkara çıxmamasından sonra zaminlikdə qaldığı üçün narahatlığını bildirdiyini, bundan başqa narkotik vasitələrin Azərbaycanda satışının onun tərəfindən həyata keçirilməyəcəyini və Mahruz tərəfindən kimlərə satılacağı və ya təhvil veriləcəyi barədə məlumatının olmadığını, onun vəzifəsinin narkotik vasitələrin pulu Mahruz tərəfindən İrana göndəriləcəyi vaxtadək İranda zamin qalmaq olduğunu, həmin pulun da hansı qaydada İrana göndəriləcəyi barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə verdiyi ifadənin düzgün olduğunu bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrdə Mahruzun onu görov kimi İrana göndərilməsinə razılıq verməsini və Mahruza narkotik vasitələrin göndərilməsindən xəbərdar olması hissələrini təsdiq etmədiyini göstərmişdir. O həmin ifadələrin təzyiq altında yazdırıldığını qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Mahruzu təxminən 18-19 ildir ki, tanıyır. Mahruzun onun Cabir adlı sinif yoldaşınının həmkəndlisi olmuş və 2019-cu ilin fevral ayına qədər əsasən Rusiyada yaşamış və Rusiyanın müxtəlif şəhərlərində o, Mahruzla birlikdə ev təmir etmişdir. Təxminən avqust ayının 6-sı Mahruza alver etmək üçün İrana gedəcəyini bildirmiş, Mahruz İranda dostunun olduğunu, ona kömək edə biləcəyini demişdir. İranın Parsabad şəhərinə gedərək orada Mahruzun Sasan adlı dostu ilə görüşmüş, Sasanın onu evinə apararaq 3 gecə qonaq etmişdir. Sasanın sözlərinə görə onun Parsabadda spirtli içkililərin qanunsuz satışı ilə məşğul olduğunu bilmişdir. Təxminən 20 avqust 2019-cu il tarixdə axşam saat 22 radələrində Mahruz ona zəng vuraraq maşınla Füzuli rayonuna getməli olduğunu, özünün sürücülük vəsiqəsi olmadığı üçün onun avtomobili idarə etməyini istədiyini, Mahruz ona anasının xəstəliyi ilə əlaqədar İrandan dərman gəldiyini və həmin dərmanı Füzuli rayonundan götürmək üçün getməli olduqlarını bildirmişdir. O, işdən icazə aldıqdan sonra Mahruza gedə biləcəyini demişdir. Mahruzu Füzuliyə aparıb-gətirsə yəqin ki, ona hörmət edəcəyini fikirləşmiş, buna görədə razılaşmış, lakin konkret məbləğ istəməmişdir. Mahruzun xahişi ilə həmin gün gecə 23 radələrində Qələbə dairəsinə yaxın “AS Rent a car”a yaxınlaşmış, orada Mahruzun tanışı Şaiqin vasitəsi ilə ağ rəngli “Kia Cerato”-nu rəsmiləşdirərək ona vermişlər. O, avtomobil üçün heç bir pul ödəməmiş, söhbətdən avtomobil üçün pulu Şaiqin ödəyəcəyini anlamışdır. Oradan avtomobili yaşadığı ünvanın həyətinə gətirərək orada saxlamış, növbəti gün Mahruzu saat təxminən səhər 9 radələrində yaşadığı evin qarşısından götürərək, birlikdə Füzuli rayonuna yola düşmüşlər. Füzuli rayonuna çatdıqdan sonra Mahruz telefonda kiminləsə danışmış, danışıqda Daşburunda olduğunu demiş, daha sonra Füzuli rayonuna gedərək, orada “Qayıdış” qəsəbəsində yemək yeyərkən Mahruza zəng gəlmişdir. Mahruz ona Böyük Bəhmənli kəndinə getməli olduqlarını demiş, onlar təxminən saat 14-də Böyük Bəhmənliyə çatmışlar. Böyük Bəhmənlidə olarkən telefonda kiminsə Mahruza dəmir yolundan bir az qabaqda körpüyə çatanda maşını saxlatmağını demiş, Mahruzun tapşırığı ilə tikinti materialları mağazasının qarşısında avtomobili saxlamış, Mahruzun avtomobildən düşərək, təxminən 3-4 dəqiqədən sonra əlində ağ paket geri qayıtmışdır. Mahruz paketi maşında arxada yerə qoyduqdan sonra Bakıya qayıtmalı olduqlarını demişdir. Bakıya qayıdarkən yolboyu Mahruzdan paketdə nə olduğunu soruşmamış, Qaradağ postunda olan zaman YPX əməkdaşlarının onlara saxla işarəsi verərək saxlatmış, sonra DTX əməkdaşları hal şahidlərinin iştirakı ilə axtarış zamanı avtomobildən narkotik vasitələr olan bağlamanı aşkar etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində 1989-cu ildə Tərtər rayonunda doğulduğunu, orta təhsili Ağcabədi rayonunda aldığını, 10 ildir ki, Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş evdə ailəsi ilə birlikdə yaşadığını, 21 avqust 2019-cu il tarixdə saat təxminən 18:00 radələrində onun iş yoldaşı Ağaxanla birlikdə öz razılığı əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Qaradağ rayonu ərazisində “Kia Cerato” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirdiyi baxış zamanı hal şahidi kimi iştirak etdiklərini, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilməsi barədə məhkəmə qərarı elan olunduqdan sonra avtomobildə olan Mahruz adlı sərnişinin qərarda qeydlər apardığını, baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının Mahruz və Şirin adlı şəxslərə, daha sonra hal şahidlərinə məxsus hüquq və vəzifələri izah etdiyini göstərmişdir. Baxış zamanı avtomobilin ön sağ oturacağında oturmuş Mahruz adlı şəxsin ayaqlarının arasından bənövşəyi rəngli çanta aşkarlanmış, həmin çantaya onların iştirakları ilə baxış keçirilərkən orada şəffaf selofana bükülmüş 10 ədəd bağlama aşkar edilmiş, bundan sonra həmin 10 ədəd selofana bükülmüş bağlamalar açılmışdır. Həmin bağlamadan dördünün içərisi açıldıqda hər bir bağlamada boza çalan rəngdə spesifik iyli yarı nəm formada maddə olduğunu görmüşlər. Bağlamanın ümumi çəkisinin təxmini 2 kq-a yaxın olmuş, daha sonra digər 6 bağlamada isə ağ rəngli, kristal şəkildə maddələrin olduğunu müəyyən etmişlər. Həmin 6 bağlamanın da ümumilikdə çəkisinin təxmini 1 kq-dan artıq olmuşdur. Aşkar edilmiş bu maddələr bənövşəyi rəngli çantaya qablaşdırılaraq üzəri Dövlət Təhlükəsizliyi Xidməti və digər sözlər və rəqəmlər yazılmış möhürlə möhürlənmişdir. Mahruz adlı şəxsə məxsus 21 (iyirmi bir) AZN, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd qapı açarı, Şirin adlı şəxsə məxsus 1 (bir) ədəd “İphone” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və 5 (beş) AZN pul Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq götürülmüşdür, Sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 avqust 2019-cu il tarixdə saat 13:00 radələrində öz razılığı əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının mənzil 120 ünvanında keçirdiyi baxış zamanı hal şahidi kimi iştirak etmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilməsi barədə məhkəmə qərarının elan olunduqdan sonra mənzildə Gəray adlı şəxs qərarda qeydlər aparmış, baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Gəray adlı şəxsə, daha sonra onlara - hal şahidlərinə məxsus hüquq və vəzifələri izah etmişlər. Bütün iştirakçılara hüquq və vəzifələr izah edildikdən sonra baxış başlanmış, baxış zamanı qonaq otağından girişdə sol divardakı şkafda “Vest” markalı siqaret qutusunun icərisindən pis iy gələn, çəkisin təxmini 3-4 qram olan bitkiyə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq üzərində Dövlət Təhlükəsizliyi Xidməti və digər sözlər və rəqəmlər yazılmış möhürlə möhürlənərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən götürülmüşdür. Həmin mənzildə bundan başqa pasport, telefon və elektron tərəzi də aşkar edilərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Sonda baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid4 məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxx” adlı MMC yaradaraq özünə məxsus “Hundai Sonata” markalı avtomobil və digər müştərilərdən aylıq icarəyə götürdüyü avtomobilləri markasından asılı olaraq gündəlik 50-120 manat olmaqla icarəyə verməklə məşğuldur. MMC-nin balansında 7 ədəd “Lexus”, “Hundai”, “Kia”, “Chevrolet” markalı avtomobillər olmuş, gündəlik icarəyə avtomobil verərkən müəyyən prosedurlar var ki, onları tam icra etdikdən sonra müştəriyə avtomobil təhvil verilmişdir. Həmçinin MMC-nin balansında olan avtomobillərə bir qayda olaraq GPS elektron izləmə sistemi qoşulmuş, avtomobilin harada olması barədə birbaşa MMC-yə məxsus elektron qurğularda əks olunmuşdur. 20 avqust 2019-cu il tarixdə saat təxminən 5-6 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefona ***-***-**-** saylı mobil nömrədən zəng olunmuş və zəng edən şəxsin özünü Şahid Cunayev kimi təqdim edərək onlardan əvvəllər də avtomobil icarəyə götürdüyünü bildirib yenidən dostu üçün avtomobil icarəyə götürəcəklərini, bunun üçün həmin dostundan depozit almadan ona icarəyə avtomobil verməyini xahiş etmişdir. Şahid dostunun avtomobili istirahət etmək məqsədi ilə rayonlardan birinə gedəcəyi üçün götürdüyünü, lakin hansı rayon olduğunu bildirməmişdir. Onun xahişini nəzərə alıb dostuna icarəyə avtomobil verə biləcəyini demişdir. Saat 21 radələrində ofisdən çıxmış və yerinə ofisdə olan qardaşı Şahid7 qalmışdır. Qardaşı Azad ona zəng edib bir nəfər Şahid1 adlı şəxsin Təqsirləndirilən şəxs2 adlı şəxsin adından yaxınlaşdığını və avtomobil götürmək istədiyini bildirmiş, qardaşı Azada həmin şəxsə istədiyi avtomobili verməsini demişdir. Bir neçə dəqiqədən sonra Azad Şahid1 adlı şəxsə bütün sənədləşmə işlərini gördükdən sonra MMC-nin balansında olan Az **-TS-*** dövlət qeydiyyat nişanlı, “Kia Serato” markalı avtomobili təhvil verib ona bu barədə məlumat vermişdir. Azadın Şahid1 avtomobilin icarəsi üçün pul alıb almaması barədə məlumatı olmamışdır. 21 avqust 2019-cu il tarixdə saat 19 radələrində GPS sistemi vasitəsi ilə Şahid1 adlı şəxsə verilən Az **-TS-*** dövlət qeydiyyat nişanlı, “Kia Serato” markalı avtomobilin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən YPX postunda saxlanıldığını və bir müddət hərəkətsiz orada qaldığından şübhələnib həmin əraziyə getdikdə avtomobilin həmin postda saxlanıldığını görmüşdür. Orada olan YPX əməkdaşlarından avtomobilin saxlanma səbəbin soruşduqda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qeyd edilən Az **-TS-*** dövlət qeydiyyat nişanlı, “Kia Serato” markalı avtomobildən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülməsi səbəbindən avtomobilin məsul saxlanışa verildiyinin bilmişdir. Şahid1 onun avtomobilində narkotik daşıyacağından məlumatı olmamış, Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımamış, heç vaxt İranda səfərdə olmamışdır. Onun və ailə üzvlərinin heç birinin İranda hər hansı qohum və ya tanışının olmadığını, İran İslam Respublikasında olan Məhərrəm adlı şəxsi tanımadığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində Şahid6 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 2-3 ay olar ki, Şahid6lə ortaq tanışı vasitəsi ilə tanış olmuş, Aləddin avtomobillərin icarəsi fəaliyyəti ilə məşğul olmuş, bir dəfə söhbət zamanı ona məxsus avtomobili icarəyə götürəcəyini bildirmiş, artıq 2-ci aydır ki, ona məxsus ağ rəngli “Kia Cerato” markalı Az**-TS-*** dövlət qeydiyyat nişanlı “AD 593049” seriya və nömrəli qeydiyyat şəhadətnaməsi olan avtomobili aylıq 800 manat olmaqla Şahid6 icarəyə vermişdir. Avtomobili 10 avqust 2019-cu il tarixli 843651 nömrəli etibarnaməyə əsasən ona vermiş, Aləddinin də digər şəxslərə həmin avtomobili icarəyə verdiyini bilmişdir. 22 avqust 2019-cu il tarixdə Aləddin ona zəng edərək avtomobilin Bakı şəhəri Qaradağ rayonu ərazisində yol polisi postunda saxlanıldığını, sürücünün isə həbs edildiyini bildirmiş, Aləddinin avtomobili kimə icarəyə verdiyini bilməmiş və həmin şəxslərin həbs olunmalarının səbəbi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımamış və istintaq orqanından avtomobildə saxlanılan şəxsə və yaxud onun tərəfindən hər hansı cinayətin törədilməsinə aidiyyəti olmadığından ona məxsus avtomobilin özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmədə Şahid9 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, istintaqa verdiyi ifadəsində 2009-cu ildə Azərbaycanda narkotik vasitələrin qanusuz dövriyyəsinə görə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edildiyini, 2018-ci ilin dekabr ayının 19-da cəzasının sonuna 8 ay qalmış şərti olaraq azadlığa buraxıldığını, bir dəfə təxminən 15 gün əvvəl İrana Parsabad şəhərinə getdiyini, 2009-cu ildə İranlı Abbas adlı şəxsdən 4 kq narkotik vasitə olan marixuana aldığına görə həbs edildiyini, həbsdən çıxdıqdan sonra Abbasın Məhərrəm adlı qohumunun ona zəng edərək yenə narkotik vasitələr keçirtməyi təklif etdiyini, aralarında 2-3 dəfə danışıq olduğunu, Məhərrəmdən qohumu Abbası tapmağı və ona görə həbs olunduğundan maddi cəhətdən köməklik etməyini istədiyini, buna görə də təxminən 15 gün əvvəl İrana getdiyini, orada 2 gün Məhərrəmgildə qaldığını və onun hər gün Abbasdan pul alıb verəcəyini dediyini, İranda olarkən Məhərrəmin evinə polislər gəldiyini Məhərrəmin də qaçdığını eşitdiyini, həmin vaxt evdə olmadığını, bundan sonra onların problemli adamlar olduğunu gördüyünü və ona ancaq narkotik vasitələri Azərbaycanda satmağı təklif etdiklərini, maddi cəhətdən heç bir köməklik etməyəcəklərini də gördükdə Azərbaycana qayıtdığını, orada Məhərrəmin Səid və Sasan adlı tanışlarını da gördüyünü, onların hamısının narkotik vasitələrin satışı ilə məşğul olduğunu anladığını, həbsxanalarda çox əziyyət çəkdiyinə görə bundan sonra heç vaxt narkotik vasitələr barədə söhbətləri də eşitmək istəmədiyini, İrana getməkdə məqsədinin ancaq Abbasdan 10 il həbsdə olmağının qarşılığında maddi köməklik istəmək olduğunu, Abbasın də heç gəlib onunla görüşmədiyini, 26 mart, 31 iyul və 06 avqust 2019-cu il tarixlərdə İran İslam operatoruna məxsus 98**********98 nömrə ilə ona məxsus 050 442-96-70, ***-***-**-** mobil telefon nömrələri arasında danışıqlar barədə qeyd olunan nömrənin İranlı Məhərrəmə məxsus olduğunu, Məhərrəmlə Abbasdan pul almaq üçün danışdığını, Məhərrəmin də kömək etmək fikri olmadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımadığını göstərmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 21 avqust 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 23 avqust 2019cü il tarixli, 4(009)-469/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 21 avqust 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19 oktyabr 2019-cü il tarixli, 4(009)-596/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 19 oktyabr 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Şahid1 idarə etdiyi KİA Cerato” markalı Az**-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş 21 avqust 2019-cu il tarixli baxış protokolun məzmunundan görünür ki, 21 avqust 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Şahid1 sonuncunun idarə etdiyi “KİA Cerato” markalı Az**-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılmış, həmin şəxslərin və hal şahidlərinin iştirakı ilə qeyd olunan avtomobilə keçirilmiş baxış zamanı avtomobilin ön sağ oturacağında oturmuş Təqsirləndirilən şəxs1 ayaqlarının arasından açıq bənövşəyi rəngli çantanın içərisindən şəffaf selofana bükülmüş 10 (on) ədəd kiçik bağlamalar aşkar edilmişdir. Həmin bağlamalardan 4 (dörd) ədədinin içərisində narkotik vasitələr olan heroinə bənzər maddələr, digər 6 (altı) ədəd bağlamanın içərisində sintetik tərkibli narkotik vasitələr olan metanfetaminə bənzər kristal şəkildə ağ rəngdə kəskin spesifik iyli maddələrin olduğu müəyyən edilmişdir. Qeyd olunan bağlamalar üzərində “Portable” yazılmış elektron tərəzidə çəkildikdən sonra içərisində heroinə bənzər maddələrin olduğu 4 (dörd) ədəd bağlamanın çəkisinin 2 kq-a yaxın olması, içərisində metamfetaminə bənzər olan 6 (altı) ədəd bağlamanın çəkisinin isə 1 kq 300 qrama yaxın olması müəyyən edilmişdir. Həmin 10 (on) ədəd bağlama aşkar edildiyi çantaya qablaşdırılaraq “93” nömrəli möhür ilə möhürlənib protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan ilkin materiallarda öz əksini tapmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Vİ Baş İdarəsinin 5-ci şöbəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli 15 №-li mütəxəssis arayışının nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus quru halda təmiz çəkisi 1047, 19 (min qırx yeddi tam yüzdə on doqquz) qram, qalıq çəkisi 1047, 10 qram olan (nəm halda qalıq çəkisi 1805, 35 qram) qəhvəyi rəngli nəm maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 1180, 20 (min yüz səksən tam yüzdə iyirmi) qram, qalıq çəkisi 1179, 90 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ********* nömrəli cinayət işi üzrə 12 sentyabr 2019-cu il tarixli 21715 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyinin nəticə hissəsində göstərilmişdir ki, Şahid1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs1 məxsus tədqiqata təqdim edilmiş iki ədəd polietilen bükümdə ümumilikdə təmiz çəkisi 1047, 10 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, digər altı ədəd polietilen bükümdə ümumilikdə təmiz çəkisi 1179, 90 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən 28 avqust 2019-cu il tarixdə verilmiş 2012 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən 06 noyabr 2019-cu il tarixdə verilmiş 2616 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində verilmiş 30 sentyabr 2019-cu il tarixli 21976 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyinin nəticəsi hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramların məzmunu tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir. Ekspertizaya təqdim edilmiş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1 məxsusdur. Cinayət işinin materiallarında olan 24 avqust 2019-cu il tarixli Fotoşəkil üzrə tanınma protokolunun məzmunundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin pulu ödənilənədək İranda girov qismində qalması üçün getmiş Təqsirləndirilən şəxs2 fotoşəklini tanımışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 və digərlərinin külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı apardığı telefon danışıqlarının məhkəmə qərarı əsasında texniki vasitələrdən istifadə etməklə audio yazılarının yazıldığı yazıldığı 1 ədəd «4435-2019» diskə keçirilmiş 26 avqust 2019-cu il tarixli baxış protokollarının məzmunundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 x4 və Şahid1 İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş narkotik vasitə və psixotrop maddəni gətirmək məqsədi ilə qeyri-aşkar surətdə müxtəlif bəhanələrlə Füzuli rayonuna getməyi təklif etdiyi məlum olmuşdur. Cinayət işinin materiallarında olan «xxxxxxxxxxxxxxxx» MMC tərəfindən 02 oktyabr 2019-cu il tarixdə 26690 nömrəli məktubla 1 ədəd «CD» diskdə istintaqa təqdim olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi ilə iş üzrə digər təqsirləndirilən şəxs arasında 05 avqust 2019-15 avqust 2019-cu tarixlərində aparılmış telefon danışıqlarının kompüter açıqlamalarına keçirilmiş 03 oktyabr 2019-cu il tarixli baxış protokolundan məlum olur ki, baxış zamanı külli miqdarda narkotik vasitələ və psixotrop maddənin qaçaqmalçılığı, satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə əlaqədar Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi arasında mütəmadi və çoxsaylı telefon danışıqlarının aparılması aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x2 tərəfindən 01 oktyabr 2019-cu il tarixli 108-1-14/10-19 məktubla istintaqa təqdim olunmuş şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan Məhərrəm, Sasan adlı və digər şəxsin istifadələrində olan müvafiq olaraq +**********98, +**********52 və +**********23 mobil telefon nömrələrinin kompüter açıqlamalarına keçirilmiş 04 oktyabr 2019-cu il tarixli baxış protokolundan məlum olur ki, baxış zamanı Məhərrəm adlı şəxsin istifadəsində olan +**********98 və Sasan adlı şəxsin istifadəsində olan +**********52 mobil telefon nömrəsi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında mütəmadi danışıqlar aparıldığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus 050 ***-**-** mobil nömrəli “Samsung Galaxy S9” markalı mobil telefon aparatına keçirilmiş 24 avqust 2019-cu il tarixli baxış protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə əlaqədar +**********52 nömrəli Sasam adlı istifadəçinin, **********98 nömrəli istifadəçinin, +**********20 nömrəli istifadəçinin 21-22 avqust 2019-cu il tarixlərdə zənglər etdiyi və “Whatsapp” proqramı vasitəsi ilə səs yazıları göndədiyui aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy S8+» markalı mobil telefon aparatına keçirilmiş 31 oktyabr 2019-cu il tarixli baxış protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 21 avqust 2019-cu il tarixdə “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə əlaqədar səs yazıları göndərilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 3 mənzil 120 ünvanına keçirilmiş baxış protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 3 mənzil 120 ünvanında keçirilmiş baxış zamanı SF-400” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirləri tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri təqsirləndirilən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 21 avqust 2019cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağın olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 19 oktyabr 2019-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə ağır cinayət törətdikləri görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin tətbiq olunmasını zəruri hesab etmir. Belə ki, 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə olunmuş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən normanın tələblərinə görə əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlaka və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübut olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş 1047,19 qram narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1047 qram heroin, 1180, 20 qram psixotrop maddə olan metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1179,80 qram metamfetamin, “SF-400” markalı elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus«Samsung Galaxy S9» markalı mobil telefon aparatı və 050 ***-**-** mobil nömrəli 1 ədəd sim-kart və Samsung Duos” markalı mobil telefon aparatı və 070 ***-**-** nömrəli sim-kart, Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy S8+» markalı mobil telefon aparatı cinayət işinin materiallırnda saxlanılmalıdır. İş üzrə maddi sübüt olan Bakı şəhər Səbail rayon Məhkəməsinin qərarna əsasən iş üzrə Təqsirləndirilən şəxs1 telefon danışıqlarının yazıldığı “4435-2019” nömrəli kompakt disk narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması hallarını birbaşa təsdiq etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan “KİA Cerato” markalı, Az**-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid8 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və mümkün əmlak müsadirəsi, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 431,46 (dörd yüz otuz bir manat qırx altı qəpiq) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 215,73 ( iki yüz on beş manat yetmiş üç qəpiq) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qtsmən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 21 avqust 2019-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qtsmən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 19 oktyabr 2019-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş 1047,19 qram narkotik vasitə olan heroinin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1047 qram heroin, 1180, 20 qram psixotrop maddə olan metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1179,80 qram metamfetamin, “SF-400” markalı elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus«Samsung Galaxy S9» markalı mobil telefon aparatı və 050 ***-**-** mobil nömrəli 1 ədəd sim-kart və Samsung Duos” markalı mobil telefon aparatı və 070 ***-**-** nömrəli sim-kart, Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy S8+» markalı mobil telefon aparatı cinayət işinin materiallırnda saxlanılsın. İş üzrə maddi sübüt olan Bakı şəhər Səbail rayon Məhkəməsinin qərarna əsasən iş üzrə Təqsirləndirilən şəxs1 telefon danışıqlarının yazıldığı “4435-2019” nömrəli kompakt disk narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması hallarını birbaşa təsdiq etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan “KİA Cerato” markalı, Az **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid8 təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 431,46 (dörd yüz otuz bir manat qırx altı qəpiq) manat təşkil edir və həmin məbləğdə pul təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 215,73 ( iki yüz on beş manat yetmiş üç qəpiq) manat məbləğində olmaqla tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbubi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar