Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-315/2021 17.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, x xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlayaraq daşımış və təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır: belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd bükümdə təmiz çəkisi 1,751 qram olan psixotrop maddə metamfetamini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində X5 Polis İdarəsinin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsindən keçən Sabunçu-Zabrat dəmir yolu xətti yaxınlığında saxlanılaraq DYNPİ-yə gətirilmiş, orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunun içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş, ayrıayrılıqda təmiz çəkiləri 0,896 qram və 0,855 qram, ümumi təmiz çəkisi 1,751 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən kustar üsulla hazırlanmş psixotrop-maddə metamfetamin aşkar edilərək götürülmüşdür; bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq 3 ədəd bükümdə təmiz çəkisi 2,777 qram olan külli miqdarda narkotik vasitə heroini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən Panda marketin qarşısında istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində ünvan 1 ünvanının yaxınlığında özünü şübhəli apardığı üçün həmin ərazidə xidmət aparan Sabunçu RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş, orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində «VİCTORY» yazıları olan kibrit qutusunun içərisindən 3 ədəd şəffaf rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 0,897 qram və 0,168 qram, ümumi təmiz çəkisi 2,777 qram kustar üsulla hazırlanmış külü miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə X5 Polis İdarəsinin əməkdaşları tərəfindən Sabunçu-Zabrat dəmir yolu xəttinin yaxınlığında saxlanılaraq X5 Polis İdarəsinə aparılmış, orada olan şəxslərin iştirakları ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən kibrit qutusunun içərisinə qoyduğu iki büküm “şüşə” kimi tanıdığı metamfetamin psixotrop maddəni və 157 manat pulu masanın üzərin qoymuş, həmin psixotrop maddə olan iki büküm metamfetamin zərfə qoyulub qabşlaşdırılmaqla möhürlənmiş, bu barədə protkol tərtib olunmuş, protokolu o və digər iştirakçılar imzalamış, üzərindən aşkar edilmiş 157 manat pul müstəntiq tərəfindən qəbzlə ona qaytarılmış; 2 ilə yaxındır ki, narkotik vasitələrdən könüllü istifadə edir, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində “Panda marketin” yaxınlığında “Mersedes 190” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan adını bilmədiyi üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 3 ədəd bükümdə 45 manat müqabilində narkotik vasitə heroin almış, aldığı 3 ədəd bükümlərdən bir ədədinin içərisindən bir az miqdarda narkotik vasitə götürüb istifadə etmiş, həmin 3 ədəd bükümü əynində olan boz rəngli cins şalvarının sağ yan cibində kibrit qutusunun içərisində saxlayaraq üzərində gəzdirirmiş. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 01:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, evinin yaxınlığında, gəzişərkən narkotik vasitənin təsirində olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etdərək polis əməkdaşları olmalarını bildirdikdən sonra onu şübhəli şəxs qismində Sabunçu RPİ-nin 12ci PB-nə aparmışlar, polis bölməsində ona hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, üzərində olan qanunla qadağan olunmuş hər hansı əşya, maddə varsa çıxarıb təqdim etməyi təklif edilmiş, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üzərində “Victoriya” yazılmış kibrit qutusunda olan 3 ədəd sellofan bükümdə şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə olan heroini, bundan başqa isə əynindəki şalvarın sol yan cibindən özünə məxsus “Samsung” markalı telefonu, sağ arxa cibindən isə içərisində 28 manat pul olan açıq qəhvəyi rəngli pul qabını polis əməkdaşlarına təhvil vermiş, həmin bükümlər orada açılmış, sorğu-suallara cavab olaraq həmin bükümdəkilərin heroin olduğunu bildirmiş, xx xxxxxx 2020-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində “Panda marketin” yaxınlığında üzdən tanıdığı “Mersedes 190” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 45 manata almışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyən polis serjantı Şahid1 ifadə verərək göstərmişdir ki, o, iş yoldaşı, yəni bir idarədə işlədiyi kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ilə birlikdə Sabunçu RPİ-nin inzibati ərazisində baş vermiş cinayətlərin açılması ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində olan zaman bir nəfər şəxsin Dirçəliş küçəsi, ev 58 ünvanının yaxınlığında narkotik vasitənin sərxoşluğu təsirində olmasını və özünü etik normalara uyğun aparmadığını görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş, özlərini təqdim etmişlər, şəxsiyyəti barədə onlara məlumat verməsini bildirmişlər, həmin şəxs adının Sahib olmasını, lakin üzərində heç bir şəxsiyyətini təsdiq edən sənədin olmadığını demiş, onlar Sahib adlı şəxsin narkotik vasitə aludəçisi olmasından və üzərində saxlamasından şübhə edib Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər, polis şöbəsində olan zaman onlara saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zərurəti yarandığından raportla bölmənin rəisinə müraciət etmişlər, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona video çəkiliş vasitəsilə baxış keçiriləcəyi deyilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində müdafiəçinin iştirak etməməsini bildirib ərizə yazmış, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanuna zidd əşya və ya predmet olduğu halda təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üzərində “Victory” yazısı həkk olmuş kibrit qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli 3 ədəd bükümdə maddəni çıxardaraq masanın üzərinə qoymuş və həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını demiş, sonuncu əynində olan şalvarın sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu və arxa cibindən isə içərisində 28 manat olan pul qabı aşkar edilmiş, sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Panda” marketin qarşısında şəxsiyyəti barədə məlumatı olmayan, lakin Mersedes 190 markalı avtomobillə taksi fəaliyyəti ilə məşqul olan şəxsdən özü istifadə etmək məqsədi ilə 45 manata əldə etdiyini və üzərində saxladığını demiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra onun üzərindən aşkar edilmiş 3 bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdimə aparılaraq iştirakçılar tərəfindən həmin sənədlər imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş X5 X6 axtarış şöbəsinin Xüsusi və mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3 ifadə verərək göstərmişdir ki, DYNPİ-nin CAŞ-a Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbə sakini təxminən 20- 25 yaşlarında “Sahib” alı şəxsin tez-tez Sabunçu dəmir yolu stansiyasının ərazisində qanunsuz olaraq narkotik vasitə istifadəsində, üzərində saxlama və gəzdirməsində şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuş, o, “Sahib” adlı şəxsin cinayət əməlini ifşa edib sonuncunun cinayət başında yaxalanması üçün Sabunçu dəmir yolu stansiyasının xidməti ərazisində əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə xx xxxxxx 2020-ci il tarixdə idarə rəisinə raportla məruzə etmiş, müsbət nəticə əldə olunduğuna görə həmin gün təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək özünü qrup rəhbəri, CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 Ağayəddin oğlu və CAŞ-ın əməliyyat müvəkkili polis leytenantı Şahid5 qrup üzvləri təyin edərək məlumatda göstərilən şəxsi müəyyən etmək üçün tədbirələrə başlamış, onlar tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində əlamətləri daxil olmuş məlumata uyğun gələn şəxs saat 15:40-da Sabunçu rayonu, Muxtarov qəsəbəsindən keçən Sabunçu- Zabrat dəmir yolu xətti yaxınlığında saxlanılmış, həmin gün saat 16:00 radələrində DYPNİ-nin növbətçi hissəsinə gətirilmiş, həmin şəxsin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, ev 58-də yaşayan x xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, DYNPİ-də saat 16:45 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla ilə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sol yan cibindən kibrit qutusundan içərisində ağ kristalvari maddələr olan iki ədəd sellofan büküm aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş hər iki bükümdə olan maddələrin el arasında “şüşə” kimi tanınan psixotrop maddə olduğunu, həmin maddələri xx xxxxxx 2020-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində əvvəllər tanımadığı və adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını etiraf etmiş, aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 Ağayəddin oğlu Şahid3 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş X5 Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili polis leytenantı Şahid5 ifadə verərək göstərmişdir ki, DYNPİ-nin CAŞ-a 20-25 yaşlarında Bakı şəhəri, Balaxanı qəsəbə sakini «Sahib» adlı şəxsin tez-tez Sabunçu dəmir yolu stansiyasının ərazisində qanunsuz olaraq narkotik vasitənin istifadəsində, üzərində saxlama və gəzdirməsində şübhəli olması barədə məlumat daxil olmuş, təxirəsalınmaz əməliyyat tədbirlərinin keçrilməsinə dair qərara əsasən DYNPİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 Aqil oğlu qrup rəhbəri olmaqla CAŞ-ın baş əməliyyat müvəkkili polis mayoru Şahid4 Ağayəddin oğlu və o, qrupun üzvü təyin edilmiş, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:40-da Sabunçu-Zabrat dəmir yol xəttinin Muxtarov qəsəbəsindən keçən hissəsində dəmir yol xəttinin yaxınlığında saxlanılaraq həmin gün saat 16:10-da DYNPİnin növbətçi hissəsinə aparılmış, idarədə həmin şəxsin ünvan 1 ünvanında yaşayan x xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, xidməti zərurətlə əlaqədar olaraq o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş DYNPİ-nin KTQ-nun inspektoru Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən DYNPİ-nə gətirilmiş adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş, həmin tarixdə saat 16:45-də Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şavarın sol yan cibindən, kibrit qutusundan iki ədəd sellofan büküm aşkar olunmuş, bükümlər açıldıqda isə içərisində ağ kristalvari maddələr olduğu müəyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin el arasında «şüşə» kimi tanınan psixotrop maddə olduğunu, həmin maddələri xx xxxxxx 2020-ci il tarixdə sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı və adını bilmədiyi şəxsdən özünün istifadə etməsi üçün 20 manata aldığını etiraf etmiş, aşkar olunmuş maddələr zərfə qoyularaq qabladırılmış və möhürlənmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən baxış zamanı bir ədəd kibrit qutusunun içərisindən 2 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 113). İşdə olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış haqqında protokoldan və ona əlavə edilmiş bir ədəd diskdə video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən baxış zamanı bir ədəd kibrit qutusunun içərisindən 3 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 23-24). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə xx xxxxxx 2020-ci il tarixli 2692 №-li ekspert rəyindən görünür ki, bir ədəd zərfin içərisində 2 ədəd bükümdə təmiz çəkisi 0,896 və 0,855 qram, ümumi təmiz çəkisi 1,751 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 120-123). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə xx xxxxxx 2020-ci il tarixli 4779 №-li ekspert rəyindən görünür ki, bir ədəd zərfin içərisində 3 ədəd bükümdə təmiz çəkisi 1,712 qram, 0,897 qram və 0,168 qram, ümumi təmiz çəkisi 2,777 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1-ci cild iş vərəqi 31-34). İşdə olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,777 qram olan narkotik vasitə heroin və 1,751 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil (2-ci cild iş vərəqi 68-77). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə x xxx 2020-ci il tarixli 1243 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 16-17). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 187). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 110). İşdə olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 14). İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 65-67). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metametaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı psixotrop maddə metamfetaminin çəkisi 1,751 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar, narkotik vasitə heroinin çəkisi 2,777 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X2 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən x xxxxxx 2020-ci il tarixədək tutulduğu müddət 2 (iki) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı, cəza təyin edilərkən həmin müddət nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə x xxx 2020-ci il tarixli 1243 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,717 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,651 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə xx xxxxxx 2020-ci il tarixli məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 114 (yüz on dörd) manat, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 109,90 (yüz doqquz manat doxsan qəpik) manat, cəmi 223,90 (iki yüz iyirmi üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən x xxxxxx 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və həmin müddət nəzərə alınmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,717 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,651 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə xx xxxxxx 2020-ci il tarixli məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 114 (yüz on dörd) manat, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 109,90 (yüz doqquz manat doxsan qəpik) manat, cəmi 223,90 (iki yüz iyirmi üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-315/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-315/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver