Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-315/2022 18.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri, A.Ağazadə küçəsi, ev 7, dalan 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə saat 21 radələrində Salyan şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi ilə, külli miqdar hesab edilən 400,0 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə gətirmiş, 22 iyul 2021-ci il tarixdə saat 00:30 dəqiqədə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, Şahid3 küçəsi 69 saylı ünvanda yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sol yan cibində satış məqsədi ilə əldə edib saxladığı bir ədəd ağ rəngli sellofana bükülmüş külli miqdar hesab edilən 400,0 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan şəhər sakinidir, evlidir, iki azyaşlı uşağı var, ailəsi ilə bir yerdə yaşayır və heç yerdə işləmir. Əvvəllər 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə bir il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını çəkib qurtarmışdır. Bu iş üzrə tutulanadək narkotik vasitə olan heroin istifadə etmişdir. Heroini Salyan şəhər sakini X3 əldə edirdi. Heroini yalnız öz istifadəsi üçün alırdı. 21 iyul 2021-ci il tarixdə Pərvizdən şəxsi istifadəsi üçün 1 qram heroin əldə etmişdir. Həmin gün həmyerlisi olan Şahid4 idarə etdiyi taksi maşını ilə Salyandan Qaradağ rayonuna bibisioğlugilə getmək üçün yolüstü Salyanda Pərvizlə görüşərək qeyd etdiyi bir qram heroini 20 manata almışdır. İlkinin idarə etdiyi taksi avtomobili ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərzisinə gəlmişdir. Hava artıq qaralmışdır. Lökbatan qəsəbəsində olduğu zaman İlkinin idarə etdiyi maşını 3 maşın əhatə etmiş, onu və İlkini həmin maşınlardan çıxan mülki geyimli şəxslər saxlamış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib onun üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da səmimi olaraq etiraf edərək narkotik maddə heroin istifadə etdiyini deyib üzərində narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Post patrul maşınına mindirərək Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Orada təhqiqatçı xidməti otaqların birində hüquq və vəzifələrini izah etdikdən sonra bir nəfər vəkil dəvət edib üzərində olan əşyaları təqdim etməyi dedikdə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd «Samsung GT-J3322İ» markalı mobil telefonu və həmin şalvarının sol yan cibindən içində təxminən bir qram olan büküm aşkar etmişlər. Lakin polis əməkdaşları onu hədələyərək və təzyiq göstərərək 400 qram heroin olan sellofan bükümün ona məxsus olmasını boynuna almasını məcbur edərək işi elə sənədləşdirmişlər ki, guya ondan bir qram deyil, 400 qram heroin aşkar edilmişdir. Qorxduğu üçün tərtib olunmuş protokolu imzalamışdır. Onun üzərinə axtarış prosesini 12 dəfə videogörüntüyə almışlar. Səbəbi də o olmuşdur ki, o,üzərindən 400 qram heroin çıxmasını təsdiq etmək istəmirdi. Yalnız sonuncu çəkilişdə polis əməkdaşlarının tələb etdiyi hərəkətləri etmişdir. Məhkəmədən xahiş edir ki, X4 məhkəməyə dəvət olunaraq ifadəsi alınsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, həmkarı Şahid2 Təqsirləndirilən şəxs Salyan rayonundan Lökbatan qəsəbəsinə külli miqdarda narkotik vasitəsi ilə gəlməsi barədə məxfi məlumat daxil olmuş, Şahid2 raportla rəhbərliyə müraciət etmiş və rəhbərlik tərəfindən əməliyyat tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs saxlanılması barədə qərar çıxarılmış, həmçinin əməliyyat qrupunun yaradılmasına dair əmr verilməklə Şahid2 qrupun rəhbəri, o isə qrupun üzvü təyin edilmişlər. Əməliyyat tədbirinin Xətai rayonu ərazisindən kənarda keçirilməsi səbəbini bilmir, o və Şahid2 rəhbərliyin qərarı və əmri əsasında hərəkət etmişlər. Məlumatı yoxlamaq məqsədilə maşınla Şahid2la birlikdə 21 iyul 2021-ci il tarixdə gecə vaxtı Qaradağ rayonu Lökbatan dairəsinə, orada olan Azpetrol yanacaq doldurma məntəqəsinin yanına gəlmiş, orada bir taksi maşınından zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin endiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs kimliyi ilə maraqlandıqda sonuncu Təqsirləndirilən şəxs olduğunu, Salyan şəhərindən gəldiyini və üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onu və sürücü sonradan adını bildiyi Şahid4 Xətai RPİ-nin 37-ci PŞ-nə apararaq təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təhqiqatçı Şahid1 şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı barədə şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmiş və Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Samsunq» markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kəsilmiş sellofana bükülmüş içərisində şəffaf rəngli sellofanda olan bükümü çıxararaq masanın üzərinə qoymaqla bildirmişdir ki, sellofan bükümdə narkotik vasitə olan heroin var. Həmin selofan bükülü təhqiqatçı tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli, heroinə bənzər toz halında olan kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkisi çəkilərək məlum olmuşdur ki, həmin kütlənin çəkisi 400 qramdan yuxarıdır. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik maddəni haradan əldə etməsini soruşduqda sonuncu bildirmişdir ki, 21 iyul 2021-ji il tarixdə saat 21 radələrində Salyan rayonunda dairə deyilən yerdən «Pərviz» adlı şəxsdən götürmüş, həmin maddəni Bakı şəhəri, Qaradağ rayonu ərazisinə çatdıqdan sonra onun bildirəcəyi şəxsə verməli idi. Həmin şəxs isə ona 2350 manat verməli, həmin puldan 100 manatını özünə götürməli, 50 manatını isə taksi avtomobilinin sürücüsünə verməli idi, bir şərtlə ki, taksi sürücüsü onu geriyə Salyana çatdırmalı idi. Qeyd etmək istəyir ki, tədbirə bir maşında Şahid2la getmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz zorakı hərəkətlər olmamış, sonuncu özünü intizamlı aparmış, heç bir etiraz etmədən onlarla birlikdə PŞ-nə getmiş və istintaq hərəkətlərində iştirak etmişdir. Həmçinin onu da bildirir ki, şöbədə sürücünün Təqsirləndirilən şəxs hərəkətlərinə heç bir aidiyyatının olmadığı müəyyən edildiyi üçün təhqiqatçı onu sərbəst buraxmışdır. O ki, qaldı Pərviz adlı şəxsin müəyyən edilməsi və saxlanılması məsələsinə bu tədbirdən sonra o, məzuniyyətə çıxmış və bu məsələdən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhər sakini kimi tanımış, hətta müxtəlif vaxtlarda taksi sürücüsü olaraq Hidayəti Salyandan özünə məxsus “Xəzər LX” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə aparmışdır. 21 iyul 2021-ci il tarixdə saat 22-23 radələrində yaşadığı Salyan rayonunda avtovağzalda dayanıb müştəri gözləyən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb təcili Bakı şəhərinə getməli olduğunu demiş, o, isə daha 3 nəfər müştəri götürəndən sonra gedə biləcəyini ona demişdir. Hidayət tələsdiyini, digər sərnişinlərin də pulunu özü verəcəyini bildirib getmək üçün ona 30 manat pul verəcəyini demiş və bu qiymət ona sərf etdiyi üçün Hidayətlə razılaşmış və Hidayət avtomobilinə əyləşmişdir. Avtovağzaldan çıxdığı vaxt Hidayət avtomobili bir dəqiqəlik saxlamağını xahiş etmiş, avtomobildən düşüb bir qədər aralaşmış və bu zaman o görmüşdür ki, Hidayət Salyan rayon sakini kimi tanıdığı Pərviz adlı şəxslə görüşüb qayıdıb yenidən avtomobilinə əyləşmişdir. Yol üstü daha bir sərnişin götürmüş, həmin sərnişin Xıdırlıda maşından düşmüşdür. Hidayətin üzərində hər hansı bir əşya görməmiş, sonuncu ona Bakı şəhərinə getmək məqsədini deməmiş, yalnız bildirmişdir ki, Lökbatanda maşından düşəcəkdir. Lökbatana çatdıqda Hidayət avtomobildən düşüb bir neçə metr aralaşmışdır ki, 2 nəfər əvvəllər tanımadığı şəxs Hidayətə yaxınlaşıb qısa nə isə söhbət etmişlər. Həmin şəxslərin Hidayətlə söhbətlərindən anlamışdır ki, onlar polis əməkdaşlarıdır. Həmin şəxslər avtomobilə yaxınlaşıb özlərini ona təqdim etmişlər. Məlum olmuşdur ki, həmin 2 nəfər mülki geyimdə olan şəxslər Xətai rayon polis idarəsinin əməkdaşlarıdır və onlar ona izah etmişlər ki, onlarda olan məlumata görə Hidayətdə narkotik vasitə olmasından şübhələnirlər. Bu barədə ondan soruşanda o, bundan xəbəri olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Orada Hidayətin üzərindən narkotik vasitə aşkar edilmiş, onun isə Hidayətin əməlinə heç bir aidiyyatı olmadığı müəyyən edildiyi üçün onu şöbədən sərbəst buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, Təqsirləndirilən şəxs barəsində məlumatı 21.07.2021-ci il tarixdən bir neçə gün əvvəl narkotik dövriyyəsi ilə əlaqədar saxladıqları Cəfərzadə Ceyhun vermişdir. X7 barəsində keçirilmiş tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə hal-hazırkı əməliyyat keçirilmişdir. Belə ki, Ceyhun Cəfərzadə və Təqsirləndirilən şəxs eyni mənbədən narkotik vasitə əldə edib satışı ilə məşğul olmuşlar. Ceyhun Cəfərzadənin barəsində hal-hazırda Xətai RPİ-nin İŞ-də istintaq aparılır. Məlumata əsasən Təqsirləndirilən şəxs Salyan rayonundan Lökbatan qəsəbəsinə «Xəzər» markalı 99FN 157 sedan maşınla külli miqdarda narkotik vasitə ilə gəlməli idi. Məlumatla bağlı raportla rəhbərliyə müraciət etmiş və rəhbərlik tərəfindən əməliyyat tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs saxlanılması barədə qərar qəbul edilmiş, həmçinin əməliyyat qrupunun yaradılmasına dair əmr verilməklə onu qrupun rəhbəri, Şahid3 isə qrupun üzvü təyin edilmişlər. Tədbirə, yəni Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsində gələcəyi əraziyə öz maşını ilə Şahid3 ilə birlikdə getmiş, həmin ərazidə yanacaq doldurma məntəqəsinin yanında «Xəzər» markalı 99FN 157 sedan taksi maşınından zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin endiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Salyan şəhərindən taksi sürücüsü Şahid4la gəldiyini və üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onu və sürücü Şahid4 Xətai RPİ-nin 37-ci PŞ-nə apararaq təhqiqatçı Şahid1 təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, həmin baxışda o və Şahid3 iştirak etmişlər.Təhqiqatçı Şahid1 şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmiş və Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Samsunq » markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kəsilmiş sellofana bükülmüş içərisində şəffaf rəngli sellofanda olan bükümü çıxararaq masanın üzərinə qoyaraq bildirmişdir ki, sellofan bükümdə narkotik vasitə olan heroindir, həmin heroini Salyan şəhər sakini Pərviz Əliyevdən qəbul etmiş və Lökbatan qəsəbəsində Pərvizin deyəcəyi şəxsə verməli idi. Lakin polislərin keçirdikləri əməliyyat nəticəsində işi alınmamışdır. Həmin selofan bükülü təhqiqatçı tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında olan kütlə aşkar edilmişdir. Həmin kütlənin çəkisi xatırladığı qədər 400 qramdan yuxarı olmalıdır. Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz zorakı hərəkətlər olmamış, sonuncu özünü intizamlı aparmış, heç bir etiraz etmədən onlarla birlikdə idarəyə getmişdir. Əlavə etmək istəyir ki, Pərviz Əliyevin saxlanılması ilə əlaqədar əməliyyat tapşırığı ona verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞnin baş təhqiqatçısı polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi sonuncu əməliyyatçılar Şahid2 və Şahid3 tərəfindən 37-ci PŞ-nə gətirilib prosessual hərəkətlərin keçirilməsi üçün ona təqdim edilən 22 iyul 2021-ci il tarixdən tanımışdır. Belə ki, sonuncu narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar şübhəli olduğu üçün şöbəyə dəvət edilmişdir. Qanunla müəyyən edilmiş prosessual hərəkətləri həyata keçirmiş, şübhəli şəxs olan Təqsirləndirilən şəxs müdafiəsi üçün vəkil dəvət edilmiş və əməliyyatçıların iştirakları ilə videçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl şübhəli şəxsə üzərində və əşyalarında narkotik vasitələr və yaxud digər qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kəsilmiş sellofana bükülmüş içərisində şəffaf rəngli sellofanda olan bükümü çıxararaq təqdim edərək həmin bükümdəki kütlənin heroin olmasını bildirmiş, həmin selofan bükülü tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında olan və heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə onun tərəfindən elektron tərəzidə çəkilərək çəkisinin 459,64 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddəni 21 iyul 2021-ci il tarixdə saat 21 radələrində Salyan rayonunda dairə deyilən yerdən «Pərviz» adlı şəxsdən əldə etdiyini, Pərvizin tapşırığı ilə yol taksi avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində Pərvizin dediyi şəxslə görüşüb verəcəyini, əvəzində həmin şəxsdən 2350 manat pul almalı olduğunu, həmin puldan 100 manatını özünə götürməli, 50 manatını isə taksi avtomobilinin sürücüsünə verməli olduğunu və qalan 2200 manat pulu Salyan rayonunda Pərvizə zəng etdikdən sonra Pərvizin deyəcəyi yerdə qoymalı olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək baxışın iştirakçıarının imzaları çəkilmişdir. Həmçinin baxışın nəticəsinə dair tərtib olunmuş protokol da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ona qarşı hər-hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq dövründən Salyan rayon sakini kimi tanıyır. O, özü də Salyan şəhər sakini olmaqla orada yaşayır və ticarətlə məşğul olur. Salyan şəhər məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu CM-nin 234.1-ci maddəsi ilə bağlıdır, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar Salyan rayon İcra və Probasiya şöbəsində qeydiyyatdadır, bura məhkəməyə həmin şöbənin əməkdaşının müşaiyyəti ilə gəlmişdir. Hidayətin verdiyi ifadə ilə razı deyildir, ona ümumiyyətlə narkotik vasitə verməmiş, belə bir hal olmamışdır. Hidayət Bakı şəhərində tutulduqdan bir neçə gün sonra sonuncunun qardaşı Feyzulladan bilmişdir ki, Hidayət narkotiklə tutulubdur. Hidayətin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əlaqədar onu da saxlayıb dindirmişlər. Lakin məsələni müstəntiq araşdırdıqdan sonra onu sərbəst buraxmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan 22.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhərində yaşayan “Hidayət” adlı şəxsin mütəmadi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olparaq əldə etməsi, onları daşıması, istifadə etməsi və alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan 22.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılaraq Bakı şəhəri Xətai PRİ-nin 37ci RŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürülmə aparılması haqqında” 22.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində bir ədəd ağ rəngli kəsilmiş sellofana bükülmüş külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Salyan rayonunda “Pərviz”adlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 22.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Xətai rayon məhkəməsinin 23.07.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021ci il tarixli, 6/3007 salı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-153» dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 400,0 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısında (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2021-ci il tarixli, 2921 saylı rəydən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 02.11.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 399,95 qram heroin saxlanc üçün Bakı şəhəri Xətai RPİ-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 12.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 25.02.2011-ci il tarixli qərarı ilə 03 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Salyan rayon məhkəməsinin 22.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.05.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluqları ödənilmiş və həmin məhkumluqlar ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitənin miqdarı külli miqdar əlamətindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasının onun cəzanı yüngülləşdirən hal kimi nəzər alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 22 iyul 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİdə saxlanılan tədqiqatdan sonra qalmış ümumilikdə 399,95 qram çəkidə nakotik vasitə herloin məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan tədqiqatdan sonra qalmış ümumilikdə 399,95 qram çəkidə nakotik vasitə herloin məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-315/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-315/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver