Məhkəmə qərarları › İş №1(101)-315/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-315/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-315/2023 16.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır; belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Yavər” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Yavər” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 10 iyun 2022-ci il tarixdə saat 03 radələrində sonuncunun tapşırığı ilə ünvan 3 ünvanın yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş içərisində külli miqdarda, ümumi təmiz çəkisi 510,841 qram olan narkotik vasitə qurudulmuş marixuana, küli miqdarda təmiz çəkisi 53,726 qram narkotik vasitə olan heroin, külli miqdarda, təmiz çəkisi 50,038 qram olan psixotrop maddə olan metamfetamin olan çəhrayı rəngli, üzərində qadın şəkili və “Christian Dior” yazısı olan sellofan torbanı qanunsuz olaraq götürərək əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 03:30 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əlində olan çəhrayı rəngli, üzərində qadın şəkili və “Christian Dior” yazısı olan yazısı olan sellofan bağlamanın içərisindən 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində külli miqdarda, təmiz çəkisi 53,726 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində külli miqdarda, təmiz çəkisi 50,038 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə 80 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf rəngli bağlamanın içərisində 420 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf rəngli bağlamanın içərisindən ümumilikdə 13 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,710 qram, 0,765 qram, 0,880 qram, 0,848 qram, 0,842 qram, 0,813 qram, 0,879 qram, 0,847 qram, 0,813 qram, 0,881 qram, 0,846 qram, 0,888 qram, 0,829 qram olmaqla ümumi təmiz çəkisi 10,841 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 aydır ki, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Yavər adlı şəxslə “facebook” sosial şəbəkəsində tanış olmuş, Yavər ilə narkotik və psixotrop maddələr barədə danışdıqda sonuncu ona bununla bağlı olaraq iş qurmağı təklif etmiş, aralarında olan razılığa əsasən o, Yavərin dediyi yerdən narkotik vasitə və ya psixotrop maddəni götürüb digər bir yerə qoymalı imiş, onun funksiyası bundan ibarət olmuş, bunun müqabilində Yavər onun üçün bağlamaların içərisində narkotik vasitə və ya psixotrop maddəni qoymuş və o, həmin maddələrdən istifadə etmişdir, o, heç kimə nakotik vasitə samamışdır. Yavər ilə “Fcebook” sosial şəbəkəsində tanış olmasına baxmayaraq sonuncu ilə Whatsapp vasitəsilə danışmışdır. Yavər ilə tanışlığından əvvəl o, müxtəlif şəxslərdən narkotik vasitə və ya psixotrop maddə alaraq istifadə etmişdir. 10 iyun 2022-ci il tarixdə saat 03 radələrində piyada Nizami rayonu, Q.Qarayev prospekti 54 saylı ünvanın yaxınlığından keçərkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar. Onu avtomobilə əyləşdiklərdikdən sonra polis əməkdaşlarından biri onun mobil telefonuna baxmış və yaxınlıqda saxlanılmış “Kamaz” markalı avtomobilin yanına gedərək oradan 01 ədəd torbanı gətirmişdir. Torbada 03 ədəd bağlama var olmuşdur. Birində narkotik vasitə olan heroin, ikincidə psixotrop maddə olan metamfetamin, digərində isə narkotik vasitə olan qurudulmuş marixuana var imiş. Polis əməkdaşlarının yuxarıda qeyd edilən maddələri götürdüklər yeri Yavər ona “Votsap” vasitəsilə göndərmişdir. Yavərin ona dediklərinə əsasən heroin 20 qram, metamfetamin 20 qram, qurudulmuş marixuana isə maksimum 200 qram imiş. Onlar avtomobil ilə oradan Nizami RPİ-nin 25-ci PŞ-nə getmişlər. PŞ-də biraz dayandıqdan sonra onlar təkrar avtomobil ilə çölə çıxmışlar. Avtomobildə olarkən polis əməkdaşı ondan kirayə qalıb- qalmadığını, həmçinin kiminlə qaldığı barədə sual vermişdir. O polis əməkdaşlarına anasıyla birlikdə kirayədə qaldığını demişdir. Daha sonra polis əməkdaşları və o birlikdə evə daxil olmuşlar. Evdə olarkən polis əməkdaşları yaşadıqları mənzilin yataq otağından təxminən 8-9 ədəd kağız və selofan bükümlərdə içərisində narkotik maddə olan qurudulmuş marixuana aşkar etmişlər. Həmin bükümlərin birində olan narkotik maddə digərlərindən çox imiş. Həmin bükümdə 80 qram miqdarında qurudulmuş marixuana var imiş. Yaşadığı evdə aşkar olunan maddələr polis əməkdaşları tərəfindən götürülmüş və biz 25-ci PŞ-nə getmişlər. PŞ-də olarkən ona “Kamaz” markalı avtomobildən götürülən və yaşadığı evdən aşkar olunan maddələri üzərindən aşkar olunmuş kimi qeyd edilməsi bildirilmişdir. Əks halda onun ailə üzvlərinin işə qarışacağı deyilmişdir. Yəni ona psixoloji təzyiq olunmuş, lakin fiziki təzyiq olunmamışdır. O da həmin vaxt həyəcanlı olduğu üçün polis əməkdaşlarının dedikləri kimi etmişdir. Yəni videoçəkiliş zamanı “Kamaz” markalı avtomobildən götürülən və yaşadığı evdən aşkar olunan heroin, metamfetamin və qurudulmuş marixuanamnm üzərində olduğunu bildirmişdir. Videoçəkiliş bitdikdən sonra protokol tərtib olunmuş, tərtib olunmuş protokol onun tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövrində verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsndə göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamindən istifadə edir. Təxminən 4-5 aydır ki, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Yavər adlı şəxslə “facebook” sosial şəbəkəsində tanış olmuşdur. Yavər ilə narkotik və psixotrop maddələr barədə danışdıqda sonuncu ona bununla bağlı olaraq iş qurmağı təklif etmişdir. Aralarında olan razılığa əsasən o Yavərin dediyi yerdən narkotik vasitə və ya psixotrop maddəni götürüb digər bir yerə qoymalı imiş. Onun funksiyas bundan ibarət olmuşdur. Bunun müqabilində Yavər onun üçün bağlamaların içərisində narkotik vasitə və ya psixotrop maddəni qoyurmuş və o həmin maddələrdən istifadə edirmiş. Yavər ilə “facebook” sosial şəbəkəsində tanış olmağına baxmayaraq sonuncu ilə “whatsapp” vasitəsilə danışırmış. Yavər ilə tanışlıqdan əvvəl o müxtəlif şəxslərdən narkotik vasitə və ya psixotrop maddə alaraq istifadə etmişdir. Onun iş saatı gecə saatlarında təsadüf edirmiş. Gündüz saatlarında isə istirahət edirmiş. 10 iyun 2022-ci il tarixdə saat 03 radələrində Yavərin tapşırığı ilə piyada Nizami rayonu, Q.Qarayev prospekti 54 saylı ünvanın yaxınlığına gəlmişdir. Orada Yavər ona yol kənarında olan avtomobil təkərinin içərisində narkotik vasitə və ya psixotrop maddələrin olduğu bağlamanı götürməyi bildirmişdir. O Yavərin dediyi kimi etmiş və üzərində “Christian Dior” yazısı olan çəhrayı rəngli bağlamanı götürmüşdür. Bağlamanın içərisində onun zəhmət haqqı kimi yəni pul əvəzi olaraq ona veriləsi 13 ədəd bükümdə qurudulmuş marixuana, həmçinin digər bağlamalarda qurudulmuş marixuana, heroin və metamfetamin olmalı imiş. Təxminən 10- 15 metr Neftçilər metrosu istiqamətində irəlilədikdə iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona üzərində narkotik vasitə saxlamaqda və daşımaqda, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək onu polis şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 25-ci PŞ-nə getmişdir. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrimi izah etmişər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi Səlimxan İsmayılov ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o çiynindən asdığı qara rəngli çantanı təqdim etmişdir. Çantanın içərisinə baxış keçirildikdə orada ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefon, “01” ədəd “Samsunq” markalı mobil telefon, 01 ədəd saat, 25 manat məbləğində pul, 01 ədəd qara rəngli qulaqcıq, 01 ədəd göy rəngli alışqan, içərisində siqaretlərin olduğu 01 ədəd dəmir qab aşkar olunmuşdur. Bundan sonra əlində olan çəhrayı rəngli, üzərində qadın şəkli və “Christian Dior” yazısı olan selofan bağlamanı təqdim etmişdir. Həmin bağlamaya baxış keçirildikdə oradan 5 ədəd şəffaf selofan bağlama aşkar edilmişdir. Həmin bağlamaların birində narkotik maddə olan heroin, digərində psixotrop maddə olan metamfetamin, 2 ədəd selofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd selofan bağlamanın içərisində 13 ədəd kiçik həcmli selofan bağlama, həmin bağlamaların hər birində isə narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş 18 ədəd bağlama qablaşdırılmış və götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər (1-ci cild iş vərəqi 80-82). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 25-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə “Aslan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitənin saxlanılması və daşınması ilə məşğul olması barədə Nizami RPİ-nin 25-ci PŞ-nə məlumat daxil olmuşdur. Buna görə də Aslan adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 10 iyun 2022- ci il tarixdə saat 03 radələrində o və Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Aslan adlı şəxsin ünvan 6 ünvanın qarşısında olduğunu görüb sonuncuya yaxınlaşmışlar və Aslana özlərini təqdim etmişlər. Həmin vaxt Aslan adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Aslanı tanış edib qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və daşınması ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Nizami RPİ-nin 25-ci PŞ-nə getməsi Aslana təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. X7 İbrahimli ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X3 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 04 radələrində 25-ci PŞ-nin təhqiqatçısı X2 məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Təqsirləndirilən şəxs ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli çantanı təqdim etmişdir. Çantanın içərisinə baxış keçirildikdə oradan 01 ədəd “Redmi” markalı mobil telefon, “01” ədəd “Samsunq” markalı mobil telefon, 01 ədəd saat, 25 manat məbləğində pul, 01 ədəd qara rəngli qulaqcıq, 01 ədəd göy rəngli alışqan, içərisində 3 ədəd siqaretin olduğu 01 ədəd dəmir qab aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan çəhrayı rəngli, üzərində qadın şəkli və “Christian Dior” yazısı olan selofan bağlamanı təqdim etmişdir. Həmin bağlamaya baxış keçirildikdə oradan 5 ədəd şəffaf selofan bağlama aşkar edilmişdir. Həmin bağlamaların birində qəhvəyi rəngli, narkotik maddə olan heroin, digərində ağ rəngli, psixotrop maddə olan metamfetamin, 2 ədəd selofan bağlamada yaşıl rəngli, ot şəklində, narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd selofan bağlamanın içərisində 13 ədəd kiçik həcmli selofan bağlama, həmin bağlamaların hər birində isə narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəlləri onlar tərəfindən tutulduğu yerdən təxminən 10-15 metr məsafədə, yol kənardında olan avtomobil təkərinin içərisindən götürdüyünü, 13 ədəd kiçik bağlamalarda olan qurudulmuş marixuananın onun özünə çatası olduğunu, yəni pul əvəzi olaraq Yavər adlı şəxsdən sifariş etdiyini, digər maddələri isə götürdükdən sonra Yavərin ona bildirəcəyi yerə qoymalı olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş 18 ədəd bağlama qablaşdırılmış və götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Bundan başqa o və Şahid2 şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs ilə birgə sonuncunun yaşadığı ünvan 2 ünvanında getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxsalar da, oradan hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs yaşadığı evə rəsmi şəkildə baxış keçirməmişlər və oradan PŞ-yə geri qayıtmışlar. Məhkəmə zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 25-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İşdə olan şəxsi axtarış və götürmə aparılması barədə 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 25-i PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Nizami RPİ-nin 25-ci PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli çantanı təqdim etmiş, çantanın içərisinə baxış keçirildikdə orada ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefon, “01” ədəd “Samsunq” markalı mobil telefon, 01 ədəd saat, 25 manat məbləğində pul, 01 ədəd qara rəngli qulaqcıq, 01 ədəd göy rəngli alışqan, içərisində 3 ədəd siqaretin olduğu 01 ədəd dəmir qab aşkar olunmuş, Təqsirləndirilən şəxs əlində olan çəhrayı rəngli, üzərində qadın şəkli və “Christian Dior” yazısı olan selofan bağlamanı təqdim etmiş, həmin bağlamaya baxış keçirildikdə oradan 5 ədəd şəffaf selofan bağlama aşkar edilmiş, həmin bağlamaların birində narkotik maddə olan heroin, digərində psixotrop maddə olan metamfetamin, 2 ədəd selofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd selofan bağlamanın içərisində 13 ədəd kiçik həcmli selofan bağlama, həmin bağlamaların hər birində isə narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş, aşkar edilərək götürülmüş 18 ədəd bağlama qablaşdırılmış, götürülmüş, şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır (1-ci cild iş vərəqi 30-31). İşdə olan 10 iyun 2022-ci il tarixli yaddaş kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 25-i PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Nizami RPİ-nin 25-ci PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli çantanı təqdi etmiş, çantanın içərisinə baxış keçirildikdə orada ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefon, “01” ədəd “Samsunq” markalı mobil telefon, 01 ədəd saat, 25 manat məbləğində pul, 01 ədəd qara rəngli qulaqcıq, 01 ədəd göy rəngli alışqan, içərisində 3 ədəd siqaretin olduğu 01 ədəd dəmir qab aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan çəhrayı rəngli, üzərində qadın şəkli və “Christian Dior” yazısı olan selofan bağlamanı təqdim edir. Həmin bağlamaya baxış keçirildikdə oradan 5 ədəd şəffaf selofan bağlama aşkar edilmiş, həmin bağlamaların birində narkotik maddə olan heroin, digərində psixotrop maddə olan metamfetamin, 2 ədəd selofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd selofan bağlamanın içərisində 13 ədəd kiçik həcmli selofan bağlama, həmin bağlamaların hər birində isə narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş, aşkar edilərək götürülmüş 18 ədəd bağlama qablaşdırılır və götürülür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılır (1-ci cild iş vərəqi 62). İşdə olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 16 iyul 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrdən və həmin mobil nömrələrə gedən mesaj mətnlərində “10 mntlix var”, “Qaqa normal nese tema var, gelib deyerdim, l.dene goturerdim zulum zileti, şeherdeyem taksi çagrirdim,alnirsa yoll ustu,deyib keçerdim”, “Qaqa burda avara qalmiwix bura qariwixdi qardawimsan oyren yazda nededi tapa bilmiriy. yeri tapmiwix baglamani tapa bilmiriy”, “Qaqa menen siyaza cix eve getmey isdirem qaqaw hardadi gorwum onan”, “Yuxu aparib yatib qalmisam sən ceki at yerini deyəcəm götürərsəm”, “Qaqa bizim. Qapİdaki kubikin arxasi saqqiz qutusu ama bax kimsə görməyə götürəndə gələn olsa yavaşca bizim qapini doy”, “nə məsləhət görürsən nece edek nece oturesen mene amnati sen hardasan nə islə məsqulsan”, “Qaqam basina dönərəm onu aqlin kəsən biryere qoy mən birazdan goturum sənidə avaragor etməyim”, “Zakladka kimi bir yer yurd ele aqlin kesen yerini yas imkan daxilindede seklin at mən goturecem”, “Qaqa vallah zakida bir curə otdu məndə ozumucun onnan goturmusəm vallah çəkən naraziliq etmir mən trezvi baxmadimsa tutammiram”, “Anladm ama brat hansinnan onu anlamadim yasildan yoxsa ağdan?”, “Qaqa yolun ortasinda qalmaqin dert deyil ama bes qaqa zaklatka gotutmeye gedirsen niye qrujonnusanki”, “Ay Qaqa yolun ortasinda qalmisam Ozude qurjonu” kimi şübhəli mesajlar mətnləri vardır (1-ci cild iş vərəqi 130-169). İşdə olan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilməsi haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “whatsapp” proqramına daxil olduqda orada +**********89 mobil nömrəli “Yaver Qardaş” kimi qeydiyyatda keçirilən şəxslə Təqsirləndirilən şəxs arrasmda səsli və sözlü mesaj vasitəsilə danışıqlar vardır. Həmin danışıqlarda “Yaver Qardaş” kimi adı yazılan şəxsin Təqsirləndirilən şəxs “Kamaz” markalı avtomobilin öndən sol tərəfini işarəli halda şəkilini göndərdiyini və həmin şəkilin alt hissəsində “neftçilərdə rahat super marketin arxasında 264 bu maşını gorecek arxa tekerin ustunde” yazdığı görsənir. Bundan başqa həmin avtomobilin olduğu yerin xəritədə ünvanı da göndərilmişdir. Həmçinin 10 iyun 2022-ci il tarixdən əvvəlki vaxtlarda da, “Yaver Qardaş” kimi adı yazılan şəxsin Təqsirləndirilən şəxs xəritədə ünvanı və işarəli fotoşəkilli olmaqla bir neçə mesaj göndərdiyi görsənir. Təqsirləndirilən şəxs “Yaver Qardaş” kimi adı yazılan şəxsin Yavər adlı İran İslam Respublikasının vətəndaşı olduğunu, təxminən 4-5 aydır ki, Yavər ilə “facebook” sosial şəbəkəsində tanış olduğunu, bir neçə dəfə Yavərin dediyi yerdən narkotik vasitə və ya psixotrop maddəni götürüb digər bir yerə qoyduğunu, bunun müqabilində Yavər onun üçün bağlamaların içərisində narkotik vasitə və ya psixotrop maddəni qoyduğunu, Yavər ilə “facebook” sosial şəbəkəsində tanış olmağıma baxmayaraq sonuncu ilə “whatsapp” vasitəsilə danışdığını bildirdi. Həmçinin qeyd etdi ki, son dəfə 10 iyun 2022-ci il tarixdə Yavərin tapşırığı ilə piyada Nizami rayonu, Q.Qarayev prospekti 54 saylı ünvanın yaxınlığına gedərək orada yol kənarında, avtomobil təkərinin içərisində narkotik vasitə və ya psixotrop maddələrin olduğu bağlamanı götürmüşdür. Həmin avtomobilin təkərinin fotoşəkilini ona Yavər “whatsapp” vasitəsilə göndərmişdir (1-ci cild iş vərəqi 64-65). İşdə olan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsunq” markalı mobil telefona baxış keçirilməsi haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir (1-ci cild iş vərəqi 63). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 10 iyun 2022-ci il tarixli 6/3271 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün N 165” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 53,726 qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 50,038 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə; Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 41-45). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 10 iyun 2022-ci il tarixli 7/608 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən....” yazıları və imzaları olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-80 qram, 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 420 qram və 13 (on üç) ədəd sellofan bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri: 0,710 qram, 0,765 qram, 0,880 qram, 0,848 qram, 0,842 qram, 0,813 qram, 0,879 qram, 0,847 qram, 0,813 qram, 0,881 qram, 0,846 qram, 0,888 qram, 0,829 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narktotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi - 510,841 qramdır (1-ci cild iş vərəqi 46- 49). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 24 iyun 2022-ci il tarixli 7/643 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (1-ci cild iş vərəqi 178-180). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 07 sentyabr 2022-ci il tarixli 5013 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 231-232). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (1-ci cild iş vərəqi 122). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 daxil olmuş 25 iyun 2022-ci il tarixli 5756 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (1-ci cild iş vərəqi 129). İşdə olan əməliyyat tapşırığına verilmiş 20 avqust 2022-ci il tarixli cavabdan görünür ki, ünvan 3 ünvanın və ünvan 7nda bir neçə videomüşahidə kameraları müəyyən olunmağına baxmayaraq həmin kameraların 10 iyun 2022-ci il tarixə aid videogörüntüləri hazırki vaxtadək kameraların yaddaşında qalmamışdır (1-ci cild iş vərəqi 204). İşdə olan şübhəli şəxsin tutulması haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 20). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 69-70, 95-100). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr) əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram, narkotik vasitə qurudulmuş marixuananın (kannabis) külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 510,841 qram, narkotik vasitə heroinin ümumi təmiz çəkisi 53,726 qram, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 50,038 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 10 iyun 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 10 iyun 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. də olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 07 sentyabr 2022-ci il tarixli 5013 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğunu narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 10 iyun 2022-ci il tarixli 6/3271 nömrəli ekspert rəyinə və məhkəmə-bioloji ekspertiza üzrə 10 iyun 2022-ci il tarixli 7/608 nömrəli ekspert rəyindən əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 53,726 qram narkotik vasitə heroin, 50,038 qram psixotrop maddə metamfetamin və 510,841 qram narkotik vasitə qurudulmuş marixuana kustar üsulla hazırlanmışlar. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 53,526 qram narkotik vasitə heroin, 49,838 qram psixotrop maddə metamfetamin, 510,021 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış prosessual hərəkətin videoçəkilişlə qeydə alındığı görüntüsünün köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 262 (iki yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 53,526 qram narkotik vasitə heroin, 49,838 qram psixotrop maddə metamfetamin, 510,021 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində axtarış aparılması prosessual hərəkətin videoçəkilişlə qeydə alındığı görüntüsünün köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 262 (iki yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar