Məhkəmə qərarları › İş №1(101)-315/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-315/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-315/2025 12.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X18 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Güvən” Vəkil bürosunun vəkilləri müvafiq olaraq Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, işləməyən ünvan 1 ünvanda qeydiyyatda olan, həsb olunanadək ünvan 2 mənzil 52-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, işləməyən ünvan 3 ünvanda qeydiyyatda olan, həbs olunanadək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında xüsusi ilə külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddəni əldə edib özündə saxlamaqla daşımışdır.

2. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında xüsusi ilə külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddəni əldə edib özündə saxlamaqla daşımışdır. İşin faktiki halları

3. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusi ilə külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin, tərkibində tramadol güclü təsiredici maddəsi olan dərman kapsullarını əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 tərəfindən 17 yanvar 2024-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “İsmayıl” adlı şəxsə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, tərkibində tramadol güclü təsiredici maddəsi olan dərman kapsullarını almaq məqsədi ilə 500 manat pul göndərildikdən sonra sonuncunun istintaqla müəyyən edilmədiyi qaydada Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşdirdiyi xüsusi ilə külli miqdarda 910,869 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda 45,05 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsullarını Təqsirləndirilən şəxs2 satış məqsədi ilə, qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına olan parkın yaxınlığında sonuncu ilə görüşüb satışını təşkil edərək əldə olunmuş pulun veriləcəyi şərti ilə 6 ədəd bükümdə 143,103 qram, 72,392 qram, 114,912 qram, 81,952 qram, 80,741 qram, 120,148 qram ümumi təmiz çəkisi 613,248 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, 13 ədəd bükümdə 8,220 qram, 14,786 qram, 1,298 qram, 0,583 qram, 0,476 qram, 0,136 qram, 0,081 qram, 0,437 qram, 0,077 qram, 0,095 qram, 0,284 qram, 0,092 qram, 0,085 qram ümumi təmiz çəkisi 26,650 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini və 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsullarını əldə etdikdən sonra həmin günü saat 13.30 radələrində Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmiş, Polis İdarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman boynunda olan kəndir boyunbağıdan klon şəklində asılmış, qara rəngli bir tərəfində qız və it cizgiləri həkk olunmuş ağzı zəncirbəndlə açılıb-bağlanan kənarları kəndirlə toxunmuş qabdan 9 ədəd bükümdə 0,476 qram, 0,136 qram, 0,081 qram, 0,437 qram, 0,077 qram, 0,095 qram, 0,284 qram, 0,092 qram, 0,085 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsulları, yaxasından asdığı qəhvəyi rəngli üzərində “SPSHİYA” reklam yazısı həkk olunmuş 3 ədəd zəncirbəndi olan pul qabının orta cibindən 4 ədəd bükümdə 8,220 qram, 14,786 qram, 1,298 qram, 0,583 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 6 ədəd bükümdə 143,103 qram, 72,392 qram, 114,912 qram, 81,952 qram, 80,741 qram, 120,148 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin pul qabının ön cibindən bir ədəd qara rəngli üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.

4. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusi ilə külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin, tərkibində tramadol güclü təsiredici maddəsi olan dərman kapsullarını əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra 17 yanvar 2024-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “İsmayıl” adlı şəxsə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, tərkibində tramadol təsiredici maddəsi olan dərman kapsullarını almaq məqsədi ilə 500 manat pul göndərdikdən sonra sonuncunun istintaqla müəyyən edilmədiyi qaydada Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşdirdiyi xüsusi ilə külli miqdarda 910,869 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 45,05 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini və 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol təsiredici maddəsi olan dərman kapsullarını əldə etməklə gələcəkdə ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına olan parkın yaxınlığında Təqsirləndirilən şəxs1la görüşüb satışını təşkil edərək əldə olunmuş pulun ona veriləcəyi şərti ilə sonuncuya 6 ədəd bükümdə 143,103 qram, 72,392 qram, 114,912 qram, 81,952 qram, 80,741 qram, 120,148 qram ümumi təmiz çəkisi 613,248 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 13 ədəd bükümdə 8,220 qram, 14,786 qram, 1,298 qram, 0,583 qram, 0,476 qram, 0,136 qram, 0,081 qram, 0,437 qram, 0,077 qram, 0, 095 qram, 0,284 qram, 0,092 qram, 0,085 qram ümumi təmiz çəkisi 26,650 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsullarını təhvil verdikdən sonra həmin günü saat 13.30 radələrində Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmiş, Polis İdarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 14.541qram,1.974 qram,1.85 qram ümmumi təmiz çəkisi 18.400 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 42.162 qram, 84.846 qram, 111.370 qram, 66.270 qram ümumi təmiz çəkisi 304.648 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və əynindəki həmin şalvarım sol yan cibindən 01 ədəd qara rəngli üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:

5. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin 18 yanvarında onların xidmət apardıqları yerə məlumat daxil olmuşdur. Məlumata Səfər adlı şəxsin narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olduğu göstərilmişdir. Daxil olan məlumat əsasında 4 nəfərdən ibarət əməliyyat qrupu o, Şahid2, Şahid4 və Şahid1 Yasamal rayonu ərazisinə getmişlər. Təqsirləndirilən şəxslərin Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi ərazisində yerləşən məscidin qarşısındakı binada, səhv etmirəsə, “Mirəli Seyidov 1” adlı ünvanda yaşadığı qeyd olunmuşdu və onlar həmin əraziyə getmişlər. Təxminən saat 13:00 radələrində bir az müşahidədən sonra zahiri görünüşünə əsasən əməliyyat məlumatlarındakı şəxslərin bu şəxslər olacağını bilib, həmin şəxlərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsləri Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Dəvət edərkən təqsirləndirilən şəxslər tərəfindən heç bir müqavimət göstərilməmişdir. Polis İdarəsində rəsmi məruzədən sonra təhqiqat şöbəsinin təhqiqatçısı və vəkilin iştirakı ilə onların üzərilərinə baxış keçirilmişdir. Baxış zamanı Cəfərin üzərindən 2 və 4 yəni 6 kiçik büküm, həmçinin 1 böyük büküm onun da daxilində müxtəlif narkotik növləri, səhv etmirsə, 45-50 manata kimi pul, mobil telefon, tərəzi tapılmışdır. Cəfər özü könüllü şəkildə etiraf etmişdir ki, o bu narkotik vasitələri İran vətəndaşından “online” şəkildə 500 manata əldə etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün əvvəlcə adlarını soruşub, daha sonra idarədə portalda dəqiqləşdirmişlər. Videoçəkiliş vəkilin iştirakı ilə aparılmışdır. Fəridin üzərindən təxminən 20-yə yaxın büküm narkotik, psixotrop maddələr, dərmanlar və 5–10 ədəd tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxslərin geyimlərini dəqiq xatırlamır, lakin üzərilərindəki əşyaların daşınmasına geyim mane olmamışdır. Fərid könüllü olaraq narkotik vasitələri Cəfərdən aldığını bildirmişdir. Bu qədər narkotik şəxsi istifadə üçün məntiqli deyildir. Əməliyyat davam etdirilərək narkotikin əldə edildiyi mənbə müəyyən olunmuş, həmin şəxsin isə külli miqdarda narkotik qəbul etdiyi üçün öldüyü müəyyən edilmişdir. Daxil olan məlumatın mənbə forması məxfidir və bunu yalnız baş əməliyyat müvəkkili açıqlaya bilər. Şəxsləri saxlamağa xidməti maşınla getmişlər. Onların evinə daxil olmadıqlarını, şəxsləri binanın qarşısında saxladıqlarını, təqsirləndirilən şəxsləri saat təxminən 13:30 radələrində saxlanıldıqlarını bildirmişdir. İdarəyə gətiriləndən sonra növbətçi hissədə qeydiyyata alınıb, rəhbərliyə məruzə edilib və şəxslər təhqiqat bölməsinə təqdim olunmuşlar. Özünün çəkilişdə iştirak etdiyini və ifadə verdiyini təsdiqləmiş, lakin müstəntiqin adını xatırlamamışdır. Təqsirləndirilən şəxslərin üzərində aşkar olunan narkotik vasitələr onların özləri tərəfindən baxış zamanı könüllü şəkildə təqdim edilmiş, həmin gün Fəridin nə geyindiyini xatırlamadığını, hər iki şəxsin saxlanılmasında iştirak etdiyini, lakin üzərinə baxışın yalnız birində iştirak etdiyini, saxlama zamanı yerində baxış keçirilmədiyini, rəhbərliyin göstərişi ilə baxışın idarədə aparılıb keçirildiyini bildirmişdir. Ali Məhkəmənin son qərarından sonra artıq yerində, videoçəkilişlə baxış keçirilir.

6. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixində Yasamal rayonu, Mirəli Seyidov küçəsində təqsirləndirilən şəxslərə yaxınlaşıb, özlərini təqdim edərək onları Yasamal Rayon Polis İdarəsinin təhqiqat otağına dəvət etmişlər. Sözügedən hər iki şəxs bir yerdə olmuş və onların üzərinə baxış təhqiqatçının otağında vəkilin iştirakı ilə keçirilmişdir. Şəxslər üzərlərində olan narkotik vasitələri təqdim etmişlər və birinin üzərindən daha çox miqdarda narkotik aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən iştirak etmiş, lakin üzərindən çıxan narkotik vasitələrin növlərini dəqiq xatırlamır. Onun sözlərinə görə, narkotiklər qarışıq formada olmuşdur. Fərid narkotik vasitələri satış məqsədi ilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxsin həmin narkotiki kimlərə satdığını müəyyən etmək mümkün olmamışdır. X17 küçəsində saxlanıldığını, dəqiq saatı xatırlamadığını, havanın isə çox qaranlıq olmadığını söyləmişdir. Əməliyyatın çoxdan baş verdiyini, buna görə şəxslərin geyimini, narkotikin hansı cibdən və hansı geyimdən çıxdığını dəqiq xatırlamadığını bildirmişdir. İşi aparan müstəntiqi xatırlamasa da, sənədlərin imzalanması və ifadəvermə zamanı onun yanında olmuşdur. Şəxsin üzərinə baxışın saxlanılma yerində deyil, məhz təhqiqatçının otağında keçirildiyini, təqsirləndirilən şəxslərin hər ikisinin küçədə saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxslərin ifadələrində qeyd etdikləri “evdə olmuşuq”, “polis evə basqın edib” kimi fikirlərin həqiqətə uyğun olmadığını, əməliyyat qrupunun 3 nəfərdən — İlqar, Tural və onun özündən — ibarət olduğunu, əməliyyat tədbirində başqa heç bir şəxsin iştirak etmədiyini, təqsirləndirilən şəxslərin hər ikisinin saxlanılmasında iştirak etdiyini təsdiqləmişdir. Hər iki şəxs bir-birinə oxşadığı üçün üzərinə baxış keçirilən zaman hansı şəxs üzrə iştirak etdiyini tam dəqiq xatırlamadığını, lakin ehtimalən Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir.

7. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının 18-də onlara Səfər adlı şəxsin narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxminən saat 14:00 radələrində Yasamal rayonu ərazisində, Mirəli Seyidov küçəsində Səfər adlı şəxsi saxlayarkən, onun Fərid adlı şəxslə birlikdə olduğunu görmüşlər. Hər iki şəxs saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə dəvət edilmişdir. İdarədə şəxslərin üzərinə baxış keçirilən zaman, səhv etmirsə, Cəfərin üzərindən 5 manat pul, mobil telefon, elektron tərəzi, 2 büküm metamfetamin və 4 büküm heroin aşkar edilmişdir. Eyni zamanda Fəridin üzərindən də metamfetamin, heroin və psixotrop maddələr tapılmışdır. Aşkar edilən bütün narkotik vasitələr sonradan məhkəmə ekspertizasına təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid bildirmişdir ki, əməliyyat məlumatı konkret olaraq Cəfər adlı şəxsin narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Cəfərə yaxınlaşdıqları zaman o, Fəridlə birlikdə olmuş, Fərid isə ifadə etmişdir ki, narkotik vasitələri Cəfərdən almışdır. Fəridin hərəkətlərində şübhəli hallar müşahidə olunduğuna və özünü həyəcanlı apardığına görə o, da polis bölməsinə dəvət olunmuşdur. Onlar şəxsə təxminən saat 14:00 radələrində yaxınlaşmışlar. Şəxslərin üzərinə baxış, saxlanılmalarından təxminən 1–2 saat sonra həyata keçirilmişdir. X26 küçəsində, yaşadığı evin qarşısında saxlanılmışdır. Saxlama zamanı şəxslərin hər hansı qohumunu görməmişlər. Şəxslərin üzərinə baxış videoçəkilişlə, müdafiəçinin iştirakı ilə aparılmışdır. Saxlanılarkən onların üstündə narkotik vasitə olubolmadığı barədə sual verməmiş, yalnız bölməyə dəvət etmişlər. Fəridin üzərindən heroin, metamfetamin və psixotrop maddələr aşkar olunmuşdur. Narkotik vasitələr şəxslərin üzərindən necə aşkar olunmuşdursa, eyni qaydada da video çəkilişdə əks etdirilmişdir. Həmçinin qeyd etmişdir ki, Fərid ifadəsində narkotik vasitəni Cəfərdən aldığını bildirmişdir. Hər iki şəxsin üzərindən elektron tərəzi çıxdığını, Fəridə yaxınlaşarkən onun qaçmaq istədiyini, onun polisə fiziki müqavimət göstərmədiyini, lakin narahatçılığının hiss olunduğunu bildirmişdir. Səhv etmirsə, bölmədə Fəridin üzərinə baxış keçirilən zaman da iştirak etmişdir. Əməliyyat məlumatının dəqiq kimə məxsus olduğunu xatırlamadığını, əməliyyat tədbirində o, Şahid1, Şahid3 və Şahid4la birlikdə iştirak etdiklərini, əməliyyat tədbirini necə keçirmişlərsə, sənədləşmənin də eyni qaydada aparıldığını, təqsirləndirilən şəxslərin hazırda verdikləri fərqli ifadələri onların özlərini müdafiə etmə cəhdi kimi qiymətləndirdiyini bildirmişdir. Eyni zamanda şahid əlavə suallara cavab olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxslər günorta saatlarında, təxminən 13:30 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs1 özünü şübhəli apardığına görə polis bölməsinə dəvət edilmişdir. Üzərlərində aşkar edilmiş narkotik vasitələrin dəqiq növlərini xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini, əməliyyat qrupunun rəhbəri kimi Şahid4 olduğunu, lakin işlərin çoxluğuna görə bu barədə tam dəqiqliklə danışa bilmədiyini bildirmişdir. Mümkündür ki, başqa şəxs də rəhbər olmuş olsun. Bu əməliyyatda o, əməliyyat qrupunun üzvü qismində iştirak etmiş, hər hansı şəxsin evinə gedilməsini isə xatırlamadığını bildirmişdir. Fərid narkotik vasitəni Təqsirləndirilən şəxs2 satış məqsədilə götürdüyünü etiraf etmiş, Fəridin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əvvəldən hər hansı məlumat daxil olmamışdır və satış faktı müəyyən edilməmişdir. Fərid saxlanılarkən polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmiş, eləcə də şahid özü tərəfindən də Fəridə qarşı zor tətbiq edilmədiyini, videoçəkiliş zamanı müdafiəçi tərəfindən Fəridə “Sənə qarşı zor tətbiq olunubmu?” — sualı verilmiş, Fərid isə heç bir zor tətbiq olunmadığını bildirmişdir.

8. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 18 yanvar 2024-cü il tarixində əməliyyat tədbirinin iştirakçısı qismində Cəfərli Səfər adlı şəxsin qanunsuz şəkildə narkotik vasitələrin dövriyyəsi və saxlanması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə qeyd edilən ünvana yollanmışlar. Həmin ünvanda zahiri görünüşünə görə əməliyyat məlumatında göstərilən şəxsə bənzəyən Təqsirləndirilən şəxs2 yaxınlaşıb, özlərini təqdim edib, onu Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Cəfərin yanında Təqsirləndirilən şəxs1 adlı şəxs də olmuşdur. Yasamal RPİ-də xidməti otaqda şəxsin üzərinə baxış keçirilərkən, o üzərində qanunla istifadəsi qadağan olunan narkotik vasitələri təqdim etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid bildirmişdir ki, əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Məlumatda məhz Təqsirləndirilən şəxs2 adı qeyd olunmuşdur. Tədbirin keçirilməsindən əvvəl əməliyyat qrupu yaradıldığını, əməliyyat tədbirinin keçirilməsinə dair qərarda yalnız bir şəxs — Təqsirləndirilən şəxs2 barədə məlumat əks olunduğunu, Cəfərli Cəfər haqqında məlumat Şahid2 olduğunu və o, Cəfərin saxlanılmalı olduğunu göstərdiyini bildirmişdir. Cəfər saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş, Cəfər üzərindən çıxan narkotik vasitələri satış məqsədilə İran vətəndaşından aldığını bildirmişdir. Şəxsin evinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs1 də saxlanılmasında və idarəyə gətirilməsində iştirak etmiş, Təqsirləndirilən şəxs1 Cəfərin yanında olmuş, onun barəsində əvvəlcədən heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən 9 büküm və 6 büküm narkotik vasitə aşkar edilmişdir, həmçinin, boynundan asdığı cib çantasından narkotik vasitə tapılıb və o, həmin narkotikləri satış məqsədilə Cəfərdən aldığını bildirmişdir. Fəridin “narkotik vasitəni Cəfərdən almışam” sözlərini Cəfərin təsdiq edib-etmədiyini xatırlamadığını qeyd etmişdir.

9. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01);

10. «Şəxsi axtarış və götürmə haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:10-dan 14:45 dəqiqəyədək Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X21 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X6 iştirakı ilə sözügedən PŞ-nin inzibati binasında təhqiqatçının xidməti otağında videoçəkilişlə keçirilmiş şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki açıq göy rəngli şalvarının sağ yan cibindən ümumilikdə 06 ədəd bükümü – 02 ədəd ağ sellofan büküm içərisində ağ rəngli, kristalşəkilli kütlələri və 04 ədəd ağ sellofan büküm içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik kütlələri, 5 manatlıq əskinaslarla 45 manat pulu, şalvarının sol yan cibindən 01 ədəd Aosai markalı elektron tərəzini və 01 ədəd Samsung markalı telefonu təqdim etmiş, bundan başqa şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarının sağ yan cibindən 01 ədəd ağ sellofan büküm içərisində ağ rəngli, kristalşəkilli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin kütlələr narkotik maddələrdir sözügedən maddələri “İsmayıl” adlı İran İslam Respublikasının vətəndaşından onlayn yazışmaqla məkan atma yolu ilə ATM-dən onun hesabına 500 manat pul göndərərək 3-4 gün öncə Badamdar ərazisində əldə etmiş və şəxsi istifadə və satmaq məqsədi ilə üzərində daşımışdır (cild 01; i.v.33-35);

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 19 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/357 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2...” yazılar və imzalar olan 01 (bir) ədəd paketdə 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-14,541 qram; 1,974 qram, 1,885 qram ümümi təmiz çəkisi 18,400 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 42,162 qram; 84,846 qram, 111,370 qram, 66,270 qram ümümi təmiz çəkisi 304,648 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Elektron tərəzinin səthində narkotik vasitə - heroin izləri müəyyən edildi. Tədqiqata sərf edildi – cəmi tədqiqata sərf edildi 0,12 qram, qalıq – 304,528 qram heroin, cəmi tədqiqata sərf edildi 0,09 qram, qalıq – 18,310 qram metamfetamin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manatdır (cild.1, i/v 42-47);

12. 26 mart 2024-cü il tarixli “DVD disklərinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, DVD diskdə olan video diskdəki görüntülərdə 18 yanvar 2024-cü il tarixdə saat 14:10-dan 14:45 dəqiqəyədək Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X21 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X6 iştirakı ilə sözügedən PŞ-nin inzibati binasında təhqiqatçının xidməti otağında videoçəkilişlə keçirilmiş şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki açıq göy rəngli şalvarının sağ yan cibindən ümumilikdə 06 ədəd bükümü – 02 ədəd ağ sellofan büküm içərisində ağ rəngli, kristalşəkilli kütlələri və 04 ədəd ağ sellofan büküm içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik kütlələri, 5 manatlıq əskinaslarla 45 manat pulu, şalvarının sol yan cibindən 01 ədəd Aosai markalı elektron tərəzini və 01 ədəd Samsung markalı telefonu təqdim etdiyi, bundan başqa şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarının sağ yan cibindən 01 ədəd ağ sellofan büküm içərisində ağ rəngli, kristalşəkilli kütlə aşkar olunduğu qeydə alınmışdır. Bundan başqa sorğu sual zamanı Təqsirləndirilən şəxs2 həmin kütlələrin narkotik maddələr olduğunu, sözügedən maddələri “İsmayıl” adlı İran İslam Respublikasının vətəndaşından onlayn yazışmaqla məkan atma yolu ilə ATM-dən onun hesabına 500 manat pul göndərərək 3-4 gün öncə Badamdar ərazisində əldə etdiyini və şəxsi istifadə və satmaq məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Aşkar olunan maddələr qablaşdırılıb müvafiq qaydada möhürlənərək götürülmüşdür (cild.1, i/v 101);

13. “Maddi sübut kimi tanınmaq haqqında” 28 mart 2024-cü il tarixli qərardan görünür ki, 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-14,541 qram; 1,974 qram, 1,885 qram ümümi təmiz çəkisi 18,400 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 42,162 qram; 84,846 qram, 111,370 qram, 66,270 qram ümümi təmiz çəkisi 304,648 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və elektron tərəzi maddi sübüt kimi tanınmış və Tədqiqata sərf edildikdən sonra qalıq qalmış 304,528 qram heroin, 18,310 qram metamfetamin və elektron tərəzi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, i/v 102);

14. “Mobil telefona baxış keçirilməsi haqqında” 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung” markalı telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir (cild 1, i/v 107);

15. “Azərcell MMC-dən götürülmüş telefon məlumatlarına baxış keçirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 məxsus 050 787-10-99 nömrəsinə daxil olan və çıxan zənglərin siyahası barədə "xxxx" MMC-dən 5078 saylı məktubla göndərilmiş CD diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir (cild 1, i/v 108);

16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********** saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 139);

17. «Şəxsi axtarış və götürmə haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:55-dən 15:30-dək Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X19 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1 iştirakı ilə sözügedən PŞ-nin inzibati binasında təhqiqatçının xidməti otağında videoçəkilişlə keçirilmiş şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs1 boynunda olan kəndir boyunbağıdan klon şəklində asılmış, qara rəngli bir tərəfində qız və it cizgiləri həkk olunmuş ağzı zəncirbəndlə açılıb-bağlanan kənarları kəndirlə toxunmuş qabdan 9 ədəd bükümdə 0,476 qram, 0,136 qram, 0,081 qram, 0,437 qram, 0,077 qram, 0,095 qram, 0,284 qram, 0,092 qram, 0,085 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsulları, yaxasından asdığı qəhvəyi rəngli üzərində “SPSHİYA” reklam yazısı həkk olunmuş 3 ədəd zəncirbəndi olan pul qabının orta cibindən 4 ədəd bükümdə 8,220 qram, 14,786 qram, 1,298 qram, 0,583 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 6 ədəd bükümdə 143,103 qram, 72,392 qram, 114,912 qram, 81,952 qram, 80,741 qram, 120,148 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin pul qabının ön cibindən bir ədəd qara rəngli üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, o həmçinin 01 ədəd Nokia markalı telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 sorğu sual zamanı həmin maddələri uşaqlıq dostu Təqsirləndirilən şəxs2 aldığını, sonuncudan narkotik vasitə alarkən özü üçün həmin tərəzidə çəkməklə qablaşdırdığını bildirmişdir (cild 01; i.v.169-172);

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 19 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/358 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddə...” yazılar və imzalar olan 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-143,103 qram, 72,392 qram, 114,912 qram, 81,952 qram, 80,741 qram, 120,148 qram ümümi təmiz çəkisi 619,248 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 13 (on üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 8,220 qram, 14,786 qram, 1,298 qram, 0,583 qram, 0,476 qram, 0,136 qram, 0,081 qram, 0,437 qram, 0,077 qram, 0,095 qram, 0,284 qram, 0,092 qram, 0,085 qram ümümi təmiz çəkisi 26,650 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 05 ədəd blister kəsiklərində olan ağ/göy rəngli dərman kapsullarının tərkibində 0,25 qram tramadol təsiredici maddəsi müəyyən edildi. Elektron tərəzinin səthində narkotik vasitə - heroin izləri müəyyən edildi. Tədqiqata sərf edildi – cəmi tədqiqata sərf edildi 0,18 qram, qalıq – 619,068 qram heroin, cəmi tədqiqata sərf edildi 0,13 qram, qalıq – 26,520 qram metamfetamin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manatdır (cild.1, i/v 178-183);

19. 20 yanvar 2024-cü il tarixli “DVD disklərinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, DVD diskdə olan video diskdəki görüntülərdə 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:55-dən 15:30-dək Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X19 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1 iştirakı ilə sözügedən PŞ-nin inzibati binasında təhqiqatçının xidməti otağında videoçəkilişlə keçirilmiş şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs1 boynunda olan kəndir boyunbağıdan klon şəklində asılmış, qara rəngli bir tərəfində qız və it cizgiləri həkk olunmuş ağzı zəncirbəndlə açılıb-bağlanan kənarları kəndirlə toxunmuş qabdan 9 ədəd bükümdə 0,476 qram, 0,136 qram, 0,081 qram, 0,437 qram, 0,077 qram, 0,095 qram, 0,284 qram, 0,092 qram, 0,085 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsulları, yaxasından asdığı qəhvəyi rəngli üzərində “SPSHİYA” reklam yazısı həkk olunmuş 3 ədəd zəncirbəndi olan pul qabının orta cibindən 4 ədəd bükümdə 8,220 qram, 14,786 qram, 1,298 qram, 0,583 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 6 ədəd bükümdə 143,103 qram, 72,392 qram, 114,912 qram, 81,952 qram, 80,741 qram, 120,148 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin pul qabının ön cibindən bir ədəd qara rəngli üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, o həmçinin 01 ədəd Nokia markalı telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 sorğu sual zamanı həmin maddələri uşaqlıq dostu Təqsirləndirilən şəxs2 aldığını, sonuncudan narkotik vasitə alarkən özü üçün həmin tərəzidə çəkməklə qablaşdırdığını bildirmişdir Aşkar olunan maddələr qablaşdırılıb müvafiq qaydada möhürlənərək götürülmüşdür (cild.1, i/v 206-207);

20. İş üzrə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X8-kimyəvi eskpertizalar şöbəsinin böyük ekspert, İ dərəcəli ədliyyə qulluqçusu X7 ifadəsində bildirmişdir ki,tərəfindən tərtib edilmiş 3-16-16/2/6/358 nömrəli ekspertiza rəyində 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 143,103 qram,72,392 qram,114,912 qram,81,952 qram,80,741 qram,120,148 qramolan narkotik vasitə heroin kütlələrinin ümumi təmiz çəkisi 613,248 qram əvəzinə texniki səhvən 6 qram artıq yəni,619,248 qram qeyd edilmişdir. Lakin narkotik vasitə heroinin kütlələrinin ümumi təmiz çəkisi 613,248 qram olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda üzərindən götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 619,248 qram deyil, 613,248 qram göstərilməsi nəzərə alınmışdır (cild.1, i/v 248-250);

21. “Azərfon MMC”-dən daxil olmuş xx.xx.2024-cü il tarixli AZF/LGL-4528/24 saylı məktuba qoşma edilmiş CD diskdən və “CD diskə baxış keçirilməsi barədə” xx.xx.20024cü il tarixli protokoldan görünür ki, xx-xx-2023-cü il tarixdə +**********90 saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********13 nömrəyə “Sözüm var nə yaxşı dobrl qoymusan Clxardmaqlna clxardl telefonu kot” , xx-xx-2023 cü il tarixdə +**********90 saylı nömrədən +**********13 nömrəyə “Yekə oqlansan Oneydi Vermişdin heç o bir Qlraqa içində heç 4 Mantlq da şey yoxdu osduraq Boyda olmadki X27 Elmeye”, xx-xx-2023-cü il tarixdə +**********03 saylı nömrədən +**********13 nömrəyə Malish cox zəyifdi brat 0.3 2 nəfərə vurdug tik da eləmədi, xx-xx-2023-cü il tarixdə +**********43 +**********13 nömrəyə “Atam 05 das 1 qrmda kola negd istiyirler”, xx-xx-2023-cü il tarixdə +**********43 saylı nömrədən +**********13 nömrəyə “Ferid menem salman elimde 90 manat pul var cix svyaza bidene meynen”, xx-xx-2024-cü il tarixdə +**********26 saylı nömrədən +**********13 nömrəyə “Sene daha sozum yoxdur meni umudlu etdin gelmedin qoydun meni agrida cox sag ol pulsuz isteyirdim ki meni firlatdin.ama men seni pulun olmaya olmaya ne islemeye ne de ki agrida qoymadim”, xx-xx-2024-cü il tarixdə +**********03 saylı nömrədən **********13 nömrəyə “Hec olmasa bir cet gatir vaziyat cox pisti”, xx-xx-2024 -cü il tarixdə +**********90 saylı nömrədən +**********13 nömrəyə “X34 burda heç 07 yoxdur belə olmazda oqeder pul verdim a xl olmadki hormetvi saxlayıram heç olmasa Sende saxlda vlzlv ata məne”, xx-xx- 2024-cü il tarixdə +**********09 saylı nömrədən +**********13 nömrəyə “Zöma tema lazımdı bilirəmı gec di ama belə əl catanı yerı varsa əsirgəmə”, xx-xx-2024-cü il tarixdə +**********51 saylı nömrədən +**********13 nömrəyə “Deyirem kl adam kisi olar niye bele eliyirsen neyise mene tiyrek qara mal lazmdi 35 manat var komey eleyersen cavab yaz” məzmunlu mesajlar göndərilmişdir (02 cild, i/v 08-11);

22. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 982 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda və həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (02 cild, i/v 22-24);

23. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2326 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (02 cild, i/v 25-26);

24. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2961 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (02 cild, i/v 33-34);

25. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1273 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda və həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (02 cild, i/v 35-36);

26. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respubliaksının CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4-1 və 240.2.1-ci maddələrinə tövsif edilərək istintaqı davam etdirilmişdir (02 cild, i/v 46-47);

27. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 may 2025-ci il tarixli qərardan görünür ki, istintaq dövründə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd paketdə 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 143,103 qram; 72,392 qram; 114,912 qram; 81,952 qram; 80,741 qram; 120,148 qram; ümumi təmiz çəkisi: 613,248 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 13 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,220 qram; 14,786 qram; 1,298 qram; 0,583 qram; 0,476 qram; 0,136 qram; 0,081 qram; 0,437 qram; 0,077 qram; 0,095 qram; 0,284 qram; 0,092 qram; 0,085 qram; ümumi təmiz çəkisi: 26,650 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və elektron tərəzi saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (02 cild, i/v 109-125);

28. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası 234.4-1 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni əsasən İran İslam Respublikasınm vətəndaşı “İsmayıl’ adlı şəxsdən onlayn yazışmaqla və məkan atma yolu ilə almışdır. Təqsirləndirilən şəxs1 onun uşaqlıq dostudur. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Aralarında hər hansı bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Maddi vəziyəti pis olduğundan onlar əvvəlcədən razılığa gəldik ki, birlikdə narkotik vasitələrin satışı ilə məşğul olaraq qazanc əldə edərək. Aralarında olan razılığa əsasən o, 500 manta pul müqabilində “İsmayıl” adlı şəxsdən narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddə alaraq əldə edib bir qismini özü bir qismini isə Təqsirləndirilən şəxs1 verərək satışını həyata keçirməli olmuşdurlar. Bu məqsədlə o, xx.xx.2024-cü il tarixdə yerini xatırlmadığı ödəmə terminalı vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “İsmayıl” adlı şəxsın hesabına 500 manat pul göndərmişdir. Bundan sonra onun ona göndərdiyi məkan üzrə Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində hazırda dəqiq xatırlamadığı ərazidə qoyduğu narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddəni götürmüş və üzərində daşımışdır. Daha sonra 13 yanvar 2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1la Xırdalan şəhərində yerləşən H.Əliyev parkı yaxınlığında görüşərək ona əldə etdiyi maddələrin bir qismini satışını həyata keçirməsi üçün vermişdir. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 13:30 radələrində Fərid ilə ünvan 5 ünvamın qarşısında görüşən zaman mülki geyimli polis əməkdaşları onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərmək yolu ilə özlərini təqdim edərək onun narkotik vasitələrəin və psixotrop maddələrin satışında şübhəli olduğunu tərəfindən saxlanılaraq Yasamal RPİ-nə gətirimişdir. Yasamal RPİ-nin inzibati binasında otaqların birində polis əməkdaşları onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəklərini bildirərək üzərində hər hansı gəzdirilməsi və daşınması qadağan olunmuş əşya və ya poredmet varsa könüllü təqdim etməyini təklif etmişdirlər.O, könüllü əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamletamini vo 04 ədəd şəffaf sellofan bükümdə olan 04 ədəd narkotik vasitə heroini həmçinin şalvarının sol yan cibində həmin kütlələrin çəkisini ölçmək üçün saxladığı 01 ədəd elektron tərəzini və Samsung markalı mobil telefonumu təqdim etmişdir (02 cild İş vər. 87-89);

29. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.4-1 və 240.2.1-ci maddələri ilə nəzərəd tutulan ittiham ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 7-8 il müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Son zamanlar maddi sıxıntıları olduğuna görə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Adətən satdığı narkotik vasitə və psixotrop maddələri uşaqlıq dostu Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən məscidin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs2 nisyə alıb satdıqdan sonra pulunu ödəmişdir. Əldə etdiyi gəlirlə şəxsi ehtiyaclarını qarşılamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Cəfərlə yaşadığı evin yaxınlığında görüşmüşdür. Cəfərdən satmaq üçün 06 ədəd bükümdə narkotik vasitə olan heroin, 13 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 05 ədəd ağ/göy rəngli tramadol dərman kapsullarını satmaq üçün götürmüşdür. Həmin vasitələrin bir hissəsini sinəsindən asdığı kəndir boyunbağlı qara rəngli qabın içərisinə, qalanını isə sinəsindən asdığım qəhvəyi rəngli pul qabının orta cibinə qoyub ağzını bağlamışdır. Cəfərdən aldığı narkotik vasitə və psixotrop maddəni satdıqdan sonra pulunu verməli olmuş və həmçinin gəlirdə əldə etməli olmuşdurlar. Aradan bir qədər keçdikdən sonra o, Cəfərlə Yasamal rayonu, M.Seyidov küçəsi 1 ünvanda küçədə görüşmüş və ayrılan zaman mülki geyimdə özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra bildiyi dörd nəfər polis əməkdaşları onlara yaxınlaşmışdırlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona və Cəfərə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onu və dostu Cəfəri Yasamal rayon Polis idarəsinə dəvət etmişdirlər. O, etiraz etməyib onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişdirlər. O, də etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmüşdur. Həmin vaxt o, boynunda olan kəndir boyunbağdan klon şəklində asılmış, qara rəngli bir tərəfində qız və it cizgiləri həkk olunmuş ağzı zəncirbəndlə açılıb-bağlanan kənarları kəndirlə toxunmuş qabı boynundan çıxarıb ağzını açaraq içərisindən 09 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümdə içərisində psixotrop maddə metamfetamin və 05 ədəd ağ/göy rəngli tramadol dərman kapsullarını, yaxasından asdığı qəhvəyi rəngli üzərində 3 ədəd zəncirbəndlə bağlanan cibləri olan pul qabının orta cibini açaraq içərisində psixotrop maddə metamfetamin olan 4 ədəd büküm, içərisində narkotik vasitə heroin olan 6 ədəd büküm və pul qabının ön cibindən bir ədəd qara rəngli özünə məxsus narkotik vasitə və psixotrop maddə satarkən çəkilərini müəyyən etmək üçün istifadə etdiyi elektron tərəzi, öz şəxsiyyət vəsiqəsi, 28 manat pul, Bakıkart avtobus kartı, “Kapital” banka aid birkart kartını çıxarıb təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyalardan başqa üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə, psixotrop maddələr və 05 ədəd ağ/göy rəngli tramadol dərman kapsulları içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddəni və 05 ədəd ağ/göy rəngli tramadol dərman kapsullarını dostu Təqsirləndirilən şəxs2 nisyə aldığını, satdıqdan sonra onun pulunu verəcəyini bildirdim. Etdiyi əməldən çox peşmandır (02 cild İş vər. 105-108);

30. Məhkəmənin sorğusuna əsasən əldə olunmuş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş 835/2024 saylı tibbi kitabçanın surətindən görünür ki, İstintaq təcridxanasına yerləşdirilərkən aparılmış müayinə zamanı Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət aşkarlanmamış, sol bazunun arxa səthində, sol saidin ön və arxa səthində çoxsaylı köhnə çapıq toxuma aşkar edilmişdir;

31. Məhkəmənin sorğusuna əsasən əldə olunmuş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş 834/2024 saylı tibbi kitabçanın surətindən görünür ki, İstintaq təcridxanasına yerləşdirilərkən aparılmış müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət aşkarlanmamış, ənsə nahiyəsində, sol saidin ön səthində köhnə çapıq toxuma aşkar edilmişdir;

32. Məhkəmənin sorğusuna əsasən Yasamal RPİ-nin 3-13-53/2-72384 saylı xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21:40-da Yasamal RPİ-nin Müvəqqəti saxlama yerinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə saat 09:55-də oranı tərk edərək Bakı İstintaq Təcridxanasına göndərilmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçirilmiş və praktik sağlam dəyərləndirilmişdir;

33. Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması xüsusatı öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir;

34. Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması xüsusatı öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır :

35. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə baş verdiyi gün səhər saatlarında Xırdalandan Yasamal rayonuna, Cəfərin evinə gəlmişdir. Cəfərin evinə çatdıqdan sonra onunla birlikdə gedərək narkotik vasitə götürmüş və daha sonra yenidən Cəfərin evinə qayıtmışdır. Əldə etdikləri 10 qram narkotik vasitədən 1 qramını birlikdə istifadə etdikdən sonra 9 qram qalmışdır. Bundan sonra o, Yasamal Rayon Məhkəməsinə getmiş, məhkəmə iclasından qayıtdıqdan sonra polis əməkdaşları Cəfərin evinə gələrək onu və Cəfəri saxlamış, hər ikisini Polis İdarəsinə aparmışlar. İdarədə hər ikisi ayrı-ayrı otaqlarda dindirilmiş, onlara qarşı zorakılıq və psixoloji təzyiq göstərilmişdir. Polis əməkdaşları onun üzərinə 619 qram narkotik vasitə, həmçinin tərəzi və pul qoymuş, onu bu narkotik vasitələri Cəfərdən aldığını video çəkiliş zamanı deməyə məcbur etmişlər. Əks halda Cəfərin ailə üzvlərinin, o cümlədən qadınlarının da idarəyə gətiriləcəyi ilə hədələnmişdir. Təzyiq nəticəsində o, video çəkiliş zamanı Təqsirləndirilən şəxs2 adını çəkərək narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamadığını, lakin əvvəlki məhkəmə iclaslarında dediklərini təsdiq etdiyini bildirmişdir. Əvvəllər polis əməkdaşları ilə heç bir mübahisəsinin və ya qarşıdurmasının olmadığını demişdir. Qonşularının da polisə ondan şikayət etmədiyini söyləmişdir. İstifadə etdiyi narkotik vasitənin “kakos” olduğunu, 10 qram aldıqlarını, 1 qram istifadə etdikdən sonra 9 qram qaldığını demişdir. Narkotik vasitəni Cəfərin Eldəniz adlı şəxsdən aldığını, 500 manata nisyə götürdüklərini qeyd etmişdir. Ailə üzvləri ilə hədələndiyinə görə narkotikin ona məxsus olduğunu etiraf etdiyini bildirmişdir. Hadisə günü səhər saat 09:00–10:00 radələrində Cəfərin evinə getdiyini, həmin vaxt üzərində narkotik vasitə olmadığını demişdir. Saat 11:00–12:00 radələrində barəsində CM-nin 234.1-ci maddəsi ilə təqsirlənməsinə dair keçirilən məhkəmə iclasında iştirak etdiyini, sonra yenidən Cəfərin evinə qayıtdığını bildirmişdir. Cəfərin evinə onunla birlikdə işləməyə getmək məqsədilə qayıtdığını deyərək, “Kola”, “patı” və dərman kimi narkotiklərdən istifadə etdiyini etiraf etmişdir. Cəfərin evinə 4–5 polis əməkdaşının gəldiyini, onları evin içində döyərək bölməyə apardıqlarını və orada qadınlarının həbsi ilə hədələyərək psixoloji təzyiq göstərdiklərini qeyd etmişdir. Narkotik vasitəni Eldənizdən aldıqlarını polisə demədiklərini, çünki onlardan Cəfərin adını çəkmələrinin tələb edildiyini bildirmişdir. Polis əməkdaşları ilə əvvəllər heç bir əlaqəsinin olmadığını, saxlanarkən “sizinlə bir az danışacağıq, sonra buraxacağıq” deyildiyini bildirmişdir. Polis bölməsində dindirilərkən ailə üzvləri ilə qorxudularaq onlara təzyiq göstərildiyini, polis bölməsində ona narkotik vasitə verildiyini, bundan sonra isə qarşısına çoxlu miqdarda narkotik qoyularaq onu qəbul etməyə məcbur edildiyini söyləmişdir. Qorxudan polisin qarşısına qoyduğu narkotikləri boynuna aldığını, lakin fiziki xəsarət yetirilmədiyini, yalnız narkotik vasitələrin təsirindən halının pisləşdiyini qeyd etmişdir. Saxlanıldığı zaman üzərində yalnız telefon, pulqabı və siqaret olduğunu, narkotik vasitələrin isə polis tərəfindən cibinə qoyulduğunu demişdir. Mobil nömrəsinin həmin vaxt ***-***-**-** olduğunu bildirmişdir. Polis əməkdaşlarının ona “ya narkotiki boynuna al, ya da Cəfərin evindəkiləri məsuliyyətə cəlb edəcəyik” dediklərini söyləmişdir. Video çəkiliş zamanı ağ saçlı bir kişinin orada olduğunu, ehtimal ki, həmin şəxsin ya vəkil, ya da müstəntiq olduğunu, hər iki şəxsin eyni ünvanda, yəni X23 küçəsi 1 ünvanında yerləşən evində saxlanıldığını təsdiqləmişdir. Video çəkilişdən sonra heç bir orqana şikayət etmədiyini, hüquqi savadı olmadığı üçün müraciət etmədiyini demişdir. Həbs qətimkan tədbiri seçilərkən hakimə üzərində 9 qram narkotik olduğunu və psixoloji təzyiq gördüyünü bildirmişdir. O, həmçinin tutulan gün barəsində keçirilən məhkəmə iclasından çıxıb Cəfərgilə narkotik götürmək üçün getdiyini, sözügedən məhkəmədə hakimin onun barəsində 06 ay cəza verdiyini, Şahid4 ona yüngül fiziki və bölmədə isə psixoloji təsir göstərdiyini, Şahid2 isə evdə saxlanıldığı vaxt ona şillə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

36. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının 18-də həmişə olduğu kimi Fəridlə birlikdə olmuşdur. Həmin gün Fərid onun evinə gəlmiş, birlikdə Eldəniz adlı şəxsin yanına gedərək ondan 10 qram “kakos” adlı narkotik vasitə alıb evə qayıtmışlar. Evə qayıtdıqdan sonra həmin 10 qram narkotik vasitənin 1 qramını birlikdə istifadə etmişlər. Sonra 28-ci X12 mobil telefonuna zəng edilmiş, onu bölməyə dəvət etmişlər. Fərid evdən çıxarkən onunla qısa danışmış, təxminən 10–15 dəqiqə sonra zəng edərək narahat olmamasını, məsələnin məhkəmə ilə bağlı olduğunu, Yasamal Rayon Məhkəməsinə aparıldığını bildirmişdir. Saat 11:30 radələrində Fərid yenidən onun evinə qayıtmışdır. Təqsirləndirilən şəxsin ifadəsinə görə, onlar evdə təxminən 10–15 dəqiqə oturduqdan sonra qapı döyülmüşdür. Fərid qapı gözlüyündən baxaraq gələn şəxsləri tanımadığını və yəqin ki, qonşu olduqlarını demişdir. Qapı açıldıqdan sonra beş nəfər içəri daxil olaraq ondan “malı hara qoyduğunu” soruşmuşlar. O, isə həmin anda narkotik vasitəni oturduğu divanın altına qoyduğunu bildirmişdir. Özünü polis əməliyyatçısı kimi təqdim edən Anar adlı əməkdaş ondan narahat olmamağı, narkotiki təhvil verməsini, söhbətdən sonra buraxılacağını demişdir. Uşaqların məktəbdən gəlmə saatı olduğundan, onların qorxmasını istəmədiyi üçün özü narkotiki divanın altından çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Stolun üzərində uşaqların telefonları da olmuş, özünün “Samsung” markalı telefonunu təqdim etmişdir. Bundan sonra hər ikisinin əllərinə qandal vurularaq evdən çıxarılıb Polis İdarəsinə aparılmışlar. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Polis İdarəsində ona narkotik vasitəni Eldənizdən aldıqlarının məlum olduğunu, videoçəkiliş zamanı bunu deməli olduğunu bildirmişlər. O, Eldənizin adını çəkməyi düzgün hesab etmədiyini, Eldənizin uzun müddət qonşusu olduğunu demişdir. Polis əməkdaşları isə “onda sən görərsən” ifadəsi ilə onu hədələmişlər. Daha sonra polis əməkdaşları seyfdən sellofan paket çıxararaq içərisində olan 4 büküm “kakos”, müəyyən miqdarda “patı”, 1 ədəd elektron tərəzi və 6 ədəd 5 manatlıq əskinası onun cibinə qoymuş, videoçəkiliş zamanı həmin narkotik vasitələri guya İran vətəndaşı İsmayıl adlı şəxsdən aldığını deməsini tələb etmişlər. Polis əməkdaşları iranlının adını da özünün düşünməli olduğunu demiş, o, da videoçəkiliş zamanı İsmayıl adlı şəxsdən narkotik aldığını bildirmişdir. İfadəsinə əlavə etmişdir ki, söylədiyi həmin hallar əslində baş verməmişdir. Bundan sonra onların hər ikisi barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilmişdir. Məhkəmədə o, üzərində ittihamda göstərilən miqdarda (təxminən 1 kiloqram) narkotik olmadığını, yalnız 9 qram narkotik vasitə olduğunu demiş, hakim isə ona 1 kiloqram və ya 9 qram olmasının fərq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitə ona təxminən 3–4 gün kifayət edəcəkdi. Gün ərzində Fəridlə birlikdə təxminən 1 qram və ya 1,5 qram narkotik vasitə istifadə edirdilər. Eldəniz əvvəllər onların qonşusu olmuşdur, lakin sonradan başqa ünvana köçdüyündən bu dəfə 10 qram narkotik almışlar. Cinayət işi üzrə ifadə verərkən yanında vəkil olmamışdır. Müstəntiq ona sənədlərə qol çəkməyin onların xeyrinə olduğunu demiş, o da üzərində xəsarət olduğu üçün kağızları imzalamışdır. Sənədləri imzalayarkən sonda AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu görmüşdür. Həm onun, həm də Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənlərində yüngül xəsarətlər olmuşdur. Həmin xəsarətlərin videoçəkilişdə görünə biləcəyini demişdir. Təcridxanaya gətirilməzdən əvvəl hər ikisi 5 gün X13 saxlanılmışdır. Saxlanılarkən üzərində yalnız 9 qram narkotik vasitə olmuşdur. Narkotik vasitəni Yasamal rayonunda yaşadığı illərdə qonşusu Eldənizdən almışdır. Polis əməkdaşları ondan Eldənizin adını çəkməyi tələb etmiş, o isə bunu düzgün hesab etmədiyi üçün imtina etmişdir. Bundan sonra əməliyyatın rəisi Anar adlı polis əməkdaşı 4 büküm narkotiki və 6 ədəd 5 manatlıq əskinası sellofan paketdə onun cibinə qoymuşdur. Videoçəkiliş zamanı narkotiki İsmayıl adlı guya iranlı şəxsdən aldığını deməsi tələb olunmuşdur. Təzyiqi təkcə Anar adlı polis əməkdaşı etmişdir. Fərid həmin gün saat 10:00-da məhkəmədə olmuş, təxminən 11:30-da evə qayıtmışdır. Bir saat sonra polis əməkdaşları qapını döymüş, qapını həyat yoldaşı açmışdır. O, narkotiki divanın altına qoymuş və sonra çıxararaq polisə təqdim etmişdir. Üzərindən ümumilikdə 10 qram narkotik aşkar edildiyini demişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həbs olunana qədər dəmir yığıb satmaqla gündəlik 50–80 manat qazandığını demişdir. Saxlanıldığı zaman evin içərisində polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini bir daha qeyd etmişdir. Cibinə əlavə narkotik vasitəni Anar adlı polis əməkdaşı qoymuşdur. Təqsirləndirilən şəxs1 cibində narkotik olmamışdır. Onlardan 10.000 manat tələb olunmuş, lakin yalnız 4700 manat gətirilmişdir. Pulu verə bilmədiklərinə görə onun üzərinə videoçəkilişlə baxış keçiriləcəyi deyilmişdir. Üzərindən narkotik tərkibli dərmanlar da çıxmış, lakin o dərmanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 son sözündə iki az yaşlı uşağını, xəstə anasını, evə yeganə qazanc gətirdiyini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

37. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

38. Həmin Məcəllənin 234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

39. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

40. Həmin Məcəllənin 240.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

41. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar, 800 qramdan yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir.

42. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar, 400 qramdan yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir.

43. Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının” Siyahısına 1 nömrəli əlavəyə əsasən Tramadol bu növ maddələrə aiddir.

44. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

45. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.

46. Həmin Qərarın 24-cü bəndində göstərilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olubolmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

47. “Şübhəli şəxsin tutulması haqqında” 18.01 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 18.01 2024-cü il tarixdə, saat 13:30-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.21);

48. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-54/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.81- 86);

49. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Səfərli X16 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddələrində görə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01; i.v.121- 122);

50. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-470/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə görə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 01; i.v.123-130);

51. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-470/2023 saylı hökmü ilə ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir;

52. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X15 adlı övladları var;

52. “Şübhəli şəxsin tutulması haqqında” 18.01 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18.01 2024-cü il tarixdə, saat 13:30-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.158);

50. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-53/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.213-217);

53. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 01; i.v.121-122);

54. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-164/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə görə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (cild 02; i.v.37-44);

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

55. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

56. 15.5-ci maddəsinə görə Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.

57. 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır;

58. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

59. 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.

60. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

61. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

62. 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

63. 66.3-cü maddəsinə görə Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

64. 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

67. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

68. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

69. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. 2. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318-ci maddəsinin, habelə həmin Məcəllənin XLVİİ və XLVİİİ Fəsillərinin normalarının tələblərinə müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edərkən digər məhkəmənin hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə malik deyil.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

70. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ilkin etirafedici izahatı, onun ibtidai istintaq zamanı etirafedici ifadələri, habelə məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

71. Məhkəmə iclasında təqsirləndirilən şəxslər özlərini ona elan edilmiş ittihamda qismən təqsirli bilmiş (hər ikisi üzərilərindən aşkar olunmuş qanunsuz əşyaların miqdarını mübahisələndirmişlər), narkotik vasitə və psixotrop maddələrin istifadəçiləri olsalar da, satışı ilə məşğul olmadıqlarını, narkotik vasitələr və psixotrop maddələrdən uzun müddətdir istifadə etdiklərini, polis əməkdaşları tərəfindən onların üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin, psixotrop maddənin və dərmanların onlara aid olmadığını, polis əməkdaşları tərəfindən edilmiş təsir və təziq nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadələr verdiklərini, “İsmayıl” adlı şəxsi tanımadıqlarını, polisin etdiyi təsir və təziq nəticəsində ibtidai istintaq zamanı “İsmayıl” adını işlətdiklərini bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin ifadələrini özünümüdafiə xarakterli və iş materiallarında olan sübutlarla uzlaşmayan ifadələr kimi qiymətləndirir.

72. Bundan savayı, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli, 4(010)-53/2024 və 20 yanvar 2024-cü il tarixli, 4(010)-54/2024saylı qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi barələrində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara məhkəmə iclasında baxılan zaman onlar, özlərini onlara elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək yalnızca üzərilərindən aşkarlanan narkotik vasitələrin çəkiləri ilə razı olmadıqlarını bildirmişlər (cild 01; i.v.81-86 və i.v. 213-217).

73. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

74. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

75. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün məhz cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstərilməlidir (31-ci bənd).

76. Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 6 May 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi qiymətləndirilməsi üçün əməlin törədilməsində qabaqcadan cinayət əlaqəsinə girmiş iki və ya daha çox icraçının olmasının zəruriliyidir.

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir.

77. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmaqla əldə edib üzərlərində saxlayaraq daşıdıqları və şəxsi axtarış zamanı aşkar olunmuş qanunsuz əşyaların xüsusi ilə külli miqdarda olmaqla ümumilikdə 16 bükümdə xüsusi qablaşdırılmış psixotrop maddə metamfetamin, 10 bükümdə xüsusi qablaşdırılmış narkotik vasitə heroin və 05 ədəd blister kəsiklərində tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsullar (Təqsirləndirilən şəxs1 6 ədəd bükümdə 143,103 qram, 72,392 qram, 114,912 qram, 81,952 qram, 80,741 qram, 120,148 qram ümumi təmiz çəkisi 613,248 qram heroin, 13 ədəd bükümdə 8,220 qram, 14,786 qram, 1,298 qram, 0,583 qram, 0,476 qram, 0,136 qram, 0,081 qram, 0,437 qram, 0,077 qram, 0,095 qram, 0,284 qram, 0,092 qram, 0,085 qram ümumi təmiz çəkisi 26,650 qram metamfetamin və 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsullar, Təqsirləndirilən şəxs2 isə 03 ədəd bükümdə 14.541 qram,1.974 qram,1.885 qram ümmumi təmiz çəkisi 18.400 qram metamfetamin və 04 ədəd bükümdə 42.162 qram, 84.846 qram, 111.370 qram, 66.270 qram ümumi təmiz çəkisi 304.648 qram heroin) olması, hər ikisindən müvafiq tərəzilərin aşkarlanması, habelə ibtidai istintaqda öz əməllərini etiraf etmələri, müvafiq əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar (cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrədən və nömrəyə göndərilən mesajlar və şahid ifadələri) onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

78. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şatış məqsədinin olmamasına dair öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, özlərinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

79. Məhkəmədə dindirilərkən təqsirləndirilən şəxslər hər ikisi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirmişlər ki, onlara edilmiş fiziki təsir yəni döyülmələri nəticəsində xx.xx.2024-cü il tarixdə polis şöbəsində şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşları tərəfindən təqdim edilmiş, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs1 həmçinin 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsulları nümayiş etdirmişlər.

80. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduqdan sonra ona polis əməkdaşları tərəfindən fiziki təsir göstərilməsi yəni döyülmələri xüsusatı üzrə müvafiq araşdırmalar aparılmışdır. Belə ki, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması xüsusatı öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması xüsusatı öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan sənədlərin təhlil edilməsi nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təsir edilməsi müəyyən olunmamışdır. Həmçinin məhkəmə göstərməyi vacib hesab edir ki, hər iki təqsirləbndirilən şəxs döyüldüklərini bildirsələr də, məhkəmə istintaqı zamanı əldə edilərək öyrənilmiş Bakı İstintaq Təcridxanasından verilmiş müvafiq tibbi kitabçalardakı şəxslərin bədəni üzərində xəsarətin aşkar edilməməsi barədə qeydlər bu halı inkar edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

81. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə çoxsaylı polis əməkdaşları tərəfindən Səfərə məxsus evdə olduqları zaman saxlanıldıqlarını bildirsələr də, cinayət işinin materiallarında olan həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara əsasən Yasamal Rayon Polis İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və kiçik əməliyyat müvəkkilləri Şahid3, habelə X3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat müvəkkillərindən başqa hər hansı şəxsin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirakı həm şahid ifadələri, həm də cinayət işinin materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər ikisinin daha çox polis əməkdaşları tərəfindən Cəfərin yaşadığı evdə saxlanılması ilə bağlı iddiası əsassızdır, bu, hər hansı sübuta söykənməmişdir.

82. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, SMS ilə göndərilən yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin izahatını, ifadəsini, habelə baxış və axtarış keçirilən zaman, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə özlərinin bildirdiyi xüsusatları inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı özlərini qismən təqsirli bilmələrinə dair verdikləri ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

83. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X9 törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

84. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

85. Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olması (CM 59) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

86. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən edilmədi.

87. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi (CM-61.1.1).

88. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələlərinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduqları tarixdən hesablanmalı, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barələrində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,541 qram; 1,974 qram; 1,885 qram; ümumi təmiz çəkisi: 18,400 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 42,162 qram; 84,846 qram; 111,370 qram; 66,270 qram; ümumi təmiz çəskisi: 304,648 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və elektron tərəzi maddi sübüt kimi tanınmış və məhkəmə kimyəvi ekspertiza tədqiqatlarından sərf edildikdən sonra qalıq kimi qalmış ümumilikdə 304,528 qram heroin, 18,310 qram metamfetamin və elektron tərəzi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 143,103 qram; 72,392 qram; 114,912 qram; 81,952 qram; 80,741 qram; 120,148 qram; ümumi təmiz çəkisi: 613,248 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalan 613,068 qram heroin, 13 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,220 qram; 14,786 qram; 1,298 qram; 0,583 qram; 0,476 qram; 0,136 qram; 0,081 qram; 0,437 qram; 0,077 qram; 0,095 qram; 0,284 qram; 0,092 qram; 0,085 qram; ümumi təmiz çəkisi: 26,650 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalan 26,520 qram metamfetamin, 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsulları və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 220 (iki yüz iyirmi) manat məbləğində pul hərəsindən 110 (yüz on) manat olmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir.

89. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

90. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

91. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

92. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Güvən” Vəkil bürosunun vəkilləri müvafiq olaraq Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs2 göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 110 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 810 (səkkiz yüz on) manat məbləğində pul köçürülməlidir.

93. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

94. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 (on) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 234.4-1 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 noyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunacaq cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10(on bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut – Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 14,541 qram; 1,974 qram; 1,885 qram; ümumi təmiz çəkisi: 18,400 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 42,162 qram; 84,846 qram; 111,370 qram; 66,270 qram; ümumi təmiz çəskisi: 304,648 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və elektron tərəzi maddi sübüt kimi tanınmış və məhkəmə kimyəvi ekspertiza tədqiqatlarından sərf edildikdən sonra qalıq kimi qalmış ümumilikdə 304,528 qram heroin, 18,310 qram metamfetamin və elektron tərəzi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 06 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 143,103 qram; 72,392 qram; 114,912 qram; 81,952 qram; 80,741 qram; 120,148 qram; ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi: 613,068 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 13 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,220 qram; 14,786 qram; 1,298 qram; 0,583 qram; 0,476 qram; 0,136 qram; 0,081 qram; 0,437 qram; 0,077 qram; 0,095 qram; 0,284 qram; 0,092 qram; 0,085 qram; ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi: 26,520 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 05 ədəd blister kəsiklərində ağ/göy rəngli tərkibində 0,25 qram tramadol güclü təsiredici maddəsi olan dərman kapsulları və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 220 (iki yüz iyirmi) manat hərəsindən 110 (yüz on) manat olmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti “Güvən” Vəkil bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 246 (iki yüz qırx altı) manat və vəkil Müdafiəçi2 üçün 810 (səkkiz yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Kamil Əliyev

Hakimlər Nigar İmanova

Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar