Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-316/2021 26.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1989-cu ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Ordubad şəhəri, M.F.Axundov küçəsi, ev 73-də qeydiyyatda olmaqla, ünvan 6D, mənzil 71-də kirayədə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs «Watshapp» mesajlaşma mübadilə sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən «Seyid» adlı şəxslə və dövlət qeydiyyat nömrəsi və şəxsiyyəti istintaqa məlum olmayan «Vaz 2106» markalı avtomobilin sürücüsü ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək «Seyid» adlı şəxslə qabaqcadan aralarında olan razılaşmaya əsasən narkotik vasitə və psixotrop maddənin satışını mənfəət olaraq 1000 manat pulun müqabilində təşkil edəcəyini «Seyid» adlı şəxsə vəd verdikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə gündüz saatlarında Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospektində yerləşən «Cıdır Atçılıq» mərkəzinin yaxınlığında «Seyid» adlı şəxsin göndərmiş olduğu avtomobilin sürücüsündən qanununsuz olaraq satış məqsədi ilə 5 (beş) ədəd polietilen torbada ayrıayrılıqda 3,250 qram, 344,600 qram, 125,500 qram, 780,0 qram və 1250,0 qram olmaqla, ümumi təmiz çəkisi isə 2503,35 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 255,570 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək və 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 99,307 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq kirayədə yaşadığı ünvan 1 ünvana daşımış, «Seyid» adlı şəxsin istintaqa məlum olmayan tarixdə göndərdiyi, xx xxxxxx 2019-cu il tarixdə göndərdiyi heroinlə tərkibindəki komponentlərinə görə fərqli olan təmiz çəkisi 1,430 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini yaşadığı mənzildən «Seyid» adlı şəxsin göstərişi və tapşırığı ilə götürərək xx xxxxxx 2019cu il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən köhnə yanacaq doldurma məntəqəsinin yanında Şahid1 50 manata satmış, Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Nəsimi rayonu, A.Mustafayev küçəsi, 1 «D» saylı ünvanda saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına aparılmış, xidməti otaqda üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd polietilen torbacıqda təmiz çəkisi 3,250 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və xx xxxxxx 2019-cu il tarixdə saat 04:15 radələrində kirayədə yaşadığı ünvan 3 ünvanda aparılmış axtarış zamanı mənzilin zal otağı ilə üzbəüz yerləşən yataq otağının sağ tərəfində olan masa dəstinin üzərində müxtəlif ölçülü 4 (dörd) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 344,600 qram, 125,500 qram, 780,0 qram və 1250,0 qram olmaqla, ümumi təmiz çəkisi 2500,100 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 255,570 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 99,307 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, eləcə də, üzərində narkotik vasitə heroinin və tiryəkin izləri olan «SF-400 10000 g X 1 g/353», «Yingjie», «X5 200g x 0,01 g» markalı 3 ədəd elektron tərəzi və üzərində narktoik vasitə heroinin izləri olan 1 ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, subaydır. Heç bir fiziki, ruhi və xroniki xəstəliyi yoxdur. Atasının düşmənləri çoxdur. Uşaq yaşlarında Rusiyada atasının düşmənləri tərəfindən qaçırılmışdır. Rusiya Federasiyasında soyğunçuluq və quldurluq cinayətləri törətdiyinə görə xx xxxx 2011-ci il tarixdə 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxandan sonra Azərbaycana qayıdaraq Bakı şəhərində yaşamağa başlamışdır. Tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərində avtomobil idarə edərkən dövlət qeydiyyat nişanı və nömrəsinə fikir vermədiyi avtomobil sürücüsü tərəfindən izlənildiyi görmüşdür. Əvvəlcə atasının düşmənləri tərəfindən izlənildiyini güman etmiş, lakin sonradan onların polis əməkdaşları olduğunu bilmişdir. Aviomobili ilə onu təqib edənlərdən qaçmaq istəyərkən radarlara düşmüşdür. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında Nərimanov rayonu ərazisində, «Baku Electronics» mağazasının qarşısında polislər tərəfindən saxlanılmışdır. Bundan əvvəl polis əməkdaşları tərəfindən yaşadığı mənzilinə narkotik vasitə yerləşdirilmişdir. İbtidai istintaq zamanı videoçəkiliş aparılmaqla ifadə verməmişdən qabaq polis əməkdaşları tərəfindən döyüləcəyi ilə hədələnib, etirafedici ifadə verməyə məcbur edilmişdir. Xəstə olduğuna görə döyüləcəyi halda öləcəyindən qorxub, polislərin ona diktə etdiyi kimi ifadə vermişdir. Hazırda həmin ifadələrini təsdiq etmir. Üzərində və yaşadığı mənzildə narkotik vasitə olmamışdır. Heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və belə vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. İttiham aktında qeyd olunan İran İslam Respublikasının vətəndaşı «Seyid» adlı şəxsi tanımır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, uzun müddətdir «kakos» kimi tanınan narkotik vasitə heroindən istifadə edir. Qanunsuz olaraq narkotik vasitə heroin əldə etdiyinə görə xx xxxxxx 2019-cu il tarixdə Nəsimi rayonu Alı Mustafayev küçəsi, 1D ünvanının yaxınlığında olarkən Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs tanımır. Sonuncunu əvvəllər heç vaxt görməmiş və ondan narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı və Bakı şəhəri Nəsimi rayon məhkəməsində verdiyi ifadələri təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin Cinayət Axtarışı Şöbəsinin rəisi vəzifəsində xidmət edir. xx xxxxxx 2019cu il tarixdə saat 4 radələrində əməliyyat qrupu tərkibində narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhəli bilindiyinə görə saxlanılmış Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 4 ünvanda yerləşən mənzildə axtarış keçirməşində iştirak etmişdir. Axtarış nəticəsində mənzilin zal otağı ilə üzbəüz yerləşən yataq otağının sağ tərəfindəki masa dəstinin üzərində müxtəlif ölçülü 6 (altı) ədəd polietilen torbada üzərində narkotikə bənzər izlər olan bir ədəd böyük ölçülü, ağ rəngli; iki ədədi kiçik ölçülü, gümüşü rəngli olan cəmi 3 (üç) ədəd elektron tərəzi, üzərində narkotikə bənzər izlər olan 1 (bir) ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar, həmin masa dəstinin birinci siyirməsindən 8 (səkkiz) ədəd 50.000 rial və 6 (altı) ədəd 100.000 rial İran İslam Respublikasına aid kağız pul əskinazları, mənzilin girişdən sol tərəfdə yerləşən digər yataq otağında qapı ilə üzbəüz qoyulmuş termo dəstinin sağdan sola birinci siyirtməsindən 3 ədəd 10-luq «Amoxicillin» adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs yataq otağından aşkar edilərək götürülmüş bağlamalarda narkotik vasitələr və psixotrop maddələr olduğunu, onları İran İslam Respublikasının vətəndaşı olan tanışının Bakının şəhərində müxtəlif şəxslərə çatdırması üçün göndərdiyini və həmin vaxtdan da mənzildə saxladığını bildirmişdir. Aşkar edilmiş bağlamalar, tərəzilər, qaşıq, pul əskinazları və dərman preparatları karton qutu və polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Mənzildə axtarış videoçəkiliş vasitəsilə aparılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Tədbir iştirakçıları və Elmir Süleymanov imzaları ilə protokolun doğruluğunu təsdiq etmişdir. Tədbir zamanı Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saxlanılmış Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Elvin adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Odur ki, Elvin adlı şəxsin müəyyən edilib tapılması üçün əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun tərkibində xx xxxxxx 2019-cu il tarixdə saat 04:15-də Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5 ünvanda yerləşən mənzildə axtarış aparılmasında iştirak etmişdir. Axtarış zamanı mənzilin zal otağı ilə üzbəüz yerləşən yataq otağının sağ tərəfindəki masa dəstinin üzərində müxtəlif ölçülü 6 (altı) ədəd polietilen torbada üzərində narkotikə bənzər izlər olan bir ədəd böyük ölçülü, ağ rəngli, iki ədədi kiçik ölçülü, gümüşü rəngli olan cəmi 3 (üç) ədəd elektron tərəzi, üzərində narkotikə bənzər izlər olan 1 (bir) ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar, həmin masa dəstinin birinci siyirməsindən 8 (səkkiz) ədəd 50.000 rial və 6 (altı) ədəd 100.000 rial İran İslam Respublikasına aid kağız pul əskinazları, mənzilin girişdən sol tərəfdə yerləşən digər yataq otağında qapı ilə üzbəüz qoyulmuş termo dəstinin sağdan sola birinci siyirtməsindən 3 ədəd 10-luq «Amoxicillin» adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yataq otağından aşkar edilərək götürülmüş bağlamalarda narkotik vasitələr və psixotrop maddələr olduğunu, onları İran İslam Respublikasının vətəndaşı olan tanışının Bakı şəhərində müxtəlif şəxslərə çatdırması üçün ona göndərdiyini və həmin vaxtdan da mənzildə saxladığını bildirmişdir. Tədbir zamanı aşkar edilərək götürülmüş bağlamalar, tərəzilər, qaşıq, pul əskinazları və dərman preparatları karton qutu və polietilen torbada qablaşdırılmışdır. Axtarış videoçəkiliş aparılmaqla keçirilmişdir. Sonda protokol tərtib edilmiş və tədbir iştirakçıları imzaları ilə protokolun doğruluğunu təsdiq etmişdir. Tədbir zamanı Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Binəqədi RPİ-də Şahid1 qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün yaradılmış əməliyyat qrupu tərkibində iştirak etmişdir. Qrup üzvləri xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs ünvan 6 D ünvanının yaxınlığında olduğunu müəyyən edib, ona yaxınlaşmışlar. Sonuncuya narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onlarla birlikdə Binəqədi RPİ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və birlikdə idarəyə getmişlər. Xidməti otaqların birində dəvət edilmiş müxətəssis və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülü, qara rəngli gödəkçəsinin sağ yan cibindən isə iki ədəd «X6 8» və «Samsung Galaxy» markalı mobil telefon aparatlarını çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf bağlamanın içərisində narkotik vasitə heroin olduğunu, 2-3 gün əvvəl «Seyid» adlı İran İslan Respublikası vətəndaşı tərəfindən müxtəlif şəxslərə çatdırılması üçün ona göndərdiyini, həmin vaxtdan üzərində gəzdirdiyini və kirayə yaşadığı mənzildə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilərkən içərisində heroinə bənzər maddə olduğunu görmüşdür. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə də narkotik vasitələr olduğunu bildirdiyinə görə mənzildə təxirəsalınmaz axtarış tədbiri keçirilməsi üçün zərurət yaranmışdır. Bu məqsədlə yaradılmış digər əməliyyat qrupunun tərkibində xx xxxxxx 2019-cu il tarixdə saat 04:15 radələrində ünvan 6D, mənzil 71-də axtarış aparılmasında iştirak etmişdir. Axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarış zamanı mənzilin zal otağı ilə üzbəüz yerləşən yataq otağının sağ tərəfindəki masa dəstinin üzərində müxtəlif ölçülü 6 (altı) ədəd polietilen torbada üzərində narkotikə bənzər izlər olan bir ədəd böyük ölçülü, ağ rəngli; iki ədədi kiçik ölçülü, gümüşü rəngli cəmi 3 (üç) ədəd elektron tərəzi, üzərində narkotikə bənzər izlər olan 1 (bir) ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar, həmin masa dəstinin birinci siyirməsindən 8 (səkkiz) ədəd 50.000 rial və 6 (altı) ədəd 100.000 rial İran İslam Respublikasına aid kağız pul əskinazları, mənzilin girişdən sol tərəfdə yerləşən digər yataq otağında qapı ilə üzbəüz qoyulmuş termo dəstinin sağdan sola birinci siyirtməsindən 3 (üç) ədəd 10-luq «Amoxicillin» adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilən bağlamalarda narkotik vasitələr və psixotrop maddələr olduğunu, onları tanışı İran İslam Respublikası vətəndaşının Bakı şəhərində müxtəlif şəxslərə çatdırılması üçün ona göndərdiyini və mənzildə saxladığını bildirmişdir. Aşkar edilmiş həmin bütün bağlamalar, tərəzilər, qaşıq, pul əskinazları və dərman preparatları karton qutu və polietilen torbada qablaşdırılıb götürülmüşdür. Axtarışla bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Şahid4 ifadəsinə oxşar ifadə verdi. İşin 1-ci cildinin 88-89-cu vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli «mənzildə axtarış aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 04:15-dən 04:30dək olan müddət ərzində Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 7 ünvanda yerləşən mənzildə videoçəkiliş vasitəsi ilə axtarış keçirilmişdir. Bu zaman mənzilin zal otağı ilə üzbəüz yerləşən yataq otağının sağ tərəfində olan masa dəstinin üzərində müxtəlif ölçülü şəffaf bağlamalara və torbalara bükülmüş narkotik vasitələr və psixotrop maddələrə bənzər müxtəlif çəkilərdə maddələr, biri böyük ağ rəngli, ikisi kiçik gümüşü rəngli olmaqla, cəmi 3 ədəd elektron tərəzi, 1 ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar aşkar olunmuş, həmin masa dəstinin 1-ci siyirtməsindən 8 ədəd 50.000 (əlli min) və 06 ədəd 100.000 (yüz min) İran İslam Respublikasına aid kağız pul əskinazları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin müxtəlif ölçülü şəffaf bağlamalara və torbalara bükülmüş narkotik vasitələrə və psixotrop maddələrə bənzər müxtəlif çəkilərdə olan maddələrin İran İslam Respublikasının vətəndaşı, tanışı tərəfindən Bakı şəhərində olan müxtəlif şəxslərə çatdırılmaq üçün göndərildiyini və həmin vaxtdan onları mənzildə saxladığını bildirmişdir. Aşkar olunmuş bütün əşyalar 1 ədəd sellofan torba və 1 ədəd karton bağlamaya yerləşdirilərək götürülmüşdür. Mənzilin girişdən sol tərəfdə yerləşən digər yataq otağında qəpı ilə üzbəüz qoyulmuş termo dəstinin sağdan birinci siyirtməsindən 03 ədəd 10-luq «Amoxicillin» adlı dərman preparatları aşkar olunmuş və dərman preparatları karton bağlamaya yerləşdirilərək götürülmüşdür. Göstərilən maddələr və əşyalar sellofan torba və karton qutuda qablaşdırılıb möhürlənmişdir. Tədbir nəticələrinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişdir. Axtarış və götürmənin gedişatı videokamera ilə qeydə alındıqdan sonra görüntülər «DVD» diksə köçürülmüş və «DVD» disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 31804 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs kirayəşin yaşadığı mənzildən aparılmış axtarış zamanı aşkar edilmiş...» yazısı olan paketdəki, 4 (dörd) ədəd polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 344,600 qr., 125,500 qr., 780,0 qr. və 1250,0 qr, ümumi təmiz çəkiasi 2500,100 qr. olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir, 1 (bir) ədəd polietilen bükümdə, təmiz çəkisi 255,570 qr. tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir və 1 (bir) ədəd şəffaf polietilen torbacıqda, təmiz çəkisi 99,307 qr. ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış asixotrop maddə-metamfetamindir. Paketdə olan 3 ədəd konvalyuta 30 ədəd kapsul zavod üsulu ilə hazırlanmış «Amoxicillin 1500» adlı dərman preparatı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar»ın, «Güclü təsir edən maddələrin və onların külli miqdarının və zəhərli maddələrin» siyahılarına daxil deyildirlər. Tədqiqata təqdim edilmiş üzərində: «Şübhəii şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı olan zərfdə, 1 (bir) ədəd polietilen torbacıqda, təmiz çəkisi 3,250 qr. olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən götürülmüş heroinin ümumi təmiz çəkisi 2503,35 qr. (2 kq. 503,35 qr) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş «SF-400 10000gX1g/353», «Yingije», «X5 200g x 0,01 g» markalı 3 (üç) ədəd elektron tərəzilərin üzərində narkotik vasitə olan-heroinin, tiryəkin və 1 ədəd xörək qaşığının üzərində narkotik vasitə olanheroinin izləri vardır. Lakin heroin və tiryək iz şəklində olduğu üçün Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş heroinlərlə və tiryəklə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1051-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «Tədqiqat obyekti № 59» ştamp əksi olan paketlərdəki Şahid1 üzərindən götürülmüş heroin və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş heroinlərlə tərkibindəki komponentlərinə görə fərqlidir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 420 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 31803 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şahid1 üzərindən aşkar edilərək götürülmüş» yazısı olan zərfdə 1 ədəd bükümdə 1,430 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 1-ci cildinin 226-245-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan torbada külli miqdarda təmiz çəkisi 3,250 qram, eləcə də onun kirayədə yaşadığı mənzildən aşkar edilərək götürülmüş müxtəlif ölçülü 4 (dörd) ədəd polietilen torbada külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 344,600 qram, 125,500 qram; 780,0 qram və 1250,0 qram, ümumi təmiz çəkisi isə 2500,100 qram narkotik vasitə heroin, 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda təmiz çəkisi 255,570 qram narkotik vasitə tiryək, 1 (bir) ədəd şəffaf polietilen torbada külli miqdarda təmiz çəkisi 99,307 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin və tiryək izləri olan «SF-400 10000 gX1g/353», «Yingjie», «X5 200g x 0,01g» markalı 3 ədəd elektron tərəzi və üzərində narkotik vasitə heroi izləri olan 1 ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar, Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş 8 ədəd seriya nömrələri fars hərfləri ilə yazılmış 50.000 rial və 6 ədəd seriya nömrələri fars hərfləri ilə yazılmış 100.000 riallıq İran İslam Respublikasına aid kağız pul əskinazları, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürlmə aparılmasını, eləcə də kirayə yaşadığı mənzildə axtarış və götürmə aparılmasının video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, heroinlər, tiryək, psixotrop maddə metamfetamin, 3 ədəd elektron tərəzi, 1 ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar Nəsimi RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, 8 ədəd seriya nömrələri fars hərfləri ilə yazılmış 50.000 riallıq və 6 ədəd seriya nömrələri fars hərfləri ilə yazılmış 100.000 riallıq İİR-na aid kağız pul əskinazları saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinə təhvil verilmiş, bir ədəd DVD disk isə iş materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 193-cü vərəqəsindəki Azərbaycan Respublikasının DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X3 şəhər Kuzmin rayon məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə RF-nın CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin «Q» bədində və 162-ci maddəsinin 2-ci hissəsinə əsasən, 05 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, lakin o, Azərbaycan Respublikası Cinayət Qanununa əsasən, hazırki cinayət işi üzrə məhkum olunmamış şəxs hesab olunur. İşin 2-ci cildinin 7-14-cü vərəqələrindəki Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair hökmdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən köhnə yanacaqdoldurma məntəqəsinin yanında bir ədəd polietilen torbacıqda, təmiz çəkisi 1,430 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Şahid1 50 manata satmışdır. İşin 69-cu vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü təqsirli bilməyərək cinayət törətmədiyini və polis əməkdaşlarının təzyiqi ilə etirafedici ifadələr verdiyini göstərdi. Onun bu ifadəsi məhkəmədə dindirilməklə tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nəsimi RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan torbada külli miqdarda təmiz çəkisi 3,250 qram, eləcə də onun kirayədə yaşadığı mənzildən aşkar edilərək götürülmüş müxtəlif ölçülü 4 (dörd) ədəd polietilen torbada külli miqdarda, ayrıayrılıqda təmiz çəkiləri 344,600 qram, 125,500 qram; 780,0 qram və 1250,0 qram, ümumi təmiz çəkisi isə 2500,100 qram narkotik vasitə heroin, 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda təmiz çəkisi 255,570 qram narkotik vasitə tiryək, 1 (bir) ədəd şəffaf polietilen torbada külli miqdarda təmiz çəkisi 99,307 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin və tiryək izləri olan «SF-400 10000 g X 1 g/353», «Yingjie», «X5 200g x 0,01g» markalı 3 ədəd elektron tərəzi və üzərində narktoik vasitə heroin izləri olan 1 ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş 8 ədəd seriya nömrələri fars hərfləri ilə yazılmış 50.000 riallıq və 6 ədəd seriya nömrələri fars hərfləri ilə yazılmış 100.000 riallıq İran İslam Respublikasına aid kağız pul əskinazları Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də kirayə yaşadığı mənzildə axtarış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan torbada külli miqdarda təmiz çəkisi 3,250 qram, eləcə də onun kirayədə yaşadığı mənzildən aşkar edilərək götürülmüş müxtəlif ölçülü 4 (dörd) ədəd polietilen torbada külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 344,600 qram, 125,500 qram; 780,0 qram və 1250,0 qram, ümumi təmiz çəkisi isə 2500,100 qram narkotik vasitə heroin, 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda təmiz çəkisi 255,570 qram narkotik vasitə tiryək, 1 (bir) ədəd şəffaf polietilen torbada külli miqdarda təmiz çəkisi 99,307 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin və tiryək izləri olan «SF-400 10000 g X 1 g/353», «Yingjie», «X5 200g x 0,01g» markalı 3 ədəd elektron tərəzi və üzərində narktoik vasitə heroin izləri olan 1 ədəd xörək qaşığı və çoxsaylı kiçik həcmli şəffaf sellofan bağlamalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş 8 ədəd seriya nömrələri fars hərfləri ilə yazılmış 50.000 riallıq və 6 ədəd seriya nömrələri fars hərfləri ilə yazılmış 100.000 riallıq İİR-a aid kağız pul əskinazları Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də kirayə yaşadığı mənzildə axtarış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-316/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-316/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver