Məhkəmə qərarları › İş №1(101)-316/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-316/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-316/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs – 31 oktyabr 1997-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan əvvəllər məhkum olmamış, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 204 , mənzil 24 ünvanında yaşamış , hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun ona nalayiq ifadələr işlədib itələməsi səbəbindən qisas almaq niyyəti ilə mənzilin mətbəx otağında yerləşən masanın üzərindəki zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyyəsindən bir dəfə qəsdən zərbə vuraraq ona döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna nüfuz edən və hemopnevmotoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 4-də qardaşı ilə birlikdə yaşayırmışlar. 1994-cü ildə anası, atası isə 2014-cü ildə rəhmətə getmişdir. Bacısı isə ailə həyatı quraraq onlardan ayrı yaşayır. o, 2018-ci ildə Elşanə Babayeva ilə ailə həyatı qurmuş, lakin aralarında rəsmi olaraq nikah bağlanmamışdır. Həmin evlilikdən bir qız övladı var. Təxminən 2019-cu ilin sonlarına kimi ailə üzvüləri ilə birlikdə ünvan 4-də qalsa da sonradan həmin evi kirayəyə verərək o ailəsi ilə başqa ünvanlara köçərək kirayədə yaşamışlar. Qardaşı Anar uzun müddətdir narkotik vasitələrdən istifadə etmişdir. Buna görə də qardaşı Anar mənzildə olan bütün ləvazimatları sataraq narkotik vasitələr alaraq özü üçün istifadə etmişdir. O, buna görə bir neçə dəfə qardaşı Anara iradını bildirsə də o ona qulaq asmamışdır. Hərdən qardaşı Anarla söz-söhbətlərimi olsa da aralarında dava-dalaş baş verməmişdir. Təxminən 3 gündə bir gedib evə baş çəkmişdir. 13 iyul 2021-ci il tarixdə saat 15 radələrində yenə getmişdir. Anar həmin vaxtı evdə tək olmuşdur. Həmin gündən təxminən 2-3 gün əvvəl Anar ondan 25 manat pul almışdır. O, Anardan aldığı 25 manat pulu nə zaman qayatacağını soruşduqda Anar pulu bugün verəcəyini demişdir. Anar ondan yenidən borc olaraq pul istəmişdir. O, ona borca pul verə bilməyəcəyimi bildirmişdir. Anar yaxınlarının ünvanına nalayiq ifadələr işlətmmişdir. O, evin mətbəxində olmuş, Anara demişdir sussun, lakin Anar nalayiq ifadələr işlətməyə davam etmişdir. Otağa daxil olan kimi Anar üzərinə gəlib nalayiq söyüş söyərək onu itələmişdir. O, həmin zaman əlini bıçağa atıb bıçağın arxası ilə onu vurmaq istəmişdir, lakin ani olaraq proses cərəyan eləmiş və bir də baxmışdır ki, bıçaq qardaşımın belində qalmışdır. O, qan axdığını görüb dərhal TTYS-na zəng etmişdir. Daha sonra yaxınlıqdakı xəstəxanaya aparılmışdır. Hadisə vaxtı mənzildə onlardan başqa hər hansısa bir şəxs olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Ağalarov Anar Ramiz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Azərlə həmişə yaxşı münasibətlarəi olmuşdur, aralarında bəzi vaxtlarda söz-söhbət olsa da davadalaş olmamışdır. Bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Azadlığa çıxdıqdan sonra bir müddət Rusiya Federasiyasında və Ukrayna Respublikasında yaşamışdır. Anaları 1994-cü ildə, ataları isə 2014-cü ildə rəhmətə getmişdir. Həmin mənzildə bir müddət qardaşı Azərlə birlikdə qalmışdır. Qardaşı 2018-ci ildə ailə həyatı qurmuşdur, bir qız övladı var. O, Azərbaycana qayıtdıqdan sonra görüb ki, qardaşı Azər ünvan 4 ünvanını kirayəyə verərək özü ailə üzvləri ilə birlikdə başqa evdə kirayədə yaşayır. Bu səbəbdən o, Bakı şəhəri ərazisində müxtəlif evlərdə kirayədə yaşayıb işləmişdir. Təxminən 2020-ci ilin yay aylarında kirayədə qalan şəxslər kirayə pulunu verə bilmədiklərinə görə evdən çıxmışlar. O, da həmin evə köçərək tək qalırmış. O, narkotik vasitələrdən istifadə edir. O, valideynlərindən yadigar qalan həmin mənzildə mətbəx ləvazimatlarını sataraq tanımadığı şəxslərdən narkotik vasitə əldə edirmiş. Qardaşı Azər bir neçə dəfə öz iradını bildirmişdir. Son 1 ildə Azər 2-3 gündə bir dəfə yaşadığı evə gələrək ona baş çəkirmiş. 13 iyul 2021-ci il tarixdə saat 15 radələrində Azər evə gəlmiş, o, həmin vaxtı evdə tək olmuş və yatmışdır. Azər mənzildə olan lambirinləri belə satmağı barəsində söhbət açıb onu danlamağa başlamışdır. O, ondan borc pul istəyən zaman ona pul verməyəcəyini bildirmişdir. Azərin həmin sözündən əsəbiləşib onun arvadının və qızının ünvanına nalayiq ifadələr işlətmişdir. Azər də mətbəxdən onun ünvanına nalayiq ifadələr işlətmişdir, sonra da onun olduğu otağa gəlmişdir. O, əsəbi olduğundan Azərin üstünə gəlib yüngül əli ilə itələmişdir, sonra bıçağın belində olduğunu görmüşdür. Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş götürülmə aparılması haqqında 13.07.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirilmiş bir ədəd bıçaq Klinik Mərkəzdən götürülməklə müvafiq qaydada qablaşdırılmışdır. (iş vərəqə 10-11) Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Klinik Mərkəzdən götürülmüş bir ədəd bıçaq qatlanan tiplidir, dəstək və tiyədən ibraətdir, işlək vəziyyətdə ümumi uzunluğu 163 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldadndır, uzunluğu orta xətt boyu 70 mm, eni əsasında 24 mm, ortada 21 mm, ucunda isə 1 mm-dir. Tiyənin bir kənarı itlənmiş, digər kənarı isə itilənməmiş vəziyyətdədir. Tiyənin ülgücü hər iki tərəfdən itilənmişdir. Küpün konturu əsasında başlayaraq 35 mm məsafəyədək çəp istiqamətli, arakəsməli dörd oymadan ibarət mişarvari formada düz istiqamətlidir, bu məsafədən sonra maili formada aşağıya doğru əyrilik əmələ gətirərək davam edir və tiyənin ülgücü ilə iti bucaq altında birləşib tiyənin ucunu əmələ gətirir, tiyənin ucu orta xətt səviyyəsində yerləşir, kafi itilikdədir. Küpün əsasında 35 mm məsafəyədək olan hissəsi istisna olmaqla, digər hissələrdə en kəsiyi “p” vardir, qalınlığı ucundan əsasında doğru istiqamətdə 0, mm-dən, 2,5 mm-ə qədərdir. (iş vərəqə 12-14) Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş Məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 840 nömrəli rəyində gösətirlmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş döş qəfəsinin sağ yarısının arxa səthinin plevra boşluğuna nüfuz edən və hemopnevmotoraks (döş boşluğuna qanın və havanın toplanması) törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 13.07.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. (iş vərəqə 112-115) Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş Məhkəmə-bioloji ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 714/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B-Alfa/İİİ/. Ekspertizaya təqdim edilən bir ədəd qatlanan bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, həmçinin alfa aqqlyutinin də alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə B-alfa/İİİ/ qruplu şəxsə, o, cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (iş vərəqə 141-144) Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş Məhkəmə soyuq silahların krimilasitik ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 599/MTKŞ-2021 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. (iş vərəqə 137-140) Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş Kompleks ambulator məhkəməpsixatrik və məhkəmə-psixoloji ekspertizasının 08.09.2021-ci il tarixli, 2078 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Ağalarov Azər Ramiz oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Ağalarov Azər Ramiz oğlu ünsiyyətçilik, hövsələsizlik, emosionallıq, tənqid və təhqirə qarşı həssaslıq, başqalarının hiss və yaşantılarınına qarşı biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğun olduğundan, o, baş vermiş hadisə zamanı öz hərəkətlərini adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək qabliyyətinə malik olmuşdur. (iş vərəqə 109-112) Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 106) Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışığın əldə edilməsidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddə cəza təyin edilməsini mümkün hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu 21 iyul 2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azər Təqsirləndirilən şəxsbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsini, Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tuturaq hesab edir ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş və 24 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, belə bir əmlak yoxdur. Əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan bir ədəd bıçağ Nəsimi rayon Polis İdarəsində saxlanılır. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X2 222 (iki yüz iyirmi iki) manat miqdarında pul ödənilsin. Məhkəmə qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasl təyin edilsin. Cəzasını ümumi rejimli cəzaşəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Nəsimi rayon Polis İdarəsində saxlanılan maddi sübut olan bir ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X2 222 (iki yüz iyirmi iki) manat miqdarında pul ödənilsin. Hökm elan edildiyi (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar