Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-316/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmiş, Zəngilan rayonunun Mincivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən ictimai yer hesab olunan İdman liseyinin yataqxanasının birinci mərtəbəsində pilləkənin yanında qonşusu Zərərçəkmiş şəxs quraşdırdığı örtüyə təpiklə vurması ilə sonuncunun bildirdiyi haqlı iradla razılaşmayıb bunu bəhanə edərək, uca səslə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, yataqxanada yaşayan şəxslərin 25-30 dəqiqə narahatçılıqlarına səbəb olan qərəzli hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan həmin yataqxananın binasının qarşısında küçədə üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi istintaqa məlum olmayan deşici-kəsici əşya ilə Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə bir dəfə vuraraq ona böyük piyliyin yaralanması ilə müşayiət olunan qarının sol yarısının ön divarından qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək, 221.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. 11 fevral 2022-ci il tarixdə, saat 22:40 radələrində yaşadığı ünvanda yerləşən İdman liseyinin yataqxanasının qarşısına gəlib orada onu gözləyən əsgər yoldaşı Şahid3 ilə görüşmüşdür. O, bir az əvvəl spirtli içki qəbul etmiş və bir qədər əsəbi olmuşdur. O, binaya daxil olarkən binanın birinci mərtəbəsində qonşusu Zərərçəkmiş şəxs ikinci mərtəbəyə qalxan pilləkənin yanında çəkdiyi palatkanı sökməsini bildirərək palatkaya təpiklə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs ona iradlarını bildirməklə gedib işi ilə məşğul olmağını demişdir. Zərərçəkmiş şəxsla aralarında sözlə mübahisə olmuş və qonşuları onların səslərinə yığışmışlar. Qonşular və dostu Şahid3 onları dalaşmağa qoymamışlar. Teyyub evinə daxil olmuş, Şahid3 onu ikinci mərtəbəyə evinə qaldırmış və sakitləşdirməyə çalışmışdır. Onlar pilləkənlə qalxarkən Teyyub yenidən evdən çölə çıxmış və ona etdiyi hərəkətin səhv olduğunu bildirmişdir. O da Teyyubdan nə səbəbə görə yenidən çölə çıxıb ucadan danışdığını soruşaraq əsəbiləşib özünü tuta bilmədən Teyyuba söyüş söymüşdür. Teyyub da qarşılıq verərək onu söymüşdür. Bir-birlərinə söyüş vermiş, o, ikinci mərtəbəyə qalxmış, Teyyub isə binanın həyətinə çıxmışdır. Qonşuları da çöldə olmuşlar. O, Elvinlə evinə daxil olmuşdur. O, evə daxil olandan sonra atası Şahid1 ondan nə baş verdiyini soruşsa da o, əsəbi olduğu üçün cavab verməmiş, bu səbəbdən atası Qulu onun kimlə və nə səbəbə görə mübahisə etdiyini bilmək üçün həyətə düşmüş, o da evin eyvanından həyətə baxmışdır. Bu zaman görmüşdür ki, atası Qulu Teyyuba yaxınlaşaraq nə səbəbə görə mübahisə etdiklərini soruşmuşdur. Teyyub da əsəbi olduğundan, kənarlaşdırmaq üçün onun atasını itələmişdir. O, bunu görən kimi eyvandan evə daxil olub mətbəxdən istifadə edilən mətbəx bıçağını götürüb cibinə qoyub dərhal binanın həyətinə düşmüşdür ki, Teyyub atasını itələdiyi üçün Teyyubu cəzalandırmaq məqsədi ilə vursun. Bundan sonra o, Teyyubu çağırmış və Teyyub binanın həyətindən küçəyə çıxmışdır. Teyyubla yenidən aralarında sözlə mübahisə olmuşdur. Mübahisə səs-küyünə həyətdə olan qonşular yaxınlaşmışlar və mübahisə etməmələrini bildirmişlər. Teyyubla mübahisə zamanı o, cibinə qoyduğu bıçağı çıxararaq Teyyubun qarnından bir dəfə vurmuş və oradan qaçıb çıxıb getmiş və gecə evə gəlməmişdir. Zərərçəkmiş şəxsla mübahisə edib ona xəsarət yetirdiyi və qonşuların narahatçılığına səbəb olduğu üçün peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yataqxanada ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir narazılıq və ya düşmənçilikləri olmamışdır. 11 fevral 2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı mənzildən çıxıb binanın 1-ci mərtəbəsində palatka ilə əhatələdiyi yerdən ev üçün lazım olan əşyanı götürmək istəyərkən Təqsirləndirilən şəxs bir nəfər tanımadığı tanışı ilə binanın qarşısında olduğunu görmüş, Abasqulunun hərəkətlərindən sərxoş olduğunu bilmişdir. Abasqulu gəlib düzəltdiyi palatkaya vurmuşdur. O, nə ilə vurduğunu bilməmiş, tappıltı eşidib palatkadan çıxmışdır. O, Abasquluya hörmətsizlik etməməsini deyəndə Abasqulu “siz mənə hörmətsizlik etmisiniz” deyə bildirmişdir. O, Abasqulunun bu sözü nəyə görə dediyini bilməmişdir. Abasqulu sərxoş olmuş və nə danışdığını bilməmişdir. Abasqulunun yanındakı şəxs Abasqulunu aralamağa və kənarlaşdırmağa çalışmış, ondan da evə getməyini xahiş etmişdir. O, Abasqulu ilə sözlə mübahisə etmişdir. O, həyətə çıxmış, daha sonra Abbasqulunun atası gəlmişdir. O, Qulunu itələmiş, gedib oğlundan soruşmağı bildirmişdir. Qulu səndələmiş, Abasqulu da bunu pəncərədən görmüşdür. Daha sonra Abasqulu 2-ci mərtəbədən düşmüş, onlar yenə sözlə mübahisə etməyə başlamışlar. O, Abasqulunun əlində bıçaq görməmişdir. Daha sonra nə olduğunu xatırlamır. Sonra evə qalxmış, yaralandığını 2 saat sonra bilmişdir və halsızlıq hiss etdiyi üçün Sabunçu rayon Tibb mərkəzinə getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Abasqulu ilə əvvəllər mübahisələri olmamış, mübahisə zamanı bir-birilərini vurmamışlar. Abasqulu yuxarı çıxandan 15-30 dəqiqə sonra aşağı düşmüş, o, Abasqulunun atasını itələdiyi üçün Abasqulu əsəbləşmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən İdman liseyinin yataqxanasında yaşayır. Təqsirləndirilən şəxs onun doğma övladı, Zərərçəkmiş şəxs da qonşusudur. Zərərçəkmiş şəxs ilə o və oğlu Təqsirləndirilən şəxs arasında əvvəllər heç bir narazılıq və ya düşmənçilik olmamışdır. 11 fevral 2022-ci il tarixdə saat 22:45 radələrində o, yuxarıda qeyd olunan ünvanda evində olmuşdur. Bu zaman binanın həyətində və daxilində mübahisə səsləri eşitmişdir. Qonşular da mübahisə səsinə həyətə düşmüşlər. O da hazırlaşıb evdən çıxan zaman oğlu Abasqulu əsəbi halda evə gəlmişdir. O, oğlundan nə baş verdiyini soruşduqda Abasqulu əsəbindən söyüş verərək qonşu Teyyubla mübahisə etdiyini bildirmişdir. Abasqulu evə girmiş, o isə binanın həyətinə düşmüşdür ki, Teyyubla görüşüb mübahisənin səbəbini soruşsun. O, Teyyubla söhbət edərkən Teyyub da əsəbi olmuş və Abasqulunun ona heç bir səbəb olmadan söyüş verərək mübahisə etdiyini deyib ucadan danışmışdır. O, bu səbəbdən Teyyuba sakitləşməsini demişdir. Lakin Teyyub əsəbi olduğu üçün onu itələmiş, o, səndələmiş və yıxılmışdır. Bu zaman qəfildən Abasqulunun həyətə düşdüyünü görmüşdür. Abasqulu onların yanlarından keçərək yola tərəf çıxmışdır. O da evə qalxmışdır. Çox keçmədən Teyyubun arvadı İntizar onun evinə qalxaraq bildirmişdir ki, Abasqulu Teyyubun qarın hissəsinə bıçaqla vuraraq xəsarət yetirib qaçmışdır. Bundan sonra Teyyubu xəstəxanaya aparmışlar. Həmin gecə Abasqulu evə gəlməmişdir. Abasqulu bir-iki gün keçmiş evə gəldikdən sonra o, Abasquludan nə səbəbə görə Teyyubu bıçaqla vurduğunu soruşduqda o, Teyyubun ona söyüş söydüyü üçün sonuncunu bıçaqla vurduğunu bildirmişdir. O, Abasquludan Teyyubu hansı bıçaqla vurduğunu soruşduqda Abasqulu, həmin mübahisə zamanı, yəni Teyyubun onu vurub yıxdığını görüb evdən mətbəx bıçağını götürüb həyətə düşdüyünü və həmin bıçaqla Teyyubu vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 11 fevral 2022-ci il tarixdə gecə saatlarında o, Abasqulu ilə görüşüb kafeyə pivə içmək üçün getmişlər. Onlar görüşdükdən sonra qayıdarkən Abasqulu yaşadığı binaya daxil olmuş və binanın ikinci mərtəbəsinə qalxan pilləkənin yanında çəkilmiş palatkaya təpiklə vurmuşdur. Bu zaman sonradan adının Teyyub olduğunu bildiyi şəxs Abasquluya öz iradını bildirmiş və Abasqulu ilə Teyyubun arasında sözlə mübahisə olmuşdur. Yaranmış səs-küyə qonşuluqda yaşayan şəxslər toplaşmışlar və onlar birlikdə Abasqulunu sakitləşdirməyə çalışmışlar. Bundan sonra Teyyub yaşadığı evə daxil olmuş, o isə Abasqulu ilə birlikdə binanın ikinci mərtəbəsinə qalxmışdır. Onlar pilləkənlə ikinci mərtəbəyə qalxan zaman Teyyub yenidən yaşadığı evdən çıxıb Abasquluya etdiyi hərəkətlərin səhv olduğuna görə iradlarını bildirmişdir. Abasqulu da əsəbləşərək Teyyubun ünvanına nalayiq sözlər dedikdə Teyyub da onun ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra o, Abasqulu ilə birlikdə binanın ikinci mərtəbəsinə qalxmışlar, Teyyub isə binanın həyətinə çıxmışdır. Qonşuluqda yaşayan şəxslər də həmin vaxtı həyətdə olmuşlar. O, Abasqulu ilə birlikdə sonuncunun yaşadığı evə daxil olmuşdur. Həmin vaxtı Abasqulu sərxoş vəziyyətdə və əsəbi halda olduğuna görə ona sakit olmasını, Teyyubla işinin olmamasını bildirmiş və Abasqulunun sakitləşmədiyini görüb sağollaşdıqdan sonra həmin yerdən uzaqlaşıb yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin tarixdə saat 23:00 radələrində o, gedəndən sonra Abasqulu özündə olan bıçaqla Teyyubun qarın nahiyəsinə vurub xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 11 fevral 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı evə gələn zaman yaşadığı binanın qarşısında çoxlu sayda qonşuların toplaşdığını görüb nə baş verməsi ilə maraqlanmışdır. Bu zaman Abasqulu yaşadıqları binaya daxil olmuş və binanın ikinci mərtəbəsinə qalxan pilləkənin yanında Teyyubun çəkdiyi palatkaya təpiklə vurmuş, Teyyub Abasquluya öz iradlarını bildirmiş və Abasqulu ilə Teyyubun arasında sözlə mübahisə baş vermişdir. Yaranmış səs-küyə qonşuluqda yaşayan şəxslər toplaşmışlar və onlar birlikdə yaxınlaşaraq Abasqulunu sakitləşdirməyə çalışmışlar. Bundan sonra Teyyub yaşadığı evə daxil olmuş, Abasqulu isə Elvin adlı tanış ilə birlikdə binanın ikinci mərtəbəsinə, yaşadığı mənzilə qalxmışdır. Bu zaman Teyyub yenidən yaşadığı evdən çıxıb Abasquluya öz iradlarını bildirərək etdiyi hərəkətlərin səhv olduğunu dedikdə Abasqulu əsəbləşərək onun ünvanına nalayiq sözlər demişdir. Bundan sonra Teyyub yaşadıqları binanın həyətinə çıxmış, qonşuluqda yaşayan şəxslər həmin vaxt həyətdə toplaşmışlar. Həmin vaxtı o, siqaret almaq üçün yaxınlıqdakı mağazaya getmiş, az sonra yenidən yaşadığı binanın qarşısına qayıtmış və bu zaman Teyyubun əli ilə qarın nahiyəsini tutub binanın divarına söykəndiyini görmüş və yaxınlaşaraq nə baş verməsi ilə maraqlandıqda Teyyub bildirmişdir ki, aralarında yaranmış mübahisə zamanı Abasqulu əlində olan bıçaqla onun qarın nahiyəsinə vurub xəsarət yetirmişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş ifadəsində Şahid2 göstərmişdir ki, o, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yerləşən İdman liseyinin yataqxanasında yaşayır. Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs qonşusudur, sonuncu ilə o və əri Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir narazılıq və ya düşmənçilik olmamışdır. 11 fevral 2022-ci il tarixdə, saat 22:30 radələrində o, yuxarıda qeyd olunan ünvanda evində olan zaman binanın həyətində və daxilində mübahisə səsləri eşitmiş, tez evdən binanın dəhlizinə çıxmış, bu zaman Teyyubla Abasqulunun sözlə mübahisə etdiklərini, Abasqulunun sərxoş vəziyyətdə Teyyubu nalayiq sözlərlə təhqir etdiyini görmüşdür. Abasqulunun söyüşlərinə qonşular evlərindən bayıra çıxmışlar. Abasqulunun yanında olan şəxs onu sakitləşdirməyə çalışmış, Abasqulu pilləkənlə qalxaraq evinə getmiş, Teyyub isə evə daxil olmuşdur. Çox keçmədən Abasqulunun Teyyubun ünvanına işlətdiyi nalayiq ifadələri eşitdikləri üçün Teyyub onu sakitləşdirmək üçün evdən çölə çıxmışdır. Çox keçmədən Teyyub evə daxil olmuş və Teyyubun əynində olan köynəyinin üzərində qan ləkələri olduğunu görmüşdür. Teyyub Abasqulunun onu binanın həyətində bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Teyyub əvvəl xəstəxanaya getmək istəməmiş, əynində olan köynək və maykanı soyunmuş, başqa mayka və köynək geyinmişdir. Daha sonra halı pisləşdiyi üçün Teyyub evdən çıxıb xəstəxanaya getmişdir. Bundan sonra, evə gələn polis əməkdaşlarına Teyyubun əynindən çıxardığı köynək və maykanı təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs Yedigar oğlunun 3 saylı Şəhər Kliniki Xəstəxanasına qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə müraciət etməsi barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Yedigar oğlunun yaşadığı bina ünvan 2 ünvanında yerləşir. Bina idman liseyinin yataqxanasıdır və 3 mərtəbədən ibarətdir. Binanın içərisinə pilləkənlə daxil olmaq olur. Binananın içərisinə daxil olduqda sağ və solda ümumi istifadəli otaqlar və dəhlizlərin sonunda ümumi istifadədə olan hamam və tualetin olması müəyyən edilir. Binanın içərisində çıxışda ikinci mərtəbəyə qalxan pilləkən vardır. Pilləkənin sol tərəfində palatka çəkilmişdir. Həmin palatkanı açıb baxdıqda pilləkənin sol tərəfində müxəlif məişət əşyyaları və alətlərinin yığılması müəyyən edilir. Sol dəhlizdə 1-ci evin Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşaması müəyyən edilir. Baxış zamanı Şahid2 binanın girişini, palatkanın qarşısını və binanın həyətini göstərərək bildirdi ki, 11 fevral 2022-ci il tarixdə, saat 23 radələrində əri Zərərçəkmiş şəxsla qonşusu AbbasŞahid1 arasında həmin yerdə mübahisə olmuş, AbbasŞahid1 əri Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs saat 23:15 radələrində yaşadıqları evə gəldikdən sonra bir qədər evdə gözləmiş və halı pisləşdiyi üçün xəstəxanaya getmişdir. Xəstəxanaya gedərkən də Təqsirləndirilən şəxs onu bıçaqlayan zaman əynində olan mayka və köynəyi çıxarıb getmişdir. Şahid2 təqdim etdiyi və üzərində qan ləkələrinə bənzər ləkələr və zədələr olan qolsuz ağ rəngli mayka və qısaqol qara rəngli köynək iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün götürülüb bir ədəd polietilen torbada qablaşdırılaraq möhürlənmişdir (cild 1, iş vərəqi 8-9). İşdə olan zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Yedigar oğlu iş ürə zərərçəkmiş qismində tanınmışdır (cild 1, iş vərəqi 18). İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin xx.xx.2022-ci il tarixli, 075- 214 nömrəli məktubundan görünür ki, keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətləri ünvan 1 ünvanında yerləşən İdman liseyinin yataqxanasında yaşayan şəxslərin narahatçılığına səbəb olmuş, hadisə zamanı ətrafda bir çox şəxslərin toplanması barədə məlumat daxil olmuşdur. Lakin tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq əldə edilməmişdir (cild 1, iş vərəqi 27). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması barədə xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 1-də yerləşən İdman liseyinin yataqxanasının həyətinə gedilir. Təqsirləndirilən şəxs yataqxananın binasının içərisinə daxil olaraq birinci mərtəbədə olan pilləkənlərin sol tərəfində quraşdırılmış örtüyü göstərərək bildirir ki, 11 fevral 2022-ci il tarixdə, saat 22:40 radələrində həmin örtüyə təpiklə vurduğu üçün Zərərçəkmiş şəxsla mübahisələri yaranmış, bundan sonra Təqsirləndirilən şəxs binanın qarşısında həyətdə dayanıb binanın qarşısında həyətdə dayanıb göstərərək Zərərçəkmiş şəxsla həmin yerdə mübahisələrinin davam etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs binanın qarşısına çıxaraq həyətin qabağında küçənin kənarında dayanıb Teymur Əsgərovla həmin yerdə mübahisəni davam etdirməklə Teymur Əsgərovlun sol qarın nahiyyəsinə mətbəxtdən götürüb üzərinə gələrək saxladığı bıçaqla vurub xəsarət yetirdiyini və bundan sonra oradan qaçıb uzaqlaşdığını bildirir (cild 1, iş vərəqi 59-62). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Əsgərov X2 Abasqulunun qohumları tərəfindən onun bütün xəstəxana xərclərinin ödənildiyini, Abasqulu ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir (cild 1, iş vərəqi 87). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 688 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs böyük piylyin yaralanması ilə müşayiət olunan qarının sol yarısının ön divarından qarın boğluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşicikəsici alətin təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla yetirilə bilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zǝrǝrvurmaya aiddir (cild 1, iş vərəqi 105-107). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1046 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktikti xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək, istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 134-136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 229-MTKŞ/2022 nömrəli rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka və qısaqol köynək) ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə iti olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi.
2. Zərərçəkmiş şəxs məxsus paltarların (mayka və köynək) ön səthində solda olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun qarının sol yarısının ön səthində olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir (iş vərəqi 137-139).
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 282-MTBŞ nömrəli rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(lll) (şəxsiyyətini təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən);
2. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka və qısaqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstərici ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigenti alındı. Belə olan halda bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 142-146).
İşdə olan əşyanın maddi sübut kimi tanınması və həlli barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka və qısaqol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 151-152). İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 32 ünvanında yaşadığı müddətdə Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Sabunçu rayon sektoruna hər hansı bir şikayət daxil olmamış, 44 günlük Vətən Müharibəsində iştirak etmişdir (cild 1, iş vərəqi 167). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi diplomların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Kyokuşin Karate üzrə keçirilən Bakı şəhər çempionatında 14-15 yaş aralığında 55 kq çəkidə İİ yerə, xx.xx.2014-ci il tarixdə 2002-2003 təvəllüdlülər arasında, 40 kq çəkidə İİİ yerə, Kyokuşin karate üzrə uşaqlar, yeniyetmələr, gənclər, qadınlar və kişilər arasında keçirilən İ KWU açıq milli Azərbaycan Çempionatında 16-17 yaş aralığında 60 kq çəkidə İİİ yerə layiq görülmüşdür. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi medalların vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2720 nömrəli Sərancamı ilə “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250s nömrəli Sərancamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi SX № ******* nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs Talış-Suqovuşan istiqamətində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N № hərbi hissənin tərkibində atıcı vəzifəsində iştirak etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakılar göstərilmişdir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: - ictimai qaydanın kobud surətdə pozulması; - cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; - vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs dostu ilə sərxoş halda yaşadığı binaya daxil olarkən pilləkənlərin yanında zərərçəkmiş şəxs tərəfindən quraşdırılmış çadıra təpik vurmuş, bu zaman çadırın içərisində olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bayıra çıxaraq ona irad bildirmiş və onların arasında mübahisə yaranmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bir-birinin ünvanına söyüşlər söymüşlər. Mübahisə zamanı təqsirləndirilən şəxsin dostu onu mübahisədən aralayaraq 2-ci mərtəbədə yerləşən mənzilinə aparmışdır. Bununla da təqsirləndirilən şəxslə zərəçəkmiş şəxsin mübahisəsi bitmişdir. Həmin mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə sonuncunun əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə bağlı hər hansı hərəkətə yol verməmişdir. Yəni həm Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarında, habelə Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında göstərilmiş “vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi” tərkib əlaməti Təqsirləndirilən şəxs əməllərində mövcud olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs həmin səbəblərə görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittihamla qəti şəkildə razılaşmır, hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri yoxdur və şərh edilən sübutlara əsasən o nəticəyə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş xuliqanlıq cinayət üzrə ittiham öz təsdiqini tapmamışdır və həmin maddə ilə ona bəraət verilməlidir. Daha sonra məhkəmədə müəyyən olundu ki, təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olduqdan sonra sonuncunun atası ondan nə baş verdiyini soruşduqda təqsirləndirilən şəxs qonşu - Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini bildirmiş, bundan sonra onun atası zərəçəkmişlə görüşüb mübahisənin səbəbini soruşmaq üçün binanın həyətinə düşmüş, Zərərçəkmiş şəxsla söhbət edərkən Teyyub da əsəbi olmuş və Abasqulunun ona heç bir səbəb olmadan söyüş verərək mübahisə etdiyini deyib ucadan danışmışdır. Zərərçəkmiş şəxs əsəbi olduğu üçün təqsirləndirilən şəxsin atasını itələmiş, sonuncu səndələmiş və yıxılmışdır. Baş verən həmin səhnəni təqsirləndirilən şəxs mənzilin eyvanından izləmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun atasını itələyərək yıxdığını gördükdən sonra o, mətbəxdən bıçaq götürərək həyətə düşmüş və həmin bıçaqla zərəçəkmiş şəxsin qarın nahiyəsinə bir zərbə vuraraq sonuncunun sağlamlığına ağır zərər vurmuş və hadisə yerini dərhal tərk etmişdir. Buradan da aşkar görünür ki, Təqsirləndirilən şəxs bıçaqlama hadisəsini tördədərkən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqaşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlərə yol verməmiş, başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və sair hərəkətlər törətməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti ilə eynidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, bıçaqla xəsarət yetirmə hadisəsinin baş verməsinə səbəb mövcud olmuşdur. Həmin səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atası Şahid1 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu itələyib yıxması olmuşdur. Bu hadisəni mənzilin eyvanından seyr edən təqsirləndirilən şəxs əsəbləşib mətbəxdən bıçaq götürərək aşağı duşmuş və zərərçəkmiş şəxsə bıçaq zərbəsi vurmuşdur. İbtidai istintaq orqanı həmin halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əlində olan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, cinayətin xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edəcək mötəbər bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Belə ki, cinayət hadisəsinə səbəb olmuş Şahid1 ilə Zərərçəkmiş şəxs arasında olan şəxsi münasibətlər zəminində baş vermiş münaqişənin olmasını ibtidai araşdırma zamanı təqsirləndirən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələrə əsasən aydın müəyyən etmək mümkündür. İbtidai istintaq orqanı mübahisənin şəxsi münasibətlər zəminində yoxsa xuliqanlıq niyyəti ilə törədilməsini aydınlaşdırmamış, işdə olan aşkar sübutları nəzərə almamış və ittihamı öz ehtimallarına əsasən vermişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət törətməsini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət törətməsini təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, həmin cinayətə görə təqsirli bilinərək məhkum edilməsi, təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmasını müəyyən və təsdiq etmək mümkün olmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsində göstərilir ki, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pelnumunun rəsmi təfsirlərini və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Pelnumunun tövsiyələrini nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə bəraət verilməli, ittihamın digər hissəsində - Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə şəxsə dəymiş ziyanı tamamilə ödəməsini 59.1.13-cü maddəsinə, Vətən müharibəsində iştirak edərək dövlət təltiflərinə layiq görülməsini, cavan olmasını, ailəsinin məcburi köçkün olmasını, ailəsində atasının və bacısının xəstə olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 07 iyul 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 96-97, 122-129). İşdə olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3-10947- 10 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 1(098)-127/21 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 160). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. İşdə olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3-10947- 10 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 1(098)-127/21 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 160). Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ona təyin edilmiş cəzadan azad edildiyi vaxtdan hazırkı iş üzrə ittiham olunduğu cinayətin törədildiyi vaxta qədər bir ildən çox müddət keçmədiyinə görə onun məhkumluğu ödənilmədiyindən məhkəmə onu həmin vaxta məhkumluğu olmayan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu baxımdan, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, Vətən müharibəsində iştirak edərək dövlət təltiflərinə layiq görülməsi, cavan olması, ailəsinin məcburi köçkün olmaları, atasının və bacısının xəstə olmaları, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əməlindən peşman olması hallarını nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma protokolundan, müstəntiqin və prokurorun qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatəti Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən müdafiə edilməmiş, o, 18 fevral 2022-ci il tarixdə saxlanıldığı X6 azad edilmiş və həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 46, 79-82, 84 ). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etmənin qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka və qısaqol köynək təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka və qısaqol köynək təyinatını itirdiyindən məhv edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.