Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-316/2024 09.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), X7 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçilər - “Fides Vəkil Bürosunun vəkilləri X9 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə xx xxxxxx 1999-cu il tarixdə Lerik rayonunun Soru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Saatlı rayonunun Mircəlalkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinn Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 181.2.1 və 221.3-cü maddələri ilə 01 avqust 1994-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumolunmamış, Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmiş, təkrarən bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir; belə ki, Təqsirləndirilən şəxs1 09 may 2022-ci il tarixdə saat 22:45 radələrində ünvan 3 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs1 ilə piyada hərəkətdə olan zaman sonuncuya onun üçün mağazadan siqaret almasını bildirmiş, Zərərçəkmiş şəxs1 siqaret alacağı halda aralarında bölüşdürəcəyini dedikdə sonuncu ilə sözlü mübahisə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən vuraraq ona sol əlin İİ, İV barmaqlarının bükücü vətərlərinin və orta sinirinin ümumi barmaq şaxəsinin zədələnməsi ilə müşayiət olunan sol əlin ovuc səthinin iri ölçülü kəsilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir; bundan başqa o, 13 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində tanışı X10 ilə ictimai yer hesab edilən ünvan 4 ünvanın yaxınlığında olan zaman həmin yerdən piyada keçən Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan nalayiq ifadələrlə təhqir edib yanlarına çağıraraq ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zakir Eminov ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zakir Eminovla birlikdə Zərərçəkmiş şəxs2 zor tətbiq edərək əl və ayaq zərbələri ilə sonuncunun bədən nahiyəsindən zərbələr vurmaqla fiziki ağrı yetirib qərəzli xuliqanlıq hərəkətləri etmişdir; bundan başqa o, təkrarən 13 iyun 2022-ci il tarixdə saat 20:40 radələrində tanışı X10 ilə ictimai yer hesab edilən ünvan 4 ünvanın yaxınlığında olan zaman həmin yerdən piyada keçən Zərərçəkmiş şəxs3 yaxınlaşıb heç bir səbəb olmadan sonuncunu nalayiq ifadələrlə təhqir etməklə ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zakir Eminov ilə bir qrup şəxs halında ictimai qaydam, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zakir Eminovla birlikdə Zərərçəkmiş şəxs3 zor tətbiq edib yumruq və təpiklə qəsdən sonuncunun bədən nahiyəsinə zərbələr vurduqdan sonra o, yerdən götürdüyü daşı silah qismində istifadə edib həmin daşla Zərərçəkmiş şəxs3 baş nahiyəsindən, Zakir Eminov isə özündə olan istintaqla müəyyən edilməmiş plastik içki qabım silah qismində istifadə edib Zərərçəkmiş şəxs3 baş nahiyəsindən qəsdən vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan, sol göz yuvası nahiyyəsinin hematoması(yumşaq toxumaların arasına qan yığılması), bu fonda gözaltı nahiyyənin əzilmiş yarası, sol qaş nahiyyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyyənin hematoması(yumşaq toxumaların arasına qan yığılması), burun sümüyünün kökünün yerdəyişməyən sınığı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və başın təpə nahiyyəsinin səthi əzilmiş yarası ilə müşayiət edilən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir; bundan başqa o, təkrarən 13 iyun 2022-ci il tarixdə saat 21:15 radələrində tanışı X10 ilə ictimai yer hesab edilən ünvan 5 ünvanın qarşısında olan zaman həmin yerdən piyada keçən Zərərçəkmiş şəxs4 yaxınlaşıb heç bir səbəb olmadan sonuncunu nalayiq ifadələrlə təhqir etməklə ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zakir Eminov ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zakir Eminovla birlikdə Zərərçəkmiş şəxs4 zor tətbiq edib yumruq və təpiklə sonuncunun bədən nahiyələrindən qəsdən zərbələr vuraraq ona döş qəfəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, sol əli əhatə edən, sol körpücükaltı nahiyənin sıyrıqları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir, bundan başqa o, 23 sentyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs5 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Dəli Kür” kafesində olan zaman Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək barədə Təqsirləndirilən şəxs2lə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş və aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 əmlakı əlverişli şəraitdə ələ keçirmək niyyətilə qəsdən Zərərçəkmiş şəxs5la sözlü mübahisə yaradıb mübahisəni həll etmək üçün həmin gün saat 03 radələrində sonuncunu birlikdə kafedən çıxararaq ünvan 6 ünvanda yerləşən “Techno Home” mağazasının qarşısına aparıb orada Təqsirləndirilən şəxs2lə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs5 sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib yumruq və təpiklə bədən nahiyələrindən zərbələr vuraraq yerə yıxmaqla ona sol gicgah-təpə nahiyəsinin əzilmiş- cırılmış yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, boyun nahiyəsinin qançırı, sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, sonuncunun əynində olan şalvarın cibindən içərisində 200 manat nağd pul olan maddi dəyəri olmayan pul kisəsini götürüb ələ keçirərək həmin pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir; belə ki, Təqsirləndirilən şəxs2 23 sentyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs5 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Dəli Kür” kafesində olan zaman Zərərçəkmiş şəxs5 əmlakını ələkeçirmək barədə Təqsirləndirilən şəxs1la razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş və aralarında olan rolların bölgüsünə əsasən o, əmlakı əlverişli şəraitdə ələ keçirmək niyyətilə qəsdən Zərərçəkmiş şəxs5la sözlü mübahisə yaradıb mübahisəni həll etmək üçün həmin gün saat 03 radələrində sonuncunu birlikdə kafedən çıxararaq ünvan 6 ünvanda yerləşən “Techno Home” mağazasının qarşısına aparıb orada Təqsirləndirilən şəxs1la birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs5 sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib yumruq və təpiklə bədən nahiyələrindən zərbələr vuraraq yerə yıxmaqla ona sol gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, boyun nahiyəsinin qançırı, sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra Təqsirləndirilən şəxs1 sonuncunun əynində olan şalvarın cibindən içərisində 200 manat nağd pul olan maddi dəyəri olmayan pul kisəsini götürüb ələ keçirərək həmin pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilmiş, həmin Məcəllənin 181.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 23 sentyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 və həmin gün tanış olduqları Müşviq İsgəndərovla «Dəli Kür» kafesində yemək yeyib spirtli içki içmişlər, həmin vaxt içkili olduqlarından Müşviq ilə sözləri düz gəlməmiş və mübahisə etməyə başlamışlar, bundan sonra kafedən küçəyə çıxdıqda mübahisələri və dava-dalaşları daha da böyümüş, davadalaş zamanı o, Müşviqdən pul tələb etməmiş, sonuncudan pul almamışdır, əksinə Müşviqin özünə 51 manat pul vermişdir ki, sonuncu ondan əl çəksin, belə ki, Müşviq ibtidai istintaq zamanı gah 100 manat, gah da başqa məbləğdə pulunun onlar tərəfindən götürüldüyünü demişdir. O, Vətən Müharibəsi iştirakçısı olmaqla keçirdiyi streslə əlaqədar müharibədən sonra tez-tez dava-dalaş etməyə başlamış, insanlara qarşı aqressiyası olmuşdur, ona qarşı irəli sürülmüş xuliqanlıq və sağlamlığa az ağır zərər vurma cinayətlərini törətsə də, quldurluq cinayət əməlini törətməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilməsə də, həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələri ilə özünü təqsirli bilərək, ifadələrində göstərmişdir ki, özü 44 günlük müharibə iştirakçısıdır. Nərimanov rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməyimə dair cinayət işinə müharibə iştiakçısı olduğundan xitam verilmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Belə ki, 09 may 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “059” adlı kafeyə spirtli içki olan pivə içməkdən ötrü getmişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 də tək olduğundan biryerdə oturaraq spirtli içki qəbul etmişdirlər. Təxminən 1 saat oturduqdan sonra həmin kafeni tərk edərək yaxınlıqdakı Qartal adlı kafeyə getmişdir. Həmin kafedə də təxminən 1-2 saat spirtli içki qəbul etdikdən sonra yaşadığı ünvanlara doğru getməyə qərara gəlmişdirlər. Kafedən çıxdıqdan sonra saat təxminən 22:45 radələrində 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət etmişdirlər. Magistral yolun kənarı ilə, yəni ki, piyadalar üçün nəzərdə tutulmuş səki ilə hərəkətdə olarkən, o, Zərərçəkmiş şəxs1 siqaret almağını xahiş etmişdir. Lakin, Zərərçəkmiş şəxs1 buna kobud şəkildə etiraz etdikdə, hər ikisi sərxoş vəziyyətdə olduqları üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o sərxoş vəziyyətdə olduğu üçün cibində olan bıçağı götürərək Elşənin sol əl nahiyyəsindən bir dəfə vurmaqla xəsarət yetirmişdir. Həmçinin o verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bağlı hadisə hadisə 09 may 2022-ci il tarixdə saat təxminən 22:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yolun kənarında baş vermiş, təxminən 10-15 dəqiqə davam etmişdir, qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı o sərxoş vəziyyətdə olduğu üçün cibində saxladığı bıçağı çıxardaraq Zərərçəkmiş şəxs1 sol əl nahiyyəsinə bir dəfə vurmaqla xəsarət yetirmişdir, qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs1 ona hər hansı formada fiziki təsir göstərməmiş və ya ona xəsarət yetirməmişdir, qeyd olunan hadisə zamanı ətrafda hadisənin şahidi ola biləcək bir neçə nəfər şəxs olmuşdur, qeyd olunan hadisə zamanı o, eləcə də, Zərərçəkmiş şəxs1 bir birlərinə qarşı sərxoş vəziyyətdə olduqları üçün nalayiq ifadə işlətmişdirlər, Zərərçəkmiş şəxs1lə aralarında baş vermiş mübahisənin səbəbi, belə ki, Zərərçəkmiş şəxs1 ilə yaşadıqları ünvanlar istiqamətində hərəkətdə olakən, Zərərçəkmiş şəxs1 ona siqaret almağını xahiş etmiş, Elşən isə kobud şəkildə almayacağını bildirmiş və bundan sonra aralarında mübahisə yaranmışdır; - 13 iyun 2022-ci il tarixdə saat 15: 40 radələrində 3-ün kruqu adlanan ərazidə dostu Zakirlə təsadüfən rastlaşmış və o Zakiri pivə içməyə dəvət etmişdir. Həmin gün saat 16:15 radələrində dostu X10 ilə Yasamal Rayonu Moskva Pr-də yerləşən Azərsu ASC-nin binasının qarşısında yerləşən kafeyə gəlmişdir. Orada adama 6-7 bakal pivə içdikdən sonra saat 20:05 radələrində həmin kafedən çıxmışdırlar. Oradan çıxdıqdan sonra üzü şamaxinka istiqamətində getməyə başlamışdırlar. İçkinində təsiri ilə kefləri yaxşı olduğu üçün yoldan keçənlərlə zarafatlaşmağa başlamışdırlar. Bu zaman qırmızı köynək geyinən bir nəfər şəxs görmüşdürlər və Zakir 2-3 dəfə həmin şəsxi çağırmışdır, hamin şəxs fikir vermədikdə Zakir təhqir etmişdir. Bu zaman həmin şəxs çönərək onlara tərəf gəlmiş və acı danışdığı üçün o həmin şəxsin üz nahiyyəsinə şillə vurmuşdur. Sonra həmin şəxs onu itələdikdə o yumruq atmiş və həmin şəxsin sinə nahiyəsinə dəymişdir. Həmin şəxs onunla dalaşmağa başladığı zaman Zakir arxadan həmin şəxsin kürəyinə yumruq zərbələri endirməyə və əlindəki plastmas fanta butulkasının arxası ilə başına zərbələr endirməyə başlamışdır. Təxminən 3-4 dəqiqə çəkən mübahisədən sonra bir nəfər onları aralamışdır və həmin şəxs qaçıb getmişdir. Bir neçə dəqiqə sonra o Zakir ilə üzü şamaxinka adlanan istiqamətə qalxan zaman birdən o, fikir vermişdir ki, Zakir biraz irəlidə bir nəfər balacaboy yumru baş adını sonradan polisdə öyrəndiyi Vüsal ilə mübahisə edir və həmin şəxs Zakirə əl qol atır. O içkinində təsiri ilə həmin şəxsə tərəf qaçıb baş nahiyəsinə yumruq zərbələri endirmişdir və aralarında dava-dalaş başlamışdır, o əsasən Vüsal adlı şəxsin baş nahiyəsinə yumruq zərbələri endirmişdir, Zakir isə Vüsal adlı şəxsin bədən nahiyəsinə yumruq təpik vurmuşdur. Həmin mübahisə 4-5 dəqiqə çəkmişdir sonra həmin balaca boy yumru baş adını sonradan polisdə öyrəndiyi Vüsal adlı şəxsi insanlar aralamışdır və Vüsal adlı şəxs qaçıb uzaqlaşmışdır. O və Zakir içkili olduqları üçün əməllərini tam dərk etmirdilər. Bu səbəbdən yola çıxaraq yoldakı maşınlara mane ola ola üzü şamaxinkaya tərəf irəliləməyə davam etmişdirlər. İçkili olduqları və dalaşdıqları üçün Zakir siqaret çəkməyi təklif etmiş və yoldan keçən göy köynək cins şalvar adını sonradan polisdə öyrəndiyi Səxavət adlı şəxsdən siqaret istəmiş, həmin şəxs Zakirə siqaret verdikdən sonra o da Səxavət adlı şəxsdən siqaret istəmişdir. Səxavət adlı şəxs ona da bir ədəd siqaret vermiş, lakin acı dil cavab verdiyi üçün ona pis təsir etmişdir. O içkinində təsiri ilə Səxavət adlı şəxsdən telefonuna baxmaq istədiyini bildirmişdir. O telefona sadəcə baxmaq istəmişdir, Səxavət adlı şəxs isə ona çox pis reaksiya vermiş, buna görə də o, Səxavət adlı şəxsin sinə nahiyəsinə yumruq zərbələri vurmuşdur və Səxavətlə itələşərkən əynində olan göy rəngli koftasını cırmışdır. Sonra o və Zakir Səxavət adlı şəxslə dalaşdıqda sonuncu müvazinətini itirmiş və yıxılmışdır, bu zaman o və Zakir Səxavət adlı şəxsə təpik vurmağa başlamışdırlar. Sonra Səxavət adlı şəxs qalxıb qaçmağa başlamışdır, bu zaman o və Zakir Səxavətin arxasınca qaçsalar da çata bilməmişdirlər və geriyə dönüb ətrafdakı insanlarla mübahisə etməyə başlamışdırlar* Sonra isə polis əməkdaşları gələrək onu və Zakiri Yasamal rayon 29-cu polis şöbəsinə aparmışdırlar. O həmin vaxt içkili olduğu üçün etdiyi əməllərin təhlükəliliyinin fərqində olmamış və etdiyi əməllərdən səmimi peşmandır. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə etdikləri şəxsləri əvvəldən tanımamış və heç biri ilə heç bir ədavəti olmamışdır, həmin şəxslərlə mübahisə edərək dalaşmaqlarının əsaslı səbəbi yoxdur, sadəcə içkinin təsiri ilə yoldan keçən insanlara ilişmişdirlər, sonuncular da ona və Zakirə reaksiya verdikdə dalaşmışdırlar, mübahisə etdikləri şəxslərə xəsarət yetirməkdə heç bir məqsədləri yox idi, sadəcə içkinin təsiri ilə etdikləri əməlləri dərk etməmişdirlər, mübahisə etdikləri şəxslərlə mübahisə zamanı onun üzərində və ya əlində hansısa yad cisim olmamışdır. Zakir Eminovla o Zərərçəkmiş şəxs4 həmin vaxt sərxoş olduqları üçün səbəbsizcəsinə döymüşdürlər, əgər Səxavətin telefonunu götürmək fikirləri olsaydı döydükdən sonra cibindən mobil telefonunu götürə bilərdilər, lakin götürməmişdirlər və ya buna cəhd etməmişdirlər. Zakirin əlində isə 1 litrlik içi dolu plastmas Fanta butulkası olmuşdur, Zakirin üzərində bıçaq olsa da istifadə etdiyini görməmişdir, həmin vaxt içkili olduğu üçün və dava dalaşın həyəcanı ilə əlinə keçən yad bir cisimlə Zərərçəkmiş şəxs3 vurmuş ola bilər, lakin tam olaraq nə olduğunu xatırlamır, hadisə zamanı Zakirin üzərində qara rəngli açılıb bağlanan bıçaq olmuşdur, içkili olduğu üçün tam xatırlamır, lakin Zakir bıçağı çıxarmış olsa belə heç kimə qarşı istifadə etməmişdir, o, baş vermiş hadisələr zamanı heç bir xəsarət almamışdır, həmçinin dostu Eminov Zakirin də xəsarət aldığını görməmişdir, polis əməkdaşları onu şöbəyə təmin edərkən hansısa fiziki zor tətbiq edilməmişdir və heç bir xəsarət yetirilməmişdir, bu barədə və baş vermiş hadisələrlə bağlı heç bir kəsdən şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs5 22 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “3-cü mikrorayon bazarı” adlanan ərazidə yerləşən “Çinar” kafesində olarkən tanımışdırlar. Belə ki, qeyd etdiyi vaxt tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə “Çinar” kafesinə spirtli içki qəbul etməyə getmişdir, həmin vaxt Zərərçəkmiş şəxs5 da ayrı stolda oturmuşdur. Zərərçəkmiş şəxs5 onların stoluna yaxınlaşaraq haradansa tanış gəldilərini bildirərək onu və Hüseynəlini öz stoluna dəvət etmişdir. O və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 təklifinə etiraz etməmiş və birlikdə hər üçü həmin stolda əyləşərək spirtli içki qəbul etməyə davam etmişdirlər. Təxminən 1 saat Çinar kafesində oturduqdan sonra 23 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində hər üçü birlikdə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Dəli Kür” kafesinə getmişdirlər. Həmin kafedə də hər üçü spirtli içki qəbul etmişdirlər. Təxminən 1-2 saat oturduqdan sonra saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs5 arasında mübahisə yaranmışdır, belə ki, Zərərçəkmiş şəxs5 ona və Hüseynəliyə qarşı nalayiq ifadələr işlədərək hörmətsizlik etməyə başlamışdır, bu zaman o Hüseynəli ilə birlikdə qərara gəlmişdirlər ki, Zərərçəkmiş şəxs5 üstündə olan pulunu götürsünlər, daha sonra Müşviq ilə Hüseynəli mübahisələrini davam etdirməkdən ötrü bayıra çıxmışdırlar. O əvvəlcə stolda oturub spirtli içki qəbul etməyini davam etdirmiş, təxminən 10 dəqiqə sonra isə o da bayıra çıxaraq Hüseynəli ilə Müşviqin yanma getmişdir. Bayıra çıxdıqda tanışı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs5 mübahisələrini davam etdirdiklərini, eləcə də, yaxalaşmalarını görmüş, Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, Müşviq sonuncunu ağır ifadələrlə təhqir etmişdir. Bundan sonra o Müşviq İskəndorun üz nahiyyəsindən sağ əl ilə bir dəfə sillə vurmuşdur. Bundan sonra isə o Zərərçəkmiş şəxs5 bir daha vurmamışdır, lakin, tanışı Təqsirləndirilən şəxs2 ilə Müşviqin arasında olan mübahisəyə görə Zərərçəkmiş şəxs5 əyləşmiş formada idi, bundan sonra o Zərərçəkmiş şəxs5 sağ cibinə əlini salmış və cibində olan pul qabını götürmüşdür. Daha sonra o həmin yerdən uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs5 cibindən götürdüyü pul qabında olan pulu saymış və 75 manat olduğunu müəyyən etmişdir, pul qabını isə yol kənarına atmışdır, daha sonra Təqsirləndirilən şəxs2 də onun yanına gəlmişdir, lakin, o tanışı Təqsirləndirilən şəxs2 həmin pulun nə qədər miqdarda olduğunu doğru deməmişdir. Belə ki, həmin pulu tanışı Təqsirləndirilən şəxs2 ilə böldükdə 14 manat olduğunu bildirmiş və 7 manatını Təqsirləndirilən şəxs2 vermişdir. Yerdə qalan pulun bir hissəsini isə xərcləmiş və cəmi 51 manat pul qalmışdır. Sabahısı gün isə polis əməkdaşları onu saxlayaraq Pİ-nə gətirmişdirlər. Həmçinin, o verilən digər suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs5 ilə 22 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarı adlanan ərazidə yerləşən “Çinar” adlı kafedə tanış olmuşdur, aralarında geniş formada münasibət olmamışdır, sadəcə olaraq, birlikdə spirtli içki qəbul etmişdirlər, Təqsirləndirilən şəxs2 isə təxminən, 2-3 ildir ki, tanıyır, aralarında dostluq münasibətləri olmuşdur. Müşviq İsgəndərov ilə bağlı hadisə 23 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Dəli Kür” kafesinin qarşısında baş vermişdir, qeyd olunan hadisə zamanı o, Zərərçəkmiş şəxs5 üz nahiyyəsindən bir dəfə sillə ilə vurmuşdur, qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs5 onu vurmamışdır, hər hansı fiziki güc tətbiq etməmişdir, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs5 mübahisə etdikləri zamanı Hüsenəlinin sonuncunu bir neçə dəfə sillə ilə sifət nahiyyəsindən vurduğunu görmüşdür, qeyd olunan hadisə zamanı Müşviq ilə Hüseynəli mübahisə etdikləri zamanı Müşviqin sonuncunu bir neçə dəfə sillə ilə sifət nahiyyəsindən vurduğunu görmüşdür, qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs5 cibindən 75 manat pulu o özü götürmüşdür, bunu həm Müşviq həm də Hüseynəli görmüşdür, qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs5 pulunu və ya digər qiymətli əşyasını Təqsirləndirilən şəxs2 götürməmişdir, lakin, sonradan o həmin pulun 14 manat olduğunu yalandan Təqsirləndirilən şəxs2 bildirmiş və yarısını, yəni ki, 7 manatını Hüseynəliyə vermişdir, qalan pulun bir hissəsini öz şəxsi ehtiyacları üçün xərcləmiş, 51 manat isə üstündədir, qeyd olunan hadisə zamanı ətrafda kimlərinsə olmağını xatırlamır, Zərərçəkmiş şəxs5 pulunu götürüb aralarında bölməkləri ilə bağlı, Zərərçəkmiş şəxs5 onlara qarşı nalayiq ifadələr işlətməyinə və hörmətsizliyinə görə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşmışdırlar ki, Müşviqin üstündə olan pulu zor tətbiq edərək götürsünlər (4-cü cild iş vərəqi 45-50). Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, 23 sentyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 və həmin gün tanış olduqları Müşviq İsgəndərovla «Dəli Kür» kafesində yemək yeyib spirtli içki içmişlər, həmin vaxt Müşviq İsgəndərovla sonuncunun onun ünvanına söyüş işlətməsi ilə bağlı mübahisəci yaranmış, bundan sonra kafedən küçəyə çıxdıqda mübahisələri və davadalaşları daha da böyümüş, dava-dalaş zamanı o və Təqsirləndirilən şəxs1 Müşviq İsgəndərovu döysələr də sonuncudan pul tələb etməmişlər və almamışlar. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022ci il tarixdə səhər saatlarında əvvəllər həbsxanada birgə olduğu Bəhruz ona zəng vuraraq görüşmək istədiyini və yaşadığı Dərnəgül qəsəbəsinə gəlməyini xahiş etmiş, etibarnamə ilə idarə etdiyi “Tofaş” markalı dövlət qeydiyyat nömrəni şanınlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadiq Gəraybəyli küçəsinə gəlmiş, orada Bəhruzla görüşdükdə yanında sonradan adı məlum olan Anar və Şahin adlı şəxlərin olduğunu görmüş, Bəhruz təklifində tanıdığı Elməddin və Fərid adlı şəxslər məhlədə narkotik vasitələr satıb gəncləri zəhərləməsini, bu şəxsləri tutub ifşa etməsini bildirmiş, ona görə də Bəhruz Elməddinə zəng edərək harada olduğunu soruşmuş, sonuncu yaxınlıqda olduğunu demiş, yerini bildikdən sonra Bəhruz Anarla və Şahin isə onun avtomobilində oturaraq Cəfər Xəndan küçəsinə sürmüş, orada Elməddinlə Bəhruz görüşüərək yaxınlıqdakı troleybus parkının ərazisinə qayıtmış, Parkın ərazisində Bəhruz Elməddinlə söhbət etmiş və az sonra sonuncunun Fərid adlı dostunun küçənin başındakı “Azərtac” mətbuat yayım mərkəzinin qarşısına gəldiyini və orada görüşmək lazım olduğunu demiş, bundan sonra birlikdə ora getmiş, yolun solunda dayanıb Fəridin gəlməsini gözləmiş, Fərid Nissan markalı avtomobillə gəlib saxladıqda Bəhruz idarə etdiyi “Mersedes-190” markalı avtomobillə yaxınlaşıb Fəridin idarə etdiyi avtomobilin yanında saxlamış, onun çıxışına maneçilik yaratmış, sonra maşından düşərək Fəridin maşından düşməsini istəmiş, lakin, Fərid qapıları bağladığından maşından düşməmiş, bundan sonra, Bəhruz yumruqla maşının sağ yan şüşəsini vurub sındırmış, qapını açmış, sonra Fərid özü maşından düşmüş, X14 idarə etdiyi maşına mindirmiş, həmin vaxt öz maşını işə saldıqda işə düşmədiyndən Bəhruzun ardınca gedə bilməmiş, az sonra ona zəng edib məhlədə Bəhruza çatmış, özü, Şahin, Anar, Elməddin və Fərid birlikdə Bəhruzun idarə etdiyi avtomobillə Yasamal rayonuna tərəf getmiş, yolda Bəhruzun xahişi ilə maşından düşüb yolun kənarından 2 ədəd eynək almış, Elməddinlə Fəridin gözünə taxıb hərəkətə başlamış, Bəhruzun idarə etdiyi avtomobillə sonradan ünvanım bildiyi Yasamal rayonu, 2-ci Alatava,ev 95 ünvana getmiş, orada Şaiq adlı oğlan onları qarşılamış, axşam saat 18 radələrinədək həmin ünvanda qalmış, həmin vaxt otaqda olarkən Fərid tanış və ailə üzvlərinə zəng edib onun kartına pul atmasını istəmiş, axşam evə qayıdanda kartda artıq lazımi qədər pul toplandığını, Bəhruz kartdan pulu çıxarıb qayıtmaq və Elməddinlə Fəridi evinə yollamaq lazım olmasını bildirmiş, Bəhruza məxsus avtomobili Şahin idarə etmiş, maşında özü, Şaiq, Elməddin və Bəhruz Nəsimi rayonu, 20-yanvar dairəsi yaxınlığında bankomatdan məbləğini bilmədiyi pulu kartdan çıxarmış, daha doğrusu pulu kartdan Fərid özü çıxartmış və uşaqlardan birinə verdi. X3 düşürüb təkrar Şaiq adlı şəxsin evinə qayıtmış. Orada məbləğini bilmədiyi pulun bölgüsündən ona düşən 700 manat pulu götürüb məhəllədə maşınımı götürmək üçün Dərnəgülə gəlmiş, sonra həmin pulu kreditinə və şəxsi məsrəflərinə xərcləmişdir (cild 3, iş vərəqi 132-136). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zəmanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün “Çinar» restoranında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə tanış olmuş, onlarla birlikdə yemək yeyib spirtli içkilər qəbul etmişlər, bundan sonra hər üçü həmin kafedən çıxaraq «Dəli kür» restoranına gedərək orada da yemək yeyib spirtli içkilər içməyə davam etmişlər. Bir müddət sonra Valehlə Hüseynəli kafenin içərisində bir-biri ilə mübahisə etməyə və dalaşmağa başlamışlar, o, dalaşanları (Hüseynəli və Valehi) aralamağa çalışarkən Hüseynəli ona iradını bildirərək nəyə görə aralarına girdiyini soruşmuş və onu kafedən çölə çıxartmış, çöldə Hüseynəli bir neçə dəfə onun baş nahiyyəsinə yumruq və sillə ilə vurmuşdur; bundan sonra Valeh də kafedən çölə çıxmış və Valeh də onun sifət nahiyyəsindən bir neçə dəfə sillə ilə vurmuşdur; Valeh onun sifət nahiyyəsindən vurduqda başı divara dəymiş, nəticədə xəsarət almış, zərbələrdən yerə yıxılmış, bundan sonra Valeh və Hüseynəli onun içərisində 600 manat pulu olan pulqabısını cibindən götürərək qaçıb getmişlər. Zərərçəkmiş şəxs X6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarı adlanan ərazidə yerləşən Çinar adlı kafeyə spirtli içki qəbul etmək üçün getmişdir. Həmin vaxt orada 2 nəfər şəxslə adlarım sonradan bildiyi Valeh və Hüseynəli adlı şəxslərlə tanış olmuşdur. Həmin şəxslərin söhbətləri xoşuna gəldiyi üçün öz stoluna dəvət etmişdir. Təxminən 1-2 saat birlikdə spirtli içki qəbul etmişdirlər. Daha sonra Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən Dəli Kür kafesinə getməyə qərar vermişdirlər. Təxminən 23 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində həmin kafeyə getmişdirlər. Həmin kafedə olarkən birlikdə spirtli içki qəbul etməyə davam etmişdirlər. Saat təxminən 03 radələrində Hüseynəli ilə aralarında mübahisə yaranmışdır. Bu səbəblə o Hüseynəli ilə birlikdə bayıra getmişdir. Dəli Kür kafesinin qarşısında Hüseynəli ilə mübahisələrini davam etdirmişdirlər. Mübahisə zamanı Hüseynəli bir neçə dəfə onun baş nahiyyəsindən yumruq və sillə ilə vurmuşdur. Daha sonra Valeh də bayıra çıxmış və Valeh də onun sifət nahiyyəsindən bir neçə dəfə sillə ilə vurmuşdur. Valeh onun sifət nahiyyəsindən vurduqda onun baş nahiyyəsi divara dəymişdir və nəticədə xəsarət almışdır. Həmin şəxslərin zərbələrindən o yerə yıxılmışdır. Yıxılmış vəziyyətdə olan zaman Valeh onun sağ cibinə əlini salmış və cibində olan pul qabım içindəki 200 manat ilə birlikdə götürmüşdür. Daha sonra ətrafda olan bir neçə nəfər tanımadığı şəxslər onu Valeh və Hüseynəlinin əlindən almışdırlar. Bundan sonra hər iki şəxs qaçaraq uzaqlaşmışdırlar. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan hadisə 23 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən Dəli Kür kafesinin qarşısında baş vermiş, təxminən 10 dəqiqə davam etmişdir, qeyd olunan hadisə zamanı o Valeh və Hüseynəlini vurmamışdır, sadəcə olaraq özünü müdafiə etmək üçün Hüseynəlinin yaxa nahiyyəsindən tutmuşdur (1-ci cild iş vərqəi 26-29). Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün yolla piyada gedərkən Təqsirləndirilən şəxs1 və tanımadığı başqa bir şəxs ondan kobud formada siqaret istəmişlər, o sonunculara siqaret versə də ondan əl çəkməyərək telefonunu əlindən almaq istəmişlər, o, telefonunu onlara vermədiyinə görə hər ikisi onu əllə və ayaqla döyməyə başamışlar, əynindəki paltar da həmin vaxt cırılmışdır. O, onu döyən şəxslərin əlindən çıxaraq qaçmağa başlamış, həmin şəxslərdən biri əlində bıçaqla onun arxasınca düşmüş, ona çatana yaxın polis əməkdaşları gözyaşardıcı qazdan istifadə edərək həmin şəxsi zərərsizləşdirmişlər. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs1 qarşı şikayətçidir, sonuncu ilə barışmamışdır. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:15 radələrində yaşadığı ünvandan Şamaxinka adlanann yerdə yerləşən Qəbələ restoranına piyada şəkildə gedərkən iki nəfər tanımadığı və içkili olduqlarını düşündüyü şəxs kobud şəkildə onun qarşısını kəsərək ondan siqaret istəmişdirlər. O həmin şəxslərə siqaret versə də sonuncular ondan səbəbsizcəsinə telefonunu istəyərək onu təhqir etməyə və vurmağa başlamışdırlar. Həmin şəxslər onun sinə, baş, sol qabırğa, sol çanaq, qol nahiyyələrinə yumruq və təpiklə küçənin ortasında vuraraq xəsarət yetirməyə başlamışdırlar Həmin şəxslərdən balaca boy olan, adını sonradan öyrəndiyi Valeh adlı şəxs ilk zərbəni yumruqla onun baş nahhiyəsinə endirmişdir. Sonra isə yumruq və təpiklə bədəninin hər yerinə zərbələr endirməyə başlamışdır. Yanındakı hündür boy olan adını sonradan öyrəndiyi Zakir də Valehə qoşularaq yumruq və təpiklə onu vurmağa başlamışdır. Bu zaman o bir anlıq Zakirin əlini arxa cibinə salaraq nə isə çıxaracağını hiss edib və çıxaracağı əşyanın bıçaq olacağını düşünüb qaçmağa başlamışdır. Həmin şəxslər onu qovaladığı üçün həyəcanlanaraq yıxılmışdır, həmin şəxslər onun üzərinə gələn zaman tanımadığı insanlar aralaşdırmışdırlar. O həmin şəxslərdən qaçdıqdan sonra DİN-in 102 xidmətinə zəng vurmuşdur. Daha sonra isə polis əməkdaşları gələrək həmin şxəsləri zərərsizləşdirib avtopatrula mindirmişdirlər. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsləri əvvəllər tanımamışdır, 1-ci dəfə idi görürdü, həmin şəxslər içkili olduqları üçün səbəbsizcəsinə ona yaxınlaşmışdırlar, hadisə zamanı Təqsirləndirilən şəxs1 və Zakir Eminov hər ikisi həm yumruq, həm təpiklə ona zərbələr endirmişdirlər, balaca boy olan Valeh adlı şəxs onun əynində göy rəngli koftasını cırmış və sinə nahiyyəsinə yumruq zərbələri endirmişdir, o yıxıldığı zaman isə hər ikisi təpiklə sol qabırğa nahiyəsinin üzərinə, sol çanaq sümüyünün üzərinə zərbələr endirmişdirlər. Valeh və Zakir ona hədə qorxu gəlməmişdirlər və ya əllərini cibinə salaraq mobil telefonunu götürməyə cəhd etməmişdirlər, sadəcə olaraq, mobil telefonunu istədikdən sonra heç o cavab verməyə macal tapmadan həmin şəxslər onu səbəbsizcəsinə vurmağa başlamıışdırlar (2-ci cild iş vərəqi 160-162). Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 2022-ci ildə iyun ayının xatırlamadağı günlərinin birində, axşam saatlarında, 20 Yanvar metrostasiyasının yaxınlığında taksidən düşərək «Badi-Səba» restoranının qarşısından keçərkən oradakı köşkün qabağında bir nəfər şəxsin əyləşdiyini, digərinin isə ayaq üstə olduğunu görmüş, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs1 olmuş, digərini isə tanımamışdır, o, həmin şəxslərin yanından keçib getmiş, həmin vaxt qulağında qulaqcıq olmuş, bu səbəbdən kiminsə onu çağırmasını eşitməmiş, ikinci dəfə yəqin hündürdən çağırıldığından səs eşitmiş, qulaqcığı çıxararaq arxaya baxmış, həmin şəxslərdən biri (Valeh və ya yanındakı şəxs) onun arxasınca: «Ay qırmızı köynək, səninlə deyilik, hara qaçırsan?»,- deyə qışqırmış, onlardan biri əli ilə işarə edərək onu yanlarına çağırmış, o həmin şəxslərə yaxınlışmış, ayaq üstə olan şəxs ondan əvvəlcə siqaret istəmiş, onlara 2 ədəd siqaret vermiş, bundan sonra ondan yol pulu olaraq iki manat pul istəmişlər, o, həmin şəxslərin ondan əl çəkməyəcəklərini görüb 2 manat pul da vermiş, bundan sonra danışmaq üçün mobil telefonunu istəmişlər, o, yenə də həmin şəxslərin ondan əl çəkməyəcəklərini fikirləşib mobil telefonunu da vermiş, telefonunu götürən şəxs kiminləsə danışdıqdan sonra mobil telefonu öz cibinə qoymaq istəyərkən o, əlini ataraq mobil telefonunu götürmüş, çönüb getmək istəyərkən həmin şəxslərdən biri əlini onun çiyninə qoymuş, çönüb baxarkən gözləmədiyi anda həmin şəxs boyun nahiyəsindən onu şillə ilə vurmuş, bundan sonra əlbəyaxa olmuşlar, həmin şəxsin üstündə olarkən digər şəxs əlindəki «Fanta» qabının arxası ilə onun kürəyindən vurmuş, oraya bir nəfər gələrək onları ayırmağa cəhd etmiş, həmin vaxt kimsə onun üzərinə gələn şəxslərin əlində bıçaq olmasını, tez qaçmasını demiş, o, tez ayağa duraraq oradan qaçmış, həmin vaxt oradan keçən iki nəfər şəxs təsadüfən Təqsirləndirilən şəxs1 çiyninə toxunmuş, bundan sonra Valeh və yanındakı şəxs ondan əl çəkərək həmin iki nəfərlə dalaşmağa başlamış, o, tez kənara çəkilərək DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, Valeh və yanındakı şəxs əvvəlcə bir oğlanı döyüb pis vəziyyətə salmışlar, sonra başqa şəxslə dalaşmağa başlamışlar, sonra yenidən onun arxasınca qaçmışlar, yolu keçərkən avtomobillərə də hücum çəkmişlər, tıxac yaranmışdır, həmin anları o öz mobil telefonu ilə videoya çəkmiş və görüntüləri müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 qarşı şikayətçidir və sonuncu ilə barışmamışdır, belə ki, Təqsirləndirilən şəxs1 şəxsiyyətini qnəzərə alaraq sonuncu ilə barışması heç nəyi dəyişməyəcək. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki,xx.xx.2022-ci il tarixdə saat 20-30 radələrində Sumqayıtdan taksi ilə gəlib Yasamal rayonunda yerləşən Badi-Səba restoranının qarşısında 20 Yanvar metrostansiyasına getmək üçün düşmüşdür. Bu zaman 20 Yanvar istiqamətinə piyada şəkildə hərəkət edərkən iki nəfər tanımadığı şəxsin önündən keçmiş və qulağında qulaqcıq olduğu üçün kiminsə onu çağırdığını eşitsə də tam başa düşmədiyindən çönüb arxaya baxaraq qulaqcığı çıxarmışdır. Həmin iki nəfər şəxsdən uzunboy olan adını polisdə öyrəndiyi Zakir təhqiramiz ifadələrlə onu çağırdığını görüb həmin iki nəfər şəxsə yaxınlaşıb sakitləşmələrini təklif edərək nə istədiklərini soruşmuşdur. Bu dəfə hər iki şəxs onu təhqir edərək üzərinə yerimişdirlər. Bu zaman həmin şəxslərdən balacaboy olanı adını polisdə öyrəndiyi Valeh səbəbsizcəsinə küçənin ortasında onun üzünün sol nahiyəsinə şillə vurmuşdur. O nə qədər həmin şəxsləri sakitləşdirməyə çalışsa da həmin şəxslərin içkili olduğunu və onunla dalaşacaqlarını başa düşüb uzaqlaşmağa çalışmış, lakin, hər iki şəxs onun üzərinə hücum çəkmişdirlər. Bu zaman ilk olaraq Valeh onun sinə nahiyəsinə yumruq vurmuş, sonra isə hər ikisi yumruq və təpiklə onun ayaq və bel nahiyyəsinə zərbələr endirmişdirlər, həmçinin uzunboy olan Zakir əlindəki 1 litrlik plasmas Fanta butulkasının arxa bərk nahiyyəsi ilə onun başının arxa hissəsinə zərbələr endirmişdir. Sonra isə bir nəfər tanımadığı şəxs Zakirin onun üzərinə əlindəki tam olaraq görmədiyi əşya ilə hücum çəkərkən qarşısını almış və o oradan qaçıb 10-15 metr uzaqlaşmışdır, daha sonra isə DİN-in 102 xidmətinə məlumat vermişdir. Dayanıb geriyə baxdıqda həmin iki nəfər şəxsin başqa bir şəxsi, balacaboy yumru baş bir nəfəri təhqir etdiklərini və üzərinə hücum çəkərək pis şəkildə döydüklərini görmüşdür. Həmin iki nəfər şəxslərdən balacaboy olan adını polisdə öyrəndiyi Valeh daşla həmin şəxsin başına vurduğunu və uzunboy olan Zakirlə birgə yerə yıxaraq təpiklədiklərini görmüşdür. O geri qayıdaraq həmin döyülən şəxsin dostu ilə birgə döyülən şəxsi araladıqda sonuncu oradan qaçaraq uzaqlaşmışdır. Həmin döyülən şəxsin baş nahiyyəsində çox ciddi zədə var idi və üzəri qan içində idi. Həmin döyülən şəxsin adını sonradan polisdə Vüsal olduğunu öyrənmişdir. Sonuncuların davası təxminən 5-6 dəqiqə çəkmişdir. O polisə məlumat verdiyi üçün həmin iki nəfər şəxsi izləməyə davam etmişdir. Bu zaman sonuncuların yolda hər kəsə əl qol ataraq və təhqir edərək üzü şamaxinka tərəfə qalxdıqlarını görmüşdür. Sonra isə həmin uzunboy olan Zakirin bir nəfər göy köynək oğlandan, yəni ki, sonradan polisdə adını öyrəndiyi Səxavət adlı şəxsdən siqaret istədiyini və yanındakı Valehin də siqaret aldığım daha sonra isə Valehin həmin şəxsin sinə nahiyəsinə yumruq zərbələri endirdiyini görmüşdür. Həmin şəxslə də aralarında dava dalaş başlamış və bu dəfə yenə də hər ikisi birləşib Səxavət adlı şəxsi yerə yıxıb döymüşdürlər. Burda da davanı Valeh başlatmıdşır. Həmin döyülən göy köynəkli şəxs qaçıb uzaqlaşmaq istədikdə balacaboy olan Valeh arxasınca qaçmış, uzunboy olan Zakir də əlində bıçaqla arxasınca qaçmışdır. Həmin göy köynək geyinən şəxs qaçarkən büdrəyərək yıxıldığı üçün Valeh həmin şəxsə çatmışdır. Valeh həmin şəxsə çatdığı vaxtda o balacaboy olan Valehlə döyülən həmin şəxsin arasına girib yolunu kəsmişdir, həmin döyülən şəxs qaçaraq oradan uzaqlaşmışdır. Həmin döyülən göy köynək şəxsi döymələri də 3-4 dəqiqə çəkmişdir. Bundan sora polis əməkdaşları gələrək Valeh və Zakir adlı şəxsləri avtopatrula mindirmişdirlər. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsləri əvvəllər tanımamışdır və 1-ci dəfə idi görürdü, həmin şəxslər içkili olduqları üçün səbəbsizcəsinə ona yaxınlaşmışdırlar, o, ilk öncə uzun boy olan adını polisdə öyrəndiyi Zakirin əlində 1 litrik plasmas fanta butulkası olduğunu görmüş, daha sonra isə sonuncunun əlində bıçaq olduğunu da görmüş və döyülən göy köynək, göy cins geyinən şəxsi həmin bıçaqla qovduğunu da görmüşdür, balacaboy olan adını polisdə öyrəndiyi Valehin isə əlində daşla polisdə adım öyrəndiyi Vüsal adlı şəxsin baş nahiyəsinə zərbə endirdiyini görmüşdür, ona qarşı zərbələr endirərkən uzunboy olan Zakir adlı şəxsin əlində içi sok ilə dolu 1 litrlik plasmas fanta butulkası olmuşdur, əllərində başqa bir yad cisim isə görməmişdir, Zakir ilə Valehin onunla müahisəsi 3-4 dəqiqə davam etmişdir (2-ci cild iş vərəqi 171-174). Məhkəmə zəmanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə axşam saatlarında iş yoldaşı Şahid3la birlikdə işlədikləri şirkətin avtobusu ilə yol getmiş, avtobus Yasamal rayonunda yerləşən «Azərsu»nun binasına çatmamış sdaypnmış, o avtobusdan düşüb bir-iki addım atan kimi tanımadığı hündür boylu şəxs onun üstünə qışqıra-qışqıra gələrək ona təkrar-təkrar: “Sən mənə nə deyirsən?!”,- demiş, o, ibtidai istintaq zamanı adının Zakir olduğunu bildiyi həmin şəxsi yola verib oradan uzaqlaşmağa çalışsa da, Zakir onu saxlayıb mübahisə etməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs1 da onun üstünə gələrək ünvanına söyüş söyməyə başlamış və yumruqla üz nahiyəsinə bir neçə dəfə vurmuşdur, bundan sonra həmin şəxslərin hər ikisi onu təpik və yumruqla döyməyə başlamışlar, Zakir adlı şəxs əlindəki içərisi dolu plastmas fanta butulkası ilə, Valeh isə yerdən götürdüyü daş parçası ilə onun başından vurmuşlar. Arxadan gələn dostu Pərviz və tanımadığı bir nəfər şəxs ona yaxnlaşaraq onları aralamış və həmin vaxt o, oradan qaça bilmişdir. Təqsirləndirilən şəxs1la barışmamış, sonuncuya qarşı şikayətçidir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində iş yoldaşı Pərvizlə işlədikləri Socar Polymer şirkətindən işdən qayıtmışdırlar. Onu işə şirkətin təşkil etdiyi avtobus aparıb gətirir. Avtobus üzü Sumqayıt tərəfdən gəldikdə Yasamal rayonunda yerləşən Azərsunun binasına çatmamış saxlamış, öndən o, arxasınca isə dostu Pərviz enmişdir. O avtobusdan enib üzü Azərsu tərəfə 2-3 addım atmışdır ki, iki nəfər şəxsin qışqırbağır saldığını və həmin iki nəfər şəxsdən bir nəfəri hündür boy olan adını sonradan polisdə öyrəndiyi Zakirin təkrar-təkrar “sən mənə nə deyirsən?!” deyə qışqıraraq üzərinə gəldiyini görmüşdür. O Zakiri yola verib oradan yayınmağa çalışsa da Zakir onu saxlayıb mübahisə etməyə başlamışdır, o Zakirlə mübahisə edərkən yanındakı balacaboy qara kofta, cins şalvarda olan adını sonradan öyrəndiyi Valeh onun üzərinə şığıyaraq təhqirlər edərək, yumruqla üz nahiyəsinə dəfələrlə zərbələr endirmişdir. Bundan sonra hər iki şəxs onun əsasən baş nahiyəsinə və bədəninin digər nahiyələrinə yumruq, təpik zərbələri endirmişdirlər. Həmçinin, Zakir əlindəki içərisi dolu plastmas fanta butulkası ilə, Valeh isə yerdən götürdüyü daş parçası ilə onun başından vurmuşdurlar. Arxadan gələn dostu Pərviz və tanımadığı bir nəfər şəxs onu araladıqları an o oradan uzaqlaşaraq qaçmışdır. Oradan uzqlaşdıqdan sonra hər tərəfinin qan olduğunu müəyyən etmişdir, bu zaman Pərviz 103 X16 xidmətinə zəng vurmuş və TTYX onu götürüb X11 (Semaşko) aparmışdırlar. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsləri əvvəllər tanımamışdır, 1-ci dəfə idi ki, görürdü, həmin şəxslər içkili olduqları üçün səbəbsizcəsinə ona yaxınlaşmışlar və onu vurmağa başlamışdırlar, hadisə zamanı ilk zərbəni balaca boy olan Valeh onun baş və üz nahiyəsindən vurmuşdur, sonrada Valeh dayanmadan onun əsasən baş nahiyəsinə yumruqlar və bədənimin digər nahiyələrinə ayaq, qol, qarın nahiyələrinə isə təpik və yumruqlar vurmuşdur, daha sonra isə uzun olan Zakir də Valeh ilə birlikdə yumruq təpik zərbələri endirməyə başlamışdır, həmçinin, hər ikisi onu döydükdə Zakir əlindəki içərisi dolu plastmas fanta butulkası ilə, Valeh isə yerdən götürdüyü daş parçası ilə onun başından vurmuşdur (2-ci cild iş vərəqi 149-151). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismindədindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 09 may 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “059” adlı kafeyə tək getmişdir. Həmin kafedə oturaraq kofe içən zaman əvvəllər tanımadığı və sonradan adım bildiyi Valeh adlı şəxs oturduğu masaya yaxınlaşaraq pivə almağını ondan xahiş etmişdir, O Valeh adlı şəxsin xahişinə görə və halına acıdığı üçün pivə almışdır. Həmçinin, özü də Valehlə birlikdə pivə içmişdir. Bundan sonra Valeh adlı şəxs ona yaxınlıqda yerləşən “Qartal” adlı kafeyə həmin kafedə canlı musiqinin olmasını bildirərək getməklərini xahiş etmişdir. O Valeh adlı şəxslə razılaşmışdır və birlikdə Qartal adlı kafeyə getmişdirlər. Qartal adlı kafedə olarkən də, Valeh adlı şəxslə birlikdə spirtli içki olan pivə içmişdirlər. Təxminən saat 22 radələrində həmin kafedən çıxaraq yaşadıqları ünvanlara getməyə qərara gəlmişdirlər. Oradan çıxdıqdan sonra isə Valeh adlı şəxs ac olduğunu bildirmişdir və birlikdə yaxınlıqda yerləşən şirniyyat evinə getmişdirlər. O Valeh adlı şəxsə şirniyyat almışdır və daha sonra həmin yeri də tərk etmişdir. Təxminən saat 22:45 radələrində 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan zaman Valeh adlı şəxs gündəlik olan evlərdə yaşadığını və cibində pul olmadığından həmin gün bayırda qalacağını bildirmişdir, bu səbəblə o Valehdən yaşadığı gündəlik evin qiymətini soruşmuşdur və Valeh 3 manat olduğunu bildirdikdə, o yenə də Valeh adlı şəxsin halına acıdığı üçün Valehin cibinə 3 manat pul da qoymuşdur. Bundan sonra Valeh adlı şəxs ondan siqaret almağını da xahiş etmişdir. Lakin, o buna narazılığını bildirərək, aldığı siqaretin yarısını Valehə, yarısını isə özünə götürəcəyini bildirmişdir. Buna baxmayaraq Valeh adlı şəxs etiraz edərək, onunla mübahisə etməyə başlamışdır. Belə ki, Valeh adlı şəxs qətiyyətlə siqaret almağını tələb etmiş və cibindən qara rəngli bıçağı çıxardaraq onun üstünə gəlmişdir. Valeh adlı şəxs onu əvvəlcə kənara itələmişdir və əlindəki bıçaqla onu vurmaq istəyəndə o, sol əlini qabağa verdiyi üçün həmin bıçaq sol əlindən dəymişdir, nəticədə o xəsarət almışdır. Daha sonra o dərhal yaxınlıqda olan aptekə getmişdir və sarğı alaraq əlini sarımışdır. Aptekdə olan zaman isə X16 maşını gəlmiş və onu xəstəxanaya aparmışdır. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan hadisə 09 may 2022-ci il tarixdə saat təxminən 22:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yolun kənarında baş vermiş, təxminən 10-15 dəqiqə davam etmişdir, qeyd olunan hadisə zamanı aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 cibində saxladığı bıçağı çıxardaraq onu vurmaq istəmiş, o sol əlini qabağa verdiyi üçün bıçaq sol əlindən dəymiş və nəticədə o xəsarət almışdır, qeyd olunan hadisə zamanı o Təqsirləndirilən şəxs1 hər hansı formada fiziki təsir göstərməmiş və ya xəsarət yetirməmişdir, qeyd olunan hadisə zamanı ətrafda hadisənin şahidi ola biləcək bir neçə nəfər tanımadığı şəxs olmuşdur (1-ci cild iş vərəqi 135-138). Məhkəmə zəmanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2022-ci ilin iyun ayında xatırlamadığı gündə, axşam saat təxminən 21 radələrində, iş yoldaşı Zərərçəkmiş şəxs3la 20 Yanvar metrostansiyasının yaxınlığındakı «Badi-Səba» restoranının qarşısından keçərkən, ondan təxminən bir metr irəlidə gedən Vüsala tanımadığı bir şəxs yaxınlaşmış, Vüsala nəsə demiş, bundan sonra sonuncuların arasında mübahisə yaranmış, o, Vüsalla dalaşmağa başlayan şəxsi aralamağa çalışmış, həmin vaxt Təqsirləndirilən şəxs1 da onların yanına gəlmiş və digər şəxslə birlikdə Vüsalı döyməyə başlamışlar, həmin vaxt Vüsal 2 dəfə yerə yıxılmış və ayağa qalxmışdır, bundan sonra o və ətrafda olan digər şəxslər Vüsalı döyən Təqsirləndirilən şəxs1 və yanıdakı şəxsi Vüsaldanayırmağa çalışmışlar, təqsirləndirilən şəxs Valeh və yanındakı digər şəxs oradan uzaqlaşaraq getmişlər, o isə DİN-in 102 xidmətinə və 103 tiib xidməti çağrı mərkəzinə zəng etmiş, bundan sonra oraya polis əməkdaşları gəlmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 13 iyun 2022-ci il tarixdə saat 20:40 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə işlədikləri Socar Polimer MMC-nin yerləşdiyi Sumqayıt şəhərindən işdən qayıdırdılar. Onu işə şirkətin təşkil etdiyi avtobus aparıb gətirir. Avtobus üzü Sumqayıt tərəfdən gəldikdə Yasamal rayonunda yerləşən "xxxx" ASC-nin binasına çatmamış saxlamış, əvvəlcə Vüsal, arxasınca isə o avtobusdan enmişdir. Hər ikisi metro istiqamətində getsələr də, Vüsal tələsdiyi üçün ondan qabaqda getmişdir. Bir müddət getdikdən sonra sonradan adım öyrəndiyi Zakir adlı şəxsin Vüsal ilə nalayiq formada söhbət etdiyini, eləcə də, Zakir adlı şəxsin sərxoş vəziyyətdə ucadan qışqıra-qışqıra danışdığını görmüşdür. Buna görə də o həmin şəxslərə yaxınlaşmışdır. Həmin an Zakir adlı şəxsi aralaşdırmağa çalışdıqda, Zakirin yanında olan sonradan adını bildiyi Valeh adlı şəxs ucadan nalayiq ifadələrlə iş yoldaşı Vüsalı təhqir edərək sifət nahiyyəsinə yumruqlar vurmağa başlamışdır. O Zakir ilə Valehi 2 nəfər şəxs olduqlarına görə aralaşdırmağa, yəni ki, tutmağı bacara bilməmişdir. Buna görə də hər iki şəxs ondan da yayınaraq iş yoldaşı Vüsalın baş nahiyəsinə və bədəninin digər nahiyələrinə yumruq, təpik zərbələri endirmişdirlər. Həmin an Vüsalın yerə yıxıldığını görmüşdür. Vüsal yerə yıxıldıqdan sonra Zakir adlı şəxs əlindəki içərisi dolu plastmas fanta butulkası ilə Vüsalın başına bir neçə dəfə vurmuşdur, eləcə də, Valeh yerdən götürdüyü daş parçası ilə Vüsalın başından bir dəfə vurduğunu görmüşdür. Daha sonra sonradan polisdə adını öyrəndiyi, həmçinin, Valeh və Zakir adlı şəxslər tərəfindən döyüldüyünü eşitdiyi Təvəkkül adlı şəxs ilə Vüsalı bir təhər aralaşdıra bilmişdirlər. Bu zaman Vüsal qaçaraq oradan uzaqlaşmışdır. Vüsalın yanına getdikdə başının qanadığını, eləcə də, üst başının qan içində olduğunu görmüşdür. Buna görə də həm DİN-in 102 xidmətinə, həm də, 103 xidmətinə məlumat vermişdir. X16 avtomobili gəldikdən sonra Vüsalı 1 saylı X15 aparmışdırlar. O da Vüsal ilə birlikdə xəstəxanaya getmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, Valeh ilə zakiri əvvəllər tanımamışdır, 1-ci dəfə idi ki, həmin şəxsləri görürdü, sonuncular içkili olduqları üçün səbəbsizcəsinə iş yoldaşı Vüsala yaxınlaşmışdırlar və döyməyə başlamışdırlar, hadisə nəticəsində onu heç kim vurmamış və ya hər hansı xəsarət yetirilməmişdir, eləcə də, o heç kimi vurmamış və ya hər hansı xəsarət yetirməmişdir (4-cü cild iş vərəqi 30-32). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə axşam saatlarında tələbə yoldaşı Şahid2 ilə Yasamal rayonu ərazisində yerləşən kafelərin birində əyləşdikləri vaxt tələbə yoldaşı Zərərçəkmiş şəxs2 ona zəng edərək 20 Yanvar metrostansiyasının yaxınlığına, «Şamaxinka» deyilən yerə, gəlməsini, ona (Təvəkkülə) kömək lazım olmasını demiş, o və Şahid2 tez «Şamaxinka» deyilən əraziyə getmişlər, oraya çatdıqları vaxt Təvəkkülün kənarda dayandığını, həmin vaxt tanımadıqları 3 nəfərin isə dalaşdıqlarını, yəni adını sonradan öyrəndikləri Təqsirləndirilən şəxs1la tanımadığı bir şəxsin birləşərək başqa bir şəxsi döydüklərini görmüşlər, döyülən şəxs qan içində olmuş, paltarları cırılmış və ayaq üstə dayana bilməmişdir. Təvəkküldən nə baş verdyini soruşduqda sonuncu tanımadığı iki nəfər şəxsin (Təqsirləndirilən şəxs1 və yanındakı şəxsin) onu (Təvəkkülü) səbəbsiz yerə döydüklərin bildirmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs1la yanındakı şəxsin başlarının qarışmasından istifadə edərək, döydükləri şəxsi kənara çəkməyi bacarmışlar. Bundan sonra Valeh və yanındakı şəxs «Şamaxinka» adlanını yerdən üzü yuxarı piyada getməyə başlamışlar və sonucuların bir nəfər yaşlı kişini də döydüklərini görmüşlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:35 radələrində qrup yoldaşı Fərhadla bərabər Yeni Yasamalda yerləşən kafedə oturan zaman qrup yoldaşı Təvəkkül Fərhada zəng vuraraq 20 yanvar tərəfdə olduğunu və iki nəfər şəxsin dava saldığını bildirmişdir. O Fərhadla birlikdə təcili olaraq taksi ilə 20 yanvar tərəfə Təvəkkülün yanına getmişdirlər, bu zaman Fərhad həmin dava salan iki nəfər şəxsi izləmişdir və həmin şəxslər Yasamal rayonu Şamaxinka adlanan ərazidə idilər. Oraya çatdıqda həmin iki nəfər şəxs bir nəfər şəxsi yumruq və təpiklə döyərək yerə yıxmışdılar, bu zaman o yaxınlaşıb kömək etmək istədikdə həmin şəxslərdən uzun olanının adını polisdə öyrəndiyi Eminov Zakirin şalvarının arxa nahiyyəsindən parıldayan əşya gördüyü üçün bıçaq olduğunu düşünüb sonuncuya yaxınlaşmamışdır. Sonra Təvəkkül həmin iki nəfərdən birini döyülən şəxsdən araladıqdan sonra həmin döyülən şəxs qalxıb qaçmışdır. Qeyd olunan şəxslərdən balaca boy olan şəxs adını polisdə öyrəndiyi Təqsirləndirilən şəxs1 döyüləni qovalamağa başlamışdır, digəri isə başqa insanlara ilişməyə başlamışdır. Sonra Zakir də Valehin arxasınca qaçmağa başlamışdır. Sonra isə sonuncular yenə başqa insanlara ilişməyə başlamış və magistral yola çıxaraq maşınların qarşısını kəsməyə və ucadan təhqiramiz ifadələr işlətməyə başlamışdırlar, bu zaman polis əməkdaşları yaxınlaşaraq həmin şəxsləri zərərsizləşdirib avtopatrula mindirmişdirlər. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsləri əvvəllər tanımamışdır, 1-ci dəfə idi görürdü, həmin şəxslərin Özlərində olmadığını müşahidə etmişdir, Zakir Eminov üzərində olan bıçağı istifadə etməmişdir, o sadəcə olaraq Zakirin üzərində bıçaq olduğunu görmüşdür, hadisə nəticəsində ona heç bir xəsarət yetirməmişdirlər.İş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 13 iyun 2022-ci il tarixdə saat 20:35 radələrində qrup yoldaşı Anarla bərabər Yasamal rayonu, Yeni Yasamalda yerləşən adı yadında olmayan kafedə oturan zaman qrup yoldaşları olan Təvəkkül ona zəng vuraraq 20 yanvar metrostansiyası tərəfdə olduğunu və iki nəfər şəxsin dava-dalaş saldığını, Təvəkkülün üzərinə hücum çəkdiklərini bildirmişdir. O Anarla təcili olaraq taksi ilə 20 yanvar tərəfə Təvəkkülün yanma getmişdirlər. Oraya çatan zaman o Təvkkülə su vermişdir və sakitləşdirməyə çalışmışdır. Sonra isə Təvəkkül həmin iki nəfər şəxsi göstərmişdir. Həmin iki nəfər şəxs şamaxinka istiqamətində yolun sağı ilə içkili vəziyyətdə küçədən keçən insanlara ilişirdilər. Təvəkkül polisə məlumat verdiyini bildir və Anarla birlikdə həmin şəxslərə tərəf gedərək polis əməkdaşlarının gəlmələrini gözlədilər. O, isə aralıda dayanmışdır. Sonra isə polis əməkdaşları gələrək həmin şəxsləri polis bölməsinə aparmışdırlar. Təvəkkül və Anar polis bölməsinə getmişdir, o isə oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsləri əvvəllər tanımamışdır, 1-ci dəfə idi görürdü, həmin şəxslərin özlərində olmadığını müşahidə etmişdir, hadisə nəticəsində ona heç bir xəsarət yetirməmişdirlər (3-cü cild iş vərəqi 72-74). Məhkəmə zamanı şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işdə olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Şübhəli şəxsin tutulması haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild iş vərəqi 63). Şübhəli şəxsin tutulması haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild iş vərəqi 64). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir (2-ci cild iş vərəqi 29-33). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir (2-ci cild iş vərəqi 29-33). Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 274-cü maddəsinə əsasən təsdiq edilərək dəyişdirilmədən saxlanılmışdır (5-ci cild). Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 274-cü maddəsinə əsasən təsdiq edilərək dəyişdirilmədən saxlanılmışdır (5-ci cild). Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (5-ci cild). İfadənin yerində yoxlanılması haqqında 24 sentyabr 2022-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılan zaman sonuncular ifadələrində göstərdikləri halları hadisə yerində təsdiq etmişlər, Təqsirləndirilən şəxs1 zərərçəkraiş şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyi yerin Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 5 ünvanının qarşısı olması, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 döyərək pulunu ələ keçirdikləri yerin isə ünvan 9 ünvanının qarşısı olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 21-23 və 26-27). İfadənin yerində yoxlanılması haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılan zaman ifadəsində göstərdiyi halları hadisə yerində təsdiq etmiş və hadisə yerinin ünvan 10 ünvanın qarşısı olması müəyyən edilmişdir (3-cü cild iş vərəqi 76-79). İfadənin yerində yoxlanılması haqqında 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki. Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanan zaman sonuncu ifadəsində göstərdiyi halları hadisə yerində təsdiq etmiş və hadisə yerinin ünvan 10 ünvanın qarşısı olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 175-176). İfadənin yerində yoxlanılması haqqında 14 iyun 2022-ci il tarixli protkodldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsi yerində yoxlanan zaman sonuncu ifadəsində göstərdiyi halları hadisə yerində təsdiq etmiş və hadisə yerinin ünvan 11 ünvanın qarşısı olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 177). Üzləşdirmə haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs5 aralarında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (1-ci cild iş vərəqi 83-88). Üzləşdirmə haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (4-cü cild iş vərəqi 19-20). DVD diskə baxış keçirilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli və 12 aprel 2023cü il tarixli protokollardan görünür ki, DİN-nin X4 Xidmətinin 12 oktyabr 2022-ci il tarixli 003-18178-1222 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş 01 ədəd DVD diskə təqsirləndirilən şəxskər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də, Zərərçəkmiş şəxs5 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskin içərisində 01 ədəd hərəkətdə olan videogörüntü vardır. Həmin görüntü Bakı şəhəri, A.Məhərrəmov küçəsi ilə Cavadxan küçəsini xx.xx.2022-ci il tarix saat 02:20dən xx.xx.2022-ci il tarix saat 02:30-dək olan müddəti özündə əks etdirir. Baxış zamanı saat 02:21-də Dəli Kür kafesinin qarşısında bir qrup şəxsin mübahisə etdiyinin öz əksini tapması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə mübahisə etmişlər, ətrafdakı şəxslər isə onları aralaşdırmağa çalışmışdır, lakin ətrafdakı şəxsləri tanımır. Daha sonra isə saat 02:24-də 2 nəfər şəxsin 1 nəfər şəxsi Techno Home mağazasının qarşısında döyməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, həmin görüntüdə olanlardan döyülən şəxs özüdür, onu döyən isə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1dur, baxışda işitrak edən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 də videogörüntüdə olan Zərərçəkmiş şəxs5 döyən şəxslərin özləri olmasını təsdiqləmişlər (2-ci cild iş vərqəi 61-63 və 4-cü cild iş vərqəi 21-22). Təqdim etmə, götürmə və baxış keçirmə haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, istintaq zamanı zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 ilə birlikdə döydükdən sonra götürdüyü pulun 51 manatını istintaqa könüllü olaraq təqdim etmişdir (1-ci cild iş vərəqi 81). Əşyanın maddi sübut kimi tanınması haqqında 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa könüllü təqdim etdiyi Zərərçəkmiş şəxs5 məxsus olan 51 manat pul maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs5 qaytarılmışdır (2-ci cild iş vərqəi 48-49). Məhkəmə-tibb ekspertizası üzrə 30 may 2022-ci il tarixli 557 nömrəli ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sol əlin İİ, İV barmaqlarının bükücü vətərlərinin və orta sinirinin ümumi barmaq şaxəsinin zədələnməsi ilə müşayiət olunan sol əlin ovuc səthinin iri ölçülü kəsilmiş yarası iti kənara malik olan alətin (əşyanın) təsirindən onun tibbi yardım almaq üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. 2. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil və qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi (2ci cild iş vərəqi 124-126). Məhkəmə-tibb ekspertizası üzrə 14 iyul 2022-ci il tarixli 592 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlər - döş qəfəsinin, sol dirsək oynağı nahiyyəsinin, sol said nahiyyəsinin, sol əli əhatə edən, sol körpücükaltı nahiyyənin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, hər biri həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (3-cü cild iş vərəqi 01-04). Məhkəmə-tibbi ekspertiza üzrə 29 iyul 2022-ci il tarixli 09/594 nömrəli ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan, sol göz yuvası nahiyyəsinin hematoması (yumşaq toxumaların arasına qan yığılması), bu fonda gözaltı nahiyyənin əzilmiş yarası, sol qaş nahiyyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyyənin hematoması (yumşaq toxumaların arasına qan yığılması), burun sümüyünün kökünün yerdəyişməyən sınığı, başın təpə nahiyyəsinin səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə, daşla vurulması nəticəsində əmələ gələ bilərdi, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan, sol göz yuvası nahiyyəsinin hematoması (yumşaq toxumaların arasına qan yığılması), bu fonda gözaltı nahiyyənin əzilmiş yarası, sol qaş nahiyyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyyənin hematoması (yumşaq toxumaların arasına qan yığılması), burun sümüyünün kökünün yerdəyişməyən sınığı dərəcəsinə görə həm ayrı-ayrılıqda, həmçinin, ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, başın təpə nahiyyəsinin səthi əzilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 2. Yuxarıda qeyd olunan xəsarətləri Zərərçəkmiş şəxs3 yıxılması və özü-özünə yetirməsi nəticəsində törənməsi inkar olunur (3-cü cild iş vərəqi 33-37). Məhkəmə-tibb ekspertizası üzrə 05 avqust 2022-ci il tarixli, 782 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (3-cü cild iş vərəqi 38-40). Məhkəmə-tibb ekspertizası üzrə 07 oktyabr 2022-ci il tarixli, 1290 nömrəli ekspert rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər alt dodağın selikli qişasının əzilmiş yarası, çənənin, sol körpücüküstü nahiyyənin, sol bazunun, sağ əlin, sağ ayaq pəncəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 23 sentyabr 2022-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 2. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür (3cü cild iş vərəqi 153-155). Məhkəmə-tibb ekspertizası üzrə 07 oktyabr 2022-ci il tarixli 1279 nömrəli ekspeort rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs5 bədən səthində aşkar olunmuş xəsarətlər - sol gicgah-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, boyun nahiyyəsinin qançırı, sol dirsək oynağı nahiyyəsinin sıyrığı bər küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. 2. Zərərçəkmiş şəxs5 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, insan bədəninin hissəsinin (əl, əl barmaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər (3-cü cild iş vərəqi 156-158) Məhkəmə-ballistik ekspertiza üzrə 06 sentyabr 2022-ci il tarixli, 3/1099 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir (3-cü cild iş vərəqi 49-51). Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 2836 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hər iki hadisəni törədərkən psixi-emosional vəziyyətində emosional oyanıqlıq yaranmış, həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşə bilərdi. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Eqosentrizm, kobudluq, inadkarlıq, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 hər iki hadisəni törədərkən və törətməzdən əvvəl ekstremal psixi vəziyyətdə (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) olmamışdır (3-cü cild iş vərəqi 149-152). 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından X10 barəsində t230070220 nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (4-cü cild iş vərəqi 108-113). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 21 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərqəi 65-66). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 21 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərqəi 65-66). Zərərçəkmiş şəxs1 məhkəməyə göndərdiyi 01 oktyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, sonuncuya qarşı şikayəti və tələbi yoxdur (5-ci cild). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, üzləşdirmə protokollarına, hadisə yerlərinin müayinəsi protokollarına və iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmələri, Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurması, təkrarən bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxs X1 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini müqayisəli şəkildə təhlil edərək zərərçəkmiş şəxs X2 məxsus 200 manat pulu ələ keçirmək məqsədi ilə Müşviq İsgəndərova qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan hərəkətlər etməmələri barədə verdikləri ifadələrini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 23-cü bəndinə əsasən CM-in 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər; Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun; özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun; quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Həmin qərarda qeyd olunmuşdur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Məhkəmə zamanı dindirilmiş zərərçəkmiş şəxs X1 ifadəsindən, o cümlədən ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs5 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin və ifadələrin hadisə yerində yoxlanması haqqında protokollardan, eyni zamanda DVD diskə baxış keçirilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli və 12 aprel 2023-cü il tarixli protokollar görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq olunması ilə müşaiyət olunan basqın etməklə sonuncunun 200 manat pulunu ələ keçirmişlər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici ifadələri, məhkəmə zamanı dindirilmiş zərərəkmiş şəxslərin və şahidlərin ifadələri, o cümlədən məhkəmə zamanı tədqiqi edilmiş məhkəmə-tibb və məhkəmə-ballistik ekspertialarının rəyləri ilə təsdiq olunmuşdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri az ağır cinayətlər, həmin Məcəllənin 181.2.1-ci maddəsi isə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək və həmin Məcəllənin 181.2.1-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onları səciyyələndirən halları və təyin olunacaq cəzaların onların islah olunmasına və onların ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı tutulduqları 23 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası: -Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 181.2.1 və 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablanmasını cəza siyasətinin məqsədlərinə uyğun hesab edir; -Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablanmasını cəza siyasətinin məqsədlərinə uyğun hesab edir Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs1 təqdim etdiyi 51 manat pulun zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-ballistik ekspertiza üzrə tədqiqatın dəyəri 64 (altmış) dörd manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə başqa maddi sübutların, mülki iddia və cinayət işi üzrə müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 181.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 181.2.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-ballistik ekspertiza üzrə tədqiqatın dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs1 təqdim etdiyi 51 manat pulun zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın, digər maddi sübutların və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-316/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-316/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver