Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-316/2025 22.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və Əliyev Firdovsi Zülfü oğlundan ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Zəngənə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Xırdalan City” yaşayış kompleksi, mənzil 28 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə-CM) 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə tanışı X2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs özünü Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən "xxxx" MTK-ya məxsus "xxxx" yaşayış kompleksinə dəmir metal çubuqlar (armatur) satan şəxs kimi təqdim edərək sonuncuda biznes fəaliyyəti ilə məşğul olan maddi imkanı yüksək bir şəxs görüntüsü yaratmaqla ona külli miqdarda pul verəcəyi təqdirdə həmin MTK-ya dəmir metal çubuqlar alıb satmaqla yüksək miqdarda qazanc əldə edə biləcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib aldadaraq inam və etibarını qazanmış, bundan sonra Zərərçəkmiş şəxs onun vermiş olduğu vədlərə inandığını görüb dəmir metal çubuq alıb "xxxx" MTK-ya sataraq yüksək qazanc əldə edəcəklərini yalandan bildirərək əslində Zərərçəkmiş şəxs məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldatmaqla 20 iyul 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Kral” şadlıq sarayının arxasında 72.000 manat, 08 avqust 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində 28.000 manat dəyərində 2012-ci il buraxılışlı, 8+1 yerlik, ekstralong tipli, dizel yanacaq növü ilə işləyən 2.2 litr mühərrik həcminə sahib, qara rəngli «Mercedes- Benz» markalı “Vito 116” modelli avtomobili, 12 avqust 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “İST Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 100.000 manat və 20 avqust 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında isə 100.000 manat olmaqla ümumilikdə 300.000 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, istintaq vaxtı müstəntiq ondan nə rəsmi sənəd tələb edib hamısını istintaqa təqdim etmişdir. Malın hara təhvil verilməsi müqaviləsini hər iki tərəfindən möhürü, qolu ilə gətirib təqdim etmişdir. "xxxx" MTK-nın ona köçürdüyü vəsaitin çıxarışını da gətirib təqdim etmişdir. O, 2019-cu ildən "xxxx" MTK ilə işləyir. Ruslan da orda menecer kimi işləyir, ofisdə oturan adamdır. May ayında Ruslan ona yaxınlaşıb dedi ki, onun Arzu adında tanışı var, onunla şərikləşib bir yerdə armatur alıb bura versinlər. O, demişdir ki, onsuz da burda işləyir, gəlsin danışıb söhbət etsinlər, razılaşsalar şərik olarlar. Ruslan özü də təsdiq edə bilər ki, o gələn vaxtı onun orda 600 minllik alacağı olub. May ayında Ruslan Arzu ilə gəldi, onlar danışdılar. O, fikirləşib deyəcəyini demişdir. Fikirlərini cəmləyib şərikli işləməyə razılaşmışlar. 2020-ci ilin iyul ayının 20-də Ruslanla Arzu ona armatur almaq üçün 100.000 manat pul verdilər. Həmin günün səhərisi 100 ton dəmir çubuqlar ora alıb tökmüş, Ruslan da aparıb. 2020-ci ilin avqust ayının 20-də ödəniş etməyə başlamışdır. Öz qolu ilə “Ocaq” restoranının qarşısında 20.000 manatı ödəmişdir. Təzədən 100.000 manat verib, yenə də həmin qaydada olub. O, pulu alıb ona ödəmirsə, dəmir də alıb verməmişsə o təzədən ona niyə aybaay pul ödəməlidir. Onlar şərik olduqlarına görə o, satır, bir aydan bir onlara ödənişlər edirlər, o da ödənişi aldıqca Ruslana verir, sonuncu da Arzuya çatdırır, çünki Arzu ilə şərikdir, sonuncu ilə də onu Ruslan tanış edib. 2020-ci ilin sentyabr ayında onlar rəsmi işləməyə başlamışlar. 2021-ci ilin sentyabr ayının 21-də "xxxx" MTK ona ödəniş edib, 22-də Zərərçəkmiş şəxs ödəniş etmişdir, köçürməsi var, çıxarışını da istintaqa təqdim etmişdir. Yenə eyni qaydada yanvar ayında köçürmə ediblər. Həmin günün tarixində sabahısı ödəniş etmişdir. Hər ay hissə-hissə ödənişini etmişdir, çünki orda pandemiya ilə əlaqədar vergi ilə bağlı problemlər olmuş, dekabr ayında işi dayandırmışlar. Onların da ödənişləri orda qalmışdır. Sonra Ruslan 2021-ci ilin fevral ayında gəldi, gecə ilə ondan 30.000 dollar pulu Yasamalda “Narıngül” restoranının qabağında aldı ki, aparıb Zərərçəkmiş şəxsa çatdırır. O da eyni qaydada aparıb çatdırıb. İndi onun rəsmi köçürtdüyü pulla bağlı Arzu deyir ki, ona kardon vermişdir. Onda rəsmi nə sənədlər var, malın verildiyi yerin, adamların şəkillərinə qədər hamısını təqdim etmişdir. Onlar ona pul köçürdüb, o da çıxarışını vermişdir. Arzuya da çıxarışını vermişdir. Hər hansı malın alışı, satışı, müqavilə və tərəflərin möhürü, qolu əsasında həyata keçirilir. Heç bir sənəd təqdim etmədən Arzu ona kardon verdiyini deyir. Bunu o, müstəntiqə də demişdir. Müstəntiq görür ki, ona "xxxx" tərəfindən etdikləri ödənişləri, onun Arzuya etdiyi ödənişlərini təqdim edir. Onlar olmadan heç bir əsassız iş başlaya bilmir, çünki Ruslan 29-cu bölmədə yazdığı ərizədə göstərir ki, o, aparıb adama 30.000 dollar pul vermişdir. Sonra Ruslan gəlib müstəntiqə deyir həyacanlı olub 30.000 dollar yazıb. Həyacanlı olubsa 10.000 dollar yazardı, o, verdiyi rəqəmi niyə orda göstərir. Müstəntiq götürüb sorğu verir "xxxx" MTK-ya, sorğunu Rəhim adlı şəxs qarşılayır və sorğuya cavab olaraq göstərir ki, “2020-ci ilin iyul ayından indiyə kimi Rusiflə bizim aramızda heç bir müqavilə yoxdur, nə də mal alqı-satqı etməmişik”. Möhürü də "xxxx"nin möhürünü vurur. Halbuki, onun 2020-ci ilin sentyabr ayının 1-dən "xxxx" MTK ilə müqaviləsi var. O geri qaytarır və "xxxx" MTK əsasən onun barəsində cinayət işi başlanır. Onun "xxxx" MTK ilə alveri olmayıb, onun ancaq "xxxx" ilə olub. Bura şahid kimi gələn Elçin müəllimi də o, bir dəfə başqa idarədə görmüşdür, sənəd vermiş, möhürləyib, qollayıb ona vermişdir. Müqaviləni onunla bağlamışdır, onların da, yəni "xxxx"in ona etdiyi köçürmələri təqdim etmişdir. Sorğunu "xxxx" MTK qarşılayır "xxxx"in möhürü ilə cavab göndərir. Əgər "xxxx" MTK sorğunu öz möhürü ilə qarşılayıb öz möhürü ilə qaytarsa idi, əlbəttə onun sonuncu ilə müqaviləsi yoxdur, onunla işləməmişdir. Öz möhürü ilə qəbul edir, "xxxx"in möhürünü vurur ki, bununla müqavilələri yoxdur. "xxxx" MTK-yə əsasən onun barəsində cinayət işi başlanır. Onların Arzu ilə şərikləşib gördükləri işlə bu işə, yəni "xxxx" MTK-ya heç bir aidiyyati yoxdur. O, müstəntiqdən təqdim etdiyi müqaviləyə əsasən sorğu verməsini tələb etmiş, "xxxx" MTK-ya niyə sorğu verib cavab alır. Bunu həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Yasamal Rayon Məhkəməsində hakimə bunu izah etdi, həbs qətimkan tədbiri seçmədilər, Bakı Apellyasiya Məhkəməsinə şikayət verdilər. Orda hakim Zərərçəkmiş şəxs sual verdi ki, “sənə pul köçürdüyünü bu adam rəsmi təsdiq edir, sən də deyirsən kardon vermisən adama, nə ilə sübut edə bilərsən kardon verdiyini?”, Arzu qaimə ilə təsdiq edildiyini bildirdi. Hakim bildirdi ki, “qaimə pulun köçürməsini təsdiq edən onlayn sənəddir, malın alışını, satışını təsdiq edən sənəd müqavilə və tərəflərin möhürü, imzası ilə həyata keçirilib, sən bir dənə də rəsmi sənəd təqdim etmirsən”. O, bütün nə sənəd var hamısını təqdim etmişdir. Onun Rəhimdən də şikayəti var, sorğunu öz şirkətindən qəbul edirsə öz şirkətinin adından cavab versin, onun “Qurtuluş Rezidence” ilə müqaviləsi ola-ola necə cavab göndərir ki, onunla iş birliyi, müqaviləsi yoxdur. O, X1 134.000 pulla bağlı şikayət yazmışdır. Ona ittiham verilən 300.000 manatdan 134.000 manatını Ruslan aparıb. O, özü 30.000 dollar Arzuya köçürtmüşdür, 20.000 pulu da əlbəəl ona vermişdir. Pulu aldığını Arzu imzası ilə təsdiq edib. Sonra da xırda-xırda tarixlərlə ödənişlər etmişdir. Birinci ödənişləri Arzuya olub, 2020-ci ilin avqust ayının 20-sindən ödənişləri başlayıb. Sentyabr ayında Arzu gətirib 100.000 manat pul verib, oktyabrda gətirib maşın verib. O, əgər ödəniş etmir, dəmir vermirsə ona necə olur pul verirdi. Bu heç bir məntiqə sığmır. Axırda da gətirib 28.000 manatlıq maşın verərək dəmirə silməyini deyir. Onun bu adamlarla işləməyə ehtiyacı yox idi, o, işləyirdi. O, 1000 ton mal "xxxx" MTK-ya vermişdir. Sonra özləri problem yaratmışlar ki, elə onların qurması olub, orda 135.000 manatı saxlamışlar, onunla bağlı məhkəməyə çıxacaqdılar, başlarına belə iş gəldi deyə pul orda qaldı. Ruslan kassada oturub, o da kassadan çıxır üzbəüz onun ofisi ilə, onu qoyar ki, pul alsın ordan çıxsın. Ruslan gəlib 29cu bölmədə hamısının izahatını vermişdi. O, suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MTK-ya hardasa 30 maşın armatur aparmışdır. Armaturu ondan Nəcəflə, Emin təhvil almışlar. Armaturu təhvil verəndə qaimə götürürdü. Özlərində də var, birini də ona verirdilər. Orda mühasib tərəfindən 2020-ci ilin may ayında çıxarılmış sənəd var, “Qurtuluş”a 917 ton mal verilib, bu qədər ödəniş olunub, bu qədər qalıq qalıb. Özləri ona sənəd veriblər. Kardonun ona heç bir aidiyyatı yoxdur. Ona 2020-ci ilin sentyabr ayının 21-də pul köçürülüb, o, sentyabr ayının 22-də pul ardıcıllıqla köçürmüşdür. Kardonu Arzu hardan çıxardıb özündən o, bilmir. Onun firması kardona aiddir, kardonla işləyirdi. Kardon veribsə rəsmi sənəd, müqavilə versin. Yoxdur, heç vaxt verə bilməyəcək, çünki o, dəmirlə işləyən adamdır, kardonla işləmir. Armaturun keyfiyyətsiz olması yalan söhbətdir. Ora mal gələndə, onlar malı sayıb qəbul edirlər. Onlar nə bilər keyfiyyətini, orda labaratoriya kağızı yox, heç nə yoxdur. Labaratoriya sənədi olsa, onlar dərhal armaturu qaytararlar. Arzuya ən birinci özünə 2020-ci ilin sentyabr ayının 20də 20.000 manat ödəniş etmişdir. 20.000 manatı Arzuya imza ilə vermişdir, iş materiallarında onun imzası ilə sənəd var. Sonra hər ay ödənişlər olub, 10.000, 15.000, sonra sentyabr ayında rəsmi köçürmə 17.000 manat olmuşdur. Ardıcıllıq 16.000, 20.000 manat olub. Yanvar ayında rəsmi köçürtmə 9.000 manat, yanvarın axırında 4000 manat olub. Kardon alveri bizdə ümumiyyətlə olmayıb. Onunla bağlı aralarında heç bir saziş olmayıb, müqavilə bağlanmayıb, bir dənə kodu deyib pulu ora köçürtmüşlər. Arzu kodu verib ki, pulu bura köçür, o da köçürmüşdür. Həmin günü də Arzu gedib pulu götürüb. Arzu ilə hər ay hesabat etmişlər, onunla Qurtuluşda, “Ocaq” restoranında, özünün restoranında (“Qədim Naxçıvan”) görüşüb ödəniş etmişdir, birinci ödənişi 2020-ci ilin 25 avqustunda 20.000 məbləğində etmişdir, imzası var. Elnurdan da Arzuya 6000 pul göndərmişdir. Axırıncı dəfə 2021-ci ilin fevralında Yasamalda “Bravo”nun qarşısında Ruslan 30.000 dollar ondan götürüb, Arzuya çatdırıb. Şahid5 verilən armaturu “Bakı Sənaye Zavoddan” almışdır, müqavilə tarixləri üst-üstə düşür. 300.000 manat müqabilində armaturları "xxxx" satmışdır. Pulları hissə-hissə ödəmişdir. Arzuya çatan məbləğ 230.000 manatdır. 230.000 manatı təsdiq edən sənədlər Arzunun bank hesablarına köçürmələrdir, Ruslanın ilkin izahatlarıdır, sonra Rusiflə Arzu arasında olan qəbzlərdir. Bu qaimələr Qurtuluşa məxsusdur. Müdafiəçisinin çıxışı ilə razıdır, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, X4 2020-ci ilin yanvar ayından Abşeron rayonu, Masazır qəsəbəsi İstiqlal küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinə armatur satarkən tanımış, Zərərçəkmiş şəxs da 2020-ci ilin iyun ayından Ruslan Kasymovun vasitəsilə tanımışdır. Həmin şəxslərlə şərikli biznes münasibəti olmuş, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik münasibəti olmamışdır. O, 2020-ci ilin iyun ayının sonlarında armatur satmaq üçün “Qurtuluş-93” yaşayış kompleksində olarkən, yaşayış kompleksinin satış meneceri kimi tanıdığı R.Kasymov ona yaxınlaşaraq, Zərərçəkmiş şəxs adlı tanışı olduğunu bildirmiş, həmin şəxsin ona maliyyə cəhətdən kömək edərsə, üçünün şərikli şəkildə qazanc əldə edib-edə bilməyəcəyini soruşmuşdur. O, R.Kasymova söylədiyi şəxsin maddi cəhətdən ona kömək edəcəyi təqdirdə, üçünün də qazanc əldə edə biləcəyini demişdir. Bundan sonra 2020-ci ilin iyun ayında o, R.Kasymov və Zərərçəkmiş şəxs “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Ocaq” restoranında görüşmüşlər, görüş zamanı Zərərçəkmiş şəxs də ona maddi cəhətdən kömək edərək, gəlir qazanmaq istədiyini bildirmişdir. Belə ki, Arzu maddi cəhətdən ona kömək göstərdikdən sonra o, sözügedən şirkətə daha çox armatur satacaqdı və əldə olunmuş gəlirin 1/3 hissəsi onun, yerdə qalan üçdə iki hissəsi isə Arzunun olacaqdı. Ruslanın pulunu isə Arzu özünə düşən paydan verəcəkdi. Ruslanın bu işdə rolu isə gedən proseslərə nəzarət etmək olmuşdur. Arzu görüş zamanı ona hər dəfədə 100.000 manat olmaqla, ümumilikdə 300.000 manat ödəmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs satılacaq hər armaturun tonundan 300-400 manat qalacağını, həmin pulun da aralarında razılaşdıqları kimi bölünəcəyini bildirmişdir. Onlar üçü qeyd olunanlar barədə ortaq məxrəcə gəldikdən sonra ayrılmışlar. Daha sonra o, 20 iyul 2020-ci il tarixdə Şahid1 və Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanda yerləşən “'Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşlər, görüş zamanı Zərərçəkmiş şəxs əlində 100.000 manat nağd pul vəsaitini əlbəəl R.Kasymova təqdim etmiş, Ruslan pul vəsaitini Arzudan aldıqdan sonra ona vermiş, o, pul vəsaitini sayıb 100.000 manat olduğuna əmin olduqdan sonra oradan uzaqlaşmışlar. O, növbəti gün Keşlədə yerləşən “Keşlə sexi” adlı sexdən 100 ton armatur alıb “Qurtuluş-93” yaşayış kompleksinə satmış, həmin satışdan 26.000 manat pul vəsaiti əldə etmişdir. Həmin 26.000 manat gəlirdən 10.000 manatını bir ay sonra, yəni xx.xx.2020-ci il tarixdə Arzuya məlumat verməklə, Ruslan vasitəsilə Zərərçəkmiş şəxs göndərmişdir, Arzu da həmin 10.000 manat pul vəsaitini qəbul etmişdir. O, 10.000 manat pul vəsaitini göndərdikdən bir ay sonra, yəni 20 sentyabr 2020-ci il tarixdə qalan 16.000 manat pul vəsaitini əsas puldan Zərərçəkmiş şəxs “Qurtuluş-93” yaşayış kompleksində işlətdiyi “Ocaq” restoranının yanında əlbəəl vermişdir. 2020-ci ilin sentyabr ayının axırlarında Arzu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman Arzu ona daha 100.000 manat vermək istədiyini bildirmişdir. O, razılıq verdikdən sonra növbəti gün Zərərçəkmiş şəxs ilə “Qurtuluş-93” yaşayış kompleksində görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs 100.000 manat pul vəsaitini nağd olaraq ödəmişdir. O, həmin pul vəsaitini sayıb doğru olduğunu gördükdən sonra oradan uzaqlaşmış, növbəti gün Keşlə qəsəbəsində “Keşlə sexi” adlı sexdə «Ömər» adlı şəxsdən (051- 500-99-19) yenə 100 ton armatur almış və “Qurtuluş-93” yaşayış kompleksinə sataraq, həmin satışdan 19.000 manat gəlir əldə etmişdir. O, satışdan təxminən bir ay sonra, yəni 2020-ci ilin oktyabr ayında Arzuya məlumat verməklə, Ruslan vasitəsilə Arzuya 15.000 manat pul vəsaiti göndərmiş, 15.000 manat pul vəsaitini göndərdiyi ərəfədə, qazanılmış qazancdan 20.000 manat pul vəsaitini Ruslan vasitəsilə Arzuya göndərmişdir. 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq, “Qurtuluş-93” yaşayış kompleksində “Mercedes Vito” markalı avtomobil olduğunu, həmin avtomobili pul əvəzi götürməsini xahiş etmişdir. O, bundan 3-4 gün sonra “Qurtuluş-93” yaşayış kompleksinə Arzunun yanına gedib “Mercedes Vito” markalı avtomobili götürmüş, həmin avtomobili də 2020-ci ilin oktyabr ayının sonlarında 28.000 manata tanımadığı şəxsə satmış, avtomobili satdıqdan üç-dörd gün sonra Arzu ilə əlaqə saxlayaraq, “Keşlə sexi” adlanan sexdə ucuz armatur olduğunu bildirmişdir. Həmin vaxt Arzu da ona 72.000 manat verib əvvəlki 28.000 manatla toplayıb ümumilikdə 100.000 manat edərək armatur almasını tapşırmışdır. Sonra 2020-ci ilin oktyabr ayının sonlarında Arzu ilə o, Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev prospekti, 125 ünvanında yerləşən “X11”in yaxınlığında yerləşən “Keşlə sexi” adlanan sexin qarşısında görüşmüşlər, sexin qarşısında Arzu 72.000 manat pul vəsaitini əlbəəl ona təqdim etmiş, bundan sonra o, 72.000 manatla 28.000 manatı bir yerə toplayıb 100.000 manat edərək, “Keşlə sexi” adlı sexdə «Ömər» adlı şəxsdən 100 ton armatur almış, həmin armaturu şirkətə satdıqdan bir ay sonra Şirkət satışa görə ona ümumilikdə 14.000 manat məbləğdə pul ödəmişdir. 2020-ci ilin noyabr ayının sonlarında Arzu təcili pul ehtiyacı olduğunu bildirərək, ondan 3.000 ABŞ dolları məbləğində pul vəsaiti istəmiş, o da, həmin 14.000 manatdan 01 ABŞ dolları 01 manat 70 qəpik ekvivalentində olmaqla, 3.000 ABŞ dolları, yəni 5.100 manat pul vəsaitini “Qurtuluş-93” yaşayış kompleksinin həyətində nağd şəkildə əlbəəl Zərərçəkmiş şəxs vermişdir. Bundan 3-4 gün sonra, 2020-ci ilin noyabr ayının sonlarında Ruslan pula ehtiyacı olduğunu ona bildirərək, 1.000 manat pul istəmiş, o, Arzuya məlumat verməklə, “Qurtuluş-93” yaşayış kompleksinin həyətində Ruslana əlbəəl 1.000 manat pul vəsaiti vermişdir. O, 2020-ci ilin dekabr ayında əsas puldan 20.000 manat pul vəsaitindən 1.000 manatını özündə saxlamaqla, 19.000 manatını Ruslana, sonuncunun “Qurtuluş-93” yaşayış kompleksində əyləşdiyi xidməti otaqda əlbəəl vermiş, Ruslana pulu verdikdən sonra Arzuya məlumat vermiş, Ruslan həmin 19.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs çatdıracaqdı. O, 2021-ci ilin yanvar ayında əsas puldan 16.000 manat pul vəsaitini “Qurtuluş-93” yaşayış kompleksində, işlətdiyi “Ocaq” restoranında Zərərçəkmiş şəxs vermiş, 2021-ci ilin fevral ayının axırlarında və Ruslanla o, ünvan 5 ünvanda görüşmüş, görüş zamanı Ruslana 01 ABŞ dolları 01 manat 70 qəpik ekvivalentində olmaqla, ümumilikdə 30.000 ABŞ dolları, yəni 51.000 manat pul vəsaiti vermiş, bu barədə Arzunu da məlumatlandırmışdır. Ruslan pulu ondan alarkən, qeyd olunan pul vəsaitini Arzuya çatdıracağını bildirmişdir. Bu, onun Arzuya əsas puldan verdiyi sonuncu pul vəsaiti olmuşdur. Bundan sonra onun Arzuya verdikləri yerdə qalan məbləğin faizi olmuşdur. O, 2021-ci ilin dekabr ayı ərəfələrində Arzunun işlətdiyi “Qədim Naxçıvan” restoranına getmiş, Arzuya şərikli biznesdən qazanılmış gəlirdən 4.000 manat və 2.000 manat pul vəsaitlərini vermiş, 2021-ci ilin dekabr ayında Ruslanla dəqiq xatırlamadığı tarixlərdə üç dəfə görüşmüş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən "xxxx" ASC-yə aid bankomatın yanında 1.500 manat, “Qurtuluş-93” yaşayış kompleksində 750 manat, sonuncu ödənişdən 3-4 gün sonra həmin yerdə 1.900 manat pul vəsaitlərini Ruslana vermiş, bütün ödəmələr barədə Azuya məlumat vermişdir. O, həmin ərəfədə, yəni 2021-ci ilin yayından 2021-ci ilin dekabrına kimi Arzuya təxminən aylıq 9.000 manat pul vermiş, çünki Arzu ona 300.000 manat pul vəsaitini ödəməsi üçün faizə pul götürdüyünü bildirib, faizləri ödəmək üçün ondan aylıq 9.000 manat pul vəsaiti almışdır. 2021-ci ilin yay aylarında onun “Qurutluş-93” yaşayış kompleksi ilə mübahisəsi yaranmışdır. Bundan sonra Arzu ondan pulun üstünü almağa başlamış, çünki artıq o, qeyd olunan şirkətə armatur satmamışdır. Arzunun ondan faiz olaraq da, aylıq 9.000 manat pul alması bununla bağlı olmuşdur. O, 2021-ci ilin iyul ayında biznesdən gəlmiş puldan 17.000 manat pul vəsaitini özünə məxsus "xxxx"-a aid bank kartından Zərərçəkmiş şəxs hazırda adını xatırlamadığı şirkətinin, «Express bank» hesabına köçürmə yolu ilə ödəmiş, Arzu həmin 17.000 manat pulun 7.000 manat hissəsini ona qaytarmış, çünki qazanılmış gəlirdən onun payı olmuşdur, lakin 10.000 manat da Arzunun özündə qalmışdır. Zərərçəkmiş şəxs 2021-ci ilin yayından 2021-ci ilin dekabr ayına kimi yuxarıda göstərilən pul vəsaitlərindən başqa, ondan 2.000, 6.390, 850, 2.800, 5.000, 4.200, 3.000, 4.000 və iki dəfə də 9.000 manat pul almış, son dəfə o, 9.000 manat pul vəsaitini ünvan 6 ünvanda yerləşən “Bravo” supermarketin qarşısında Zərərçəkmiş şəxs əlbəəl vermişdir. Bundan sonra o, Ruslanla Arzuya heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs özü “pulun faizi” məsələsini ortaya atmışdır. Arzu ona ümumilikdə 300.000 manat pul vermək üçün faizə pul götürdüyünü bildirib “Qurtuluş-93” yaşayış kompleksinə armatur satmadığını əsas götürərək, ondan pulun faizini almış və bunu əsas pul olan 300.000 manata daxil etməmişdir. Həqiqətdə, “pulun faizi” kimi adlandırdığı məbləğlər də ümumilikdə 300.000 manat pul vəsaitindən çıxılmalıdır. Beləcə o, 300.000 manat puldan Arzuya ümumilikdə 219.490 manat pul vəsaiti ödəmişdir. Hazırda onun pulunun qalan hissəsi “Qurtuluş-93” yaşayış kompleksində qalmış, həmin məbləğ də 135.000 manat pul vəsaitidir, şirkət tərəfindən onun pulu ödənilərsə, o da, Arzunun qalan pulunu qaytaracaqdır. O, 30 dekabr 2021-ci il tarixdə pulun əvəzi olaraq, Arzuya 64 ton olmaqla, 84.000 manat dəyərində armatur vermiş, Arzu özü həmin armaturları (pul vəsaitini) “Zəngəzur” restoranının yanında qəbul etmişdir. 2022-ci ilin yanvar ayında Arzu onunla əlaqə saxlayaraq, armaturu tonunu 1.000 manatdan satdığını bildirmişdir. Onun “Azərbiznes” şirkətilə müqaviləsi olmuş, həmin müqaviləyə əsasən, o, həmin şirkətdən 1.000 ton armatur almalı olmuş, lakin Zərərçəkmiş şəxs onun pul vəsaitlərini aldığı üçün o, öhdəliklərini yerinə yetirə bilməmiş, “Azərbiznes” şirkəti Arzunun armaturları satdığı şəxsdən 64 ton armaturu geri almışdır. Həmin vaxtdan etibarən o, Ruslan və Arzuya ödəniş etməmiş, çünki həmin şəxslər onun ödənişlərini etiraf etmirlər. O, Ruslanı 2020-ci ilin yanvar ayından Abşeron rayonu Masazır qəsəbəsi İstiqlal küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinə armatur satarkən tanımış, Zərərçəkmiş şəxs isə, 2020-ci ilin iyun ayından Ruslanın vasitəsilə tanımışdır, həmin şəxslərlə şərikli biznes münasibəti olmuş, əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik münasibəti olmamışdır. R.Kasymovu “Qurtuluş-93” yaşayış kompleksinin satış meneceri, Zərərçəkmiş şəxs də sözügedən yaşayış kompleksində restoran işlədən sahibkar kimi tanımışdır. O, 2020-ci ilin iyul ayının 20-də, Ruslan Kasymov və Zərərçəkmiş şəxs ünvan 7 ünvanda yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında görüşən zaman Zərərçəkmiş şəxs ona 100.000 manat, 2020-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxslə “Qurtuluş-93” yaşayış kompleksində görüşən zaman Zərərçəkmiş şəxs ona 100.000 manat, 2020-ci ilin oktyabr ayında “Qurtuluş-93” yaşayış kompleksində pulun əvəzi olaraq, 28.000 manat dəyərində “Mercedes Vito” markalı avtomobil və 2020-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxslə Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev prospekti, 125 ünvanında yerləşən “X11”in yaxınlığında yerləşən “Keşlə sexi” adlanan sexin qarşısında görüşərkən, Zərərçəkmiş şəxs ona 72.000 manat pul verməklə, ona ümumilikdə 300.000 manat pul vəsaiti vermişdir. Bu görüşlər zamanı yalnız o və Zərərçəkmiş şəxs iştirak etmiş, yalnız ilk görüşdə onların yanında Ruslan olmuşdur. Onların razılaşmalarına əsasən Arzu armatur almağı üçün ona verməli olduğu ümumilikdə 300.000 manat pulun 272.000 manatını nağd şəkildə vermiş qalan 28.000 manat pulun əvəzində isə bazar qiyməti 27.000-28.000 manat olan “Mercedes Vito” markalı avtomobili vermişdir. O da Arzu ilə razılaşdırılmış qiymət əsasında həmin avtomobili 28.000 manata satıb həmin puluda Arzunun onda olan pullarına əlavə edib armatur alverinə sərf etmişdir. Zərərçəkmiş şəxs ümumilikdə 300.000 manat məbləğdə pul vəsaiti almasının səbəbi, ortaq şərikli biznes qurmaq olmuş, razılaşmalarına əsasən, aramatur satışından əldə olunacaq pul vəsaitinin üçdə biri ona, qalan üçdə ikisi isə Arzuya çatacaqdı. Arzu öz hissəsinə düşən paydan Ruslana da pul verəcəkdir. Onların ortaq biznesləri onun “Qurtuluş-93” yaşayış kompleksi ilə mübahisə edərək daha həmin şirkətə armatur satmaması səbəbindən yarımçıq qalmışdır. Onun göstərilən şirkətlə mübahisə etməkdə səbəbi, satdığı armaturu bəyənməmələri olmuşdur. Onun “Qurtuluş- 93” yaşayış kompleksində satdığı materialları qəbul edən şəxs, yəni anbardar anket məlumatlarını bilmədiyi Nəcəf adlı şəxs olmuş, onun satdığı armaturları da Nəcəf adlı şəxs qəbul etmişdir. O bildirmişdir ki, Nəcəf yalan danışır o, "xxxx" MTK-ya məxsus “Qurtuluş- 93” yaşayış kompleksinə 2020-ci ilin yanvar ayından 2021-ci ilin yay aylarına kimi olan müddət ərzində ümumilikdə Zərərçəkmiş şəxs əldə etdiyi və başqa şəxslərlə olan biznes əlaqələrindən əldə etdiyi pullar əsasında həmin şirkətə 917 ton armatur vermişdir. Onun "xxxx" MTK-ya məxsus “Qurtuluş-93” yaşayış kompleksinə dəmir metal çubuqlar yəni armatur verməyindən 2-3 il müddət keçdiyi üçün bu barədə Nəcəflə aralarında aparılmış Whatsapp danışıqları telefonundan silindiyi üçün həmin yazışmaları və səsli mesajları istintaqa təqdim edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən ona pul verilmə tarixləri və ünvanlar onun ifadəsində göstərdiyi kimi olmuş, habelə, Ruslan yalnız ilk görüşdə, “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında baş tutmuş görüşdə iştirak etmiş, qalan üç görüşdə isə iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs bilavasitə və ya Ruslan vasitəsi ilə 16.000, 10.000, 15.000, 20.000, 5.100, 1.000, 19.000, 16.000, 51.000, 6.000, 1.500, 750, 1.900, 10.000, 2.000, 6.390, 850, 2.800, 5.000, 4.200, 3.000, 4.000, 9.000 və 9.000 olmaqla, ümumilikdə 219.490 (iki yüz on doqquz min dörd yüz doxsan) manat pul vəsaiti ödəmişdir.O, Zərərçəkmiş şəxs göstərdiyi tarixdə və məbləğlərdə pul vəsaitlərini ödəmiş, Zərərçəkmiş şəxs ondan qərəzli şəkildə şikayət etməsinin və onun heç bir məbləğdə pul ödənişi etməməsini göstərməsinin səbəbi, ondan aldığı faizləri onun üzərinə yükləməkdir. Arzu özü fərdi sahibkar olsa da, başqa insanlara pul verərək sonradan faizlə yükləyib pul almağa başlayır. Onunla da şərik kimi işə başlamış, sonra məsələni faizə çevirib aylıq 9.000, sonra da 6.000 manat pul almağa başlamışdır. Ruslanın da ondan qərəzli şəkildə ifadə verməsinin səbəbi odur ki, onun Arzuya çatdırmaq üçün verdiyi pulların bir qismi elə Ruslanın özü tərəfindən ələ keçirilməsidir. O, telefon danışıqları zamanı Ruslana verdiyi pul vəsaitlərini olduğu kimi Arzuya çatdırıb-çatdırmadığını soruşmuş, Ruslan cavab verməkdən yayınmışdır. Ruslan özü pulların müəyyən qismini ələ keçirən şəxs kimi Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə getməmişdən əvvəl həqiqətən onunla əlaqə saxlamış, o da, Ruslana olduğu kimi izahat verməsini, qalan borcundan da 25 mart 2021-ci il tarixədək əlinə pul düşərsə, ödəyəcəyini bildirmişdir. O, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində izahat verən zaman həyəcanlı olduğundan, tarixləri səhv salaraq ilk görüşün 2022-ci ilin avqust ayında baş tutduğunu bildirmiş, lakin reallıqda ilk görüşləri 20 iyul 2020-ci il tarixdə baş tutmuşdur. Onun Zərərçəkmiş şəxs və Ruslan Kasymov ilə arasında razılaşmaya əsasən, qazanılacaq gəlirin 1/3 hissəsinin ona, qalan 2/3 hissəsinin isə Arzuya çatacağı barədə razılaşmışlar, Ruslanın pulunu Arzu özünün hissəsinə düşən paydan ödəmişdir. O, 2018-ci ildən ***-***- **-** mobil telefon nömrəsi işlədir, əsasən istifadə etdiyi mobil nömrə budur, həmçinin istifadəsində 2018-ci ildən “***-***-**-**” mobil nömrəsi də olmuş, həmin mobil nömrəni son bir ildir istifadə etmir. Arzu və Ruslanla daha çox ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. O, Zərərçəkmiş şəxs pul ödəməsi ilə bağlı xx.xx.2023-cii il tarixli "xxxx"a məxsus hesabatı təqdim etmiş, həmin hesabatdan onun qaiməyə əsasən, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs 17,000.00 manat, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs 4,000.00 manat, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs 8,999.76 manat məbləğdə pul vəsaiti göndərmiş, həmçinin istintaqa təqdim etdiyi 04 ədəd dəmir materialların (armatur) fotoşəkillərinin əks olunduğu 04 ədəd fotoşəkil, 04 səhifədən ibarət, xx.xx.2020-ci il tarixli, onunla "xxxx" MTK arasında bağlanılmış müqavilə və 01 ədəd A4 formatlı, mobil telefondan ekran görüntüsü çıxarılmış fotoşəkil surəti onun Zərərçəkmiş şəxs etdiyi ödənişləri göstərmişdir. O, Yasamal RPİ-nin 29-cu PŞ-nə izahat verən zaman mexaniki yanlışlığa yol verərək, Zərərçəkmiş şəxs və Ruslan Kasymov ilə üçünün 2020-ci ilin avqust ayında görüşdüklərini bildirmiş, lakin reallıqda üçü yalnız bir dəfə, 20 iyul 2020-ci il tarixdə görüşmüşlər. Ola bilsin, o, Polis şöbəsində izahat verərkən tarixdə və ya rəqəmdə yanlışlığa yol vermiş, lakin Zərərçəkmiş şəxs ona ilk dəfə verdiyi 100.000 manat pul vəsaitinin qarşılığında o, armatur satışından ümumilikdə 26.000 manat pul vəsaiti əldə etmiş, həmin pul vəsaitindən 10.000 manatını 20 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs çatdırması üçün R.Kasymova vermiş, 20 sentyabr 2020-ci il tarixdə yerdə qalan 16.000 manat pul vəsitini Zərərçəkmiş şəxs "xxxx" yaşayış kompleksində “Ocaq” restoranının yanında əlbəəl vermişdir. O, Zərərçəkmiş şəxs ilə ikinci görüşdə sonuncudan 100.000 manat pul vəsaiti almış, qarşılığında 100 ton armatur alaraq, “Qurtuluş-93” yaşayış kompleksinə satıb 19.000 manat gəlir əldə etmiş, həmin pulun 15.000 manatını R.Kasymov vasitəsilə Zərərçəkmiş şəxs göndərmişdir. O, təkcə Zərərçəkmiş şəxslə deyil, başqa şəxslərlə də işləmiş, bu səbəbdən, daimi olaraq qazancı olmuş, beləcə 20.000 manatı başqa şəxslərlə gördüyü işlərindən əldə etmiş və Zərərçəkmiş şəxs göndərmişdir. O, Zərərçəkmiş şəxslə aralarında, gəlirin 1/3 hissəsinin ona, yerdə qalan üçdə iki hissəsinin isə Zərərçəkmiş şəxs çatmalı olduğuna dair razılaşsalar da, o, satışlardan öz qazancını götürməmiş, bu səbəbdən, satışdan qazancığı 45.000 manat pulun 15.000 manatını özünə götürməmiş, buna Ruslan imkan verməzdi. Ruslan özü “Qurtuluş-93” yaşayış kompleksində işlədiyindən, o, satış həyata keçirən kimi R.Kasymov pulu Arzuya çatdırmaq adı ilə ondan pul almışdır. Ruslan həmin "xxxx" MTK-ya məxsus “Qurtuluş-93” yaşayış kompleksinin mənzil satışı şöbəsində işləsə də sonuncunun həmin şirkətin maliyyə şöbəsi ilə də əlaqəsi vardı. Bu səbəbdən Ruslan o hər "xxxx" MTK-ya məxsus “Qurtuluş-93” yaşayış kompleksindən oraya verdiyi armaturla bağlı ödəniş alan zaman bu barədə məlumatlı olmuşdur. Onda Ruslanın ondan pul vəsaiti almasını təsdiq edəcək heç bir sənəd, qəbz, qaimə və s. sənəd yoxdur, yalnız Ruslanla aralarındakı yazışma əsas ola bilər ki, həmin vaxtdan xeyli müddət keçdiyindən, mesajlar silinmişdir. Hazırda Ruslanın ondan pul alması barədə əlində hər hansı bir maddi sübut yoxdur. Ruslan Yasamal RPİnin 29-cu PŞ-nə verdiyi izahatında, onun Ruslana vediyi 30.000 ABŞ dolları pulu, yəni 51.000 manat pul vəsaitini ondan aldığını təsdiq etmişdir. O, Yasamal RPİ-nin 29-cu PŞnə verdiyi izahatda yanlışlığa yol verərək, ilk öncə Zərərçəkmiş şəxs 72.000 manat pul vəsaiti aldığını, daha sonra Zərərçəkmiş şəxs “Mercedes Vito” markalı avtomobil aldığını bildirmiş, lakin Zərərçəkmiş şəxs ona satması üçün ilkin olaraq “Mercedes Vito” markalı avtomobil vermiş, daha sonra 72.000 manat pul vəsaiti vermişdir. O, reallıqda “Merceds Vito” markalı avtomobili 2020-ci ilin oktyabr ayının sonlarında tanımadığı şəxsə 28.000 manata satmış, əldə etdiyi 28.000 manat pul ilə 25 ton armatur almışdır. O, Yasamal RPİnin 29-cu Polis Şöbəsində verdiyi izahatda deyil, ifadəsində göstərdiyi məbləğlərin əsas götürülməsini xahiş etmişdir. O, əvvəllər olduğu kimi, 2020-ci ilin may ayından sonra da “Qurtuluş-93” yaşayış kompleksinə armatur satmış və Şahid2 özü həmin armaturu qəbul etmişdir, sonuncunun yalan ifadə verməsinin səbəbini bilməmişdir. O, siyahıda göstərdiyi məbləğlərin düzgünlüyünü təsdiq edərək bildirmişdir ki, 16.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs 10.000, 3.000 və 3.000 manat şəklində göndərmişdir. O, Zərərçəkmiş şəxs 20.000 manat pul vəsaitini verdiyi tarixi ifadəsində yanlış göstərmiş, 20 avqust 2020ci il tarixdə Zərərçəkmiş şəxs 10.000 manat pul vəsaiti verdiyini inkar etməyib təsdiq etmişdir. O, 20.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs vermə tarixini yanlış olaraq göstərmiş, istintaqa təqdim etdiyi sənədi təsdiq edərək, 20.000 manat pul vəsaitini xx.xx.2020-ci il tarixdə verdiyini bildirmişdir. O bildirmişdir ki, Şahid3 yalan danışır o "xxxx" MTK-ya satdığı armaturların qəbul edilməsinin bütün proseslərində Şahid3 iştirak etmişdir. Şahid3 niyə bu barədə yalan danışmasının səbəbini bilmir. O, istintaqa təqdim etdiyi fotoşəkillərədə yalnız özünə məxsus dəmir metal çubuqların "xxxx" MTK-ya satılması zamanı yüklərin boşaldılması prosesini çəkmişdir. Onun həmin şəkillərdə düşməməyi heç nəyi dəyişdirmir. Ola bilər ki, Şahid4 xatırlamasın amma o, Şahid4 bir neçə dəfə külli miqdarda pul vəsaitləri müqabilində 100 tonlarla dəmir metal çubuq almışdır. Lakin aralarında bu barədə hər hansı bir sənədləşmə aparılmadığı üçün həmin alış-verişlərlə bağlı müqavilələri təqdim edə bilməmişdir. Arzu həmin ərəfələrdə onunla əlaqə saxlayıb sonuncuya pul verməli olduğunu bildirib Arzuya məxsus kardon şirkətinin hesabına qeyd olunan məbləğlərədə pul köçürməyini xahiş etmişdir. O, Arzuya məxsus kardon şirkətinin hesabına xx.xx.2020-ci il tarixdə 17,000.00 (on yeddi min) manat, xx.xx.2021-ci il tarixdə 4,000.00 (dörd min) manat, xx.xx.2021-ci il tarixdə 8,999.76 (səkkiz min doqquz yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti köçürən zaman aralarında banka tərəfindən pul köçürməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilələr elektron qaydada təsdiq olunduğu üçün əlavə olaraq imzalanmağa ehdiyac olmur. Lakin o həmin pulların müqabilində Arzudan heç bir kardon qutu və ya kağız məhsulu almamışdır. O bildirmişdir ki, ola bilsin 20 iyul 2020-ci il tarixdən 20 avqust 2020ci il tarixədək olan müddət ərzində o Zərərçəkmiş şəxs aldığı pullar müqabilində "xxxx" MTK-ya armatur satan zaman yükləri daşıdığı avtomobillərdən biri olan “Ford Cargo 3430” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili X5 idarə etsin, lakin həmin vaxtdan xeyli müddət keçdiyi üçün o, sürücünün ad soyadını və anket məlumatlarını xatırlamamışdır. O, Zərərçəkmiş şəxs aldığı 300.000 manat pulun bir qisminin əvəzində Zərərçəkmiş şəxs 66 ton 249 kiloqram aramtur vermişdir. Daha sonra onun həmin armaturu aldığı şirkətlə arasında olan münasibətlərin korlanması ilə bağlı 2022-ci ilin fevral ayında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan idarəyə dəvət olunaraq həmin şirkətin mallarını kimə verməyi ondan şifahi şəkildə sorğu edildikdə o bildirmişdir ki, qeyd olunan mallardan 66 ton 249 kiloqram aramturu əvvəlcədən borcu olan Zərərçəkmiş şəxs vermişdir. Lakin bu qeyd etdiklərini DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onunla aparılmış profilaktik söhbətlər əsasında etdiyinə görə orada bu barədə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onu Təqsirləndirilən şəxsla bir yoldaş tanış etmişdi. Həmin yoldaş Təqsirləndirilən şəxs armatur işi ilə məşğul olduğunu və Qurtuluş 93 yaşayış kompleksinə armatur verdiyini demişdir. Ona da istədiyi təqdirdə bu işə qoşula biləcəyini təklif etmişlər. Təqsirləndirilən şəxsla onu tanış edən şəxs Qurtuluş 93 yaşayış kompleksindəki ofisdə menecer vəzifəsində çalışırdı. Sonra Təqsirləndirilən şəxsla tanış olmuş, söhbət etmişlər və o, Təqsirləndirilən şəxs hissə-hissə 300.000 manat pul verəcəyinə, ortaq olacaqlarına razılaşmışlar. O da öz payına düşən qazancdan onları Təqsirləndirilən şəxsla tanış edən şəxsə pay verəcəyini öhdəliyinə götürmüşdür. Beləliklə işləməyə başlamışlar. İlk dəfə pulu Bakı şəhərində yerləşən X Petrolda vermişdir. 2-ci dəfə görüşlərində Gənclik ərazisindən Keşlə tərəfə gedən yolda yerləşən Ət Kombinatında 72.000 manat pul vermişdir. İST Petrolda 100.000 manat pul vermişdir. Borc əvəzinə ona bir adam avtomobil vermişdir. Həmin avtomobili 28.000 manat pul qarşılığında vermişdir. 3-cü dəfə də Yasamal rayonunda yerləşən Günəş Petrolda 100.000 manat pul vermişdi. İlk pulu verəndən sonra ona kağız üzərində işlərin getdiyini, qazancın olduğunu göstərmişlər, amma ortalıqda heç bir şey yox idi. Ona qazancdan pul verməklərini istəmişdir. Ona narahat olmamağı, pul yığılandan sonra verəcəyini demişdir. 5-6 ay gözlədikdən sonra nə qazanc, nə də ki armatur məsələsi yox idi. Ətrafdan maraqlanıb görmüşdür ki, belə bir iş yoxdur. Bundan sonra pulu geri qaytarmağını istəmişdir. 2020-ci ildən bu söhbətlər başlayıb. 4 ildir bu proseslər başlayıb, amma ortalıqda heç nə yoxdur. 2 il Təqsirləndirilən şəxs görmürdü. 1 dəfə Təqsirləndirilən şəxs ona borcunun qarşılığında 2 avtomobil armatur təklif etmişdir. O, 2 avtomobil armaturu götürmüş və satıb pula çevirmişdir. 10 gündən sonra onu BMCMİ-yə çağırmışlar. BMCMİ-yə nə üçün çağırıldığını soruşanda, oğurluq armatur aldığına görə çağırıldığını demişlər. BMCMİ-yə getmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs orada oturub. O və onun kimi 15 nəfər adama 1, 2 avtomobil oğurluq İran İslam Respublikasının istehsalı olan armatur vermişdi. Onlardan hətta verdiyi armaturdan əlavə pul da almışdır. Ona isə 65.000 manat pul qarşılığında borcundan silmək üçün vermişdir. O, müstəntiqə ona verilən armaturları Təqsirləndirilən şəxs ona borclu olduğu pulun qarşılığında götürdüyünü demişdir. Sənan ona o işin bu işə aidiyyatı olmadığını demişdir. O, 65.000 manat qarşılığında götürdüyü malın dəyərinin üzərinə 26.500 manat əlavə pul qoyub “X16”dən armatur alıb geri qaytarmışdır. Bu məsələdə də 26.500 manat Təqsirləndirilən şəxs görə ziyana düşmüşdür. Daha sonra isə baş verənlərlə bağlı rəsmi qaydada aidiyyatı üzrə polisə şikayət etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu Təqsirləndirilən şəxsla Ruslan adlı şəxs tanış etmişdir. Ruslanın onu Təqsirləndirilən şəxsla tanış etməkdə məqsədi qazanc əldə etmək olub. O, Təqsirləndirilən şəxsla 50/50 qurduqları işə şərik olacaqdı. Ruslan isə onun payına düşən 50 faiz qazancdan 25 faiz özünə qazanc götürəcəkdi. Təqsirləndirilən şəxsla sövdələşmələri 2020-ci ilin yay aylarında olmuşdur. Sadaladığı Təqsirləndirilən şəxs verdiyi pulları 1-2 ay ərzində vermişdir. Verdiyi pulların qarşılığında ancaq kağız üzərində 20.000 manat puldan 40.000 manat pula qədər qazancın olduğunu görmüşdür. Qazanc satılan hər armaturun 1 tonuna görə 200 manat puldan 250 manat puladək olacağı deyilmişdir. Armaturun qiyməti 800 manatdan 1100 manatadək dəyişilirdi. Armaturu hardan alınması, hara satılması kimi işlərlə o, məşğul olmurdu. Onun işi, vəzifə borcu ancaq görülən işlərə görə pul vermək idi. Bu günə qədər heç bir haqq-hesab olmayıb. Ona görə də, ona heç bir pul çatmayıb. Təqsirləndirilən şəxsla aralarında armaturdan əlavə iş birlikləri, alqı-satqı məsələsi olmayıb, amma sonuncu ondan kardon alırdı. Təqsirləndirilən şəxsla aralarında kardon alqı-satqısı armatur məsələsindən sonra olub. Kardon məsələsi ilə bağlı Təqsirləndirilən şəxs ona qazanc vermirdi, çünki kardon işi ona məxsus idi. Təqsirləndirilən şəxs da sadəcə köçürülmə edib ondan kardon alırdı. O, 16 ildir kardon alqı-satqısı ilə məşğul olur. Həm təmir işlərinə görə xammal kardon satır, həm də ki kardondan qutular düzəldib üzərilərinə yazılar yazıb satır. Kardon fəaliyyəti ilə bağlı şirkət ona məxsusdur, 16 ildir fəaliyyət göstərir. Bugünki gündə kardon işi ilə məşğuldur. Vergi qeydiyyatı, Bank hesabları onun adınadır. Təqsirləndirilən şəxs tikinti işi ilə məşğul olduğu üçün ondan kardon alırdı. Kardon işi Masazır qəsəbəsində yerləşən sexdə fəaliyyət göstərir. ASC bankda Təqsirləndirilən şəxsla aralarında olan kardon alqısatqısı ilə bağlı hesablaşma hesabı var. İş materiallarında da var. Təqsirləndirilən şəxs ona kardonla bağlı ödənişləri öz firmasından onun şəxsi hesabına köçürmə şəklində edirdi. Təqsirləndirilən şəxs ondan 2-3 dəfə, ümumilikdə 17.000 manat dəyərində kardon alıb, amma tam dəqiq yadında qalmayıb, çünki ağır şəkər xəstəsidir, yaddaşı pozulub. Təqsirləndirilən şəxs qazancla bağlı soruşduqda ona narahat olmamağını, müxtəlif bəhanələr gətirirdi. Görüləcək işlərlə bağlı sənədləşmə işlərini Təqsirləndirilən şəxsla Ruslan öz aralarında edirdilər. İstintaq dövrünədək Təqsirləndirilən şəxs ona verdiyi pullarla bağlı heç bir sənəd təqdim etməyib. Ruslan pul versə idi ona ilk öncə pul verərdi. Ruslanla pul barəsində danışmışdır. Ruslan da ifadə vermək üçün polis idarəsinə dəvət olunub və ona heç bir pul verilmədiyini ifadəsində bildirmişdir. İlk dəfə Yasamal RPİ-də dindirilmişdir. Təqsirləndirilən şəxs istintaqda nə ifadə verməsindən xəbəri yoxdur. Təqsirləndirilən şəxs onunla şərikli iş görməklərinə görə vermişdir. Onun payına düşən qazancın yarısını isə Ruslana verəcəkdi. Ruslan ofisdə otururdu, Təqsirləndirilən şəxs isə mal gətirməli idi. Hər ikisi də ona məlumat verməli idilər. Təqsirləndirilən şəxs 17.000 manat məbləğində kardon satmışdır. Bununla bağlı tam dəqiqliyi ilə ifadəsində bildirmişdir. Satdığı kardonu hansı nəqliyyat vasitəsi ilə aparılması yadında deyil. Ruslan ona heç vaxt pul verməyib. 300.000 manat pulu 4 dəfəyə, hissə-hissə vermişdir. 100.000 manat pulu verdikdən sonra qazanc əldə etməsə də belə, Təqsirləndirilən şəxs ona qazanc əldə etmək üçün 300.000 manat pulun hamısını vermək lazım olduğunu demişdir. Həm də 100.000 manat pula az qazanc düşürdü. Qazanc olması üçün söz verdiyi 300.000 manat pulu tam vermişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə ona pul verməyib. O, Təqsirləndirilən şəxs Elnur adlı dostunu tanımır. Təqsirləndirilən şəxs Elnur adlı dostu deyilən şəxsin ona pul verməsi ilə bağlı heç bir söz deyə bilməz, çünki o, elə bir adam tanımır. Kardon satışında təhvil-təslim aktı olmur, çünki həmin məhsulu kvadrat metrlə satırlar. Hal-hazırda da tikinti olan ərazilərə təmirdən sonra döşəmə səthinin korlanmaması üçün həmin məhsullardan verirlər, yəni məhsulları müqavilə ilə verir. Hazırki cinayət işində olan kardon alış-verişi ilə də nə qədər məhsul vermişdirsə onunla bağlı sənədləri ibtidai istintaq vaxtı təqdim etmişdir. Kardon satışında təhvil-təslim aktı olmur. O, xammal verir. Verdiyi malı isə qaimə ilə verir. Məhsulun verilməsi ilə bağlı qaimələri də ibtidai istintaqa təhvil vermişdir. Məhsulların alqı-satqısında ona pul verilməyib, pullar bankdakı hesaba köçürülüb. Ona 300.000 AZN pul dəyərində ziyan dəyib. Həmin ziyanla bağlı ona ödəniş olunmayıb. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Keçən ay Təqsirləndirilən şəxs qardaşı ona 13.000 AZN pul ödəyib. O da verilən pulla bağlı akt tərtib etmişdir. Həmin aktın bir nüsxəsi onda, digər nüsxəsi isə Təqsirləndirilən şəxs qardaşındadır. İbtidai istintaqda verdiyi ifadələrini təsdiq edir. 17000 manatlıq qaimə olub, həmin qaiməni də ibtidai istintaq zamanı təqdim etmişdir. X17 tanış edib. Aralarındakı razılaşma belə olub ki, armatur alıb-satacaqdılar. Pulu o, verəcəkdi, armaturu Rusif gətirəcəkdi, Ruslan da ofisdə olacaqdı. Ruslan Qurtuluşda işləyirdi, oradakı ofisdə olacaqdı. O, birinci Ruslanı tanımışdır, Ruslanın vasitəsilə Rusifi tanımışdır. O, Ruslana inanmışdır, Rusifi tanımırdı. Ruslan Qurtuluşdakı ofisdə oturub armatur qəbul edəcəkdi. Ruslan Qurtuluşda ev alqısatqısı ilə məşqul idi. Pulu vermiş, gəliri nə vaxt verəcəklərini soruşmuşdur, bir az gözlə, gəlir yığılsın üst-üstə bir az çoxalsın demişlər, üstündən 5-6 ay keçmiş, yalan danışdıqlarını görmüşdür. Bunlar deyirdilər armatur gətirilib, amma o, armaturu görməmişdir. O, onlara üç mərhələdə hər səfərində 100.000 manat olmaqla pul vermişdir. Pulları nə qədər aralıqla verdiyi yadından çıxıb. O, onlara 300.000 pul verməyi söz vermişdi. Ona demişdilər ki, bir ayın içərisində 300.000 verməlidir ki, xeyir çox olsun, 100.000 manatın xeyri azdır. İnanmışdır ki, 300.000 olanda yaxşı xeyir olacaq. Ona cəmi 13.000 manat pul qaytarılıb, onu da Rusifin qardaşı verib. Onun hesabına köçürülən pullar xammala, kağızla bağlı köçürülən puldu. O, kardon istehsalı ilə də məşğuldur. Sənədlər var, köçürülən pullar kağızın pullarıdır. Armaturun pulu ayrı, kağızın pulu ayrıdır, onlar armaturu nəğd işləmişlər, köçürmə ilə işləməmişlər. Rusifin tanışlarından ona heç kim pul ödəməyib. O, Rusifə ona pul ödəməsi barədə heç bir qəbz verməmişdir, elə bir qəbz varsa ekspertizaya verilsin. Ruslanı tapa bilirlər ki, ona kiminsə verdiyi pulu çatdırsın? Sonuncu ona Rusifin verdiyi pulu çatdırmayıb. Ruslanı bir dəfə istintaq vaxtı görmüşdür. Ruslan ona 30.000 dollar pul verməyib, veribsə gəlsin sübut etsin, o adamda heç vaxt pul olmayıb. Kardon satışı ilə bağlı Rusiflə aralarında müqavilə bağlamışlar. Müqaviləni harda bağladıqları yadında deyil. Müqaviləni bağlamaq elə bir çətin bir şey deyil axı, ona bir dənə rekvizit atır, o da müqaviləni bağlayır, iki nəfərin bir yerə gəlməsinə ehtiyac yoxdur. Rusif kardon satışı ilə bağlı nə edilibsə, bütün sənədlər iş materiallarında var, ƏDV ödəyib, ödəməməsi hər şey işdə var. X13 arasında nə olub xəbəri olmayıb. O, Ruslandan da şübhələnir, sonuncu da onun pulunu yeyib. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Zeynalabdin oğlu ifadəsində göstərmişdir ki, o, 3-4 ildir "xxxx" MTK şirkətində işləmişdir. Ondan qabaq orda ərazidə yüklərin daşınmasında fəhlə kimi işləmişdir, 2017-ci ildə şirkətə anbardar vəzifəsinə rəsmi işə girmişdir. Həmin müddətdə o, sifariş olunan materialları təhvil almış və boşaltmışdır. Bu işləri 2020-ci ilə kimi görmüşdür. Materiallar müxtəlif şirkətlərdən rəsmi qaydada gəlirdi. Tikinti şirkətinə nə material lazım olubsa alınıbdır, o, həmin materialları qəbul edib təhvil almışdır. O, sadəcə təhvil alınmasına baxmışdır, başqa heç bir işə məsuliyyəti olmayıb. Təqsirləndirilən şəxs onlara verdiyi dəmir armatur məhsullarının qəbuluna baxmışdır. O, işlədiyi müddətdə materialları təhvil almışdır. Onun qiymətləri və ödənişləri barədə heç bir məlumatı yoxdur. O, izahatında da onu bildirmişdir ki, o, sadəcə orda anbardar kimi materialın təhvilinə baxmışdır, onun düşürdülməsinə, daşınmasına, anbara yığılmasına, əraziyə daşınmasına baxmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, "xxxx" MTK-da 2017-ci ildən 2020-ci ilin sentyabr ayına kimi rəsmi olaraq işləmişdir. Ondan öncə qeyri-rəsmi olaraq həmin ərazidə işləmişdir. O, işlədiyi müddətdə hardasa 3-4 dəfə malını təhvil almışdır. O, 2020-ci ildən şirkətdən işdən çıxandan sonra heç bir məlumatı yoxdur. İşdən çıxandan sonra onun heç bir münasibəti olmayıb. Ona materialın qəbulu ilə bağlı bildirilirdi ki, mal gələcək, sifariş verilir maşın hansı yerə gəlməlidir, boşaldılmalıdır. Onun Təqsirləndirilən şəxsla heç bir narazılığı, heç bir münasibəti olmayıb. Ödəniş işinin proseslərinin heç birində o, iştirak etməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, 2017-ci ildən 2020-ci ilin sentyabr ayına qədər "xxxx" MTK-da anbardar vəzifəsində işləmişdir. Satılmış malların həcmi barədə heç nə bilmir, məlumatı yoxdur. Şəriklik barədə heç bir məlumatı yoxdur. 2020-ci ildə neçə dəfə mal gətirilib yadında deyil, dəqiq məlumatı yoxdur. Hansı aylara təsədüf edir heç birini xatırlamır. Ruslan Qasymovla ancaq işlədiyi dövrdə tanışlıqları olub, rəsmi hansı vəzifədə işləyib onu bilmir, sadəcə olaraq iş yoldaşı kimi tanımışdır, o, orda işlədiyi müddətdə o insan da onlarda işləyib. X15 arasında olan münasibətlər barədə heç bir məlumatı yoxdur. İş prosesindən ümumiyyətlə məlumatı yoxdur. İstintaqdan, bu prosesdən sonra eşitmişdir bu məsələni, Ruslan da bu işin içindədir, ondan başqa onun nə Ruslanla, nə Rusiflə şəxsi münasibəti olmayıb. Ruslanı da sadəcə şirkətdə onların əməkdaşı kimi tanıyır. O, 2020-ci ildə rəsmi olaraq şirkətdən çıxmışdır. O, malı təhvil almışdır, amma hansı aya düşür onun dəqiq yadında deyil. O, həmin ərazidə qeyri rəsmi də işləmişdir. O, rəsmi olaraq işlədiyi müddətdə anbardar vəzifəsində işləmişdir. Sənəd ofisə gəlirdi. Ofisdən ona sənəd gəlmirdi. O, ofisdən sənəd almamışdır, o, ancaq maşını saxlayıb malı fakturaya əsasən təhvil almışdır. Ona sürücünün gətirdiyi sənəd əsasında malı təhvil alırdı. Sənədi ofisə verir. O, heç bir sənəd və akt yazmırdı, sənəd ancaq mal göndərənlə ofisdə mal təhvil alanlar, kassir, mühasib, şirkətin rəsmi əməkdaşı arasında alqı-satqı prosesi olur. O, sadəcə maşın gəlir, təhvil alır, malı əraziyə düşürdür, sürücünün gətirdiyi sənəd əsasında, qeyri rəsmi sənəd əsasında, əl ilə yazılan sənəd əsasında malı təhvil almışdır. Sənədin gətirilməsinə baxmayaraq, yararlı olmadığını deyib armaturun geri qaytarılması onun yadına gəlmir. O, işlədiyi müddətdə malı təhvil almışdır, bir də onun yanında işləyən Emil adında şəxs olub. O da deyəsən şahid qismində dəvət olunub. O, sadəcə sürücünün verdiyi sənədi aparıb verir ki, o, bunu təhvil almışdır. Qalan rəsmi işlərini şirkət özü görür. Baş verən hadisələr şirkət daxili kim ilə olub, necə baş verməsi barədə məlumatı yoxdur. O, sadəcə o hadisənin şahidi olduğu, yəni eşitdikləri ilə bağlı ifadəsində bildirmişdir, yəni həmin iddianı ortalığa o, atmamışdır. Rəsmi qaydada o məsuliyyət ona aid deyil. O, baş verən hadisənin şahidi olduğunu deməmişdir, o, eşitdiyini demişdir. Onun Təqsirləndirilən şəxs şirkəti aldadıb-aldatmadığı barədə məlumatı yoxdur. Ruslanı o, şirkətdə işlədiyi müddətdə tanımışdır. O, rəsmi olaraq şirkətdə işlədiyi müddətdə, 2017-ci ildə, Ruslan şirkətdə işləmirdi, iki il sonra Ruslan şirkətə gəldi. Ruslan onların şirkətində işləyirdi, amma rəsmi olaraq hansı vəzifəni daşıdığını o, bilmir. Şirkətdə kim rəsmi işləyir, qeyri-rəsmi işləyir, bu barədə onun məlumatı yoxdur. Onların ofisində o mənzillərin satışına baxırdı. Rəsmi olaraq heç bir məlumatı yoxdur. Heç bir mal təhvil alanda, boşaldılanda da Ruslan heç birində iştirak etməyib. Malın qəbul edilməsinə Ruslanın heç bir aidiyyatı yoxdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK qrupunun sədridir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs iddia edir ki, onlara mal verib. Onun ümumiyyətlə bu şəxslə əlaqəsi olmayıb, şəxsi tanımır, bu şəxslə onun heç bir görüşü, danışığı olmayıb. O, bu şəxslə iş aparılması barədə heç kimə göstəriş verməmişdir. Onu istintaqa şirkətin rəhbəri kimi dəvət ediblər və eyni sözləri o, orda da demişdir. Onun bu şəxslə heç bir əlaqəsi olmayıb, tanışlığı yoxdur. MTK-ya gəlişi gedişi barədə heç bir məlumatı yoxdur. Onlar armaturu digər şəxslərdən almışlar, amma bu şəxs tərəfindən almamışlar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. O, Təqsirləndirilən şəxs ilk dəfə görür. Zərərçəkmiş şəxs Arzunu tanıyır. Onu polisə dəvət edəndə məlumatı olub ki, Arzunun ittiham olunan şəxslə güya orda işlər görüblər, amma bunun onlara aidiyyatı yoxdur, onlarlıq deyil. O, istintaqda belə ifadə vermişdir ki, onun bunlarla heç bir əlaqəsi olmayıb, şəxsləri tanımır, onlarla iş birliyi olmayıb, heç şirkəti ilə də iş birliyi olmayıb. O, armaturun verilməsi, alınması barədə heç nə deyə bilməz, çünki məlumatı olmayıb. Onun "xxxx" MTK ilə heç bir əlaqəsi yoxdur, o, "xxxx" MTK-ın sədridir. Ümumiyyətlə o, şirkət rəhbəri olaraq ondan aşağıda işləyən işçiləri var. Təbii ki, armatur hardan alındı, mühasibatlıq pulu köçürüldü, bunların haqqında ona ad olaraq demirlər, ona deyilir ki, Bakstildən bu qədər armatur alındı, pul köçürüldü və digər sahələrdə olan başqa tikinti materialları, yəni bu formada məlumat verilir. Armaturu onlar Bakstildən alırlar, əldən almırlar, onların Bakstil ilə müqavilələri var, ordan armaturları alıb işlərini görürlər. Bildiyi qədər Ruslan adlı şəxs onlarda qeyri rəsmi olaraq işləyib. Sonra bu hadisələr ortaya çıxandan sonra o, araşdırdı, dedilər güya onlarda hansısa sahədə çöldən-çölə işləyib. Fikrincə həmin şəxs onlarda rəsmi qeydiyyatda olmayıb. O, 2019-2020-ci illərdən şirkətin sədri olmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla əlaqəni işçiləri yaradır, o, əlaqə yaratmır, işçi görüşür, danışır, razılaşır, sonra ona armaturun keyfiyyətsiz olduğunu bildirdikdə, o, bu müqaviləyə xitam verilməsini deyir. O, istintaqda Təqsirləndirilən şəxs adında şəxsi tanımadığını demişdir, ola bilər işçiləri tanıyır. O, şəxsin üzünü görmür, işçilər ona sənədi gətirirlər, bu şəxs deyilənlərə görə bir partiya keyfiyyətsiz bir mal verib, o da onunla əlaqələrin ləğv olunmasını demişdir. Armaturun keyfiyyətini ölçmək üçün labaratoriyaya verilir, bütün bu prosesləri işçilər edir, o, etmir, malın keyfiyyətli olub-olmaması barədə məlumatları direktora verilir, direktor orda, o, direktora səlahiyyət vermişdir, o da qərar verir olar olmaz. O, təqsirləndirilən şəxsi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını təsdiq edir. Ola bilər istintaqda yazılan ifadə yanlış yazılıb. O, "xxxx" MTK-ın sədri və ya direktoru deyil, O, "xxxx" MTK-ın sədridir və onun məlumatıma görə təqsirləndirilən şəxsin şirkətlə heç bir iş əlaqəsi olmayıb. Orda bir neçə evlərdir. "xxxx" "xxxx"in davamıdır, yəni proyektin, lahiyənin davamıdır. "xxxx" MTK-ın sədri başqa adamdır, amma direktoru eynidir. O, istintaqda ona verilən məlumata əsasən ifadə vermişdir. Bu proses barədə ümumiyyətlə o, bilməmişdir, işçilərinin ona verdiyi məlumata əsasən demişdir. İstintaqda verdiyi ifadəni təsdiq edir. Ona məlumat verən işçilərindən biri Nəcəf adında şəxsdir, biri mühasibatdan Rauf adında şəxsdir. Bu şəxslərin soyadları yadında deyil. Ola bilər ki, detalların çoxu yadında qalmaya bilər, müəyyən fikirlərdə yanlışlıq ola bilər. Qeyri-rəsmi olan sənədləri o, qəbul etmir, bankla bağlı rəsmi sənədlərin barəsində mühasibat bilir. Onlarda qayda belədir ki, direktor danışır, müqaviləni onların mühasib tərtib edir və yekunda sənəd ona gəlir və o, ona qol çəkir. İlkin müqavilələr şifahidir, ilkin razılaşmaya qol çəkə bilər. Təqdim olunan ilkin razılaşmada olan imza onundur. Təqsirləndirilən şəxs sırf o sahənin işçisi olduğuna görə bütün ölçüləri bilir. O, "xxxx" şirkətinin sədridir. Ola bilsin ki, Təqsirləndirilən şəxsla onların şirkət arasında müqavilə olsun, amma onun yadında deyil, o, gündə onlarla müqavilə bağlayır. Ona məlumat verdilər ki, Rusifin satdığı armatur onların şirkətə uyğun deyil, verdiyi armatur sex armaturudur. Ona verilən məlumata görə Rusif tərəfindən onun şirkətinə az bir miqdarda armatur verilib. Onların şirkətinin adı "xxxx"-dir. Rusifin verdiyi armaturun yararsız olmasını ondan bilmişdir ki, armatur Rusif tərəfindən metr ilə satılır, amma armatur tonla satılan tikinti materialıdır. Keyfiyyətlə bağlı isə onu deyə bilər ki, məsələn 12-lik armatur verirdi, həmin armatur 10,5 –lik çıxır. Onunla bağlı yəqin ki, labaratoriya rəyi olar. Əvvəlki məhkəmə iclasından sonra ona məlum oldu ki, Rusif az da olsa onların şirkətinə armatur verib. Həmin alqı-satqı müqaviləsini onların direktoru bağlayıb, səlahiyyəti olan nümayəndələridir. Müqavilədə olan imza onundur. O, Rusifi görməmişdir, ola bilsin onların nümayəndəsi onunla müqavilə bağlayıb, sonradan ona demişlər ki, bu müqavilə əsasında aldıqları armatur onları qane etmir, o da müqaviləni ləğv etməsini demişdir. Müqavilə ləğv olunduqdan sonra armaturların geri qaytarılıbqaytarılmamasını bilmir. Ola bilsin sorğuya verilmiş cavabda texniki səhv olub, "xxxx" "xxxx" MTK fəaliyyətini dayandırdıqdan sonra yaranmayıb. "xxxx" 2019-cu ildə fəaliyyətə başlayıb. "xxxx" MTK tikdikləri binaları təhvil verdikdən sonra fəaliyyətlərini dayandırıblar. Ola bilər ki, Rusifə münasibətdə armatur əldən alınıb, müqavilə ilə alınmayıb. Rusiflə onların şirkəti arasında müqavilə olmasını inkar etmir, amma həmin müqavilənin icrasından onun xəbəri yoxdur. Rəsmi müqavilə olmayanda çöldən-çölə al-ver olanda belə (iş materiallarında olan) qaimələrdən istifadə olunur. O, bilmir bu qaimələr "xxxx"-ə aiddir, yoxsa "xxxx" MTK-ya aiddir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK şirkətində anbardar kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs da onlara dəmir gətirdiyini bilirdi, başqa da bir əlaqəsi olmayıb. Tərəzi ilə gəlib dəmir çəkirdi. Nə qədər mal qəbul etdiyi yadında deyil. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəl şirkətdə sürücü işləmişdir, sonra anbardar köməkçisi işləmişdir. Anbarda Nəcəf işləyirdi o da kömək edirdi. Təqsirləndirilən şəxs armatur materialı anbara vermişdir. Armatur materialını anbara Nəcəf də qəbul edirdi, o da qəbul edirdi. Tarix yadında deyil. Təqsirləndirilən şəxs material təhvil verməsi 2-3 dəfə olub. "xxxx" MTK ilə alış-verişlərindən onun xəbəri yoxdur, mal gəlirdi, tərəzi ilə onları, yəni malları çəkib qəbul etmişdir. O, ofis işinə qarışmamışdır, o, anbardardır. Arzunu tanıyır. Onun “Qurtuluş»da yaşadığını eşitmişdir. Arzu ilə əlaqəsi yoxdur. "xxxx" MTK-da o, işləmir. İstintaqda ifadə verəndə nə görmüşdürsə onu demişdir. O, nə deyibsə müstəntiq yazıb. Armaturun keyfiyyətinə o, rəy verə bilməz. Təqsirləndirilən şəxs maşınla 15 ton da gətirmişdir, 17 ton da gətirmişdir. Dəqiq neçə ton olduğunu bilmir, amma bilir ki, 2-3 dəfə gətirmişdir. Gətirdiyi armaturla neçə bina tikildiyini bilmir. O, briqadir deyil. Neçə maşın artmatur qəbul etdiyi yadında deyil. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, pul məsələsində onun anlayışı yoxdur, o, şirkətə mal gətirməsini görmüşdür, amma neçə ton gətirib deyə bilməz. Malın gətirməsini deyə bilər, amma Təqsirləndirilən şəxs neçə dəfə gəlib gedib yadında saxlaya bilməz. Elan olunmuş ifadəni təsdiq edir. Bir müddət gələn mallar keyfiyyətsiz olduğu üçün orda qalmışdır. Bu məlumat dəqiq idi, amma neçə ton olduğunu bilmir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 1995-ci il tarixdə Ukrayna Respublikası, Ujqorod şəhərində anadan olmuş, orta təhsilini və ali təhsilini Ukraynada rus dilində almış, Azərbaycanda isə İqtisad Universitetində 2020-ci ildən rus dilində mühasibatlıq ixtisası üzrə bakalavr təhsili alır, hazırda heç bir yerdə işləmir. O, 2017-ci ildən 2020-ci ilin sentyabr ayına kimi Abşeron rayonu Masazır qəsəbəsi İstiqlal küçəsində yerləşən "xxxx" MTK-ya məxsus “Qurtuluş-93” yaşayış kompleksində qeyri-rəsmi olaraq satış meneceri vəzifəsində işləmiş, işi əsasən, yaşayış kompleksinin hesabatlarını yoxlamaq olmuşdur. Zərərçəkmiş şəxs 6-7 il əvvəl tanımış, əvvəllər həmin şəxslə arasında heç bir ədavət və ya düşmənçilik münasibəti olmamışdır. Zərərçəkmiş şəxs uzun müddət, Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş- 93” yaşayış kompleksində hazırkı adı “Qədim Naxçıvan” olan restoranı işlədib fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs da 2020-ci ilin yanvar ayından, sonuncunu iş əsnasında işlədiyi kompleksə dəmir çubuq materialları, yəni armatur satan şəxs kimi tanımış və aralarında hər hansı ədavət və ya düşmənçilik münasibəti olmamışdır. O, 2020-ci ilin iyun ayının sonlarında Rusiflə söhbət əsnasında, sonuncudan gördüyü işdə maddi cəhətdən köməklik etməklə əlavə pul qazanmağın mümkün olub-ola bilməyəcəyini soruşmuş. Rusif isə bildirmişdir ki, əgər satışlar etdiyi armatur biznesinə maya qoyularsa, maya qoyan şəxs də qazanacaqdır. Lakin onun əlində nağd pul olmadığı üçün düşünmüşdür ki, əlində pul olan bir tanış tapıb tanışı vasitəsi ilə o da, pul qazana bilər. Bu məqsədlə o, 2020-ci ilin iyul ayının əvvəllərində Arzu işlətdiyi restoranda olarkən, Arzuya yaxınlaşmış, “Qurtuluş-93” yaşayış kompleksində işlədiyindən, orada xeyli gəlir qazanmağın mümkün ola biləcəyi işlərdən məlumatlı olduğunu söyləmişdir. Beləcə o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adlı tanışı olduğunu bildirmiş, Arzuya Təqsirləndirilən şəxsla "xxxx" MTK-ya məxsus “Qurtuluş-93” yaşayış kompleksi arasında müqavilə olduğunu və müqaviləyə əsasən qeyd olunan yaşayış kompleksinə bütün dəmir çubuq materialları, yəni armaturları Rusifin satdığını demişdir. Sonra o, Arzuya iş birliyi təklif edərək bildirmişdir ki, əgər maddi cəhətdən Rusifə kömək edərsə, satışlar çoxalacaq və beləcə, Zərərçəkmiş şəxs də həmin satışlardan payını əldə edəcəkdir. O, Arzuya iş birliyi təklif edərkən, sözügedən yaşayış kompleksinin Rusifə 400.000-450.000 manat borcunun olduğunu, bu səbəbdən pulunun batmaq ehtimalının da olmadığını demişdir. O, Arzuya armaturlar şirkətə satıldıqdan dərhal sonra sonuncu ilə əlaqə saxlayacağını, satışdan gələn pulu özünün götürəcəyini bildirmiş, Zərərçəkmiş şəxs onun təklifini müsbət dəyərləndirdikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla tanışlığa və iş haqqında ətraflı şəkildə danışmağa razılıq vermişdir. Arzu onun təklifini müsbət dəyərləndirdikdən təxminən bir həftə sonra ətraflı şəkildə müzakirə aparmaq üçün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə o, “Qurtuluş-93” yaşayış kompleksində görüşmüşlər. Həmin görüş zamanı Rusif də onun Arzuya söylədiklərini təsdiq edərək, söz vermişdir ki, armatur almaq üçün Arzunun Rusifə pul verəcəyi təqdirdə, onlara xeyli gəlir qazandıracaqdır. Belə ki, maddi cəhətdən Arzu Təqsirləndirilən şəxs kömək edəcək, Rusif isə armaturları şirkətə satacaq, bütün prosesə o, nəzarət edəcəkdir, armaturlar yaşayış kompleksinə satıldıqdan sonra əldə olunmuş gəlirin yarısı, yəni 50 faizi Zərərçəkmiş şəxs, qalan yarısı Təqsirləndirilən şəxs çatacaqdır, daha sonra Arzu da özünə qalan pulun yarısını ona verəcəkdir. Arzu söhbət əsnasında Rusifdən aylıq gəlirinin nə qədər olacağını soruşduqda, Təqsirləndirilən şəxs Arzuya 300.000 manat pul verəcəyi təqdirdə aylıq təxminən 50.000-60.000 manat arası qazanacağını bildirmişdir. Həmin görüş zamanı Rusif Arzudan pulu istədikdə, Zərərçəkmiş şəxs həmin vaxt üzərində pul olmadığını demiş və Rusifdən bir qədər vaxt verməsini istəmişdir. Bundan sonra o, 20 iyul 2020-ci il tarixdə saat 12 radələrində “Gənclik” metrostansiyasının yaxınlığında Rusif və Arzu ilə görüşmüş, ilk əvvəllər Arzu Rusiflə bilavasitə əlaqə saxlamamış, onun vasitəsi ilə Rusiflə əlaqə saxlamışdır. Bu ərəfədə heç Rusifin mobil nömrəsi Arzuda olmamış, o, quracaqları şərikli biznesin iştirakçılarından biri olduğu üçün Arzunun Rusifə pul verməsi proseslərində o da, iştirak etmişdir. 20 iyul 2020-ci il tarixdə baş tutmuş görüş zamanı Arzu nağd şəkildə 72.000 manat pul vəsaitini ona vermiş, o da, Arzunun gözünün önündə təqdim etdiyi pul vəsaitini saymadan Rusifə vermişdir. Arzunun pulu ona verməsinin səbəbi bu olmuşdur ki, Arzu ilə Rusifin yaxın münasibəti olmamış və Təqsirləndirilən şəxs onun vasitəsi ilə tanımışdır. Arzu ona etibar etdiyindən, bütün görüşlərdə pul vəsaitlərini ilkin olaraq ona vermiş, o da, bütün görüşlərdə Arzu tərəfindən ona təqdim edilmiş pul vəsaitlərini saymadan Rusifə vermiş və bütün görüşlərdə də Rusif verilmiş pul vəsaitlərini sayaraq özünə götürmüş, həmin puldan ona heçbir məbləğdə pul vəsati verməmişdir. 20 iyul 2020ci il tarixdə baş tutmuş görüş zamanı Arzunun ona verdiyi pulu Rusifə verdikdən sonra sonuncu onların yanında həmin pul vəsaitini sayaraq, 72.000 manat olduğunu görmüşdür. Rusif Arzudan qalan pulu soruşduqda isə Arzu Rusifə qalan pulları hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan sonra 08 avqust 2020-ci il tarixdə Rusif ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, qalan puldan Arzunun nə qədər düzəltdiyini, nə qədər pul vəsaiti verə biləcəyini soruşmasını istəmişdir. O, həmin gün Arzu ilə yenidən əlaqə saxlayaraq armatur satışı üçün pul lazım olduğunu bildirmiş, Arzu da ona hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Vito” markalı avtomobilinin olduğunu, Rusifin həmin avtomobili gəlib götürə biləcəyini söyləmişdir. O, Arzu ilə razılaşmış və Rusifə zəng edərək, Arzunun pul əvəzi avtomobil verə bildiyini demişdir. Bundan sonra həmin gün, yəni 08 avqust 2020-ci il tarixdə Rusif, o, Rusifin yanında tanımadığı bir nəfər tanışı “Qurtuluş-93” yaşayış kompleksinə getmişlər, Rusif həmin avtomobili götürmüşdür. Rusif avtomobili götürüb getdikdən qısa müddət sonra, 08 avqust 2020-ci il tarixdə ona zəng edərək Arzunun Rusifə verdiyi avtomobili 28.000 manat satdığını və Arzunun ona verməli olduğu 300.000 manatdan daha 28.000 manat çıxdığını demişdir. O, öz növbəsində Zərərçəkmiş şəxslə əlaqə saxlayaraq, Rusifin qeyd olunan avtomobili 28.000 manata satdığını demişdir. Arzu ondan nə zaman gəlir əldə edəcəyini soruşduqda, o, Zərərçəkmiş şəxs Rusifin şirkətə armatur satdığını, ayın sonu hesablama apardıqdan sonra Arzunun payına düşən pulunu Rusifin verəcəyini demişdir. O da, Arzu kimi heç bir məbləğdə pul vəsaiti qazanmamış, çünki razılaşmalarına görə, ona pulu Zərərçəkmiş şəxs verməli olmuş, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pul vəsaitlərindən hər hansı məbləğdə pul vəsaiti verməmişdir. xx.xx.2022-ci il tarixdə Rusif onunla əlaqə saxlayaraq, təcili pul lazım olduğunu deyərək, Arzudan yenidən pul istəməsini tələb etmiş, o da, Rusifin tələbi ilə həmin gün Arzu ilə əlaqə saxlayaraq, təcili pul lazım olduğunu bildirmişdir. Bundan sonral xx.xx.2020-ci il tarixdə o, Arzu və Rusif ünvan 8 ünvanda yerləşən “İST Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşlər, görüş zamanı Arzu nağd şəkildə 100.000 manat pul vəsaitini əlbəəl ona vermiş, o da, həmin pul vəsaitini Arzunun gözü önündə Rusifə təqdim etmiş, Rusif pulu sayaraq, Arzunun 100.000 manat pul verdiyini görmüşdür. Bu görüş zamanı da əvvəlki görüşlərdəki kimi, Rusil Arzudan aldığı pul vəsaitindən ona hər hansı bir məbləğdə pul vəsaiti və ya götürdüyü avtomobilin satışından sonra əldə etdiyi puldan heç bir məbləğdə pul vəsaiti verməmişdir. Bundan təxminən bir həftə sonra Rusif onunla əlaqə saxlayaraq, Arzunun verəcəyi məbləğin ümumilikdə 300.000 manat olması üçün yerdə qalan 100.000 manat pul vəsaitini ödəməsini Zərərçəkmiş şəxs bildirməyi ona tapşırmış, o da, Rusifin həqiqətən armatur satışından əldə olunacaq puldan onunla Arzunun pulunu verəcəyini düşünərək, Təqsirləndirilən şəxs inanıb Arzu ilə yenidən əlaqə saxlayıb Rusifə verəcəyi məbləğin ümumilikdə 300.000 manat olması üçün yerdə qalan 100.000 manat pul vəsaitini ödəməsini də bildirmişdir. Bundan sonra 20 avqust 2020-ci il tarixdə o, Arzu və Rusif ünvan 9 ünvanda yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşlər. Arzu görüş zamanı yerdə qalan 100.000 manat pulu nağd şəkildə əlbəəl olaraq ona vermiş, o da, həmin pul vəsaitini Rusifə təqdim etmiş, Rusif pulu sayaraq, Arzunun 100.000 manat pul verdiyini görmüşdür. Bu görüş zamanı da əvvəlki görüşlərdəki kimi, Rusif Arzudan aldığı pul vəsaitindən ona heç bir məbləğdə pul vəsaiti və ya Arzudan götürdüyü avtomobilin satışından sonra əldə etdiyi puldan hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Həmin görüş zamanı Arzu Rusifə dediyi kimi, ümumilikdə 300.000 manat pul verdiyini, bir ay müddətin də tamamlandığını bildirib nə zaman pulunu götürə biləcəyini soruşmuşdur. Rusif onunla haqq-hesab edib Arzuya məlumat verəcəyini demiş, bundan bir müddət sonra o, Rusifdən nə zaman pullarını götürə biləcəklərini soruşduqda, Təqsirləndirilən şəxs ona hələlik heç kimin öz payını götürməyəcəyini, qazanılmış pulla daha çox armatur alınaraq, şirkətə daha çox satış həyata keçirildiyini və bununla da, gəlirlərinin artacağını söyləmişdir. O da, Rusifə inanmış, Zərərçəkmiş şəxs onunla əlaqə saxlayan zaman o da, Arzuya Rusifin dediyi kimi hələlik heç kimin öz payını götürmədiyini, qazanılmış pulla daha çox armatur alınaraq şirkətə daha çox satış həyata keçirildiyini və bununla gəlirlərinin artacağını söyləmişdir. O, sonuncu pulun verilməsindən təxminən altı ay sonra Rusiflə yenə əlaqə saxlayıb əvvəlcədən razılaşdıqları kimi onunla Arzunun pulunu nə zaman verəcəyini soruşmuş, Rusif də işlərin zəif olduğunu, pandemiyaya görə işlərin demək olar dayandığını demişdir. Arzu onunla əlaqə saxladığı zaman o, Arzuya, Rusifin dediyi kimi, pandemiya düşdüyünü, işdə zəiflik olduğundan, pulun gecikdiyini söyləmiş, bu zaman Arzu ona Rusifə pullarını qaytarması barədə məlumat verməsini tələb etmişdir. Arzunun tələbindən sonra o, Rusifin ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini Arzuya vermişdir. Həmin vaxta kimi Rusifin mobil telefon nömrəsi Arzuda olmamış, Arzu Rusiflə onun vasitəsi ilə əlaqə saxlamış, səbəb isə o olmuşdur ki, Arzu Rusifi onun vasitəsi ilə tanımış və Rusiflə o qədər də yaxın münasibəti olmadığı üçün Rusifdən pulunu tələb etdiyi dönəmə kimi onun vasitəsi ilə əlaqə saxlamışdır. Arzu pulunu tələb etməyə başladıqdan sonra o da, davamlı olaraq Rusiflə əlaqə saxlayıb şərikli biznesdən Arzu ilə ona çatacaq pulu nə vaxt verəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr səsləndirərək, hər dəfə guya Arzunun pulunu qaytarmaq üçün obyekt, mənzil və s.verəcəyini yalan demiş, lakin Rusif həmin vədlərinə də əməl etməyərək, qurduqları şərikli biznesdən ona və ya Arzuya heç bir məbləğdə pul vəsaiti ödəməmiş, o cümlədən, nə Arzunun pulunu qaytarmış, nə də ki pulun əvəzində Arzuya hər hansı bir obyekt və ya ev vermişdir. xx.xx.2023-cii il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin təhqıqatçısı, polis kapitanı Azər Məmmədzadə ***-***-**-** mobil nömrəsinə zəng edərək, Zərərçəkmiş şəxs 300.000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Polis şöbəsinə gedib izahat verməli olduğumu demiş, təhqiqatçı ilə danışdıqdan sonra dərhal Rusifə zəng edib Polis şöbəsinə çağırıldığını söyləmişdir. Rusif Polis şöbəsinə gedib guya sonuncunun ona Zərərçəkmiş şəxs çatdırması üçün 30.000 ABŞ dolları məbləğdə pul vəsaiti verdiyini və onun həmin pul vəsaitini Arzuya çatdırması barədə izahat verməsini bildirmişdir. Həmçinin telefon danışığı zamanı Rusif ona bildirmişdir ki, bildirdiyi kimi, Polis şöbəsində təhrif olunmuş şəkildə izahat verəcəyi təqdirdə, yaxın zamanlarda əlindəki malları sataraq Arzunun 300.000 manat pulunu 25 mart 2023-ci il tarixə kimi bütöv şəkildə qaytaracaq və Polis şöbəsində gedən araşdırmam özü danışıb sonlandıracaqdır. O, Rusifə inanıb Yasamal RPİ-nin 29-cu PŞ-də izahat verən zaman yuxarıda göstərdiyi şəkildə izahat verərək, guya Rusifin ona 30.000 ABŞ dolları məbləğdə pul vəsaiti verdiyini, onun həmin pulu Arzuya çatdırdığını bildirmişdir. Həqiqətdə Rusif ona, Arzuya çatdırması üçün və ya hər hansı məqsədlə heç bir məbləğdə pul vəsaiti, o cümlədən 30.000 ABŞ dolları məbləğdə pul vəsaiti verməmişdir. Təqsirləndirilən şəxs onun vasitəsi ilə Zərərçəkmiş şəxs armatur alıb satmaq adı ilə aldığı 300.000 manat pulu hələ də sonuncuya qaytarmamışdır. O, Zərərçəkmiş şəxs 6-7 il əvvəl tanımış, əvvəllər həmin şəxslə arasında hər hansı ədavət və düşmənçilik münasibəti olmamışdır. Arzu uzun müddət Abşeron rayonu Masazır qəsəbəsi "xxxx" MTK-ya məxsus “Qurtuluş-93” yaşayış kompleksində hazırkı adı “Qədim Naxçıvan” olan restoranı işlədərək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında, iş əsnasında işlədiyi kompleksə dəmir çubuq materialları, yəni armatur satan şəxs kimi tanımış, həmin şəxslə arasında hər hansı ədavət və ya düşmənçilik münasibəti olmamışdır. Zərərçəkmiş şəxs 20 iyul 2020-ci il tarixdə saat 12 radələrində “Gənclik” metrostansiyasının yaxınlığında 72.000 manat, xx.xx.2020-ci il tarixdə ünvan 8 ünvanda yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 100.000 manat və 20 avqust 2020-ci il tarixdə ünvan 9 ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 100.000 manat pul vəsaitini əlbəəl ona vermiş, o da Zərərçəkmiş şəxs gözünün önündə pulu aldıqdan dərhal sonra Rusifə vermişdir. Rusif həmin pul vəsaitlərini sayaraq məbləğlərin düzgünlüyünə əmin olduqdan sonra onların yanından uzaqlaşmış, Arzudan aldığı pul vəsaitlərindən ona hər hansı məbləğdə pul vəsiti verməmişdir. Zərərçəkmiş şəxs 08 avqust 2020-ci il tarixdə nağd pul verməmiş, sadəcə olaraq Rusif, o və Rusifin tanımadığı bir nəfər tanışı Abşeron rayonu Masazır qəsəbəsi İstiqlal küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinə gedərək, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Vito” markalı avtomobili Zərərçəkmiş şəxs götürmüşlər, həmin tarixdə avtomobili 28.000 manata satmış, puldan ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. O, öz növbəsində Arzu ilə Rusifin qeyd olunan avtomobili 28.000 manata satdığını demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 300.000 manat məbləğdə pul vəsaitini alarkən, ona həmin puldan hər hansı məbləğdə pul vəsaiti verməmiş və ya ona Arzudan aldığı pulun qarşılığında nə isə vəd etməmişdir. O, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlində sonuncu ilə əlbir olmamış, əksinə Arzu ona söz vermişdir ki, biznes əqdləri baş tutsa, öz payına düşən qazancın yarısını ona verəcəkdir. Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə pul vəsaitlərini ona və Rusifə təqdim edərkən, yalnız üçü olmuşlar, “Mercedes Vito” markalı avtomobili götürərkən o və Rusifdən başqa, Rusifin yanında tanımadığı bir nəfər tanışı olmuşdur, həmin avtomibili Təqsirləndirilən şəxs təkbaşına satmış, avtomoibli kimə satması barədə onun məlumatı olmamışdır, Rusif avtomobili satandan sonra ona zəng edərək, avtomobili 28.000 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs pul vəsaitlərini qəbul etməsi ilə bağlı Zərərçəkmiş şəxs hər hansı sənəd təqdim etməmiş, lakin Rusif özü də Arzudan qeyd olunan adla 300.000 manat pul almasını danmamışdır. O, Zərərçəkmiş şəxs həmin 300.000 manat pulu onun yanında və vasitəsi ilə Rusifə verdiyinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs aldadaraq, 66 ton 249 kiloqram oğurluq armatur satması bardə onun heç bir məluatı olmamışdır. O, 2017-ci ildən 2020-ci ilin sentyabr ayına kimi Abşeron rayonu Masazır qəsəbəsi İstiqlal küçəsində yerləşən "xxxx" MTK-ya məxsus “Qurtuluş-93” yaşayış kompleksində qeyri-rəsmi olaraq satış meneceri vəzifəsində işlədiyi dövr ərzində mənzillərin satışı üzrə menecer işlədiyi üçün Təqsirləndirilən şəxs şirkətə gəlib-gedərkən, sonuncunun həqiqətən də şirkətin tikinti gedən sahələrinə armatur veribvermədiyini bilməmiş, lakin Rusif hər dəfə guya şirkətə armatur satmaqda davam etdiyini ona demişdir. O, Rusifdən pul məsələsinin nə yerdə qaldığını soruşduqda, Rusif qazanılan pulu hələlik heç kimin götürməyəcəyini, hamının payına düşən məbləğ çoxaldıqdan sonra paylarını verəcəyini bildirmişdir. Rusifin ona, guya şirkətin Rusifə külli miqdarda borcu olması barədə göstərdiyi xüsusatların doğru olub-olmamasını isə, maliyyə şöbəsinin işinə qarışa bilmədiyi üçün ancaq Rusifə inanıb sonuncunun dediklərini həqiqət qəbul etdiyi üçün ibarət olmuşdur. Bu səbəbdən də, o, Rusif barəsində Arzuya hələ işə başlamadan, məlumat verəndə Rusifin dediklərinə inanıb guya şirkətin Rusifə külli miqdarda ödəməli olduğu pul vəsaitinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs özü demişdir ki, "xxxx" MTK ilə arasında armatur alış-satışı ilə bağlı müqaviləsi vardır. Rusiflə danışarkən, Təqsirləndirilən şəxs armatur satışı ilə bağlı özünün tutduğu qeydləri ona göstərərək, sözügedən şirkətə davamlı olaraq armatur satdığını, hətta şirkətin Rusifə borclu qaldığını bildirmişdir. O da, Rusifə inandığından, səhlənkarlıq edib həqiqətən sonuncunun "xxxx" MTK ilə arasında müqavilə olub-olmadığını araşdırmamış, Zərərçəkmiş şəxs də Rusifin "xxxx" MTK ilə arasında müqavilə olduğunu və şirkətin Təqsirləndirilən şəxs borclu olduğunu bildirmişdir. O, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində izahat verərkən, həyəcanlı olduğu üçün ilk və son görüşdə verilmiş pul məbləğlərini səhv salaraq, yanlışlıqla Zərərçəkmiş şəxs ilk görüşdə Rusifə 100.000 manat pul verdiyini bildirmiş, lakin reallıqda Arzu ilk görüşdə Rusifə 72.000 manat pul vermişdir. O, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə çağırıldığı üçün həyəcanlanaraq, tez şəkildə Rusiflə əlaqə saxlamış, sonuncuya pulu ödəməsini bildirmişdir. Rusif də telefon danışığı zamanı ona yalan izahat verməsini tapşıraraq, 25 mart 2023-cii il tarixədək Arzunun cəmi 300.000 manat pulunu qaytaracağını söyləmişdir. O da, Rusifə inanaraq, Polis şöbəsində həqiqətə uyğun olmayan şəkildə guya Rusifin ona Aruzya qaytarması üçün 30.000 ABŞ dolları məbləğdə pul verdiyini və onun da həmin pulu aparıb Arzuya çatdırdığını bildirmişdir, əslində isə belə bir hal baş verməmişdir. Təqsirləndirilən şəxsla onun arasında Zərərçəkmiş şəxs bilmədiyi, sonuncunun əmlakını ələ keçirməyə yönəlmiş qabaqcadan əldə olunmuş bir razılaşma olmamışdır. Onun ilk öncə Rusifə zəng etməkdə səbəbi o olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla o tanış etmiş, düşünmüşdür ki, Təqsirləndirilən şəxsla o danışsa, bəlkə Rusif Arzunun 300.000 manat pul vəsaitini ödəyəcəkdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində verdiyi izahatında yalan danışmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında 100.000 manat, 2020-ci ilin sentyabr ayında 100.000 manat və 2020-ci ilin oktyabr ayının axırı 72.000 manat pul vəsaitini, 2020-ci ilin oktyabr ayında isə, pul əvəzi olaraq “Mercedes Vito” markalı avtomobili verdiyini bildirməsi yalandır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 20 iyul 2020-ci il tarixdə saat 12 radələrində Gənclik metrostansiyasının yaxınlığında 72.000 manat, xx.xx.2020-ci il tarixdə ünvan 8 ünvanda yerləşən “İST Petrol” yanacaqdoldıırma məntəqəsinin qarşısında 100.000 manat, 20 avqust 2020-ci il tarixdə ünvan 9 ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 100.000 manat pul vəsaitini əlbəəl ona, o da, Arzunun gözü önündə heç bir mənfəəti olmadan Rusifə vermiş, 08 avqust 2020-ci il tarixdə Rusif Arzuya məxsus “Mercedes Vito” markalı avtomobili pul əvəzi götürüb həmin gündə satmışdır. Təqsirləndirilən şəxs ona, eyni zamanda onun vasitəsi ilə göndərmək şərti ilə Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Təqsirləndirilən şəxs guya Zərərçəkmiş şəxs, onun vasitəsi ilə və ya birbaşa pul göndərməsi barədə göstərdikləri özünün dələduzluq əməlinə haqq qazandırmaq üçün ortaya atdığı yalanlardır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, dəqiq tarix xatırlamasada təxminən 2019-cu ildən başlayaraq dəmir metal çubuqların istehsalı ilə məşğul olan sexlər üçün müştəri tapıb satışdan öz payını alaraq fərdi sahibkarlıqla məşğul olmuşdur. Bu sahədə çalışdığı üçün dəmir metal çubuq alış-verişi ilə məşğul olan sex sahibləri və ya fərdi sahibkarlar onu tanımışdır. Təqsirləndirilən şəxsla da həmin ərəfələrdən münasibəti olmuş, hazırda dəqiq tarix xatırlamasada 2020-ci ilin əvvəllərində Rusif onun tanışlığı ilə hazırda ləğv olunmuş “X18” şirkətindən miqdarını xatırlamadığı dəyərdə və çəkidə dəmir metal çubuqlar almışdır. Lakin həmin çubuqları hansı məqsədlə və hara üçün aldığı barədə ona məlumat verməmişdir. Onu da qeyd etmişdir ki, Rusifin aldığı armaturların keyfiyyət nişanı bir qədər zəif olan “A400” markası olmuşdur. Bundan başqa onun Təqsirləndirilən şəxsla dəmir metal çubuqların alış-verişi ilə bağlı hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs o, 2019-cu ildən tanıyır, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Onların sadəcə iş prosesində yaranan sadə münasibəti olmuşdur. O, Rusifi tanıdığı ilk vaxtlar sonuncu vicdanlı bir fərdi sahibkar kimi özünü ona təqdim etmiş, lakin sonradan iş prosesində onun Rusifin keyfiyyət cəhətdən zəif markada armatur almasını müşahidə etməyi onu göstərmişdir ki Təqsirləndirilən şəxs iş gördüyü digər şəxləri aldatmaq niyyəti ilə hərəkət edən bir şəxsdir. Təqsirləndirilən şəxs onun vasitəsi ilə bir dəfə hazırda ləğv edilmiş “X18” şirkətindən dəqiq tarix xatırlamasada təxminən 2020-ci ilin əvvəllərində dəmir metal çubuq almışdır. 20 iyul 2020-ci il tarixdən 20 avqust 2020-ci il tarixədək olan müddət ərzində onun vasitəsilə heç bir dəmir metal çubuq istehsal edən sexdən və ya başqa bir yerdən armatur almamışdır. Lakin hazırda xatırlamadığı üçün Rusif tərəfindən alınmış həmin dəmir metal çubuqların miqdarı və qiyməti barədə konkret söz deyə bilmir. Onu da bildirir ki, Rusifin aldığı metal çubuqların keyfiyyəti “A400” markasına aid olduğu üçün bazarda həmin marka keyfiyyətcə zəif olduğu görə digər markalardan ucuz satılır. Onun işi alıcı ilə satıcını bir-biri ilə əlaqələndirmək olduğu üçün metal çubuq alan fərdi sahibkar həmin armaturu nə məqsədlə və hara istifadə edəcəyi barədə ona məlumat vermir, o da bu barədə soruşmur. Təqsirləndirilən şəxs eyni qaydada ona aldığı armaturları kimə satacağı və ya hansı işə istifadə edəcəyi barədə heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (l cild i.v. 1- 2) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısıdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, sonuncu dəfə Təqsirləndirilən şəxs 100.000 manat pulu həmin yerdə vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 15-17) xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsi, ona əlavə № 1 razılaşma protokolundan görünür ki, Təqsirləndirilən şəxs “Satıcı”, "xxxx" MTK isə “Alıcı” qismində çıxış edərək müvafiq şərtlər daxilində müqavilə bağlamışlar. (İ cild, i.v. 82-85) "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli, 132 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MTK arasında dəmir metal çubuqların alqısatqısına dair hər hansı bir müqavilə bağlanılmamış və xx.xx.2020-ci il tarixdən etibarən "xxxx" MTK Təqsirləndirilən şəxs dəmir metal çubuqları almamışdır. (İ cild, i.v. 89) xx.xx.2021-ci il tarixli 315726, 325723 nömrəli, xx.xx.2020-ci il tarixli 273026 nömrəli elektron qaimələrdən (malların, işlərin, xidmətlərin təqdim edilməsi haqqında) görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli, 273026 nömrəli elektron qaimə üzrə 17,000.84 (on yeddi min manat səksən dörd qəpik) manat dəyərində, xx.xx.2021-ci il tarixli, 315726 nömrəli elektron qaimə iizrə 4,000.71 (dörd min manat yetmiş bir qəpik) manat dəyərində və xx.xx.2021-ci il tarixli, 325723 nömrəli elektron qaimə üzrə 8,999.76 (səkkiz min doqquz yüz doxsan doqquz manat yetmiş altı qəpik) manat dəyərində pul köçürmələri olmuş, həmin sənədlərdə alıcı qrafasında Təqsirləndirilən şəxs, təqdim edən qrafasında Zərərçəkmiş şəxs qeyd olunmuşdur. xx.xx.2020, xx.xx.2021, xx.xx.2021-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, göndərən qrafasında Təqsirləndirilən şəxs, ödənişin əsası kimi “Az. Kağız və karton İK MMC” qeyd olunmuşdur. (İ cild, i.v. 94-99) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 104) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və o, istintaqa verdiyi ifadəsini hadisə yerlərində əyani şəkildə göstərərək, bildirmişdir ki, o, Ruslan Kasymovun iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 10 ünvanda yerləşən “Kral” şadlıq sarayının arxa tərəfində ilk dəfə 20 iyul 2020-ci il tarixdə 72.000 manat məbləğdə pul vəsaiti vermiş; növbəti dəfə 08 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Ruslan Kasymov və bir nəfər tanımadığı şəxslə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi İstiqlal küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin giriş hissəsinə gedərək, ona məxsus “Mercedes Vito” markalı avtomobili həmin ünvandan pul əvəzi götürüb aparmış və eyni gündə zəng edib avtomobili 28.000 manata satdığını bildirmiş; daha sonra 12 avqust 2020-ci il tarixdə ünvan 11 ünvanda yerləşən “İst Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 100.000 manat məbləğdə pul vəsaiti Ruslan Kasymovun iştirakı ilə Təqsirləndirilən şəxs vermiş; son dəfə isə, 20 avqust 2020-ci il tarixdə Ruslan Kasymovun iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 12 ünvanda yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 100.000 (yüz min) manat məbləğdə pul vəsaiti vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 143-149) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şahid X2 da ifadəsi yerində yoxlanılmış və o, istintaqa verdiyi ifadəsini hadisə yerlərində əyani şəkildə göstərib bildirmişdir ki, Zərərçəkmiş şəxs ilk dəfə onun iştirakı ilə ünvan 10 ünvanda yerləşən “Kral” şadlıq sarayının arxa tərəfində Təqsirləndirilən şəxs 20 iyul 2020ci il tarixdə 72.000 manat məbləğdə pul vəsaiti vermiş; növbəti dəfə 08 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun və başqa bir şəxslə birlikdə, Abşeron rayonu Masazır qəsəbəsi İstiqlal küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin giriş hissəsinə gedərək, Zərərçəkmiş şəxs məxsus “Mercedes Vito” markalı avtomobili həmin ünvandan pul əvəzi götürüb aparmış və eyni gündə zəng edib avtomobili 28.000 manata satdığını bildirmiş; sonra 12 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 11 ünvanda yerləşən “İst Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 100.000 manat məbləğdə pul vəsaiti onun iştirakı ilə Təqsirləndirilən şəxs vermiş; son dəfə isə 20 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs onun iştirakı ilə ünvan 7 ünvanda yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs 100.000 manat məbləğdə pul vəsaiti vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 150-155) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (l cild i.v. 170-182) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X6 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (l cild i.v. 183-193) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (l cild i.v. 201-205) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:10-da CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (l cild i.v. 214-215) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 232-233) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-344/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 13 gün müddətinə həbs qismində qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə zalından həbsdən azad olunmuşdur. (İİ cild i.v. 8-19) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 20-21) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Sabirabad rayonu Zəngənə kəndində yerləşən xx.xx.2023-cü il tarixində 2,305 ha, xx.xx.2023-cü il tarixində 1,4593 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququ və xx.xx.2021-ci il tarixində 16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququ qeydiyyata alınmışdır. Şahid1 xx.xx.2020-ci il tarixindən hazırkı vaxtadək mülkiyyətində olan, həmçinin özgəninkiləşdirilən əmlak aşkar edilməmişdir. (İİ cild i.v. 32) xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən 11914 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla daxil olan ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üzərində “Bingo CD-R 700 MB/80 Min 2x-56X” və “9173 xx.xx.2023” yazıları yazılmış, ağ rəngli boyalı diskdə “9173-xx.xx.2023” adlı 01 ədəd sıxılmış arxiv qovluğu yerləşdirilmişdir. Həmin sıxılmış qovluq açıldıqda, daxilində “**********51.txt”, “**********51_SMS.txt”, “**********27.txt”, “**********27_SMS.txt”, “abunechiler.xls”, “antena 2020.xlsx” və “antena 2021.xlsx” adlı faylların arxivləşdirildiyi müşayiət olundu. Həmin fayllar bir-bir açılaraq baxılmış, birinci faylda iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 00:00:00-dan xx.xx.2021-ci il tarixdə saat 23:59:59-ə qədər olan müddət ərzində daxil olan və çıxarılan zənglərin siyahısı və abunəçilərin mobil telefon nömrələrin əks olunması aşkar olundu. Həmin faylda baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsi ilə 2020-ci ilin iyul ayının 17-dən avqust ayının 22-dək olan müddət ərzində dəfələrlə və uzunmüddətli danışıq əlaqələrinin olması, eləcə də, həmin tarixdən sonrakı tarixlərdə də müşahidə olunur. Daha sonra ikinci fayla baxış keçirilərkən, Zərərçəkmiş şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 00:00:00-dan xx.xx.2021-ci il tarixdə saat 23:59:59-ə qədər olan müddət ərzində daxil olan və göndərilən sms (ismarıc) mətnlərinin əsk olunması müşahidə olundu. Həmin ismarıc mətnləri arasında istintaq əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar olunmadı. Daha sonra üçüncü faylda iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 00:00:00-dan xx.xx.2021-ci il tarixdə saat 23:59:59-ə qədər olan müddət ərzində daxil olan və çıxarılan zənglərin siyahısı və abunəçilərin mobil telefon nömrələrin əks olunması aşkar olundu. Həmin faylda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsi ilə 2020-ci ilin iyul ayının 17-dən avqust ayının 22-dək olan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsi ilə dəfələrlə və uzunmüddətli danışıq əlaqələrinin olması, eləcə də, həmin tarixdən sonrakı tarixlərdə də müşahidə olunur. Daha sonra dördüncü fayla baxış keçirilərkən, Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 00:00:00-dan xx.xx.2021-ci il tarixdə saat 23:59:59-ə qədər olan müddət ərzində daxil olan və göndərilən sms (ismarıc) mətnlərinin əsk olunması müşahidə olundu. Həmin ismarıc mətnləri arasında istintaq əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar olunmadı. Daha sonra beşinci fayla baxış keçirilərkən, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** **** mobil telefon nömrəsinin 20 iyul 2020-ci il tarixdə ünvan 10 ünvanda yerləşən “Kral” şadlıq evinin ətrafında quraşdırılmış anten əhatə dairəsində olmaması; 08 avqust 2020-ci il tarixdə saat 13:35 və 18:07-də Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində quraşdırılmış anten əhatə dairəsində olması; 12 avqust 2020-ci il tarixdə ünvan 11 ünvanda yerləşən “İst Petrol” YDM-nin ərazisində quraşdırılmış anten əhatə dairəsində olmaması; 20 avqust 2020-ci il tarixdə 12:14, 12:47 və 13:04-də ünvan 13 ünvanda quraşdırılmış anten əhatə dairəsində olması aşkar olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan +**********27 mobil telefon nömrəsinin 20 iyul 2020-ci il tarixdə ünvan 9 ünvanda yerləşən “Günəş Petrol” YDM-nin yaxınlığında quraşdırılmış anten əhatə dairəsində olmaması; 28 sentyabr 2020-ci il və 29 sentyabr 2020-ci il tarixlərdə müvafiq olaraq, axşam saat 19:58 və səhər saat 10:44-də Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində quraşdırılmış anten əhatə dairəsində olması; 2020-ci ilin oktyabr ayı ərzində isə, ümumiyyətlə nə Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində, nə də Bakı şəhəri N.Nərimanov rayonunun ərazisində quraşdırılmış anten əhatə dairəsində olmaması müəyyən edildi. Sonda altıncı fayla baxış keçirilmiş və faylda Təqsirləndirilən şəxs istifadəsində olan +**********27 mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərində, o cümlədən Sumqayıt şəhəri, Sabirabad, Saatlı, Hacıqabul, Ağsu, Quba, Şabran və Siyəzən rayonları ərazisində quraşdırılmış "xxxx" MMC-yə aid aten əhatə dairələri altında olması müəyyən olundu. (İİ cild i.v. 40-47) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr edilməklə, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İİ cild i.v. 284-285) xx.xx.2024-cü il tarixli "xxxx" Məzil Tikinti Kooperativindən daxil olmuş sorğunun cavabından görünür ki, 2020-ci ilin yanvar-fevral və həmin ilin may aylarında "xxxx" Mənzil Tikinti Kooperativi ilə Təqsirləndirilən şəxs arasında armatur alqı-satqısı ilə bağlı rəsmi müqavilə tərtib olunmamışdır. (İİİ cild i.v. 17) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD-R disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İİİ cild i.v. 105-137) AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X8 adlı azyaşlı uşağı vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1827/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına təhvil verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli məktutubdan görünür ki, "xxxx" MTK, "xxxx" MTK və "xxxx" MTK arasında hər hansı bir əlaqə yoxdur. "xxxx" MTK öz fəaliyyətini xx.xx.2022-ci il tarixdə dayandırıb, sonra Masazır ərazisində "xxxx" MTK-da öz fəaliyyətinə başlayıb. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK, "xxxx" MTK və "xxxx" MTK arasında hər hansı bir əlaqə yoxdur. "xxxx" MTK öz fəaliyyətini xx.xx.2022-ci il tarixdə dayandırıb. Masazır ərazisində "xxxx" MTK-da xx.xx.2020-ci ildə öz fəaliyyətinə başlayıb. Qeyd olunan iş üzrə tərəflər arasında bağlanmış müqavilə mövcud olmuşdur. Lakin şirkətin köçürülməsi prosesi zamanı arxiv sənədlərinin bir hissəsi itmiş, nəticədə həmin müqaviləyə aid qaimə və digər maliyyə sənədləri hazırda mövcud deyil. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Kasymov Ruslanın sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2024-cü il tarixdə çıxışı qeydə alınmışdır. Müdafiə tərəfinin təqdim etdiyi flaşkartda olan videogörüntüdən görünür ki, Şahid6 bir neçə il bundan qabaq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verməsi üçün ona 6000 manat pul verməsini, o da həmin pulu Zərərçəkmiş şəxslə görüşüb sonuncuya verməsini bildirmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 178.3.2ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, onun "xxxx" MTK-ya 1000 ton mal verməsi, Arzunun özünə 2020-ci ilin sentyabr ayının 20-də 20.000 manat ödəniş etməsi, sonra 10.000, 15.000, sonra sentyabr ayında rəsmi köçürmə yolu ilə 17.000 manat, ardıcılıqla 16.000, 20.000 manat, yanvar ayında rəsmi köçürtmə ilə 9.000 manat, yanvarın axırında 4000 manat ödənişlər etməsi, Arzu ilə arasında karton alveri olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolları və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə ödəmələr həyata keçirməsi ilə bağlı verdiyi ifadələrə münasibətdə məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə olunmuş elekton qaimələrdən, hesabdan çıxarışlardan görünür ki, həmin çıxarışlarda ödəniş əsası kimi “Az kağız və karton İK MMC” qeyd olunması, qaimələrdə alıcı qrafasında Təqsirləndirilən şəxs, təqdim edən qrafasında Zərərçəkmiş şəxs qeyd olunması, eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı həmin ödənişlərin (təqsirləndirilən şəxsin qeyd etdikləri) Təqsirləndirilən şəxsla aralarında olan digər karton biznesi ilə əlaqədar olması barədə verdiyi ifadələr təqsirləndirilən şəxsin həmin ifadələrini təkzib etdiyindən Təqsirləndirilən şəxs həmin ifadələrinə də məhkəmə tənqidi yanaşır. Eyni zamanda müdafiə tərəfinin təqdim etdiyi flaşkartda əks olunan Şahid6 bildirdiklərinə, yəni 6000 manatı Zərərçəkmiş şəxs çatdırması, həmçinin Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs ödənişlər etməsinə münasibətdə isə qeyd olunmalıdır ki, bu ödənişlərin zərər çəkmiş şəxsə çatdırılıbçatdırılmaması məhkəmə iclasında dəqiqləşdirilmiş, Zərərçəkmiş şəxs yalnız 13000 manatın təqsirləndirilən şəxsin qardaşı tərəfindən ona verildiyini, başqa şəxs tərəfindən ona heç bir məbləğ çatmadığını bildirmişdir. Bundan başqa Ruslan Kasymovun Azərbaycan Respublikası ərazisində olmadığından iştirakını təmin etmək mümkün olmamış, yalnız məhkəmə iclasında elan edilmiş ifadələrindən görünür ki, o Təqsirləndirilən şəxs tərəfindən ona Zərərçəkmiş şəxs çatdırılması üçün heç bir məbləğ verilməmişdir. Bu ifadələrini üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadələrini təsdiq etmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatətinin təmin edilərək qəbul edilmiş qərar əsasında "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktuba əlavə olunmuş diskdəki məlumatlardan görünür ki, müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamış, eyni zamanda iş üzrə hər hansı əhəmiyyətli yeni bir hal da aşkar edilməmişdir. Yəni, Təqsirləndirilən şəxs ödənişlər etməsi ilə bağlı gətirdiyi məkan məlumatları da iş materiallarına əlavə olunmuş, eyni zamanda məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə təmin edilərək verilmiş anten məlumatlarının götürülməsi barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi məkanlarla anten məlumatları üst-üstə düşmür. Bundan başqa Təqsirləndirilən şəxs ifadələrində Qurtuluş-93 Residence MTK ilə müqavilə bağladığını, armatur satdığını, zərər çəkmiş şəxsə ödənişlər etdiyini bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Qurtuluş-93 Residence MTK ilə müqavilənin bağlanması iş materiallarında təsdiqini tapsa da, müqavilənin icra olunub-olunmaması ilə bağlı müdafiə tərəfi heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə bu halı araşdıraraq sorğu vermiş, Qurtuluş-93 Residence MTK müqavilənin olduğunu bildirsələr də, müqaviləyə aid sənəd təqdim etmələrinin mümkün olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1827/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib xx.xx.2024-cü il tarixdə tutularaq Bakı istintaq təcridxanasına təhvil verildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 10 saat olmaqla ümumilikdə 16 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 16 saat hüquqi yardıma görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 126 manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 16 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(101)-316/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-316/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver