Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-317/2020 05.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: x1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəalliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi İ/B, ev 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, ev 105-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır yaşayış massivi, Xəzri MTK, ev 3, mənzil 97-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək saxlamışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 1011,187 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumilikdə təmiz çəkisi 667,795 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metafetamin əldə edərək saxlamış, sonradan tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etdiyi narkotik vasitədən təmiz çəkisi 1000 qram olan heroini və təmiz çəkisi 500 qram olan psixotrop maddə metafetamini 2019-cu ilin iyun ayının 13-14-də yaşadığı ünvan 2-də satması üçün Təqsirləndirilən şəxs2 vermiş, sonuncu əldə etdiyi külli miqdarda narkotik vasitələri Bakı şəhərindən Qax rayonuna daşımış və 16 iyun 2019-cu il tarixdə,saat 14:50 radələrində Qax RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Qax rayonu, Qorağan kəndində yerləşən Qax pavilyonu adlanan ərazidəki Süd Zavodunun yanında saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki ağ rəngli sellofan torbanın içərisində bir ədəd sellofan torbada təmiz çəkisi 1000 qram narkotik vasitə heroin və bir ədəd sellofan torbada təmiz çəkisi 500 qram metafetamin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq isə Qax RPŞ-nin və Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə istintaq-əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 52 ünvanı ilə Ziya Bünyadov prospekti 64/68 ünvanın kəsişməsində saxlanılaraq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə Nərimanov RPİ-nə gətirilmiş, 17.06.2019-cu il tarixdə,saat 15:10 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin mətbəxindəki sobada saxladığı bir ədəd şəffaf plastmas qutuda təmiz çəkisi 157,596 qram psixotrop maddə olan metafetamin, evin dəhlizində ayaqqabı qutusundan bir ədəd sellofan bükümdə təmiz çəkisi 10,199 qram psixotrop maddə olan metafetamin, iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,080 qram və 1,107 qram, yəni ümumilikdə təmiz çəkisi 11,187 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, qəsdən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, 2019-cu ilin iyun ayının 13-14-də Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı ünvan 2-də külli miqdarda, yəni təmiz çəkisi 1000 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 500 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metafetamin əldə edib saxlayaraq satmaq məqsədi ilə Bakı şəhərindən Qax rayonuna daşımış, 16 iyun 2019-cu il tarixdə,saat 14:50 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Qax rayonu, Qorağan kəndində yerləşən Qax pavilyonu adlanan ərazidəki “Süd Zavod”unun yanında saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki ağ rəngli sellofan torbanın içərisində bir ədəd sellofan torbada təmiz çəkisi 1000 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 500 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Viləşi təxminən 4-5 ildir tanıyır. Viləşlə tanış olduqdan sonra demək olar ki, tez-tez birlikdə oturub çay içmişlər. Viləşə o, “həci” deyib müraciət etmişdir. Hazırki hadisədən təxminən bir il yarım əvvəl Viləşlə Gəncə şəhərində görüşərkən Viləş demişdir ki, internet vasitəsilə birja işi ilə məşğul olur, böyük məbləğdə pul olsa birjada oynayıb pul qazanmaq olar. O, Viləşdən nə qədər pul lazım olduğunu soruşmuş, Viləş də əvvəlcə ona 15000 manat pul lazım olduğunu bildirmişdir. Viləşə demişdir ki, onun Bakı şəhərində Dərnəgül ərazisində torpağı var satıb verə bilər. Sonra da həmin torpaq sahəsini satıb Viləşə bu barədə demiş və Viləşdən birja işinin necə olduğunu soruşmuşdur. Viləş də bildirmişdir ki, qazancı yarı-yarıya böləcəklər. O, əvvəlcə bank vasitəsilə Viləşə 12000 manat pul göndərmiş, bir müddət sonra yenidən Viləş ona zəng edib yenidən birja işi üçün pul lazım olduğunu bildirərək ondan 20000 ABŞ dolları və 3000 manat almışdır. Yəni, ümumilikdə 49000 manat pul göndərmişdir. Bir neçə ay sonra Viləş ona yenidən zəng edib 2000 ABŞ dolları pul lazım olduğunu bildirmiş, o da Viləşə 3400 manat pul vermişdir. 3-4 ay sonra Viləş onun qızı Şəfiqə Məmmədovanın adına qazancdan olan pul kimi 5500 manat pul göndərmişdir. Daha sonra Viləş ona pul göndərməmişdir. Viləşdən borcunu verməsini tələb etmiş, Viləş isə demişdir ki, birjada pulu uduzduğundan borcunu verə bilmir. 2019-cu ilin iyul ayının 13-ü və ya 14-ündə Təqsirləndirilən şəxs2 onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2a, 27 saylı mənzilə gəlmişdir. Viləş onunla mobil telefonu ilə əlaqə saxlamışdır. O, arvadı Təranəyə demişdir ki Viləş qonaq gələcək, evdən getsin. Viləş onlara gəldiyində Viləşin əlində iki ədəd sellofan torba və kompyuter çantası olmuşdur. Viləşlə oturub söhbət etmiş, ondan yenidən borcunu istəmişdir. Viləş narahat olmamağını və 2-3 günə kimi borcunu qaytaracağını bildirmişdir. Viləş onlarda təxminən 1 saata yaxın oturmuş və çıxanda əlindəki sellofan torbalarıevindəhlizindəqalmasını,sonragəlibgötürəcəyinibildirmişdir. Torbalardanəolduğunusoruşanda Viləş torbalarıniçində“zibil”olduğunubildirmişdir. O isə torbalarda narkotik vasitəolduğunubilməmişdir. 17.06.2019-cu il tarixdətəxminən saat 13:20 radələrində Viləş zəng edərək Dərnəgülə, qaçqınlar yaşayan binanın yanında olduğunu dediyindən, o da Viləşin dediyi həmin yerə getmiş və orada bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirərək onu Nərimanov RPİ-nə dəvət etmişlər. Ora da ona narkotik vasitələrin satışı iləşübhəli olduğunu bildirib yaşadığı Bakışəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 a, mənzil 27-də videoçəkiliş vasitəsilə evə baxış keçirmişlər. Videobaxış zamanıpolisəməkdaşlarınaViləşinevindəhlizindəqoyduğutorbalarıgöstərmiş, bundan sonra polisəməkdaşlarıhəmintorbalarıaparıbmənzilinbaşqayerindəgizlətmişlər vəvideobaxışbaşlananda ondan narkotikvasitəniharadasaxladığınısoruşmuşlar, o da narkotikvasitələrinolduğuhəminsellofantorbalarıpolislərə təqdimetmişdir, halbuki, o, həmintorbalardanarkotikinolduğunuəvvəlcədənbilməmişdir. Birdahabildirirki, həmin narkotik vasitələr Viləşə məxsusdur, ona heçbiraidiyyətiyoxdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2001-ci ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəlcə “xxxx” MMC şirkətini qurmuş və rabitə avadanlıqlarının quraşdırılması işi ilə məşğul olmuşdur. 2010-cu ildə heyvandarlıqla məşğul olmaq üçün tanışı türk əsilli x7 birgə “Hilal Agro”nu qurmuş, həmin şirkət də 2016-cı ilədək fəaliyyət göstərmişdir. 2015-ci ildə şirkətlərdə maddi sıxıntıları olduğundan məcburən işlərdən uzaqlaşmağa başlamışdır. 2014cü ildə o, Canpolad adı ilə tanınan hazırda təqsirləndirilən şəxs olan Hüseynlə ortaq tanışları Mənsur vasitəsilə tanış olmuşlar. Həmin vaxt o, balıq satışı ilə də məşğul olmuş, Hüseynin də yaşadığı ünvanda avtomobil qarajı olmuş, onlar tez-tez görüşməyə və söhbətləşməyə başlamışlar. Bir müddət sonra onun “Hilal Agro” ilə işlərində problemlər yaranmış və həmin vaxtlar Hüseyn ona köməklik etmək istəmişdir. 2015-ci ildə onun Bakıda işləri alınmadığından Gəncə şəhərinə getmiş və orada bir müddət krivetka satışı ilə məşğul olmağa başlamışdır. Gəncə şəhərində ikinci dəfə ailə həyatı qurmuş və bir qız övladı olmuşdur. Birinci ailəsi Bakı şəhərində anası Simsarə ilə birlikdə Masazır qəsəbəsində yaşayır. Birinci evliliyindən 3 övladı vardır. Hüseynlə əlaqəsi Gəncə şəhərində olduğu müddətdə də davam etmişdir. 2017-ci ildə internet vasitəsilə birja işi ilə məşğul olmağa başlamışdır. Onun birja işi ilə məşğul olmasından Hüseynin məlumatı olmuşdur. 2018-ci ilin yanvar ayında Hüseyn Gəncəyə gəlmiş və ona demişdir ki, o özü də ona pul versin və pulu ilə birjadan gəlir götürsünlər. Hüseyn ona ayrı-ayrılıqda 16000 manat bir dəfə, 35000 manat da bir dəfə olmaqla ümumilikdə 51000 manat pul vermişdir. Həmin pulu o, hesabına yatıraraq ümumilikdə 51000 manat pulu birjada uduzmuşdur. Beləliklə də, 2018-ci ilin yanvar ayından onun Hüseynə borcu yaranmışdır. Birja ilə məşğul olduğu müddətdə Hüseynə qazanc olaraq 5500 manat pul vermişdir. Razılıqları belə olmuşdur ki, Hüseynin qoyduğu pulu qaytarıb daha sonra şərikli işləməli idilər. Ancaq pulu uduzduğundan onun Hüseynə borcu yaranmışdır. Həmin vaxtdan etibarən Hüseyn ona zəng edib onu bezdirməyə başlamış və borcunu istəmişdir. Əvvəlcə qızıl işi ilə məşğul olub Hüseynə olan borcunu qaytarmaq istəmişdir. 2018-ci ilin yanvar ayından 2019-cu ilin mart ayına qədər olan müddətdə Hüseyn ona dəfələrlə zəng edib pulunu istəmiş, o isə Hüseynə qaytaracaq pulu olmadığını bildirmişdir. 2019-cu ilin aprel ayında Hüseyn ona demişdir ki, onun İranla əlaqələri var və narkotik vasitələrin Azərbaycana keçirilməsində problemi yoxdur. Ancaq həmin narkotik vasitələri satmaq lazımdır. Hətta ona İrandan Hüseynlə danışan şəxslərin də səs yazılarını vatsap sosial şəbəkəsi vasitəsilə atmışdır. O da Hüseynə olan borcuna görə məcbur qalaraq razılıq verərək bildirmişdir ki, bununla bağlı o, nəsə edə bilsə edəcəkdir. Daha sonra Hüseyn davamlı olaraq ona təklif etmişdir ki, onda narkotik vasitələr var və satmaq lazımdır. Məqsəd də bu olmuşdur ki, böyük həcmli çəki ilə narkotiki sata bilsinlər. O, Bakı şəhərinə gəldikdə Hüseyn evindən ona “kakos və şüşə” adlı narkotik vasitələri vermişdi. Hüseyn ona Gəncəyə aparmaq üçün təxminən ümumi çəkisi hər biri 15-20 qram olan narkotik vasitə heroin və metamfetamin verərək demişdir ki, Gəncədə “Kəpəz stadionun” yanında işıqlandırma deyilən yerin altına betonların üstünə qoysun, o da Hüseynin dediyi kimi də etmişdir. Lakin həmin narkotik vasitələri kimlərin, necə, hansı qiymətə alması, pulunu kimə verməsi barədə məlumatı yoxdur. Bakı şəhərində də bir dəfə Hüseyn ona sellofan torbada bükülü verib və yaşadığı ünvanda yaxınlıqda olan parkın yanında səkiyə qoymağını bildirmişdir. O da Hüseynin dediyi kimi etmişdir. Hüseyn onunla danışanda bildirirmiş ki, kiloqramla narkotik vasitə satışını etmək lazımdır. O da Hüseynə borcu olduğundan razılıq vermişdir. Hüseyn demişdir ki, narkotik vasitəni Gürcüstana və Rusiyaya keçirsələr daha yaxşı pul qazana bilərlər.Odur ki, 2019-cu ilin iyun ayının əvvəlində o, Qax rayonunda İcra Şöbəsində işləyən Ələkbərə zəng edib sonuncu ilə Zaqatalada görüşmüş və Ələkbərə bildirmişdir ki, onda satılıq narkotik vasitə heroin və metamfetamin var. Ələkbərlə əlaqə saxlayıb tanışlarının ola biləcəyini ehtimal edib Ələkbərə bu təklifi etmişdir. Ələkbərlə birinci dəfə Balakəndə görüşmüşlər, o, Ələkbərə demişdir ki, irimiqyasda narkotik vasitənin satışını təşkil etmək lazımdır. Ələkbər də ona demişdir ki, adam var onunla danışmaq lazımdır. Sabahı gün Ələkbərlə o, yenidən Balakəndə yaşadığı ünvanda görüşmüşdür. Ələkbərə demişdir ki, 10 kq narkotik vasitə verə bilsə satılmasını təşkil edə bilərmi? Ələkbər isə demişdir ki,10 kq olmaz. O, hesablamışdır ki 1 kq heroin və 500 qram metamfetamin sata bilsə Hüseynə olan borcundan yarısını vermiş olur. Ələkbərlə razılaşmışdır ki, 1 kq heroini 35000 manata, 500 qram metafetamini (şüşə) isə 25000 manata verəcəkdir. Bundan sonra həmin axşam da o, vatsap sosial şəbəkəsi vasitəsilə Hüseynlə danışıb razılıq alındığını bildirmiş və Hüseyn də ona nə qədər lazımdırsa narkotik vasitə verə biləcəyini demişdir. 13.06.2019-cu il, ya da 14.06.2019-cu il tarixdə Bakı şəhərinə gəlmiş və Hüseynin Nərimanov rayonu ərazisində yaşadığı Gənclik metrosunun yaxınlığında üzərində “Badamlı” yazısı olan binanın 6-cı mərtəbəsindəki evində görüşmüşlər. Görüşməmişdən əvvəl “whatsapp”la Hüseynlə danışaraq 1 kq kakos (heroin) və 500 qram şüşə (metafetamin) narkotik vasitəni götürəcəyini Hüseynə demişdir. Saat təxminən 13-14 radələrində Hüseyn özü onu evinə aparmışdır. Hüseyn həmin vaxt evdə tək olmuş, təxminən 2-3 saata yaxın orada qalmışdır. Orada olduğu müddətdə Hüseyn yenə ona narkotik vasitələrin satışını artırmağı bildirmiş və saat təxminən 15-16 radələrindən sonra o, Bakı şəhər Beynəlxalq Avtovağzalına gedib oradan da birbaşa ünvan 5 mənzil 4 ünvana getmişdir. Həmin vaxt Ələkbərdən xəbər gözləmiş və xəbər olmadığından Gəncəyə getməli olmuşdur. 15.06.2019-cu il tarixdə Ələkbər ona zəng edib bildirmişdir ki, 16.06.2019-cu il tarixdə, saat 10-da Qax şəhərində olsun. Hüseynin evindən narkotik vasitələri ayaqqabı qutusunda necə götürmüşdüsə, elə də Gəncə şəhərinə gəlib 16.06.2019-cu il tarixdə oradan da birbaşa satmaq üçün Qax şəhərinə gətirmişdir. Saat 10-da görüşməli olmalarına baxmayaraq, o, gecikmiş və təxminən saat 14 radələrində Qax Pavilionunda yerləşən Süd zavodunun yanında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərinə və əlindəki sellofan torbaya baxış keçirilən zaman torbada olan iki ədəd sellofan torbadakı narkotik maddələr qablaşdırılaraq möhürlənib götürülmüş, bu barədə protokol tərtib olunmuş, protokolu iştirakçılarla birlikdə imzalamışdır. Hüseynlə razılaşmalarına görə o, narkotik vasitə heroin və metafetamini satdıqdan sonra 17.06.2019-cu il tarixdə Hüseynə 46000 manat pul verəcək. Yəni, onun məqsədi Hüseynlə birlikdə narkotik vasitə heroin və metamfetamini satıb pul əldə etmək, onun Hüseynə olan borcunu qaytarmaq olmuşdur. Hazırda əməlindən peşmandır, borcu olmasaydı belə bir addım atmazdı. Bir daha bildirir ki, Hüseynə 51000 manat borcu olmuşdur. Aralarında olan razılaşmaya əsasən o, Hüseyndən sonuncunun təklifi ilə narkotik vasitə olan 1000 qram heroin və 500 qram metafetamini ümumilikdə 42000 manata nisyə götürüb, 60000 manata satmalı idi. Bu məqsədlə o, Ələkbərlə razılaşmış, Hüseynə narkotik vasitəni hansı qiymətə satacağını da demişdir. Qazancdan da Hüseynə olan borcundan verməli idi, həmçinin 42000 manat puldan da onun borcundan çıxmalı idi. Məqsədi pul qazanmaq olmuşdur. Hüseyn işlərini gizli görürmüş və Hüseynin kimlərlə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 həm istintaqa verdiyi ifadəsində, həmdə üzləşdirmə zamanı ifadələrində ondan Qax şəhərində aşkar edilən narkotik vasitə heroin və metamfetamin, həmçinin Hüseynin Bakı şəhərində yaşadığı evdə aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu bildirməsi tamamilə yalandır. Təqsirləndirilən şəxs1 ona verdiyi və ondan aşkar edilmiş narkotik vasitə olan 1 kq heroini və 500 qram metamfetamini haradan əldə etməsi barədə məlumatı yoxdur, sadəcə x6 Respulikası ilə əlaqələri olduğunu bilsə də, konkret olaraq Hüseynin ona verdiyi həmin narkotik vasitələri İran İslam Respublikasından gətirib-gətirmədiyini bilmir. Təqsirləndirilən şəxs1 yaşadığı evdə sobanın içində bir ədəd şəffaf plastmas qutuda təmiz çəkisi 157,596 qram narkotik vasitə olan metamfetamin, evin dəhlizində ayaqqabı qutusunda bir ədəd sellofan bükümdə təmiz çəkisi 10,199 qram narkotik vasitə olan metamfetamin, iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,080 qram və 1,107 qram, yəni ümumilikdə təmiz çəkisi 11,187 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmasından məlumatı olmamış və həmin narkotik vasitələri satmaları barədə Hüseynlə heç bir razılıqları olmamışdır. O, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən istifadə edir. “Whatsapp”da isə ***-***-**-** mobil nömrəsini işlədir. Təqsirləndirilən şəxs1 da 070-477 35 35 və ***-***-**-** mobil telefon nömrələrindən istifadə edir. Hüseynlə ancaq “whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Hüseynin “whatsapp” mobil nömrəsi ***-***-**-** olmuşdur. Onun mobil telefonunda Hüseynlə yazışmaları, həmçinin Hüseynin ona atdığı səs yazıları var. Ona Hüseyn narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşlarının da səs yazılarını atmışdır. O, Hüseynin adını mobil telefonunda “PABLO” yazmışdır. “Samsung” markalı mobil telefonuna baxış keçirilən zaman onun 2019-cu ilin aprel ayının 23-dən 2019-cu ilin iyun ayının 16-dək olan müddətdə “PABLO”, yəni Təqsirləndirilən şəxs1la “whatsapp” sosial şəbəkəsində yazışmaları ilə bağlı bildirir ki, o, Hüseynlə davamlı olaraq “whatsapp” sosial şəbəkəsində əlaqə saxlamış və birbirilərinə səs yazıları və video fayllar atmışlar. Onun Hüseynə borcu olduğundan istəmişdir ki, hər hansı iş qurub borcunu ödəsin. Ona görə də məcbur onunla davamlı əlaqə saxlamalı olmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nərimanov rayon x4 Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Qax RPŞ-nin rəhbərliyi 17 iyun 2019-cu il tarixli məktubla Nərimanov RPİ-nin rəisinə müraciət edərək Qax RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdiyi ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs1 tutulması istiqamətində keçiriləcək əməliyyat tədbirinə köməklik edilməsini xahiş etmişdir. Buna görə də Nərimanov RPİ-nin rəhbərliyi tərəfindən ona və CAŞ-nin əməliyyat müvəkkili Şahid1 Qax RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının Təqsirləndirilən şəxs1 tutulması istiqamətində keçirəcəkləri əməliyyat tədbirinə köməklik etmələri tapşırılmışdır. Belə ki, onlara məlum olmuşdur ki, CAB-nin əməliyyatçıları tərəfindən 16 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 Qax rayonu ərazisində saxlanılmış və onun üzərinə baxış keçirilən zaman üzərində olan sellefon torbadan narkotik vasitələr heroin və metamfetamin aşkar edilmişdir. Saxlanılmış şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələri Bakı şəhərində yaşayan Canpolad adlı şəxsdən əldə etdiyini bildirmişdir. CABnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Canpolad adlı şəxsin Bakı şəhəri, Nərimanov rayonunda yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Buna görə 17 iyun 2019-cu il tarixdə saat təxminən 12 radələrində Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkilləri Şahid8, Şahid7, Şahid6 və həmin RPŞ-nin polis əməkdaşı Şahid9 işirakı ilə keçirilən əməliyyat tədbirində onlarda iştirak etmişlər və Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və metamfetamin əldə etdiyi Bakı şəhər sakini Məmmədov x2 rayonu, Atatürk prospekti 52 ünvanı ilə Ziya Bünyadov prospekti 64/68 ünvanın kəsişməsində, yəni «qaçqınların yaşayış binasının» adlandığı ərazinin yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra onun, Nərimanov RPİnin CAŞ-nin əməkdaşı Şahid1, RPİ-nin 16-cı PB-nin sahə rəisi Şahid3, həmin PB-nin əməliyyat müvəkkili Şahid4, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid7, CAB-nin əməliyyat müvəkkili Şahid6, CAB-nin baş əməliyyat müvəkkili Şahid8, Qax RPŞ-nin polis əməkdaşı Şahid9 və ev sahibi Təqsirləndirilən şəxs1 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2-ə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 özü könüllü şəkildə evin mətbəxində sobada saxladığı bir ədəd şəffaf plastmas qutuda olan narkotik vasitə olan metamfetamini, evin dəhlizində ayaqqabı qutusunda bir ədəd sellofan bükümdə narkotik vasitə olan metamfetamini, iki ədəd ayrı-ayrı sellofan bükümlərdə olan narkotik vasitə heroini onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitələr tədbirdə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmış və bu barədə Qax RPŞ-nin İstintaq Qrupunun baş müstəntiqi Elvin Məmmədov tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilən zaman video kamera vasitəsi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs1 saxlanılan zaman ona qarşı heç kim tərəfindən hər hansısa bir fiziki və ya psixi təsir göstərən olmamışdır. Məhkəmədə dindirilmiş şahidlər Şahid3, Şahid4 və Şahid1 Şahid2la eyni məzmunlu ifadə verərək hər biri həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Qax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyun 2019-cu il tarixdə Balakən şəhəri, Z.Əliyeva küçəsi ev 70-də yaşayan Şahid10 ərizə ilə Qax rayon Polis Şöbəsinin rəisinə müraciət edərək əvvəlcədən tanıdığı Viləş adlı şəxsin bir dəfə ona zəng edərək onda satmaq üçün narkotik vasitə olduğunu, 15.06.2019-cu il tarixdə yenidən Viləşin ona zəng edərək onda satmaq üçün narkotik maddə olduğunu, həmin narkotik vasitəni satmaq üçün Qax- Balakən rayon zonasına gələcəyini bildirmiş və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Daxil olmuş məlumatın yoxlanılması üçün raportla Qax RPŞ-nin rəhbərliyinə müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilib, Qax rayon prokuroruna və Qax rayon məhkəməsinin sədrinə məlumat verilmişdir. 16 iyun 2019-cu ildə tərəfindən onun, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid7, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Qax RPŞ-nin PPXT-nin polis nəfəri və polis serjantı Şahid5 iştirakından ibarət əməliyyat qrupu təkil edilərək qrup üzvlərinə davranış xətti izah edilmişdir. Bundan sonra 16.06.2019-cu il tarixdə, təxminən saat 14:50 radələrində tərəflərindən keçirilən tədbir zamanı Qax Pavilyonunun yaxınlığındakı Süd zavodunun yanında Bakı şəhər sakini «Viləş» adlı şəxs saxlanılaraq Qax RPŞ-nin inzibati binasına dəvət edilmiş, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2dur. Videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 şəxsi axtarışı keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi sellofan torbanın içərisindən 2 ədəd ayrı-ayrı sellofan torbalarda, təxminən 1 kq heroin və təxminən 500 qram metamfetamin bükülmüş kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 saxlanılan zaman və üzərinə baxış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələri Bakı şəhərində yaşayan Canpolad adlı şəxsdən əldə etdiyini bildirmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Canpolad adlı şəxsin Bakı şəhəri, Nərimanov rayonunda yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Buna görə 17 iyun 2019-cu il tarixdə əməliyyat tədbirlərinin davamı olaraq Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və metamfetamin əldə etdiyi Bakı şəhər sakini Məmmədov x2 rayonu, Atatürk prospekti 52 ünvanı ilə Ziya Bünyadov prospekti 64/68 ünvanın kəsişməsində - «qaçqınların yaşayış binası» adlanan ərazinin yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra yaşadığı mənzildə narkotik vasitələr olduğunu bildirmişdir. Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları Şahid2, Şahid1, RPİ-nin 16-cı PB-nin sahə rəisi Şahid3, həmin PBnin əməliyyat müvəkkili Şahid4, onun, Qax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid7, CABnin əməliyyat müvəkkili Şahid6, Qax RPŞ-nin PPXT-nin manqa komandiri, polis baş serjantı Şahid9 və ev sahibi Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun yaşadığı ünvan 2-ə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 özü könüllü şəkildə evin mətbəxindəki sobada saxladığı bir ədəd şəffaf plastmas qutuda olan narkotik vasitə olan metamfetamini, evin dəhlizində ayaqqabı qutusunda bir ədəd sellofan bükümdə narkotik vasitə olan metamfetamini, iki ədəd ayrı-ayrı sellofan bükümlərdə olan narkotik vasitə heroini onlara təqdim etmişdir. Narkotik vasitələr tədbirdə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmış və bu barədə Qax RPŞ-nin İstintaq Qrupunun baş müstəntiqi Elvin Məmmədov tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilən zaman video kamera vasitəsi ilə çəkilmişdir. Onlarda narkotik vasitənin Təqsirləndirilən şəxs1 məxsus olması barədə əvvəldən məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra könüllü olaraq Təqsirləndirilən şəxs1 və narkotik vasitələrin mənbəyi barədə ətraflı məlumat vermiş və onun ifşa olunmasında fəal iştirak etmişdir. Şahid8 daha sonra ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 səmimi ifadələr verib narkotik vasitəni haradan əldə etdiyini bildirməsə idi cinayətin bütün halları müəyyən edilə bilməyəcək, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifşa edilə bilməyəcək və Təqsirləndirilən şəxs1 yaxalanması mümkünsüz olacaqdı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Qax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyun 2019-cu il tarixdə Balakən şəhəri, Z.Əliyeva küçəsi ev 70-də yaşayan Şahid10 ərizə ilə Qax rayon Polis Şöbəsinin rəisinə müraciət edərək əvvəlcədən tanıdığı Viləş adlı şəxsin bir dəfə ona zəng edərək onda satmaq üçün narkotik vasitə olduğunu, 15.06.2019-cu il tarixdə yenidən Viləşin ona zəng edərək onda satmaq üçün narkotik maddə olduğunu, həmin narkotik vasitəni satmaq üçün Qax- Balakən rayon zonasına gələcəyini bildirmiş və həmin şəxsin cinayət əməllərinin qarşısının alımasını və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Daxil olmuş məlumatın yoxlanılması üçün RPŞ-nin baş əməliyyat müvəkkili Şahid8 tərəfindən raportla Qax RPŞ-nin rəhbərliyinə müraciət olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 16 iyun 2019-cu ildə onun, Qax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid8, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Qax RPŞ-nin PPXTnin polis nəfəri, polis serjantı Şahid5 iştirakından ibarət əməliyyat qrupu təşkil edilərək qrup üzvlərinə davranış xətti izah edilmişdir. Bundan sonra 16.06.2019-cu il tarixdə saat təxminən 14:50 radələrində keçirilən tədbir zamanı Qax Pavilyonunun yaxınlığındakı Süd zavodunun yanında Bakı şəhər sakini «Viləş» adlı şəxs saxlanılaraq Qax RPŞ-nin inzibati binasına dəvət edilmiş, xidməti otaqda müəyyən edilmişdir ki, saxlanılan şəxs xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2dur. Videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 baxış zamanı üzərində gəzdirdiyi sellofan torbanın içərisindən 2 ədəd ayrı-ayrı sellofan torbalara bükülmüş, təxminən 1 kq çəkidə heroinə və təxminən 500 qram çəkidə metamfetaminə bənzər kütlələri çıxardaraq təqdim edərək bildirmişdir ki, həmin bükülü vəziyyətdə olan 2 ədəd kütlələr narkotik maddələrdir və onları satmaq üçün Qax rayonuna gətirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr axtarışda iştirak etmiş şəxslərin iştirakı ilə tərəflərindən qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələri Bakı şəhərində yaşayan Canpolad adlı şəxsdən əldə etdiyini bildirmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Canpolad adlı şəxsin Bakı şəhəri, Nərimanov rayonunda yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Buna görə 17 iyun 2019-cu il tarixdə əməliyyat tədbirlərinin davamı olaraq Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və metamfetamin əldə etdiyi Bakı şəhər sakini Məmmədov x2 rayonu, Atatürk prospekti 52 ünvanı ilə Ziya Bünyadov prospekti 64/68 ünvanın kəsişməsində, yəni «qaçqınların yaşayış binasının» adlandığı ərazinin yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun yaşadığı ünvan 2-ə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 özü könüllü şəkildə evin mətbəxində sobada saxladığı bir ədəd şəffaf plastmas qutuda olan narkotik vasitə olan metamfetamini, evin dəhlizində ayaqqabı qutusunda bir ədəd sellofan bükümdə narkotik vasitə olan metamfetamini, iki ədəd ayrı-aryı sellofan bükümlərdə olan narkotik vasitə heroini onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitələr tədbirdə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılıb bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilən zaman video kamera vasitəsi ilə çəkilmişdir. Onlarda narkotik vasitənin Təqsirləndirilən şəxs1 məxsus olması barədə əvvəldən məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra könüllü olaraq Təqsirləndirilən şəxs1 və narkotik vasitələrin mənbəyi barədə ətraflı məlumat vermiş və onun ifşa olunmasında fəal iştirak etmişdir. Məhkəmədə dindirilmiş şahidlər Şahid5, Şahid9 Şahid6 ilə eyni məzmunda ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 səmimi ifadələrinin narkotik vasitənin mənbəyinin tapılmasında, Təqsirləndirilən şəxs1 ifşa olunması və onun yaxalanmasında aktiv rol oynadığını bildirdilər. Şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır. Viləşlə ortaq dostları vasitəsi ilə tanış olmuşlar. 2019-cu ilin iyun ayının əvvəllərində Viləş ona zəng edib hal-əhval tutmuşdur. Onu da bildirmişdir ki, Viləşin arvadı da Qax rayonu sakinidir və Viləş ara-sıra Qax rayonuna gəlirmiş. Viləş ona zəng edib onda narkotik maddə olduğunu və satılması üçün köməklik etməsini ondan xahiş etmişdir. O, özü dövlət qulluqçusudur və tez qərara gəlmişdir ki, Viləşdə olan narkotik vasitənin satılmasının qarşısının alınması və cəmiyyətdə yayılmaması üçün aidiyyəti üzrə müraciət etsin. Lakin Viləşdə dəqiq olaraq narkotik vasitənin olub-olmamasını bilməli olmuşdur. Bunun üçün Viləşlə o, 2019-cu ilin iyun ayının 10-dan sonra dəqiq tarixi yadında olmadığı gün görüşmüşlər. Viləş ona təklif etmişdir ki, tanışında külli miqdarda narkotik vasitə var və satılması üçün yollar axtarır. Həmin vaxt o, Viləşdən nə üçün belə bir işlə məşğul olduğunu soruşduqda külli miqdarda borcu olduğunu bildirmişdir. O, istəyirmiş ki, əgər Viləşdə və ya tanışında külli miqdarda narkotik vasitə varsa dövriyyədən çıxarılması üçün polis əməkdaşları ilə əməkdaşlıq edib polislərə köməklik etsin. O, Viləşə nə qədər çox olarsa satmaq üçün kömək edəcəyini bildirmişdir. Daha sonra Viləş də öz tanışı ilə danışmış və ona nə qədər lazımdırsa narkotik vasitə təşkil edə biləcəyini demişdir. Lakin, o, Viləşin dostunun adını bilməmişdir. Yəni, Viləş ona bu barədə heç nə deməmişdir. O, 16.06.2019-cu il tarixdə Qax RPŞ-nə ərizə ilə müraciət edib Viləşin ona Qax rayonu ərazisində narkotik vasitə satmasını təklif etdiyini, Viləşin narkotik vasitə sataraq törətdiyi cinayət əməlinin qarşısının alınması, həmin şəxsin əməlinin ifşa olunmasında köməklik edəcəyini bildirmişdir. O, Viləşlə danışdıqları kimi Qax rayonu, Pavilyon adlanan ərazidə “Süd Zavod”unun yanında görüşməli olmuşdur. Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində 16.06.2019-cu il tarixdə Viləş onunla görüşmək üçün həmin ünvana gəlmiş və orada polis əməkdaşları tərəfindən saxlanılaraq Viləşin üzərinə şəxsi axtarış aparılan zaman ona təklif etdiyi 1000 qram narkotik vasitə heroin və 500 qram narkotik vasitə metamfetamin aşkar edilərək götürülmüşdür.” Cinayət işinin 2-ci cildinin 226-227-ci vərəqlərində olan 17 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkəti həyata keçirilən zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks edildiyi 1 ədəd ağ rəngli CD diskə baxış keçirilmiş və baxış zamanı diskdəki görüntülərin 20 dəqiqə 13 saniyə davam etdiyi, görüntüdə özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxsə yaşadığı evdə narkotik vasitəni könüllü təqdim etmək təklif edildiyi, görüntülərdə Təqsirləndirilən şəxs1 yaşadığı evin dəhlizindəki sağ küncdə qutunu göstərərək həmin qutuda narkotik vasitə olduğunu bildirdiyi, görüntünün 02-ci dəqiqə 15-ci saniyəsində qeyd edilən yerdəki qutunun içindən 3 ədəd ayrı-ayrılıqda içərisində narkotik vasitəyə bənzər maddələr olan kütlələr, 3 ədəd kardon kəsiyi, 01 ədəd qələm, 1 ədəd tərəzi və kiçik ölçülü sellofan torbalar aşkar edildiyi, qeyd edilən maddi sübutların götürülməsi və qablaşdırlması görüntünün 02-ci dəqiqə 15-ci saniyəsindən 03-cü dəqiqə 46-cı saniyəsinə qədər davam etdiyi, bundan başqa Təqsirləndirilən şəxs1 mətbəxdə olan bişmə sobasının içərisində narkotik vasitə olduğunu bildirdiyi, həmin yerə baxış keçirilən zaman oradan 1 ədəd plastmas qabın içərisində narkotik vasitəyə bənzər maddə aşkar edildiyi, qeyd edilən kütlə plastmas qabla birgə çəkildiyi, ümumilikdə narkotik vasitəyə bənzər maddənin plastmas qabla birgə çəkisinin 310 qram olduğu, Təqsirləndirilən şəxs1 yaşadığı evin mətbəxindəki bişmə sobasının içərsindən narkotik vasitənin aşkar edilməsi və qablaşdırılması görüntünün 07-ci dəqiqə 15-ci saniyəsindən 13-cü dəqiqə 30cu saniyəsinə kimi davam etdiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 157-159, 188-193, 2-ci cildinin 130-134-cü vərəqlərində olan telefon məlumatlarına baxış protokollarından görünür ki, 19.06.2019-cu il və 25.06.2019-cu il tarixlərdə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonun “zəng rekorderi” proqramına və “vvatsapp” proqramlarına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 Viləşin istifadə dildiyi mobil telefonda adının “PABLO” kimi qeyd edilməsi, habelə tərəflər arasında “vatsapp” proqramı vasitəsi ilə narkotik alqı-satqısı mövzüsünda xüsusi sözlər olan “ağ kraska”, “kariçnivi kraska” və sair kimi sözlərdən istifadə edilməklə, yəni, Viləş 01:51 - qardaş, indi vifi götürdüm ki, sənə səs göndərim, açan kimi deyirəm ki qoy səs göndərim, səhərə qədər yata bilməsən, açan kimi sənin səsini eşitdik sən qabaqladın, hər şey yaxşıdı, şükür Allaha, prosta bunlar elə birşey deyirki, mən açığı fikirləşə bilmirəm bu barədə, 10 dənədən zaddan danışırlar. Yəni mümkündü belə bir şey, yəni var tarixdə belə birşey? Yəni böyük bir şeydi, yəni mən dedim 10 dənəyə razılıq vermədim, dedim 1-2 dənə edə bilərəm, yəni minimumdan başlamaq lazımdı. Qiyməti zadı da öldürüldü, Allah bərəkət versin. 50-dən biri, 35 - dən də biri. Ağ kraska var idi o, gəmi kraskası o 50-dən , karicnivi kraska da 35-dən. Heçnə qardaş cavab deyərsən»; Hüseyn 01:54 – arxivimizdə hər şey var bizim.ilimizdə də var günümüzdə də var qerdeşim. Yumurtanı qoyursan cücə çıxır, cücəni qoyursan fərə çıxır, fərəni qoyursan həyətdəki xoruz çıxır, bəh-bəh o xoruzu elə yeyerəm, suyunu da içərəm. Hərşey var e hər şeyy»; Viləş: Yəni mən arxeyin addım atım? Şey olaraq da məsələ də yerində həll olunacaq. Prosta elə bilki orada ümumi nə qədər gəmiqayırma zavodu var həmin zavodun bütün gəmilərini bunlar kraskalayır. Ona görə də deyir ki, qardaş biz xırda şeylər kilo çəki bizlik deyil. Deyir biz furayla alırıq. Eliyirisizsə eləyək, eləmirsizsə bilək işimizi. Yəni xırda məsələ deyil»; Hüseyn 01:59 – ay mamat kunem bejaşt. Bə biz nə deyirik, biz nə edirik ay bico bereni kume. elə ondan da sənin dadızdırdım gəmilərinə kraska vuracam. Söhbət eləyək, gəl sabah danışaq narahat olma. Nə varsa söz ver, ölməmişik ki, qardaşın hələ ölməyib, yaşayır qaqa» kimi səsli mesajlar göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrələrinə dair “Azercell”, “Baksell”, və “Azerfon”dan əldə edilmiş məlumatlara baxış keçirilmiş və baxış zamanı tərəflər arasında mütəmadi olaraq telefon əlaqələrinin olduğu, habelə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil nömrədən Şahid10 istifadəsində olan ***-***-**-** saylı nömrəyə 09.06.2019-cu il tarixdə saat 16:25:57-də iki dəfə eyni məzmunlu “Marketdə 2 kq kakos 1 dənə şüşə qazan alın” mesajlarının göndərilməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 39-42 vərəqində olan məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2019-cu il tarixli, 365 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs2 məxsus ağ sellofan torbadan aşkar edilərək götürülmüş narkotik maddə....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi-1000 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfin içərisindəki digər 01(bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi 500 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamindir. Cinayət işinin 1-ci cildinin 92-95 vərəqində olan məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2019-cu il tarixli, 369 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş..... kütlə....” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -10,080 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş..... bükülü ...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -1,107 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş..... kütlə ...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 10,199 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs1 yaşadığı evdən mətbəxdə 01 ədəd səffaf qutuda aşkar edilmiş kütlə ...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf plastik qabda, təmiz çəkisi - 157,596 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamindir. Təqdim edilmiş, 02 (iki) ədəd sellofan bükümlərdə (1-2 №-li ob.) olan heroinlər ilə 01 ədəd sellofan torbada olan heroin (5 №-li ob.) tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş, 01(bir) ədəd sellofan bükümdə (3 №-li ob.), 01 (bir) ədəd plastik qabda (4 №li ob.) olan metamfetamin maddələri ilə 01 ədəd sellofan torbada olan metamfetamin (6 №-li ob.) tərkiblərinə görə eynidirlər. Cinayət işinin 2-ci cildinin 75-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 06.09.2019-cu il tarixli, 642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 76-cı vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 06.09.2019-cu il tarixli, 641 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 71-72-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji Dispanserinin 24.06.2019cu il tarixli, 337 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 73-74-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji Dispanserinin 24.06.2019cu il tarixli, 338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 4-cü və 5-ci vərəqlərində olan 16 iyun 2019-cu il tarixli raport və ərizədən görünür ki, Qax RPŞ-ya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məlumat yalnız Təqsirləndirilən şəxs2 barəsində daxil olmuşdur. Cinayət işinin 1-ci cildinin 7-ci və 11-ci vərəqlərində olan təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 16 iyun 2019-cu il tarixli Qax RPŞ-nın qərarından və eyni tarixli əmrdən görünür ki, əməliyyat axtarış tədbirlərinin “Viləş” adlı şəxsin barəsində keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi şahidlərin ifadələri, ekspert rəyi, maddi sübutlarla, habelə məhkəmədə tədqiq edilərək araşdırılmış mobil telefonlara baxış keçirilməsi haqqında protokollarla tam təsdiq olunduğuna görə, məhkəmə sadalananları və Təqsirləndirilən şəxs2 ifadəsini iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbu edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ifadəsinə və məhkəmədə araşdırılmış mobil telefonlara baxış protokolları ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında olan sms yazışmalarına əsasən müəyyən edir ki, Təqsirləndirilən şəxs2 maddi cəhətdən Təqsirləndirilən şəxs1 asılı olmuş, sonuncuya olan borcu ödəmək məqsədi ilə və maddi asılılıq səbəbindən hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə, iş üzrə şahid qismində dindirilmiş Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının ifadələrinə və iş materiallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayətin predmetinin tapılmasına fəal köməklik etmişdir. Göstərilən bu hal yuxarıda şərh olunmuş raport, ərizə, əməliyyat-axtarış tədbirlərinin keçilməsi haqqında qərar və əmrlə də tam təsdiq olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ifadəsini cinayət işinin halları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən ifadələri iş üzrə istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübütlarla, habelə digər təqsirləndirilən şəxsin ifadəsi ilə tam təkzib olunduğundan Təqsirləndirilən şəxs1 ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələrdir, buna görə də məhkəmə həmin ifadəni ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar, qeyd olunan qanuna əlavə edilmiş İİ siyahının 67ci bəndinə əsasən isə 2 qramdan artıq metafetamin külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 evindən həm narkotik vasitə, həm də psixatrop maddənin, məhz həmin narkotik vasitələrlə birlikdə onların çəkilməsi üçün nəzərdə tutulmuş tərəzinin aşkar edilməsini, heroin və metafetaminin külli miqdarda əldə etməsini təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyəti ilə əldə etməsinin göstəricisi kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin hər birinin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və onların hər biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və onlara həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 19-cu və 150-151-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 16 iyun 2019-cu il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 69-70-ci və 147-149-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 17 iyun 2019-cu il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-ci cildinin 32-35-ci vərəqlərində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 18.07.2004, 07.10.2005 və 12.01.2013-cü təvəllüdlü olmaqla 3 nəfər uşağı var. Cinayət işinin 2-ci cildinin 32-33-cü vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 27-31-cü vərəqlərində olan tələbnamədən və Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2006-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 14.06.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Himayəsində 1 nəfər azyaşlı, 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayətin predmetinin tapılmasına fəal köməklik etməsi, cinayəti maddi asılılıq nəticəsində törətməsi, əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.6, 59.1.10 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzalarını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin hər birinin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin hər birinin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, hər iki təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hər bir təqsirləndirilən şəxsə törədilmiş cinayətdə iştirak dərəcəsinə, habelə cinayət törətdikdən sonrakı davranışlarına uyğun olaraq azadlıqdan məhrum edilmə müddətin mütənasib olmasını əsaslı hesab edir. Buna görə də məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları - himayəsində 1 nəfər azyaşlı, 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olması, cinayətin açılmasına, cinayətin predmetinin axtarışına və tapılmasına fəal köməklik etməsi, cinayəti maddi asılılıq nəticəsində törətməsi, əməlindən peşman olması, cinayətin digər iştirakçısının müəyyən edilməsindəki aktiv rolu ilə yanaşı üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixatrop maddə olan metafetominin külli miqdar olmasını nəzərə alıb hesab edir ki, cəza təyini zamanı bu hal da təyin ediləcək azadlıqdan məhrum etmə müddətinin müəyyən edilməsini şərtləndirir. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə müddəti hər birinin cinayətdə iştirakına görə diferensiallaşdırılmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 16 iyun 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs1 cəza çəkilməsinin başlanğıcı isə 17 iyun 2019-cu il tarixdən hesablanmalı, hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, hər iki təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 143.88 AZN (yüz qırx üç manat səksən səkkiz qəpik) Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nəriman Rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 1000 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 500 qram olan metafetamin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 10,080 qram olan narkotik vasitə heroin, təmiz çəkisi -1,107 qram olan narkotik vasitə heroin, təmiz çəkisi -10,199 qram olan metafetamin, təmiz çəkisi -157,596 qram olan maddə metafetamin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 22 ədəd kiçik ölçülü sellofan torba, 01 ədəd tərəzi və 03 ədəd kardon kəsiyi, 01 ədəd qələm məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs2 üzərinə və Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrlə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 02 ədəd CD disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrələrinə dair “Azercell”, “Baksell”, və “Azerfon”-dan əldə edilmiş telefon məlumatlarınının əks edildiyi 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslərin cinayət törədilməsi zamanı istifadə etdiyi və narkotik vasitənin alğısatqısını həyata keçirmək üçün istifadə etdikləri cinayətin aləti olan Bakı Şəhər Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “İphone” və “Nokia 310” markalı, habelə Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy 3” markalı mobil telefonlar hər birinin ailə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 300 AZN (üç yüz) manat olmaqla ümumilikdə 600 AZN (altı yüz manat) Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 16 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 17 iyun 2019-cu il tarixdən hesablansın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 143.88 AZN (yüz qırx üç manat səksən səkkiz qəpik) Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nəriman Rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 1000 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 500 qram olan metamfetamin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 10,080 qram olan narkotik vasitə heroin, təmiz çəkisi -1,107 qram olan narkotik vasitə heroin, təmiz çəkisi -10,199 qram olan metamfetamin, təmiz çəkisi -157,596 qram olan maddə metamfetamin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 22 ədəd kiçik ölçülü sellofan torba, 01 ədəd tərəzi və 03 ədəd kardon kəsiyi, 01 ədəd qələm məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs2 üzərinə və Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrlə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 02 ədəd CD disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrələrinə dair “Azercell”, “Baksell”, və “Azerfon”-dan əldə edilmiş telefon məlumatlarınının əks edildiyi 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı Şəhər Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “İphone” və “Nokia 310” markalı, habelə Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy 3” markalı mobil telefonlar hər birinin ailə üzvlərinə qaytarılsın. Göstərdikləri hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 300 AZN (üç yüz) manat olmaqla ümumilikdə 600 AZN (altı yüz manat) Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-317/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-317/2020
05.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver