Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-317/2023 23.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2, X5, Novruzova Ülviyyə Şəmsəddin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3, Dövlət ittihamçısı4, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Ağayeva küçəsi, ev 16 A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 17 may 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 90 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi “Meydan” adlanan əraziyə qoyulmuş yerdən ümumi təmiz çəkisi 3,708 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 1,972 qram olan psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, bundan sonra həmin tarixdə əlavə olaraq təmiz çəkisi 140 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxsin elektron kart hesabına 920 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşına altına onun götürməsi məqsədilə qoyulmuş, lakin 18 may 2022-ci il tarixdə, saat 03 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında narkotik vasitələrin istifadəsində şübhəli bilinərək ünvan 3 ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,111 qram, 0,283 qram və 3,314 qram olmaqla ümumi təmiz çəkisi 3,708 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,972 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 11 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsinə keçirilmiş baxış zamanı həmin yerdə daşın altında gizlədilmiş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 140 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti müəyyənləşdirilməmiş şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 90 manat pul köçürməklə şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Meydan” adlanan əraziyə qoyulmuş yerdən ümumi təmiz çəkisi 3,708 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsini və təmiz çəkisi 1,972 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsini götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 may 2022-ci il tarixdə, saat 03 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,111 qram, 0,283 qram və 3,314 qram olmaqla ümumi təmiz çəkisi 3,708 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,972 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı nəticəsində, həmçinin müəyyən edildi ki, 18 may 2022-ci il tarixdə, saat 11 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində keçirilmiş baxış zamanı həmin yerdə daşın altında gizlədilmiş 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş, təmiz çəkisi 140 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana narkotik vasitəsinin Təqsirləndirilən şəxs tərəfindən 17 may 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin elektron kart hesabına 920 manat pul köçürməklə əldə etməsi üçün şəxsiyyəti istintaqa məlum olmayan başqa bir şəxsin vasitəsi ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşın altına qoydurması təsdiq olunmamış, bu xüsusat üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, saç ustası, yəni bərbər işləmiş, axşamlar isə taksi sürücüsü kimi fəaliyyətlə məşğul olmuş, bu üsulla ailəsinə çörək qazanmışdır. Tutulmazdan təqribən 2 il əvvəl narkotikdən istifadə etməyə başlamış, narkotik vasitə olaraq yalnız heroindən istifadə etmiş, onu da çıqanlardan almışdır. O, 17 may 2022-ci il tarixdə, gecə saatlarında Nizami RPİ-nin əməkdaşları tərəfindən Nizami rayonu, Mikayıl Əliyev küçəsində saxlanılmış və Nizami RPİ-yə aparılmışdır. Belə ki, “Bolt” taksi şirkətində əsl iş saatlarından sonra şəxsi maşınında taksiçiliklə məşğul olmuş, həmin gün dostu ondan 30 manat pul istəmiş, o da gecə evdən çıxıb şəhərə dostu ilə görüşüb istədiyi pulu ona vermək və taksiçiliklə məşğul olmaq üçün getmişdir. Həmin vaxt onun üstündə 55 manat pulu olmuşdur. Saxlanılarkən üzərində olan siqaret qutusunda 0,2 qram heroin narkotik vasitəsi olmuşdur ki, saxlanılan zaman üzərinə baxış keçirilmiş və həmin 0,2 qram narkotik aşkar edilmişdir. Lakin sonra Nizami RPİ-də 3 ədəd büküm də üstünə qoyulmuş, miqdarı artırılmış və şəxsi axtarış zamanı həmin miqdar maddələrin onun özünə məxsus olduğunu bildirməsi tədəb olunmuşdur. Lakin o, razılaşmadığından, onun narkotiki boynuna götürməsi məqsədilə kapitan rütbəli Hikmət adlı şəxs və növbətçi hissənin bir nəfər əməkdaşı onu səhərə kimi döymüşlər. Hətta o, döyüldüyünə görə başı ağrıdığından TTY (təcili tibbi-yardım) də çağırılmışdır. TTY-nın haradan çağırıldığını və kim tərəfindən çağırıldığını o, bilməmişdir. Hətta döyülmə nəticəsində onun qulağının arxası şişmiş, ayağımın üstü göyərmişdir. Yekunda o, dözə bilməyib boynuna götürmüşdür. Guya üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və ittihamda göstərilən narkotik vasitələri və psixotrop maddəni şəxsi axtarış zamanı o, çıxarıb təqdim etmişdir. Bunların heç biri doğru olmamış, çəkiliş zamanı nə deməli olması öyrədilmiş, o da polisin dediklərini demişdir. Yekunda protokol tərtib edilmiş və o, protokolu imzalamağa məcbur edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, videoçəkiliş zamanı kimdənsə marixua narkotik vasitə alması, bunun üçün nə qədər pul ödədiyi, marixuananı haradasa gizlətməsi barədə heç nə deməmişdir. Çünki belə bir şey olmamışdır. Lakin tutulduğu vaxt onun üzəridə özünə məxsus mobil telefon olmuş, polis tərəfindən həmin telefon götürülmüş və videoçəkilişlə şəxsi axtarış bitdikdən sonra həmin telefona qeyrirəsmi baxış keçirmişlər. Həmin vaxt polislər onun telefonunda 920 manat ödəniş etməsi barədə çekin şəklini görmüş və belə bir ssenari qurmuşlar ki, guya o, 920 manat pul ödəyib və bunun müqabilində marixuana narkotik vasitəsi almışdır. Lakin həmin çekin surətini çıxarıb iş materialına əlavə etməmişlər. Ona bir yerə aparılacağı, orada daşı qaldıracağı və oradan narkotik çıxarıb təqdim edəcəyi barədə təlimatlandırılmışdır. Tutulan gün səhər tezdən Nizami RPİ-də olmuş, saat təxminən 12-13 radələrində o, “Xəmsə” şadlıq sarayının arxasında olan cərimə meydançasına aparmışdır. Təzyiqlərə məruz qalmaması üçün qorxudan nə deyilmişsə, aparıldığı yerdə onların dedikləri kimi etmiş, əvvəlcədən göstərilən daşı qaldırıb onun altında olan bükülünü götürüb təqdim etmiş və bu vəziyyət də videoçəkilişlə lentə alınmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında mobil telefonunda aşkar edilmiş 920 manat pul ödənişinə dair çeklə bağlı göstərdi ki, onun anası onkoloji xəstə olduğundan anası özünün müalicəsinə görə rəfiqəsi Elnarə xaladan borc pullar götürmüş, əlinə pul düşdükcə borclarını qaytarmışdır. O, anasının götürdüyü borclarla bağlı başqa-başqa kartlara da 200 manat bir, 150 manat bir və sair pullar da köçürmüş, hətta evdəkilərin özləri də köçürmüşlər. Hadisə günü anası ona 920 manat pul vermiş, həmin pulu təcili olaraq rəfiqəsi Elnarə xalaya göndərilməsini tapşırmış, həmçinin ona pul köçürüləsi kapital banka aid kart nömrəsi vermişdir. Lakin o, Elnarə xanımdan həmin məbləğdə pulu anasının nə vaxt götürdüyü tarixi dəqiq bilməmişdir. O da 920 manat pulu axşamüstü Natəvan küçəsində ödəmə terminalları vasitəsi ilə anasının ona verdiyi kart nömrəsinə göndərmiş, lakin ödəmiş vaxtını dəqiq yadında saxlamamışdır. O, kartın kimə məxsus olmasını bilməmiş, öyrənmək üçün maraq belə olmamışdır. Pulu göndərdikdən sonra pulun ödəniş qəbzinin şəklini çəkib özündə saxlamış, belə etməkdə məqsədi, pulun çatmayacağı təqdirdə pulu göndərməsinin təsdiqini sübut etmək olmuşdur. Pul ödənişinə dair çeki isə aparıb evə verib-vermədiyini, fotoşəklini mobil telefon vasitəsi ilə göndəribgöndərmədiyini yadında saxlamamışdır. O, marixuana əldə edə bilməsi üçün heç kimə pul köçürməmiş, heç kimdən marixuana narkotik vasitəsi gözləməmiş, hər hansı daşın altına narkotik vasitə qoydurmamış, həmçinin heç kimə narkotik vasitə satmamışdır. 140 qram marixuana narkotik vasitəsi ilə bağlı məsələ tam uydurmadır və belə bir hadisə ümumiyyətlə baş verməmişdir. Narkotik vasitələrin alqı-satqısı ilə bağlı mobil telefonu ilə pul köçürmələri və ya sair əməliyyatlar aparmamışdır. Onun mobil telefonu xanımına məxsus olmuş, həmin telefonu ikisi də işlətmişdir. Onun telefonunda İran mobil operatoruna məxsus olan nömrələr onun həyat yoldaşı Şahid5 İranda faktiki yaşayan qohumları Mikayıl, Zəhra, Ruqiyə adlı şəxslərə məxsus olmuşdur. Adı çəkilən şəxslər İranda yaşamış, onlarlın həmin qohumlarla tez-tez telefon əlaqələri olmuşdur. Adı çəkilən şəxslərlə narkotiklə bağlı ümumiyyətlə söhbətləri olmamış, onlarla əsasən xanımı telefon əlaqəsi saxlamışdır. Onun Elşad adlı şəxslə ümumiyyətlə tanışlığı olmamış, onun kimliyini, belə bilməmiş, Elşad adlı şəxslə onun mobil əlaqəsi olmamışdır. Onun telefonunda olan, yadında saxlaya bilmədiyi bir ədəd adsız nömrəyə polislər özləri Elşad adı yazmışlar. Narkotikilə bağlı mövzuda kiminləsə telefonda danışmamış, telefonuna təhqiqatçı və ya qeyrisi tərəfindən baxış keçirilməsində o, iştirak etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə polislər tərəfindən döyüldüyünü deməmişdir. Belə ki, polisdə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham ounacağı bildirildiyindən və o özü bunu qəbul etdiyindən o, heç bir şikayət etməmişdir. İstintaq Təcridxanasına aparılarkən orada tibbi müayinə olunmuş, döyülüb-döyülmədiyi soruşulmuş, lakin o, döyülmədiyini, xəsarətlərinin olmadığını bildirmişdir. Belə ki, o, ilk dəfə tutulmuş və ona görə də belə şeylərdə anlayışsız olmuşdur. Odur ki, xəsarətləri qeyd olunmamışdır. Təcridxanaya aparılarkən artıq xəsarətləri silinmişdir. O, şikayət etmədiyinə görə də prokurorluq tərəfindən heç bir araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamianı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 il əvvəl narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. Əvvəllər narkotik vasitələri tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 16 may 2022-ci ildə adını çəkmək istəmədiyi narkotik vasitələrin aludəçisi olan bir nəfər ona narkotik vasitələrin satışı ilə məşğul olan Elşad adlı şəxsin hazırda fikrində qalmayan instaqram profilini vermiş və o da 17 may 2022-ci ildə, saat 13:00 radələrində həmin profil vasitəsilə onunla əlaqə saxlayıb heroin və metamfetamin lazım olduğunu bildirmişdir. Onun ona verdiyi kart nömrəsinə 90 manat köçürdükdən sonra Biləcəri qəsəbəsində, «Meydan» deyilən yerə qoyduğu heroini və metamfetamini gedib götürmüşdür. Həmin mallar 4 bükümdə olmuş, onları götürüb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o ara-bir «İnstaqram» şosial şəbəkəsi vasitəsilə tanımadığı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşının kartına pul köçürmüş və onun qoyduğu yerdən marixuana da götürüb istifadə etmişdir. Belə ki, sonuncu dəfə 17 may 2022-ci il tarixdə, saat 16 radələrində tanımadığı İİR-nın vətəndaşının kart nömrəsinə 920 manat pul köçürmüş və sonuncu ona 140-150 qram marixuana narkotik vasitəsinin Nizami rayonu, M.Əliyev küçəsi, 25 ünvanında olan 11 saylı cərimə meydançasının arxa hissəsində olan daşın altında olacağını bildirmişdir. 18 may 2022-ci il tarixdə Elşaddan aldığı narkotik vasitələrdən istifadə etmək və İİR-nın vətəndaşından aldığı marixuananı götürmək üçün saat 03:00 radələrində ünvan 5 ünvana getmiş, yolu piyada gedən zaman 2 nəfər polis formasında şəxs ona yaxınlaşıb narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Nizami RPİ-yə aparmışlar. Xidməti otaqların birində üzərinə axtarış aparılan zaman üzərində hər hansı bir qaunazid maddə və ya əşya olduğu təqdirdə, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 bükümdə həmin heroin və metamfetamini təqdim edərək onları özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Sonra təqdim etdiyi həmin maddələr zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, izahatında marixuananın yeri barədə də məlumat vermiş və polis işçiləri ilə birlikdə gedib onu da götürmüşlər (iş vərəqə: cild İ, səh. 75-76). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri, Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün (bundan sonra: PPXB) polis nəfəri, polis kiçik serjantı Şahid1 ifadəsində göstərdi ki, 18 may 2022-ci il tarixdə, saat 03:00 radələrində iş yoldaşı, polis serjantı Şahid2 ilə birlikdə ünvan 6 ünvanda xidmət apararkən qırmızı rəngdə “Kia” markalı bir avtomobilin dayandığını və bir nəfər şəxsin iti sürətlə həmin avtomobilə tərəf getməsinin şahidi olmuşlar. Həmin şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb özlərini təqdim etmiş, onun harada yaşadığını, hara tələsdiyini soruşduqda, verilən suallara onun cavablarından sonuncunun narkotik vasitənin istifadəçisi təssüratı yaratmışdır. Həmin şəxs çətinliklə də olmuş olsa, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs xarici görünüşü, halsızlığı onun narkotik vasitə istifadəçisi olmasından şübhələnməyə əsas vermişdir. Odur ki, onu Bakı şəhəri, Nizami RPİ-yə aparmış və araşdırma aparılması üçün raportla İdarə rəhbərliyinə müraciət etmişlər. İdarənin xidməti otaqlarından birində onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, axtarışdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd bükülünü çıxarıb stolun üzərinə qoyaraq onların «patı» və «kokos» kimi tanıdığı narkotik vasitə heroin və metamfetamin olduğunu, onları 17 may 2022-ci il tarixdə Elşad adlı tanımadığı şəxsdən 90 manata şəxsi istifadəsi üçün aldığını və saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir maddə və ya əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 4 bükümdəki həmin maddələr zərfə qoyulub möhürlənmiş, protokol tərtib edilmiş və tərtib olunan protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında, həmçinin göstərdi ki, onlar Təqsirləndirilən şəxs saxlayarkən onun üstünü yoxlamamışlar. Onun üzəri şəxsi axtarış prosesində yoxlanılmışdır. O, şəxsi axtarış və götürmədən sonra xidmətini davam etdirmək üçün getmişdir. Təqsirləndirilən şəxs onun yanında 140 qram marixuana narkotik vasitəsi barədə heç nə deməmiş, o, həmin narkotik vasitənin götürülməsi prosesində iştirak etməmişdir. Onların yanında Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmiş, ondan aşkar olunan narkotik vasitənin miqdarı artırılmamış, ona qarşı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri, Nizami RPİnin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs 140 qram marixuana narkotik vasitəsi aşkar edilib götürülməsi prosesində iştirak etmədiyini, onların yanında Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarının artırılmadığını, ona qarşı hər hansı qanun pozuntusuna yol verilmədiyini bir daha təsdiq etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin X1 (NMB-nin) əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, O, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyatın ikinci hissəsində iştirak etmişdir. Belə ki, 18 may 2022-ci ildə səhəp onlar RPİ-yə xidmətə gəldikdə narkotik vasitə ilə abam saxlanılması barədə məlumatları olmuşdur. Aldıqları məlumatlara əsasən rəhbərliyin təkidindən sonra saxlanılan Təqsirləndirilən şəxs marixuana narkotik vasitəsi alması üçün iranlıya 920 manat pul ödədiyini, həmin narkotikin başqa yerdə gizlədildiyini etiraf etmişdir. Belə ki, onlar işə gəldikdə NQMB-nin rəisi Elvin Əliyev onları otağına dəvət edib, axşam PPX-nin əməkdaşlarının narkotiklə adam saxlanıldığını, təhqiqat aparıldığını, təqsirləndirilən şəxsə 11 saylı duracağın yanının qapalı yer olması, gecə vaxtı orada nə etməsi ilə bağlı suallar verildiyini və təqsirləndirilən şəxsin orada narkotik vasitə olduğunu, həmin narkotik vasitəni götürmək üçün gəldiyini dediyini bildirmişdir. İdarə rəhbərliyinin tapşırığı ilə Təqsirləndirilən şəxs dediyi yerə - Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 25 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsinə getmişlər. Təqsirləndirilən şəxs orada olan daşın altında bir bükülüdə maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin maddə narkotik vasitə olan marixuanadır, onu İİR-nın vətəndaşının kart nömrəsinə 920 manat pul köçürməklə özünün istifadəsi məqsədi ilə sifariş veribmiş. Sonra həmin maddə paketə qoyulub möhürlənmiş və protokol tərtib edilmişdir. Paketin üzəri, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid3 suallar ətrafında ifadəsində, həmçinin göstərdi ki, o, 11 saylı cərimə meydançasının arxa hissəsində Təqsirləndirilən şəxs təqdim etdiyi narkotki görmüş, çəkisi təxminən 1 kiloqrama yaxın olduğunu, bəlkə də az olduğunu güman etmişdir. Tez-tez belə tədbirlərdə iştirak etdiyindən ola bilsin ki, narkotikin miqdarı barədə düzgün ifadə verməmişdir. Onlar 920 manat pulun narkotikin və ya kuriyer qiyməti olduğunu aydınlaşdırmamış, sadəcə Təqsirləndirilən şəxs özünün deməsindən marixuananı 920 manata aldığını öyrənib bilmişlər. Narkotikin daşın altında olmasını, daşı qaldırıb narkotiki götürməyi və təqdim etməyi onlar Təqsirləndirilən şəxs təklif etməmişlər. Şahid3 suallar ətrafında ifadəsində, həmçinin göstərdi ki, o, rəhbərlik dedikdə, özündən rütbəcə böyük olan rəisləri, baş əməliyyat müvəkkilini, şöbə rəisini nəzərdə tutmuş, rəhbərlik sözünü ümumi demişdir. Təkid dedikdə isə, şəxsə qarşı bir neçə dəfə israrla suallar verməyi, söhbəti davam etdirməyi, eyni istiqamətdə əməliyyat xarakterli sualların verilməsini və sair hərəkətləri nəzərdə tutmuş, təkid sözünü şəxsə qarşı təsir və təzyiq kimi nəzərdə tutmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş həmkarı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs PPXB-nin əməkdaşları tərəfindən saxlanılarkən və onun üzərinə baxış keçirilərkən iştirak etmədiyini, ilk dəfə Orxanın üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən metamfetamin psixotrop maddəsi və heroin narkotik vasitəsi aşkar olunduğunu əməkdaşlardan eşidib öyrəndiyini, Orxanın telefonunda iran vətəndaşının telefon nömrəsinin və narkotiki atdığı yerin şəklinin də olmasını gördüyünü göstərmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tufan Şükürov tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış aparılacağı elan olunur və sonuncuya üzərində qanunsuz olaraq saxladığı maddə və ya əşya olduğu təqdirdə təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd bükülünü çıxarıb stolun üzərinə qoyur, təqdim etdiyi əşyaların «patı» və «kokos» kimi tanıdığı narkotik vasitə heroin və metamfetamin olduğunu və onları 17 may 2022-ci il tarixdə Elşad adlı tanımadığı şəxsdən 90 manata özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz saxlanılan başqa əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroin narkotik vasitəsinə və metamfetamin psixotrop maddəsinə şübhəli maddələr zərfə qoyularaq möhürlənmiş və bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış və götürmə aparılması prosesi videolentə alınmaqla bir ədəd CD formatlı diskə yüklənmişdir (iş vərəqə: cild İ, səh.27-28). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 6/2853 saylı, 18 may 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üç ədəd bükümdə aşkar olunmuş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,111 qram, 0,283 qram və 3,314 qram olmaqla ümumi təmiz çəkisi 3,708 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs bir ədəd bükümdə aşkar olunmuş, təmiz çəkisi 1,972 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Rəydə olan qeydlərə əsasən heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin isə eyni Qanunla təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh.46-47). Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Videogörüntüyə baxış keçirilməsi haqqında» 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd diskə baxış keçirilmiş və baxış nəticəsində Təqsirləndirilən şəxs üzərindən təhqiqatçının müvafiq təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd bükümdə olan naməlum maddəni çıxarıb stolun üzərinə qoyması, təqdim etdiyi maddələrin «patı» və «kokos» kimi tanıdığı narkotik vasitə heroin və metamfetamin olduğunu və onları 17 may 2022-ci il tarixdə Elşad adlı tanımadığı şəxsdən 90 manata özünün istifadəsi üçün alıb əldə etməsini bildirməsi, həmçinin aparılan şəxsi axtarış nəticsində başqa qanunazidd maddə və ya əşya aşkar olunmadığı və Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələrin zərfə qoyulub möhürlənməsi və zərfin iştirakçılar tərəfindən imzalanması bir daha təsdiq olunur, yəni məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində xəxsi axtarış aparılması ilə əlaqədar tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 may 2022-ci il tarixli protokolun məzmununda qeyd olunanlarla uyğun olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.64). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan daha bir «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tufan Şükürov tərəfindən baxış keçirilməsi və götürmə aparılması prosesindən əvvəl Təqsirləndirilən şəxs özünə məxsus olan narkotik vasitə marixuananı saxladığı yeri göstərməsi xahış olunur. Tədqiq olunan protokoldan görünür ki, bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən proses iştirakçıları ünvan 7 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsinə gedilir, Təqsirləndirilən şəxs orada olan daşın altından bir bükümdə naməlum maddəni çıxarıb təqdim edir və bildirir ki, həmin maddə narkotik vasitə olan marixuanadır, həmin marixuananı İİR-nın vətəndaşının kart nömrəsinə 920 manat pul köçürməklə özünün istifadəsi üçün sifariş vermişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi marixuana narkotik vasitəsinə şübhəli maddə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs daşın altından bir ədəd bükümdə marixuana narkotik vasitəsinə şübhəli maddəni götürüb təqdim etməsi prosesi videolentə alınmaqla bir ədəd CD formatlı diskə yüklənmişdir (iş vərəqə: cild İ, səh.33-34). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 7/509 saylı, 18 may 2022-ci il tarixli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs bir ədəd qara rəngli polietilen bağlamada götürülmüş bitki mənşəli kütlə təmiz çəkisi 140 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kanabbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (iş vərəqə: cild İ, səh.52). Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Videogörüntüyə baxış keçirilməsi haqqında» 18 may 2022-ci il tarixli başqa bir protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində olan bir daşın altından bir ədəd bükülüdə naməlum maddəni çıxarıb təqdim etməsi prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd diskə baxış keçirilmiş və baxış nəticəsində Təqsirləndirilən şəxs göstərilən ünvanda daşın altından çıxarıb bir ədəd bükülüdə təqdim etdiyi həmin maddənin narkotik vasitə olan marixuana olmasını, onun həmin maddəni İİR-nın vətəndaşının kart nömrəsinə 920 manat pul köçürməklə özünün istifadəsi üçün sifariş verdiyini bildirməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələrin zərfə qoyulub möhürlənməsi və zərfin iştirakçılar tərəfindən imzalanması bir daha təsdiq olunur, yəni məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs daşın altından bir ədəd bükümdə marixuana narkotik vasitəsinə şübhəli maddəni götürüb təqdim etməsi ilə əlaqədar tərtib olunan «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 18 may 2022-ci il tarixli protokolun məzmununda qeyd olunanlarla uyğun olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.65). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış və götürmə prosesini özündə əks etdirən bir ədəd CD formatlı diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun təhqiqatçının təklifi ilə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd bükülünü çıxarıb stolun üzərinə qoyur, təqdim etdiyi əşyaların «patı» və «kokos» kimi tanıdığı narkotik vasitə heroin və metamfetamin olduğunu və onları 17 may 2022-ci il tarixdə Elşad adlı tanımadığı şəxsdən 90 manata özünün şəxsi istifadəsi üçün aldığını bildirməsi təsdiq olunur. Videogörüntülərin nümayişi zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun təqdim etdiyi dörd ədəd bükümlərdə olan şübhəli maddələr təhqiqatçı tərəfindən açılıb numayiş olunarkən həmin bükümlərdən üç ədədinin içərisində qəhvəyi rəngli olan narkotik vasitə heroinə şübhəli maddə, bir ədəd sellofan bükümdə olan ağ rəngli kristallik maddənin isə psixotrop maddə metamfetaminə şübhəli maddə aşkar edilmişdir (iş vərəqə: cinayət işinin üz qabığına əlavə edilmişdir). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs daşın altından bir ədəd bükümdə marixuana narkotik vasitəsinə şübhəli maddəni götürüb təqdim etməsi prosesini özündə əks etdirən bir ədəd CD formatlı diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşın altından çıxarıb bir ədəd bükülüdə təqdim etdiyi həmin maddənin narkotik vasitə olan marixuana olmasını, onun həmin maddəni İİR-nın vətəndaşının kart nömrəsinə 920 manat pul köçürməklə özünün istifadəsi üçün sifariş verdiyini bildirməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələrin zərfə qoyulub möhürlənməsi və zərfin iştirakçılar tərəfindən imzalanması təsdiq olunur. Videogörüntülərin nümayişi zamanı, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun təqdim etdiyi bir ədəd bükümdə olan şübhəli maddənin təhqiqatçı tərəfindən açılıb numayiş olunması zamanı bükümün içərisində marixuana narkotik vasitəsinə şübhəli bitki mənşəli kütlə olduğu müəyyən edilmişdir (iş vərəqə: cinayət işinin üz qabığına əlavə edilmişdir). Bundan başqa, işdə olan məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2022-ci il tarixli, 3564 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması mələhət görülür (iş vərəqə: cild İ, səh.114-115). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs götürülmüş, onun istifadəsində ***-***-**-** nömrə ilə olan “Xiomi” markalı mobil telefona baxış keçirilməsi haqqında 18 may 2022-ci il tarixli prtotokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə qeyriləri ilə yanaşı, həm də bir neçə dəfə «Elşad» adlı şəxsə məxsus +**********439 saylı nömrə ilə danışıq aparmışdır. Təqsirləndirilən şəxs deməsinə görə Elşad adlı şəxsin işlətdiyi nömrə İran islam Respublikasına məxsusdur (iş vərəqə: cild İ, səh. 63). Məhkəmə baxışı zamanı «eManat» ödəniş sistemi vasitəsi ilə 920 (doqquz yüz iyirmi) manat pulu vəsaitinin köçürülməsinə dair 17 may 2022-ci il tarixli, 7606 saylı ödəniş qəbzinin surəti müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş, cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə məhkəməyə təqdim edilmiş 17 may 2022-ci il tarixli, 7606 saylı ödəniş qəbzi üzərində qeyd olunan məlumatların, o cümlədən hesabına 920 (doqquz yüz iyirmi) manat pul vəsaiti köçürülmüş «Kapital bank»a məxsus kartın tam nömrəsi, kart sahibi və onun tam anket məlumatları (əlaqə nömrələri daxil olmaqla), qəbz üzərində qeyd olunan əməliyyatın aparılıb-aparılmaması, aparıldığı təqdirdə ödəmə terminalının ünvanı barədə məlumatların götürülməsi məqsədilə məhkəmə baxışının 16 dekabr 2022-ci il tarixli müvafiq qərar qəbul edilmiş, qərarın icrası Kapital Bank ASC-yə həvalə olunmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə qərarı əsasında əldə olunan Kapital Bank ASC-nin 29 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, məhkəmə qərarında qeyd olunmuş 920 (doqquz yüz iyirmi) manat pul vəsaiti 17 may 2022-ci il tarixdə eManat ödəniş terminalı ilə Şahid6 Fəqan oğlunun istifadəsində olan 4169-7387-2571-6801 nömrəli plastik karta köçürülmüşdür. Tədqiq olunan məktubda vətəndaşın anket məlumatları xx xxxxxx 1982-ci ildə anadan olmuş, ünvan: ünvan 8 Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə məhkəmənin təşəbbüsünə əsasən əlavə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, əvvəllər Rusiyada Federasiyasında, sonra isə Bakı şəhərində Biləcəri qəsəbəsində yaşamış, Biləcəridə qadın salonunda işləmişdir. Təqsirləndirilən şəxs anası Şəmsiyyə xanım isə salona onun yanına müştəri kimi gəlmiş, aralarında münasibət yranmışdı və sonradan bir-birinin evinə ailəvi gediş-gəliş etmişlər. Şəmsiyyə xanım 2021-ci ilin təxminən avqust və ya sentyabr aylarında onkoklji xəstə olduğu və əməliyyat edilməli olduğu üçün ondan sonradan qaytarmaq şərti ilə 1000 manat borc olaraq götürmüşdür. Şəmsiyyə xanımın deməsinə görə lotoreya oynayacaq və onun pulunu qaytaracaqdır. Şəmsiyyə əvvəllər də ondan borc pul almış və vaxtında da qaytarmışdır. Həmin ərəfədə o, Rusiyaya getmiş, lakin 2022-ci ilin mart ayında özünün anası rəhmətə getdiyindən o, anasının dəfn mərasiminə gəlmişdir. Həmin vaxt Şəmsiyyə xanımla görüşmüş, pula ehtiyacı olduğunu demiş, sonuncu üstündə cəmi 80 manat pulu olduğunu demiş və həmin 80 manatı ona vermişdir. Şəmsiyyə xanımın ona 920 manat borcu qalmış, lotoreyanı 2022-ci ilin may ayında götürəcəyini demiş, borcunu həmin vaxt qaytaracağını bildirmişdir. Şahid7 ifadəsinin davamında göstərdi ki, o, salon işlətməklə yanaşı, həm də Astara sərhəddində gömrük sərhədi ətrafında olan topdançılardan nagd olaraq dəyərini ödəməklə şampun, yuycu vasitələr və sair kimi malar alıb gətirib satmaqla məşğul olmuşdur. Orda Surac adlı yerli sakin fəhlə işləmiş, onun da mallarımı həmişə o, daşıyıb maşına yığmış, bunun qarşılığında ondan pul almışdır. Buna görə o, Suracı tanımış və bir-birinə hörmət qoymuşlar. O, özü ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmiş, Suracın isə telefon nömrəsi ***-***-**-** olmuşdur. 2022-ci ilin may ayında, təxminən həmin ayın 14-ü ya da 15-ində Şəmsiyyə ona zəng edib, lotoreyanı götürdüyünü demiş, pulu ona ödəmək istədiyini bildirmiş, bununçün görüş təklif etmişdir. O, Şəmsiyyəyə Masallıda olduğunu bildirmiş, qayıtdıqda gəlib pulu götürəcəyini demişdir. Lakin həmin vaxt Astaraya gedib mal alası olmuş və pulu çatmadığına görə Şəmsiyə xanıma zəng edib mal ala bilməsi üçün pulu istəmiş, pulu kartına göndərməsini təklif etmişdir. Razılaşdıqdan sonra Şəmsiyyə kartın nömrəsini ona göndərməyi istəmişdir. O, kartının nömrəsini Şəmsiyəyə göndərmək istədikdə, adına Leo Bank ASC-yə məxsus bank kartını özüylə götürmədiyini görmüşdür. Ona görə də tanıdığı şəxs olaraq Suraca yaxınlaşmış, ondan plastik kartı olub-olmamasını soruşmuş, Surac da özünün kartı olduğunu bildirmiş və evinə gedib kartı gətirmişdir. Suracın kartı Kapital Banka aid kart olmuşdur. Bundan sonra 17 may 2022-ci il tarixdə Şəmsiyyəgil 920 manat pul Suracın kartına göndərmiş, bu barədə ona məlumat verilmiş və elə həmin gün də o, Suracla gedib pulu Kapital Banka aid bankomatdan çıxartmışdır. O, Suraca aid kartı bankomata salmış, Surac kodu yığmış, 920 manat yazmış və pulu çıxarıb ona vermişdir. Şahid7 ifadəsinin davamında göstərdi ki, anasının vəfatından sonra Rusiyaya getməli olsa da getməmiş, hətta Rusiyaya gedəcəyini tanışlarının hamısına bildirmişdir. Bir müddət Masllıda yaşamış, heç kimlə əlaqə saxlamamışdır. Arada Bakı şəhərinə gəlmiş, Astaraya bazarlıq etmək üçün getməli olduğumdan Masllıya getmiş və orada təsadüfən Orxanın qaynanası ilə görüşmüşdür. Həmin vaxt Orxanın qaynanası neçə vaxtdır onu axtardıqlarını bildirmiş, səbəbini soruşduqda Orxanın başına gələnləri danışmışlar. Bundan sonra o, Bakıya gəlmiş, Biləcəriyə Şəmsiyəgilə getmiş, sonuncu ona məhkəmədə dindirilməli olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilən Şahid6 ifadəsində məhkəmə baxışı zamanı şahid kimi dindirilən Şahid7 ifadəsində göstərdiyi xüsusatları bütövlükdə təsdiq etdi, həmçinin göstərdi ki, həmin bank kartını təqribən bir ay istifadə etmiş, daha sonra itirmişdir. Kartının itməsi ilə bağlı, içində pul olmadığından, banka və ya polisə müraciət etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış keçirilməsi haqqında 18 may 2022-ci il tarixli prtotokolun tədqiqi ilə əlaqədar sonuncunun müdafiəçisi məhkəmə qarşısında vəsatət qaldırıb göstərdi ki, Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş “Elşad +98 **********” mobil telefon nömrəsi Təqsirləndirilən şəxs qohumu və İran Respublikasının vətəndaşı olan Mikail Mesriyə məxsusdur. Təqsirləndirilən şəxs və onun ailə üzvləri İranda yaşayan qohumları ilə daimi olaraq telefon əlaqəsi saxlamışlar. Mikail Mesrinin və onların İranda yaşayan diqər qohumlarının nömrələri Təqsirləndirilən şəxs anasının mobil telefonda kontakt siyahısında “Zehra Emi qızı +98-***-***-**-**”, “Misri Mikayıl +98-***-***-**-**”, “Ruqeyya xala +98-***- ***-**-**” kimi qeyd olunan mobil nömrələr mövcuddur. Müdafiəçi ədalətli məhkəmə araşdırması məqsədilə qeyd olunan halların araşdırılmasını məhkəmədən xahiş etməklə yanaşı, həm də fars və azərbaycan dillərinə GOLD tərcümə mərkəzi vasitəsi ilə tərcümə olunmuş vəziyyətdə məhkəməyə təqdim etdi. Məhkəməyə təqdim olunan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərdən görünür ki, təqdim olunan həmin sənədlərin içərisində “Mikayil +98-***-***-**-**”, “Zehra Emi qızı +98-***-***-**-**”, “Ruqeyya xala +98-***-***-**-**” adı ilə qeydiyyatdan keçmiş şəxslərin WhatsApp profillərinin mobil telefondan götürülmüş şəkillərinin, ***-***-**-** mobil nömrənin Mikail Mesriyə məxsus olduğunu təsdiq edən sənədlərin, Mikail Mesrinin şəxsiyyətini təsdiq edən sənədin fars və azərbaycan dillərində olan surətlərinin və qeyd olunan şəxslərin qeyri-müəyyən mobil telefondan götürülmüş abonent adları və nömrələrinin kçero surətlərinin olduğu müəyyən edilmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə məhkəmənin təşəbbüsü üzrə əlavə şahid qismində dindirilən Təqsirləndirilən şəxs arvadı X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 28 dekabr 2021-ci ildə ailə qurmuş, lakin rəsmi nigaha səhlənkarlıq nəticəsində bir az gec, yəni Orxan tutulduqdan sonra 2022-ci ildə İstintaq Təcridxanasında daxil olmuşlar. Orxanla onun ailə qurmalarına ailələrinin təsiri olmamış, Orxanın ailəsi ilə onun ailəsini Şahid7 tanış etmişdir. Onun qaynanası onkoloji xəstə olmuş, o, onlara gəlin gəlməzdən əvvəl əməliyyat keçirmişdir. Şahid Türkan Babayeva ifadəsinin davamında göstərdi ki, onların əsli Masallıdan olsa da, onların İranla da bağlılığı oldmuşdur. Belə ki, onun nənəsinin əmisi uşaqları dövlət sərhədləri bağlandığı vaxt İranda qalmış, Azərbaycana keçə bilməmişlər. Hazırda onun əminəvələri İranın Ərdəbil, Tehran və sair şəhərlərində yaşamaqdadırlar. Koronavirusla bağlı pandemiyadan əvvəl İranda yaşayan qohumları onlara gəlib-getmiş, lakin pandemiyadan sonra sərhədlər bağlandığından gəlib-gedə bilməsələr də, onlarla telefon əlaqələri olmuşdur. Orxanla evlənəndən sonra isə iranlı qohumları onlara gəlməmiş, onların Orxanla üzbəüz görüşləri olmamışdır. O, ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmiş, amma həmin nömrə Təqsirləndirilən şəxs adına olmuşdur. İranda yaşayan qohumlarından Mikayıl əmi, onun yoldaşı Ruqiyə xala, Qulamhüseyn əmi və Zəhra xala ilə əsasən o, danışmış, Orxan çox az hallarda onlarla danışıb salam-kalam etmişdir. Mikayıl əmi onun nənəsinin əmisi oğlu olmuş, Tehranda yaşamış, soyadı Misri olmuşdur. Orxanla o, yeni evləndiklərinə görə Orxan onları yaxından tanımamışdır. O, iranlı qohumları ilə qeyd etdiyi ***-***-**-** telefon nömrəsi ilə danışmışdır. Orxanın özünün telefonu sındığından istifadəsində başqa telefon olmamış, mobil telefon ona məxsus olmuş, Orxan da həmin telefondan istifadə etmişdir. İranlı qohumlarla da həmin telefonla WhatsApp proqramı vasitəsilə danışmışlar. Mikayıl əminin, Rüqayyə xalanın telefon nömrələri onun da, qaynanasının da telefonunda qeyd olunmuşdur. Şahid Türkan Babayeva ifadəsinin davamında daha sonra göstərdi ki, Orxan “Bolt” şirkətində taksi sürücüsü işləmiş, onun telefonundan istifadə etmişdir. Lazım olduqda o, Orxanla qaynanasının telefonundan istifadə etməklə əlaqə saxlamışdır. Orxan tutulan gün o, evdə olmuş, onun tutulması xəbərini Orxanın dayısı onlara məlumat vermişdir. Belə ki, Orxan tutulan gün onun telefonu Orxanda olmuş, sonuncu dayısına zəng edib tutulması barədə məlumat vermişdir. Orxan tutularkən onun üzərindən ona məxsus mobil telefon da götürülmüş, lakin istintaqın gedişində müstəntiq həmin telefonu onun özünə qaytarmışdır və telefonu faktiki olaraq onun özündədir. Şahid Türkan Babayevanın əlavə şahid qismində dindirilməsi başa çatdıqdan sonra sədrlik edənin göstərişi ilə Türkan Babayeva mobil telefonunu məhkəməyə təqdim etdi. Həmin mobil telefonun kontakt bölməsinə Türkan Babayevanın özünün iştirakı ilə baxış keçirildi, telefonun nömrələr siyahısında, müdafiəçi tərəfindən təqdim olunduğu kimi, adları “Mikayil +98-***-***-**-**”, “Zehra Emi qızı +98-***-***-**-**” və “Ruqeyya xala +98-***-***- **-**” kimi qeyd olunmuş şəxslərə məxsus olan İİR mobil operatoruna aid telefon nömrələri və WhatsApp profilləri barədə qeydlərin olduğu müəyyən edildi. Qeyd olunan abonentlərin telefon nömrələri və WhatsApp profilləri barədə qeydlərin olduğu səhifələrin fotoşəkilləri çıxarılıb iş materiallarına əlavə edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarları ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 3,708 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, təmiz çəkisi 1,972 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və təmiz çəkisi 140 olan qurudulmuş marixuana narkotik vasitə iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3,588 qram heroin narkotik vasitəsi, 1,922 qram metamfetaminin psixotrop maddəsi və təmiz çəkisi 139,9 qram qurudulmuş marixuana narkotik vasitəsi saxlanılması üçün Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Eyni qərarlarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd, ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində yerdə olan daşın altından 1 ədəd sellofan bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 140 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin aşkar edilərək götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi daha bir ədəd – cəmi 2 (iki) ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (iş vərəqə: cild İ, səh.117-120, 131). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən 07 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs başqa cinayətlər törədibtörpətməməsini və ondan aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə əməliyyat tapşırığı verilmiş, lakin həmin əməliyyat tapşırığına aidiyyatı səlahiyyətli orqan tərəfindən cavab verilməmişdir (iş vərəqə: 102-103). Cinayət işinə məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin əlamətləri ilə ayrıca icraatda ********* saylı başqa cinayət işi ayrılmışdır (iş vərəqə: 121-122). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və külli miqdar təşkil etməyən miqdarda marixuana narkotik vasitəsi, həmçinin külli miqdar təşkil etməyən miqdarda metamfetamin psixotrop maddəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisindən ümumi təmiz çəkisi 3,708 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsini və təmiz çəkisi 1,972 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsini əldə edib üzərində saxlaması və daşıması və 18 may 2022-ci il tarixdə, saat 03 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhərinin Nizami rayonu ərazisində saxlanılması, Nizami RPİ-nin inzibati binasında üzərində aparılan şəxsi axtarış nəticəsində 3 ədəd sellofan bükümdə heroin narkotik vasitəsinin və 1 ədəd sellofan bükümdə isə metamfetamin psixotrop maddəsinin aşkar edilərək götürülməsi, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hansısa mənbədən, hər hansı məqsədlə, hər hansı üsulla, o cümlədən 920 manat pul köçürməklə təmiz çəkisi 140 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi əldə etməsi və ya əldə etməsi məqsədilə sifariş verib kiminsə vasitəsi ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşın altına qoydurması təsdiq olunmadığından və bu xüsusat üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən həmin bənd Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamdan xaric edilməli və həmin epizod üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, 140 qram marixuana narkotik vasitəsinin götürülməsi ilə bağlı tərtib olunan protokol, şəxsi axtarış və götürmə, 140 qram marixuana narkotik vasitəsinin götürülməsi proseslərinin videogörüntüdərinin yükləndiyi disklərə baxış keçirilməsi haqqında protokollar, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə bioloji və məhkəmə-narkoloji ekspertizaların rəyləri, mobil telefona baxış keçirilməsi haqqında protokol və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxs tərəfindən aşkar edilib götürülən narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətinin törədilməsində sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, təqsirləndirilən şəxsdən götürülmüş 3,708 qram heroin narkotik vasitəsinə və 1,972 qram metamfetamin psixotrop maddəsinə dair hissədə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasaitəsi, metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəməyədək icraat mərhələsində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilib, narkotik vasitə heroindən və psixltrop maddə metamfetamindən istifadə etdiyini, ondan aşkar edilib götürülən narkotik vasitəni, o cümlədən marixuana narkotik vasitəsini və psixltrop maddəni şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini və üzərində saxladığını göstərsə də, məhkəmə baxışı zamanı dindirilərkən heroin narkotik vasitəsi və psixltrop maddə ilə bağlı əməlini qismən etiraf edib, real olaraq onun üzərində olan heroin narkotik vasitəsinin qanunsuz olaraq artırıldığını, psixotrop maddənin əlavə olunduğunu, ona qarşı irəli sürülən ittihamda göstərilən miqdarda marixuana narkotik vasitəsinin isə qanunsuz olaraq polis əməkdaşları tərəfindən onun boynuna qoyulduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmiş, iş üçün əhəmiyyətli ola biləcək, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı konkret məlumat əldə edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlanılmış və Təqsirləndirilən şəxs barəsində cinayət işi də məhz Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. Qeyd olunan faktı, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlanıldığını məhkəmə baxışı zamanı şahid qismində dindirilən Bakı şəhəri, Nizami RPİ-nin PPX Bölüyünün polis nəfərləri Şahid1 və vəzifəsində işləyən polis serjantı Şahid2 təsdiq etdilər. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlanılması onun üzərində şəxsi axtarış aparılması haqqında 18 may 2022-ci il tarixli protokolda və ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmununda da yer almışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması”, “baxış keçirilməsi və götürmə” haqqında protokollar və hər iki protokol üzrə aparılmış istintaq hərəkətinin videogörüntülərinin məhkəmə nümayişi ilə Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitələrin və psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3564 nömrəli rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs həm opioidlərin və həm də psixiostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qeyd olunan həmin rəy Təqsirləndirilən şəxs həm narkotik vasitələrin və həm də psixotrop maddələrin istifadəçisi olduğunu bir daha təsdiq edir. İş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizaların keçirilməsi mərhələsində ekspertlər üzərinə təqdim olunan narkortik vasitələrin və psixotrop maddələrin dəqiq çəkisinin və tərkibinin müəyyənləşdirilməsi vəzifəsi qoyulmuş və ekspertlər bu vəzifələrinin öhtəsindən gəlib zəruri olan rəyləri vermişlər. Lakin adı çəkilən tədqiqatlar və həmin tədqiqatlar üzrə verilmiş rəylər şəxsin təqsirli olub-olmamasını, təqsirin formasını, cinayətin törədilməsində şəxsin məqsədini, niyyətini müəyyənləşdirməyə əsas vermir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, işdə Təqsirləndirilən şəxs istifadəsində olan “Xiomi” markalı mobil telefona baxış keçirilməsi haqqında 18 may 2022ci il tarixli prtotokol movcud olmasına baxmayaraq həmin mobil telefonun Təqsirləndirilən şəxs nə vaxt, hansı istintaq hərəkəti keçirilərkən, hansı şəraitdə və necə götürülməsi müəyyən olunmur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində ondan mobil telefonunun götürüldüyünü təsdiq etsə də, həmin telefona baxış keçirilməsində iştirak etmədiyini göstərdi. İş üzrə əlavə şahid olaraq dindirilən Təqsirləndirilən şəxs arvadı X6 mobil telefonun müstəntiq tərəfindən ona qaytarıldığını göstərsə də, cinayət işinin materiallarında “Xiomi” markalı həmin mobil telefonun götürülməsini və geri qaytarılmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Bundan başqa, "xxxx" MMC-dən götürülən məlumatlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrə ilə istintaq orqanını maraqlandıran dövr ərzində iş üçün əhəmiyyət kəsb edən SMS yazışmalar və danışıqlar aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş 3,708 qram heroin narkotik vasitəsini və 1,972 qram metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını, həmçinin 140 qram marixuana narkotik vasitəsini əldə etmək məqsədilə sifariş verib ittihamda qeyd olunan ünvanda daşın altına qoydurmasını və s. təsdiq edə biləcək, həmçinin onun 03 ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəsini və 01 ədəd bükümdə metamfetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında” Avropa Konvensiyasının (bundan sonra: Avropa Konvensiyası), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını rəhbər tutaraq, Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən kobud qanun pozuntularına yol verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs hansısa mənbədən, hər hansı məqsədlə, hər hansı üsulla, o cümlədən 920 manat pul köçürməklə təmiz çəkisi 140 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi əldə etməsi və ya əldə etməsi məqsədilə sifariş verib kiminsə vasitəsi ilə ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşın altına qoydurması məhkəmə baxışı zamanı istər təqsirləndirilən şəxsin özünün, istər şahidlərin ifadələri və istərsə də konkret sənədlərlə təkzib olunmuş, məhkəmə araşdırması nəticəsində iş üzrə maddi sübut kimi tanınmış 140 qram marixuana narkotik vasitəsinin Təqsirləndirilən şəxs aidiyyatı təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə bu xüsusatla bağlı belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın 140 qram marixuana narkotik vasitəsi götürülməsinə dair xüsusatın təsdiqi üçün təqdim olunmuş sübutlar, o cümlədən ünvan 7 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşın altından Təqsirləndirilən şəxs bir ədəd bükülüdə marixuana narkotik vasitəsi götürüb təqdim etməsi barədə «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 18 may 2022-ci il tarixli protokol, qeyd olunan istintaq hərəkətinin videogörüntülərinə baxış keçirilməsi haqqında 18 may 2022-ci il tarixli protokol və baxış keçirilməsi prosesini özündə ehtiva edən bir ədəd CD formatlı diskə yüklənmiş videogörüntülər, qeyd olunan xüsusat üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 7/509 saylı, 18 may 2022-ci il tarixli rəyi, Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı vermiş olduqları şahid ifadələri, Təqsirləndirilən şəxs bu xüsusatla bağlı etirafedici ifadələri, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilməsi haqqında 18 may 2022-ci il tarixli prtotokol, Təqsirləndirilən şəxs götürülməsi iddia olunan və iş üzrə mddi sübut kimi tanınmış, çəkisi 140 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1-124.2.5-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verib qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin 3,708 qram olmaqla külli miqdar təşkil etməsinə baxmayaraq, onun əməli hazırda qüvvədə olan Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni təqsirləndirilən şəxs Manaflıdan götürülən 3 ədəd bükümdəki heroin narkotik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 3,708 qram, metamfetamin psixotrop maddəsinin isə təmiz çəkisi 1,972 qram təşkil etmişdir və bu miqdarlar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla Azərbaycan Respublikasının CM-nə yeni məzmunda 234.1-1-ci maddə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Lakin məhkəmə qeyd edir ki, müzakirə olunan 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir və Təqsirləndirilən şəxs cinayət əməlini həmin Qanunun qüvvəyə minməsinədək – 18 may 2022-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan Təqsirləndirilən şəxs 920 manat pul köçürməklə təmiz çəkisi 140 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi əldə etməsi məqsədilə sifariş verib ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində daşın altına qoydurması və həmin narkotik vasitənin aşkar edilib götürülməsinə dair bəndin xaric edilməli və həmin epizod üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi məsələsinə münasibət bildirib qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən 18 may 2022-ci il tarixdə, gecə saat 03 radələrində Təqsirləndirilən şəxs 03 ədəd bükümdə 3,708 qram heroin narkotik vasitəsi və bir ədəd bükümdə 1,972 qram metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsi epizodu ilə ondan həmin tarixdə, saat 11 radələrində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 140 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi epizodu birləşdirilmiş və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə vahid ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs təmiz çəkisi 140 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi epizodu üzrə sonuncuya qarşı müstəqil ittiham elan edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 140 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi epizodu üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən həmin bənd Təqsirləndirilən şəxs qarşı irəli sürülən vahid ittihamdan xaric edilməli və həmin üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. Avropa Məhkəməsi Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində saxlanılarkən üzərində ittihamda göstərilən miqdarda deyil, az miqdarda heroin narkotik vasitəsi olmaması, ittihamda göstərilən miqdarda narkotik vasitənin qanunsuz olaraq boynuna qoyulması və ona qarşı edilmiş fiziki təsirlər, o cümlədən polis əməkdaşları tərəfindən döyülməsi, xəsarət alması nəticəsində ittihamda göstərilən hər iki növdən olan narkotik vasitələri və psixotrop maddəni qəbul etmək məcburiyyətində qalması ilə bağlı göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad olunmasına nail ola bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs polis tərəfindən işgəncəyə və qeyri-insani rəftara mər məuz qalıb-qalmaması faktları araşdırılmış, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra yerləşdirildiyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına verilən sorğuya cavabla Təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmadığı, Bakı şəhər Nizami rayon Prokurorluğuna verilən sorğu-cavabla isə Təqsirləndirilən şəxs təzyiq, təhqir, işgəncə və qeyri-insani rəftara məruz qalması ilə əlaqədar Nizami rayon prokurorluğuna müraciət və məlumat daxil olmaması və həmin xüsusat üzrə araşdırma aparılmadığı müəyyən edilmişdir. Məhkəmədə təqsirləndirilən Rövşən Əzimovun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 100). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 18 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 may 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 barəsində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3564 rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,588 qram narkotik vasitə heroin və 1,922 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd, ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində yerdə olan daşın altından 1 ədəd sellofan bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 140 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin aşkar edilərək götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi daha bir ədəd – cəmi 2 (iki) ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aid olması iddia olunan, təmiz çəkisi 140 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 139,9 qram hissəsi, həmin epizodu üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin bəndin Təqsirləndirilən şəxs qarşı irəli sürülən vahid ittihamdan xaric edildiyindən və həmin bənd üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən həmin miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 318, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 140 qram təşkil edən bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitə əldə edib saxlaması epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin bənd Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamdan xaric edilsin və həmin epizod üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,588 qram narkotik vasitə heroin və 1,922 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd, ünvan 1 ünvanında yerləşən 11 saylı cərimə meydançasının arxa hissəsində yerdə olan daşın altından 1 ədəd sellofan bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 140 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin aşkar edilərək götürülməsi prosesinin videogörüntülərinin yükləndiyi daha bir ədəd – cəmi 2 (iki) ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aid olması iddia olunan, təmiz çəkisi 140 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 139,9 qram hissəsi, həmin epizodu üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin bəndin Təqsirləndirilən şəxs qarşı irəli sürülən vahid ittihamdan xaric edildiyindən və həmin bənd üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən həmin miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə məsrəfləri – 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-317/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-317/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver