Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-317/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, P.Məhəmməd küçəsi ev 4-də qeydiyyatda olmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1015 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla daşımış, 16 yanvar 2023-cü il tarixdə saat 22:40 dəqiqədə ünvan 1 ünvanın qarşısında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən 01 bükümdə təmiz çəkisi 1015 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, polis əməkdaşları tərəfindən 28 may metrostansiyası yaxınlığında, köhnə adı ilə desəm “Çay fabriki” yaxınlığında ilk öncə irəlidə gedən şəxsləri saxladılar. Sonra isə ona yaxınlaşaraq polis əməkdaşları saxladılar. Onu polis bölməsinə apararaq orada içərisində narkotik vasitə olan bağlamanı ona verərək, özünə aid olduğunu deməyini tələb etdilər. Polis əməkdaşları ona bağlamanın içərisində qəhvəyi rəngli kakos, yəni heroin olduğunu dedilər. Onların dediklərinə görə narkotik vsitənin çəkisi bir kiloqram idi. Hadisə 15 yanvar 2023-cü il tarixdə baş verib. O, narkotik vasitə istifadəçisi olduğunu etiraf edir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Onun qardaşı şəhid olub. Onun cibində bir kiloqram narkotik vasitə olmayıb. Ona təzyiq göstərərək, sənədlərə qol çəkməyə məcbur edirdilər. O əvvəllər bir dəfə məhkum olunmuşdur. Polis əməkdaşlarının onunla münasibəti əvvəllər də pis olub. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitələrin istifadə edir. Konkret olaraq vaxtını xatırlamasa da, internet sosial şəbəkəsinə özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə söhbət etmiş və söhbət əsnasında həmin şəxs ona narkotik vasitə təklif etmiş və sonuncunun təklifi ilə razılaşmış, ona hazırda xatırlamadığı bank hesabına 100 manat pul göndərmişdir. Həmin pulun müqabilində aralarında olan danışığa əsasən 16 yanvar 2023-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 26 ünvanında yerləşən çay fabrikinin yanında daşın altından bir ədəd iri bükümdə narkotik vasitəni götürmüş və həmin gün 22:40-da 3 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin şəxslər onun üzərində qanunla qadağan olunmuş əşyaların eləcədə narkotik maddələrin olub-olmamasını müəyyən etmək məqsədilə onu 22-ci PŞ-yə dəvət etmişdirlər və orada hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Şəxsi axtarış zamanı o, gödəkcəsinin cibindən bir ədəd iri bükümü və bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin maddəni öz istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, ümumillikdə həmin narkotik vasitənin 1015 qram narkotik vasitə olan heroin olması ona ekspert rəyi ilə ona məlum olmuşdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 16 yanvar 2023-cü il tarixdə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsi, üzərində danışması və saxlaması barədə məlumat daxil oldu. Bundan sonra rəhbərliyə bu barədə məlumat verdi və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Verilən məlumata uyğun olaraq təsvir edilmiş “Rəşad” adlı şəxsin görünüşünə uyğun olaraq həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib 22-ci Polis şöbəsinə dəvət etdilər. X5 şəxsiyyəti bölmədə müəyyənləşdi.Şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi və baxış keçirilən zaman bir büküm narkotik vasitə aşkar olundu. Rəşaddan aşkarlanan narkotik vasitənin çəkisi xatırladığına görə 1015 qram idi. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Uzun müddət keçdiyinə görə hadisələri tam dəqiqliyi ilə xatırlamır. Onlar Rəşadı 16 yanvar 2023-cü il tarixdə, saat 22:40 radələrində saxlamışlar. Narkotik vasitənin çəkisi və növü ekspertiza tədqiqindən sonra müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyuyat müvəkkli vəzifəsində xidmət edir. Qeyd olunan yerdə və vəzifədə xidmətdə olarkən 16 yanvar 2023-cü il tarixdə mötəbər mənbədən "Rəşad" adlı şəxsin qanunusz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsi, üzərində danışması və saxlaması barədə məlumat daxil oldu. Bundan sonra, rəhbərliyə bu barədə məlumat verdi və rəhbərliyi olmaqla xidmət etdiyi şöbənin iki nəfər əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Verilən məlumata uyğun olaraq ünvan 3 ünvana gəlmiş, bir qədər gözlədikdən sonra mötəbər və qərəsiz mənbədən gələn məlumata uyğun olaraq təsvir edilmiş “Rəşad” adlı şəxsin görünüşünə uyğun olaraq bir nəfər şəxsin onlar olduğu ünvana gəldiyini görmüşdülər. Həmin gün saat 22:40-da onunla birlikdə xidmət aparan qrup üzvləri ilə birlikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib 22-ci Polis şöbəsinə dəvət etmişdilər. Şəxsin şəxsiyyəti tərəflərindən aydınlaşdırıldıqda Təqsirləndirilən şəxs olması məlum oldu. Daha sonra həmin şəxsə vəkil təyin olundu, hüquqlarının müdafiəsi ilə bağlı vəkililə təmin olundu, ardınca videoçəkilişlə üzrəinə şəxsi axtarış keçirildi və baxış keçirilən zaman əynində olan gödəkcəsindən iri bir bükümdə heroin olması ehtimal olunan maddə çıxmışdır. Söhbət əsnasında həmin bükümün heroin olmasını özü də etiraf etdi, haradan əldə etməsi zamanı apardıqları profilaktiki tədbirlər zamanı məlum oldu ki, həmin narkotik vasitəni onlaym sifarişlə özünü Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən almışdır. Həmin maddə təhqqiqatçı tərəfindən sənədləşdirildi və ekspertizaya göndərildi. Daha sonra həmin narkotik vasitələrin 1015 qram çəkidə narkotik vasitə olan heroin olmasını təsdiq edən ekspert rəyi ilə məlum oldu. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 16-17 yanvar 2023-cü il tarixdə qanunusz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsi, üzərində daşıması və saxlaması barədə məlumata əsasən, ünvan 4 ünvanında “Rəşad” adlı şəxsə yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitənin olduğundan məlumatlı olduqlarını bildirib 22-ci Polis şöbəsinə dəvət etdilər. Rəşad onlarla bölməyə gəlməyə bağlı etiraz etməyib. Şəxsin üzərinə təhqiqatçının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirildi və baxış keçirilən zaman bir qara büküm narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxsə fiziki və psixi təzyiq olunmayıb. Narkotik vasitə Rəşadın gödəkçəsinin cibindən aşkarlandı. Onlar Rəşadı saxlayarkən üzərində narkotik vasitənin olduğundan məlumatlı olduqlarını bildirmişlər. O, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından aldığını dedi. Rəşadın həmin narkotik vasitəni kimə aparacağı barədə məlumatları yox idi. Rəşadın üzərindən bir qara büküm narkotik vasitə aşkarlandı. Həmin narkotik vasitənin növü, dəyəsən, heroin idi. Narkotik vasitənin çəkisi bir kiloqram və ya bir az artıq idi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı Şahid3 ilə analoji ifadələr vermiş və onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 16 yanvar 2023-cü il tarixdə saat 22:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva 26 nömrəli ünvanın qarşısında aparılmış əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərindən şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1015 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 17 yanvar 2023-cü il tarixli, 6/279 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs “üzərindən aşkar edilərək qablaşdırılmış ” yazısı və imzalar olan paketdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 1015 qram qəhvəyi tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə təmiz çəkisi 1015 qram narkotik vasitə heroin tərəfimdən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalan 1014,8 qram qalığı məsul saxlanc üçün Nəsimi RPİnin NH-yə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş “Ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində “ANLAQLİ” hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində polis bölməsində polis əməkdaşlarının ona qarşı fiziki zorakılıq etdiyini, üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız əvvəllər istifadəsi ilə məşğul olduğunu göstərmişdir. Məhkəmədə onun bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması məhkəmədə araşdırılmış şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolu, baxış və götürmə aparılması haqqında protokolu və digər sübutlarla sübuta yetirildi. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməsi və üzərindən aşkarlanan narkotik vasitələrin ona aid olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadı, bu səbəbədən də məhkəmə, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərrədliyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 110 (yüz on) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 330 (üç yüz otuz) manat pul vəsaiti ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 1014,8 qram qalmış narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə, həmçinin şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (iki) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2017-ci il tarixli Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 307,1 -ci maddəsi ilə təqsirli bilinərək islah işləri cəzasına məhkum edilmiş və cəzasını qurtardıqdan sonra qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmü ilə 01 (bir) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halın nəzərə alınmasını və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən, ona təyin olunacaq cəza ilə qismən toplanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 13 fevral 2023-ci il 785 nömrəli ambulator məcburi narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (narkomaniya xəstəliyi) açkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin hökmü ilə təyin olunmuş 01 il azadlıqdan məhrum etmə cəzası ona təyin olunmuş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 16 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on ) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Zülfiqar oğluna ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1014,8 qram olan narkotik vasitə heroin məhv edilsin, 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-317/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-317/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver