Məhkəmə qərarları › İş №1(101)-318/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-318/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-318/2020 26.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, x xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan metadon tərkibli dərman preparatlarının əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə tanışı Şahid1 və Şahid2 ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs Şahid2 satmaq üçün metadon tərkibli dərman preparatları təşkil edə biləcəyini demiş, sonuncu bu barədə tanışı Şahid11 bildirmiş, əldə olunacaq gəlirin aralarında bölünməsi şərti ilə müştəri tapılmasını xahiş etmiş, xx xxxxxx 2018-ci il tarixdə Şahid11 Şahid2 100 həbdə metadon olması və onu ümumilikdə 900 manata satmaq istəməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 verdiyi məlumat əsasında qeyd olunan İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 9 radələrində tədbirdə təlimatlandırılmış şəxs qismində iştirak edən Şahid11 istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundan Şahid2 istifadə etdiyi (055) ***-**-** nömrəli mobil telefonuna zəng edib ona şərti alıcı qismində tədbirə cəlb olunmuş polis əməkdaşı Şahid8 qeyd olunan dərman preparatlarını almaq istəməsi barədə bildirmiş, Şahid11 Şahid2la sonuncunun yaşadığı mənzildə görüşmüş, Şahid2 saat 13-14 radələrində istifadəsində olan mobil telefondan Təqsirləndirilən şəxs istifadə etdiyi (055) ***-**-** nömrəli mobil telefona zəng etmiş, Təqsirləndirilən şəxs dərman preparatlarına müştəri olduğunu bildirmiş, Şahid2 idarə etdiyi “Hyundai Sonata” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid11la birlikdə Bakı şəhəri, Yasamal rayonu, Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yanına gəlmiş, orada onları gözləyən Təqsirləndirilən şəxs avtomobilə əyləşərək öz telefonundan Şahid1 istifadəsində olan (070) ***-**-** nömrəli mobil telefona zəng etmiş, Şahid2, Şahid11 və Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkına gedərək Anarla görüşmüş, Şahid11 təklifi ilə onları gözləyən şərti alıcı Şahid8la görüşmüş, alqı-satqını həyata keçirmək üçün hamısı birlikdə ünvan 2 ünvanında yerləşən yeməkxanaya yollanmış, avtomobildə Şahid1 xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddətdə İran İslam Respublikasında olan tanışı Şahid3, İran İslam Respublikasının vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan «Cavad» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib daşımaqla üstündə saxladığı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan 180 ədəd həbdən və təsiredici maddəsi 7,2 qramdan artıq təşkil edən külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatlarından qalan 180 ədəd həbdə metadon tərkibli dərman preparatlarının 100 ədədini Şahid2 verib qalan 80 ədədini üstündə saxlayaraq yeməkxananın həyətinə gəlmiş, Şahid2 və Şahid11 şərti alıcı Şahid8la görüşmək məqsədi ilə yeməkxananın içərisinə keçmiş, Şahid1 və Təqsirləndirilən şəxs isə yeməkxananın həyətində avtomobildə onları gözləmişlər, qeyd olunan yeməkxanada Şahid2 saat 15:45-də şərti alıcı Şahid8 əvvəlcədən protokolda qeyd olunmaqla nəzarət qaydasında mal alınması əməliyyataxtarış tədbirində istifadə edilməsi üçün sonuncuya verilmiş A38039143, A53787909, C50142368, B12383742, A37396265, C80073327, C54000238, C95071461 və C43030913 seriya və nömrəli olmaqla 9 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 900 manat məbləğində pulu alaraq Anar Nifiyevdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə zavod üsulu ilə hazırlanmış, üzərində «F/M40» yazısı həkk olunan, dairəvi formalı, hər bir həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram olmaqla ümumilikdə külli miqdar - 4 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan 100 ədəd metadon tərkibli dərman preparatını ona satdıqdan dərhal sonra saxlanılmış, baxış zamanı Şahid8 Şahid2 bir qədər əvvəl aldığı təsiredici maddəsi metadonun ümumi miqdarı külli miqdar - 4 qram təşkil edən 100 ədəd metadon tərkibli dərman preparatını, Şahid2 isə 9 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 900 manat pulu polis əməkdaşlarına təqdim etmiş, Şahid2 verdiyi məlumata əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları həmin ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları ilə birlikdə qaçmağa cəhd edən Şahid1 həmin gün saat 16:00-da yeməkxananın həyətində dayanmış «Hyundai Sonata» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında yaxalamış, baxış zamanı Şahid1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı və polis əməkdaşlarını gördükdə məsuliyyətdən yayınmaq üçün yerə atdığı bir ədəd sellofan bükümdə zavod üsulu ilə hazırlanmış, üzərində «F/M40» yazısı həkk olunan, dairəvi formalı, hər bir həbdə təsiredici maddəsi metadonun miqdarı 0,04 qram olmaqla ümumilikdə külli miqdar – 3,2 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil olan 80 ədəd metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs isə hadisə yerindən qaçmağa nail olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid2 və Şahid1 ilə tanışlıq münasibəti olmuş, Şahid2 Şahid8 narkotik vasitə satdığı vaxt hadisə yerində olmamış, iş üzrə Şahid1 onun hadisə yerində olması barədə verdiyi ifadəsindən sonra o “dünən baş verənlər yadımda deyil” deyərək göstərmişdir ki, hadisə yeri olan Elmlər Akademiyasının parkında yerləşən çayxanaya sonradan Eyyubla Anarın çay içmək dəvətinə əsasən gəlmiş, çayxanaya yaxınlaşarkən ətrafda polis əməkdaşlarının olduğunu görərək oradan uzaqlaşmış, Eyyubla Anarda narkotik vasitə olmasından məlumatı olmamış, narotik vasitələrlə bağlı Eyyub və Anarla heç bir razılaşması olmamış, Yalnız Eyyubun xahişi ilə Anarın mobil telefon nömrəsini Eyyuba vermiş və sonuncular öz aralarınnda söhbət etmiş, Eyyubla Anarın nə barədə söhbət etdiklərindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ki, Şahid1 və Şahid2 2017-ci il tarixdən tanımış, yaxşı münasibətləri olmuş, 2018-ci ili dekabr ayının ortalarında Şahid2 ona zəng etmiş, tanışının olduğunu, 100 ədəd metadon almaq istədiyini bildirmiş, o, həmin vaxt metadonun onda deyil, Şahid1 olduğunu bildirmiş, Bakı metropoliteninin «İnşaatçılar» stansiyasının yanında görüşməyi, Anara zəng etməyi, Anar razılıq verdiyi halda görüşüb ondan metadonu götürməyi təklif etmiş, nəticədə razılaşmışlar, bir müddət sonra o, Ruslanla birgə Eyyubun idarə etdiyi Hyunday Sonata markalı **-UK-*** nömrəli avtomobillə İnşaatçılar metrosunun yanına gəlmiş, orada görüşərkən Eyyub onu Ruslanla tanış etmiş, narkotik vasitəni qohumunun alacağını bildirmiş, o, Anara zəng etmiş və söhbət zamanı Anarın həmin vaxt Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda olduğu məlum olduğuna görə görüşmək üçün onları oraya dəvət etmiş, nəticədə təxminən saat 14:30 radələrində hər üçü Eyyubun avtomobilində Xırdalan şəhərinə Heydər Əliyev adına parka getmiş, Anarla bir qədər söhbət etdikdən sonra avtomobilə tərəf gəlmiş, Anar qabaq oturacaqda, o isə arxa oturacaqda Ruslanın yanında əyləşmiş, söhbət zamanı o, oradakıları Anarla tanış etmiş, həmçinin Eyyubun onun tanışı, Ruslanın isə Eyyubun tanışı olduğunu, metadonu Ruslanın qohumu alacağını, həmin şəxsin onları Elmlər Akademiyasının parkında yerləşən çayxanada gözlədiyini, narkotik vasitə metadonu aparıb orada satmaq lazım olduğunu bildirmiş, ona görə hamısı birlikdə Elmlər Akademiyası istiqamətində getməyə başlamışlar, avtomobili Eyyub idarə etmiş, avtomobildə ümumi olaraq tanışlıq edib söhbət etmişlər, həmçinin metadonun 1 ədədinin 9 manatdan olmaqla cəmi 900 manata satılacağını, həmin pulun 650 manatının Anara veriləcəyini, 250 manatın isə öz aralarında bölünəcəyini, konkret olaraq 250 manatın 100 manatı onun, 100 manatı Ruslanın, 50 manatı isə Eyyubun olmalı olduğunu bildirmiş, yolda olarkən Ruslanın kiməsə zəng edib artıq yolda olduğunu bildirmiş, təxminən saat 15:30 radələrində qeyd olunan ünvana, yəni Elmlər Akademiyasının parkında yerləşən çayxanaya çatmışlar, avtomobildə olarkən Anarın özündə olan metadondan 100 ədədini sayıb avtomobilin özü oturduğu oturacağın üstünə qoyduğunu qeyd etmiş, çayxananın qarşısına çatdıqda Ruslan avtomobildən düşmüş, daha sonra Eyyub oturacağın üzərindəki sellofanda olan 100 ədəd metadonu götürüb özü ilə birlikdə Ruslanla birgə çayxanaya girmiş, Anarla o, çöldə gözləmiş, onlar bir qədər Eyyubgili gözlədikdən sonra bir neçə mülki geyimli şəxsin Eyyubu tutduqlarını görmüşlər, polislər avtomobilə tərəf gedərkən onlar dərhal qaçmağa başlamış, lakin Anar qaça bilməmiş və tutulmuş, o isə oradan qaçmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni ziddiyyətli və özünü müdafiə xarakterli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına tam uyğun hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Cəlilabad rayonunda çiyələk alveri ilə məşğul olmuş, həmin çiyələk alveri ilə əlaqədar Əli adlı şəxsin ona 1.000 manat məbləğində borcu yaranmış, həmin borcun əvəzində Əli ona narkotik tərkibli dərman vasitəsi olan metodon vermiş, həmin narkotik tərkibli dərman vasitəsi olan metodonu o, Bakıda verməli və əvəzində 1.000 manat pul almalı imiş, Əli adlı şəxs ona Ruslan adlı şəxsin nömrəsini verərək, pulu Ruslanın verəcəyini demiş, o, Bakı şəhərinə gəldikdən sonra Ruslana zəng edərək, görüşmək istədiyini demiş, Ruslan həmin gün işi olduğu üçün səhər görüşməyi təklif etmiş, o da sonuncu ilə razılaşmış, həmin gün Yasamal rayonu ərazsində kafelərin birində uzun müddət tanıdığı Akiflə və Eyyubla görüşərək çay içmişlər, həmin vaxt Akiflə narkotik vasitə barədə ümumiyyətlə söhbətləri olmamış, Akif həmin kafedə qalmış, Eyyubla birlikdə Eyyubun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobili ilə birlikdə Elmlər Akademiyasının qarşısında yerləşən parkdakı çayxanaya getmişlər, Akif onlarla getməmiş, Eyyubla aralarında olan razılığa əsasən, o, maşında oturaraq gözləməli, Eyyub isə dərmanları verib, pulu götürərək gətirib maşında ona verməli imiş, avtomobilin yanında bir qədər gözlədikdən sonra Eyyubun tutulduğunu görmüş və polis əməkdaşları Eyyubla birlikdə ona yaxınlaşmış, avtomobilin yanında onun üzərinə baxış keçirən zaman onun üzərindən 100 manat pul və telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs Elmlər Akademiyasındakı çay evinin yaxınlığına sonradan gəlmişdir; Şahid3 qardaşı oğlu Mahirlə yaxın münasibətləri olmuş, Şahid3 2018-ci ilin noyabr ayının ortalarında İrana müalicəyə getmək üçün ondan 3.000 manat borc pul istəmiş, o da 3.000 manat pulu sonuncuya borc olaraq vermiş, Mahirlə birlikdə Şahid3 maşınla İrana yola salıb qayıtmış, bir müddət sonra onun özünə pul lazım olmuş, ona görə də o, Şəmsəddindən 3000 manat pulu geri istəmiş, Şəmsəddinin pulu geri verməyə imkanı olmadığından, sonuncunun qardaşı oğlu Mahirə avtomobilini banka salaraq, pul götürüb onun borcunu verməsini tələb etmiş, bundan sonra Mahir Şəmsəddinə məxsus “Vaz 2107” markalı avtomobili Xırdalan şəhərində girov qoyub faizə pul götürüb onun 3.000 manat pulunu geri qaytarmış, onun Şahid3lə aralarında ümumiyyətlə narkotik vasitələrlə bağlı söhbəti olmamışdır. İş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, özünün Cəlilabad rayonunda çiyələk sahəsi olmuş, mövsüm ərzində oradan çiyələk yığaraq satışı ilə məşğul olmuşdur. Həmin iş ilə əlaqədar Cəlilabad rayon sakini X8 ilə tanış olmuş, Mahir də onun kimi alver ilə məşğul olmuşdur. O, bir neçə dəfə Mahirə çiyələk, alma və digər meyvə məhsulları satmış, Mahir malların pulunu bəzən nağd, bəzən isə nisyə şəkildə verdiyindən nəticədə Mahirin ona 3.000 manat pul borcu yaranmışdır. O, Mahirdən bir neçə dəfə borcunu istəsə də Mahir pulu olmadığını bildirib bir qədər gözləməyi təklif etmişdir. Təxminən tutulduğu vaxtdan 5 gün əvvəl Mahir onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək bildirmişdir ki, onun nömrəsini əmisi X7 vermişdir. Əmisi Anara zəng edəcək və görüşüb 3.000 manat pulu ona verəcəkdir. Bundan bir neçə saat sonra ona ***-***-**-** saylı nömrədən zəng olunmuş və zəng edən şəxs özünü Mahirin əmisi Şəmi kimi təqdim edərək bildirmişdir ki, onda narkotik vasitə metadon vardır, o, Mahirin Anara olan 3.000 manat pul borcunun əvəzində həmin dəyərdə metadon verə bilər ki, Anar da satıb pul əldə edə bilər. Söhbət zamanı Şəmi ona bildirmişdir ki, o, 1 ədəd metadon həbini 9 manatdan verəcəkdir, nəticədə 3.000 manat pulun əvəzində Şəmi ona cəmi 330 ədəd metadon həbi verəcəyini bildirmişdir. O, isə bu işlə əvvəllər məşğul olmadığından ona heç nə deməmiş və maraqlanıb əlavə məlumat verəcəyini demişdir. Lakin bu zaman Şəmi ona bildirmişdir ki, onun Akif adında tanışı vardır, həmin şəxsin ***-***-**-** saylı nömrəsini Anara verərək onunla danışmağı və onun həmin narkotik vasitə metadonu satmaqda köməklik edəcəyini bildirmişdir. Nəticədə o da həmin danışıqdan sonra Akifə zəng edərək nömrəsini Şəminin verdiyini dedikdə Akif Şəmini tanıdığını bildirmişdir. O, məlumat vermişdir ki, tanışı Mahirin, yəni Şəminin qardaşı oğlunun ona 3.000 manat pul borcu olmuş, Mahir pulu ona qaytara bilməmiş, əmisi isə pulun əvəzində 1 ədədi 9 manatdan olmaqla 330 ədəd metadon vermək istəmişdir. O, Akifdən həmin metadonu satıb-sata bilməyəcəyini soruşduqda Akif ona bildirmişdir ki, problem deyil, özü və tanışları vasitəsi ilə köməklik edə bilər. Bundan sonra o, Şəminin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng etmiş və ona bildirmişdir ki, Bakı şəhərindədir, Bayıl qəsəbəsinə gəlsin, orada görüşüb narkotik vasitə metadonu ondan götürsün. Qeyd etmişdir ki, Mahir ona əmisinin pul verəcəyini demişdir, yəni pulun əvəzində narkotik vasitə verəcəyini deməmişdir. Ona görə də o, Mahirin bu söhbətdən xəbərinin olub-olmadığını bilməmişdir. Şəmi isə bir gün sonra gələcəyini bildirmişdir. Nəticədə bu söhbətdən bir gün sonra Şəmi yenə də öz nömrəsindən zəng edərək Bakı şəhərində olduğunu bildirib onu Bayıl qəsəbəsinə dəvət etmişdir. Nəticədə Bayıl qəsəbəsi 20-ci sahə adlanan ərazidə yerləşən Dünya marketin yaxınlığındakı dayanacaqda görüşmüş, oraya piyada getsə də Şəmi VAZ 2107 markalı, qara rəngli dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə tək gəlmişdir. O, avtomobildən düşmüş və görüşmüşdür. Şəmi düşmüş və bir ədəd ağ rəngli sellofanın içərisində bir ədəd salfetə bükülmüş vəziyyətdə ona deməsinə görə narkotik vasitə metadon vermiş və sayının 330 ədəd olduğunu bildirmişdir. O, həmin vaxt narkotik vasitə metadonu açıb yoxlamamış və ona görə də sayının nə qədər olduğunu bilməmişdir. Lakin Şəmi bildirmişdir ki, metadonun sayı 330 ədəddir. O, həmin metadonu götürmüş və Şəmidən ayrıldıqdan sonra Akifə zəng edərək artıq metadonu götürdüyünü və onda olduğunu demişdir. Şəmi ona verdiyi metadonun kimdən, nə vaxt və hansı şəraitdə alması barədə heç nə deməmişdir. Akif isə onu yaşadığı Yasamal rayonuna dəvət etmişdir. Akif onu Yeni Yasamalda yerləşən «Bizim market»in yaxınlığına dəvət etmiş, o, həmin yerə 77 saylı marşrutla getmişdir. Nəticədə Akiflə həmin marketin yaxınlığında görüşmüş, Akif də oraya tək gəlmişdir. Söhbət zamanı o, Şəminin verdiyi metadonu Akifin yanında açmış və ona göstərmiş, Akif də təsdiq etmişdir ki, Şəminin verdiyi narkotik vasitə metadondur. Akif Şəmini necə tanımasını ona deməmiş, açığı o, özü də bu barədə heç nə soruşmamışdır. Söhbət zamanı Akif ona bildirmişdir ki, əgər razı olarsa 01 ədədini 5 manat 50 qəpikdən olmaqla cəmi 130 ədəd metadonu ona versin, o, isə satıb pulunu sonradan qaytarsın. O, isə problem olmadığını deyib razılaşmış və nəticədə Akifə 130 ədəd metadonu sayıb dükandan aldığı sellofanda vermişdir. Akif ona bildirmişdir ki, həmin metadonu satıb sonradan pulunu verəcəkdir. Bundan sonra bir-iki gün ərzində Akiflə telefonla danışaraq pulu verməməsini dedikdə Akif bildirmişdir ki, guya metadonu satmış, lakin pulunu hələ almamış, alan kimi verəcəkdir. O, Akifin metadonu kimə satdığını bilməmişdir. xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 14 radələrində Akif ona zəng edərək bildirmişdir ki, görüşmək istəyir, belə ki, əlavə olaraq 100 ədəd də metadon almaq istəyən olmuşdur. Həmin vaxt Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda olduğundan Akifə demişdir ki, parka gəlsin. Nəticədə təxminən saat 14.30 radələrində Akif özündən başqa 2 nəfər tanımadığı şəxslərlə birlikdə parka gəlmişdir. O, Akifin ağ rəngli Hyunday Sonata markalı **-UK-*** nömrəli avtomaşınla gəldiyini görmüşdür. Akif avtomobildən düşərək onunla görüşmüşdür. Söhbət zamanı Akif həmin şəxslərin tanışları olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, avtomobili idarə edən şəxs onun tanışı Eyyubdur, digər şəxs isə Eyyubun tanışı Ruslandır, metadonu Ruslanın qohumu alacaqdır, həmin şəxs də onları Elmlər Akademiyasının parkında yerləşən çayxanada gözləmiş, narkotik vasitə metadonu aparıb orada satmaq lazımdır. Akif bir dəfə ondan metadonu alıb sataraq hələ də pulunu vermədiyindən Akifə demişdir ki, özü də gedəcəkdir. Nəticədə razılaşmışlar və o da avtomobilə minərək qabaq tərəfdə əyləşmişdir. Avtomabildə bir daha Akif onu həmin şəxslərlə tanış etmişdir. Avtomobildə ümumi olaraq tanışlıq edib söhbət etmişlər, həmçinin Akif bildirmişdir ki, metadonun 1 ədədi 9 manatdan olmaqla cəmi 900 manata satılacaqdır, həmin pulun 650 manatı mənə veriləcək, 250 manat isə onların arasında bölünəcəkdir. O da razılaşmış, lakin metadon hələ də onun üstündə olmuşdur. Təxminən saat 15.30 radələrində qeyd olunan ünvana, yəni Elmlər Akademiyasının parkında yerləşən çayxanaya çatmışlar. Qeyd etmişdir ki, avtomobildə olarkən özündə olan metadondan 100 ədədini sayıb avtomobilin özü oturduğu oturacağın üstünə qoymuşdur. Çayxananın qarşısına çatdıqda Ruslan avtomobildən düşmüş və Eyyubu çağırmış, Eyyub isə oturacağın üzərində sellofanda olan 100 ədəd metadonu götürüb özü ilə birlikdə Ruslanla birgə çayxanaya getmişlər. O və Akif isə avtomobildən yerə düşüb siqaret çəkmişlər və Eyyubu və Ruslanı gözləmişlər. Daha sonra avtomobildə oturmuşlar, o, arxa tərəfdə, Akif isə qabaq tərəfdə oturmuşdur. Bir neçə dəqiqə sonra Akif Eyyubun tutulduğunu gördüyünü deyib avtomobildən düşüb qaçmışdır. O, isə bunu edə bilməmiş, belə ki, Akifin sözündən sonra o, görmüşdür ki, həqiqətən də Eyyub bir neçə nəfərlə birgə avtomobilə tərəf gəlir, o, başa düşmüşdür ki, Eyyub tutulmuş və yəqin ki, polislərə demişdir ki, onun satmaq üçün apardığı metadonu Anardan almış və o da onu avtomobildə gözlədiyindən polislər onun tutulması üçün avtomobilə tərəf gəlirlər. Nəticədə o, avtomobilin arxa sağ yan qapısından düşərək qaçmaq istəmiş, lakin polislər onu saxlasışlar, o, isə əlində metadon olan sellofan bükülünü yerə atmışdır. Lakin polislər onu tutmuşlar və həmin bükülünü götürməyini tələb etmişlər. Daha sonra o, özü təqdim etmişdir, həmçinin əlində olan bükülünü də polislərə təqdim etmişdir, həmin bükülünün içərisindən 80 ədəd metadon aşkar olunmuşdur. Həmin metadonlar polislər tərəfindən qablaşdırılmışdır. O, polislərin sualarına cavab olaraq bildirmişdir ki, həqiqətən də Eyyubun satdığı 100 ədəd metadonu o, vermiş, Eyyub həmin metadonu 900 manata satmalı, həmin pulun 650 manatını ona verməli imiş. O, özü isə həmin metadonu tanışı Mahirin ona olan 3.000 manat pul borcunun əvəzində əmisi Şəmi İsgəndərovdan 330 ədəd almışdır. Baxış zamanı əlavə olaraq onun üzərindən «Xiaomi» markalı telefon, 5 ədəd 5 manatlıq olmaqla cəmi 25 manat pul aşkar olunmuşdur. Telefon götürülsə də pul özünə qaytarılmışdır. Həmçinin avtomobilə baxış keçirilmiş, lakin qeyri-qanuni heç nə aşkar olunmamışdır. Bundan sonra tədbir iştirakçıları onları Baş X3 dəvət etmişlər və orada vəkillər dəvət edilərək onlara təqdim edilmiş, daha sonra baş verənlərlə bağlı protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, özünə məxsus Hyunday Sonata markalı **-UK-*** nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs təxminən bir-iki il olar ki, tanımış, hər ikisi Yasamal rayonunda yaşamışlar. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulduğunu bilmiş, bununla yanaşı arada oturub onunla çay içib söhbət etmişlər, Ruslanı da Yasamal rayonunda yaşayan şəxs kimi tanımış, aralarında normal münasibətlər olmuş, Ruslan onların məhəlləsinə tez-tez gəlib getdiyi üçün aralarında yaxın münasibətləri yaranmış, Ruslan dəfələrlə ondan narkotik tapmasını xahiş etsə də, o, hər dəfə imtina etmiş, bu söhbətlərin birində Ruslan yenidən ağrılarının olduğunu, ona külli miqdarda narkotik vasitə lazım olduğunu bildirmiş, o da Ruslanla razılaşmış, əvvəllər o, bir-iki dəfə Ruslana narkotik tərkibli dərman alıb vermiş, Ruslan bu dəfə ona külli miqdarda narkotik tərkibli dərman preparatlarının lazım olduğunu bildirmiş, o da Ruslanın xahişini yerinə yetirmək üçün tanışı Akifə zəng edərək Şahid1 mobil telefon nbmrəsini istəmiş, Akif ona Anarın mobil telefon nömrəsini vermiş, Akiflə narkotik vasitə ilə bağlı söhbətləri olmamış, Ruslan ona Şahin adlı qohumu ilə danışdığını və metodonu Şahininin alacağını demiş, o, zəngləşib Anarla Yasamalda kafelərin birində görüşmüş, Akif də orada olmuş, bundan sonra, özünün idarə etdiyi avtomobildə Anarla birlikdə Elmlər Akademiyası istiqamətində getmiş, Elmlər Akademiyasının parkında yerləşən çayxanaya çatmışlar, Şahid1 ona satmaq üçün 100 ədəd metadonu vermiş, o, avtomobildən düşüb çayxanaya daxil olmuş, Anar isə çöldə gözləmiş, Ruslanın qohumu kimi təqdim etdiyi Şahin adlı şəxs tək çayxanaya daxil olmuş və onlarla görüşərək bir stolda əyləşmişlər, Ruslan sellofan bükümünü Şahinə göstərib 100 ədəd metadon olduğunu demiş, ona görə də Şahin sol yan cibindən 100 manatlıq əskinasları çıxarıb Ruslana vermiş, Ruslan pulu götürdükdən sonra həmin pulları ona vermiş və o, pulu götürüb şalvarının sağ yan cibinə qoymuş, bundan bir neçə dəqiqə sonra bir neçə nəfər şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olduğunu deyib yanlarında olan hal şahidlərini təqdim etmişlər, ona Şahin adlı şəxs polis əməkdaşı olduğunu məlum olmuş, Şahin əlində olan sellofan bükülünü təqdim edib 100 ədəd metadon olduğunu deyib ondan 900 manata aldığını bildirmiş, həmin sellofan bükülüyə baxış keçirilmiş və 100 ədəd metadon aşkar olunmuş, həmin metadon qablaşdırılmış və zərfə qoyulmuş, polis əməkdaşları onun təqdim etdiyi həmin 9 ədəd 100 manatlıq pul əskinasları əvvəlcədən Şahinə verilmiş pullar olduğunu demiş, həmin pulların fotoşəkli çəkilmiş, sonra polislər Şahid1 avtomobildə onları gözlədiyini müəyyən etmiş, polislər avtomobilə tərəf gedərkən Anar onun tutulduğundan şübhələnmiş və avtomobilin arxa sağ yan qapısından düşərək qaçmaq istədikdə polislər onu saxlamış, əlində metadon olan sellofan bükülünü isə yerə atmışdır, polislər Anarı tutmuş və həmin bükülünü götürməyini tələb etmişlər, Anar da özünü təqdim etmiş, həmçinin əlində olan bükülünü də polislərə təqdim etmiş, həmin bükülünün içərisindən 80 ədəd metadon aşkar olunmuşdur. İş üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, özünə məxsus Hyunday Sonata markalı **-UK-*** nömrəli avtomobillə taksi fəaliyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs təxminən 1-2 il olar ki, tanımış, hər ikisi Yasamal rayonunda yaşamışlar. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulduğunu bilmiş, bununla yanaşı arada oturub çay içmişlər, söhbət etmişlər. Sonradan daha yaxın olduqdan sonra o, bilmişdir ki, Akif metadonun satışı ilə məşğul olur. Hətta bir neçə dəfə akif ona təklif etmişdir ki, metadon olmuş, əgər istəyən olarsa bir ədədini 9 manatdan olmaqla 100 ədəd metadon təşkil edə bilər. O da bu barədə tanışı Şahid11 məlumat vermiş və 1 ədədini 9 manatdan olmaqla 100 ədəd metadon təşkil edə biləcəyini, müştəri tapmaqda köməklik etməyini xahiş etmişdir. Həmçinin o, Ruslana demişdir ki, onun özünü də pul verəcəkdir. Lakin Ruslana konkret olaraq metadonun kimdə olduğunu deməmiş, sadəcə tanışında olduğunu demişdir. Ruslanı da Yasamal rayonunda yaşayan şəxs kimi tanımış, aralarında normal münasibətlər olmuşdur. O, Ruslana bu barədə xx xxxxxx 2018-ci il tarixdə demişdir. Akif isə həmin vaxtdan 1-2 gün əvvəl ona demişdir. O, Ruslana bu barədə dedikdən sonra xx xxxxxx 2018-ci il tarixdə səhər saatlarında Ruslan öz istifadəsində ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək hal-əhval tutmuş, bu zaman o, Ruslandan müştəri tapıb-tapmadığını soruşduqda Ruslan bildirmişdir ki, Şahin adlı tanışı və ya qohumu ilə danışmış, o alacaqdır. Ona görə də o, Ruslanı yaşadığı evə dəvət etmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. O, Ruslanla bu barədə danışdıqdan sonra Akifə zəng etmiş və demişdir ki, tanış var, 100 ədəd metadonu almaq istəyir, Akif isə ona bildirmişdir ki, metadon onda olmamış, Anar adında şəxsdədir, ona görə də təklif etmişdir ki, İnşaatçılar metrosunun yanında görüşüb Anar adlı şəxsə zəng etsin, əgər Anar adlı şəxs razılıq verərsə görüşüb ondan metadonu götürsünlər. Nəticədə bir qədər sonra Ruslanla birgə özünə məxsus Hyunday Sonata markalı **-UK-*** nömrəli avtomobillə İnşaatçılar metrosunun yanına gedib Akiflə görüşmüşlər və Ruslanla Akifi tanış etmişdir. Həmçinin demişdir ki, metadonu alan şəxs Ruslanın qohumudur. Akif də Şahid1 zəng etmiş və söhbət zamanı məlum olmuşdur ki, Anar həmin vaxt Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda olmuş, ona görə görüşmək üçün onları həmin yerə dəvət etmişdir. Nəticədə üçü də onun avtomobilində Xırdalan şəhərinə Heydər Əliyev adına parka getmiş, parka çatdıqda Akif Anara zəng edib avtomobildən düşmüş, Anar gəldikdən sonra Akiflə bir qədər söhbət etmiş və avtomobilə tərəf gəlmişlər və Anar qabaqda, Akif isə arxada Ruslanın yanında əyləşmişdir. Söhbət zamanı Akif onları Anarla tanış etmişdir. Həmçinin bildirmişdir ki, metadonu Ruslanın qohumu alacaqdır, həmin şəxs də onları Elmlər Akademiyasının parkında yerləşən çayxanada gözləyir, metadonu aparıb orada satmaq lazımdır. Ona görə də hamısı birlikdə Elmlər Akademiyası istiqamətində getmiş, avtomobili özü idarə etmişdir. Avtomobildə ümumi olaraq tanışlıq edib söhbət etmişlər, həmçinin Akif bildirmişdir ki, metadonun 1 ədədi 9 manatdan olmaqla cəmi 900 manata satılacaqdır, həmin pulun 650 manatı Anara veriləcək, 250 manat isə onların öz aralarında bölünəcəkdir. Konkret olaraq 250 manatın 50 manatı onun, 100 manatı Ruslanın, 100 manatı isə Akifin olmalı imiş. Hətta yolda olarkən Ruslan kiməsə zəng edib artıq yolda olduqlarını bildirmişdir. Təxminən saat 15.30 radələrində qeyd olunan ünvana, yəni Elmlər Akademiyasının parkında yerləşən çayxanaya çatmışlar. Qeyd etmişdir ki, avtomobildə olarkən Anar özündə olan metadondan 100 ədədini sayıb avtomobilin özü oturduğu oturacağın üstünə qoymuşdur. Çayxananın qarşısına çatdıqda Ruslan avtomobildən düşmüş və daha sonra o da oturacağın üzərində sellofanda olan 100 ədəd metadonu götürüb özü ilə birlikdə Ruslanla birgə çayxanaya girmişdir. Anar və Akif isə çöldə gözləmişdir. Bundan sonra isə Ruslanın qohumu kimi təqdim etdiyi Şahin adlı şəxs tək çayxanaya daxil olmuş və onlarla görüşərək bir stolda əyləşmişlər. O, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən sellofan bükümü Şahin adla şəxsə göstərib 100 ədəd metadon olduğunu demiş, ona görə də Şahin adlı şəxs sol yan cibindən 100 manatlıq əskinasları çıxarıb ona vermiş, hətta verməmişdən əvvəl özü pulu saymışdır. O, pulu götürüb şalvarının sağ yan cibinə qoymuş, daha sonra sellofanda olan metadonu Şahin adlı şəxsə vermişdir. Bundan bir neçə dəqiqə sonra bir neçə nəfər şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olduğunu demişlər və yanlarında olan hal şahidlərini ona təqdim etmişlər. Daha sonra ona məlum olmuşdur ki, Şahin adlı şəxs polis əməkdaşı imiş, yəni Ruslanın qohumu deyilmiş, həmçinin Ruslan özü də onun barəsində polisə məlumat vermişdir. Şahin adlı şəxs ondan aldığı əlində olan sellofan bükülünü təqdim edib 100 ədəd metadon olduğunu deyib ondan 900 manata aldığını bildirmişdir. Həqiqətən də həmin sellofan bükülüyə baxış keçirilmiş və 100 ədəd metadon aşkar olunmuşdur. Həmin metadon qablaşdırılmış və zərfə qoyulmuşdur. Daha sonra ona təklif olunmuşdur ki, üzərində qanunsuz nə varsa təqdim etsin. O, şalvarının sağ yan cibindən 9 ədəd 100 manatlıq pulu və 01 ədəd 10 manatlıq pulu, 01 ədəd Samsung markalı telefonu və 01 ədəd avtomobil açarını polislərə vermişdir. Polislər bildirmişdir ki, onun təqdim etdiyi həmin 9 ədəd 100 manatlıq pul əskinasları əvvəlcədən Şahin adlı şəxsə verilmiş pullardır. Həmin pulların fotoşəkli çəkilmişdir. 10 manat özünə qaytarılmış, telefon isə götürülmüşdür. Daha sonra o, polislərin suallarına cavab olaraq demişdir ki, özü Ruslandan xahiş etmişdir ki, 100 ədəd metadonu satmaqda müştəri tapmaqda köməklik etsin. Həmin metadonu Cəlilabad rayon sakini olan Şahid1 almış və həmin şəxs də avtomobilində onu gözləyir. Həmçinin qeyd etmişdir ki, metadonun satışından əldə olunacaq 900 manat pulun 650 manatı Anarın, 250 manatı isə onların olmalı imiş. Nəticədə polislər avtomobilə tərəf gedərkən Anar onun tutulduğundan şübhələnmiş və avtomobilin arxa sağ yan qapısından düşərək qaçmaq istədikdə polislər onu saxlamışlar, o, isə əlində metadon olan sellofan bükülünü yerə atmışdır. O, orada bilmişdir ki, Akif artıq qaçmışdır. Lakin polislər Anarı tutmuşlar və həmin bükülünü götürməyini tələb etmişlər. Daha sonra Anar da özünü təqdim etmiş, həmçinin əlində olan bükülünü də polislərə təqdim etmiş, həmin bükülünün içərisindən 80 ədəd metadon aşkar olunmuşdur. Həmin metadonlar polislər tərəfindən qablaşdırılmışdır. Anar da polislərin suallarına cavab olaraq bildirmişdir ki, həqiqətən də Eyyubun satdığı 100 ədəd metadonu ona Anar vermiş, o, həmin metadonu 900 manata satmalı imiş, həmin pulun 650 manatını ona verməli imiş. O, özü isə həmin metadonu tanışı Mahirin ona olan 3.000 manat pul borcunun əvəzində əmisi Şəmi İsgəndərovdan 330 ədəd aldığını bildirmişdir. Hətta qeyd etmişdir ki, metadonun sayının 330 olduğunu bilsə də məlum olmuşdur ki, metadonun cəmi sayı 330 ədəddir. Həmçinin o, qeyd etmişdir ki, metadonun 130 ədədini satmaq üçün tanışı Akifə vermişdir, Akif də birgə çayxanaya gəlsə də onun tutulduğunu görüb oradan uzaqlaşmışdır. Baxış zamanı əlavə olaraq Anarın üzərindən «Xioami» markalı telefon, 5 ədəd 5 manatlıq olmaqla cəmi 25 manat pul aşkar olunmuşdur. Telefon götürülsə də pul özünə qaytarılmışdır. Həmçinin avtomobilə baxış keçirilmiş, lakin qeyri-qanuni heç nə aşkar olunmamışdır. Bundan sonra tədbir iştirakçılarını Baş X3 dəvət etmişlər və orada vəkillər dəvət edilərək təqdim edilmiş, daha sonra baş verənlərlə bağlı protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Şahid1 əvvəllər tanımış, Şahid2 isə ümumiyyətlə tanımamış, Rusiya Federasiyasına getməzdən əvvəl Anarın atası Kamal Niftiyevi tanımış və aralarında normal münasibətlər olmuş, həmçinin onlar qonşu olmuş, evləri arasında təxminən 100 metr məsafə olmuş, 2016-cı ildə Rusiya Federasiyasından Azərbaycana qayıtdıqdan sonra Anarla münasibətləri yaranmış, eləcə də Şahid1 onun qardaşı oğlu X1 tanışı olmuş, Şahid1 həm təklikdə, həm də Mahir ilə birgə çiyələk, alma və digər meyvə alveri ilə məşğul olmuşlar, Rusiya Federasiyasında həbsdə olan zaman soyuqdan ayağında damarlar partlamış və ayaqlarında tromblaşma yaranmış, Azərbaycana qayıtdıqdan sonra bir müddət müalicə olunsa da, sonradan xeyri olmadığını görmüş, artıq ağrıları olduqca artmış, təxminən 2018-ci ilin noyabr ayının ortalarında İran İslam Respublikasının Ərdəbil şəhərinə müalicəyə getmək üçün pulu olmadığından tanışı Anardan 3.000 manat borc pul almış, Anarla aralarında olan danışığa əsasən həmin pulu ona İrandan qayıtdıqdan sonra qaytarmalı imiş, təxminən 3-4 gün Ərdəbil şəhərində qaldıqdan sonra qardaşı oğlu Mahirlə telefonla danışan zaman Mahir ona Şahid1 3.000 manat pul borcunu geri tələb etdiyini bildirmiş, o da məcbur qalıb özü Anarla danışmış, bu söhbətdən sonra Anar öz istifadəsində olan xatırlamadığı nömrədən ona İran İslam Respublikasına məxsus nömrəyə zəng etmiş, Anar pulunu tələb etmiş, o, isə gəldikdə verə biləcəyini demiş, nəticədə Anar onu borcu qaytarmağa məcbur etdiyindən Mahirlə danışmış və sonuncuya özünə məxsus «VAZ 2107» markalı avtomobili Xırdalan şəhərində girov qoyub faizlə pul götürüb Anarın 3.000 manatını qaytarmış, Mahir həmin gün avtomobili kiminsə adına keçirmiş və ondan faizlə 3.000 manat pul alıb Anara vermiş, Anara olan borcu ödənilmiş, Cavad adlı şəxsi ümumiyyətlə tanımır, Anara hər hansısa narkotik vasitə verməmiş, ümumiyyətlə heç bir zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, Cəlilabad rayonunda evində olarkən, Cəlilabad rayon polis şöbəsinin işçiləri gəlib onu şöbəyə dəvət etmiş, şöbəyə gəldikdən sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları onu Bakıya, 26-cı polis bölməsinə aparmış, həmin gecəni o, orada qalmış, həmin günün səhəri isə DİN-in BMCMİnə aparılmış, idarədə ifadə verən zaman ağır vəziyyətdə olmuş, səhhəti ilə bağlı özündə olmamış və sadəcə olaraq təqdim edilən sənədlərə imza etmişdir, Təqsirləndirilən şəxs bir dəfə görmüş, Cəlilabad rayonundan Bakı şəhərinə gələrkən öz avtomobili ilə Anarı və Akifi Xırdalan şəhərinə gətirib orada düşürüb getmiş, bundan sonra Akifi heç vaxt görməmişdir. İş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Şahid1 əvvəllər tanımış, Şahid2 isə tanımamışdır. Şahid1 2016-cı ildə Rusiya Federasiyasından Azərbaycana qayıtdıqdan sonra tanımışdır. Belə ki, o, Rusiya Federasiyasına getməzdən əvvəl Anarın atası Kamal Niftiyevi tanımış və aralarında normal münasibətlər olmuşdur. Həmçinin qonşu olmuşlar, evləri arasında təxminən 100 metr məsafə olmuşdur. Eləcə də Şahid1 onun qardaşı oğlu X1 tanışıdır. Şahid1 həm təklikdə, həm də Mahir ilə birgə çiyələk, alma və digər meyvə alveri ilə məşğul olmuşlar. Qeyd etmişdir ki, o, Rusiya Federasiyasında həbsdə olan zaman soyuqdan ayağında damarlar partlamış və onda tromblaşma getmişdir. Azərbaycana qayıtdıqdan sonra bir müddət müalicə olunsa da sonradan xeyri olmadığını görmüş, həmçinin artıq ağrıları olduqca bərkimiş, Rusiya Federasiyasında olan zaman narkotik vasitə olan heroindən istifadə etmişdir. Sonradan həbs olunduqdan sonra isə narkotik vasitə qəbulunu dayandırmışdır. Daha sonra isə Azərbaycana qayıtdıqdan sonra və ağrıları artdığından, dözə bilmədiyindən yenidən narkotik vasitə heroindən və ya kokosdan istifadə etməyə başlamışdır. Heroindən və kokosdan əzələlərinə iynə vurmaq yolu ilə qəbul etmişdir. Qeyd etmişdir ki, heroini və kokosu Cəlilabad rayonunda bu işlə məşğul olan şəxslərdən almışdır. Konkret olaraq Şahid1lə bağlı bildirmişdir ki, o, qardaşı oğlu Mahirlə tanışdır və Mahirə görə də onu tanımışdır. Təxminən 2018-ci ilin noyabr ayının ortalarında İran İslam Respublikasının Ərdəbil şəhərinə müalicəyə getmək üçün pulu olmadığından Anardan 3.000 manat borc pul almışdır. Anarla aralarında olan danışığa əsasən həmin pulu ona İrandan qayıtdıqdan sonra verməli imiş. 2018-ci ilin noyabr ayının 19-da İranın Ərdəbil şəhərinə getmiş və hər dəfə getdikdə həmin şəhərdə yaşayan tanışı Cavad Cavadenin evində qalmışdır. Ona görə də bu dəfə də Ərdəbil şəhərinə getdikdə onlarda qalmışdır. Ərdəbil şəhərinə getdikdə orada ayaqlarını müalicə etdirmiş, həm iynə vurdurmuş, həm də dərman alıb içmiş və ayağına sürtmək üçün maz alıb istifadə etmişdir. Təxminən 3-4 gün Ərdəbil şəhərində qaldıqdan sonra qardaşı oğlu Mahirlə telefonla danışan zaman Mahir bildirmişdir ki, Şahid1 3.000 manat pul borcunu istəmişdir. Qeyd etmişdir ki, Mahirlə ona məxsus ***-***-**-** saylı nömrəsi ilə İran İslam Respublikasında olarkən tanışı Cavad Cavadenin istifadəsində olan nömrə ilə danışmışdır. Mahirdən xahiş etmişdir ki, Anarla danışsın və onun gəlməyini gözləsin, gələn kimi pulunu verəcəkdir. Lakin Mahir bildirmişdir ki, Şahid1 verdiyi 3.000 manat pulu başqa şəxsdən almış və ona görə də həmin pul sahibləri pullarını istəmişlər. Bu zaman o, artıq məcbur qalıb özü Anarla danışmışdır. Bu söhbətdən sonra Anar öz istifadəsində olan xatırlamadığı nömrədən ona İran İslam Respublikasına məxsus nömrəyə zəng etmişdir. Anar pulunu tələb etmiş, o, isə gəldikdə verə biləcəyini demiş, Anar isə ona İranda olduğundan və orada narkotik vasitə çox olduğundan ona 3.000 manat pulun əvəzində narkotik vasitə heroin göndərməyini xahiş etmişdir. O, isə belə bir şey edə bilməyəcəyini dedikdə Anar nə mümkündürsə etməyini xahiş etmişdir. Nəticədə o, İranda tanışı Cavad Cavadeyə narkotik vasitələrdən nə təşkil edə biləcəyini dedikdə Cavad ona demişdir ki, bir ədədi 3 manatdan olmaqla 330 ədəd dərman formasında metadon təşkil edə bilər. O da Anarla danışmış və ona məlumat vermişdir ki, ona olan 3.000 manat borcunun bir hissəsinin əvəzində bir ədədi 4 manatdan olmaqla ümumilikdə 1320 manatlıq 330 ədəd metadon göndərə bilər. Açığı hər metadona görə əlavə 1 manat isə onun olmalı imiş. Yəni Cavadenin vasitəsi ilə metadonun bir ədədini 3 manatdan əldə edib əlavə üzərinə 1 manat qoymaqla Anara verilməsini təşkil etmişdir. Anar da onunla razılaşmış və danışığa əsasən qalan 1.680 manat pulu isə o, Anara nağd şəkildə verməli imiş. Narkotik vasitə metadonu Azərbaycan tərəfinə Cavadın adamı keçirməli imiş. O, konkret olaraq narkotik vasitənin Azərbaycan tərəfinə necə keçəcəyini bilməsə də təxminən bilmişdir ki, mal qaçaq yolla keçirilmişdir. Bundan sonra Cavad öz adamları vasitəsi ilə Biləsuvar rayonuna həmin mənim ona sifariş etdiyi 330 ədəd metadonu göndərmiş, həmin vaxt İranda olduğu üçün Anar özü şəxsən Biləsuvar rayonuna getmiş və orada Məscidin qarşısında Cavadın adamları ilə görüşərək həmin 330 ədəd metadonu götürmüşdür. Sonradan Anar metadonu sata bilmədiyini deyib ondan yenə də 3.000 manat pulunu tələb etməyə başlamışdır. Nəticədə Anar onu borcu qaytarmaqda məcbur etdiyindən Mahirlə danışmış və ona demişdir ki, özünə məxsus «VAZ 2107» markalı avtomobili Xırdalan şəhərində girov qoyub faizlə pul götürüb Anarın 3.000 manatını qaytarsın. Nəticədə elə həmin gün Mahir avtomobili kiminsə adına keçirmiş və ondan faizlə 3.000 manat pul alıb Anara vermişdir. Nəticə etibarı ilə onun Anara olan borcu artıq ödənilmişdir. O, həmin vaxt hələ də İranda olduğundan Cavad ondan Anarın etibarlı adam olub-olmadığını soruşmuş, o, isə Anarın etibarlı adam olduğunu deyib pulu özünün ondan alıb verəcəyini demişdir. Artıq onun Anara pul borcum olmamışdır. Həmçinin Cavadedən götürülmüş 330 ədəd metadona görə ümumilikdə 990 manat pul verməli imiş. Əlavə olaraq hər metadona görə qalan 1 manat isə onun özünün olmalı imiş. Ona görə də fikirləşmişdir ki, Anar 330 ədəd metadonun pulunu tam şəkildə verdikdən sonra ən öz pulunu oradan götürüb, qalan pulu isə Cavada göndərsin. Faktiki olaraq hazırda Cavada verilməli olan 1320 manat pulu Anar verməlidir. Çünki alınmış metadonun hamısı onda olmuşdur. O, İrandan xx xxxxxx 2018-ci il tarixdə qayıtmış, daha sonra isə avtomolini girovluqdan götürmüşdür. Bundan bir müddət sonra eşitmişdir ki, Anar Bakı şəhərində başqa bir şəxslə birlikdə metadonu satan zaman tutulmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla Şahid1 Bakı şəhərində Yasamal rayonunda olan zaman özü tanış etmişdir. Yəni Akif onun tanışı olmamış, əksinə Anarın tanışı olmuşdur. Belə ki, o, Yasamal rayonunda olan zaman Anarla görüşüb metadonu satıbsatmadığını soruşduqda Anar hələ də satmadığını bildirmişdir ki, həmin vaxt Anar Akiflə birlikdə olmuş və Anar onu Akiflə tanış etmişdir və xahiş etmişdir ki, onları Xırdalan şəhərinə aparsın. O da Akifi yalnız həmin vaxt bircə dəfə görmüşdür. Bundan başqa onun Anar və Akiflə əlaqəsi olmamışdır. Sonradan 2018-ci ilin dekabr ayının ortalarında eşitmişdir ki, Anar tutulmuşdur. Həmçinin verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Şahid1 əlbəəl metadon verməmişdir, sadəcə Anar onun vasitəsi ilə İranlı tanışı Cavad Cavadenin adamlarından Biləsuvar rayonunda 330 ədəd metadonu götürmüşdür. Həmçinin Anarla onun danışığına əsasən metadonun bir ədədi 9 manat yox, 4 manat olmuşdur. Bir daha bildirmişdir ki, narkotik vasitə metadon Anara onun tərəfindən birbaşa verilməmiş, sadəcə vasitəçi olmuşdur. Eləcə də qeyd etmişdir ki, həmin narkotik vasitə məhz Mahirin Anara olan pul borcuna görə yox, onun özünün borcuna görə verilmişdir. Mahirin bu məsələyə aidiyyəti olmamış, həmçinin Mahirin Anara hər hansı pul borcu olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Şahid11 Baş İdarəyə müraciət edərək Şahid2 100 həb metadonu 900 manata satmaq üçün ona müraciət etdiyini, müştəri tapmasını xahiş etdiyini bildirmiş, həmin məlumat raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə olunduqdan sonra Şahid2 olduğu yer müəyyən olunaraq onun ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, qərara əsasən Şahid11 təlimatlandırılmış şəxs kimi, Baş İdarənin əməkdaşı Şahid8 isə şərti alıcı kimi iştirak etmələri nəzərdə tutulmuş, həmin tarixdə həmin qərarın icra edilməsi ilə əlaqədar saat 9 radələrində təlimatlandırılmış şəxs Şahid11 istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonundan Şahid2 məxsus (055) ***-**-** nömrəli mobil telefona zəng etmiş, Eyyub Ruslandan 100 ədəd metadona müştəri tapıb-tapmadığını soruşduqda Ruslan Şahin adlı tanışının 900 manata həmin metadonu alacağını bildirmiş, Eyyub Ruslanı yaşadığı evinə dəvət etmiş, bundan sonra onlar Şahid2 evində görüşməli oldduqlarındandan və əməliyyat şəraiti onları müşahidə etməyə imkan vermədiyindən qərara Eyyubun 100 həb metadonu satmağı təklif etdiyi halda Ruslanın ona zəng edib bu barədə məlumat verməsi barədə qərara gəlmişlər, həmçinin Şahid8 həmin gün ərzində Yasamal rayonu, Hüseyn Cavid prospekti 535/24 E ünvanında yerləşən çayxanada olacağı qərarı verilmiş, görüş yeri kimi həmin yer təyin olunmuş, həmin gün saat 14:40 radələrində Şahid11 ona zəng edərək Şahid2 üzərində 100 həb metadon olmasını, təxminən saat 15:30-da qeyd olunan ünvandakı çayxanaya gələcəklərini bildirmiş, dərhal iki nəfər hal şahidi Baş İdarəyə dəvət edilərək onların və əməliyyat qrupunun digər üzvlərinin iştirakları ilə Şahid8 9 ədəd 100 manatlıq pul əskinasları verilmiş, tədbir iştirakçıları həmin çayxanaya gedərək orada mövqe seçmiş, həmin gün saat 15:35-də Şahid11la Şahid2 çayxanaya daxil olduqda Baş İdarənin əməkdaşı Şahid8 çayxanaya daxil olmuş, onlarla görüşərək bir stolda əyləşmiş, Şahid2 əynindəki qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən sellofan bükümünü Şahid8 göstərən zaman Şahid8 əynindəki şalvarının sol yan cibindən 100 manatlıq əskinazları çıxararaq Şahid2 vermiş, bundan sonra Şahid2 həmin sellofan bükümü Şahid8 təqdim etmişdi, bundan sonra həmin tarixdə saat 15:45də əməliyyat qrupunun üzvləri Şahid2 yaxınlaşıb özlərini təqdim etmiş, hal şahidlərinin iştirakı ilə Şahid8 Şahid2 aldığı bükümü təqdim etmiş, həmin bükümdə Şahid2 bildirməsinə görə 100 ədəd metadon olduğunu və həmin həbləri almaq üçün ona 9 ədəd 100 manatlıq pul əskinası olmaqla 900 manat pul verdiyini bildirmiş, həmin sellofan bükümə baxış keçirilmiş, orada həqiqətən 100 ədəd narkotik vasitə olan metadona oxşar maddə aşkar edilmiş, həmin maddə zərfə qoyulub qablaşdırılmış, Şahid2 üzərində olan hər şeyi təqdim etməsi bildirildikdə sonuncu, şalvarının sağ yan cibindən 9 ədəd 100 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinaslarını, “Samsung” markalı mobil telefonu, 1 ədəd avtomobil açarını çıxarıb təqdim etmiş, həmin pul əskinaslarının nömrələrinə baxıldıqda əvvəlcədən verilmiş pullarla eynilik təşkil etdiyi məlum olmuş, həmin pulların fotoşəkilləri çəkilərək götürülmüş, Şahid2 məxsus 10 manat pul isə onun özünə qaytarılmış, sorğu zamanı Şahid2 həqiqətən 100 ədəd metadonu satmaq üçün müştəri tapmaqda tanışı Şahid11 xahiş etdiyini, bu məqsədlə Şahid11 tanışı Şahin adlı şəxsə 900 manata 100 ədəd metadonu satdığını bildirmiş, həmçinin Şahid2 həmin həbləri Cəlilabad rayonundan olan Anar adlı dostundan aldığını, Eyyubun həmin metadonları 900 manata sataraq 650 manatını Anara verəcəyi barədə razılaşdıqlarını bildirmiş, Şahid2 əlavə olaraq Anarın qeyd olunan çayxananın həyətində onun **-UK-*** dövlət qeydiyyat nişanlı, “Hyunday Sonata” markalı avtomobilində əyləşdiyini bildirmiş, buna görə həmin tarixdə saat 16:00-da həmin avtomobilə yaxınlaşdıqda avtomobilin arxa sağ yan qapısından bir nəfər şəxs düşərək qaçmaq istədikdə tədbir iştirakçıları və ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları olan iki polis əməkdaşının köməkliyi ilə saxlanılmış, saxlanılan zaman əlindəki sellofan bükümü yerə atmış, tədbir iştirakçıları xidməti vəsiqə göstərərək hal şahidlərinin iştirakı ilə həmin şəxsə yerə atdığı sellofanı götürməsini və özünü təqdim etməsini bildirmiş, həmin şəxs sellofanı götürüb özünü Şahid1 kimi təqdim etmiş, təqdim etdiyi sellofan büküm açıldıqda 80 ədəd narkotik vasitə olan metadona oxşar maddə aşkar edilmiş, həmin həblər zərfə qoyulub qablaşdırılmış, Şahid1 həqiqətən Şahid2 aşkar olunan 100 ədəd metadonu 650 manata satmaq məqsədilə ona verdiyini, həmin metadonu ona tanışı - həmyerlisi X5 3.000 manat borcu olduğundan sonuncunun Şəmi adlı əmisi qardaşı oğlu Mahir İsgəndərovun borcu əvəzində verdiyini bildirmişdir; belə ki, onlar Şəmi adlı şəxslə Bayıl qəsəbəsində görüşdüyü zaman Şəmi adlı şəxs qardaşı oğlu Mahir İsgəndərovun 3.000 manat borcunun əvəzində Şahid1 1 həbi 9 manatdan olmaqla 330 həb verərək borcun silinməsi barədə razılığa gəlmişlər, Şahid1 həmin həbləri götürdükdən sonra onun 130 ədədini Akif adlı tanışına vermiş, sonuncunun iştirakı ilə həmin gün Şahid2la tanış olmuş, birlikdə həmin çayxanaya gəlmişlər, Şahid1 avtomaşında oturan zaman Akif ərazidən uzaqlaşmış, tədbir iştirakçıları Şahid1 saxlayarkən sonuncu Akifin artıq həmin ərazidə olmadığını bildirmiş, Şahid1 üzərinə baxış zamanı “Xioami” markalı mobil telefon, 5 ədəd 5 manatlıq pul əskinasları və şəxsiyyət vəsiqəsi aşkar edilmiş, 25 manat pul Şahid1 özünə qaytarılmış, sonra Şahid2 **-UK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Hyunday Sonata” markalı avtomobilinə tədbir iştirakçılarının, saxlanılan şəxslərin və hal şahidlərinin iştirakçıları ilə baxış keçirilmiş, avtomobildən qeyri-qanuni əşya aşkar olunmamış, Şahid2, Şahid1 və hal şahidləri Baş X3 dəvət olunmuşlar, Şahid2 və Şahid1 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri, 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Şahid2 və Şahid1 təqdim edilən siyahıdan istənilən vəkilin onların hüquqlarının müdafiə edilməsinə etiraz etmədiklərini bildirmişlər, bu səbəbdən qərar əsasında Bakı şəhəri, 1 saylı vəkil bürosunun vəkili Ramiz Mirzəyev dəvət edilərək Şahid2, Bakı şəhəri, 1 saylı vəkil bürosunun vəkili Eldar Qədimi dəvət edilərək Şahid1 təqdim edilmişlər, bundan sonra göstərilənlər barədə protokol tərtib olunaraq ucadan oxunmuş və düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş İdarənin əməkdaşları Şahid5, Şahid6, Şahid7 və Şahid8 Şahid4 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı Şahid9 Rəfael oğlu verdiyi ifadəsində bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə iş yoldaşı Şahid10 ilə avtomarşrut xidməti aparan zaman təxminən saat 15-16 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospekti 535/24 E ünvanında yerləşən çayxananın həyətində olan ağ rəngli **-UK-*** dövlət qeydiyyat nişanlı, “Hyunday Sonata” markalı avtomobilin arxa sağ yan qapısından bir nəfər şəxsin düşərək qaçmaq istədiyini görmüş, həmin vaxt avtomobilin bir neçə metrliyində bir neçə nəfər mülki geyimli şəxslər olmuş, həmin şəxslər polis olduqlarını bildirib qaçmaq istəyən həmin şəxsin saxlanılmasında köməklik etmələrini xahiş etdiklərinə görə həmin şəxsin saxlanılmasında onlara köməklik etmişlər, sonradan polis olduqlarını bildirən şəxslərin məhz Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqları məlum olmuş, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat tədbiri keçirmişlər, məhz saxlanılmış şəxsdən əvvəl bir nəfər Eyyub adlı şəxs saxlanılmış, belə ki, həmin şəxs 100 ədəd narkotik tərkibli metadon həblərini 900 manata satmış, daha sonra tutulmuş, saxlanıldıqdan sonra Eyyub adlı şəxs həmin narkotik tərkibli metadon həblərini Şahid1 götürdüyünü bildirmiş, Anar adlı şəxs avtomobildə olduğundan polislər onu saxlamaq istəmiş, bunu görən Şahid1 qaçmaq istəmiş, lakin saxlanılmışdır; Şahid1 saxlanılan zaman əlindəki sellofan bükümü yerə atdığından Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları həmin şəxsə yerə atdığı sellofanı götürməsini və özünü təqdim etməsini xahiş etmiş, Şahid1 sellofanı götürüb özünü təqdim edərək əlindəki bükümü Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına vermiş, həmin vaxt polislərin yanında əlavə bir neçə nəfər də olmuş, Şahid1 polislərə verdiyi sellofan büküm açıldıqda 80 ədəd narkotik vasitə olan metadona oxşar maddə aşkar edilmiş, həmin həblər zərfə qoyularaq qablaşdırılmış, Şahid1 həqiqətən Eyyub adlı şəxsdən aşkar olunan 100 ədəd metadonu 650 manata satmaq məqsədilə ona verdiyini, həmin metadonu ona tanışı X2 3000 manat borcu olduğundan sonuncunun Şəmi adlı əmisinin borcun əvəzində verdiyini bildirmiş, Şahid1 həmin həbləri götürdükdən sonra onun 130 ədədini Akif adlı tanışına vermiş, sonuncunun iştirakı ilə həmin gün Şahid2la tanış olmuş, birlikdə həmin çayxanaya gəlmişlər, Şahid1 avtomobildə oturan zaman Akif ərazidən uzaqlaşmış, Şahid1 üzərinə baxış zamanı “Xioami” markalı mobil telefon, 5 ədəd beş manatlıq pul əskinasları və şəxsiyyət vəsiqəsi aşkar edilmiş, 25 manat pul Şahid1 özünə qaytarılmış, Şahid2 avtomobilinə baxış keçirilmiş, qeyri-qanuni predmet aşkar edilməmiş, sonra bütün iştirakçılar Baş X3 dəvət olunmuşlar, Şahid2 və Şahid1 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, Şahid2 və Şahid1 təqdim edilən siyahıdan istənilən vəkilin onların hüquqlarının müdafiə edilməsinə etiraz etmədiklərini bildirmiş, Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Ramiz Mirzəyev dəvət edilərək Şahid2, Eldar Qədimi dəvət edilərək Şahid1 təqdim edilmiş, bundan sonra baş verənlər barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı Şahid10 Şahid9 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid12 verdiyi ifadəsində bildirmişdir ki, Şahid2 və Şahid1 saxlanıldıqdan sonra onların üstünə, eləcə də Şahid2 məxsus avtomobilə baxış keçirilən zaman hal şahidi kimi iştirak etmişdir; xx xxxxxx 2018-ci il tarixdə polis əməkdaşları ona və hal şahidi kimi dəvət edilmiş digər vətəndaşa Şahid11 adında bir nəfər şəxsin həmin tarixdə tanışı Şahid2 100 həb metadonu 900 manata satmaq üçün müştəri tapması barədə ondan xahiş etməsi ilə bağlı məlumat verdiyindən Şahid2 saxlanılması ilə bağlı əməliyyat tədbiri keçiriləcəyini, keçiriləcək həmin əməliyyat tədbirində Şahid11 təlimatlandırılmış şəxs kimi, polis əməkdaşı olan Şahid8 şərti alıcı qismində iştirak edəcəyini bildirmiş, həmin gün təxminən saat 14-15 radələrində onun və digər hal şahidinin iştirakı ilə Şahid8 9 ədəd yüz manatlıq pul əskinasları verilmiş, daha sonra polislərlə birgə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən çayxanaya getmişlər, həmin gün saat 15:30 radələrində Şahid11la Şahid2 çayxanaya daxil olmuş, Şahid8 çayxanaya daxil olaraq onlarla görüşmüş, bir stolda əyləşmişlər, daha sonra Şahid2 əynindəki qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən sellofan bükülünü Şahid8 göstərmiş, Şahid8 100 manatlıq əskinasları çıxararaq Şahid2 vermiş, Şahid2 həmin sellofan bükümü Şahid8 təqdim etmiş, həmin tarixdə saat 15.45-də polis əməkdaşları Şahid2 yaxınlaşmış, vəsiqələrini göstərərək özlərini və hal şahidlərini təqdim etmiş, daha sonra Şahid8 Şahid2 aldığı bükümü digər polis əməkdaşlarına təqdim etmiş, həmin bükümdə Şahid2 bildirməsinə görə 100 ədəd metadon olmuş, həmin həbləri almaq üçün ona 9 ədəd 100 manatlıq pul əskinası olmaqla 900 manat pul vermiş, həmin sellofan bükümə baxılmış, orada həqiqətən 100 ədəd həb narkotik vasitə metadona oxşar maddə aşkar edilmiş, həmin maddə zərfə qoyularaq qablaşdırılmış, polis əməkdaşları Şahid2 üstündə nəsə olduğu halda təqdim etməsini təklif etmiş, Şahid2 şalvarının sağ yan cibindən 9 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinaslarını, “Samsung” markalı mobil telefonu, 1 ədəd avtomobil açarını çıxararaq polis əməkdaşlarına vermiş, həmin pul əskinaslarının nömrələrinə baxıldıqda əvvəlcədən Şahid8 verilmiş pullarla eynilik təşkil etdiyi məlum olmuş, həmin pulların polislər tərəfindən fotoşəkilləri çəkilərək götürülmüş, Şahid2 məxsus 10 manat pul polislər tərəfindən Şahid2 qaytarılmış, Polis əməkdaşlarının suallarına cavab kimi Şahid2 həqiqətən 100 ədəd metadonu satmaq üçün müştəri tapmaqda tanışı Ruslandan xahiş etdiyini, bu məqsədlə Ruslanın tanışı Şahin adlı şəxsə 900 manata 100 ədəd metadonu satdığını bildirmiş, həmçinin Şahid2 həmin həbləri Anar adlı dostundan aldığını, Eyyubun həmin metadonları 900 manata sataraq 650 manatını Anara verəcəyi haqqında razılaşdıqlarını bildirmiş, Şahid2 əlavə olaraq Anarın qeyd olunan çayxananın həyətində onun ağ rəngli **-UK-*** dövlət qeydiyyat nişanlı, “Hyunday Sonata” markalı avtomobilində əyləşdiyini bildirmiş, həmin tarixdə saat 16.00-da həmin avtomobilə yaxınlaşdıqda avtomobilin arxa sağ yan qapısından bir nəfər şəxs düşərək qaçmaq istəmiş, həmin şəxs polis əməkdaşları və həmin vaxt ərazidə xidmət aparan iki polis əməkdaşının köməkliyi ilə saxlanılmış həmin şəxs saxlanılan zaman əlindəki sellofan bükümü yerə atdığından polis əməkdaşları vəsiqələrini göstərərək həmin şəxsə yerə atdığı sellofanı götürməsini və özünü təqdim etməsini xahiş etmişlər, saxlanılan şəxs özünü Şahid1 kimi təqdim etmiş və o, yerə atdığı sellofan büküm polislər tərəfindən açıldıqda 80 ədəd narkotik vasitə olan metadona oxşar maddə aşkar edilmiş, həmin həblər zərfə qoyularaq qablaşdırılmış, Şahid1 həqiqətən Şahid2 aşkar olunan 100 ədəd metadonu 650 manata satmaq məqsədilə ona verdiyini, həmin metadonu ona tanışı X5 3000 manat borcu olduğundan sonuncunun Şəmi adlı əmisinin həmin borcun əvəzində verdiyini, Şahid1 həmin həbləri götürdükdən sonra onun 130 ədədini Akif adlı tanışına verdiyini, sonuncunun iştirakı ilə həmin gün Şahid2la tanış olduğunu, birlikdə həmin çayxanaya gəldiklərini, Şahid1 avtomobildə oturan zaman Akif ərazidən uzaqlaşdığını, polislər Şahid1 saxlayarkən Akifin artıq həmin ərazidə olmadığını bildirmiş, Şahid1 üzərinə baxış zamanı “Xioami” markalı mobil telefon, 5 ədəd beş manatlıq pul əskinasları, şəxsiyyət vəsiqəsi aşkar edilmiş,, 25 manat pul polislər tərəfindən Şahid1 özünə qaytarılmış, Şahid2 avtomobilinə baxış keçirilmiş, lakin qeyri-qanuni predmet aşkar edilməmiş, daha sonra bütün iştirakçılar Baş İdarəyə dəvət olunmuş, Şahid2 və Şahid1 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara vəkillər dəvət edilərək təqdim edilmiş, bundan sonra baş verənlər barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş, Şahid13 Şahid12 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Şahid11 verdiyi ifadəsində bildirmişdir ki, Şahid2 Yasamal rayonunda yaşayan şəxs kimi tanımış, aralarında normal münasibətlər olmuş, bir neçə dəfə oturub çay içmişlər; xx xxxxxx 2018-ci il tarixdə Eyyubla görüşən zaman Eyyub ona tanışının olduğunu, həmin şəxsdə 100 ədəd metadon olduğunu, əgər lazım olarsa, bir ədədini 9 manatdan olmaqla təşkil edə biləcəyini, satıb pul qazanmağın mümkün olduğunu bildirmiş, Eyyub konkret olaraq narkotik vasitənin kimdə olması barədə heç nə deməmiş, həmçinin müştəri tapa bildiyi halda ona da hörmət edəcəyini bildirmiş, müştəri olacağı halda zəng edib məlumat verməyini demiş, o, əvvəllər Eyyubun narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmiş, lakin faktiki olaraq bunu öz gözü ilə görməmiş, bu dəfə eyyub onun özünə müştəri tapmaqla bağlı müraciət etdiyindən o, Eyyubun qanunsuz əməlləri barədə Baş X3 məlumat vermək qərarına gəlmiş, xx xxxxxx 2018-ci il tarixdə səhər saatlarında Baş X3 gələrək Eyyubun 1 ədədi 9 manatdan olmaqla 100 ədəd metadon satmaq istəməsi, ondan müştəri tapmağı xahiş etməsi barədə məlumat vermiş, lazım olduğu halda onun qanunsuz əməllərinin ifşa olunması ilə bağlı keçiriləcək tədbirdə özünün də iştirak edə biləcəyini demiş, bundan sonra belə Eyyubun tutulması ilə bağlı əməliyyat tədbiri keçirilməsi, onun təlimatlandırılmış şəxs kimi, həmin idarənin əməkdaşı Şahin adlı şəxs isə şərti alıcı kimi iştirak etməsi barədə qərar verilmiş, tədbirə əsasən Şahin adlı şəxs onun tanışı olmalı imiş, o razılaşmış, polislərin təklifi ilə istifadəsində olan (055) ***-**-** saylı nömrə ilə Eyyubun istifadəsində olan (055) ***-**-** saylı nömrəyə zəng edərək hal-əhval tutmuş, Eyyub müştəri ilə bağlı maraqlandıqda o, müştəri tapdığını demiş, Eyyub ona narkotik vasitənin özündə yox, tanışında olduğunu demiş, onun evinə gəlməsini, birgə məsləhətləşməklərini xahiş etmiş, o, Eyyubun yaşadığı evə getməli olduğu üçün polislər Eyyubla görüşməsini narkotik vasitənin satılması reallaşdıqda, həmin vaxt onun polis əməkdaşı olan Şahid4 zəng edib məlumat verməsini bildirmişlər, bundan ötrü Şahid4 öz nömrəsini ona vermiş, həmçinin ona Şahin adlı polis əməkdaşının gün ərzində Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən çayxanada olacağı narkotik vasitənin alqı-satqısının orada olacağı deyilmiş, o, Eyyubun yaşadığı evə gəlmiş, birlikdə olan zaman Eyyub narkotik vasitə metadonun tanışı Akif adlı şəxsdə olduğunu bildirmiş, Akif adlı şəxsə zəng etmiş, Akif metadonun onda olmadığını, Anar adında şəxsdə olduğunu bildirmiş, Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının yanına getmələrini, orada görüşməyi, Anar adlı şəxsə zəng etməsini, Anar adlı şəxsin razılıq verdiyi təqdirdə görüşüb ondan metadonu götürməyi təklif etmiş, onlar Akifin sözü ilə razılaşmış, bir qədər sonra Eyyubla birgə sonuncuya məxsus «Hyunday Sonata» markalı **-UK-*** nömrəli avtomobillə Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının yanına gəlmiş, orada Akiflə görüşmüşlər, o, Akifi ilk dəfə görmüş, Eyyub onları tanış etmiş, həmçinin Eyyub metadonu alan şəxsin onun qohumu olduğunu demiş, Akif Anar adlı şəxsə zəng etmiş, söhbət zamanı Anar adlı şəxsin həmin vaxt Xırdalan şəhərində yerləşən «Heydər Əliyev» adına parkda olduğu məlum olmuş, sonuncu görüşmək üçün onları həmin yerə dəvət etmiş, nəticədə onlar Eyyubun avtomobilində Xırdalan şəhərinə Heydər Əliyev adına parka getmişlər, parka çatdıqda Akif Anar adlı şəxsə zəng edib avtomobildən düşmüş, Akiflə Anar bir qədər söhbət etdikdən sonra avtomobilə tərəf gəlmiş, Anar adlı şəxs qabaqda, Akif arxada onun yanında əyləşmiş, söhbət zamanı Akif onları Anarla tanış etmiş, həmçinin Eyyubla tanışı olduqlarını, metadonu onun qohumunun alacağını, həmin şəxsin onları Elmlər Akademiyasının parkında yerləşən çayxanada gözlədiyini, narkotik vasitə metadonu aparıb orada satmaq lazım olduğunu bildirmiş, hamısı birlikdə Elmlər Akademiyası istiqamətində getməyə başlamışlar, avtomobili Eyyub idarə etmiş, avtomobildə ümumi olaraq tanışlıq edib söhbət etmişlər, həmçinin Akif metadonun 1 ədədinin 9 manatdan olmaqla cəmi 900 manata satılacağını, həmin pulun 650 manatının Anara veriləcəyini, 250 manatın onların arasında bölünəcəyini bildirmiş, konkret olaraq 250 manatın 50 manatı Eyyubun, 100 manatı onun, 100 manatı isə Akifin olmalı imiş, əslində o, özü bu barədə yalandan razılığa gəlmiş, məqsədi onların cinayət əməllərinin ifşa olunması olmuş, o, yolda olarkən Şahid4 zəng etmiş, artıq yolda olduqlarını bildirmiş, təxminən saat 15:30 radələrində qeyd olunan ünvana, yəni Elmlər Akademiyasının parkında yerləşən çayxanaya çatmışlar, çayxanaya çatdıqda o və Eyyub birlikdə çayxanaya daxil olmuş, avtomobildə olarkən Anar özündə olan metadondan 100 ədədini sayıb Eyyuba vermiş, Anar və Akif onları çöldə gözləmiş, bundan sonra onun tanışı kimi təqdim etdiyi Şahin adlı polis əməkdaşı tək çayxanaya daxil olmuş, onlarla görüşmüş, bir stolda əyləşmişlər, Eyyub əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən sellofan bükümü Şahin adla polis əməkdaşına göstərib 100 ədəd metadon olduğunu demiş, Şahin adlı şəxs sol yan cibindən 100 manatlıq əskinasları çıxarıb Eyyuba vermiş, hətta verməmişdən əvvəl özü də pulu saymış, Eyyub pulu götürüb şalvarının sağ yan cibinə qoymuş, daha sonra sellofanda olan metadonu Şahin adlı polis əməkdaşına vermiş, bundan bir neçə dəqiqə sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları içəriyə daxil olub saxlamışlar, polislər Şahid2 yaxınlaşıb vəsiqələrini göstərərək özlərini və hal şahidlərini təqdim etmişlər, daha sonra onun Eyyubun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat verməyini deyib qəbul edilmiş qərarı göstərmiş, daha sonra Şahin adlı polis əməkdaşı Şahid2 aldığı bükümü digər polis əməkdaşlarına təqdim edərək həmin bükümdə Şahid2 bildirməsinə görə 100 ədəd metadon olduğunu, həmin həbləri almaq üçün ona 9 ədəd 100 manatlıq pul əskinası olmaqla 900 manat pul verdiyini bildirmiş, həmin sellofan bükümə baxılmış, orada həqiqətən 100 həb narkotik vasitə metadona oxşar maddə aşkar edilmiş, həmin maddə zərfə qoyularaq qablaşdırılmış, polis əməkdaşları Şahid2 üstündə nəsə olduğu halda təqdim etməsini təklif etmiş, Eyyub şalvarının sağ yan cibindən 9 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinaslarını, “Samsung” markalı mobil telefonu və 1 ədəd avtomobil açarını çıxararaq polis əməkdaşlarına vermiş, həmin pul əskinaslarının nömrələrinə baxıldıqda əvvəlcədən Şahin adlı polis əməkdaşına verilmiş pullarla eynilik təşkil etdiyi məlum olmuş, həmin pulların polislər tərəfindən fotoşəkilləri çəkilərək götürülmüş, Şahid2 məxsus 10 manat pul polislər tərəfindən onun özünə qaytarılmış, polis əməkdaşlarının suallarına cavab kimi Şahid2 həqiqətən 100 ədəd metadonu satmaq üçün müştəri tapmaqda ondan xahiş etdiyini, bu məqsədlə onun tanışı Şahin adlı şəxsə 900 manata 100 ədəd metadonu satdığını bildirmiş, həmçinin Şahid2 həmin həbləri Anar adlı dostundan aldığını Eyyubun həmin metadonları 900 manata sataraq 650 manatını Anara verəcəyi barədə razılaşdıqlarını bildirmiş, Şahid2 əlavə olaraq Anarın qeyd olunan çayxananın həyətində onun ağ rəngli **-UK-*** dövlət qeydiyyat nişanlı, “Hyunday Sonata” markalı avtomobilində əyləşdiyini qeyd etmiş, həmin tarixdə saat 16.00-da həmin avtomobilə yaxınlaşdıqda avtomobilin arxa sağ yan qapısından bir nəfər şəxs düşərək qaçmaq istədikdə polis əməkdaşları və həmin vaxt ərazidə xidmət aparan iki polis əməkdaşının köməkliyi ilə saxlanılmış, saxlanılan zaman əlindəki sellofan bükümü yerə atdığından polis əməkdaşları vəsiqələrini göstərərək həmin şəxsə yerə atdığı sellofanı götürməsini və özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs özünü Şahid1 kimi təqdim etmiş, yerə atdığı sellofan büküm polislər tərəfindən açıldıqda 80 ədəd narkotik vasitə olan metadona oxşar maddə aşkar edilmiş, həmin həblər zərfə qoyularaq qablaşdırılmış, Şahid1 həqiqətən Şahid2 aşkar olunan 100 ədəd metadonu 650 manata satmaq məqsədilə ona verdiyini, həmin metadonu ona tanışı X5 3000 manat borcu olduğundan sonuncunun Şəmi adlı əmisinin həmin borcun əvəzində verdiyini bildirmiş, Şahid1 həmin həbləri götürdükdən sonra onun 130 ədədini Akif adlı tanışına vermiş, sonuncunun iştirakı ilə həmin gün Şahid2la tanış olmuş, birlikdə həmin çayxanaya gəlmişlər, onlar içəridə olan zaman isə Akif oradan uzaqlaşmış, Şahid1 üzərinə baxış zamanı “Xioami” markalı mobil telefon, 5 ədəd beş manatlıq pul əskinasları, şəxsiyyət vəsiqəsi aşkar edilmiş, 25 manat pul polislər tərəfindən Şahid1 özünə qaytarılmış, Şahid2 avtomobilinə baxış keçirilmiş, qeyri-qanuni predmet aşkar edilməmişdir; daha sonra hamısı Baş İdarəyə dəvət olunmuşlar, Şahid2 və Şahid1 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara vəkillər dəvət edilərək təqdim edilmiş, bundan sonra baş verənlər barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq olunmuşdur. İşdə olam məhkəçə-kimyəvi ekspertiza üzrə xx xxxxxx 2018-ci il tarixli 32919 №-li ekspert rəyindən görünür ki, üzərində “Şahid2 satdığı 100 ədəd narkotik vasitə metadona oxşar...” yazısı olan kağız paketdəki zavod üsulu ilə hazırlanmış 100 ədəd üzərində “F\M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatına aiddirlər. 100 həbdən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 4 qram təşkil etmişdir (bir həbdə 0,04 qram metadon olmaqla); üzərində “Şahid1 aşkar edilmiş 80 ədəd narkotik vasitə metadona oxşar” yazısı olan kağız paketdəki, zavod üsulu ilə hazırlanmış 80 ədəd, üzərində “F\M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatlarına aiddirlər; 80 həbdən ibarət təsiredici maddəsi metadounun ümumi miqdarı 3,2 qram təşkil etmişdir; metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir; aşkar olunmuş metadon dərman preparatları tərkiblərinə görə eynidir (1-ci cild iş vərəqi 60-64). Cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 və Şahid2 istifadələrində olmuş mobil telefon nömrələrinə dair telefon danışıq məlumatları əldə olunmuş və həmin məlumatlara baxış keçirilmişdir; baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan (070) ***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında mütəmadi olaraq telefon danışıqları və SMS yazışmaları olmuşdur; həmçinin Şahid1 istifadəsində olan qeyd olunan mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrə ilə, Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı nömrə ilə telefon danışıqları olmuşdur; həmçinin Şahid2 və Şahid1 qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə əməliyyataxtarış tədbirinin keçirildiyi gün, yəni xx xxxxxx 2018-ci il tarixdə aşağıdakı formada telefon danışıqları olmuşdur: Zəng edən Zəngi qəbul edən Tarix Vaxt Müddət **********94 **********19 xx.xx.2018 12:59:01 29 **********94 **********19 xx.xx.2018 14:05:46 18 **********10 **********94 xx.xx.2018 14:13:09 7 **********94 **********19 xx.xx.2018 14:13:38 60 **********10 **********94 xx.xx.2018 14:19:26 37 **********94 **********19 xx.xx.2018 14:39:37 14 Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Şahid2 istifadəsində olan (055) ***-**-** saylı mobil telefon nömrəsi onun öz adına qeydiyyatdan keçmişdir. Həmin mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında mütəmadi olaraq telefon danışıqları və SMS yazışmaları olmuşdur; həmçinin Şahid2 istifadəsində olan qeyd olunan mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olmuş (070) ***-**-** saylı mobil telefon nömrəsi ilə, Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı nömrə ilə və Şahid11 istifadəsində olan (055) ***-**-** saylı nömrə ilə telefon danışıqları olmuşdur; həmçinin Şahid2 və Şahid1 qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirildiyi gün, yəni xx xxxxxx 2018-ci il tarixdə aşağıdakı formada telefon danışıqları olmuşdur: Zəng edən Zəngi qəbul edən Tarix Vaxt Müddət 552070510 ********* xx.xx.2018 08:51:12 99 552070510 ********* xx.xx.2018 11:16:42 43 552070510 ********* xx.xx.2018 12:55:32 36 552070510 ********* xx.xx.2018 13:02:51 48 552070510 ********* xx.xx.2018 13:47:26 29 552070510 ********* xx.xx.2018 13:57:25 8 552070510 ********* xx.xx.2018 14:04:23 26 552070510 ********* xx.xx.2018 14:08:54 5 552070510 ********* xx.xx.2018 14:39:28 9 552070510 ********* xx.xx.2018 14:40:17 3 552070510 ********* xx.xx.2018 14:40:26 3 552070510 ********* xx.xx.2018 14:40:55 6 552070510 ********* xx.xx.2018 14:41:20 3 552070510 ********* xx.xx.2018 14:41:28 3 ********* ********* xx.xx.2018 14:41:47 3 552070510 ********* xx.xx.2018 14:41:56 3 552070510 ********* xx.xx.2018 14:42:37 2 552070510 ********* xx.xx.2018 14:42:47 3 552070510 ********* xx.xx.2018 14:13:09 7 552070510 ********* xx.xx.2018 14:19:26 37 (1-ci cild iş vərəqi 207-210, 211-215). Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsinə dair danışıqlar və sms yazışmaları əldə olunmuşdur. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsi İmanova X19 adına qeydiyyata alınmışdır. xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid1 istifadəsində olmuş (070) ***-**-** və Şahid2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrələri arasında mütəmadi olaraq danışıqlar olmuşdur. Həmçinin məlum olmuşdur ki, xx xxxxxx 2018-ci il tarixdə saat 14:42-də Şahid2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı nömrə arasında telefon danışığı olmuş və həmin vaxt Təqsirləndirilən şəxs ünvan 3 ünvanında olmuşdur. Həmçinin saat 14:13-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 196 ünvanında, saat 14:59-da Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında, 15:53-də isə ünvan 6 saylı ünvanda olmuşdur (3-cü cild iş vərəqi 120-124). x xxxxxx 2019-cu il tarixdə qeyd olunan telefon danışıqları ilə bağlı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, (055) ***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuş və nənəsi İmanova X19 adına qeydiyyatdan keçmişdir. Təxminən 2019-cu ilin yanvar-fevral aylarına kimi həmin mobil telefon nömrəsindən istifadə etmişdir (3-cü cild iş vərəqi 125-128). İşdə olan ambulator məhkəmə-narkolojiyoxlama üzrə x xxxxxxx 2019-cu il tarixli 2399 nömrəli ekspert rəyindən görünür ki, əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibinidə saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; məcburi müalicəyə əks göstərişi yoxdur;ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (3-cü cild iş vərəqi 77-78). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən alınmış xx xxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, x xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (3-cü cild, iş vərəqi 69). İşdə olan xx xxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxsun tutulması üçün axtarış elan edilmişdir (2-ci cild iş vərəqi 27-26). İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə tutulmuşdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxsu barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə zamanı verdikləri ifadələri təqsirləndirilən şəxs Anar Nifiyevi müdafiə etmək məqsədi daşıyır, işin faktiki hallarına uyğun gəlmir, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı onun, şahidlər Şahid1, Şahid2 və Şahid3 verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X18 11-ci bəndinin 2-ci abzasına əsasən qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X18 11-ci bəndinin 3-cü abzasına əsasən CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, metadon narkotik vasitəsinin külli miqdarının aşağı həddi 1,6 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı, daşıdığı və satdığı narkotik vasitə metadonun çəkisi 7,2 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən alınmış xx xxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx xxxxxx 2016-cı il tarixdə çəkib qurtardıqdan 2 il 11 ay 5 gün sonra törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfı deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X4 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə x xxxxxxx 2019-cu il tarixli 2399 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutlar - məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd zərfdə qalıq sayı 176 ədəd olan narkotik vasitə metadon tərkibli dərman preparatlarının Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-1011/2019 №-li hökmü ilə məhv edilməsi barədə qərar qəbul edilməsi nəzərə alınmalı, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid4 təhvil verilmiş 900 manat pul vəsaiti pulu təqdim etmiş şəxsə (hüquqi və ya fiziki) qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 97 manat 95 qəpik məbləğində pul vəsaiti Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-1011/2019 №-li hökmü ilə həmin iş üzrə təqsirləndirilən şəxslər Şahid1, Şahid3 və Şahid2 tutularaq dövlət büdcəsinə keçirilməsi barədə qərar qəbul edilməsi nəzərə alınmalıdır. İş üzrə başqa maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay muddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd zərfdə qalıq sayı 176 ədəd olan narkotik vasitə metadon tərkibli dərman preparatlarının Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-1011/2019 №-li hökmü ilə məhv edilməsi barədə qərar qəbul edilməsi nəzərə alınsın, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid4 təhvil verilmiş 900 manat pul vəsaiti pulu təqdim etmiş şəxsə qaytarılsın. İş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 97 manat 95 qəpik məbləğində pul vəsaiti Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-1011/2019 №-li hökmü ilə həmin iş üzrə təqsirləndirilən şəxslər Şahid1, Şahid3 və Şahid2 tutularaq dövlət büdcəsinə keçirilməsi barədə qərar qəbul edilməsi nəzərə alınsın. İş üzrə başqa maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar