Məhkəmə qərarları › İş №1(101)-318/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-318/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-318/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 oğu, Zərərçəkmiş şəxs2 oğu və onun nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan şəhəri, X30 küçəsi, ev 19-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi, ev 33, mənzil 42-də yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qeyrisi üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 07 aprel 2010-cu il tarixdə Bakı şəhərində baş mühasib işlədiyi «xxxx» mənzil tikinti kooperativinin Bakı şəhəri Nəsimi rayonu 1059-cu məhəllə, İ.Məmmədov küçəsində (Ə.Məmmədov küçəsi 5) inşa etdiyi hündürmərtəbəli yaşayış binasından Zərərçəkmiş şəxs1 3 otaqlı mənzil almaq istədiyini öyrənib bildikdən sonra, faktiki həmtəsisçisi X19 ilə qabaqcadan əlbir olaraq mənzil tikinti kooperativində mənzil satışı ilə əlaqədar heç bir səlahiyyəti olmadığı halda qulluq mövqeyindən istifadə edərək binanın 14cü mərtəbəsindən kvadrat metri 500 manata 3 otaqlı mənzil sata biləcəyini bildirib, tamah niyyəti ilə Hümbət Məmmədovla birlikdə Bakı şəhəri Nərimanov rayonu Məmməd Araz küçəsi ev 71A (əvvəlki Teymur Əliyev küçəsi 1104-cü məhəllə ev 67/71) ünvanında vəzifə saxtakarlığı edərək həmin binanın tikintisinə heç bir aidiyyəti olmayan, direktoru olduğu “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə Zərərçəkmiş şəxs1 arvadı Şahid1 arasında məzmununa guya həmin Cəmiyyətin qeyd olunan ünvanda inşa etdiyi yaşayış kompleksinin 6-cı blokunun 14-cü mərtəbəsində 132,8 kvadrat metr sahəyə malik 3 otaqlı mənzilin 66.400 manata satılması, pul vəsaitinin xəzinəyə mədaxil olunması haqqında bilə-bilə yalan məlumatlar daxil etdikləri rəsmi sənəd hesab olunan 07 aprel 2010-cu il tarixli 330 saylı müqavilə, həmin tarixli kassa mədaxil orderini tərtib edərək imza və möhürlə təsdiqləyib bir nüsxəsini Zərərçəkmiş şəxs1 verməklə sonuncunu inandırıb aldadaraq, onun 66.400 (altmış altı min dörd yüz) manat məbləğində külli miqdarda pul vəsaitini həmin ünvanda eyni tarixdə ələ keçirib Hümbət Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 07 iyul 2003-cü il tarixdə qeydiyyatdan keçməklə 21.09.2007-ci il tarixdə yenidən təşkil olunaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti) qeydiyyata alınmış hüquqi və faktiki ünvanı ünvan 1, ev 71A (əvvəlki Teymur Əliyev küçəsi 1104-cü məhəllə ev 67/71) olan “xxxx” Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) sədri X6 06 may 2004-cü il tarixli 03 nömrəli əmri ilə Kooperativin baş mühasibi vəzifəsinə təyin edilməklə Kooperativin direktoru Şahid4 01 fevral 2011-ci il tarixli 06/K nömrəli əmri ilə işdən azad olunanadək həmin vəzifədə işləyərkən baş mühasib kimi Kooperativin Nizamnaməsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X9”na əsasən, müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etmək, mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi “xxxx” Mənzil-Tikinti Kooperativinin 27 sentyabr 2007-ci il tarixli ümumi yığıncağının 24 nömrəli əmri ilə Kooperativin sədri vəzifəsinə təyin olunmuş Şahid4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Bakı şəhəri, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanında yerləşən baş mühasibi olduğu “xxxx” MTK tərəfindən inşa edilən 03 girişli 18 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 03 otaqlı, 153 kvadrat metr sahəsi olan 31 nömrəli mənzili 17.09.2007-ci il tarixdə MTK-nın Bakı şəhəri, Nərimanov rayonu Məmməd Araz küçəsi ev 71A (əvvəlki Teymur Əliyev küçəsi 1104-cü məhəllə ev 67/71) ünvanında yerləşən xidməti ofisində Kooperativin direktoru Şahid4 tərəfindən imzalanmaqla həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs3 adına sənədləşdirilməklə sonuncuya 130.968 (yüz otuz min doqquz yüz altmış səkkiz) manata satmalarına baxmayaraq, özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid4lə birlikdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2010-cu ilin sentyabr ayında əvvəllər tanımadığı, təsadüfən müraciət etmiş Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 03 girişli 18 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 03 otaqlı, 153 kvadrat metr sahəsi olan 31 nömrəli mənzilin boş olduğunu, ona münasib qiymətə sata biləcəyini yalandan vəd verib almasını təklif etməklə sonuncunun razılığını alaraq Zərərçəkmiş şəxs2 aldadıb, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək MTKnın ünvan 1 ev 71A (əvvəlki Teymur Əliyev küçəsi 1104-cü məhəllə ev 67/71) ünvanında yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək qrupun digər üzvü Kooperativin direktoru Şahid4 imzası və üzərində Kooperativin “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyət «xxxx»” məzmunlu dairəvi möhürü ilə təsdiq etdiyi, Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmiş 04.09.2010-cu il tarixli rəsmi sənəd hesab edilən nömrəsiz saxta müqavilə və eyni tarixli maliyyə arayışı əsasında mənzilin guya Zərərçəkmiş şəxs2 satılması adı ilə ondan yuxarıda qeyd edilən ofisdə 04.09.2010-cı il tarixdə birdəfəyə ümumilikdə 110.000 (yüz on min) ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 86.559 (səksən altı min beş yüz əlli doqquz) manat) məbləğində pul vəsaitini Şahid4lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində alıb, müəssisənin kassasına mədaxil etməyib şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını külli miqdarda, yəni 110.000 (yüz on min) ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 86.559 (səksən altı min beş yüz əlli doqquz) manat) məbləğində ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrar vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və Şahid4 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Zərərçəkmiş şəxs3 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdən “xxxx” konsernində maliyyə idarəsinin rəisi, baş mühasib vəzifəsində işləmişdir. Bundan başqa “xxxx” MTK-da baş mühasib vəzifəsində işləmiş, həmçinin“xxxx” konserninin binasında ikinci mərtəbədə özünə məxsus “xxxx” MMC-nin ofisi yerləşmişdir. “xxxx” konsernindən 2011-ci ildə işdən çıxmışdır. Bundan sonra təsisçisi olduğu “xxxx” MMC-də biznes fəaliyyəti ilə məşğul olmağa başlamışdır. “xxxx” MTK-da işlədiyi müddət ərzində atası vasitəsi ilə tanıdığı Ramin adlı şəxs 2010-cu ilin aprel ayında tanışı Zərərçəkmiş şəxs1 yeni tikilmiş binadan mənzil almaq istədiyini bildirmişdir. O da, “xxxx” MTK-nın təsisçilərindən biri və direktoru olan mərhum Əflatun Piriyevdən münasib qiymətə ev olub-olmadığını soruşmuş, sonuncu qaynı Məhəmmədin dostu Rauf Əliyevin mənzil satdığını bildirmişdir. Məhəmmədlə danışıb mənzili dostu Raufun satıb-satmadığını bir daha dəqiqləşdirdikdən sonra Raminə zəng edərək satılacaq evin olduğunu bildirmiş və onları ev almaq istəyən Zərərçəkmiş şəxs1lə birlikdə ofisinə dəvət etmişdir. Səhəri gün Ramin, Zərərçəkmiş şəxs1, sonuncunun həyat yoldaşı Şahid1 onun işlədiyi ofisə gəlmişlər. Onlara yeni tikilməkdə olan mənzillərin ümumi ölçüsü barədə ətraflı məlumat vermiş, hətta onları aparıb binanın tikintisi ilə də tanış etdikdən sonra sonuncuların həmin binadan mənzil almaq barədə gəldikləri qərar əsasında ofisə qayıtmışlar. Həmin gün mərhum Əflatun Piriyev işdə olmadığından, müştərinin isə sonradan mənzil almaq fikrindən yayınmaması, yəni müştərini itirməmək üçün Əflatun Piriyevin xahişi ilə özünə məxsus olan “xxxx” MMC-nin adından, əslində “xxxx” MTK-nın inşa etdiyi Bakı şəhəri Nəsimi rayonu 1059-cu məhəllə İ.Məmmədov küçəsində inşa olunan yaşayış kompleksinin 6-cı blokunun 14-cü mərtəbəsində 132,8 kvadrat metr sahəyə malik və Rauf Əliyevə məxsus 3 otaqlı mənzilin 66.400 (altmış altı min dörd yüz) manata satılması haqqında Zərərçəkmiş şəxs1 arvadı Şahid1 ilə 07 aprel 2010-cu il tarixli 330 saylı müqaviləni və ödənişin alınmasına dair kassa mədaxil orderini tərtib edərək imzalamış və “xxxx” MMCnin möhürü ilə təsdiq etmişdir. Qeyd olunan müqavilənin bir nüsxəsini Zərərçəkmiş şəxs1 vermiş və sonuncuya uzağı bir gündən sonra müqaviləni dəyişərək “xxxx” MTK-nın adı ilə yeni müqavilə təqdim edəcəyini bildirmişdir. Həmin müqaviləyə əsasən mənzil “xxxx” MMCnin adından çıxarılaraq “xxxx” MTK-nın adına qeyd olunmuş, bu müvafiq kitablarda öz əksini tapmışdır. Mənzilin satılması ilə əldə olunmuş pulu isə mənzilin sahibinə verilməsi üçün Məhəmmədin yanında mənzilin sahibi Rauf Əliyevə təqdim etmişdir. Qeyd olunan pulları özünə götürməmiş, mənzilin satılması ilə bağlı Zərərçəkmiş şəxs1 aldatmamışdır. 2011-ci ilin may ayının 18-də Afrikada yerləşən Syerra-Leone adlı dövlətə investor kimi səfər etmiş və uzun müddət ərzində orada yaşamışdır. Orada olduğu müddət Zərərçəkmiş şəxs1 ona zəng edərək pulunu ödədiyi mənzilin “xxxx” MTK tərəfindən ona verilmədiyini bildirmişdir. 28 fevral 2020-ci il tarixdə “Türk hava yolları” vasitəsi ilə Ukrayna Respublikasının Kiyev şəhərinə müalicə almaq məqsədi ilə getmiş, 06 mart 2020-ci il tarixdə isə Azərbaycan Respublikasına qayıtmış və Bakı şəhərində yerləşən Beynəlxalq hava limanında saxlanılmışdır. O, Zərərçəkmiş şəxs1 verdiyi pulu mənimsəməmiş, həmin pulu mənzilin sahibi olan X4ynı Məhəmmədin yanında özünə məxsus və “xxxx” konsernin 2-ci mərtəbəsində yerləşən “xxxx” MMC-nin ofisində əlbəəl vermişdir. Bundan sonra Rauf Əliyev və Məhəmməd “xxxx” MTK-nın həmin binanın 12-ci mərtəbəsində yerləşən ofisinə qalxmışlar. Əflatun Piriyev qətlə yetirildikdən sonra «xxxx» MTK-nın həmtəsisçilərindən digəri olan X13 bu MTK-nın ofisindəki seyfindən mənzilin Zərərçəkmiş şəxs1 yoldaşı Şahid1 adına «xxxx» MTK tərəfindən mənzilin satılmasına dair müqavilənin əsli aşkar edilmişdir. Qeyd etmək istəyir ki, onun Hümbət Məmmədovla Zərərçəkmiş şəxs1 pulunu mənimsəməsinə dair heç bir razılığı olmamış, belə əlbirlikləri olmamış, hətta Məmmədov Hümbət verdiyi ifadələrində onun Zərərçəkmiş şəxs1 pulunun mənimsənilməsində iştirakı olmadığını göstərmişdir. O ki, qaldı Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə 110.000 ABŞ dolları ziyan vurması bu da həqiqətə uyğun deyildir. Belə ki, 2010-cu ilin sentyabr ayının əvvəllərində “xxxx” MTK-da baş mühasib işlədiyi müddət ərzində adını xatırlamadığı tanışı ona zəng edərək bir nəfərin ev almaq istədiyini bildirmiş, o da həmin şəxsi ofisə dəvət etmişdir. Səhəri gün hal-hazırda məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs2 arvadı ilə birlikdə onun “xxxx” konserninin binasında olan otağına gəlmişlər. Onlar MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə inşa olunan 2 saylı yaşayış binasındakı mənzillərlə maraqlanmışlar. O da xüsusi kitabda əks olunmuş mənzillərin dislokasiyasına, yəni boş mənzillərin qeydinə Sadiqgillə birlikdə baxaraq İİ blokun 11-ci mərtəbəsindəki 31 nömrəli ümumi sahəsi 153 kvadrat metrdən ibarət olan mənzili onlara təklif etmişdir. Belə ki, həmin mənzil dislokasiyada satılmayan mənzil kimi göstərilmişdir. Həmin mənzilə Sadiq yoldaşı ilə baxaraq yerini bəyənib mənzili almağa razılaşmışlar. Sadiqlə söhbət zamanı məlum olmuşdur ki, ümumi tanışları Könül xanım Yapıkredi bankında Mərkəz filialında işləyir. «xxxx» şirkətinin hesabları isə məhz həmin filialdadır. Sadiqin deməsnə görə Könül xanım onun qohumudur. Sadiqgil mənzili bəyəndikdən sonra o, otağına “xxxx” MTK-nın direktoru Şahid4 dəvət etmiş, Sadiqlə onu tanış etmiş və Emil müəllim qeyd olunan mənzilin satışına dair Sadiqlə müqavilə bağlayaraq mənzilə görə 86.559 (səksən altı min beş yüz əlli doqquz) manat) məbləğində pul vəsaitini kassaya ödəməsini Sadiqə təklif etmişdir. Sadiq də qeyd olunan məbləği ödədiyi üçün ona özü imza etməklə qəbz təqdim etmişdir. Həmin pulu növbəti gün Yapıkredi bankının Mərkəz filialına şəxsən özü köçürmüşdür. Lakin cinayət işinin materiallarında qeyd olunan vəsaitin banka köçürülməsinə dair qəbz ibtidai istintaq orqanının günahından mövcud deyildir. 2010cu ildən sonra xaricə köçdüyü üçün bu məsələ ilə Şahid4 məşğul olmuşdur. İttiham aktında göstərildiyi kimi Zərərçəkmiş şəxs2 ödədiyi 86.559 manatı guya kassaya mədaxil etmədən Şahid4lə birlikdə xərcləməsi halı olmamışdır. Digər Zərərçəkmiş şəxs3 2007-ci ildə mənzilin verilməsində ümumiyyətlə iştirak etməmişdir. Zərərçəkmiş şəxs3 şirkətin rəhbər şəxsləri ilə yaxın olduğu üçün məhz Şahid4lə məsələlərini həll etmişdir. Lakin Zərərçəkmiş şəxs2 satılan mənzilin öncə Zərərçəkmiş şəxs3 satılmasının dislokasiyada əks edilməməsinin səbəbini Şahid4 bilər. Çünki müqavilələri vətəndaşlarla o bağlayır, imzalayır və möhür vurur. O isə baş mühasib kimi mənzillərə görə ödənilən məbləğləri kassaya mədaxil etməklə vətəndaşlara qəbz ödəyir. Zərərçəkmiş şəxs3 qarşı heç bir cinayət əməli törətməmiş, sonuncu əldə etdiyi mənzildə bu günədək yaşayır, Zərərçəkmiş şəxs2 də “xxxx” MTK-sı başqa bir mənzil vermişdir. Ona ittiham olunduğu vəzifə səlahiyyətlərindən sui istifadə və vəzifə saxtakarlığı üzrə özünü təqsirli bilmir. Belə ki, vəzifəsini təhvil verdiyi zaman fəaliyyəti şirkət tərəfindən yoxlanılmış və heç bir qüsuru müəyyən edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 10 il əvvəl Papanində inşa edilən çox mərtəbəli binadan xoşu gəldiyi üçün bu binanın aşağı mərtəbələrindən 3 otaqlı ev almaq qərarına gəlmişdir. Tanışı olan mebel ustası Ramin həmin binanı inşa edən şirkəti tanıdığını bildirərək onu və həyat yoldaşı Şahid1 Təqsirləndirilən şəxsla tanış etmişdir. O, Ramin, qardaşı oğlu Ülvü Əliyev və arvadı Şahid1 ünvan 3 ünvanda yerləşən “xxxx” konsernin binasının ikinci mərtəbəsində olan Təqsirləndirilən şəxs oturduğu otağa gəlmişlər. Təqsirləndirilən şəxs özünü binanı inşa edən MTK-nın baş mühasibi kimi təqdim etmiş, tikilən binadan mənzil verə biləcəyini bildirdikdən sonra o, binadan aşağı mərtəbədən üç otaqlı ev almaq istəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs ona aşağı mərtəbələrdə üç otaqlı mənzillərin satıldığını, ancaq on dördüncü mərtəbədə boş mənzilin olduğunu bildirmişdir. Həmin binada olan mənzillərə baxıb bəyəndikləri üçün 14-cü mərtəbədən 3-otaqlı mənzili almağa razılaşmışdır. Bundan sonra özü ilə gətirdiyi 74.000 ABŞ dolları və əlavə 10.000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin puldan 1.200 manat pulu geri qaytararaq günün məzənnəsi ilə hesablayıb mənzilin qiymətinin 66.400 manata olduğunu bildirmiş və arvadı Şahid1 ilə “xxxx” MMC-nin direktoru kimi Təqsirləndirilən şəxs adından 330 saylı müqavilə bağlanmış, həmin müqaviləyə bir tərəfdən Təqsirləndirilən şəxs, alıcı kimi isə Şahid1 imza etmişlər. Müqavilənin əslinin bir nüsxəsi Təqsirləndirilən şəxs, digər nüsxəsi isə onlarda qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs 66.400 manat məbləğində pulu ödəməsi barədə 07.04.2010-cu il tarixli qəbz yazıb imza etmiş, “xxxx” MMC-nin dairəvi möhürünü vurub bir nüsxəsini ona vermişdir. Təqsirləndirilən şəxs onlara 5-6 aya binanın tikintisinin başa çatacağını bildirib həmin vaxt onunla əlaqə saxlamalarını bildirmişdir. Bundan bir müddət sonra “xxxx” konsernində silahlı atışma nəticəsində Əflatun Piriyevin qətlə yetirilməsi, Arzuman adlı şəxsin isə yaralanması ilə əlaqədar arvadı Kifayəti Azərbaycan Respublikası Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq idarəsinə dəvət etmişlər. O da arvadı ilə birlikdə həmin idarəyə gedərək Vüqar adlı müstəntiqə ifadələrini vermişlər. Məlum olmuşdur ki, “xxxx” konsernində silahlı atışmada iştirak etmiş Hümbət Məmmədovun otağında axtarış aparılan zaman “xxxx” MTK ilə arvadı Şahid1 arasında mənzilin alqısatqısına dair müqavilə və ödəniş qəbzi aşkar edilmişdir. Həmin müqavilə Təqsirləndirilən şəxs məxsus «xxxx» şirkəti ilə arvadı arasında bağlanılan eyni mənzilin alqı-satqısına dair müqaviləyə bənzər müqavilə olmuşdur. O, müstəntiqə «xxxx» şirkəti ilə arvadı arasında bağladığı müqavilə və ödəniş qəbzini təqdim edərək “xxxx” MTK ilə heç vaxt nə özünün, nə də ki, arvadının müqavilə bağlamadığını bildirmişdir. O zaman müstəntiqdən bilmişdir ki, həmin mənzil başqa şəxsə məxsusdur, istər «xxxx» şirkəti ilə, istər “xxxx” MTK-sı ilə olan müqavilələr saxtadır, onun Təqsirləndirilən şəxs ödədiyi pullar isə mənimsənilmişdir. Hətta müstəntiq Vüqar müəllim belə bir fərziyyə irəli sürmüşdür ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu “xxxx” MTK-nın sahibi Hümbət Məmmədova ödəmiş, ola bilsin ki, sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. X24 bu məhkəmədə baxıldığı iş üzrə ifadə verdikdə sonuncu ondan soruşmuşdur ki, «sən mənə pul vermisən», o isə cavab vermişdir ki, pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin məhkəmədə “xxxx” MTK ilə arvadı Şahid1 arasında mənzilin alqı-satqısına dair müqavilədə olan imzalarla bağlı keçirilmiş xətşünaslıq ekspertizasının rəyi elan edildikdə məlum olmuşdur ki, “xxxx” MTK adından müqaviləyə çəkilən imza Hümbət Məmmədova məxsusdur. Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxladıqda və ondan məsələ ilə əlaqədar izah tələb etdikdə sonuncu Afrikada olduğunu, mənzilin ona, daha doğrusu, arvadı Şahid1 məxsus olduğunu bildirərək yaxın vaxtlarda gəlib məsələləri qaydaya qoyacağını bildirmiş, sonrakı danışıqlar zamanı isə etiraf etmişdir ki, 73.000 ABŞ dollarını Hümbət Məmmədova vermiş, özünə o puldan yalnız 12- 13.000 manat pul qalmışdır. Təqsirləndirilən şəxs yaxın vaxtlarda Azərbaycana gələcəyini və onun pullarını verəcəyini bildirsə də verdiyi vədlərinə əməl etməmişdir. Bundan sonra o, məcbur olaraq mülki qaydada “xxxx” MTK-a qarşı iddia tələbi irəli sürmüş, lakin iddiası məhkəmə tərəfindən təmin olunmayaraq Hümbət Məmmədova qarşı iddia verməsi bildirilmişdir. O da, Hümbət Məmmədova qarşı iddia tələbi ilə müraciət etmiş və çoxsaylı məhkəmə proseslərindən sonra Bakı şəhəri Nəsimi rayon məhkəməsi X10 arvadı Şahid1 xeyrinə 73.000 ABŞ dolları məbləğində pul vəsaitinin milli manat məzənnəsinə uyğun olaraq tutulması barədə qərar çıxarmış, lakin qeyd olunan qərar bu günə qədər icra olunmamışdır. Bundan başqa o, mənzili Təqsirləndirilən şəxs aldığı zaman binanın “xxxx” MTK tərəfindən inşa olunması barədə məlumatı olmamış, əksinə binanın “xxxx” MMC tərəfindən inşa olunduğunu, həmin MMC-nin də “xxxx” konserninin tərkibində olduğunu düşünmüşdür. Pulları Təqsirləndirilən şəxs verdiyi zaman yanında Ramil, qardaşı oğlu Şahid6 və arvadı Şahid1 olmuşlar. Məhkəməyə verdiyi mülki iddiasında Təqsirləndirilən şəxs Hümbət Məmmədova ödədiyi 73.000 ABŞ dolları ödədikdən sonra özünə götürdüyü 1000 ABŞ dolları və 8.800 manat pulu məhz Təqsirləndirilən şəxs tələb etdiyini, sonuncunun cinayətkar hərəkəti səbəbindən kirayədə qaldığı müddət ərzində kirayə haqqı olaraq ödədiyi 36.000 manat pulun, həmçinin mənəvi ziyan olaraq 10.000 manat pulun ona ödənilməsini tələb etmişdir. Bu gün məhkəmədə də Təqsirləndirilən şəxs Hümbət Məmmədova ödədiyi 73.000 ABŞ dolları Hümbət Məmmədovdan tələb edr, lakin Təqsirləndirilən şəxs birbaşa ondan alıb özünə götürdüyü 1000 ABŞ dolları və 8.800 manat pulu, həmçinin sonuncunun cinayətkar hərəkəti səbəbindən kirayədə qaldığı müddət ərzində kirayə haqqı olaraq ödədiyi 36.000 manat pulun, həmçinin mənəvi ziyan olaraq 10.000 manat pulun Təqsirləndirilən şəxs ona ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsini dinləmiş, onunla qismən razıdır. Belə ki, 2010-cu ilin avqust ayının axırları, sentyabr ayının əvvəllərində arvadı Nigarla birlikdə yeni tikilən binaların reklam məlumatları əsasında Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi, 360-cı məhəllədə tikilən yaşayış binasına gözətçidən icazə alaraq gedib baxmış və orada olan 3 otaqlı mənzilləri bəyənmişlər. Bundan sonra həmin MTK-nın ofisinə gəldikdə mənzillərin satışını həyata keçirən şəxslə maraqlanmış və onları Təqsirləndirilən şəxs yönəltmişlər. Təqsirləndirilən şəxs onların xahişi əsasında tikilən binada satılmamış 3 otaqlı mənzillərin olmasını araşdıraraq MTK-nın direktoru Şahid4 boş olan mənzil haqqında məlumat vermiş və onlar Şahid4lə hal-hazırda mübahisə predmeti olan mənzilin alınmasına dair alqı-satqı müqaviləsi bağlamış, mənzilin dəyəri olan 110.000 ABŞ dollarını birbaşa Təqsirləndirilən şəxs ödəyərək qəbzi də almışdır. Bundan sonra binanın inşa edilib tamamlanmasını gözləmişlər. Əldə etdikləri mənzil binanın 11-ci mərtəbəsində yerləşməklə pəncərələri küçəyə baxdığı üçün 2011-ci ildə binanın qarşısından keçəndə görmüşdür ki, ona aid mənzilin pəncərələri quraşdırılmış, lakin o pəncərələr digər pəncərələrdən fərqli olmuşdur. Bu onda şübhə yaratdığı üçün binanın gözətçisinə yaxınlaşaraq mənzilin nömrəsini ona bildirməklə açarı istəmişdir ki, gedib mənzilə baxsın. Gözətçi onda olan siyahıya baxaraq həmin mənzilin başqa adama məxsus olduğunu, onun ad və soyadının isə siyahıda ümumiyyətlə olmadığını bildirmişdir. Dərhal Şahid4 yanına gedərək etirazını bildirmiş, sonuncu məsələnin belə həllini Təqsirləndirilən şəxs boynuna yıxmış, hətta onun yanında Afrikada olan Vaqiflə telefonla əlaqə saxlamış, lakin o danışığın nəticəsi ona aydın olmamışdır. Sonrakı günlərdə Şahid4 verdiyi nömrə əsasında Vaqiflə özü telefon əlaqəsi saxlamış, sonuncu hansısa səhvin baş verdiyini, həmin anlaşılmazlığı aradan qaldıracağını söz vermiş, lakin heç bir şey həll etmədən bir müddət sonra onun zənglərinə cavab verməmişdir. Öz növbəsində Şahid4 də məsələnin həllini boynundan ataraq gunahı olmadığını deyirdi. Bu səbəbdən tanış vəkili ilə müqavilə bağlayaraq «xxxx» MTK-nı Nərimanov rayon məhkəməsinə vermiş və məhkəmə qət etmişdir ki, həmin mənzilə görə MTK tərəfindən onun hüquqları bərpa olunsun. Bundan sonra MTK onunla əlaqə saxlayaraq başqa mənzil verilməsini öhdəsinə götürmüş, lakin əlavə olaraq 30.000 manat ödəniş etməsini tələb etmişdir. O da məcbur qalıb MTK-ya 30.000 manat ödəniş etməklə mənzil almışdır. 30.000 manat pulunu tələb edir. Əlavə etmək istəyir ki, onun X31 Mərkəz filialında Könül adlı qohumu işləmir və həmin qadın haqqında Təqsirləndirilən şəxsla heç bir söhbəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2007-ci ilin sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə «xxxx» MTK tərəfindən inşa olunan binadan mənzil almaq qərarına gəlmişdir. Bu MTK –nın rəhbəri İbrahim İbrahimovu tanıdığı üçün birbaşa mənzil almaq məqsədilə ona müraciət etmişdir. 17.09.2007-ci il tarixdə İbrahim İbrahimovla sonuncunun «xxxx» kimi tanınan binadakı ofisində görüşmüş və mənzil əldə etmək fikrni ona bildirmiş, sonuncu MTK tərəfindən inşa olunan binadakı boş mənzillərin siyahısını ona təqdim etdikdə tikintinn 2 saylı binasının 2-ci blokunun 11-ci mərtəbəsində 153 kv. m sahəyə malik olan 3 otaqlı 11 saylı mənzilin üzərində dayanmış, həmin mənzilin kv. metrini 1000 ABŞ dollarına, yəni AZN-lə 856 manata İ.İbrahimov ona təklif etmiş, o da bu təklifi qəbul etmişdir. Bundan sonra İ.İbrahimov Şahid4 və Təqsirləndirilən şəxs öz kabinetinə dəvət edərək birncisinin «xxxx» MTK-nın direktoru, digərinin isə baş mühasibi olduqlarını bildirərək onu həmin şəxslərlə tanış etmişdir. İ.İbrahimov hər iki şəxsə müvafiq müqavilə bağlamaqla pulu qəbz verməklə qəbul etmələrni tapşırmışdır. Elə həmin gün Şahid4 ona alqı-satqı müqaviləsini təqdim etmiş, həmin müqavilə onunla Şahid4 tərəfindən imzalanmış və Şahid4 MTK-nın möhürü ilə müqaviləni təsdiqləmişdir. Mənzilin dəyəri olan 130.968 manat pulu elə həmin gün Təqsirləndirilən şəxs otağında sonuncuyu təqdim etmiş və Təqsirləndirilən şəxs pulu sayaraq qəbul etmişdir. Bundan sonra tikintinin gedişatını izləmiş, hətta həmin ilin dekabr ayında həmin binanın altında yerləşən qarajı 20.000 ABŞ dolları ödəyərək əldə etmişdir. Həmin mənzili təmir etdirib oraya köçmüş və hal-hazırda da orada yaşayır. 2011-ci ilin avqust ayında uzaq qohumu olan Zərərçəkmiş şəxs2 onunla görüşərək «xxxx» MTK-dan mənzil aldığını, lakin mənzilə baxmaq istədikdə komendant ona bildirmişdir ki, baxmaq istədiyi mənzil Zərərçəkmiş şəxs3, yəni ona məxsusdur. Həmin məsələni İbrahim İbrahimovdan maraqlandıqda sonuncu təsdiq etmişdir ki, mənzil ilk alan şəxs olan Zərərçəkmiş şəxs3, yəni ona məxsusdur. Bundan sonra Zərərçəkmiş şəxs2 «xxxx» MTK-nı məhkəməyə vermiş, onların mübahisələri Bakı Apellyasiya məhkəməsinə getmiş, orada Sadiq MTK ilə barışıq sazişi bağlayaraq və əlavə 30.000 manat ödəniş edərək həmin MTKnın binasından müvafiq mənzil əldə etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Hətta ibtidai istintaq zamanı bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxsla mənzil almaq məqsədilə ərinin tanışı Ramin onları tanış etmiş, Raminlə birlikdə 2010-cu ilin aprel ayının əvvəllərində mənzil almaq məqsədi ilə “xxxx” konserninə o,əri Tahir və ərinin qardaşı oğlu Ülvi ilə getmişlər. Orada ikinci mərtəbədə Təqsirləndirilən şəxsla görüşdülər və mənzil almaq məqsədi ilə əri Tahir Təqsirləndirilən şəxs 74000 (yetmiş dörd min) ABŞ dolları ödəmişdir. Həmin vaxt onunla «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs aralarında Bakı şəhəri Nəsimi rayonu 1059-cu məhəllə, İ.Məmmədov küçəsində (Ə.Məmmədov küçəsi 5) inşa edilən hündürmərtəbəli yaşayış binasından 3 otaqlı mənzilin alınmasına dair müqavilə imzalanmış, pulların alınmasına dair Təqsirləndirilən şəxs tərəfindən qəbz tərtib olunaraq onlara verilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 5-6 aya bina tikilib istifadəyə verildikdən sonra mənzilin təmirinə başlaya bilərlər. Təqsirləndirilən şəxs deməmişdir ki, həmin mənzilin başqa bir sahibi var və pul o sahibə ödənilməlidir. Həmçinin Təqsirləndirilən şəxs binanı inşa edən şirkətin «xxxx» şirkətinin deyil, “xxxx” MTK-nın inşa etdiyini deməmişdir. Bir müddət sonra o, istintaq orqanına dəvət olunmuş, orada Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını, pulunun mənimsənildiyini bilmişdir. Bundan sonrakı hadisələri yoldaşı bilir. O, sonrakı məsələlərdə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə 2010-cu ildə aldıqları mənzillə bağlı tanımışdır. Ərinin verdiyi ifadəsini təsdiq edir. Həqiqətən 2010-cu ilin sentyabr ayının əvvəllərində əri ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi, 360-cı məhəllədə tikilən yaşayış binasında olan mənzillərə baxaraq orada olan 3 otaqlı mənzilləri bəyənərək həmin MTK-nın ofisinə gəlib mənzillərin satışı ilə məşğul olan Təqsirləndirilən şəxs müraciət etmişlər. Sonuncu şirkətin siyahısına baxaraq binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili onlara təklif etmiş, qiymətini də 110.000 ABŞ dolları olmasını bildirmişdir. Şərtlər onları qane etdiyi üçün mənzili almağa razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs onları MTK-nın direktoru Şahid4lə tanış etmiş və əri Şahid4lə hal-hazırda mübahisə predmeti olan mənzilin alınmasına dair alqı-satqı müqaviləsi bağlamış, mənzilin dəyəri olan 110.000 ABŞ dollarını birbaşa Təqsirləndirilən şəxs ödəyərək qəbzi də almışdır. Bundan sonra binanın inşa edilib tamamlanmasını gözləmişlər. Lakin 2011-ci ildə əri bilmişdir ki, MTK onlara digər şəxsə satılmış mənzili təkrar satmışdır. Əri MTK-nı məhkəməyə vermiş və məhkəmə onların xeyrinə qərar qəbul etmişdir. Bundan sonra MTK onlara mənzil təqdim etmiş, lakin yeni təqdim olunmuş mənzilə görə əri MTK-ya əlavə olaraq 30.000 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdə həmyerlisi olan İbrahim İbrahimov onu təsisçisi olduğu “xxxx” MTK-ya direktor təyin etmiş, MTK Bakı şəhəri, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllə ünvanında yaşayış binası inşa etməyə başlamış, bu səbəbdən mənzil əldə etmək istəyən vətəndaşlarla alqı-satqı müqaviləsini o, müşasibatlıq vasitəsi ilə tərtib edərək müqavilə bağlamış, pulun ödənişi isə vətəndaşlar tərəfindən MTK-nın baş mühasibi olan Təqsirləndirilən şəxs həyata keçirərək qəbzlərin alırdılar. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 MTK-dan mənzillər əldə edən şəxslər kimi tanıyır, hər ikisi ilə münasibətləri yaxşıdır. Xatırlayır ki, Zərərçəkmiş şəxs3 mənzil almaq məqsədilə birbaşa İbrahim İbrahimova 2007-ci ildə müraciət etmiş, İbrahim İbrahimovun tapşırığı əsasında o, Zərərçəkmiş şəxs3la müqavilə bağlayaraq ona “xxxx” MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi, 360-cı məhəllədə inşa edilən 03 girişli 18 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 03 otaqlı, 153 kvadrat metr sahəsi olan 31 nömrəli mənzilin satışını həyata keçirmiş, mənzilin dəyəri olan 130.968 (yüz otuz min doqquz yüz altmış səkkiz) manat pulu Zərərçəkmiş şəxs3 17.09.2007-ci il tarixdə Təqsirləndirilən şəxs ödəmişdir. Həmin məbləğ İbrahim İbrahimov tərəfindən binanın tikintisinə sərf edilmişdir. Eyni mənzili 04.09.2010-cı il tarixdə Zərərçəkmiş şəxs2 satılmasını, Sadiqlə müqavilə bağlamasını mexaniki səhvlə izah edir. Belə ki, həmin dövrdə mənzillərin nömrələnməsində dəyişiklik baş verdiyi üçün Zərərçəkmiş şəxs3 məxsus mənzil təkrarən səhvən satışa verilmişdir. Zərərçəkmiş şəxs2 mənzilə görə pulun ödənişini Təqsirləndirilən şəxs etmiş, sonuncu Zərərçəkmiş şəxs2 aldığı pulu kassa mədaxil qəbzi tərtib etməklə MTK-nın seyfinə qoymuş, həmin vəsaiti xərcləməyə yalnız MTK-nın təsisçisi səlahiyyətli olmuşdur. Yəni, qayda budur. Xatırladığı qədər Zərərçəkmiş şəxs2 qəbul olunan 110.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsinə uyğun olaraq 86.559 manat pul MTKnın «YapıKrediBanka »bankdan alınmış kreditin ödənişinə yönəlmişdir. Xatırladığı budur. Həmin vəsaitdən ona hər hansı məbləğ çatmamışdır. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 ödədiyi vəsaitdən hansısa məbləği götürüb mənimsəməsindən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, 11.07.2011-ci il tarixdə öldürülən Əflatun Piriyev bacısının əri idi. Əflatun “xxxx” MTK-da Hümbət Məmmədov və İbrahim İbrahimovla şərik olmuş, o isə Əflatunun qohumu olduğu üçün müəyyən tikinti işlərini görmüş, lakin Əflatunun rəhbəri olduğu heç bir şirkətin işçisi olmamışdır. Təxminən 2010-cu ildə, dəqiq vaxtı xatırlamır, bacanağının kürəkəni olan Namiq Qarayev “xxxx” MTK-da sürücüsü Ruslanın adına olan, lakin sahibi özü olan mənzilini satmaq istədiyini bildirmiş və o bu barədə MTK-nın baş mühasibi Təqsirləndirilən şəxs Namiqin xahişini çatdırmış, elə otaqda telefonla Namiqi Vaqiflə calaşdırmış və Vaqif Namiqə bildirmişdir ki, ev almaq istəyən adamı vardır. Namiqlə Vaqif evin başqa adamın adına rəsmiləşdirilməsi məsələsini razılaşdıqdan sonra Vaqif Namiqin mənzilini Zərərçəkmiş şəxs1 arvadı Şahid1 adına rəsmiləşdirmiş, mənzilin satışı ilə əlaqədar əldə etdiyi pulun 5.000 manatını onun yanında ya Namiqə, ya da Namiqin sürücüsü Ruslana vermiş, onun yanında Vaqif söz vermişdir ki, qalan məbləği Namiqə 10 gün müddətində ödəyəcək, lakin Vaqif pulu 10 günə ödəmədiyi üçün Namiqlə münasibəti dəymiş, hətta bu gün də münasibətləri soyuqdur. Bu məsələdən kənarlaşsa da bilmişdir ki, təxminən ilk ödənişdən 20 gün keçdikdən sonra Vaqif Namiqə qalan məbləği ödəmişdir. Bunu Vaqifin özü ona demişdir. Hesab edir ki, Vaqif düzgün deyir. Belə ki, Vaqif Namiqə pulun qalanını ödəməsəydi Namiq bu məsələni belə buraxmazdı. Həmçinin onu da bildirir ki, Təqsirləndirilən şəxs Afrikada olduğu zaman ona zəng edib xahiş etmişdir ki, onun evinin sürücüsündən mənzilin “xxxx” MTK-dan Zərərçəkmiş şəxs1 satılması barədə müqavilənin surətini alıb Tahirə versin. O da həmin müqaviləni Vaqifin sürücüsündən alıb Tahirlə görüşüb ona vermək istədikdə sonuncu imtina etmişdir. Şahid3 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid3 ifadəsi ilə razıdır. Həqiqətən o, Məhəmmədin qohumu olan Namiqin mənzilini Zərərçəkmiş şəxs1 öz şirkəti olan «xxxx» adından müqavilə bağlayaraq və qəbz verməklə satıb ödənilən 66.400 manat pulun 5.000 manatını Məhəmmədin yanında ya Namiqin özünə, ya da onun sürücüsünə vermişəm. Həmin pulun üzərindən 5.000 və ya 6.000 manat pul özünə götürmüş, təxminən 55.000 manat pulu isə bundan 20 gün sonra Namiqin sürücüsü Ruslana öz otağında vermişdir. Lakin bu dəfə Şahid3 onların yanında olmamışdır. Mənzilin satışını 07 aprel 2010-cu il tarixdə özünə məxsus «xxxx» şirkətin adına ona görə rəsmiləşdirmişdr ki, həmin gün şirkətin təsisçisi olan və mənzillərin satışına rəhbərlik edən Əflatun Piriyev işdə olmamışdır. Növbəti gün isə Ə.Piriyevin razılığı ilə alqısatqını “xxxx” MTK-nın adına rəsmiləşdirmiş, həmin MTK-nın adından pulun mədaxil olunmasına dair qəbzi də baş mühasib kimi tərtib etmiş, lakin səhlənkarlığı ucbatından yeni müqaviləni Tahirgilə verməmişdir. Anlamadığı səbəblərdən mənzil Zərərçəkmiş şəxs1 verilməmiş, o isə 01 fevral 2011-ci il tarixdən işdən çıxıb xaricə getdiyi üçün məsələni həll edə bilməmişdir. Xaricdə olduğu zaman Tahir mənzilin ona verilməməsi ilə bağlı zəng edib narazılığını bildirmiş, Tahirə izah etmişdir ki, mənzil “xxxx” MTK-nın olduğu üçün həmin mənzilin satışını növbəti gün bu MTK-nın adına rəsmiləşdirmiş, lakin səhlənkarlıq ucbatından yeni müqaviləni ona verməmiş, müqavilə bakıdakı evində olduğunu bildirərək Tahirdən xahiş etmişdir ki, getsin həmin müqaviləni götürsün və “xxxx” MTK-dan öz mənzilini tələb etsin. Əlavə olaraq onu da bildirir ki, “xxxx” MTK-da belə bir yazılmamış qayda var idi ki, MTK-nın hər hansı bir əməkdaşı MTK-dakı mənzillərə alıcı tapdıqda alıcının ödədiyi məbləğdən ona mükafat kimi müəyyən məbləğdə pul ödənilir. Şahid3 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Zərərçəkmiş şəxs1 oğlu göstərmişdir ki, Şahid3 ifadəsi ilə razıdır. Həqiqətən Təqsirləndirilən şəxs Afrikaya zəng edib yaranmış vəziyyətə dair narazılığını bildirdikdə sonuncu ona bildirmişdir ki, sürücüsü “xxxx” MTK-nın müqaviləsini gətirib ona verəcəkdir. O, isə Vaqifə bildirmişdir ki, müqaviləni “xxxx” MTK-nı məhkəməyə verəndə gedib götürəcəkdir. Bu səbəbdən Şahid3 də ona Vaqifin tapşırığı ilə gətirdiyi bu müqavilənin surətini almamışdır. Yalnız şirkəti məhkəməyə verən zamanı qeyd olunan müqaviləni Vaqifin sürücüsündən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs1 işi ilə əlaqədar tanımışdır. Belə ki, əmisi Zərərçəkmiş şəxs1 2010-cu ilin aprel ayının əvvəllərində mənzil almaq məqsədi ilə Bakı şəhəri, İdris Məmmədov küçəsində inşa olunan binaya Ramin adlı şəxslə birlikdə gedərək gözətçidən xahiş etmişlər ki, o, onlara binanın 14-cü mərtəbəsində olan 3 otaqlı mənzilə baxmağa icazə versin. Gözətçi isə mənzillərin yalnız 3-cü mərtəbəyədək hazır olduğunu bildirərək onları 3-cü mərtəbəyə qaldıraraq 3 otaqlı mənzili göstərmişdir. Mənzili bəyəndikləri üçün Raminlə birlikdə “xxxx” konserninə gedərək Raminin zəngindən sonra ikinci mərtəbəyə Təqsirləndirilən şəxs kabinetinə keçib sonuncu ilə görüşmüşlər. Orada Tahir mənzil almaq məqsədi ilə 70000 (yetmiş min) ABŞ dolları və 8800 manat məbləğində nağd pul vəsaitlərini Təqsirləndirilən şəxs vermiş, həmçinin əmisinin arvadı Şahid1 ilə “xxxx” MMCnin direktoru Təqsirləndirilən şəxs aralarında Bakı şəhəri Nəsimi rayonu 1059-cu məhəllə, İdris Məmmədov küçəsində (Ə.Məmmədov küçəsi 5) inşa etdiyi hündürmərtəbəli yaşayış binasından 3 otaqlı mənzilin alınmasına dair müqavilə imzalanmış, pulların alınmasına dair Təqsirləndirilən şəxs tərəfindən qəbz tərtib olunaraq Zərərçəkmiş şəxs1 verilmişdir. Bundan sonrakı hadisələrdən onun məlumatı olmamışdır. Sonradan istintaq orqanına dəvət olunduqda bilmişdir ki, Təqsirləndirilən şəxsla bağlanılan müqavilə saxta çıxmış, əmisi Zərərçəkmiş şəxs1 isə heç bir mənzil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, “xxxx” MTK-da kargüzar işləmiş, MTK-nın təsisçiləri Hümbət Məmmədov və Əflatun Piriyevə tabe olmuşdur. Təqsirləndirilən şəxs isə “xxxx” MTK-da baş mühasibi kimi tanımış, onun törətdiyi əməllər barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə bağladığı müqavilələrdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs1 və onun həyat yoldaşı Şahid1 tanımır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 2005-ci ilin avqust ayından «xxxx» MTK-da materialların uçotu üzrə mühasib kimi işə başlayaraq əsas işi tikinti materialların uçotunu aparmaqdan ibarət olmuş, MTK-da müqavilə əsasında mənzil almış vətəndaşların borclarının vaxtında ödənilməsinə nəzarət etmişdir. İşlədiyi MTK-da işə düzəlməsinin səbəbi Bakı şəhərinə köçdükdən sonra bir müddət işsiz qaldığından özünə iş axtaması ilə əlaqədar olmuşdur. Bunun üçün dost-tanışlarına müraciət etdiyindən onunla Naxçıvan şəhər Vergilər İdarəsində birgə işləmiş tanışı Təqsirləndirilən şəxs ona narahat olmamasını, münasib iş tapacağını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs İbrahim İbrahimovun yanında müasib işləmişdir. Təqsirləndirilən şəxs onu 2005-ci ilin avqust ayında «xxxx» MTK-nın yerləşdiyi Bakı şəhəri, Atatürk prospekti, Zərərçəkmiş şəxs1 küçəsi, 67/71 saylı ünvanına gətirib həmin MTK-nın təsisçiləri Hümbət Məmmədov və Əflatun Piriyevlə tanış etmişdir. Onlar onu dinləyib şirkətlərində işləməyə razılıq bildirmişlər. Həmin vaxtdan orada işləməyə başlamışdır. Təqsirləndirilən şəxsla ofisə gedənə qədər nə Hümbət Məmmədovu, nə də ki, Əflatun Piriyevi tanımamışdır. Mənzillərin satışını əsasən Əflatun Piriyev aparmış, ancaq Hümbət Məmmədov da mənzillərin satışını həyata keçirtmişdir. Bu da Əflatun Piriyevin ya məzuniyyətdə olması, ya da müalicəsi ilə əlaqədar Respublikadan kənarda olarkən baş vermişdir. Əflatun Piriyev vətəndaşlarla qiyməti danışıb razılaşdıraraq sənədləşməni həyata keçirtmişdir. Mənzillərin satışı zamanı xüsusi müqavilə forması Şahid7 tərəfindən hazırlanmışdır. İlkin ödəniş zamanı nağd şəkildə pul Şahid7 verilmiş, sonuncu da pulların qəbul olunması haqqında kassa mədaxil orderi yazmışdır. Qalan məbləğlər isə qrafik üzrə 18 və 24 aya bölünməklə hər ay ödənilmişdir. O da, öz səlahiyyətləri çərçivəsində həmin pulların ödənilməsinə nəzarət etmişdir. Əflatun Piriyevin öldürülməsindən sonra 17 nəfər vətəndaş ofisə yaxınlaşıb Hümbət Məmmədov vasitəsi ilə «xxxx» MTK-dan müxtəlif məbləğdə pul verməklə yaşayış evi aldıqlarını bildirmiş, həmin şəxslər müqavilələri, maliyyə arayışlarını təqdim etmişlər. Şahid7 ilə qeyd olunan sənədləri birlikdə yoxladıqdan sonra öyrənmişdir ki, həmin vətəndaşlara Hümbət Məmmədov tərəfindən satılmış mənzillərin heç biri qeydiyyata alınmamış, mənzilərin satışı kitabında, ümumi kompüter bazasında bu barədə məlumat olmamışdır. «xxxx» MTK-ya məxsus möhür Şahid7 xidməti otağında əyləşdiyi masanın siyirməsində saxlanılmış, MTK-nın ştampı olmamışdır. «xxxx» MTK-ya məxsus möhür Hümbət Məmmədovda olmuşdur. Həmin möhür Hümbət Məmmədovun otağındakı seyfdə saxlanılmışdır. 2011-ci ilin mart ayının 01-nə, yəni MTK-a yeni sədr təyin olunana kimi «xxxx» MTK-nin sədrliyini Əflatun Piriyev özü həyata keçirmiş, vətəndaşlara satılan evlərin müqaviləsi, mədaxil orderlər, görülən işlər üçün bağlanılmış digər müqavilələr “xxxx” MTK-nın sabiq sədri Rəsul Məmmədov tərəfindən imzalandıqdan sonra Şahid7 tərəfindən möhürlənmişdir. Əflatun Piriyev ilə birlikdə Hümbət Məmmədovun möhürlədiyi satılmış evlərin müqaviləsini Rəsul Məmmədov özü imzalasa da, onun ev alqı-satqısı işi ilə məşğul olmaq səlahiyyəti olmamış, satılmış evlərdən əldə olunmuş pulları da mərhum X21 Məmmədov qəbul etmişdir. Bəzən isə elə hallar olmuşdur ki, onların hər ikisi satılan evlərin pulunu müştəridən aldıqdan sonra kassaya mədaxil etmək üçün Şahid7 vermişlər. Rəsul Məmmədov həm MTK-nin sədri kimi, həm də MTK-nin ünvan 5 ünvanda yerləşən inşa edilmiş binasında komendant-nəzarətçi kimi fəaliyyət göstərmişdir. Ona təqdim olunmuş cinayət işinin istintaq materiallarında olan «xxxx» MTK-da yerləşən Hümbət Məmmədovun xidməti iş otağından götürülmüş ev alqı-satqısına dair tərtib olunmuş Şahid1 adına 05.04.2010-cu il tarixli, nömrəsiz müqavilə (73.000 ABŞ dolları) barədə göstərmişdir ki, həmin sənəd, müqavilə və kassa mədaxil orderləri Şahid7 tərəfindən hazırlanmış, əgər o, belə bir müqaviləni hazırlamış olsaydı, müqavilə mənzillərin qeydiyyatı kitabında qeyd olunardı. Həmin şəxslərə mənzillərin satılmasından nə onun, nə Əflatun Piriyevin, nə də ki, Şahid7 xəbəri olmamışdır. Vətəndaşların ona deməsinə görə müqavilələr Hümbət Məmmədovun özü tərəfindən hazırlanmış, imzalanmış, möhürlənmiş, mənzillərin satış pulları da ona verilmişdir. Müqavilədə olan möhür “xxxx” MTK-ya deyil, digər “xxxx” MTK-ya məxsus olmuşdur. Bundan başqa o, ifadələrində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu İ.Məmmədov küçəsi 1059-cu məhəllədə 8 bloklu, 18 mərtəbəli, 680 mənzilli yaşayış binasının inşasına 2007-ci ilin mart ayında başlanmış, binanın özülü qazılmışdır. Binanın tikintisi ilk əvvəl «xxxx» MTK, daha sonra «xxxx» MMC adından aparılmış, ancaq sonradan Bakı şəhər icra hakimiyyəti məhdud məsuliyyətli cəmiyyətin inşa etdiyi binadakı mənzillərə order verə bilməyəcəyini dedikdən sonra MMC-nin adı dəyişdirilərək «xxxx» MTK adlandırılmışdır. Hər üç hüquqi şəxs eyni adamlara məxsus olmuş, təsisçilər də Manana Məmmədova, Əflatun Piriyev, Balaxanım Nadirova olmuşlar. MTK-nın 40 faiz payı Manananın, 40 faiz payı Balaxınımın, 20 faiz payı isə Əflatunun olmuşdur. «xxxx» MTK-nın baş mühasibi Təqsirləndirilən şəxs olmuş, 2011-ci ilin əvvəllərində, təxminən yanvar-fevral aylarında o işdən çıxmış və ondan sonra həmin vəzifəyə heç kim təyin edilməmişdir. «xxxx» MMC 22 noyabr 2004-cü ildə təsis edilmiş və təsisçilərin ümumi yığıncağının qərarı ilə Piriyev Əflatun direktor və vergi orqanlarında qanuni təmsilçi olmuşdur. 2007-ci ildə MMC-nin direktoru Hümbət Məmmədovun qardaşı Elvat Məmmədov olmuşdur. 2008-ci ilin yanvar ayının 08-də «xxxx» MMC-nin direktoru vəzifəsinə Rəsul Məmmədov təyin edilmiş, lakin o, Gürcüstan Respublikası vətəndaşı olduğundan əcnəbi sayıldığı üçün vergi orqanlarında MMC-nin qanuni təmsilçisi kimi Əflatun Piriyevin adı qalmışdır. 2008-ci ilin iyul ayının 10-da «xxxx» MMC «xxxx» MTK-ya çevrilmiş və direktor Rəsul Məmmədov, vergi orqanlarında qanuni təmsilçi isə Əflatun Piriyev olmuşdur. Mənzilin satılması barədə kompüterin məlumat bazasına məlumat daxil edilmiş, vətəndaş pulu kassaya ödəyəndən sonra kassa mədaxil orderi tərtib olunmuş, bunu kassir Şahid7 yazmış, orderə direktor Rəsul Məmmədov, işlədiyi vaxtlarda baş mühasib Təqsirləndirilən şəxs və kassir Şahid7 imza etmişlər. Təqsirləndirilən şəxs işdən çıxandan sonra onun yerinə heç kim imza etməmişdir. Bundan sonra kassa mədaxil orderinin qəbzi vətəndaşa verilmiş, həmçinin ona pul borcunun qalmaması barədə maliyyə arayışı da yazılıb verilmişdir. Bundan sonra müqavilə «xxxx»na daxil edilib MTK-da tərtib olunan ikinci kitaba, yəni satılan mənzillərin bloklar üzrə qeydiyyatı kitabına işləmiş, bu kitabda ödənilən məbləğ, qalan borclar qeyd edilmişdir. Kassa mədaxil orderinin kötüyünü müqaviləyə əlavə edib həmin sənədləri qovluqlara qoymuşlar. Vətəndaşlar tərəfindən ödənilən pul vəsaitlərinin uçotu kassir tərəfindən yalnız kompüterdə aparılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işində olan ibtidai araşdırma orqanının 12 aprel 2012-ci il tarixli “Cinayət işinin ayrılması haqqında” qərarından müəyyən olunur ki, külli miqdarda özgə əmlakını dələduzluqla ələ keçirmə, vəzifə saxtakarlığı törətmə əlamətlərnə görə Azərbaycan Respublikası CM-nın 178.3.2 və 313-cü maddələri ilə barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış və axtarışı elan olunmuş Təqsirləndirilən şəxs və qeyrilərin barəsində ibtidai araşdırma orqanının icraatında olan X19 və qeyrilərin Azərbaycan Respublikası CM-nın 120.2.1, 120.2.5, 29,120.2.7, 178.3.2, 228.2.2, 228.3 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işindən cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilib araşdırılmış “xxxx” Konsernin prezidenti X11 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə ünvanladığı və həmin idarəyə 15.02.2012ci ildə daxil olan ərizədən (c.1, i.v. 176-177) müəyyən olunur ki, Təqsirləndirilən şəxs, “xxxx” MMC-nin adından saxta sənədlər tərtib etməklə “xxxx” İK MTK-nın tikdiyi binadan Zərərçəkmiş şəxs1 mənzil satmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında mənzil tikintisi aparılır. Tikilən mənzillərin satışı ilə “xxxx” MTK-nın keçmiş baş mühasibi Təqsirləndirilən şəxs məşğul olurdu. Həmin ünvandakı 2 saylı yaşayış binasının İİ blokunun 11-ci mərtəbəsindəki 31 nömrəli ümumi sahəsi 153 kv.m metrdən ibarət olan mənzil alıcı, Zərərçəkmiş şəxs3 mülkiyyətinə verilmişdir və kooperativ tərəfindən Zərərçəkmiş şəxs3 mənzilin satın alınmasını təsdiq edən 17 sentyabr 2007-ci il tarixli müqavilə və 227062 nömrəli kassa mədaxil orderinin qəbzi də verilməmişdir (sənədlər əlavə olunur). Təqsirləndirilən şəxs öz vəzifə mövqeyindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq qəsdən həmin mənzili 04 sentyabr 2010-cu il tarixdə Zərərçəkmiş şəxs2 satmış və ona da mənzilin onun tərəfindən alınmasını təsdiqləyən 04 sentyabr 2010cu il tarixli müqavilə və nömrəsiz kassa mədaxil orderinin qəbzini vermişdir (sənədlər əlavə olunur). Məhkəmədə elan edilib araşdırılmış 12 aprel 2012-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək həmin tarixdən barəsində axtarış elan edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 aprel 2012-ci il tarixli qərarı ilə sonuncunun barəsində 03 (üç) ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilmiş, 23.06.2012-ci ildə iş üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və tədqiq edilmiş 06 mart 2020-ci il tarixli təslim aktından müəyyən olunur ki, 06 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Heydər X7 X18 əməkdaşları tərəfindən saxlanılmış və 06 mart 2020-ci il tarixli 281 nömrəli təhvil təslim aktı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinə təhvil verilmiş və ibtidai araşdırma orqanının 06 mart 2020-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış sənədlərə «baxış keçirilməsi haqqında» 21 oktyabr 2011-ci il tarixli protokoldan müəyyən olunur ki, “xxxx” MMC-nin və “xxxx” MTK-nın ünvan 7 ünvanında yerləşən ofisindən inşa etdikləri yaşayış binalarından mənzil almış şəxslərlə bağlanılmış alqı-satqı müqavilələri, kassa mədaxil orderləri, “xxxx” və sair sənədlər götürülmüşdür. Götürülmüş sənədlər Hümbət Məmmədovun iş otağından götürülməklə həmin sənədlərin içində ev alqı-satqısına dair 73000 ABŞ dolları məbləği nəzərdə tutulmuş Şahid1 adına tərtib olunmuş 02 vərəqdən ibarət olan 05.04.2010-cu il tarixli nömrəsiz müqavilə aşkar edilmişdir. Həmin müqavilənin sonuncu vərəqəsinin aşağı hissəsində “xxxx” MTK-nın sədri qrafasına göy qələmlə imza olunmuş, lakin möhür “xxxx” MTK-nın deyil, “xxxx” MTK-nın dairəvi möhürü vurulmuş, müqavilənin alıcı qrafasına da imza çəkilmişdir. Müqaviləyə Şahid1 AZE №03303246 saylı şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış bir tərəfdən “xxxx” MTK-nın sədri X16 və digər tərəfdən Şahid1 arasında bağlanmış 05 aprel 2010-cu il tarixli nömrəsiz müqavilədən müəyyən olunur ki, satıcı “xxxx” MTK ünvan 8 ünvanında tikdiyi yaşayış kompleksinin 6-cı blokunun 14-cü mərtəbəsində ayrılmış 132,6 kvadrat metrdən ibarət 3 otaqlı mənzili Alıcı Şahid1 mülkiyyətinə verir, sonuncu isə yaşayış sahəsinin hər kvadrat metrinə 550 ABŞ dolları, cəmi isə 132,6 kv. metrə görə 73000 ABŞ dolları ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci bəndindən müəyyən olunur ki, Alıcı elə həmin tarixdə , yəni 05 aprel 2010-cu il tarixdə məbləğin 100%, yəni 73000 ABŞ dollarını satıcıya ödəmişdir. Müqavilənin 6.1-ci bəndində satıcı kimi “xxxx” MTK-nın sədrinin imzası çəkilmiş, lakin imzanın üzərinə “xxxx” MTK-nın dairəvi möhürü vurulmuş Alıcının qrafasında isə (bənd 6.2) imza mövcuddur. Müqaviləyə Şahid1 AZE seriyalı 03303246 saylı şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş 07 aprel 2010-cu il tarixli 330 saylı müqavilədən müəyyən olunur ki, bir tərəfdən Satıcı olan, Nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs, digər tərəfdən Alıcı qismində çıxış edən Şahid1 ona görə bu müqaviləni bağlamışlar ki, Satıcı Bakı şəhəri, Nəsimi rayonu, 1059cu məhəllə, İ.Məmmədov küçəsi ünvanında tikdiyi yaşayış kompleksinin 6-cı blokunun 14-cü mərtəbəsində ayrılmış 132,8 kv. metrdən ibarət olan 3 otaqlı mənzili Alıcının mülkiyyətinə verir, Alıcı isə aldığı 132,8 kv. metrdən ibarət olan yaşayış sahəsinin hər kvadrat metri üçün 500 manat olmaqla cəmi 66400 manat ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.2-ci bəndindən müəyyən olunur ki, Alıcı ümumi məbləğin 100%-ni, yəni 66400 manatı müqavilənin imzalandığı gün 07 aprel 2010-cu il tarixində ödədi. Müqavilənin 6.1-ci bəndində Satıcı qrafasında “xxxx” MMC-nin direktorunun imzası və dairəvi möhürü əks olunmuş, 6.2-ci bəndində Alıcı qrafasında Şahid1 imzası əks olunmuşdur. Müqaviləyə əlavə olunmuş 07 aprel 2010-cu il tarixli kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, həmin tarixdə Şahid1 “ev almağa” görə “xxxx” MMC-yə 66400 AZN(manat) ödəniş etmişdir. Qəbz rəhbər imzası və “xxxx” MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Beləliklə, hər iki 05 aprel 2010-cu il tarixdə “xxxx” MTK və 07 aprel 2010-cu il tarixdə “xxxx” MMC tərəfindən bağlanmış müqavilələr üzrə Alıcı qismində Şahid1 çıxış etsə də 05 aprel 2010-cu il tarixli nömrəsiz müqavilə direktoru X16 olan “xxxx” MTK tərəfindən bağlansa da möhürü digər “xxxx” MTK möhürü ilə təsdiqlənmiş, satılan mənzilin ünvanı kimi ünvan 9nun 14-cü mərtəbəsində 132,6 kv. metrdən ibarət olan 3 otaqlı mənzil göstərilmiş, mənzilə görə 05 aprel 2010-cu il tarixdə Alıcı Şahid1 tərəfindən 1 kv.metrin dəyəri 550 ABŞ dolları tam olaraq 05 aprel 2010-cu il tarixdə ödəniş edilməsi göstərilmiş, digər 07 aprel 2010-cu il tarixli 330 saylı müqavilə direktoru Təqsirləndirilən şəxs olan “xxxx” MMC tərəfindən bağlanmaqla, “xxxx” MMC-nin möhürü ilə təsdiq olunmuş, satılan mənzilin ünvanı kimi ünvan 10şayış kompleksinin 6-cı blokunun, 14-cü mərtəbəsində ayrılmış 132,8 kv. metrdən ibarət olan 3 otaqlı mənzili Alıcı Şahid1 kv. metri 500 manat olmaqla cəmi 66400 manat ödənilməsi qeyd olunmuş, bu ödənişi təsdiq edən 07 aprel 2010-cu il tarixli kassa mədaxil orderi də mövcuddur. Beləliklə, qeyd olunan müqavilələrdə eyni Alıcı olan Şahid1 təqdim olunan ünvan, ödəniş məbləği və Satıcı fərqli olmaqla uyğunsuzluqlar mövcuddur. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş ibtidai araşdırma orqanının 26 dekabr 2011-ci il tarixli qərarından müəyyən olunur ki, iş üzrə toplanmış sübutlarla Zərərçəkmiş şəxs1 66.400 manat məbləğində maddi ziyan vurulması müəyyən edildiyindən o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarından və məhkəmədə Zərərçəkmiş şəxs1 verdiyi ifadəsindən müəyyən olunur ki, 07 aprel 2010-cu il tarixdə mənzil almaq məqsədilə “xxxx” MTK-nın inzibati binasına həyat yoldaşı Şahid1 ilə birlikdə getmiş, orada “xxxx” MMC-nin direktoru ilə mənzilin alınmasına dair müqaviləni arvadı Şahid1 bağlamış və ödəniş qəbzində də ödəniş edən kimi yenə də Şahid1 göstərilmişdir. Lakin mənzilə görə ödənilən məbləğ arvadı Şahid1 deyil, ona məxsus olduğu üçün ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində o tanınmışdır. Məhkəməyə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş Nigah şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 və Şahid1 30 noyabr 1986-cı ildən nigaha daxil olmaqla ər-arvaddırlar. Məhkəmədə elan edilib araşdırılmış X13 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli hökmünün təsviri və nəticə hissəsindən müəyyən olunur ki, X15 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.5, 29, 120.2.7, 178.3.2, 228.3 və 313-cü maddələri ilə məhkum olunmuş və cinayət əməllərindən biri kimi onun qulluq mövqeyindən istifadə etməklə 2009-cu ilin oktyabr ayından 2011-ci ilin iyun ayına kimi olan dövrdə Bakı şəhərində faktiki həmtəsisçisi olduğu “xxxx” MTK-nın Bakı şəhəri Nəsimi rayonu 1059-cu məhəllə, İ.Məmmədov küçəsində (Ə.Hüseynov küçəsi 5) inşa etdiyi hündürmərtəbəli yaşayış binasından mənzil və qeyri-yaşayış sahəsi almaq istəyən ayrı-ayrı şəxslərin etibarını qazanmaq üçün tamah niyyəti ilə vəzifə saxtakarlığı edərək məzmununa guya yaşayış və qeyri-yaşayış sahələrinin onlara satılması, ödənilən pulun xəzinəyə mədaxil edilməsi, kooperativə borclarının olmaması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd hesab olunan müqavilə, kassa mədaxil orderlərinin qəbzləri, maliyyə arayışları tərtib edib binanın tikintisinə heç bir aidiyyəti olmayan “xxxx” MTK-nın möhürü və imzası ilə təsdiqlənmiş nüsxəsini təqdim edərək onları inandırmaqla aldadıb inşa olunan həmin binadan ..... Şahid1 6-cı blok 14-cü mərtəbədə 132,8 kvadrat metrdən ibarət 3 otaqlı mənzilin satılmasına dair 05.04.2010-cu il tarixli nömrəsiz müqaviləni təqdim edib “xxxx” MTK-nın baş mühasibi vəzifəsini icra edən digər şəxslə əlbir olaraq Zərərçəkmiş şəxs1 həmin mənzil üçün verdiyi 66400 (altmış altı min dörd yüz) manat, .... cəmi 24 nəfər şəxsdən 1617039,25 (bir milyon altı yüz on yeddi min otuz doqquz manat iyirmi beş qəpik) məbləğində külli miqdarda vəsaitini etibardan sui-istifadə edib aldatma yolu ilə ələ keçirərək kooperativin xəzinəsinə daxil etməyib həmin şəxslərin xeyrinə heç bir hərəkət etmədən öz ehtiyacları üçün sərf edib qulluq mənafeyindən istifadə etməklə təkrarən dələduzluq etməsi olmuş və sonuncu məhkəmənin həmin tarixli hökmü ilə ona elan olunmuş ittiham ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2014-cü il tarixli qərarı ilə X15 aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2014cü il tarixli qərarı X15 aid olan hissədə dəyişdirilərək sonuncuya Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət təqibinə xitam verilmiş, lakin qəti cəza dəyişilməyərək 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Digər hissədə qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında apellyasiya baxışına təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli hökmü X15 aid olan hissədə dəyişdirilmədən saxlanılmış və qeyd olunan qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsindən məyyən olunur ki, X10 Şahid1 xeyrinə 73000 (yetmiş üç min) ABŞ dolları məbləğində pul vəsaitinin milli manat məzənnəsinə uyğun olaraq tutulması qət edilmiş və həmin qərar icraya yönəldilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “xxxx” MTK-nın Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 08.07.2008-ci ildə qeydiyyata alınmış 27.06.2008-ci il tarixli Nizamnamənin 4.1 və 4.2-ci maddələrinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır, kooperativin fəaliyyətinə cari rəhbərlik onun icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan, ümumi yığıncağın qərarı ilə kooperativin üzvləri arasından seçilmiş sədri tərəfindən həyata keçirilir. “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının 17.07.2008-ci il tarixli protokoluna əsasən X1 sədri seçilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin 12 mart 2012-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin (VÖEN**********) təsisçisidir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdab müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 26.01.2012-ci il tarixli 21349 saylı rəyindən müəyyən olunur ki, “..... Şahid1 adına tərtib edilmiş 05.04.2010-cu il tarixli, nömrəsiz 73.000 ABŞ dolları məbləğində alqı-satqı müqaviləsində MTK-nın sədri qrafalarında olan imza, ........ X19 tərəfindən icra olunmuşdur.” Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə sənədlərin texniki ekspertizasının 01.02.2012-ci il tarixli 21350 saylı rəyindən müəyyən olunur ki, “... Şahid1 adına tərtib edilmiş 05.04.2010-cu il tarixli, nömrəsiz, 07.04.2010-cu il tarixli, 330 saylı alqı-satqı müqavilələrində, maliyyə arayışlarında, kassa mədaxil orderinin qəbzində ....... olan möhür əksləri “xxxx” MTK-nın tədqiqata təqdim olunan möhür əksləri ilə eyniyyət təşkil etmirlər.” Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 Böyükkişi oğlunun külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı törətməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qeyrisi üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Zərərçəkmiş şəxs3 hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi əməlləri məhkəmə baxışında təsdiqini tapmışdı. Belə ki, cinayət işində olan 04 sentyabr 2010-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, bir tərəfdən Satıcı qismində çıxış edən «xxxx» MTK-nın sədri Şahid4, digər tərəfdən alıcı qismində çıxış edən Zərərçəkmiş şəxs2 ona görə müqavilə bağlamışlar ki, Satıcı Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə tikdiyi 2 saylı yaşayış binasının İİ blokunun 11-ci mərtəbəsində sahəsi 153 kv.m olan 31 saylı mənzili hər kv. metri üçün 719 ABŞ dolları, cəmi isə mənzilə 110000 ABŞ dolları ödəməklə Alıcıya təqdim edir. Müqavilə «xxxx» MTK tərəfindən bu MTK-nın sədri tərəfindən imzalanmaqla «xxxx» MTK-nın dairəvi möhürü ilə möhürlənmiş, həmçinin Alıcı Zərərçəkmiş şəxs2 tərəfindən də imzalanmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş 01 avqust 2012-ci il tarixli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə ev almaq üçün «xxxx» MTK-ya 120000 manat ödəmişdir. «xxxx» Konserninin ərizəsinə əlavə olunmuş digər 17 sentyabr 2007-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, bu müqavilə Satıcı qismində çıxış edən «xxxx» MTK-nın sədri Şahid4 və Alıcı Zərərçəkmiş şəxs3 arasında ona görə bağlanmışdır ki, Satıcı Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə tikdiyi 2 saylı yaşayış binasının İİ blokunun 11-ci mərtəbəsində sahəsi 153 kv.m olan 31 saylı mənzili Alıcının mülkiyyətinə verir və Alıcı bu sahəni hər kv. metrinə görə 856 manat, ümumilikdə isə 130968 manat pulu həmin tarixdə tam ödəməklə mənzilin mülkiyyətçisi olmuşdur. Müqaviləyə əlavə olunmuş 17 sentyabr 2007-ci il tarixli kassa mədaxil orderi qəbzinin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 ev almağa görə «xxxx» MTK-ya 130968 manat pul ödəmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 mart 2012-ci il tarixli **********24 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində heç bir qeyd yoxdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin 11.03.2012-ci il tarixli 15/Q-2432 saylı arayışından müəyyən olunur ki, DİN BDYPİ QİŞ-in kompüter uçotuna görə Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 19-da qeydiyyatda olan Təqsirləndirilən şəxs adına avtomobil qeydiyyatdan keçmir. Məhkəmədə elan edilib araşdırılmış Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2012ci il tarixli Qərardadından, Zərərçəkmiş şəxs2 ilə “xxxx” MTK arasında bağlanmış 01 avqust 2012-ci il tarixli barışıq sazişi və həmin tarixli, nömrəsiz müqavilə, maliyyə arayışı və kassa mədaxil orderinin qəbzinin surətlərindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 “xxxx” MTKa qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək 143000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 23 fevral 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıya 110000 (yüz on min) ABŞ dolları məbləğində pulun ödəniş anında və yerinin məzənnəsi üzrə manatla miqdarının MTK-dan tutularaq Zərərçəkmiş şəxs2 verilməsini qət etmiş, daha sonra MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Məhkəmə prosesləri getdiyi zaman cavabdeh şəxslə iddiaçı arasında barışıq sazişi bağlanmaqla Zərərçəkmiş şəxs2 17 sentyabr 2010-cu il tarixdə MTK-dan Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə tikintisi aparılan 2 saylı yaşayış binasının İİ blokunun 11-ci mərtəbəsində 153 kvadrat mert sahəsi olan 31 nömrəli mənzili aldığı zaman ödədiyi 110000 ABŞ dolları 90000 (doxsan min) manat kimi qəbul edilmiş və sonuncunun əlavə olaraq 30000 (otuz min) manat pul vəsaiti ödəməsi qarşılığında ona MTK-nın Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə tikintisi aparılan 3 saylı yaşayış binasının İİ blokunun 13-cü mərtəbəsində 153 kvadrat mert sahəsi olan 37 nömrəli mənzili satması barədə barışıq sazişi və cəmi evin alınması üçün ödənilmiş 120000 (yüz iyirmi min) manat məbləğində kassaya mədaxil olunmasına dair qəbz və bunu bir daha təsdiq edən həmin tarixli nömrəsiz müqavilə Zərərçəkmiş şəxs2 və “xxxx” MTK-nın sədri X22 aralarında imzalanmış və MTK-nın dairəvi möhürü ilə təsdiq olunmuşdur. Göstərilənlərə əsasən tərəflərin barışmasını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası 17 oktyabr 2012-ci il tarixli qərardadı ilə qeyd olunan barışıq sazişi təsdiq edilmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 fevral 2012-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə elan edilib araşdırılan sənədlərdən müəyyən olunur ki, “xxxx” Mənziltikinti Kooperativi 07 iyul 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində ******* identifikasiya kodu ilə qeydiyyata alınmışdır. Daha sonra “xxxx” Mənzil-tikinti X14 Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Statistika Komitəsi tərəfindən uçot vahidlərinin Dövlət registrinə 17 may 2006-cı il tarixdə N000986 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır. “xxxx” Mənzil-tikinti Kooperativi 21 sentyabr 2007-ci il tarixdə ********** (VÖEN) nömrə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış “xxxx” Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) sədri X6 06 may 2004-cü il tarixli 03 nömrəli əmrindən müəyyən olunur ki, həmin tarixli əmrlə Bağırov X8 baş mühasibi vəzifəsinə təyin edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri Şahid4 01 fevral 2011-ci il tarixli 06/K nömrəli əmri ilə Təqsirləndirilən şəxs öz ərizəsi ilə tutduğu işdən və baş mühasib vəzifəsindən azad olunmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq olunmuş ibtidai araşdırma orqanının 10 sentyabr 2020-ci il tarixli «Cinayət təqibinə xitam verilməsi » qərarından müəyyən olunur ki, Şahid4 baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ona görə təqsirləndirlən şəxs qismində cəlb olunmuşdur ki, o, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakına külli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xdməti vəzifələrinin icrası ilə əlaqədar özü və qeyrisi üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz quluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fizik şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən süi-istifadə etmişlər. Təqsirləndirilən şəxs Şahid4 etdiyi əməllər üzrə özünü tam təqsirli bildiyi, Zərərçəkmiş şəxs2 «xxxx» MTK tərəfindən yeni mənzil verildiyi üçün sonuncu ilə MTK arasında barışıq sazişi əldə edildiyi üçün, CM-nin 313 və 308.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün, həmçinin CM-nin 73-1.3-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla birgə vurduğu 86556 manat məbləğində zərərin 50%-ni, yəni 43280 manat vəsaiti dövlət büdcəsinə köçürdüyü üçün CMnin 178.3.2-ci maddəsi ilə CPM-nin 39.1.11 və 40.2-ci maddələrinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Cinayət işində olan «Sübutların qiymətləndirilməsi haqqında » 25 avqust 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 «xxxx» MTK-dan əlavə, yəni 30.000 manat məbləğində ödəniş etməklə ona satılmış mənzili əldə etməklə əlaqədar, əlavə ödənişlə bağlı hər hansı bir cinayət hadisəsi müəyyən olmadığından həmin xüsusatlarla bağlı Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş, Alıcı Zərərçəkmiş şəxs2 əlavə ödənişin ona qaytarılması barədə tələbinin mülki xarakterli olması və bununla bağlı onun aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir, ibtidai araşdırma orqanının bu qərarından Zərərçəkmiş şəxs2 məhkəmə orqanlarına və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən orqana müraciət etməmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21.05.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin müddəti 25 iyul 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.07.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin müddəti 25 oktyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan ittiham aktından müəyyən olunur ki, baxılan iş üzrə ibtidai istintaq 11 sentyabr 2020-ci ildə tamamlanmış, iş üzrə 18 sentyabr 2020-ci il tarixdə ittiham aktı təsdiqlənərək məhkəmə baxışına göndərilmiş, Bakı Ağır Cinayətlər məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs 06 mart 2020-ci il tarixdən 11 mart 2020-ci il tarixədək həbsdə saxlanıldığı və 11 mart 2020-ci ildən hökmün çıxarıldığı 27 may 2021-ci il tarixədək həbsə bərabər tutulan «ev dustaqlığı» qətimkan tədbirinin müddətlərini, yəni, 01(bir) il 02 (iki) ay 21 (iyirmi bir) günü Təqsirləndirilən şəxs cəza təyin etdikdə nəzərə almaqla ona qəti cəza təyin etməlidir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 11.09.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, cinayət işi üzrə heç kimin barəsində şikayəti yoxdur, həmçinin məhkəmədə verdiyi ifadəsində o, Təqsirləndirilən şəxs barəsində heç bir tələbi olmadığını, 2007-ci ildə «xxxx» MTK-dan aldığı mənzil və qaraj bu günədək ona məxsusdur, hal-hazırda orada yaşayır. Zərərçəkmiş şəxs1 02 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan hər hansı bir şikayəti və tələbi yoxdur, ona qarşı olan şikayətindən və mülki iddiasından imtina edir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 21.10.2020-ci il tarixli mülki iddia barədə ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs «xxxx» MTK ilə barışıq sazişi bağlamaqla ona verilmiş mənzilə görə əlavə, 30.000 manat məbləğində həmin MTK-ya ödədiyi pulu və mənəvi ziyana görə əlavə 10.000 manat, ümumilikdə isə 40.000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi barədə mülki iddianın təmin edlməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 barışıq sazişi əsasında ona verilən mənzilə görə etdiyi əlavə ödəniş mülki xarakter daşımaqla mülkimühakimə qaydasında yerli məhkəmə tərəfindən baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli qərarı ləğv olunmamış, qərardan şikayət verilməmiş və bu səbəbdən bu qərar preyudisial xarakter daşımaqla Zərərçəkmiş şəxs2 izah olunmalıdır ki, mülki iddia ərizəsində qoyulan 40.000 manat məbləğində tələbi baxılmamış saxlanılmaqla onun mülki-mühakimə qaydasında yerli məhkəməyə müraciət etmə hüququ vardır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qeyrisi üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətməsi qismən olaraq öz ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, məhkəmədə tədqiq olunmuş yaşayış sahələrinin alqı-satqı müqavilələri, bu sahələrə görə zərərçəkmiş şəxslər tərəfindən tam ödəniş edilməsinə dair qəbzlər, ibtidai araşdırma zamanı götürmə və baxış protokolları, Təqsirləndirilən şəxs baş mühasib vəzifəsinə təyin olunması və çıxarılması əmrləri, Təqsirləndirilən şəxs “xxxx” MMCnin təsisçisi və rəhbəri olması barədə sənədləri, «xxxx» Konsernnin ərizə və ərizəyə əlavə olunmuş sənədləri, X13 barəsində Bakı Ağır Cinayətlər məhkəməsində çıxarılmış və qanuni qüvvəyə minmiş hökmü, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi, məhkəmə sənədləriin texniki ekspertiza rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 dekabr 2017-cı il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017cı il tarixli, 816-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının CM-nin 308.2-ci maddəsinin sanksiyasında dəyişiklik edilmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-cı il tarixli, 816-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının CM-nin 308.2-ci maddəsinin sanksiyasında edilmiş dəyişikliyə görə, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır nəticələrə səbəb olan əməli hazırda az ağır cinayət hesab edilir və Azərbaycan Respublikası CMnin 10.3-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin vəziyyəti yaxşılaşdığından həmin maddənin normalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti az ağır cinayətə görə müəyyən edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 313 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Lakin, Təqsirləndirilən şəxs, ona istinad edilən Azərbaycan Respublikası CM-nın 313 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin məcəllənin 15.3-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayətlər CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin sanksiyasında isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayət CM-nin 15.3-ci maddəsinə əsasən az ağır cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəl edilə bilməz. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilmiş ittihamdan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsini 07 aprel 2010 və 03 sentyabr 2010-cu il tarixlərdə, CM-nin 308.2-ci maddəsini isə 04 sentyabr 2010-cu il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsindən 2 ildən artıq, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsindən isə yeddi ildən artıq müddət keçmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs, ona istinad edilən Azərbaycan Respublikası CM-nın 313 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə, Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1, 75.1.2 və 75.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bununla yanaşı «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 14.01.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış uşağının olmasını, həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş zərərin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə əsasən CMnin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi Hissəsinn müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Baxılan iş üzrə CM-nin 59.1.12 və 59.1.13-cü maddələrə uyğun olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3la barışıq əldə etmiş, həmçinin iş üzrə zərərçəkmiş şəxslərə dəymiş zərər könüllü olaraq ödənilməklə aradan qaldırılmışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X5 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə icraatın aparılması zamanı, yəni 06 mart 2020-ci il tarixdən 11 mart 2020-ci il tarixədək həbsdə, 11 mart 2020-ci il tarixdən 27 may 2021-ci il tarixədək ev dustaqlığında olduğu 01 il 02 ay 21 gün müddəti ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Məhkəmə nəzərə alır ki, CM-nin 15-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 178.3.2-ci maddəsi ağır, 308.2-ci maddəəsi az ağır, 313-cü maddəsi isə böyük təhlükə törətməyən cinayətlərə aiddir. Təqsirləndirilən şəxs ona ittiham olunan CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə ayrı-ayrılıqda cəza təyin edilməklə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Lakin Təqsirləndirilən şəxs ona ittiham olunan Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Belə ki, CM-nin 313-cü maddəsi böyük təhlükə törətməyən cinayətlərə aid olmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı 07 aprel 2010-cu il tarixdə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı 04.09.2010-cu il tarixdə vəzifə saxtakarlığı törətmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 12 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin tarixdə axtarışa verilməklə iş üzrə icraat dayandırılmış, 06 mart 2020-ci il tarixdə V.X26 Hava Limanında tutularaq istintaqa təqdim edilmiş və 06 mart 2020-ci il tarixdən hökmün çıxarıldığı tarixədək CM-nin 75-ci maddəsi ilə nəzərdə tutulmuş 02 il müddəti keçdiyindən o təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəzadan azad olunmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iddia tələbləri mülki xarakterli olmaqla ona mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmə hüququ izah olunmaqla ərizəsi baxılmamış saxlanılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313 və 308.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1 və 75.1.2-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 308.2-ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı Təqsirləndirilən şəxs 06 mart 2020-ci il tarixdən 11 mart 2020-ci il tarixədək həbsdə, 11 mart 2020-ci il tarixdən 27 may 2021-ci il tarixədək ev dustaqlığında olduğu 01 il 02 ay 21 gün müddəti təyin olunmuş cəza müddətinə daxil edilməklə üzərində qəti olaraq 02 ((iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üzərində 04 (dörd) il 09 (doqquz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq azadlıqdan məhrum etmə ilə bağlı əsas cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Sınaq müddətinin əvvəli hökm icraaya yönəldiy tarixdən hesablansın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın və ona mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmə hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar