Məhkəmə qərarları › İş №1(101)-318/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-318/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-318/2022 17.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəl məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 13 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsi, ev 21-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz aralarında olan razılığa əsasən 07 iyul 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan «Emin» adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi - 5,860 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi - 0,255 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib daşımaqla bir hissəsini qrupun digər üzvi Təqsirləndirilən şəxs2 vermiş, 07 iyul 2021-ci il tarixdə, saat 17:00 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Sadıq küçəsi dalan 2, 3 saylı evin qarşısında Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş və bölmədə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən külli miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,022 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 07 iyul 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan «Emin» adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi - 5,860 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi - 0,255 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib daşımaqla bir hissəsini ona vermiş, 07 iyul 2021-ci il tarixdə, saat 17:00 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Sadıq küçəsi dalan 2, 3 saylı evin qarşısında Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş və bölmədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 1 (bir) ədəd plastik qutuda, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qram, 0,331 qram, 0,935 qram, 1,670 qram və 0,107 qram, ümumi təmiz çəkisi isə 3.838 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 07 iyul 2021-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında piyada gedən zaman bir neçə polis əməkdaşı yaxınlaşaraq onu tutmuşdur. Polis əməkdaşları onu tutduqdan sonra tanışı Təqsirləndirilən şəxs2 yaşadığı evin ünvanını ondan soruşmuşlar. O da polis əməkdaşlarına Elşənin harada yaşadığını demişdir. Bundan sonra polislər ondan Elşənin yaşadığı ünvanı göstərməyini tələb etmişlər. O da məcbur olaraq polislərlə birlikdə Təqsirləndirilən şəxs2 “NZS” qəsəbəsində yaşadığı evə getmişdir. Onlar həmin ünvana çatdıqda, polis əməkdaşları Elşənin yaşadığı evə basqın edərək orada Elşəni tutmuşlar. Elşən də tutulduqdan sonra polislər onların ikisini də Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə aparmışlar. Polis bölməsində onu və Elşəni polislər amansızca döymüşlər. Sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) bükümdə 0,5 qram çəkidə “şüşə” və 1 (bir) ədəd elektron tərəzi çıxmışdır. Şəxsi axtarış zamanı onun üzərində “kakos” olmamışdır. Onun üzərindən “şüşə” və elektron tərəzi aşkar edildikdən sonra polislər bu əşyaları masanın üstünə qoymuşlar. Həmin vaxt polis əməkdaşlarından biri masanın üstünə 1 (bir) büküm “kakos” qoyaraq ondan tələb etmişdir ki, videoçəkiliş vaxtı həmin “kakosun” da özünə məxsus olmasını etiraf etsin. Lakin o, buna etiraz etmişdir. Bundan sonra polislər yenə onu döyməyə başlamışlar. O da məcbur olub özünə məxsus olmayan “kakosun” ona məxsus olmasını videoçəkiliş vasitəsi ilə etiraf etmişdir. Polis bölməsində o, etirafedici ifadəni məhz polis əməkdaşlarının ona göstərdikləri fiziki təzyiq və işgəncə nəticəsində vermişdir. İttiham aktında göstərilmiş “kakosun” ona heç bir aidiyyəti yoxdur. O, tutulduğu vaxt üzərində “kakos” olmamışdır. O, heç vaxt heç kəsə narkotik vasit və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs olunanadək taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, təxminən 6 aydan çoxdur ki, psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, ailəsi birlikdə yaşadığı evi təmir etdirdiyinə görə bir müddət idi ki, “NZS” qəsəbəsində kirayədə yaşamışdır. 07 iyul 2021-ci il tarixdə o, evdə yatan zaman qəflətən polis əməkdaşları onun kirayədə qaldığı evə daxil olaraq vəhşicəsinə onu tutmuşlar. O, polislərdən hansı səbəbə görə tutulduğunu soruşsa da, polislər ona heç bir cavab verməmişlər. Sonra polislər onun yaşadığı evdə axtarış keçirmişlər, lakin həmin vaxt evdən narkotik vasitə aşkar edilməmişdir. Polislər ondan narkotik vasitəni harada gizlətdiyini soruşmuşlar. O da polislərə evdə narkotik vasitənin olmadığını bildirmişdir. Sonra polislər onu məcbur olaraq polislərin xidməti maşınına mindirmişlər. O, maşına minən zaman maşında Təqsirləndirilən şəxs1 görmüşdür. Həmin vaxt Samirin üstü-başı qan içində olmuşdur. O, Samirdən nə baş verdiyini soruşduqda, Samir ona bildirmişdir ki, “polislər məni döyərək sənin yaşadığın ünvanı soruşdular. Mən də məcbur olub polis əməkdaşlarına sənin yaşadığın ünvanı göstərdim”. Sonra onları 23cü Polis bölməsinə aparmışlar. Orada onları döyərək polislərin diktə etdiyi məzmunda ifadə vermələrini tələb etmişlər. O da bir müddət döyüldükdən sonra videoçəkiliş zamanı polislərin ondan tələb etdikləri məzmunda ifadə vermişdir. Halbuki polislər onun yaşadığı evə basqın edən zaman evdə və üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Ona qarşı irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassızdır. O, heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması barədə ifadələr verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis əməkdaşı olan Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumat raportla İdarə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Sonra onlar həmin gün ünvan 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman sonuncuları saxlayaraq Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına aparmışlar. Polis bölməsində Samir və Elşənin hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillər dəvət olunmuşdur. Sonra Samirə üzərində qadağan olunmuş əşya olub-olmadığı, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Samir əynində olan şalvarın cibindən 1 (bir) bükümdə narkotik vasitə heroinə bənzər, 1 (bir) bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Samirin üzərinə şəxsi axtarış keçirilmiş və Samirin əynində olan şalvarın cibindən 2 (iki) ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Sonra həmin kütlələr və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Elşənə üzərində qanunla qadağan olunmuş əşya olubolmadığı, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Elşən əynində olan şalvarın cibindən içərisində 5 (beş) bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlərlər olan plastik qutunu və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Elşənin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın cibindən 2 (iki) ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Elşənin üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Elşənin təqdim etdiyi metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, sonra zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin və metamfetamin bükümlərinin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 07 iyul 2021-ci il tarixdə tanışı Emin adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu, Q.Sadıq küçəsində satış məqsədi ilə əldə etdiyini, narkotik vasitə heroinin və metamfetaminin yarım qramını 20 (iyirmi) manatdan satışını həyata keçirdiyini, habelə başqa yerlərdə narkotik vasitə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş metamfetamin bükümlərinin özünə məxsus olduğunu, həmin kütləni bir gün bundan əvvəl Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi üçün və satış məqsədi ilə əldə etdiyini, narkotik vasitələrin bükümlərini 20 (iyirmi) manatdan satışını həyata keçirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. O, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, sonuncularla heç bir ədavəti və ya qohumluğu olmamışdır. 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 adlı şəxsin külli narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat İdarə rəhbərliyi adına raportla məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qəbul olunmuş və qərar əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi vəkil dəvət olunaraq hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 1 (bir) bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung”, 1 (bir) ədəd “İphone” markalı mobil telefon və 5 (beş) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə çəkilmiş və çəkisi 0,45 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 2,51 qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) “Samsung”, 1 (bir) ədəd “İphone” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs1 izah verildikdən sonra götürülmüş, 5 (beş) manat pul isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən içərisində 5 (beş) bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr olan plastik qutunu və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 25 (iyirmi beş) manat pul, 1 (bir) ədəd “Nokia” və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonlar, 1 (bir) ədəd sürücülük vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi metamfetaminə bənzər kütlələr elektron trəzidə çəkilmiş və 5 (beş) bükümün ümümi çəkisi 5,26 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmış, üzərindən aşkar olunmuş pullardan 20 manatın narkotik vasitələrin satışından əldə olunmuş pul olduğunu bildirdiyi üçün həmin 20 manat pul içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmış, 5 manat pul və içərisi boş olan plastik qutu isə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung”, 1 ədəd Nokia markalı mobil mobil telefonlar və sürücülük vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin və metamfetamin bükümlərinin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 07 iyul 2021-ci il tarixdə tanışı Emin adlı şəxsdən Nizami rayonu, Q.Sadıq küçəsində satış məqsədi ilə əldə etdiyini, narkotik vasitə olan heroinin və metamfetaminin yarım qramını 20 manatdan satışını həyata keçirdiyini, başqa yerlərdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş metamfetamin bükümlərinin özünə məxsus olduğunu, həmin kütləni bir gün bundan əvvəl tanışı Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi üçün və satış məqsədi ilə əldə etdiyini, narkotik vasitələrin satışını həyata keçirdiyini, aşkar olunmuş bükümləri 20 manatdan satışını həyata keçirdiyini, elektron tərəzini isə həmin kütlələrin çəkisini müəyyən etmək məqsədi ilə üzərində saxladığını, başqa yerlərdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Tərəflərindən şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr aşkar olunduğu formada, yəni büküm halında qablaşdırılmış vəziyyətdə çəkildiyindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə çəkildikdə 0,45 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 2,51, Təqsirləndirilən şəxs2 üzərindən isə aşkar edilmiş 5 bükümün ümümi çəkisi 5,26 qram kimi göstərilmiş, məhkəmə-kimyəvi ekspertizası tədqiqatı zamanı həmin maddələr qablaşdırmadan, yəni bükümlərdən azad edilməklə təmiz çəkildiyindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 0,255 qram, psixotrop maddənin isə çəkisi 2,022 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş beş bükümdə psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi isə 3,838 qram təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq Nizami RPİ-nin 23-cü Polis bölməsinə aparılmışlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 38) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 48) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 49-52) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 1 (bir) ədəd bükümdə, ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung”, 1 (bir) ədəd “İphone” markalı mobil telefon və 5 (beş) manat pul aşkar olunaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr çəkilmiş, narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 0,45 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 2,51 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan şalvarın sağ yan cibindən içərisində 5 (beş) ədəd bükümdə ağ rəngli, kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlərlər olan plastik qutunu və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 25 (iyirmi beş) manat pul, 1 (bir) ədəd “Nokia” və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonlar, 1 (bir) ədəd sürücülük vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və 5 (beş) bükümün ümümi çəkisi 5,26 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2730 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 66-70) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 təqdim etdiyi...» sözləri yazılmış 1 №-li kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,022 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Üzərində «...Təqsirləndirilən şəxs2 ... təqdim etdiyi...» sözləri yazılmış 2 №-li kağız paketdəki 5 (beş) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qram, 0,331 qram, 0,935 qram, 1,670 qram, 0,107 qram, ümumi təmiz çəkisi 3,838 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 №-li kağız paketlərdəki metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 5,860 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına (Siyahı İ), Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilməiş fotoşəkillərdən (cild 1, iş vərəqə 80-88) görünür ki, müxtəlif mobil nömrələrdən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrəyə çoxsaylı mesajlar göndərilmiş və həmin mesajlar əsasında müxtəlif şəxslər Təqsirləndirilən şəxs1 jarqon sözlərlə müraciət edərək narkotik vasitə və psixotrop maddələri satılmasını xahiş və tələb etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 96-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 108-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-183/2021 saylı qərarından (cild 1, iş vərəqə 139-141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli, onun tutulduğu vaxtdan, yəni 07 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-182/2021 saylı qərarından (cild 1, iş vərəqə 142-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli, onun tutulduğu vaxtdan, yəni 07 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 157) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 159-160) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş, lakin onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 3183 saylı rəyindən (cild 1, iş vərəqə 224-225) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yarananan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhətə görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 3184 saylı rəyindən (cild 1, iş vərəqə 226-227) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhətə görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 200- 201) görünür ki, 08.06.2021-ci il tarixdə, saat 15:22:13-də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Bize yaraşmaz eziyyet olmasa gel maşının yanındayam, meni burda gözletme. Gel sözüm var», 08.06.2021-ci il tarixdə, saat 15:45:20-də «Qaqa aynoyun lazımdı aç telefonu», 08.06.2021-ci il tarixdə, saat 16:13:30-da «Qaqa koka kola lazımdı cavab ver», 13.06.2021-ci il tarixdə, saat 17:48:24-də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Ay qaqaş sizin mehledeyem. Götür bir kelme cavab verde. 20 man var», 14.06.2021-ci il tarixdə, saat 18:07:14-də «Brat zengivi gözluyurem. Tertemiz 20 man var. Gelim brat?? Cavab de», 18.06.2021-ci il tarixdə, saat 21:33:07də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Gagaş 10. Balıq teşkil elede. Nazim», 24.06.2021-ci il tarixdə, saat 12:00:25-də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Salam. Emin sensen qaqa niyazidi ağanın xalası oglu imkan olsa mennen elaqe saxladha», 24.06.2021-ci il tarixdə, saat 22:13:43-də ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə «gagaş Nazimdi iki ədəd 5.dik baliq lazım idi», 25.06.2021-ci il tarixdə, saat 12:03:53-də ***-***- **-** nömrəli abonentdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Brat alınırsa oralardan yarı düzüb qoşardın gələrdim ora tez bazar», 06.07.2021-ci il tarixdə saat 21:58:29-da ***-***-**-** nömrəli abonentdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə «Bu po.u bizonun içine atırsan ağzını berk bağlade. Temiz sudu.PQoymbsn» məntli, «SMS.Tarixçesi. **********2640.773109598» adlı fayla baxış keçirilrkən isə 01.06.2021-ci il tarixdə, saat 13:47:45-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəli abonentə «Brat podpodjsh srocno pozvom», 06.06.2021-ci il tarixdə saat 03:13:24-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəli abonentə «Ureyim dozmedi hardasan durr gel verim agridan cıx», saat 03:18:25-də «Hardasan dur gel verim axrdan cix ureyimi si…inler ureyim dozmedi, adamda sifet olar e sende o sifet de yoxdu e nuranin elediyin qe..elik yadindan cixib gor o nece idise ad gune senin kimi mutqani cağırdi sen mutga onun oğlanin qoyuna girdin ve sen onsuz onun bunun atxodlari ile yaşamısan ay mutga, ne olub cox axrin var senin bloqdan cixard meni» mətnli yazışmaların aparılması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PB-nin məktubundan (cild 1, iş vərəqə 223) görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etdiyi mənbənin, yəni “Emin” adlı şəxsin şəxsiyyətini və mobil telefon nömrələri göstərilmiş digər şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2021-ci il sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 228-239) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin, eksoertiza tədqiqatından sonra qalıq çəkisi 0,205 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 5,71 qram təşkil edən psixotrop maddə metamfetaminin, 2 (iki) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, cinayət işinin materiallarından “Emin” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-346/2021 saylı qərarından (cild 1, iş vərəqə 280-283) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti 27 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-347/2021 saylı qərarından (cild 1, iş vərəqə 284-287) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti 27 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 1996-cı il tarixli diplomun surətindən (cild 2, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs2 ali təhsil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 40) görünür ki, 29 iyun 2009-cu il tarixdə Təqsirləndirilən şəxs2 qızı X10 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 35) görünür ki, 10 iyul 2010-cu il tarixdə Təqsirləndirilən şəxs1 qızı X4 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 may 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 36) görünür ki, 13 mart 2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 oğlu X7 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış hər bir sübuta ayrı-ayrılıqda hüquqi qiymət verilməli, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, məhkəmə istintaqında araşdırılmış obyektiv sübutlarla müəyyən edilmişdir ki, 07 iyul 2021-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Sadıq küçəsi dalan 2, 3 saylı evin qarşısında piyada hərəkət edən zaman Azərbaycan Respublikası DİN-in BNMİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmışıar və Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə aparılmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən külli miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,022 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Eyni zamanda Polis bölməsində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd plastik qutuda, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə eynilik təşkil edən və ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qram, 0,331 qram, 0,935 qram, 1,670 qram və 0,107 qram, ümumi təmiz çəkisi isə 3.838 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib daşımaqla saxlamışlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər ayrı-ayrılıqda ifadə verərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə edib daşımaqla saxlamadıqlarını, habelə Təqsirləndirilən şəxs1 tutulan zaman üzərində narkotik vasitə heroinin olmadığını, tutulan vaxt Təqsirləndirilən şəxs2la piyada hərəkət etmədiyini, polislər tərəfindən tutulduqdan sonra fiziki zorakılığa məruz qaldığını, bunun nəticəsində polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 yaşadığı evi göstərdiyini, Təqsirləndirilən şəxs2 isə evdə yatdığı zaman polislərin evə basqın edərək onu tutduqlarını, yaşadığı evdən narkotik vasitə və psixotrop maddənin aşkar edilmədiyini, zorla polis əməkdaşlarına məxsus avtomobilə mindirildiyini, həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs1 olduğunu, sonuncunun qan içində olduğunu, sonradan Polis bölməsinə aparılaraq fiziki zorakılığa məruz qaldığını və nəticədə polislərin diktəsi ilə etirafedici ifadə verdiklərini bildirmişlər. Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda tutulduqları yeri və şəraiti, habelə fiziki zorakılığa məruz qalaraq etirafedici ifadələr verməyə məcbur qaldıqlarını bildirsələr də, iddia etdiyi hallarla bağlı heç bir yeni sübutu məhkəməyə təqdim etməmişlər, istinad etdiyi halların müəyyən edilməsi istiqamətində hər hansı vəsatətlər verməmişlər, habelə cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin fiziki zorakılığa məruz qalmaları barədə səlahiyyətli dövlət orqanlarına müraciət etmələri barədə heç bir sübut mövcud deyil. Bu səbəbdən də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri dəlilləri araşdırmaq və onların iddia etdikləri halları təsdiq etmək mümkün olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər tərəfindən iddia edilən halların həqiqət olmasını müəyyən etmək mümkün olmadığından, eləcə də məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri ilə təqsirləndirilən şəxslərin ifadələrində göstərilmiş hallar təqzib edildiyindən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında inkaredici ifadələr verməklə öz əməllərinə haqq qazandırmaq və məsuliyyətdən yayınmaq məqsədi güdmüşlər. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bir daha qeyd edir, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün təqsirləndirilən şəxslərin ifadələrində göstərilmiş halların həqiqət olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Lakin təqsirləndirilən şəxslər iddia etdikləri hallarla bağlı məhkəməyə yeni sübutlar təqdim etmədiklərindən, habelə göstərilən halların həqiqət olmasının müəyyən edilməsi istiqamətində vəsatətlər vermədiklərindən (məsələn Təqsirləndirilən şəxs1 tutulan vaxt tək piyada getməsi, Təqsirləndirilən şəxs1 döyülməsi, Təqsirləndirilən şəxs2 yaşadığı evə polis əməkdaşlarının basqın etməsi və onların istinad etdikləri sair hallar) məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutlarlarla kifayətlənməq məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması nəticəsində sübutetmə mərhələsində ittiham tərəfinin əldə etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi sübutlar nəticəsində hasil olunmuş nəticədən fərqli nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş, özündə təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə şəxsi axtarış keçirilməsini əks etdirən və məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı keçirilmiş prosessual hərəkət zamanı üzərlərində olan və dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddələri, habelə elektron tərəziləri polis əməkdaşlarına təqdim edərək etirafedici ifadələr vermişlər. Həmin videogörüntü əsasında təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində tutulduqdan sonra döyülmələrini və məcburiyyət altında etirafedici ifadələr vermələrini görmək və müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda təqsirləndirilən şəxslər məhkəmə istintaqında vermiş olduqları ifadələrdə onlara qarşı irəli sürülmüş ittiham üzrə halları mübahisələndirsələr də, şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə müdafiəçilərinin iştirakı və videoçəkiliş vasitəsi ilə keçirilmiş prosessual hərəkət zamanı onlardan ayrı-ayrılıqda aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin növlərini, həmin vasitə və maddələrin olduqları bükümlərin sayını, çəkisini və iş üçün sair vacib əhəmiyyət kəsb edən halları mübahisələndirməmişlər. Belə olduğu halda məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələrdə iddia etdikləri halların həqiqət kimi qəbul edilməsi üçün ancaq onların ifadələri kifayət etmir. Məhkəmə onların iddia etdikləri halları (ifadələrində göstərdikləri halları) yalnız digər obyektiv sübutlarla təsdiq edildiyi halda həqiqət kimi qəbul edə bilər. Cinayət işinin materiallarında ibtidai istintaq orqanının gəldiyi nəticəni və ittihamla bağlı halları təqzib edəcək sübutlar olmadığından, bu məsələlərlə bağlı müdafiə tərəfi məhkəməyə yeni sübutlar təqdim etmədiyindən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri yalan ifadə kimi qəbul edir. Bundan başqa, məhkəmə istintaqında araşdırılmış Təqsirləndirilən şəxs1 aid “Votsap” yazışmalarından və Təqsirləndirilən şəxs2 mobil nömrəsinə daxil olmuş mesajlara baxış keçirilməsi barədə protokoldan, həmin protokola əlavə edilmiş çıxarışdan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs1 “Votsap” sosial şəbəkə və Təqsirləndirilən şəxs2 mesaj vasitəsi ilə müraciət edərək jarqon dildə “kola”, “patı”, “balıq” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr olan predmetlərin alqısatqısı barədə danışıqlar aparmışlar. Həmin mesajların mətnlərindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mesaj yazmış şəxslər onlardan narkotik vasitə və psixotrop maddə əldə etmək niyyətində olmuşlar, habelə həmin şəxslərin bəziləri təqsirləndirilən şəxslərə müəyyən məbləğ dəyərində narkotik vasitə istədiklərini bildirmişlər, hətta bəzi “müştərilər” Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərindən (vaxtında narkotik vasitəni satmaması və sair) narazı qalaraq və təhqiredici ifadələr işlədərək onlara öz iradlarını bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yazılmış mesajların əksəriyyəti jarqon dildə “kola”, “patı”, “balıq” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr, habelə həmin vasitə və maddələrin saxlanıldığı bükümlər ilə əlaqədar olmuşdur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmişlər, həmin narkotik vasitələri və psixotrop maddələri saxlamaqla daşımışlar. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər, başqa sözlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışlar. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirə şəxs olmasını, habelə Təqsirləndirilən şəxs2 evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə onun ali təhsilli olmasını onların hər birinə nisbətdə cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına uyğun şəkildə ağlabatan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onların cəzasının əvvəli tutulduqları vaxtdan, yəni 07 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işində olan 01 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhətə görülür. Bundan başqa, cinayət işində olan 01 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yarananan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhətə görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,205 qram narkotik vasitə heroin, qalıq çəkisi 5,71 qram psixotrop maddə metamfetamin, 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,205 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 5,71 qram təşkil edən psixotrop maddə metamfetamin, 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar