Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-318/2023 06.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları, dalan 3 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində bir ədəd bükümdə təmiz çəkisi 44,422 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 25,84 qram olmaqla 646 ədəd həbdən ibarət narkotik vasitə metadonu və bir ədəd bükümdə təmiz çəkisi 640 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı ünvanda saxlamış, 21 iyun 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün, saat 04:00-da ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ Siyahısına daxil edilən 44,422 qram çəkidə, yəni külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 iyun 2022-ci il tarixdə, saat 16:45-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən nömrəsiz fərdi evə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış və götürmə aparılarkən evin girişindən sağ tərəfdə yerləşən həyətyanı sahədə üzəri kərpiclə örtülmüş torpağın altından sellofan torbada olmaqla üzərində "F/M40” yazısı həkk olunmuş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ Siyahısına daxil edilən, təmiz çəkisi-25,84 qram, yəni külli miqdar təşkil edən, miqdarına və xarici əlamətlərinə görə eynilik təşkil edən, qəhvəyi rəngli, və dairəvi formalı metadon tərkibli 646 ədəd həbdən ibarət dərman preparatları, 1 ədəd bükümdə olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olub kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən, təmiz çəkisi - 640 qram, yəni külli miqdar təşkil edən, qəhvəyi rəngli, tozşəkilli maddə halında olan narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, nə onun üzərindən, nədə ki, yaşadığı mənzildən heç bir narkotik vasitə və elektron tərəzi aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi və satışını həyata keçirdiyi üçün məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə 21 iyun 2022-ci il tarixdə, saat təxminən 04:00-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları, dalan 3 ünvanında yerləşən nömrəsiz evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib BNMİ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə könüllü olaraq BNMİ-yə gəlmişdir. Baş İdarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmamış əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə heroin olan sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** mobil nömrə olan "Nokia” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 60 (altmış) manat pul, 1 (bir) ədəd açar və içərisində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmamış hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və heroinin çəkisi qablaşdırma ilə birlikdə 51,55 (əlli bir tam yüzdə əlli beş) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 60 (altmış) manat pul isə özünə geri qaytarılmışdır. Polis əməkdaşlarının şifahi sorğusualı əsasında o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran islam Respublikası vətəndaşı "Tahir” adlı şəxsin vasitəsi ilə bir gün bundan əvvəl Xəzər rayonu, Buzovna qəsəbəsindən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməyi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, həmçinin yaşadığı Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları, dalan 3 ünvanında yerləşən nömrəsiz evə baxış keçirmişlər. Həmçinin qeyd etmişdir ki, o, həmin evdə həm yaşamış, həm də evin mühafizəsini təşkil etmişdir. Yaşadığı bağ evinə baxış zamanı girişdən sağ tərəfdə yerləşən həyətyanı sahədə üzəri kərpiclə örtülmüş torpağın altından sellofan torbada ümumilikdə 646 (alt yüz qırx altı) ədəd “Metadon 40” həbi, 1 (bir) bükümdə heroin və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 692 (altı yüz doxsan iki) qram olmuşdur. Daha sonra kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü İlə möhürlənmiş və üzəri imzalanmışdır. Sonra həmin evin həyətyanı sahəsinə və digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı şifahi sorğu-sual əsasında təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Tahir” adlı şəxsin vasitəsi ilə bir gün bundan əvvəl Xəzər rayonu, Buzovna qəsəbəsindən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməyi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 15 ildir ki istifadə etdiyini, “Tahir” adlı şəxsi təxminən 4 aydır ki, tanıdığını və indiyə kimi sonuncudan 6 dəfəyə yaxın narkotik vasitə götürdüyünü, yaşadığı evdə narkotik maddələr saxlamağı barədə heç kimin məlumatının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsi daşıyır. 21 iyun 2022-ci il tarixdə, saat 04:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşları, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusuilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağlan, dalan 3 ünvanında yerləşən nömrəsiz fərdi evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və bu barədə onlar tərəfindən baş idarənin rəisinin adına raport yazılmışdır. Baş İdarəyə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin Baş İdarədə həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları, dalan 3 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, Baş idarəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və iş yoldaşlarının, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusuilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Baş İdarənin təhqiqatçısı, polis mayoru Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa, könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan torbaya bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Tahir” adlı şəxsin vasitəsilə bir gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 51,55 (əlli bir tam yüzdə əlli beş) qram olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd "Nokia” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən isə 60 manat pul, 1 ədəd açar və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman isə şübhəli şəxsin üzərindən əlavə olaraq qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Əşyalar barədə şübhəli şəxsə sual verilərkən sonuncu telefonların özünə məxsus olduğunu, “Nokia” markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin, “Samsung” markalı mobil telefonun içərisində isə ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Həmçinin sorğu-sual davam edən zaman 1 ədəd açarın özünə məxsus yaşadığı evin açarı olduğunu, 60 manat pulun isə narkotik vasitənin satışından əldə etdiyi gəlir olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon şübhəli şəxsə izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və 60 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra təhqiqatçı şübhəli şəxsdən başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə yaşadığı Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “Sony" markalı videokamera vasitəsilə iş yoldaşı, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti yekunlaşdıqdan sonra onlar, yəni şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən şəxslər növbəti istintaq hərəkətinin aparılması üçün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları, dalan 3 ünvanında yerləşən evinə yollanmışlar. Evin qarşısında olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarov Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə istintaq hərəkətini keçirəcəyini elan edərək iştirakçıları təqdim etmiş və təhqiqatçının sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs yenidən özünü təqdim edərək özü barəsində iştirakçılara məlumat vermişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları, dalan 3 ünvanında yerləşən nömrəsiz fərdi evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olub-olmamasını, əgər varsa, könüllü surətdə təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi evdə girişdən sağ tərəfdə yerləşən həyətyanı sahədə üzəri kərpiclə örtülmüş torpağın altından sellofan torbada çoxlu sayda “Metadon 40” həblərinə bənzər maddələri, 1 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Şübhəli şəxsin təqdim etdiyi “Metadon 40” həblərinə bənzər maddələr təhqiqatçı tərəfindən sayılmış və həblərin ümumi sayının 646 ədəd olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 692 (altı yüz doxsan iki) qram olması müəyyən edilmişdir. Bundan sonra həmin həblər, kütlə və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi həblərin və kütlənin özünə məxsus olduğunu, həmin həbləri və kütləni üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitəni əldə etdiyi eyni mənbədən, yəni İran islam Respublikası vətəndaşı “Tahir” adlı şəxsin vasitəsilə bir gün bundan əvvəl Xəzər rayonu, Buzovna qəsəbəsindən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 15 ildir ki, istifadə etdiyini, “Tahir” adlı şəxsi təxminən 4 aydır ki, tanıdığını və indiyə kimi sonuncudan təxminən 6 dəfəyə yaxın narkotik vasitə götürdüyünü, yaşadığı evdə narkotik maddələr saxlaması barədə özündən başqa heç kimin xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini və verilən suallara səmimi və doğru cavablar verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və digər hissələrinə baxış keçirilmiş, lakin hər hansı bir narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, evə baxış və götürmə istintaq hərəkəti zamanı videoçəkiliş “Sony” markalı mobil telefon vasitəsilə onun tərəfindən aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 6 ildir ki, X4 rekonstruktiv cərrah vəzifəsində işləyir. Yaşadığı ünvan Bakı şəhəri, Yasamal rayonu ərazisində olsa da, ünvan 3 ərazisində onun bağ evi də vardır. Həmin bağ evində o, ev tikdirmişdir. Bağ evində ağaclar olduğu üçün o, həmin ağacları suvarmaq üçün bağban işə götürmək istəmişdir. Onun neçə ildir ki, tanıdığı Ehtiram adlı bərbəri Mirfaiq adlı kişini ona bağban kimi məsləhət görmüşdür. 2018-ci ildən o, Mirfaiqi bağ evində bağban kimi işə götürmüş və ona aylıq 200-300 manat ağaclara qulluq etməsi üçün pul vermişdir. Lakin təxminən il yarım bundan əvvəl Mirfaiq rəhmətə getmişdir. Ağacları yenə qulluqsuz qalmışdır. Bərbəri Ehtiram isə bu dəfə ona Mirfaiqin oğlu Məmmədin orada bağban kimi işləməyini məsləhət bilmişdir. O da, Mirfaiqin oğlu Məmmədi atasının yerinə işə götürmüşdür, Atası kimi Məmmədə də aylıq 200-300 manat civarında pul vermişdir. Məmməd onun bağ evində olan bütün işləri özü görmüş və mütəmadi olaraq onunla telefon əlaqəsi saxlamışdır. Sonuncu dəfə o, Məmmədlə bağda görülən işlər barədə əlaqə saxlamışdır. Lakin 21 iyun 2022-ci ildən bəri o, Məmmədə nə qədər zəng vursa da, Məmmədlə əlaqə saxlaya bilməmişdir. Daha sonra o, Məmmədlə əlaqə saxlaya bilmədiyi üçün Məmmədin dostu olan Şahinə zəng vurmuşdur. Şahin Məmmədin dostu olmuş və Məmməd bağ evində olmayanda onun icazəsi əsasında Şahin Məmmədi əvəz etmişdir. Şahinə zəng vuran zaman Şahin ona bildirmişdir ki, Məmməd narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 36-37-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hərhansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbaya bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən isə 60 manat pul, 1 ədəd açar və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman isə şübhəli şəxsin üzərindən əlavə olaraq qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 51,55 (əlli bir tam yüzdə əlli beş) qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon şübhəli şəxsə izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və 60 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Aşkar olunmuş kütlə barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu üzərindən aşkar olunmuş həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Tahir” adlı şəxsin vasitəsilə bir gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, həmçinin yaşadığı Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 41-42-ci vərəqlərində olan evə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları, dalan 3 ünvanında yerləşən nömrəsiz fərdi evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olub-olmamasını, əgər varsa, könüllü surətdə təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi evdə girişdən sağ tərəfdə yerləşən həyətyanı sahədə üzəri kərpiclə örtülmüş torpağın altından sellofan torbada ümumilikdə 6464 ədəd “Metadon 40” həbi, 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 692 (altı yüz doxsan iki) qram olması müəyyən edilmişdir. Bundan sonra həmin həblər, kütlə və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və digər hissələrinə baxış keçirilmiş, lakin hər hansı bir narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi həblərin və kütlənin özünə məxsus olduğunu, həmin həbləri və kütləni İran islam Respublikası vətəndaşı “Tahir” adlı şəxsin vasitəsilə bir gün bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 15 ildir ki, istifadə etdiyini, “Tahir” adlı şəxsi təxminən 4 aydır ki, tanıdığını və indiyə kimi sonuncudan təxminən 6 dəfəyə yaxın narkotik vasitə götürdüyünü, yaşadığı evdə narkotik maddələr saxlaması barədə özündən başqa heç kimin xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini və verilən suallara səmimi və doğru cavablar verdiyini bildirmişdir. Cinayət işinin 150-151-ci vərəqlərində olan diskə baxış protokolundan görünür ki, diskin içərisində M2U00135 adlı və M2U00137 adlı videofayllar vardır; M2U00135 adlı fayla baxış zamanı müəyyən edildi ki, faylın içərisində 11 dəqiqə 09 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı şəxsi axtarış və götürmə istintaq hərəkətini keçirəcəyini elan edərək iştirakçıları təqdim edir və təhqiqatçının sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edərək özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 01:54-cü saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün 02:10-cu saniyəsindən etibarən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan torbaya bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur. Videogörüntünün 02:23-cü saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı bükümün içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilir. Videogörüntünün 3-cü dəqiqəsinin 11-ci saniyəsindən etibarən aşkar olunmuş kütlə barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Tahir” adlı şəxsin vasitəsilə bir gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirir. Videogörüntünün 04:40-cı saniyəsindən etibarən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilir və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 51,55 (əlli bir tam yüzdə əlli beş) qram olduğu müəyyən edilir. Videogörüntünün 05:01-ci saniyəsindən etibarən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən isə 60 manat pul, 1 ədəd açar və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülür. Şəxsi axtarış davam etdirilən zaman isə üzərindən əlavə olaraq qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 06:37-ci saniyəsindən etibarən əşyalar barədə şübhəli şəxsə sual verilərkən sonuncu telefonların ona məxsus olduğunu, “Nokia” markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin, “Samsung” markalı mobil telefonun içərisində isə ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirir. Həmçinin sorğu-sual davam edən zaman 1 ədəd açarın ona məxsus yaşadığı evin açarı olduğunu, 60 manat pulun isə narkotik vasitənin satışından əldə etdiyi gəlir olmadığını bildirir. Videogörüntünün 07:01-ci saniyəsindən etibarən aşkar olunmuş kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-nin 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Videogörüntünün 09:34-cü saniyəsindən etibarən iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon şübhəli şəxsə izah verildikdən sonra götürülür, 1 ədəd açar və 60 manat pul isə şübhəli şəxsə geri qaytarılır. Videogörüntünün 10:05-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxsə başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşur. Videogörüntünün 10:12-ci saniyəsindən etibarən şübhəli şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Videogörüntünün 11-ci dəqiqəsinin 03-cü saniyəsindən etibarən təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir; M2U00137 adlı fayla baxış zamanı müəyyən edildi ki, faylın içərisində 14 dəqiqə 24 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarov evə baxış və götürmə istintaq hərəkətini keçirəcəyini elan edərək iştirakçıları təqdim edir və təhqiqatçının sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edərək özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 01:31-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları, dalan 3 ünvanında yerləşən nömrəsiz fərdi evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olub-olmamasını, əgər varsa, könüllü surətdə təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün 02:15-ci saniyəsindən etibarən fərdi evdə girişdən sağ tərəfdə yerləşən həyətyanı sahədə üzəri kərpiclə örtülmüş torpağın altından sellofan torbada çoxlu sayda “Metadon 40” həblərinə bənzər maddələri, 1 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim edir. Videogörüntünün 02:57-ci saniyəsindən etibarən şübhəli şəxsin təqdim etdiyi “Metadon 40” həblərinə bənzər maddələr təhqiqatçı tərəfindən sayılır və həblərin ümumi sayının 646 ədəd olması müəyyən edilir. Videogörüntünün 05:05-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı bükümün içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilir. Videogörüntünün 06:24-cü saniyəsindən etibarən həmin kütlə elektron tərəzidə çəkilir və heroinə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 692 (altı yüz doxsan iki) qram olması müəyyən edilir. Videogörüntünün 08:40-cı saniyəsindən etibarən həblər, kütlə və 1 ədəd elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılır, DİN-nin 7 saylı möhürü ilə möhürlənir və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Videogörüntünün 10:59-cu saniyəsindən etibarən Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi həblərin və kütlənin özünə məxsus olduğunu, həmin həbləri və kütləni üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitəni əldə etdiyi eyni mənbədən, yəni İran islam Respublikası vətəndaşı “Tahir” adlı şəxsin vasitəsilə bir gün bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, əvvəllər məhkum olunduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 15 ildir ki, istifadə etdiyini, “Tahir” adlı şəxsi təxminən 4 aydır ki, tanıdığını və indiyə kimi sonuncudan təxminən 6 dəfəyə yaxın narkotik vasitə götürdüyünü, yaşadığı evdə narkotik maddələr saxlaması barədə özündən başqa heç kimin xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini və verilən suallara səmimi və doğru cavablar verdiyini bildirir. Videogörüntünün 13:03-cü saniyəsindən etibarən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və digər hissələrinə baxış keçirilir, lakin hər hansı bir narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilmir. Videogörüntünün 14-cü dəqiqəsinin 20-ci saniyəsindən etibarən isə təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 140-141-ci vərəqlərində olan telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azercell MMC”-dən daxil olmuş 1 avqust 2022-ci il tarixli, 13696 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “CD” diskə baxış zamanı diskin içərisində cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrə kartlarına dair məlumatları əks etdirən faylların mövcud olması aşkar edilir; Qovludakı “**********39.txt.” adlı fayla daxil olduqda qeyd edilən nömrəyə 1 iyun 2022ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin əks olunduğu görünür; Qovludakı “**********11.txt.” adlı fayla daxil olduqda qeyd edilən nömrəyə 1 iyun 2022ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin əks olunduğu görünür; Həmçinin “505663939_SMS” adlı fayla daxil olduqda isə ***-***-**-** saylı mobil nömrə kartına daxil olan və çıxan sms danışıqlarına dair məlumatların əks olunduğu müşahidə edilir; Bundan başqa “513943911_SMS” adlı fayla daxil olduqda isə ***-***-**-** saylı mobil nömrə kartına daxil olan və çıxan sms danışıqlarına dair məlumatların əks olunduğu müşahidə edilir; “14289-ant.xlsx.” adlı fayla daxil olduqda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə kartlarına dair anten məlumatlarının əks olunduğu müşahidə olunur; “14289-k.m.-xlsx.” adlı fayla daxil olduqda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə kartlarına dair zəng edən və zəng olunan şəxslərin anket məlumatlarının əks olunduğu müşahidə olunur; İstintaq əhəmiyyəti kəsb edəcək 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi dairəsi aşağıdakı ünvanları əhatə etmişdir. Belə ki: -2022/06/20-00:48:37- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-01:39:04- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-02:01:06- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-11:08:38- Baki seh,Xetai r-nu,Babek pr,X7 -2022/06/20-11:08:38- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-12:56:31- Babek pr., NZS ges. -2022/06/20-12:56:31- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-15:16:34- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-18:16:47- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-18:16:47- Zabrat qes., 1-ci Zabrat -2022/06/20-18:24:23- Baki seh,Suraxani r-nu/'AzerEnerji'Varimstansiyasi -2022/06/20-18:24:23- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-18:29:21- Baki sh., Xezer ray., Buzovna qes. -2022/06/20-18:51:22- Baki sh.( Xezer ray., Buzovna qes. İstintaq əhəmiyyəti kəsb edəcək 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi dairəsi aşağıdakı ünvanları əhatə etmişdir. Belə ki: -2022/06/20-04:06:19- Xezer ray., Buzovna qes. -2022/06/20-15:10:33- Xezer ray., Buzovna qes. Həmçinin ***-***-**-** saylı mobil nömrə kartından daxil və xaric olunan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edildi. -xx/xx/2022,-02:49:32,-**********39-,**********70,-HECNÄ KİMİSÄ NARAHAT ELAMA BAXİM HANSİ OTELA GEDİRAM. -xx/xx/2022,-03:14:03,-**********39,-**********70,-BAXİM HANSİ HOTELÄ JELÄWİRÄM DfJÄRÄM GÄLÄSÄN DAWDA KOLADA VERÄRAM APARASAN. -xx/xx/2022,-19:07:35,-**********39,-**********76,-WAHİN. 1. KOLA NAMİK ÇATİR. -xx/xx/2022,-19:08:52-,**********39,-**********76,PULU VERİB MÄNÄ. -xx/xx/2022,-13:16:37,-**********00,-**********39,-Ay qaqaş məmə tema lazımdı eliyə bilərsen hə yox qardaşım -xx/xx/2022,-14:39:16,-**********00,-**********39,-Çıxdım qaqaş küçə qaıısından 6 dənə elədə imkan varsa 120 verim sənə -xx/xx/2022,-14:40:19,-**********00,-**********39,-Atıram karta -xx/xx/2022,-16:07:11,- **********98-,**********39,-Salam necəsən 100m 5dənə torpaq 20m yarı daş 30m 2dənə dərman obşi -xx/xx/2022,-16:07:12,-**********98,-**********39,-150m düzələr Cinayət işinin 48-53-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli, 6/3452 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №”-li dairəvi möhür əksi olan 2 (iki) ədəd kağız paketdəki, üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə” yazısı və imzalar paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 44,422qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində: “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi kütlələr” yazısı və imzalar olan paketdə, -1 (bir) ədəd bağlamada təmiz çəkisi 640 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində: “Methadone 40” markalanma göstəricisi olan 65 ədəd konvalyutda ümumilikdə 646 ədəd üzərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 646 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 25,84qram təşkli edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04qram metadon olmaqla) , -bir edəd “gümüşü” rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün,heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir; Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 682,422 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Metadon tərkibli həblər təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər; 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in İİ siyahısına daxildirlər. Cinayət işinin 167-168-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4414 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 44,422 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 640 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 25,84 qram olan 646 ədəd həbdən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatları, 1 ədəd gümüşü rəngli elektron tərəzi, 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalıq qalmış ümumi çəkisi 42,322 qram narkotik vasitə heroin, 639,8 qram narkotik vasitə heroin, 636 ədəd həbdən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatları, 1 ədəd gümüşü rəngli elektron tərəzi, 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bağlı ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 27-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-102-ci vərəqlərində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 iyun 2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 126-127-ci -cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 21 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 42,322 qram narkotik vasitə heroin, 639,8 qram narkotik vasitə heroin, 636 ədəd həbdən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatları, 1 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Maddi sübut olaraq Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 42,322 qram narkotik vasitə heroin, 639,8 qram narkotik vasitə heroin, 636 ədəd həbdən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatları, 1 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov