Məhkəmə qərarları › İş №1(101)-318/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-318/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-318/2024 26.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X7, zərərçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi (order və etibarnamə üzrə) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxx 1996-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Füzuli şəhəri, B.Eyvazov küçəsi, ev 18-də qeydiyyata olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, 31 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Q.Qarayev küçəsi, ev 104, mənzil 26-da qeydiyyata olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxxxx 1992-ci ildə Saatlı rayonu, Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Saatlı rayonu, Xanlarkənd kəndində qeydiyyata olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi 38 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 26 yanvar 2024-cü il tarixdə, saat 15:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 4 yanvar 2023-cü il tarixdə, saat 22:15 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə idarə etdiyi “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman qarşısında hərəkət edən “Toyota Prius” markalı avtomobil manevr edərək geriyə dönərkən qəza şəraiti yaratdığından arxada hərəkətdə olan “Opel Astra” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 qəzanın qarşısını almaq məqsədi ilə onun sağ tərəfindən keçməsinə əsassız irad bildirmək üçün avtomobili sürətlə idarə edərək Zərərçəkmiş şəxs2 idarə etdiyi həmin avtomobilin sağ tərəfindən keçib qarşısında avtomobilin əyləcindən istifadə edib sürətini azaltmış, Zərərçəkmiş şəxs2 onun bu hərəkətinin səbəbi ilə bağlı əli ilə işarə etdikdə o, Zərərçəkmiş şəxs2 avtomobili sağda saxlamasını işarə edib yolun sağ tərəfində, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə X32 küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında avtomobili dayandıraraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə avtomobildən düşmüşlər. Onlar “Opel Astra” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 və həmin nəqliyyat vasitəsində olan qardaşı Zərərçəkmiş şəxs1 ilə avtomobillərin qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 avtomobil ilə manevr edərək onun idarə etdiyi avtomobili sağ tərəfdən keçməsini irad bildirib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında ətrafda olan şəxslərə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, Zərərçəkmiş şəxs1la əlbəyaxa olaraq sonuncuya yüngül zərərvurmaya aid sağ və sol göz ətrafı nahiyənin hematomaları, sağ və sol üst-alt gözaltı qapaqlarının qançırları, burun tağının sıyrıqları xəsarətlərini yetirmiş, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, məişət təyinatlı qatlanan cib bıçağını kənarda olan gödəkçəsinin iç sol cibindən çıxarıb açaraq cinayətkar niyyətini həyata keçirmək üçün ictimai qaydanı və nəqliyyat vasitələrinin hərəkətini kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadə işlətməsini cüzi bəhanə edib qəsdən öldürmək məqsədilə sonuncuya tərəf gedərək həyati vacib orqanların yerləşdiyi döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirərək kəskin qanitirmə və hemopnevmotoraks və sol İİ qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bir ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, bununla da o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmiş, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir.

2. Eyni zamanda, Təqsirləndirilən şəxs2 4 yanvar 2023-cü il tarixdə, saat 22:15 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman qarşıda hərəkət edən “Toyota Prius” markalı avtomobil manevr edərək geriyə dönərkən qəza şəraiti yaratdığından arxada hərəkətdə olan “Opel Astra” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 qəzanın qarşısını almaq məqsədi ilə sağ tərəfindən keçməsinə Təqsirləndirilən şəxs1 əsassız irad bildirmək üçün Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sağ tərəfindən keçib qarşısında avtomobilin sürətini azaltmasından sonra Zərərçəkmiş şəxs2 onun bu hərəkətinin səbəbi ilə bağlı əli ilə işarə etdiyindən Təqsirləndirilən şəxs1 yolun sağ tərəfində, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə X32 küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında avtomobili dayandırdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə avtomobildən düşüb “Opel Astra” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 və həmin nəqliyyat vasitəsində olan qardaşı Zərərçəkmiş şəxs1 ilə avtomobillərin qarşısında dayanıb Zərərçəkmiş şəxs2 avtomobil ilə manevr edərək hərəkətdə olduqları avtomobili sağ tərəfdən keçməsinə irad bildirərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Polad oğlu ilə bir qrup şəxs halında ətrafda olan şəxslərə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymazlıq göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib onlarla əlbəyaxa olduqdan sonra sonuncu ilə davanı bir qədər kənarda davam etdirib yerdən daş götürərək cinayətkar niyyətini həyata keçirmək üçün silah qismində istifadə etdiyi daş parçası ilə sonuncunun baş nahiyəsindən vurub Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gicgah nahiyəsinin şişkinlik halında əzilmiş yarası xəsarətini yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, bununla da o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir.

3. Həmçinin Təqsirləndirilən şəxs3 4 yanvar 2023-cü il tarixdə, saat 22:15 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman qarşıda hərəkət edən “Toyota Prius” markalı avtomobil manevr edərək geriyə dönərkən qəza şəraiti yaratdığından arxada hərəkətdə olan “Opel Astra” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 qəzanın qarşısını almaq məqsədi ilə sağ tərəfindən keçməsinə Təqsirləndirilən şəxs1 əsassız irad bildirmək üçün Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sağ tərəfindən keçib qarşısında avtomobilin sürətini azaltmasından sonra Zərərçəkmiş şəxs2 onun bu hərəkətinin səbəbi ilə bağlı əli ilə işarə etdiyindən Təqsirləndirilən şəxs1 yolun sağ tərəfində, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə X32 küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında avtomobili dayandırdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşüb “Opel Astra” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 və həmin nəqliyyat vasitəsində olan qardaşı Zərərçəkmiş şəxs1 ilə avtomobillərin qarşısında dayanıb Zərərçəkmiş şəxs2 avtomobil ilə manevr edərək hərəkətdə olduqları avtomobili sağ tərəfdən keçməsinə irad bildirərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Polad oğlu ilə bir qrup şəxs halında ətrafda olan şəxslərə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymazlıq göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib zor tətbiq etməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, bununla da o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir.

İşin halları və dəlilləri:

4. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə deyil, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı müdafiəçilərinin, o cümlədən məhkəmədə də onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi4 iştirakı ilə verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək 18 avqust 2023-cü il tarixli məhkəmə iclasında göstərdi ki, heç bir xuliqanlıq hərəkəti etməmiş və zərərçəkmiş Qənbər onu vurduğu üçün özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla ona bir dəfə zərbə endirmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostları olduğundan hər ikisi ilə mütəmadi olaraq görüşmüşdür. Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 hadisədən əvvəl ümumiyyətlə tanımamış, onlarla düşmənçiliyi və ya ədavəti olmamışdır. 4 yanvar 2023-cü il tarixdə, təxminən saat 22 radələrində o, tanışları Məqsud və Elvinlə yaşadığı evin yaxınlığında görüşmüşdür. Söhbət zamanı onlara idarə etdiyi “VAZ 2107” markalı **-RD-*** nömrəli avtomobilinin qabaq sol təkərini təmir etdirmək üçün onunla birlikdə ustaya getməyi təklif etmişdir. Məqsud və Elvin onun təklifilə razılaşaraq birlikdə idarə etdiyi avtomobillə Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” adlanan bazarın yaxınlığında olan təkər təmiri sexinə getmişlər. Sexdə avtomobilinin nasaz vəziyyətdə olan təkərini təmir etdirdikdən sonra yaşadıqları evə tərəf qayıtmaq üçün yenidən avtomobilə əyləşmişlər. O, sükanın arxasında, Elvin ön sərnişin oturacağında, Məqsud isə arxa oturacaqda əyləşmişdir. Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində saatda təxminən 60-70 km/sürətlə avtomobili idarə etmişdir. Qeyd olunan istiqamətə hərəkətdə olan zaman “Fab” boyalarının satışı mağazasının yaxınlığına çatan zaman irəlidə hərəkət edən nömrəsinə diqqət yetirmədiyi qara rəngli “Prius” markalı avtomobilin sürücüsü qəflətən maşının əyləcini sıxıb sürəti azaltmışdır. Həmin vaxt onun idarə etdiyi ilə avtomobillə qeyd edilən avtomobil arasında olan məsafə az olduğu üçün o, avtomobilinin sürətini azaldıb sükanı sağa burmaq istəmiş, lakin həmin vaxt arxadan hərəkətdə olan qara rəngli “Opel” markalı nömrəsini dəqiq bilmədiyi, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi maşının sürücüsü, idarə etdiyi avtomobilin sağ tərəfi ilə hərəkət edib ona sağ tərəfə çıxmağa imkan verməyərək onun idarə etdiyi maşını ötüb keçmişdir. Əfrail avtomobilini ötüb keçərkən siqnal vermişdir. Onun bu hərəkətindən əsəbləşdiyi üçün avtomobili idarə edib yol üstü yerləşən “Çingiz xan” adlanan şadlıq sarayının bərabərliyinə çatarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi maşını sağ tərəfindən ötüb keçərək hərəkətini davam etdirmişdir. Lakin bu zaman Əfrailin idarə etdiyi avtomobilinə siqnal və heç bir işarə verməmişdir. Həmin vaxt Əfrail idarə etdiyi maşının işıqları və siqnalı ilə arxadan ona işarə verib maşını saxlamasını bildirmişdir. Hərəkət yolunun sağ tərəfində yerləşən “Lukoil” adlanan yanacaq doldurma məntəqəsinin qarşısında, yolun kənarında o, avtomobili Əfrailin əl işarəsi ilə bağlı saxlamışdır. Əfrail avtomobilini idarə etdiyi avtomobilin sağ tərəfində saxlamışdır. Maşını saxladıqdan sonra Əfrail və sonradan qardaşı olduğunu öyrəndiyi, yanında olan Qənbər maşından düşüb onlar tərəfə keçib avtomobilinə yaxınlaşmışlar. Həmin vaxt o, dostları Elvin və Məqsudla birlikdə avtomobildən düşmüşlər. Əfrail və onun qardaşı Qənbər ona yaxınlaşaraq nə üçün onların hərəkətdə olduqları maşını sağdan keçməsini ona irad tutub mübahisə edərək onun üstünə qışqıraraq əlləri ilə hədələməyə başlamışlar. Həmin vaxt o, Qənbərlə Əfrailə onunla uca səslə qışqırmaqla əlləri ilə hədələyərək danışmalarına irad bildirmişdir. Bu zaman Qənbər qəflətən yumruqla onun sifət nahiyəsindən zərbə vurmuş və o, zərbədən yerə yıxılmışdır. Məqsud və Elvin onlara yaxınlaşıb onu yerdən qaldıraraq onları sakitləşdirib ayırmaq istəyərkən Əfrail yumruqla Məqsudun sağ sifət nahiyəsindən vurmuş və Məqsud zərbədən yerə yıxılmışdır. Bundan sonra Elvin tanışı Məqsuda yaxınlaşıb onu yerdən qaldırmağa çalışmışdır. Həmin vaxt Əfrail və qardaşı Qənbər onun üstünə yenidən düşüb hər ikisi yumruq və təpiklə onun sifətindən və bədəninin müxtəlif yerlərindən vurub döydükləri üçün o, müvazinətini itirib arxası üstə yerə yıxılmışdır. Məqsud və Elvin isə ona yaxınlaşıb onu qardaşlardan ayırmağa və sakitləşdirməyə çalışmışlar. Həmin vaxt hər iki qardaş yumruqla Məqsudun sifət və baş nahiyəsindən vurmuşlar. Sonra Elvinin onu yerdən qaldırmaq istədiyini görüb onlara yaxınlaşaraq hər ikisi yumruqla Elvinin sifət nahiyyəsindən vurmuş, Elvin zərbələrə tab gətirə bilmədiyi üçün ona tərəf aşmış və hər ikisi birlikdə yerə yıxılmışdır. Həmin vaxt Əfrail və Qənbər onları döyərək hər ikisi ünvanlarına nalayiq söyüşlər söymüş, o isə tam taqətini itirmiş və özünə gələrək ayağa qaxmaq istəmişdir. Bu zaman Elvinlə Məqsudun nə etdiklərini bilməmişdir. Özünü toparlayıb ayağa qalxmaq istəyərkən Qənbər ona yaxınlaşıb ünvanına nalayiq söyüş söyüb dizi ilə onun sifətindən vurmuş və o, yenə yerə yıxılmışdır. Qənbərin onu vurmasından və ünvanına söyüş söydüyündən bərk əsəbiləşərək kənarda olan qara rəngli dəri gödəkçəsinin sol tərəfdə olan iç cibində saxladığı yemək yeyərkən və işi ilə bağlı kabel kəsmək üçün istifadə etdiyi bıçağı çıxartmış və özünü toparlayıb ayağa qalxmışdır. Həmin vaxt Elvinlə Məqsudun orada olmadığını və Əfrailin isə başından qan axdığını görmüşdür. Qənbər onun ayağa qalxdığını görüb yenidən onu vurmaq üçün üstünə hücum edib yaxınlaşdıqda o, əlindəki bıçaqla onun sol qolundan vurmaq istəmiş, lakin əlindəki bıçaq Qənbərin döş qəfəsinin sol ön hissəsindən dəymiş və həmin yerdən qan axmağa başlamış və bunu orada olan qardaşı Əfrail görüb onun üstünə gəlmək istədikdə o, Əfrailə “Yaxınlaşma yoxsa səni də bıçaqla vuraram” demişdir. Əfrail ona yaxınlaşmamış və qardaşına yaxınlaşıb ona yardım etməyə çalışmışdır. O, həmin yerdən uzaqlaşıb idarə etdiyi avtomobilə əyləşmiş və avtomobilini idarə edib həmin yerdən kənarlaşmışdır. Həmin vaxt onların olduğu yerə kənardan təxminən 10-15 nəfər tanımadığı şəxslər gəlib kənardan dava-dalaşa baxmışlar, lakin heç kim yaxınlaşıb hadisəyə müdaxilə etməmişdir. Avtomobili idarə edərək oradan bir az aralaşarkən Məqsudun yolun kənarı ilə ona tərəf gəldiyini görmüşdür. O, avtomobili Məqsudun yanında saxlamış və Məqsud ön sağ oturacaqda əyləşmişdir. Məqsud Elvinin oradan uzaqlaşmasına kömək etdiyini və Elvinin bir az irəlidə olduğunu bildirmişdir. O, avtomobili idarə edib bir az irəlidə Elvinin olduğu yerə gəlmiş, avtomobili Elvinin yanında saxlamış və sonuncu arxa oturacaqda əyləşmişdir. O, avtomobili idarə edib yaşadıqları evin yaxınlığına gəlmişdir. Yolda olarkən o, tanışları X24 və qardaşı Qənbərin onu döydükləri üçün onlardan canını qurtarmaq məqsədilə üstündə olan və əynindəki gödəkçənin sol iç cibində saxladığı bıçağı çıxardıb Qənbərin döş qəfəsinin sol ön hissəsindən vuraraq ona xəsarət yetirməsi barədə bildirmişdir. Həmin vaxt Məqsud və Elvin hadisə yerindən getdikləri üçün onun Qənbəri bıçaqla vurmasını görmədiklərini demişlər. Elvin ona hadisə yerində onunla birlikdə yerə yıxıldıqdan sonra ayağa qalxarkən yerdən götürdüyü daşla Əfrailin başından vurub xəsarət yetirdiyini bildirmişdir.

5. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərində bıçaq görməmiş, onlarda bıçaq olub-olmaması barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sağ tərəfi ilə hərəkət edib ona sağ tərəfə çıxmaq üçün imkan verməmiş və sonra hərəkətdə olduğu maşının sağ tərəfi ilə hərəkət edib onlar olduğu maşını ötüb keçmişdir. O, Əfrailin bu hərəkətindən əsəbləşdiyi üçün avtomobili idarə edib yol üstü yerləşən “Çingiz xan” adlanan şadlıq sarayının bərabərliyinə çatarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi maşını sağ tərəfindən ötüb keçərək bir dəfə əyləci sıxmış və avtomobil ilə hərəkətini davam etdirmişdir. O, Elvin və ya Məqsud Zərərçəkmiş şəxs2 maşını saxlaması ilə bağlı əl hərəkəti və ya başqa bir hərəkət etməmişdir. Əksinə Zərərçəkmiş şəxs1 ona əli ilə işarə verib avtomobili saxlamasını istəmişdir. Qənbər ondan nə üçün onların hərəkətdə olduqları maşını sağdan keçməsini irad bildirib, əlləri ilə çiyninə bir neçə dəfə vurub “başın qaçmasın” demişdir. Əfrail isə sakit dayanmışdır. Həmin vaxt o, Qənbərə “Nə üçün onunla uca səslə və əl hərəkətləri ilə danışdığını” deyərək əlini çiyninə vurmamasını bildirmişdir. O, Qənbərə “dava eləmək lazım deyil, bizim qabağımızda da digər avtomobil tormoz verdiyindən qəza şəraiti yarandı” deyən zaman Qənbər qəflətən yumruqla onun sifət nahiyəsindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxs1 onunla avtomobilin qarşısında dayanıb söhbət edən zaman zərbə endirməmiş, həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobilin qarşısında olarkən sonuncuları vurmamışlar. Birinci Qənbər onu vurduqdan sonra o, yerə yıxıldıqda Elvin və Məqsud ona köməklik göstərmək istəyərkən Əfrail və Qənbər onlara da yumruq və təpiklə zərbələr vurub xəsarət yetirmişlər. Zərərçəkmiş şəxs2 bildirdikləri yalandır. Hadisə vaxtı o, Elvin və Məqsud Əfrail və Qənbərdən özlərini müdafiə etməyə çalışmış və əksinə Əfrailla Qənbər onlara zərbələr vuraraq xəsarət yetirmiş, dava-dalaşı ilk öncə onlar başlamışlar. Əfrailin guya Məqsudun ona köməyə gəlməsi, onunla birlikdə Qənbərə xəsarət yetirməsi barədə dedikləri yalandır. Belə ki, münaqişə başladığı vaxtdan Məqsud yalnız onları ayırmağa, Əfrailla Qənbəri sakitləşdirməyə çalışmışdır. Məqsud ümumiyyətlə onun tərəfə gəlməmiş, dalaşmamış, Qənbərə hər hansı xəsarət yetirməmiş, ona heç bir köməklik göstərməmişdir. O, Qənbərə bıçaqla xəsarət yetirərkən Elvin və ya Məqsud ümumiyyətlə yanında olmamışdır. Onun bədənindəki xəsarətlər Əfrailla Qənbər tərəfindən ona yumruq və təpiklə vurduqları zaman əmələ gəlmişdir. Onun Qənbərə bıçaqla vurmaqda məqsədi sonuncunu qorxutmaq olmuşdur. Belə ki, Qənbərə bıçaqla xəsarət yetirməsinə səbəb sonuncunun onun üzərinə gələrək onu vurmaq istəməsi, təhqir etməsi, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Qənbər fiziki cəhətdən aşkar surətdə ondan güclü olduğundan, onu təpik və yumruqla döydüyündən çıxılmaz vəziyyətdə qalıb bıçaqdan istifadə etmişdir. Qənbəri bıçaqla vurarkən kənarda şəxslər olmuş, lakin heç kim hadisəyə müdaxilə etməmişdir. O, Qənbəri qorxudaraq özündən uzaqlaşdırmaq üçün bıçağı onun qoluna tərəf atmış, lakin Qənbər qolunu qaçırdığından bıçaq sinəsinə dəymişdir. O, bıçağın Qənbərin sinəsinə dəydiyini görüb geriyə çəkilmiş, Qənbəri öldürmək istədiyi halda ona əlavə zərbələr vurmaq üçün maneçilik edən olmamışdır. O, Qənbərə bıçaqla xəsarət yetirdikdən sonra geriyə çəkilmiş, həmin vaxt Əfrail onun üstünə gəlmiş, ona qardaşını həkimə aparmasını bildirmiş və avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Onun Qənbərə yenidən bıçaqla zərbə endirmək və ona yenidən xəsarət yetirmək imkanı olmuşdur. Lakin qeyd etdiyi kimi onun məqsədi Qənbərin ondan əl çəkməsi üçün qorxutmaq olmuş və bıçağın Qənbərin sinəsinə dəydiyini görüb geriyə çəkilmişdir.

6. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, yolda Əfrailin idarə etdiyi avtomobili keçdikdən sonra sürətini azaltmaq üçün maşını tormozlamışdır. Əfrail maşının sürücü oturacağında əyləşmiş vəziyyətdə ona əli ilə işarə edərək saxlamasını tələb etmiş, onun idarə etdiyi avtomobildə olan Elvinlə Məqsud isə avtomobili saxlamamasını söyləmiş, lakin Əfrail idarə etdiyi avtomobillə onun önündə hərəkət etdiyi üçün avtomobili saxlamaq məcburiyyətində qalmışdır. İlk olaraq Qənbər onu yumruqla üz nahiyəsindən vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, Elvinlə Məqsud onları ayırmağa çalışmışdır. Hətta Elvin bir dəfə polis deyə qışqırmış, həmin vaxt onların hamısı dayansa da ətrafda polisin olmadığını gördükdən sonra yenidən Qənbər onun üzərinə hücum çəkib onu döymüş, yumruqla sifətinə zərbələr vurmuş, üzü qan içində olmuşdur. Məqsudla Elvin isə Əfrailin də onu döyməməsi üçün Əfraili tutub saxlamışlar. Qənbər onu döyərkən o, yerə yıxılmış, X25 və qardaşı Qənbərə güclərinin çatmadığını görüb qaçıb getmiş, Əfrail də onların arxasınca qaçmışdır. Daha sonra o, yerdən qalxanda orada Qənbərlə ondan başqa heç kim olmamış, Qənbər onun ünvanına söyüş söydüyünə görə o, Qənbəri bir dəfə bıçaqla vurmuş, avtomobilə əyləşib getmək istəyərkən Əfrailin onun üstünə qaçdığını görmüş, Əfrailə Qənbəri bıçaqladığını, onu həkimə aparmasını deyəndə Əfrail yerində dayanıb qalmışdır. O, Əfraili bıçaqlamaqla hədələməmiş, həyəcanlı olduğundan Əfrail onun üzərinə gələrkən Əfraildə xəsarət və ya qan izlərinin olmasını görməmişdir. Hadisə zamanı burnu və dodağı partlamış, bədənində xəsarətlər yaranmışdır. Maşına minib hadisə yerindən uzaqlaşmış, “Ulduz” metrostansiyası istiqamətində irəliləmiş, bir az məsafə qət etdikdən sonra Məqsudu, daha sonra Elvini görmüş, onlar avtomobilə əyləşmişlər. X6 Qənbəri bıçaqladığını demiş, Elvin də Əfraili bir dəfə yumruqla vuraraq qaçdığını demişdir. Evə gedərək hadisəni ailə üzvlərinə danışmış, ailəsi də təslim olmasını məsləhət görmüşdür.

7. Nümayəndə Müdafiəçi2 tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 13 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, hadisə təxminən saat 22-23 radələrində baş vermiş, mübahisə zamanı ətrafda çoxlu sayda insanlar toplaşmış, lakin qorxduqları üçün onlara müdaxilə etməmişlər. O, hadisə baş verərkən Məqsudun Qənbəri tutub saxlamadığını, ətrafda olan şəxslərin Qənbəri kənarlaşdıraraq onları ayırmağa çalışdığını, həmin şəxslər olmadığı halda Qənbərin onu döyə-dəyə öldürəcəyini bildirmişdir. Belə ki, ətrafda olan şəxslər Qənbəri tutaraq onun yanından kənarlaşdırmış, Qənbərin zərbələrinin təsirindən özündən getmiş, ayılanda ətrafdakı şəxslərin Qənbəri tutub saxladıqlarını, sonuncunun isə ona hücum etməyə çalışdığını görmüş, bundan sonra ətrafa baxanda Məqsudla Elvinin orada olmadığını görmüşdür. Elvinin çiyni çıxdığı üçün Məqsudla Elvin oradan qaçıb getmişlər. Qənbər onu yerdə uzanıqlı vəziyyətdə döydüyü üçün onda çoxsaylı xəsarətlər yaranmış, daha sonra ətrafdakı şəxslər Qənbəri tutub saxlayarkən sonuncu ona nalayiq söyüşlər söyərək təhqir etmiş, o da Qənbərin söyüşlərini həzm edə bilmədiyi üçün dava-dalaş zamanı əynindən çıxaraq özündən 2-3 metr kənarda yerdə olan gödəkçəsinin cibindən bıçağı götürərək Qənbərin qoluna xəsarət yetirmək istəmiş, lakin bıçaq onun qoluna deyil, sinəsinə dəymiş və qan axmağa başlamışdır. Bundan sonra Əfrailin da kənardan qaçaraq onun üzərinə gəldiyini görüb uca səslə Əfrailə Qənbəri bıçaqla vurduğunu və sonuncunu xəstəxanaya aparmasını söyləyərək maşınıa əyləşib hadisə yerindən uzaqlaşmışdır.

8. Müdafiəçi4 tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 13 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında isə ifadəsinə əlavə edərək göstərdi ki, onlar mübahisə edərkən kənardan onlara müdaxilə edən olmamış, çox döyüldüyü üçün yerdə uzanıqlı vəziyyətdə özündə olmadığından gödəkçəsinin əynindən necə çıxmasını dəqiq xatırlamır.

9. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, həmin məcəllənin 128-ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı müdafiəçilərinin, o cümlədən məhkəmədə də onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi3 iştirakı ilə verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, heç bir xuliqanlıq hərəkəti etməmiş, Əfrail onu vurduğu üçün o, özünü müdafiə etmək məqsədilə yerdə olan daşı götürərək ovcunun içində sıxaraq Əfrailin başına vurmuşdur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 15 ildir tanıyır, onlarla dostluq münasibəti olmuş, əvvəllər hər ikisi ilə qonşuluqda yaşamış, hər ikisi ilə mütəmadi görüşmüşdür. Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 hadisədən əvvəl ümumiyyətlə tanımamış, onlarla düşmənçiliyi və ya ədavəti olmamışdır. Sənanın üzərində bıçaq gəzdirməsindən xəbəri olmamış, Sənanın Qənbəri bıçaqla vurmasını görməmişdir. 4 yanvar 2023-cü il tarixdə, təxminən saat 22 radələrində o, dostları Sənan və Məqsudla yaşadıqları evin yaxınlığında görüşmüş, söhbət zamanı Sənan idarə etdiyi “VAZ 2107” markalı **-RD-*** nömrəli avtomobilinin qabaq sol təkərinin nasaz olduğunu deyərək həmin təkəri təmir etdirmək üçün birlikdə ustaya getməyi təklif etmişdir. O və Məqsud Sənanın təklifi ilə razılaşaraq birlikdə sonuncunun idarə etdiyi avtomobilə əyləşib Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” adlanan bazarın yaxınlığında olan təkər təmiri sexinə getmişlər. Sexdə avtomobilin təkərini təmir etdirdikdən sonra Sənan və Məqsudun yaşadığı evə tərəf qayıtmaq üçün yenidən avtomobilə əyləşmişlər. Həmin vaxt Sənan sükanın arxasında, o, ön sərnişin oturacaqda və Məqsud isə arxa oturacaqda əyləşmişdir. Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətinə hərəkətdə olan zaman Sənan avtomobili təxminən saatda 60-70 km/sürətlə idarə etmişdir. Qeyd olunan istiqamətdə hərəkətdə olan zaman “Fab” boyalarının satışı mağazasının yaxınlığına çatan zaman onlardan irəlidə hərəkət edən nömrəsinə diqqət yetirmədiyi qara rəngli “Prius” markalı maşının sürücüsü qəflətən maşının əyləcini sıxıb sürəti azaltmışdır. Həmin vaxt avtomobillər arasında olan məsafə az olduğu üçün Sənan maşının sürətini azaldıb sükanı sağa burmaq istəmiş, lakin həmin vaxt arxadan hərəkət edən qara rəngli “Opel” markalı nömrəsini dəqiq bilmədiyi əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi avtomobilin sürücüsü, Sənanın idarə etdiyi maşının sağ tərəfi ilə hərəkət edib ona sağ tərəfə çıxmaq üçün imkan verməmiş və sonra hərəkətdə olduqları maşının sağ tərəfi ilə hərəkət edib maşını ötüb keçmişdir. Sənan onun bu hərəkətindən əsəbləşdiyi üçün maşını idarə edib yol üstü yerləşən “Çingiz xan” adlanan şadlıq sarayının yaxınlığına çatarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi maşını sağ tərəfindən ötüb keçərək bir dəfə əyləci sıxmış və avtomobilin hərəkətini davam etdirmişdir. Həmin vaxt Əfrail idarə etdiyi maşın ilə sağ tərəfə keçərək Sənana əli ilə işarə verib maşını saxlamasını bildirmişdir. Hərəkət yolunun sağ tərəfində yerləşən “Lukoil” adlanan yanacaq doldurma məntəqəsinin yaxınlığına çatdıqda Sənan maşını Əfrailin onlara əl işarəsi etməsinə görə saxlamış və Əfrail da idarə etdiyi avtomobili Sənanın avtomobilinin sağ tərəfində saxlamışdır. Maşını saxladıqdan sonra Əfrail və yanında olan, sonradan qardaşı olduğunu öyrəndiyi Qənbər həmin avtomobildən enərək Sənan tərəfə yaxınlaşmışlar. Həmin vaxt Sənan da avtomobildən endiyindən, o və Məqsud da avtomobildən düşmüşdür. Onlarla “VAZ 2107” markalı avtomobilin sol tərəfində üzbəüz dayanmış, Sənan qabaqda, o Sənanın sol tərəfində arxada, Məqsud isə Sənanın sol tərəfində dayanmışdır. Digər tərəfdən isə Qənbər öndə, Əfrail isə onun sağ tərəfində dayanmışdır. Qənbər Sənana nə üçün onların hərəkətdə olduqları maşını sağdan keçməsini bildirib irad tutmuş, əlləri ilə Sənanın çiyninə bir neçə dəfə vurub “başın qaçmasın” demişdir. Əfrail isə sakit dayanmışdır. Həmin vaxt Sənan Qənbərə “nə üçün onunla uca səslə və əl hərəkətləri ilə danışdığını” deyərək Qənbərin əlini onun çiyninə vurmamasını bildirmişdir. O, Qənbərə “dava eləmək lazım deyil, bizim qabağımızda da digər avtomobil tormoz verdiyindən qəza şəraiti yarandı” deyən zaman Qənbər yumruqla Sənanın sifət nahiyəsindən vurmuş, Sənan zərbənin təsiri ilə yerə yıxılmışdır. O və Məqsud Sənanı yerdən qaldırmış, bu zaman Əfrail və qardaşı Qənbər Sənanın üstünə yenidən düşüb hər ikisi yumruq və təpiklə Sənanın sifətindən və bədəninin müxtəlif yerlərindən vuraraq döymüş və Sənan isə müvazinətini itirib yerə yıxılmışdır. O və Məqsud onlara yaxınlaşıb Sənandan ayırmağa və sakitləşdirməyə çalışmış, o, Qənbərlə Əfrailin fikrini yayındırmaq üçün post-patrul deyərək qışqırmışdır. Həmin vaxt onlar bir anlıq dayanmış, o, dərhal Sənanı arxadan qucaqlayaraq yerdən qaldırmışdır. Bu vaxt Qənbər polisin olmadığını görüb yenidən hücum edərək yumruqla Sənanın sifət nahiyəsindən vurmuş, zərbə Sənanın çənəsindən dəymiş və Sənan yerə yıxılmışdır. Həmin vaxt Sənanı arxadan qucaqladığı üçün o da yerə yıxılmışdır. Yerə yıxılan zaman onun sağ qolu çiynindən çıxmış, lakin qolu əvvəllərdə zədəli olduğundan bərk ağrı hiss etmiş, həyəcandan qolunu yerinə sala bilmişdir. Sənanın yerə yıxılmaması üçün Sənanı tutub onunla birgə yerə yıxılmış, yerə yıxılanda dizi də sıyrılmış, daha sonra Əfrail və Qənbər onların üzərinə hücum çəkmişlər. Özünü müdafiə etmək üçün yerdən daş parçasını götürərək ayağa qalxsa da, Sənan ayağa qalxa bilməmiş, Qənbər Sənanı yerdə döyməyə başlamış, Əfrail isə onun üzərinə hücum çəkmiş, o da öz növbəsində arxaya addım ataraq Əfrailə üzərinə gəlməməsini söyləmiş, Əfrail yumruq ataraq yenə də onun üzərinə gəlməyə davam etmiş, sonuncunun zərbələrinə qarşılıq olaraq yumruq atmış, atdığı yumruqlar sonuncunun üzünü sıyırmışdır. O, ayağa qalxarkən yerdən ovcunun içinə yerləşən daş parçası götürmüş, Qənbər isə Sənanın üstünə hücum edərək yenidən onunla əlbəyaxa olaraq Sənanı döyməyə davam etmişdir. Həmin vaxt Əfrailin onun üzərinə gəldiyini görüb daşı göstərək arxaya addım atmış və üzərinə gəlməməsini bildirmişdir. Lakin Əfrail buna baxmayaraq onun üzərinə gəlməyə davam etmiş, o, Əfrailin üzərinə gəldiyini görüb ovcunun içərisində sıxdığı daşla yumruq formasında onun baş nahiyəsindən bir dəfə vurmuş və vurduğu yerdən qan axmağa başlamışdır. Həmin vaxt Əfrail ona yumruqla zərbələr endirmiş, lakin o, zərbələrdən yayınmaq üçün arxaya getmiş və sol əlilə özünü müdafiə etmişdir. Həmin vaxt Əfrailin vurduğu zərbələr onun qoluna dəysə də o, xəsarət almamışdır. Məqsud isə onun yanına gəlib qolundan dartaraq onu oradan kənarlaşdırmağa çalışmışdır. Bu zaman Qənbərin Sənanı buraxıb onun üzərinə gəldiyini görmüşdür. Onlara gücü çatmayacağını görüb Sənana qışqıraraq avtomobilə oturub oradan kənarlaşmasını bildirmişdir. Zərbələrin təsirindən zəiflədiyi üçün ona hadisə yerindən qaçıb kənarlaşmağa Məqsud köməklik etmişdir. O, əlindəki daşı kənara tullayaraq “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısından sağ tərəfə gedən avtomobil yolu istiqamətində qaçaraq oradan uzaqlaşmış, yorulduğu üçün orada oturmuşdur. Hadisə zamanı onlar olduğu yerə yoldan keçən avtomobilləri idarə edən sürücülər avtomobili saxlayıb düşərək baxmışlar. Ətrafdan da təxminən 10-15 nəfər tanımadığı şəxslər gəlib kənardan dava-dalaşa baxmış, lakin kimsə yaxınlaşıb onlara köməklik etməmişdir. Hadisə yerindən aralaşdıqdan sonra təxminən 5 dəqiqə keçmiş Sənanın idarə etdiyi avtomobillə onun olduğu yerə gəldiyini, Məqsudun avtomobilin ön sərnişin oturacağında əyləşdiyini görmüşdür. Sənan avtomobili saxladıqdan sonra o, arxa oturacaqda əyləşmiş və Sənan maşını idarə edib yaşadıqları evin yaxınlığına doğru gəlmişdir. Yolda gələrkən Sənan o və Məqsudun hadisə yerindən getdikdən sonra Əfrail və qardaşı Qənbərin yenidən onu döydükləri üçün onlardan canını qurtarmaq məqsədilə gödəkçəsinin sağ iç cibində saxladığı bıçağı çıxardıb Qənbərin döş qəfəsinin sol ön hissəsindən vuraraq ona xəsarət yetirdiyini, daha sonra avtomobilə əyləşib həmin yerdən uzaqlaşaraq əvvəlcə yolun kənarında olan Məqsudu götürdüyünü və sonra birlikdə onun olduğu yerə gəldiklərini bildirmişdir. Sənan onun avtomobilə əyləşib uzaqlaşmasını deməsini eşitmədiyini bildirmişdir. Sənandan Qənbəri niyə bıçaqla vurduğunu soruşmuş, cavabında Sənan çox pis döyüldüyünü, Qənbərin ona ağır söyüşlər söydüyünü, onun da söyüşləri qəbul etmədiyi üçün bıçağı çıxarıb onun qoluna zərbə vurmaq istəyərkən bıçağın onun ürəyinə dəydiyini demişdir. Sənan Qənbəri onlar hadisə yerindən aralaşan zaman bıçaqla vurub xəsarət yetirdiyi üçün onlar bunu görməmişlər. O da Sənanla Məqsuda yerə yıxıldıqdan sonra ayağa qalxarkən yerdən götürdüyü daşla Əfrailin başından vurub xəsarət yetirdiyini bildirmişdir. Sənanın yaşadığı evin yaxınlığına gəldikdən sonra Sənan və Məqsud öz yaşadıqları evlərinə getmiş, o isə həmin yerdən öz yaşadığı evə gəlmişdir. Evə gəldikdə ailə üzvlərinə baş vermiş hadisə barədə bildirməmişdir.

10. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərdi ki, onun Zərərçəkmiş şəxs2 daşla vurmaqda məqsədi özünü müdafiə etmək olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 daşla xəsarət yetirməsinə səbəb sonuncunun onun üzərinə gələrək onu vurması, döyməsi və ondan əl çəkməməsi olmuşdur O, Əfraillə Qənbərin üzərində bıçaq görməmiş, bıçaq olub-olmaması barədə də heç bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs1 Qənbərə bıçaqla xəsarət yetirməsini görməmiş, həmin vaxt qolu çıxdığından hadisə yerindən təxminən 350-400 metr kənarda olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobil ilə onun yanına gələrək onu götürmüş, yalnız avtomobilə əyləşdikdən sonra Sənan ona Qənbərin qoluna bıçaqla xəsarət yetirmək istəyən zaman bıçağın ürəyindən dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Sənanın idarə etdiyi maşının sağ tərəfi ilə hərəkət edib ona sağ tərəfə çıxmaq üçün imkan verməmiş və sonra hərəkətdə olduqları maşının sağ tərəfi ilə hərəkət edib onlar olduqları maşını ötüb keçmişlər. Sənan onun bu hərəkətindən əsəbləşdiyi üçün maşını idarə edib yol üstü yerləşən “Çingiz xan” adlanan şadlıq sarayının yaxınlığına çatarkən Əfrailin idarə etdiyi maşını sağ tərəfindən ötüb keçərək bir dəfə əyləci sıxmış və avtomobilin hərəkətini davam etdirmişdir. O, bu zaman Sənanın əsəbi olduğunu görmüş və ona “sür get lazım deyil” demişdir. Belə ki, Sənan Əfrailin idarə etdiyi avtomobilin arxasınca maşını sürmüş, maşını onların maşının qarşısına verib tormoza basmış, Məqsudla o, Sənana avtomobilini sürüb getməyini, tormoz verməməyini söyləmiş, həmin maşın onların arxasınca gələrək işıqla xəbərdarlıq edib sağ tərəfə keçmiş və Qənbər əli ilə maşını saxlamaqlarını tələb etmişdir. Sənan, o və ya Məqsud Zərərçəkmiş şəxs2 maşını saxlaması ilə bağlı əl hərəkəti və ya başqa bir hərəkət etməmişdir. Qənbər Sənana əli ilə işarə verib avtomobili saxlamasını göstərmiş, Qənbər Sənana nə üçün onların hərəkətdə olduqları maşını sağdan keçməsini irad bildirib, əlləri ilə Sənanın çiyninə bir neçə dəfə vurub “başın qaçmasın” demişdir. Əfrail əvvəlcə sakit dayanmış, Sənan Qənbərə “nə üçün onunla uca səslə və əl hərəkətləri ilə danışdığını” deyərək əlini onun çiyninə vurmamasını bildirmişdir. O, Qənbərə “dava eləmək lazım deyil, bizim qabağımızda da digər avtomobil tormoz verdiyindən qəza şəraiti yarandı” deyən zaman Qənbər yumruqla Sənanın sifət nahiyəsindən vurmuş və Sənan zərbədən yerə yıxılmışdır. O, heç kəsə zərbə endirməmiş, bir dəfə özünü müdafiə etmək üçün ovcunun içərisində sıxdığı daşla yumruq formasında Əfrailə bir dəfə zərbə endirmişdir. O, Zərərçəkmiş şəxs2 gödəkçəsini başına keçirməmiş və Məqsud ilə birlikdə Əfrailə heç bir xəsarət yetirməmişdir. Qənbər və Əfrail onların üzərinə hücum çəkmiş və onlara xəsarət yetirmişlər. Məqsud Sənana köməyə getməmiş və Sənanla birlikdə Zərərçəkmiş şəxs1 xəsarət yetirməmişdir. Dava başladığı vaxtdan Məqsud yalnız aralamış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sakitləşdirməyə çalışmışdır. O, Əfrailin gödəkçəsini başına keçirməmiş, ona ümumiyyətlə yaxınlaşa bilməmiş, Əfrailin başından ovcunun içərisində sıxdığı daşdan istifadə edərək vurmuşdur. Məqsud isə həmin vaxt yerdə yıxılmış vəziyyətdə olmuş, yerdən ayağa qalxaraq onun yanına gəlib qolundan dartaraq kənarlaşmasını istəmişdir. Onun bədən nahiyəsində olan xəsarətlər Zərərçəkmiş şəxs2 tərəfindən yetirilmişdir.

11. Məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 həmin ifadələrində göstərilənləri əsasən təsdiq etdiyini bildirərək göstərdi ki, həmin ifadələrində qeyd edilmiş “o və Məqsud onlara yaxınlaşıb Sənanı yerdən qaldıraraq onları sakitləşdirib ayırmaq istəyərkən Əfrail yumruqla Məqsudun sağ sifət nahiyyəsindən vurmuş və Məqsud zərbədən yerə yıxılmışdır. Bundan sonra o, Məqsuda yaxınlaşıb yerdən qaldırmağa çalışmışdır.” kimi ifadə verməmiş, ümumiyyətlə Əfrailin Məqsudu vurduğunu dəqiq olaraq görməmişdir. O, Zərərçəkmiş şəxs2 yumruq ataraq onun üzərinə gəldiyini, atdığı yumruqların ona dəymədiyini, daş əlində ola-ola yumruğunu sıxıb Əfrailə zərbə vurduğunu, Əfrailin sifətinin zərbə nəticəsində sıyrıldığını bildirmişdir. Hadisə vaxtı çiyni çıxmış, yerə yıxılanda dizi sıyrılmışdır. Zərərçəkmiş şəxs2 onun üzərinə gəldiyi üçün yerdən daşı götürüb özünü müdafiə etmək istədiyini, Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs1 döyməyi dayandırıb üzərinə gəldiyini gördüyü üçün Təqsirləndirilən şəxs3la birgə hadisə yerindən qaçdığını bildirmişdir. Dostluq etdiyi müddətdə və hadisə zamanı Təqsirləndirilən şəxs1 üzərində bıçaq gəzdirməsindən xəbəri olmamış, hadisə zamanı onları heç kim ayırmamış, Zərərçəkmiş şəxs2 hadisə zamanı bir dəfə yumruq atmış, Əfraillə üz-üzə gələndə ona uca səslə söyüş söyməmiş, nalayiq ifadə işlətməmişdir. Çiyni zədələndiyindən Əfrailə güc gələ bilməyəcəyini düşünərək özünü müdafiə məqsədilə yerdən daş götürmüşdür. Sonradan polis bölməsinə könüllü gedib təslim olmuşdur.

12. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, heç bir xuliqanlıq hərəkəti etməmiş və heç kəsi vurmamış, heç bir xəsarət yetirməmiş, onları kənarlaşdırmaq, davanın qarşısını almaq istəmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onlarla dostluq münasibəti vardır. Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onlarla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Evli olsa da, nikahını qeydə aldırmağından şəxsiyyətini təsdiq edən sənədlərdə subay kimi qeyd edilir. 4 yanvar 2023-cü il tarixdə, təxminən saat 22 radələrində o, Sənan və Elvinlə yaşadığı evin yaxınlığında görüşmüş, söhbət zamanı Sənan idarə etdiyi “VAZ 2107” markalı **-RD-*** nömrəli avtomobilinin qabaq sol təkərini təmir etdirmək üçün birlikdə ustaya getməyi təklif etmiş, onlar razılaşaraq birlikdə Sənanın idarə etdiyi avtomobilə əyləşib Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” adlanan bazarın yaxınlığında olan təkər təmiri sexinə getmişlər. Həmin sexdə avtomobilin təkərini təmir etdirdikdən sonra yaşadıqları evə qayıtmaq üçün yenidən avtomobilə əyləşmiş, Sənan sükanın arxasında, Elvin ön sərnişin oturacaqda və o isə arxa oturacaqda əyləşmişdir. Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətinə hərəkətdə olarkən Sənan avtomobili təxminən saatda 60-70 km/sürətlə idarə etmişdir. “Fabın dairəsi” deyilən yerə çatan zaman onlardan qarşıda hərəkət edən qara rəngli “Prius” markalı maşının sürücüsü qəflətən maşının tormozunu sıxıb sürəti azaltmış, həmin vaxt maşınlar arasında olan məsafə az olduğu üçün Sənan avtomobilinin sürətini azaldıb sükanı sağa burmaq istəmiş, lakin həmin vaxt arxadan hərəkətdə olan qara rəngli “Opel” markalı maşının sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi sürücüsü, Sənanın idarə etdiyi maşının sağ tərəfi ilə hərəkət edib ona sağ tərəfə çıxmaq üçün imkan verməyərək hərəkətdə olduqları maşının sağ tərəfi ilə hərəkət edib onları ötüb keçmişlər. Sənan Əfrailin hərəkətindən əsəbləşdiyi üçün maşını idarə edib yol üstü yerləşən “Çingiz xan” adlanan şadlıq sarayının yaxınlığına çatarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi maşını sağ tərəfdən ötüb onu keçərək hərəkətini davam etdirmişdir. Həmin vaxt Əfrail idarə etdiyi avtomobilin işıqları ilə Sənana işarə verib maşını saxlamağı bildirmişdir. Hərəkət yolunun sağ tərəfində yerləşən “Lukoil” adlanan yanacaq doldurma məntəqəsinin qarşısına çatdıqda Sənan idarə etdiyi avtomobili Əfrailin əl işarəsi ilə əlaqədar saxlamış və Əfrail də idarə etdiyi avtomobili Sənanın maşının yanında saxlamışdır. Maşını saxladıqdan sonra Əfrail və yanında olan qardaşı Qənbər maşından düşüb Sənan tərəfə keçib maşına yaxınlaşmışlar. Həmin vaxt Sənan maşından düşmüş, buna görə də o və Elvin də avtomobildən enmişlər. Əfrail və qardaşı Qənbər Sənana nə üçün onların hərəkətdə olduqları maşını sağdan keçməsini irad tutub mübahisə edərək Sənanın üstünə qışqıraraq əlləri ilə hədələməyə başlamışlar. Həmin vaxt Sənan nə üçün onunla uca səslə qışqırıb və əlləri ilə hədələyərək danışdıqlarını soruşmuşdur. Bu zaman Qənbər yumruqla Sənanın sifət nahiyəsindən vurmuş və Sənan zərbədən yerə yıxılmışdır. O və Elvin onlara yaxınlaşıb Sənanı yerdən qaldıraraq onları sakitləşdirib ayırmaq istəyərkən Əfrail yumruqla onun sağ sifət nahiyəsindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. O, yerdən qalxıb yaxında maşını saxlayan şəxslərdən dava edənləri ayırmaq üçün kömək istəmiş, orada olan avtomobillərdən iki nəfər ensə də onlar qorxduqları üçün kömək etməmişlər. Bundan sonra Elvin ona yaxınlaşıb yerdən qaldırmağa çalışmışdır. Həmin vaxt Əfrail və qardaşı Qənbər Sənanın üstünə yenidən hücum edib hər ikisi yumruq və təpiklə Sənanın sifətindən və bədəninin müxtəlif yerlərindən zərbələr vurub döydükləri üçün Sənan müvazinətini itirib yerə yıxılmışdır. O və Elvin onlara yaxınlaşıb X12 ayırmağa və sakitləşdirməyə çalışmış, lakin sonuncular hər ikisi yumruqla Sənanın sifət və baş nahiyəsindən vurmuşlar. Elvinin Sənanı yerdən qaldırmaq istədiyini görüb onlara yaxınlaşaraq hər ikisi yumruqla Elvinin də sifət nahiyəsindən vurduqlarından Elvin zərbələrə tab gətirə bilməyərək Sənanla birlikdə yerə yıxılmışdır. Daha sonra Elvin ayağa qalxıb qaçaraq hadisə yerindən uzaqlaşmağa çalışmış, o, Elvinin taqətinin olmadığını görüb ona köməklik edərək hadisə yerindən təxminən 200 metr kənarlaşmağa köməklik etmişdir. Elvini kənara apardıqdan sonra yenidən hadisə yerinə qayıtmışdır. Kənardan təxminən 10-15 nəfər tanımadığı şəxs həmin yerə gələrək kənardan dava-dalaşa baxmış, lakin heç kim yaxınlaşıb onlara köməklik etməmişdir. Hadisə yerinə qayıtmaq istəyərkən Sənanın idarə etdiyi avtomobillə ona doğru gəldiyini görmüş, Sənan onun yaxınlığına çatıb avtomobili saxlamış və o, ön sərnişin oturacağa əyləşmişdir. Bundan sonra onlar birlikdə Elvinin olduğu yerə tərəf gedib sonuncya çatmış və Elvin arxa oturacaqda əyləşmiş, Sənan avtomobili idarə edib həmin yerdən uzaqlaşaraq yaşadığı evin yaxınlığına getmişlər. Yolda olarkən Sənan o və Elvinin hadisə yerindən getdikdən sonra Əfrail və qardaşı Qənbərin yenidən onu döydükləri üçün birincinin sonunculardan canını qurtarmaq məqsədilə əynindəki gödəkçənin sağ iç cibində saxladığı bıçağı çıxarıb Qənbərin döş qəfəsinin sol ön hissəsindən vuraraq ona xəsarət yetirdiyini, daha sonra Sənanın avtomobilə əyləşərək həmin yerdən uzaqlaşdığını bildirmişdir. Sənan Qənbəri o və Elvin hadisə yerindən uzaqlaşdıqları zaman bıçaqla vurub xəsarət yetirdiyi üçün onlar həmin hadisəni görməmişlər. Elvin isə Sənana hadisə yerində onunla birlikdə yerə yıxıldıqdan sonra ayağa qalxarkən yerdən götürdüyü daşla Əfrailin başından vurub xəsarət yetirdiyini bildirmişdir.

13. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 ifadəsinə əlavə edərək göstərdi ki, münaqişə zamanı heç kimə zərbə vurmamış, Əfrail Elvinə hücum etmiş, sonuncu isə Əfrailə yaxınlaşmamasını bildirmişdir. O, Əfrailin atdığı yumruqların Elvinin qoluna dəydiyini, sonuncunun Əfrailin başına daşla zərbə vurduğunu görmədiyini bildirmiş, münaqişə zamanı çənəsinə zərbə dəydiyi üçün çənəsinin şişdiyini qeyd etmişdir. Münaqişə zamanı ilk olaraq Elvini kənarlaşdırmış, sonra Elvin “PPX gəlir” deyə qışqırmış, Sənanla Qənbəri ayırmamışdır. Hadisədən əvvəl Əfrail idarə etdiyi maşınla Sənanın idarə etdiyi maşının önündə tormoz verərək sonuncunu qıcıqlandırdığı üçün Sənan da onların maşınının qarşısında tormoz vermiş, Qənbər və qardaşı Əfrail maşını saxlayıb maşından düşərək onların olduğu maşına yaxınlaşmış, avtomobildən düşüb onların yanına getmişdir. Münaqişə zamanı Qənbər Sənana bir neçə dəfə yumruqla zərbələr vurmuş, Qənbər Sənanın yerdən qalxmasına imkan vermədən davamlı olaraq ona zərbələr endirmiş, o isə qorxduğu üçün kənardan durub baxmış, onları ayıra bilmədiyini görüb kənardan baxan maşınlara yaxınlaşıb kömək istəmişdir. Hadisə zamanı Sənanın üzərində bıçaq olduğunu bilməmiş, onun bıçağı çıxarıb Qənbəri vurduğunu görməmişdir.

14. Məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 həmin ifadələrində göstərilənləri əsasən təsdiq etdiyini bildirərək göstərdi ki, həmin ifadələrində qeyd edilmiş “Yerə yıxıldıqdan sonra Elvin yerdən daş götürüb ayağa qalxaraq Əfrailin baş nahiyyəsindən vurdu və daşla vurduğu yerdən qan axmağa başlamışdır.” kimi ifadə verməmiş, müstəntiq ona bu barədə məlumat verdiyindən ifadəsində elə yazılmış, ümumiyyətlə Elvinin Əfraili vurduğunu görməmişdir.

15. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

16. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

17. Belə ki, məhkəmədə dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X20 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, beş övladı olmuş, mərhum övladı Zərərçəkmiş şəxs1 himayəsində İradə və Əsmanur adlı iki azyaşlı qız övladı olmuş, hazırda nəvələri onun himayəsindədirlər. Zərərçəkmiş şəxs2 da onun doğma övladıdır. Təqsirləndirilən şəxsləri hadisədən sonra tanımış, onlarla aralarında hadisədən əvvəl hər hansı düşmənçilik və ya ədavət olmamış, hadisənin birbaşa şahidi olmamış, hadisə barədə ona övladı Zərərçəkmiş şəxs2 ətraflı danışmışdır. Təqsirləndirilən şəxslərlə barışmamış, hadisədən sonra təqsirləndirilən şəxslərin valideynləri ümumiyyətlə yas mərasiminə gəlməmiş, barışıq üçün onlara yaxınlaşmamışlar. İfadəsinin sonunda E.Abışov hadisə nəticəsində cavan övladı Zərərçəkmiş şəxs1 vəfat etdiyini, sonuncunun iki azyaşlı qız nəvəsinin uşaq vaxtlarından atasız qaldığını bildirərək təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, digər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi.

18. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. O və qardaşı Qənbərin soyadı qeydiyyat zamanı doğum haqqında şəhadətnamədə babası Qənbərin adına uyğun olaraq Qənbərov kimi qeyd olunmuşdur. O və qardaşı Qənbər hadisədən əvvəl təqsirləndirilən şəxsləri tanımamış, onlarla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. 4 yanvar 2023-cü il tarixdə, saat 21:30 radələrində yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman qardaşı Zərərçəkmiş şəxs1 ona çay içmək və söhbət etmək üçün “Şəfa” stadionu yaxınlığında yaşayan qaynı Muradgilə getmək istədiyini bildirmişdir. Bu məqsədlə qardaşı Qənbərlə birlikdə ona məxsus “Opel Astra” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri istiqamətində yola düşmüşlər. Avtomobili özü idarə etmiş, Qənbər isə sağ ön oturacaqda əyləşmişdir. Bakı şəhərində “Şəfa” stadionu yaxınlığına getmək üçün “20 Yanvar” metrostansiyasından Ziya Bünyadov prospektinə dönmüş və həmin prospekt ilə “Heydər Əliyev” prospekti istiqamətində hərəkət etmişlər. X13 prospekti ilə hərəkət edərək “Şəfa” stadionunun yerləşdiyi Heydər Əliyev prospektinə getmək üçün Ziya Bünyadov prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini keçdikdən sonra sağ tərəfə, X32 küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində “Şəfa” stadionuna doğru avtomobili idarə etmək istəmişdir. O, qeyd etdiyi yolu getmək üçün Ziya Bünyadov prospektində yolun sağ tərəfi ilə hərəkət edərək “FAB dairəsi” adlanan istiqamətdə hərəkət etmişdir. Həmin yol bir tərəfli olmaqla iki hərəkət zolağından ibarətdir. Yolun bir hissəsi avtobusların hərəkəti üçün nəzərdə tutulmuşdur. Bir qədər irəlidə geri dönmək üçün qeyd etdiyi “FAB”ın dairəsi” adlanan yer yerləşir. O, yolun sol tərəfi ilə hərəkət etmiş, qarşısında “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı bir avtomobil, sonuncu avtomobilin qarşısında isə “Toyota Prius” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobil hərəkətdə olmuşdur. Dairəyə çatan zaman qarşıda olan “Toyota Prius” markalı avtomobil anidən əyləcdən istifadə edərək geri dönmə manevr hərəkətini etmiş, bu zaman onun qarşısında olan “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobil də anidən əyləcdən istifadə etmişdir. O, bunu gördükdə qəzadan yayınmaq üçün avtomobili sağ tərəfə doğru hərəkət etdirərək qarşıda olan “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfindən hərəkət etmiş və ötmə hərəkətini edərək qeyd etdiyi avtomobili keçmişdir. Bu zaman idarə etdiyi avtomobilin sürəti 60-70 kilometr/saat arası olmuşdur. O, qəzanın qarşısını alaraq sağdan keçərək yoluna davam etmişdir. Lakin “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobil arxadan sürətlə hərəkət edərək onun sağ tərəfindən ötüb keçərək onun yoluna doğru hərəkət edib qarşısına keçib üç dəfə əyləcdən istifadə etmişdir. O, avtomobil ilə sağ tərəfə keçmiş və avtomobilin uzaqyanan işıqlarından istifadə edərək həmin avtomobili hansı səbəbdən belə hərəkət etdirməsi ilə bağlı işarə vermişdir. O, həmin avtomobilin salonuna baxdıqda sükan arxasında olan adının sonradan Sənan olduğunu bildiyi şəxs onu sağa doğru sıxışdırmaqla təkidlə idarə etdiyi avtomobili sağda saxlamağı üçün əl ilə işarə vermişdir. O da idarə etdiyi avtomobili məcbur qalaraq “Lukoil” YDM-nin girişində, sağ tərəfdə saxlamışdır. Həmin şəxs isə idarə etdiyi “VAZ 2107” markalı avtomobili onun avtomobilinin sol tərəfində saxlamışdır. “VAZ 2107” markalı avtomobildə olan üç nəfər şəxsin avtomobildən enərək onlara tərəf gəldiyini görüb, o və qardaşı Qənbər də avtomobildən düşmüş, həmin şəxslər onlarla avtomobillərin ön tərəfində üzbəüz dayanmışlar. Həmin şəxslərdən sürücü Təqsirləndirilən şəxs1 onun qarşısında, Sənanın sağ, onun isə sol tərəfində adını sonradan bildiyi Təqsirləndirilən şəxs2, Sənanın sol tərəfində ,onun isə sağ tərəfində Təqsirləndirilən şəxs3 dayanmışdır. Qardaşı Qənbər isə onun arxa tərəfində dayanmışdır. Sənan ona “Fabın dairəsi” adlanan yerdə nə üçün sağdan keçdiyini soruşmuş, o isə Sənana qəzadan yayınmaq üçün sağından keçdiyini izah edərək ondan idarə etdiyi avtomobillə önünə keçərək anidən əyləcdən istifadə etməsinin səbəbini soruşmuş və qəzadan yayınaraq onları vurmadığı üçün ona təşəkkür etməli olduğunu bildirmişdir. Sənan isə ona nalayiq söyüşlə təhqiramiz ifadə işlədərək onu sağdan keçərək səhv etdiyini bildirmiş, qardaşı Qənbər Sənanın təhqiramiz sözündən sonra bir qədər irəli gələrək sonuncudan hansı səbəbdən təhqiramiz ifadə işlətdiyini soruşmuşdur. Bu vaxt Sənan qəflətən yumruqla qardaşı Qənbərin sifət nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt Sənanın sağ tərəfində dayanan Elvin də qardaşına yumruqla zərbələr endirmişdir. Sənanın sol tərəfində duran Məqsud isə onun üstünə hücum etmiş, o və Məqsud əlbəyaxa olmuşlar. Daha sonra Elvin onun tərəfə gələrək üzərində olan gödəkçəsini dartıb onun başına keçirmişdir. O isə gödəkçəsini başından çıxarmağa çalışmış, bu zaman Elvinlə Məqsud ona yumruq və təpiklə zərbələr vurmuşlar. O, gödəkçəsini başından çıxaran zaman Məqsud Sənana kömək etməyə getmiş və Sənanla birlikdə qardaşı Qənbərə zərbələr endirmişlər. O, gödəkçəsini başından çıxaran zaman Elvin hansısa predmetlə onun başından zərbə vurmuş və başından qan axmağa başlamışdır. O, ilk əvvəl Elvinin başına bıçaqla vurduğunu fikirləşmiş və qışqıraraq qardaşı Qənbəri xəbərdar etmək üçün “Qaqa bıçaq var, ehtiyatlı ol” demişdir. Qənbər isə ona “Qaqa məni vurublar” demişdir. Məqsud həmin vaxt Sənanla birlikdə Qənbərin qarşısında olmuşdur. Ətrafda təxminən 15-20 nəfər toplanmış və yoldan keçən sürücülər də idarə etdikləri avtomobillərini saxlayaraq hadisəyə kənardan baxmış, lakin hər hansı yaxınlaşmamışdır. O, Elvini özündən kənarlaşdırıb qardaşı Qənbərin yanına qaçmışdır. O, Qənbərə tərəf qaçdıqda Məqsud oradan kənarlaşmışdır. Sənan isə əlində bıçaqla sağ-sola doğru hərəkət etdirərək “mənə gəlmə səni də vuraram” demişdir. Sənan avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. O isə qardaşı Qənbəri avtomobilə mindirərək oradan yaxınlıqda yerləşən “Yeni Klinika” X27 aparmışdır. Orada həkimlər qardaşını əməliyyata götürmüş, növbəti gün 5 yanvar 2023-cü il tarixdə, saat 21:30 radələrində qardaşının ölməsi barədə onlara məlumat vermişlər.

19. Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq ifadəsinə davam edərək göstərdi ki, 4 yanvar 2023-cü il tarixdə, saat 22:00 radələrində Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti istiqamətində hərəkət edərkən “Lukoil” YDM-nin qarşısında avtomobili dayandırmasına səbəb avtomobili idarə edən Təqsirləndirilən şəxs1 avtomobili idarə edib onu sağdan keçərək qarşısında bir neçə dəfə əyləcdən istifadə etməsi, daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin onun idarə etdiyi avtomobili sağa doğru sıxışdıraraq əlini yuxarıdan aşağıya doğru hərəkət etdirərək ona saxla işarə verməsi olmuşdur. Avtomobili “Lukoil” YDM-nin qarşısında saxladıqdan sonra avtomobilin qarşısında olan zaman ilk əvvəl Təqsirləndirilən şəxs1 qardaşı Qənbərə yumruqla sifət nahiyəsindən zərbə endirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 qardaşının üstünə hücum çəkərək onu vurmuş, Məqsud isə onun üzərinə hücum çəkmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 qardaşına ilk əvvəl yumruq vurmuş, onunla dava etmiş və bıçaqla ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs1 qardaşı Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsi anını görməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 yumruqla zərbə endirmiş, endirdiyi zərbə qardaşının sifət nahiyəsindən dəymiş, Təqsirləndirilən şəxs2 yumruqla vurduğu zərbə qardaşının sifət nahiyəsinin sol tərəfindən dəymişdir. Bundan sonra Elvin onun üzərinə hücum çəkmiş, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmuş, Məqsud ilə birlikdə gödəkçəsini başına keçirmiş, Elvin Məqsud ilə birlikdə onu vurmağa davam etmiş, daha sonra Məqsud ondan kənarlaşaraq Sənana kömək etməyə getmiş, o isə gödəkçəsini başından çıxartdıqda Elvin nə iləsə başından vurmuş və orada dayanmış, qardaşına qarşı tərəfdə bıçaq olmasını qışqırıb bildərək ehtiyatlı olmasını demiş, qardaşı Qənbər isə artıq onun bıçaqla vurulduğunu bildirmiş, bu zaman artıq onlara tərəf getdikdə Məqsudun Sənanın yanında olduğunu görmüş, Elvinin isə getməsi və ya orada qalması barədə məlumatı olmamış, Elvin və Sənan qardaşı Qənbərə yumruqla vurduqdan sonra Məqsud onun üzərinə hücum çəkərək onu yumruq və təpiklə vurmuş, daha sonra Elvin Məqsuda köməyə getmiş, ikisi birlikdə onu yumruq və təpiklə vurmuşlar. Məqsud qardaşı Qənbəri vurması üçün Sənana köməklik etmiş, birlikdə onu yumruq və təpiklə vurmuşlar.

20. Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, hadisə 4 yanvar 2023-cü il tarixdə, gecə saat 22 radələrində təxminən 3-5 dəqiqə ərzində baş vermiş, qardaşı Qənbər Təqsirləndirilən şəxs1 və digələrinə qarşı hər hansı nalayiq ifadələr işlətməmiş, onlarla kobud rəftar etməmiş, hadisə zamanı ətrafa çoxlu sayda insanlar toplaşmış, lakin heç kim hadisəyə müdaxilə etməmişdir. O, qardaşı Qənbərin rənginin ağardığını və sinəsindən qan axdığını görüb Təqsirləndirilən şəxs1 və digərlərindən qardaşını xəstəxanaya çatdırmaq üçün kömək etmələrini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs1 və digərləri ona kömək etməyərək oradan qaçıb getmişlər. O, qaraşı Qənbəri təkbaşına avtomobilinə mindirib “Yeni Klinika” xəstəxanasına aparmış, sonradan hadisəni törədənlər barədə məlumat verə bilmək üçün Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı avtomobilin dövlət nömrə nişanının nömrəsini mobil telefonunda “Whatsapp” sosial şəbəkəsi vasitəsilə birinci mesaj yazılan şəxsə mesaj şəklində göndərərək saxlamışdır. Hadisənin əvvəlindən sonuna qədər Elvinlə Məqsud orada olmuş, Məqsud qardaşı Qənbərin fikrini yayındırmaqla Təqsirləndirilən şəxs1 sonuncunu bıçaqla vurmasına şərait yaratmışdır.

21. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Ziya Bünyadov prospekti ilə X32 adlanan küçənin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində İ dərəcəli operator işləyir. Vəzifəsi yanacaq doldurma məntəqəsinə daxil olan avtomobil sürücülərinin sifarişini qəbul edərək avtomobil çənlərinə benzin vurmaqdan ibarətdir. Yanacaq doldurma məntəqəsində ümumilikdə 8 benzin doldurma qurğusu (kolonkası) vardır. İş rejimi növbəli rejimdə olmaqla 12 saat işlədikdən növbəti 24 saat istirahət edir və sonra yenidən işləyir. 4 yanvar 2023-cü il tarixdə, saat 20:00-da işə başlamışdır. Həmin gün növbədə operator Cahangir Ömərov, növbə rəisi Şahmar Yaqubzadə ilə birlikdə işdə olmuşlar. O, ofisin qarşısında, yoldan kənarda olan “kolonkada” xidmət aparmışdır. Saat 22:10 radələrində “Lukoil” YDM-nin “Dərnəgül” kimi adlandırdıqları Ziya Bünyadov prospekti tərəfdən girişində səs-küy eşitmişdir. Həmin əraziyə tərəf hərəkət etmişdir. Yanacaq doldurma məntəqəsində Ziya Bünyadov prospekti tərəfdən girişində tünd rəngli “VAZ 2107” markalı avtomobil və markasını xatırlamadığı bir avtomobilin yanbayan saxladıqlarını və orada dava-dalaş olduğunu görmüşdür. Həmin əraziyə tərəf bir qədər də yaxınlaşmışdır. Oradan keçən avtomobillər idarə etdikləri avtomobilləri saxlamağa başlamışlar. O, orada dalaşan iki nəfər şəxs görmüşdür. Həmin şəxslərdən biri yıxılmış, digəri isə onu vurmuşdur. Yerə yıxılmış oğlan boyu hündür cavan oğlan olmuşdur. Onlar əlbəyaxa olan zaman ətrafında, yanında başqa şəxslərin müdaxilə etməsini görməmişdir. Hündürboylu oğlanın yerə yıxılmış vəziyyətdə olduğunu və digərinin isə yerdə onu vurduğunu müşahidə etmişdir. Birdən ayaqüstə olan şəxs kənara çəkilmişdir. Digəri isə avtomobilin qarşısından fırlanaraq avtomobilə əyləşmiş və avtomobili işə salaraq kənarlaşmışdır. Qısa müddət sonra dava-dalaş zamanı ayaqüstə olan şəxs bir nəfərlə digər avtomobilə əyləşərək oradan kənarlaşmışdır. Baş vermiş hadisə təxminən 3- 5 dəqiqə davam etmişdir. Hadisə zamanı yoldan keçən avtomobillər saxlayaraq hadisəyə baxmışlar. O, özü də kənardan hadisəni müşahidə etmişdir. Qaranlıq olduğu üçün daha dəqiq baş verənləri görməmişdir. O, sadəcə hündür oğlanın yerdə yıxılmış vəziyyətdə olduğunu və digər şəxsin onu vurduğunu görmüşdür. O, yerə yıxılmış olan hündür şəxsin digərinə hücum çəkməsini görməmişdir.

22. Şahid1 verilmiş suallara cavab olaraq ifadəsində əlavə edərək göstərdi ki, hadisənin tam olaraq dəqiq necə baş verdiyini görməmişdir. İşlədiyi yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurub qayıdarkən hadisəni təxminən 70 metr məsafədən görmüş, bir nəfər hündürboylu oğlanla digər şəxsin dalaşdığını, daha sonra isə onların avtomobillərə əyləşib oradan uzaqlaşdığını görmüşdür. Hadisəni uzaqdan gördüyünə görə, ümumiyyətlə bıçaqlanma hadisəsi olub-olmamadığını bilməmiş, 3-4 gün sonra istintaq orqanına ifadə verərkən hadisə zamanı dalaşan şəxslərdən birinin digərini bıçaqladığını öyrənmişdir. Hadisə vaxtı dalaşan şəxsləri hansısa şəxsin ayırmağa çalışdığını görməmiş, hündürboylu oğlanın boy ölçülərinin digərlərindən fərqləndiyini müşahidə etmişdir. Hadisənin nə vaxt başlamasını dəqiq olaraq görməmiş, lakin təxminən 3-5 dəqiqəlik hissəsini müşahidə etmişdir. Hadisə zamanı kiminsə kimisə bıçaqladığını, yumruq və ya təpiklə vurduğunu, kənardakı şəxslərin dalaşan şəxsləri ayırmasını görməmişdir. Hadisə zamanı avtomobillər yanbayan dayanmış, “VAZ 2107” markalı avtomobilin arxada, digər avtomobilin isə həmin avtomobildən bir az qarşıda dayanmış vəziyyətdə olduğunu görmüşdür. Hadisədən sonra iş yoldaşları ilə hadisə ilə bağlı söhbət etmişdir.

23. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, hadisənin necə baş verdiyini görməmiş, işlədiyi “Lukoil” yanacaq doldurma məntəqəsində iş yoldaşı olan Şahid1 yaxınlıqda mübahisə baş verdiyini eşitmişdir. Hadisə barədə başqa hər hansı m\lumatı olmamış, kimin kimi vurmasını görməmişdir. Şahid1 də konkret olaraq kimin kimi vurmasını görməsi barədə ona heç nə deməmişdir. İsmayılın deməsinə görə, gecə qaranlıq olduğu üçün dalaşan şəxslərin üzünü görməmişdir. O, özü hadisəni və mübahisəni görməmiş, kimlərinsə mübahisə etməsini ona sonradan İsmayıl demiş, sonuncu da işi ilə əlaqədar mübahisə edən şəxslərə yaxınlaşmamışdır.

24. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun doğma övladıdır. O, hadisəni görməmiş, hadisə barədə ona oğlu Sənan məlumat vermişdir. Sonradan zərərçəkmiş şəxslərlə barışıq və üzrxahlıq etmək üçün onların evinə getmələrinə razılıq vermələri üçün zərərçəkmiş şəxslərə başqaları vasitəsilə söz göndərmiş, lakin zərərçəkmiş tərəf qəti şəkildə onlarla görüşmək və onları dinləməkdən imtina etmişlər.

25. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

26. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 5 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X16 tərəfindən 4 yanvar 2023-cü il tarixdə, saat 22:18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə X32 küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında baş vermiş dava zamanı bıçaq xəsarəti almış xx xxx 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 “Yeni Klinika” X27 daxil olması faktı ilə bağlı toplanmış material üzrə göstərilən tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 1).

27. Nərimanov RPİ-nin 17-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Şakir Əliyev tərəfindən tərtib olunmuş 4 yanvar 2023-cü il tarixli raportdan və “Cinayət haqqında şifahi məlumatın qəbul barədə” 4 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X8 həmin tarixdə, saat 22:34-də DİN-in 102 xidmətinə zəng edərək qardaşı Zərərçəkmiş şəxs1 bıçaqla ürək nahiyəsindən vurulması barədə məlumat vermiş, eyni zamanda müstəntiq Hüseyn Nuriyev tərəfindən bu barədə protokol tərtib edilmişdir (cild 1, i.v. 3-4).

28. “Əşyalara baxış keçirilməsi zamanı götürmə aparılması haqqında” 4 yanvar 2023cü il tarixli qərar, “Təqdim edilmiş əşyanın götürülməsi barədə” 4 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə qəbul edilmiş qərar əsasında 4 yanvar 2023-cü il tarixdə, saat 23:45-dən 5 yanvar 2023-cü il tarixdə, saat 00:15-dək hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 4 yanvar 2023-cü il tarixdə Nərimanov rayonu Z.Bünyadov prospektində Zərərçəkmiş şəxs1 xəsarət yetirərək onun ölümünə səbəb olduğu bıçağı istintaq orqanına təqdim etmişdir (cild 1, i.v.8-11).

29. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 5 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hal şahidlərinin və Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə X32 küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısı olmaqla hadisə 4 yanvar 2023-cü il tarixdə, saat 22:18 radələrində baş vermişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etdikdə “Lukoil” yanacaq doldurma məntəqəsi Z.Bünyadov prospektində yolun sağ tərəfində yerləşir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 göstərdiyi yer yolun kənarında yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşir. Həmin yerdə avtomobillərin hərəkəti instensivdir. Hadisə yeri ictimai yer hesab olunur. Hadisə yerinin yaxınlığında yük maşınlarının park etməsi üçün ərazi yerləşir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir predmet aşkar edilməmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 yanacaq doldurma məntəqəsinin 50 metr məsafəliyində yerləşən yeri göstərib 4 yanvar 2023-cü il tarixdə həmin yerdə baş verən dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 üzərindəki bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir (cild 1, i.v 12-17).

30. “Şübhəli şəxsin tutulması haqqında” 5 yanvar 2023-cü il tarixli Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Hüseyn Nuriyev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 03:35-də müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 30-31).

31. “Paltarların götürülməsi və baxış keçirilməsi haqqında” 5 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş paltarlar müalicə olunduğu “X19” X22 götürülərək baxış keçirilmişdir (cild 1, i.v. 44-46).

32. “Şübhəli şəxsin tutulması haqqında” 5 yanvar 2023-cü il tarixli müstəntiq H.Nuriyev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 18:10-da müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 62-63).

33. “Şübhəli şəxsin tutulması haqqında” 5 yanvar 2023-cü il tarixli müstəntiq H.Nuriyev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 20:05-da müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 88-89).

34. Nərimanov RPİ-nin 17-ci PŞ-nin məsul növbətçisi, polis polkovnik-leytenantı O.Qəhrəmanov tərəfindən tərtib edilmiş 6 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 05:20-də “Yeni Klinika” PHŞ-in tibb bacısı Qasımova PŞ-ə məlumat verərək 4 yanvar 2023-cü il tarixdə bıçaq xəsarəti ilə klinikaya yerləşdirilmiş 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 vəfat etdiyini bildirmişdir (cild 1, i.v 118).

35. “Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” müstəntiq H.Nuriyev tərəfindən qəbul edilmiş 6 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3, 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilməklə cinayət işi istintaq davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna göndərilmişdir (cild 1, i.v 119-120).

36. “Birgə istintaq qrupunun yaradılması haqqında” Bakı şəhəri, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən qəbul edilmiş 6 yanvar 2023-cü il tarixli və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Anar İsgəndərli tərəfindən qəbul edilmiş həmin tarixli qərarlardan görünür ki, ********* saylı ciinayət işi üzrə Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Anar İsgəndərli və Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Hüseyn Nuriyevdən ibarət istintaq qrupu yaradılmaqla cinayət işi müstəntiq Anar İsgəndərli tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (cild 1, i.v.124-126).

37. “Əşyaların könüllü təqdim edilməsi əsasında götürülməsi və baxış keçirilməsi haqqında” 6 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, həmin tarixdə müstəntiq A.İsgəndərli tərəfindən qəbul edilmiş müvafiq qərarlar əsasında Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş paltarları götürülərək baxış keçirilmişdir (cild 1, i.v. 138-140; 162-164; 186-188).

38. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli qərarlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əvvəli 5 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 195-204).

39. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 7 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi müdafiəçisinin iştirakı ilə hadisə yerində əyani olaraq yoxlanılmış, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları yerində əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. Protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri hərəkətin intensiv olduğu yola yaxın olmaqla ətrafda yük avtomobillərinin dayanması üçün nəzərdə tutulmuş ərazi yerləşir. (cild 1, i.v. 213-219).

40. “Əşyaların könüllü təqdim edilməsi əsasında götürülməsi və baxış keçirilməsi haqqında” 7 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müstəntiq A.İsgəndərli tərəfindən qəbul edilmiş qərar əsasında Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olmuş paltarları götürülərək baxış keçirilmişdir (cild 1, i.v. 235-237).

41. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 7 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində əvvəli 5 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, “məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü törədilmiş cinayət əməlində (ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə) təqsirli bilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir” (cild 1, i.v. 247-251).

42. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixli ərizə əsasında X20 ölmüş zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır (cild 2, i.v. 24-26).

43. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 1(005)- 366/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir (cild 2, i.v. 39-43).

44. “Diskə baxış keçirilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidməti tərəfindən təqdim edilmiş bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı TŞ6-044 2-2023-01-24_22h15min adlı videofaylda olan videogörüntündən avtomobil yolunun əks olunduğu, ekranın sağ aşağı küncündə tarix və saatın qeyd olunması görünür. Tarix olaraq 4 yanvar 2023, saat olaraq 22:15:00 qeyd olunmuşdur. Avtomobil yolu iki hissəyə bölünməklə ortadan düz xətt çəkilməklə yol iki hissəyə bölünmüşdür. Yolun sağ tərəfində “BUS” sözü yazılmışdır. Yolun sağında səki vardır. Yol ilə avtomobillərin hərəkət etdiyi müşahidə olunur. Videogörüntünün 03:31-ci dəqiqəsində yolun solu ilə hərəkət edən avtomobili sağ tərəfi ilə hərəkət edən “VAZ 2107” markalı avtomobil digər avtomobilin qarşısına keçir, bu zaman arxada olan avtomobilin əyləc işıqları yanır, bir qədər irəlidə arxada olan avtomobil sağ tərəfə keçir və sonra hər iki avtomobil sağ tərəfdə dayanır. TŞ6-044 2-2023-01-24_22h15min adlı videofaylda olan videogörüntündən isə görünür ki, kamera avtomobil yolunu qarşıdan çəkir. Sol tərəfdə “Lukoil” yanacaq doldurma məntəqəsi yerləşir. “Lukoil” yanacaq doldurma məntəqəsi istiqamətində gəldikdə yol ayrılır. Kamera avtomobil yolunu qarşıdan çəkdiyindən yol ilə hərəkət edən avtomobillərin işıqları kameraya düşdüyündən görüntülər aydın deyildir. Həmin videogörüntünün 03:45-ci dəqiqəsində “Lukoil” YDM-in girişində iki avtomobilin yanbayan dayanması müşahidə olunur, lakin videogörüntüdə baş vermiş hadisə aydın görünmür (cild 2, i.v. 46-47).

45. Zərərçəkmiş şəxs1 barəsində tərtib olunmuş meyitin məhkəmə tibbi ekspertizasının 3 fevral 2023-cü il tarixli 8 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: kəskin qanitirmə, hemopnevmotoraks və sol 2-ci qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası iti kənarlı alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçaq və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici təsirindən, sağ və sol göz ətrafı nahiyənin hematomaları, sağ və sol üst - alt göz qapaqlarının qançırları, burun tağının sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, dərəcələrinə görə kəskin qanitirmə, hemopnevmotoraks və sol 2ci qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir və ölümlə birbaşa səbəbli əlaqəlidir, sağ və sol göz ətrafı nahiyənin hematomaları, sağ və sol üst - alt göz qapaqlarının qançırları, burun tağının sıyrıqları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, qeyd olunan xəsarətlər həyatidir, ölümündən az əvvəl törənmişlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb - kəskin qanitirmə, hemopnevmotoraks və sol 2-ci qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən deşilmiş - kəsilmiş yaranın törətdiyi hemorragik şok olmuşdur. Ölüm xəstəxanada 5 yanvar 2023-cü il tarixdə, saat 21:30-da baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazalon, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 2, i.v. 105-111).

46. Təqsirləndirilən şəxs2 barəsində tərtib olunmuş 9 yanvar 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 12 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət - sağ diz oynağının sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 4 yanvar 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət oluğu üçün dərəcələri təyin olunmur (cild 2, i.v 112- 114).

47. Zərərçəkmiş şəxs2 barəsində tərtib olunmuş 8 fevral 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 21 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni səthində aşkar edilmiş xəsarətlər: sol gicgah nahiyəsinin şişkinlik halında əzilmiş yaraları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 4 yanvar 2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 2, i.v.115-117).

48. Təqsirləndirilən şəxs3 barəsində tərtib olunmuş 9 yanvar 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 13 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir (cild 2, i.v. 119-120).

49. Təqsirləndirilən şəxs1 barəsində tərtib olunmuş 9 yanvar 2023-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 11 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyun nahiyəsinin arxa səthinin, sağ kürəkaltı nahiyənin, sağ diz oynağının sıyrıqları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 4 yanvar 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət oluğu üçün dərəcələri təyin ounmur (cild 2, i.v.122-124).

50. “Üzləşdirmə haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 üzləşmə zamanı hər iki şəxs ifadələrini birbirinin üzünə qarşı deməklə təsdiq etmişlər (cild 2, i.v.175-181).

51. Maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə 24 fevral 2023 tarixli 37/MTKŞ-2023 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin, uzunqol koftanın və şalvarın üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs1 məxsus uzunqol koftanın sağ yan tikişi üzərində bir ədəd, sağ çiyin tikişinin üzərində bir ədəd sökülmüş zədələr var. Bu zədələr küt yaranma mexanizmi ilə, paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs1 məxsus cins şalvarın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs3 məxsus uzunqol koftanın, cins şalvarın, bir cüt çəkələyin və kəmərin üzərində zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs2 məxsus gödəkçənin sol yan tikişinin üzərində bir ədəd, sol qolun dairəvi tikişi üzərində bir ədəd, sağ yan tikişinin üzərində bir ədəd sökülmüş zədələr, gödəkçənin sağ yan cibinin aşağı kənarında bir ədəd, sol cibinin aşağı kənarında bir ədəd cırılmış zədələr var. Bu zədələr küt yaranma mexanizmi ilə, paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs2 məxsus gödəkçənin ön səthinin sol yarısında bir ədəd cırılmış zədə var. Bu zədə küt yaranma mexanizmi ilə, paltarın həmin nahiyyəsinin ilişib-dartılması nəticəsində törənmişdir. Təqsirləndirilən şəxs2 məxsus idman şalvarının sağ ayağının ön səthinin orta hissəsində (diz nahiyəsinə uyğun) bir ədəd sürtülmüş-cırılmış zədə var. Bu zədə küt yaranma mexanizmi ilə, paltarın həmin nahiyəsinin hər hansı bir sərt predmetlə (səthlə) qarşılıqlı təsiri nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs2 məxsus uzunqol koftanın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs1 məxsus jiletin, cins şalvarın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir (cild 2, i.v. 184-188).

52. Maddi sübutların məhkəmə-bioloji ekspertizası üzrə 13 fevral 2023-cü il tarixli 44/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qan qrupu-O/İ/-, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qan qrupu-B/İİİ/-. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus 1 cüt ayaqqabı, jilet, şalvar, Təqsirləndirilən şəxs1 məxsus sviter, Təqsirləndirilən şəxs2 məxsus gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, Zərərçəkmiş şəxs1 məxsus şalvar üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ola bilər./əgər onun qanında müşayiətçi H antigeni varsa/.Qanın qarışıq olduğu halında və hadisə zamanı Oalfabeta/1/ qruplu Zərərçəkmiş şəxs2 qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onunda qarışmış qanının olması mümkündür. Tədqiqata təqdim olunan 1 ədəd bıçaq üzərində qan aşkar olunmadı. Ekspertiza tədqiqatına təqdim olunan Təqsirləndirilən şəxs1 məxsus 1 cüt ayaqqabı, şalvar, Təqsirləndirilən şəxs2 məxsus kofta, idman şalvarı, 1 cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs3 məxsus 1 cüt rezin yay başmağı, kəmər, sviter, şalvar, Zərərçəkmiş şəxs2 məxsus sviter, gödəkçə və şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmadı (cild 2, i.v. 191-196).

53. Təqsirləndirilən şəxs1 barəsində tərtib olunmuş kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 11 fevral 2023-cü il tarixli, 373 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-stabillik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik və əqli gerilik (kəmağıllıq) əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs1 emosionallıq, özünə qarşı hörmət tələb etmək, mübahisə etməyə meyillilik, nümayişkaranəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intelektual imkanlarına görə etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırda da həmin hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 tərəfindən edilən hüquqazidd hərəkətlər əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Baş vermiş hadisə zamanı psixi-emosional oynaqlıq yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk edib davranışının mümkün nəticələrini görə bilərdi. Təqsirləndirilən şəxs1 özündən uydurmağa, yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmadı (cild 2, i.v. 198-202).

54. Təqsirləndirilən şəxs2 barəsində təyin olunmuş kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 4 fevral 2023-cü il tarixli, 265 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hövsələsizlik, inadkarlıq, söz götürməmək, özünə hörmət tələb etmək, tez özündən çıxmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilər. Təqsirləndirilən şəxs2 hadisə zamanı psixiemosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs2 psixi inkişafı nəzərə alınmaqla, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 özündən uydurmağa, yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmadı (cild 2, i.v. 208-211).

55. Təqsirləndirilən şəxs3 barəsində təyin olunmuş kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 4 fevral 2023-cü il tarixli, 266 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 ünsiyyətçillik, adaptivlik, özünəməxsus prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Həmçinin o, hazırda da öz hərəkətlərini tam dərk etmək və onlara iradi nəzarət etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs3 hadisə zamanı psixi-emosional halında həyəcan, gərginlik yaranmışdır. Təqsirləndirilən şəxs3 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs1 psixi inkişafı nəzərə alınaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilərdi. Təqsirləndirilən şəxs3 özündən uydurmağa, yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmadı (cild 2, i.v. 204-207).

56. Təqsirləndirilən şəxs2 barəsində tərtib olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 3 fevral 2023-cü il tarixli 598 nömrəli ekspert rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniyadan və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, i.v. 214-215).

57. Təqsirləndirilən şəxs1 barəsində tərtib olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 3 fevral 2023-cü il tarixli, 599 nömrəli ekspert rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniyadan və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, i.v. 218-219).

58. Təqsirləndirilən şəxs3 barəsində tərtib olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 3 fevral 2023-cü il tarixli, 600 nömrəli ekspert rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniyadan və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, i.v. 222-223).

59. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin həbsdə saxlanılma müddəti 5 may 2023-cü il tarixədək uzadılmışdır (cild 2, i.v.236-245).

60. “Üzləşdirmə haqqında” 5 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs2 üzləşmə zamanı hər iki şəxs ifadələrini birbirinin üzünə qarşı deməklə təsdiq etmişlər (cild 3, i.v.58-64).

61. Zərərçəkmiş şəxs1 barəsində təyin olunmuş komisyon məhkəmə-tibb ekspertizası üzrə 4 aprel 2023-cü il tarixli T 156 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı kəskin qanitirmə, hemopnevmotoraks və sol İİ qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ və sol göz ətrafı nahiyənin hematomaları, sağ və sol üst-alt göz qapaqlarının qançırları, burun tağının sıyrıqları aşkar olmuşdur. Qeyd edilən xəsarətlərdən kəskin qanitirmə, hemopnevmotoraks və sol İİ qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmiş, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilməsi istisna olunmur, sağ və sol göz ətrafı nahiyənin hematomaları, sağ və sol üst-alt göz qapaqlarının qançırları, burun tağının sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 4 yanvar 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcələrinə görə kəskin qanitirmə, hemopnevmotoraks və sol 2-ci qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir və ölümlə birbaşa səbəbli əlaqəlidir, sağ və sol göz ətrafı nahiyənin hematomaları, sağ və sol üst-alt göz qapaqlarının qançırları, burun tağının sıyrıqları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd olunan xəsarətlər həyatidirlər, xəstəxanaya daxil olmazdan az əvvəl törənmişlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol 2-ci qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən deşilmiş- kəsilmiş yaranın törətdiyi hemorragik şok olmuşdur. Ölüm xəstəxanada 5 yanvar 2023-cü il tarixdə, saat 21:30-da baş vermişdir. Təqdim edilən tibbi sənədlərə əsasən xəstəxanaya daxil olduqdan sonra Zərərçəkmiş şəxs1 göstərilən tibbi tədbirlər və müalicə üsulları düzgün seçilmiş, onun vəziyyətinə uyğun olmuşdur (cild 3, i.v.66-72).

62. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 55 saylı MKİS-in rəisi M.Seyidov tərəfindən verilmiş 5 aprel 2023-cü il arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10, ev 84/1-də qeydiyyatsız yaşamaqla onun barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır (cild 3, i.v.77).

63. Nizami rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 26 saylı MKİS-in rəisi M.Ağamalıyev tərəfindən verilmiş 6 aprel 2023-cü il arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 104/32 saylı binanın 26-cı mənzilində yaşamaqla onun barəsində MKİS-ə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (cild 3, i.v.77).

64. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 7 aprel 2023-cü il tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamış şəxsdir (Cild 3, i.v. 82;)

65. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 7 aprel 2023-cü il tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamış şəxsdir. Həmin tələbnaməyə əsasən Təqsirləndirilən şəxs2 Moskva vilayəti, Lyubereçk şəhər Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin A və B bəndləri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə daxil olmaqla oğurluq) təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 mart 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 Moskva şəhər Perov Rayon Məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci hissəsinin A bəndi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq) təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 3, i.v. 86;)

66. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 7 aprel 2023-cü il tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş, 15 sentyabr 2021-ci il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş, 20 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmişdir. Məhkumluğu olmayan şəxsdir (Cild 3, i.v. 88;)

67. “Sübutların qiymətləndirilməsi haqqında” 7 aprel 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi qərara alınmış, Zərərçəkmiş şəxs1 məxsus hadisə baş verən zaman üzərində olan 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli qısaqol kişi gödəkçəsi, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş sarı rəngli boğazlı sviter, göy rəngli cins şalvar, qara rəngli ipsiz ayaqqabı, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş ağ rəngli gödəkçə, boz rəngli sviter, qara rəngli idman şalvarı və boz rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olmuş bənövşəyi rəngli yumruboğaz kofta, qara rəngli cins şalvar, rezin yay başmağı, Zərərçəkmiş şəxs2 hadisə zamanı üzərində olmuş albalı rəngli hündürboğazlı yun köynək, üzərində ağ cızıqları olan qara rəngli klassik şalvar və qara rəngdə olan papaqlı gödəkçə, habelə, cinayətin aləti hesab edilən bir ədəd bıçaq öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə və iş üçün əhəmiyyətli olduqlarından maddi sübut kimi tanınanaraq Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun maddi sübut otağında saxlanılması üçün təhvil verilmişdir (Cild 3, i.v. 89-118;)

68. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 7 aprel 2023-cü il tarixli qərardan görünür ki,Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 3, i.v. 119- 120;)

69. “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” 8 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü, Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 221.2.1-ci və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir (Cild 3, i.v. 129-130;145- 146;158-159;).

70. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin həbsdə saxlanılma müddəti 25 may 2023-cü il tarixədək uzadılmışdır (cild 3, i.v.282-297).

71. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.N.İsgəndli tərəfindən 19 aprel 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 20 aprel 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 3, i.v.246-272).

72. X5 adına Füzuli rayon Hərbi Komisarlığı tərəfindən verilmiş 048511 nömrəli vəsiqədən görünür ki, Ş.Ə.Hacıyev müharibə veteranıdır.

73. X5 adına Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş 03480 nömrəli vəsiqədən görünür ki, Ş.Ə.Hacıyev ikinci dərəcəli gözdən əlil kimi həmin cəmiyyətin üzvüdür.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

74. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

76. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

77. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

78. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs3 əməlləri isə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir.

79. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

80. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.

81. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 4 yanvar 2023-cü il tarixdə Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman qarşısında hərəkət edən “Toyota Prius” markalı avtomobilin manevr edərək geriyə dönməsi zamanı qəza şəraiti yaratdığından arxada hərəkətdə olan “Opel Astra” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 qəzanın qarşısını almaq məqsədi ilə onun sağ tərəfindən keçməsinə əsassız irad bildirmək üçün avtomobili sürətlə idarə edərək Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sağ tərəfindən keçib qarşısında avtomobilin əyləcindən istifadə etməklə özünün üstünlüyünü nümayiş etdirməyə çalışmış, Zərərçəkmiş şəxs2 onun bu hərəkətindən sonra qəza şəraiti yaranamsı ilə əlaqədar Təqsirləndirilən şəxs1 etdiyi hərəkətin səbəbi ilə bağlı əli ilə işarə etdikdə sonuncu özünü getməli olduğu hərəkət istiqamətini dəyişərək mübahisəni davam etdirməklə özünün üstün olmasını göstərmək üçün Zərərçəkmiş şəxs2 avtomobili sağda saxlamasını işarə edib yolun sağ tərəfində, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə X32 küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında avtomobili dayandıraraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs1la əlbəyaxa olmuş olmuş, Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadələr işlətdiyini əsas gətirib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, kənarda olan gödəkçəsinin iç sol cibindən bıçağı çıxarıb açaraq sonuncuya bir ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüşdür.

82. Məhkəmə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş CM-in 221.3 və 221.2.1-ci maddələri ilə əhatə olunan ittihamı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından da şərh etməyi və həmin qərarlara əsasən hüquqi qiymətləndirməyi zəruri hesab edir.

83. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi əlamətləri xuliqanlıq hadisəsini xarakterizə edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir.

84. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir.

85. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.

86. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

87. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.

88. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır.

89. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

90. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.

91. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır.

92. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır.

93. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 qarşı etdiyi hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevirildiyindən onun əməli həmçinin xuliqanlıq kimi də qiymətləndirilməlidir.

94. Belə ki, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə edən digər avtomobil qəza şəraiti yaratdığından arxada hərəkətdə olan “Opel Astra” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 qəzanın qarşısını almaq məqsədi ilə onun sağ tərəfindən keçməsinə əsassız irad bildirmək, özünün müstəsna şəxsiyyət olmasını göstərmək üçün avtomobili sürətlə idarə edərək Zərərçəkmiş şəxs2 idarə etdiyi həmin avtomobilin sağ tərəfindən keçib qarşısında avtomobilin əyləcindən istifadə edib sürətini azaltmış, daha sonra özünü ətrafdakılara qarşı qoymaqla öz şəxsiyyətini digərlərinin fövqündə qoyan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 avtomobili sağda saxlamasını işarə edərək təkid etməklə yolun sağ tərəfində, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə X32 küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında avtomobili dayandıraraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə avtomobildən düşüb “Opel Astra” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 və həmin nəqliyyat vasitəsində olan qardaşı Zərərçəkmiş şəxs1 ilə avtomobillərin qarşısında dayanıb Zərərçəkmiş şəxs2 avtomobil ilə manevr edərək onun idarə etdiyi avtomobili sağ tərəfdən keçməsinə görə irad bildirmiş, Zərərçəkmiş şəxs2 ona yolda qəza şəraitinin qarşısını almasına baxmayaraq, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə onun avtomobilinin qarşısına keçərək qəza şəraiti yaratmasının səbəbini soruşduqda Təqsirləndirilən şəxs1 laqeyd cavablar verərək təhqiramiz şəkildə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili sağdan keçməklə səhv etdiyini deyərək öz üstünlüyünü göstərməyə çalışmış, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 hansı səbəbdən onlarla belə danışmasını aydınlaşdırmaq istəyərkən sonuncu qəflətən Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən yumruqla zərbə vurmuş, daha sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, o cümlədən ətrafda olan hərəkətin intensiv olduğu yoldakı şəxslərə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, Zərərçəkmiş şəxs1la əlbəyaxa olaraq sonuncuya yüngül zərərvurmaya bədən xəsarətlərini yetirmiş, ətrafdakı şəxslər özlərinin də həyat və sağlamlıqları üçün təhlükə hiss edərək hadisəni kənardan müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi bıçaqla heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, məişət təyinatlı qatlanan cib bıçağını kənarda olan gödəkçəsinin iç sol cibindən çıxarıb açaraq cinayətkar niyyətini həyata keçirmək üçün ictimai qaydanı və nəqliyyat vasitələrinin hərəkətini kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadə işlətməsini cüzi bəhanə edib qəsdən öldürmək məqsədilə sonuncuya tərəf gedərək vacib orqanların yerləşdiyi döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və ölümünə bilavasitə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüşdür. Bu zaman ətrafda xeyli sayda insanlar toplaşmış, yoldan keçən avtomobillər bir anlığa avtomobillərinin sürətini azaldaraq hadisəyə tamaşa etməklə onlarda həyəcan yaranmasına səbəb olmuş, mübahisə zamanı zərərçəkmiş şəxslərə laqeyd cavablar vermişdir.

95. CPM-in 10.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Buna görə də, məhkəmə CM-in 221.3-cü maddəsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi təfsirlərində göstərilənləri rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməllərində CM-in 120.2.2 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərində CM-in 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 əməllərində CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətləri vardır.

96. Məhkəmə istintaqında da mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs1 dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqa zidd davranışları ilə başlaması, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsləri öz təşəbbüsü ilə münaqişəyə çəkməsi, daha sonra isə dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da ona qoşularaq bir qrup şəxs halında zərərçəkmiş şəxslərlə əlbəyaxa olmalarının müəyyən edilməsi, bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan əşya olan bıçaqdan, Təqsirləndirilən şəxs2 isə silah qismində istifadə olunan yerdən götürdüyü daşdan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmələri, eləcə də Təqsirləndirilən şəxs1 soyuq silah hesab edilməyən bıçaqdan istifadə etməklə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs1 əməlləri CM-in 120.2.2 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri CM-in 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 əməlləri isə CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur.

97. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

98. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi Elman Abışovun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum edilməsində iştirak etmələrinə dair ifadələrində göstərdiyi xüsusatlar iş materiallarında olan digər sübutlarla təsdiq olunmadığından həmin şübhələr onların xeyrinə həll olunmalıdır.

99. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 №-li qərarının 5-ci bəndində qeyd edilmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur.

100. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir.

101. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olmamış, Elvinlə Məqsudun Zərərçəkmiş şəxs1 öldürmək niyyətləri olmamış, ümumiyyətlə Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışlar və onunla heç bir düşmənçiliyi və ya ədavətləri olmamış, Zərərçəkmiş şəxs1 Əfrail oğlu ilə Təqsirləndirilən şəxs1 avtomobillərin arxa tərəfində əlbəyaxa olduqları halda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2la onlardan kənarda avtomobillərin qarşısında əlbəyaxa olmaqla dalaşmışlar.

102. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı ilə bir daha müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsində iştirak etməmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsini yalnız Təqsirləndirilən şəxs1 onlara bu barədə məlumat verdikdən sonra bilmişlər.

103. Belə olan halda, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olmaması barədə istintaq orqanının qənaəti iş materialları ilə öz təsdiqini tapdığından həmin ifadələrin zərərçəkmiş tərəfin baş vermiş hadisənin faciəvi ağır nəticələri ilə əlaqədar bildirmələri kimi qiymətləndirilməlidir.

104. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

105. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

106. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən CM-in 120.2.2 və 221.3-cü, Təqsirləndirilən şəxs2 qəsdən CM-in 221.3-cü və Təqsirləndirilən şəxs3 isə qəsdən CM-in 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 221.2.1 və 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlər isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.

107. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, müvafiq olaraq CM-in 120.2.2 və 221.3-cü, CM-in 221.3-cü və CM-in 221.2.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

108. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

109. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

110. Azərbaycan Respublikasının CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

111. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı təkidlə hadisənin baş verməsinə guya zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin səbəb olmasını, o cümlədən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilk əvvəl Təqsirləndirilən şəxs1 yumruqla vurması, daha sonra isə Zərərçəkmiş şəxs1la qardaşı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə hücum etmələri nəticəsində münaqişənin daha da kəskinləşməsini, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vuraraq xəsarətlər yetirməsini, habelə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 çoxsaylı bədən xəsarətləri yetirməsini qeyd etmişdir.

112. Eyni zamanda, Təqsirləndirilən şəxs1 təkidlə Zərərçəkmiş şəxs1 onu dəfələrlə təhqir etdiyini, ona yumruqla zərbələr endirdiyini, bundan sonra onun bıçağı çıxartdığını, bıçağı çıxartmaqda məqsədinin Zərərçəkmiş şəxs1 qorxutmaq və özünü müdafiə etmək olmasını, onun Zərərçəkmiş şəxs1 onu öldürmək niyyətinin olmadığını göstərmişdir.

113. Halbuki, məhkəmə istintaqı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 dostları ilə birlikdə heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsləri münaqişəyə çəkərək, münaqişənin gedişində dəfələrlə münaqişədən uzaqlaşmaq imkanı olmasına baxmayaraq, təkidlə özünün müstəsna şəxsiyyət olmasını və digər şəxslərdən üstünülüyün göstərmək məqsədi ilə heç bir səbəb olmadan kənarda olan gödəkçəsinin sol iç cibindən bıçağı götürüb açaraq Zərərçəkmiş şəxs1 üzərinə gedərək onun sinə nahiyəsinə bir dəfə qəsdən zərbə endirərək sonuncunu qəsdən öldürmüşdür. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs1 bıçaqla zərbə endirməkdə məqsədinin sonuncunu qorxutmaq istəməsi, onun Zərərçəkmiş şəxs1 ağır xəsarət yetirmək və ya onu öldürmək niyyətinin olmaması xüsusatları işin faktiki halları öz təsdiqini tapmadığından inkar edilir və məhkəmə, onun məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün və digər təqsirləndirilən şəxslərin işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.

114. Bundan başqa, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 №-li qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır.

115. Məhkəmə istintaqı zamanı da müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ətrafda olan şəxslərə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymazlıq göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib onlarla əlbəyaxa olmuş, Təqsirləndirilən şəxs2 ovcunun içərisində sıxdığı daşla Zərərçəkmiş şəxs2 başından vuraraq xəsarət yetirmişdir.

116. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi heç bir xuliqanlıq hərəkəti etməməsi, Zərərçəkmiş şəxs2 onu vurduğu üçün özünü müdafiə etmək məqsədilə yerdən daş götürərək ovcunun içində sıxaraq Zərərçəkmiş şəxs2 başına vurması, Təqsirləndirilən şəxs3 isə ifadəsində göstərdiyi heç bir xuliqanlıq hərəkəti etməməsi xüsusatları işin faktiki halları öz təsdiqini tapmadığından rədd edilir və məhkəmə, onların məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların həmin ifadələri özlərini müdafiə xarakteri daşımaqla cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzalarını yüngülləşdirmək məqsədi daşıyır və özlərinin və digər Təqsirləndirilən şəxs1 işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Həmin hallar mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmə-tibbi ekspertiza rəyləri ilə öz təsdiqini tapır

117. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, ölmüş mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə olan əməlləri ibtidai istintaq orqanı tərəfindən müvafiq olaraq CM-in 120.2.2 və 221.3-cü maddələri, CM-in 221.3-cü maddəsi və CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

118. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

119. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

120. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.

121. Məhkəmə Təqsirləndirilən şəxs1 28 yaşında olmaqla cavan olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və atasının ikinci dərəcə gözdən əlil olmaqla müharibə veteranı olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

122. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

123. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını CM-in 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

124. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

125. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə münasibətdə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır.

126. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan məhz azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.

127. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməllər (CM-in 120.2.2-ci maddəsi) xüsusilə ağır cinayətlər və (CM-in 221.3-cü maddəsi) az ağır cinayətlər kimi təsnif edilmişdir.

128. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllər müvafiq olaraq CM-in 221.3-cü və CM-in 221.2.1-ci maddələri az ağır cinayətlər cinayətlər kimi təsnif edilmişdir.

129. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.

130. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

131. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

132. İşdə olan tutma protokollarından və müvafiq məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 5 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 6 yanvar 2022-ci il tarixli qərarları ilə əvvəli 5 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətə, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə həbs qətimkan təbdiri seçilmiş, həmin məhkəmənin 6 yanvar 2022-ci il tarixli qərarı ilə əvvəli 5 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 31 mart 2023 və 20 may 2023-cü il tarixli qərarları ilə S.Ş.Haıcyev, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hər biri barəsində 20 (iyirmi) gün müddətə, yəni 25 may 2023-cü il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin hər birinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

133. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin əvvəli onların tutularaq saxlanıldığı 5 yanvar 2023-cü tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

134. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

135. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus hadisə baş verən zaman üzərində olmuş 1 (bir) cüt qara rəngli ayaqqabı, 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd tünd qəhvəyi rəngli qısaqol kişi gödəkçəsi hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, habelə Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş sarı rəngli boğazlı sviter, göy rəng cins şalvar, qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş ağ rəngli gödəkçə, boz rəngli sviter, qara rəngli idman şalvarı və boz rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olmuş bənövşəyi rəngli yumruboğaz kofta, qara rəngli cins şalvar, rezin yay başmağı (çəkələk), Zərərçəkmiş şəxs2 hadisə zamanı üzərində albalı rəngli hündürboğazlı yun köynək, üzərində ağ cızıqları olan qara rəngli şalvar və qara rəngli papaqlı gödəkçə sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidmətindən əldə edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

136. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmalkın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.

137. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

138. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

139. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 5 yanvar 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 5 yanvar 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 5 yanvar 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus hadisə baş verən zaman üzərində olan 1 (bir) cüt qara rəngli ayaqqabı, 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd tünd qəhvəyi rəngli qısaqol kişi gödəkçəsi hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, habelə Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş sarı rəngli boğazlı sviter, göy rəng cins şalvar, qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş ağ rəngli gödəkçə, boz rəngli sviter, qara rəngli idman şalvarı və boz rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olmuş bənövşəyi rəngli yumruboğaz kofta, qara rəngli cins şalvar, rezin yay başmağı (çəkələk), Zərərçəkmiş şəxs2 hadisə zamanı üzərində albalı rəngli hündürboğazlı yun köynək, üzərində ağ cızıqları olan qara rəngli şalvar və qara rəngli papaqlı gödəkçə sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar