Məhkəmə qərarları › İş №1(101)-318/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-318/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-318/2025 30.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X8 və X4 ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 14 avqust 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 87, mənzil 13-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 117,518 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 52,201 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, daşıyaraq üzərində saxlamış və 23 yanvar 2024-cü il tarixdə, saat 01:40-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparıİmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan torbanın içərisində olan 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,550 qram, 9,737 qram, 38,914 qram, ümumi təmiz çəkisi 52,201 qram kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,404 qram, 2,998 qram, 5,049 qram, 4,101 qram, 3,260 qram, 3,342 qram, 2,442 qram, 2,320 qram, 2,496 qram, 89,106 qram,ümumi təmiz çəkisi 117,518 qram kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xatırladığı qədərilə 2023-cü il yanvar ayının 23-də bir nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq polis idarəsinə aparılmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində ona elan edilmiş ittihamda göstərilən çəkidə deyil, 1 (bir) qram yarım narkotik vasitə heroin olmuşdur. Ona polis idarəsində təzyiq göstərilmiş və onu vurmuşlar. Üç-dörd dəfə çəkiliş olmuşdur, həmin narkotik vasitələri boynuna almadığı üçün bir neçə dəfə çəkiliş aparılmışdır. Vəkili isə altı saat sonra gəlmişdir, gələndə artıq ağız və burun nahiyəsində xəsarətlər olmuşdur. O, X2 zaman qan içində olmuşdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu, onu beş ildən on iki ilədək cəza gözlədiyini bilmirmiş, fikirləşmişdir ki, bir il və ya bir il yarım cəzasını çəkib çıxacaq. Onun üzərində video çəkilişlə şəxsi axtarış keçirilən zaman ona “bu narkotiki boynuna götürməlisən” demişlər. Təhqiqatçı isə ona “sənin məhkumluğun yoxdur, boynuna alsan, səni ev dustaqlığına buraxarlar” demişdir. Sonradan o, ittiham aktını oxuyanda görmüşdür ki, orada onun narkotiki 200 manat qarşılığında əldə etdiyi yazılmışdır. Amma heç kəs 200 manat qarşılığında o qədər narkotiki kiməsə verməz. Onu dörd-beş dəfə döyüb həmin videonu çəkmişlər. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən pulunu verib almışdır. Narkotik vasitə aldığı həmin şəxsin mobil nömrəsini internetdən götürmüşdür. Ona yetirilmiş xəsarətlə bağlı heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, onu saxlayarkən hər iki polis əməkdaşı fiziki fəndlərdən istifadə etmişlər. O, eyni zamanda bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində 1 (bir) qram yarım narkotik vasitə heroin olmuşdur. Onu idarədə 4-5 nəfər polis əməkdaşları döymüşlər. O, narkotik vasitə heroindən istifadə edir. Saxlanılan zaman üzərində olan narkotik vasitəni tanımadığı şəxsdən əldə etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman həqiqətən də narkotik vasitə götürmək üçün gedirmiş. Lakin narkotik vasitəni götürməmiş polis əməkdaşları onu saxlamışlar. Saxlanılan zaman polis əməkdaşı onu döymüş və təhqir etmişdir. Polis əməkdaşı onu narkotik vasitəyə yaxınlaşmamış saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında ona verilmiş “Üzərinizdə istifadə etmək üçün 1 (bir) qram yarım narkotik maddə olduğu təqdirdə, yenidən narkotik vasitə götürmək üçün getməyinizə nə ehtiyac vardı?” sualına cavab olaraq əvvəlki ifadəsindən fərqli şəkildə göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində 1 (bir) qram yarım narkotik vasitə olmamışdır. O, narkotik satan şəxsə 60 (altmış) manat pul ödəmiş və getdiyi yerdə 1 (bir) qram yarım narkotik vasitə olmuşdur. Narkotik vasitəni götürməmiş polis əməkdaşları onu saxlamışlar. O, 1 (bir) qram yarım narkotik vasitəni həmin yerdən götürməsə də, həmin narkotik vasitə heroinlə görə cinayət məsuliyyətinə cəlb edilməyə hazırdır. Sonradan polis idarəsində ona elan edilmiş ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyə məcbur edilmişdir. Narkotik vasitəni satan şəxs telefon vasitəsilə narkotikin qoyulduğu yerin şəklini ona göndərmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 23 yanvar 2024-cü il tarixli izahatında, 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik maddə heroin və metamfetamindən istifadə edir. 23 yanvar 2024-cü il tarixdə internetdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxslə əlaqə saxlayıb özü istifadə etmək üçün 400 manat müqabilində ondan narkotik vasitə heroin və metamfetamin istəmiş, Məhəmməd adlı şəxs də ona Bakı şəhəri, Suraxanı rayonu, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yaxınlığına getməyini və ona narkotik vasitəni və psixotrop maddəni qoyduğu yerin koordinatını, yəni konumunu “Whatsap” ani mesajlaşma tədbiqinin vasitəsi ilə göndərmiş, orada qəbiristanlığın yaxınlığında olan ağacın dibindən gedib narkotik vasitəni götürməyini bildirmişdir. O da Məhəmməd adlı şəxsin dediyi kimi Bakı şəhəri, Suraxanı rayonu, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedib orada olan ağacın dibindən bir ədəd ağ rəngli sellofanda olan narkotik və psixotrop maddələri götürüb və əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub saxlamışdır. Həmin maddələrdən üç ədəd bükümdə psixotrop maddə metamfetamin və 10 ədəd bükümdə olan narkotik vasitə heroin olmuşdur. Həmin gün, yəni 23 yanvar 2024-cü il tarixdə, saat təxminən 01:40 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan kim olmağı barədə soruşmuşlar. O da özünü təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər və o da razılaşmışdır. Suraxanı Rayon Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmiş və polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofanı, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş bir ədəd ağ rəngli sellofan açıldıqda içərisində olan 13 (on üç) ədəd bükümlər aşkar olunmuş və həmin bükümlər açılaraq içinə baxıldıqdan sonra ondan həmin bükümlərin içərisində nə olması barədə soruşulmuşdur. O da həmin 13 (on üç) ədəd bükümlərdən üç ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, qalan 10 (on) ədəd bükümlərin içərisində isə narkotik vasitə heroin olduğunu, həmin narkotik və psixotrop maddələri 23 yanvar 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxsin dediyi yerdən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yaxınlığından 400 manat pul müqabilində özü istifadə etməyi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş 13 (on üç) ədəd bükümlər və 01 (bir) ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin başqa qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən və ya üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır (iş vərəqə: cild İ, səh.35- 36, 64-65, 78-80). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı işə müqavilə əsasında yeni müdafiəçisi qoşulduqdan sonra həmin müdafiəçisinin iştirakı ilə 15 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik maddə heroin və metamfetamindən istifadə edir. 23 yanvar 2024-cü il tarixdə internetdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə əlaqə saxlayıb özü istifadə etmək üçün 400 manat müqabilində ondan narkotik vasitə heroin və metamfetamin istəmişdir, o da Bakı şəhəri, Suraxanı rayonu, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yaxınlığına getməyini və ona narkotik vasitəni və psixotrop maddəni qoyduğu yerin koordinatını, yəni konumunu “Whatsap” ani mesajlaşma tətbiqinin vasitəsi ilə göndərmişdir. Orada qəbiristanlığın yaxınlığında olan ağacın dibindən gedib narkotik vasitəni götürməyini ona bildirmişdir. O da həmin şəxsin dediyi üzrə Bakı şəhəri, Suraxanı rayonu, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedib orada olan bir ədəd ağ rəngli sellofanda narkotik və psixotrop maddələri götürmək istədikdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib ona yaxınlaşmışlar. O da onları görüb həmin sellofan paketi götürməyərək oradan qaçmaq istədikdə polis əməkdaşı onu tutaraq saxlayıb Suraxanı Rayon Polis İdarəsinə aparmışlar. Orada ona təzyiq göstərilərək təklif olunmuşdur ki, müdafiəçi onunla görüşən zaman, həmçinin videoçəkilişlə üzərinə baxış keçirilən zaman həmin bağlamanın ona aid olduğunu bildirsin. O da təzyiq altında olduğundan və qorxduğundan polis əməkdaşlarının təklifi ilə razı olaraq 01 ədəd sellofan paketin içindəki 13 bükümlə birlikdə özünə məxsus olduğunu söyləmişdir. Hazırda ona elan olunmuş ittihamla razı deyil, onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Belə ki, Məhəmməd adlı şəxsin dediyi ünvanda olsa da, sellofan paketi götürə bilməmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı o, təzyiq altında 03 ədəd bükümdə psixotrop maddə metamfetamin və 10 bükümdə narkotik vasitə heroinin ona məxsus olduğunu bildirmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələri öz şəxsi istifadəsi üçün alaraq əldə edib üzərində saxlamışdır. O heç vaxt narkotik maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O, saxlanılan zaman polis idarəsində polis əməkdaşları tərəfindən ona psixi təzyiq olunmuşdur (iş vərəqə: cild İ, səh.123-124). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. Ona həm fiziki, həm də psixoloji təzyiqlər göstərilmişdir. Ona psixoloji təzyiq edərək bildirmişlər ki, həmin narkotik vasitənin ona aid olmasını etiraf etməsə, başqa şeylər olacaq. Reallıqda üzərində 1 (bir) qram yarım heroin olmuş, metamfetamin olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verdiyi fərqli ifadələri ilə bağlı bildirmişdir ki, onun ibtidai istintaqdakı ifadəsində göstərilmiş “Məhəmməd” adlı şəxslə danışığı olmamışdır, o, belə bir şəxsi tanımamış, onunla arasında 400 manat müqabilində narkotik vasitə əldə etməklə bağlı danışıqlar olmamışdır və həmin şəxs ona konum göndərməmişdir. O, ümumiyyətlə həmin ifadələrində belə bir şəxs barədə danışmamışdır. O, ilkin etirafedici ifadələrini təsdiq etmir. İbtidai istintaq zamanı özünün müqavilə əsasında işə yeni qoşulmuş müdafiəçisinin iştirakı ilə verdiyi sonrakı ifadəsinin isə “Məhəmməd” adlı şəxslə aralarında olan danışıqlarla bağlı hissəsini təsdiq etmir, həmin ifadəsini qalan hissədə təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilmiş “İbtidai istintaq zamanı özünüzün müqavilə bağladığınız müdafiçinizin iştirakı ilə verdiyiniz 15 fevral 2024-cü il tarixli ifadənizdə (iş vərəqə: cild İ, səh.123-124) İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsdən narkotik vasitəni aldığınızı göstərmisiniz, həmçinin həmin ifadənizdə sizə qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiqlər göstərilməsi barədə göstərməmisiniz, yalnız psixoloji təzyiqlər edildiyini bildirmisiniz. Bu ziddiyyətli hallar barədə nə deyə bilərsiniz” sualına cavab verə bilməmiş və qeyd edilən ziddiyyətli halın səbəbini izah edə edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. 23 yanvar 2024-cü il tarixdə gecə saatlarında onlar təqsirləndirilən şəxsi yaşadığı yerə yaxın ərazidə saxlamış və polis idarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik və psixotrop vasitələrə oxşar maddələr aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən çıxan həmin maddələrin özünə məxsus olmasını etiraf etmişdir. Üzərindən çıxan sellofan torbalarda 03 (üç) ədəd bükümlərin içərisində psixotrop maddə metamfetaminə, 10 (on) ədəd bükümlərdə isə narkotik vasitə heroinə oxşar maddələr olduğu müəyyən olunmuşdur. Həmin maddələri haradan əldə etməsi barədə sual verilərkən Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən ona qarşı heç bir təsir, təzyiq göstərilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələrlə bağlı bükümlərin sayı və ya çəkisi barədə heç bir mübahisə etməmiş, hər hansı etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop vasitələrin hamısının özünə məxsus olduğunu etiraf etmişdir. Həmçinin bildirir ki, ola bilsin ki, həmin şəxsi saxlayarkən onun qaçmasının qarşısını almaq üçün müəyyən fiziki fəndlərdən istifadə etmişlər. Bununla belə, Təqsirləndirilən şəxs saxlayarkən ona qarşı tərəflərindən heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasından ibarət olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Onlar Suraxanı rayonu, Əmircan qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxın ərazidə ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olduğunu bildirib, onu polis idarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 13 ədəd bükümdə narkotik və psixotrop vasitələrə oxşar maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümləri İran İslam Respublikasının vətəndaşından almışdır. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən ona qarşı tərəflərindən heç bir təsir, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin bu barədə məhkəmədə dedikləri yalan məlumatlardır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, cinayət işinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, hazırki cinayət işinin ibtidai araşdırması zamanı o, Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsində işləmişdir. Verilmiş suallara cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs tutularkən və üzərində şəxsi axtarış keçirilərkən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilmiş və həmin prosessual hərəkətlər zamanı şəxsən iştirak etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokol və bir sıra sənədlər əksər hallarda iki nüsxədə tərtib edilir və bir nüsxəsi vəkilə təqdim edilir. Ola bilər ki, həmin sənədlərin vəkilə verilmiş nüsxəsində vəkilin imza etmək yadından çıxmışdır, lakin iş materiallarına əlavə edilmiş nüsxəsinə vəkil imza edilmişdir. Əlbətdə ki, sənədlərdə sonradan heç bir düzəliş aparılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X1 rəisinin 23 yanvar 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri daşıması, satışı və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). _23 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 16 fevral 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zamanı o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 “Samsung” markalı mobil telefonu və əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan torbanı təqdim edir. Həmin torbaya baxış zamanı içindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli, kristalşəkilli maddələr və 10 (on) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddələr aşkar olunur. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi 13 (on üç) ədəd bükümün 03 (üç) ədədinin içərisində psixotrop maddə metamfetamin, 10 (on) ədəd bükümün isə içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümləri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yanından tanımadığı, adının “Məhəmməd” olduğunu bildiyi İran vətəndaşından onlayn qaydada əldə etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.32-33, 129). _23 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan, protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətinə malik heç bir əşya və ya predmet aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh.42-46). _Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 5(010)- 61/2024 nömrəli qərarından görünür ki, Suraxanı Rayon Polis İdarəsinin X1 rəisi Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 23 yanvar 2024-cü il tarixli qərarı qanuni sayılmışdır (iş vərəqə: cild İ, səh.99-101). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/463 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqat obyekti üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №45” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan 01 ədəd paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,550 qram, 9,737 qram, 38,914 qram, ümumi təmiz çəkisi 52,201 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,404 qram, 2,998 qram, 5,049 qram, 4,101 qram, 3,260 qram, 3,342 qram, 2,442 qram, 2,320 qram, 2,496 qram, 89,106 qram, ümumi təmiz çəkisi 117,518 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (iş vərəqə: cild İ, səh.51-55). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X10 məhkəmə-narkoloji ekspertizasının 07 may 2024-cü il tarixli, 3037 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.141-142). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 may 2024-cü il tarixli, 1284 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və ya 22ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.143-145). _10 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ümumilikdə 117,318 qram narkotik vasitə heroin və ümumi çəkisi 52,081 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış zamanı çəkilmiş video görüntünün əks olunduğu bir ədəd disk sübut növü kimi tanınmışdır, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə hazırki cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.148-157, səh.159- 160). _23 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.28). _Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən izahatında əməlindən peşman olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.96-98). _139 saylı Mənzil Kommunal İstismar Sahəsindən təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.122). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild İ, səh.138). _Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməxətşünaslıq ekspertizasının 15 aprel 2025-ci il tarixli, 4/560 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 23 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında qərar”da (səh 30); 23 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”da (səh 32-33); 23 yanvar 2024-cü il tarixli “mənzilə baxış keçirilməsi haqqında qərar”da (səh 37); 23 yanvar 2024-cü il tarixli “mənzilə baxış keçirilməsinə etiraz edilməməsi ilə bağlı olan ərizədə (səh 39); 23 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında protokol”da (səh 64-65); 24 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol”da (səh 78-80) Təqsirləndirilən şəxs adından olan imzalar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cinayət işinin materialları). _Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs barəsində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözətrafı nahiyəsində sarımtıl-yaşılaçalan rəngli qançır, üzün sol nahiyəsində bənövşəyi rəngli qançır, sol əlin üst nahiyəsində sıyrılmış qərtməkli yara aşkar edilmişdir (cinayət işinin materialları). _Eyni zamanda, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsindən məhkəməyə göndərilmiş 07 may 2024cü il tarixli qərardan görünürki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə araşdırması zamanı hər bir tərəf (həm ittiham, həm də müdafiə) bərabər hüquqlar və imkanlarla məhkəmədə öz mövqeyini müdafiə etmiş, hər bir tərəf öz mövqeyini müdafiə edən sübutları məhkəmədə təqdim etmiş, həmçinin məhkəmə cinayət prosesi tərəflərinin vəsatətləri ilə əlavə olaraq zəruri materialların əldə edilib iş materiallarına əlavə edib tədqiq edərək cinayət prosesi tərəflərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada prosessual çəkişməsini təmin etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş müvafiq hüquqi prosedurlara uyğun olaraq tərəflərin təqdim etdikləri bütün sübutları, faktları, işin faktiki hallarını tərəflərin iştirakları ilə araşdırmış və həm ittiham, həm də müdafiə tərəfin təqdim etdiyi dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması cinayət əməlini törətməsi ilə bağlı ittiham tərəfinin təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələr, istintaq hərəkətlərinin protokolları (“şəxsi axtarış və götürmə haqqında”, bununla bağlı “videoçəkilişin əks olunduğu diskə baxış keçirilməsi haqqında protokol”), ekspert rəyləri (məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi), maddi sübutlar (ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ümumilikdə 117,318 qram narkotik vasitə heroin və ümumi çəkisi 52,081 qram psixotrop maddə metamfetamin), şahid ifadələri və iş materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə əhatə olunur. Cinayət işi üzrə müdafiə tərəfinin mövqeyi ittihamın təkzib olunduğu və bununla bağlı gətirilmiş dəlillər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici izahat və ifadələrinin polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində verməsi, göstərilən halın isə Təqsirləndirilən şəxs İstintaq Təcridxanasında xəsarətlərin aşkar edilməsi ilə təsdiq edildiyi, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs tərəfindən imza edildiyi göstərilən bir sıra sənədlərdə imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyi və həmin imzaların ona məxsus olmaması barədə, bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yeni müdafiəçisi işə qoşulduqdan sonra verdiyi inkaredici ifadəsindən ibarət olmuşdur. Məhkəmə müdafiə tərəfinin ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların qanuniliyini şübhə altına almasına dair göstərdiyi bütün dəlillərin hər birini araşdıraraq, bununla bağlı zəruri sorğular verilərək əldə edilmiş sənədlər və işin faktiki halları əsasında göstərilən dəlillər məhkəmə kollegiyası tərəfindən cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərkən gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında əldə edilmiş Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına daxil olunarkən barəsində tərtib edilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs xəsarətlərin aşkar edildiyi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən edilmiş həmin xəsarətlərin iş üzrə effektiv araşdırmanın və gəlinmiş qənaət üzrə əhəmiyyətinin nədən ibarət olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadələrinin hər hansı zorakılıq hərəkətlərinin tətbiq edilməsi ilə verilməsinin hansı faktlarla təsdiq olunmasının araşdırılmasından ibarətdir. Cinayət törətməkdə şübhəli olan şəxsdə xəsarətlərin mövcudluğu (yalnız bu halın özü) özü-özlüyündə təqdim edilmiş sübutun həqiqiliyinə təsir göstərdiyi və ya sübut əldə edilərkən məhz zorakılıq nəticəsində əldə edilməsini təsdiq edən hal deyil, vacibdir ki, sübutun (iş üzrə konkret təqsirləndirilən şəxsin etirafedici ifadəsinin) zorakılıq nəticəsində əldə edilməsi iş üzrə digər sübutların məcmusu ilə təkzib edilməsin. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, cinayət törətməkdə şübhəli olan şəxsin barəsində əməliyyat-axtarış tədbiri keçirilərək onun saxlanılmasından, sonra müvafiq polis idarəsində tutulmasından, bundan sonra üzərində şəxsi axtarış keçirilməsindən, onun təqsirləndirilən şəxs kimi cəlb edildikdən sonra ifadəsinin alınmasından, sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən onun ilkin izahatlarının alınmasından ibarət və ilkin ibtidai araşdırma başlandığı vaxtdan 48 saatı əhatə edən həmin istintaq və prosessual hərəkətlərin hər biri öz səlahiyyətləri daxilində cinayət prosesini həyata keçirən müxtəlif subyektlər tərəfindən icra olunur. Cinayət törətməkdə şübhəli olan şəxsin barəsində əməliyyat-axtarış tədbirini əməliyyat-axtarış fəaliyyətinin subyektləri (hazırki işdə polis idarəsinin X1 əməliyyat müvəkkilləri), cinayət törətməkdə şübhəli olan şəxsin tutulması və şəxsi axtarış istintaq hərəkəti təhqiqatçı tərəfindən, həmin şəxsin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrinin alınması müstəntiq tərəfindən, sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən onun məhkəmədə verdiyi izahatı hakim tərəfindən alındığı nəzərə alınarsa, göstərilən hər bir mərhələdə şəxsin ilkin göstərdiyi dəlillər və bütün hallar məcmu şəkildə müqayisə edilərək qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən həmin narkotik və psixotrop maddələrin onun üzərinə məcburən qoyulduğu, sonra isə etirafedici ifadələr verməyə məcbur edildiyinə dair göstərdiyi hallar araşdırılarkən onun həmin narkotik və psixotrop maddələrin həqiqətən də ondan aşkar edildiyi və onun özünə məxsus olduğunu etiraf etməsi həm təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilərkən sorğu-sual və ilkin verdiyi izahat zamanı, həm sonradan müstəntiqə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, bundan sonra da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən hakimə verdiyi izahatında dəfələrlə təsdiq olunmuşdur. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən onun saxlanılmasına iştirak edən əməliyyat müvəkkilləri həmin istintaq hərəkəti zamanı iştirak etsələr də, sonradan müstəntiq və hakim tərəfindən icra edilmiş prosessual hərəkətlər zamanı əməliyyataxtarış fəaliyyətinin subyektlərinin orada iştirak etmədikləri nəzərə alındıqda və onun bu zaman etirafedici ifadələr verməsini məcburi edən hər hansı halın mövcudluğu müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin hazırki məhkəmə istintaqı zamanı göstərdiyi inkaredici halların həqiqəti əks etdirmədiyi birmənalı şəkildə təsdiq olunur. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış istintaq hərəkəti videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə keçirilmiş, həmin videoçəkiliş məhkəmə istintaqı zamanı nümayiş olunarkən təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir, şəxsi axtarış keçirildikdən sonra da Təqsirləndirilən şəxs bütün ifadələri müdafiəçisinin iştirakı ilə verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı etirafedici ifadələrinin polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində verdiyini bildirdiyi hallarla bağlı o da xüsusilə qeyd edilməlidir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hətta özünün şəxsən müqavilə əsasında seçdiyi müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi ifadəsində artıq üzərindən aşkar edilmiş həmin maddələrin ona məxsus olduğunu inkar etsə də, o, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki təzyiqlər edilməsindən və ya ona hər hansı xəsarətlər yetirilməsi barədə ümumiyyətlə bildirməmiş, ona yalnız psixi təzyiq olunduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.123-124). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin inkaredici ifadəsi tədqiq edilərkən həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin ifadəsində ondan ümumiyyətlə hər hansı narkotik və ya psixotrop maddənin aşkar edilmədiyini göstərmiş, ittihamda göstərilən həmin maddələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir, lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun üzərində bir qram yarım narkotik maddə heroin olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hətta inkaredici ifadələrində belə hər dəfə müxtəlif cür, bir-birinə uyğun gəlməyən məlumatlar vermişdir, bu da onun həmin ifadələrinin real hadisələri əks etdirmədiyini və həqiqi hallara uyğun olmadığını bir daha təsdiq etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs inkaredici ifadələrində müəyyən olunmuş ziddiyyətli hallarla bağlı o da göstərilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman həqiqətən də narkotik maddə götürmək üçün getdiyini və həmin vaxt onun üzərində həqiqətən də 01 (bir) qram yarım narkotik maddə heroin olduğunu bildirsə də, o, “Üzərinizdə istifadə etmək üçün 1 (bir) qram yarım narkotik maddə olduğu təqdirdə, yenidən narkotik vasitə götürmək üçün getməyinizə nə ehtiyac vardı?” sualı verilərkən ifadəsini yenə də dəyişərək əvvəlki ifadəsindən fərqli şəkildə göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində 1 (bir) qram yarım narkotik vasitə olmamışdır. O, narkotik satan şəxsə 60 (altmış) manat pul ödəmiş və getdiyi yerdə 1 (bir) qram yarım narkotik vasitə olmuşdur. Narkotik vasitəni götürməmiş polis əməkdaşları onu saxlamışlar. O, 1 (bir) qram yarım narkotik vasitəni həmin yerdən götürməsə də, həmin narkotik vasitə heroinə görə cinayət məsuliyyətinə cəlb edilməyə hazırdır. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun ibtidai istintaqdakı ifadəsində göstərilmiş “Məhəmməd” adlı şəxslə danışığı olmadığını, belə bir şəxsi tanımadığını, onunla arasında 400 manat müqabilində narkotik vasitə əldə etməklə bağlı danışıqlar olmadığını və həmin şəxs ona konum göndərmədiyini bildirsə də, o, ibtidai istintaq zamanı özünün müqavilə əsasında seçdiyi müdafiəçisinin iştirakı ilə verdiyi inkaredici ifadəsində İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə əlaqə saxlayıb 400 manat müqabilində ondan narkotik vasitə heroin və metamfetamin istədiyini və həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Z.Zeynalov küçəsində yerləşən qəbiristanlığın yaxınlığına getməyini və ona narkotik vasitəni və psixotrop maddəni qoyduğu yerin koordinatını, yəni konumunu “Whatsap” ani mesajlaşma tətbiqinin vasitəsi ilə göndərdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.123-124). Təqsirləndirilən şəxsin özünün deməsinə görə artıq heç bir təzyiq olmadan verdiyi ifadələrində belə göstərilən ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bununla bağlı verilmiş suala cavab verə bilməmiş və qeyd edilən ziddiyyətli halların səbəbini izah edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində onun üzərindən yalnız 01 (bir) qram yarım narkotik maddə heroin aşkar edildiyini göstərsə də, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş çoxsaylı bükümlərdə olan heroinlərin arasında 01 (bir) qram yarım çəkidə olanı yoxdur, həmçinin ondan aşkar edilmiş ayrı-ayrı bükümlərdə olan heroin kütlələrinin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil etmələri təsdiq olunmuşdur (iş vərəqə: cild İ, səh.51-55). Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı ibtidai istintaqda etirafedici ifadələrini fiziki təzyiqlər nəticəsində verməsi ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.” Göstərilənlərlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi hallarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış material əsasında 07 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” qəbul edilsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşının izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmətibb ekspertizası təyin edilərək rəy alınmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış həmin material üzrə cinayət hadisəsi olmaması ilə bağlı qərar qəbul edilmiş və qeyd edildiyi kimi nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən həmin qərardan şikayət verilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 5(010)-61/2024 nömrəli qərarı ilə Suraxanı Rayon Polis İdarəsinin X1 rəisi Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 23 yanvar 2024cü il tarixli qərarı qanuni sayılmışdır (iş vərəqə: cild İ, səh.99-101). Göstərilənlərdən başqa, müdafiə tərəfinin ittihamın təkzib olunmasına dair mövqeyi ilə bağlı göstərdiyi növbəti dəlil- cinayət işinin materiallarında Təqsirləndirilən şəxs tərəfindən imza edildiyi göstərilən bir sıra sənədlərdə imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyi və həmin imzaların ona məxsus olmaması ilə bağlı göstərilənlərin araşdırılmasından ötrü məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 15 aprel 2025-ci il tarixli, 4/560 nömrəli rəyi ilə həmin göstərilən sənədlərdəki Təqsirləndirilən şəxs adından olan imzaların onun özü tərəfindən icra olunduğu təsdiq edilmişdir (cinayət işinin materialları). Göründüyü kimi, müdafiə tərəfinin ittihamın təkzib olunmasına dair mövqeyi ilə bağlı göstərdiyi növbəti dəlil də öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş iş üzrə ibtidai araşdırma zamanı təhqiqatı həyata keçirmiş X7 ifadəsində hazırki cinayət işinin ibtidai araşdırması zamanı Təqsirləndirilən şəxs tutularkən və üzərində şəxsi axtarış keçirilərkən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edildiyini və həmin prosessual hərəkətlər zamanı şəxsən iştirak etdiyini, şübhəli şəxsin tutulması haqqında protokolun və bir sıra sənədlərin əksər hallarda iki nüsxədə tərtib edildiyini və bir nüsxəsinin vəkilə təqdim edildiyini, həmin sənədlərin vəkilə verilmiş nüsxəsində vəkilin özü tərəfindən imza etməyin yadından çıxmasının mümkünlüyünü, lakin iş materiallarına əlavə edilmiş nüsxəsində vəkilin imza etdiyini və hər hansı sənədlərə sonradan heç bir düzəliş aparılmadığını bildirmişdir. Bununla əlaqədar həmçinin göstərilməlidir ki, şəxsi axtarış istintaq hərəkətinin video çəkilişi məhkəmədə nümayiş olunarkən həqiqətən də həmin müdafiəçinin iştirak etdiyi, sənədlərə imza etdiyi təsdiq olunmuş və bununla əlaqədar hər hansı qanunsuz halların baş verməsi müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə ifadəsində həmin göstərdiyi inkaredici hallarla bağlı xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri yuxarıda şərh edildiyi qaydada özünün tam iradə sərbəstliyi əsasında, heç bir təsir, təzyiq olmadan verdiyi təsdiq olunduğundan və həmin etirafedici ifadələrini hər hansı qanunsuz təzyiqlərin nəticəsində verdiyi sübut olunmadığından və onun həmin etirafedici ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi inkaredici hallar onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, şəxsi axtarış istintaq hərəkətinə dair videoçəkilişin əks olunduğu disk, “videoçəkilişə baxış” protokolu, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla təqsirləndirilən şəxsin verdiyi inkaredici ifadələr sübut növü kimi qəbul edilmir, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri cinayət işi üzrə qeyd olunan sübut növləri və işin obyektiv halları ilə tamamilə təsdiq edildiyindən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri sübut kimi qəbul olunur. Odur ki, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumilikdə 117,518 qram narkotik vasitə heroinin və ümumi çəkisi 52,201 qram psixotrop maddə metamfetaminin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik və psixotrop maddələrin nəinki xeyli, hətta külli miqdar həddindən də dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş həmin maddələrin xeyli və külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmasını, həmin maddələrin müxtəlif növlərdə, həmçinin ayrı-ayrı ümumilikdə 13 (on üç) ədəd bükümlərdə qablaşdırılması kimi işin faktiki hallarını nəzərə alır. Təqsirləndirilən şəxs əldə edib daşıyarkən ondan aşkar edilmiş narkotik maddə olan heroinin çəkisinin 117,518 qram, psixotrop maddə metamfetaminin çəkisinin isə 52,201 qram olması, həmin maddələrin müxtəlif növlərdə və ayrı-ayrı 13 (on üç) ədəd bükümlərdə olması təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşımasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Məhkəmə təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşıması nəticəsinə gələrkən işin qeyd edilən faktiki halları ilə yanaşı, həmçinin onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin mötəbər sübut kimi qəbul olunmasının, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gəlinməsinin məhkəmədə yalnız obyektiv və mötəbər sübutların araşdırılıb tədqiqinə və həmin sübutlara əsaslanan işin faktiki hallarına uyğun gələn nəticəyə əsaslandığını birmənalı şəkildə təsdiq etmişdir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, onun şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 23 yanvar 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 07 may 2024-cü il tarixli, 3037 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ümumilikdə 117,318 qram narkotik vasitə heroin və 52,081 qram psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış zamanı çəkilmiş video görüntünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə ümumilikdə 222 (iki yüz iyirmi iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ümumilikdə 117,318 qram narkotik vasitə heroin və 52,081 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış zamanı çəkilmiş video görüntünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 222 (iki yüz iyirmi iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar