Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-319/2021 03.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş-hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, xx xxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Zərərçəkmiş şəxs MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Ələt qəsəbəsi, Kamran Məmmədov küçəsi ev 1A, mənzil 33 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamış, vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx xxxxxx 2005-ci il tarixdən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Zərərçəkmiş şəxs 5 saylı Poçt filialının ünvan 2 ünvanında fəaliyyət göstərən 81 saylı poçt şöbəsinin rəisi vəzifəsinin icrasına başlamaqla xx xxx 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Poçt haqqında” Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli Qanununu, həmin Nazirlik üzrə x xxxxxx 2016-cı il tarixli qərarla təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”, habelə Zərərçəkmiş şəxs MMC ilə bağlanmış “əmək və tam maddi məsuliyyət haqqında” x xxxxxx 2005-ci tarixli müqavilələr və vəzifə təlimatına əsasən, Cəmiyyətin həmin şöbə üzrə tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona qorumağa və başqa məqsədlər üçün verilən maddi dəyərlilərə ziyanın qarşısının alınması üçün tədbirlər görülməsi, ona həvalə edilmiş maddi dəyərlilərin qorunmasına təhlükə yarandığı bütün hallarda təşkilatın müdiriyyətinə vaxtında məlumat verilməsi, poçt göndərişlərinin və pul vəsaitlərinin, poçt şöbəsinin əmlakının, avadanlıqlarının tam mühafizəsinin təmin edilməsi, iş gününün sonunda pul köçürmələrinin vaxtında və düzgün ödənilməsini, kommunal xidmət haqlarının və digər ödənişlərin qəbulunun və mədaxilinin düzgünlüyünün təmin edilməsi, təhlükəsizlik və məxfilik tələblərinə riayət olunmaqla şöbədə xəzinənin işinin təşkil edilməsi, müştərilərə hesablaşma-kassa xidmətlərinin göstərilməsinin təmin edilməsi, o cümlədən, iş gününün başlanğıcında anbarın bağlanmasında iştirak etmiş işçi ilə birlikdə anbarın şəxsən açılması, gündəlik məxaric və mədaxil sənədləri əsasında pul məbləğlərinin F.130 gündəliyinə işlənməsinin təmin edilməsi, nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasının, saxlanmasının və qorunmasının təmin edilməsi, şöbənin nağd vəsaitlərə tələbatının müəyyən edilməsi, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət edilməsi, konvertasiya əməliyyatlarının təşkil edilməsi və onun qaydalara uyğun həyata keçirilməsinə nəzarət edilməsi və digər təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi həmin Nazirlik üzrə xx xxxxx 2008-ci il tarixli 52 nömrəli əmrlə təsdiq edilmiş “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların təsdiq edilməsinə dair Müvəqqəti Qaydalar”ın 3.3.10, 3.3.11 və 3.3.23-cü bəndlərinə əsasən, poçt şöbəsində əməliyyatçılar tərəfindən gündəlik olaraq aparılan mədaxil və məxaric əməliyyatlarının yekunu F.RN-42 kassa arayışında əks etdirilməklə poçt şöbə rəisinə təqdim edilməli və əməliyyatçılar tərəfindən F.RN-42 kassa arayışında qeyd olunan vəsaitlər poçt şöbəsinin rəisi tərəfindən yoxlanıldıqdan sonra hesabat sənədlərinə əlavə edilməli, 3.3.25-ci bəndinə əsasən, əsas kassanı aparan şəxs F.RN-42 kassa arayışı üzrə nağd pulları və pul sənədlərini son haqq-hesab kimi qəbul edərkən F.KƏ-5 kassa kitabı ilə tutuşdurmalı, həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq poçt şöbələrində aparılan əməliyyatlardan formalaşan limitdən artıq pul vəsaitləri F.RN-4 müşayiət blankı əsasında Zərərçəkmiş şəxs MMC-nin Mərkəzi xəzinəsinə təqdim edilməli olması tələblərinin müəyyən edilməsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən x xxxx 2010-cu il tarixdə həmin Poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 1-MO/Ş-10 nömrəli icazəyə əsasən, şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500 manata qədər nağd pul vəsaitinin saxlanılmasına icazə verilməsinə baxmayaraq, qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus pul vəsaitini mənimsəməklə talamaq məqsədilə x xxxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək olan müddətdə 5 saylı Poçt filialının ünvan 2 ünvanında fəaliyyət göstərən 81 saylı poçt şöbəsində əməliyyatçı işləyən cinayətdən xəbərsiz Şahid1 və Şahid2 ayrı-ayrı şəxslərə “X1 Sistemi” (AKİS), “Hökumət Ödəniş Portalı” (HÖP) və “SmartPay” sistemləri vasitəsilə göstərilən poçt xidmətlərinə görə yığılan pul vəsaitini sonuncular tərəfindən heç bir F.RN-42 kassa arayışı tərtib edilmədən onlardan təhvil alıb, həmin şöbənin inzibati binasında poçt əməliyyatları barədə tamah və şəxsi niyyətlə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək olan müddətdə hər gün tərtib etdiyi F.RN-42 kassa arayışlarını “əməliyyatçı” və “PŞ rəisi” qrafalarını diyircəkli qələmlə öz imzası ilə təsdiq edib əməliyyatçıların gündəlik kassa arayışı tərtib etməsi görüntüsü yaratmaqla, şöbə xərclərinə uyğun həmin vəsaitin müəyyən hissəsi məxaric edildikdən sonra qalan pul vəsaitini icazə verilən həddən, yəni, 500 manatdan artıq miqdarda özündə saxlayıb gündəlik inkassasiya zamanı baş xəzinəyə yuxarıda qeyd edilən tələbləri pozub göndərməməklə, 3 halda isə az miqdarda pul vəsaitini göndərməklə, o cümlədən, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 32.919,94 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 30.989,96 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 31.596,27 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.793,82 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.076,35 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.191,79 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 41.872,04 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 52.235,50 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 49.124,97 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 40.108,36 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 21.261,29 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 21.809,19 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 21.929,83 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 22.701,71 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 28.318,90 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə 7.350 manat pul göndərməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 25.148,06 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 26.198,30 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə 6.200 manat pul göndərməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 24.879,70 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə 3.700 manat pul göndərməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 26.861,78 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərməməklə, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 26.527,02 manat, gün ərzində mədaxil 2.619,61 manat olmasına baxmayaraq, həmin gün üzrə ümumi 1.144 manat məxaric etməklə, həmçinin ABŞ dolları ilə olan xəzinə əməliyyatları üzrə xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 16.058 ABŞ dolları, gün ərzində mədaxil 100 ABŞ dolları olmasına baxmayaraq, həmin gün üzrə ümumi 16 ABŞ dolları məxaric etməklə, həmin gün təhvil-təslimin aparılması zamanı yoxlayıcılar tərəfindən şöbənin kassasında 2.604,63 manat və xarici valyuta üzrə 142 ABŞ dolları aşkar olunmaqla, çatışmayan 25.398 manat və 16.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 27.200 manat məbləğində pul vəsaiti olmaqla, ona etibar edilmiş cəmi 52.598 manat məbləğində pul vəsaitini qeyd edilən müddət ərzində həmin poçt şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında götürüb şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar olunmuş cəmi 52.598 (əlli iki min beş yüz doxsan səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək həmin cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları tamah və şəxsi niyyətlə daxil edib vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olnmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, öz vəzifələrinə səhlənkar yanaşmış, lakin, o, dövlət əmlakını mənimsəməmişdir. O, 1989-cu ildən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Zərərçəkmiş şəxs MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsində rəis müavini kimi işə başlamışdır. 1991-ci ildən xx xxx 2020-ci il tarixədək həmin poçt şöbəsinin rəisi vəzifəsində işləmişdir. Şahid2 1989-cu ildən, Şahid1 isə 2014-cü ildən əməliyyatçı işləmişlər. Poçt şöbəsinin rəisi kimi xidməti vəzifəsi şöbənin fəaliyyətinə ümumi nəzarət etmək, kassaya nəzarət etmək və bu məsələlərdən irəli gələn digər vəzifələrdən ibarət olmuşdur. Əmək haqqı məvacibi 220 manat təşkil etmişdir. Poçt şöbəsindən pul vəsaitini qəbul edən əməliyyatçılar günün sonunda F.RN-42 saylı arayış tərtib edərək qəbul etdikləri pul vəsaitlərini orada göstərməli, həmin arayışla birlikdə pul vəsaitlərini ona verməliymişlər. O, həmin pul vəsaitlərini qəbul etdikdən sonra özü onları kompüterdə olan forma 130 sistemi ilə üzləşdirib, sonra həmin pul vəsaitlərini kassaya qoymuşdur. Gün ərzində inkassator yalnız bir dəfə şöbəyə gəlmiş, həmin vaxt qaydalara əsasən 500 manat vəsaitində pul məbləğini kassada saxlamış, qalan vəsaitləri isə F.RN-4 arayışı tərtib edib inkassatora vermişdir. İnkassatorlar gündə bir dəfə təqribən saat 13-radələrində gəlmiş və onlar günün birinci yarısında yığılan pul vəsaitini inkassatora verirmişlər. Günün ikinci yarısında yığılan pulu isə ya seyfə qoymuşlar, ya da ki, işçisi Gülnarəyə pulu evə aparıb, saxlaması üçün vermişdir. Günortadan sonra olan pulları o, evinə aparmamış, Gülnarənin evi yaxın olduğundan Gülnarə axşam pulu aparb, səhər isə gətirmişdir. Təxminən 10 il əvvəl poçtda oğurluq olduğundan işdə pul saxlamamışlar. Səhəri gün Gülnarə pulu ona vermiş, o da həmin pulu günorta inkassatora vermişdir. Təxminən 2017-ci ildən bəri demək olar ki, hər gün kassada pul çatışmazlığı olmağa başlamışdır. Əməliyyatçılar hər gün ona hesabat vermədən pulu ona təhvil vermişlər. O da kassanı yoxlayarkən kassada çatışmazlıq aşkar etmişdir. Elə olmuşdur ki, gündəlik 10-20 manat, lakin, hərdən 100-200 manat əksiklik yaranmışdır. Nadir hallarda hətta 400 manat əksiklik də olmuşdur. Hər dəfə bu barədə əməliyyatçılara bildirdikdə isə əməliyyatçılar onlarlıq olmadığını demişlər. O, qızlarla uzun müddət işlədiyi üçün və onların xətrini istədiyi üçün əksikləri özü bağlamağa çalışmışdır. 2017-ci ildən sonra hər dəfə yoxlama gələrkən o, çatışmazlığı özü hardansa tapıb düzəltmişdir. Bu barədə heç bir yerə müraciət etməmişdir. O, onu işdən çıxara biləcəklərini fikirləşmişdir. xx xxx 2020-ci il tarixdə saat 12 radələrində 5 saylı poçt filialında işləyən Şahid3 ona zəng edərək şöbədə kassa qalığının çox olduğunu, ona görə də kassa qalığının filiala göndərilməsini tələb etmişdir. Lakin, şöbədə pul vəsaiti olmadığı üçün onu baş idarəyə göndərməmişdir. Bundan sonra, Şahin müəllimə zəng edib onun şöbəyə gəlməsini xahiş etmişdir. Həmin günün səhəri saat 09 radələrində Şahid3 81 saylı poçt şöbəsinə gəlmişdir. Şahid3 şöbəyə gəldikdən sonra kassanı forma 130 sistemi ilə üzləşdirmiş, kassada 25.398 manat və 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin çatışmadığını aşkar etmişdir. Həmin vaxt ondan bu barədə soruşduqda o, kassada pul vəsaitinin olmadığını, bunun səbəbini soruşduqda da kassada uzun müddət olar ki, kəsir olduğunu bildirmişdir. Şahin müəllim ondan pul vəsaitlərini yerinə qoymağını tələb etmiş, lakin, Şahin müəllimə pulu olmadığını, ona görə də onu bura dəvət etdiyini söyləmişdir. Bundan sonra, Şahin müəllim filial müdirinə zəng edib bu barədə məlumat vermiş, bir qədər sonra Zərərçəkmiş şəxs MMC-dən audit gələrək şöbəni yoxlamış və şöbədə 25.398 manat və 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin çatışmadığını bildirərək bu barədə akt tərtib etmişdir. Şöbədə olan pul vəsaitlərinin çatışmazlığı faktı barədə filial müdiri və ya başqa heç kimə məlumat verməmiş, çünki filiala və ya başqa vəzifəli şəxsə məlumat verəcəyi təqdirdə onu işdən azad edəcəklərini düşünmüşdür. O, vəzifəsindən irəli gələn hərəkətləri tam şəkildə yerinə yetirməmiş, ona görə də kassada pul vəsaitinin çatışmazlığı aşkar edilmişdir. Belə ki, əslində hər günün sonunda əməliyyatçı özündə olan pul vəsaitini F.RN-42 arayışı ilə birlikdə tərtib edib ona verməli, o da həmin pul vəsaitini F.130 gündəliyinə baxaraq yoxlamalıymış. Lakin əməliyyatçılardan qəbul etdiyi pul vəsaitini arayışsız qəbul etmişdir. Şöbədə F.RN-42 arayışları əməliyyatçılar tərəfindən tərtib edilməmiş, həmin arayışları işdə sənəd olsun deyə özü tərtib etmiş, orada “əməliyyatçı” və “PŞ rəisi” qrafası qarşısındakı imzaları o imzalamış, həmin imzaları öz yerinə və əməliyyatçı Gülnarənin yerinə özü icra etmişdir. Arayışlarda ancaq Şahid2 adını yazmış, çünki həmin arayışı da özü tərtib etmiş, əməliyyatçılar F.RN-42 arayışı tərtib etməmişlər. Həmin arayışları şöbə rəisi olaraq tərtib etməyindən əməliyyatçılar Türkanın və Gülnarənənin məlumatı və xəbərləri olmamışdır. Çatışmazlığın yaranmasına fikir verməməsinə və səhlənkarlığa görə peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs Şücayət Ələkbərova bildirmişdir ki, əməliyyatçıların özlərinin komputerləri olmuş, o və yaxud digər əməltiyyatçı həmin komputerə özü daxil ola bilməz. Gün ərzində 5000, 10.000, 15.000 pul olmuşdur. Çatışmazlıq 2017-ci ildən başlamışdır. Hər dəfə o, yoxlama gəldiyini eşidəndə, çatışmayan pulu haradansa tapıb düzəltmişdir. Hər iki əməliyyatçı maddi-məsul şəxs olmuşlar. Əməliyyatçılar hər günün sonunda nə qədər əməliyyat aparmaları barədə məlumat verməmişlər, vaxtları olmadığını demişlər. O, hər dəfə yoxlama gələndə işdən çıxarılmağından qorxaraq çatışmazlığı haradansa tapıb yerinə qoymuşdur. 2017-ci ildən bəri kassada olan çatışmazlığı o, özü ödəmişdir. Son zamanlar audit yoxlamaları tez-tez olmuşdur. Gün ərzində 20, 30,100, 200, 4000, hətta 500 manat çatışmazlıq olmuşdur. 52598 manat çatışmayan pulu kimin götürdüyün bilmir. Pandemiya ilə bağlı190 manat pulun verilməsi zamanı təxminən 200.000 manat ödəmişlər. İl ərzində təxminən 2 dəfə yoxlama olmu.dur. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə yoxlama olmuş və həmin yoxlama vaxtı heç bir çatışmazlıq aşkar olunmamışdır. xx xxxx 2020-ci il tarixdən sonuncu yoxlamaya qədər 52.598 manat çatışmazlığın olmasının mümkün olub-olmamasını deyə bilməz. xx xxxx 2020-ci il tarixdə yoxlamanın olacağını əvvəlcədən bildiyindən borc pul taparaq çatışmazlığı düzəltmişdir. Rəis kimi bütün çatışmazlığa o cavabdehdir. Poçtda seyf var, qapıda isə dəmir barmaqlıqlar da var. Məhkəmə iclasında zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Zərərçəkmiş şəxs MMC-nin 5 saylı Poçt Filialının Təqsirləndirilən şəxs rəis olduğu 81 saylı poçt şöbəsində audit yoxlaması keçirilmiş, həmin yoxlama zamanı kassada 25.398 manat və 16.000 ABŞ dolları məbləğində, yəni ümumilikdə 52.598 manat pul vəsaitinin çatışmadığı aşkar edilmişdir. Təqsirləndirilən şəxs dəymiş maddi ziyandan 6000 manat depozitə pul ödəmiş, qalan məbləği isə hal-hazıra qədər ödəməmişdir. Qalan 46.598 manat maddi ziyanı Təqsirləndirilən şəxs tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən xx xxx 2020-ci ilədək Bakı şəhəri 5 saylı poçt filialının 81 saylı poçt şöbəsində əməliyyatçı vəzifəsində işləmişdir. O, maddi məsul şəxs olmuşdur. Xidməti vəzifəsi kommunal ödənişlərin qəbulu və ödənişi, pul köçürməsi, bank fəaliyyətindən irəli gələn ödənişləri həyata keçirmək və bu məsələlərdən irəli gələn digər vəzifələr olmuşdur. Gün ərzində poçt şöbəsində həyata keçirilmiş ödənişlər əsasında qəbul etdiyi pul vəsaitini, konkret olaraq kommunal ödənişləri “Hökumət ödəniş portalına”, qəbul, ödəniş, bank xidmətləri nəticəsində qəbul etdiyi pul vəsaitlərini kompüterdə olan “COLVİR” sisteminə işləmişdir. Əvvəllər iş gününün sonunda F.130 sisteminə əsasən pulu həmin sistemdə qeyd olunanları çap edərək kağız daşıyıcısında və pulu sayaraq şöbə rəisinə vermiş, lakin son 8-9 ayda şöbə rəisi ona bildirmişdir ki, F.130 sistemində olan məlumatı çap edib ona verməyə ehtiyac yoxdur, yalnız günün sonunda kassada olan pul vəsaitini ona versin. O da ona görə pul vəsaitini sayıb şöbə rəisinə vermişdir. Günün sonunda pul vəsaitini şöbə rəisinə verən zaman heç bir sənədləşmə aparılmamışdır. Gün ərzində inkassator yalnız bir dəfə gəlmiş, qaydalara əsasən 500 manat vəsaitində pul məbləği şöbənin kassasında saxlanılmış, artıq pul vəsaiti baş xəzinəyə göndərilmişdir. xx xxx 2020-ci il tarixdə şöbə rəisi Təqsirləndirilən şəxs 5 saylı poçt filialında işləyən Şahid3 zəng edərək ona şöbəyə gəlməsini bildirmişdir. Həmçinin həmin gün Təqsirləndirilən şəxs bir neçə dəfə onu tutacaqlarını, onun axırının türmə olacağını ona demişdir. xx xxx 2020-ci il tarixdə saat 09 radələrində işə gələn zaman görmüşdür ki, Şahid3 81 saylı poçt şöbəsinə gəlmiş, Şahid3 şöbəyə gəldikdən sonra kassanı yoxlamış və kassada 25.398 manat və 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin çatışmadığını bildirmişdir. Bundan sonra, Şahid3 onu və Şahid2 yanına çağırıb kassada külli miqdarda pul vəsaitinin çatışmazlığının yarandığını demişdir. Bunun səbəbini onlardan soruşduqda onlar bu barədə məlumatları olmadıqlarını bildirmişlər. Həmin gün saat 13 radələrində o icazə aldığı üçün işdən evə getmişdir. Həmin gün 922 manat 50 qəpik məbləğində pul vəsaitini Şahid3 təhvil vermişdir. 81 saylı poçt şöbəsində 25.398 manat və 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin çatışmazlığı barədə məlumatı olmamış, bu barədə yalnız xx xxx 2020-ci il tarixdə bilmişdir. Pandemiya ilə əlaqədar olaraq vətəndaşlara 190 manat yardım verilən vaxtlarda şöbədən pul vəsaiti baş xəzinəyə göndərilməmişdir. Pandemiya dövründə 190 manat pulun verilməsinin həyata keçirilməsi zamanı cəmi nə qədər pul olmasını hazırda xatırlamır.Şöbədə kassada heç vaxt çatışmazlıq olmamış, hər gün kassada olan pul sayılaraq hər əməliyyatçı tərəfindən rəisə təhvil verilmişdir. Ona verdiyi pul vəsaitlərində heç vaxt çatışmazlıq olmamış, bu barədə ona Təqsirləndirilən şəxs heç nə bildirməmişdir. İşlədiyi müddət ərzində heç vaxt F.RN-42 arayışı tərtib etməmiş və həmin arayışın tərtib edilməli olduğunu bilməmişdir. Həmçinin şöbə rəisi heç bir arayışın tərtib olunmalı olduğunu ondan tələb etməmişdir. Ona görə də pul vəsaitini heç bir arayış tərtib etmədən nağd qaydada şöbə rəisinin tapşırığına əsasən ona vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, apardığı bütün əməliyyatlar kompüterdə yazılmışdır. Hər gün axşam pulu təqsirləndirilən şəxsə təhvil vermişdir. Təqsirləndirilən şəxs ondan pulu ona təhvil verməyi ilə bağlı sənədləşmə tələb etməmişdir. Bəzən təqsirləndirilən şəxsdən kassada əksiklik olduğunu eşitmiş, lakin nə əksiklik olmasını bilməmişdir. 2017-ci il tarixdən kassada əksiklik olmasından məlumatı olmamışdır. Gün ərzində inkassator yalnız bir dəfə gəlmiş, günün sonunda pul qalığının harada saxlanılmasını o bilmir. O, günün sonunda təqsirləndirilən şəxsə pulu təhvil verən zaman Şücayət Ələkbərova odan heç bir sənəd tələb etməmiş və pul çatışmazlığını da deməmiş, səhər işə gələndə pul çatmadğını demişdir. Hal-hazıra qədər də bütün əməliyyatlar kompüterdə qalmaqdadır. Rəis istədiyi vaxt sistemə daxil ola bilir. O, işin soununda heç vaxt qalan pulu evinə aparmamışdır. Təqsirləndirilən şəxs çatışmazlıqla bağlı heç vaxt ondan pul verməyini tələb etməmişdir. Həmin çatışmazlığın haradan yaranmasını o bilmir. Poçtda seyf olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1990-cı il tarixdən xx xxx 2020-ci ilədək Bakı şəhəri 5 saylı poçt filialının 81 saylı poçt şöbəsində əməliyyatçı vəzifəsində işləmişdir. O, maddi məsul şəxs olmuşdur. Xidməti vəzifəsi kommunal ödənişlərin qəbulu və ödənişi, pul köçürməsi, məktubların, banderolların, kiçik paketlərin qəbulu və göndərilməsi, bank fəaliyyətindən irəli gələn ödənişləri həyata keçirmək və digər vəzifələrdən ibarət olmuşdur. Gün ərzində poçt şöbəsində həyata keçirilmiş ödənişlər əsasında qəbul etdiyi pul vəsaitini, konkret olaraq kommunal ödənişləri “Hökumət ödəniş portalına”, qəbul, ödəniş, bank xidmətləri nəticəsində qəbul etdiyi pul vəsaitlərini kompüterdə olan “COLVİR” sisteminə işləmişdir. Hər bir əməliyyatçının “COLVİR” sistemində özünəməxsus olan məxfi şifrəsi olmuşdur. Onun əsasında sistemə daxil olaraq ödənişləri mədaxil və məxaric etmiş, bütün əməliyyatlar orada öz əksini tapmışdır. Hər bir əməliyyatçının işlədiyi ödənişlər öz sistemində görünmüşdür. Yalnız şöbə rəisinin sistemində isə bütün şöbədə olan əməliyyatlar birlikdə görünmüş, şöbə rəisi ona ümumi nəzarət etmiş, həmin sistemdə kimin nə qədər əməliyyat apardığını konkret olaraq şöbə rəisi görmüşdür. İş gününün sonunda əməliyyatçı olaraq o, və Şahid1 kassada olan pul qalığını şöbə rəisi Təqsirləndirilən şəxs təhvil vermişlər, lakin, həmin vaxt heç bir arayış tərtib etməmişlər. Həmçinin Təqsirləndirilən şəxs pul qalığını onlardan qəbul etdikdən sonra heç bir üzləşmə aparmamış, bununla bağlı olaraq onunla təhvil-təslim olmamışdır. Şöbə rəisinin kassa kitabını işləməsini və şöbədə aparılan əməliyyatları üzləşdirməsinin şahidi olmamışdır. Şöbəyə gün ərzində inkassator yalnız bir dəfə gəlmişdir. Qaydalara əsasən 500 manat vəsaitində pul məbləği şöbənin kassasında saxlanılmış, artıq pul vəsaiti baş xəzinəyə göndərilmişdir. xx xxx 2020-ci il tarixdə şöbə rəisi Təqsirləndirilən şəxs 5 saylı poçt filialında işləyən Şahid3 zəng edərək ona şöbəyə gəlməsini bildirmiş, lakin, həmin gün Şahid3 şöbəyə gəlməmişdir. xx xxx 2020-ci il tarixdə saat 09 radələrində Şahid3 81 saylı poçt şöbəsinə gəlmiş və Şahid3 rəislə birlikdə onun otağına getmişlər. Bir neçə dəqiqə sonra onların yanına gəlib kassada 25.398 manat və 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin çatışmadığını demişdir. Ondan bu qədər qalığın yaranma səbəbini soruşduqda onun bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra, Şahid3 bu barədə MMC-nin rəhbərliyinə məlumat vermiş və şöbəyə bir nəfər audit gələrək kassanı sənədlərlə birlikdə yoxlayıb, müəyyən etmişdir ki, kassada 25.398 manat və 16.000 ABŞ dolları məbləğində pul vəsaiti çatışmır. Gün ərzində etdiyi əməliyyat nəticəsində kassada olan pul vəsaitlərini hər gün iş gününün sonunda şöbə rəisinə nağd qaydada təhvil vermiş, iş günü başa çatan zaman rəisin kompüteri işləmədiyinə görə onun yanına gələrək kompüterində öz parolu vasitəsilə “COLVİR” sisteminə daxil olub həmin gün üçün xəzinə qalığını oradan printer vasitəsilə çap edib çıxartmış, sonra kassada olan həmin gün üçün edilmiş əməliyyatlarla bağlı pul vəsaitlərini götürüb sayıb həmin pul vəsaitləri sistemdə göstərilən məbləğlə üst-üstə düşmüş, heç bir kəsir olmadığını bildirib çap etdiyi arayışa imza edərək evə getmişdir. Şöbə rəisi heç vaxt kassada hər hansı bir kəsir olması barədə ona bildirməmişdir. İşlədiyi müddət ərzində heç vaxt F.RN-42 arayışı tərtib etməmiş, həmçinin şöbə rəisi həmin arayışın tərtib olunmalı olduğunu ondan tələb etməmişdir. Ona görə də pul vəsaitini heç bir arayış tərtib etmədən nağd qaydada şöbə rəisinə vermişdir. Şöbədə F.RN-42 arayışları əməliyyatçılar tərəfindən tərtib edilməmiş, həmin arayışları şöbə rəisi özü tərtib etmiş, orada “əməliyyatçı” və “PŞ rəisi” qrafası qarşısındakı imzaları Təqsirləndirilən şəxs icra etmişdir. Günortadan sonra yığılan pullar təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qalmışdır. Təqsirləndirilən şəxs həmin pulları ya özü ilə evə aprmış, ya da poçtda harasa qoymuşdur. O, heç vaxt qalıq pulu evinə aparmamışdır. Gün ərzində təxminən 7000-10.000 manat arasında pul olmuşdur. Bəzi hallarda Təqsirləndirilən şəxs səhər işə gələndə pul çatışmadığını demişdir. Hərdən bir səhv əməliyyatlar olanda xırdapara çatışmazlıq yaranar və işdən sonra qalıb onu yoxlayaraq həmin səhvi düzəldərək çatışmazlığı aradan qaldırmışlar. Hər gün Təqsirləndirilən şəxs onlardan pulları qəbul edərkən hər hansı bir çatışmazlığın olmasını deməmiş, lakin, səhər gələndə çatışmazlıq olduğunu demişdir. Sücayət Ələkbərova çatışmazlıqla bağlı ondan heç vaxt pul istəməmişdir. Ələkbərova yalan danışır, poçtda nahardan sonra pul qalığı yarananda, pulu onlar Sucayət Ələkbərovaya vermişlər. O, heç vaxt poçtda qalan qalıq pulu öz evinə aparmamışdır. Təqsirləndirilən şəxs heç vaxt ondan işin sonunda RN-42 arayışı yazmağını tələb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Nəsrullah oğlu ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Audit şöbəsində əvvəlcə auditor, sonra isə aparıcı auditor vəzifəsində işləmişdir. xx xxxx 2020-ci il tarixdə şöbənin aparıcı auditoru vəzifəsində işləyən Emin Pişanovla birlikdə Zərərçəkmiş şəxs MMC-nin baş direktorunun tapşırığı əsasında MMC-nin 5 saylı Poçt filialının 81 saylı poçt şöbəsində xx xxx 2020-ci il tarixdə tərəfindən aparılmış xəzinə yoxlaması zamanı aşkar edilən 25.398 manat və 16.000 ABŞ dolları məbləğində çatışmazlığı yerində araşdıraraq, şöbədə əməliyyatçılarla şöbə rəisi arasında olan əməliyyatın gedişatı haqqında onlara təqdim edilən sistemdən çıxarışları yoxlamış və qeyd edilən çatışmazlığı bir daha müəyyən etmişlər. Yoxlamanın nəticəsi olaraq xx.xx.2020-ci il tarixli akta əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 81 saylı poçt şöbəsinin xəzinə əməliyyatlarının tərtib edilmiş dövriyyə cədvəllərində əks etdirilmiş vəsaitlər AKİS, HÖP, “Smartpay” sistemlərində əks etdirilmiş vəsaitlər üzrə üzləşdirilmişdir. Müəyyən edilmişdir ki, “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların tərtib edilməsinə dair” müvəqqəti qaydaların 4.2-ci maddəsinə uyğun olaraq PŞ-lərdə aparılan əməliyyatlardan formalaşan limitdən artıq pul vəsaitləri F.RN-4 müşaiyət məktubu əsasında Zərərçəkmiş şəxs MMC-nin mərkəzi xəzinəsinə təqdim olunmalıdır. Lakin, audit zamanı günlər üzrə 2020-ci ilin aprel və may ayının 01-13 günlərində şöbənin xəzinəsində nağd pul vəsaitlərinin olmasına və şöbədə Zərərçəkmiş şəxs MMC tərəfindən nağd pul vəsaitlərinin inkassasiyasının təşkil edilməsinə baxmayaraq, şöbə rəisi tərəfindən limitdən artıq pul vəsaitləri Zərərçəkmiş şəxs MMC-nin mərkəzi xəzinəsinə təqdim edilməmişdir. Yekun nəticə olaraq xx.xx.2020-ci tarixə günün əvvəlinə milli valyuta üzrə xəzinə qalığı 26.527,02 manat olmuşdur. Yoxlama anınadək şöbənin xəzinəsində milli valyutada 2.619,61 manat mədaxil, 1.144 manat məxaric əməliyyatları aparılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixdə günün əvvəlinə qalıq, xx.xx.2020-ci il tarixdə yoxlamayadək aparılan mədaxil və məxaric əməliyyatları nəzərə alınmaqla 81 saylı poçt şöbəsinin milli valyuta üzrə xəzinə qalığı 28.002,63 manat olmalı olduğu halda, yoxlamaya 2.604,63 manat nağd pul vəsaiti təqdim edilmişdir. Nəticədə 81 saylı poçt şöbəsində aparılan yoxlama zamanı milli valyutada 25.398 manat xəzinə çatışmazlığı aşkar edilmişdir. Eyni zamanda, aparılan yoxlama zamanı xx.xx.2020-ci il tarixə günün əvvəlinə xarici valyuta üzrə xəzinə qalığı 16.058 ABŞ dolları olmuşdur. Yoxlama anınadək aparılmış mədaxil əməliyyatları 100 ABŞ dolları və məxaric əməliyyatları 16 ABŞ dolları olmuşdur. Beləliklə, xx.xx.2020-ci il tarixə günün əvvəlinə qalıq, xx.xx.2020-ci il tarixdə yoxlamayadək aparılan mədaxil və məxaric əməliyyatları nəzərə alınmaqla 81 saylı poçt şöbəsinin xarici valyuta üzrə xəzinə qalığı 16.142 ABŞ dolları olmalı olduğu halda, yoxlamaya 142 ABŞ dolları təqdim edilmişdir. Nəticədə 81 saylı poçt şöbəsində aparılan qəfləti yoxlama zamanı xarici valyuta üzrə 16.000 ABŞ dolları xəzinə çatışmazlığı aşkar edilmişdir. 81 saylı poçt şöbəsində mütəmadi olaraq audit yoxlamaları aparılmışdır. Sonuncu yoxlamadan əvvəl olan yoxlama zamanı heç bir çatışmazlıq aşkar olunmamışdır. Çatışmazlığın 2017-ci ildən yaranması heç bir sənəddə görünməmişdir. Bu barədə onlarda məlumat olmamışdır. Pandemiya dövründə vətəndaşlara 190 manat verilməsində vətəndaşların adlarına pullar köçürülmüşdür. Həmin vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrini təqdim etməklə həmin pulları ala bilirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdən “Zərərçəkmiş şəxs MMC”-nin 5 saylı filialının müdiri vəzifəsində işləyir. Həmin filial Bakı şəhəri, Qaradağ rayonunda yerləşir. Həmin filialın 20 şöbəsi vardır. Həmin şöbələr onlara formal tabe olsalar da, əslində bütün nəzarət Zərərçəkmiş şəxs MMC-dədir. Təqsirləndirilən şəxs 81 saylı şöbənin müdiri, Türkan və Gülnarə isə həmin şöbənin əməliyyatçısı vəzifəsində işləmişlər. xx xxxx 2020-ci il tarixdə dünyada və ölkədə baş vermiş pandemiya ilə əlaqədar olaraq yaş həddi riskinə düşdüyü üçün məzuniyyətə buraxılmış, Baş idarə tərəfindən idarənin işlərini mühasibatlığın işçisi Şahid3 icra etmiş, əmrlə ona həvalə edilmişdir. Təxminən 12-xx xxx 2020-ci il tarixdə baş idarənin xəzinə şöbəsinin rəisi Rəşad müəllim ona günün sonuna şöbələrin kassa qalıqlarını sıfıra endirmələrini demişdir. Bundan sonra, Şahinə zəng edərək bütün şöbələrin kassa qalıqlarının sıfıra endirilməsinə nəzarət etməsini demişdir. Həmin gün Şahin ona zəng edib 81 saylı şöbədən şübhələndiyini demiş və ondan həmin şöbəni yoxlamaq üçün icazə istəmişdir. Ondan nədən şübhələndiyini soruşduqda Şahin həmin şöbədə elektron sistemə baxanda çatışmazlıq olmasından şübhələndiyini demişdir. Ona gedib tezdən yoxlamasını söyləmişdir. Səhəri gün səhər saatlarında Şahin ona zəng edərək vəziyyətin yaxşı olmadığını deyib, pul çatışmazlığı barədə məlumat vermişdir. Bundan sonra bu barədə MMC-nin rəhbərliyinə məlumat vermişdir. Bir müddətdən sonra Şahinə zəng edib vəziyyətin nə yerdə olmasını soruşduqda Şahin baş idarədən auditor Azər müəllimin gəldiyini və o da pul vəsaitinin çatışmazlığını təsdiq edib bu barədə müvafiq akt yazdıqlarını demişdir. 81 saylı poçt şöbəsi sonuncu dəfə 2020-ci ilin mart ayının təxminən 13-14-də “Zərərçəkmiş şəxs MMC”-nin poçt əməliyyatları şöbəsi tərəfindən yoxlanılmış, həmin vaxt şöbədə heç bir çatışmazlıq aşkar olunmamışdır. Sonuncu yoxlama zamanı o, məzuniyətdə olmuş, məlumatı ona Şahid3 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Təqsirləndirilən şəxs poçtda rəis işləmişdir. Onunla qonşu kimi münasibətləri yaxşıdır. Təxminən 2020-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs ondan borc pul istəmişdir. Həmin vaxtlar o, Sücayətə bir dəfə təxminən 500 və ya 600 manat, sonra isə yenə də borc pul istədikdə təxminən həmin miqdarda ona borc pullar vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı borc pulu tez də qaytarmışdır. O, Təqsirləndirilən şəxs ondan borca pulu nəyə görə aldığını deyə bilməz. Ondan aldığı pulu nəyə görə aldığını ona deməmiş, o da soruşmamışdır. Münasibətləri yaxşı olduğundan o, qonşu kimi Sücayətə borca pul vermişdir. Şahid Adilə Bağırovanın istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında ziddiyyətlər olduğundan X4 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 2-ci cild 93-95-ci vərəqələrində olan ifadəsində X6 aşağıdakıları göstərmişdir: «... 2020-ci ilin aprel ayında Sücayət məndən 400 manat borc pul istədi, mən də həmin pulu ona verdim... Bundan sonra 2020-ci ilin may ayının əvvəllərində məndən 300 manat borc pul istədi, mən də həmin pulu aptekdə ona verdim... Ümumilikdə 2 ay ərzində məndən 700 manat miqdarında borc pul almışdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Adilə Bağırova bildirmişdir ki, o, yaşlı adamdır, dəqiq vaxt və verdiyi pulun məbləğini hazırda da xatırlamır, onu bilir ki, bir neçə dəfə S.Ələkbərrva ondan borca pul istəmiş, o da Sücayətə borca pul vermiş və Sücayət də tez borcunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 İspəndiyar oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır və qonşu kimi münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında ondan borca 2000 manat istəmiş, o da qonşu kimi Sücayətə borca həmin məbləğdə pul vermişdir. Lakin, pulu hansı məqsədlə almasını nə Sücayət ona deməmiş, nə də o, Sücayətdən soruşmamışdır. Həmin pulu ondan alandan təxminən 5-10 gün sonra ona qaytarmışdır. 3 ay ərzində ondan ümumilikdə 7000 manat borca pul almış və həmin pulları da qaytarmışdır. Sonuncu dəfə ondan 1800 manat almışdır. Bir neçə gün sonra o, Sücayətə həmin pulu ona ABŞ dolları şəklində qaytarmasını demiş, S,Ələkbərova da razılaşmış və verdiyi 1800 manatın müqabilində ona ABŞ dolları qaytarmışdır. O, Təqsirləndirilən şəxs ondan pulu nə üçün borca almasının səbəbini heç vaxt soruşmamışdır. S. Ələkbərovanın 81 saylı poçtun rəisi işlədiyİni bilmişdir. O, Sücayətin işlədiyi poçtda hər hansı bir çatışmazlıq olduğunu bilməmişdir. Ona Təqsirləndirilən şəxs bu barədə heç vaxt heç nə deməmişdir. Borcu heç nəyin müqabilində verməmiş, qonşu kimi münasibətləri yaxşı olduğundan Sücayətə pul vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs MMC-nin 5 saylı poçt filialının Mühasibat uçotu və hesablama şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə 5 saylı poçt filialının rəisi Şahid7 ona zəng edərək filialın nəzdində fəaliyyət göstərən poçt şöbələrində əvvəlki gün limitdən artıq saxlanılan pul vəsaitlərinin toplanaraq MMC-yə təhvil verilməsini bildirmişdir. Bundan sonra, 81 saylı poçt şöbəsində limitdən artıq saxlanılan pul vəsaitinin həcminin çox olduğunu aşkar etmiş, 81 saylı poçt şöbəsinin rəisi Təqsirləndirilən şəxs zəng edərək limitdən artıq saxlanılan pul vəsaitinin MMC-yə göndərilməsini tələb etmişdir. Həmin gün Təqsirləndirilən şəxs pul göndərmədiyi üçün saat 16 radələrində ona yenidən zəng edərək pulu göndərməməsinin səbəbini soruşmuş, sonuncu müxtəlif bəhanələrlə pulu göndərməkdən yayınmışdır. Sücayətin bu hərəkətləri onda şübhə yaratdığı üçün filial rəisinə məlumat verərək xx xxx 2020-ci il tarixdə 81 saylı poçt şöbəsinə getmişdir. Şöbədə kassanı yoxlayan zaman kassada 25.398 manat və 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin çatışmadığını müəyyən etmişdir. Bundan sonra, bu barədə Şahid7 məlumat vermiş, Təqsirləndirilən şəxs soruşan zaman o bu barədə ona cavab verə bilməmiş, çətinlik çəkmişdir. Təxminən 1-2 saat sonra Cəmiyyətin Audit şöbəsindən mütəxəssis Şahid4 81 saylı poçt şöbəsinə gəlmiş və audit yoxlaması keçirmişdir. Audit yoxlaması zamanı şöbənin kassasında 25.398 manat və 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin çatışmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, mühasibat sənədlərini, yoxlama aktını, ekspert rəyini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci cild 35-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixli işə qəbul olunmağa dair Zərərçəkmiş şəxs MMC-nin baş direktoruna ərizə ilə müraciət edərək həmin tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrlə Zərərçəkmiş şəxs MMC-nin 5 saylı Poçt filialının 81 saylı Poçt şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli 800 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək vəzifədən azad edilmişdir. Cinayət işinin 2-ci cild 68-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin PXDnin PƏŞ-in mütəxəssisləri tərəfindən xx xxxx 2020-ci il tarixdə 81 saylı poçt şöbəsində təqdim olunan sənədlərə əsasən, o cümlədən F.130 gündəliyində qeyd olunan nəğd pul və digər qiymətli mal-material və istismar fəaliyyəti qəfləti yoxlanılmış, əksiklik aşkar edilməmişdir. Lakin, cinayət işinin 1-ci cild 3-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin 5 saylı poçt filialının 81 saylı poçt şöbəsində xx.xx.2020-ci il tarixdə olan dövr üzrə qəfləti xəzinə yoxlaması aparılmış, xx.xx.2020-ci il tarixə günün əvvəlinə qalıq, xx.xx.2020-ci il tarixdə yoxlamayadək aparılan mədaxil və məxaric əməliyyatları nəzərə alınmaqla 81 saylı poçt şöbəsinin milli valyuta üzrə xəzinə qalığı 28.002,63 manat olmalı olduğu halda yoxlamaya 2.604,63 manat nağd pul vəsaiti təqdim edilmiş, həmçinin xarici valyuta üzrə xəzinə qalığı (USD) 16.142 ABŞ dolları olmalı olduğu halda yoxlamaya 142 ABŞ dolları təqdim edilmişdir. Nəticədə 81 saylı poçt şöbəsində aparılan yoxlama zamanı milli valyuta 25.398 manat və xarici valyuta üzrə 16.000 ABŞ dolları xəzinə çatışmazlığı aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 198-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli audit aktından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Daxili Audit Şöbəsi tərəfindən Zərərçəkmiş şəxs MMC-nin 5 saylı poçt filialının 81 saylı poçt şöbəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə “Xəzinə əməliyyatları”nın daxili auditi aparılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 81 saylı poçt şöbəsinin xəzinə əməliyyatlarının tərtib edilmiş dövriyyə cədvəllərində əks etdirilmiş vəsaitlər AKİS, HÖP, “Smartpay” sistemlərində əks etdirilmiş vəsaitlər üzrə üzləşdirilmiş, üzləşdirmə zamanı ayrı-ayrı xidmətlər üzrə fərq aşkar edilməmişdir. “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların tərtib edilməsinə dair” müvəqqəti qaydaların 4.2-ci maddəsinə uyğun olaraq PŞ-lərdə aparılan əməliyyatlardan formalaşan limitdən artıq pul vəsaitləri F.RN-4 müşaiyət məktubu əsasında Zərərçəkmiş şəxs MMC-nin mərkəzi xəzinəsinə təqdim olunmalıdır. Lakin, audit zamanı günlər üzrə 2020-ci ilin aprel və may ayının 01-13 günlərində şöbənin xəzinəsində nağd pul vəsaitlərinin olmasına və şöbədə Zərərçəkmiş şəxs MMC tərəfindən nağd pul vəsaitlərinin inkassasiyasının təşkil edilməsinə baxmayaraq şöbə rəisi tərəfindən limitdən artıq pul vəsaitləri Zərərçəkmiş şəxs MMC-nin mərkəzi xəzinəsinə təqdim edilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 32.919,94 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 30.989,96 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 31.596,27 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.793,82 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.076,35 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.191,79 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 41.872,04 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 52.235,50 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 49.124,97 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 40.108,36 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 21.261,29 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 21.809,19 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 21.929,83 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 22.701,71 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 28.318,90 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə 7.350 manat pul göndərilmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 25.148,06 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 26.198,30 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə 6.200 manat pul göndərilmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 24.879,70 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə 3.700 manat pul göndərilmiş, xx.xx.2020-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 26.861,78 manat olmasına baxmayaraq, inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmişdir. Yekun nəticə olaraq xx.xx.2020-ci tarixə günün əvvəlinə milli valyuta üzrə xəzinə qalığı 26527.02 manat olmuşdur. Yoxlama anınadək şöbənin xəzinəsində milli valyutada 2619.61 manat mədaxil, 1144 manat məxaric əməliyyatları aparılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixə günün əvvəlinə qalıq, xx.xx.2020-ci il tarixdə yoxlamayadək aparılan mədaxil və məxaric əməliyyatları nəzərə alınmaqla 81 saylı poçt şöbəsinin milli valyuta üzrə xəzinə qalığı 28002.63 manat olmalı olduğu halda, yoxlamaya 2604.63 manat nağd pul vəsaiti təqdim edilmişdir. Nəticədə 81 saylı poçt şöbəsində aparılan yoxlama zamanı milli valyutada 25.398 manat xəzinə çatışmazlığı aşkar edilmişdir. Eyni zamanda, aparılan yoxlama zamanı xx.xx.2020-ci il tarixə günün əvvəlinə xarici valyuta üzrə xəzinə qalığı 16.058 ABŞ dolları olmuşdur. Yoxlama anınadək aparılmış mədaxil əməliyyatları 100 ABŞ dolları və məxaric əməliyyatları 16 ABŞ dolları olmuşdur. Beləliklə, xx.xx.2020-ci il tarixə günün əvvəlinə qalıq, xx.xx.2020-ci il tarixdə yoxlamayadək aparılan mədaxil və məxaric əməliyyatları nəzərə alınmaqla 81 saylı poçt şöbəsinin xarici valyuta üzrə xəzinə qalığı 16.142 ABŞ dolları olmalı olduğu halda, yoxlamaya 142 ABŞ dolları təqdim edilmişdir. Nəticədə 81 saylı poçt şöbəsində aparılan qəfləti yoxlama zamanı xarici valyuta üzrə 16.000 ABŞ dolları xəzinə çatışmazlığı aşkar edilmişdir. Cinayət işinin 2-ci cild 68-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin PXDnin PƏŞ-in mütəxəssisləri tərəfindən xx xxxx 2020-ci il tarixdə 81 saylı poçt şöbəsində təqdim olunan sənədlərə əsasən, o cümlədən F.130 gündəliyində qeyd olunan nəğd pul və digər qiymətli mal-material və istismar fəaliyyəti qəfləti yoxlanılmış, əksiklik aşkar edilməmişdir.Cinayət işinin 2-ci cild 217-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən x xxxx 2010cu il tarixdə həmin Poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 1-MO/Ş-10 nömrəli İcazədən görünür edilir ki, Zərərçəkmiş şəxs – poçt rabitəsi milli operatorunun 5 saylı Poçt filialının 81 saylı Poçt şöbəsinə şöbənin Əsasnaməsində nəzərdə tutulan fəaliyyət növlərinin milli operatorun lisenziyası çərçivəsində həyata keçirilməsinə icazə verilir. Şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500 manata qədər nağd pul vəsaitləri saxlanıla bilər. Cinayət işinin 2-ci cild 128-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, cinayət işi materiallarında olan sənədlərə, ilkin araşdırma materiallarına, təhvil-təslim aktlarına, xx xxxx 2020-ci il tarixli audit aktına, xx.xx.2020-ci il tarixli akta və xx.xx.2020-ci il tarixli rəy məlumatlarına əsasən Zərərçəkmiş şəxs MMC-nin 5 saylı filialının 81 saylı poçt şöbəsində 25.398 manat və 16.000 ABŞ dolları olmaqla, ümumilikdə 52.598 manat məbləğində kassa çatışmazlığı olması müəyyən edilir. Cinayət işinin 2-ci cild 199-204-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2870 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarında olan sənədlərə, ilkin araşdırma materiallarına, təhvil-təslim aktlarına, xx xxxx 2020-ci il tarixli audit aktına, xx.xx.2020-ci il tarixli akta və xx.xx.2020-ci il tarixli rəy məlumatlarına əsasən Zərərçəkmiş şəxs MMC-nin 5 saylı filialının 81 saylı poçt şöbəsində 25.398 manat və 16.000 ABŞ dolları olmaqla, ümumulikdə 52.598 manat məbləğində kassa çatışmazlığı olması müəyyən edilir. Aşkar edilmiş çatışmazlıqlara və qanun pozuntularına görə maddi məsuliyyət daşıyan şəxslərə görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll olunmalıdır. Cinayət işinin 3-ci cild 3-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin 5 saylı poçt filialının 81 saylı poçt şöbəsinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli F.RN-42 kassa arayışlarından görünür ki, hər gün poçt şöbəsində müxtəlif məbləğlərdə maliyyə əməliyyatları aparılmış, günün sonunda kassa arayışı tərtib edilərək şöbə rəisi və əməliyyatçı tərəfindən imzalanmışdır. Məhkməyədək icraat zamanı müəyyən edilmişdir ki, həmin imzalar şöbə rəisi Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübüt növü kimi qəbul edilməsinə, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri “Poçt haqqında” Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli Qanunu, x xxxxxx 2016-cı il tarixli qərarla təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, “Poçt haqqında” Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli Qanunun, x xxxxxx 2016-cı il tarixli qərarla təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”, habelə Zərərçəkmiş şəxs MMC ilə bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələr və vəzifə təlimatına əsasən Cəmiyyətin şöbə üzrə tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona qorumağa və başqa məqsədlər üçün verilən maddi dəyərlilərə ziyanın qarşısının alınması üçün tədbirlər görülməsi, ona həvalə edilmiş maddi dəyərlilərin qorunmasına təhlükə yarandığı bütün hallarda təşkilatın müdiriyyətinə vaxtında məlumat verilməsi, poçt göndərişlərinin və pul vəsaitlərinin, poçt şöbəsinin əmlakının, avadanlıqlarının tam mühafizəini təmin edilməsi, iş gününün sonunda pul köçürmələrinin vaxtında və düzgün ödənilməsini, kommunal xidmət haqlarının və digər ödənişlərin, qəbulunun və mədaxilinin düzgünlüyünün təmin edilməsi, təhlükəsizlik və məxfilik tələblərinə riayət olunmaqla şöbədə xəzinənin işinin təşkil edilməsi, müştərilərə hesablaşma-kassa xidmətlərinin göstərilməsinin təmin edilməsi, o cümlədən iş gününün başlanğıcında anbarın bağlanmasında iştirak etmiş işçi ilə birlikdə anbarın şəxsən açılması, gündəlik məxaric və mədaxil sənədləri əsasında pul məbləğlərinin F.130 gündəliyinə işlənməsinin təmin edilməsi, nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasının, saxlanmasının və qorunmasının təmin edilməsi, şöbənin nağd vəsaitlərə tələbatının müəyyən edilməsi, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət edilməsi, konvertasiya əməliyyatlarının təşkil edilməsi və onun qaydalara uyğun həyata keçirilməsinə nəzarət edilməsi və digər təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs xx xxxxx 2008-ci il tarixli 52 nömrəli əmrlə təsdiq edilmiş “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların təsdiq edilməsinə dair Müvəqqəti Qaydalar”ın 3.3.10, 3.3.11 və 3.3.23-cü bəndlərinə əsasən, poçt şöbəsində əməliyyatçılar tərəfindən gündəlik olaraq aparılan mədaxil və məxaric əməliyyatlarının yekunu F.RN-42 kassa arayışında əks etdirilməklə poçt şöbə rəisinə təqdim edilməli və əməliyyatçılar tərəfindən F.RN-42 kassa arayışında qeyd olunan vəsaitlər poçt şöbəsinin rəisi tərəfindən yoxlanıldıqdan sonra hesabat sənədlərinə əlavə edilməli, 3.3.25-ci bəndinə əsasən, əsas kassanı aparan şəxs F.RN-42 kassa arayışı üzrə nağd pulları və pul sənədlərini son haqq-hesab kimi qəbul edərkən F.KƏ-5 kassa kitabı ilə tutuşdurmalı, həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq poçt şöbələrində aparılan əməliyyatlardan formalaşan limitdən artıq pul vəsaitləri F.RN-4 müşaiyət blankı əsasında Zərərçəkmiş şəxs MMC-nin Mərkəzi xəzinəsinə təqdim edilməli olması tələblərinin müəyyən edilməsinə və vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə rəhbərliyinə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəbini aydınlaşdırmalıdır. Bundan başqa, cinayət işinin 2-ci cild 61-67-ci vərəqələrinə əlavə edilmiş Zərərçəkmiş şəxs DM-in (əvvəlki adı) 52 saylı, xx xxxxx 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların təsdiq edilməsinə dair Müvəqqəti Qaydalar”ın 3.3.10, 3.3.11 və 3.3.23-cü bəndlərinə əsasən qeyd edilmişdir ki, nağd pullar və pul sənədləri iş gününün sonunda əsas kassa tərəfindən hər bir iş yeri üzrə, hər bir əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən işçilər tərəfindən dəqiq və aydın tərtib olunmaqla yalnız F.RN-42 kassa arayışları üzrə qəbul edilir. Əməliyyatçının, poçtalyonun və müqavilə ilə işləyən digər işçilərin ilkin sənədlərə əsasən tərtib etdikləri F.RN.-42 kassa arayışı iş günü ərzində onların göstərdikləri poçt xidmətləri üzrə əsas kassa qarşısında hesabat sənədi sayılır. F.RN-42 kassa arayışını və ona əlavə olunmuş "Mədaxil" və "Məxaric" sənədlərini təhvil alan əsas kassanı aparan şəxs poçtalyon və əməliyyatçı tərəfindən "Mədaxil" və "Məxaric" sənədlərində hesablanmış yekunların düzgünlüyünü və bu məbləğlərin arayışda göstərilən və təhvil verilən məbləğlə uyğunluğunu ilkin sənədlər əsasında dərhal yoxlayır. Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadə verərkən özünü qismən, yəni, səhlənkarlıqda təqsirkar bilərək özgəyə məxsus əmlakı talamamasını, kassada pul vəsaitlərinin çatışmazlığının 2-3 il ərzində yaranmasını, çatışmazlıq barədə işçilərin məlumatının olmasını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs bu və buna bənzər cinayəti inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə, ağır cinayət məsuliyyətindən boyun qaçırmağa cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ziddiyyətli ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək bu ifadələrə tənqidi yanaşır və həmin ifadələri ittihamı təkzib edən sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs bu barədə verdiyi ifadələri cinayət işinin materialları, mühasibat sənədləri, yoxlama aktı, ekspert rəyi və şahidlərin ifadələri ilə tam təkzib olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayətn işinin 2-ci cild 24-25-ci vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 124-125-ci vərəqələrində olan xasiyyətnamədə Təqsirləndirilən şəxs qızı müsbət səciyyələndirilir . Cinayət işinin 3-ci cild 181-187-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyandan 6.000 manat məbləğində pul vəsaitini bank vasitəsilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. xx xxxxxxx 2020-ci il tarixli, 10-157011 nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin 5 saylı poçt filialının müştəri hesabına 4000 manat pul köçürmüşdür. Bundan başqa, xx xxxxxxx 2020-ci il tarixli, 10-157322 nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin 5 saylı poçt filialının müştəri hesabına 5900 manat pul köçürmüşdür. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs qızının cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14cü maddəsinə əsasən, müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qızına təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs qızı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 1-ci cild 16-17-ci vərəqələrində olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 140-141-ci vərəqələrində olan Qaradağ rayon prokurorluğunun müstəntiqi X3 xx xxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, X2 azad edilmişdir. Cinayət işinin 1-ci cild 128-129-ci vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs qızının xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin 5 saylı filialının 81 saylı poçt şöbəsi üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarixli F.RN-42 kassa arayışları, vəzifə təlimatları, əmrlər və digər sənədlərin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş manat) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 3-ci cild 181-187-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs vurulmuş ziyandan 6.000 manat məbləğində pul vəsaitini bank vasitəsilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 6.000 manat pul vəsaitini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edərək Zərərçəkmiş şəxs MMC-nin hesablaşma hesabına ödənilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx xxxxxx 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində, öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2.-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə böyük içtimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə əlavə cəza növü də təyin edildiyindən, cinayətlərin məcmusu üzrə təyin edilən əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti əlavə cəza təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin 5 saylı filialının 81 saylı poçt şöbəsi üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarixli F.RN-42 kassa arayışları, vəzifə təlimatları, əmrlər və digər sənədlərin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş manat ) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 6.000 manat pul vəsaitini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edilərək Zərərçəkmiş şəxs MMC-nin hesablaşma hesabına ödənilsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-319/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-319/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver