Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-319/2023 15.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1979-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində azyaşı uşağı olan, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi – 8,639 qram olan psixotrop maddə - metamfetamini 80 (səksən) manat pul müqabilində alaraq əldə edib, üzərində saxlayaraq daşımış, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən polis bölməsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümündə 8,639 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış, külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə araşdırılması: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində daimi yaşayış yeri yoxdur, Biləcəridə kirayə tutduğu evdə yaşayır. xx.xx.2022-ci il tarixdə səhər saat 10-da evində olduğu zaman mülki geyimdə olan polislərin qonşu məhəlləyədaxil olduqlarını, kimisə axtardıqlarını görmüş və telefonu ilə onları çəkməyə başlamışdır. Bunu polislər görmüş və onu saxlamışlar, telefonunu əlindən almışlar, özünü isə döyüb polisə aparmışlar. Orada bölmənin rəis müavini Vaqif və Asim, Vüqar adlı polislər onu döyərək xəsarətlər yetirmişlər. Onun üzərində heç bir qanunsuz əşya olmamış, lakin videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükülünü polislər özləri onun cibinə qoymuşlar, o isə qorxusundan bükülünün ona məxsus olmasını etiraf etmiş, protokolu imzalamışdır. O, Bakı İstintaq Təcridxanasına yerləşdirildiyi gün üzərində xəsarətlər olmuşdur. O narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, əksinə polis orqanları ilə narkotik alverçilərini ifşa etmək üçün əməkdaşlıq etmiş, Elxan adlı şəxsdən də sonuncunu ifşa etmək məqsədilə görüşmüşdür. O istintaq zamanı müalicə müəssisəsində olmuş, babasil xəstəliyi ilə əlaqdar müalicə almış, istintaq təcridxanasına yerləşdirilməmişdən əvvəl MSY-də özünə kəsilmə xəsarətləri yetirmiş, bunun istintaqın gedişatına etiraz olaraq etmişdir. Rayon prokurorluğu tərəfindən onun şikayətləri əsasında araşdırma aparılmış, barəsində məhkəmətibbi ekspertizası keçirilmiş, onun özü-özünə MSY-də xəsarətlər qeyd edilmişdir. O uşaqlıq dövüründə bir ailənin himayəsində böyümüş, həmin ailənin uşağının adı Kənan olmuş, bu səbəbdən də saxlanılan zaman öz adını «Kənan» kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 26 may 2022-ci il tarixdə həmkarı Şahid1 Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş, əməliyyat qrupunun tərkibinə Şahid1la yanaşı o da daxil edilmişdir. Bundan sonra 27 may 2022-ci il tarixdə saat 11 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Biləcəri qəsəbəsi, Ordubadi küçəsində müşahidə mövqeyi tutaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısından keçdiyini görərək ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin üzərində gəzdirməsindən şübhələndiklərini bildirərək onu Binəqədi RPİnin 6-cı PB-nə aparmışlar. Orada Təqsirləndirilən şəxs təhqiqatçı Kamandar Ələsgərova təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs üçün vəkil dəvət edərək bütün prosessual hərəkətləri həyata keçirmiş və gələn vəkil qadın olduğu üçün Təqsirləndirilən şəxs razılığı ilə üzərinə baxışı sonuncunun iştirakı olmadan keçirmişlər. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs özünü məsuliyyətdən qurtarmaq məqsədilə adını Elçin kimi deyil, Kənan kimi bildirmiş, lakin onun bu saxtakarlığı sonradan elektron portal vasitəsi ilə şəxsiyyəti dəqiq müəyyən edilməklə aradan qaldırılmışdır. Axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli Samsung markalı mobil telefonu, şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin «patı», yəni metamfetamin olduğunu, həmin maddəni bir gün əvvəl Binəqədi yolunda Elxan adlı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını demişdir. Həmin selofan içindəki maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılımış və möhürlənmişdir. Baxışla əlaqədar tərtib olunmuş protokol elan olunduqdan sonra bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən sərbəst və könüllü şəkildə imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixi təzyiqlər olmamış, ounun üzərinə heç bir qanunsuz əşya qoyulmamışdır. Baxışın gedişatı videoçəkilişlə aparılmış və həmin çəkilişdə bütün hallar öz əksini tapmışdır. Şahid2 ifadəsi ilə Təqsirləndirilən şəxs əlavə ifadə verərək göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin ərazisində yerləşən kafeni işlətmiş, həmin bölmənin əməkdaşlarını kafeyə gəlib-gedən zaman görüb tanımışdır. Onu qonşusu İlhamın evində tutmuşlar. Polislər İlhamın evində axtarış etmiş, o isə bunu telefonuna çəkmişdir. Bu səbəbdən onu saxlayaraq bölməyə gətirib üzərinə metamfetamin qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bölmənin yanındakı çayçını işlədən şəxs kimi tanımış, lakin adını və soyadını bilməmişdir. 27 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı məhz ona daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin sahə inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Onlar həmin gün saat 11:10 radələrində Elçinin Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ilə tək olaraq piyada getdiyini gördükdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, ondan özünü təqdim etməsini istəmişlər. O adını Kənan olaraq bildirmişdir. Onlar ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Orada onlar Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. Bölmədə xidməti otaqların birində təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifləri elan etdikdən sonra ona vəkil dəvət edib təqdim etmişdir. Bundan sonra müdafiəçinin iştirakı olmadan videoçəkilişlə Elçinin üzərinə axtarış keçirilmişdir. Həmin axtarışda o və həmkarı Şahid2 da iştirak etmişlər. Təhqiqatçı öncə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqda içində ağ rəngli şüşəyə bənzər hissəciklər aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin «patı», yəni metamfetamin olduğunu, həmin maddəni Binəqədi şossesi üzərində rastlaşdığı, öncədən tanımadığı Elxan adlı şəxsdən bir gün öncə axşam saatlarında öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs özünün narkotik vasitə satışı ilə məşğul olmadığını, bir iki aydır ki, istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs qarşı o saxlanıldığı və üzərinə baxış keçirildiyi zaman heç bir zorakı hərəkətlər edilməmiş, üzərinə qanunsuz əşya qoyulmamış, Təqsirləndirilən şəxs məhz göstərdiyi yerdə və şəraitdə saxlamışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri şahidlərin ifadələri ilə yanaşı cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edən AA******* nömrəli xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, 0 xx.xx.1979-cu il tarixdə doğulmuşdur, lakin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən üzərində narkotik vasitələr gəzdirməsi şübhəsi ilə saxlanılıb 6-cı PB-nə gətirildiyi zaman özünü X5 təqdim etmiş, ibtidai araşdırma ilkin mərhələsində onun “X12” olduğu kimi aparılmış, lakin 01 iyul 2022-ci il tarixdə anket məlumatları VMAS sistemi üzrə (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış) yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, saxlanılan şəxs X12 deyil, xx.xx.1979-cu il tarixdə Bərdə şəhərində doğulan, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də yaşayan Təqsirləndirilən şəxsdur (bax i.v. 76, 77-80). Məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma orqanının 01 iyul 2022-ci il tarixli “anket məlumatlarının dəqiqləşdirilməsi haqqında” qərarla müəyyən edilmişdir ki, ********* saylı cinayət işi üzrə bütün sənədlərdə təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tam olaraq adı, atasının adı və soyadı xx.xx.1979-cu il təvvəlüdlü, Bərdə rayonunda anadan olmuş “Təqsirləndirilən şəxs” kimi tanınaraq oxunsun. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli parortundan müəyyən olunur ki, 27 may 2022-ci il tarixdə saat 11:10-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi YYM-i nömrəsiz evin qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. Məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 27 may 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 12:20-də 6-cı PB-nin inzidati otaqların birində müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə tutulmuş, bununla bağlı tərtib edilmiş protokola iştirakçılar tərəfindən əlavə və qeydlər daxil edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 saylı Vəkil Bürosunun vəkili X2 üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı iştirak etməməsinə etiraz etməmişdir. Həmin ərizə ilə vəkil İ.B.İsrafilov tanış olmuş və imzasını qoymuşdur. Məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 may 2022ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasının təhqiqatçıya aid xidməti otaqda keçirilmiş, istintaq hərəkətində baş təhqiqatçı, polis mayoru X6, Binəqədi RPİ-nin KTQ-nin ekspert-kriminalisti, polis mayoru X8, 6cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, 6-cı PB-nin sahə inspektoru, polis bpş leytenantı Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində təsbit edilmiş şübhəli şəxsin hüquq və vəzifələrini izah edilmiş, baxaş Azərbaycan Respublikası CPMnin 51.6-cı maddəsinə əsasn videoçəkilişlə aparılması elan edilmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşya və sənədləri könüllü təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən əynindəki boz rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş maddəni çıxarıb masa üzərinə qoymuş, əyinində olan həmin şalvarın sol yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq izah etmişdir ki, bükülünün içərisindəki maddə metamfetamindi, onu bir gün əvvəl axşam saatlarında Binəqədi rayonu, Binəqədi qəsbəsində Elxan adlı şəxsdən 80 manata əldə etmişdir. Baxışla əlaqədar tərtib olunmuş protokol təhqiqatçı tərəfindən ucadan oxundu, protokolun düzgünlüyü imzalarla, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni əks etdirən disk məhkəmə zalında kompyuter vasitəsilə nümayiş etdirilməklə protokolda əks olunan hallar öz təsdiqini tapmaqla yanaşı görüntüdən müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs özünü rahat və sərbəst aparır, təhqiqatçı onunla etika və prossesual qaydalara uyğun təftar etməklə ona üzərində olan əşyaları könüllü təqdim etməsini təklif edir. Görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs göy tün rəngli qısaqol köynəkdə, boz rəngli cins şalvarda və şəpiklərdə olmaqla bədəninin görünən açıq sahələrində – üz, baş, qol nahiyyələrində hər hansı bir xəsarət izləri görünmür. Görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs təhqiqatçının təklifindən sonra masanın üzərinə əyinindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü, digər cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bükümdə “patı” olduğunu bidldirməklə onu dünən Elxan adlı şəxsdən Binəqədi şossesinin üstündə almış, həmişə özü üçün az miqdarda almış, kanalı və tanımadığı adamı olmadığı üçün patını tapa bilmədiyi üçün Elxanla rastlaşdığı zaman, sonuncu qiymətini ücüz dediyi üçün 80 manata almışdır, həmişə çəkisi daha az olan patını bu qiymətə almış, lakin bu dəfə çəkisi daha çox olan bu maddəni 80 manata, yəni ucuz qiymətə almışdır. Görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs özü selofan bükümünü açır və bükümün içində ağ rəngli kristallik hissəciklər aşkar olunur. Bundan sonra həmin bükümü Təqsirləndirilən şəxs özü ağzını bağlayır və bu büküm zərfə qablaşdırılır, möhürlənir və imzalarla, o cümlədən Təqsirləndirilən şəxs imzası ilə təsdiq olunmuş, baxışın sonunda təhqiqatçı baxışın sona çatdığını bildirməklə Təqsirləndirilən şəxs baxışla bağlı vəsatəti və şikayətin olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs isə heç bir vəsatət və şikayəti olmadığını bildirir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 28 may 2022-ci il tarixli, 6/3016 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs....” olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 8,639 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan - metamfetamindir. Meamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində baş təhqiqatçıya verdiyi 27 may 2022-ci il tarixli ifadəsindən müəyyən olunur ki, təxminən bir gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şössesində Elxan adlı şəxsdən şəxsi istifadəsi üçün 80 manata metamfetamin (patı) adlanan maddə alaraq üzərində gəzdirmişdir ki, ağrıları olan zaman istifadə etsin, lakin xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Biləcəri qəsəbəsi Ordubadi küçəsindəki evinin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb 6-cı PB-nə gətirdilər. Bölmədə xidməti otaqda ona hüqüq və vəzifələri izah olunmuş, sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və üzərinə baxış keçirilən zaman özü əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf selofana bükülmüş metamfetamini təqdim etmişdir. Həmin metamfetamin zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. O, təxminən 1-2 aydır ki, metamfetaminin tüstüsünü qəbul edərək istifadə edir, narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” 29 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə “metamfetamin” əldə edib üzərində saxlama və daşıma ittihamı elan edilmiş və o həmin tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində ifadə verərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək əvvələr məhkum olunmasını müstəntiqə bildirməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Biləcəri qəsəbəsi Ordubadi küçəsində olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, onların onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə edildiyini deyərək onu Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə dəvət etdilər. O ilk öncə onlardan yayınmağı düşünmüş, lakin sonradan razılaşıb onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə getmiş və orada ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi ilə təmin edilmiş, bundan sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilmiş və baxış videoçəkilişlə aparılmışdır. Şəxsi axtarış zamanı o özü əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş və sol yan cibində olan «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. O, Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə əməkdaşlıq edir və həmin vaxt Biləcəridə yaşayan Elxan adlı şəxsin narkotik vasitə satmasını müəyyən etmək və bu barədə məlumat vermək üçün orada idi. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə məhkəmədə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Ramin Nağdəliyevin təqdimatına baxılaraq həmin təqdimat təmin edilərək Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbiri ilə əlaqədar keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq orqanının çağırışlarından yayınmayacağını, daimi yaşayış yerinin olduğunun nəzərə alınaraq məhkəmədən həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Bu qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşdlarından heç bir şikayət etməmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli digər qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxsin anket məlumatlarında adının “X12» kimi deyil, «Təqsirləndirilən şəxs» kimi oxunması barədə» anket məlumatlarının dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli qərar nəzərə alınmışdır. Məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının məzmunundan müəyyən olunur ki, müstəntiq tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin qarısında Təqsirləndirilən şəxs psixotrop maddə əldə etdiyi şəxsin müəyyən edilməsi və istintaqa təqdim edilməsi barədə tapşırıq verilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsin xx.xx.2022-ci il tarixli 062-20402-1122 saylı müstəntiqin əməliyyat tapşırığına verilən cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi «Elxan» adlı şəxsin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. «Elxan» adlı şəxsin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin «VMAS» məlumat portalından Təqsirləndirilən şəxs adına olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin olduğu müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilmsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs götürülmüş «Samsung» markalı mobil telefona baxış keçirilmiş, telefonda olan «Whatsapp» mesaj mübadiləsi proqramından Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulduğu tarixdən sonra, xx.xx.2022-ci il tarixdə onun telefonuna +99***-***-**-** saylı mobil nömrədən cinayət işi üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS daxil olmuşdur; «Sən çıxsan belə mən səni göndərəcəm sroka, (nalayiq ifadələr işlədirlər) bəsdidə anaları ağlar qoydun (nalayiq ifadələr işlədirlər) sən çıxmış olsan səni mən özüm öldürəcəm, anaları ağlar qoyanı mən ağladacam, səni məhv edəcəm narkotik satanın qeyrətini çöldə bayırda» (nalayiq ifadələr işlədilir). İbtidai araşdırma orqanının digər xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində DİN-in BNMİ-si ilə əməkdaşlıq etdiyini bildirmiş, bu səbəbdən Biləcəridə yaşayan Elxan adlı şəxsin narkotik vasitə satmasını müəyyən etmək və bu barədə məlumat vermək üçün Biləcəridə idi. Müstəntiq N.İbrahimov Təqsirləndirilən şəxs DİN BNMİ-lə həqiqətən də əməkdaşlıq etməsini və bu barədə məlumat verməsini əməliyyat orqanına tapşırıq vermişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli 062-24648-1122 saylı yazılı cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs DİN BNMİ ilə əməkdaşlıq edilməsinə dair həmin idarədə hər hansı bir rəsmi məlumat mövcud deyildir. Məhkəmədə tədqiq edilmiş “Mobil operatordan götürülmüş CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan +994 ********* saylı mobil nömrəyə daxil olan və çıxan smslərin köçürüldüyü bir ədəd CD diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar əldə edilmişdir:
1. 04-05-2022-ci il tarixdə saat 03:04-də +**********14 saylı mobil nömrədən “Salam qaqa necesen elcin baxsda səni narahat eledim sənin ayağının altinda olərəm iki gündü olürəm yerde, pulum var qardasım bu anamın nomrəsıdi prosta utanıram senen rösvendi yenədə narahat etdimsə qurban olaram bağısla” sms göndərilmişdir.
2. 05-05-2022-ci il tarixdə saat 12:35-də +**********07 saylı mobil nömrədən “Telefonu açda yarı daş lazımdır Elçin” sms göndərilmişdir.
3. 08-05-2022-ci il tarixdə saat 20:43-də +**********27 saylı mobil nömrədən “Elçin eyibdir mənə deyirsənki mal yoxdur amma mal satılır, belə qardaşlıq olmur, canın sağ olsun.” sms göndərilmişdir.
4. 10-05-2022-ci il tarixdə saat 04:05-də +**********46 saylı mobil nömrədən “Elcin evin nömrəsidi yazıram sene sənki məni ...............( nalayiq ifadələr) doladun anasını ................. səni helə ................ dolayacamki ne qədər kuryerun vara hamısının ..........................” sms göndərilmişdir
5. 10-05-2022-ci il tarixdə saat 13:52-də +**********52 saylı mobil nömrədən “Ay Elçin dünennen meni firladirsan ne meseledi sennen pulsuz nese istiyen yoxdu camaat torpaq isteyir var ya yox bir söz de yeke oglansan ” sms göndərilmişdir.
6. 10-05-2022-ci il tarixdə saat 20:10-da +**********27 saylı mobil nömrədən “Elçin.sene.qurban.olum.başıva.dönüm.nolar.kiminle.gönderirsense.qerdeşimsen.dah a.döze.bilmirem.nolar.tez.gönderde.menim.eziz.qaqam”sms göndərilmişdir.
7. 12-05-2022-ci il tarixdə saat 23:15-də +**********14 saylı mobil nömrədən “Elcin menem rosendi yerde oleme pulum var yardim ele sene qurban olaram”sms göndərilmişdir.
8. 14-05-2022-ci il tarixdə saat 22:33-də +**********16 saylı mobil nömrədən “Qaqa başina döner qardaşun narahatda edirem seni bilirem bayaqki temadan yarim kilo gotürmek olar”sms göndərilmişdir.
9. 18-05-2022-ci il tarixdə saat 21:19-da +**********27 saylı mobil nömrədən “Elçin.özüm.kücbelayla.pul.tapdım.25.birdene.qram.götürde.menimçün.veziyetim.ağır dı”sms göndərilmişdir.
10. 18-05-2022-ci il tarixdə saat 23:26-da +**********27 saylı mobil nömrədən “Elçin.neçiye.adam.tapmışam.qramı.neciye.ve.obşi.neçe.qramdı.hamısı”sms göndərilmişdir.
11. 19-05-2022-ci il tarixdə saat 22:34-də +**********27 saylı mobil nömrədən “Elçin.bir.tike.bişey.verde.pulumda.yoxdu.lomkadan.ölürəm.indi.senel.tutda.veziyetim. ağırdı.qalanı.qaldı.senin.kişiliyve.Elçin”sms göndərilmişdir.
Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5269 saylı ekspert rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Abdulzadə X7 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2418 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 8,589 qram narkotik vasitə metamfetamin saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd DVD, 01 ədəd CD dsik və “Samsung” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilib araşdırılmış “cinayət işinin matertiallarından ayrıca cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək üçün barəsində olan ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan, hökm və qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1 və 69.3 cü maddələri ilə təqsirli bilinib, 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 islah işləri cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 ay 15 gün islah işləri cəzası təyin edilmişdir. xx.xx.2019-cu il ildə islah işləri cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluqları ödənilmiş və həmin məhkumluqlar ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə tərəfindən tələb və tədqiq olunan sənədlər: Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, məhkəməyə təqdim etdiyi yazılı ərizələrində ona qarşı tutulduğu xx.xx.2022-ci il tarixdə polis bölməsində işgəncələr verilməsi ilə əlaqədar Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs tibbi kartının surəti tələb edilmiş, tibbi kartın surətindən Təqsirləndirilən şəxs istintaq təcridxanasına xx.xx.2022-ci il tarixdə daxil olduğu tibbi müayinə zamanı sol əlində çapıq toxuması, xx.xx.2022-ci il tarixdə tibbi müayinə zamanı sol said nahiyyəsində kəsilmiş, boyun və boğaz nahiyyəsində cızılmış yaralar aşkar edilmiş, sorğu zamanı o xəsarəti istintaqın gedişinə etiraz əlaməti olaraq Binəqədi RPİ-nin MSY-də özü özünə yetirdiyini bildirmişdir. Tibbi kartda olan qeydlərlə əlaqədar Bakı şəhəri Binəqədi rayon prokuroruna araşdırılma aparılması üçün tibbi kartın və məhkəmə iclas protokolunun surətləri əlavə olunmaqla məktub göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, rokuroluğun araşdırması zamanı Təqsirləndirilən şəxs izahatı alınmış, izahatında o ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrindən fərqli izahat verərək xx.xx.2022-ci il tarixdə (OPEL markalı) avtomobili ilə bir müştərinin evinə getdiyini, orada olduğu zaman evə 7-8 nəfər, yarısı mülki, yarısı polis geyimində olan polislərin daxil olub oda olmaqla evdə olan bir neçə şəxsi saxlayıb bölməyə getməmişdən əvvəl onun üzərinə baxış keçirib bir şey aşkar etməmələrinə baxmayaraq onu bölməyə aparıb qarşısına bir büküm metamfetamin qoyaraq bunu özünə məxsus olduğunu boynuna almağı demişlər, o, bundan imtina etdikdə onu Vüqar, Asim və Vaqif adlı polis əməkdaşları döymüş, yapışqan lentlə əllərini və ayaqlarını bağlamış, taxta ilə qarnına və kürəyinə vuraraq ona qeyri-etik hərəkətlərdə etmişlər. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, heç vaxt satışı ilə məşğul olmamışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları Şahid1 və X9 izahatları alınaraq müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış zamanı X14 həmin gün səhət saatlarında Biləcəri qəsəbəsi, Ordubadi küçəsində saxlanılaraq 6-cı PB-nə dəvət olunaraq orada üzərinə keçirilmiş baxış zamanı üzərindən təxminən 8 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, Elçini heç kəs döyməmiş, eləcədə zorakılığa, qeyri-etik hərəkətlərə məruz qoymamışdır. Onlarda olan əməliyyat məlumatı dəqiq olmuş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərəkən sonuncunun üzərindən çıxan metamfetamin bunu sübut etmişdir. Prokurorluğun keçirdiyi araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmətibbi ekspertizası keçirilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 1752 saylı rəyində qeyd olunmuşdur ki: 1. Vət. Təqsirləndirilən şəxs bədəninin xx.xx.2022-ci il tarixdə BİT-in TSH-də baxış keçirilən zaman onun sol əlində çapıq toxuması aşkar olunsa da, həmin xəsarət izinin rəngi və xarakterik xüsusiyyətləri təsvir olunmadığından qeyd olunan çapığın əmələ gəlmə müddəti, aləti və salamlığa zərər vurma dərəcəsi barədə konkret fikir söyləmək mümkün deyildir. Lakin, çapığın əmələ gəlmə müddətini nəzərə alaraq demək olar ki, həmin çapığın qərarda göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilməsi istisna olunur. 2.Vət.Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbacyan Respublikası Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə “xroniki babasil İİ dərəcə. Paraproktit” diaqnozu ilə daxil olmuşdur. Qeyd olunan diaqnoz pataloji proses olub, travma ilə əlaqəsi olmadığından həmin diaqnozu sağlamlığa zərərvurmanın təyinində nəzərə almaq mümkün olmadı. Prokurorluğun araşdırma materialına əlavə edilmiş Təqsirləndirilən şəxs stasionar xəstənin AZS-003 nömrəli tibbi kartasının surətindən məlum olur ki, o istintaq təcridxanasında olduğu müddət yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək PXnin mülaicə müəssisəsində “Xroniki babasil, İİ dərəcə, Paraproktit” diaqnozu ilə stasionar müalicədə olmuş, şikayəti uzun müddətdir anal nahiyyəsində olan ağrılardandır, son vaxtlar ağrıların artması səbəbi ilə istintaq təcridxanasının TSH-nə müraciət etmiş, bundan sonra müalicə müəssisəsinə göndərilmiş, müalicə müəssisəsində müalicə olunmuş və müalicə bitdikdən sonra İT-na qaytarılmışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs arxa keçidində travmatik xəsarətlər aşkar edilməmiş, onda xroniki, kombinə olunmuş İİ-İİİ dərəcəli babasil xəstəliyi müəyyən edilmişdir. Araşdırmanının nəticəsinə uyğun olaraq Bakı şəhəri Binəqədi rayon prokurorunun böyük köməkçisi Elvin Həsənov toplanmış material üzrə cinayət işinin başlanmasını Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd etmiş, qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə ona Azərbaycan Respublikası CPM-nin 212-ci maddəsinə əsasən qəbul olunmuş qərardan narazı olduğu halda, həmin qərardan ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir.
Məhkəmə araşdırmasının qiymətləndirilməsi:
Məhkəmə nəzərə alır ki, məhkəmədə baxılan iş üzrə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, şahidlərin ifadələri, baxış və götürmə protokolu, bu protokola dair kompakt diskdəki görüntülər, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işində olan materiallar tədqiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirmə və götürmə protokolundan, həmin baxış zamanı keçirilmiş videoçəkilişin məhkəmədə baxışın keçirilməsindən, onun şübhəli şəxs qismində, sonra isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması tam sübut olunur. Onun saxlanıldığı və polis bölməsində üzərinə baxış keçirilənədək döyülməsi, barəsində qeyri-etik zorakı hərəkətlərin edilməsi üzərinə baxışa dair aid diskə məhkəmədə keçirilmiş baxışla, şahid ifadələri ilə, məhkəmə-tibbi ekspertiza rəyi ilə, prokurorluğun bununla bağlı araşdırma materialı ilə tam təkzib olunur. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefondaki Whatsapp bölməsində ki məlumatlardan, ona aid “Azərfon” mobil operatoruna məxsus telefon nömrəsində olan sms mətnlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs digər şəxslərdən məhz narkotik vasitə və psixotrop maddələrin alışı ilə müraciətlər olmuş, yəni ona bu əşyaları almaq istəyən şəxslər müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş rəsmi sənədlərdən o da aşkar olunur ki, Təqsirləndirilən şəxs bildirdiyi kimi polis orqanları ilə əməkdaşlıq etməklə Elxan adlı şəxsdən tutulmamışdan bir gün əvvək Biləcəridə Elxanı ifşa etmək üçün metamfetamini əldə etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət əməlinə görə məsuliyyətdən boyun qaçırmaq üçün özünü təhqiqat və istintaq orqanına başqa şəxsin adı ilə təqdim etməsidə öz təsdiqini tapmışdır.Məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini məhz satış məqdəsi ilə əldə etmə, saxlama və daşıması dam sübuta yetirilmişdir. Bununla belə istər ibtidai araşdırma zamanı istərsədə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamini əldə etməsi,saxlaması və daşıması qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs metamfetamini əldə etməsi göstərdiyi Biləcəri qəsəbəsində yaşayan «Elxan» adlı şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə verilən əməliyyat tapşırığına baxmayaraq müəyyən edilməmiş, Təqsirləndirilən şəxs telefonunda olan məlumatlarda da “ Elxan” adlı şəxsin mövcudluğu və bu şəxslə hər hansı danışıqları, sms yazışmaları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmədə də hər hansı bir şəxslə əlbir olaraq narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirdiyini inkar etmişdir. Məhkəmə hesab edir ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzəribdə saxlaması və daşıması tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs bu əmələ görə, yəni Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə məsiliyyətə cəlb olunmaqla ona cəza təyin edilməli, lakin onun ittihamından sübuta yetirilmədiyinə görə həmin əməli «qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən» törədilməsi tövsifedici xüsusatı xaric olunmalıdır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən metamfetamin növü psixotrop maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi qram olmaqla istehlak miqdarından çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığı, həmin maddəni cibinə polis əməkdaşları tərəfindən qoyulması və fiziki zor və pisixi təzyiqə məruz qalması barədə ifadəsi sonuncunun məhkəməyədək icraat zamanı verdiyi izahat və ilkin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, məhkəmə kimyəvi-bioloji, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizalarının rəyləri, «cinayət işinin başlanmasına dair rədd qərarı» və cinayət işinin digər materialları ilə tam təkzib olunur. Məhkəmə nəzərə alır ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi izahat və müdafiəçisinin iştirakı ilə verdiyi ilk ifadələrində əynində olan şalvarının sağ yan cibindən aşkar olunmuş bir ədəd sellofana bükülünün içərisində «patı», yəni metamfetamin olduğunu, həmin maddəni Binəqədi şossesi üzərində rastlaşdığı, öncədən tanımadığı «Elxan» adlı şəxsdən bir gün öncə axşam saatlarında öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı videoçəkilişə baxış keçirilmiş, baxış zamanı təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs ayağa qalxır və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin «patı» olduğunu, həmin maddəni Binəqədi şossesi üzərində rastlaşdığı, öncədən tanımadığı «Elxan» adlı şəxsdən bir gün öncə axşam saatlarında öz istifadəsi üçün 80 manata aldığını bildirir. Təqsirləndirilən şəxs özünün narkotik vasitə satışı ilə məşğul olmadığını, 02 aydır ki, istifadə etdiyini və əvvəllər məhkumluğunun olmadığını bildirir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. Baxış zamanı Təqsirləndirilən şəxs özünü tam sərbəst aparmaqla rahat hərəkət edir, onun əynində qısaqol köynəklə cins şalvarı olmuş, bədən inin açıq hissələrində, üz və baş nahiyyələrində hər hansı bir xəsarət izi müşahidə olunmur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalan 8,589 qram narkotik vasitə metamfetamin məhv edilməli, bir ədəd DVD və bir ədəd CD disklər cinayət işinin materiallarına əlavə edilməlidir. 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 420 AZN (dörd yüz iyirmi manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəci ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs ittihamından xaric edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspertiza təhqiqatından sonra qalıq qalan 8,589 qram narkotik vasitə metamfetamin məhv edilsin, bir ədəd DVD və bir ədəd CD diskləri cinayət işinin materiallarına əlavə edilsin, 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81 (səkkiz bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova