Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-319/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Dəllər qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında, əslən İran İslam Respublikasından olan şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə cinayət əlaqəsinə girmiş, istintaqla müəyyən edilməyən mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 637,682 qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 623,281 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 30, 168 saylı mənzilə daşımaqla, mənzilin qonaq otağındakı divanın yan hissəsində gizlədərək qanunsuz saxlamış, yaşadığı mənzildə özünə məxsus elektron tərəzidən istifadə etməklə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 42,682 qram hissəsini və külli miqdarda psixotrop maddə metamfetaminin 33,281 qram hissəsini ayrı-ayrı sellofan bükümlərə qablaşdırıb əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində daşımaqla saxlamış, onun qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 29 dekabr 2022-ci il tarixdə saat 17:20- dəqiqədə ünvan 4 ünvanının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanda yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək video çəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 42,682 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 33,281 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin şalvarın sol yan cibindən bir ədəd «4169 7388 3289 6322» nömrəli plastik kart və **********10911 və **********31412 İMEİ kodlu, içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan bir ədəd «Honor» markalı mobil telefon aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 29 dekabr 2022-ci il tarixdə saat 21:00-da video çəkilişdən istifadə olunmaqla və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 30 nömrəli evin 168 saylı mənzilinə keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı mənzilin qonaq otağındakı divanın yan hissəsində rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 595,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 590,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanılmazdan əvvəl təxminən 6-7 ay Binə Ticarət Mərkəzində kafe işlətmişdir. Bəzən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin əldə edərək istifadə etmişdir. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. ***-***-**-** və ***-***-**-** mobil nömrələri istifadəsində olmuşdur. Özünü elan olunmuş ittiham üzrə narkotik vasitə istifadəçisi kimi qismən təqsirli bilir. Bəzən evə narkotik vasitə gətirib istifadə etmiş, lakin saxlanıldığı gün üzərində və evdə narkotik vasitə olmamışdır. Sonuncu dəfə saxlanıldığı gündən 1-2 gün əvvəl narkotik vasitə istifadə etmişdir. Metamfetaminin bir qramını 25 manata almışdır. 29 dekabr 2022-ci il saat 17:15 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu ərazisində, Bravo marketin yanında, Cavanşir küçəsindəki ATS-in arxasında yerləşən aptekdə olarkən saxlanılmışdır. Həmin gün bayram ərəfəsi olduğu üçün işə getməmiş, bayram hazırlıqları görmüşdür. Aptekə dərman almaq üçün getmiş, 4 nəfər polis əməkdaşları aptekə daxil olmuş, özlərini təqdim edərək BNMİ əməkdaşları olduqlarını bildirmiş onu avtomobilə əyləşdirərək qolları bağlı şəkildə onun yaşadığı evə aparmışlar. Polis əməkdaşları ondan evin ünvanını soruşmamış, özləri birbaşa maşını evə sürmüşlər. Aptekdən evə 3-4 dəqiqəlik məsafə olmuşdur. Həmin gün anası evdə, atası isə xəstəxanada olmuşdur. Anası qapını açıb zibili çölə qoyarkən evə daxil olmuşlar. Özləri ilə gətirdikləri narkotik vasitəni evə qoymuş və əgər həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməzsə, valideyninin də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələmişlər. Daha sonra onu BNMİ-ə aparmış və üzərinə narkotik vasitə qoyaraq videoçəkilişlə şəxsi axtarış aparmışlar. Videoçəkiliş əvvəlcə idarədə, daha sonra evdə olmuşdur. Evə baxış keçirilməsi ilə əlaqədar ərizəni anası yazmış, həmin vaxt özü evdə olmamış, çöldə saxlanılmışdır. Anasına təzyiq göstərilməmişdir, lakin sonuncu hadisənin şoku ilə təlaşa düşmüşdür. İdarədə vəkilin yanında narkotik vasitəni onun üzərinə qoymuşlar. Daha sonra onu Xətai RPİ-nə aparmışlar. İbtidai istintaq zamanı müstəntiq onu dindirərkən narkotik vasitəni Bəhlul adlı İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonuncu ilə whatsapp mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Müstəntiqin yanında olarkən müdafiəçiyə nə üçün narkotik vasitə üzərinə yerləşdirilərkən müdaxilə etmədiyini soruşmuşdur. Evdən və üzərindən aşkar edilən narkotik vasitələr ona məxsus deyil. Polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qaldığı üçün həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyə məcbur olmuşdur. Onu əvvəlcə evdə olarkən mətbəxə aparıb orada döymüş, başına, ayağına yumruq və təpiklə zərbələr vurmuş, nəticədə dişi şişmişdir. Aşkar görünən xəsarəti olmamışdır. Daha sonra onu idarədə də döymüşlər. İstintaq təcridxanasına qəbul edilərkən həkimə döyülməsi barədə məlumat vermişdir, lakin polis əməkdaşları görünən yerlərə vurmadıqları üçün xəsarət almamışdır. Polislərin ona nə üçün qərəzli davrandığını bilmir, narkotik vasitə istifadəçisi olduğuna görə 1 kq narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur edildiyini zənn edir. Cinayət işinin sənədləri ilə tanış olmuşdur. Vəkillə cinayət işi materialları ilə tanış olarkən döyülməsi ilə bağlı heç bir qeyd verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında məcbur qalaraq vermişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin qəbulu və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə Baş idarənin rəhbərliyinə raportla məruzə olunmuşdur. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri o, digər üzvü isə idarəsinin əməliyyat müvəkkili Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə, saat 17:20-də ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmış və onu Azərbaycan Respublikası DİN-nin BNMİ-nin inzibati binasına gətirmişlər. Baş idarədə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristallşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni, 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra onun üzərinə aparılmış şəxsi axtarış zamanı həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd «4169 7388 3269 6322» nömrəli plastik bank kartı, 1 (bir ədəd) açar, 1 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan «Honor» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb edən 01 ədəd «Honor» markalı mobil telefon, 01 ədəd bank kartı və 01 ədəd şübhəli şəxsə aid şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 01 ədəd açar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sorğu zamanı sonuncu aşkar edilmiş kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşı «Bəhlul» adlı şəxsdən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 300 manat məbləğində pulun üzərindən aşkar edilmiş karta köçürüldüyünü, heç kimə narkotik vasitə satmadığını, lakin tanış adamlara bağışladığını, üzərindən aşkar ediləndən başqa ünvan 7-də də narkotik vasitə olduğunu bildirib, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra əməliyyat tədbirlərini davamı olaraq 29 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına video çəkilişdən istifadə edilməklə baxış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağındakı divanın yanından 01 ədəd rəngbərəng sellofan torbanı götürüb təqdim etmişdir. Həmin torbaya baxış keçirildikdə içərisində 01 ədəd elektron tərəzi, 01 ədəd açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs olunmuş kütlələrin özünə məxsus olduğunu bildirmiş, kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı «Bəhlul» adlı şəxsin vasitəsilə dörd gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində 300 manat məbləğində pul qazanacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 31-32-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək video çəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 42,682 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 33,281 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin şalvarın sol yan cibindən bir ədəd «4169 7388 3289 6322» nömrəli plastik kart və **********10911 və **********31412 İMEİ kodlu, içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan bir ədəd «Honor» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İşin 36-37-ci vərəqlərindəki mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi 30 nömrəli evin 168 saylı mənzilinə keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı mənzilin qonaq otağındakı divanın yan hissəsində rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 595,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 590,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin 70-ci vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək video çəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 42,682 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 33,281 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin şalvarın sol yan cibindən bir ədəd «4169 7388 3289 6322» nömrəli plastik kart və **********10911 və **********31412 İMEİ kodlu, içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan bir ədəd «Honor» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İşin 71-ci vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi 30 nömrəli evin 168 saylı mənzilinə keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı mənzilin qonaq otağındakı divanın yan hissəsində rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 595,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 590,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin 121-182-ci vərəqlərindəki «Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus **********10911 və **********31412 İMEİ kodlu «Honor» markalı mobil telefonuna keçirilmiş baxış zamanı, mobil telefona yüklənmiş «Whatsapp» ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri istifadəçiləri ilə narkotik vasitələr və psixotrop maddələrin satılması və digər şəxslərə göndərilməsi məzmununda müxtəlif mətnlər, audio səs yazıları və fotoşəkillər aşkar edilmiş, həmin yazışmalara dair qeydlər aparılmaqla çıxarışlar çap edilərək protokola əlavə edilmişdir. Odur ki, qeyd edilən çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyinə görə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İşin 184-247-ci vərəqlərindəki Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə aparılan telefon danışıqlarının və SMS-lərin ələ keçirilməsi məqsədilə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı əsasında "xxxx" MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli 5038 nömrəli məktubuna bir ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, mobil telefon nömrələrinə sorğu edilən müddət ərzində daxil olan və çıxan ismarıcların tarixi, vaxtı, məzmunu, eləcə də göndərənin və qəbul edənin nömrələri, habelə mobil telefon nömrələrinin abunəçiləri haqqında məlumatlar əks olunmuşdur. Həmin ismarıcların məzmununda müxtəlif ifadələr işlədilməklə Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərdən narkotik vasitə və psixotrop maddələr almasına və satmasına dəlalət edir. Odur ki, telefon danışıqlarına və SMS mətnlərinə dair çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyinə görə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İşin 43-47-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/7191 nömrəli 30 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd sellofan bağlamada olan, üzərində «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 42,682 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 33,281 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən...» sözləri, soyad və imzalar qeyd edilmiş üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamada olan bir ədəd plastik qabın içərisində bir ədəd bağlamada təmiz çəkisi 595,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 590,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. İşin 248-249-cu vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin tibb ekspertinin xx.xx.2023-cü il tarixli 266 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 254-265-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd **********10911 və **********31412 İMEİ kodlu «Honor» markalı mobil telefon və içərisində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri, bir ədəd «4169 7388 3289 6322» nömrəli plastik kart və üzərində heroin izləri aşkar edilən bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İşin 106-cı vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 22-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmiş, hər iki baldırın aşağı 1/3-nin içəri səthində cərrahiyyə əməliyyatından sonrakı çapıq toxuma, sol diz nahiyəsində köhnə çapıq toxuma, sağ saidin yuxarı 1/3-də piqment ləkəsi müşahidə edilmişdir. İşin 266-267-ci vərəqlərindəki «Cinayət işindən başqa cinayət işinin ayrılması» haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və ********* nömrəli cinayət işinin istintaq sənədlərinin surətləri ayrılmış cinayət işinə əlavə edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı məhkəmə baxışı gedişində Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibindən imtina etdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək saxlanılarkən üzərində narkotik vasitə olmadığını, ittiham aktında göstərilən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlərin ona məxsus olmadığını, onların üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulduğunu, sonuncuların fiziki təzyiqi altında üzərində şəxsi axtarış keçirilərkən özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Onun bu ifadəsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahidlərin ifadələri ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-in 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 dekabr 2022-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və mənzilinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 637,682 (tədqiqatdan sonra qalan 637,582) qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 623,261 (tədqiqatdan sonra qalan 623,181) qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və mənzilə keçirilmiş baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs məxsus **********10911 və **********31412 İMEİ kodlu, içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan bir ədəd «Honor» markalı mobil telefon və bir ədəd **********896322 nömrəli bank kartı isə təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Zəfər Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 324 (üç yüz iyirmi dörd) manat onun işlədiyi Zəfər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və mənzilinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 637,682 (tədqiqatdan sonra qalan 637,582) qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 623,261 (tədqiqatdan sonra qalan 623,181) qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və mənzilə keçirilmiş baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus **********10911 və **********31412 İMEİ kodlu, içərisində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olan bir ədəd «Honor» markalı mobil telefon və bir ədəd **********896322 nömrəli bank kartı isə təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 324 (üç yüz iyirmi dörd) manat onun işlədiyi Zəfər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-319/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-319/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver