Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-319/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X17 və X14, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında 13 fevral 2025-ci il tarixdə saat 12:30-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda iki ədəd bükümdə təmiz çəkisi 2,533 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 mart 2024-cü il tarixdə saat 12:10da Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə küçəsi 21 ünvanının yaxınlığında saxlanılıb ünvan 2 Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi-axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,879 qram, 0,654 qram olmaqla, ümumi təmiz çəkisi 2,533 qram olan külli miqdarda tünd qəhvəyi və bozumtul rəngli, kimyəvi komponent tərkiblərinə görə öz aralarında müxtəliflik təşkil edən maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 mart 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı mənzilin qapısı döyüldüyündən, o, qapıya yaxınlaşıb qapının dəliyindən baxdıqda binanın 7-ci mərtəbəsində 2 nəfər, 9-cu mərtəbədə 2 nəfər polis əməkdaşını, onun yaşadığı 8-ci mərtəbənin dəhlizində isə 1 nəfər polis əməkdaşını görmüşdür. Qapının qarşısında olan həmin polis əməkdaşı qapını yumruqlayıb açması üçün israr etsə də, o, qapını açmamışdır. Polis əməkdaşları onu döyməyəcəklərinə dair söz verdikdən sonra qapını açdıqda həmin 5 nəfər polis əməkdaşı onun yaşadığı mənzilə daxil olmuş, həmin şəxslərdən biri mətbəxə, digəri yataq otağına axtarış məqsədilə getmişdir. 3 nəfər polis əməkdaşı isə onu divara sıxıb gecə evdən narkotik almaq üçün çıxıb-çıxmadığını təkidlə ondan soruşmuşlar. O, 3 gün müddətində evdə olmuş, bunu mobil nömrəsinin anten məlumatları təsdiqləyə bilər. Yaşadığı mənzildə heç nə tapmadıqdan sonra polis əməkdaşları ilə birgə həyətə düşmüş, bina sakinləri təşviş keçirmişlər. Aşağı düşdükdən sonra idarə etdiyi avtomobilə baxış keçirsələr də, heç nə aşkarlanmamış, bundan sonra o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparılmış, orada polis əməkdaşları onun cibinə 2 ədəd bükümdə narkotik tərkibli maddə qoyduqdan sonra həmin maddənin üzərindən çıxmasına dair ifadə verməyə və həmin ifadəni imzalamağa məcbur etmişlər o, bunu etmədiyi təqdirdə fiziki zorakılığa məruz qalması ilə hədələnmişdir. Hətta ona deyilmişdir ki, hörmət edib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcək, imzalamadığı halda isə daha ağır maddə ilə məhkəməyə göndəriləcəkdir. O da məcbur qalıb təqdim edilən sənədləri imzalamış, lakin hər səhifədə özü bilə-bilə fərqli imzalar çəkmişdir. O, barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı prokurorluğa aparıldıqda, prokuror həmin polis əməkdaşlarına yenə camaatı incitdiklərini, nəyə görə onu evdən tutub gətirdiklərini soruşmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ilk dəfə polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşlarının onunla hər hansı ədavətinin olmadığını, lakin yalan söylədiklərini, polis əməkdaşlarının daha əvvəl də onu tutmaq üçün gəldiklərini, lakin həmin vaxt anasının polis əməkdaşlarının qarşısına çıxıb onun aparılmasına icazə vermədiyini, hər iki dəfə gələn polis əməkdaşlarının eyni şəxslər olduğunu, məhkəməyədək icraat zamanı təyin edilmiş müdafiəçisinin onun hüquqlarını müdafiə etmədiyini, həmin müdafiəçinin yanında onun cibinə narkotik tərkibli maddənin qoyulduğunu, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiqləmədiyini, ona psixi təzyiq olsa da, polis əməkdaşları tərəfindən zorakılıq edilmədiyini, təxminən 40 dəqiqə ərzində qapı döyüldükdən sonra qapını açdığını, həmin müddət ərzində yaxınlarına, yəni anası, dayısı və bacısına mobil telefon vasitəsilə xəbər verdiyini, bacısına “İnstagram” sosial şəbəkəsindən yazdığını, polis əməkdaşlarının 3 ədəd avtomobillə onu aparmaq üçün gəldiyini, polis əməkdaşları tərəfindən döyülməməsi üçün məcbur qalıb təqdim edilmiş ifadələri imzaladığını, polis əməkdaşlarının onun barəsində bina sakinlərinin narazı olduğunu desə də, bunun həqiqət olmadığını, idarə etdiyi avtomobilin də polis əməkdaşı tərəfindən polis şöbəsinə aparıldığını, orada içmək üçün içərisinə narkotik tərkibli maddə qatılmış mayenin təqdim edildiyini, yaşadığı binanın Lütfi-zadə küçəsində yerləşdiyini, həmin küçənin əvvəlki adının Telnov küçəsi olduğunu, gecə vaxtı heç bir yerə getmədiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 ilə yaxın müddətdən bəri narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. 15 mart 2024-cü il tarixdə saat 10 radələrində bədənində ağrılar başladığı üçün Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yanına gedərək əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 120 manata şəxsi istifadəsi üçün 2 ədəd bükümdə narkotik vasitə heroin alıb bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini üzərində gəzdirmiş, həmin tarixdə saat 12:10-da ünvan 4 ünvanın qarşısında 2 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra şəxsiyyəti ilə maraqlanmışlar. O, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları ona Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu yaxınlıqdakı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına ona vəkil təqdim edilmiş və şəxsi axtarış keçirilən zaman üzərində olan əşyaları təqdim etməsi bildirildiyindən, başqa çıxış yolunun olmadığını anlayıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf rəngli sellofan bükümdə olan bükülünü çıxararaq polis əməkdaşlarına təqdim edib bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, sorğu zamanı o, narkotik vasitə heroini tanımadığı şəxsdən 120 manata öz istifadəsi üçün aldığını söyləmişdir. Polis əməkdaşlarına təqdim etdiyi 2 ədəd büküm bir ədəd zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar protokolu imzalamışlar. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 15 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi altında həmin polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldıqdan sonra saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə küçəsi 21 ünvanında Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və baxış keçirilərkən 2 ədəd bükümdə narkotik vasitə heroin Təqsirləndirilən şəxs sağ yan cibindən aşkarlanmış, sonuncu həmin narkotik tərkibli maddələri “Neftçilər” metrostansiyasının yaxınlığında şəxsi istifadəsi üçün əldə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq ekspertizaya göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroin təxminən 2 qramdan artıq çəkidə olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə küçəsi 21 ünvanında saxlanıldığını, saxlanılarkən sonuncunun piyada hərəkət etdiyini, həmin vaxt tək olduğunu, Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq edilmədiyini, sonuncunun könüllü şəkildə üzərində olan narkotik tərkibli maddələri təqdim etdiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilərkən aparılmış videoçəkilişdə iştirak etdiyini, Təqsirləndirilən şəxs evindən aparılmadığını, sonuncunun evinə daxil olmadıqlarını, Təqsirləndirilən şəxs yalan dediyini, əslində Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı saxlamaq istəsələr də, sonuncunun satışını sübuta yetirə bilmədiklərini, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri satıb gənc nəsli zəhərlədiyini, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsi və satışı ilə bağlı dəfələrlə polis idarəsinə məlumat daxil olduğunu, lakin Təqsirləndirilən şəxs hədsiz dərəcədə ayıq olduğundan sonuncunu saxlaya bilmədiklərini, çünki hər dəfə yayına bildiyini, hətta son dövrdə yaşadığı məhəllədən kənara belə çıxmadığını, ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiqlədiyini, həmin ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin daşıyıcısı və istifadəçisi olması barədə polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu o və digər polis əməkdaşı Şahid1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə 21 ünvanında saxlanılıb 34-cü Polis Şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman narkotik vasitə heroin aşkarlanmış, həmin narkotik tərkibli maddə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 yaradılmış əməliyyat qrupuna Şahid1 rəhbərlik etdiyini, Təqsirləndirilən şəxs polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında saxlanıldığını, saxlanılarkən sonuncunun tək olduğunu, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs başqa, o, Şahid1, müdafiəçinin iştirak etdiyini, aşkarlanmış bükümlərin və sellofanın rənglərini dəqiq xatırlamadığını, lakin bükümlərin sayının 2 ədəd olduğunu dəqiq bildiyini, bükümlərin sellofana büküldüyünü, Təqsirləndirilən şəxs evinə hər hansı baxışda iştirak etmədiyini, qonşularının Hüseyn Sənədovun saxlanılmasını görübgörmədiyini xatırlamadığını, Təqsirləndirilən şəxs günorta vaxtı, təxminən saat 12-13 radələrində saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılarkən hansı geyimdə olduğunu xatırlamadığını, Təqsirləndirilən şəxs hansı binada, hansı mənzildə yaşadığını bilmədiyini, Təqsirləndirilən şəxs dediklərinin doğru olmadığını, sonuncunun evinə daxil olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, həmin ifadəsinin sonundakı imzaların ona məxsus olduğunu bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 19 ildən bəri tanıdığını, sonuncunun mərifətli bir şəxs olduğunu, Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə küçəsi 21 ünvanında yerləşən binada yaşamaqla, həmin binanın həyətində meyvə-tərəvəz satdığını, xatırlamadığı tarixdə məhəllədən güclü səs-küy eşitdiyini, səs-küy gələn tərəfə baxdıqda Təqsirləndirilən şəxs yaşadığı binanın blokundan polis əməkdaşları tərəfindən çıxarılaraq dərhal avtomobilə əyləşdirilib aparıldığını gördüyünü, hadisənin 2024-cü ildə mart ayında səhər saatlarında baş verdiyini, lakin dəqiq tarixin yadında qalmadığını, həmin polis əməkdaşlarını hazırda görsə tanımayacağını, polis əməkdaşı Şahid1 həmin vaxt orada olub-olmamasını xatırlamadığını bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs uşaqlığından tanıdığını, mədəni, alicənab biri olduğunu, dəqiq xatırlamadığı tarixdə güclü qışqırıq səsi eşitdiyindən tez çölə çıxdıqda yuxarı mərtəbədən səs gəldiyini anladığını, bir neçə dəqiqə keçdikdən sonra Hüseyn Səfərovun səsini eşitdiyinə görə yuxarı qalxmaq istəsə də, nə baş verdiyini bilmədiyinə görə oraya getmədiyini, balkondan baxdıqda isə 2 nəfər şəxsin Təqsirləndirilən şəxs tutub maşına otuzduraraq apardığını gördüyünü, onun binanın eyni blokun 6-cı mərtəbəsində, Təqsirləndirilən şəxs isə binanın 8-ci mərtəbəsində yaşadığını, Təqsirləndirilən şəxs narkotik tərkibli maddə qəbul edib-etməməsini bilmədiyini, sonuncunun heç kimə zərərinin olmadığını, həmin hadisənin 2024-cü ilin mart ayında baş verdiyini, dəqiq tarixi xatırlamadığını, Təqsirləndirilən şəxs aparan polis əməkdaşlarını görsə də, tanımayacağını, onu məhkəməyə Təqsirləndirilən şəxs anasının dəvət etdiyini, hadisə ilə bağlı heç kimlə müzakirə etmədiyini, polis əməkdaşlarının 7-10 dəqiqə ərzində qapını döyərək Təqsirləndirilən şəxs qapını açmasını tələb etdiklərini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ona verilmiş suallara cavab olaraq uzun müddətdən bəri Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə küçəsi 21 ünvanında qonşu olduğunu, sonuncu ilə eyni binada yaşadıqlarını, onun binanın eyni blokun 4-cü mərtəbəsində, Təqsirləndirilən şəxs isə həmin binanın 8-ci mərtəbəsində yaşadığını, günorta vaxtı Təqsirləndirilən şəxs yaşadığı evdən səs-küy eşitdikdən bir müddət sonra pəncərədən baxdıqda sonuncunun blokdan çıxarılıb avtomobilə əyləşdirilərək aparıldığını gördüyünü, Təqsirləndirilən şəxs mədəni, yardım etməyi sevən şəxs olduğunu, Təqsirləndirilən şəxs blokdan çıxaran polis əməkdaşlarını görmədiyini, təxminən 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə həmin hadisənin baş verdiyini, polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs qoluna girən polis əməkdaşlarından birinə oxşatdığını, lakin dəqiq xatırlamadığını bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bacısı olduğunu, 15 mart 2024-cü il tarixdə saat 11 radələrində övladlarını məktəbdən götürmək üçün evdən çıxarkən mobil telefonuna qardaşının qısa zəng etsə də, həmin an mobil telefonuna baxa bilmədiyini, bir neçə dəqiqə keçdikdən sonra “İnstagram” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs ona yazdığını, həmin mətndə polis əməkdaşlarının qapının ağzında olduğunu və qapını sındırdıqlarını yazmasını gördüyünü, daha sonra Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsilə ona zəng etdikdə sonuncuya qapını açmalı olmasını məsləhət gördüyünü, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs mesaj yazsa da, sonuncuya həmin mesajın çatmadığını, bir gün əvvəl “cəza” kimi “Whatsapp” mobil tətbiqində qardaşını əngəllədiyindən, Təqsirləndirilən şəxs ona “İnstagram” sosial şəbəkəsində yazdığını, qardaşının narkotik tərkibli maddə istifadəçisi olduğunu və bununla bağlı dəfələrlə Təqsirləndirilən şəxs reabilitasiya mərkəzinə apardıqlarını, anasının tək olduğundan və Təqsirləndirilən şəxs gücü çatmadığından polisə sonuncu ilə bağlı şikayət etdiyini, çünki heç bir ananın övladının narkotik tərkibli maddə istifadə etməsini istəmədiyini, qardaşının taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tanıdığını, sonuncu ilə eyni binada yaşadıqlarını, 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə günorta radələrində yaşadığı binanın məhəlləsinə meyvə-tərəvəz almaq məqsədilə düşərkən Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birgə binanın blokundan çıxdığını gördüyünü, bundan başqa heç nə görmədiyini və bilmədiyini, Hüseyn Səfərovu mülki geyimdə olan polis əməkdaşlarının binanın blokundan çıxardıqlarını müşahidə etdiyini, təqribən 3-4 nəfər polis əməkdaşının olduğunu, “rütbəli” heç kimi orada görmədiyini, görsə də, aralarında 30 metr məsafə olduğundan həmin şəxsləri tanıya bilməyəcəyini, Şahid1 orada gördüyünü xatırlamadığını bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid X12 Təqsirləndirilən şəxs tanıdığını, onun yaşadığı binanın 6-cı blokunda, Təqsirləndirilən şəxs isə binanın 4-cü blokunda yaşadığını, 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə gündüz vaxtı həyətə süd-qatıq almaq üçün düşdükdə Təqsirləndirilən şəxs 2 nəfər şəxs tərəfindən blokdan çıxarılaraq aparıldığını gördüyünü, həmin şəxsləri hazırda görsə, tanıya bilməyəcəyini, sonradan həmin şəxslərin polis əməkdaşları olduğunu bildiyini, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsinə inanmadığını, heç kimin sonuncunu polis orqanına şikayət etmədiyini, Şahid1 tanımadığını və üzünü xatırlamadığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10-da ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-8; 9) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 21) xx.xx.2024-cü il tarixli “Şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, habelə xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş etməklə şəxs axtarış aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasiyə bənzər maddəni təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “heroin” adlanan narkotik vasitənin olduğunu bildirdikdən sonra götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 120 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 32-35; 67) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1551 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,879 qram, 0,654 qram olmaqla, ümumi təmiz çəkisi 2,533 qram tünd qəhvəyi və bozumtul rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında müxtəliflik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 2,533 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 2,433 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 42-46) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 56-57) xx.xx.2024-cü il tarixli, 4(011)-218/2024 nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 77-81) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X19 xx.xx.2024-cü il tarixli, 3698 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 84) xx.xx.2024-cü il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 85) Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin 8 saylı Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 94) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X19 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli, 2071 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi-müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 95- 96) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,433 qram olan narkotik vasitə heron saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 (bir) ədəd CD-R diski maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarında saxlanılmış, "xxxx" MMC-dən daxil olmuş bir ədəd “CD” disk, habelə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkəti protokolları iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış, ünvan 6 sözlərinin Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə küçəsi 21 kimi oxunması qərara alınmışdır. (Cild 1, iş vərəqə 120-127) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmışdır. 1) Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını, polis əməkdaşlarının psixi zorakılığı nəticəsində vdieoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müvafiq narkotik vasitə heroini nümayiş etdirməklə təqdim etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə araşdırma aparmış, həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid2 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və Şahid1 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-218/2024 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimata baxılması ilə əlaqədar baxılarkən məhkəmə qarşısında olarkən polis əməkdaşları tərəfindən ona hər hansı psixi və fiziki zorakılıq edilməsi barədə məlumat verməmişdir. Bundan başqa, cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zorakılığa məruz qalması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etməsi müəyyən edilmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, bu barədə əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. 2) Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində polis əməkdaşlarının onun yaşadığını evin qapısını döydüklərini, həmin vaxt qapını açmaq istəməsə də, polis əməkdaşlarının qapını açmadığı təqdirdə onu döyəcəkləri ilə hədələdiyindən qapını açdığını, 5-6 nəfər polis əməkdaşının onu saxlamaq üçün gəldiyini, polis əməkdaşlarının onun evinə daxil olduqdan sonra evində axtarış aparsalar da, evindən hər hansı qadağan olunmuş əşya və predmetin tapılmadığını, ardınca həyətə düşüb onun avtomobilinə də baxış keçirildiyini, lakin orada da heç nə aşkarlanmadıqdan sonra polis şöbəsinə dəvət edildiyini bildirmişdir. Həmin xüsusatla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 şahid qismində dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs evində yox, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə küçəsi 21 ünvanında piyada hərəkətdə olarkən saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılmasında başqa polis əməkdaşının iştirak etmədiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilməsinə dair hər hansı məlumat yoxdur və bu barədə ittiham tərəfinin şahidləri hər hansı məlumat verməmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən həyətdə deyil, evində saxlanıldığını qeyd edib, şahidlər təqdim etməklə həmin halı təsdiqləyəcəklərini iddia etmişdir. Məhkəmə tarazlaşdırıcı mövqe tutub, müdafiə tərəfinin vəsatətini təmin etməklə, X9, X11, X3, X6, X7 və X12 əlavə şahid qismində dindirmişdir. Məhkəmə qeyd edir ki, şahidlər X6 Təqsirləndirilən şəxs bacısı, digər şahidlər isə qonşusu və tanışlarıdır. Məhkəmə şahidlər Rasim Mikayılov, Tamilla Tağıyeva, Məlahət Cəbrayılova, Böyükxanım Ağayeva və Elmira Nəcəfovanın məhkəmə verdiyi ifadələrini təhlil edərkən müəyyən etmişdir ki, həmin şahidlər Təqsirləndirilən şəxs bilavasitə yaşadığı evdən polis əməkdaşları tərəfindən çıxarılması, polis əməkdaşlarının sonuncunun evinə daxil olmasını görməmişlər. Həmin şahidlərin bir qismi yaşadıqları binanın yuxarı mərtəbəsində, blokda səs-küy eşitdiklərini, pəncərədən baxarkən bir neçə şəxsin Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib apardıqlarını, digər qismi isə eyni hadisəni binanın həyətində olarkən gördüklərini bildirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri bilir ki, müdafiə tərəfinin təqdim etdiyi heç bir şahid polis əməkdaşlarının Təqsirləndirilən şəxs evinə daxil olmalarını, sonuncunu yaşadığı mənzildən aparmalarını görməmişdir. Əksinə həmin şahidlər Təqsirləndirilən şəxs həyətdə olarkən avtomobilə əyləşdirilməsini görmüşlər ki, bu da işin hallarına uyğundur. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs dindirildikdə Şahid1 onu saxlayan polis əməkdaşlarından biri olduğunu bildirmişdir. Göründüyü kimi, Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı işin mübahisəsiz halıdır. Lakin, müdafiə tərəfinin şahidləri, yəni Rasim Mikayılov, Tamilla Tağıyeva, Məlahət Cəbrayılova, Böyükxanım Ağayeva və Elmira Nəcəfova xx.xx.2024-cü il tarixli məhkəmə iclasında dindirilərkən Şahid1 tanıya bilməmişlər. Həmçinin, müdafiə tərəfinin həmin şahidləri Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə gündüz vaxtı avtomobilə əyləşdirilib aparıldığını bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi sərbəst ifadəsində polis əməkdaşlarının daha əvvəl də onu tutmaq üçün gəldiklərini, lakin həmin vaxt anasının polis əməkdaşlarının qarşısına çıxıb onun aparılmasına icazə vermədiyini söyləmişdir. Beləliklə, şahidlər X9, X11, X3, X7 və X8 ifadələrində ziddiyyətlər mövcud olduğundan, təqsirləndirilən şəxsin saxlanıldığı tarixi dəqiq xatırlamadıqlarından, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş şəxsi tanımadıqlarından, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsinə əsasən polis əməkdaşlarının daha əvvəl də onu saxlamaq üçün həmin ünvana gəldiklərini söylədiyindən məhkəmə həmin şahidlərin ifadələrinə tənqidi yanaşır, təqsirləndirilən şəxsin qonşusu və tanışı olduqlarına görə verdikləri ifadələri həqiqətə uyğun olmayan, təqsirləndirilən şəxsin mənafeyini qoruması üçün verilmiş ifadə kimi hesab etməklə, həmin ifadələri sübut qismində qəbul etmir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində qardaşı, Təqsirləndirilən şəxs ona “İnstagram” sosial şəbəkəsindən polislərin yaşadığı evə daxil olmaq istəməsi barədə yazdığını bildirmiş və 01 ədəd yaddaş qurğusunu məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən həmin 01 ədəd yaddaş qurğusu tədqiq edildikdə, müəyyən edilmişdir ki, müvafiq faylda “aliyesamedova” adlı səhifəyə “samedovhuseyn_” adlı səhifədən xx.xx.2024-cü il tarixdə saat 11:00-da “polisler qapuni qirir” məzmununda mətn yazılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təqdim edilmiş “İnstagram” sosial şəbəkəsində müvafiq səhifələrin istifadəçilərin kim olması, real vaxt rejimində yazılıb-yazılmaması, habelə mobil telefon və ya digər texniki vasitənin saatının dəyişdirilib-dəyişdirilməməsini müəyyən etmək mümkün deyil. Məhkəmə bir halı da vurğulayır ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində saxlanılarkən üzərində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 11:18-də aktiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs isə məhkəmədə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə saat 09 radələrində saxlanıldığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxsla əlavə şahid olan bacısı Aliyə İbrahimovanın da ifadələri bir-birləri ilə ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə şahid X1 ifadəsini təqsirləndirilən şəxsin bacısı olduğundan, söylədikləri işin hallarına uyğun olmadığından, həqiqəti əks etdirmədiyindən, Təqsirləndirilən şəxs mənafeyini qorumaq məqsədilə verilmiş ifadə kimi qəbul edir və həmin ifadəyə məhkəmə tənqidi yanaşır. Məhkəmə X1 ifadəsini və onun təqdim etdiyi 01 ədəd yaddaş qurğusu (içərisində eyni məzmun olan 01 ədəd diski) sübut qismində qəbul etmir. 3) Müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanıldığı vaxt ilə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığı vaxt arasında kifayət qədər vaxt keçdiyini bildirməklə, narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə təqdim edilməsinin mümkünlüyünü bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində saxlanılmış və saxlanıldığı yerə ən yaxın polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilmişdir. Saxlanılması ilə üzərinə baxış arasında müəyyən müddətin keçməsi narahatlıq yaratsa da, bu müddət o dərəcədə ifadə olunmamışdır ki, bu sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaransın. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin mövqeyini əsaslı hesab etmir. 4) Müdafiə tərəfi Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilərkən xx.xx.2024-cü il tarixdə məhkəməyə üzərindən çıxan narkotik maddənin ona məxsus olmadığını, polis əməkdaşlarının bölmədə onun cibinə qoyduqlarını bildirmişlər. Bununla bağlı, məhkəmə qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə müdafiəçisinin iştirakı ilə ibtidai istintaq orqanı tərəfindən dindirilərkən verilən suala cavab olaraq həmin vaxt həbs olunmamaq üçün məhkəmə zalında yalandan hakimə üzərində aşkar edilən narkotik vasitə heroini polis əməkdaşlarının qoyduğunu söylədiyini, həmin narkotik vasitə heroinlərin ona məxsus olduğunu bildirmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin mövqeyini əsaslı hesab etmir. 5) Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən üzərində hər hansı narkotik vasitənin olmadığını, videoçəkilişdə nümayiş etdirməsi üçün polis əməkdaşları tərəfindən təqdim edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışa əsasən şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qxuya malik narkotik vasitəyə bənzər maddəni təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra kağız zərfdə qablaşdırılıb 152 nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokollara qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeydlər də əlavə olunmuşdur. Həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs sərbəst şəkildə müvafiq narkotik tərkibli maddələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat vermişdir. Həmin kütlələr ekspertizaya göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1551 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroinin ümumi təmiz çəkisinin 2,533 qram olması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin verdiyi vəsatətlər yoxlanılmış, araşdırılmışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 2,533 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 83-cü bəndinə əsasən, narkotik vasitə heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda xeyli miqdar, 2 qramdan artıq olduqda külli miqdar, 800 qramdan artıq olduqda isə xüsusilə külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış heroin külli miqdar (təmiz halda qramlarla) təşkil edir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul etməklə, təqsirləndirilən şəxsin üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdarda olmasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, məhkumluğunun olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, məhkəmə iclası dövründəki davranışını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-218/2024 nömrəli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X19 xx.xx.2024-cü il tarixli, 2071 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 2,433 qram olan heroin məhv edilməli, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd CD-R disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,433 qram olan narkotik vasitə heroin məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoluna əlavə edilmiş 01 ədəd CD-R disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-319/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-319/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver