Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-32/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin hüquqi varisi – qardaşı X15 iştirakı ilə, 8 oktyabr 1977-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşamış, məhkəmənin 7 mart 2016-cı il tarixli qərarı ilə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulduğundan barəsində X33 stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilmiş və 4 mart 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1, 214.2.1 və 214.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı X17 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dini düşmənçilik zəminində 26 noyabr 2014cü il tarixdə saat 02 radələrində İslam dininin “əhli-sünnə” təriqətinin “sələfi” məzhəbi üzrə ibadət edən və dini baxışlarına görə radikallıqlan ilə fərqlənən şəxslərə qarşı olan nifrətlərini ifadə etməklə əhali arasında vahimə yaratmaq və ictimai təhlükəsizliyi pozmaq məqsədilə əvvəlcədən hazırladıqları benzinlə dolu şüşə qabları götürüb ünvan 2 ünvanında fəaliyyət göstərən “Qaraçuxur qəsəbə dini icması” məscidinin qarşısına taksi ilə gələrək Elnur Ələkbərova taksidə gözləməyi tapşırmış, özü isə silah qismində istifadə olunan içərisi benzinlə dolu şüşə qabları götürüb məscidin həyətinə daxil olmaqla məscidin inzibati binasına giriş qapısının şüşəsini sındırmış və həmin şüşə qabları yandıraraq məscidin birinci mərtəbəsində yerləşən namaz otağına atmaqla yanğın törətmiş, lakin məsciddə törətdikləri yanğının həcminin böyük olmadığı qənaətinə gələrək 5 ədəd 0,5 litr həcmli şüşə qabları benzinlə doldurub saat 03:20 radələrində yenidən “Qaraçuxur qəsəbə dini icması” məscidinə taksi kimi fəaliyyət göstərən X4 idarə etdiyi “Mercedes Bens-C” markalı “**-SF-***” dövlət qeydiyyat nişanlı avtomaşınla gəlib, çantaya yığılmış silah qismində istifadə olunan benzinlə dolu şüşə qabların 4 ədədini yandıraraq birinci mərtəbədə yerləşən zalın qapısını sındınb namaz otağının içərisinə atmaqla “Qaraçuxur qəsəbə dini icması”na məxsus məscidə ümumilikdə 9187 manat dəyərində əhəmiyyətli əmlak ziyanının vurulması ilə nəticələnən yanğın və digər hərəkətlər törətməklə terrorçuluq elmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qrupun üzvü Elnur Ələkbərovun qabaq oturacaqda əyləşdiyi və X4 idarə etdiyi “Mercedes Bens-C” markalı “**-SF-***” dövlət qeydiyyat nişanlı avtomaşının arxa oluracağına əyləşərək üzərində olan bıçağı sonuncunun kürək nahiyəsinə dirəyib hədənin icra ediləcəyi üçün real əsaslar olduğu halda onu öldürməklə hədələyərək dərhal avtomaşını sürüb hadisə yerindən uzaqlaşmağı tələb etmiş. Samir Yusifov hədənin real icra ediləcəyini düşünərək dərhal avtomaşını “Koroğlu” stansiyasının yaxınlığına sürmüş, Təqsirləndirilən şəxs və Elnur Ələkbərov avtomaşından düşüb getmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı X17 və digərləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən odlu silah hesab edilən 1 ədəd 9 mm kalibrli “Makarov” konstruksiyalı “YX 0855” nömrəli tapançanı və 1 ədəd 11,67 mm kalibrli “1874 06” nömrəli “Smit-Vesson” markalı revolveri, eləcədə döyüş sursatları hesab edilən 8 ədəd 9 mm kalibrli patronları qanunsuz olaraq əldə etmiş, saxlamış və gəzdirmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 noyabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs və Elnur Ələkbərov Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən döyüş sursatı hesab edilən 8 ədəd 9 mm kalibrli patronlar, odlu silah hesab edilən 1 ədəd 9 mm kalibrli “Makarov” konstruksiyalı “YX 0855” nömrəli tapança, Elnur Ələkbərovun üzərindən odlu silah hesab edilən 1 ədəd 11,67 mm kalibrli “1874 06” nömrəli “Smit-Vesson” markalı revolver aşkar edilərək götürülmüşdür. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.2.1 və 134-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 noyabr 2014-cü il tarixdə dostları Elnur Ələkbərov və Azər Süleymanovla birlikdə diger tanışları Manaf Səfərovun yaşadığı Hövsan qəsəbəsindəki evində olarkən, birlikdə oturub şam etmiş, spirtli içki qəbul etmiş, həmçinin televizorda yayımlanan xəbərlər proqramlarını izləmişlər. Həmin proqramlarda “İŞİD” terrorçu təşkilatının, kürd milliyyətindən olan, həmçinin “İŞİD”-i dəstəkləməyən insanlara qarşı Suriya dövləti ərazisində törətdikləri vəhşiliklər yayımlanmış və o özü mllliyətcə kürd olduğundan bu görüntülər onu hiddətləndirdiyi üçün o, psixi sarsıntı keçirtmiş və həmişə üstündə saxladığı həkim resepti əsasında ona yazılmış psixotrop, antidepresant və trankfelizator olan dərmanlardan qəbul edərək Azər, Elnur və Manafla birlikdə evin həyətinə çıxmışlar. Bundan sonra nə baş verdiyini, hara getdiyini və hansı əməllər törətdiyini xatırlamır. Yalnız səhəri gün dayısı Ağaların yaşadığı Masazır qəsəbəsində yerləşən evdə yuxudan oyanarkən yanında olan Elnur ona, “Vəhhabilər” kimi tanınan, İslam dininin “əhli-sünnə” təriqətinin “sələfi” məzhəbi üzrə ibadət edən dini baxışlarına görə radikallıqları ilə fərqlənən şəxslərin Qaraçuxur qəsəbəsindəki “Cümə” məscidini yandırdığını danışmışdır. Gecəni dayısı Ağaların evində keçirdikdən sonra, Elnurla birlikdə anasına məxsus Masazır qəsəbəsindəki evə gedərkən üstündə olan bıçağı həyətdə yığılmış çoxlu sayda daşların arasına, üstündə olan çantanı və çantanın içərisindəki bir ədəd benzinlə dolu şüşə qabı isə yolun kənarındakı xəndəyə atmışdır. 28 noyabr 2014-cü il tarixdə, səhər saat təxminən 11 radələrində anasına məxsus evdən çıxıb Elnurla birlikdə sonuncunun Biləcəri qəsəbəsində yaşayan tanışı Tələtin evinə getmiş və Elnur tanışı Tələtə bir-iki gün onun evində qalacaqlarını deyərkən sonuncu buna etiraz etməmişdir. Axşam tərəfi Elnurun atalığı və dayısı Tələtgilə gəlmiş və Elnurla təxminən 10 dəqiqə təklikdə söhbət etdikdən sonra çıxıb getmişlər. Orada olan zaman o, tanışı Azər Süleymanova zəng edib sonuncudan borca pul istəmiş, lakin Azər ona borca pul verə bilməyəcəyini deyib, Elnurun anasının ona zəng etdiyini, Elnurun gecə evlərinə getmədiyinə görə narahatçılıq keçirdiyini bildirmişdir. Gecə yarısı Elnurla olduqları evdən çıxıb bir qədər kənarda dayanıb söhbət edərkən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onları saxlamış və hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı digər əşyalarla yanaşı, onun üstündən ona məxsus olmayan içərisində 8 ədəd patron olan bir ədəd tapança aşkar edilmişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 26 noyabr 2014-cü il tarixdə, gecə saat təxminən 3 radələrində taksi kimi idarə etdiyi “Mersedes Bens-C” markalı “**-SF-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Qaraçuxur qəsəbəsində yerləşən “Turan” şadlıq sarayını keçib sol istiqamətdə döndükdə, yolun kənarında dayanmış iki şəxs ona əl edib avtomaşını saxlamağa işarə etmişlər. Avtomaşını saxladıqda, onlar təxminən 40-50 metr irəlidə yerləşən məscidə aparmağı xahiş etmişlər. Həmin şəxslərdən nisbətən cavan və arıq bədən quruluşlu şəxs qabaq oturacağa əyləşmiş, çinynində çanta olan o biri şəxs isə avtomaşına əyləşməyərək, yaxınlıqdakı məscidə girib çiynindəki çantanı kiməsə verib qayıdacağını demişdir. O, avtomaşını məscidə tərəf sürüb, məscidin giriş qapısını təxminən 10 metr keçib, qabaq oturacaqda olan şəxsin göstərişi ilə avtomaşını saxlamışdır. Avtomaşını saxlayıb mühərriki söndürmək istədikdə, qabaq oturacaqda əyləşmiş şəxs mühərriki söndürməməyi və yoldaşının bir neçə saniyəyə qayıdacağını demişdir. Təxminən 3-4 dəqiqə keçdikdən sonra məscid tərəfdən qışqırıq səsləri eşidilmişdir. Bu zaman qabaq oturacaqda əyləşmiş şəxs avtomaşından düşüb məscidin giriş qapısı istiqamətində 5-6 metr irəliləmişdir. Dava-dalaş düşdüyünü zənn edib, o, özü də avtomaşının qapısını açıb düşdükdə, həmin iki şəxsin məscidin giriş qapısı istiqamətindən avtomaşına doğru qaçdıqlarını görmüşdür. Avtomaşına yaxınlaşıb çantalı şəxs arxa oturacağa, digəri isə qabaq oturacağa cəld əyləşmişlər. O, dava-dalaşın düşdüyünü zənn edib və bu olaya aidiyyəti olmasın deyə, avtomaşına əyləşdikdə, arxa oturacağa əyləşmiş şəxs əlindəki bıçağı ona arxadan, bədəninin sağ yan hissəsinə dirəyib ərazidən cəld uzaqlaşmağı tələb etmişdir. O, cəld avtomaşını sürüb ərazidən aralanmışdır. Avtomaşında əyləşmiş şəxslərin göstərişi ilə o, “Koroğlu” metrostansiyası istiqamətində yollanmışdır. Bakıxanov qəsəbəsi istiqamətindən gəldikdə, “Koroğlu” metrostansiyasına çatmamış körpünün altında onlar avtomaşını saxlamağı əmr etmişlər. Avtomaşını saxladıqda həmin şəxslər düşmüş, o, isə dərhal oradan uzaqlaşıb 32-ci Polis Bölməsinə gedib baş vermiş hadisəs ilə bağlı məlumat vermişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında zərəçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, 26 noyabr 2014ci iİ tarixdə, gecə saat təxminən 3 radələrində Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçesi, 58 ünvanında yerləşən “Qaraçuxur qəsəbə Dini İcması” məscidində naməlum şəxslər tərəfindən məscidin birinci mərtəbəsində yerləşən zala yanacaqla dolu şüşə qablar atılmaqla yanğın törədilmişdir. Yanğın törədilən zaman məsciddə gözətçilik edən Zülfüqar Hacıyev yanğın törədən şəxsi saxlamağa cəhd etmiş, lakin bunu edə bilmədiyini görərək ətrafa səs-küy salaraq kömək istəmişdir. Onun qışqırığına məscidin yaxınlığından təsadüfən keçən şəxslərin məscidə daxil olduğunu görə naməlum şəxs cəld şəkildə məscidin ərazisini tərk etmiş və yaxınlıqda onu gözləyən avtomaşına əyləşərək ərazidən uzaqlaşmışdır. X26 dərhal məscidin birinci mərtəbəsində döşəməyə salınmış, yanan xalçanı söndürməyə başlamışdır. Yanğını söndürdükdən o, məscidin axundu Mirfəttah Fəttayevə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Gözətçinin qışqırığına məscidə gəlmiş şəxslərdən biri polisə və yanğınsöndürmə mərkəzinə zəng etmişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları və yanğınsöndürənlər yanğın baş vermiş əraziyə baxış keçirmiş və müvafiq sənədləşdirmə aparmışlar. Hadisə ilə əlaqədar polis əməkdaşları tərəfindən X26 və məscidin axundu Mirfəttah Fəttayevin izahatları alınmışdır. Səhərisi, hava işıqlandıqdan sonra, məscidə yanğın baş vermiş ərazide təmizləmə işləri aparılmağa başlanılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyinin tapşırığına əsasən, yanğın baş vermiş məscidin birinci mərtəbəsindəki zalında təmir işləri aparılmış, şüşələri sındırılmış giriş qapılara yeni şüşələr salınmış, yeni avadanlıq, döşəmə üçün xalça və digər lazımi əşyalar alınıb verilmişdir. Aparılmış təmir işləri və alınmış əşyalarla əlaqədar təqribən 10 min manat xərclənmişdir. Hadisə baş verdikdən təxminən 2-3 gün sonra isə kütləvi informasiya vasitələrində məsciddə yanğın törətmiş iki şəxsin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldıqları barədə məlumatlar dərc edilmişdir. Eyni zamanda törətdikləri yanğın nəticəsində “Qafqaz Müsəlmanlan İdarəsi”nə vurulmuş 9.187 manat məbləğində ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və E.T.Əlekbərovdan alınmasına dair mülki iddialarının təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 2 il əvvəl Bakı şəhərində fəaliyyət göstərən “Ronahi” kürd cəmiyyətində tanış olmuş və aralarında yaxın münasibətlər yaranmışdır. X12 isə o, təxminən 2-3 ay əvvəl Namiqin vasitəsilə tanımış, həmin şəxsin qapı-pəncərə təmiri ilə məşğul olduğunu bilmiş və aralarında normal yoldaşlıq münasibətləri yaranmışdır. 25 noyabr 2014-cü il tarixdə, Namiqin babasının vəfatının il dönümü ilə bağlı Masazır qəsəbəsində təşkil edilmiş məclisdə olarkən, o, məclisdə həmçinin iştirak edən Elnura yeni doğulmuş övladının çarpayısını, həmçinin evindəki televizor altlığını təmir etməyi xahiş etmiş və sonuncu buna etiraz etməmişdir. Eyni zamanda, yeni doğulmuş uşağına doğum haqqında şəhadətnamə alması münasibətilə o, Elnura və Namiqə qonaqlıq vermək istədiyini açıqlamış və sonuncular təklifi qəbul edərək birlikdə onun yaşadığı Hövsan qəsəbəsindəki evinə yollanmışlar. Yolda Namiqin xahişi ilə o, digər tanışları Azərə zəng edərək onu da dəvət etmiş və yolüstü həmin şəxsi də özləri ilə götürmüşlər. Yaşadığı evə gəldikdən sonra, ilkin olaraq Elnur Namiqlə birlikdə uşaq çarpayısını təmir etmiş, sonradan onlar birlikdə şam etmiş, spirtli içki qəbul etmiş və peyk antenası vasitəsilə kürd dilində yayımlanan proqramları izləmişlər. Axşam saat təxminən 22 radələrində Namiq, Elnur və Azər sağollaşıb getmişlər. Onların haraya getdiklərini bilməmişdir. Onlar getdikdən təxminən 40 dəqiqə keçdikdən sonra, evlərinə çatıb-çatmadıqları ilə maraqlanmaq üçün o, Namiqin və Elnurun mobil telefonlarına zənglər etmiş, lakin sonuncular zənglərə cavab verməmişlər. Bundan sonra o, həmin tanışlarını bir daha görməmiş və onlarla heç bir əlaqəsi olmamışdır. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2 il əvvəl, Bakı şəhərində fəaliyyət göstərən “Ronahi” kürd cəmiyyətinin fəaliyyəti ilə əlaqədar tanımış və aralarında yaxın yoldaşlıq münasibətləri yaranmışdır. 2014-cü ilin təxminən sentyabr ayında isə o, Namiqin vasitəsilə onun tanışı Elnurla tanış olmuş və onunla da aralarında yaxın yoldaşlıq münasibətləri yaranmışdır. 2014-cü ilin noyabr ayının 25-də o, Namiq və Elnur tanışları Manafın uşaqlarına doğum şəhadətnaməsi alması ilə bağlı təşkil etdiyi kiçik məclisdə iştirak etmək üçün sonuncunun yaşadığı Hövsan qəsəbəsindəki evinə getmişlər. Birlikdə oturub şam etmiş, Namiq və Elnur spirtli içki qəbul etmiş, o, isə spirtli içki içməmişdir. Masa arxasında əyləşib şam edərkən onlar televizorda yayımlanan kanalların birində “İŞİD” terrorçu təşkilatı tərəfindən Suriyada törədilən vəhşiliklər barədə proqramı izləmiş və həmin proqramdakı görüntülər onlara çox pis təsir göstərmişdir. Şam etdikdən sonra, o, Elnur və Namiq həyətə çıxıb söhbət edərkən, Namiq heç bir əsas olmadan, “vəhhabilərə” qarşı güc göstərmək lazım olduğunu, onlara qarşı insanların nifrətini və gücünü hiss etdirmək üçün zərbə vurmaq lazım olduğunu demişdir. Namiqin bu fikirlərinə o, qəti etirazını bildirmiş, elə bir hərəkətlərin ölkə daxilində qarşıdurmaya gətirib çıxara, dövlətin imicinə, həmçinin onun bu hərəkətinin Azərbaycanda yaşayan kürd mənşəli şəxslərə zərbə vura biləcəyini bildirmişdir. Axşam saat təxminən 22 – 22:30 radələrində o, Namiq və Elnur tanışları Manafın evini tərk edib onun yaşadığı Zığ qəsəbəsindəki evin qarşısına gəlmişlər. Namiqin qəbul etidyi spirtli içkinin təsiri altında, Elnurun isə ona baxanda bir qədər ayıq olduğunu görüb, o, Elnura 20 manat vermiş və taksi avtomaşını ilə əvvəlcə Namiqi aparıb yaşadığı evə düşürtməyi, sonradan isə özünün evinə çıxıb getməyi və çatdıqdan sonra ona zəng etməyi tapşırmışdır. Ayrılarkən, Namiq ondan istifadəsində olan noutbuk kompüterinin çantasını müvəqqəti olaraq ona verməyi xahiş etmiş, həmin çantanın içərisinə kitablar yığacağını və sonradan çantanı qaytaracağını demişdir. O, buna etiraz etməmiş və evinə gedib kompüter çantasını gətirib ona vermişdir. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Ayrıldıqdan təxminən 2 saat keçdiyinə, lakin Elnurdan heç bir zəng olmadığını görüb, o, Elnurun və Namiqin mobil telefonlarına zəng etmiş, ancaq ona cavab verən olmamışdır. Belə olan halda, o, hər iki şəxsin evlərinə çatdığını və artıq yatdıqlarını zənn etmişdir. Səhərisi günü onun mobil telefonuna bir qadın zəng edib həyacanlı şəkildə Elnurun anası olduğunu və sonuncunun gecə evə gəlmədiyini demişdir. Bundan sonra o, həm Elnura, həmdə ki Namiqə zəng etmiş, lakin mobil telefonlar sönülü olmuşdur. Həmin günü o, bir neçə dəfə Elnura və Namiqə zəng etsə də, onlarla əlaqə yarada bilməmişdir. Növbəti günü yenidən Elnurun mobil telefonuna zeng edib, sonuncu ilə əlaqə yarada bilmiş və onların harada olduqlarını, gecəni Elnurun hansı səbəbdən evinə getmədiyini soruşduqda, Elnur və Namiq hansısa bir evdə gecəni bir yerdə qaldıqlarını və bu səbəbdən də evlərinə gedə bilmədiklərini cavab vermişdir. Axşam saat təxminən 22 radələrində onun mobil telefonuna Namiq zəng edərək, Elnurla birlikdə olduğunu demişdir. Bunun və evlərinə gedib çıxmamalarının səbəbini soruşduqda, Namiq cavab vermək əvəzinə, ondan olay barədə məlumatının olub-olmamasını soruşmuşdur. O, isə hər hansı bir olay barədə məlumatının olmadığını cavab vermişdir. Bundan sonra Namiq ondan borca 200 manat pul istəmiş, lakin o, pulunun olmadığını deyib ona köməklik edə bilməyəcəyini bildirmişdir. Son nəticədə Namiq ona heç olmasa 50 manat verməyi xahiş etmişdir. Namiqin dedikləri onda təəccüb və narahatçılıq hissləri yaratmış və o, Namiqə evdə olacağını demişdir. Lakin nə Namiq, nə də ki Elnur sonradan ona zəng etməmiş, nə də ki, görüşə gəlməmişlər. Səhərisi günü isə o, internet vasitəsilə xəbərləri izlədikdə, Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın törədildiyini bilmişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 26 noyabr 2014-cü il tarixdə, gecə saat təxminən 03 radələrində, gözətçisi işlədiyi Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsində yerləşən “Cümə” məscidinin həyətində yaşadığı otağında olarkən, bayırdan səs-küy eşidib, bayıra çıxarkən çiynində qara rəngli çanta olan tanımadığı bir şəxsin məscidin şüşəli birinci giriş qapısını, qapının yanında qoyulmuş daşla sındırdığını görmüşdür. Həmin qapıya doğru hərəkət edib çatana kimi, naməlum şəxs təpiklə 2-ci giriş qapının şüşəsini sındırıb məscidin içərisinə, birinci zala daxil olmuşdur. Hemin şəxsə “a bala sən nə edirsən, niyə məscidi yandırırsan?” qışqırdıqda, sonuncu ona “get, get buradan” cavabını vermişdir. Birinci zala həmin şəxsin arxasınca daxil olduqda, zalın içərisində döşəməyə sərilmiş xalçanın 3-4 yerdən yandığını görmüşdür. Həmin şəxsi saxlamağa cəhd edib onun çanta asılmış çiynindən tutmaq istəyərkən, sonuncunun əlini çantanın içərisinə salaraq, nəyisə də çıxartdığını hiss etmişdir. Onun nə çıxarıb-çıxarmadığını qaranlıq olduğundan görə bilməmiş, ehtiyatlanıb arxaya, girişə doğru çəkilməyə başlamış və bayıra çıxmışdır. Onun arxasınca həmin şəxs də bayıra çıxmışdır. O, birinci pilləkəni enib ikinci pilləkənə ayaq basdıqda, həmin şəxs sol əli ilə onu sinəsindən vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxılaraq, səs-küy saldıqda isə, içəridə yanğın törətmiş şəxs cəld məscidin həyətini tərk etmişdir. Onun haraya qaçdığını görməmişdir. Ayağa qalxıb həyətdən su götürüb içəridəki yanğını söndürmüşdür. Yanğını söndürərkən, o, bir ədəd şüşənin yandığını görüb onu götürüb həyətə atmış və şüşə qırılıb dağılmışdır. Yanğın təxminən 5 kvadrat metr ərazini əhatə etmişdir. Bundan sonra məscidə polis əməkdaşları, yanğınsöndürənlər və bir qədər sonra məscidin axundu gəlmişlər. Yanğın baş verən əraziyə baxış keçirilərkən oradan bir ədəd şüşə butulka aşkar edilərək götürülmüşdür. Orada olan polis əməkdaşlarının dediklərinə görə, butulkanın içərisində benzin olmuşdur. Məscidə baxış keçirilərkən həmçinin müəyyən olunmuşdur ki, məscidin arxa girişindəki yan şüşəli qapının sındırılmasına cəhd edilmiş, lakin sındırıla bilinməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedib olmuş hadisə barədə yazılı izahat vermişdir. Səhərisi gün məscidin axundu tərəfindən qapıların dağıdılmış şüşələri düzəltdirilmiş, həmçinin yanmış xalçaların əvəzinə yeni xalçalar alınaraq döşəməyə salınmışdır. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, 26 noyabr 2014-cü il tarixdə, gecə saat təxminən 03 radələrində, ona zəng olunaraq axundu olduğu Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən məscidin yandırıldığı barədə məlumat verilmişdir. O, dərhal evdən çıxıb məscidə yollanmış, həmçinin törədilmiş yanğın barədə İdarəyə məlumat vermişdir. Məscidə gəldikdə orada çoxlu sayda hüquq-mühafizə orqanları əməkdaşları olmuş və onlar tərəfindən məscid əhatəyə alınmışdır. Məscidə daxil olduqda o, məscidin birinci kiçik zalının giriş qapısının şüşələrinin sındırıldığını və orada yerə sərilmiş yaşıl rəngli palaz xalçanın bir neçə yerdə yandığını görmüşdür. Yanğın təxminən 5 kvadrat metr ərazini əhatə etmişdir. Yanğın baş vermiş ərazidə çoxlu sayda şüşə qırıntıları, həmçinin bir ədəd içərisi boş olan, partlayıb dağılmamış şüşə butulkası olmuşdur. Həmin şüşə butulka sonradan polis əməkdaşları tərəfindən götürülmüşdür. Zalın divarları, tavanı, asılmış lyustralar, kondisionerlər, divarda yerləşdirilmiş ventilyatorlar hissdən qaralmış, həmçinin isitmə batareyasının biri hissəsi yanmışdır. Bundan başqa, baxış zamanı müəyyən olunmuşdur ki, birinci kiçik zalın arxa giriş qapısının şüşələri sındırılmışdır. Məscidə gəlmiş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın baş verm iş ərazinin baxışı keçirilib fotoşəkilləri çəkilmişdir. Məscidin gözətçisi, elə orada ailəsi ilə yaşayan Zülfüqarın ona dediklərinə görə, gecə yatarkən bayırda nəyinsə də qırılması səsini eşidib bayıra çıxdıqda, tanımadığı bir nəfər cavan oğlanın əlindəki daşla məscidin giriş qapısının şüşələrini qırdığını və əlindəki butulkaları yandıraraq zala ataraq yanğın törətdiyini görmüşdür. Yanğın törədən şəxsə məscidi yandırmamağı qışqırdıqda, həmin şəxs səs-küy yarandığını görüb məsciddən qaçmış və qaçarkən onu itələmişdir. Zülfüqar ayağa qalxıb içəridəki yanğını söndürmüş, dərhal polisə məlumat vermiş və bundan sonra əraziyə polis əməkdaşları gəlmişlər. Elə həmin günün səhərisi, İdarənin rəhbərliyi tərəfindən ona məscidin normal fəaliyyətinin davam etdirilməsi üçün yanğın nəticəsində yaranmış çatışmamazlıqları aradan qaldırılmasına göstəriş verilmişdir. Onun tərəfindən, həmçinin məscidə gəlib-gedən şəxslərin könüllü olaraq verdikləri vəsait hesabına qapıların qırılmış şüşələri düzəltdirilmiş, yeni xalça gətirilərək yerə salınmış, asılmış lyustra, kondensionerlər və ventilyatorlar hissdən təmizlənərək normal iş rejiminə gətirilmişdir. Bundan sonra, yanğın baş vermiş birinci zalın divarları və tavanı yenidən boyanmışdır. Bundan başqa, yararsız hala düşmüş divardakı istime batareyasının biri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Ümumi olaraq temir-berpa işlərinə 6388 manat xərclənmişdir. Buna dair müvafiq akt tərtib edilmiş, təmir üçün alınmış əşyalar və görülmüş işlərə dair xərclənmiş vəsaitə görə müvafiq qaimələr ödənilməsi üçün onun tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə təqdim edilmişdir. Məsciddə yanğın törətmiş şəxslərin kimliyini isə o, yalnız kütləvi informasiya vasitələrində getmiş məlumatlardan sonra bilmiş, həmin şəxsləri əvvəllər tanımamış və onları məsciddə görməmişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, 26 noyabr 2014-cü il tarixdə, gecə saat təxminən 3-4 radələrində, yaşadığı mənzildə yatarkən, ona kiçik qardaşı Namiq zəng etmişdir. Qardaşının danışığından onun spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Namiq bir tanışı ilə onun yaşadığı binanın həyətində olduqlarını və onunla görüşmək istədiyini bildirmişdir. O, paltarını geyinib həyətə düşmüş və orada dayanmış Namiq və onun yanındakı tanışı Elnur adlı şəxsi görmüşdür. Salamlaşdıqda hər ikisinin sərxoş vəziyyətdə olduqlarına əmin olmuşdur. Gecə vaxtı gəlişinin məqsədini soruşduqda, Namiq tanışı Elnurla birlikdə Qaraçuxur qəsəbəsində yerləşən məsciddə yanğın törətdiklərini cavab vermiş və başqa heç bir açıqlama etməmişdir. Qardaşı Namiqin və onun tanışının spirtli içkinin təsiri altında olduqlarını görüb, deyilənlərə inanmamış, onları aparıb bir yerdə yatızdırb səhəri ayıq başına söhbət etməyə qərarlaşdırmışdır. Yaşadığı mənzilin kiçik, həmçinin Namiqin yanında yoldaşının olduğu üçün yaşadığı mənzilə aparmaq istəmədiyindən, onları Abşeron rayonu, Masazır kəndində yaşayan dayısı Ağaların evinə aparmaq və orada yerləşdirmək qəranna gəlmişdir. Avtomaşında Namiq yenə də məsciddə yanğın törətmələri barədə danışmağa başlamış, lakin o, yenə də buna əhəmiyyət verməmişdir. Spirtli içkinin təsiri altında olan qardaşı Namiq və onun tanışı Elnur yolda avtomaşında yatmışlar. Dayısı Ağaların evinə gəlib onunla birlikdə hər ikisini avtomaşından düşürüb onları evə qaldırmış və otaqların birinə yerləşdirmişlər. Çıxıb gedərkən, o, dayısı Ağalara Namiqin səhər yuxudan oyandıqdan sonra ona zəng etməyi çatdırmağı xahiş etmişdir. Qardaşı Namiqin məsciddə yanğın törətmələri barədə dediklərini o, dayısı Ağalara açıqlamamışdır. Səhərisi dayısı Ağalara zəng etdikdə, sonuncu artıq evdən çıxdığını, lakin Namiqlə Elnurun evdə yatdıqlarını və nahara yaxın evə qayıdacağını cavab vermişdir. Nahara yaxın dayısı Ağalara bir daha zəng etdikdə, sonuncu evə qayıtdığını, lakin Namiq və Elnurun artıq evdən çıxıb getdiklərini cavab vermişdir. Qardaşı Namiqin mobil telefonuna bir neçə dəfə zəng etməsinə baxmayaraq, sonuncunun telefonu sönülü olmuşdur. Həmin günü o, qardaşı Namiqlə heç bir əlaqə yarada bilməmişdir. Səhərisi günü, nahardan sonra, ona qardaşı Namiq zəng etmiş və Masazır kəndində yerləşən, analarına məxsus yeni tikili, lakin təmir olunmamış həyət evində olduqlarını demişdir. Masazır qəsəbəsinə gəlib o, Elnur və Namiqlə görüşmüşdür. Yenidən onlardan nəyin baş verdiyini soruşduqda, Namiq bir daha Elnurla birlikdə Qaraçuxur məscidində yanğın törətdiklərini və bunun səbəbi kimi həmin məscidə guya ki, “İŞİD” tərəfdarlarının gəlib-getdiyi üçün etdiklərini cavab vermişdir. O, qardaşı Namiqə Elnurla birlikdə gedib könüllü olaraq polisə təslim olmaq lazım olduğunu bildirmiş və Namiq də cavabında belə də edəcəklərini demişdir. Bundan sonra onlardan ayrılıb Bakı şəhərinə qayıtmış və bir daha Namiqlə heç bir əlaqəsi və görüşü olmamışdır. Səhərisi günü isə Namiq və Elnurun tutulduqlarını eşitmişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, 26 noyabr 2014-cü il tarixdə, gecə təxminən 4 radələrində, Abşeron rayonunun Masazır qəsəbəsindəki həyət evinə idarə etdiyi avtomaşınla bacısı oğlu X30 gəlmişdir. Belə vaxtı gəlişinin səbəbini soruşduqda, sonuncu, kiçik qardaşı Namiqin tanışı ilə birlikdə gecə yarısı, sərxoş vəziyyətdə, onun yaşadığı mənzilə gəldiklərini, yaşadığı mənzilin balaca olduğundan, həmçinin belə vəziyyətdə anası ilə birlikdə yaşadığı mənzilə apara bilmədiyindən o, Namiqi və onun tanışını onun evinə gecələməyə gətirməyi qərarlaşmışdır. O, buna etiraz etməmiş və Fazillə birlikdə, sərxoş vəziyyətdə avtomaşında yatmış Namiqi və əvvəllər görmədiyi və tanımadığı bir cavan oğlanı avtomaşından düşürüb, köməkli şəkildə yaşadığı evin ikinci mərtəbəsinə qaldırmış və mətbəxin yanında olan otaqdakı yatağa uzatmışlar. Namiqi və onun tanışını yatağa uzatdıqdan sonra Fazil çıxıb getmişdir. Səhər tezdən yuxudan oyanıb övladını oxuduğu Bakı şəhərindəki orta məktəbə aparmış və bir qədər sonra, səhər saat təxminən 11 radələrində, yaşadığı evə qayıtdıqda, Namiqi və onun tanışını evdə görməmişdir. Heyətdə qaynaq işləri ilə məşğul olan qardaşı Murad Namiqin və onun tanışının bir qədər əvvəl çıxıb getdiklərini, lakin haraya getdiklərini bilmədiyini bildirmişdir. Evə qayıtdıqdan bir qədər sonra ona Fazil zəng etmiş, qardaşı Namiqə zəng etdiyini, lakin mobil telefonunun bağlı olduğunu demiş və onun, həmçinin tanışının yuxudan oyanıb-oyanmadığını soruşduqda, o, Namiqin və onun tanışının evə qayıdana kimi çıxıb getdiklərini və haraya getdikləri barədə məlumatının olmadığını cavab vermişdir. Bundan sonra o, bacısı oğlu Namiqi, həmçinin onun tanışını görməmiş və Namiqlə hər hansı bir əlaqəsi olmamışdır. İki gün keçdikdən sonra isə o, kütləvi informasiya vasitələrində getmiş məlumatlardan sonra Namiqin tanışı Elnur adlı şəxslə birlikdə Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın törətdiklərini və bu səbəbdən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıldıqlarını bilmişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində göstərdi ki, Elnur Ələkbərovu bir il əvvəl tanımış, birlikdə qapıpəncərə düzəldilməsi və təmiri ilə məşğul olmuş və aralarında normal yoldaşlıq münasibətləri olmuşdur. 2014-cü ilin noyabr ayının təxminən 26-27-də, qəbul etdikləri sifarişlə əlaqədar o, 2 gün ərzində Elnurun mobil telefonuna dəfələrlə zənglər edib onu axtarmış, lakin sonuncunun mobil telefonu söndürülü olduğundan onunla əlaqə yarada bilməmişdir. Tanışı Elnurun mobil telefonu bağlı olduğu 2-ci günü Elnur ona zəng etmiş və hal-əhval tutduqdan sonra, bir nəfər tanışı ilə onun yaşadığı evə gələcəklərini demişdir. Həmin vaxtı evdə onun Lənkəran rayonundan qonaq gəlmiş xalası oğlu Afiq Əzimov da olmuşdur. Bir qədər vaxt keçdikdən sonra onun yaşadığı evə Elnur və əvvəllər tanımadığı, ilk dəfə olaraq gördüyü və sonradan adının Namiq olduğunu bildiyi bir şəxs gəlmişlər. Elnur onu kənara çəkib təklikdə adlarını açıqlamadığı tanışlarının hansısa cinayət törətdiklərini, həmin şəxslərə görə onların da bəlaya düşdüklərini, bu səbəbdən onların da polis tərəfindən axtarıldıqlarını, lakin bir-iki günə bütün məsələlərə aydınlıq gətiriləcəyini və şübhələrin onların üstündən götürüləcəyini demişdir. Hansı cinayətin və kim tərəfindən törədildiyini Elnur ona açıqlamamışdır. Bunu deyib Elnur ondan bir-iki gün tanışı ilə birlikdə onun yaşadığı evdə qalmağa icazə istəmiş və o, buna etiraz etməmişdir. Yaxınlıqdakı mağazadan xalası oğlu Afiqlə birlikdə gedib ərzaq almış və evə gəlib yemək hazırlamışlar. Birlikdə şam etmiş, Elnur və Namiq bir qədər spirtli içki qəbul etmiş, o, isə spirtli içki qəbul etməmişdir. Bundan sonra Elnur bir-iki gün onun yaşadığı evdə qalacağını deyib, özünün yaşadığı mənzilə gedib onun üçün pal-paltar və digər lazım olan əşyaları gətirməyi xahiş etmişdir. Daha sonra Elnur mobil telefonla atalığına zəng etmiş, harada olduğunu bildirmiş və onun birgə yaşadıqları mənzilə gələcəyini demişdir. Elnurun xahişi ilə o, sonunucunun yaşadığı mənzilə getmişdir. Atalığı Elnurun dedikləri əşyaları götürüb, qohumu Cəlal və onunla birlikdə Biləcəri qəsəbəsinə gəlmişlər. Evə gəlib Elnurun atalığı və dayısı onun nə üçün evə gəlmədiyini soruşmuş, lakin Elnur heç bir açıqlama etməmişdir. X46 anası ilə mübahisə etdiyini və bu səbəbdən evə getmədiyini düşünüb, ona evlərinə qayıtsın deyə bir qədər öyüd-nəsihət vermişdir. Lakin Elnurun onlarla birlikdə qayıtmaq istəmədiyini görüb atalığı və dayısı çıxıb getmişlər. Bir qədər keçdikdən sonra Elnur onlarla əvvəllər birlikdə işləmiş, lakin son vaxtlar ayrıca şəkildə işləyən tanışları Azər Zeynalova zəng etməyi və ondan olduqları evə gəlməyi xahiş etmişdir. Azərin ona nə üçün lazım olduğunu Elnur açıqlamamışdır. Elnurun xahişi ilə o, Azərə zəng etmiş və sonuncu gecə təxminən 1 radələrində onun yaşadığı evə gəlmişdir. Bu zaman Elnur və Namiq küçədə dayanıb təklikdə öz aralarında söhbət etmişlər. Azər Elnurun onunla nə üçün görüşmək istədiyini soruşduqda, o, Elnurun etdiyi açıqlamanı, yeni onun və tanışı Namiqin yaratdıqları təşkilatın hansısa üzvlərinin cinayət törətdiklərini, həmin şəxslərə görə onların da bəlaya düşdüyünü, bu səbəbdən onları da polis axtardığını, lakin bir-iki günə bütün məsələlərə aydınlıq gətiriləcəyi və şübhələrin onların üstündən götürüləcəyi dediklərini demişdir. Bu zaman evə tanımadığı mülki geyimdə şəxslərin müşaiyəti ilə Namiq və Elnur daxil olmuş və mülki geyimdə olan şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduqlarını bildirmişlər. Tanışı Elnurun və onun tanışı Namiqin həmin vaxt hansı səbəbdən saxlanıldıqlarını o və evdə olan digər şəxslər bilməmişlər. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, 2014-cü ilin noyabr ayının son günlərinə yaxın, gecə saat 24 radələrində, tanışı Tələt ona zəng edib ümumi tanışları, əvvəllər birlikdə qapıpəncərə düzəldilməsi və təmiri ilə məşğul olduğu Elnurun onlarda olduğunu və sonuncunun onunla işi olduğunu deyib, Elnurla onunla görüşməsi üçün evinə dəvət etmişdir. Aralarında olan yoldaşlıq münasibətləri naminə o, xahişi qəbul etmiş və bir qədər sonra taksi avtomaşını ilə Tələtin yaşadığı evin qarşısına gəlmişdir. Evin qarşısında tanışı Elnurun tanımadığı bir şəxslə dayanıb söhbət etdiyini görmüşdür. Sonuncularla görüşərkən, onların hər ikisinin içkili olduqlarını hiss etmişdir. Tezliklə evə qayıtmalı olduğunu deyib Tələtdən Elnuru evə çağırmasını xahiş etmiş və Elnurun onunla görüşmək istəyinin səbəbini soruşmuşdur. Tələt isə cavabında ona, Elnurun deməsinə görə, guya özünün yaratdığı təşkilatın hansısa üzvlərinin cinayət törətdiklərini və həmin şəxslərə görə onun və tanışının da bəlaya düşdüklərini, bu səbəbdən onların da polis tərəfindən axtarıldığını, lakin bir-iki günə bütün məsələlərə aydınlıq gətiriləcəyi və şübhələrin onların üstündən götürüləcəyini bildirmişdir. Bu vaxt Elnur və yanındakı tanışı, sonradan adının Namiq olduğunu bildiyi şəxs, tanımadığı mülki geyimdə şəxslərlə birlikdə evə daxil olmuşlar. Bu zaman onlara məlum olmuşdur ki, həmin şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır. Elnurun və tanışı Namiqin həmin vaxt hansı səbəbdən saxlanıldıqlarını onlar bilməmişlər. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərdi ki, X17 onun ikinci həyat yoldaşı, 2001-ci ildən birlikdə yaşadığı, lakin aralarında rəsmi nigahları olmayan X5 ilk nigahından olan oğludur. Birlikdə yaşadıqları vaxtdan onunla Elnurun arasında valideyn-övlad münasibətləri olmuş və Elnur ona “ata” deyərək müraciət etmişdir. 2014-cü ilin noyabr ayının sonlarına yaxın, Elnur ardıcıl olaraq 2 gün yaşadığı evə gəlməmişdir. Bundan narahat olub, o, dəfələrlə Elnurun mobil telefonuna zənglər etsə də, telefonu qapalı göstərmişdir. Elnurun evə gəlmədiyi ikinci günün axşamı, onun mobil telefonuna bir daha zəng etdikdə, telefonu açıq olmuş və onun özü cavab vermişdir. Evə gəlmədiyinə görə narahat olduğunu deyib harada olduğunu soruşduqda, Elnur ona həyat yoldaşı ilə bir qədər söz-söhbətlərinin olduğunu cavab vermiş, narahat olmamağı, kiminsə də ona pul gətirəcəyini və həmin pulu götürüb evə gələcəyini bildirmişdir. Bundan başqa, Elnur onunla birlikdə qapı-pəncərə təmiri ilə məşğul olan tanışı Tələtin yaşadıqları evə gələcəyini və onun iş instrumentlərini götürəcəyini demişdir. Elnurun arvadı ilə arasında “pərdə” olduğundan, o, gəlindən heç nə soruşmamış və Elnur evə qayıtdıqdan sonra hər şeyi aydınlaşdıracağını qərara almışdır. Bir qədər sonra, axşam saat təxminən 21 radələrində, yaşadığı mənzilə Elnurun iş yoldaşı Tələt adlı şəxs gəlmişdir. Həmin vaxt onların mənzilində Elnurun dayısı Cəlal da qonaq gəlmişdir. Tələt Elnurun onun yaşadığı Biləcəri qəsəbəsindəki evində olduğunu və Elnurun iş instrumentlərini götürmək üçün gəldiyini bildirmişdir. İnstrumentləri götürüb o, qohumu Cəlal və Tələt sonuncunun Biləcəri qəsəbəsindəki evinə getmişlər. Tələtin yaşadığı evə gəldikdə o, orada Elnuru və əvvəllər tanımadığı bir nəfəri, Elnurdan bir qədər yaşlı görünən oğlanı görmüşdür. Həmin oğlanı Elnur onunla tanış etməmişdir. Elnurla ikilikdə evə gəlməməsinin səbəbini soruşduqda, o, çox açıqlama etməyərək, kimlərinsə nə isə etdiklərini, onların etdiklərinin onun və tanışının üstünə atıldığını demiş, həmçinin gətirilib ona veriləsi pulu götürüb evə qayıdacağını və ətraflı açıqlama edəcəyini cavab vermişdir. Kimin nə etməsi, həmin şəxslərin kimliyi, onların nə etdikləri barədə Elnur başqa açıqlama etməmişdir. Bundan sonra onlar oranı tərk edib yaşadığı mənzilə qayıtmışlar. Gecə yarısını bir qədər keçdikdən sonra isə onların yaşadığı mənzilə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlmiş və mənzildə baxış keçirmişlər. Onların sözlərindən də ona Elnurun bir nəfər tanışı ilə birlikdə Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın törətmələri məlum olmuşdur. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 26 noyabr 2014-cü il tarixdə, gecə saat təxminən 03 radələrindən sonra Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Cümə” məscidində baş vermiş yanğın hadisəsi ilə əlaqədar, yanğın baş vermiş əraziyə keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Onunla birlikdə baxışda hal şahidi kimi başqa bir şəxs də olmuşdur. Yanğın 2 mərtəbədən ibarət məscidin 1-ci mərtəbəsində yerləşən ümumi namaz zalında baş vermişdir. 1-ci mərtəbənin giriş qapısının şüşəsi sındırılmışdır. Ümumi namaz zalında yerə sərilmiş yaşıl rəngdə kovrolitin bir hissəsi, həmçinin divar boyunca vurulmuş mebelin bir hissəsi yanmış, onlar və su qızdırıcı-radiator yararsız vəziyyətə düşmüş, divarlar qaralmışdır. Bundan başqa, kovrolitin üzərində partlayıb dağılmış bir neçə ədəd şüşə butulkasının qırıntıları, həmçinin içərisindən benzin qoxusu gələn bir ədəd partlamamış şüşə butulka aşkar edildi. Həmin butulkanın içərisində cüzi miqdarda maye də qalmışdır. Baxış keçirən şəxs tərəfindən həmin şüşə butulkanın üzərindən əl-barmaq izləri götürülmüşdür. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsindən görünür ki, o, şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, 2 dekabr 2014-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, “Yeni məhəllə” adlanan ərazidə torpaq yolun sol tərəfində, burada inşa edilmiş kürsülü yaşayış evinin arxa tərəfi ilə yolu ayıran və nisbətən aşağı səviyyədə yerləşən boş sahədəki çökəklik əraziyə keçirilmiş baxışda hal şahidi qismində iştirak etmişdir. Onunla birlikdə baxışda hal şahidi kimi başqa bir səxs də olmuşdur. Baxış nazirliyin müstəntiqləri, həmçinin adı xatirində qalmamış təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış başlanmazdan əvvəl müstəntiqlər tərəfindən ona və digər hal şahidinə həmin əraziyə baxış keçiriləcəyi, həmçinin hal şahidi kimi nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı göstərilən çökəklik ərazidən, yolun aşağı hissəsinin çökməməsi üçün daşla natamam şəkildə hörülmüş kiçik hündürlü divarına yarı söykənmiş vəziyyətdə qara rəngli, dəri materialdan hazırlanmış, çirkli vəziyyətdə olan bir ədəd noutbuk-kompüter çantası aşkar edilmişdir. Çantanın aşkar edildiyi yerdə müxtəlif məişət tullantıları olmuşdur. Qeyd edilən çanta çökəklik ərazidən götürülərək ona açıq sahədə baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmiş çantanın cibliyinin yarı açıq vəziyyətdə olması müəyyən edilmişdir. Çanta açılıb içərisinə baxıldıqda oradan yalnız bir ədəd USB qidalandırıcısı aşkar edilmişdir. Baxış başa çatdıqdan sonra MTN əməkdaşları tərəfindən aşkar edilmiş çanta müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, keçirilmiş baxışa dair protokol tərtib olunmuş, o, digər hal şahidi, təqsirləndirilən şəxs və onun müdafiəçisi protokolla tanış olaraq onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsindən görünür ki, o, şahid X25 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, 28 noyabr 2014-cü il tarixdə, gecə yarısından keçmiş, Biləcəri qəsəbəsində iki şəxsin üzərinə keçirilmiş baxışlarda hal şahidi qismində iştirak etmişdir. Onunla birlikdə baxışlarda hal şahidi kimi başqa bir şəxs də olmuşdur. Baxışlar videoçəkiliş aparılmaqla keçirilmişdir. Üzərlərinə baxışlar keçirilən şəxslərin adları hadisədən xeyli vaxt keçdiyindən onun xatirində qalmamışdır. İlk olaraq baxış digər şəxsə nisbətən bir qədər cavan olan oğlanın üzərinə keçirilmişdir. Baxış keçirilməzdən əvvəl baxış keçirilməsi haqqında qərar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tərəfindən həmin şəxsə elan olunmuş, lakin sonuncu heç bir səbəb göstərmədən onu imzalamaqdan imtina etmişdir. Daha sonra həmin şəxsə üzərində qanunla azad dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyaların olduğu halda onları könüllü olaraq təqdim etmək təklifi olunmuş, lakin sonuncu üzərində hər hansı bir qanunsuz əşyaların olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun şalvarının sağ bel nahiyəsindən bir ədəd markası ona məlum olmayan revolver, həmçinin üzərindəki gödəkcənin ciblərindən bir ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələri, 2 ədəd plastik kart və yanındakı tanışının pasportu aşkar edilmişdir. Bunlardan başqa baxış zamanı hər hansı bir digər əşyalar aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra MTN əməkdaşı tərəfindən aşkar edilmiş əşyalar müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, keçirilmiş baxışa dair protokol tərtib olunmuş, o və digər hal şahidi protokolla tanış olaraq onun doğruluğunu imzaları ilə təsdiqləmiş, üzərinə baxış keçirilən şəxs isə protokolla tanış olmasına baxmayaraq, onu imzalamaqdan imtina etmişdir. Bundan sonra baxış digər şəxsin üzərinə keçirilmişdir. Eyni qayda ilə, baxış keçirilməzdən əvvəl baxış keçirilməsi haqqında qərar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tərəfindən həmin şəxsə elan olunmuş, lakin sonuncu heç bir səbəb göstərmədən onunla tanış olub imzalamaqdan imtina etmişdir. Daha sonra həmin şəxsə üzərində qanunla azad dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyaların olduğu halda onları könüllü olaraq təqdim etmək təklifi olunmuş, lakin sonuncu üzərində hər hansı bir qanunsuz əşyaların olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun şalvarının sol bel nahiyəsindən içərisində 8 ədəd patron olan bir ədəd “Makarov” markalı tapança, həmçinin şalvarının qabaq sol cibindən bir ədəd mobil telefon aparatı aşkar edilmişdir. Bunlardan başqa baxış zamanı hər hansı bir digər əşyalar aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra MTN əməkdaşı tərəfindən aşkar edilmiş əşyalar müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, keçirilmiş baxışa dair protokol tərtib olunmuş, o və digər hal şahidi protokolla tanış olaraq onun doğruluğunu imzaları ilə təsdiqləmiş, üzərinə baxış keçirilən şəxs isə protokolla tanış olmasına baxmayaraq, onu imzalamaqdan imtina etmişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsindən görünür ki, o, şahid X8 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 29 dekabr 2014-cü il tarixli 24675 nömrəli rəyindən görünür ki, 26 noyabr 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin yanğın törədilmiş 1-ci mərtəbəsinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş və təqdqiqata təqdim edilmiş 0,5 litrlik boş şüşə butulkada neft məhsulu - benzinə məxsus izlər vardır (cild 2, iş vərəqi 189-193). Cinayət işinin materiallarında olan məhkəmə yanğın-texniki və tikinti-texniki ekspertizasının 27 yanvar 2015-ci il tarixli 381/82/83 nömrəli rəyindən görünür ki, 26 noyabr 2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Qaraçuxur qəsəbə dini icması” məscidində yanğının baş verməsinə səbəb məscidin ümumi namaz zalının döşəməsinin üzərinə bir neçə yerlərə kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri olmuş, məsciddə yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcüd olan bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6147,0 manat məbləğində, həmçinin yanğına məruz qalmış və yenisi ilə əvəz edilmiş, ekspert baxışına təqdim olunan 160 kvadrat metr ölçüdə xalçanın orta bazar qiyməti, 1 kvadrat metri -19,00 manat olmaqla, ümumilikdə 3040,00 manat müəyyən olunur (cild 3, iş vərəqi 1-6). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-ballistik və daktiloskopik ekspertizasının 12 yanvar 2015- ci il tarixli 24670/71/73 nömrəli rəyindən görünür ki, 28 noyabr 2014-cü il tarixdə saxlanılan zaman Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə şərti işarələnmiş predmet 9 mm kalibrli olmaqla, “Makarov” modelli, “PM” markalı, “UX 0855” №-li 1968-ci ildə Rusiyada zavod üsulu ilə istehsal olunmuş tapançadır, yivli odlu silahdır, tədqiqata təqdim edilmiş predmet zavod üsulu ilə istehsal edilmiş, “Makarov” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, funksional əhəmiyyət daşımayan komplekt hissəsidir - sandıqçadır, təyinatı üzrə istifadə üçün yararlıdır, tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd predmet “Makarov” (PM) konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və sair uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulıpuş 9x18 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar, 1 saylı daktiolentin (tapançanın üzərindən - sürgü mexanizmindən və sandıqçadan aşkar olunmuş əl-barmaq izləri) səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmışdır, 28 noyabr 2014-cü il tarixdə saxlanılan zaman təqsirləndirilən şəxs X9 üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş “2” rəqəmi ilə şərti işarələnmiş predmet “Smit-Vesson” markalı, “1874 06” № -li, 7,62 mm kalibrii patronların atılması üçün uyğunlaşdırılmış, zavod üsulu ilə istehsal olunmuş revolverdir, yivli odlu silahdır, onun üzərində əl-barmaq izləri yoxdur (cild 2, iş vərəqi 210-218). Cinayət işinin materiallarında olan məhkəmə-portret ekspertizasının 03 aprel 2015-ci il tarixli 5606 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası MTN Antiterror Mərkəzindən 29 yanvar 2015-ci il tarixli 6/586 nömrəli məktubla ibtidai istintaq orqanına təqdim edilmiş 26 noyabr 2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Qaraçuxur qəsəbə dini icması” məscidində quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə lentə alınmış videoçəkilişlərin əks olunduğu və tədqiqata təqdim edilmiş “Princo” markalı “DVD- R” diskində 26 noyabr 2014-cü il saat 01:00:00 dəqiqədən - saat 02:00:00 dəqiqəyədək davam edən “1_01_R_2014 **********” nömrəli videofaydakı çəkilişdə saat 01:56:28 dəqiqədə yaxınlaşan, qapının dəstəyini əyərək qapının açıq olub-olmamasını yoxlayan, qapının bağlı olduğunu görüb saat 01:57:00 dəqiqədə sol tərəfə dönüb gedərək video müşahidədən itən şəxs şəxsiyyətin eyniləşdirilməsi üçün tədqiqata yararsızdır, saat 01:00:00 dəqiqədən - saat 02:00:00 dəqiqəyədək davam edən “1_01_R_2014 **********” nömrəli video fayldakı çəkilişdə saat 01:58:40 dəqiqədə yenidən binanın qarşısına gələrək dayanan, bir neçə saniyə sonra binanın giriş qapısına yaxınlaşıb qapının dəstəyini əyərək onun açıq olub-olmamasını yoxlayan şəxs şəxsiyyətin eyniləşdirilməsi üçün tədqiqata yararsızdır, saat 03:00:00 dəqiqədən - saat 04:00:00 dəqiqəyədək davam edən “1_01_R_**********0000” nömrəli video fayldakı çəkilişdə saat 03:27:50 dəqiqədə binanın giriş qapısına siqaret çəkə-çəkə yaxınlaşıb qapının şüşəsini sağ eli ilə bir neçə dəfə döyərək qapının şüşəsindən içəriyə doğru boylanan, bir neçə saniyə gözlədikdən sonra isə 5 dəfə sağ ayağı ilə, iki dəfə isə sol ayağı ilə qapının şüşəsini vurub sındıraraq daha sonra sağ əli qırılmış şüşənin bir hissəsini kənara çəkib qapının şüşəsinin qırılmış hissəsindən binaya daxil olan və pilləkənlə yuxarıya qalxaraq video müşahidədən itən şəxs şəxsiyyətin eyniləşdirilməsi üçün tədqiqata qismən yararlıdır, həmin görüntüdəki şəxs, tədqiqat üçün nümunələri təqdim edilmiş Təqsirləndirilən şəxs əks olunması istisna edilmir, saat 03:00:00, dəqiqədən - saat 04:00:00 dəqiqəyədək davam edən “1_01_R_**********0000” nömrəli video fayldakı çəkilişdə saat 03:30:50 dəqiqədə binanın giriş qapısına tərəf gələrək üz cizgiləri aydın görünməyən, hündür boylu, bir nəfər yaşlı kişi ilə qapının qarşısında rastlaşan, qapının kəndarında dayanmış həmin şəxsin üzərinə gedərək onu bayıra çıxaran şəxs şəxsiyyətin eyniləşdirilməsi üçün tədqiqata yararsızdır, saat 02:00:00 dəqiqədən - saat 03:00:00 dəqiqəyədək davam edən “1 _02_R_**********0000” nömrəli video fayldakı çəkilişdə saat 02:00:48 dəqiqədə binanın arxa giriş qapısına yaxınlaşaraq qapının açıq olub-olmamasını yoxlayan sonradan isə sağ əli qapının şüşəsini bir neçə dəfə döyən və sonradan pilləkənlə aşağı enərək oradan uzaqlaşan, saat 02:02:43 dəqiqədə yenidən həmin qapıya yaxınlaşaraq qapını sağ əli ilə bir neçə dəfə bir daha döyən, bir dəfə yumruqla qapının şüşesinə zərbə vuraraq yenidən qapını əli ilə döyən, eləcə də qapının şüşəsinə yumruqla bir zərbə vuraraq oradan uzaqlaşan şəxs şəxsiyyətin eyniləşdirilməsi üçün tədqiqata yararsızdır, saat 02:00:00 dəqiqədən - saat 03:00:00 dəqiqəyədək davam edən “1_02_R_**********0000” nömrəli video fayldakı çəkilişdə saat 02:04:00 dəqiqədə binanın arxa giriş qapısına yenidən yaxınlaşaraq qapının şüşəsinə əlindəki daşla bir neçə dəfə zərbə endirərək qapının şüşəsini sındıran, şüşənin qırıldığı yerdən sağ əlini içəri salaraq qapının dəstəyini içəridən açmağa çalışan, qapının şüşəsinin sınmayan hissələrini əlində olan digər daşla bir daha sındıran şəxs şəxsiyyətin eyniləşdirilməsi üçün tədqiqata qismən yararlıdır, həmin görüntüdəki şəxs, tədqiqat üçün nümunələri təqdim edilmiş Təqsirləndirilən şəxs əks olunması istisna deyil, saat 02:00:00 dəqiqədən - saat 03:00:00 dəqiqəyədək davam edən “1_02_R_**********0000” nömrəli video fayldakı çəkilişdə saat 02:05:07 dəqiqədə sol çiynindəki noutbuk çantasını açaraq oradan içərisində maye ilə dolu olan şüşə butulka çıxarıb, daha sonra şalvarının sağ cibindən alışqanı çıxararaq sol əlində olan şüşə butulkanın ağzına keçirilmiş parçanı həmin alışqanla yandırıb şüşə çərçivəsi qırılmış qapıdan içəri atan, çantadan yenidən içərisində maye olan digər şüşə butulkanı çıxarıb əlindəki alışqanla butulkanın ağzına keçirilmiş parçanı yandırmaqla onu yenidən binanın içərisinə atan, üçüncü şüşə butulkanı çiynindəki çantadan çıxarıb həmin butulkanın ağzındakı parçanı yandırmaqla eyni qayda ilə binanın içərisinə atan, dördüncü şüşə butulkanı çantadan çıxarıb yandırmaqla onu binanın içərisinə atan, beşinçi şüşə butulkanı da eyni üsulla çantadan çıxarıb yandıraraq binanın içərisinə, nisbətən uzaq məsəfayə atan və sonradan oradan uzaqlaşan şəxs şəxsiyyətin eyniləşdirilməsi üçün tədqiqata qismən yararlıdır, həmin görüntüdəki şəxs, tədqiqat üçün nümunələri təqdim edilmiş Təqsirləndirilən şəxs əks olunması istisna deyil (cild 3, iş vərəqi 135-140). Cinayət işinin materiallarında olan məhkəmə-foto-texniki ekspertizasının 16 aprel 2015-ci il tarixli 5607 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Princo” markalı “DVD-R” diskdə aşkar edilmiş 1.01 Gb həcmli “1_01_R_2014**********.avi”, “1_01_R_**********0000.avi”, “1_01_R_**********0000.avi”, “1_02_R_**********0000.avi” və “1_08_R_**********0000.avi” adlı “.avi” formatlı video məzmunlu fayllarda kəsilmə əlamətləri, kadr ardıcılığının pozulması halları, videoçəkilişin tamlığını pozan əlamətlər müəyyən edilməmişdir (cild 3, iş vərəqi 142-147). Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 2 dekabr 2014-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tanışı X17 ilə birlikdə ünvan 4 ünvanında yerləşən “Qaraçuxur qəsəbə dini icması” məscidində 26 noyabr 2014cü il tarixdə yanğın törədərkən içərisində yanacaq maye ilə dolu şüşə qablar olan noutbukkompüter çantasının, içindəki yanacaq maye ilə dolu şüşə qabla birlikdə həmin günün səhərisi Abşeron rayonu, Masazır kəndində yerləşən “Yeni məhəllə” adlanan erazidə tullamasına dair ibtidai istintaq zamanı verdiyi ifadələrin yerində yoxlanılması zamanı, Təqsirləndirilən şəxs “Yeni mehelle” adlanan erazidən keçən daşlı-kəsəkli torpaqlı avtomobil və piyada yolunun sol tərəfindəki çökəklik ərazini göstərək, qeyd olunan çantanı oraya tulladığını göstərmişdir (cild 1, iş vərəqi 162-164). Cinayət işinin materiallarında olan 2 dekabr 2014-cü il tarixli baxış protokolundan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən “Yeni məhəllə” adlanan ərazidən keçən daşlı-kəsəkli torpaqlı avtomobil və piyada yolunun sol tərəfindəki çökəklik əraziyə keçirilmiş baxış zamanı üzərində “Acer” sözü qeyd edilmiş qara rəngli, dəri üzlüklü, çirkli vəziyyətdə, cibliyi yarı açıq vəziyyətdə və içərisində 1 ədəd qidalandırıcı olan noutbukkompüter çantası aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 165-167). Cinayət işinin materiallarında olan 9 dekabr 2014-cü il tarixli əşyanın tanınması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona tanınma üçün təqdim olunan noutbukkompüter çantaları arasında dəri üzlüklü, üzərində “Acer” qeydləri olan qara rəngli çantanı tanıyaraq, həmin çantanı tanışı Azər Süleymanovdan götürdüyünü və 26 noyabr 2014-cü il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən məscidə tanışı Elnur Ələkbərovla birlikdə yanğın törətməyə gedərkən onun içərisinə yanacaqla dolu şüşə butulkalar yığdığını göstərmişdir (cild 1, iş vərəqi 226-229). Cinayət işinin materiallarında olan 9 dekabr 2014-cü il tarixli əşyanın tanınması protokolundan görünür ki, təqsirləndirilən şəxs X17 ona tanınma üçün təqdim olunan noutbuk-kompüter çantaları arasında dəri üzlüklü, üzərində “Acer” qeydləri olan qara rəngli çantanı tanıyaraq, həmin çantanı Təqsirləndirilən şəxs tanışları Azər Süleymanovdan içərisinə kitab yığmaq adı ilə götürdüyünü və 26 noyabr 2014-cü il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən məscidə Təqsirləndirilən şəxsla birlikdə yanğın törətməyə gedərkən onun içərisinə yanacaqla dolu şüşə butulkalar yığdıqlarını göstərmişdir (cild 1, iş vərəqi 234-237). Cinayət işinin materiallarında olan 12 dekabr 2014-cü il tarixli şəxsin tanınması protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X18 ona tanınma üçün təqdim olunan şəxslərin arasında Təqsirləndirilən şəxs tanıyaraq göstərmişdir ki, 26 noyabr 2014-cü il tarixdə saat təxminən 3 radələrində Qaraçuxur qəsəbəsində yerləşən “Turan” şadlıq evinin yaxınlığından idarə etdiyi avtomaşınla keçərkən bu şəxs tanımadığı digər bir cavan oğlanla birlikdə onu saxlamış və onları bir qədər qabaqda yerləşən məscidə aparmağı xahiş etmişlər. Həmin şəxs avtomaşına əyləşməyərək məscidə gedib çiynindəki çantanı kiməsə verib qayıdacağını deyib getmiş, digər şəxs isə qabaq sağ oturacağa əyləşmiş və onlar məscid istiqamətində hərəkət edərək, məscidin giriş qapısını təxminən 10 metr keçib dayanmışlar. Bir neçə dəqiqə keçdikdən sonra, məsciddən qışqırıq səsləri eşidilmişdir. Bu zaman həmin 2 nəfər şəxs məscidin giriş qapısı istiqamətindən avtomaşına doğru qaçmış, avtomaşına ilkin olaraq əyləşmiş şəxs yenə də qabaq sağ sərnişin oturacağına, əlindəki çanta ilə məscidə getmiş şəxs isə arxa oturacağa əyləşmiş və əlindəki bıçağı onun bədəninin sağ yan hissəsinə dirəyib ərazidən cəld şəkildə uzaqlaşmağı tələb etmişdir. O, cəld şəkildə avtomaşını sürüb olduqları ərazidən uzaqlaşmış, həmin şəxslərin göstərişi ilə , “Koroğlu” metrostansiyası yaxınlığındakı körpünün altına gəlmiş, burada onlar avtomaşından düşmüş, o, isə avtomaşını sürüb getmişdir (cild 1, iş vərəqi 280-282). Cinayət işinin materiallarında olan 15 dekabr 2014-cü il tarixli şəxsin tanınması protokolundan görünür ki, iş üzrə şahid X13 ona tanınma üçün təqdim olunan şəxslərin arasında Təqsirləndirilən şəxs tanıyaraq bu şəxsin 26 noyabr 2014-cü il tarixdə saat təxminən 02:30-03 radələrində gözətçisi olduğu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın törədən və sol əli ilə onu vurub yıxan şəxs olduğunu bildirmişdir. Onun bildirdiyinə görə, yerə yıxılıb səs-küy saldıqda həmin şəxs cəld olaraq məscidin həyətindən qaçıb getmişdir (cild 2, iş vərəqi 21-22). Cinayət işinin materiallarında olan 15 dekabr 2014-cü il tarixli şəxsin tanınması protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X18 ona tanınma üçün təqdim olunan şəxslərin arasında təqsirləndirilən şəxs X12 tanıyaraq göstərmişdir ki, 26 noyabr 2014-cü il tarixdə saat təxminən 3 radelerinde Qaraçuxur qəsəbəsində yerləşən “Turan” şadlıq evinin yaxınlığından idarə etdiyi avtomaşınla keçərkən bu şəxs tanımadığı digər bir nəfər birlikdə onu saxlamış və onları bir qədər qabaqda yerləşən məscidə aparmağı xahiş etmişlər. Bu şəxs qabaq sağ oturacağa əyləşmiş, digər şəxs avtomaşına əyləşməyərək məscidə gedib çiynindəki çantanı kiməsə verib qayıdacağını deyib getmiş, onlar isə məscid istiqamətində hərəkət edərək, məscidin giriş qapısını təxminən 10 metr keçib dayanmışlar. Bir neçə dəqiqə keçdikdən sonra, məsciddən qışqırıq səsləri eşidilmişdir. Bu zaman qabaq oturacaqda əyləşmiş həmin bu şəxs avtomaşından düşüb məscidin giriş qapısına doğru təxminən 5-6 metr irəlləmişdir. Dava-dalaş düşdüyünü zənn edib, avtomaşından düşdükdə, həmin 2 nəfər şəxs məscidin giriş qapısı istiqamətindən avtomaşına doğru qaçmış, avtomaşına ilkin olaraq əyləşmiş həmin bu şəxs yenə də qabaq sağ sərnişin oturacağına, əlindəki çanta ilə məscidə getmiş şəxs isə arxa oturacağa əyləşmiş və əlindəki bıçağı onun bədəninin sağ yan hissəsinə dirəyib ərazidən cəld şəkildə uzaqlaşmağı tələb etmişdir. O, cəld şəkildə avtomaşını sürüb olduqları ərazidən uzaqlaşmış, həmin şəxslərin göstərişi ilə, “Koroğlu” metrostansiyası yaxınlığındakı körpünün altına gəlmiş, burada onlar avtomaşından düşmüş, o, isə avtomaşını sürüb getmişdir (cild 2, iş vərəqi 26-28). Cinayət işinin materiallarında olan 20 dekabr 2014-cü il tarixli əşyanın tanınması protokolundan görünür ki, şahid X16 ona tanınma üçün təqdim olunan notebuk-kompüter çantaları arasında dəri üzlüklü, üzərində “Acer” qeydləri olan qara rəngli çantanı tanıyaraq göstərmişdir ki, həmin çanta ona məxsus olmuş, 2014-cü il noyabr ayının 25-dən 26-na keçən gecə, yaşadığı Zığ qəsəbəsindəki evinin qarşısında tanışları Elnur Ələkbərov və Təqsirləndirilən şəxsla ayrılarkən sonuncu hansısa kitablarını içinə yığmaq üçün çantanı ona verməyi xahiş etmiş və o, həmin çantanı ona vermişdir (cild 2, iş vərəqi 108-111). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası MTN Antiterror Mərkəzinin 29 yanvar 2015-ci il tarixli 6/586 nömrəli məktubundan görünür ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X17 26 noyabr 2014-cü il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən məscidin yandırılmasında istifadə etdikləri yanacağı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən “Lukoyl” və Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 2500/24 saylı məhəllədə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqələrindən eldə etmişlər (cild 2, iş vərəqi 278). Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında 19 fevral 2015ci il tarixli qərarlar, xidməti məktub və aktlardan görünür ki, 28 noyabr 2014-cü il tarixdə saxlanılan zaman Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 5 (beş) ədəd 9 mm kalibrli patronla birlikdə 9 mm kalibrli “Makarov” modelli, “PM” markalı, “YX 0855” №-li tapança, 28 noyabr 2014-cü il tarixdə saxlanılan zaman təqsirləndirilən şəxs X9 üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş “Smit- Vesson” markalı “1874 06” №-li, 7,62 mm kalibrli patronların atılması üçün uyğunlaşdırılmış revolver, 26 noyabr 2014-cü il tarixdə yanğın baş vermiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin 1-ci mərtəbəsindəki zala keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, daxilində neft məhsulu - benzinə məxsus izlər olan 0,5 litrlik şüşə butulka və 2 dekabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrin yerində yoxlanılması zamanı Abşeron rayonu, Masazır kəndi, “Yeni məhəllə” adlanan ərazidən keçən daşlı-kəsəkli torpaqlı avtomobil və piyada yolunun sol tərəfindəki çökəklik ərazidən aşkar edilərək götürülmüş üzərində “Acer” qeydləri olan qara rəngli notebuk-kompüter çantası maddi sübut kimi tanınmış, qeyd edilən tapança və revolver MTN Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilmiş, şüşə butulka və notebuk-kompüter çantası isə MTN İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir (cild 4, iş vərəqi 51-61). Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında 27 aprel 2015ci il tarixli qərardan görünür ki, 26 noyabr 2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Qaraçuxur qəsəbə dini icması” məscidində quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə lentə alınan videoçəkilişlərin əks olunduğu “Princo” markalı “DVD-R” diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 4, iş vərəqi 165- 168). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 dekabr 2014-cü il tarixli 1617 nömrəli rəyindən görünür ki, X10 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki Elnur Ələkbərovda həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə, yəni 2014-cü ilin iyun ayından - 27 noyabr 2014-cü il tarixədək Elnur Ələkbərov öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Elnur Ələkbərov törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vər. 185-186). Cinayət işinin materiallarında olan stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2015-ci il tarixli 142 saylı rəyi ilə anlaqlı vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs sonradan X2 Tip formasında psixi xəstəliyə tutulması və bunun nəticəsində halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum olması müəyyən edilərək, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşməsi müəyyən olunmuşdur. Ona qarşı Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq X33 stasionannda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədə müvafiq hesab edilmişdir (cild 4, iş vər. 232-235). Cinayət işinin materiallarında olan təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2015-ci il tarixli 161 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmuş, yəni psixi pozuntu remissiya vəziyyətində olmuş, göstərilən əməli törətdiyi zaman anlaqlı olmuşdur. Lakin, cinayət əməlini törətdikdən sonra və hal-hazırda onda müəyyən edilən şizoaffektiv pozuntusu, depressiv tip formasında psixi xəstəliklə əlaqədar o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda deyil, yəni psixi durumuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükə əhəmiyyət kəsb edir, yəni onun özünə və başqa şəxslərə zərər yetirməsi təhlükəsi mövcuddur. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq X33 stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədə uyğundur (cild 4, iş vərəqi 247-250). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.2.1 və 134-cü maddələri ilə və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.2.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.2.1 və 134-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan onun barəsində X33 stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin qərar qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.2.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılmışdır (cild 4, iş vərəqi 362-385). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2016-cı il tarixli hökmünün surətindən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 228.2.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 4, iş vərəqi 386-410). Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində X33 stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (cild 5, iş vərəqi 63-69). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 4 oktyabr 2017-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2017-ci il tarixdə xəstəxananın X33 Stasionarında məcburi müalicəyə qəbul olunmuşdur (cild 5, iş vərəqi 126). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 24 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarları ilə Təqsirləndirilən şəxs X33 Stasionarında məcburi müalicəsi dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün 18 dekabr 2019-cu il tarixdə evə yazılmışdır (cild 5, iş vərəqi 145). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X56 “X36” X48 31 oktyabr 2024-cü il tarixli məktubu ilə daxil olmuş olüm haqqında şəhadətnamənin surətindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının arxivindən daxil olmuş ölüm haqqında akt qeydinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Durğunluq ürək çatışmazlığı” səbəbindən 4 mart 2024-cü il tarxdə ölmüşdür (cild 5, iş vərəqi 179-183). Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1, 214.2.1 və 214.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs qardaşı X30 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaqla məhkəməyə ərizə təqdim edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir (cild 5). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; 106-1.1-ci maddəsində ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsində cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106- 1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir; 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır; 321.2.1-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən və onun hüquqi varisi cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdiyindən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməli, qətimkan tədbirinin tətbiq edilməsi üçün zərurət aradan qalxdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. İşüzrə maddi sübutlar: -Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan 28 noyabr 2014-cü il tarixdə saxlanılan zaman Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 5 (beş) ədəd 9 mm kalibrli patronla birlikdə 9 mm kalibrli “Makarov” modelli, “PM” markalı, “YX 0855” №-li tapança, 28 noyabr 2014-cü il tarixdə saxlanılan zaman X9 üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş “Smit-Vesson” markalı “1874 06” №-li, 7,62 mm kalibrli patronların atılması üçün uyğunlaşdırılmış revolver Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, -26 noyabr 2014-cü il tarixdə yanğın baş vermiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin 1-ci mərtəbəsindəki zala keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, daxilində neft məhsulu - benzinə məxsus izlər olan 0,5 litrlik şüşə butulka; 2 dekabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrin yerində yoxlanılması zamanı Abşeron rayonu, Masazır kəndi, “Yeni məhəllə” adlanan ərazidən keçən daşlı-kəsəkli torpaqlı avtomobil və piyada yolunun sol tərəfindəki çökəklik ərazidən aşkar edilərək götürülmüş üzərində “Acer” qeydləri olan qara rəngli notebuk-kompüter çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -26 noyabr 2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Qaraçuxur qəsəbə dini icması” məscidində quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə lentə alınan videogörüntülərin faylının saxlanıldığı “Princo” markalı “DVD-R” diski cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 400 (dörd yüz) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3-1, 106-1.1, 106-1.3, 106-1, 281, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 228.2.1, 214.2.1 və 214.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübutlar: -Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan 28 noyabr 2014-cü il tarixdə saxlanılan zaman Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 5 (beş) ədəd 9 mm kalibrli patronla birlikdə 9 mm kalibrli “Makarov” modelli, “PM” markalı, “YX 0855” №-li tapança, 28 noyabr 2014-cü il tarixdə saxlanılan zaman X9 üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş “Smit-Vesson” markalı “1874 06” №-li, 7,62 mm kalibrli patronların atılması üçün uyğunlaşdırılmış revolver Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, -26 noyabr 2014-cü il tarixdə yanğın baş vermiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin 1-ci mərtəbəsindəki zala keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, daxilində neft məhsulu - benzinə məxsus izlər olan 0,5 litrlik şüşə butulka, 2 dekabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrin yerində yoxlanılması zamanı Abşeron rayonu, Masazır kəndi, “Yeni məhəllə” adlanan ərazidən keçən daşlı-kəsəkli torpaqlı avtomobil və piyada yolunun sol tərəfindəki çökəklik ərazidən aşkar edilərək götürülmüş üzərində “Acer” qeydləri olan qara rəngli notebuk-kompüter çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. -26 noyabr 2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Qaraçuxur qəsəbə dini icması” məscidində quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə lentə alınan videogörüntülərin faylının saxlanıldığı “Princo” markalı “DVD-R” diski cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 400 (dörd yüz) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-32/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-32/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver