Məhkəmə qərarları › İş №1(101)-320/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-320/2020

13.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-320/2020 13.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakışəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1962-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Kürdəmir şəhəri Azərbaycan küçəsi ev 13-də qeydiyyatda ollmaqla, ünvan 1, mənzil 240-da yaşamış, Bakıİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayətişinə açıq məhkəmə iclasında baxaraq, M üə y y ə n e t d i : Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəəldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədəşəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Nadir» adlışəxsləəvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Nadir» adlışəxsin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 900,025 qram çəkidə narkotik vasitə heroini naməlum vaxtda satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1, mənzil 240 ünvana daşıyaraq həmin narkotik vasitə heroindən 50,025 qramını bölüb bir bükümə qablaşdıraraq üzərində, qalan 850 qram çəkidə heroini isə bir bükümə qablaşdırıb yaşadığı evdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizəİdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmişəməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxx 2019-cu ildə saat 18:30-da yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda, yəni 50,025 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrəözünütəqsirli bilməyərək ifadəsində göstərdi ki,həyat yoldaşından boşanmışdır. Xəstəliyi iləəlaqədar uzun müddətdir ki, Bakışəhərinə köçüb, anket məlumatlarında göstərilən ünvanda bacısının yanında kirayədə yaşamışdır və heç yerdə işləməmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. 2007-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və ona narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bundan sonra narkotik vasitələrdən istifadə etməmişdir. xx xxx 2019-cu il tarixdə yaşadığı evin blokun qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmişdir. Bu zaman üzərindəcəmi 20 manat pul olmuşdur. Onda nə narkotik vasitə, nə də gəzdirilməsi qanunla qadağan edilmiş başqa hər hansı bir əşya olmamışdır. Üzərinə və mənzilə baxış zamanı tədbirdə hal şahidləri iştirak etməmişdir. Nəüstündə, nə də yaşadığı mənzildə narkotik vasitə olmamışdır. İttiham aktında qeyd olunan 50 qram narkotik vasitə-heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Bir qədər sonra qədər polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə qalxmış və sonuncular onun mənzilinə də narkotik vasitə də yerləşdirmişlər. İttiham aktında qeyd edilmiş «Nadir» adlışəxsi tanımır. O, heç vaxt İranda olmamışdır. İbtidai istintaq zamanı polis əməkdaşlarının diktəsi ilə adından yazılmış ifadələrə imza etmişdir. Həmin ifadələri təsdiq etmir.Barəsindəədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərdi ki, xx xxx 2019cu il tarixdə günorta saatlarında Baş Narkotiklərlə Mübarizəİdarəsinə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakışəhəri Yasamal rayonu ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirdiyi, satışı ilə məşğul olduğu və yaşadığı mənzilində həmin maddəni saxladığı barədəəməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla idarə rəhbərliyinə məruzə etmiş vəəməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Əməliyyat qrupu yaradılmış və tədbirdə hal şahidi qismində iştirak etməsindən ötrü iki nəfər şəxs dəvət edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə xx xxx 2019-cu il tarixdə saat 18:30-da ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Sonuncunu qərarla tanış etdikdən sonra, ona hal şahidlərinin yanında üzərində nəəşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində bir bükümdə 50 qrama yaxın narkotik vasitə olan heroin olduğunu bildirmiş vəəynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen bükümüçıxardıb onlara təqdim etmişdir. Bükümü açdıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə-heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin bükümü içərisindəki maddə ilə birlikdə zərfə qoyub qablaşdıraraq möhürləmişlər. Hal şahidləri və Təqsirləndirilən şəxs həmin zərfin üzərinə imza etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3, mənzil 240 ünvanda özünə məxsus bir ədəd torbada 850 qrama yaxın narkotik vasitə olan heroin, həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzi olduğunu demiş və mənzilə baxış keçirilməsin etiraz etmədiyini bildirmişdir. Odur ki, hal şahidləri ilə birlikdə həmin ünvana getmişlər. Mənzildə olarkən Təqsirləndirilən şəxs özünün yataq otağında olan dolabın altından bir ədəd qara rəngli polietilen torbanı və bir ədəd elektron tərəzini götürüb onlara təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə həmin torbanı açdıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə olduğunu görmüşlər. Həmin torbanı içərisindəki maddə və elektron tərəzi ilə birlikdə qablaşdıraraq möhürləmişlər. Tədbir iştirakçıları bağlamanın üzərinə imza etmişlər. Baxış zamanı evdən əməliyyat marağı kəsb edən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi narkotik vasitə olan heroinləri xx xxx 2019-cu il tarixdə saat 1 radələrində Abşeron rayonu Masazır qəsəbəsində olarkən İran İslam Respublikası vətəndaşı olan «Nadir» adlışəxsdən bir qismini satmaq, qalan hissəsini isə 1000 manat müqabilində saxlamaq üçün aldığını demişdir. Daha sonra hal şahidləri və Təqsirləndirilən şəxsla birlikdə BNMİ-nə getmişlər. Orada keçirdikləri tədbir barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdəTəqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə keçirilmiş baxışda hal şahidi kimi iştirak etmişdir. Sonuncu BakışəhəriYasamal rayonu ərazisindəsaxlanılmışdır. Baxış zamanı sonuncu üzərində təxminən 50 qram çəkidə narkotik vasitə olduğunu deyib, əynində olan göy rəngli şalvarının sol yan cibindənbir ədəd şəffaf polietilen bükümçıxardıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindətünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər maddəolduğunu görmüşdür. Həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürləndikdən sonra onun tərəfindən zərfin üzərinə imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxskirayədə yaşadığı ünvan 3, mənzil 240 ünvanda da narkotik vasitə olduğunu bildirmişdir. Odur ki, polis əməkdaşları və digər hal şahidi ilə birlikdə həmin evəgetmişlər. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yataq otağına keçmiş, dolabın altından bir ədəd qara rəngli polietilen torba və bir ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polislər həmin torbanı açdıqda, içərisində tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər maddə olduğunu görmüşlər. Həmin torbanı içərisindəki maddə, bir ədəd elektron tərəzi ilə birlikdə qablaşdıraraq möhürləmiş və imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinləri xx xxx 2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu Masazır qəsəbəsində olarkən «Nadir» adlıİran İslam Respublikası vətəndaşından 1000 manat müqabilində müvəqqəti olaraq saxlamaq, bir qismini isə müştəri taparsa satmaq üçün əldə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və digər hal şahidi ilə birlikdə Baş Narkotiklərlə Mübarizəİdarəsinə getmişlər. İdarədə dəvət edilmiş vəkilin iştirakı ilə polis əməkdaşı tərəfindən tədbirin nəticələrini özündəəks etdirən protokol tərtib edilmişdir. Protokol oxundaqdan sonra bütün iştirakçılar imzaları ilə doğruluğunu təsdiq etmişlər. İştirak etdiyi müddət ərzində Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, BNMİ-nin əməliyyat müvəkkili vəzifəsindəçalışır. xx xxx 2019-cu ildə Təqsirləndirilən şəxs saxlanılması, üzərinə və evinə baxış keçirilməsi tədbirindəəməliyyat qrupunun üzvü kimi iştirak etmişdir. Həmin gün saat 18:30-da ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Hal şahidlərinin yanında ona üzərində nə varsa, təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə 50 qrama yaxın narkotik vasitə olan heroin olduğunu bildirmiş vəəynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen bükümüçıxardıb onlara təqdim etmişdir. Həmin bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə-heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar həmin bükümü içərisindəki maddə ilə birlikdə zərfə qoyub qablaşdıraraq möhürləmişlər. Hal şahidləri və Təqsirləndirilən şəxs həmin zərfin üzərini imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, kirayədə yaşadığı ünvan 3, mənzil 240 ünvanda da bir ədəd torbada 850 qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzi vardır. Sonuncu mənzilə baxış keçirilməsinə etiraz etmədiyindən hal şahidləri ilə birlikdə qeyd edilən ünvana getmişlər. Təqsirləndirilən şəxs yataq otağındakı dolabın altından bir ədəd qara rəngli polietilen torbanı və bir ədəd elektron tərəzini götürüb onlara təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə həmin torbanı açdıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə-heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Odur ki, torbanı içərisindəki maddə və elektron tərəzi ilə birlikdə qablaşdıraraq möhürləmişlər. Tədbir iştirakçıları bağlamanın üzərinə imza etmişlər. Baxış zamanı evdən başqa heç nə aşkar etməmişlər. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinləri xx xxx 2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu Masazır qəsəbəsində olarkən İran İslam Respublikası vətəndaşı olan «Nadir» adlışəxsdən bir qismini satmaq, qalan hissəsini isə 1000 manat müqabilində saxlamaq üçün aldığını demişdir. Daha sonra birlikdə BNMİ-nə getmişlər. Orada dəvət edilmiş vəkilin iştirakı ilə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmişŞahid5ifadəsindən görünür ki, polis əməkdaşlarının dəvəti iləxx xxx 2019-cu il tarixdə saat 17 radələrindəTəqsirləndirilən şəxs adlışəxsin üzərinə və evinə keçirilmiş baxışda hal şahidi qismində iştirak etmişdir. Sonuncu BakışəhəriYasamal rayonu ərazisindəsaxlanılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxsəynində olan göy rəngli şalvarının sol yan cibindənbir ədəd şəffaf polietilen bükümçıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açdıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər maddə aşkar etmişlər. Həmin maddə zərfə qoyulub qablaşdırılmış və möhürləmişdir. Onlar zərfin üzərinə imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3, mənzil 240 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yataq otağında olan dolabın altından bir ədəd qara rəngli polietilen torbanı və bir ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına vermişdir. Həmin torba açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər maddə olduğunu görmüşlər. Həmin torbanı içərisindəki maddə, bir ədəd elektron tərəzi ilə birlikdə qablaşdıraraq möhürləmiş və imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinləri xx xxx 2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu Masazır qəsəbəsində olarkən «Nadir» adlıİran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmiş vəəlavə etmişdir ki, həminşəxs narkotik vasitəni bir müddət özündə saxlamağa görə 1000 manat pul verəcəyini vəd verib, müştəri taparsa bir qismini satmasını da təklif etmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs, onu və digər hal şahidini Baş Narkotiklərlə Mübarizəİdarəsinə dəvət etmişlər. İdarədə vəkilin iştirakı ilə keçirdikləri tədbirlə bağlı protokol tərtib edilmişdir. Protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 11-14-cü vərəqələrindəki “əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx xxx 2019-cu il tarixdə saat 18:30-da keçirilmişəməliyyat-axtarış tədbiri zamanı ünvan 1 saylıünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmış, orada üzərinə baxış keçirilərkən onun əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf politilen bükümdə təxminən 50 qram qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə, daha sonra həmin gün saat 19:15-də Təqsirləndirilən şəxs yaşadığı yaşadığı ünvan 1, mənzil 240 ünvanında mənzilin yataq otağında olan dolabın altından bir ədəd qara rəngli polietilen torbada təxminən 850 qram tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə oxşar maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli 13869 nömrəli rəyindəngörünürki, tədqiqata təqdim edilmişüzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 50,025 qram qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş, üzərində“Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildən aşkar edilərək götürülmüş...” yazısı olan qara rəngli politilen torbada, 01 ədəd bükümdə təmiz çəkisi 850 qram olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş heroinin ümumi təmiz çəkisi 900,025 qram və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponenlərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının x xxxxxx 2019-cu il tarixli 1864 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyəəks göstərişləri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 113-114-cü vərəqələrindəki xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 50,025 qram narkotik vasitə-heroin, yaşadığı mənzildən götürülmüş qara rəngli politilen torbada, bir ədəd bükümdə təmiz çəkisi 850 qram narkotik vasitə-heroin və bir ədəd elektron tərəzi işüzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalan cəmi 899,825 qram narkotik vasitə-heroin və bir ədəd elektron tərəzi saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin105-civərəqəsindəkiAzərbaycanRespublikasıDİN-ninBƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsBakışəhəri Nərimanov rayon məhkəməsinin x xxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2008-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. İşin 23-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdəşübhəli şəxs qismindətutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxsməhkəmə elan edilmiş ittiham özünü təqsirli bilmədi. Üzərində və yaşadığı mənzilində narkotik vasitə olmadığını, İİR-nın vətəndaşı “Nadir” adlışəxsi tanımadığını və sonuncudan narkotik vasitəəldə etmədiyini, ittiham aktında qeyd olunan narkotik vasitə və tərəzinin onun saxlanılması vəüzərinə baxış keçirilməsində iştirak etmiş polis əməkdaşları tərəfindən qoyulduğunu, barəsində keçirilmişəməliyyat tədbirində hal şahidlərinin iştirak etmədiyini, polis əməkdaşlarının diktəsi ilə adından yazılmış ifadələrə imza etməyə məcbur edildiyini göstərdi. Onun bu ifadəsi İbtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri (i.v. 50-53, 64-67), şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam təkzib olunduğundan məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Təqsirləndirilən şəxs cinayət işinin 50-53 və 64-67-ci vərəqələrindəki şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, əvvəllər Nərimanov rayonu ərazisində kirayədə yaşayarkən qonşuluqda qalan İran İslam Respublikası vətəndaşı “Nadir” adlışəxslə tanış olmuşdur. Sonradan anket məlumatlarında göstərilən ünvana köçüb orada yaşamaqda davam etmişdir. Yasamal rayonu ərazisinə köçəndən sonra Nadiri görməmişdir. Tutulmamışdan təxminən bir həftəəvvəl Abşeron rayonu Masazır qəsəbəsində təsadüfən Nadirlə rastlaşmışdır. Söhbət zamanı sonuncu yaxınlarda ona İran İslam Respublikasından narkotik vasitə heroin gətirələcəyini, müştəri tapmaqda köməklik etsə, həminnarkotik vasitəni satıb ona da xeyir verəcəyini demişdir.Nadirəbeləmüştərisininolmadığını bildirmişdir. Nadir ona daimi və etibarlı yaşayış yerinin olmadığını, İrandan narkotik vasitə gətirəcəyini, həmin narkotik vasitəni müəvəqqəti olaraq özündə saxlayacağı təqdirdə ona 1000 manat pul verəcəyini, narkotik vasitə onda olan müddətdə müştəri olsa, həm də sata biləcəyini demiş və o, razılaşmışdır.Nadirdən əlaqə telefonu istədikdə sonuncu, mobil telefon işlətmədiyini bildirmişdir. xx xxx 2019-cu il tarixdə saat 01 radələrində Masazır dairəsi adlanan yerdə görüşəcəkləri barədə razılaşıb ayrılmışlar. Deyilən tarixdə və vaxtda həmin yerə getmişdir. Saat 01 radələrində Nadir dövlət nömrə nişanını xatırlamadığı taksi ilə həmin yerə gəlmişdir. Nadir ona bir ədəd əl çantası vermiş və daha sonra həmin taksi ilə onun kirayədə yaşadığı Yasamal rayonu D.Bünyadzadə küçəsi 15 ünvanının qarşısına gəlmişlər. Nadir etibarlı yer tapandan sonra narkotik vasitəni ondan götürücəyini deyib, avtomobildən düşüb getmişdir. Nadir onun əlaqə telefonunu götürmüşdür. Mənzilə qalxıb çantaya baxdıqda içərisində 1 ədəd qara rəngli polietilen bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi olduğunu görmüş, həmin narkotik vasitəni və tərəzini yataq otağında olan dolabın altına yerləşdirmişdir. xx xxx 2019-cu il tarixdə saat 18 radələrində mənzildə olarkən həmin heroindən təxminən 50 qramını elektron tərəzidəçəkib bir ədəd şəffaf sellofanda qablaşdırıb, əynindəki göy rəngli şalvarın sol yan cibinə yerləşdirmişdir ki, müştəri olsa, satıb pul əldə etsin.Nadirondan narkotik vasitəni saxlamaqla yanaşı, həm də müştəri olarsa satmasını xahiş etmişdir.Saat təxminən 18:30-da yaşadığı binadan çıxan zaman bir neçə mülki geyimlişəxsonayaxınlaşıb xidməti vəsiqələrini göstərməkləözlərini polis əməkdaşları kimi təqdimetmişlər.Sonuncular hal şahidləri vəəməliyyat tədbirinin keçirilməsi barədə qərarlaonu tanış etdikdən sonra, ona külli miqdarda narkotik vasitələri əldə edib, Yasamal rayonu ərazisində satışı ilə məşğul olmaqda şübhəli olduğu izah edilmişdir.Daha sonra polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir.Üzərində olan narkotik vasitəni gizlədə bilməyəcəyini anlayıb, üzərində təxminən 50 qramçəkidə narkotik vasitə heroin, 20manatpul,mobiltelefonvəşəxsiyyətvəsiqəsiolduğunu bildirmişdir. Daha sonra əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükdüyü narkotik vasitə heroini, sağ yan cibindən 20 manat pulu, “Samsung” markalı mobil telefonu və arxa sol cibindən isəözünə məxsus olan şəxsiyyət vəsiqəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş büküm hal şahidlərinin iştirakı ilə açılmış və içərisində narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Daha sonra həmin büküm hal şahidlərinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə o, və hal şahidləri imza etmişlər. 20 manat pul özünə qaytarılmış, mobil telefon vəşəxsiyyət vəsiqəsi işüçün əhəmiyyət kəsb etdyi bildirilərək götürülmüşdür. Polisəməkdaşları ondan yaşadığı mənzildə narkotik vasitə olub-olmadığını soruşmuşdur.Mənziləbaxış keçirilsə yataq otağında gizlətdiyi narkotik vasitənin aşkar ediləcəyini fikirləşib, mənzildə təxminən 850 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi olduğunu bildirmişdir. Mənzilə baxış keçirilməsinə etiraz etməmiş və bu barədəərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra yaşadığı mənzilə baxış keçirilmişdir. Həmin vaxt mənzildə heç kim olmamışdır. Baxış zamanı yataq otağında yerləşən dolabınaşağı hissəsində bir ədəd qara rəngli polietilen torbada gizlətdiyi narkotik vasitə heroİni və elektron tərəzini hal şahidlərinin iştirakları ilə polis əməkdaşlarına təqdim etmişdir. Torba hal şahidlərinin iştirakları ilə açılan zaman içərisində narkotik vasitə heroin olması aşkar edilmişdir. Mənzilə baxış zamanıəlavə heçnə aşkar edilməmişdir.Sorğu zamanı həmin narkotik vasitəni tanışıİran İslam Respublikası vətəndaşı“Nadir”adlışəxsdən xx xxx 2019-cu il tarixdəsaat01 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəəldə etdiyini bildirmişdir. Nadir adlışəxsinnarkotikvasitələri saxlayacağı halda ona 1000 manat pul verəcəyini, müştəri olduqda isə satıb qazanc əldə edəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları müvafiq sənədləşdirməişləri aparılmasıüçün onu özləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizəİdarəsinə dəvət etmiş, sonuncuların təklifi ilə razılaşıb birlikdə Başİdarəyə getmişdir. Orada onun hüquqlarını müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra baş verənlər barədə protokol tərtib edilmişdir.Protokolonlara oxunmuş, yazılanlarla razılaşdığıüçün protokola imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinəəsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinəəsasən o, cəzasınıümumi rejimli cəzaçəkmə müəsisəsindəçəkməli, cəzaçəkmə müddətinin başlanğıcışübhəli şəxs qismində tutulduğu xx xxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinəəsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşüzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinətəhvilverilmiş xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 50,025 qram narkotik vasitə-heroin,yaşadığı mənzildən götürülmüş qara rəngli politilen torbada, bir ədəd bükümdə təmiz çəkisi 850 qram narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonrakı qalan cəmi 899,825 qram hissəsivəbirədəd elektrontərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü-cü maddəsinəəsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumi rejimli cəzaçəkmə müəsisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İşüzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 50,025 qram narkotik vasitə-heroin, yaşadığı mənzildən götürülmüş qara rəngli politilen torbada, bir ədəd bükümdə təmiz çəkisi 850 qram narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonrakı qalan cəmi 899,825 qram hissəsi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar