Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-320/2021 13.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) – 320/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 13 iyul 2021-ci il Bakı şəhərində BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi, Məmmədov Əli irfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X6, Bakı Şəhər 13 saylı Vəkil Bürsounda fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi: X12 və onun nümayəndəsi Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" MMC-də marketinq meneceri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR Cavadxan küçəsi, ev 1, mənzil 32-də qeydiyyatda olmaqla Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, ev 97, mənzil 40-da kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2003-cü ildən rəsmi nikahda olduğu əri Zərərçəkmiş şəxs onun ailəvi tanışları Şahid6 ilə intim münasibətdə olmaqla xəyanət etməsini 2019-cu ilin mart ayında bildiyindən ailə daxili münasibətlər pisləşdikdən və Zərərçəkmiş şəxs bu barədə valideyinlərinə və digər ailə üzvlərinə məlumat verib boşanacağını bəyan etməsindən sonra, özünün anası və qardaşlarının arasında rüsvay olmasının qarşısını almaq üçün istintaqa məlum olmayan şəxslə (şəxslərlə) qabacaqdan əlbir olan bir qrup şəxs halında əri Zərərçəkmiş şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdikləri “fenotiazin” qrupuna aid psixotrop kimyəvi maddəni həzm yolu ilə qəbul etdirib müqavimət göstərmək imkanını aradan qaldırmaqla qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətlərini həyata keçirmək üçün 06.07.2019-cu il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs birgə yaşadıqları ünvan 1 ünvanına qayıtdıqdan sonra “fenotiazin” qrupuna aid psixotrop kimyəvi maddəni həzm yolu ilə qəbul etdirib ərini halsız vəziyyətə gətirmiş, sonuncunun əynindəki paltarları soyunub yalnız alt tumanında olmaqla mənzildəki qonaq otağında olan divanın üzərində uzanıb yatmasına, bununla da özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra isə 07.07.2019-cu il tarixdə, saat 02:45 radələrində mənzilin giriş qapısını içəridən açaraq digər şəxsi (şəxsləri) mənzilə buraxmış və həmin şəxslə (şəxslərlə) birlikdə məlum olmayan vaxtda və mənbədən əldə edilmiş iti uclu və ya kənarlı, eləcə də deşici-kəsici alətlərlə silahlanıb qonaq otağında divanda uzanıb yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan əri Zərərçəkmiş şəxs qarşı müstəsna dərəcədə amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcə də bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqda davam edərək sonuncuya alt çənədə solda və sağda qançır, alt dodaqda sağda əzilmiş yara, sol qulaqönü nahiyədə qançır və əzilmiş yara, sol dizdə və sağ ayaq altında qançır, döş qəfəsinin, qarının, hər iki baldırın və sol diz oynağının ön səthinin cızıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən, boynun ön səthində sağda üç ədəd səthi deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthində sağda fasiləli sıyrıq fonunda səthi deşilmiş-kəsilmiş yara və iki ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthində mərkəzdə, döş sümüyü üzərində iki ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısında üç ədəd səthi deşilmiş-kəsilmiş yara, sol bazu oynağının ön səthində səthi deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı 1/3-də kəsilmiş yara, sol dirsək oynağında üç ədəd səthi deşilmiş-kəsilmiş yara, sol əlin birinci barmağında əsas falanqada kəsilmiş yara, qarının ön səthində mərkəzdə deşilmiş-kəsilmiş yara, qarının sol yan səthində üç ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yan səthində ətrafında halqavari sıyrıq olan deşilmiş-kəsilmiş yara kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, boynun sağ yarısının bir ədəd yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası, boynun ön səthinin sol yarısının bir ədəd traxeyanın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, boynun sol yan səthinin iki ədəd traxeyanın zədələnməsi ilə müşayiət olunan deşılmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin üç ədəd daxilə nüfuz edərək ürəyin və sol ağciyərin zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları, qarının ön səthinin daxilə nüfuz edərək bağırsağın aventrasiyasına səbəb olan bir ədəd deşilmişkəsilmiş yarası kimi yetirilən an həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, yuxu venasının, traxeyanın, ürəyin və sol ağ ciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə ilə nəticələnən çoxsaylı xəsarətlər yetirməklə qabacadan əlbir olan bir qrup şəxs halında, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan dairəsinin yaxınlığında yerləşən Kənd Təsərrüfatı texnikası satışını həyata keçirən "xxxx" MMC-də aylıq 1350 manat əmək haqqı almaqla marketing menecer vəzifəsində işləmişdir. 2003-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü oğlu Sərdar doğulmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi ev 7, mənzil 27a-da yaşamışlar. Araz əvvəllər müxtəlif şirkətlərdə ekspeditor, axırıncı dəfə “İceland” dondurma zavodunda satış meneceri işləmiş, 2017-ci ildən heç bir yerdə işləməmişdir. Araz işləmədiyi müddətdə bir neçə dəfə banklardan kreditə pul götürmüş, nəyə görə pul götürdüyünü, hansı problemi olduğunu nə qədər soruşsa da, sonuncu bu barədə ona heç bir söz deməmişdir. Özünə məxsus “Hyundai elantra” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilini 01.04.2018-ci il tarixdə 10 000 manata qardaşı Salman Bayramova satmış, pulu ABŞ dollarına dəyişib özündə saxlamışdır. Əvvəl avtomobili satıb başqa maşın almaq istəmiş, lakin sonradan fikrini dəyişib oğlunun təhsili üçün pulu saxlamışdır. Pulun üstündən ev ehtiyacları üçün bir qədər xərcləmiş, 4850 ABŞ dolları pulu qalmışdır. Həmin pulu 2019-cu ilin aprel ayından iş yerindəki xidməti otağında seyfdə saxlamışdır. Hadisədən təxminən 3 həftə əvvəl Araz ondan əvvəllər ona aldığı qızıl qolbağını istifadə edibetmədiyini soruşmuş, o, istifadə etmədiyini dedikdə Araz qolbağını satmasına görə icazə istəmiş, Arazdan qolbağını satmasının səbəbini soruşduqda borcu olduğunu, satıb borcunu verəcəyini bildirmişdir. Arazdan kimə, nə qədər borcu olduğunu soruşsa da, sonuncu ona həmin şəxsləri onun tanımadığını, ona borc sahiblərinin onu bezdirdiyini söyləmişdir. Dəyəri təxminən 1500 manat olan qolbağını Araza vermiş, sonuncu da aparıb borcunu qaytarmışdır. Özü təxminən 2 ay olar ki, əlavə iş yeri kimi restoranlarda dekor üçün güllərin yetişdirilib satışını həyata keçirilməsi işini görmüş, bu işlə əlaqədar “Heydər Əliyev” prospektində ofis icarəyə götürmüşdür. 06.07.2019-cu il tarixdə həmin ofisdə olan zaman saat 18 radələrində Araz ona zəng etərək demişdir ki, “hazırlaş gəlirik”. Araz saat 18 radələrində Bakı şəhəri, Heydər Əliyev prospekti 15 ünvanında yerləşən “Caspian Plazanın” 16-cı mərtəbəsindəki icarəyə götürdüyü ofisin qarşısına gəlmiş, o, aşağı düşdükdə Arazı, Knyazı və qaynı Ayazın qayınatası Knyaza məxsus maşınla gəldiklərini görmüş, sonuncularla birlikdə evə getmişlər. Ayaz və Knyaz da maşından düşüb evə gəlmiş, bir qədər evdə oturduqdan sonra sonuncular öz evlərinə getmişlər. Qaynatası və qaynını onlarda olanda kimsə Araza zəng edib axşam onu futbol oynamağa çağırdığından, saat 21 radələrində Araz futbol oynamağa getmiş, gecə saat 12-ə qalmış evə gəlmişdir. Həmin vaxtı o, anası və oğlu Sərdar evdə olmuş, o, qapını açdıqda Araz içəri daxil olmuş və futboldan gəldiyi üçün hamama çimməyə getmişdir. O, evdə olan qarpız və yemişi doğrayıb stolun üzərinə qoymuş, hamamdan çıxandan sonra saat təxminən 01-də özü yatmağa getmişdir. Evin yataq otağında olan çarpayıda o, anası ilə, digər bir nəfərlik çarpayıda isə oğlu Sərdar yatmış, Araz isə havaların isti keçməsinə görə kondisoner olan otaqda, yəni qonaq otağında divanda yatmışdır. Təxminən saat 03 radələrində yuxudan oyanıb ayaqyoluna getmək istəmiş, yataq otağından qonaq otağında daxil olanda Arazın yavaş səslə kiminləsə nə isə danışdığını eşitmiş, sonuncunun divanda alt paltarında oturduğunu, iki nəfər tanımadığı şəxsdən birinin ayaq üstə, digərinin isə Arazla üzbəüz oturaqlı vəziyyətdə olduğunu görmüşdür. Otaq qaranlıq olmuşdur. Arazın qarşısında oturan şəxs ona “səs çıxartma, gəl Arazın yanında otur” sözlərini demiş, Araz da həmin şəxslərə demişdir ki, “mənə nə edirsiniz edin, arvad-uşağa heç nə etməyin”. O, Arazın sol tərəfində oturmuş, Arazla söhbət edən şəxslər rus dilində danışmışlar. Arazla üzbəüz oturan şəxs demişdir ki, “axı sən bilirsən ki, sən borc götürmüsən, pulu qaytarmaq lazımdı, gəlmişik bundan axırı yoxdur”. O, qorxduğu üçün sakitcə yerində oturmuş, Araz ona pulu gətirməsini demişdir. O, iki gün əvvəl H.Əliyev prospektində yerləşən ofisdə seyfdən götürüb gətirdiyi 4850 ABŞ dollar pulu yataq otağında komodun içərisində mücrüdən götürərək gətirib Araza vermişdir. Pulu verən kimi Arazın qarşısında oturan şəxs ona evdə olan telefonları gətirməsini dediyindən, o, gedib içərisində ***-***-**-** və ***-***-**-** telefon nömrələri olan “Samsung J5” markalı mobil telefonu, anasının istifadəsində olan içərisində ***-***-**-** telefon nömrəsi olan “samsunq J3” markalı mobil telefonu, oğlu Sərdarın istifadəsində olan içərisində 051- 291- 08-86 telefon nömrəsi olan “samsunq J3”markalı mobil telefonu gətirmişdir. Qonaq otağında Araza məxsus içərisində ***-***-**-**, içərisində hazırda xatırlamadığı nömrə olan “samsunq J3” markalı mobil telefon divanın küncündə olmuş, Arazın qarşısında oturan şəxs telefonları götürüb pulun qalanlarını nə vaxt verəcəyini Arazdan soruşmuşdur. Bu sözdən sonra Araz əsəbiləşib affekt vəziyyətində qışqıraraq “ sən kimsən, nə istəyirsən məndən, olanım budur, artıq yoxumdu” demiş, həmin şəxs də “sənə demişəm axı sakit ol, yoxsa ikinizi də kəsərəm” demiş, Araz isə qarşısında oturan şəxsin anasının ünvanına nalayiq ifadə işlətmiş, bu vaxtı qapının yanında olan şəxs və Arazın qarşısındakı şəxs, hər iksi Arazın üzərinə hücum çəkmişdir. Ərinə hücum edib zərbələr vuranda onların qarşısını almaq istədikdə sol qolu kəsilmiş, qışqırmış , qışqıranda həmin şəxslərdən biri onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuş, zərbən in təsirindən huşu getmiş, bundan sonrasını xatırlamamış, bir də anasının qışqırıq səsinə özünə gəlmiş və Arazın divanda qanın içində oturaq vəziyyətdə olduğunu görmüşdür. Anasının səsinə özünə gələndə artıq anası işığı yandırmışdı. O, özünə gələn kimi yataq otağına qaçıb oğlu Sərdara baxmış, əvvəlki ifadələrində oğlunun yerində olmadığını, blokda qışqırdığını gördüyünü bildirsə də sonradan hadisəni daha rahat şəkildə xatırlayınca başa düşmüşdür ki, oğlu öz yerində uzanmış vəziyyətdə olub. Anasının qışqırığını eşitsə də, onun konkret olaraq hansı otaqda qışqırdığını bilmədiyindən əvvəlcə mətbəxə qaçmış, sonra hamam otağına keçmiş, bir anlıq güzgüdə özünü qan içində görüb qorxmuş və qonaq otağına geri qayıdıb özündən getmişdir. Huşu özünə gələn müddətə qədər, hadisə ərəfəsi hamam otağına getməmiş, huşu özünə gələndən sonra hamam otağına getmişdir. O, hadisə günü həmin şəxslərə telefonları verəndə onun telefonu sönülü olmamış, anasının, oğlu Sərdarın, Arazın telefonlarının sönülü olub-olmamasını bilməmişdir. Daha sonra təcili tibbi yardım gəlib onu aparıb qoluna sarğı qoymuşlar. Arazın kimlərə nə qədər borcunun olduğunu bilməmiş, ancaq adlarını bilmədiyi banklara borcu olmuş, lakin miqdarını bilməmişdir. O, hadisə baş verən günü saat 01-də yatmış, Araz isə yatmamışdır. O, yatandan sonra qapının döyülməsini, səs-küy eşitməmişdir. Arazla ər-arvad kimi yaxşı münasibətləri olmuşdur. O, hazırkı iş yerindən əvvəl Şahid6 rəhbərliyi ilə proqram təminatı, dizayın işləri ilə məşğul olan “Meqa Studiya”da işləmişdir. Mehmanı 2007-ci ildən tanımış, yaxşı münasibətləri olmuş, sonuncu Arazı da tanımaqla yaxın dostluq etmişlər. Şahid6la 2014- 2016-cı illərdə qeyri-rəsmi ər arvad münasibəti olmuş, bu yanlış olduğuna görə bu barədə Araza demiş, Araz coşub qışqır-bağır salsa da, ona bir sillə, çırtma da olsa vurmamışdır. 2019-cu ilin fevral ayında Mehmana əri işləmədiyindən ona vəziyyətinin çətin olduğunu demiş, sonuncu da ona “elədirsə boşan” demişdir. Bunu əhəmiyyətsiz şəkildə evdə Araza demiş, buna görə sonuncu Mehmandan onun ailə işinə qarışmasının səbəbini soruşmuş və onu Mehmanla işləməyə qoymamışdır. Hadisə günü Arazı öldürən şəxslərin üzündə qara rəngli maska olmuş, həmin şəxslər rus dilli olmuş, danışıqlarından çeçen-dağıstan zonasının adamlarına oxşamışlar, danışıq əsnasında ad çəkilməmişdir. Zərərçəkmiş şəxs son zamanlar “Persen” adlı sakitləşdirici dərman qəbul etmiş, başqa dərman qəbul etməsini bilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübüta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərdi ki, Şahid1 ilə 1976-cı ildə olan birgə nigahlarından 3 oğlu olmuş, Şahid5 böyük oğlu, Şahid4 isə kiçik oğlu, X22v isə ortancıl oğludur. Araz 2003-cü ildə Rəna ila ailə həyatı qurmuş, Sərdar adlı övladları vardır. Araz öz ailəsi ilə birlikdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivi 7 nömrəli 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 27A nömrəli 2 otaqlı mənzilində yaşamışlar. Həmin ev bacısı Nəcabət Səfərovaya məxsus olmaqla sonuncu həmin evi Araza ailəsi ilə birlikdə yaşamaq üçün vermiş, buna görə Arazdan kirayə pulu almamışdır. Araz «Avrora», «Baltika», «Aqroinvest» və digər şirkətlərdə müxtəlif vəzifələrdə işləmişdir. 06.07.2019-cu il tarixdə hər həftənin şənbə günləri olduğu kimi oğlu Ayazla birlikdə bacısı X5 Babək prospektindəki evinə gedib sonuncu ilə hal-əhval tutub, söhbət etmiş, həmin gün təsadüfən oğlu Araz ona telefonla zəng edərək harada olması ilə maraqlanmış, o da Rəhiləgildə olduğunu dedikdən təxminən 35-40 dəqiqədən sonra Araz ora gəlmişdir. Birlikdə nahar etdikdən sonra onun avtomaşını ilə bacısıgildən çıxmışlar. Araza arvadı Rəna ilə əlaqə saxlamasını, sonuncunun işdən çıxa bilirsə gedib işdən götürüb birlikdə öz evlərinə aparmasını təklif etmiş, Araz Rəna ilə telefonla danışmış və Rəna həmin vaxt ona işdən çıxa biləcəyini bildirmişdir. Onlar Rənanın icarəyə götürüb işlətdiyi Heydər Əliyev prospektində yerləşən ofisinə gedib Rənanı da götürüb birlikdə Arazgilin evinə getmiş, yolda Arazgilə bir ədəd qarpız və iki ədəd yemiş almış, həyətə çatanda nəvəsi Sərdarla görüşmək üçün Arazın yaşadığı mənzilinə qalxmışlar. Onlar Arazgildə bir qədər olduqdan sonra saat təxminən 19 radələrində oradan çıxmışlar, Araz aşağı düşüb onları yola salmış və sağollaşıb ayrılmışlar. Arazgildə olduğu müddətdə sonuncunun ailəsində hər hansı problemin olduğunu müşahidə etməmişdir. 06.07.2019-cu il tarixdən 07.07.2019-cu il tarixə keçən gecə saat 03:49 dəqiqədə Arazın arvadı Rənanın qardaşı Əli onun mobil telefonuna zəng edərək Arazın kiminləsə dalaşdığını, üstü başı qan olduğunu demiş, o, Arazın və Rənanın telefonlarına zəng vursa da zəng çatmamışdır. Fatma və oğlu Ayazla birlikdə Arazgilə getməyə hazırlaşarkən qəflətən ev telefonuna zəng gəlmiş, Ayaz dərhal telefona cavab vermiş, zəng edən nəvəsi Sərdardan Ayaz nə baş verdiyini dəfələrlə soruşsa da, Sərdar Ayaza cavab verə bilməmiş və Ayaz telefonu yerə qoyub birlikdə Arazın yaşadığı evə getmişlər. Mənzilə daxil olanda otağın girişi və dəhlizi qan içərisində olmuş, Arazın meyiti isə mənzilin qonaq otağı sayılan otaqda divanın üzərində yarı uzanıqlı vəziyyətdə qurşaqdan aşağı odeyalla örtülü, sifət və sinə nahiyyələri isə açıq olmaqla qanla örtülmüş vəziyyətdə olmuşdur. Bir qədər sonra gəlini Rəna sol qolu sarıqlı vəziyyətdə xəstəxanadan evə gəlmiş, Rəna qısa olaraq evə iki nəfər şəxsin gəldiyini və həmin şəxslərin Arazı bıçaqla vurduğunu və Rənaya da xəsarət yetirdiyini bildirmişdir. Arazın xaraktercə mülayim, lakin haqsızlıqla barışmayan, dərhal reaksiya verib öz etirazını bildirən, ailəcanlı, ailəsi üçün hər bir şeyi edə biləcək bir ailə başçısı olmuş, sonuncunun daim ünsiyyət saxladığı şəxslərində biri Mehman olmuş, oğlu sonuncu ilə mehriban olmuş, bir-birlərinə ailəvi gediş-gəlişlərinin olmuş, Arazın heç kimlə düşmənçiliyi və ya ədavəti olmamışdır. Arazın heç kimə borcu olmamış, hansısa xırda borcu xaric, kiminsə Arazın evinə borca görə gecə saatlarında gələcək həddə Arazın borcu olduğu halda bu borc barədə onun, Arazın qardaşlarının, anasısının və digər qohumlarından kiminsə bunu mütləq şəkildə məlumatı olardı, ən azı dost-tanışının bu borc barədə məlumatı olardı ki, dost tanışından kimdənsə Arazın borcu barədə heç bir söz eşitməmişdir. Hadisə baş verməsəydi Araz yaxın günlərdə Gürcüstana maşın almağa getməyi planlaşdırmışdı. Arazın kiməsə borcu olduğu halda Gürcüstana maşın almağa getməyi planlaşdırmazdı. Demək olar ki, bir gündən bir gördüyü oğlu Arazın son zamanlar nə isə sıxıntısının olmasını hiss etməmiş, hər zaman evə gəldikdə şən, deyib gülən adam olmaqla həmin davranışları son görüşlərinə kimi də davam etmişdir. Öz maşınını sürmək üçün tez-tez Araza vermiş, Arazın kiməsə borcu olduğu halda borclu olduğu şəxslər ən azı Arazdan sürdüyü maşını borc əvəzi tələb etməmişlər, ən azı Arazın borclu olduğu şəxslər ona yaxınlaşaraq “atasısan oğlunun borcu var maşını sat ver” məzmunda tələbləri olmadığına, heç kimdən bu barədə eşitmədiyinə görə qəti olaraq hesab edir ki, oğlunun heç kimə borcu olmamışdır. Hər dəfə istər Araz, istərsə də digər oğlanlarının pula ehtiyacı olub-olmaması ilə maraqlanmış, sonuncu dəfə Araz onu həyətdən yola salanda da, sonuncudan pulunun olub-olmadığını soruşmuş, Araz isə pula ehtiyacının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da ona Arazın kiməsə borcunun olması barədə bir söz deməmişdir. Arazla sonuncu gün görüşəndə Arazın vəziyyəti normal olmuş, heç bir şeydən narahatlığı olmamış, yalnız həmin gün maşında gedərkən futbol oynayacaqları barədə kiminsə zəng etməsini eşitmişdir. Arazla Rənanın arasında münasibətlərin hər zaman yaxşı olmuş, lakin hadisədən sonra oğlu Azər ona demişdir ki, hadisədən bir neçə gün əvvəl X21 boşanmaq istədiyini, bu barədə ailə üzvlərinin yaxın vaxtlarda yığıb deyəcəyini demiş, Araz Azərdən bu barədə özü ailə üzvlərini yığıb danışdığı vaxtadək heç kimə heç bir söz deməməsini bildirmiş, Azər buna görə də onlara heç bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 06.07.2019-cu il tarixdə saat 20 radələrində Arazın istifadəsində olan mobil telefona bilmədiyi şəxs tərəfindən zəng gəlmiş və həmin şəxsin Araza həmin gün saat 22:00-da Yeni Günəşli qəsəbəsində futbol meydançasında futbol oyunu olacağını və Arazın da həmin yerə gəlməsini demişdir. Araz da həmin gün 21:30-da evdən getmişdir. Bundan sonra saat 23 radələrində yatmağıma köməklik göstərən “fenazipan” dərmanını qəbul edib yerinə uzanmış və təxminən saat 23 radələrində yatmışdır. Həmin dərmanı 10 ildən artıq müddətdir ki, qəbul edir, yatmağına köməklik göstərir, yatmadığı halda ertəsi günün yüksək təzyiqdən əziyyət çəkir. Yataq otağında Rəna ilə birlikdə iki nəfərlik çarpayıda o, bir nəfərlik çarpayıda isə Sərdar uzanmışdır. Rəna demişdir ki, mən gözləyirəm Araz gəlsin. Dərmanın təsirindən gecələr yuxudan heç vaxtı oyanmasa da, həmin günü qarpız yediyi üçün gecə saat 03 radələrində yuxudan ayaqyoluna getmək üçün oyanmış, yataq otağından çıxıb qonaq otağından keçməklə tualetə getmək istərkən qonaq otağından keçən zaman ayağının altının yapışqan olduğunu hiss etmiş, Arazın kampot içdiyini, kampotun şüşəsinin aşdığını düşünərək hamam otağına çatıb işığı yandırdıqda görmüşdür ki, hamam otağının giriş qapısının yerində qan izlərinin olduğunu, qonaq otağına gedib işığı yandırdıqda qonaq otağının da qanın içində olduğunu, Arazın tursikdə divanın üzərində yarı uzanaqlı vəziyyətdə, Rənanın isə Arazın sol tərəfində başı Arazın sol çiynində huşsuz vəziyyətdədir. Hər ikisinin öldüyünü zənn edərək qişqirmış, sonra da bloka çıxıb qonşuları köməyə çağırmışdır. Səsinə gələn olmamış, yenidən evə girəndə qonaq otağında Rənanın artıq yerdə uzandığını görüb başa düşmüşdür ki, ki, o sağdır, ölməmişdir. Kömək çağırmaq üçün yenidən bloka çıxıb pilləkanın məhəccərlərini tərpətməyə başlamış, sonra Samirgilin qapısını döymüş, arvadı açıb Samiri çağırmış, Samir onların evinə keçdikdən sonra o da çıxıb öz mənzilinə qayıtmış və onun xahişi ilə oğluna zəng vurmuşdur. Suallara cavab olaraq bildirir ki, hazırda yuxu dərmanı içmir. Çox vaxt pəncərənin yanında olan kiçik yataqda (raskladuşka) yatsa da, həmin gün Sərdarla yerini dəyişmişdir. Otağa təkrar qayıdanda görmüşdür ki, Rənanın qolundan qan fantan vurur, o yerdə uzanıb. Təcili Yardım gələndə Rəna ayılsa da Arazı görüb qışqıraraq yenidən özündən getmişdir. Birinci dəfə qışqırıb bloka çıxandan sonra evə qayıdanda görmüşdür ki, Sərdar otağın qapısına söykənib, Rəna isə yerdə uzanıb. Səs yazıları barədə müstəntiq ondan soruşanda bildirmişdir ki, qızı ilə hadisə barədə hər gün söhbətləri olub, hadisənin üstündən nə qədər vaxt keçib, ola bilsin qızı ilə müxtəlif mövzularda danışıb, xatırlamır. İşığı tualetdə yandıranda qan ləkələrini ilk öncə tualetdə görmüş, sonra otağa keçib işığı yandırmış, otağın qan içində olduğunu görmüşdür. Cinayət işinin materiallarında olan şəkillərə baxıb bildirir k, ilk dəfə tualetdə gördüyü qan ləkələri həmin şəkildəki qan ləkələridir. Rəna sonradan ona demişdir ki, Sərdarı yoxlamaq üçün yataq otağına keçmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, anası, atası, nənəsi Sevillə birlikdə yaşayır, Bakı şəhəri, “Baku Modern” təhsil kompleksində 8-ci sinfi bitirmiş, 2018-ci ildən həmin təhsil kompleksində təhsil alır, 2017-ci ildə Respublika üzrə İnformatika olimpiyadasında 3-cü yerə çıxdığı üçün həmin təhsil kompleksində ödənişsiz təhsil almağa qəbul edilmişdir. Olimpiadaya anası ilə birlikdə işlədiyi ailəvi olaraq tanıdığı Mehmanın qızı Surayla birlikdə hazırlaşmışdır. Suray da olimpiyada da ikinci yerə çıxmış, onun oxuduğu təhsil kompleksində 7-ci sinfi bitirmiş, ondan bir yaş balacadır. Oxuduğu həmin təhsil kompleksi Bakı şəhəri, Gənclik metrosunun yaxınlığında dəqiq bilmədiyi ünvanda yerləşir. 06.07.2019-cu il tarixdə təxminən saat 19 radələrində anası Rəna, babası Knyaz, əmisi Ayaz və atası birlikdə evə gəlmiş, babası və əmisi bir qədər oturduqdan sonra öz evlərinə getmişlər. Atası təxminən saat 21 radələrində futbol oynamağa getmək üçün evdən çıxmış və saat təxminən gecə 12 qalmış evə gəlmiş, həmin vaxtı anası və nənəsi yatmağa hazırlaşmışlar, qapını anası açaraq atasına yataq dəsti vermişdir. Nənəsi və anası iki nəfərlik çarpayıda, özü isə bir nəfərlik çarpayıda (raskladuşkada) yatmış, yerində telefonda oyun oynamış və həmin vaxt nauşnik qulağında olmuşdur. Anası telefonu onun əlindən almış və öz yanında olan kamotun üstünə qoyub nauşniki də üzərinə dolamışdır. Yuxudan saat 04 radələrində nənəsi Sevilin qışqırıq səsinə oyanmış və yataq otağından durub qonaq otağına çıxanda atasının divanda üzəri qanlı və oturaqlı vəziyyətdə olduğunu görmüş, anası isə divan üzərində atasının üstündə yarım uzanıqlı vəziyyətdə olmuşdur. Anası nənəsinin qışqırıq səsinə oyanmış və qışqırmağa, həmçinin Arazı sirkələyərək “Araz, Araz” deməyə başlamışdır. Atasının əynində yalnız tursik olmuş, səsə üzbəüz adını bilmədiyi qonşu gəlmiş və sonuncu həkim və polisə məlumat vermişdir. Dəhlizə çıxanda telefonunun nauşnikinin dəhlizdə yerdə olduğunu, telefonunun isə olmadığını görmüş, bundan sonra bilmişdir ki, atasını öldürən şəxslər evdə hamının telefonlarını aparmışlar. Suallara cavab plaraq bildirir ki, atası Araz tam sağlam olmuş, hər gün idmanla məşğul olmuş, dərman içməsini görməmiş, yaxşı futbol oynamışdır. Ölümündən əvvəlki günlərdə atasında yuxululuq, halsızlıq əlaməti hiss etməmişdir. Anası və nənəsi tərəfindən atasına futbola getməməsi ilə əlaqədar nəsə deyilməyib, atasının futbola getməsi ilə əlaqədar anasının nənəsi ilə hansısa mübahisəsini, söhbətini eşitməmişdir. Nənəsinin dərman içməyini görməmiş, iş materiallarından bilmişdir ki, nənəsi həmin gün yuxu dərmanı içib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Arazın Rəna ilə münasibəti həmişə yaxşı olmuşdur. Əri Knyaz təxminən 2008-ci ildə Rənaya kreditlə “Hundai elentra” markalı avtomobil almış, krediti Knyaz ödəmiş, arada bir Rəna özü də pulu ödəmişdir. Rəna maşını 2018-ci ildə satmışdır. Təxminən 2019-cu ilin yanvar ayından Araz baş ağrılarından şikayətləndiyinə görə sonuncunu həkimə aparmış, MRT olunandan sonra başında kista olması müəyyən olduğundan həkim Araza dərmanlar yazmışdır. Təxminən 2019-cu ilin mart-aprel aylarından Arazdan dərmanları atıbatmadığını soruşduda Araz dərmanları atdığını, dərmanları atdıqdan sonra yuxusu gəldiyinə görə həmin dərmanları atmağı dayandırdığını və “persin” dərmanını atdığını demişdir. 28.06.2019-cu ildə təxminən saat 17 radələrində Araz onlara gəlmiş, həmin günü sonuncu axşam evə gedəndə Rənanı işdən götürüb evə aparması üçün, həm də ertəsi günü müəyyən işləri olduğundan, maşına ehtiyacı yarandığından atası Knyaza məxsus avtomobili müvəqqəti idarə etmək üçün istəmiş, sonuncu da avtomobili Araza vermişdir. Araz onu yolüstü Yasamal rayonunda yerləşən işlədiyi əlil qadınlar cəmiyyətinə apararkən yolda onunla söhbət edərək ona bir söz deyəcəyini və heç kimə deməməsi üçün ona and içdirdikdən sonra Rənadan boşanmaq istədiyini demişdir. Arazdan Rənadan boşanmaq istəməsinin səbəbini soruşduqda Araz ona sən bilməyən şeylər çoxdu, mən də hər şeyi sənə deyə bilmirəm” demiş, dəfələrlə Arazdan bunun səbəbini soruşsa da, Araz ona atasını və digər ailə üzvlərini yığıb bu barədə hamıya məlumat verəcəyini, lakin o vaxtadək heç kimə heç bir söz deməyəcəyini bildirmişdir. Onun təkidlərinə baxmayaraq Araz heç bir söz deməmiş, ancaq ciddi səbəb olduğunu, bu səbəbi bildirdikdə bütün ailə üzvlərinin onu başa düşəcəyini demişdir. Söhbət əsnasında Araz ona “Hundai elantranın” pulunu vermir ki, gedim maşın alım” sözlərini də demişdir. O, axırıncı dəfə 29.06.2019-cu il tarixdə Knyazla birlikdə Arazgilə getmiş, orada axşama kimi oturmuş, həmin günü ümumiyyətlə Arazla Rəna arasında heç bir soyuqluq hiss etməmişdir. 05.07.2019-cu il tarixdə Araz onlara gəlmiş, otaqda təklikdə Arazdan bir daha Rənadan boşanmaq fikrinin ciddi olubolmadığını soruşduqda, Araz fikrinin ciddi olduğunu demişdir. Araza “istəyirsənsə mən özüm Rəna ilə danışım” demiş, Araz ona “mama danışmaqdan keçib” demişdir. Bundan sonra Araz evdən çıxmış, liftin qarşısında ona və atasına bazar günü Gürcüstana maşın almağa gedəcəyini demişdir. 07.07.2019-cu il tarixdə saat 03 radələrində Rənanın qardaşı Əli ərinin telefonuna zəng edərək Arazın kiminləsə dalaşdığını, döydüklərini deyərək gəlmələrini demişdir. O, Knyaz və Ayaz Arazgilə getmiş, çatdıqda evin qanın içində olduğunu, oğlunun divanda üstü-başı qanlı vəziyyətdə olduğunu, Rənanın evdə olmadığını görmüş, orada olan insanlardan kimsə Rənanı həkimlərin apardığını bildirmişlər. Sonradan hadisə barədə Rənadan soruşduqda Rəna danışmışdır ki, “gecə saat 03 radələrində ayaqyoluna getmək üçün yataq otağından çıxdıqda gördüm ki, astadan səs gəlir. Araz divanda oturub, qarşısına bir nəfər stulda, bir nəfər isə qapınını yanında ayaq üstdə durub, mən işığı yandırmaq istəyən zaman onlardan biri dedi ki, işığı yandırma keç otur orda. Biri Araza dedi ki, səndə pul var, səndəki pulu gətir. Araz dedi ki, yoxdu? Həmin şəxslərdən biri Araza onda oğlunun başını kəsərik dedi. Həmin vaxtı Araz ağladı və mənə dedi ki, get pulu gətir. Mən pulu gətirəndən sonra dedilər ki, get telefonları da gətir. Mən telefonları da gətirib onlara verdim. Mən telefonu gətirib verəndən sonra Araz onların ünvanına ana söyüşü söydüyü üçün onlar Arazın üstünə bıçaqla cumub zərbələr vurdular”. O, Rənadan söylədiyi şəxslərə qarşı nə etdiyini soruşduqda, Rəna əlini qabağına verəndə əlinə zərbənin dəydiyini, sonra həmin şəxslərdən biri gözünün altından vurduğundan huşunu itirdiyini demişdir. Arazın heç kimə borcu olmamışdır, kiməsə borcu olsaydı heç vaxtı gedib maşın almaq fikrinə düşməzdi, onda hansısa borc sıxıntısı hiss olunmamışdır. Arazla Rənanın arasında normal münasibətlər olmuş, aralarında hər-hansı narazılıq hiss etməmişdir. Hadisədən sonrakı günlərdə evdə ağlayan zaman nəvəsi Sərdar onu qucaqlayıb“nənə sakitləş, sən elə bilirsən ki, kim olduğunu biləndə sənə rahat olacaq?” demişdir. O, Sərdara kim olduğunu biləndə ona rahat olacağını, onun, atasının düşməninin kim olduğunu biləcəyini söylədikdə Sərdar kim olduğunu biləndə onu daha çox ağrıdacağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Araz onun ortancıl qardaşı olmuşduer. 07.07.2019-cu il tarixdə gecə saat 05 radələrində əmisi oğlu Muraz onun telefonuna zəng edərək təcili Arazgilə gəlməyini bildirmiş, taksi ilə Arazın yaşadığı binanın qarşısına gəlmiş, həyətdə polisləri görüb Arazın yaşadığı mənzilə çıxdıqdan sonra bilmişdir ki, Araz öldürülüb. Arazın heç kimlə düşmənçilik və ədavəti olmamış, Arazın kiməsə borcu, eləcə də onunla kiminsə arasında pul və sair əmlak mübahisəsi olmamışdır. Belə bir problemin olduğu halda onların məlumatsız olması mümkünsüz olardı, Rəna Arazın kimlərəsə borcunun olması barədə onlara heç bir söz deməmişdir. Təxminən 02 və yaxud da 03 iyul 2019-cu il tarixdə yaşadığı mənzildə Arazla görüşüb söhbət etmiş, sonuncu ona artıq arvadı Rənadan boşanmaq barədə qərar verdiyini, lakin özünün atasına deyəcəyi günə kimi bu barədə heç kimə heç bir söz deməməyini ondan xahiş etmiş, o da Arazın sözünə əməl edərək heç kimə heç bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, qardaşı Arazın ailəsi ilə münsibətləri həmişə yaxşı olmuşdur. 06 iyul 2019-cu il tarixdə atası Qnyazla birlikdə “Xalqlar Dostluğu” metrosunun yanında bibisi Nəcabətin yaşadığı evə getmişlər, həmin günü saat 16 radələrində Araz da ora gəlmişdir. Orada Araz atasına Gürcüstana gedərək özünə 5-6 min manat dəyərində olan ikinci əl “Opel” markalı avtomaşın almaq istədiyini bildirmişdir. Araz evində nə qədər pulunun olduğunu deməsə də, sonuncu atasına “6-7 min manat götürsəm Gürcüstandan maşın ala bilərəm?” demiş, atası da həmin məbləğə Gürcüstandan maşın almağın mümkün olduğunu demişdir. Arazla o, əmisi oğlu Murazla birlikdə 12.07.2019-cu il tarixdə Gürcüstana maşını almaq üçün getməyi planlaşdırmışlar. Həmin günü saat 16:15 radələrində Araz arvadı Rəna ilə telefonda danışdıqdan sonra o, atası və Arazla birlikdə atasına məxsus “Mitsubişi Pacero” markalı avtomaşınla Bakı şəhəri, Heydər Əliyev prospektində olan “Asan Xidmət” in arxa tərəfində yerləşən Rənanın iş yerinə getmişlər və Arazla Rənanı sonuncunun iş yerindən maşınla Yeni Günəşli qəsəbəsində olan evlərinə gətirmişlər. Arazın evinə qonaq kimi getmişlər, evdə adi məişət söhbəti etmişlər, əsasən Arazın oğlu Sərdarın təhsili ilə maraqlanmışlar, sonuncunun harada təhsil almaq istəməsi barədə söhbət etmişlər. Həmin günü saat 20 radələrində Arazgildən çıxıb atası ilə birlikdə öz evlərinə qayıtmışlar. 07 iyul 2019-cu il tarixdə, saat 03 radələrində onlara kimsə telefonuna zəng edib ağalayaağlaya rus dilində “atam oturub divanda, qan içində tərpənmir” demiş, o, atası və anası Fatma dərhal Yeni Günəşiliyə qardaşı Arazın evinə getmişlər. Onlar evə çatanda evdə qardaşının oğlu Sərdar, Arazın qaynanası Sevil, qapının girişində isə polislər dayanmışdır. Qardaşı Araz divanda əynində ancaq qara rəngli tursik olmaqla, oturmuş və başı sol çiyninin üstünə əyilmiş vəziyyətdə görmüşdür. Mələfə ilə qardaşının sifətini örtmüş, sonra da qardaşının qaynanası Sevildən nə baş verdiyini soruşduqda sonuncu ona “mən gecə tualetə getmək üçün yuxudan durdum, işığı yandırmadan tualetə gedərkən ayağım yapışqanlı mayeyə bulaşdı, koridorda olan işığı yandıranda görüb ki, Araz divanda oturaq vəziyyətdədir, Rəna isə üstündə huşsuz halda uzanmış vəziyyətdədir, qışqırmış, səsinə Rəna ayılmış, həmdə Sərdar yuxudan oyanaraq gəlmişdir, səsə Rəna yuxudan oyanıb “Araz-Araz” deyərək yenidən yerə yıxılmışdır” demiş, bundan sonra Sevil bloka çıxdığını, qışqıraraq qonşuları köməyə çağırdığını, üzbəüz qonşusu gəlib vəziyyəti görəndən sonra polisə və təcili yardıma zəng etdiyini, Rənanıda təcili yardım avtomaşını xəstəxanaya apardığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Əbdülhəmiş oğlu ifadəsində göstərdi ki, dizayın, vebsaytların hazırlanması işi ilə məşğul olan "xxxx" MMC-nin direktoru olmuş, həmin MMC 2015-ci il tarixdən Bakı şəhəri, Ə.Cəcəbli küçəsi 1/6-da yerləşən “Tech” plazananın binasının 2-ci mərtəbəsində fəaliyyət göstərmişdir. Rənanı təxminən 2007-ci ildən, dizayın, vebsaytların hazırlanması işi ilə məşğul olan "xxxx" MMC-nin direktoru işlədiyi müddətdə tanımış, Rənanı menecər kimi işə qəbul etmiş, uzun müddət onunla birlikdə işləmiş, münasibətləri əvvəlcə iş yoldaşı kimi, daha sonra isə dost kimi davam etmişdir. 2007-2014-cü il tarixlərdə Rəna ilə aralarında işgüzar münasibət olmuş, sonradan dostluq münasibətinə çevrilmiş, daha sonra isə, 2014-cü il tarixdən 2016-cı il tarixədək aralarında sevgi və intim münasibət yaranmış, Rənanı hər gün işdə görsə də onunla ara-sıra intim münasibətləri olmuşdur. Rəna ilə münasibəti doğru olmadığı, ona və Rənaya mənəvi yük yaratdığı üçün münasibətlərini yalnız işgüzar formada davam etdirmək qərarına gəlmişlər. Bundan sonra aralarında yalnız işgüzar münasibət olmuşdur. Arazı Rənanı işdən evə aparmaq üçün sonuncunun arxasınca gələndə tanımış, Araza maşın satdığı vaxtdan münasibətləri yaranmışdır. Belə ki, o, özünə məxsus “opel Astra” markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilini Araza pulunu hissə-hissə ödəmək şərti ilə satmış, həmin vaxtı münasibətləri daha da səmimiləşmiş, daha sonra isə münasibətləri dostluğa çevrilmiş, ailəvi münasibətləri yaranmış, ailəvi olaraq Arazgilə gediş-gəlişi olmuşdur. Arazın axırıncı dəfə yüksək əmək haqqı aldığı iş yeri “Baltika” şirkəti olmuş, həmin şirkətdə Arazın əmək haqqı 2000-2500 manat olmuş, təxminən 7-8 ildir ki, həmin şirkətdən işdən çıxmışdır. Həmin şirkətdən çıxdıqdan sonra əmək haqqı “Baltika” şirkətində aldığı əmək haqqından az olan bir neçə şirkətdə işləmiş, əmək haqqı az olduğuna görə həmin işlərdə davamlı işləməmişdir. Arazı tanıyandan müəyyən miqdarda vaxtaşırı borcu olduğunu bilmiş, lakin kimlərə nəyə görə borclu olduğunu biləmiş, ona bu barədə heç nə deməmiş, Araz borcunu qaytarmaq məqsədi ilə ondan pul almış, aldığı pulu qaytarmışdır. Araz banklara da borcu olmuş, həmin borcların bir hissəsini sonuncunun atası ödəmiş, lakin hansı banka, hanası məbləğdə borcu olduğunu bilməmişdir. 2019-cu ilin fevral ayında Araz 5-10 min manat pul lazım olduğunu bildirib ondan borc istəmiş, o, pulun nəyə lazım olduğunu soruşduqda, sonuncu ona borcu olduğunu, borc sahibinin onu sıxdığını bildirmişdir. Araza pul verməmiş, sonuncu ondan incimişdir. Bundan sonra o, Arazı bir dəfə görmüş, Rəna ilə həm iş yoldaşı, həm də dost münasibətində olduğu üçün, söz arası Rəna ona evin bütün yükünün üzərində olduğunu, Arazın işləmədiyini bildirib pula ehtiyacı olduğunu demiş, o da Rənaya “elədirsə niyə boşanmırsan” demiş, Rəna bunu Araza demiş, sonuncu buna görə onunla sözlü mübahisə etmişdir. Araza “arvadın oxumuş adamdır, işləyir, sən işsiz adamsan, bunun axırı yoxdur, alınmırsa niyə bir-biri bədbaxt edirsiniz” demiş, buna görə mübahisələri yaranmış, Araz ondan incimişdir. Bundan sonra Rəna işdən çıxmış, həmin vaxtdan da Arazı görməmişdir. Onun Arazla mübahisəsi olduğu gündən bir neçə gün sonra sonuncu onun yanına gələrək ona “dost olmuşuq, ona görə də bundan sonra bir-birimizi başa düşək, nə mənimlə. nədə ki, Rəna ilə heç bir münasibət qurma” demişdir. O da həmin vaxtdan sonra Rəna və Arazla görüşməmiş, telefonda danışmamış, “votsapda” yazışmamışdır. 06.07.2019-cu il tarixdə bütün günü xəstə anasına nəzarət etmək üçün evdə olmuş, axşam saat 12-dən sonra yaşadığı binanın altında yerləşən PUB-da tək pivə içməyə getmiş, təxminən saat 2-3 radələrində PUB dan çıxıb evə gəlmiş, bundan sonra evdən çölə çıxmamışdır. 07.07.2019-cu il tarixdə saat 09-10 radələrində Arazla ortaq dotları olan Rəfail ona zəng edib səbəbini demədən onu 33-cü polis bölməsinə çağırmışdır. Yolda olarkən dostlarından İlham Kazımov ona zəng edib “Araza nə olubdur, hamı facebokda Araza allah rəhmət etsin yazıblar” demiş, bundan sonra düşünmüşdür ki, Rəfail onu polis bölməsinə Arazla bağlı çağırır. Daha sonra Rəfail ona Suraxanı rayon prokurorluğuna gəlməyini demiş, prokurorluğa gələndə öyrənmişdir ki, Araz öldürülüb. Rəna 2019-cu ilin mart ayında, tarixi yadında qalmayan günlərin birində ofisə gəlib aralarında olan münasibəti Araza etiraf etdiyini demiş, bunun səbəbini soruşduqda Rəna demişdir ki, “Araz üstümə gəldi ki, mən hər şeyi bilirəm, bundan sonra hər şeyi etiraf etdim”. Rəna ona etiraf edəndən sonra Arazın ona işdən çıxmasını dediyini söyləmişdir. Rəna Araza işdən rəsmi qaydada çıxmalı olduğu üçün ofisə getməli olduğunu bildirmişdir. Həmin günün birinci yarsı Rəna ilə söhbət edən zaman Araz ofisə gəlmiş və Rənanın yanında ona “bu nədi mənim başıma açdınız” deyib hönkür-hönkür ağlamağa başlamışdır. Araz bir müddət ağlaya-ağlaya öz-özünə “bu nədi mənim başıma açdınız, sizdən gözləmirdim” demişdir. Arazın belə vəziyyəti istər-istəməz ona pis təsir etmiş, bu prosesi 1 saata yaxın çəksə də, Araz bu müddətdə ona və Rənaya qarşı heç bir aqressiv hərəkət etməmiş, arada “başqa adam olsa idi, heç fikirləşmədən öldürərdim, amma səni çox istəyirəm səni öldürə bilmirəm,ona görə də qərarlaşdırmışam ki, heç kimə heç bir söz deməyib çıxıb Rusiyaya gedirəm” demişdir. Sonra Araz ofisi tərk etmiş, Rəna ilə ofisdə qalmışlar. Araz gedəndən sonra ona “Vatsapp” proqramı vasitəsi ilə rus dilində sms yazıb etdiyi hərəkətdən təəsüfləndiyini bildirmiş, Araz əsəbiləşib onunla söyüşlə yazışmağa başlamışdır. Həmin hadisədən bir neçə gün sonra Araz ofisə gəlmiş, qapı bağlı olduğundan ona zəng edib qapını açmasını demiş, qapını açdıqda Araz içəri daxil olub “mən özüm-özümü aldadıram, belə baxıram, Rusiyaya getmək heç nəyi dəyişmir, kimdən qaçıram, özüm özümdən qaçası deyiləm ki, ona görə də Rusiyaya getmək fikrimdən daşındım, özümü öldürəcəm, siz xoşbəxt olun” demişdir. Araza belə etməyin düzgün olmadığını, Rəna ilə aralarında olan münasibətin bitdiyini bildirmişdir. Araz bir müddət susduqdan sonra başını yelləyərək fikrində qaldığını deyib ofisi tərk etmişdir. Bundan sonrakı günlərin birində Araz “vatsapda” ona smslə “səndən xahiş edirəm bizim həyatımızdan yox ol, mən ailəmi dağıtmıram” yazmışdır. O, da cavabında “söz verirəm yox olacam” yazmışdır. Həmin ərəfədə Rəna işdən çıxdığından bir daha ofisə gəlməmiş, bundan sonra Rənanı, eləcə də Arazı görməmiş, sonuncularla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs istintaq tərəfindən tutulmasını kütləvi informasiya vasitələrindən öyrənmiş, sonuncu tutulduqdan sonra heç bir ailə üzvləri ilə görüşməmiş, söhbəti, danışığı və yazışması olmamışdır. Arazın öldürülməsi hadisəsindən sonra, dərs ilinin başlanmasından az əvvəl, 2019-cu ilin təxminən avqustsentyabr aylarında Rənanın oğlu Sərdarı oxuduğu məktəbdən çıxarılmış, Rəna da onunla əlaqə saxlayıb Sərdarı məktəbdən çıxardıqlarını bildirib onun təhsil sahəsində anlayışı olduğu üçün kömək istəmişdir. O da Zərifə Əliyeva adın liseyə gedərək Sərdarın bacarıqlı, savadlı şagird olduğunu bildirdikdən sonra Sərdarı həmin məktəbə qəbul etmişlər. Rəna ilə onun birlikdə işlədiyi "xxxx" MMC-nin ofisə məxsus fotoaparatı Rənada qalmışdır. Rəna Sərdarla bağlı onunla əlaqə yaradanda fürsətdən istifadə edib Rənaya ofisə məxsus Canon markalı fotoaparatı gətirib ofisə təhvil verməsini, həm də işdən çıxmaq barədə ərizə verməsini demişdir. Rəna ilə aralarında olan münasibət pozulanda onun işdən çıxması üçün rəsmi ərizə yazmaq imkanı olmamışdır. Rəna da hadisədən bir neçə ay sonra “Turan” Plazada yerləşən ofisə gəlib fotoaparatı və işdən çıxmaq barədə ərizəni verdiyindən sonuncunun işdən çıxmasını rəsimləşdirmişdir. Orada Rəna ilə aralarında Arazın öldürülməsi hadisəsi barədə heç bir söhbət olmamış, Rənanın ona bu məsələlərlə bağlı hansı telefonla və yaxud da hansısa sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, MTE və PA birliyinin Suraxanı rayon şöbəsinin rəisi, eləcə də məhkəmə-tibbi eksperti vəzifəsində işləyir. Zərərçəkmiş şəxs meyitinin və Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi onun tərəfindən həyata keçirilərək tərəfindən müvafiq rəylər yazılmışdır. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sol göz altı və alt göz qapağının qançırı xəsarətlərinin xarakterlərindən və lokalizasuyasına əsasən, eləcə də həmin xəsarətlərin sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər olduğuna görə sonuncuya yetirilən həmin xəsarət nəticəsində huşunun itməsi mümkün olmadığını bildirmişdir. Ona görə ki, həmin xəsarət sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətdir. Zərərçəkmiş şəxs barəsində onun tərəfindən yazılmış rəydə qeyd etdiyi sol əlin birinci barmağının əsas falanqasının kəsilmiş yarası, sol diz və sağ ayaqaltı nahiyələrinin qançırları xəsarətlərinin zərərçəkmiş şəxsin özünü müdafiə edərkən əmələ gəlməsinə uyğun gəldiyini, Zərərçəkmiş şəxs bədəni üzərində olan alt çənədə solda və sağda qançır, alt dodaqda sağda əzilmiş yara, sol qulaqönü nahiyələrdə olan qançır xəsarətləri isə zərərçəkmiş şəxslə ona xəsarət yetirən şəxsin və ya şəxslərin müxtəlif qarşılıqlı mübarizəsi, eləcə də zərərçəkmiş şəxsin müqavimətini qırmaq üçün həmin nahiyəyə təpik, yumruq və sair bərk küt əşya və ya əşyalarla yetirilən zərbələr nəticəsində əmələ gəldiyini göstərmişdir. Araz Sofievin üzərində aşkar olunmuş kəsici alətlərdən əmələ gələn yaralar həm bir, həmçinin də bir neçə alətdən ola bilərdi. Araz Sofieyvin üzərində aşkar olunmuş yaralar kiçik və böyük olmuşdur, həmin yaralar eyni və ya müxtəlif alətlərdən yetirilə bilərdi. Araz Sofieyvə zərbələr yetirilərkən o oturaq, yarımoturaq, uzanıqlı vəziyyətdə ola bilərdi. Araz Sofieyvə zərbələr yetirilərkən ayaq üstə duruş vəziyyətində olmamışdır. Zərərçəkmiş şəxs qanında aşkar olunmuş maddə insanı süst vəziyyətə gətirən dərmandır. Həmin dərmanı adətən ruhi xəstələrə sakitləşdirmək və onları süst vəziyyətə gətirmək üçün verilir. Dərmanı qəbul etmiş şəxs aktiv hərəkət edə bilməzdi, həmçinin də aktiv mübarizə və müqavimət göstərə bilməzdi. Zərərçəkmiş şəxs aldığı xəsarətlər o sakit vəziyyətdə duranda da ona yetirilə bilərdi. X22 tam huşsuz vəziyyətdə olmamışdır. Yəni o müəyyən hərəkətləri edə bilərdi, amma ki, qanında olan dərmanın təsirindən o süst vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş xəsarətlər həm başqa bir şəxs tərəfindən, həmçinin də özü tərəfindən yetirilə bilərdi. Belə ki, xəsarətlərin hamısı əl çatan yerdədir. Sağlamlığı qısa müddətə pozur. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs gözünün altında aşkar olunmuş bərk küt alətin təsirindən yaranmış xəsarət onun huşunun itirilməsinə səbəb ola bilməzdi, sadəcə bir anlıq başın gicəllənməsinə, gözdə alatoranlıq yaranmasına səbbə ola bilərdi, çox qısa bir an ərzində. Rəna xanımın əlinin yuxarı hissəsində, yəni dirsəkdən çiynə qədər qançır olmamışdır, olsa idi onu öz rəyində göstərərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailə üzvləriilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun yaşadığı binada 5-ci mərtəbədə onun mənzili ilə qonşuluqda yaşayır. 07 iyul 2019-cu il tarixdə gecə saat 04 radələrində o, evdə yatdığı vaxt qəflətən evin qapısı döyülmüş, qonşuluqda yaşayan Arazın qayınanasının alçaq templə səsini eşitmiş, dərhal qapını açmış, qapını açdıqda Arazın qayınanası ona Arazı vurublar, yaralıdır sözlərini demiş, o, Arazın yaşadığı mənzilə daxil olduqda sonuncunu qonaq otağında divana oturmuş, bütün bədəninin qan içərisində və gövdəsindən aşağı odeyalla örtülmüş vəziyyətdə görmüş, həmin vaxt Arazın arvadı Rənanın da qolu və üstü qan içərisində olmaqla ağladığını görüb dərhal öz mənzilinə gedib əvvəlcə 103, sonra isə 102 xidmətinə zəng vurub məlumat vermiş, təxminən 20 dəqiqədən sonra həkimlər mənzilə gəlmişlər, Rənanın qolunu sarıyıb onu öz maşınları ilə xəstəxanaya aparmışlar, Arazın meyiti isə evdə qalmışdır. Zərərçəkmiş şəxs çox sakit, içki və siqaret qəbul etməyən, namaz qılan, ailəcanlı, qonşularla münasibətdə mehriban davranan insan olmuş, hadisə günü istər gündüz, istərsə də gecə saatlarında Zərərçəkmiş şəxs yaşadığı mənzildə kiminləsə mübahisəsinin olub-olmaması, həmin mənzildə hər hansı bir səs-küy, dava-dalaş səsi eşitməmişdir. Arazın qayınanasının ona Arazın vurulması barədə bildirməsindən sonra Arazın yaşadığı mənzilə daxil olub sonuncunun divanın üzərində yarıuzanıqlı, bədəni tamamilə qan içərisində, gövdədən aşağı hissəsi ədyalla yarı örtülü vəziyyətdə görmüş və dərhal evə qayıdaraq Şahid3 ona dediyi oğlunun ev telefonuna zəng etmiş, Sevilin oğlu telefona cavab verdikdə ona hadisə barəsində bildirmişdir. Arazın qətlə yetirildiyi mənzilə daxil olduqda Rənanın divanda Arazın sol tərəfindən sonuncunu qucaqlayıb ağlayan vəziyyətdə, qan içərisində görmüş, həmin vaxt Rəna ona heç bir söz deməmişdir. Həmin vaxt Arazın əynində paltar görməmiş, sonuncunun qurşaqdan aşağı üzərində odeyal olmuş, qurşaqdan yuxarı isə çılpaq vəziyyətdə olmuşdur. Rənanın əynində şalvar, qısa qol köynək olmuş, Şahid3 əynində isə uzun qara don olmuşdur. Blokda qan ləkələri olmamış, evin girəcəyində, yəni kəndardan artıq bütün döşəmə qan olmuş, qan döşəmədə müxtəlif halda, yəni basdalanmış və damçı halında olmuşdur. O, otaqda olarkən Arazın oğlu Sərdar yataq otağından onların yanına gəlib ata-anasına baxıb “burda nə baş verib” demişdir. O, Sərdarın qorxmaması üçün otaqdan çıxarıb öz evin aparmışdır. Sərdarı evə qoyub ev telefonundan təcili yardıma və polisə zəng etmiş, sonra çıxıb blokda dayanmışdır. Sevil hadisə barədə heç nə danışmamış, o, blokda olduğu müddətdə Rəna bloka çıxmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 15 ildir ki, Zərərçəkmiş şəxslə qonşuluqda-eyni blokda, o, 8-ci mərtəbədə, Araz isə 5-ci mərtəbədə yaşamışlar. 06.07.2019-cu il tarixdə təxminən saat 23:00 və ya 23:30 radələrində məhəllədə olan zaman Araz futbol oynamaqdan qayıtmış, o, Arazın tərli olduğunu görüb sonuncuya tərli olduğundan dayanmayıb evə qalxıb çimməsini bildirmiş, Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, arxasınca da o evə getmişdir. O, yatanda yuxudan çətin oyandığı üçün sübh namazını qılıb yatmaq qərarına gəlmiş və bu minvalda sübh namazaının vaxtını gözləmiş, yerində telefonla qurdalanmışdır. Onun yatdığı otaq Araz gilin evinin üstündə yerləşir. Hava gəlməsi üçün yataq otağının pəncərəsini açıq qoymuşdur. Qəfildən bir anda nərilti, inilti, möhkəm bir səs gəlmiş, əlində olan telefondan saata baxıb saat 02:45 ya da 02:50 olduğunu görmüşdür. Bu vaxtı belə bir səsin gəlməsinə görə təəccüblənib yerindən durmuş və səs ona təəccüblü gəldiyi üçün qonaq otağında televizora baxan atasından səs eşidib eşitmədiyini soruşduqda atası səs eşitmədiyini bildirmişdir. Sonra əvvəlcə eyvana çıxaraq binanın arxa tərəfinə baxmış, heç kimi görməyib öz yataq otağına getmiş və pəncərədən binanın qabaq hissəsinə baxsa da, heç kimi görməmişdir. Bundan sonra namaz qılıb yatmış, səhərə yaxın məhəllə uşaqlarından kimsə ona Arazın evində öldürüldüyünü demişdir. Arazın evinə getdikdə həm qonşuların, həmdə polislərin olduğunu görmüşdür. Orada namazdan əvvəl eşitdiyi nərilti səsinin Arazın səsi olduğunu başa düşmüşdür. O, həmin günü yatmamışdan əvvəl oyaq olmuş, lift işləməsinin şahidi olmamış, lift işləsə, onu eşidərdi. Yaşadıqları bina köhnə bina olmaqla liftin mühərriki 9-cu mərtəbədə olduğundan onun yaşadığı mənzilə yaxındı və lift hər dəfə işləyəndə səsi eşidilir. O, namaz qılıb yatana qədər, xüsusən də gecənin saat 1-3 radələrində olan sakitliyində səsi eşitməməsi mümkün deyildir. Hadisə günü eşitdiyi səs kişi səsi olmuşdur. Arazı 06.07.2019-cu il tarixdə saat 23 radələrində futboldan gələndə gördükdə Arazda halsızlıq, yuxululuq əlaməti hiss olunmamışdır Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 22 saylı X18 Tibbi Yardım stansiyasında tibbi bacısı işləyir. 07.07.2019-cu il tarixdə növbədə olan zaman saat 03:42-də 103 vasitəsi ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi ev 9, blok iki, mərtəbə 5, ev 27a ünvanına olan çağırışla bağlı Şahvələd həkimlə həmin ünvana getmişlər. Ünvana çatdıqda mənzilin qapısı açıq olmuş, mənzilə daxil olaraq görmüşdür ki, dar dəhliz var, dəhlizin döşəməsinin üzərində qan ləkələri var, həmin ləkələr təzə ləkələr olmaqla yaradan axan qanın ləkələrinə oxşayır, hansısa ayaq aytına yerdə ləkə salan qan ləkələrinə oxşamır. İçəri daxil olduqda Təqsirləndirilən şəxs qapının qarşısında nisbətən solda sağ böyür üstə üzü divana tərəf uzanaqlı, üzü, gözü, əli, üstü başı təmiz qanın içində olmuş, sol əlindən qan axmışdır. Divanda isə bir nəfər başı tüksüz, yarımoturaqlı vəziyyətdə qanın içində başı bir qədər sol çiyninə tərəfə əyilmiş vəziyyətdə kişi olmuşdur. İçəri daxil olanda yerdə uzanaqlı vəziyyətdə olan Təqsirləndirilən şəxs "öldürdülər öldürdülər” deyə qışqırmış, bir nəfər də yaşlı qadın divanın böyründəki kresloda oturmuş, onun da sol tərəfində bir nəfər 12-14 yaşlarında uşaq dayanmış, onlar heç bir söz deməmişlər. Şahvələd həkim divandakı kişiyə baxıb onun öldüyünü drmişdir. Yerə uzanmış Təqsirləndirilən şəxs qolundan qan axdığindan onu xəstəxanaya aparmışlar. Yolda Rənadan hadisənin necə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ağlaya-ağlaya hadisə barədə demişdir ki, "gecə qapı döyüldü, yoldaşım durub getdi qapını açmağa, gördüm ki, qapının ağzında danışırlar, mən durdum getdim yalandan tualetə, qayıdanda gördüm ki, evdə güclü razbolka gedir, yoldaşıma deyirlər ki, ver pulu ver pulu, yoldaşım mənə dedi get pulu gətir ver bunlara, evdə maşını satmışdıq, 9000 manat pulumuz var idi, gətirib pulu verdim, dedilər ki, bəs qalanı hani, qalanı hanı deyəndə ərim onlara bəsdərində əl çəkin məndən dedi, onda yoldaşımı vurdular, mən yoldaşım tərəfə qaçıb qışqırdım, onlar məni vurdular, yoldaşım qışqırdı ki, neynəyirsiniz mənə edin ona heç nə etməyin”. Təqsirləndirilən şəxs 3 saylı xəstəxanaya aparmışlar, Rəna orada özü əlini yumuş, həkimlər əlinə tikiş qoyduqdan sonra onu evinə aparmışlar. Suallara cavab olaraq bildiri ki, təcili yardım gələndə Rənanın huşu özündə olmuşdur. Rəna onunla olan söhbətində demişdir ki, yoldaşım getdi qapını açdı, mən də yalandan tualetə getdim. Dayanıb qapının ağzında söhbət edirdilər. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, cinayət işi üzrə 18.07.2019-cu il tarixli, 1623/K №-li məhkəmə-kimyəvi müayinə aktını o tərtib edib. Mərhumun qan nümunəsini ona təqdim etmişlər, o da həmin qan nümunəsində fenotiazin qrupuna aid psixotrop kimyəvi maddə aşkar etmişdir. Dərmanın insan qanında olması hər bir insan fərdinə individual şəkildə təsir göstərə bilər. Ola bilər ki, bir insanda süstlük yaransın, bir insanda isə aktivlik davam etsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 1993-cü ildən hal-hazırkı vaxtadək MTE və PA Birliyin məhkəmə-tibbi kriminalistika şöbəsinin məhkəmə-tibbi eksperti vəzifəsində işləmişdir. 335-MTKŞ/2019 saylı rəy onun tərəfindən yazılmışdır. Ekspertizaya təqdim olunmuş balış üzlüyünün hər iki səth üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə müxanizminə görə onun tərəfindən dörd qrupa bölünmüşdür. O, balış üzlüyündə əmələ gəlmiş 1-ci qrup qan ləkələrinin qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlməsini onunla izah etmişdir ki, balışın üzlüyündə əmələ gəlmiş bu qrup qan ləkələri qan mənbəyi ilə, yəni qanla müşayət olunan yara ilə (yaralarla) və ya qanlı səth ilə birbaşa, heç bir məsafə olmadan balış üzərinə kifayət qədər qanın axması və sonrakı hopması nəticəsində əmələ gəlmişdir. 2-ci qrup qan ləkələrinin yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlməsini onunla izah edir ki, bədəndə olan qan axması ilə müşayət olunan xəsarət yeri ilə (yerləri ilə) balış üzlüyü birbaşa təmasda olmaqla, lakin hansı ki bir hərəktlə, sürtünmə və sair nəticəsində əmələ gəlmişdir. Balış üzərində olan 3-cü qrup qan ləkələrinin sıçrama xarakterli olduğundan qan mənbəyindən kinetik enerji impulsu ilə və ya qanlı səthə kinetik enerji impulsu vermək nəticəsində yaranmış, 4-cü qrup qan ləkələri qan mənbəyindən, çox güman ki, az hündürlükdən balış üzlüyünün müvafiq səthlərə, əksər hallarda müxtəlif bucaqlar altında düşən damcılar nəticəsində əmələ gələ bilərdi və qan balış üzərinə birinci halda sıçrama, ikinci halda isə müxtəlif bucaqlar altında düşən damcılar altında az hündürlükdən, təxminən 50 sm qədər hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmiş, hər iki halda qan mənbəyi ilə balış üzü arasında birbaşa təmas olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, «Parfüm» şirkətinin rəhbəri işləməklə qadın və kişi ətriyyat məhsullarının satışını həyata keçirir. Zərərçəkmiş şəxs ilə «Aqrovest» İMPdə işlədiyi müddətdə tanış olmuşdur. Araz onun yanında təxminən 15-20 gün təcrübədə olduqdan sonra şirkətin Bərdə bölgəsinə müdir təyin olunmuş, r birlikdə həmin şirkətdə 7-8 ay işləmişlər. O, həmin şirkətdən ayrılıb öz müstəqil biznesini quranda Araz həmin şirkətdə qalıb işləmiş, bir müddət sonra sonuncu şirkətdən ayrılmış və qısa müddətlərdə ayrı-ayrı şirkətlərdə işləmişdir. O, parfümeriya satışı ilə məşğul olanda Araz tez-tez onun «Aygun-Mall» ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisinə gəlib işçilərin idarə olunması, onların fəaliyyətlərinin analiz edilməsi, satışın artırılması və sair işlərlə bağlı məsləhətlər almışdır. Arazla aralarında dostluq münasibətləri yaranmış və bu münasibətlər fonunda sonuncuya maddi çətinliyi olanda köməklik etmiş, bəzən ailəvi görüşüb nahar etmişlər. Arazın vasitəsilə Mehmanla tanış olmuş, dəfələrlə sonuncunun işlədiyi ofisə gedib zəruri məsləhətlər almışdır. Araz ölümündən bir iki ay əvvəl onun işlədiyi ofisə gəlib Mehmanla əlaqə saxlamamasını bildirmiş, Arazdan bunun səbəbini soruşduqda, sonuncu demişdir ki, Mehman onun arvadı Rənaya birlikdə qoşulub ölkədən getməyi təklif edib. Həmin vaxt Arazın sözlərinə inanmayıb əsəbi halda demişdir ki, bu məsələ şəxsi-ailə məsəsidir, onları ancaq özü həll etməlidir. Arazın arvadı Rəna 8 ildən artıq Mehmanla birlikdə işləmiş, Rəna da Mehman kimi müvafiq layihələri götürüb birlikdə işləmişdir. Dəfələrlə o, Araz, Rəna, Mehman bir yerdə oturub nahar etmiş, hətta Mehmanla birlikdə Arazın yaşadığı evdə də görüşmüş, Arazla arvadı Rəna da dəfələrlə onların yaşadığı evə qonaq gəlmiş, ailəvi münasibətləri olmuşdur. Hadisə baş verməzdən təxminən 1 ay əvvəl Araz ona telefonla zəng vurub harada olduğunu soruşmuş, o, işdə olduğunu bildirəndə Araz yanına gəlmək istədiyini bildirərək ofisə gəlmişdir. Həmin vaxt birlikdə «Ay Tbilisi» kafesində oturub nahar etmiş, Araz çox gərgin vəziyyətdə olduğundan normal nahar edə bilməmişdir. Onlar kafedən çıxanda gecə saat 12 olmuş, Araz avtobusla evə getmək istəyəndə, gec olduğunu bildirib Araza 30 manat pul verib taksi ilə evinə yola salmış, lakin hara getdiyini dəqiq bilməmişdir. Bu hadisədən sonra Araz və arvadı Rəna 3-4 dəfə onun iş yerinə gəlmiş, Araz sonuncu dəfə iyul ayının 04-də telefonla «Whatshapp» vasitəsilə əlaqə saxlamış, lakin həmin vaxt işi olduğundan ona cavab verə bilməmişdir. Arazın qardaşı Ayazın ona dediyinə görə guya Araz öldürülməzdən əvvəl anasına demişdir ki, arvadı Rəna ilə bağlı onlara nəsə bir məlumat verəcək və hamı da ona bu işdə haqq qazandıracaq. Araz xaraktercə çox müsbət bir insan olmaqla, heç vaxt spirtli içki və siqaretdən istifadə etməmiş, Arazın kiməsə külli miqdarda borcu olmamışdır. Arazla onun görüşləri, telefon danışıqları tez-tez olmuş, Araz heç kimdən gizlənməmiş, telefonun söndürməmiş, kiminsə telefonuna cavab vermədiyi hallar olmamışdır. O, axırıncı dəfə Zərərçəkmiş şəxs sonuncunun ad günündə- 02.07.2019-cu il tarixdə axşam saat 19 radələrində Araz arvadı Rəna ilə birlikdə onun “Aygün City”Malldakı mağazasına gəlmişlər, o, Arazda həmin vaxtı gərginlik hiss etmiş, həmin vaxtı sifəti, başı qıp-qırmızı qızarmış, arvadı Rəna isə sanki nədənsə qorxurmuş, gərgin vəziyyətdə Arazın yanında dayanmış, həmin günü Arazın ad günü olduğu üçün Araza və onun yanında gəldiyi üçün arvadı Rənaya ətir hədiyyə etmişdir. Cinayət işinin 5-ci cildinin 261-266-cı vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 07.07.2019cu il tarixli, 75 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Alt çənənin qancırları, alt dodağın əzilmiş yarası, sol qulaqönü nahiyənin qançırı və əzilmiş yarası, sol dizin ön səthinin və sağ ayaqaltının qançırı; boyunun ön səthinin sağ yarısında kəsilmiş yara; boyunun ön səthində mərkəzi hissədə deşilmiş-kəsilmiş yara, yaranın davamı olmaqla 11,0 sm cızıq və cızığın ardı 1,0x0,1 sm səthi deşilmiş-kəsilmiş yara; boyunun ön səthində nisbətən sağda 3 ədəd səthi deşilmiş-kəsilmiş yaralar; boyunun sol-yan səthində 2 ədəd deşilmiş-kəsilmiş yaralar; döş qəfəsinin ön səthinin sağ yarısında fasiləli sıyrıq fonunda səthi deşilmiş-kəsilmiş yara və 2 ədəd deşilmiş-kəsilmiş yaralar; döş qəfəsinin ön səthində mərkəzi hissəsə, döş sümüyünün üzərində (hər iki kənarı iti) yara və küt tərəfi solda, iti kənarı sağda olan digər deşilmiş-kəsilmiş yara; döş qəfəsinin sol yarısında 3 ədəd səthi deşilmiş-kəsilmiş yaralar; döş qəfəsinin sol-yan səthində qoltuqaltı xətt üzrə 3 ədəd deşilmiş-kəsilmiş yaralar və sonuncu yaranın iti ucu önə davamı olaraq cızığı; sol bazu oynağının ön səthində səthi deşilmiş-kəsilmiş yara; sol bazunun yuxarı 1/3-də kəsilmiş yara; sol dirsək oynağında 3 (üç) ədəd deşilmiş-kəsilmiş səthi yaralar; sol əlin İ barmağının əsas falanqasının kəsilmiş yarası; qarının mərkəzi hissəsində deşilmiş-kəsilmiş yara; qarının ön səthində sol yarısında (hər iki kənarı iti olan və mənfəzindən bağırsaq eventrasiyası olan) deşilmiş-kəsilmiş yara; qarının aol-yan səthində 3 ədəd deşilmişkəsilmiş yaralar; döş qəfəsinin sağ-yan səthində halqavari sıyrıqlar fonunda yerləşmiş deşilmiş-kəsilmiş yara, həmin yara 14,0x10,0 sm sahədə halqavari sıyrıqlar fonunda yerləşir; döş qəfəsi sağ-yan səthinin, qarının sağ aşağı hissəsinin, hər iki baldırın və sol diz oynağı ön səthinin çoxsaylı cızıqları. Qeyd edilən xəsarətlərdən sıyrıqlar, qançırlar, əzilmiş yaralar bərk küt əşya (əşyalar) təsirindən, cızıqlar iti uclu alət (alətlər) təsirindən, kəsilmiş yaralar iti kənarlı alət (alətlər) təsirindən, deşilmiş-kəsilmiş yaralar isə 2 və daha artıq deşici-kəsici əşya (alətlər) təsirindən törənmişlər, törənmə müddətləri şəxsin ölümündən az əvvəl olmaqla 07.07.2019-cu il tarixinə uyğun gəlir və dərəcələrinə görə cəmi 8 ədəd olmaqla xəsarətlər (1. Boyunun sağ yarısının yuxu venasının kəsilməsi ilə müşayiət olunmuş 1 ədəd kəsilmiş yarası; 2. Boyunun ön səthinin sol yarısının 1 ədəd traxeyanın zədələnməsi ilə müşayət olunmuş deşilmiş-kəsilmiş yarası; 3. Boyunun sol-yan səthinin 2 ədəd traxeyanın zədələnməsi ilə müşayət olunmuş deşilmiş-kəsilmiş yaraları;
4. Döş qəfəsinin sol-yan səthinin 3 ədəd yarısının daxilə nüfuz edərək kəskin qanitirməyə, ürəyin və sol ağ ciyərin yaralanmasına səbəb olan deşilmiş-kəsilmiş yaraları; 5. Qarın nahiyyəsinin yoğun bağırsağın eventrasiyası ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası) canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, digər deşilmiş-kəsilmiş və səthi yaralar həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə, digər xəsarətlər isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxu venasının, traxeyanın, ürəyin və sol ağ ciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs xəsarət yetirilərkən bədənin oturaq, yarım oturaq və uzanıqlı duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən şəxs xəsarət alanın ön tərəfində olmağa uyğundur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində fenotiazin qrupuna aid psixotrop kimyəvi maddə aşkar edilmişdir. Cinayət işinin 9-cu cildinin 36-42-ci vərəqlərində olan təkrar məhkəmə-tibbi ekspertizasının 06.12.2019-cu il tarixli T37/2020 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı alt çənədə solda və sağda qançır, alt dodaqda sağda əzilmiş yara, sol qulaqönü nahiyədə qançır və əzilmiş yara, sol dizdə və sağ ayaq altında qançır, boynun ön səthində sağda geniş kəsilmiş yara, yara nahiyəsinə qansızma və onun dibində sağ yuxu arteriyasının zədələnməsi, boynun ön səthində ortada deşilmiş-kəsilmiş yara və bu yaranın davamı olan cızıq, onun davamı olaraq səthi deşilmiş-kəsilmiş yara, boynun ön səthində sağda üç ədəd səthi deşilmiş-kəsilmiş yara, boynun sol yan səthində iki ədəd deşilmişkəsilmiş yara, döş qəfəsinin ön səthində sağda fasiləli sıyrıq fonunda səthi deşilmiş-kəsilmiş yara və iki ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthində mərkəzdə, döş sümüyü üzərində iki ədəd deşilmişkəsilmiş yara (birinin iki tərəfi iti, digərinin bir ucu iti, digər ucu küt olan), döş qəfəsinin sol yarısında üç ədəd səthi deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yan səthində üç ədəd deşilmiş-kəsilmiş yara, sol bazu oynağının ön səthində səthi deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı 3/1-də kəsilmiş yara, sol dirsək oynağında üç ədəd səthi deşilmiş-kəsilmiş yara, sol əlin birinci barmağında əsas falanqada kəsilmiş yara, qarının ön səthində mərkəzdə deşilmiş-kəsilmiş yara, qarının ön səthində solda mənfəzində çağırsaq müşahidə olunan iki kənarı iti olan deşilmiş-kəsilmiş yara, qarının sol yan səthində üç ədəd deşilmişkəsilmiş yara, döş qəfəsinin sağ yan səthində ətrafında halqavari sıyrıq olan deşilmiş-kəsilmiş yara, döş qəfəsinin, qarının, hər iki baldırın və sol diz oynağının ön səthinin cızıqları aşkar edilmişdir. Meyitin müayinəsi zamanı götürülümüş iki ədəd dəri parçasının təkrar tibbi-kriminalistik tədqiqatı zamanı həmin yaraların eyni bir alətin təsirindən törənməsi inkar edilməmişdir. Belə ki, götürülmüş hər iki dəri parçasında yaralar ətrafında eyni xarakterli sıyrılma sahəsi və girintili-çıxıntılı sahə müşahidə olunmuşdur. Meyitin müayinəsi zamanı qeyd edilən əzilmiş yara, sıyrıq və qançırlar bərk küt əşyanın (əşyaların), cızıqlar iti uclu alətin təsirindən, kəsilmiş yaralar iti uclu və ya kənarlı alətin təsirindən, deşilmiş-kəsilmiş yaralar isə deşicikəsici alətin (alətlərin) təsirindən törənmişdir, yetirilmə müddəti 07.07.2019-cu ilə uyğun gəlir, dərəcəsinə görə boynun sağ yarısının bir ədəd yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası, boynun ön səthinin sol yarısının bir ədəd traxeyanın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, boynun sol yan səthinin iki ədəd traxeyanın zədələnməsi ilə müşayiət olunan aeşılmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin üç ədəd daxilə nüfuz edərək ürəyin və sol ağciyərin zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları, qarının ön səthinin daxilə nüfuz edərək bağırsağın aventrasiyasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi səkkiz ədəd) canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər deşilmiş-kəsilmiş və kəsilmiş yaralar isə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. X22vin ölümünə daxili üzvlərin zədələnməsinə səbəb olan deşilmişkəsilmiş yaralar nəticəsində yaranmış kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi otaqda divarlarda hər hansı qan ləkələri və sıçrantılar aşkar edilmədiyindən boynuna yetirilmiş xəsarətlərdən biri yuxu arteriyasını zədələdiyindən bu xəsarət massiv, güclü qanaxmaya səbəb olduğundan o, çox güman ki, divanda oturmuş və sifəti aşağı yönəlmiş vəziyyətdə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı yara kanallarının istiqaməti, dərinliyi və ölçüləri 75 saylı rəydə göstərilmişdir. Zərərçəkmiş şəxs döş qəfəsindəki fasiləli sıyrıq küt yaranma mexanizmə malik olmaqla müxtəlif şəraitdə yarana bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşkar edilən deşilmiş-kəsilmiş yaralarda tibbi-kriminalistik tədqiqat zamanı onların müxtəlif deşici-kəsici alətlərlə yetirilməsini təyin etməyə əsas verən xüsusi əlamətlər müəyyən edilmədiyindən bu haqda konkret fikir söyləmək mümkün olmadı. Bu məsələ hadisə vaxtı onun əynində olmuş paltarlarının kriminalistik müayinəsi yolu (əgər olmuşsa) ilə aydınlaşdırıla bilər. Xəsarətlər Zərərçəkmiş şəxs müxtəlif duruş vəziyyətində yetirilə bilərdi. Lakin meyitin aşkar edildiyi otaqda qan izlərinin vəziyyəti və divanda toplanması xəsarətlərin əsasən zərərçəkmişə uzanmış, oturaq və ya ona yaxın vəziyyətdə yetirilməsi qənaətinə gəlməyə imkan verir. Cinayət işinin 11-ci cildinin 87-93-cü vərəqlərində olan komisyon təkrar məhkəmə-tibbi ekspertizasının 10.07.2020-ci il tarixli, T211/2020 nömrəli rəyindən görünür ki, Araz Sofıyevin meyitinin müayinəsi zamanı aşkar edilmiş deşilmiş-kəsilmiş yaralarda onların müxtəlif tipli deşici-kəsici alətlə yetirilə bilməsini təyin etməyə xas xüsusi əlamətlər müəyyən olunmamışdır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat zamanı aşkar edilən fenotiazin qrupa aid olan maddənin miqdarı təyinatı həmin vaxt aparılmadığından və hal-hazırda isə hadisədən uzun müddət keçdiyindən bioloji obyekt saxlanılmadığından onun miqdarı və qəbul edilmə vaxtı haqqında hər-hansı fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı inyeksiya sahələri aşkar edilmədiyindən, bu maddə çox güman ki, həzm sistemi vasitəsilə qəbul edilmişdir. Cinayət işinin 5-ci cildinin 255-259-cu vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 07.07.2019-cu il tarixli, 534 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol saidin və sol əlin İİ barmağının kəsilmiş yaraları, sol əlin İİ barmağının və əl pəncəsinin şişkinlik və qançırı ilə müşayiət olunan İİ barmağın kəsilmiş yarası, sol əlin ovuc səthinin deşilmiş yaracıqları, sol göz altı və alt göz qapağının, sol bazunun qançırları. Qeyd edilən xəsarətlərdən kəsilmiş yaralar iti kənarlı əşya təsirindən, yaracıqlar iti uclu əşya (alət) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 07.07.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə kəsilmiş yaralar həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterik və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər zərərçəkmiş şəxsin əl çatan nahiyələrində yerləşmişlər, həm onun özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilə bilərdilər. Xəsarətlərin lokalizasiyasına əsasən demək olar ki, xəsarət alan şəxslə xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə ola bilərdilər. Cinayət işinin 11-ci cildinin 94-97-ci vərəqlərində olan təkrar məhkəmə-tibbi ekspertizasnın 11.08.2020-ci il tarixli, 199/2020 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sol said və sol əlin İİ barmağının kəsilmiş yara, sol əl pəncəsində yumuşaq toxumaların şişkinlik və qançırı, sol əlin ovuc səthində kiçik yaracıqlar, sol göz altı və alt göz qapağında, sol bazuda qançı olmuşdur. Qeyd edilən xəsarətlərdən kəsilmiş yaralar iti kənarlı, yaracıqlar iti uclu alət təsirindən, digər xəsarətlər isə küt əşyanın əşyaların təsirindən törənmiş, yetirilmə müddəti 07.07.2019-cu il tarixə uyğun gəlir, dərəcələrinə görə kəsilmiş yaralar həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs sol əlin İİ barmağında olan yara kəsilmiş yaradır, bu istər 3 saylı ŞKX-sı, istərsə də onun məhkəmə-tibbi müayinəsi zamanı bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin 4-cü cildinin 91-96-cı vərəqlərində olan məhkəmə-tibbi bioloji ekspertizasının 487/2019 MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus kofta, şortik, balış üzlüyü üzərindəki ləkələrdə və hadisə yerindən maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş 06 ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda Təqsirləndirilən şəxs məxsus kofta və balış üzərindəki ləkələrdə, şortikin ön bud nahiyəsindəki ləkələrdə, hadisə yerindən “divanın üstündən, “otaqda döşəmədən” çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B,H antigentləri və əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri B alfa /H/İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halda mümkündür. Təqsirləndirilən şəxs məxsus şortikin ön bel hissəsindəki ləkələrdə, hadisə yerindən götürülmüş “dəhliz, hamamın qarşısı”, “pilləkan 2-ci pillədən”, “həyətdəki pilləkanın 2-ci pilləsindən” və “aboy kağız üzərindən” flakonda olan çubuğun uc hissəsindəki pambıq üzərinə hopdurulub götürülmüş qan ləkələrində isə yalnız O alfa, beta /İ/ qrupunun əsasını təşkil edən /H/ antigenti alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə o, cümlüədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ləkələrdə Zərərçəkmiş şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Cinayət işinin 5-ci cildinin 198-201-ci vərəqlərində olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 09.08.2019-cu il tarixli, 335-MTKŞ/2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol kofta və şortikin üzərində əhəmiyyət kəsb edən hər-hansı bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus qısaqol kofta, şortik və hadisə yerindən götürülmüş balış üzlüyündə tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymələndirmək olar: Təqsirləndirilən şəxs məxsus şortikin hər iki ayaq hissəsinin ön səthində, qısaqol koftanın ön və arxa səthlərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya azdinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş balış üzlüyünün hər iki səth üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizminə görə onları dörd qrupa bölmək olar: 1-ci qrup qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. 2-ci qrup qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gələ bilərdi. 3-cü qrup qan ləkələri sıçrama xarakterli olub, qan mənbəyindən kinetik enerji impulsu ilə və ya qanlı səthə kinetik enerji impulsu vermək nəticəsində yaranmışdır. 4-cü qrup qan ləkələri qan mənbəyindən, çox güman ki, az hündürlükdən balış üzlüyünün müvafiq səthlərinə, əksər hallarda müxtəlif bucaqlar altında düşən damcılar nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin 5-ci cildinin 125-126-cı vərəqlərində olan məhkəmə-trasoloji ekspertizasının 07.08.2019-cu il tarixli 18677 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindirik mexanizm istifadə üçün yararlıdır və onun səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla bağlı silindik mexanizmin ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Cinayət işinin 10-cu cildinin 273-279-cu vərəqində olan məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasnın 22.06.2020-ci il tarixli, 1615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazırkı psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur. İndakarlıq, özünü müdafiə etməyə meyillilik, özü haqqında müsbət fikirlərə malik olmaq, eqosentrizm, adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmaq, başqalarının təsiri altında hərəkət etmək, özündən uydurmağa patoloji meyillilik müəyyən edilmədi, lakin situasiyanı öz xeyrinə yönəldib danışa bilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərəcək vəziyyətdə olmamış, psixi emosional sferasında iş üçün əməmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxtı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı qəflətən baş vermiş ruhi həyəcan vəziyyətində, fizoloji affekt halında olmamışdır. Cinayət işinin 8-ci cildinin 259-269 və 290-291-ci vərəqlərində olan 26.02.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DTX-dən daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra anası Şahid3 və oğlu Şahid2lə birlikdə kirayədə yaşadığı Bakı şəhəri Mirəli Qaşqay küçəsi, ev 97, mənzil 40-da müşahidə edilməsi əməliyyat-axtarış tədbiri zamanı əldə olunmuş səs yazıları əks olunmuşdur. Həmin səs yazıları stenoqramma formasında Azərbaycan Respublikası DTX tərəfindən rayon prokurorluğuna göndərilmişdir. Həmin stenoqramma ilə diskdə qeyd olunan səs yazıları eynilik təşkil edir. Həmin səs yazıları stenoqramma formasında Azərbaycan Respublikası DTX tərəfindən rayon prokurorluğuna göndərilmiş və rus dilində olduğu üçün azərbaycan dilinə aşağıdakı məzmunda tərcümə olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir: 07.02.2020. Saat 21:15 Rəna evə gəlir. Rəna ilə anası söhbət edirlər. Rəna: “Onlar nümayişcəsinə sənə psixoloji təzyiq göstərirdilər. Sabah onlar onlara da eyni şeyi edəcəklər. Ona görə mən sənə ümumiyyətlə getməməyi tövsiyə edirəm. Amma sən deyə bilərsən ki, məni dünən bezdirdilər, mən getmirəm”, Sevil: “Mən sabah getməyəcəm. Mənim tam haqqım var”, Rəna: “Əlbəttə. Çağırışı veriblər? Xeyir”, Sevil. “Yox”, Rəna: “Getmirəm. Mən tərpənə bilmirəm”, Sevil: “Mən o qədər stress keçirdirəm hər dəfə”, Rəna: “İxtiyarınız olmaya-olmaya siz məni qoca arvadı durdunuz təhdid etdiniz”, Sevil: “Onda halhazırda ikincidir orada?; Rəna: (pıçıltı) “Bunun nə aidiyyəti var ki? İkinci, onuncu. Birincisi, sizə bunun aidiyyəti yoxdur, kimdir, nədir onda. Bunu özü bilər. İstintaqa aid deyilsə, onda özü bilər. Amma əgər bu istintaqa aiddirsə, onda göstərin, siz nə istəyirsiniz, göstərin ona. Mənə yox, mənə niyə? Siz kimsiniz ki, mənim daxili işlərimə qarışırsınız? O, günahkardır, niyə məni çağırırsınız, mənə deyirsiniz? Niyə? Ona görə ki, gedim ona danışım və ya ona nəsə deyim de ki, günahkar odur, sən məni niyə çağırırsan. Odur günahkar, onu çağırın və deyin. Qoy sənin adından bir şikayət yazsın, mən də verim onu. Götürüb yaşlı qadına təzyiq göstərirlər. Onun təyziqi var və s., təyziqi var və s. Mən onlara göstərəcəm! Davamlı proses, nə deyirlər desinlər. Deyir ki, qoymuşdur, paket ötürürlər. De ki, mən yatmışdım, heç xəbərim yox idi, sən ümumiyyətlə danışmalı deyilsən, kim nə edib, nə etməyib, mənim telefonumda nə olub”, Sevil: “Bəlkə Sərdarka sənin telefonunla oynayırdı?”, Rəna:”Xeyir, bunu mən bilmirəm və bilmək belə istəmirəm, bu mənim işim deyil.” Sevil:. “...Bəs şəhər....ev ?”, Rəna: “Heç bir şey yoxdur”, Sevil: “Nə? Bəlkə bizim səslərimizi yazıblar?” Rəna: “Biz heç danışmırdıq axı”, Sevil: “Necə yəni danışmırdıq? Mən pıçıldayaraq dedim “Tez olun, siz nə edirsiniz? Tez olun”. Rəna, biz axı səninlə danşdıq. Mən deyirəm, sən axmaqsan, onu tutur saxlayırsan... qoy tez getsin.”, Rəna: “Əşşi. Bu, bilirsən necə olur, bunu müəyyən bir şeydən sonra dinləməyə qoya bilərlər”, “Qulaq asmağa qoya bilərlər. Amma o vaxt, bundan əvvəl, ola bilməz. Heç vaxt həyatda belə bir şey ola bilməz. O olsa idi, sən burda nə qələt edirdin, mən burda nə qələt edirdim (söyüşlə). Sən başa düşürsən ki bu səhvdir. Sən düşün, buraxıblar, get ona de ki, biz onu sabah belə edəcəyik. Sən başa düşürsən ümumiyyətlə?” Sevil: “Onlar mənə dedilər ki, sən sabah görəcəksən ki, düzünü demirsən.” Həmin günü saat 21:44-də Sərdar söhbətə qoşulur: Sərdar: “Əlbəttə, mən heç sənin halına görə narahat deyiləm”. Rəna: (pıçıltı) “Mən sənə görə. Qulaq as mənə, mən belə sən deyəndə orabura... ölü, mən bunu sırf sənin üçün edirdim. Mən sadəcə bir saniyəlik düşünürdüm ki səninlə olacağam”, Sərdar: “Ayım-günüm”, Rəna: (sərdarın sözünü kəsir) “Bağırma!”, Sevil: “Bağırma”, Rəna: “Get. Mən sənə deyirəm ki, yalnız səninləyəm”, Sərdar: “Mən insan deyiləm, mən yaşamağa layiq deyiləm”.Pauza: Sevil: “Bu adam 2014-cü ildən belə yaşayır”, “Pauza” Sevil: “İndi güclü şəkildə dinləmə gedir. Yalnız mənim səsim lazımdır? Eşidəcəklər”, “Bax sən bir işgüzar adamla məsləhətləş”, Rəna: “O, nəyi də olmasa, işgüzardır. Küt olmağına baxmayaraq, işgüzardır”, Sevil:”Sən kimi deyirsən?”, Rəna: “O, məni peyklə izləyirdi. O, Azercell-də işləyir. O, deyir, bu, boş şeylədir. Boş söhbətdir.”, Sevil: “Bəlkə bundan sonra nəsə yazırdılar?”,Rəna: “Yenə başladı. Yox, sakitləş. Mən istəyirəm ki, sən başa düşəsən. Heç nə yoxdur”, Sevil: “Yaxşı”, Rəna: “Biz orada demək olar ki, təklikdə yaşamamışıq”, Sevil: “Biz axşamlar bir yerdə oturmuşuq”, Rəna: “Mən səninlə danışıram. Biz o telefonu söndürdük. Sakitləş, sakit ol. Yataq otağında həmin telefon qaldı. Burada heç nə yoxdur. Sən artıq məni bezdirdin. Mən ciddi deyirəm. Sən buna görə mənə deyirsən? Deyirsən, səninlə burada qalım? Mənim əsəblərimi daha da gəginləşdirmək üçün? Sən nə istəyirsən? Mən səni sakitləşdirməyə çalışıram, sən yenə də başlayırsan”, Sevil: “Mən sakitləşmişəm”, Rəna: “Sənsən sakit?”, Sevil: “Doğru sözümdür, mən sakitləşmişəm. Sən yanımdasan, mən sakitəm. Səni çağırsalar, sən gəlməyincə, mən sakit olmayacağam. Sən gəlincəyədək mən gərginlik keçirəcəyəm”, Rəna: “Yaxşı, yetər. Sən savadsız qadınsan? Sən ki, uşaq deyilsən. Sən başa düşmürsən ki, bunlar hamısı blefdir. Ciddi bir şey olsaydı, səni evə buraxmazdılar. Başa düşürsən? Səni evə buraxmazdılar!”, Sevil: “Hə”, Rəna: “Məni də”. 10.02.2020-ci il tarixdə Sevil prokurorluğa getməmişdən öncə qızı Rəna ilə söhbəti: Rəna: “Qız bizə gəlməyib a, ümumiyyətlə”, Sevil:”Heç vaxt”, Rəna: “Bi şey olsa, gəlməyib”, Sevil: “Sən axı özün vicdanlı kommunistsən, 2-3 dəfə, niyə?”, Rəna: “Yaxşı”, Sevil: “Nəyə görə? Hətta orada onunla oturub söhbət etmisiniz, sən onlara niyə bütün bunları danışırsan? Əgər onlar sənə desələr ki, səni orda-burda görüblər, onda “hə” de, de bir iki dəfə, sənə deməsələr, sən niyə öz kartlarını açırsan? Doğru sözümdür, açmısan artıq?”, Rəna: “Yox”, Sevil: “Necə yox? Onun haqqında, yeni münasibətlər haqqında nəsə demisən ki...Əclaf (söyüş) oturub, deyir ki, onlarda ikincisi var.”, Rəna: (sözünü kəsir) “Hə, yaxşı!”, Sevil: “Artıq şey danışma.” 10.02.2020-ci il tarixdə saat 20:10-da . Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 Rəhim adlı şəxs haqqında danışırlar: Sevil: “Prokuror, Sərdar, deyir, niyə bu evdə qalacaqdı?” Rəna: “Demək lazım idi”, Sevil: “Mən isə dedim. O, orada göstəriş verdi, mən dedim ki, lazım deyil. Uşağı götürməyə onun nə haqqı vardı? Tutaq ki, mən sürücünü çağırdım, nə isə soruşdum, sonra? Bu əsasda uşağı götürürlər?”, Rəna: “Rəhim dedi?”, Sevil: “Hə... deyir ki, bizə bu uşaq lazım deyil, bizə əlavə problem lazım deyil. Öz problemimiz kifayət qədərdir.”.Ailə üzvləri məişət xarakterli söhbət edirlər.Sevil: “Açıq söhbət etdik 12 dəqiqə qan axar, bu telefon o biri telefondan bu boyda fərqlə işlədi, Sərdarınkı bu boyda (tamamlamır)”, Sərdar; “Bu zaman mənim telefonum xatırlayıram ki, PT-nın yenilənməsini xahiş etmişdi”, Sevil: “Hadisə baş verdikdən sonra sən telefonu niyə söndürdün?”, Sərdar: “Nə?Nə deyirsən?”, Sevil: “Sənin də telefonun da qoşulmuşdur.”, Sərdar: “Baş verdikdən sonra? O mənada ki, yəqin ki, onu mən qoşmamışdım.”, Sevil: Mən deyirəm ki, telefonlarımızı əlimizdən aldılar, kim onları söndürmüş, qoşmuş, mən bilmirəm, biz hardan bilək (pauza) Rəhim yaman uçur.” 10.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs anası Şahid3 ilə arsında söhbəti: Sevil: “Hə bəs bizdən alıb verirsən, bəs bizə niyə demirsən?”, Rəna: “Deyir, hamısı boş şeylərdir, deyir, onlar sadəcə tapa bilmirlər və başlayırlar (tam)”, Sevil: “Qızın, deyir, bıçağı yuyub qoyub yerinə. İstədim deyim ki, Azərin yanında danışım, sən necə məni yağışlı havada çağırdın. Hə, danış görək, belə başladın mənimlə”, Rəna: “Nəyi?”, Sevil: “Belə başladın, mən dail oldum, o isə belə, anacan, nəvəni bıçaq dalınca göndərmişdin... Mən təəcüblə ona baxdım, dəlisən sən? Deyir biləndə ki, yalandı bilirsən a.”,Rəna:”Nəyi bilirəmsə deyirəm, nəyi bilmirəmsə, necə sənə deyə bilərəm?”, Sevil: “Mən düzünü deməyəcəm. Kim birinci danışır? Deyirəm ki, mən haradan bilim?”, Rəna: “Nə?”, Sevil: “Kim birinci? Mən haradan bilirəm 7 aydır deyir ki, niyə bir dəfə iş ilə bağlı danışmırsan?”, Rəna: “Mən danışmıram”, Sevil: “Sənə maraqlı deyil?”, Rəna: “Yox. Özündən soruş, nə vaxtdan bəri buna cinayət cəzası verilir, maraqlı deyil, yox. Heç nə, sonra bizə... Dedim axı, o, işi tam oxuyub, o, dedi ki mən...”, Sevil:”...?”, Rəna: “ Yox”, Sevil: “Niyə o yalan danışsın ki? Əksinə, əgər desəydi ki, deməyib, amma desəydi, mən onun dediklərinə daha çox inanardım... O, sadəcə iş ilə bağlı danışır, arvadına indi deməyib.” Şahid3 ilə Təqsirləndirilən şəxs arasında Şahid1 barəsində söhbətləri: Rəna: “Sənə o, deyib?”, Sevil: “Hə, azərbaycanca danışırdı, düşünürdü, Kiminlə o danışırdı?”, Sevil: “Sərdarla, oturarkən.”, Rəna: “O, Sərdara elə şeylər danışırdı?”, Sevil: “Kim eləyib, nə bilim belə-elə, mənim balam 40 yaşında getdi belə, elə eləyən adam niyə eləyirdi mənim balamı öldürürdü, istəmirdi yaşamaq boşanardı. O, mənə deyirdi, mən bilirəm, ona da (tam). Ona səsini kəsməyi ilə bağlı xəbərdarlıq edilsə də, o, bunu deməməyi bilməzdi. Mən susardım, yox, o, da susmazdı. Dəhşətli işdir, sən dediyin kimi, belə yaşamaq təhlükəlidir, əgər onlar bilsələr, səni məhv edəcəklər...”, Rəna: “...”, Sevil: “Necə Rəna, sənin canına mən”, Rəna: (anasının sözünü kəsir) “Qışqırma”, Sevil: “Sənin canına (pıçıltı), sən ki... işdən çıxırsan, avtomobilə minirsən, sən avtomobilini (pıçıltı), birincisi, avtomobilin nömrəsini öyrənmək asan bir işdir”, Rəna: “Bu, asan bir şey deyil, avtomobil mənim adıma deyil, onu necə öyrənə bilərlər?”, Sevil: “Onlar bir sütunun arxasında gizlənib, izləyəcəklər, sən avtomobilə minib gedəcəksən. Sən bilirsən, sənin arxanca gedirlər ya yox. Hara getdin, kiminlə getdin, ora-bura. Bilirsən, bu açıq edilmir, bir dəfə olunur, o biri dəfə. Onlar Sərdarı da. Sərdar məktəbdən çıxır, avtobusa minir və gedirlər. Sərdar bu dayanacaqda çıxır, onlar onun arxasınca”. 13.02.2020-ci il tarixdə Şahid2lə Şahid3 arasında söhbət: Sərdar: “Nənə, birincisi, ağlama, ikincisi isə, mənim şad xəbərim var. Mənim account-umun hangout-u var və burada onun telefon nömrəsi var”, Sevil: “Kimin? Bu, ananındır.”, Sərdar: (eşidilmir) “Budur. Bunu onlar oxuya bilirlər”, Sevil: “ Oxuya bilirlər?”, Sərdar: “Bəli. Hangout-u onlar oxuya bilirlər”, Sevil: “İndi yox, indi mən oxuyacağam, mən bu nömrəni götürəcəyəm.”, Sərdar: “Bu, opera (?) nömrə deyil, mən onu götürə bilərəm, onu tapmağa çalışacağam. Bacararam.”, Sevil: “Onlar axı onun da telefonunu yoxlayırlar. O, axı onunla telegrafla danışır. Belə olmaz, onlar hər şeyi yoxlayırlar. Onu niyə tutdular, onlar hər şeyi yoxlayırlar, kanalları, biz kiminlə əlaqə saxlayırıq”, Sərdar: “Onları onsuzda mənim Tg-ma girməyəcəklər, orada xüsusi parol qoymuşam. Mənim Tg ayrıca olaraq qorunur”, Sevil: “Sən sadəcə indi bacara bilərsən, çatdıra bilmədikdə”, Sərdar: “Xeyir, əlavə kilidlər mənim digər proqramlarımdadır, amma Tg-da daxili kilid var.”, Sevil: “Sən onu qoşa bildin?”, Sərdar: “O, sönmür, onu bir dəfə və birdəfəlik qoşursan.”. Sevil: “Sən də Anarın nömrəsini əzbər bilmirsən, eləmi?”, Sərdar: “Mən onun da nömrəsini əzbər bilirəm ancaq”, Sevil: “Bizim Anar ilə əlaqəmiz yoxdur.”, Sərdar: “Bizim heç kimlə əlaqəmiz yoxdur, niyə təkcə Anarı deyirsən.” Cinayət işinin 11-ci cildinin 64-86-cı vərəqlərində olan məhkəmə-fonoskopik ekspertizasının 26.08.2020-ci il tarixli, 4/374 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid3 və «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid2 məxsusdur. Cinayət işinin 1-ci cildinin 4-13-cü vərəqlərində olan 07.07.2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 5 ünvanının qonaq otağında yerləşir. Meyitin qonaq otağında divanın sol küncündə yarımoturaq, başını sol küncə əyilmiş vəziyyətdə olması, mənzilin qonaq otağında stolun üzərində olan stəkanlar dağılmamış, süfrənin səliqəsi pozulmamış, yataq otağında, ümumiyyətcə mənzildə dağınlıq, qarşılıqlı mübarizəyə xarakterik heç bir əlamət olması, Mənzildən 04 ədəd əl barmaq izi, qanabənzər ləkələr, balış üzü, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli şortik və qısaqol kofta, mənzilin giriş qapısının qıfılı götürülmüşdür. Hadisə yerinə baxış zamanı qonaq otağında, mənzilin bütün otaqlarının tavanlarında, divarlarda (divanın arxasında olan bir ədəd qan ləkəsindən başqa) qanabənzər ləkələrin olması müəyyən edilməmişdir. Hadisə yerində qarşılıqlı mübarizəyə xarakterik heç bir dağınıqlıq olmamaqla meyitin aşkar olunduğu divanın qarşısındakı stolun üzərində olan stəkan, qəndqabı və digər əşyalar yerə düşməmiş, stolun üzərindəki süfrənin səliqəsi pozulmamış, evin yataq otağında heç bir əşya üzərində qanabənzər ləkələr aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 108-110-cu vərəqlərində olan Bakı şəhəri Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 22 saylı Bölməsinin qeydiyyatı kitabına protokoldan görünür ki, kitabın 175-ci sıra sayında ***-***-**-** telefon nömrəsindən 07.07.2019-cu il tarixdə, saat 03:42-də ünvan 6 ünvanına çağırış daxil olmuş, ünvanda yaşayan Təqsirləndirilən şəxs sol saidin və sol əlin ikinci barmağının kəsilmiş yarası diaqnozu qoyulmuşdur. Cinayət işinin 10-cu cildinin 197-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06.05.2020-ci il tarixli, 17/4889 m saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşağıda göstərilən məlumatlar əldə olunmuşdur. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs apardığı söhbətlər zamanı səsləndirdiyi fikirlərdə bildirmişdir ki, hadisədən sonra anası sorğu-suallardan və yoxlamalardan yorulduğunu desə də, evdə şkafın arxasında gizlədilmiş noutbukun hələ də polis əməkdaşları tərəfindən tapılmadığını vurğulamışdır. Təqsirləndirilən şəxs anasına təmkinli olmağı, əvvəlcədən razılaşdırdıqları kimi hərəkət etməyi və noutbukun yerinin dəyişdirməyini tapşırmışdır. Qeyd olunan məlumat 22.02.2020-ci il tarixdə 17/38-148m nömrəli məktubla Bakı şəhər, Suraxanı rayon polis idarəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədi ilə guya səhhətində psixoloji problemlərin olduğunu göstərməyə çalışır. Qətlə yetirilmiş həyat yoldaşı onun Şahid6la intim münasibətdə olduğundan xəbər tutduqdan sonra mütəmadi olaraq evdə qalmaqal salmışdır. Yaranmış xoşagəlməz vəziyyətə və xəyanət etməsi ilə bağlı yayılan söhbətlərə son qoymaq məqsədi ilə qətlin Təqsirləndirilən şəxs və ya onun təhriki ilə digər şəxslər tərəfindən törədildiyi istisna edilmir. Cinayət işinin 9-cu cildinin 258-278-ci vərəqlərində olan "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs bank hesbabları haqqında məlumatdan görünür ki, 07.03.2019-cu il, 10.04.2019-cu il, 07.05.2019cu il, 07.06.2019-cu il tarixlərdə hər ay 1356.50 manat, 07.06.2019-cu il tarixdə 1050 manat, 04.07.2019-cu il tarixdə 1356.5 manat, 02.08.2019-cu il tarixdə 772.80 manat, 22.08.2019-cu il tarixdə 190 manat, 30.08.2019-cu il tarixdə 1356.50 manat, 27.09.2019-cu il tarixdə 85, manat, 03.10.2019-cu il tarixdə 1356.50 manat, 07.10.2019-cu il tarixdə 300 manat, 07.10.2019-cu il tarixdə 344.58 manat, 11.10.2019-cu il tarixdə 154 manat, 15.10.2019-cu il tarixdə 23 manat, 29.10.2019-cu il tarixdə 15 manat, 01.11.2019-cu il tarixdə 1356.50 manat, 04.11.2019-cu il tarixdə 23 manat, 08.11.2019-cu il tarixdə 245 manat, 02.12.2019cu il tarixdə 69 manat, 03.12.2019-cu il tarixdə 2197 manat, 05.12.2019-cu il tarixdə 608.53 manat, 16.12.2019-cu il tarixdə 325 manat, 28.12.2019-cu il tarixdə 20 manat, 29.12.2019-cu il tarixdə 2855.53 manat, 13.01.2020-ci il tarixdə 1005 manat, 21.01.2020-ci il tarixdə 500 manat, 27.01.2020-ci il tarixdə 120 manat, 05.02.2020-ci il ntarixdə 1642.90 manat pul köçürülmüşdür. Həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən 07.07.2019-cu il tarixədək hesabında 6817.50 manat pul olmuş, hadisədən 18 gün sonra, yəni 25.07.2019-cu il tarixdə hesabından, 6800 manat pul çıxarış olmuşdur. 26.07.2019-cu il tarixdən 05.02.2020-ci il tarixədək Təqsirləndirilən şəxs hesabına 15559 manat 14 qəpik pul köçürülmüş (əmək haqqı), Təqsirləndirilən şəxs 13.02.2020-ci il tarixdə istintaq tərəfindən tutulduqdan sonra, 20.02.2020-ci il tarixdə hesabından 8000 manat çıxarılmış və hesabında 301.99 manat pul qalmışdır. Cinayət işinin 11-ci cildinin 21-22-ci vərəqlərində olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli şortik və qısaqol koftanın üzərində qanabənzər ləkələr vardır. Balış üzlüyünün hər iki səthində xeyli miqdarda qanabənzər ləkələr vardır. Cinayət işinin 11-ci cildinin 21-22-ci vərəqlərində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntüdə Zərərçəkmiş şəxs 06.07.2019-cu il tarixdə futbol oynayan zaman çəkilmiş qısa video çəkilişidir və həmin görüntüdə Zərərçəkmiş şəxs heç bir yuxululuq, halsızlıq müşahidə olunmur. Cinayət işinin 4-cü cildinin 219-224-cü vərəqlərində olan protokoldan görünür ki, DTX-dən daxil olmuş diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən danışığın olmadığı müəyyən edilmişdir. Hadisə vaxtı evdə olmuş mobil telefonlardan Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin anten dairəsindən sonuncunun hadisə vaxtı evdə olduğu müəyyən olunur, belə ki, 07.07.2019-cu il tarixdə saat 03:11:57, saat 03:13:52, saat 03:14:51-də və saat 03:21:44-də anten dairəsi saatlara müvafiq olaraq yaşadığı evi əhatə edən “GUNESU2 ünvan 7 “GUNBA1 Bakı şəh Suraxanı ray V yaşayış massivi küçəsi 31 Yeni Günəşli bazarı” “Bakı şəh Suraxanı ray V yaşayış massivi küçəsi 54 ATS 77 ətrafı” və “ünvan 7 ünvanlarını göstərmişdir. Hadisə yerində olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin hadisə baş verən ünvanı əhatə edən anten dairələrində 07-07-2019-cu il tarixdə saat 01:24:00, 01:34:28, 02:47:52, 03:00:20, 03:00:29, 03:00:38, 03:03:10, 03:03:17, 03:03:44, 03:04:09, 03:04:34, 03:04:55, 03:05:53, 03:06:33, 03:07:13, 03:14:28, 03:14:48, 03:15:23, 03:17:11, 03:18:11, 03:19:01, 03:19:30, 03:19:39, 03:20:11, 03:20:33, 03:20:56 və 03:21:41 dəqiqələrdə yerdəyişmələrin olduğu müəyyən edilmişdir. Hadisə yerində olmuş Şahid2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin hadisə baş verən ünvanı əhatə edən anten dairələrində 06.07.2019-cu il tarixdə saat 23:32:12, 23:32:25, 23:57:59, 07.07.2019-cu il tarixdə saat 00:05:01, , 00:09:45, 00:10:05, 00:11:04, 00:11:20, 00:13:13, 00:13:32, 00:14:05, 00:14:17, 00:16:26, 00:16:46, 00:17:34, 00:17:44, 00:18:59, 00:19:07, 03:17:17, 03:18:20, 03:21:35, 03:22:15, 03:22:16, 03:22:22, 03:23:16 dəqiqələrində yerdəyişməsinin olması müəyyən edilmişdir. Hadisə yerində olmuş Şahid3 istifadəsində 05-676-50-60 telefon nömrəsinin hadisə baş verən ünvanı əhatə edən anten dairələrində 07.07.2019-cu il tarixdə saat 00:00:28, 00:00:38, 03:12:53, 03:13:14, 03:14:02, 03:14:30, 03:16:43 dəqiqələrdə yerdəyişməsinin olması müəyyən edilmişdir. Cinayət işinin 5-ci cildinin 202-239-cu vərəqlərində olan protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Araz Sofıyevin istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə daxil olan və çıxan zənglər və sms mətnlərinə baxış keçirərkən müəyyən edilmişdir ki, 06.07.2019-cu il tarixdə saat 11:05-də ***-***-**-** telefon nömrəsi ilə 30 saniyə, saat 14:24-də ***-***-**-** telefon nömrəsi ilə 43 saniyə, saat 14:32-də ***-***- **-** telefon nömrəsi ilə 129 saniyə, saat 14:40-da danışıq olmuş, ***-***-**-** telefon nömrəsi ilə 38 saniyə, saat 17:04-də 66 saniyə, saat 17:43-də 14 saniyə olmaqla ***-***-**-** telefon nömrəsi ilə, saat 18:24-də ***- ***-**-** telefon nömrəsi ilə 11 saniyə, saat 21:32-də ***-***-**-** telefon nömrəsi 20 saniyə, saat 21:34-də ***-***-**-** telefon nömrəsi ilə 19 saniyə, saat 21:45-də ***-***-**-** telefon nömrəsi ilə 43 saniyə danışıq olmuşdur. Bundan başqa qeyd olunan telefon nömrəsi ilə danışıq olmamışdır. Cinayət işinin 7-ci cildinin 101-104-cü vərəqlərində olan 28.10.2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan Təqsirləndirilən şəxs istifadəsində olmuş 051-29108-87 telefon nömrəsi və Şahid6 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsindən internet istifadəsinə dair məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, Şahid6 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsindən 06.07.2019-cu il tarixdə saat 20:34, 07.07.2019-cu il tarixdə saat 00:15, 00:17, 00:18, 02:22-də internet istifadə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 051-29108-87 telefon nömrəsindən 06.07.2019-cu il tarixdə saat 20:37, 20:38 (Facebook messaging), 20:39, 07.07.2019-cu il tarixdə saat 03:19 (Facebook messaging), 03:19, 03:20 və 03:22-də internetdən istifadə edilmişdir. İnternetdən istifadə olunma zamanı Facebook messaging proqramından başqa hansı proqramdan istifadə olunduğu göstərilməmişdir. Cinayət işinin 10-cu cildinin 300-302-ci vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş 13.07.2020-ci il tarixli, 10106 nömrəli məktubdan görünür ki, X7 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsində 07.07.2019-cu il tarixdə saat 03:19-dan saat 03:22-dək internetdən istifadə olunmuşdur. Cinayət işinin 7-ci cildinin 111-ci vərəqində olan "xxxx" MMC-dən daxil olmuş 28.10.2019-cu il tarixli, 29455 saylı məktubdan görünür ki, “**********94720”, “**********88120”, “**********49060”, “**********7940”, “**********7941” və “**********7942” İMEİ kodlu cihazların 07.07.2019-24.10.2019-cu il tarixlərində Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Cinayət işinin 3-cü cildinin 53-57-ci vərəqlərində olan 24.07.2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, Şahid6 istifadəsində olmuş ***-***-**-** telefon nömrələrinə daxil olan və çıxan sms mətnləri və telefon danışıqları olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə hadisə günü hər hansı telefon nömrəsindən sms mətni daxil və xaric olmamışdır. Zərərçəkmiş şəxs istifadəsində olan **********44 telefon nömrəsi ilə 06.07.2019-cu il tarixdə saat 11:05-də **********60 nömrə ilə 30 saniyə (həmin vaxt anten göstəricisi: Nizami str 127/ Bakı şəhəri Nəsimi rayonu) **********88 telefon nömrəsinə saat 11:55 və 13:08-də qısa zənglər (həmin vaxt anten göstəricisi: Nizami str 127/ Bakı şəhəri Nəsimi rayonu) **********75 telefon nömrəsi ilə 14:24-də 43 saniyə, (həmin vaxt anten göstəricisi: Nizami str 127/ Bakı şəhəri Nəsimi rayonu) və digər zənglər olmuşdur. Şahid6 istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan sms mətnlərində və telefon danışıqlarında iş üçün əhəmiyyət kəsb edən yazışma və danışıq aşkar olunmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** daxil olan və çıxan sms mətnlərində, eləcə də daxil olan və çıxan zənglərin siyahısında iş üçün əhəmiyyət kəsb edən yazışma və danışıq müəyyən olunmamışdır. Telefon danışıqlarına baxış zamanı Zərərçəkmiş şəxs hər-hansı şəxslə mütəmadi telefon danışığının olması, borc məzmununda sms mətnləri və digər iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinin 5-ci cildinin 122-ci vərəqində olan 03.09.2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-**, Şahid3 istifadəsində olmuş ***-***-**-** telefon nömrələrinin işlədildiyi cihazların İMEİ kodları göstərilmişdir. Qeyd olunan telefon nömrələri hadisədən sonra heç bir İMEİ kodlu telefonda işlədilməmiş, eləcə də, qeyd olunan telefon cihazlarından hansısa telefon nömrəsi işlədilməmişdir. Cinayət işinin 10-cu cildinin 271-272-ci vərəqlərində olan Milli Hidrometerologiya Xidmətindən daxil olmuş 16.06.2020-ci il tarixli, 20/340 nömrəli məktubundan görünür ki, 07.07.2019-cu il tarixdə saat 01:00-da minumum temperaturu 23.4 dərəcə, maksimum temperatoru 24 dərəcə, küləyin surəti isə 9m/sm olmuş, həmin günü saat 04:00-da minumum temperaturu 23.2 dərəcə, maksimum temperatoru 24 dərəcə, küləyin surəti isə 8m/sm olmuşdur. Cinayət işinin 1-ci cildinin 58-61-ci vərəqlərində olan Götürmə aparılması və baxış keçirilməsi haqqında 07.07.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 7 nömrəli binanın arxasında, binadan 30-35 metr aralıda yerləşən aptekin binasına qurtaşdırılmış kamera görüntüsündə 07.07.2019-cu il tarixdə, saat 02:26-da bir nəfər şəxsin əynində gödəkcə (idman gödəkcəsi və ya hansı materialdan olması görsənmir), başında papaq (kepka), hər iki əlləri gödəkcənin cibində 7 nömrəli bina istiqamətinə getməsi, həmin günü saat 03:23-də başında papaq (kepka), gödəkcəni sağ əlində tutmuş vəziyyətdə getdiyi istiqamətdən geri qayıtması müşahidə edilir. Həmçinin həmin şəxs saat 03:24-də 7 nömrəli binanın yanındakı 10 nömrəli binanın birinci blokunun üzərində olan kamera görüntüsünə düşməsi, həmin görüntüdə sərbəst tələsmədən, əlində gödəkcədən başqa heç bir şey olmadan keçən zaman iki nəfər şəxslə qarşılaşması, iki nəfərdən birinin həmin şəxsə çönüb baxması müşahidə edilir. Cinayət işinin 2-ci cildinin 118-ci vərəqində olan baxış keçirilməsi haqqında 17.07.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evdə olmuş ***-***-**-** telefon nömrəsinə 06.07.2019cu il tarixdə saat 20:12-də Təqsirləndirilən şəxs qardaşı Əli Bayramovun yaşadığı evdə olan ***-***-**-** telefon nömrəsindən zəng daxil olmuş və 254 saniyə danışıq olmuşdur. 07.07.2019-cu il tarixdə saat 03:37də Zərərçəkmiş şəxs yaşadığı evlə üzbəüz evdə olan ***-***-**-** telefon nömrəsindən Əli Bayramovun yaşadığı evdə olan ***-***-**-** telefon nömrəsinə zəng getmiş və 92 saniyə danışıq olmuşdur. Həmin gün saat 03:39-da ***-***-**-** telefon nömrəsindən ***-***-**-** telefon nömrəsinə zəng daxil olmuş və 30 saniyə danışıq olmuşdur. Həmin gün saat 03:40-da ***-***-**-** telefon nömrəsindən 103-ə zəng getmiş və 52 saniyə danışıq olmuşdur. Həmin gün saat 03:47-də Əli Bayramovun istifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** telefon nömrəsinə zəng daxil olmuş və 122 saniyə danışıq olmuş, həmin gün saat 03:58-də ***-***-**-** telefon nömrəsindən polisə, yəni 102-ə zəng daxil olmuş və 57 saniyə danışıq olmuşdur. Məhkəmə cinayət işi üzrə yuxarıda sadalanan halları tədqiq edərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslə (şəxslərlə) qabacaqdan əlbir olan bir qrup şəxs halında hazırkı cinayət hadisəsinin törətmişdir. Təqsirləndirilən şəxs ifadələrində 2019-cu ilin fevral ayında Şahid6 ərinin işləməməsinə görə vəziyyətinin çətin olduğunu bildirməsi və Şahid6 ona “elədirsə boşan” sözlərini deməsi, bu barədə əri Zərərçəkmiş şəxs danışdıqdan sonra ərinin ona Şahid6 ilə işləməyə icazə verməməsi, əvvəllər bir yerdə işlədiyi Şahid6 ilə 2014-2016-cı illərdə aralarında olmuş intim münasibəti yanlış hesab etdiyinə görə bu barədə əri Zərərçəkmiş şəxs özünün məlumat verməsi və ərinin əvvəl boşanmaq istədiyini bildirməsi, sonradan isə bu hadisəni unutmağa çalışacağını, heç nə olmamış kimi həyata davam edəcəyini söyləməsi, Zərərçəkmiş şəxslə aralarında boşanmaq barədə heç vaxt söhbət olmaması, 07.07.2019-cu il tarixdə saat 01-də yaşadıqları mənzildə yatması, saat 03 radələrində tualetə getmək üçün yuxudan oyanıb yataq otağından qonaq otağında daxil olanda əri Zərərçəkmiş şəxs yavaş səslə kiminləsə nə isə danışdığını eşitməsi, Arazın divanda alt paltarında oturması, başlarında qara rəngli maska olan iki nəfər tanımadığı şəxsdən birinin ayaq üstə, digərinin isə Arazla üzbəüz oturaqlı vəziyyətdə olması, həmin şəxslərin əri Zərərçəkmiş şəxs verdikləri borc pulu geri istəməsi və aralarında bu mövzuda söhbətin olması, Arazın deməsi ilə evdə olan 4850 ABŞ dollarını və evdə olan 4 ədəd mobil telefonu həmin şəxslərə verməsi, həmin şəxsin daha sonra pulun qalanlarını nə vaxt verəcəyini soruşarkən Zərərçəkmiş şəxs əsəbiləşib “nə istəyirsən məndən olanım budur, artıq yoxumdu” deməsi, həmin şəxsin “sənə demişəm axı sakit ol, yoxsa ikinizi də kəsərəm” deməsindən sonra Zərərçəkmiş şəxs qarşısında oturan şəxsin anasının ünvanına nalayiq ifadə işlətməsi, söyüşdən sonra hər iki şəxsin əri Arazın üzərinə hücum çəkməsi, qaranlıq olduğu üçün hansının əlində bıçaq olduğunu görməməsi, ərinin üstünə hücum edib zərbələr vuranda zərbələrin qarşısını almaq istədikdə sol qolunun kəsilməsi, o, qışqırdıqda həmin şəxslərdən birinin onun sifət nahiyəsinə yumruq zərbəsi vurması nəticəsində huşunu itirməsi, həmin vaxtı Arazın boğaz nahiyəsində “xırçıltı” səsini eşitməsi, anası Şahid3 qışqırıq səsinə özünə gəldikdə əri Zərərçəkmiş şəxs divanda qanın içində oturaqlı vəziyyətdə olduğunu görməsi, özünün də sol əlinin dirsək nahiyəsindən qan axması, özünə gəldikdən sonra yataq otağına qaçıb oğlu Şahid2 yerində olduğunu görməsi Arazı öldürən şəxslərin danışıqlarından çeçen-dağıstan zonasının adamlarına oxşaması, ərini öldürən şəxslərin ev telefonunun dəstəklərini də götürməsi, hadisə vaxtı Zərərçəkmiş şəxs iki nəfərlə söhbət edən zaman yuxulu olmaması, Arazın həmin şəxslərlə təxminən 3 dəqiqə əlbəyaxa olması, həmin şəxslərə əl-qol, yumruq zərbələri atması, istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonunda 07.07.2019-cu il tarixdə saat 01:24:00, 01:34:28, 02:47:52, 03:00:20, 03:00:29, 03:00:38, 03:03:10, 03:03:17, 03:03:44, 03:04:09, 03:04:34, 03:04:55, 03:05:53, 03:06:33, 03:07:13, 03:14:28, 03:14:48, 03:15:23, 03:17:11, 03:18:11, 03:19:01, 03:19:30, 03:19:39, 03:20:11, 03:20:33, 03:20:56 və 03:21:41 dəqiqələrdə yerdəyişmənin necə baş verməsi barədə məlumatı olmaması, sol əlinin ovuc hissəsində kiçik ölçülü çoxsaylı cızıqların Arazla dalaşanlardan birinin yumruğunun təsirindən, sol əlin dirsək nahiyyəsindəki və sol əlin şəhadət barmağındakı xəsarətlərin isə həmin cinayətkarların bıçağının və yaxud bıçaqların təsirindən əmələ gəlməsi barədə göstərdikləri özünümüdafiə xarakterli olmaqla iş üzrə olan sübutların məcmusu ilə tam təkzib olunur. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin öldürülməsi hadisəsi gecə vaxtı yaşadığı mənzildə qapalı mühitdə baş vermiş, hadisə vaxtı mənzildə hadisəni törən şəxslərdən biri hazırda təqsirləndirilən şəxs olan arvadı Təqsirləndirilən şəxs, sonuncunun deməsinə görə hadisədən sonra ora gəlmiş mərhumun qaynanası Şahid3, mərhumun oğlu Şahid2 olmuşlar. Yuxarıda sadalanan 07.07.2019-cu il tarixli hadisə yerinə baxış protokolu və ona əlavə olunmuş fotoşəkillərlə müəyyən olunur ki, hadisə yerində qarşılıqlı mübarizəyə xarakterik heç bir dağınıqlıq olmamaqla meyitin aşkar olunduğu divanın qarşısındakı stolun üzərində olan süfrənin səliqəsi pozulmamış, stəkan, qəndqabı və digər əşyalar yerə düşməmiş, ümumiyyətlə, mənzildə dağıniqlıq, qarşılıqlı mübarizəyə xarakterik heç bir əlamət olmamışdır. Hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən məhkəmə-tibbi ekspertizasının 07.07.2019cu il tarixli, 75 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədənində 20dən çox deşilmiş-kəsilmiş yaranın olması, mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda fenotiazin qrupuna aid psixotrop kimyəvi maddənin olması aşkar edilmişdir. Komisyon təkrar məhkəmə-tibbi ekspertizasının 10.07.2020-ci il tarixli, T211/2020 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı inyeksiya sahələri aşkar edilmədiyindən, bu maddə çox güman ki, həzm sistemi vasitəsilə qəbul edilmişdir. Şahid qismində dindirilmiş X10 bununla əlaqədar ifadəsində göstərdi ki, cinayət işi üzrə 18.07.2019-cu il tarixli, 1623/K №-li məhkəmə-kimyəvi müayinə aktını o tərtib edib. Mərhumun qan nümunəsini ona təqdim etmişlər, o da həmin qan nümunəsində fenotiazin qrupuna aid psixotrop kimyəvi maddə aşkar etmişdir. Məhkəmə-tibbi eksperti Şahid7 isə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qanında aşkar olunmuş maddə insanı süst vəziyyətə gətirən dərmandır. Həmin dərmanı adətən ruhi xəstələrə onları süst vəziyyətə gətirmək və sakitləşdirmək üçün verilir. Qeyd olunan dərmanı qəbul etmiş şəxs aktiv hərəkət edə bilməz, həmçinin də aktiv mübarizə və müqavimət göstərə bilməzdi. Təkrar məhkəmə-tibbi ekspertizasının 06.12.2019-cu il tarixli T37/2020 saylı rəyindən göstərilir ki, Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi otaqda divarlarda hər hansı qan ləkələri və sıçrantılar aşkar edilmədiyindən boynuna yetirilmiş xəsarətlərdən biri yuxu arteriyasını zədələdiyindən bu xəsarət massiv, güclü qanaxmaya səbəb olduğundan o, çox güman ki, divanda oturmuş və sifəti aşağı yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs xəsarətlər müxtəlif duruş vəziyyətində yetirilə bilərdi. Lakin meyitin aşkar edildiyi otaqda qan izlərinin vəziyyəti və divanda toplanması xəsarətlərin əsasən zərərçəkmişə uzanmış, oturaq və ya ona yaxın vəziyyətdə yetirilməsi qənaətinə gəlməyə imkan verir. Hökmün təsviri əsaslandırıcı hissəsində qeyd edilən məhkəmə-tibbi ekspertizasının 07.07.2019-cu il tarixli, 534 nömrəli və təkrar məhkəmə-tibbi ekspertizasnın 11.08.2020-ci il tarixli, 199/2020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlər dərəcələrinə görə kəsilmiş yaralar sağlamlığın sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər həm onun özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilə bilərdilər. Bununla əlaqədar məhkəmə-tibbi eksperti Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sol göz altı və alt göz qapağının qançırı xəsarətlərinin xarakterlərindən və lokalizasuyasına əsasən, eləcə də həmin xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər olduğuna görə sonuncuya yetirilən həmin xəsarət nəticəsində huşunun itməsi mümkün deyil, sadəcə çox qısa, bir anlıq başın gicəllənməsinə, gözdə alatoranlıq yaranmasına səbəb ola bilərdi. Belə ki, həmin xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Araz Sofievin üzərində aşkar olunmuş kəsici alətlərdən əmələ gələn yaralar həm bir, həmçinin də bir neçə alət vasitəsilə yetirilə bilərdi. Qeyd olunan yaralar ölşüsünə görə, kiçik və böyük olmaqla eyni və ya müxtəlif alətlərdən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs zərbələr yetirilərkən o oturaq, yarımoturaq, uzanıqlı vəziyyətdə ola bilərdi, mərhuma zərbələr yetirilərkən o, ayaq üstə duruş vəziyyətində olmamışdır. Zərərçəkmiş şəxs aldığı xəsarətlər onun sakit vəziyyətində durması zamanı da ona yetirilə bilərdi. X22v tam huşsuz vəziyyətdə olmamışdır. Yəni o, müəyyən hərəkətləri edə bilərdi, amma ki, qanında olan dərmanın təsirindən o süst vəziyyətdə olmuşdur. Məhkəmə-tibbi bioloji ekspertizasının yuxarıda şərh edilən 487/2019 MTBŞ saylı rəyi ilə müəyyən olunur ki, hadisə yerindən götürülmüş dəhliz və hamamın qarşısında olan qan ləkələri ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ləkələrdə Zərərçəkmiş şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Otaqdakı işığı yandıraraq qişqırana kimi Rənanın huşsuz vəziyyətdə mərhum ərinin yanında olduğunu, həmçinin Təqsirləndirilən şəxs özünün də huşu özünə gələnə qədər hamam otağına getməməsini, anasının qışqırıq səsinə ayılaraq əvvəl oğlunun yataq otağına, oradan mətbəxə, sonra isə hamam otağına getməsini bildirməsinə baxmayaraq dəhliz və hamamda Təqsirləndirilən şəxs məxsus qan izlərinin olmasını nə ilə izah edə bilər? sualına sonuncunun bununla bağlı heç bir cavabı olmamışdır. Lakin məhkəmədə bununla bağlı suala cavab olaraq təqsirləndirilən şəxs bildirir ki, ola bilsin ki, hadisə zamanı onun qolundan axan qan ərini qətlə yetirən şəxslərin üzərinə və döşəməyə tökülüb, həmin şəxslər mənzildən gedərkən ayaqlarına yapışaraq döşəmədə qalıb. Onun bu izahı isə işin aşağıdakı halları ilə tam təkzib olunur. Belə ki, hadisə yerinin protokolu, fotoşəkillər və məhkəmə tibbi ekspertizasının yuxarıda qeyd edilən rəyi ilə müəyyən olunur ki, hadisə baş vermiş otaqdakı döşəmə və digər yerdə olan qan izləri 20-dən çox deşilmiş-kəsilmiş yara almiş, boğazının yuxu arteriyası kəsilməklə qanı intensiv axan X22və məxsusdur. Belə olan halda Arazı qətlə yetirən şəxslərin üst geyimlərinə və ayaqqablarına ilk növbədə mərhumun qanı bulaşmalı, dəhliz və hamamda mərhuma məxsus qan izləri də olmalı idi ki, o da yoxdur. Digər tərəfdən, təqsirləndirilən şəxs bildirir ki, o, anasının səsinə ayılaraq ilk olaraq yataq otaşına, oradan mətbəxə, oradan da hamama getmişdir. Belə olan halda, normal məntiqə görə yataq otağında da təqsirləndirilən şəxsin qan izləri olmalı idi, halbuki, hadisə yerinə baxış protokolundan və fotoşəkillərdən göründüyü kimi yataq otağında ümumiyyətlə qan izlərinə rast gəlinmir. Bununla əlaqədar təqsirləndirilən şəxs yataq otağındakı qan izlərinin gəlinləri tərəfindən silindiyini bildirir. Onun bu izahı da hadisə yerinin protokolu ilə təkzib olunur. Belə ki, hadisə gecə 03 radələrində baş verəndən qısa müddət sonra ora polis əməkdaşları gələrək hadisə yerinin toxunulmazlığını təmin etmişlər, saat 04:30-da prokurorluğun əməkdaşları hadisə yerini müayinə etmişlər. Təqsirləndirilən şəxs qardaşı X11 Bayramov ibtidai istintaqda verdiyi və məhkəmədə tadqiq edilən cinayət işinin 6-cı cildinin 166-170-ci vərəqlərində olan ifadəsində göstərir ki, hadisə günü saat 03:36 dəqiqədə xəbər tutduqdan sonra dərhal atası və anası Nigar ilə birlikdə əvvəlcə hadisə baş verən ünvana getmişlər, oraya çatanda evdə həkimləri və polis əməkdaşlarını görmüşlər. Rənanın orada olmadığını görərək əvvəlcə “Su tikinti” xəstəxanasına, oradan da 3 saylı xəstəxanaya getmişlər və Rənanın evinə aparıldığını bildikdən sonra, yenidən hadisə baş verən mənzilə qayıtmışlar. Təqsirləndirilən şəxs qardaşı arvadı Nigar Bayramovanın cinayət işinin 3-cü cildinin 171-173-cü vərəqlərində olan ifadəsindən görünür ki, o da Fərhad Bayramovun bildirdiyi halları təsdiq etmişdir. Təqsirləndirilən şəxs qardaşı Salman Bayramov isə hadisədən saat 05 radələrində xəbər tutmuşdur. Qeyd olunan şahidlərin ifadələri ilə də bir daha sübut olunur ki, Təqsirləndirilən şəxs yataq otağındakı qan izlərinin gəlinləri tərəfindən silinməsinə dair irəli sürdüyü ehtimal tam əsassızdır. Hadisə yerində qarşılıqlı mübarizəyə dair heç bir dağıntının olmaması, 20-dən çox deşilmiş-kəsilmiş yara almış şəxsin demək olar ki, müqavimət göstərməməsi, mərhumun qanında insanı süst vəziyyətə gətirərək aktiv mübarizə və müqavimət göstərmək imkanından məhrum edən fenotiazin qrupuna aid dərman preparatının aşkar olunması, Təqsirləndirilən şəxs bədəni üzərində sağlamlığa zərərvurmayan xəsarətlərin olması, sonuncuya yetirilən həmin xəsarət nəticəsində huşunun itməsinin mümkün olmaması, anası Şahid3 saat 03 radələrində yataq otağından çıxıb qonaq otağından keçməklə tualetə getmək istərkən qonaq otağından keçən zaman ayağının altının yapışqan olduğunu hiss edərək hamam otağında işığı yandırdıqda hamam otağının giriş qapısının yerində qan izlərinin olduğunu, qonaq otağına gedib işığı yandırdıqda qonaq otağının da qanın içində olduğunu, Arazın tumanda divanın üzərində yarı uzanaqlı vəziyyətdə, Rənanın isə Arazın sol tərəfində başı Arazın sol çiynində huşsuz vəziyyətdə olduğunu, otaqdakı işığı yandıraraq qışqırana kimi Rənanın huşsuz vəziyyətdə mərhum ərinin yanında olduğunu bildirməsinə, həmçinin Təqsirləndirilən şəxs özünün də huşu özünə gələnə qədər hamam otağına getməməsini bildirməsi, anasının qışqırıq səsinə ayılaraq əvvəl oğlunun yataq otağına, oradan mətbəxə, sonra isə hamam otağına getməsini bildirmələrinə baxmayaraq, dəhliz və hamamda Təqsirləndirilən şəxs qan izlərinin olması faktı ilə bir daha sübuta yetir ki, qapalı məkanda-adı çəkilən ailə üzvlərinin yaşadığı və olduğu mənzildə gecə saat 02-03 radələrində baş vermiş cinayət hadisəsi bilavasitə Təqsirləndirilən şəxs arzusu və iştirakı ilə baş vermişdir. Təqsirləndirilən şəxs da ifadəsində bildirir ki, Araz əsəbiləşib affekt vəziyyətində qışqırmış, ərinə hücum edib zərbələr vuranda onların qarşısını almaq istədikdə sol qolu kəsilmiş, o da qışqırmışdır. İş üzrə dindirilmiş Şahid9 da ifadəsi ilə müəyyən olunur ki, hadisə baş verməmişdən 3-4 saat əvvəl o, futbol oynamaqdan qayıdan Zərərçəkmiş şəxs görmüş sonuncuda halsızlıq, yuxululuq əlaməti hiss olunmamışdır. O, Arazla eyni blokda 8-ci mərtəbədə, Araz isə 5-ci mərtəbədə yaşamış, sübh namazını qılıb yatmaq qərarına gələrək sübh namazının vaxtını gözləmişdir. Hava gəlməsi üçün Arazgilin evinin üstündə yerləşən yataq otağının pəncərəsini açıq qoymuşdur. Qəfildən bir anda nərilti, inilti, möhkəm bir səs gəlmiş, saata baxıb saat 02:45, ya da 02:50 olduğunu görmüşdür. Hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, Şahid2 yatdığı deyilən 1 nəfərlik açılıb bağlanan çarpayıda yataq dəsti dağınıq şəkildədir. Şahid3 əynində uzun qara don var, onun və Təqsirləndirilən şəxs yatdıqlarını dedikləri 2 nəfərlik çarpayının üstündəki yataq dəsti dağınıq yox, səliqəlidir-belə təəssürat yaranır ki, orada hadisədən əvvəl kimsə yatmayıb. Şahid3 ifadəsinə görə o, həmin çarpayıda yatmış, gecə saat 03 radələrində oyanaraq ayaqyoluna getmək istəmiş, bundan sonra ifadəsində göstərdiyi digər hadisələr baş vermiş, qonşular, həkimlər və polis əməkdaşları gəlmişlər. Şahid3 da ifadəsində göstərir ki, qızı və kürəkəninini qan uiçində olduğunu görərək şok vəziyyətinə düşüb qışqıraraq bloka şıxıb qonşuları köməyə çağırmışdır. Onun səsinə qapını açan Şahid8 sonuncunun əynində qara donun olduğunu bildirmişdir. Bu isə o deməkdir ki, hadisə baş verən zaman mənzildə olan Şahid3 yatmamamış, yuxulu olmamışdır. Əks halda Şahid3 əynində qeyd edilən don yox, gecə geyimi olardı, həmçinin, onunla Təqsirləndirilən şəxs yatdıqlarını iddia etdikləri 2 nəfərlik yataq dəsti şəkildəki kimi səliqəli yox, 1 nəfərlik çarpayıdakı kimi dağınıq olardı. Hadisə yerinə baxış protokolu, həmçinin təqsirləndirilən şəxs və şahidlərin ifadəsi ilə müəyyən olunur ki, hadisə baş verən mənzil 2 otaqlı olmaqla otaqlar iç-içədir. Yataq otağina girib-çıxmaq üçün mütləq qonaq otağından keçilməlidir, otaqların arasındakı qapı şüşəli taxta qapıdır. Hadisələr taqsirləndirilən şəxs və Şahid3 iddia etdikləri şəkildə baş versəydi, yataq otağında olan şəxslər də qışqırtı, dava-dalaş, nərilti və inilti səslərini eşitməli idilər. Eyni blokda 8-ci mərtəbədə yaşayan şəxsin mərhumun hündürdən gələn nəriltili və iniltili olan səsini eşitməsi, lakin hadisə baş verən mənzildə olan şəxslərin bunu eşitməməsi mümkünsüzdür. Bu halla da bir daha sübut olunur ki, hadisə baş verən zaman mənzildə olan şəxslər belə ifadə verərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmağa çalışırlar. Cinayət işinin 5-ci cildinin 125-126-cı vərəqlərində olan məhkəmə-trasoloji ekspertizasının 07.08.2019-cu il tarixli 18677 nömrəli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş silindirik mexanizm istifadə üçün yararlıdır və onun səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla bağlı silindik mexanizmin ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, 06.07.2019-cu il tarixdə gecə saat 12-yə qalmış Araz futbol oynamaqdan evə gələndə o, qapını açmış, qapını açarla bağlamamış, qapını onun özü arxadan kilitlə bağlamış, ərinə prostina vermişdir. Evin yataq otağında olan çarpayıda o, anası ilə, digər bir nəfərlik çarpayıda isə oğlu Sərdar yatmışdır. Şahid2 cinayət işinin 1-ci icldinin 140-143-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, atası təxminən gecə 12 qalmış evə gəlmiş, həmin vaxtı anası və nənəsi yatmağa hazırlaşmışlar, qapı döyüləndə anası və nənəsi ona demişlər ki, qapını açsın, o da qlazokdan baxaraq atasının gəldiyini dəqiqləşdirdikdən sonra qapını açmış, atası içəri daxil olmuş, içəri daxil olan kimi qapını içəridən bağlamışdır. Atası qonaq otağına keçmiş və ona pastel gətirməsini demiş və o da pasteli gətirib atasına vermişdir. Anası və nənəsi yataq otağında olmuşlar və çölə çıxmamışlar, o, pasteli gətirib atasına verib yatmağa getmişdir. Nənəsi və anası iki nəfərlik çarpayıda, özü isə bir nəfərlik çarpayıda yatmışdır. Şahid2 sonrakı ifadələrində istintaqın əvvəlində yanlış olaraq belə ifadə verdiyini bildirərək bu halla bağlı anası Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. Hadisədən sona Təqsirləndirilən şəxs xəstəxanaya aparan tibb bacısı Şahid13 müdafəçinin sualına cavab olaraq bildirir ki, Rəna onunla olan söhbətlərində bildirmişdir ki, gecə qapı döyüldü, yoldaşım durub getdi qapını açmağa, gördüm ki, qapının ağzında danışırlar, mən durdum getdim yalandan tualetə, qayıdanda gördüm ki, evdə güclü razbolka gedir. Zərərçəkmiş şəxs sonuncu dəfə evə gələrkən giriş qapısının kimin tərəfindən açılması ilə bağlı 2 cür ifadə verilir. 1-ci halda qapının Sərdar tərəfindən, 2-ci halda isə Rəna tərəfindən açılması deyilir. İşdə olan səs yazıları ilə müəyyən olunur ki, Sərdar anası Rəna tərəfindən təlimatlandırıldıqdan sonra bununla bağlı olan əvvəlki ifadəsindən imtina edərək anası ilə eyni məzmunlu ifadə verir. Şahid13 ifadəsi ilə isə müəyyən olunur ki, ərini qətlə yetirən şəxslərin mənzilə hansı yolla daxil olmalarından xəbərsiz olduğunu bildirən Təqsirləndirilən şəxs hadisədən bilavasitə sonra onu xəstəxanaya aparan tibb bacısı Şahid13 qapının Zərərçəkmiş şəxs təfindən açılaraq həmin şəxlərin mənzilə daxil olduqlarını, özününsə bu vaxtı yalandan tualetə gedib mənzildə baş verənlərə qulaq asdığını göstərir. Penitensiar Xidmətin 06.05.2020-ci il tarixli, 17/4889 m saylı məktubu ilə müəyyən olunur ki, həbsdə saxlanılan Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisədən sonra anası evdə şkafın arxasında gizlədilmiş noutbukun hələ də polis əməkdaşları tərəfindən tapılmadığını demişdir. Təqsirləndirilən şəxs anasına təmkinli olmağı, əvvəlcədən razılaşdırdıqları kimi hərəkət etməyi və noutbukun yerinin dəyişdirməyini tapşırmışdır. Qətlə yetirilmiş həyat yoldaşı onun Şahid6la intim münasibətdə olduğundan xəbər tutduqdan sonra mütəmadi olaraq evdə qalmaqal salmışdır. Həmin noutbuk sonradan istintaq orqanı tərəfindən ələ keçirilsə də xüsusi proqramla bağlandığından oradakı məlumatların məzmununu əldə etmək mümükün olmamışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs, ibtidai uistintaq və məhkəməyə kompüteri xüsusi proqlamla bağladığını, kompüterin parolunu etiraz əlaməti olaraq heç kimə vermədiyinui, bunun onun işi ilə bağlı olduğunu bildirir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və bir-biri ilə qarşılıqlı şəkildə müqayisəli tədqiq edib araşdıraraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmədə araşdırılmış sübutların məcmusu ilə tam sübuta yetirilir. Onun tərəfindən həmin cinayət əməlinin törədilməsi məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ziddiyyətli ifadələri, məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, habelə tədqiq edilən işin hüquqi və faktiki hallarına uyğun istintaq hərəkəti protokolları, məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə ekspertizasının yuxarıda qeyd edilən rəyləri, verilmiş sorğulara alınmış cavablar və işdə mövcud olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilənlərdən görünür ki, cinayət işinin ibtidai araşdırması zamanı Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 səs yazıları fiksə edilərək iş materiallarına sübut qismində əlavə olunmuşdur. Qeyd olunan səs yazılarının ibtidai istintaq və məhkəmə araşdırması zamanı tətqiq olunması nəticəsində Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə tam təqsirli bilinməsi bir daha öz təsdiqini tapır. Həmin danışıqların məzmunu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə anası Şahid3 onların mənzildə olan danışıqlarının dinlənilməsindən ehtiyat edərək daha çox pıçıltı ilə danışmağa üstünlük verirlər. Ərini qətlə yetirən şəxslərin tapılmasında maraqlı olmalı olan Təqsirləndirilən şəxs qorxur ki, anası istintaqda nəyisə onun öyrətdiyi kimi deyil, başqa cür deyər, çaşıb həqiqəti deyər. Ona görə də anasına deyir ki, istintaqın çağırışlarına getməsin, getsə də desin ki, mən yatmışdım. Hec nədən xəbəri olmayıb. 07.02.2019-cu il tarixli, 5325 və 9413 nömrəli səs yazısında Sevil deyir ki, bəlkə Sərdar onun telefonu ilə oynayırdı?, Bəlkə onların səslərini yazıblar? Rəna isə cavabında söyüşlə deyir ki, bu, bilirsən necə olur, bunu müəyyən bir şeydən sonra dinləməyə qoya bilərlər, qulaq asmağa qoya bilərlər. Amma o vaxt, bundan əvvəl, ola bilməz. Heç vaxt həyatda belə bir şey ola bilməz. O olsa idi, sən burda nə qələt edirdin, mən burda nə qələt edirdim. Sevil deyir ki, İndi güclü şəkildə dinləmə gedir. Yalnız mənim səsim lazımdır. Bəlkə bundan sonra nəsə yazırdılar? Rəna isə cavabında deyir ki, sakitləş, heç nə yoxdur, biz o telefonu söndürdük. Sərdar isə deyir ki, bu zaman mənim telefonum xatırlayıram ki, PT-nın yenilənməsini xahiş etmişdi, Sevil Sərdara deyir ki, hadisə baş verdikdən sonra sən telefonu niyə söndürdün?, mən deyirəm ki, telefonlarımızı əlimizdən aldılar, kim onları söndürmüş, qoşmuş, mən bilmirəm, biz hardan bilək. məzmunlu söhbətdən təqsirləndirilən şəxsin anası Şahid3 ilə üstüörtülü şəkildə məhz hadisə günü baş verənlər, hər iki şəxsin hadisə zamanı eşidilə biləcək səslərin və danışıqların hansısa telefon vasitəsilə qeydə alınmasının mümkünlüyü müzakirə olunur. 0358 nömrəli, 07.02.2019-cu il tarixli səs yazısında təqsirləndirilən şəxsin oğlu Şahid2lə qeydə alınmış söhbətin məzmunundan məlum olur ki, sonuncu anasının vəziyyətinə görə narahatdır, anası isə onunla birlikdə qalmağa görə ölü vəziyyətdə ora-bura getməsini, hər şeyin oğluna görə etməsini bildirir və oğlu Şahid2 anasına – bundan sonra mənim yaşamağa haqqım çatmır deyə cavab verir. 03.02.2019-cu il tarixli, 45969712, 45969889, 07.02.2019-cu il tarixli, 46080227 nömrəli səs yazısında Təqsirləndirilən şəxs oğlu Şahid2 dəfələrlə istintaq orqanına artıq sözləri bildirməməsi, özünün hadisədən sonra yerdə uzanıqlı vəziyyətdə halsız olması, onu yalnız təcili tibbi yardım həkimlərinin köməkliyi ilə yerdən qaldırılaraq aparılması və sair hərəkətləri barədə hansı formada ifadə vermək lazım olduğunu bildirərək təlimatlandırması müəyyən olunur. 03.02.2019-cu il tarixli, 45969889 nömrəli səs yazısında Şahid2 anası Təqsirləndirilən şəxs arasında baş tutmuş söhbət zamanı sonuncu istintaq orqanından qayıdan oğlu Sərdara deyir ki, «bura gəl görüm, nəyə görə dedin ki, mən ayaq üstə durmuşdum, mən axı dedim ki, mən yerdə idim, məni təcili yardım yerdən götürüb aparıb. Şahid2-mən demədim ki, ayaq üstə durdun, mən sənə deyirəm ki, ayaq üstə durdun onlara demədim. Dəqiq sən divanda idin, sənin yadındadır? mən içəri girəndə sən oturmuşdun divanda, sonra (pıçıltı) kimsə girdi içəri, mən içəri girdim və sən başladın onu (atamı) qucaqlamağa sonra yerə yıxıldın. Təqsirləndirilən şəxs - ayağa qalxdın dedin? Dedin ya yox? Şahid2-ayağa qalxdı sözünü demədim. Mən sənə burda deyirəm o sözü» məzmununda olan söhbəti Təqsirləndirilən şəxs baş vermiş hadisənin olduğu kimi yox, təhrif olunmuş, hadisələrin gedişatının əleyhinə, olmayan formada istintaqa çatdırılmasına cəhd etməsi, onun mövcud həqiqəti ört-basdır etməsi, bununla da istintaq orqanının həqiqəti aşkara çıxarmaq istiqamətində maneə yaratması onun baş vermiş hadisədə birbaşa iştirakının olmasını göstərir. Həmçinin təqsirləndirilən şəxsin baş vermiş hadisə ilə bağlı anası Şahid3 ilə dəfələrlə onu sakitləşdirmək, heç bir şeydən qorxmamaq, istintaq orqanının onlara qarşı heç bir əsaslı sübutunun olmadığı, istintaq qarşısında lazimi taktika qurmaqları, necə ifadə vermək və özünü müstəntiqin yanında necə aparmaq lazım olması barədə müvafiq təlimatlandırıcı söhbətlər etmələri müəyyən olunur. Şahid3 mərhum kürəkəninin onun qızından boşanmaq istəməsini, aralarında ailədaxili problemlərin olmasını, münasibətlərin qızı Rənanın ərinə xəyanət etməsindən sonra gərginləşməsini yalnız istintaq zamanı bilməsi, məhkəməyə vermiş olduğu ifadəsində də bunu bildirməsi, tədqiq olunmuş 07.02.2019-cu il tarixli, 46110625 nömrəli səs yazısında «Təqsirləndirilən şəxs - anasına deməyib Azərə deyib. Heç kimə yazmamışdı. Şahid3yadındadır? sən ona dedin hamına danışmısan? O isə dedi deməmişəm heç kəsə, amma danışacam hamıya. Həddən artıq muğayat olmaq lazımdır. Həddən artıq» səs yazısının məzmununda tam şəkildə təkzib olunur. Buradan da məntiqi sual yaranır ki, Təqsirləndirilən şəxs bu qətlin icraçılarından deyilsə, özü və onun anası həqiqətin üzə şıxmasından niyə qorxur?, niyə Təqsirləndirilən şəxs ailə üzvlərini öyrədərək deyir ki, mən deyirəm ki, telefonlarımızı əlimizdən aldılar, kim onları söndürmüş, qoşmuş, mən bilmirəm, biz hardan bilək. Bu danışıqların məzmunu ilə də müəyyən olunur ki, hadisə ilə əlaqədar həqiqətin gizlədilməsi mədsədilə istintaqda kimin hansı məzmunda ifadə verməli olması məsələsı hər gün ailə daxilində müzakirə olnmuşdur. Məhz bu müzakirələrin nəticəsi olaraq hadisə vaxtı mənzildə olan şəxslər ibtidai istintaqın gedişində ifadələrini biri-birinə uyğunlaşdırmağa çaslışmışlar. Bu qətlin icraçılarından birinin də Təqsirləndirilən şəxs olduğunu bilən X9 deyir ki, dəhşətli işdir, belə yaşamaq təhlükəlidir, əgər onlar bilsələr, səni məhv edəcəklər. Şahid3 qızı Rəna ilə aralarında olan bütün söhbətlər zamanı Təqsirləndirilən şəxs həddən artıq ehtiyatlı olmasını, bütün yazışmalarına, hərəkətlərinə, görüşlərinə diqqət etməsini dönə-dönə tapşırır. Hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən DTX-dən daxil olmuş diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrə ilə işləyən telefonun 07.07.2019-cu il tarixdə saat 03:11:57, saat 03:13:52, saat 03:14:51-də və saat 03:21:44-də, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrə ilə işləyən telefonun 07-07-2019-cu il tarixdə saat 01:24:00, 01:34:28, 02:47:52, 03:00:20, 03:00:29, 03:00:38, 03:03:10, 03:03:17, 03:03:44, 03:04:09, 03:04:34, 03:04:55, 03:05:53, 03:06:33, 03:07:13, 03:14:28, 03:14:48, 03:15:23, 03:17:11, 03:18:11, 03:19:01, 03:19:30, 03:19:39, 03:20:11, 03:20:33, 03:20:56 və 03:21:41 dəqiqələrdə, Şahid2 istifadəsində olmuş ***- ***-**-** nömrə ilə işləyən telefonun 07.07.2019-cu il tarixdə saat 00:05:01, 00:09:45, 00:10:05, 00:11:04, 00:11:20, 00:13:13, 00:13:32, 00:14:05, 00:14:17, 00:16:26, 00:16:46, 00:17:34, 00:17:44, 00:18:59, 00:19:07, 03:17:17, 03:18:20, 03:21:35, 03:22:15, 03:22:16, 03:22:22, 03:23:16 dəqiqələrində və Şahid3 istifadəsində 05-676-50-60 nömrə ilə işləyən telefonun 07.07.2019-cu il tarixdə saat 00:00:28, 00:00:38, 03:12:53, 03:13:14, 03:14:02, 03:14:30, 03:16:43 dəqiqələrdə yerdəyişməsinin olması müəyyən edilmişdir. Bu yerdəyişmə ilə əlaqədar təqsirləndirilən şəxs bildirir ki, yerdəyişmənin necə baş verməsi barədə məlumatı yoxdur, ola bilər ki, yatmış olanda Araz otağa girib telefonundan istifadə etmiş olsun, lakin yuxudan oyananda telefonu qoyduğu yerdə olmuşdur. Təqsirləndirilən şəxs anası Şahid3 və oğlu Şahid2 isə bununla əlaqədar heç nə deyə bilmədiklərini bildirirlər. Arazın onların yatdığı otağa girib telefonların hamısından istifadə etməsi tamamilə məntiqsizdir. Eyni zamanda, Təqsirləndirilən şəxs dediklərindən belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs qətlə yetirildikdən sonra da telefonlardan istifadə etmişdir. Bu isə mümükünsüzdür. Deməli Təqsirləndirilən şəxs bu halla olan izahı da əsassızdır, məntiqsizdir və yalandlır. Təqsirləndirilən şəxs istifadəsində olmuş telefonunun 07-07-2019-cu il tarixdə saat 01:24:00-dan saat 03:21:41 dəqiqəyədək olan yerdəyişmələri o deməkdir ki, Zərərçəkmiş şəxs mənzilə gələn vaxtdan qətlə yetirilənədək olan müddətdə Təqsirləndirilən şəxs yatmamışdır. Şahid3 İbtidai istintaq zamanı yuxusuzluğa görə “afabazol” dərmanını qəbul etdiyini bildirdiyi halda, məhkəmədə göstərir ki, 10 ildən artıq müddətdir ki, yatmasına kömək edən “fenazipan” dərmanını qəbul qəbul edir, yatmadığı halda ertəsi günü yüksək təzyiqdən əziyyət çəkir. Hadisə baş verən gecəsi də həmin dərmanı qəbul etmişdir. Məhkəmədə isə suallara cavab olaraq bildirir ki, hazırda yuxu dərmanı içmir. Normal məntiqə görə belə bir xüsusilə ağır cinayət hadisəsinin baş verməsindən sonra Şahid3 stres keçirməli, yuxusu qaçmalı və bu dərmanı içməkdə davam etməli idi. Onun hazırda bu dərmanı qəbul etməməsi bu anlama gəlir ki, o, hadisə baş verən gecə də bu dərmanı qəbul etməmişdir. Əks halda 10 ildən çox bir müddət bu dərmandan istifadə edən şəxsin birdən-birə ondan istifadə etməməsi mümkünsüzdür. Belə nəticəyə gəlinir ki, mərhumun qanında “fenazipan”qrupuna daxil olan dərman preparatını olması aşkar olunduğundan Şahid3 sonradan yuxusuzluğa görə “fenazipan” adlı dərman preparatını qəbul etdiyini bildirir. Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, əri Zərərçəkmiş şəxs bir müddət Persin adlı preparat qəbul etmişdir. Cinayət işinin 8-ci cildinin 29-31-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 26.12.2019-cu il tarixli 3126/K saylı rəyindən görünür ki, Dyuamogen və Persin preparatının tərkibinə daxil olan maddələr fenotiazin qrupuna aid deyil. Beləliklə də Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər hökmün təsviri-əsaslandırıcı hissəsində şərh olunmuş sübutların məcmusi ilə tam təkzib edilir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahidlər və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, baxış, götürmə protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq is üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası CPM-in 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəyini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş, buna görə də Təqsirləndirilən şəxs CM-120.2.1, 120.2.4 və 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 8-ci cildinin 144, 205-210-cu vərəqlərində olan protokol və qərardan görünür ki, 13 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-ci cildinin 233-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 11-ci cildinin 236-cı vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 11-ci cildinin 119-113-cü vərəqlərində olan 08 sentyabrar 2020-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş qanabənzər nümunələr, balış üzü, təqsirləndirilən şəxs X3 məxsus şortik, qısaqol kofta və mənzilin giriş qapısının qıfılı Suraxanı rayon prokurorluğunda saxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması X2 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, təqsirləndirilən şəxs X3 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən təqsirləndirilən şəxslə mərhum zərərçəkmiş şəxs arasındakı münasibətləri, yəni aralarında sevgi münasibətlərinin olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini qisas almaq niyyəti ilə törətməsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması cəmiyyətdən təcrid olunmaq yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, X3 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq mümkündür. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı tutulub saxlandığı, 13 fevral 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Cinayət işinin 11-ci cildinin 214-219-cu vərəqlərində olan qərardan görünür ki, hazırki cinayət işinin materiallarından məlum olmayan şəxsin (şəxslərin) barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Buna görə də, maddi sübutlar olaraq hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş qanabənzər nümunələr, balış üzü, təqsirləndirilən şəxs X3 məxsus şortik, qısaqol kofta və mənzilin giriş qapısının qıfılı Bakı şəhər, Suraxanı rayon prokurorluğunda saxlanılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar sərf olunmuş 541.93 (beş yüz qırx bir manat doxsan üç qəpik) X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 fevral 2020-ci il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin, bərəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olaraq hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş qanabənzər nümunələr, balış üzü, təqsirləndirilən şəxs X3 məxsus şortik, qısaqol kofta və mənzilin giriş qapısının qıfılının Bakı şəhər, Suraxanı rayon prokurorluğunda saxlanılması nəzərə alınsın. Məhkəmə məsrəfi 541.93 (beş yüz qırx bir manat doxsan üç qəpik) X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti X3 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev